İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1824
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:46 AM
    ON İKİNCİ FƏSİL
    SİFFEYN MÜHARİBƏSİNİN SƏBƏBLƏRİ
    İMAM (Ə)-IN MÜAVİYƏYƏ QƏTİ SÖZÜ
    Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və səlahiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq hökumətinin əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin (sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiyyətindən uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi Cəririn Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi. O, İmam (ə)-ın məqsədindən agah olduqdan sonra İmam (ə)-ın xəbərdarlığını ona çatdırmaq istədi və belə dedi:–Mənim Müaviyə ilə köhnə dostluğum var. Onu sənin haqq olan hökumətini rəsmi şəkildə tanımağa dəvət edər və Allahın itaətində olduğu vaxta qədər sənin tərəfindən Şamda hakim qalacağını bildirərəm.
    İmam (ə) onun sonuncu şərti qarşısında sükut etdi və heç nə demədi. Çünki bilirdi ki, onun bu iş üçün səlahiyyəti yoxdur. Malik Əştər Cəririn İmam (ə)-ın nümayəndəsi olmasının əleyhinə çıxdı və onu Müaviyə ilə həmkarlıq etməkdə müttəhim etdi. Lakin İmam (ə) Malikin sözlərinin əksinə olaraq Cəriri seçdi. Hadisələrin gedişi də o həzrətin düzgün fikirləşdiyini isbat etdi.("Tarixi-Yəqubi", 2-ci cild, səh.184; "Tarixi-Təbəri", 3-cü cild, səh. səh.235; Kamil" (Ibni Əsir), 3-cü cild, səh.14 )İmam (ə) Cəriri göndərəndə ona buyurdu: Gördün ki, gözüaçıq və din əhlindən olan səhabələrin hamısı mənimlədir. Peyğəmbər səni "yəmənli xeyirxah" adlandırmışdı. Məktubumla birlikdə Müaviyənin yanına get. Əgər müsəlmanların hamısının qəbul etdiyinə əməl etsə, lap yaxşı. Əks halda ona bildir ki, indiyə qədər mövcud olan sakitlik və rahatlıq bir daha mövcud olmayacaq. Ona çatdır ki, mən onun vali olmağına heç vaxt razı olmamışam, camaat da onun (mənim tərəfimdən) vali olmağına razı olmayacaq."("Tarixi-Təbəri", 5-ci cild, səh.235 "Vəqətu Siffeyn", səh.27-28; Qurani-Kərim bu məsələni "Ənfal" surəsinin 58-ci ayəsində aşkar şəkildə bəyan edir. İslam hakimi müharibə elan etməzdən öncə, əvvəldə mövcud olan hər növ amanın aradan götürüldüyünü elan edir.)
    Cərir məktubu alıb Şama yola düşdü. Müaviyənin yanına gedib dedi: "Məkkə, Mədinə, Kufə, Bəsrə, Hicaz, Yəmən, Misir, Əmman, Bəhreyn və Yəmamə əhalisi əmioğlun Əli ilə beyət etmişlər və içərisində olduğun bu bir neçə qaladan başqa bir kəs qalmamışdır. Əgər o yerlərin çöllərindən sel qalxsa, hamını qərq edər. Mən ki, səadət yoluna dəvət etmək və bu kişiyə beyət etmək üçün sənə yol göstərməyə gəlmişəm.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.75; "Əl-İmamətu vəs-siyasət", -ci cild, səh.847; "Vəqətu Siffeyn", səh.28 )
    Sonra İmam (ə)-ın məktubunu Müaviyəyə verdi. Məktubda yazılmışdı: "Mədinədə mühacir və ənsarın beyəti Şamda sənə höccəti tamam və itaət etməyi sənə vacib etmişdir. Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər elə həmin qayda ilə mənə də beyət etmişlər. Bu beyətdən sonra nə (orada) hazır olanların onunla müxalifət etmək haqqı var, nə də ki, sənin kimi orada olmayanlar onu rədd edə bilərlər. Şura (sizin rəyinizə görə) mühacir və ənsarın hüquqi ixtiyarıdır. Əgər onlar bir kəsin İmamətinə rəy verərək onu İmam adlandırsalar, onda Allah bu işdən razı olar. "Əgər bir kəs etiraz məqsədilə, yaxud qarmaqarışıqlıq yaratmaq qəsdi ilə onların fərmanından boyun qaçırsa, onu öz yerində oturdarlar və əgər tüğyan etsə, möminlərdən başqasının yolunu getdiyinə görə onunla vuruşarlar, Allah da onu sərgərdan halda buraxar, qiyamətdə onu cəhənnəmə atar. Bu da ən pis aqibətdir."("Nisa" surəsinin 115-ci ayəsinə işarədir; "Əl-iqdul-fərid", 4-cü cild, səh.84-85; "Əl-İmamətu vəs-siyasət", "Vəqətu Siffeyn", səh.29-30; "Tarixi-Təbəri", 3-cü cild, səh.235) Təlhə və Zübeyr mənimlə beyət etdikdən sonra öz beyətlərini pozdular. Beyəti pozmaq onu rədd etmək kimidir. Ey Müaviyə! Nəhayət, haqq qalib gəldi, Allahın fərmanı qələbə çaldı. Mənim nəzərimdə sənin üçün ən yaxşı iş sənin sağ-salamat olmağındır. Lakin özünü bəlaya salsan, səninlə vuruşacaq və bu yolda Allahdan kömək istəyəcəyəm. Osmanın qatilləri barəsində çox söz dedin. Sən də sair müsəlmanların getdiyi yolla get və bundan sonra bu məsələni irəli çək. Mən hamını Allahın Kitabına əməl etməyə vadar edirəm. Deyirsən ki, "Osmanın qatillərini mənə təhvil ver, sonra səninlə beyət edim." Sənin bu təklifin uşağı südlə aldatmağa oxşayır. Canıma and olsun, əgər sən öz nəfsinə yox, əqlinə müraciət etsən, Osmanın qanı qarşısında mənim ən pak bir şəxs olduğumu dərk edərsən. Bil ki, sən "tüləqa"dan–islamda əsir olduqdan sonra azad olunanlardansan. Xilafət belə şəxslərə halal deyildir və onların şurada da üzv olmağa haqları yoxdur. Mən iman və hicrət əhli olan Cərir İbn Əbdüllahı sənin və sənin tərəfindən işlə məşğul olanların yanına göndərirəm ki, mənimlə beyət edib öz vəfadarlığını elan edəsən."("Nəhcül-bəlağə", 6-cı məktub; "Əl-iqdul-fərid", 4-cü cild, səh.322; "Əl-İmamətu vəs-siyasət", səh.84-85; "Vəqətu Siffeyn", səh.29-30; "Tarixi-Təbəri", 3-cü cild, səh.235 )
    İMAM (Ə)-IN NÜMAYƏNDƏSİ ŞAMDA
    Hər hansı bir insanın elçisi və nümayəndəsi onun şəxsiyyətini təmsil edir və onun işbilən və münasib adamı seçməsi əqlinin kamilliyindən və püxtələşməsindən xəbər verir. Elə buna görə də alimlər demişlər: "Düzgün seçicilik kişinin əqlinin ən yaxşı nişanəsi, onun inkişaf səviyyəsinin tərəzisidir."
    İmam Əli (ə) Müaviyənin işdən götürülməsi fərmanını çatdırmaq üçün siyasi və dövlət məsələlərində çoxlu təcrübələri olan, Müaviyəni yaxşı tanıyan və özü də bacarıqlı və mahir söz ustası olan bir şəxsi seçdi. Bu şəxs Cərir İbn Əbdüllah idi. O, İmam (ə)-ın məktubunu rəsmi bir məclisdə Müaviyəyə verdi. O, məktubu oxuyub qurtardıqda Cərir Əli (ə)-ın rəsmi nümayəndəsi kimi yerindən qalxdı, çox şirin və ürəkoxşayan bir xütbə söylədi. Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərəndən sonra belə dedi:–"Osmanın işi (onun Peyğəmbər səhabələrinin əli ilə öldürülməsi) nəinki hadisədən kənarda olanları, hətta Mədinədə hazır olanları belə aciz etmişdi. Camaat Əli ilə beyət etdi. Təlhə və Zübeyr də onunla beyət edənlərdən idi, lakin sonra heç bir əsaslı dəlil olmadan onu pozdular. İslam fitnəyə, ərəblər isə qılınca dözmür. Dünən Bəsrədə elə bir qəmli hadisə baş verdi ki, əgər bu bir də təkrar olunsa, daha heç kəs sağ qalmayacaq. Bilin ki, xalq kütləsi Əli ilə beyət etmişdir. Əgər Allah işi bizə həvalə etsəydi, biz ondan başqasını seçməzdik. Hər kəs ümumi seçki ilə müxalifət etsə, xatircəm olsun ki, xalqın seçdiyi rəhbəri qəbul etmir. Ey Müaviyə, sən də camaatın gəldiyi yola gəl və Əlini müsəlmanların rəhbəri kimi qəbul et. Əgər "Osman məni bu məqama seçmişdir və hələ işdən götürməmişdir" desən, onda bu söz qəbul olunsa, Allah üçün din qalmaz və hər kəs əlində olanı bərk-bərk saxlayar."("Vəqətu Siffeyn", səh.30-31; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.85; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.76-77 )
    Cəririn sözü sona çatanda Müaviyə dedi:–Bir qədər səbir elə, mən Şam camaatının rəyini soruşum, sonra nəticəni elan edərəm.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.77)
    İMAM (Ə)-IN BEYƏT ALMAQDA MƏQSƏDİ MÜAVİYƏNİ İŞDƏN GÖTÜRMƏK İDİ
    İmam (ə) hakimiyyətinin ilk günlərindən etibarən kimdənsə beyət almağa heç vaxt təkid etmirdi. Bəs nə üçün Müaviyədən beyət alınmasına bu qədər israr edirdi?
    Səbəbi bu idi ki, İmam (ə) ondan beyət almaqla onu işdən götürmək və onu müsəlmanların mal-dövlətindən və hüquqlarından uzaqlaşdırmaq istəyirdi. Çünki Əli (ə)-ı müsəlmanların İmamı kimi qəbul edənlər onunla şərt kəsmişdilər ki, o, müsəlmanların vəziyyətini Peyğəmbər (s) zamanında olduğu hala qaytarsın, onların mənafeyinin qorunması və islami məqsədlərə doğru irəliləməkdə səhlənkarlıq etməsin. Müaviyə kimiləri bu məqsədlərin həyata keçməsi yolunda ən böyük bir maneə idi. Osmanın əleyhinə baş verən qiyamda irəli qoyulan əsas tələblər keçmiş hakimlər və rəhbərlərin tamamilə işdən çıxarılması, sərvət toplayanlar və dünyapərəstlərin məzlumların hüquqlarını tapdalamaqdan kənarlaşdırılması idi.
    MÜAVİYƏ MƏSƏLƏNİ ŞAM ƏHALİSİ İLƏ MÜZAKİRƏ EDİR
    Bir gün carçı Şam əhalisindən bir qrupunu məscidə yığdı. Müaviyə minbərə çıxdı. Allaha həmd-səna edərək Şamı tərifləyib dedi ki, Allah buranı peyğəmbərlər və Özünün saleh bəndələrinin diyarı yaratmışdır. Bu diyarın insanları həmişə Allaha itaət və Onun fərmanlarını icra edənlərə, Onun şəriətini müdafiə edənlərə itaət və onlara kömək etmişlər. (Sonra camaata dedi:) Bilirsiniz ki, mən möminlərin əmiri Ömər İbn Xəttab və Osman İbn Əffanın nümayəndəsiyəm. Mən heç kəsə qarşı pis bir iş görməmişəm ki, ondan xəcalətli olam. Mən Osmanın qəyyumuyam. O, məzlumcasına öldürülmüşdür! Allah da buyurur: "Hər kəs məzlum olaraq öldürülsə, Biz onun qəyyumuna qüdrət bağışlayarıq. Lakin o, qisasda israf etməməlidir ki, öldürülən şəxsə Allah tərəfindən kömək olunmuşdur." ("Isra" surəsi, ayə33) Mən Osmanın qətli barəsində sizin fikrinizi bilmək istəyirəm.
    Məsciddəkilər ayağa qalxıb dedilər: Biz Osmanın intiqamını almaq istəyirik!
    Sonra bu iş barəsində onunla beyət etdilər və mallarını və canlarını bu yolda fəda edəcəklərinə dair təkid etdilər.("Vəqətu Siffeyn", səh.31-32; "Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.77-78)
    MÜAVİYƏNİN SÖZLƏRİNİN TƏHLİLİ
    1. Müaviyə Şamı "peyğəmbərlər diyarı", oranın əhalisini isə "peyğəmbərlərin nümayəndələrinin köməkçiləri", "Allah dininin və şəriətinin müdafiəçiləri" adlandırdı ki, bu yolla həm özünü ilahi dinin müdafiəçisi kimi qələmə versin, həm də camaatın fikir və duyğularını təhrik edərək hamını qanlı bir müharibə ilə üzləşdirsin.
    2. Öldürülən xəlifəni "məzlum" bir şəxs kimi tanıtdırıb dedi ki, onun qanı zülmkarların əli ilə axıdılmışdır. Halbuki onun qanı Peyğəmbər (s)-in səhabələrinin və tabeinlərin əli ilə axıdılmışdı və onların əqidəsinə görə səhabələr və tabeinlər haqq yolunun ardıcılları və ədalətli şəxslərdir.
    3. Osmanın məzlumcasına öldürülməsini və onun qəyyumunun qatillər barəsində qərara gəlməli olmasını fərz etsək belə, "qan qəyyumu" dedikdə məqsəd öldürülənin mal-dövlətdə varisidir. Belə bir sual yaranır ki, görəsən Müaviyə Osmanın mal-dövlətdə varisi idimi, yoxsa öldürülənə daha yaxın bir varisin olması ilə belə, artıq onun qəyyumluğuna yer qalmır? Osman Əffanın oğlu, o da Əbil-Asın, o da Üməyyənin oğlu idi, Müaviyə də Əbu Süfyanın, o da Hərbin, o da Üməyyənin oğlu idi, onların hamısı Üməyyədə bir-birinə çatırdılar, lakin öldürülənin daha yaxın qəyyumları olduğu halda belə bir uzaq qohumluq Müaviyənin özünü Osmanın qan qəyyumu kimi tanıtdırmasına kifayət idimi?!("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.91-92 səh. "Vəqətu Siffeyn", səh.58 )
    Əmirəl-möminin (ə) Müaviyəyə bir məktubda belə yazır: "Sən Üməyyə övladlarından olan bir adamsan və Osmanın övladları öz atalarının intiqamını almaqda səndən daha irəli və səlahiyyətlidirlər."
    Bu kimi məsələlərə cavab verilməsi Müaviyənin mənfur niyyətini ifşa edir və göstərir ki, əsas məsələ Osmanın intiqamının almaq deyil, hakimiyyəti ələ keçirmək və mühacirlə ənsarın yekdilliklə beyət etdikləri İmamı xilafətdən çıxarmaq idi. Ən qəribəsi isə bu idi ki, o, camaat arasında "rəy sorğusu" keçirməklə özünün də xəlifənin intiqamını almaq barədəki qəti rəyini aşkar və bu işə daha çox təkid etdi.
    Tarixdə qeyd olunur ki, Müaviyənin oradakılardan müsbət cavab eşitməsinə baxmayaraq onun qəlbini qəm-qüssə bürümüşdü. O, dodaqaltı bir şer zümzümə edirdi ki, onun axırıncı beytinin tərcüməsi belədir:
    "Mən elə yaxşı bir şeyə ümidvaram ki, ümidli şəxsin ona ümidi var; və mən Iraq mülkündən məyus deyiləm." ("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.78 )
    O, bu məqsədə çatmaq üçün öz havadarlarını dəvət etdi, Ütbə İbn Əbu Süfyan ona dedi:–Əli ilə müharibə etmək barədə gərək Əmr Asla məşvərət edib onun dinini alasan. Çünki o, Osmanın hökumətindən kənara çəkilmişdi və əgər onu dirhəm və dinar verməklə razı salmasan, sənin hökumətindən daha çox uzaqlaşacaq.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.79; "Vəqətu Siffeyn", səh.33 )
    ON ÜÇÜNCÜ FƏSİL
    ƏLİ (Ə) İLƏ QARŞILAŞMAQ ÜÇÜN MÜAVİYƏNİN TƏDBİRLƏRİ
    MÜAVİYƏNİN ƏMR ASA MƏKTUBU
    Müaviyə mahir siyasətçi olan Əmr Ası həmkarlığa cəlb etmək üçün ona bir məktub yazdı. (O vaxtlar Əmr As xoşagəlməz və mənfur bir adam kimi hər yerdən qovulmuşdu və Fələstində yaşayırdı.) Məktubun məzmunu belə idi: "Əli, Təlhə və Zübeyrin xəbərləri sənə çatmışdır. Mərvan İbn Həkəm Bəsrə əhalisinin bir dəstəsi ilə Şama gəlmişdi. Cərir İbn Əbdüllah da bizdən beyət almaq üçün Əlinin tərəfindən nümayəndə kimi Şama gəlmişdi. Mən əvvəlcə sənin rəyini bilmək üçün hər növ qərara gəlməkdən çəkinmişəm. Tez özünü bura yetir, bu məsələ barəsində müzakirə edək."("Vəqətu Siffeyn", səh.34; "Əl-İmamətu vəs-siyasət", səh.84 )
    Məktub Əmr Asa çatan kimi o, məktubda qeyd edilən məsələni iki oğlu–Əbdüllah və Məhəmmədlə müzakirə etdi və onların bu barədə fikirlərini soruşdu. Onun birinci oğlu belə dedi:–Peyğəmbər və ondan sonrakı iki xəlifə ölən gün hamı səndən razı idi. Osman öldürüləndə sən Mədinədə deyildin. Yaxşı olar ki, indi öz evində oturasan və əhəmiyyətsiz bir mənfəətdən ötrü Müaviyənin yanına getməyəsən. Çünki sən heç vaxt xilafətə çatmayacaqsan, ömür günəşin qüruba enmək ərəfəsindədir, qorxuram həyatının sonunda bədbəxt olasan.
    Lakin ikinci oğlu birincinin əksinə olaraq onu Müaviyə ilə həmkarlıq etməyə dəvət edərək dedi:–Sən Qüreyşin böyüklərindən birisən. Əgər bu işlərdə fəal hərəkət etməsən, nəzərlərdə kiçilərsən. Haqq şamlılarladır. Onlara kömək et və Osmanın intiqamını al! Bu halda Bəni-Üməyyə də bu iş üçün qiyam edər.
    Əmr As ayıq bir adam idi. O, Əbdüllaha dedi:–Sənin fikrin mənim dinimin, Məhəmmədin fikri isə dünyamın xeyrinədir. Gərək bu məsələ barəsində fikirləşəm.
    Sonra bir neçə beyt şer oxuyub onda hər iki oğlunun fikrini əks etdirdi. Daha sonra lap kiçik oğlu Vərdanın rəyini soruşdu. O dedi:–Ürəyindən keçənlərdən xəbər verimmi?!
    Əmr As dedi:–Nə bilirsən, onu da de.
    Oğlu dedi:–Həm dünya, həm də axirət sənin qəlbinə hücum etmişdir. Yüksək fikir və düşüncəyə tabe olmaq axirətdə səadətə çatmağına səbəb olar, hərçənd ona tabe olmaqda dünya yoxdur, lakin axirət həyatı dünyadakı nakamlıqlarını əvəz edər. Müaviyə ilə həmkarlıq etməkdə dünya var, lakin axirət yoxdur; dünya həyatı da əbədi axirət səadətini əvəz edə bilməz. Sən indi iki yol ayrıcında qalmısan və hansını seçəcəyini bilmirsən.
    Atası dedi:–Düz deyirsən. İndi sənin fikrin nədir?
    Oğlu dedi:–Öz evində otur. Əgər din qələbə çalsa, onun sayəsində yaşayarsan və əgər dünya əhli qələbə çalsa, onda onlar səndən ehtiyacsız deyillər.
    Əmr As dedi:–Mən evdə necə otura bilərəm, halbuki, mənim Müaviyəyə yaxınlaşmağım ərəblərin qulağına çatmışdır?!("Əl-İmamətu vəs-siyasət", səh.87 )
    O daxilən dünyapərəst bir şəxs olduğuna görə, Müaviyənin tərəfini seçdi, lakin kiçik oğlunun sözlərini zərif bir şer şəklində belə oxudu:
    "Əliyə itaət etmək dinlə yanaşıdır, amma onunla dünya yoxdur. Halbuki Müaviyəyə itaət etməkdə səltənət və dünya vardır.
    Qəlbimdə olan arzu və tamah üzündən tam ixtiyarla dünyanı qəbul etdim, amma bunu seçməkdə üzr və dəlilim yoxdur."("Vəqətu Siffeyn", səh.36 )
    Sonra Şama getdi və özünün köhnə dostu ilə müzakirəyə başladı. Onların İmam (ə)-ı hakimiyyətdən götürmək üçün tökdükləri məkrli tədbirlər sonralar qeyd ediləcəkdir.
    İKİ KEÇMİŞ SİYASƏTBAZIN HƏMKARLIĞI
    Nəhayət Bəni-Səhm tayfasının, eləcə də öz əsrinin tanınmış siyasətbazı və siyasətdə hər şeyi rəva görən, heç bir əxlaqi normalara riayət etməyən Əmr As dünyanı axirətdən üstün tutdu, qocalıq çağlarında yenidən Misrə hökmranlıq etmək sevdası ilə Fələstindən Şama yola düşdü. O, Müaviyənin onun tədbir və siyasətinə ciddi ehtiyaclı olduğunu yaxşı bildiyinə görə onunla həmkarlıq edəcəyinə dair verdiyi iltizamın əvəzində Müaviyədən ağır məbləğdə pul almağa cəhd edirdi.("Tarixi-Yəqubi", 2-ci cild, səh.187 "Əl-İmamətu vəs-siyasət", -ci cild, səh.87 )
    Müzakirə zamanı Müaviyənin rəğbətini mümkün qədər qazanmaq üçün istədiklərini daha çox saf-çürük edirdi. İlk müzakirədə Müaviyə üç çətin məsələni irəli çəkdi ki, onların içərisində, Əli (ə)-ın Şama həmlə etmək üçün hazırlaşması onu hər şeydən çox narahat etmişdi. Bu müzakirəni Nəsr İbn Müzahimin "Tarixi-Siffeyn" kitabından olduğu kimi nəql edirik:
    Müaviyə:–Bir neçə gündür ki, üç məsələ məni çox narahat edir. Həmişə onların barəsində fikirləşirəm. Bunların çıxış yollarını mənə göstər.
    Əmr As:–Bu üç çətin məsələ hansılardır?
    Müaviyə:–Məhəmməd İbn Əbu Hüzeyfə Misir zindanından qaçmışdır. O, dinə qarşı (əslində Müaviyənin hökumətinə qarşı!) bir bəladır.
    İzah: Osmanın xilafəti dövründə Misrin idarə olunması Əbdüllah İbn Səd İbn Əbi Sərhəyə tapşırılmışdı. Məhəmməd İbn Əbi Hüzeyfə camaatı dövrün hakiminə qarşı qiyama səsləyən şəxslərdən biri idi. Osmanın qətlindən sonra onun təyin etdiyi hakim camaatın qorxusundan öz yerinə bir nümayəndə qoyub Misirdən qaçdı. Amma Əbu-Hüzeyfənin oğlu camaatı hakimin nümayəndəsinin əleyhinə qiyama səslədi və nəhayət, onu Misirdən çıxartdı, hakimiyyəti öz əlinə aldı. İmam (ə)-ın xilafətinin əvvəllərində Misrin idarə olunması Qeys İbn Sədə tapşırılmış, Məhəmməd işdən götürülmüşdü. Müaviyə Misri öz hakimiyyəti altında keçirəndə Məhəmmədi həbs etdi, lakin o dostları ilə birlikdə zindandan qaçdı. Bəli, Məhəmməd İbn Əbu Hüzeyfə mahir hərbçi və çevriliş törədən bir şəxs idi. Özü də Müaviyənin dayıoğlusu idi.("Usdul-ğabə", 4-cü cild, səh.315-316)
    Əmr As:–Bu məsələ çox da əhəmiyyətli deyildir. Sən bir dəstə adam göndərə bilərsən ki, onu ya öldürsünlər, ya da tutub sənə təhvil versinlər. Onu ələ keçirə bilməsən də narahat olma, çünki, o, hakimiyyəti səndən ala biləcək qədər təhlükəli adam deyildir.
    Müaviyə:–Roma padşahı Qeysər, bir dəstə qoşunla Şama tərəf hərəkət etmək, bu vilayəti bizdən almaq üçün hazırlaşır.
    Əmr As:–Qeysərlə əlaqədar çətinliyi çoxlu hədiyyələr–romalı qullar, kənizlər və qızıl-gümüş qablar göndərməklə həll edib onu dinc yanaşı yaşamağa dəvət etməlisən. Tezliklə bu işə bir əncam çəkiləcəkdir.
    Müaviyə:–Əli Kufədə düşərgə salıb bizə tərəf hərəkət etməyə hazırlaşır. Bu müşkül barəsində fikrin nədir?
    Əmr As:–Ərəblər heç vaxt səni Əli ilə bərabər tutmazlar. Əli müharibənin qayda-qanunlarını bilir. Qüreyş tayfasında onun misli-bərabəri yoxdur. O, əlində olan hökumətin həqiqi sahibidir. Amma ona zülm edib haqqını əlindən ala bilərsən.
    Müaviyə:–Mən istəyirəm ki, sən də onunla müharibə edəsən, çünki o, Allah hökmünün əksinə əməl edib xəlifəni öldürmüş, fitnə qoparmış, cəmiyyətin birliyini pozmuş və qohumluq əlaqələrini kəsmişdir!
    Əmr As:–Allaha and olsun, sən şərəf və fəzilətdə Əli ilə əsla bərabər deyilsən! Səndə nə onun mühacirət fəziləti var, nə onun Peyğəmbərlə müsahib olması, nə onun müşriklərlə cihad etməsi, nə onun elm və dərrakəsi, nə də onun digər fəzilətləri. Allaha and olsun, Əlinin iti fikri, saf zehni, yorulmaz səyləri var. O, fəzilətli və səadətli, Allah yanında sınaqdan və imtahandan çıxmış bir adamdır. Belə bir fəzilətli şəxslə vuruşmaq üçün nə qədər qiymət qoyursan ki, səninlə həmkarlıq edim? Özün bilirsən ki, bu həmkarlıqda necə xətərlər vardır!
    Müaviyə:–İxtiyar sahibisən. De görüm nə istəyirsən?
    Əmr As:–Misrin hakimiyyətini.
    Müaviyə son dərəcə hiyləgərliklə dünya-axirət məsələsini irəli çəkərək dedi:–Mən istəmirəm ki, ərəblər sənin dünyəvi qərəzlər naminə bizə qoşulduğunu fikirləşsinlər. Çox yaxşı olardı ki, onlar sənin Allah rizasına və axirət savabına görə bizə kömək etməyini təsəvvür etsinlər. Heç vaxt əhəmiyyətsiz dünya malı axirət mükafatları ilə bərabər deyildir!
    Əmr As:–Bu sözləri boşla!("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.65 (Misir çapı) )
    Müaviyə:–Mən istəsəm səni aldada bilərəm.
    Əmr As:–Mənim kimilər aldanmazlar. Mən sənin təsəvvür etdiyindən çox-çox ayığam.
    Müaviyə:–Yaxına gəl, qəlbimin sirrini sənə deyim.
    Əmr As ona yaxınlaşdı, qulağını Müaviyənin ağzına yaxınlaşdırdı ki, onun sirlərini eşitsin. Birdən Müaviyə onun qulağını dişləyib dedi:–Indi gördünmü ki, mən səni aldada bilərəm?! Sən bilirsən ki, Misir də Iraq kimi böyük vilayətdir?!
    Əmr As:–Bəli, bilirəm! Misir mənim olanda Iraq da sənin olacaqdır. Halbuki Iraq əhalisi Əliyə itaət edir, onun qoşununda müharibəyə hazırdırlar.
    Onlar söhbətə məşğul ikən Müaviyənin qardaşı Ütbə İbn Əbu-Süfyan onların yanına gəlib dedi:–Müaviyə! Nə üçün Misir vilayətini Əmr Asa verməklə onu ələ almırsan? Kaş elə bu Şamın hakimiyyəti sənin üçün qalardı və heç kim sənə mane olmazdı!
    Sonra bir şer oxuyaraq Əmr Asın Müaviyə ilə həmkarlıq etməsinin mahiyyətini açıqladı. O şerin bir beytinin məzmunu belə idi:
    "Əmr Asın istədiyini ona ver.
    O bu gün dünya naminə dinini tərk etmişdir."
    Nəhayət, Müaviyə nəyin bahasına olursa olsun, Əmr Ası həmkarlığa cəlb edərək onun sözlərinə əməl etmək qərarına gəldi. Lakin Əmr As onun hiylə və məkr işlədəcəyindən tam əmin deyildi və Müaviyənin ondan qələbə üçün bir vasitə kimi istifadə edib məqsədinə nail olandan sonra onu işdən kənarlaşdırmasına ehtimal verirdi. Buna görə də dedi:–Bizim qərarımız gərək yazılı şəkildə olsun, bu barədə bir müqavilə yazılsın, sonra hər ikimiz onu imza edək.
    Müqavilənamə yazıldı, imzalanmaq üçün hazırlandı, lakin onların hər biri öz imzasının kənarına bir cümlə yazaraq öz hiyləgərlik və nifaqlarını aşkar etdilər. Müaviyə öz adının yanında belə yazdı: "Bu müqavilə şərtin itaəti pozmayacağı vaxta qədər etibarlıdır." Əmr As da öz adının yanında belə yazdı: "Bu şərtlə ki, itaət, şərti pozmasın."("Vəqətu Siffeyn", səh.40 )
    Onların hər ikisi bu qeydi əlavə etməklə bir-birinə kələk gəlib müqaviləni pozmaq üçün özlərinə çıxış yolu qoydular. Müaviyənin həmin şərti qoymaqda məqsədi bu idi ki, Əmr As mütləq şəkildə və qeydsiz-şərtsiz olaraq ona beyət etmişdir və əgər Müaviyə nə vaxtsa Misri ona verməsə, artıq onun öz əhdinə əməl etməməsini bəhanə gətirərək beyəti pozmağa haqqı yoxdur. Amma Müaviyənin köhnə rəqibi onun hiyləsindən agah olduqda, bunun qarşısını almaq üçün yazdı ki, onun beyəti o vaxta qədər etibarlıdır ki, Müaviyəyə tabe olmaq müqavilənin şərtinin (Misrə hakim olmağın) pozulmasına səbəb olmasın və gərək Müaviyə Misri ona versin.
    Onların hər ikisi hiyləgər siyasətbaz idilər, dində təqvalı olmadıqları kimi, siyasi məsələlərdə də təqvaları yox idi.
    Əmr As Müaviyənin evindən çölə çıxdı, halbuki sevincindən öz dərisinə sığmırdı. Onu gözləyənlərlə qarşılaşdıqda aralarında belə bir sual-cavab oldu:
    Əmr Asın oğlanları:–Ata, işin nəticəsi nə oldu?
    Əmr As:–Misrin hökumətini mənə verdilər.
    Oğlanları:–Misir ölkəsi ərəbin qüdrət və hakimiyyəti ilə müqayisədə bir şey deyil.
    Əmr As:–Əgər Misir sizi qane etmədisə, onda Allah heç vaxt sizi qane etməsin!("Əl-İmamətu vəs-siyasət", səh.87-88; "Vəqətu Siffeyn", səh.37-40 )
    Əmr Asın qardaşıoğlu:–Indi Qüreyşin arasında hansı adla yaşamaq istəyirsən? Öz dinini satdın və başqa bir dünyaya aldandın! Misir əhalisi Osmanın qatilləridir, Əli də hakimiyyətdədir, bu halda onlar oranı Müaviyəyə verərlərmi?! Tutaq ki, Müaviyə ora hakim olacaq, amma görəsən, öz imzasının kənarında yazdığını bəhanə edərək Misri sənin əlindən almazmı?!
    Əmr As bir neçə anlığa fikrə daldı, sonra öz sözünə etiqadlı olmasına görə deyil, ərəblərin adətinə görə dedi:–Iş yalnız Allahın əlindədir, nə Əlinin, nə də Müaviyənin əlində deyildir. Əgər mən Əli ilə olsaydım, öz evim mənə kifayət edərdi, lakin indi Müaviyə iləyəm!
    Əmr Asın qardaşıoğlu:–Əgər sən Müaviyəni istəməsəydin, o da səni istəməzdi. Sən onun dünyasına göz dikmisən, o isə sənin dininin müştərisidir.
    Bu söhbət Müaviyənin qulağına çatdıqda Müaviyə onu (Əmr Asın qardaşıoğlunu) tutmaq istədi, lakin o, Iraqa qaçdı və İmam (ə)-ın ordusuna qoşuldu, o həzrəti bu iki qoca siyasətçinin söhbətlərindən və sövdələşməsindən xəbərdar etdi, nəticədə İmam (ə)-ın xüsusi hörmətini qazandı.("Əl-İmamətu vəs-siyasət" səh.88; "Vəqətu Siffeyn", səh.41)
    Mərvan İbn Həkəm də Müaviyə ilə Əmr Asın sövdələşməsindən xəbər tutduqda etiraz edib dedi:–Nə üçün bizi də Əmr As kimi satın almırlar?! (Və öz əməvi dininin bahasına islam ölkəsinin bir hissəsini bizə vermirlər?!)
    Müaviyə bu sözləri eşidəndə ona təsəlli verərək dedi:–Əmr As kimi adamlar sənin kimilər üçün alınırlar ki, əməvi hökuməti möhkəmlənsin, sən də ki, onun bir hissəsisən.("Əl-İmamətu vəs-siyasət", səh.88 )
    ƏMR ASIN MƏKRLİ HİYLƏLƏRİNİN İCRASI
    İki hiyləgər siyasətçinin sövdələşməsi sona çatdı. Artıq Əmr Asın tədbirlərinin icra edilməsinin vaxtı çatmışdı. Onun Məhəmməd İbn Əbu Hüzeyfə və Qeysərin Şama hücum etməsi ilə əlaqədar irəli sürdüyü təkliflər dəqiq şəkildə icra olundu və hər ikisində də müvəffəqiyyət əldə edildi.
    Amma Əli (ə)-ın Şama tərəf hərəkət etməsi kimi böyük çətinlik hələ də qalmaqda idi. Əmr Asın Əli (ə)-la qarşılaşmaq üçün irəli sürdüyü təklif Şam əhalisinin əksəriyyətinin tam rəğbətlə Müaviyənin əmrinə itaət etməsinə və Əli (ə)-la döyüşə hazır olmalarına şərait yaratdı. İndi bu tədbirin Şam əhalisi kimi rahatlıq və firavanlıq axtaran bir cəmiyyətin ölümü rahat yaşayışdan üstün hesab etmələrinə necə səbəb olmasını araşdırırıq.
    Deyirlər ki, yaşlı bir səhabə Müaviyənin yanına getdi. Müaviyə onu hörmətlə qarşılayıb təzim etdi. O səhabə Müaviyə ilə Əmr Asın arasında oturub dedi:–Bilirsinizmi, nə üçün sizin aranızda oturdum?
    Dedilər:–Yox.
    Dedi:–Bir gün siz Peyğəmbər (s)-in hüzurunda bir-birinizlə gizli söhbət edirdiniz. Peyğəmbər buyurdu ki, Allah rəhmət eləsin o kəsə ki, o iki nəfəri bir-birindən uzaqlaşdırsın, çünki onların bir yerdə olması xeyir gətirməz."("Təcaribus-sələf" (Hinduşah Naxçıvani), səh.46 (Abbas Iqbalın təshihi ilə) )
    Heç bir amil iman qədər hərəkat yaradan və təhrik edən deyildir. Eyni halda, dini duyğular ikiağızlı qılınc kimidir: əgər vəzifəsindən sui-istifadə edən bir rəhbərin əlinə düşsə, onun təxribatçılıq və dağıdıcılıq qüdrəti heç bir vəch ilə vəsf edilə bilməz.
    Əmr Asın Əli (ə)-la qarşılaşmaq tədbiri Şam əhalisinin dini hislərini o həzrətin əleyhinə təhrik etmək, onu xəlifənin (Osmanın) qətlə yetirilməsində günahlandırıb müqəssir saymaq və bu təbliğatı apararkən camaatın hörmət etdiyi zahid və abidlərdən öz mənfur niyyəti yolunda istifadə etməkdən ibarət idi. Ona görə də Müaviyəyə dedi:–Şam əhalisinin Şərhbil Kindiyə xüsusi hörməti vardır. O həm də öz yerlisi və Əlinin nümayəndəsi olan Cəririn düşmənidir. Gərək hadisəni ona elə xəbər verəsən ki, Əlinin Osmanın qatili olduğuna inansın. Hər ikinizin nəzərində hörmət sahibi olan şəxslərdən Şamın hər yerində bu fikri yaymalarını tələb etməlisiniz. Əgər Şərhbilin beyninə bir şey yerləşsə, o fikir onun başından çox da tez çıxmaz.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.71; "Vəqətu Siffeyn", səh.44)
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 488 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019