İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:45 AM
    MÜAVİYƏNİN ŞƏRHBİLƏ MƏKTUBU
    Şərhbil o vaxt Suriyanın Həms məntəqəsində yaşayırdı. Müaviyə ona bir məktub yazaraq Cəririn Əli (ə) tərəfindən gəlməsini xəbər verdi və ona təklif etdi ki, tez bir zamanda Şama gəlsin. Sonra öz saray məmurlarının hamısına (bunlar yəmənli idilər və Şərhbilə qarşı çox yaxşı münasibət bəsləyirdilər) əmr etdi ki, Həmsə gedib hamısı bir ağızdan Əlini üçüncü xəlifənin qatili kimi tanıtdırsınlar.
    Məktub Şərhbilə çatanda o öz dostlarını bir yerə yığıb müzakirə etdi. Şamlıların içərisində ən ağıllı adam sayılan Əbdürrəhman İbn Qənəm Əzdi adlı bir nəfər ayağa qalxaraq bu işin pis nəticə verə biləcəyini zahidlərə və abidlərə xəbərdarlıq etdi, sonra Şərhbilə dedi:–Küfrdən islama gəldiyin ilk gündən bəri Allahın lütfü həmişə sənə şamil olub. Camaatın nemətlərin şükrünü yerinə yetirməyi davam etdirincəyə qədər, Onun neməti kəsilməyəcəkdir. "Allah insanların vəziyyətini, onların özləri öz vəziyyətlərini dəyişməyincə, dəyişməz." Osmanın Əli tərəfindən öldürülməsindən söz açılır. Əgər doğrudan da Əli onu öldürübsə, mühacir və ənsar onunla beyət etdiyindən, camaata hakim onlardır (bu məsələni onlar həll etməlidirlər). Əgər Əli onu öldürməyibsə, bəs nə üçün Müaviyənin sözünü təsdiq edirsən?! Rica edirəm ki, özünü və qohum-əqrəbanı fəlakətə salmayasan. Əgər Cəririn müəyyən bir rütbəyə çatmasından qorxursansa, sən də Əliyə tərəf gedib öz qəbilən və Şam əhalisi ilə birlikdə onunla beyət edə bilərsən."
    Lakin Əzdi qəbiləsindən olan o kişinin xeyirxah fikirləri təsirsiz oldu və Şərhbil Müaviyənin dəvətini qəbul edib yola düşdü.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.; "Vəqətu Siffeyn", səh.44-45 )
    MÜAVİYƏ QƏBİLƏ ŞEYXLƏRİNDƏN VƏ SADƏLÖVH ZAHİDLƏRDƏN KÖMƏK İSTƏYİR
    Qəbilə daxilində təşkil olunan yığıncaqlarda qəbilə başçısının qərar qəbul etməkdə tam ixtiyarı vardır, onun hər hansı bir cinaha tərəf meyl etməsi o qəbilənin hamısının, yaxud bir hissəsinin həmin tərəfə meyl etməsinə səbəb olur. Əslində onun şəxsi rəyi–xüsusilə əgər qəbilə rəisi zahiri müqəddəsliyə malik olsa–bütün qəbilədəki rəy və fikirləri təmsil edəcəkdir.
    Müaviyə Şam əhalisini və orada yaşayan yəmənli mühacirləri səfərbər etmək üçün belə şəxsiyyətlərin rəğbətini qazanmalıydı. Onun "bədənindən ayrılmış olan ağlı" Əmr As da onu bu işə vadar etdi.(Buxari öz tarix kitabında (2-ci cild, səh.249) onu şərh və Ibni Əbi Hatəm "Əl-cərhu vət-tədil" kitabında (4-cü cild, səh.338) onun adını qeyd etmişdir. ) Şamda (Həmsdə) yaşayan Şərhbil hər iki şərtə malik idi: O həm müqəddəs və hörmətli bir ağsaqqal idi, həm də yəmənli mühacirlərin böyüyü sayılırdı. Onun nəzər-diqqətini cəlb etməklə ümumxalq fikrində Əli (ə)-a qarşı əsaslı dəyişiklik yaranacaqdı. Elə buna görə də Müaviyə məktub yazaraq, onu Şama dəvət etdi, Şərhbilin etimad göstərdiyi adamlara göstəriş verdi ki, onunla müntəzəm surətdə əlaqədə olsunlar, Əli (ə)-ı Osmanın qatili kimi tanıtdıraraq onun (Şərhbilin) beynini yusunlar ki, İmamın qatil olmasından savayı başqa bir şey fikirləşə bilməsin.
    O, Həmsdən Şama gəldi, hamı ona hörmət göstərdi. Müaviyə onunla söhbət edərək belə dedi:–Cərir İbn Əbdüllah Bəcli Iraqdan gəlib bizi Əli ilə beyət etməyə çağırır. Əli çox yaxşı adamdır, lakin Osmanın qatilidir. Mən hələlik heç bir qərara gəlməmişəm, çünki mən Şam əhalisindən biriyəm, onların rəy verdikləri şeyə rəy verirəm, pis saydıqları şeyi də xoşlamıram."
    Şərhbil öz fikrini aşkar etmədən dedi:–Gərək məsələni araşdıram, sonra isə fikrimi deyəm."
    Buna görə də məclisi tərk etdi və araşdırma aparmağa başladı.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.143; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.71; "Vəqətu Siffeyn", səh.44-45 ) Onun beynini doldurmaq üçün Müaviyə tərəfindən əvvəlcədən məmur olunan şəxslər müxtəlif yollarla onunla əlaqə yaradaraq İmam (ə)-ın qatil olmasını təsdiq edir, Əli (ə) barəsində onun qəlbinə şəkk-şübhə toxumu səpirdilər. Bu zəhərli təbliğatlar sadəlövh zahidin fikrini dəyişdirdi və onu "oddan da yandırıcı bir kasa", "anadan da mehriban bir dayə" surətinə saldı. Buna görə də Müaviyə ilə ikinci dəfə söhbət edəndə dedi:–Mən camaatdan Əlinin qatil olmasından başqa bir şey eşitmədim. Buna görə də onunla beyət etməyə haqqın yoxdur; əks halda ya səni Şamdan çıxardarıq, ya da öldürərik!("Vəqətu Siffeyn", səh.47-48 )
    Müaviyə bu sözləri eşitdikdə dedi:–Mən də Şam əhalisinin bir üzvüyəm, heç vaxt sizinlə müxalifət etmərəm.
    Şərhbil Müaviyənin yanından çıxıb Həsin İbn Nümeyrin yanına getdi, ona dedi ki, İmam (ə)-ın nümayəndəsi olan Cəririn dalınca bir adam göndərsin ki, onunla da müzakirə etsin.
    ŞƏRHBİLİN İMAM (Ə)-IN NÜMAYƏNDƏSİ İLƏ MÜZAKİRƏSİ
    Cərir Həsinlə birlikdə Şərhbilin yanına gəldi, hər üçü müzakirəyə başladılar. Şərhbil İmam (ə)-ın nümayəndəsinə dedi:–Sən müəmmalı bir xəbərlə buraya gəlmisən. Məncə, bizə qarşı vəsvəsə edib, Iraqla Şamı bir-birinə qarışdırmaq istəyirsən. Sən Əlini tərifləyirsən, halbuki, o, Osmanın qatilidir. Qiyamət günü Allah qarşısında cavab verəcəksən!
    İmam (ə)-ın nümayəndəsi belə cavab verdi: Mən heç də müəmmalı bir xəbərlə sizin yanınıza gəlməmişəm. Mühacir və ənsarın Əli ilə beyət etdiyi halda onun xilafəti necə müəmmalı ola bilər?! Təlhə və Zübeyr beyəti pozduqları üçün öldürülmüşdür. Sən özünü şirin ağzına atmısan, mən isə heç vaxt belə bir iş görməmişəm! Əgər Iraq və Şam haqqın qorunub saxlanması üçün müttəfiq olsalar, onda bu iş onların batil bir iş üstündə bir-birindən ayrılmalarından yaxşıdır. Allaha and olsun ki, Əlini "Osmanın qatili" adlandırmaq uzaqdan-uzağa töhmət vurmaqdan başqa bir şey deyildir. Sən dünyaya meyl etmisən və keçmişdə, Səd Vəqqasın dövründə də sənin qəlbində bir şey var idi. (Bu cümlədə "Səba" surəsinin 53-cü ayəsi istifadə olunmuşdur.)("Vəqətu Siffeyn", səh.47-48 )
    Məclis sona çatdı, Cərir sonra bir qəsidədə özünün yəmənli dostu Şərhbilə aşağıdakı məzmunda belə bir xəbər göndərdi: "Şərhbil, ey Səmtin oğlu, həvayi-nəfsə itaət etmə, çünki bu dünyada dinin yerini verə biləcək bir şey yoxdur, Hərbin oğluna da de ki, artıq bu gün öz məqsədinə çatmaq üçün hörmətin yoxdur, belə isə onun ümidini kəs!"("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.80-81; "Vəqətu Siffeyn", səh.48-49 )
    Cəririn gözəl bir şer şəklindəki nəsihətli sözləri Şərhbilin əlinə çatanda sanki yuxudan ayıldı, bir az fikirləşib dedi:–Bu söz mənim üçün dünya və axirətdə bir nəsihətdir. Allaha and olsun, son qərara gəlməkdə tələsməyəcəyəm!"
    Müaviyə Cərirlə Şərhbilin müzakirəsindən və Cəririn ona göndərdiyi xəbərdən agah olduqda Cəriri tənbeh etdi, sonra onun sözlərinin təsirini aradan qaldırmaq üçün bir qrup adamı məcbur etdi ki, müntəzəm surətdə Şərhbillə təmasda olub Osmanın Əli (ə) tərəfindən öldürülməsini onun fikrində qəti və danılmaz bir məsələ kimi qələmə versinlər, bu barədə yalandan şəhadət versinlər, ona saxta məktublar yazsınlar. Onlar çox çalışdıqdan sonra ikinci dəfə olaraq onu aldada bildilər və o öz əzmində möhkəm dayandı.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.81 "Vəqətu Siffeyn", səh.49 )
    Yəmənin digər qəbilə başçıları Şərhbilin fikrindən və onun aldanmasından xəbərdar olduqda çıxış yolunu yalnız bunda gördülər ki, onun bacıoğlusunu göndərsinlər, o da dayısı ilə söhbət edib onu ayıltsın. (O, Şam əhalisi içərisində Əli (ə)-la beyət edən bir neçə nəfərdən biri idi və Şamın zahid və abid şəxsiyyətlərindən sayılırdı.) O bir qəsidə deyərək Müaviyənin hiyləgər məqsədlərini ifşa etdi və ona bildirdi ki, bu şahidlər və məktublar oyunbazlıqdan başqa bir şey deyildir və heç birinin etibarı yoxdur. Şərhbil bu şerin məzmunundan agah olduqda dedi:–Bunu şeytan göndərmişdir. Allaha and olsun ki, onu tutsam Şamdan çıxaracağam!"("Vəqətu Siffeyn", səh.49-50 )
    Müaviyə öz məmurlarının vasitəsi ilə Şərhbilin fikirlərini dəqiq şəkildə izləyirdi. Onun öz fikrində ciddi olduğunu gördükdə belə bir xəbər göndərdi: "Haqqa müsbət cavab verdiyinə görə Allah sənə əcr versin! Bilirsən ki, cəmiyyətin saleh və təqvalı şəxsləri sənin fikrini qəbul etmişlər, lakin bunların razılığı və xəbərdarlığı Əli ilə mübarizə üçün kafi deyildir. Əli ilə cihad etmək üçün xalq kütlələrinin razılığını cəlb etmək lazımdır. Çıxış yolunu yalnız bunda görürəm: sən Şamın şəhərlərinə səfər edərək elan et ki, Osmanı Əli öldürmüşdür, müsəlmanlar gərək onun intiqamını alsınlar."
    O, səfərə çıxdı, əvvəlcə Həmsə getdi, orada bir xütbə söyləyib dedi:–Ey camaat! Bilin ki, Osmanı Əli öldürmüş, bütün islam məmləkətlərinə hakim olmuşdur. Yalnız Şam qalmışdır. O, qılıncını belinə asmışdır və əgər Allah tərəfindən bir hadisə qarşıya çıxmasa, sizin də növbəniz gəlib çatacaqdır. Onun qarşısını almaq üçün Müaviyədən qüdrətli bir şəxs yoxdur. Ayağa qalxın və hərəkət edin!
    Aldanmış abidin sözləri ona qarşı xüsusi hörmət bəsləyən Həms əhalisinə çox təsir etdi. Onun səhv etdiyini söyləyən abid və zahidlərdən başqa, hamı bir nəfər kimi onun çağırışına müsbət cavab verdi. Sonra Şamın digər şəhərlərinə getdi və camaatı Əliyə qarşı cihadda iştirak etməyə çağırdı, hamı da razı olub müsbət cavab verdi.
    Daha sonra Dəməşqə qayıtdı və öz qələbələrindən xoşhal halda Müaviyənin yanına gəldi, özünün keçmiş sözünü yenidən təkrar edib dedi:–Əgər sən Osmanın qatilləri və Əli ilə cihad etsən, biz ya intiqam alacağıq, ya da öz məqsədimiz yolunda canımızdan keçəcəyik! Bu halda sən öz vəzifəndə qalacaqsan. Əks halda isə səni işdən götürüb başqasını sənin yerinə seçərik, onun əmri ilə cihad edib, ya Əlidən Osmanın intiqamını alarıq, ya da ki, öldürülərik!("Vəqətu Siffeyn", səh.50-52; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.82-83 )
    Müaviyə onun alovlu sözlərini eşitdikdən sonra sevincdən yerə-göyə sığmırdı.
    CƏRİR HÖCCƏTİ TAMAM EDİR
    Cərir heç vaxt gözləmədiyi bu hadisədən bərk narahat oldu və köhnə dostu və öz qəbiləsinin zahidi ilə bir daha əlaqə yaradaraq onu bu qərarın dəhşətli nəticələrindən xəbərdar edərək dedi:–Allah islam ümmətini qan axıdılmasından saxlamış, ikitirəliliyi aradan qaldırmışdır. İslam məmləkətlərinin rahat həyata və asayişə qədəm qoymasına az qalıb. Məbada cəmiyyətin daxilində fitnə-fəsad yaradasan! Öz fikrini heç kimə açıqlama, çünki elə bir vəziyyət yarana bilər ki, artıq onun qarşısını ala bilməzsən.
    Şərhbil dedi:–Əsla! Mən heç vaxt öz fikrimi gizlətmərəm.
    Sonra ümumi bir yığıncaqda söhbət etdi. Camaat da onun keçmişdəki ibadətlərini nəzərə alaraq fikrini təsdiq etdilər. Həmin vaxt orada olan İmam (ə)-ın nümayəndəsi tam ümidsiz oldu və nə edəcəyini bilmədi.("Vəqətu Siffeyn", səh.52; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84 )
    İMAM (Ə)-IN NÜMAYƏNDƏSİNİN ŞAMDAKI MÜVƏFFƏQİYYƏTSİZLİYİNİN SƏBƏBLƏRİ
    Şübhəsiz, Cərir Əmirəl-möminin Əli (ə)-ın nümayəndəsi kimi, beyət almaq üçün Şama göndərilmişdi və ona tapşırılmış vəzifəni yerinə yetirib müvəffəqiyyət əldə edə bilmədi. Üstəlik o, İmam (ə)-ı Müaviyənin son qərarından agah edəndə artıq iş işdən keçmişdi. Çünki Müaviyə Şam əhalisini İmam (ə)-la vuruşmaq üçün səfərbər etmişdi. Cərir Şama gələndə Müaviyənin "bu gün-sabah" edərək verdiyi vədlərinə aldandı. Müaviyə özünün əməvi məkrləri ilə hər hansı bir fikir söyləməkdən çəkinmiş, İmam (ə)-ın nümayəndəsini qorxu ilə ümid arasında saxlamışdı. Cərir də Müaviyəni beyətə vadar etmək və ixtilafı aradan qaldırmaq ümidi ilə orada qalmağı məsləhət görür və daim Müaviyənin qəti fikrini bilmək istəyirdi. İlk günlərdə Müaviyənin öz fikrini qəti şəkildə söyləməsi onun məsləhətinə deyildi. Əlbəttə, Cəririn gəldiyi ilk günlərdən etibarən Müaviyənin fikri mərkəzi xilafətlə müxalifət etmək, fərmanlardan boyun qaçırmaq idi. Amma əgər elə ilk günlərdə bu fikrini aşkar etsəydi İmam (ə)-ın nümayəndəsi Kufəyə qayıdar və o həzrəti Müaviyənin müxalif cəbhədə dayanaraq əks-mövqe tutmasından xəbərdar edərdi. Təbiidir ki, belə olan təqdirdə İmam (ə) da haqqın əleyhinə qiyam edənləri məhv etmək üçün bir an belə, yubanmayacaq, böyük bir ordu ilə onun başının üstünü alıb qarışıqlığın kökünü kəsəcəkdi.
    Buna görə də Müaviyə İmam (ə)-ın nümayəndəsini müxtəlif bəhanələrlə yubatdı ki, mərkəzi hökumətə qarşı döyüşdə Əmr Asın həmkarlıq üçün razılığını əldə edə bilsin. O, Şamın ətraf məntəqələrinə təbliğatçı dəstələr göndərməklə Əli (ə)-ı camaata pis bir insan kimi tanıtdırdı, onların xilafətə və Rəsuli-Əkrəm (s)-in canişininə bəslədikləri məhəbbətdən öz şəxsi mənafeyi üçün istifadə etdi. Bununla da kifayətlənməyib Şamın xalq kütlələri arasında zahid kimi tanınan və xüsusi nüfuza malik olan Şərhbili İmam (ə)-ın müxalif cəbhəsinə keçirtdi. Bu aldanmış zahid Əli (ə)-la müharibə etmək üçün elə ciddi-cəhdlə çalışırdı ki, hətta əgər Müaviyə geri çəkilsəydi belə, o sadəlövh Şam camaatını İmam (ə)-a qarşı səfərbər edə bilərdi.
    Müaviyə bu şeytani sövdələşmələri ona görə həyata keçirə bildi ki, İmam (ə)-ın nümayəndəsi Cərir öz vəzifəsini yerinə yetirən zaman Müaviyənin sözlərinə aldandı və İmam (ə)-ın fəsadın kökünü kəsmək üçün hər hansı bir qərara gəlməsini təxirə saldı. O, İmam (ə)-ın yanına qayıdanda artıq Müaviyə islam ölkələrinin böyük bir hissəsini İmam (ə)-ın əleyhinə səfərbər etmişdi, Osmanın qatillərindən intiqam almaq hissi onların vücudlarında yer açmışdı. Belə ki, onların nəzərində Əli (ə) qatillərin başçısı idi.
    MÜAVİYƏNİN AXIRINCI TƏDBİRİ
    Müaviyə son fürsətlərdə İmam (ə)-ı sınamaq, yəni İmam (ə)-ın doğrudanmı onu (Müaviyəni) vəzifədən azad etmək qərarına gəlib-gəlmədiyini bilmək istəyirdi. Buna görə də Cəririn evinə gedib dedi:–Təzə bir fikrim var: dostuna yaz ki, Şam hökumətini və Misrin vergisini mənə versin və əcəlimin vaxtı gəlib çatanda heç kimə beyət etməyi mənim boynuma qoymasın. Bu halda mən ona təslim olar və onun hökumətini yazılı şəkildə təsdiq edərəm.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn", səh.52 )
    İmam (ə)-ın nümayəndəsi dedi:–Sən məktubunu yaz, mən də onu təsdiq edərəm.
    Məktublar yazıldı və bir qasid hər iki məktubu Kufəyə apardı. Müaviyənin məktubu ərəb qəbilələri arasında tanınmışdı. Onun bu cür məktubları yazdığı üçün Vəlid İbn Üqbə kimi həmfikirlərindən bir qrupu onu tənqid etdi. Vəlid Müaviyəyə bir şerdə belə yazdı:
    "Əlidən elə bir şey istədin ki, heç vaxt ona nail olmayacaqsan.
    Nail olsan da, bir neçə gecədən artıq sənin əlində qalmayacaq." ("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn", səh.53 )
    Vəlid İbn Üqbə bu şerin ilk misrasında düz fikir söyləmişdi, çünki Əli (ə) heç vaxt batil əsasında rəftar edib, onunla barışıq etməzdi. Lakin şerinin ikinci misrası tamamilə səhvdir, çünki, qeyri-mümkün bir fərzlə, əgər Əli (ə)-ın sülh yolunu seçməsi məsləhət olsaydı, heç vaxt onu pozmazdı. Bunun nümunəsini "həkəmeyn" məsələsində, İmam (ə) öz əhdinə sadiq qalacağını aşkar şəkildə söylədiyi vaxt aydın şəkildə görmək olar.
    Müaviyə Əli (ə)-ı Vəliddən yaxşı tanıyır və bilirdi ki, hər iki halda hadisənin gedişi onun xeyrinədir. Çünki əgər Əli (ə) hökuməti ona versəydi, davamlı və qəm-qüssəsiz bir hökumət ona nəsib olacaqdı. Əgər belə etməsəydi, Müaviyə Hicaz və Iraqın ayağa qalxmış əhalisinin qanını tökmək üçün ciddi hazırlaşacaqdı.
    Buna görə də, məsələni yubatmaq və İmam (ə)-ın nümayəndəsini Şamda gecikdirməyin özü bir növ Müaviyənin xeyrinə tamam olurdu, çünki, o öz döyüşçü qüvvələrini artırıb Əli (ə)-la döyüşmək üçün daha çox hazırlıq aparırdı.
    İMAM (Ə)-IN ÖZ NÜMAYƏNDƏSİNƏ CAVABI
    "...Müaviyənin məqsədi budur ki, mənə beyət etməsin, nəticədə öz istədiyi yolu seçsin. O səni gecikdirib Şam əhalisinin müharibəyə hazır olub-olmamasını yoxlamaq istəyir. Mənim Mədinədə olduğum ilk günlərdə Müğeyrə İbn Şöbə belə bir təklif irəli sürmüş və demişdi ki, Müaviyəni öz vəzifəsində saxlayım, lakin mən qəbul etmədim. Allah mənə elə bir günü göstərməsin ki, yolunu azmış şəxsləri köməyə götürəm. Əgər beyət etsə (onda heç), əks halda mənim yanıma qayıt."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn", səh.52. )
    İmam (ə) bu məktubda Müaviyənin məqsədlərindən birinə işarə etmişdir, belə ki, o, bu təklifi irəli sürməklə "vaxtı dayandırmaq" siyasətini icra etməyə təşəbbüs göstərmiş, məktubun göndərilib cavabının gəldiyi müddətdə öz döyüş hazırlığını artırmaq istəmişdir ki, əgər İmam (ə)-ın cavabı mənfi olsa, (elə belə də olmalı idi) daha böyük bir qüvvə ilə müharibəyə girişsin.
    CƏRİR MÜAVİYƏ İLƏ SAZİŞ BAĞLAMAQDA TƏQSİRLƏNDİRİLİR
    Cəririn Şamda yubanmasına görə Iraq camaatı onu düşmənlə sazişkarlıqda müttəhim etməyə başladı. Camaat arasında yaranan söz-söhbət İmam (ə)-a çatdıqda, buyurdu: "Yenidən bir məktub yazıram və onun Şamda qalmasına son qoyuram. Əgər bundan sonra da Şamda qalsa, onda ya aldanmış, ya da bizim fərmanımıza etina etməyib müxalifətə başlamışdır."
    İmam (ə)-ın Cərirə yazdığı məktub belə idi:
    "... Mənim məktubum sənə çatan kimi Müaviyəni qəti bir fikir söyləməyə vadar et, onu köç etdirən və döyüşçülərin sərgərdan qalmasına səbəb olan bir müharibə və xaredici təslim olmaqdan ibarət olan iki yoldan birini seçməkdə ixtiyarlı et. Əgər müharibəni seçsə, mövcud olan hər növ əhd-peymanı və amanı ondan götür, əks halda isə ondan beyət al."("Vəqətu Siffeyn", səh.55; "Nəhcül-bəlağə", 8-ci məktub )
    Cərir İmam (ə)-ın məktubunu alan kimi onu Müaviyəyə oxudu, sonra dedi:–Bir adamın qəlbi günahın çoxluğu nəticəsində qapanıb bərkisə, tövbə etməklə açılar. Mən də sənin qəlbinin bağlandığını fikirləşirəm. Haqq ilə batil arasında qərar tutmusan və başqasının əlində olan bir şeyə göz dikmisən.
    Müaviyə dedi:–Başqa bir məclisdə öz qəti fikrimi elan edəcəyəm.
    O öz qəti fikrini elə bir vaxtda elan etdi ki, artıq Şam əhalisi onunla beyət etmiş, Müaviyə də onları sınamışdı. Yalnız bundan sonra İmam (ə)-ın nümayəndəsinə qayıtmaq izni verdi və İmama da bir məktub yazdı. Tarixçilərdən bəziləri o məktubun belə olduğunu qeyd etmişlər: "...Əgər mühacir və ənsar, sənin Osmanın öldürülməsində əlin olmadığın halda səninlə beyət etmiş olsaydılar, onda sənin xilafətin də əvvəlki üç xəlifənin xilafəti kimi olardı, lakin sən mühacirləri Osmanı öldürmək üçün təhrik etdin, ənsarı da onu (Osmanı) himayə etməyə qoymadın. Nəticədə cahillər sənə itaət etdi, zəiflər gücləndi. Şam camaatı Osmanın qatillərini təhvil verməyincə səninlə vuruşmağı qərara almışlar. Əgər təhvil versən, xilafət məsələsi müsəlmanların şurasında irəli çəkilib həll olunacaq. Canıma and olsun, bil ki, sənin mənimlə olan vəziyyətin Təlhə və Zübeyrlə olan vəziyyətin kimi deyildir. Çünki onlar səninlə beyət etmişdilər, lakin mən beyət etməmişəm. Şam əhalisi də Bəsrə əhalisi kimi deyildir, çünki bəsrəlilər səninlə beyət edərək sənə itaət etməyi qəbul etmişlər, halbuki Şam əhalisi sənin xilafətini və sənə itaət etməyi qəbul etməmişdir. Amma sənin islamda olan iftixarlarını, Rəsuli-Əkrəmlə olan yaxınlığını və Qüreyş arasında olan mövqeyini heç vaxt inkar etmirəm."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid) 3-cü cild, səh.88; "Kamil" (Mübərrəd) 3-cü cild, səh.184; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.91; )
    Bu məktub yalanla dolu olmaqla eyni zamanda Müaviyənin əxlaq normalarına riayət etmədiyi hiylələrindəndir. O öz məqsədinə çatmaq üçün rəqibinə hər hansı iftira atmaqdan çəkinmirdi. Lakin İmam (ə) öz məktublarında özünü müdafiə etmək üçün real həqiqətləri irəli çəkirdi. O həzrət, Müaviyəyə yazdığı bir məktubda onun vurduğu töhmətlərə belə cavab verir: "...Elə bir şəxsin məktubu mənə çatmışdır ki, onun nə ağlı vardır ki, onu (düz yola) hidayət etsin, nə də bir rəhbəri var ki, onu (düz) yola gətirsin. Tamah onu (özünə tərəf) çağırmış, o da (bu çağırışa) müsbət cavab verib ona tabe olmuşdur. Sən belə təsəvvür edirsən ki, Osman barəsində gördüyüm iş mənim beyətimi (sənin üçün) qüvvədən salmışdır. Canıma and olsun ki, mən mühacirdən olan bir adam idim, onlar haradan getdilərsə, mən də oradan getdim. Allah isə heç vaxt onların hamısını birlikdə azğınlığa salmaz, gözlərinə pərdə çəkib örtməz. Mən nə Osmanın qətlinə fərman verdim ki, fərmanda xəta etmək məni tutsun, nə də onu öldürdüm ki, məndən qisas alınması vacib sayılsın. Sən deyirsən ki, şamlılar bu gün Hicaz əhlinə hakimdir. Şamlılardan bir adam göstər ki, onun şuraya üzv olması qəbul edilsin və Peyğəmbərin canişinliyi məqamına layiq olsun. Əgər belə güman edirsənsə, bil ki, bu haqda mühacir və ənsar sənin fikrini təsdiq etmirlər. "Osmanın qatillərini mənə təhvil ver" - deməyin çox yersiz bir sözdür. Osmanın sənə nə dəxli var?! Sən Bəni-Üməyyədənsən, bu iş (qisas almaq) üçün Osmanın övladları səndən irəlidə və səndən artıq haqlıdır. Əgər sən onların atalarının intiqamını almaqda güclü olduğunu təsəvvür edirsənsə, bizə itaət et, sonra onun qatillərindən şikayət et. Mən hamını düz yol getməyə vadar edirəm. Sənin Bəsrə, Şam, Təlhə, Zübeyr və özün haqqında yürütdüyün mühakimə əsassızdır və onların hamısında hökm birdir. Çünki o ümumi bir beyət idi, ona yenidən baxılmalı deyil və onun pozulmasına da ixtiyar verilməmişdir. Osmanın qətli barəsində məni təkidlə günahlandırmağın da düz söz deyil və bu barədə sənə bir xəbər çatmayıb. Mənim fəzilətimi, Peyğəmbərlə olan yaxınlığımı və Qüreyş arasında olan nüfuzumu qəbul etmisən. Canıma and olsun, əgər bacara bilsəydin onları da inkar edərdin!" ("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.89; "Əl-İmamətu vəs-siyasət", səh.91-92; "Vəqətu Siffeyn", səh.57-58; "Kamil" (Mübərrəd) 3-cü cild, səh.224 )
    Sonra öz nümayəndəsi olan Nəcaşiyə buyurdu ki, Müaviyənin məktubuna yüksək səviyyəli bir şerlə cavab versin və hər ikisini (məktub və şer) Müaviyəyə göndərsin.
    İMAM (Ə)-IN NÜMAYƏNDƏSİ ŞAMDAN QAYIDIR
    İmam (ə)-ın nümayəndəsi olan Cəririn, bir siyasi nümayəndə kimi, söz ustası, ayıqlığı, dözümlülüyü və səbrinə söz ola bilməzdi. O, İmam (ə)-ın məqsədini qan tökülmədən təmin etmək və Müaviyəni mərkəzi hökumətə tabe olmağa vadar etmək üçün çox çalışdı. Lakin o bir səhvə yol vermişdi: Iki köhnə siyasətbazın "bu gün-sabah" deyə söylədikləri hiyləgər sözlərinə aldandı. Müaviyə də bu fürsətdən mümkün qədər istifadə etdi, Şam camaatını sınaqdan çıxarıb İmam (ə)-la müharibəyə hazırladı və öz qəti fikrini yalnız Osmanın intiqamını almaq üçün Şam əhalisindən beyət aldığı vaxt elan etdi.
    Cəririn yol verdiyi səhv nəticəsində İmam (ə) 36-cı hicri ili, rəcəb ayının əvvəlində Kufəyə daxil olmuş, Müaviyənin qəti fikrini bilmək üçün aylarla Cəriri gözləmişdi. Müaviyə də bu müddət ərzində şamlıları təpədən-dırnağa qədər silahlandırdı, onların hamısını İmam (ə)-la müharibəyə səfərbər etdi. Beləliklə də düşməni qəfildən yaxalamaq fürsəti əldən çıxdı.
    Cəririn xəyanət etməsini isbat edəcək xüsusi bir dəlil yoxdur, lakin şübhəsiz, onun bilərəkdən, yaxud bilməyərəkdən etdiyi səhv islam tarixinin gedişində çox təsir buraxdı və onun səhvinə görə qasitinlərin mənfur həyatları müəyyən həddə qədər davam etdi. Əlbəttə, İmam (ə) Kufədə qaldığı müddətdə çox işlər gördü, bəzi valiləri işdən kənarlaşdırdı, islam üçün fədakarlıq göstərən və səlahiyyətli şəxsləri işə götürdü.
    Bu müddət ərzində Əli (ə)-ın Kufədə qalmasının səbəbini yalnız Cəririn yubanması ilə əlaqələndirmək olmaz. Xüsusilə də bunu nəzərə alaq ki, İmam (ə) Kufədə düşərgə salandan sonra, Cəriri Həmdan hakimliyindən Kufəyə çağırdı və belə bir böyük vəzifəni ona tapşırdı. Bu müddət ərzində cavanlar və cəngavərlər ona müraciət edib düşmənlə döyüşə hazır olduqlarını bildirir və İmam (ə)-dan hərəkət edib Şam sərhədlərinə getmək üçün icazə istəyirdilər. Lakin İmam (ə) qan tökülməsinin qarşısını almaq, məsələni hərbi toqquşma olmadan, dinc yolla həll etmək istəyirdi. Buna görə də onların hərəkət etməsi ilə razılaşmır və buyururdu: "Mənim nümayəndəm Cəririn Şamda olduğu halda hazırlıq əmrinin verilməsi sülh yollarını Şam əhalisinin üzünə bağlayar, əgər bu məsələ ilə əlaqədar xeyir niyyətləri olsa, bu da aradan gedər. Mən Cərirə məktub yazıb orada qalma müddətini məhdudlaşdırmışam. Əgər yubansa, onda ya aldanmış, ya da öz İmamı ilə müxalifət etmişdir. Mən bu işdə bir qədər təmkinlə hərəkət etmək istəyirəm. Əlbəttə, bu işin tədriclə hazırlaşmağa heç bir maneəsi yoxdur. Belə ki, hazırlıq olmadığı təqdirdə hərəkət elan edilsə, işə xələl yetirilər.("Nəhcül-bəlağə" (Əbdüh), 42-ci xütbə )
    İMAM (Ə)-IN YANINDA CƏRİRİN MÜQƏSSİR SAYILMASI
    Bu qədər yubandıqdan sonra Cərir ümidsiz halda İmam (ə)-ın yanına qayıtdı. Malik Əştər İmam (ə)-ın hüzurunda onu sorğu-suala çəkdi. Onların arasında kəskin söhbətlər oldu. Bu söhbətlərin bəzilərini qeyd edirik.
    Malik:–Ey İmam, əgər onun əvəzinə məni göndərsəydin, işi lazımınca yerinə yetirərdim. Bu kişi ümid qapılarını bizim üzümüzə bağladı. Keçmişdə Bəni-Üməyyə qəbiləsi Həmdana hakim seçməklə onun dinini aldılar. Onun yerin üzərində yol getməyə belə ləyaqəti yoxdur. İndi də Şamdan qayıdıb bizi onların gücü ilə qorxudur. Əgər icazə versəniz, onu və onun həmfikirlərini, məsələ tam aydınlaşana qədər həbs edim!
    Cərir:–Kaş mənim yerimə sən gedib bir daha geri qayıtmayaydın, ya Əmr As, ya Zilkəla, ya da Hövşəb Zizülm səni öldürərdi, çünki onlar səni Osmanın qatillərindən hesab edirlər.
    Malik Əştər:–Əgər mən getsəydim, onların qarşısında aciz qalmazdım. Mən Müaviyəni bir yola dəvət edər və ona fikirləşməyə belə macal verməzdim.
    Cərir:–Hələ ki, yol açıqdır. Get!
    Malik:–Iş-işdən keçəndən və hadisə Müaviyənin xeyrinə qurtarandan sonramı?!("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.114-115; "Vəqətu Siffeyn", səh.60 )
    Malikin güclü məntiqi var idi və Cərir onun yerli tənqidləri qarşısında düzgün cavab tapa bilməzdi. Siyasətdə uduzmuş belə bir şəxsə layiq olan şey qəsdən, yaxud bilməyərəkdən etdiyi səhvinə etiraf edərək üzr istəməkdir. Lakin o, Malikin tənqidləri qarşısında müqavimət göstərdi, yavaş-yavaş İmam (ə)-dan uzaqlaşıb Fəratın sahilində yerləşən "Fərqisya" məntəqəsinə sığındı.
    Əgər Cərir o vaxta qədər yaramaz bir iş görməmişdisə, onda onun təqsiri bağışlana bilərdi. Lakin onun sonrakı işi qanunsuz idi. Onun Əli (ə)-ı tərk edib uzaq bir məntəqədə yaşaması İmamın hökumətinə qarşı etiraz əlaməti idi. Bundan əlavə, Cəririn işdən uzaqlaşması nəticəsində qəbilə təəssübləri öz işini gördü: onun qəbiləsindən cəmisi 19 nəfər İmam (ə)-a qoşulub Siffeynə tərəf hərəkət etdi.(Vəqətu Siffeyn", səh.60-61 )
    MÜAVİYƏNİN İSLAMİ ŞƏXSİYYƏTLƏRƏ YAZDIĞI MƏKTUBLAR
    Müaviyə Siffeynə doğru hərəkət etməmişdən qabaq Əmr Asa dedi:–Üç nəfərə məktub yazıb onları Əlinin əleyhinə qaldırmaq istəyirəm. Bu üç nəfər Əbdüllah İbn Ömər, Səd İbn Vəqqas və Məhəmməd İbn Məsləmədir."
    Müaviyənin müşaviri onun fikrini bəyənmədi və dedi:–Bu üç nəfər ya Əlinin tərəfdarıdır, bu halda sənin məktubun onları Əlinin yolunda daha da möhkəmlədəcək; ya Osmanın tərəfdarıdır ki, belə olduqda onların möhkəmliyinə bir şey əlavə olunmayacaq və əgər bitərəf olsalar, sən onların nəzərində heç də Əlidən etimadlı deyilsən. Beləliklə sənin məktubun onlara heç bir təsir etməyəcək."("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.88-89 )
    Müaviyə onun sözlərini qəbul etmədi. Həm özünün, həm də Əmr Asın imzası ilə Əbdüllah İbn Ömərə belə bir məktub yazdı: "Həqiqətlər bizdən gizli olsa da, səndən heç vaxt gizli olmaz. Osmanı Əli öldürdü, dəlili də budur ki, onun qatillərinə aman vermişdir. Biz Quranın hökmü ilə Osmanın intiqamını almaq–qatillərdən qisas almaq istəyirik. Əgər Əli qatilləri bizə təhvil versə, ondan əl çəkib sonra xilafət məsələsini Ömər İbn Xəttab kimi şura şəklində müsəlmanların ixtiyarına verərik. Biz heç vaxt xilafəti istəməmişik və istəmirik də. Biz səndən istəyirik ki, ayağa qalxıb bu yolda bizə kömək edəsən. Əgər biz sizinlə müttəfiq olsaq Əli qorxub geri çəkiləcək."("Vəqətu Siffeyn", səh.63; "Əl-İmamətu vəs-siyasət", səh.89 )
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024