İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:44 AM
    ƏBDÜLLAH İBN ÖMƏRİN CAVABI
    "... Canıma and olsun, sizin hər ikiniz bəsirəti əldən vermisiniz, heç biriniz həqiqəti görmürsünüz. Siz hadisəyə uzaqdan baxırsınız. Məktubunuz şübhələnənlərin şübhəsini daha da artırır. Axı siz xilafətdən nə istəyirsiniz?! Müaviyə, sən azad edilmiş şəxslərdən–tüləqadansan. Əmr As, sən də etimad göstəriləcək bir adam deyilsən. Bu işdən əl çəkin, çünki mənim və sizin köməyiniz yoxdur."("Vəqətu Siffeyn", səh.36; "Əl-İmamətu vəs-siyasət", səh.89-90 )
    Onun Müaviyəyə yazdığı cavab Əmr Asın uzaqgörənliyini sübut edib Müaviyənin hələlik bu köhnə rəqibin səviyyəsinə çatmadığını aydınlaşdırır və göstərir ki, Müaviyə bəzi siyasi məsələlərdə malik olduğu üstünlüklə belə, (məsələn, o, müxalif tərəfin sözünü açıq ürəklə dinləyirdi, əgər ona tərəf gəlsəydilər olub-keçənləri unudar, güzəştə gedərdi, əgər müzakirədə çıxış yolu tapmasaydı, dərhal sözü dəyişər, söhbətin mövzusunu başqa yerə yönəldərdi) hələ də insanları dəqiq tanıya bilmirdi.
    BU MƏKTUBLARI YAZMAQDA MÜAVİYƏNİN MƏQSƏDİ
    Müaviyənin bu məktubları yazmaqda əsas məqsədi bitərəf şəxslərin nəzər-diqqətini cəlb etmək idi. Bu şəxslər nə tərəfdarlıq, nə də müxalifətçilik edirdilər. Onlar Məkkə-Mədinədə nüfuzlu və hörmətli şəxslər idilər. Onların nəzər-diqqətini cəlb etmək üçün Məkkə və Mədinə kimi iki böyük şəhərdə müxalifət dalğası yaratmaq lazım idi. "Şura mərkəzi" hesab olunan bu iki şəhər islam xəlifəsi seçməkdə çox mühüm rola malik idi. Lakin bu şəxslər, Müaviyəyə aldanıb onun əlini sıxacaq qədər ağılsız deyildilər. Məhz buna görə Səd Vəqqas və Məhəmməd İbn Məsləmə da eynilə Əbdüllah İbn Ömər kimi cavab verdilər.
    Nəsr İbn Müzahim "Vəqətu Siffeyn" kitabında Müaviyənin Əbdüllah İbn Ömərə yazdığı başqa bir məktubdan da söhbət açmışdır. Müaviyə o məktubda Əbdüllahı İmam (ə)-la müxalifət etməklə təqsirləndirərək onun qəlbində müxalifət toxumu səpmək istəmişdir. O yazmışdı: "Mən xilafəti özüm üçün yox, sənin üçün istəyirəm. Əgər sən də qəbul etməsən, onda xilafət məsələsi müsəlmanların şurasında müzakirə olunmalıdır." Ömərin oğlunun sadəlövh adam olmasına baxmayaraq Müaviyənin mənfur niyyətini başa düşdü və ona belə yazdı: "Yazmısan ki, mən Əliyə irad tutmuşam. Canıma and olsun, mən hara, Əlinin imanı, hicrəti, Rəsuli-Əkrəmin yanında olan məqam və mənziləti, onun müşriklər qarşısındakı sarsılmaz iradəsi hara! Mənim ona tərəfdar olmamağımın səbəbi bu idi ki, bu hadisə barəsində Peyğəmbərdən bir söz gəlib çatmamışdır. Buna görə də iki tərəfdən birinə meyl etməkdən çəkindim."("Vəqətu Siffeyn", səh.72-73 )
    MÜAVİYƏNİN SƏD VƏQQASA MƏKTUBU
    Müaviyə Iranın fatehi Səd Vəqqasa belə bir məktub yazdı: "Osmana kömək etmək üçün camaat arasında ən ləyaqətli şəxslər Qüreyşin şurası idi. Onlar Osmanı seçdilər və başqalarından irəli keçirtdilər. Təlhə və Zübeyr ona köməyə tələsdilər. Onlar şurada sənin həmkarların və islamda da sənin kimi idilər. Ümmül-möminin (Ayişə) də onun köməyinə tələsdi. Onların bəyəndikləri şeyləri pis saymaq və qəbul etdikləri şeyi rədd etmək sənə yaraşmaz! Biz gərək xilafəti şuraya qaytaraq."("Vəqətu Siffeyn", səh.74; "Əl-İmamətu vəs-siyasət", -ci cild, səh.90 )
    SƏD VƏQQASIN CAVABI
    "Ömər İbn Xəttab elə adamları şuraya daxil etdi ki, xilafət onlar üçün caiz idi. Biz bir nəfərin xilafətinə razı olmasaq, o, xilafətə layiq ola bilməz. Əgər bizim fəzilətimiz varsa, Əlidə də o fəzilət var, hətta Əlidə olan çoxlu fəzilətlər bizdə yoxdur. Əgər Təlhə və Zübeyr öz evlərində otursaydılar, daha yaxşı olardı. Allah Ümmül-möminini, tutduğu işinə görə bağışlasın!"(Vəqətu-Siffeyn", səh.75-77; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.90 )
    Müaviyə öz məktubunda şuranın digər üzvlərində olan fəzilətlərdən daha yaxşılarının üçüncü xəlifədə olmasını sübut etməyə çalışmışdı, lakin Səd Vəqqas onu qəbul etmədi, onun rəhbərliyini və qabağa düşməsini şura üzvlərinin razılığı ilə şərtləndirdi, Təlhə və Zübeyri də tənqid etdi.
    MÜAVİYƏNİN MƏHƏMMƏD İBN MƏSLƏMƏYƏ MƏKTUBU
    Müaviyə bu məktubda onu "ənsarın süvari cəngavəri" adlandırmış və axırda belə yazmışdı: "Sənin tayfan olan ənsar Allaha itaətsizlik göstərərək Osmanı xar etmişdir. Allah qiyamət günü səndən və onlardan sual edəcəkdir."
    Məhəmməd İbn Məsləmə cavabda Müaviyənin məktub yazmaqda məqsədini izah edir və deyir: "Sən dünyadan başqa bir şey istəmirsən və tamahdan başqa bir şeyə tabe deyilsən. Osmanın ölümündən sonra onu müdafiə edirsən, halbuki onun sağlığında onu xar etdin və ona kömək etmədin."("Vəqətu-Siffeyn", səh.74-77; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.90)
    MÜAVİYƏNİN MƏKTUBLARININ MƏZMUNU VƏ ONUN FİKİRLƏRİ
    Müaviyənin yazdığı məktubların məzmunları tam mənada təhrikedici idi. Onu yazan çalışırdı ki, qarşı tərəfin ən incə insani duyğularına toxunmaqla onları Əli (ə)-la müxalifətə qaldırsın. Məsələn, Ömərin oğlunu xilafətə təşviq edirdi, çünki o, şuranın naziri idi. Səd Vəqqas da altı nəfərlik şuranın üzvü və həm də Təlhə ilə Zübeyrin tayı idi. Müaviyə onun şurada üzv olmasını xatırladıb Təlhə və Zübeyrin yolunu getməyə dəvət edirdi. Məhəmməd İbn Məsləməni "ənsarın süvari cəngavəri və mühacirləri səfərbər edən" adlandırır və onlara öz keçmiş əməllərini, yəni Osmana kömək göstərmədiklərini xatırlatmaqla artıq qiyam edib ona kömək etmələrinin vaxtı çatdığını deyirdi.
    Bu məktubların hamısı göstərirdi ki, Müaviyənin islam cəmiyyətinin nizam-intizamını və ictimai asayişi pozmaqdan və cəmiyyəti Əli (ə)-ın əleyhinə təhrik etməkdən başqa bir o məqsədi yoxdu. Hətta onun Osmanın qəyyumu olmasını fərz etsək belə, yenə də bir müsəlmanın intiqamını almaq üçün bütün müsəlmanları bir-birinin canına salmaq heç bir əsasla yozula bilməzdi.
    Müaviyə xəlifənin şura tərəfindən seçilməsinə israr edirdi. Ömərin təşkil etdiyi şuranın üzvlərinin sayı altı nəfərdən çox deyildi. Əgər şuranın rəyi həlledici rola malik idisə, onda mühacir və ənsarın rəyi daha da çox həlledici rola malik olacaqdı. Hamı bilirdi ki, İmam (ə) mühacir və ənsar tərəfindən xilafət məqamına seçilmişdir və o həzrət öz evində oturduğu vaxt camaat onun evinə hücum edib onu israrla məscidə apardılar, sonra da onunla beyət etdilər. Bir neçə nəfərdən başqa heç kəs onunla beyət etməkdən imtina etmədi. Bundan əlavə, əgər mühacir və ənsarın Osmana kömək etmədiyi irad tutulurdusa, Müaviyənin özü də ona kömək etməmişdi. Halbuki Osmanın evi uzun müddət mühasirədə qaldığı zaman Müaviyə bu mühasirədən tam xəbərdar idi və öz ixtiyarında olan canlı qüvvə ilə xəlifəyə kömək edə bilərdi, lakin xəlifəyə kömək etmədi, onun qanının tökülməsinə tamaşa etdi. Osmanın özü şəxsən Şam əhalisinə və onun hakimi Müaviyəyə məktub yazaraq onlardan kömək istəmişdi.
    Müaviyə bu məktublara etinasız yanaşdı və xəlifəyə azacıq belə kömək etmədi, amma onun qətlə yetirilməsindən sonra intiqam almaq fikrinə düşdü!
    Bəzi tarixçilər Osmanın evinin arada uzun fasilə olmaqla iki dəfə mühasirəyə alındığını qeyd etmişlər. Bu fasiləni bəziləri doqquz gün, bəziləri iki ay on gün, bəziləri qırx gün, bəziləri isə bir aydan çox qeyd etmişlar. Buna görə də Osmanın mühasirəyə alınması xəbərinin Müaviyəyə çatmaması və onun bu hadisədən tamamilə xəbərsiz olmasına çox az ehtimal verilir.
    ŞAMDA ÇIXIŞ
    Bəziləri gündəlik qiymətlə bir tikə çörək yeyərək yaltaqlar, güclülər və varlıların xoşları gələn söz deyib, haqqı nahaq kimi qiymətləndirirlər, lakin tarixdə elə alicənab adamlarla rastlaşırıq ki, həqiqəti heç nəyə dəyişmir və onların dili hətiqətdən başqa bir şey söyləmir.
    Mədinə və Şam arasında, iki dağ arasındakı bir məntəqədə yaşayan Təyy qəbiləsi başda Ədi İbn Hatəm olmaqla hamılıqla Əli (ə)-a məhəbbət bəsləyirdi. Ədi Əli (ə)-ın hüzuruna gəlib dedi: Bizim qəbilədən Xəfaf adlı bir nəfər öz əmioğlusu Habisi görmək üçün Şama gedir. O güclü xətib, gözəl söz ustası və şairdir. İcazə versəydiniz ona deyərdim ki, Müaviyə ilə görüşsün, sizin Mədinədə və Iraqda olan mövqeyinizi şərh etməklə Müaviyənin və şamlıların iradəsini sarsıtsın.
    İmam (ə) bu təkliflə razılaşdı. Xəfaf Şama yola düşdü, öz əmioğlusu Habisin yanına getdi və ona dedi ki, Osman qətlə yetiriləndə mən Mədinədə idim, sonra Əli (ə)-ın qoşunu ilə birgə Mədinədən Kufəyə getmişdim, vəziyyətdən tamamilə xəbərdaram. Söhbət o yerə çatdı ki, sonrakı gün Müaviyənin yanına gedib onu həqiqətdən agah etməli oldular. Sabahı gün birlikdə Müaviyənin yanına getdilər. Habis öz əmioğlusunu təqdim edib dedi ki, o, Osmanın qətlə yetirildiyi vaxt orada imiş, sonra Əli ilə Kufəyə gəlmişdir. Oranın vəziyyəti barədə verdiyi xəbərlərə tam əmin ola bilərsən.
    Müaviyə Xəfafa dedi:–Osmanın qətli ilə nəticələnən hadisəni bizə aydınlaşdır.
    Xəfaf Osmanın qətl hadisəsini qısa cümlələrlə belə söylədi: Məkşuh dəstə ilə onu (Osmanı) mühasirəyə aldı, Həkim adlı bir nəfər hücum fərmanını verdi və Məhəmməd İbn Əbu-Bəkrlə Əmmar Osmanı qətlə yetirdilər. Ədi İbn Hatəm, Əştər Nəxəi və Əmr İbn Həməc bu hadisədə çox fəal idilər, Təlhə və Zübeyr də qətl işində mühüm rol oynayırdılar. Bu qrup içərisində ən pak adam Əlidir. Onun Osmanın qətlində heç bir rolu olmayıb.
    Müaviyə dedi:–Sonra nə oldu?
    Xəfaf dedi:–Osmanın qətlindən sonra hələ onun cənazəsi dəfn olunmamışdı ki, camaat Əliyə tərəf elə axışdı ki, başmaqlar arada itib-batdı, əbalar çiyinlərdən yerə düşdü, qocalar ayaq altında qaldılar. Hamı Əli ilə bir İmam və rəhbər olaraq beyət etdi. Təlhə və Zübeyr əhd-peymanı pozduqda o, mühacir və ənsarla birlikdə hərəkətə başladı. Bu hərəkət Səd İbn Malik, Əbdüllah İbn Ömər və Məhəmməd İbn Məsləməyə ağır gəldiyi üçün hər üçü kənara çəkildi. Lakin başqaları kömək etdiyi üçün bu üç nəfərə ehtiyac duyulmadı.
    İmam Təyy məntəqəsinə çatdıqda bizim qəbilədən bir dəstə adam ona qoşuldu. Yolda Təlhə və Zübeyrin Bəsrəyə getməsini öyrəndi və bir dəstə adamı Kufəyə göndərdi. Kufəlilər də o həzrətin dəvətini qəbul edərək Bəsrəyə tərəf yola düşdülər. Bəsrədə baş verən müharibədə şəhər onun ixtiyarına keçdi. Sonra Kufəyə yola düşdü. Bu şəhərdə səs-küy başlandı, qoca-cavan, uşaq-böyük–bütün əhali onu qarşıladı. Hal-hazırda Əli Kufədədir və Şamı fəth etməkdən başqa bir fikri yoxdur.
    Xəfafın sözləri sona çatdıqda Müaviyənin canına üşütmə düşdü. Habis Müaviyəyə dedi:–Əmioğlum Xəfaf mahir bir şairdir. O, müzakirə etdiyimiz hadisələr barəsində mənim üçün bir şer oxuyaraq mənim Osman barədə olan fikrimi tamamilə dəyişdirmiş, Əlinin əzəmətindən mənə anlatmışdır.
    Müaviyə həmin şerləri onun üçün də oxumasını istədi. Xəfaf çox dolğun mənalı və dərin məzmunlu şerlərini oxudu, şeri dinlədikdən sonra Müaviyənin halı pozuldu və Habisə dedi:–Çox güman ki, bu kişi Əlinin casusudur. Tez onu Şamdan çıxart!
    Amma sonradan onu bir daha öz yanına çağırıb, camaatın ümumi vəziyyəti barədə məlumat verməsini istədi. O, vəziyyəti və baş vermiş əhvalatları daha geniş şəkildə ona söylədi. Müaviyə onun dahiliyi və qabiliyyəti önündə heyrətləndi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 1-ci cild, səh.110-122; səh. "Vəqətu-Siffeyn", səh.64-66 )
    SƏHABƏ ÖVLADLARINDAN KÖMƏK İSTƏMƏK
    İmam (ə) təqva, pərhizkarlıq, islam yolunda müşriklərə qarşı mübarizə kimi məsələlərdə xalq arasında misilsiz mövqeyə malik idi. Müaviyə xalq arasında hörmət qazanmaq üçün Peyğəmbər (s)-in bəzi səhabələrini və onların övladlarını öz ətrafına yığmağa çalışırdı. O, Übeydullah İbn Ömərin Əli (ə)-ın ədalətindən qaçaraq Şama gəlməsindən xəbər tutan kimi sevincindən yerə-göyə sığmırdı. (Übeydullah İbn Ömər Hürmüzanı öldürdüyünə görə Əli (ə) ondan qisas almaq istəyirdi).("Kamil" (Ibni Əsir) 3-cild, səh.40; "Tarixi-Təbəri", 5-ci bölmə, səh.41-42 ) Buna görə də öz müşaviri Əmr As ilə əlaqə yaradıb, Übeydullahın gəlişini ona təbrik dedi və elə təsəvvür etdi ki, onun kimi adamları öz başına yığmaqla Şam mülkünü əlində saxlaya bilər.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.92 )
    Hər ikisi qərara aldılar ki, Übeydullahı çağırsınlar, minbərə çıxıb Əli barəsində nalayiq sözlər deməsini ondan xahiş etsinlər. Übeydullah məscidə daxil olanda Müaviyə ona dedi:–Qardaşoğlu, sənin adın atan Ömər İbn Xəttabın adı ilə eynidir. Ayıq ol və var-gücünlə danış. Sən camaat arasında mötəbər bir şəxsiyyət sayılırsan. Minbərə çıxıb Əlini söy və camaata de ki, Osmanı Əli öldürmüşdür.
    Əli (ə)-ın yüksək əzəmət və məqamını azaltmaq üçün hətta xəlifələrin oğlanlarını belə çirkin və yaramaz işlərə vadar edən, yaramaz əməl və fitnə əhli olanlar Şam əhalisini idarə edirdi. Lakin İmam (ə)-ın şəxsiyyəti elə böyük və əzəmətli idi ki, hətta düşmən də onu inkar edə bilmirdi.
    İmam (ə)-ın ədalətindən qaçan Übeydullah Müaviyəyə dedi:–Əlini söyüb ona nalayiq söz deməyə mənim qüdrətim çatmaz. O, Əsəd İbn Haşimin qızı olan Fatimənin oğludur. Onun əsil-nəsəbi barəsində nə deyirsən?! Onun ruhi və cismi qüdrətini göstərməkdə bunu demək kifayətdir ki, o, islam yolunda sarsılmaz bir igiddir. Mən yalnız Osmanın qətlini onun boynuna ata bilərəm.
    Əmr As yerindən qalxıb dedi:–Allaha and olsun! Əgər sən bunu minbərdə desən, camaat öz qəlblərində gizlətdikləri kin-küdurəti aşkar edəcəklər!
    Übeydullah minbərə tərəf getdikdən sonra Müaviyə Əmr Asa dedi:–Əgər o Hürmüzanı öldürməsəydi, Əlinin qisas alacağından qorxmaz və bizə tərəf gəlməzdi. Əlini necə təriflədiyini görmədinmi?!
    Nəhayət Übeydullah söhbətə başladı. Söz Əli (ə)-a çatanda sözünü kəsdi və onun barəsində bir söz belə demədi. Sonra minbərdən endi. Müaviyə ona dedi:–Qardaşoğlu, sənin Əli barəsində sükut etməyinin iki səbəbi ola bilər: ya bacarıqsızlıq, ya da xəyanət.
    Übeydullah dedi:–Osmanın qətlində əli olmayan bir şəxs haqqında belə bir söz demərəm, halbuki, əgər bir söz desəydim, şübhəsiz camaat qəbul edəcəkdi.
    Müaviyə onun sözündən narahat olub onu özündən uzaqlaşdırdı, heç bir vəzifəyə qoymamağı qərara aldı. Nəhayət Übeydullah öz sözlərini bir təhər dəyişdirib dedi:–Hərçənd Əli Osmanın qətlində bir rol ifa etməmişdi, lakin qatillər onun ətrafına yığışmışlar. Əli də onların işlərini pis yox, yaxşı hesab edir. Şahidlik edirəm ki, Osman öz əməllərindən tövbə etdiyi bir halda öldürüldü.("Vəqətu-Siffeyn", səh. 82-84)
    Übeydullahın əvvəlki sözündən dönməsi Müaviyə üçün kifayət idi. Buna görə də onu öz sirdaşlarından biri kimi qəbul etdi.
    OSMANIN QATİLLƏRİNİN TƏHVİL VERİLMƏSİ İDDİASI
    Müaviyənin Əli (ə)-la müxalifət edərək müharibə üçün qoşun yığmaqda ən böyük bəhanəsi İmam (ə)-ın Osmanın qatillərini himayə etməsi iddiası idi. Əvvəldə Osmanın qətlinin səbəbləri haqqında ətraflı şəkildə söhbət olundu. Burada araşdırılası məsələ budur ki, Osmanın evinə hücum edənlərin cəmiyyətdə malik olduqları mövqeyinə görə hətta Əli (ə) belə onları təhvil verməyə qadir deyildi. Düzdür ki, bir dəstə adam onun evini mühasirəyə aldı və başqa bir dəstə isə onu qətlə yetirdi, lakin xəlifənin əməvi valilərinin xalqa etdikləri zülmlər müqabilində sükut etməsi xalqı bu zülmlərdən xilas etmək məqsədilə xəlifəni öldürən bu dəstənin hörmətinin xalq içində daha da artmasına səbəb oldu. Buna görə də belə şəxslərin tutulub kiməsə təhvil verilməsi çox böyük çətinliklər yaradardı.
    Çünki Əli (ə)-la döyüşmək çox da asan bir iş deyildi. Hətta Şamda yaşayan yəmənli zahid Əbu Müslüm Xovlani Müaviyənin Əli (ə)-la vuruşmaq üçün hazırlaşmasından agah olduqda Quran qarilərindən bir neçəsi ilə birlikdə onun yanına gedib soruşdu:–Nə üçün Əli ilə müharibə etmək istəyirsən, halbuki sən heç bir cəhətdən ona tay ola bilməzsən?! Səndə nə onun Peyğəmbər (s)-lə olan dostluğu var, nə onun islam yolunda göstərdiyi fədakarlıqlar və xidmətlər, nə onun hicrətdəki rolu, nə də onun Peyğəmbər (s)-lə olan qohumluğu yoxdur.
    Müaviyə dedi:–Mən heç vaxt özümdə Əlinin fəzilətləri kimi bir fəzilətin olduğunu iddia etməmişəm, lakin sizdən soruşuram: Osmanın məzlumcasına öldürülməsini bilirsinizmi?
    Dedilər:–Bəli.
    Müaviyə dedi:–Əli gərək onların qatillərini bizə təhvil versin, biz də onlardan qisas alaq. Yalnız bu halda biz onunla müharibə etmərik.
    Əbu Müslüm və onun həmfikirləri Müaviyədən Əli (ə)-a bir məktub yazmasını istədilər. Müaviyə bir məktub yazdı və Əbu Müslümə verdi ki, onu İmam (ə)-a çatdırsın. (Bu məktubun məzmununu və onun cavabını qeyd edəcəyik.) Əbu Müslüm Kufəyə gəldi və məktubu Əli (ə)-a verdi, sonra dedi:–Allaha and olsun! Sən elə bir işi öhdənə almısan ki, bu işin səndən başqasının əlində olmasını heç vaxt istəmərəm. Lakin Osman möhtərəm (toxunulmaz) bir müsəlman olduğu halda məzlumcasına öldürüldü. Gərək onun qatillərini bizə təhvil verəsən. Sən isə bizim əmir və rəhbərimizsən. Əgər bir kəs səninlə müxalifət etsə, onda əllərimiz sənə kömək, dillərimiz sənə şahiddir. Bu təqdirdə üzürlü olacaqsan.
    İmam (ə) bir şey demədi, yalnız bu sözləri buyurdu:–Sabah gəl və məktubun cavabını al.
    Sabahı gün Əbu Müslüm məktubun cavabını almaq üçün İmam (ə)-ın hüzuruna getdikdə gördü ki, başdan-ayağa silahlanmış böyük bir dəstə Kufə məscidinə yığışıb. Onların hamısı birlikdə belə şüar verirdilər: "Biz Osmanın qatilləriyik!"
    Əbu Müslüm bu mənzərəni gördü, məktubun cavabını almaq üçün İmam (ə)-ın hüzuruna gedib dedi:–Bir dəstə silahlı adam gördüm. Onlar kimdirlər?
    İmam (ə) buyurdu:–Nə gördün?
    Dedi:–Bizə xəbər çatmışdı ki, sən Osmanın qatillərini bizə təhvil vermək istəyirsən. Halbuki bu gün bir dəstə silahlı adam bir yerə yığışıb şüar verərək deyirlər ki, "bizim hamımızın Osmanın qətlində əlimiz olub."
    Əli (ə) buyurdu: "Allaha and olsun, bir an belə, onları təhvil vermək barədə qərara gəlməmişəm. Mən bu işi diqqətlə araşdırdıqda gördüm ki, onları sənə, yaxud səndən başqasına təhvil vermək əsla düzgün iş deyildir.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 15-ci cild, səh.74-75; "Vəqətu-Siffeyn", səh.85-86 )
    Bu hadisə göstərirdi ki, Osmanın qatilləri o vaxt cəmiyyətdə yüksək bir məqama malik idilər və onların kiməsə təhlil verilməsi böyük qırğına səbəb olacaqdı.
    Bu bir təbii iş idi və heç vaxt İmam (ə)-ın əmri ilə olmamışdı. Əks halda İmam (ə) Əbu Müslümə verdiyi cavabda bu işdən xəbərsiz olduğunu deməzdi. Bu sözün ağızdan-ağıza yayılması da Əbu Müslümün sadəliyi üzündən olmuşdu, çünki o öz məmuriyyətini camaat içərisində demişdi. Onun bu işi üçüncü xəlifənin təyin etdiyi valilərin zülmlərindən cana doyan və elə həmin səbəbə görə də onu qətlə yetirən qiyamçıları bir-biri ilə birləşdirib daha da müttəfiq etdi.
    İmam (ə)-ın bu məsələni yoxladıqdan sonra "onları təhvil vermək məsləhət deyildir" - deməsinin səbəbi də bu idi ki, onların hər birinin barəsində hər hansı qərara gəlmək onların hamısını hərəkətə gətirəcəkdi. Bundan da əlavə, qisas hökmünün icra olunmasını tələb etmək Quran ayələrinə əsasən ölən adamın qəyyumuna (vəliyyid-dəmə) aiddir və o da Müaviyə deyil, Osmanın övladları idi. Müaviyə onunla çox uzaq qohum idi və Osmanın qətlini öz fitnəkarlıq məqsədləri üçün bəhanə etmişdi.
    ON DÖRDÜNCÜ FƏSİL
    İMAM (Ə)-IN ORDUSUNUN SİFFEYN MÜHARİBƏSİNƏ HAZIRLIĞI
    NÜXEYLƏ DÜŞƏRGƏSİNDƏ İMAM (Ə)-IN ORDUSUNUN ÖN CƏBHƏSİNİN TƏŞKİL OLUNMASI
    Müaviyənin "vaxt öldürmə" siyasəti sona çatdı. O, tanınmış şəxsiyyətlərə məktub göndərməkdə istədiyi nəticəni əldə edə bildi. Bu müddət ərzində hərbi qüdrətini artırdı və ətraf məntəqələrə casuslar göndərdi ki, İmam (ə)-ın təyin etdiyi valilərin bəzilərini aldadıb, o həzrətin ordu başçıları və sərkərdələri arasında ixtilaf və fikir ayrılığı yaratsın.
    Peyğəmbər (s)-in özündən sonra Əli (ə)-ı aşkar şəkildə xəlifəliyə təyin etdiyinə baxmayaraq, İmam (ə) 35-ci hicri ilinin Zilhəccə ayının 25-də zahiri xilafətə çatdı.("Tarixi-Yəqubi", 2-ci cild, səh.178 (Beyrut çapı); "Tarixi-Təbəri", 4-ci cild, səh.457 )
    Mühacir və ənsarın hamısı onunla müsəlmanların rəhbəri ünvanı ilə beyət etdilər. O, öz xilafətinin ilk günlərindən etibarən Səbrə Cəhmi adlı bir qasid göndərməklə Müaviyəni mərkəzi hökumətə itaət etməyə dəvət etdi. Lakin ondan xudpəsəndlik, özbaşınalıq, hədə-qorxu gəlməkdən başqa bir əksül-əməl görmədi.
    İmam (ə) Əbu Müslüm Xovlaninin vasitəsi ilə Müaviyənin məktubuna cavab verdikdən sonra, tam qətiyyətlə işə girişərək bu xəbis şəcərənin kökünü kəsməli idi. Bu məqsədlə 36-cı ilin şəvval ayının əvvəllərində oraya ordu göndərməyi qərara aldı. Əvvəlcə mühacir və ənsarı dəvət etdi və Quranın "işlərində onlarla məşvərət et" ayəsinin hökmünə görə onunla birlikdə Mədinədən köçüb, ondan ayrılmayan mühacir və ənsarın böyüklərinə belə buyurdu:–Siz bizim cəmiyyətimizdə mübarək rəyə malik olanlar, səbir edənlər, haqq söyləyənlər, düz əməl sahiblərisiniz. Biz həm sizin, həm də bizim düşmənlərimiz olan adamlara tərəf hərəkət etmək istəyirik. Bu barədə öz fikirlərinizi deyin.("Vəqətu-Siffeyn", səh.92 )
    Mühacirlərdən Haşim İbn Ütbə ayağa durub dedi:–Ey Əmirəl-möminin! Biz Əbu Süfyan övladlarını çox yaxşı tanıyırıq. Onlar sənin və sənin şiələrinin düşmənləri, dünyapərəstlərin dostlarıdır. Dünya malı və əldə etdikləri qüdrətə görə səninlə vuruşur və bu yolda heç nəyi əsirgəmirlər. Onların bundan başqa məqsədləri yoxdur. Sadəlövh adamları aldatmaq üçün Osmanın intiqamını bəhanə etmişlər, amma yalan deyirlər. Onlar Osmanın intiqamını almaq üçün deyil, dünyəvi məqsədlərə çatmaq üçün çalışırlar. Bizi onlara tərəf göndər. Əgər onlar haqqı qəbul etsələr, lap yaxşı; amma əgər qəbul etməyib, təfriqə və müharibə yolunu seçsələr, onlarla vuruşaq. Mənim fikrimcə elə belə də olacaqdır.
    Sonra mühacirdən olan Əmmar(Peyğəmbər (s.ə.v.v) onun barəsində belə buyurmuşdur: "Əmmar haqq ilə, haqq da Əmmar ilədir." )ayağa qalxıb dedi:–Ey Əmirəl-möminin! Hətta bir gün belə yubanmadan fasid və yaramaz adamların müharibəni başlamalarından və haqdan ayrılıb müqavimət göstərmək qərarına gəlmələrindən əvvəl bizi döyüşə göndər, bizim vasitəmizlə onları səadətləri olan şeylərə dəvət et. Əgər qəbul etsələr, lap yaxşı. Amma əgər müqavimət göstərsələr, onlarla vuruşarıq. Allaha and olsun, onlarla cihad etmək Allah dərgahına yaxınlıq və Onun tərəfindən rəhmət səbəbidir.
    Sonra isə ənsarın böyük və nüfuzlu şəxsiyyətləri öz fikirlərini bildirdilər. Qeys İbn Səd ayağa durub dedi: Bizi dayanmadan düşmənə sarı göndər! Allaha and olsun, bizim üçün onlarla cihad etmək Roma imperiyası ilə cihad etməkdən daha xoşdur. Çünki, onlar öz dinlərində hiyləgərlik etmişlər, indi də Allah övliyalarını (mühacir və ənsarı) və yaxşılıq ardınca gedənləri zəlil və xar hesab edirlər. Onlar bizim mal-dövlətimizi özlərinə halal, özümüzü isə qul hesab edirlər.
    Qeysin sözü sona çatdıqda Xüzeymə İbn Sabit və Əbu Əyyub Ənsari onun öz fikrini hamıdan əvvəl bildirməsini irad tutub dedilər: Yaxşı olardı ki, bir az səbir edərdin, böyüklər danışardılar.
    Sonra ənsarın böyüklərinə dedilər: Ayağa qalxıb İmam (ə)-ın irəli sürdüyü məsələ barəsində nəzərinizi bildirin.
    Ənsarın görkəmli şəxsiyyətlərindən olan Səhl İbn Hənif ayağa durub dedi: Ey Əmirəl-möminin, biz sənin dostun, dostlarının dostu, düşmənlərinin düşməniyik. Bizim fikrimiz elə sənin fikrindir. Biz sənin sağ əlinik. Amma gərək bu məsələni Kufə əhalisinə də təklif edib onları cihada çağırasan və onları əldə edəcəkləri səadətdən agah edəsən, çünki onlar bu yerin sakinləridir. Əgər onlar sənin çağırışına müsbət cavab versələr, sənin məqsədin əməli olaraq həyata keçər. Bizim səninlə heç bir fikir ayrılığımız yoxdur. Nə vaxt çağırsan cavab verərik, nə vaxt əmr etsən yerinə yetirərik.("Vəqətu-Siffeyn", səh.92-93 )
    Səhlin sözləri onun dərrakəli bir adam olduğunu göstərirdi. Çünki, İmam (ə)-ın ətrafında mühacir və ənsardan olanlar islam ümmətinin özəyi hesab olunurdular, onların bu işə tərəfdar olmaları camaatın hərəkət etməsində gözəl təsir qoyacaqdı. Eyni halda İmam (ə)-ın ordusunun əksəriyyətini aralarında qəbilə başçıları olan iraqlılar təşkil etdiyindən onların vəfadarlıqları olmadan yüz min nəfərlik bir ordu yaratmaq mümkün deyildi. Amma İmam (ə) əvvəlcə mühacir və ənsarla ona görə məşvərət etmişdi ki, o həzrətin hökumətinin bünövrəsini qoyanlar məhz onlar sayılırdı və bütün müsəlmanların diqqət mərkəzində idilər. Onların nəzərlərini cəlb etmədən iraqlıları da cəlb etmək mümkün olmayacaqdı.
    İMAM (Ə)-IN NİTQİ
    İmam (ə) Səhlin irəli sürdüyü təklifdən sonra xüsusi müşavirəni böyük bir iclasa döndərdi, camaatın əksəriyyətinin iştirak etdiyi həmin iclasda minbərə çıxdı və uca səslə buyurdu:–Allah düşmənlərinə tərəf hərəkət edin! Quran və sünnə düşmənlərinə tərəf, "Əhzab"ın tör-töküntülərinə, mühacir və ənsarın qatillərinə tərəf hərəkət edin!
    Bəni-Fəzar qəbiləsindən Ərbəd adlı bir nəfər ayağa qalxıb dedi:–Bizi öz din qardaşlarımızla döyüşmək üçün Şama göndərmək istəyirsən? Elə bundan qabaq bizi Bəsrəyə göndərdin və bəsrəli qardaşlarımızla vuruşduq. Allaha and olsun, bu dəfə belə bir işə girişməyəcəyik!
    Bu vaxt Malik Əştər ayağa qalxıb dedi:–Bu kimdir?
    Söz onun ağzından çıxan kimi hamının baxışları o kişiyə dikildi. O, camaatın hücum etməsindən qorxub qaçmağa başladı və bazarda gizləndi. Qəzəblənmiş camaat onu təqib etməyə başladı. Onu tapıb ölənə qədər döydülər. Onun ölüm xəbəri Əli (ə)-a çatanda çox narahat oldu, çünki, onun cəzası faciəli şəkildə öldürülmək deyildi. İslamın ədalət qanunları onun qatilinin tapılmasını tələb edirdi. Nəhayət məlum oldu ki, onu "Həmdan" qəbiləsinin adamları ilə bir dəstə başqa adam öldürmüşdür, müəyyən bir şəxs onun qatili deyil. İmam (ə) buyurdu: "Bu "kor" qətldir və qatili məlum deyildir. Onun diyəsi beytül-maldan verilməlidir."("Vəqətu-Siffeyn", səh.94-95 )
    MALİK ƏŞTƏRİN ÇIXIŞI
    Bu gözlənilməz hadisə İmam (ə)-ı bərk narahat etdi. Onun qan bahasının ödənilməsinə dair göstəriş verməsinə baxmayaraq, narahatçılıq izləri yenə də onun üzündə görünürdü. Buna görə də İmam (ə)-ın səmimi dostu Malik Əştər ayağa qalxıb Allaha həmd-səna etdi və dedi: "Bu bədbəxt və xainin dediyi sözlər səni məyus etməsin. Gördüyün bu böyük dəstə sənin yolunu gedənlərdir. Onlar səndən başqa heç nə istəmirlər. Əgər bizi düşmənə tərəf göndərmək istəyirsənsə, göndər. Allaha and olsun, hər kəs ölümdən qorxsa, ondan nicat tapmaz. Heç kəs, əcəli çatmamış ölməz. Allahın, Quranın, sünnənin düşmənləri və ənsarla mühacirin qatilləri adlandırdığın adamlarla necə vuruşmaya bilərik?! Halbuki onların bir dəstəsi dünən (Bəsrədə baş verən hadisəyə işarədir) müsəlmanlara qarşı çıxaraq, Allahı qəzəbləndirmişlər. Yer üzü onların yaramaz əməlləri ilə zülmətə dönmüşdür. Onlar axirətdə onlara nəsib olacaq şeyləri bu dünyanın cüzi mal-dövlətinə sataraq əldən vermişlər.
    İmam (ə) Malikin sözlərini dinlədikdən sonra üzünü camaata tutub buyurdu:–Bu yol ümumi bir yoldur, haqqın qarşısında hamı bərabərdir. Hər kəs cəmiyyət üçün öz rəyi əsasında müəyyən bir xeyirxahlıq etsə, Allah onun əvəzini onun niyyətinə uyğun olaraq verəcəkdir. Fəzari qəbiləsindən olan kişinin gördüyü iş keçib getdi.("Vəqətu-Siffeyn", səh.95 )
    Bu sözü dedikdən sonra minbərdən düşüb evə getdi.
    İMAM (Ə)-IN ORDUSUNDA MÜAVİYƏNİN NÜFUZ ETMİŞ CASUSLARI
    Hərbi hissələrə casuslar göndərib nüfuz etmək, ordu sərkərdələrini və tanınmış şəxsiyyətləri ələ almaq qüdrətli dövlətlərin öz müxalifləri əleyhinə seçdikləri qədim üsullardan biridir. Müaviyə bu məkrli siyasətdə öz dövründə misilsiz idi. Bəzilərinin nəzərində siyasət hər hansı yolla–istər qanuni olsun, istərsə də qeyri-qanuni–məqsədə çatmaqdır. Onların məntiqində məqsəd və hədəfə çatmaq vasitəni doğruldur. Müaviyənin zahiri mövqeyini Əli (ə)-dan üstün sayan sadəlövh adamlar İmam (ə)-ı siyasət qanunlarını bilməməklə təqsirləndirib ki, siyasi işlərdə Müaviyənin Əlidən daha bacarıqlı və qabiliyyətli olmasını deyirdilər. Buna görə də İmam (ə) islamın düzgün siyasət üsullarından xəbərsiz olan bu kimi şəxsləri tənqid edərək buyurdu:–"Allaha and olsun, Müaviyə heç də məndən siyasətcil deyildir. Lakin o hiylə işlədib günah edir. Əgər hiyləgərliyin pisliyi olmasaydı, onda mən hamıdan siyasətcil olardım. Lakin hər bir hiylə bir növ günahdır, hər bir günah bir növ küfrdür. Qiyamət günü hər bir hiyləgərin xüsusi bir bayrağı vardır ki, onunla tanınacaq."("Nəhcül-bəlağə, (Əbdühün şərhi), 195-ci xütbə )
    Sözümüz dəlil-sübutsuz olmasın deyə, Müaviyənin İmam (ə)-ın ordusuna casus göndərməkdə seçdiyi üsullardan bir nümunəni qeyd edirik: İmam (ə)-ın Müaviyə ilə müharibə etməyə dair minbərdəki çıxışının yaratdığı əks-səda və həyəcan vəsfedilməz dərəcədə idi. Belə ki, Müaviyənin casusu Ərbəd İmam (ə)-a etiraz etdiyinə görə qəzəblənmiş camaatın zərbələri altında elə əzişdirilib öldürüldü ki, qatilinin kim olduğu belə məlum olmadı.("Vəqətu-Siffeyn", səh.94)
    Bu mənzərəni müşahidə edən digər casuslar öz hesablarını apardılar və Əli (ə)-ın qərarını pozmaq üçün başqa bir yol seçdilər. Onlar, bəlkə İmam (ə)-ı müharibənin acınacaqlı aqibətindən və müharibənin kimin xeyrinə qurtaracağından xəbərdar edərək qorxuda biləcəklərini təsəvvür edirdilər. Buna görə də Əbəs qəbiləsindən Əbdüllah, Təmim qəbiləsindən isə Hənzələ adlı iki casus İmam (ə)-ın dostları arasında fikir ayrılığı salmaq və təfriqə yaratmaq üçün "nəsihət və xeyirxahlıq" pərdəsi altında işlərini davam etdirmək qərarına gəldilər, hər biri öz qəbiləsindən bir dəstəni özləri ilə həmrəy edib İmam (ə)-ın yanına getdilər. Əvvəlcə Hənzələ ayağa qalxıb dedi: "Biz tam xeyirxahlıq niyyəti ilə gəlmişik. Bizim sözümüzü qəbul edəcəyinə ümidvarıq. Sizin barənizdəki fikrimiz budur ki, bu kişi (Müaviyə) ilə barışıq yaratmağa çalışasınız və onlarla vuruşmaq üçün tələsməyəsiniz. Allaha and olsun, bu qoşunlar qarşılaşanda hansının qələbə çalacağını, hansının isə məğlub olacağını heç kim bilmir.
    Sonra Əbdüllah ayağa qalxıb Hənzələnin dediyi sözləri təkrar elədi, onlarla birlikdə gələnlər də onların sözlərini təsdiq etdilər. İmam (ə) Allaha həmd-səna etdikdən sonra buyurdu:–Allah-Taala bəndələrin varisi, yeddi qat yerləri və göyləri yaradandır. Hamımız Ona tərəf qayıdacağıq. O, rəhbərliyi hər kəsə istəsə, verər və hər kəsdən də istəsə, alar. Hər kəsi istəsə əzizləyər, hər kəsi də istəsə zəlil edər. Düşmənə arxa çevirmək, zahirdə qalib, yaxud məğlub olsalar belə azğınların və günahkarların işidir. Allaha and olsun, mən elə adamların sözlərini eşidərəm ki, onlar heç vaxt yaxşılığı (mərufu) tanımaq, pisliyi (münkəri) inkar etmək istəməmişlər.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.175; "Vəqətu-Siffeyn", səh.96 )
    İmam (ə) bu sözlərlə özlərini camaat arasında gizlədən və düşmənlərin tərəfindən danışan bu iki casusun mənfur niyyətini ifşa edərək, aşkar şəkildə buyurdu ki, Müaviyə ilə müharibə aparmaq əmr be məruf və nəhy əz münkərin bir qismidir, heç bir müsəlman onun vacib və zəruri olduğunu inkar edə bilməz, eləcə də Müaviyə ilə müharibə etməyin qarşısını almaq istəyənlər əməli olaraq islamın bu iki həyati prinsipini ayaq altına salırlar.
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024