İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:43 AM
    HƏQİQƏTLƏR AŞKAR OLUR
    Əmirəl-möminin Əli (ə)-ın sözləri ilə həqiqət aşkar oldu, o iki nəfərin bəd niyyətləri həmin məclisdə ifşa olundu. Müəqqəl Riyahi ayağa qalxıb dedi: Bunlar xeyirxahlıq məqsədləri ilə deyil, səni aldatmaq üçün bura gəlmişlər. Onlardan uzaq ol, çünki onlar sənin ən qatı düşmənlərindir.
    Malik adlı başqa birisi ayağa qalxıb dedi: Hənzələnin Müaviyə ilə əlaqəsi var. İcazə ver müharibə qurtarana kimi onları həbs edək.
    Əbəs qəbiləsindən olan Əyyaş və Qaid ayağa qalxıb dedilər: Çatan xəbərlərə görə Əbdüllah Müaviyə ilə sirdaşdır və onların arasında gizli məktublaşma gedir. Ya siz onu müharibə qurtarana kimi həbs edin, ya da icazə verin, biz həbs edək.
    Bu dörd nəfərin ifşaçılıqlarından sonra casuslar əl-ayağa düşüb dedilər: Sizə kömək etmək, özünüzün və düşmənlərinizin barəsindəki fikirlərini demək istəyənlərin mükafatı elə budurmu?
    İmam (ə) onlara belə cavab verdi: Allah mənimlə sizin aranızda hakimdir, mən sizi Ona tapşırıram, Ondan da kömək istəyirəm. Hər kəs istəsə gedə bilər.
    Bundan sonra camaat dağılışdı. Çox keçmədən Hənzələ ilə Təmim qəbiləsi arasında dava-dalaş düşdü. Hər iki casus Iraqdan Şama qaçıb Müaviyəyə qoşuldular. Hənzələnin etdiyi xəyanətə görə İmam (ə) əmr etdi ki, onun evini viran etsinlər ki, başqaları üçün ibrət dərsi olsun.("Vəqətu-Siffeyn", səh.97; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), -ci cild, səh.176 )
    İNTİZAR, YOXSA HƏRƏKƏT?!
    İmam (ə)-ın bütün sərkərdələri və o həzrətin tutduğu yolunun aşiqləri Müaviyəni aradan götürməyin vacibliyində yekdil fikirdə idilər. Lakin Əbdüllah İbn Məsud kimi bir neçə səhabənin xüsusi nəzəri var idi. (Gələcəkdə onların da nəzərlərini qeyd edəcəyik.)
    İmam (ə)-ın etimadlı və sadiq dostlarından olan Ədi İbn Hatəm, Zeyd İbn Hüseyn kimilər bu məsələni məktublaşma və müzakirə yolu ilə həll etmək üçün vaxtı bir az da təxirə salmaq istəyirdilər. Buna görə də Ədi İmam (ə)-a dedi: Əgər məsləhət görürsünüzsə, bir az səbir edin və onlara möhlət verin, qoy məktublar çatsın və sizin nümayəndələriniz onlarla müzakirə etsinlər. Əgər haqq sözü qəbul etsələr, hidayət olunarlar. Bu halda sülh hər iki tərəf üçün yaxşıdır. Amma əgər öz inadkarlıqlarını davam etdirsələr, onda bizi onlara tərəf göndər.
    Amma onların müqabilində Əli (ə)-ın əksər sərkərdələri sürətlə Şama tərəf hərəkət etmək istəyirdilər. Onlardan Yəzid İbn Qeys, Zeyd İbn Nəzr, Əbdüllah İbn Bədil və Əmr İbn Həmiq (bu ikisi böyük səhabələrdən idilər), Hücr İbn Ədi, (məşhur tabelərdən) daha çox israr edir və öz fikirlərini bildirəndə elə məsələləri açıqlayırdılar ki, onların fikirlərinin düzgün olduğu məlum olurdu. Məsələn, Əbdüllah İbn Bədil deyirdi ki, onlar iki əsasa görə bizimlə vuruşmaq istəyirlər:
    1-Onlar müsəlmanların arasında ədalət və bərabərliyin bərqərar olunmasını istəmirlər, mənsəbdə və beytül-malda ayrı-seçkiliyin qorunub saxlanmasına çalışırlar. Əllərində olan məqamı, mənsəbi, ələ gətirdikləri şeyləri itirmək istəmirlər.
    2-Müaviyə Əli (ə)-a necə beyət edə bilərdi, halbuki, İmam "Bədr" döyüşündə bir gündə onun qardaşını, dayısını və babasını öldürmüşdü. Allaha and olsun, nizələr onların başında sınmamış, qılınclar başlarını parçalamamış, polad əmudlar beyinlərini silkələməmiş təslim olacaqlarını əsla güman eləmirəm.
    Əbdüllahın gətirdiyi dəlillərə diqqət yetirməklə aydın olur ki, hərəkətdə hər növ təxir düşmənin xeyrinə, İmam (ə)-ın zərərinədir. Buna görə də İmam (ə)-ın dostlarından olan Yəzid Ərci dedi: Mübarizə əhli tənbəlliyə və qəflətə yol verməz, əldə edilən qələbəni heç vaxt itirməz və qələbə barəsində "bu gün-sabah" edərək məsələni təxirə salmazlar("Vəqətu-Siffeyn", səh.98-102; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.177)
    QƏZƏBLƏNƏNDƏ SƏBİRLİ OLMAQ
    Bu zaman İmam (ə)-a xəbər çatdı ki, böyük səhabə Əmr İbn Həmiq və Hücr İbn Ədi Şam əhalisini lənətləmiş, onlara qarşı bizarlıq elan etmişlər. İmam (ə) bir nəfərə göstəriş verdi ki, onları bu işdən çəkindirsin. Onlar bu xəbərdarlığı eşitdikdə İmam (ə)-ın hüzuruna gəlib dedilər:–Nə üçün bu işi görməyə icazə vermirsən? Məgər onlar batil əhli deyildirmi?!
    İmam (ə) buyurdu:–Elədir, amma sizin lənət yağdıran və söyüş söyən olmağınızı istəmirəm, söyüş söyməyin və bezarlıq elan etməyin. Əgər bu işin yerinə onların pis əməllərini açıb desəniz, daha təsirli və daha yaxşı olar. Lənətləmək və bezarlıq elan etmək yerinə onlara dua edib belə deyin: "Ilahi, bizim də, onların da qanını qoru, bizimlə onların arasında sülh bərqərar et. Onları bu zəlalətdən düz yola hidayət et ki, bizim haqqımızı tanımayanlar haqqımızı tanısın." Belə desəniz, mənim üçün daha xoş, sizin üçün daha yaxşı olacaq.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 197-ci xütbə; "Vəqətu-Siffeyn", səh.103; "Əxbaruttival", səh.115; "Təzkirətul-xəvass" (Ibni Cövzi), səh.154. )
    Onlar İmam (ə)-ın nəsihətini qəbul etdilər. Əmr İbn Həmiq İmam (ə)-a qarşı olan məhəbbətinin səbəbini belə izah etdi: Mən səninlə qohum olduğuma görə, yaxud mal-dövlətə və vəzifəyə olan tamah üzündən beyət etməmişəm. Mən sənə ona görə beyət etişəm ki, səndə beş gözəl sifət vardır və bunlar sənin məhəbbətini mənim qəlbimə salmışdır: Sən Peyğəmbərin əmioğlusu, ona iman gətirən ilk şəxs, bu ümmətin ən fəzilətli qadınının əri, Allah Rəsulunun sülaləsinin atasısan və cihadda mühacirlər içərisində ən böyük pay səninkidir. Allaha and olsun, əgər nə vaxtsa sənin dostlarına kömək, düşmənlərini məhv etmək üçün uca dağları yerindən qoparmaq, tufanlı dənizlərin suyunu çəkib kənara tökmək mənə əmr olunsa və mən bu işləri görsəm, yenə də sənin mənim üzərimdə olan haqqını əda edə bilmərəm.
    Əmirəl-möminin Əli (ə) onun ixlas və sədaqətini gördükdə onun barəsində belə dua etdi: "Ilahi, onun qəlbini nurla doldur, onu düz yola hidayət et; kaş mənim qoşunumda sənin kimi yüz nəfər olaydı."("Vəqətu-Siffeyn", səh.103-104)
    İMAM (Ə)-IN SON QƏRARI
    İmam (ə) müxalif və müvafiq sözləri eşidəndən sonra "və iza əzəmtə fətəvəkkəl ələllah" (qəti qərara gəldikdə Allaha təvəkkül et) ayəsinin hökmünə görə şəxsən qərar çıxarmağı qərara aldı. Hər şeydən əvvəl əmr etdi ki, hakimlərin yanında olan əlavə ehtiyatları və sərvəti yığsınlar, ordunun təşkil olunub, Şama tərəf hərəkət etməsi üçün lazım olan şeyləri tədarük görsünlər.
    İLAHİ CİHADDA ÜÇ ƏSAS ÜSUL
    Müharibədə və ya Quranın ifadəsi ilə desək, "cihad" və "qital"da müəyyən müqəddimə işlərinin görülməsi lazımdır. Onlar əsas etibarı ilə üç şeydən ibarətdir:
    1- Hərbi (canlı) qüvvə, bacarıqlı və şücaətli əsgərlər;
    2- Layiqli sərkərdələr;
    3- Kifayət qədər büdcə.
    Camaatın vaxtaşırı dəvət olunması və Iraqda məskunlaşan qəbilələrin çoxunun müsbət cavab verməsi cihadın üç əslindən birincisini təmin etdi. Bu baxımdan İmam (ə)-ın heç bir nigarançılığı yox idi. Mövcud olan ruhiyyəni və döyüş hazırlığını qoruyub saxlamaq üçün tanınmış şəxsiyyətlər, o cümlədən Həsən Müctəba (ə), Hüseyn (ə) və İmam (ə)-ın vəfalı səhabələrindən olan Əmmar Yasir müxtəlif vaxtlarda çıxış edirdilər.
    Ikinci məsələni təmin etmək üçün layiqli adamlara məktub yazıldı və onlar müharibəyə çağırıldı. Bu cür şəxsiyyətlərin orduda olması İmam (ə)-ın ordusuna xas bir mənəviyyət və cazibədarlıq bəxş edərək cihadın mənəvi dəyər və etibarını yüksəltməkdən əlavə, ordunun döyüş qabiliyyətini də artırırdı. Bu məsələ ilə əlaqədar İmam (ə)-ın Isfahanın valisi Müxnəf İbn Səlimə yazdığı məktubun tərcüməsini qeyd etməklə kifayətlənirik:
    "Salam. Tək, yeganə olan Allaha həmd olsun! Haqdan çıxan, batini-mənəvi korluğa və azğınlığa düçar olanlarla cihad etmək ariflər üçün bir fərizədir (vacib əməldir). Allah, Onu razı edənlərdən razı, Onunla müxalifətçilik edənlərə isə qəzəblidir. Biz qərara almışıq ki, Allah bəndələrinə qarşı Onun əmr etmədiyi şəkildə rəftar edən, müsəlmanların betül-malını öz şəxsi mülkünə qatıb haqqı öldürən, fəsadı aşkar edən və Allahın itaətindən çıxanları özlərinə sirdaş seçənlərə sarı hərəkət edək. Əgər Allah dostlarından biri onların işlərini bidət hesab edərsə, onu düşmən sayıb ev-eşiyindən didərgin salır, beytül-maldan məhrum edirlər; və əgər bir zülmkar onların etdiyi sitəmlərə kömək etsə, onunla dost olar, özlərinə tərəf çəkər və ona kömək edərlər. Onlar zülm etməkdə israr edərək (şəriətlə) müxalifət etməyi qərara alıblar. Onlar çoxdan bəri camaatı haqq yoldan saxlayır, günah və zülmün yayılmasına kömək edirlər. Mənim məktubum sənə çatan kimi öz işlərini ən etimadlı bir adama tapşır və bizə tərəf tələs, bəlkə bu hiyləgər düşmənlərlə qarşılaşıb onları yaxşılıqlara əmr edə və pisliklərdən çəkindirəsən. Bizim cihad mükafatına nail olmaq üçün sənə ehtiycımız var." ("Şərhi Nəhcül-bəlağə (Ibni Əbil-Hədid), 3-cü cild, səh.182-183; "Vəqətu-Siffeyn", səh.102-104 )
    İmam (ə)-ın məktubu öz katibi Əbdüllah İbn Əbu-Rafenin xətti ilə yazıldı. Məktub Isfahanın valisinə çatdıqda, o dərhal bu əyalətin işlərini Harisə, Həmdanın işlərini isə (o vaxt Həmdan siyasi-coğrafi cəhətdən Isfahana tabe idi) özünün yaxın adamlarından olan Səid İbn Vəhəbə tapşırdı. Sonra isə İmam (ə)-a sarı yola düşdü. İmam (ə)-ın "Bizim cihad mükafatına nail olmaq üçün sənə ehtiycımız var" - deyə buyurduğu kimi Müxnəf İbn Səlim həmin müharibədə şəhadət feyzinə nail oldu.
    İmam (ə) 37-ci ilin Zil-qədə ayında Ibni Abbasa da bir məktub yazdı və beytül-malın qalanını ondan tələb etdi, sonra xatırlatdı ki, əvvəlcə onun öz ətrafında olanları (maddi cəhətdən) təmin etsin, qalanını isə Kufəyə göndərsin.
    QOŞUNUN RUHİYYƏSİNİN GÜCLƏNDİRİLMƏSİ
    İmam (ə)-ın hərbi qüvvə cəhətindən nigarançılığı yox idi. Çünki, islami məntəqələrin böyük bir hissəsi onun ixtiyarında idi. Amma bununla eyni zamanda casuslar və sadəlövh adamlar məyusluq, nigarançılıq yaratmaqla əsgərlərin ruhiyyəsini sarsıtmaq istəyirdilər. Buna görə də əvvəlcə İmam (ə), onun oğlu həzrət Muctəba (ə) və Hüseyn (ə) Nüxeylə düşərgəsindən hərəkət edən bir vaxta qədər ordu arasında çıxış edir, əsgərlərin ruhiyyələrini gücləndirdilər.
    Bəzən də Haşim İbn Ütbə İbn Vəqqas (Səd Vəqqasın qardaşıoğlu) kimi tanınmış və şəhadət arzusunda olan şəxslər camaatın toplaşdığı ümumi yerlərdə nitq söyləyib israr edirdilər ki, İmam (ə) tez bir zamanda onları Qurana və onların hökmlərinə arxa çevirən, Allahın haramını halal, halalını haram edənlərlə müharibəyə göndərsin. O, elə hərarətlə və ürək yanğısı ilə danışdı ki, İmam (ə) ona dua edib buyurdu: "Ilahi, şəhadəti ona ruzi et və onu Öz Peyğəmbərinlə müsahib et."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.184 )
    Haşim İmam (ə)-ın Siffeyndə bayraqdarı idi. O, müharibənin axır günlərində yüksək şəhadət məqamına nail oldu.
    YOL SEÇMƏKDƏ AZADLIQ
    Əbdüllah İbn Məsudun dostlarından bir dəstəsi İmam (ə)-ın hüzuruna gəlib dedilər: Biz sizinlə hərəkət edirik. Sizdən bir qədər aralıda düşərgə salacağıq ki, həm sizin, həm də müxaliflərinizin işlərinə nəzarət edək. Hər vaxt tərəflərdən birinin qanunsuz işlərə əl atdığını, yaxud öz həddini aşdığını görsək, onun əleyhinə vuruşacağıq.
    İmam (ə)-ın həyat tərzi və hakimiyyət üslubu onları şübhəyə salacaq bir şəkildə deyildi, lakin casuslar onların qəlblərinə vəsvəsə toxumu səpmiş, əməlisaleh insanları Müaviyəyə qarşı vuruşub-vuruşmamaqda tərəddüdə salmışdı. Buna görə də İmam (ə) onlara buyurdu:–Əhsən sizlərə! Bu söz elə dini başa düşmək, həqiqəti öyrənmək, Peyğəmbər sünnəsindən agah olmaq deməkdir. Hər kəs bu işə razı olmasa, zülmkar və xaindir.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.186; "Vəqətu-Siffeyn", səh.115)
    Əbdüllah İbn Məsudun dostlarından başqa bir dəstəsi də gəlib İmam (ə)-a dedilər:–Biz sənin fəzilətlərini etiraf etməklə yanaşı, bu müharibənin qanuni olub-olmamasında şəkk edirik. İndi ki, düşmənlə müharibə edəcəyik, onda bizi uzaq bir yerə göndər, orada din düşmənləri ilə vuruşaq.
    İmam (ə) bu cür bəhanələrdən narahat olmadan onların dörd yüz nəfərlik dəstəsini Rəbi İbn Xəsimin başçılığı ilə Reyə göndərdi ki, orada öz vəzifələrini yerinə yetirib Xorasan ətraflarında gedən islami cihada kömək etsinlər.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.186)
    Bunların özləri müəyyən səbəblərə görə cihadda iştirak etməyə meyl göstərmirdilər, bunun müqabilində İmam (ə) da onunla əlaqələrini kəsmiş Bahilə qəbiləsini bu cihadda iştirak etməyə qoymadı, onların maaşını verdi və əmr etdi ki, Deyləm məntəqəsinə getsinlər və öz müsəlman qardaşları ilə birlikdə sərhədləri qorusunlar.("Vəqətu-Siffeyn", səh.116)
    İMAM (Ə)-IN ORDUSUNUN YÜKSƏK RÜTBƏLİ SƏRKƏRDƏLƏRİ
    İmam (ə)-ın köməkçilərinin çoxunu Kufə-Bəsrə əhalisi və bu iki böyük şəhərin ətrafında məskunlaşan yəmənli qəbilələr təşkil edirdi. İmam (ə) Ibni Abbasla birlikdə Bəsrədən Nüxeyləyə (Kufə düşərgəsinə) gələn beş qəbiləyə beş böyük sərkərdə təyin etdi:
    1- Bəkr İbn Vailin qəbiləsi üçün Xalid İbn Müəmmər Sədusu.
    2- Əbdül-Qeys qəbiləsi üçün Əmr İbn Mərcum Əbdini.
    3- Əzd qəbiləsi üçün Səbrət İbn Şeyman Əzdini.
    4- Təmim, Zəbbə və Rübab qəbilələrinə Əhnəf İbn Qeysi.
    5- Əhli-Aliyə qəbiləsinə Şərik İbn Əvəri.
    Bu sərkərdələrin hamısı Ibni Abbasla birlikdə Bəsrədən Kufəyə gəlmişdilər. O, Əbül-Əsvəd Düəlini öz yerinə seçmişdi və səfərdə İmam (ə)-ı müşayət edirdi.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.194; "Vəqətu-Siffeyn", səh.117 ) İmam (ə) yeddi kufəli qəbiləyə də yeddi sərkərdə təyin etdi. (Bu yeddi qəbilə Nüxeyləni lərzəyə gətirmişdi.)("Murucuz-zəhəb", 2-ci cild, səh.382; "Vəqətu-Siffeyn", səh.121)
    ÖN CƏBHƏNİN TƏŞKİL OLUNMASI
    Sərkərdələrin təyin olunması sona çatdı. İmam (ə) Ütbə İbn Əmr Ənsarini özünə canişin təyin etdi. (Ütbə İbn Əmr islamı qəbul etməkdə qabaqcıllardan idi va Peyğəmbər (s)-lə "Əqəbə"də beyət etmişdi.)
    Kufə düşərgəsi islam ordusunun əzəmətindən həyəcana gəlib titrədiyi bir vaxt Osmanın hökuməti dövründə hökumətə etiraz etməklə günahlandırılaraq Kufəyə sürgün edilənlər bir yerə yığışıb: "Artıq öz evlərindən qovulanların düşmənlə döyüşə hazırlaşmalarının vaxtı gəlib çatmışdır" - deyə şüar verdilər.("Vəqətu-Siffeyn", səh.121 )
    Əvvəlcə İmam (ə) hər biri on iki min nəfərdən ibarət olan iki ordu bölməsini ön cəbhəyə–Şam yoluna göndərdi. Səkkiz min nəfərlik bir qoşunun rəhbərliyini Ziyadın ixtiyarına verdi, dörd min nəfərlik bir qoşunu da Haniyə tapşırdı, hər ikisinə də tövsiyə etdi ki, bir-birindən ayrılmadan Şama yola düşsünlər və hər yerdə düşmənlə qarşılaşsalar, elə oradaca düşərgə salsınlar.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144; "Tairixi Təbəri", 3-cü cild, səh.237 )
    ON BEŞİNCİ FƏSİL
    İMAM (Ə)-IN SİFFEYNƏ TƏRƏF HƏRƏKƏTİ
    Kufənin Nüxeylə düşərgəsi könüllü mücahidlərlə dolub, oranı lərzəyə gətirmişdi. Hamısı şəhid olmağa hazır vəziyyətdə hərəkət əmrini gözləyirdilər. Nəhayət İmam (ə) 36-cı il şəvval ayının beşində, çərşənbə günü düşərgəyə daxil oldu, üzünü qoşuna tutub dedi: "Allaha həmd olsun, hər vaxt ki, gecə gəlir və dünya qaranlıqlaşır; Allaha həmd olsun hər vaxt ki, bir ulduz çıxır, yaxud batır; Allaha şükür olsun ki, Onun nemətlərinin sonu, Onun bəxşiş və mükafatlarının bərabəri yoxdur. Camaat! Ön cəbhənin qoşununu əvvəlcə göndərmişəm və onlara fərman vermişəm ki, mənim növbəti fərmanım çatana qədər Fəratın sahilində gözləsinlər. İndi çaydan keçib sizdən olan və Dəclə çayının ətrafında yaşayan bir dəstə müsəlmana tərəf hərəkət etməliyik. Onları da sizinlə birlikdə düşmənə tərəf hərəkət etdirəcəyik ki, sizə köməkçi olsunlar.("Vəqətu-Siffeyn" səh.131; "Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 48-ci xütbə ) Əqəbə İbn Xalidi Kufəyə sərkərdə təyin etmişəm. Nə özümü, nə də sizi tərk etməmişəm (özümlə sizin aranızda heç bir fərq qoymuram).("Murucuz-zəhəb", 2-ci cild, səh.384)Ehtiyatlı olun, bir nəfər belə, hərəkətdən geri qalmasın. Malik İbn Həbib Yərbuiyə əmr etmişəm ki, geri qalanları və qanunu pozanları nəzərdən qaçırmasın və hamını sizə qoşsun.("Vəqətu-Siffeyn", səh.132)
    Bu vaxt Müəqqəl İbn Qeys Riyahi ayağa durub dedi: Allaha and olsun, qanunu yalnız şübhəli adamlar pozar, geridə yalnız münafiqlər qalar! Yaxşı olardı ki, Malik İbn Həbibə əmr edəsiniz, qanunu pozanların boynunu vursun.
    İmam buyurdu:–Mən ona lazım olan əmrləri vermişəm. O da Allahın köməyi ilə mənim əmrimdən çıxmaz.
    Başqaları da danışmaq istədi, lakin İmam (ə) icazə vermədi və atının gətirilməsini istədi. Ayağını üzəngiyə qoyanda "Bismillah" dedi və yəhərin üstündə oturduqdan sonra "Zuxruf" surəsinin 13-14-cü ayələrini tilavət etdi:"Pak və münəzzəhdir o Allah ki, bu miniyi (atı) bizim üçün ram etdi, halbuki bizim ona gücümüz çatmazdı. Hamımız Allaha tərəf qayıdacağıq." Sonra belə dua etdi: Pərvərdigara, mən səfərin məşəqqətindən, qayıtmağın qəm-qüssəsindən, yəqinə yetişəndən sonra sərgərdançılıqdan, əhli-əyal və mal-dövlətdə xoşagəlməz hallardan Sənə pənah aparıram. İlahi, Sən səfərdə yoldaş və müsahib, ailədə canişinsən və bu iki şey Səndən başqasında bir yerə yığışmaz, çünki, canişin olan şəxs yol yoldaşı olmaz, müsahib olan şəxs isə canişin olmaz."
    Sonra öz atını sürdü, Hürr İbn Səhm Rəbii də onun qabağınca hərəkət edib rəcəz oxuyurdu. İmam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik İbn Həbib o həzrətin atının yüyəyindən tutub təəssüflə dedi: Ey İmam, heç rəvadırmı ki, müsəlmanlarla birlikdə cihada gedəsən, onlarla birlikdə Allah yolunda cihad savabına nail olasan, amma mənə qanun pozanları tutmaq barədə (belə bir sadə) iş tapşırasan?
    İmam (ə) buyurdu: Bunlar hər nə qədər savab qazansalar, sən də onlarla şəriksən. Sənin burada qalmağın bizimlə getməkdən daha faydalıdır.
    Ibni Həbib dedi: Sizin əmrinizə itaət edirəm, ey Əmirəl-möminin!("Vəqətu-Siffeyn", səh.132-134 )
    İmam (ə) öz ordusu ilə birlikdə Kufəni tərk etdi. Kufə körpüsünü keçəndən sonra üzünü camaata tutub dedi: Müşayiət edənlər və burada qalanlar namazlarını tamam qılacaqlar. Lakin biz müsafirik. Hər kim bizimlə olsa, vacib oruclarını tutmamalıdır, namazı da qəsrdir.
    Bunu deyib günorta namazını iki rəkət qıldı, sonra öz yoluna davam etdi. Kufənin iki ağaclığında olan Əbu Musa mənzilinə çatıb əsr namazını da iki rəkət qıldı. Namazdan sonra dua oxuyub dedi: "Qüdrət və kərəm sahibi olan Allahdan istəyirəm ki, məni Öz qəza-qədərinə razı, Öz itaətinə müvəffəq və (diqqətimi) Öz fərmanına cəlb etsin. O, duaları eşidəndir."
    Sonra yola düşdü və axşam namazını qılmaq üçün, Fəratın böyük bir qolu olan Sərs çayının kənarında dayandı, axşam namazını qıldıqdan sonra dua edib dedi: "Həmd-səna yalnız o Allaha məxsusdur ki, gecəni gündüzə və gündüzü gecəyə çevirir. Allaha şükür olsun, gecə qaranlığının hər yeri tutduğu vaxt. Həmd olsun Allaha, hər bir ulduz çıxanda, yaxud batanda."
    Sonra gecəni sübhə kimi orada dincəldi, sübh namazını qılandan sonra yoluna davam etdi. "Qübbətü-qübbəyn" adlı bir məntəqəyə çatdı, gözü çayın sahilindəki uca xurma ağaclarına sataşdıqda "Qaf" surəsinin 10-cu ayəsini oxudu: "Göydən nazil etdiyimiz suyun vasitəsi ilə münəzzəm və bir-birinə qarışmış çiçəkləri olan uca xurma ağaclarını göyərtdik." Öz atı ilə çaydan keçdi və yəhudilərə məxsus olan məbədin yanında dincəldi.("Vəqətu-Siffeyn", səh.135 )
    İMAM (Ə) KƏRBƏLA ÇÖLÜNDƏN KEÇİR
    İmam (ə) Kufə-Siffeyn yolu üstündə Kərbəla çölündən keçdi. Hərsəmə İbn Səlim belə nəql edir: "İmam (ə) Kərbəla çölündə atdan yerə endi, bizimlə namaz qıldı. Namazdan sonra oranın torpağından bir az götürüb iylədi və dedi: "Xoş sənin halına, ey Kərbəla torpağı! Bir dəstə insan səndən dirilib qalxacaq və sonsuz behiştə daxil olacaqlar." Sonra əli ilə o tərəfə bu tərəfə işarə edib dedi: "Burada və orada..."
    Səid İbn Vəhəb soruşdu:–Məqsədiniz nədir?
    Buyurdu:–Çox əziz bir ailə buraya gələcəkdir. Vay olsun sizə onlar barəsində!
    Səid dedi:–Məqsədiniz nədir?
    Dedi:–Onlar barəsində vay olsun sizə ki, onları öldürəcəksiniz və onları öldürdüyünüzə görə də cəhənnəmə gedəcəksiniz.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.169-170; "Vəqətu-Siffeyn", səh.140-142 )
    Həsən öz atasından nəql edir ki, İmam (ə) Kərbəla çölündə dayanıb buyurdu: "Bura qəm və bəla çölüdür." Sonra əli ilə bir yeri göstərib dedi: "Bura onların yüklərini yığdıqları yer və atlarının yataq yeridir." Sonra başqa bir yerə işarə edib dedi: "Bura onların qətlgahıdır."
    Hərsəmə (ilk rəvayətçi) deyir: "Siffeyn müharibəsi sona çatdı, mən öz vətənimə qayıtdım. İmam (ə)-ın Kərbəla çölündə verdiyi xəbəri arvadıma dedim. (O, İmam (ə)-ın şiəsi idi.) Ondan soruşdum: "İmam qeyb xəbərlərini haradan bilir?" O dedi: "İmam (ə) haqdan başqa bir şey deməz!"
    Dövran keçdi, Übeydullah İbn Ziyad böyük bir qoşunla Hüseynlə vuruşmaq üçün hərəkət etdi. Mən də onun qoşununda idim. Kərbəlaya çatanda İmamın sözləri yadıma düşdü və bu hadisədən çox narahat oldum. Atımı Hüseynin xeymələrinə tərəf çapdım və onun hüzuruna gəlib hadisəni ona dedim. Hüseyn (ə) buyurdu: "... Bizimləsən, yoxsa bizim əleyhimizə?" Dedim: "Heç birindən. Mən öz ailəmi Kufədə qoymuşam, İbn Ziyaddan da qorxuram." Buyurdu: "Elə isə tez ol bu çölü tərk et! Mühəmməd (s)-in canı əlində olan Allaha and olsun, hər kəs bizim kömək dilədiyimiz fəryadlarımızı eşidib kömək etməsə, Allah onu cəhənnəmə atacaq." Buna görə də dərhal oranı tərk etdim ki, şəhadət gününü görməyəm."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.169; "Vəqətu-Siffeyn", səh.140-141)
    İMAM (Ə) SABAT VƏ MƏDAİNDƏ
    İmam (ə) Kərbəladan Sabata yola düşdü, yol üstündə Bəhr-Seyr şəhərinə çatdı. Orada Kəsradan heç bir əsər-əlamət qalmamışdı. Bu vaxt Hürr İbn Səhm, Əbu Cəfərin şerini oxudu:
    "Xəzan yeli onların vətəninə əsdi,
    Sanki öz vədəgahlarında qərar tutmuşlar." ("Vəqətu-Siffeyn", səh.142 )
    İmam (ə) buyurdu: Nə üçün bu ayələri tilavət etmirsən:
    "Onlar nə qədər bağları, çeşmələri, əkin sahələrini, bəhrələndikləri vəzifə və nemətləri tərk edib getdilər, beləliklə də başqalarını onların varisləri etdik. Nə səma onlara göz yaşı axıtdı, nə də ki, yer; onlara möhlət də verilmədi."
    Sonra İmam (ə) buyurdu: Ikincilər də varis idilər, lakin onlar da getdilər və başqaları onların varisləri oldular. Bunlar da əgər nemətlərin şükrünü yerinə yetirməsələr, buyurulana əməl etmədiklərinə görə ilahi nemətlər onlardan da alınacaqdır. Küfrani-nemətdən (naşükürlükdən) uzaq olun ki, bədbəxtlik sizi tutmasın.
    Sonra göstəriş verdi ki, ordu uca bir yerdə düşərgə salsın. (İmamın düşərgə saldığı yer Mədainə yaxın idi.) İmam (ə) Haris Əvərə buyurdu ki, şəhərdə car çəkib belə desin: "Hər kəsin döyüşmək qüdrəti varsa, əsr namazı vaxtı Əmirəl-mömininin hüzuruna gəlsin." Əsr namazının vaxtı çatanda oranın cəngavərlərindən bir dəstəsi İmam (ə)-ın hüzuruna gəldi. İmam Allaha həmd-səna edəndən sonra onlara dedi: Mən sizin cihadda iştirak etməkdən boyun qaçırmağınızdan, yerli camaatdan ayrılıb, sitəmkar və məhv olmuş bir camaatla birgə yaşamağınızdan heyrətlənirəm. Nə insanları yaxşılıqlara dəvət edirsiniz, nə də pisliklərdən çəkindirirsiniz.("Vəqətu-Siffeyn", səh.142; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.202-203 )
    Onlar dedilər: Biz sizin əmrinizi gözləyirik. Nə istəyirsən əmr et.
    İmam (ə) Ədi İbn Hatəmə göstəriş verdi ki, orada qalsın və onlarla birlikdə Siffeynə tərəf hərəkət etsin. Ədi orada üç gün qaldıqdan sonra üç yüz nəfərlə birlikdə Mədaindən çıxdı, öz oğlu Yəzidə də dedi ki, orada qalsın və ikinci dəstə ilə birlikdə İmam (ə)-a tərəf hərəkət etsin. Yəzid də dörd yüz nəfərlə birlikdə gəlib İmam (ə)-a çatdı.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.203; "Vəqətu-Siffeyn", səh.143 )
    ƏNBAR ƏKİNÇİLƏRİNİN İMAMI (Ə) QARŞILAMASI
    İmam (ə) Mədaindən Ənbara doğru yola düşdü. Ənbar əhalisi İmam (ə)-ın oradan keçəcəyindən xəbər tutduqda onu qarşılamağa çıxdılar. Onlar İmam (ə)-a yaxınlaşdıqda atlarından düşdülər və o həzrətin qarşısında atılıb-düşməyə, baş əyməyə başladılar. İmam (ə) buyurdu:–Bu nə hərəkətdir? Bu heyvanları nə üçün gətirmisiniz?
    Dedilər:–Bu bizim böyüklərə təzim etmək üçün adətimizdir (Iran şahları dövründən qalma bir adətdir). Bu heyvanları da sizə hədiyyə gətirmişik. Əsgərləriniz üçün yemək, atlarınız üçün də ot-ələf gətirmişik.
    İmam (ə) buyurdu:–Allaha and olsun, böyüklərə qarşı belə adət-ənənəniz onların xeyrinə deyil. Siz də bu işinizlə özünüzü məşəqqətə salırsınız. Bu işi bir daha təkrar etməyin. Özünüzlə gətirdiyiniz heyvanları bu şərtlə qəbul edərəm ki, onlar (şəri) vergiyə aid edilsin. Bizim üçün gətirdiyiniz yeməyi də bu şərtlə qəbul edərəm ki, pulunu ödəyəm.
    Camaat dedi:–Siz qəbul edin. Biz qiymət qoyarıq, sonradan pulunu alarıq.
    İmam (ə) buyurdu:–Belə olduqda həqiqi dəyərindən aşağı qiymətlə hesablayarsınız.
    Camaat dedi:–Ey İmam, bizim ərəb qəbilələri arasında dost-tanışımız vardır. Bizim onlara hədiyyə verməyimizi, onları da bizim hədiyyələrimizi qəbul etməsini qadağan edirsinizmi?!
    İmam (ə) buyurdu:–Bütün ərəblər sizin dostlarınızdır, lakin hər kəs sizin böyük hədiyyələrinizi qəbul etməyə layiq deyil. Əgər ərəblərdən bir şəxs sizə qəzəblənsə, bizə xəbər verin.
    Camaat dedi:–Ey İmam, bizim hədiyyələrimizi qəbul et. Biz çox istəyirik ki, hədiyyələrimizi qəbul edəsən.
    İmam (ə) buyurdu:–Vay olsun sizə! Elə təsəvvür edirsiniz ki, biz onlara ehtiyaclıyıq?! Bilin ki, bizim sizə ehtiyacımız yoxdur.
    Bunu deyib yola düşdü, uzun illər əcəm şahlarının zülmü altında inləyən, əməklərinin bəhrəsi hakimlər tərəfindən mənimsənilən şəxslərə ilahi ədaləti göstərdi.("Nəhcül-bəlağə"nin şərhi 3-cü cild, səh.203; "Vəqətu-Siffeyn", səh.144 )
    İmam (ə) yol üstü Əl-Cəzirəyə çatanda "Təğlib" və "Nəmir" qəbilələri onu qarşılamağa çıxdılar. İmam (ə) öz sərkərdələrindən yalnız Yəzid Qeysə onların duz-çörəyindən və suyundan istifadə etmək icazəsi verdi. Çünki o həmin qəbilədən idi. Sonra İmam (ə) Riqqəyə çatdı, Fəratın sahilində atdan endi. Orada bir məbəd var idi və onun içində bir rahib ibadət edirdi. Rahib İmam (ə)-ın oraya gəlməsindən xəbər tutduqda o həzrətin hüzuruna gəlib dedi: Bizə ata-babalarımızdan bir səhifə irs çatmışdır. Onu həzrət Məsihin dostları yazmışlar və mən də onu gətirmişəm ki, sizin üçün oxuyam.
    O səhifədə belə yazılıb: "Bağışlayan və mehriban Allahın adı ilə. O Allah gələcəkdə bir hadisənin baş verəcəyindən belə xəbər verir: dərs oxumamış (savadsız) bir tayfa arasından bir peyğəmbər çıxacaq, onlara kitab və hikmət öyrədəcək, onları Allah yoluna hidayət edəcək, bazarlarda tövhid nidasını söyləyəcəkdir. O, pisi pis şeylə cəzalandırmaz, əksinə onu bağışlayar. Onun tabeçiləri Allaha ibadət edərlər, hər bir uca yerdə qalxıb-əyilməklə Allaha həmd-səna edərlər. Onların dilləri daim təkbir və təsbih deyər. Allah onu (Peyğəmbəri) düşmənlərə qalib edər. Allah onu aldıqda (qəbzi-ruh etdikdə) onun ümməti əvvəlcə iki dəstəyə ayrılar, lakin yenidən müttəhid olar və bir müddət o vəziyyətdə qalarlar. Sonra yenidən iki dəstəyə ayrılarlar. Onun ümmətindən bir nəfər bu Fəratın sahilindən keçəcəkdir. O, yaxşılıqları müdafiə edər, pisliklərdən çəkindirər, haqq əsasında qəzavət (mühakimə) edər. Qəzavət işində muzd və rüşvət qəbul etməz. Dünya onun gözündə güclü küləyin əsdiyi yoldakı küldən də dəyərsizdir. Ölüm onun üçün susuz adamın su içməsindən də ləzzətlidir. Xəlvətdə Allahdan qorxar, aşkarda Ona qarşı ixlaslı olar. Allahın əmrini icra etməkdə məzəmmətə əhəmiyyət verməz və məzəmmət edənlərdən qorxmaz. Hər kim onu görsə və ona iman gətirsə, onun əcri və savabı Mənim razılığım və cənnətdir. Hər kəs bu saleh bəndəni görsə və ona kömək edib onun yolunda öldürülsə, (bilin ki,) onun yolunda öldürülmək şəhadətdir..."
    Rahib bu səhifəni oxuyub qurtarandan sonra əlavə etdi:–Mən elə bu andan sizin xidmətinizdəyəm və sizdən ayrılmaram, çünki sizə nəsib olan şeylərin mənə də nəsib olmasını istəyirəm.
    İmam (ə) bunları eşitdikdən sonra (şövqdən) gözləri yaşardı və buyurdu:–Allaha şükür olsun ki, məni unudulmuşlardan qərar vermədi. Allaha həmd olsun ki, məni yaxşı əməl sahiblərinin kitablarında yad etmişdir.
    O vaxtdan etibarən o həmişə İmam (ə)-ın önündə idi, nəhayət, Siffeyn müharibəsində şəhadətə çatdı. İmam (ə) onun cənazəsinə namaz qıldı, dəfn edib sonra buyurdu: "Bu kişi bizim Əhli-beytimizdəndir." Sonralar dəfələrlə onun günahlarının bağışlanmasını istəmişdi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.205-206; "Vəqətu-Siffeyn", səh.147-148 )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024