İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:42 AM
    İMAM (Ə) RİQQƏDƏ
    İmam (ə) Mədaindən çıxmazdan əvvəl Müəqqəl İbn Qeysin başçılığı ilə üç min nəfəri Riqqəyə göndərdi və əmr etdi ki, əvvəlcə Mosula, sonra isə Nəsibeynə getsinlər, Riqqəyə çatdıqda dayanıb İmamla görüşsünlər.("Tarixi-Təbəri", 3-cü cild, səh.237; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144 ) İmam (ə) özü də başqa bir yolla Riqqəyə yola düşdü. Qoşunun bu yolla getməsi bu məntəqədə hakim dövlətin mövqeyinin bir növ möhkəmləndirilməsi idi.
    İmam (ə) öz ordusuna fərman vermişdi ki, heç kəslə işləri olmasın, yolları üstündə yerləşən məntəqə əhalisinə ümid versinlər, sübh vaxtı və axşamçağı hərəkət etsinlər, günün və gecənin ilk yarısını istirahət etsinlər. (Çünki Allah gecəni insanların istirahəti üçün xəlq etmişdir.) Özlərinin, əsgərlərin və minik heyvanlarının rahatçılığı və salamatçılığına şərait yaratsınlar. Ordu həmin yolu İmam (ə)-ın buyurduğu kimi ötüb keçdi. Riqqəyə çatanda artıq İmam (ə) orada idi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.208; "Vəqətu-Siffeyn", səh.148 )
    RİQQƏDƏN MÜAVİYƏYƏ GÖNDƏRİLƏN MƏKTUB
    İmam (ə)-ın köməkçiləri höccətin Müaviyəyə tamam edilməsi üçün bir məktub yazılmasını təklif etdilər. İmam (ə) bu təklifi qəbul etdi. Çünki o həzrət öyüd-nəsihətin məqam və hakimiyyət aşiqlərinə azacıq belə fayda verməyəcəyini bildiyi halda, yenə də qan tökülmədən Müaviyənin itaətsizliyinin qarşısını almaq istəyirdi. Məktub Müaviyəyə çatanda o, İmam (ə)-ı müharibə ilə hədələyərək bir məktub yazdı. Buna görə də İmam (ə)-ın qərarı daha da qətiləşdi və Riqqədən Siffeynə doğru sürətlə hərəkət etmək əmrini verdi.
    İMAM (Ə) KÖRPÜ SALIB FƏRATDAN KEÇİR
    Qoşunun enli və dərin çay olan Fəratdan keçməsi çətin bir məsələ idi ki, körpü salmadan, yaxud gəmiləri və qayıqları bir-birinə birləşdirmədən mümkün deyildi. İmam (ə) Riqqə əhalisindən xahiş etdi ki, ordunun Fəratdan keçməsi üçün lazım olan şeyləri hazırlasınlar. Lakin Iraq əhalisinin əksinə olaraq buranın əhalisinin Əli (ə)-a qarşı rəğbəti olmadığından körpü düzəltməkdən imtina etdilər. İmam (ə) müsəlmanların mövlası–tam ixtiyar sahibi olmasına baxmayaraq onların bu işləri qarşısında heç bir əks-tədbir görmədi və öz ordusu ilə uzaqda yerləşən Mənbic körpüsündən keçməyi qərara aldı. Bu vaxt Malik Əştər nərə çəkib onları, sığındıqları qalanı viran etməklə hədələdi. Riqqə əhalisi bir-birinə xəbər verib dedilər ki, Malik həmişə dediyi sözün üstündə durur. Buna görə də dərhal körpü salmaq üçün hazırlıqlarını bildirdilər. Körpü hazır olduqda İmam (ə) və onun piyada qoşunu öz yükləri ilə birlikdə oradan keçdilər. Oradan keçən axırıncı adam Malik oldu.("Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.211; "Vəqətu-Siffeyn", səh.151-154; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.114; "Tarixi-Təbəri", 3-cü cild, səh.238 )
    İMAM (Ə) ŞAMDA
    İmam (ə) Fərat çayını keçərək Iraqı arxada qoydu və Şam vilayətinə daxil oldu. Müaviyənin ehtimal verilən yürüşü və şeytani hərəkəti ilə qarşılaşmaq üçün cəsur sərkərdələrdən ikisini ordunun önündə Müaviyənin qoşununa tərəf göndərdi. Onlar "Sovrur-rum" adlı bir yerdə Müaviyənin qoşununun ön hissəsi ilə qarşılaşdılar (onların sərkərdəsi Əbül-Əvəridi) və düşmən qoşununun sərkərdəsini dinc yolla İmam (ə)-a tabe etməyə çalışdılar. Amma onların göstərdiyi səylərinin heç bir faydası olmadı. İmam (ə)-ın sərkərdələri təcili olaraq Haris İbn Cəmhan Cöfinin vasitəsilə İmam (ə)-a bir məktub göndərdi, baş verən hadisəni şərh etdikdən sonra o həzrətin bu barədə əmr verməsini istədi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.211-213; "Vəqətu-Siffeyn", səh.151-154; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144 "Tarixi-Təbəri", 3-cü cild, səh. 238 )
    İmam (ə) məktubu aldıqdan sonra dərhal Maliki çağırıb dedi: "Ziyad və Şüreyh belə bir məktub yazıblar. Özünü təcili olaraq onlara çatdır və hər iki dəstəyə başçılığı öhdənə al, lakin düşmənlə qarşılaşıb sözlərini dinlə və onlar müharibəyə başlamamış sən müharibəyə başlama. Düşmənə qarşı nifrət və qəzəbin döyüşü əvvəlcə başlamağına səbəb olmasın. Onların sözlərini təkrar-təkrar dinlə və höccəti onlara tamam et. (Sonra vuruşa başla.) Sonra belə fərman verdi: Ziyadı sağ cinaha, Şüreyhi sol cinaha sərkərdə təyin et, özün isə ordunun mərkəzində dayan. Düşmənə nə çox yaxınlaş ki, müharibəni qızışdırmağını təsəvvür etsinlər, nə də çox uzaqlaş ki, onlardan qorxduğunu güman etsinlər. Mən sənə çatana kimi bu qaydada orada ol."
    Sonra İmam (ə) məktuba cavab yazdı və Malik Əştəri belə vəsf etdi: "Hər iki qoşun başçısı bilməlidir ki, mən Malikə tam səlahiyyət verdim. Onun sözünə qulaq asın, əmrinə itaət edin. Çünki o, ağlının azlığından və yol azmağından qorxan adamlar kimi deyil, tələsmək lazım olanda süstlük etmir. Sizə əmr etdiyim şeyi ona da əmr etmişəm: düşməni haqqa dəvət etməmiş, höccəti tamamlamamış onlarla vuruşa başlamasın."
    Malik sürətlə öndəki qoşun bölgələrinin qarşılaşdığı yerə gəlib ordunu nizama saldı. Sonra yalnız ordunu müdafiə edirdi. Hər vaxt şam ordusunun sərkərdəsi Əbül-Əvərin tərəfindən hücum olunsaydı, onu dəf edirdi.
    Malik hətta düşmən sərkərdəsinin vasitəsi ilə Müaviyəyə xəbər göndərdi və dedi ki, əgər müharibə istəyirsə, onda özü şəxsən meydana daxil olub onlarla birlikdə vuruşsun, başqalarının qanının axıdılmasına bais olmasın. Lakin Müaviyə bu təklifi heç bir vəchlə qəbul etmirdi. Nəhayət, Müaviyənin ordusu bir gecə yarısı Fəratın bir qolunun sahilində olan geniş bir ərazidə düşərgə saldı və suyu İmam (ə)-ın qoşunun üzünə bağladı.("Tarixi-Təbəri", 5-ci cild, səh.238; "Vəqətu-Siffeyn", səh.154 )
    MÜAVİYƏNİN SİFFEYNƏ HƏRƏKƏTİ
    Müaviyəyə xəbər çatdı ki, Əli (ə) Riqqə məntəqəsində Fəratın üstündən körpü salaraq ordunu çaydan keçirmişdir. Müaviyə əvvəldən Şam əhalisini səfərbər etmişdi. Bu xəbəri eşidəndən sonra minbərə çıxıb İmam (ə)-ın Bəsrə və Kufə cəngavərləri ilə yürüş etməsini onlara xəbər verdi, öz can və mallarını müdafiə etmək üçün ciddi təbliğat apardı. Onun çıxışından sonra, əvvəlcədən hazırlanmış şəxslər Müaviyənin sözlərinə qüvvət verdilər, o da döyüş qüdrəti olan bütün adamlarla birlikdə hərəkət etdi, öndə hərəkət edən Əbül-Əvərin qoşununun arxasında düşərgə saldı və oranı özünə qərargah seçdi.
    Bir rəvayətə görə Müaviyə öz ətrafına 40 min nəfər toplamışdı ki, İmam (ə)-ın əsgərlərini ona yaxın düşməyə qoymasınlar.("Vəqətu-Siffeyn", səh.156-157 )
    İMAM (Ə)-IN SİFFEYNƏ DAXİL OLMASI
    İmam (ə) böyük bir ordu ilə Siffeynə daxil oldu və Malik Əştərin başçılıq etdiyi qoşuna birləşdi. Əli (ə) Siffeynə daxil olduqda artıq düşmən onun qoşunu ilə Fəratın arasında böyük bir ordu yerləşdirmişdi, İmam (ə)-ın qoşunu su götürə bilmirdi. Əbdüllah İbn Ovf deyir: "İmamın qoşunundakı su ehtiyatı tükənmək üzrə idi. Əbül-Əvər su yolunu süvari-piyadaların üzünə bağlamış, onların qabağında oxçuları, onların ətrafında isə nizəliləri və zirehli paltar geyənləri yerləşdirmişdi. Nəhayət, susuzluq İmam (ə)-ın qoşununa təsir göstərdi, o həzrətə şikayət etdilər.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.145; "Tarixi-Təbəri", 3-cü cild, səh.239; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Yəqubi", 2-ci cild, səh.187 )
    Hər bir sərkərdə belə bir ağır şəraitdə dərhal hücum hökmünü verər. Lakin o həzrətin elə ilk gündən etibarən məqsədi bu məsələni mümkün olan hər bir yolla, qan tökülmədən həll etmək idi.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Təbəri", 3-cü cild, səh.240 ) O özünün sirrdaşlarından biri olan Səsəə İbn Suhanı çağırıb buyurdu: Bir səfir kimi Müaviyənin yanına gedib ona de: "Biz bu məntəqəyə gəlmişik və höccəti sizə tamam etməmiş müharibəni başlamaq istəmirik. Sən var-qüvvən ilə birlikdə Şamdan çıxıb gəlmisən, biz səninlə müharibəyə başlamazdan əvvəl sən müharibəyə başlamısan. Bizim fikrimizcə sən gərək müharibədən əl çəkəsən ki, bizim dəlil və məntiqimizi eşidəsən. Bu necə namərdlikdir, nə üçün su yolunu bizim üzümüzə bağlamısan?! Maneələri aradan qaldır və bizim fikrimiz haqda düşün. Əgər vəziyyətin elə bu halda qalmasını, adamların su üstündə vuruşmasını və qələbə çalan tərəfin sudan istifadə etməsini istəyirsənsə, onda bizim sözümüz yoxdur."
    Səsəə İmam (ə)-ın nümayəndəsi kimi Müaviyənin xeyməsinə getdi (onun xeyməsi qoşunun lap mərkəzində idi) və İmam (ə)-ın sözünü ona çatdırdı. Vəlid İbn Üqbə kimi nadan adamlar Fəratın mühasirəsinin davam etdirilməsini istəyirdilər. Onlar İmam (ə)-ın ordusunun susuzluqdan can verməsinin tərəfdarı idilər. Lakin hiyləgər bir siyasətçi olan Əmr As Ümməyyə övladlarının əksinə olaraq Müaviyəyə dedi: Su yolunu ordunun üzünə aç və başqa döyüş məsələləri barədə düşün!
    Başqa bir rəvayətə görə isə belə dedi:–Sənin sirab, Əlinin isə susuz qalması yaxşı iş deyildir, halbuki onun ixtiyarında elə döyüşçülər vardır ki, Fəratın suyuna göz dikiblər. Onlar axırda ya su yolunu ələ keçirəcəklər, ya da bu yolda öləcəklər. Sən bilirsən ki, Əli çox şücaətli bir adamdır, Hicaz və Iraq camaatı onunladır. Əli o şəxsdir ki, Fatimənin evi hücuma məruz qalanda dedi: "Əgər mənimlə qırx nəfər olsaydı, intiqamımı təcavüzkarlardan alardım."
    Müaviyə isə su yolunu İmam (ə)-ın qoşununun üzünə bağlamağı özü üçün ilk qələbə hesab edirdi. "Həmdan abidi" adı ilə məşhur olan, Əmr Asın dostlarından və bacarıqlı söz ustası sayılan bir şəxs Müaviyəyə dedi:–Sübhanəllah! Siz buraya Iraq qoşunundan tez çatdığınıza görə suyu onların üzünə bağlamayın! Allaha and olsun, əgər onlar sizdən əvvəl buraya gəlsəydilər, sizə mane olmazdılar. Bu işinizlə yalnız onları müvəqqəti olaraq sudan məhrum edirsiniz, lakin onların başqa bir fürsətdə sizi elə bu şəkildə cəzalandıracaqları üçün hazır olun. Axı onların içində zəif və günahsız adamlar, qul, kəniz, qulluqçular var! Allaha and olsun, sizin bu işiniz ilk zülmdür. Ey Müaviyə, sən bu çirkin işlə qorxaq adamların gözünü açmısan, səninlə vuruşmaq istəməyənləri özünə qarşı cürətləndirmisən.("Tarixi-Yəqubi", 2-ci cild, səh.188; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Vəqətu-Siffeyn" səh.160; "Tarixi-Təbəri", 3-cü cild, səh.240 )
    Müaviyənin tənqid olunma məqamında adətən səbirlə rəftar etməsinə baxmayaraq, Həmdan zahidinə həmlə edərək ondan Əmr Asa şikayət etdi. Əmr Asın oğlu da onunla dost olduğuna görə zahidin üstünə qışqırdı. Lakin o, Müaviyənin ordusunun axır-aqibətini çox müəmmalı, anlaşılmaz və zülmətdə gördüyündən gecə yarısı İmam (ə)-ın ordusuna qoşuldu.
    HÜCUM ƏMRİNİN VERİLMƏSİ VƏ MANEƏNİN ARADAN QALDIRILMASI
    Susuzluq İmam (ə)-ın əsgərlərini əldən salır, taqətlərini üzürdü. İmam (ə)-ı qəm-qüssə bürümüşdü. Məzhic qəbiləsindən olan əsgərlərin yanına gəldikdə onların uca fəryadlarını eşitdi. Onlar belə bir qəsidə oxuyurdular: "Biz nizə ilə yaraqlanıb zirehli paltar geydiyimiz halda şamlılar bizi Fərat suyuna həsrət qoyurlar?!"("Vəqətu-Siffeyn", səh.164-166; "Murucuz-zəhəb", 2-ci cild, səh.385 )
    Kində qəbiləsinə tərəf getdikdə əsgərlərin öz sərkərdələri Əşəs İbn Qeysin xeyməsinin yanında belə bir şer oxuduqlarını gördü: "Əgər Əşəs bu gün əzab-əziyyət içində qovrulan insanların ölüm təhlükəsini aradan qaldırmasa, biz onun qılıncı ilə Fəratın suyundan içəcəyik. Ey Əşəs! Yaxşı olar ki, ölüm ayağında olanları bizim ixtiyarımıza verəsən."
    İmam (ə) bu iki qəbilə əsgərlərinin öz xeymələrində uca səslə oxuduqları şerləri eşitdikdən sonra xeyməsinə qayıtdı. Əşəs gəlib dedi:–Şamlıların bizi Fəratın suyundan məhrum etmələri düz işdirmi?! Halbuki sən bizim içimizdəsən, qılınclarımız da özümüzlədir. İcazə ver, ya Fəratın yolunu açım, ya da bu yolda ölüm. Əştərə də fərman ver, öz əsgərləri ilə birlikdə harda desən, orda dayansın.
    İmam (ə) buyurdu:–Ixtiyar sahibisiniz.
    Sonra isə İmam (ə) Əştərin öz qoşunu ilə əlverişli mövqe tuta biləcəyi yeri müəyyənləşdirdi və qoşunu arasında qısa bir xütbə oxudu. Bu xütbə elə həyəcanlı idi ki, İmam (ə)-ın qoşununu həyəcana gətirdi, əsgərlər ildırım sürəti ilə hərəkət edib Müaviyənin qoşununu qovdu və çayı öz ixtiyarına keçirtdi. O xütbənin məzmunu belə idi: "Müaviyənin qoşunu bu əməli ilə (su yolunu bağlamaqla) sizi döyüşə dəvət etmişdir. İndi iki yol ayrıcındasınız: Ya zəlil olub öz yerinizdə oturun, ya da qılınclarınızı (onların qanı ilə) doyurub, susuzluğunuzu aradan qaldırın. Ölüm sizin məğlubiyyətlə yanaşı olan həyatınızda, həyat isə qələbə çaldığınız halda olan ölümünüzdür. Agah olun, Müaviyə özü ilə bir dəstə xəbərsiz və azğın adamı gətirmiş, haqqı bər-bəzək pərdəsi altında onlardan gizlətmişdir ki, özlərini (xəbərsiz olaraq) qılınc və oxların qurbanı etsinlər."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.244; "Nəhcül-bəlağə", 51-ci xütbə)
    Əşəs də həmin gecə öz tabeçiliyində olan əsgərlərə xəbərdarlıq edib, dedi:–Hər kəs su, yaxud ölüm istəyirsə, bizim onunla görüşümüz sübh vaxtıdır.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Vəqətu-Siffeyn", səh.166 )
    Bir tərəfdən susuzluğun göstərdiyi təzyiq, digər tərəfdən də İmam (ə)-ın həyəcanlı xütbəsi və əsgərlərin ilhamverici şerləri nəticəsində Fəratı ələ keçirmək üçün on iki min nəfər öz hazırlığını bildirdilər. Əşəs və Əştər özlərinin ixtiyarında olan qoşun dəstələri ilə hücum edib suyun qarşısını alan və onlardan iki qat gücü olan qoşunu qovdular. Bu hücum zamanı yeddi nəfər Əştərin, beş nəfər də Əşəsin əli ilə öldürüldü. Bundan sonra müharibənin müvazinəti İmam (ə)-ın xeyrinə dəyişdi. Fərat İmam (ə)-ın qoşununun ixtiyarına keçdi. Elə bu vaxt Əmr As Müaviyəyə dedi:–Nə fikirləşirsən, əgər Əli əvəz çıxıb suyu sənin qoşununun üzünə bağlasa nə edəcəksən?
    Əli (ə)-ın islami əxlaqından və insani ruhiyyəsindən, əzəmət və alicənablığından agah olan Müaviyə dedi:–Məncə, o, suyu bizim üzümüzə bağlamaz. Çünki o başqa bir məqsəd üçün gəlmişdir.("Murucuz-zəhəb", 2-ci cild, səh.368-387)
    QÜDRƏTİN SON HƏDDİNDƏ QANUNA RİAYƏT ETMƏK
    İmam (ə)-ın əsgərlərinin Fəratı ələ keçirmək üçün etdiyi hücumlar xüsusi bir hərbi taktika əsasında baş verib sona çatdı, Müaviyənin əsgərləri ordan qovuldu və susuz, otsuz, uca bir yerdə dayandılar. Şamlıların belə yerdə qalması mümkün deyildi. Bir azdan onların suları tükənməyə başladı, naçar qalıb bu üç yoldan birini seçməli idilər:
    1- Hücum edib çayı yenidən ələ keçirmək; Lakin özlərində belə bir cəsarət görmürdülər.
    2- Susuzluqdan ölüb Siffeyni özləri üçün qəbiristanlığa çevirmək.
    3- Qaçıb, Şamda və onun ətrafında bir yerə sığınmaq.
    Amma Fəratın ələ keçirilməsi Şam qoşunlarının başçılarında, xüsusilə Müaviyədə o qədər qorxu hissi yaratmamışdı. Çünki onlar İmam (ə)-ın mərdlik, alicənablıq, islami və əxlaqi üsullara tam riayət etməsindən xəbərdar olduqları üçün bilirdilər ki, o həzrət haqqı heç vaxt tapdalamaz. Çünki onun nəzərində məram və məqsəd müqəddəs olsa da, ona çatmaqda bəzi insani və islami qanunları pozmaq olmaz.
    Əxlaqi normalara və yüksək insani dəyərlərə riayət etmək hər bir alicənab insanın yüksək düşüncəsindən irəli gəlir. Bu qanun bütün hallarda və şəraitlərdə–həm sülh, həm də müharibə şəraitində–cərəyan edib insanın həyatında sair insanlarla olan əlaqələrinə aiddir. Belə ki, insani qanunlar heç vaxt məqsədə qurban verilməməli, hətta ən çətin anlarda belə, əxlaqi normalara riayət edilməlidir.
    Müaviyənin qoşun başçılarının çayın əldən verilməsindən çox da narahat olmadıqlarının səbəbini iki hiyləgər siyasətçinin–Müaviyə ilə Əmr Asın fikir mübadiləsindən başa düşmək olar. Əmr As Müaviyənin insanlığa zidd olan əməlləri ilə tam əks mövqe tutmuşdu, lakin Müaviyə özünün "ayrı düşmüş ağlı"nın təsdiq etdiyinin əksinə hərəkət etdi. Nəhayət vəziyyət dəyişdi, Fərat çayı İmam (ə)-ın əsgərlərinin əlinə keçdi və Müaviyənin ordusu bir neçə kilometr geri çəkilmək məcburiyyətində qaldı. Bu vaxt bu iki qoca siyasətçi öz şeytani danışıqlarına başladılar. Onların söhbətlərinin məzmununu qeyd edirik:
    Əmr As:–Necə fikirləşirsən?! Əgər iraqlılar suyu sənin üzünə bağlasalar, onu açmaq üçün müharibə edəcəksənmi?
    Müaviyə:–Keçənləri unut. Əli barəsində necə fikirləşirsən?
    Əmr As:–Məncə, sənin ona rəva gördüyün şeyləri o sənə rəva görməz. Çünki o bu çayı ələ keçirmək üçün gəlməmişdir.
    Müaviyə bir söz dedi ki, qoca siyasətçi Əmr As narahat oldu. O da cavabında bir şer oxudu və qeyd etdi ki, vəziyyət xarabdır. Mümkündür, Təlhə və Zübeyrin başına gələnlər onların da başına gəlsin. Lakin Əmr Asın verdiyi ehtimal tamamilə düz çıxdı. İmam (ə) Fəratı ələ keçirdikdən sonra düşmənin sudan istifadə etməsinə mane olmadı və sübut etdi ki, o, ən qatı düşmənlə müharibədə belə, əxlaqi qaydalara riayət edir və Müaviyənin əksinə olaraq heç vaxt bir məqsədə çatmaq üçün əxlaqi üsulları qurban vermir.
    FƏRATI AZAD EDƏNDƏN SONRA
    Hər iki qoşun bir-birindən aralı dayanıb öz başçılarının əmrini gözləyirdi. Lakin İmam (ə) müharibə istəmir və dəfələrlə nümayəndə göndərib məktub yazmaqla məsələni sülh yolu ilə həll etməyə çalışırdı. 36-cı ilin rəbiüs-sani ayının son günlərində gözlənilmədən günahsız Hürmüzanın qatili Übeydullah İbn Ömər İmam (ə)-ın yanına gəldi.
    Hürmüzan iranlı idi. İkinci xəlifə onun müsəlmançılığını qəbul etmiş, onun məişətinin təmin olunması üçün müəyyən məbləğ ayırmışdı. Ömər, Əbu Lölö adlı bir nəfərin bıçaq zərbəsi ilə öldürülmüşdü və məmurların qatili tutmaq üçün göstərdiyi səylər nəticəsiz qalmışdı.("Tarixi Fəxr", səh.131; "Murucuz-zəhəb", 2-ci cild, səh.329; "Həbibus-seyr", 1-ci cild, səh.489 )Xəlifənin Übeydullah adlı oğlu insani qanunların əksinə olaraq qatilin yerinə Hürmüzanı öldürmüşdü.("Təcaribus-sələf", səh.23; "Futuhul-bildan", səh.583; "Tarixi-Yəqubi", 2-ci cild, səh.161 ) Übeydullahdan xəlifənin (Osmanın) vasitəsi ilə qisas almaq üçün İmam (ə)-ın göstərdiyi səylər nəticəsiz qalmışdı. İmam (ə) elə o vaxt Allahla əhd bağladı ki, əgər nə vaxtsa əlinə imkan düşərsə, onun barəsində Allah hökmünü icra edəcək.("Ənsabul-əşraf", 3-cü cild, səh.24; "Murucuz-zəhəb", 2-ci cild, səh.395; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 3-cü cild, səh.61 )
    Osmanın qətlindən və İmam (ə)-ın hakimiyyətə gəlməsindən sonra Übeydullah ondan qisas alınacağından qorxub Mədinədən Şama qaçmışdı.("Murucuz-zəhəb", 2-ci cild, səh.388 ) Belə bir ləkəli və qara keçmişə malik olan Übeydullah Siffeyn müharibəsi günlərində İmam (ə)-ın yanına gəlib tənə ilə deyir: Allaha şükür olsun ki, səni Hürmüzanın, məni isə Osmanın intiqamını almaq istəyənlərdən etdi!
    İmam (ə) buyurdu: –vAllah mənimlə səni döyüş meydanında qarşılaşdıracaq.(Vəqətu-Siffeyn", səh.186 (Qahirə çapı); "Əl-əxbarut-tival", səh.169)
    Təsadüfən Übeydullah döyüşün qızğın yerində İmam (ə)-ın əsgərləri tərəfindən öldürüldü.("Murucuz-zəhəb", 2-ci cild, səh.395 )
    ON ALTINCI FƏSİL
    HÖCCƏTİN AXIRINCI DƏFƏ OLARAQ TAMAM EDİLMƏSİ
    Otuz altıncı il Rəbiüs-sani ayının axır günlərində İmam (ə) islamın böyük şəxsiyyətlərindən olan üç nəfəri–biri ənsardan, digəri Həmdan qəbiləsindən, üçüncüsü isə Təmim qəbiləsindən–hüzuruna çağırıb onlara buyurdu ki, Müaviyənin yanına gedib onu haqqa itaət etməyə, islam ümmətinə qoşulmağa, Allahın əmrlərinə tabe olmağa dəvət etsinlər. Təmimdən olan kişi İmam (ə)-a dedi: Əgər o beyət etməyə razı olsa, ona bir imtiyazın (məsələn, bir yerin hakimiyyətinin) ona verilməsini məsləhət görürsünüzmü?
    İmam (ə) heç bir şəraitdə qanunu pozmazdı. Buna görə də buyurdu: Elə indi onun yanına gedin və onunla açıq-aşkar söhbət edin, görün onun fikri nədir.
    Onlar Müaviyənin yanına gedib müzakirə apardılar. Onların söhbətlərinin məzmunu aşağıdakı kimi idi:
    Ənsardan olan kişi:–Ey Müaviyə! Dünya müvəqqətidir, sən başqa bir dünyaya gedəcəksən, Allah əməllərinə görə sənə cəza verəcək. Özün üçün əvvəlcədən göndərdiyin əməllərə görə hesab çəkməlisən. Səni and verirəm Allaha, ümmətin arasında ikitirəlik salıb onların qanını axıtma!
    Müaviyə onun sözünü kəsib dedi:–Nə üçün öz başçınıza belə məsləhətlər vermirsən?!
    Ənsardan olan kişi:–Sübhanəllah! Mənim başçım sənin kimi deyil! O, fəzilət, dindarlıq, islama xidmət və Peyğəmbərlə olan qohumluğuna görə camaatın ən ləyaqətlisidir.
    Müaviyə:–Sözün nədir, nə istəyirsən?
    Ənsardan olan kişi:–Səni öz əmoğlunun dəvətini qəbul etməyə çağırıram. Bu işi qəbul edəcəyin təqdirdə dinin salamat qalar və axır-aqibətin yaxşılıqla qurtarar.
    Müaviyə:–Belə olarsa, Osmanın intiqamı təxirə düşər... Yox! Rəhman Allaha and olsun, mən heç vaxt belə bir iş görmərəm!
    Bu vaxt Həmdan qəbiləsindən olan kişi danışmaq istədi, lakin Təmimdən olan onu qabaqlayıb dedi:–Bu kişiyə verdiyin cavabdan sənin məqsədinin nə olduğu aydın oldu. Sənin məqsədin bizə gizli deyil. Sən camaatı aldatmaq və onların diqqətlərini özünə cəlb etmək üçün yalnız bunu əsas tutub deyə bilərsən ki, rəhbəriniz məzlumcasına öldürülüb, onun intiqamını almalısınız. Buna görə də onların bir dəstəsi sənin çağırışına müsbət cavab vermişlər. Halbuki özün də bilirsən ki, xəlifəyə kömək etməyi qəsdən təxirə saldın və hazırda əlində olan bu məqama çatmaq üçün onun qətlinə razı oldun. Çoxları müəyyən bir məqama çatmaq istər, lakin Allah onların arzularını ürəyində qoyar. Düzdür ki, sən öz arzuna çatmaq istəyirsən, lakin sənin istədiklərinin heç birində xeyir yoxdur. Əgər öz istədiyinə çatmasan, acınacaqlı bir vəziyyətə düşəcəksən. Allahdan qorx və bu fikirləri başından çıxart, hökumətə layiq olan adamlarla müharibəyə qalxma!
    Bu məntiqli sözlər Müaviyənin qəzəb dalğasını coşdurdu. Əvvəllər öz müxalifləri ilə mülayim rəftar etdiyi halda, bu dəfə öz adətinin əksinə olaraq onun ruhən narahat olmasını göstərən kobud cavabı belə oldu:–Ey əclaflar, ey zorakı çölçülər! Durun, buradan rədd olun! Mənimlə sizin aranızda qılıncdan başqa bir şey hakim ola bilməz!
    Təmimdən olan kişi dedi:–Bizi qılınclamı hədələyirsən?! Çox keçməz, qılıncı sənə doğru qaldırarıq!
    Sonra hər üçü İmam (ə)-ın yanına qayıtdı və söhbətin nəticəsini o həzrətə xəbər verdilər.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.146; "Tarixi-Təbəri", 3-cü cild, səh.242; "Vəqətu-Siffeyn", səh.187-188)

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 691 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024