İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1824
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:42 AM
    İRAQ VƏ ŞAM QARİLƏRİNİN BİR YERƏ YIĞIŞMASI
    Islamın əvvəllərində Quran qariləri xüsusi hörmətə layiq görülürdülər. Hətta o qədər güclü mövqeləri var idi ki, onların hər hansı bir tərəfə meyl etmələri müsəlmanların böyük bir hissəsinin həmin tərəfə yönəlməsinə səbəb olurdu.
    Sülh, razılıq və ümumiyyətlə sazişə heç bir ümid yeri olmayan şəraitdə, sayı otuz mindən çox olan Iraq-Şam qariləri xüsusi bir yerdə düşərgə saldılar. Onların nümayəndələri Übeydə Səlmani, Əlqəmə İbn Qeys, Əbdüllah İbn Ütbə, Amir İbn Əbdül-Qeys qoşun başçıları arasında müzakirə etməyə başladılar. Əvvəlcə Müaviyənin yanına getdilər və onunla aşağıdakı kimi müzakirə etdilər:
    Nümayəndələr:–Nə istəyirsən?
    Müaviyə:–Osmanın intiqamını almaq!
    Nümayəndələr:–Kimdən?
    Müaviyə:–Əlidən!
    Nümayəndələr:–Məgər onu Əli öldürmüşdürmü?!
    Müaviyə:–Bəli, Osmanı o öldürmüş və onun qatillərinə sığınacaq vermişdir.
    Nümayəndələr İmam (ə)-ın hüzuruna gəlib dedilər ki, Müaviyə onu Osmanın qətlində təqsirləndirir. İmam (ə) buyurdu: Allaha and olsun ki, bunu yalan deyir! Qəti olaraq bilin ki, onu mən öldürməmişəm.
    Nümayəndələr Müaviyənin yanına qayıdıb İmam (ə)-ın sözlərini ona dedilər. Müaviyə dedi: Düzdür, Əli Osmanın qətlində iştirak etməmişdir, lakin camaata fərman verərək onu öldürməyə təşviq etmişdir.
    İmam (ə) Müaviyənin sözlərindən xəbərdar olandan sonra xəlifənin qətlində əli olmasını yenidən təkzib etdi. Müaviyə İmam (ə)-ın hərtərəfli təkzibindən xəbərdar olduqdan sonra başqa bir məsələni ortaya ataraq dedi: Əgər belədirsə onda ya Osmanın qatillərini bizə təhvil versin, ya da onları tutmaq üçün bizim qarşımızı almasın.
    İmam cavabda buyurdu:–Qəsdən olmayan belə bir qətldə qisas hökmü yoxdur. Çünki (qiyamçılar) Quranı onun qətlinin caiz olmasına dəlil gətirmiş və onu (Quranı) təvil etmişlər. Xəlifə ilə onların arasında ixtilaf yaranmış, xəlifə də qüdrətli olduğu halda öldürülmüşdür. (Əgər işin xəta olduğunu fərz etsək, belə bir qətldə qisas hökmü yoxdur.)
    Nümayəndələr İmam (ə)-ın fiqhi dəlillərini (bu, "qəza" elmində, yəni mühakimədə bir əsas müddəa sayılır) Müaviyə üçün deyəndə o özünün günahkar olduğunu gördü. Buna görə də başqa bir məsələni ortaya ataraq dedi: Nə üçün Əli bizimlə və burada olanlarla məşvərət etmədən xilafəti əlinə keçirtdi və bizi ondan məhrum etdi?
    İmam (ə) cavabda buyurdu:–Camaat mühacir və ənsarın yolu ilə gedir. Onlar başqa ölkələrdə olan müsəlmanların danışan dilidir. Özü də mənimlə tam rəğbətlə, razılıq və səmimiyyətlə beyət etdilər. Mən heç vaxt Müaviyə kimilərin islam ümmətinə hakim olub, onların boynuna minməsinə icazə vermərəm.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.16; "Vəqətu-Siffeyn", səh.189 )
    Müaviyə dedi:–Xəlifə seçilən zaman mühacir və ənsarın hamısı Mədinədə deyildi, onların bəziləri Şamda yaşayırdı. Nə üçün onlarla məşvərət olunmadı?
    İmam (ə) dedi:–Rəhbərin seçilməsi dünyanın hər yerinə yayılmış mühacir və ənsarın hamısına aid deyil. Əks halda seçki baş tutmazdı. Seçki onların bir qisminə, yəni islamın əvvəllərində rəşadət göstərən və "Bədri" adı ilə tanınanlara aiddir. Onların da hamısı mənimlə beyət etmişdir.
    Sonra üzünü qarilərə tutub dedi:–Ehtiyatlı olun ki, Müaviyə sizi aldatmasın, dininizin, canınızın puça çıxmasına səbəb olmasın.
    İzah
    Peyğəmbər (s)-in vəfatından sonra mühacir və ənsar islam hakimiyyətinin genişlənməsinə görə digər islam vilayətlərinə getdilər. O zaman kütləvi informasiya vasitələri mövcud olmadığına görə, onların hamısının rəyini soruşmaq mümkün deyildi. Belə bir işi gözləmək isə hökumətin dağılmasına səbəb olardı. Buna görə də çıxış yolu yalnız Mədinə əhalisinin əksəriyyətini təşkil edən ənsar və mühacirin rəyinin kifayət hesab edilməsi idi. Çünki təkcə mühacir və ənsarın rəylərinin qüvvədə olmasına bir əsas yox idi və əgər rəy sorğusu mümkün olsaydı, onların Peyğəmbər (s)-i görüb ona iman gətirən, lakin hicrət etməyən səhabələrlə heç bir fərqi yox idi.
    İmam (ə)-ın nəzərində isə İmamət, əsas etibarı ilə "nəss" ilə olan bir məsələdir. Yəni İmam da elə peyğəmbər kimi Allah tərəfindən təyin olunmalıdır. Deməli, İmam Əli (ə) ənsarın, mühacirin, yaxud da "Bədr"də olanların rəyindən söz açmaqla qarşı tərəfi onların öz dəlilləri ilə qane etmək istəyir. Əgər məsələni seçki yolu ilə araşdırsaq, onda həmin əsrdə mühacirin, ənsarın, yaxud da ümumiyyətlə səhabələr və ya müsəlmanların rəylərindən heç vaxt söz açmaq olmaz. Çünki o dövrdə camaatın bir-biri ilə əlaqəsi çox zəif idi. Bir nəfər qasidin bir yerdən başqa məntəqəyə getməsi üçün aylarla vaxt lazım idi. Buna görə də çarə yalnız böyük islami şəxsiyyətlərin, yaxud İmam (ə)-ın öz ifadəsi ilə desək "Bədr"də iştirak edənlərin əhd-peymanı, beyətinə kifayət olunmasında idi.
    ARA-SIRA HÜCUMLAR
    Nümayəndələrin göndərilməsi və məktublaşma Cəmadiyul-əvvəl ayının axırına qədər davam etdi. Bu müddət əzində ara-sıra hücumlar baş verirdi. Lakin bu hücumlar müharibəyə və ya qan axıdılmasına gətirib çıxarmamışdı, çünki, bu müddətdə şamlı və iraqlı qarilər vasitəçilik edərək, onları bir-birindən ayırırdılar.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.17; "Vəqətu-Siffeyn", səh.190 )
    ƏBU-İMAMƏ VƏ ƏBUD-DƏRDA
    Bu iki səhabə qan axıdılmasının qarşısını almaq üçün Müaviyənin yanına getdilər və ona dedilər: Nə üçün Əli ilə müharibə edirsən?
    Müaviyə cavabında dəfələrlə İmam (ə)-dan və onun dostlarından eşitdiyi elə həmin bəhanələri gətirdi. O iki səhabə Müaviyənin sözlərini İmam (ə)-a çatdırdılar. Bu dəfə İmam (ə) Müaviyəyə başqa cür cavab verdi: öz köməkçiləri arasında belə bir xəbər yaydı ki, Müaviyə xəlifənin qatillərini istəyir. Gözlənilmədən hamısı başdan-ayağa zirehli paltar geymiş, gözlərindən başqa hər yeri bürünmüş iyirmi mindən artıq adam çölə axışdı, hamısı da xəlifənin qatili olmasını iddia etdi.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.17-18; "Vəqətu-Siffeyn", səh.190 )
    Vəziyyəti belə görən o iki səhabə hər iki ordunu tərk etdilər ki, müharibənin şahidi olmasınlar. Amma onların haqqı aydınlaşdırmaq üçün səy göstərmələri və haqqı müdafiə etmələri daha yaxşı olardı.
    36-cı ilin rəcəb ayı gəlib çatdı, pərakəndə həmlələr dayandı. Müaviyə iki qoşunun arasında məskən salmış Quran qarilərinin Əli (ə)-a qoşulacağından qorxurdu, buna görə də İmam (ə)-ın ordusunda qarışıqlıq yaratmaq məqsədilə islam müharibələri tarixində misli çox az görünən bir hiyləyə əl atdı.
    FƏRATIN ÜSTÜNDƏKİ SU BƏNDİNİN DAĞIDILMASI BARƏDƏ ŞAYİƏ
    Fərat çayının qoluna tərəf gedən su yolu ələ keçirildikdən sonra hərbi vəziyyət İmam (ə)-ın qoşununun xeyrinə dəyişdi. İraq və Şam qarilərinin İmam (ə)-ın hüzuruna gəldikləri vaxt o həzrətin aşkar, kəskin və məntiqi çıxışı nəticəsində şamlı qarilərin çoxu o həzrətin tərəfdarı oldu, bəziləri də bitərəf mövqe seçdilər. Müaviyə İmam (ə)-ın nüfuzunun genişlənməsindən qorxaraq müharibənin şəraitini öz xeyrinə dəyişmək üçün bir hiylə hazırladı. İmam (ə)-ın düşərgəsi Siffeyn çölünün çökək yerində, Müaviyənin düşərgəsi isə uca bir yerdə idi. Çölün bir yerində Fərat çayının qabağını kəsən bir bənd var idi. Birdən İmam (ə)-ın əsgərləri arasında belə bir şayiə yayıldı ki, Müaviyə bəndi dağıtmaq və suyun istiqamətini iraqlılara tərəf dövdərmək istəyir.
    Hadisə belə baş vermişdi: Müaviyə məxfi şəkildə göstəriş verdi ki, İmam (ə)-ın əsgərlərinə tərəf bir ox atsınlar. Oxun üstünə bir kağız bağlamışdılar. Kağızın içində də belə yazılmışdı: "Allahın xeyirxah bir bəndəsi tərəfindən! Sizə xəbər verirəm ki, Müaviyə bəndi dağıdıb sizin hamınızı suda qərq etmək istəyir. Tez olun, bir çarə fikirləşin və ehtiyatı əldən verməyin!"
    Bu kağız İmam (ə)-ın əsgərlərindən birinin əlinə keçdi, sonra əldən-ələ gəzdi. Beləliklə, bu şayiə bütün qoşun içərisində yayıldı. Çoxları bu xəbərin düzlüyünə inandılar. Bununla eyni zamanda Müaviyə iraqlıları aldatmaq üçün iki yüz nəfərin əlinə bel və külüng verib Fərata doğru göndərdi ki, oranı dağıtmaq niyyətində olduqlarını göstərsinlər. İmam (ə) Müaviyənin məkr və hiyləsindən agah idi, buna görə də qoşun başçılarına dedi:–Müaviyədə bəndi dağıtmaq qüdrəti yoxdur. O bu yolla sizi qorxutmaq istəyir ki, siz öz mövqeyinizi tərk edəsiniz, Fəratın qolunu yenidən öz əlinə keçirsin.
    Sərkərdələr dedilər:–Yox, bu ciddi bir işdir! Onlar bəndin ətəyində bir neçə quyu qazmağa başlayıblar ki, suyu bizə tərəf axıtsınlar.
    İmam (ə) buyurdu:–Ey Iraq camaatı, mənimlə müxalifət etməyin!
    Sərkədələr dedilər:–Allaha and olsun, biz buranı tərk edirik! Əgər siz qalmaq istəyirsinizsə, qalın.
    Bunu deyib hamılıqla oranı tərk etdilər və uca bir yerdə özlərinə mövqe seçdilər. İmam (ə) çarəsizlikdən oranı tərk edən axırıncı nəfər oldu. Amma bir azdan İmam (ə)-ın sözünün doğru olduğu aşkar oldu və Müaviyə sürətlə İmam (ə)-ın düşərgəsini işğal etdi. İraqlı əsgərlər heyrət içində donub qaldılar.(Vəqətu-Siffeyn", səh.190-191 )
    MÜXALİFƏTİN ƏVƏZİNİN ÇIXILMASI
    İmam (ə) müxalifət başçılarını hüzuruna çağırıb onları danladı. Əşəs İbn Qeys özünün müxalifət etdiyinə görə üzr istədi və dedi ki, bu məğlubiyyətin əvəzini çıxarıq. Sonra Malik Əştərin də iştirak etdiyi şiddətli bir döyüşdən sonra Müaviyənin qoşununu işğal olunmuş məntəqədən üç ağaclıq məsafəyə qədər qovdular və bu yolla da məğlubiyyətlərinə səbəb olan müxalifətlərinin bir növ əvəzini çıxdılar. Cəbhənin vəziyyəti yenidən İmam (ə)-ın xeyrinə olaraq dəyişdi, Fəratdan su götürmək imkanı islam qoşununun ixtiyarına keçdi. Amma bu vaxt İmam (ə) öz kəramət və alicənablığını göstərdi və dərhal Müaviyəyə belə bir xəbər göndərdi: "Biz heç vaxt əvəz-əvəz etmirik. Suya tərəf gəlin, biz də, siz də bu ilahi nemət önündə bərabərik."
    Sonra öz qoşununa üz tutub dedi:–Bizim məqsədimiz suyu ələ keçirmək deyildir, məqsəd bundan da yüksəkdir.("Vəqətu-Siffeyn", səh.195)
    36-cı ilin Rəcəb ayından Zil-həccə ayına qədər ara-sıra müharibələr və pərakəndə hücumlar davam etdi. Döyüşən tərəflər ordunun dağılmasına səbəb olacaq çoxlu insan tələfatı verməkdən çəkinirdilər. Lakin Zil-həccə ayında müharibə odu daha da qızışdı. İmam (ə) bu ayda öz sərkərdələrindən Əştəri, Hücr İbn Ədini, Şibs Təmimini, Xalid Dusini, Ziyad İbn Nəzri, Ziyad İbn Cəfəri, Səid Həmdanini, Müəqqəl İbn Qeysi, Qeys İbn Sədi onların ixtiyarında olan əsgərlərlə birlikdə döyüş meydanına göndərdi.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.146; "Tarixi-Təbəri", 3-cü cild, səh.243 )
    Sərkərdələr içərisində Əştər hamıdan çox rəşadət göstərirdi. Bəzən bir gün ərzində iki dəfə hücum baş verir, hər iki tərəfdən öldürülənlər olurdu. 37-ci ilin Məhərrəm ayının əvvəllərində hər iki tərəf Məhərrəmül-həram ayına ehtiram olaraq müharibəni dayandırmaqla əlaqədar razılığa gəldilər. Nəhayət, nümayəndə göndərməklə müzakirələr başlandı.("Vəqətu-Siffeyn", səh.195 )
    OTUZ YEDDİNCİ HİCRİ İLİNİN HADİSƏLƏRİ
    Otuz yeddinci ilin məhərrəm ayı peyğam və nümayəndə göndərmə ayı idi. İmam (ə) bu ayda Ədi İbn Hatəm, Şibs İbn Ribi, Yəzid İbn Qeys, Ziyad İbn Həfs kimi böyük şəxsiyyətləri Müaviyənin yanına göndərdi ki, bəlkə bu imkandan istifadə edərək müharibəyə son qoya bilsin. Onlar Müaviyə ilə belə söhbət apardılar: Ədi İbn Hatəm dedi:–Səni elə bir şeyə dəvət etmək istəyirik ki, onun sayəsində Allah-təala bizim ümmətə birlik bəxş edər, müsəlmanların qanını hifz edər. Biz səni insanların ən fəzilətlisi, ən yaxşısı və əməli saleh olan şəxsinə tərəf çağırırıq. Camaat onun ətrafına yığışmış, Allah da onları hidayət etmişdir. Səndən və səninlə olanlardan başqa heç kim ona beyət etməkdən imtina etməmişdir. Səndən istəyirik ki, Cəməl əshabının başına gələnlər sənin başına gəlməmiş bu itaətsizliyə son qoyasan!
    Müaviyə:–Deyəsən, sülh üçün yox, məni hədələmək üçün gəlmisən! Istədiyin şey çox-çox uzaqdır. Mən Hərbin oğluyam və heç vaxt boş tuluqların səsindən qorxmuram. (Ərəblər dəvələri qovmaq üçün boş tuluqları dınqıldadardılar.) Allaha and olsun, sən camaatı Osmanı qətlə yetirməyə təşviq edənlərdənsən, özün də onun qatillərindənsən. Yox! Ey Ədi, mən onu öz güclü qollarımla tutmuşam!
    Şibs İbn Ribi və Ziyad İbn Həfsə dedilər:–Biz sülh yaratmaq üçün gəlmişik, sən isə bizim üçün məsəl çəkirsən. Lazımsız sözlərdən keç. Elə bir şey de ki, həm sənə, həm də bizə faydası olsun.
    Yəzid İbn Qeys dedi:–Biz peyğam çatdırmaq və bir xəbər aparmaq üçün gəlmişik. Birliyə səbəb ola biləcək məsələləri söyləməkdən, öyüd-nəsihət verməkdən, dəlil-sübut deməkdən əsla çəkinmərik. Sən bizim İmamımızı tanıyırsan. Müsəlmanlar da onun fəzilətini bilirlər. Bu iş heç sənin üçün də gizli deyildir. Dindar və fəzilətli şəxslər heç vaxt səni Əliyə tay-bərabər hesab etməzlər. Allahdan qorx və Əli ilə müxalifət etmə! And olsun Allaha, Əlidən daha təqvalı, zöhdlü və bütün fəzilətlərə malik olan bir kəs tanımıram!
    Müaviyə dedi:–Siz məni iki şeyə dəvət etdiniz: Əliyə itaət etmək və birliyi qorumaq. İkincini qəbul edirəm, lakin Əliyə itaət etməyi heç vaxt qəbul etmərəm. Sizin rəhbəriniz bizim xəlifəni öldürmüş, ümmətdə ixtilaf yaratmış və xəlifənin qatillərinə azadlıq vermişdir. Əgər o, xəlifəni öldürmədiyini fikirləşirsə, biz də onun bu fikrini rədd etmirik. Lakin xəlifənin qatillərinin onun dostlarından olmasını inkar etmək olarmı?! O, qatilləri bizə qaytarsın ki, qisas alaq. Bundan sonra sizin dediyiniz itaət və birliyə müsbət cavab verərik.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), -ci cild, səh.21-22; "Vəqətu-Siffeyn", səh.196; "Tarixi-Təbəri", -cı cild, səh.2-3 )
    MÜAVİYƏNİN CAVABİNİN TƏHLİLİ
    Müaviyə dəlil gətirərkən vahid bir mövqe seçmir, hər dəfə şəraitə uyğun şəkildə danışırdı. Bəzən İmam (ə)-ın qatil olmasına israr edirdi. Amma bu dəfəki danışıqlarda Osmanın qətlində o həzrətin şərik olmadığını qəbul etdi. Lakin İmam (ə)-ın xəlifənin qatillərini ona təhvil verməsinə dair israr edirdi. Halbuki onun belə bir məsələni (intiqam almağı) irəli çəkməyə heç bir səlahiyyəti yox idi. Çünki o nə xəlifənin varisi idi, nə də müsəlmanların hakimi. "Qatillər təhvil verilməlidir" deyə təkid etməkdə məqsədi yalnız İmam (ə)-ın ordusunda ikitirəlik yaratmaq idi. O bilirdi ki, xəlifənin zülmkar məmurlarının əlindən cana gələn və xəlifənin qətlindən sonra Əli (ə)-la beyət edən Iraq, Misir və Hicaz inqilabçıları elə xəlifənin qatilləridir. Bu böyük qrupu tutub təhvil vermək qeyri-mümkün bir iş olmaqla yanaşı, dövlətin süqut etməsindən, qiyamların baş qaldırmasından başqa bir nəticəsi də olmayacaqdı. Müaviyə bu müzakirələrdə xəlifənin qatillərinin təhvil verilməsini özünün mərkəzi hökumətə tabe olması üçün kafi hesab edirdi. Halbuki öz sözlərinin birində israr edirdi ki, hakimiyyət məsələsi hökmən müxtəlif məntəqələrdə yaşayan ənsar və mühacirdən təşkil olunan şura yolu ilə həll edilməlidir. Bu cür ziddiyyətli sözlər onun hər bir şəraitə uyğun olaraq öz fikrini dəyişməsinə aşkar dəlildir.
    Indi isə Müaviyənin Əli (ə)-ın nümayəndələri ilə apardığı müzakirənin davamını qeyd edirik. Şibs İbn Ribi dedi:–Ey Müaviyə, səni and verirəm bir olan Allaha, əgər Əmmar Yasiri sənə versələr, onu öldürərsənmi? Halbuki Peyğəmbər (s) Əmmarın barəsində "Onu ən zülmkar qövm öldürəcəkdir" - deyə buyurmuşdu.
    Müaviyə dedi:–Allaha and olsun, əgər Əli Süməyyənin oğlu Əmmarı mənim ixtiyarımda qoysa, onu Osmanın qulamı Nailin əvəzində öldürərəm!
    Şibs dedi:–Yerin-göyün Allahına and olsun ki, ədalətli yol seçməmisən! Tək olan Allaha and olsun ki, heç vaxt Süməyyənin oğlunu öldürə bilməzsən! Əgər bu işi görmək istəsən, onda gərək başlar bədəndən ayrılsın və yer özünün bu qədər genişliyi ilə sənə dar gəlsin.
    Müaviyə dedi:–Yer mənə dar gəlsə, sənə məndən də çox dar gələr!
    Bu yerdə danışıqlar sona çatdı və nümayəndələr heç bir müsbət nəticə əldə edilmədən, Müaviyənin təfəkküründə azacıq belə dəyişiklik hasil olmadan geri qayıtdılar. Müaviyə Ziyad İbn Həfsəni çağırdı və onun əqidəsinə təsir edə biləcəyini fikirləşdiyi üçün təklikdə söhbət etmək istədiyini bildirdi.
    Müaviyə dedi:–Əli qohumluq əlaqələrini kəsmiş, bizim İmamımızı (Osmanı) öldürmüş, onun qatillərini gizlətmişdir. Sən gəl öz qəbilə və qohum-əqrəbanla birlikdə bizə kömək et. Söz verirəm ki, qələbədən sonra iki böyük şəhərin (Kufə və Bəsrənin) hansının hakimliyini istəsən sənə verim.
    Ziyad İbn Həfsə dedi:–Pərvərdigarım tərəfindən olan dəlil və Onun mənə verdiyi nemətlərə görə heç vaxt cinayətkarlara arxa durmaram!(Burada həmçinin bir Quran ayəsinə də istind olunmuşdur ("Qəsəs" surəsi, ayə:17) )
    Bu sözləri deyib Müaviyənin yanından çıxdı. Əmr As da bu müzakirələrdə iştirak edirdi. Müaviyə ona dedi: Biz onların hansı biri ilə danışırıqsa, çox yaxşı cavab verir. Hamısının ürəyi bir ürək kimidir, məntiqləri də birdir.("Vəqətu-Siffeyn", səh.199; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.148; "Tarixi-Təbəri", 3-cü cild, səh.3; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 4-cü cild, səh.2 )
    MÜAVİYƏNİN NÜMAYƏNDƏLƏRİ İMAM (Ə)-IN HÜZURUNDA
    Nüfuzlu şəxsiyyətləri göndərməkdə İmam (ə)-ın məqsədi bu idi ki, Müaviyənin tutduğu mövqeyi dəyişdirsin və bu məsələ müzakirə yolu ilə həll edilsin. Halbuki Müaviyənin bu işdə məqsədi müharibənin gedişini təxirə salmaqla İmam (ə)-ın qoşununda ixtilaf yaratmaq idi. O bilirdi ki, Əli (ə) onun kimilərin qarşısında tutduğu mövqeyi heç vaxt dəyişməz. Müaviyə Həbib, Şərhbil və Müəni Əli (ə)-ın hüzuruna göndərdi. Onların məntiqi elə Müaviyənin məntiqi idi. Əslində onlar Müaviyənin sözlərini artırıb-əskiltmədən təkrar edən carçılar idilər.
    Indi onların İmam (ə)-la apardıqları müzakirəni qeyd edirik. Həbib dedi:–Osman hidayət olunmuş bir xəlifə idi, siz onun haqqını tapdalayaraq onu öldürdünüz. Onun qatillərini təhvil verin, onlardan qisas alaq. Əgər sən onu öldürmədiyini desən, onda hakimiyyətdən geri çəkil və onu şuraya tapşır. Camaat hər kəsi seçsə, o da xəlifə olsun.
    Həbibin sözləri çox süst və əsassız idi. Əvvəlcə İmam (ə)-ı dəlilsiz-sübutsuz olaraq xəlifənin qətlində günahlandırıb özünü xəlifənin müdafiəçisi hesab edir. Sonra isə İmam (ə)-ın bu işi görmədiyini qəbul edir və ona deyir ki, xilafətdən kənara çəkilsin. Sanki onun sözlərinin hamısı son sözü üçün bir müqəddimə imiş. Buna görə də İmam (ə) qətiyyətlə bildirdi:–Sus! Sənin hökumətə aid olan işlərə müdaxilə etməyə, bizim işdən götürülməyimizi tələb etməyə haqqın yoxdur! Sənin belə bir səlahiyyətin yoxdur və ona da layiq deyilsən.
    Həbib dedi:–Allaha and olsun ki, özünü xoşlamadığın bir vəziyyətdə görəcəksən!
    İmam (ə) buyurdu:–Sən heç nəsən! Get öz süvari və piyadalarını bir yerə yığ! Sənin əlindən heç bir iş gəlməz!
    Şərhbil dedi:–Mən də elə Həbib deyənləri deyirəm. Ona verdiyin cavabdan başqa bir sözün də varmı?
    İmam (ə) buyurdu:–Bəli! Sənə və sənin dostuna başqa bir cavab da varımdır. Allah Öz Peyğəmbərini seçib onun vasitəsi ilə insanları zəlalətdən xilas etdi. Nəhayət, o öz risalətini yerinə yetirdikdən sonra Allah onu layiq bildiyi yerə (cənnətə) göndərdi. Sonra camaat Əbu Bəkri onun canişini kimi qəbul etdilər. Əbu Bəkr də Öməri özünə canişin seçdi... Sonra Osman hakimiyyəti ələ aldı. Camaat onun gördüyü (yaramaz) işlərə etiraz edib, hücum edərək onu öldürdülər. Sonra onların işlərindən kənarda olduğum halda mənə pənah gətirdilər. Onlar çox israrla mənə beyət etdilər. Əvvəlcə bunu qəbul etmədim, yenə də israr edərək dedilər: "Ümmət səndən başqasının xilafətinə razı deyildir. Biz bundan qorxuruq ki, səninlə beyət etməsək, ikitirəlik yarana bilər." Buna görə də mən onların beyətini qəbul etdim. Təlhə və Zübeyr də mənimlə beyət etdilər, lakin sonradan beyəti pozdular. Sonra Müaviyə mənimlə müxalifətə qalxdı. Onun nə dində bir xidməti var, nə də islamda yaxşı bir keçmişi. O, (Məkkənin fəthində əsirlikdən) azad edilmişdir, özü də azad edilmişin oğludur. O, əməvi hizbindəndir. Onun atası həmişə Allah və Onun Peyğəmbəri ilə düşmən olmuşdur. Onların hamısı islamı məcburiyyət üzündən, çıxılmaz vəziyyətdə qaldığı üçün qəbul etmişlər. Sizin bu işinizə təəccüb edirik ki, nə üçün onun üçün qüvvə yığmısınız, nə üçün ona itaət edir və Peyğəmbər ailəsini tərk edirsiniz. Siz nə üçün Peyğəmbərin Əhli-beytini qoyub başqalarına qoşulmusunuz?! Mən sizi Allahın Kitabına, Peyğəmbərin sünnəsinə, batili məhv edib din nişanələrini dirçəltməyə dəvət edirəm. Bunu deyir və hər bir mömin kişi və qadın üçün Allahdan bağışlanmaq istəyirəm.("Vəqətu-Siffeyn", səh.200-202; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.148; "Tarixi-Təbəri", -ci cild, səh.4; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.23-24 )
    Əgər tamah Təmim qəbiləsinin zahidi Şərhbilə qələbə çalmasaydı və onun islam tarixindən müəyyən qədər xəbəri olsaydı, İmam (ə)-ın sözlərini qəbul edərdi. Lakin o, İmam (ə)-ın haqq sözləri qarşısında aciz qaldığına görə sözü dəyişib dedi: Osmanın qətli barəsində nə deyirsən?! Onun məzlumcasına öldürülməsinə şəhadət verirsənmi?
    Bu cür suallar bir peyğam gətirənin vəzifəsi deyildi. Onun məqsədi yalnız yığıncağı bir-birinə vurmaq idi. Bu məsələ barəsində mühakimə yürütmək Osmanın qətlinin səbəblərini araşdırmağı gərəkli etdiyindən İmam (ə) onu təsdiq etmədi. Onlar da elə bunu bəhanə edərək çıxıb getdilər və dedilər:–"Hər kəs onun məzlumcasına öldürülməsinə şəhadət verməsə, biz ondan bezarıq!"
    İmam (ə) onları bu ayənin aşkar nümunəsi hesab etdi:– "Sən ölüləri və karları, arxa çevirdikləri vaxt anlada bilməzsən; və sən korları zəlalətlərdən hidayətə gətirə bilməzsən. Sən yalnız Bizim ayələrimizə iman gətirən və haqqın qarşısında təslim olan kəslərə söz eşitdirə bilərsən."("Nəml" surəsi, ayə:80-81 )
    ON YEDDİNCİ FƏSİL
    SİFFEYN MÜHARİBƏSİNİN MÜQƏDDƏRATININ HƏLL EDİLMƏSİ
    İmam (ə) səbir və mətinlik nümunəsi idi. O, Müaviyənin müxalifətçiliyi qarşısında həmişə mülayim davranırdı. Amma vəzifə və rəyasət sevdası Müaviyəni özünə elə məftun edib aldatmışdı ki, nümayəndə göndərib ona öyüd-nəsihət verməyin nəinki faydası olmadı, üstəlik onu daha da inadkar etdi. İmam (ə) çarəsizlikdən qərara aldı ki, məsələni müharibə ilə həll etsin, öz qiymətli vaxtını daha bundan artıq hədər etməsin, bu "xərçəng virusunu" islam cəmiyyətinin orqanizmindən qoparıb atsın.
    Islamda cihad qanunlarından biri də budur ki, əgər islam hökuməti bir qrupla dinc yanaşı yaşamaq barəsində müqavilə bağlasa, onda bu müqavilə möhtərəmdir. Əgər islam hakimi əldə olan məlumatlara əsasən, qarşı tərəfin müqaviləni pozmaq niyyətində olduğunu və xəyanət etmək istədiyini hiss etsə, onda cəld hərəkət edir, müqavilənin artıq ləğv olunduğunu bildirir və müharibəyə başlayır. Qurani-Kərim bu məsələyə toxunaraq buyurur: "Hər vaxt bir qövmün xəyanət edəcəyindən qorxsanız, onlarla olan müqaviləni ədalətli şəkildə ləğv edin, çünki Allah xainləri sevməz." ("Ənfal" surəsi, ayə:58 )
    Bu qanun göstərir ki, islam dini ədalətin və əxlaq normalarının qorunmasına xüsusi diqqət yetirir, düşmənin söz-söhbət və rəftarından xəyanət nişanələri görünsə belə, xəbərdarlıq etmədən düşmənə yürüş edilməsinə icazə vermir. İmam (ə) Siffeyndə bu qanunun göstərişindən də artıq diqqət yetirirdi. Çünki onunla Müaviyə arasında "dinc yanaşı yaşamaq" barədə bir müqavilənin bağlanmadığına, yalnız haram aylarda hərbi toqquşmanın qadağan olduğuna və nəticədə sakitliyin bir müddət Siffeynə hakim olmasına baxmayaraq, şamlıların bu sakitliyin Məhərrəm ayından sonra da qüvvədə qalacağını güman etməsinlər deyə, İmam (ə) Mərsəd İbn Harisə fərman verdi ki, Məhərrəm ayının axırıncı günü günbatan çağı Şam ordusunun qarşısında dayanıb uca səslə desin:–Ey Şam əhli, Əmirəl-möminin deyir: "Mən sizə möhlət verdim və müharibə işində səbir etdim ki, haqqa doğru qayıdasınız. Allahın Kitabından dəlil gətirib sizi ona tərəf dəvət etdim, lakin siz tüğyançılıqdan əl çəkmədiniz. Belə bir şəraitdə mən hər bir amanı qarşılıqlı şəkildə ardan götürdüm. Allah xainləri sevməz."("Kamil" (Ibni Əsir), 1-ci cild, səh.25; "Tarixi-Təbəri", 3-cü cild, səh.5; "Vəqətu-Siffeyn", səh.202-203; "Murucuz-zəhəb", 2-ci cild, səh.387 )
    Bu xəbər Müaviyənin qoşunu üçün oxunduqda hər iki tərəfdə canlanma yarandı və döyüşən tərəflər ordunu nizama salmağa başladılar. Cinahların sərkərdələri təyin edildi. İmam (ə) öz qoşununu aşağıdakı ardıcıllıqla tənzim etdi: Əmmar Yasir süvarilərin, Əbdüllah İbn Bədil Xəzai piyada qoşunlarının baş sərkərdəsi təyin edildi, ordunun ümumi bayrağı Haşim İbn Ütbəyə tapşırıldı. Sonra İmam (ə) qoşunu üç hissəyə–sağ cinah, sol cinah və mərkəzi cinaha böldü. Yəmənliləri ordunun sağ tərəfində, Rəbiə qəbiləsinin müxtəlif şaxələrini sol tərəfdə və əksəriyyəti kufəli və bəsrəli olan Müzər qəbiləsinin pəhləvanlarını ordunun mərkəzində yerləşdirdi. Bu üç bölmənin hər birini süvarilərə və piyadalara böldü. Sağ və sol cinahlara Əşəs İbn Qeyslə Əbdüllah Ibni Abbası, hər iki piyada qoşunu üçün də Süleyman İbn Sürəd ilə Haris İbn Mərrəni təyin etdi. Sonra hər bir qəbilənin bayrağını onun başçısına tapşırdı. İbni Müzahim "Vəqətü-Siffeyn" kitabında hər biri bir qəbiləyə məxsus olan iyirmi altı bayraq olduğunu qeyd edir.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.24-26; "Vəqətu-Siffeyn", səh.205 )
    Müaviyə də öz qoşununu həmin tərtiblə tənzim etməyə başladı, sərkərdələri və bayraqdarları təyin etdi. Sübh çağı həlledici döyüşün baş verməsi qəti oldu. İmam (ə) öz qoşununun içində ayağa qalxıb uca səslə dedi: "Onlar sizinlə müharibəyə başlamayınca siz döyüşə başlamayın. Allaha şükürlər olsun ki, sizin bu döyüşdə dəlil və sübutunuz vardır. Onlar döyüşü başlayana kimi sizin başlamamağınız əlinizdə başqa bir sübutdur. Onları məğlub etdiyiniz vaxt sizə arxa çevirib qaçanları və yaralıları öldürməyin. Düşmənin övrətini açmayın, öldürülənlərin burun-qulağını kəsməyin. Onların düşərgələrinə çatdığınız vaxt pərdələri yırtmayın, mənim icazəm olmadan heç kimin evinə girməyin, döyüş meydanında ələ keçirdiyiniz şeylərdən başqa düşmənin heç bir mal-dövlətinə əl vurmayın. Heç bir qadına, hərçənd sizin özünüzə, sizin böyüklərinizə, ağsaqqallarınıza nalayiq söz desə belə, əziyyət verməyin. Çünki onlar əql və qüdrət cəhətindən zəif olurlar. Onlar müşrik olan vaxtda da bizə əmr olunmuşdu ki, onlara əl vurmayaq. Əgər cahiliyyət dövründə bir kişi çəlik, yaxud dəmirlə bir arvada həmlə etsəydi, bu iş onun üçün ar sayılırdı və onların övladları sonralar bu işə görə məzəmmət olunurdular."("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.149; "Tarixi-Təbəri", 3-cü cild, səh.6; "Vəqətu-Siffeyn", səh.203-204; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.26 )
    Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində öz əsgərlərinə belə tövsiyə edirdi: "Ey Allah bəndələri, Allah ilə müxalifət etməkdən qorxun! Gözlərinizi aşağı salın və səsinizi alçaldın, az danışın. Özünüzü düşmənlə mübarizə edib əlbəyaxa olmağa, dişlə müdafiə olunmağa hazır edin. Mətin və möhkəm olun, Allahı yad edin ki, nicat tapasınız. İxtilafdan və ikitirəlikdən uzaq olun ki, süstləşməyəsiniz və şövkətiniz, əzəmətiniz aradan getməsin. Səbirli olun, Allah səbir edənlərlədir."
    İmam (ə)-ın sözləri sona çatdıqda on bir cərgə döyüşçü ilə birlikdə düşmənin qarşısında bayraq qaldırdı. Onun qoşun bilmələri elə tənzim olunmuşdu ki, bəziləri Iraqda, bəziləri isə Şamda yaşayan qəbilələrin üzvləri döyüşdə bir-birinin qarşısında qərarlaşırdılar. İlk günlərdə döyüş çox yavaş gedirdi, hələ də döyüşün dayandırılması və barışıq siyasəti hər iki tərəfə ümid verirdi. Tərəflər günortaya qədər döyüşür, sonra döyüşü saxlayırdılar. Lakin sonralar döyüş şiddətləndikdə sübhdən gecəyə kimi, hətta gecənin bir vaxtına kimi davam edirdi.("Murucuz-zəhəb", 2-ci cild, səh.387-388; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.27; "Vəqətu-Siffeyn", səh.214-215 )
    DÖYÜŞÇÜLƏRİN HƏRƏKƏTİ
    Səfər ayının birinci günü İmam (ə)-ın ordusundan Malik Əştər, Şam ordusundan isə Həbib İbn Məsləmə öz əsgərləri ilə birlikdə döyüş meydanına gəldilər, günün bir hissəsini vuruşdular. Hər iki tərəfdən ölənlər oldu. Sonra bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.
    Ikinci gün İmam (ə)-ın tərəfindən Haşim İbn Ütbə başda olmaqla bir dəstə süvari və piyada, Şam ordusu tərəfdən də Əbül-Əvər Səlmi elə həmin qaydada meydana daxil oldular, süvarilər süvarilərlə, piyadalar da piyadalarla döyüşə başladılar. Üçüncü gün İmam (ə)-ın tərəfindən Əmmar, Müaviyə tərəfdən isə Əmr As öz qoşunu ilə meydana girdilər və onların arasında şiddətli döyüş baş verdi.
    Əmmar Şam qoşununun qarşısında dayanıb uca səslə dedi:–Allahla, Peyğəmbərlə ədavət aparan, müsəlmanlara zülm edən, müşriklərə kömək edən bir adamı tanımaq istəyirsinizmi?! Allah Öz dinini aşkar edib Peyğəmbərinə kömək etmək istəyəndə belə bir şəxs dərhal rəğbət üzündən yox, qorxudan, özü də zahirdə islamı qəbul etdi. Peyğəmbər vəfat etdikdə o, müsəlmanların düşməni, günahkarların dostu oldu. Ey camaat, bilin və agah olun, dediyim bu şəxs elə Müaviyədir. Onu lənətləyin və onunla mübarizəyə qalxın. O, Allah nurunu söndürmək, Allah düşmənlərinə kömək etmək istəyir.
    Bu vaxt bir nəfər Əmmara dedi ki, Rəsuli-Əkrəm (s) buyurub: "Camaatla, islamı qəbul etdikləri vaxta qədər vuruşun, islamı qəbul etdilərsə, onların qanı və mal-dövləti toxunulmazdır."
    Əmmar onun sözünü təsdiq edib dedi:–Əməvi hizbi elə ilk gündən islamı qəbul etməmişdir; onlar islamı zahirdə qəbul etmiş, özlərinə dost-tanış tapana kimi küfrlərini məxfi saxlamışlar.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.7; "Vəqətu-Siffeyn", səh.215-216 )
    Əmmar bu sözü deyib süvari qoşunun sərkərdəsinə şamlıların süvarilərinə hücum etmək əmrini verdi. Hücum əmri verildi, lakin şamlılar onların qarşısında müqavimət göstərirdilər. Sonra piyadaların sərkərdəsinə hücum əmri verdi. İmam (ə)-ın qoşunu ciddi bir yürüşlə düşmən qoşununu darmadağın etdi, Əmr As öz yerini dəyişdirməyə məcbur oldu. Əmr As Əmmarın işlətdiyi taktikaya keçdi. Əmmar əməvi hizbini və onun başçılarını kafir adlandırmaqla düşmənin səflərini həyəcana gətirmişdi. Bunun müqabilində Əmr As da nizənin ucuna qara bir parça bağlayıb yuxarı qaldırdı. Bu parçanı nə vaxtsa Peyğəmbər (s) ona vermişdi. Gözlər ona dikildi və söz-söhbət başlandı. İmam (ə) hər hansı bir fitnənin büruz etməsinin qarşısını almaq üçün dərhal məsələni öz dostlarına aydınlaşdırmağa başlayıb dedi: Bilirsinizmi ki, bu bayrağın sərgüzəşti nədir?! Bir gün Peyğəmbər (s) bu bayrağı çölə çıxatdı və üzünü islam qoşununa tutub dedi:–Kim onu, içindəki şeylərlə birlikdə götürə bilər?
    Əmr As dedi:–"Onun içində nə var?" Peyğəmbər (s) buyurdu:–"Budur (onda belə yazılıb) ki, heç bir müsəlmanla vuruşmasın və heç bir kafirə yaxınlaşmasın." Əmr As onu bu şərtlə götürdü, amma Allaha and olsun ki, müşriklərə qoşulub və bu gün müsəlmanlarla vuruşur. Çərdəyi yaran və insanı yaradan Allaha and olsun, bunlar səmimi qəlbdən yox, üzdə iman gətirmişdilər, öz küfrlərini də gizlədirdilər. Küfrlərini aşkar etmək üçün dost tapdıqları zaman, öz ədavətlərini yenidən başladılar. Amma zahirdə namazı tərk etmədilər.
    Dördüncü gün İmam (ə)-ın tərəfindən Məhəmməd Hənəfiyyə, Şam qoşunundan isə Übeydullah İbn Ömər bir dəstə ilə döyüşə girişdi. Şiddətli döyüş başlandı.("Murucuz-zəhəb", 2-ci cild, səh.388 ) Übeydullah Məhəmməd Hənəfiyyəyə xəbər göndərdi ki, gəl təkbətək vuruşaq. Məhəmməd irəli çıxmaq istədi, lakin İmam (ə) hadisədən xəbər tutduqda dərhal atını oğluna tərəf çapdı, əmr etdi ki, dayansın. Sonra öz atını Übeydullaha tərəf sürdü və dedi: Mən səninlə vuruşacağam. Gəl qabağa!
    Übeydullah bu sözü eşidəndə bədəni lərzəyə düşdü və dedi:–Mən səninlə döyüşmək istəmirəm!
    Sonra atını döndərib meydandan uzaqlaşdı. Bu vaxt hər iki tərəfin qoşunları bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.
    38-ci ilin səfər ayının beşində bazar günü iraqlıların sərkərdəsi Ibni Abbas, şamlıların sərkərdəsi isə Vəlid İbn Ütbə olmaqla iki qoşun bölməsi döyüşə başladı. Ağır bir döyüşdən sonra günorta vaxtı döyüşü dayandırıb öz qərargahlarına qayıtdılar. Bu vaxt şamlıların sərkərdəsi Əbdül-Müttəlib övladlarını nalayiq sözlərlə söyməyə başladı. İbni Abbas onu mübarizəyə çağırdı, lakin o qorxub meydanı tərk etdi.
    Şam ordusunun döyüşçüləri islam tarixi və həqiqətlər barədə kar, kor və ümumiyyətlə xəbərsiz idilər. Əgər belə olmasaydı, Quranın aşkar şəkildə fasiq adlandırdığı bir adam onlara rəhbərlik etməzdi. Belə ki, Qurani-Kərim Vəlidin barəsində buyurur: "Əgər fasiq bir adam sizə bir xəbər gətirsə (sözünü dərhal qəbul etməyin və) onun barəsində axtarış aparın." ("Hucurat" surəsi, ayə:6 "Tarixi-Təbəri", 3-cü cild, səh.7; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.150; "Vəqətu-Siffeyn", səh.221-222; "Murucuz-zəhəb", səh.388 )
    Digər bir ayədə onun barəsində belə buyurulur: "Məgər mömin olan bir şəxs fasiq kimidirmi?! Heç vaxt bərabər deyildirlər."
    Bu döyüşlərdə bir çoxları öldürülür, tərəflər heç bir müsbət nəticə əldə etmədən öz yerlərinə qayıdırdılar, lakin buna baxmayaraq İmam (ə)-ın, Əmmarın və Ibni Abbasın sözləri həqiqəti şamlılara aydınlaşdırırdı. Bu zaman Müaviyənin iddialarının əsassız olması müəyyən qədər sübuta yetdi. Buna görə də döyüşün beşinci günü Şimr İbn Əbrəhə Hümeyri bir dəstə Şam qarisi ilə birlikdə Əli (ə)-ın tərəfinə keçdi. Onların nura tərəf üz gətirmələri Müaviyənin qoşununu bürüyən zülməti göstərirdi.
    Şamın üsyankar rəhbəri bu kimi hadisələrin yenidən təkrarlanacağından bərk qorxuya düşmüşdü. Bir gün Əmr As Müaviyəyə dedi:–Sən Məhəmmədlə yaxın qohum və islamda böyük nüfuza malik olan bir adamla vuruşmaq istəyirsən. O fəzilətdə, mənəviyyətdə, müharibə fəndlərini bilməkdə misilsiz bir adamdır. O, səninlə müharibədə Məhəmmədin azsaylı dostları, qəhrəmanlar, qarilər və ən şərafətli adamlarla birlikdə səninlə müharibəyə gəlmişdir. Müsəlmanlar onlara xüsusi əzəmət gözü ilə baxırlar. Gərək şamlıları ən çətin şəraitdə qoyasan və müharibənin uzanması onlarda ruhi yorğunluq yaratmamış onları tamahlandırasan. Sən hər şeyi unudursan, amma bunu unutma ki, sən batil yoldasan.
    Müaviyə onun sözlərindən başa düşdü ki, şamlıları döyüş meydanına cəzb edən səbəblərdən biri batinində təqva və imandan heç bir əsər-əlamət olmasa da zahirdə özünü dindar, mömin və təqvalı göstərməsidir. Buna görə də bir minbər düzəldilməsini əmr etdi, sonra sərkərdələri yanına çağırıb minbərə çıxdı, din və şəriət üçün ürək ağrısı keçirən bir adam kimi göz yaşları axıdaraq dedi:–"Ey camaat, canınızı və başınızı bizə tapşırın! Süstləşməyin və köməyinizi əsirgəməyin. Bu gün çox təhlükəli bir gün, həqiqətin qorunub-saxlanması günüdür. Siz elə bir adamla mübarizə edirsiniz ki, o, beyəti sındırmış, nahaq yerə qan axıtmışdır. Göylərdə heç kim onu üzürlü hesab etmir."
    Ondan sonra Əmr As minbərə çıxdı, Müaviyənin sözlərinə oxşar sözlər danışdıqdan sonra minbərdən endi.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.180; "Vəqətu-Siffeyn", səh.222 )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 458 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019