İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:41 AM
    İMAM (Ə)-IN ÇIXIŞI
    Müaviyənin məkr işlətməklə, özünü dindarlığa vurmaqla şamlıları mübarizəyə dəvət etməsi xəbəri İmam (ə)-a çatdıqda hamının bir yerə yığışmasına dair göstəriş verdi. Ravi deyir: İmam öz kamanına söykənmiş və Peyğəmbərin dostlarını ətrafına yığmışdı. O, camaatı Peyğəmbər səhabələrinin onun ətrafında olmasından agah etmək istəyirdi. O, Allaha həmd-səna etdikdən sonra dedi:–"Camaat! Sözlərimə qulaq asın, yadda saxlayın ki, özünü bəyənməyin mənşəyi əmr və fərmandan çıxmaq, lovğalığın mənşəyi isə kibr və özünü görməkdir. Şeytan sizə puç və batil vədələr verən bir düşməndir. Agah olun: müsəlman müsəlmanın qardaşıdır. Nalayiq sözlər danışmayın və (bir-birinizə) köməyinizi əsirgəməyin. Şəriət bir, onun yolları da düzdür. Hər kəs o yolu tutsa, ona qoşar və hər kəs o yolu tərk etsə, ondan çıxmış olar. Hər kəs də ondan ayrılsa, məhv olmuşdur. Əmanətdar sayılan, lakin xəyanət edən, yaxud vədə verib ona əməl etməyən, danışanda yalan danışan adam müsəlman deyildir. Biz rəhmət ailəsiyik, sözlərimiz doğru, əməllərimiz üstündür. Peyğəmbərlərin sonuncusu da, islamın rəhbərliyi də, Allah kitabının qariləri də bizdəndir. Mən sizi Allaha və Peyğəmbərə, həmçinin Allah düşmənləri ilə cihada, Onun yolunda müqavimət göstərməyə, razılığını kəsb etməyə, namaz qılıb, zəkat verməyə, Allah evini ziyarət etməyə, Ramazan ayının orucunu tutmağa, beytül-malı onun öz sahiblərinə çatdırmaqda çalışmağa dəvət edirəm. Dünyanın qəribə işlərindən biri də budur ki, əməvi sülaləsindən olan Müaviyə və Əmr As camaatı dindarlığa təşviq etməyi qərara almışlar. Bilirsiniz ki, mən Peyğəmbərlə heç vaxt müxalifət etməmişəm, qəhrəmanların qorxudan geri çəkilib bədənləri lərzəyə düşdüyü vaxt mən canımı ona qalxan etmişəm. Allaha şükürlər olsun ki, məni bu fəzilətlə əziz etdi. Allahın Rəsulu, başı mənim sinəmdə olan halda can verdi. Ona təklikdə qüsl verdim; mələklər onun pak cəsədini o yana-bu yana döndərirdilər. Allaha and olsun ki, hansısa bir ümmət öz peyğəmbərlərinin vəfatından sonra ixtilafa düçar olublarsa, (həmin vaxt) batil əhli haqq əhlinə qələbə çalıbdır.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 4-cü cild, səh.181-182; "Vəqətu-Siffeyn", səh.223-224 )
    Bu zaman o həzrətin imanlı dostu və vəfalı silahdaşı Əmmar camaata dedi:–İmam sizə bunu bildirmək istəyir ki, ümmət nə işin əvvəlində düzgün yol seçdilər, nə də axırında.
    Ibni Müzahimin yazdığından aydın olur ki, İmam (ə) bu sözləri səfər ayının altısında, bazar ertəsi günü (axşamçağı) buyurmuş, axırda da fitnə-fəsadın kökünü kəsmək üçün ordunun hərtərəfli hücuma keçməsini istəmişdi.
    İmam (ə) səfərin yeddisində, çərşənbə axşamı günü ordunu kütləvi hücum üçün hazırladı və bir xütbə söyləyərək döyüş taktikasını bəyan etdi.
    ON SƏKKİZİNCİ FƏSİL
    ÜMUMİ HÜCUMLAR BAŞLANIR
    Qanlı Siffeyn müharibəsinin başlanmasından səkkiz gün keçirdi, ara-sıra hücumlar və zirehli qoşun bölmələrinin məhdud hərəkəti bir nəticə verməmişdi. İmam (ə) mümkün qədər ən az tələfat vermək yollarını fikirləşirdi. Özü də arxayın idi ki, məhdud dairədə aparılan döyüşlərin tələfatdan başqa heç bir nəticəsi yoxdur. Buna görə də səfər ayının səkkizində (çərşənbə axşamı) ay işığında öz köməkçilərinə belə bir xütbə söylədi:–O Allaha şükür olsun ki, Onun sındırdığı şey bir daha düzəlməz, möhkəmlətdiyi şey də heç vaxt sınmaz. Əgər O istəsəydi, bu ümmətdən, yaxud başqa məxluqlardan hətta iki nəfər belə, bir-biri ilə ixtilaf etməzdilər, fəziləti az olanlar fəzilət sahiblərinin fəzilətini inkar etməzdilər. Qəzavü-qədər bizi və bu qrupu bura çəkib gətirdi və bizi bir-birimizlə qarşı-qarşıya qoydu. Hamımız Allahın hüzurundayıq. Əgər istəsə, zalımları təkzib və haqqı aşkar etmək üçün əzabın nazil olmasını sürətləndirər. O, dünyanı əməl, axirəti isə əməllərə mükafat verilməsi evi etdi ki, pis əməl sahiblərini, yaramaz əməllərinə görə cəzalandırsın, yaxşı əməl sahiblərini isə yaxşı əməllərinə görə mükafatlandırsın. Agah olun və bilin ki, Allahın istəyi ilə sabah düşmənlə qarşılaşacaqsınız. Belə isə, bu gecə daha çox namaz qılıb Quran oxuyun, Allahdan qələbə istəyin. Sabah isə onlarla ciddiyyətlə və ehtiyatla qarşılaşın və öz işinizdə doğruçu olun."("Tarixi-Təbəri", 3-cü cild, səh.. "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.182; "Vəqətu-Siffeyn", səh.225; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.150)
    İmam (ə) getdikdən sonra əsgərlər öz silahlarını hazırlamağa və döyüş üçün lazım olan şeyləri yerbəyer etməyə başladılar. İmam (ə) səfər ayının səkkizində, çərşənbə günü fərman verdi ki, bir nəfər şamlıların qarşısında dayanıb onlarla döyüşə hazır olduqlarını elan etsin.
    Müaviyə də İmam (ə) kimi, öz qoşununu tərtibə salaraq müxtəlif dəstələrə böldü. Həms, Ordon, Qənsər əhalisi onun qoşununun müxtəlif cinahlarını təşkil edirdi. Zəhhak İbn Qeys Fərhi başda olmaqla şamlılar Müaviyəni qorumağı öhdəsinə aldılar və onu əhatə etdilər ki, düşmənin mərkəzə (Müaviyənin qərargahı olan yerə) nüfuz etməsinin qarşısını alsınlar. Qoşunun bu şəkildə nizama salınması Əmr Asın xoşuna gəlmədi və bu işdə Müaviyəyə kömək etmək istədi. Buna görə də birlikdə bağladıqları əhd-peymanı (yəni qələbə çalacaqları təqdirdə Misrin hakimiyyətinin Əmr Asa verilməsini) Müaviyəyə xatırlatdı və dedi:–Həms qəbiləsinin sərkərdəliyini mənə ver və Əbül-Əvəri bu işdən götür.
    Müaviyə bu təklifdən sevinib xoşhal oldu və dərhal Əbül-Əvərin yanına bir adam göndərdi ki, ona belə desin: "Əmr Asın müharibə işlərində yaxşı təcrübəsi vardır, amma bu təcrübə məndə və səndə yoxdur. Mən onu süvari qoşun bölmələrinin sərkərdəsi seçmişəm. Sən başqa bir yerə get."
    Əmr As Misrə hakim olmaq ümidi ilə iki oğlunu–Əbdüllahı və Məhəmmədi çağırdı, öz təcrübəsi və fikri əsasında bir qoşun nizama saldı, göstəriş verdi ki, zirehli paltarda olanlar ön cəbhədə, zirehsizlər isə arxa cəbhədə yerləşsinlər. Sonra oğlanlarına dedi ki, cərgələrin arasında gəzişərək onların nizam-intizamına dəqiq nəzarət etsinlər. Bununla da kifayətlənməyib özü də dəstələrin arasında hərəkət etməyə, onların nizam-intizamını yoxlamağa başladı. Sonra Müaviyə kimi qoşunun ortasında minbərə çıxdı. Yəmənlilər onun mühafizəsini öz öhdələrinə aldılar. O əmr vermişdi ki, hər kəsin minbərə yaxınlaşdığını hiss etsəniz, dərhal öldürün.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.182; "Vəqətu-Siffeyn", səh.226 )
    Bir adamın müharibə etməkdə məqsədi qüdrətə və rəhbərliyə çatmaq olsa, onda özünü mühafizə etmək üçün çoxlu adam təyin etməlidir. Lakin əgər məqsədi ali-insani məqamlara, mənəvi kamallara çatmaq olsa, onda öz məram və məqsədi yolunda ölümdən heç bir qorxusu olmaz. Buna görə də İmam (ə)-ı heç bir kəs mühafizə etmirdi, üstəlik o həzrət öz atına minib fərman verir, qoşuna rəhbərlik edir, qorxulu nərələri ilə Şam pəhləvanlarının canına vəlvələ salır və iti qılıncı ilə onları biçib-tökürdü.
    Rəhbərlik üslubunda mövcud olan fərqlər məqsədlərdəki fərqlərdən irəli gəlir. Şəhadət arzusu ilə olan bir mədəniyyət axirətə olan etiqaddan və özünün haqq olmasına inamlı olmaqdan doğur. Amma ölümdən qorxmaq, öz canını qorumaq üçün başqalarını qurban etmək dünya həyatına bağlılıqdan və qeyb aləmini inkar etməkdən irəli gəlir.
    Maraqlıdır ki, Əmr Asın oğlu bu həqiqəti etiraf edərək İmam (ə) barəsində belə demişdi: "Bunlar ilahi bir məqsədlə meydana gəlmişlər və şəhadətdən əsla qorxuları yoxdur."
    Əmr Asın Müaviyəyə xeyirxahlıq göstərməsi ona məhəbbətdən və ya onun qələbə çalmasına çalışmaq üçün deyildi. O yalnız öz mənafeyini nəzərə alaraq onun qələbə çalmasını istəyir və Müaviyə ilə məşvərət edib öz rəyini söyləyərkən həmişə onu vurğulayırdı. Onların aşağıda qeyd olunan söhbətlərində bu həqiqət aydın olur:
    Müaviyə:–Tez ol, qoşunu nizama sal!
    Əmr As:–Bu şərtlə ki, hökumətim özüm üçün olsun!
    Müaviyə, İmam (ə)-dan sonra Əmr Asın ona rəqib çıxacağından qorxduğu üçün dərhal soruşdu:–Hansı hökumət?! Misrin hökumətindən başqa bir şey də istəyirsənmi?!
    Əmr As:–Məgər Misir cənnətin əvəzi ola bilərmi?! Məgər Əlini öldürmək odu heç vaxt sönməyən cəhənnəm əzabı üçün münasib qiymət ola bilərmi?!
    Müaviyə bu sözlərin qoşun arasında yayılacağından qorxub həyəcanla dedi:–Astadan danış, sözlərini bir kəs eşitməsin!"
    Əmr As Misrə hakim olmaq arzusu ilə şamlılara dedi:–"Ey Şam əsgərləri! Öz səflərinizi nizama salın, başlarınızı öz Allahınıza icarə verin. Allahdan kömək istəyin, həm Onun düşmənləri, həm də öz düşmənlərinizlə cihad edin! Onları öldürün, Allah onları öldürüb məhv etsin!"("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.189-190; "Vəqətu-Siffeyn", səh.237 )
    O biri tərəfdən də İmam (ə) bir at istədi, ona ağ rəngli bir at gətirdilər ki, çox güclü və cəld idi, iki cilovla cilovlanırdı. İmam (ə) onun yüyənini əlinə alıb bu ayəni tilavət etdi: "Pak və münəzzəhdir o Allah ki, minik heyvanlarını bizim üçün ram etdi, halbuki bizdə o qüdrət və bacarıq yox idi. Hamımız Ona tərəf qayıdacağıq."
    Sonra əllərini qaldırıb belə dua etdi: "Ilahi, qədəmlər Sənə tərəf götürülür, bədənlər əziyyətə düşür, qəlblər ayılır, əllər göyə qalxır, gözlər açılır... İlahi, biz Peyğəmbərin həyatda olmadığı bir zamanda düşmənin çoxluğundan, arzu və istəklərimizin pərakəndəliyindən Sənə şikayət edirik. İlahi, bizimlə bu tayfa arasında haqq əsasında hökm et! Sən hakimlərin ən yaxşısısan." ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.186; "Vəqətu-Siffeyn", səh.230-231 )
    Nəhayət, səfər ayının səkkizində, çərşənbə günü hərtərəfli hücumlar başlandı. Sübhün əvvəlindən gecəyə kimi davam edən bu döyüşdə tərəflər müsbət bir nəticə əldə etmədən öz mövqelərinə qayıtdılar. Cümə axşamı İmam (ə) sübh namazını qaranlıqda qıldı və dua oxuyandan sonra özü hücumu başladı. Onun ətrafındakılar da hər tərəfdən döyüşə girişdilər.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151; "Tarixi-Təbəri", 3-cü cild, səh.8 )
    Hücumdan əvvəl İmam (ə)-ın etdiyi duanın bir hissəsi belə idi: "Ilahi, əgər bizi Öz düşməninə qalib etsən, bizi zülm etməkdən saxla və qədəmlərimizi haqq üçün möhkəmlət. Əgər onlar bizə qələbə çalsalar, bizə şəhadət nəsib et, dostlarımdan sağ qalanları isə fitnələrdən saxla! ("Vəqətü Siffeyn", səh.232 )
    İMAM (Ə)-IN QOŞUNUNDAKI SƏRKƏRDƏLƏRİN ALOVLU ÇIXIŞLARI
    Hər bir ordunun böyük şəxsiyyətlərinin və qoşun başçılarının çıxışları böyük bir təbliğat sayılır. Çox hallarda kiçik bir xitab böyük bir ordunu həyəcana gətirir və qələbəyə zəminə yaradır. Buna görə də səfər ayının doqquzunda, cümə axşamı günü İmam (ə)-ın qoşunundakı böyük şəxsiyyətlər çıxış etməyə başladılar. İmam (ə)-ın özündən əlavə, Əbdüllah İbn Bədil, Səid İbn Qeys və Malik Əştər çıxış edərək hər biri xas bir məntiqlə qoşunu düşmənlərə qarşı yürüşə təşviq etdilər.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.186; "Vəqətu-Siffeyn", səh.234; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.188 ) Bu müddətdə müəyyən hadisələr də baş verdi ki, onların bəzilərini qeyd edirik:
    1-KİM BU QURANI ƏLİNƏ ALAR?!
    Əli (ə) döyüşü başlamazdan əvvəl höccəti tamam etmək üçün öz əsgərlərinə dedi:–Kim bu Quranı əlində tutub şamlıları ona dəvət edə bilər?
    Bu vaxt Səid adlı bir cavan ayağa qalxıb öz hazırlığını bildirdi. İmam (ə) öz sözünü bir daha təkrar etdi. Yenə də həmin oğlan yerindən qalxıb dedi ki, mən hazıram. Əli (ə) Quranı ona verdi və o, Müaviyənin qoşununa tərəf yollandı. Qoşunun qarşısında dayanıb onları Allahın Kitabına əməl etməyə çağırdı, lakin çox keçmədən düşmən tərəfindən şəhid edildi.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.196; "Vəqətu-Siffeyn", səh.144 )
    2-İKİ HÜCRÜN MÜHARİBƏSİ
    Hücr İbn Ədi Kindi Peyğəmbərin hüzuruna gəlib islamı qəbul etmiş, sonralar da Əli (ə)-ın səmimi dostları və müdafiəçilərindən biri olmuşdu. O, İmam (ə)-ın bir neçə sadiq dostu ilə birlikdə Müaviyənin cəlladları tərəfindən "Mərcü-Əzra" adlı yerdə (Şamın təqribən iyirmi kilometrliyində yerləşir) qətlə yetirildi. Tarixdə o, "Hücrül-xeyr", amma onun əmisi Hücr İbn Yəzid "Hücrüş-şərr" adı ilə tanınır.
    Təsadüfən belə bir gündə yaxın qohum olmalarına baxmayaraq, bu iki Hücr bir-biri ilə qarşılaşdılar. Əvvəlcə Hücrüş-Şərr onu mübarizəyə dəvət etdi. Onlar nizə ilə döyüşən zaman Müaviyənin qoşunundan Xüzeymə adlı bir nəfər Hücr İbn Yəzidin köməyinə gəldi və Hücr İbn Ədini nizə ilə vurdu. Bu vaxt Hücrün dostları Xüzeyməyə hücum edib onu öldürdülər, lakin Hücr İbn Yəzid qaçıb canını qurtardı.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.195-196; "Vəqətü Siffeyn", səh.342 )
    3-ƏBDÜLLAH İBN BƏDİLİN ŞAM ORDUSUNUN SOL CİNAHINA HÜCUMU
    Peyğəmbər (s)-in yaxın səhabələrindən olan Əbdüllah İbn Bədil Xəzai İmam (ə)-ın ordusunda adlı-sanlı sərkərdələrdən idi. O, nəfsin saflığında, inqilabi ruhiyyədə və şücaətdə (Malik Əştərdən sonra) dillər əzbəri idi. Sağ cinahın rəhbərliyi ona, sol cinahınkı isə Əbdüllah Ibni Abbasa tapşırılmışdı. İraqlı qarilər Əmmar Yasirin, Qeys İbn Sədin və Əbdüllah İbn Bədilin ətrafına toplaşmışdı.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151 )
    Əbdüllah hücuma keçməzdən qabaq öz silahdaşlarına dedi:–Müaviyə özünün layiq olmadığı bir məqamı iddia edir; o həmin məqamın həqiqi sahibləri ilə mübarizəyə qalxmış, batil bir məntiqlə haqla döyüşə gəlmişdir. O, çöl ərəbləri və müxtəlif hizblərlə (dəstələrlə) birlikdə hücuma keçmiş, azğınlıq və zəlaləti onlar üçün gözəl cilvələndirmişdir. Allaha and olsun! Siz Allah tərəfindən olan bir nurun və aydın dəlilin sayəsindəsiniz. Tüğyançılar və zülmkarlarla mübarizə edin, onlardan qorxmayın. Sizin əlinizdə Allah tərəfindən olan bir Kitab ola-ola onlardan necə qorxa bilərsiniz?! Halbuki (bu Kitab) aydın və qəbul edilmiş bir Kitabdır. Siz Peyğəmbərlə birlikdə olanda da onlarla vuruşmusunuz. Allaha and olsun, onlar indi də elə o vaxtkı kimidirlər. Ayağa qalxın və Allah düşmənləri və öz düşmənlərinizlə döyüşmək üçün hərəkət edin!("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151; "Tarixi-Təbəri", 3-cü cild, səh.9; "Vəqətu-Siffeyn", səh.234 )
    O, sol cinahın rəhbərliyini öhdəsinə alaraq, iki zirehli paltar geydi, hər əlinə bir qılınc götürdü və hücuma başladı. Elə ilk hücumda Müaviyənin qoşununu yolun üstündən qovub çıxartdı və Şam ordusunun sol cinahının sərkərdəsi olan Həbib İbn Məsləməni məğlub etdi. O çalışırdı ki, özünü Müaviyənin çadırına yetirsin və fəsadın kökünü kəssin. Müaviyə ilə, ölüncəyə qədər onu müdafiə etmək barədə əhd-peyman bağlayan keşikçilər "beş divar" şəklində onu əhatə etmişdilər. Bu da Əbdüllahın irəliləməsinə mane olurdu. Lakin bu "divarlar" çox da çətinlik törətmədən bir-birinin ardınca süqut etdilər. Əbdüllah güclü hücuma keçməsinə baxmayaraq Müaviyənin xeyməsinə çatmamış vurulub şəhid edildi. Təbəri öz tarixində bu hadisəni Ibni Müzahimin "Vəqətü-Siffeyn" kitabında("Vəqətu-Siffeyn", səh.248 ) yazdığına nisbətən daha aşkar şəkildə yazmışdır. O, belə yazır:
    Əbdüllah düşmən ordusunun sol cinahına, Malik Əştər də sağ cinahına hücum edirdi. Malik zirehli paltarda itmişdi. Əlindəki Yəmən qılıncını endirəndə, sanki ondan su tökülür, qaldıranda da parıltısı gözləri qamaşdırırdı. O, sağ cinahı darma-dağın etdi və Əbdüllah İbn Bədilin sayı üç yüz nəfərdən çox olmayan Quran hafizləri ilə çatdığı bir nöqtəyə çatdı, düşməni onların ətrafından qovdu. Onlar Maliki gördükdə sevindilər, dərhal İmam (ə)-ın vəziyyətini soruşdular. O həzrətin salamat olduğunu və ordunun sol cinahında vuruşduğunu eşitdikdə, Allaha şükür etdilər. Bu zaman Əbdüllah özünün azsaylı qoşunu ilə irəliləmək və Müaviyənin keşikçilərini öldürəndən sonra onun özünü tutmaq üçün israr edirdi. Lakin Malik ona xəbər göndərdi ki, irəli getməsin, elə olduğu yerdə dayanıb, özünü müdafiə etsin.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.196; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151-152 )
    Əbdüllah ildırım sürətli bir hücumla keşikçiləri darmadağın edib Müaviyəyə çata biləcəyini təsəvvür edirdi. Buna görə də hər iki əlində qılınc olan halda öz köməkçiləri ilə hücuma başladı. Qarşısına çıxan hər kəsi bir zərbə ilə yerə sərirdi. Nəhayət o qədər irəlilədi ki, Müaviyə öz yerini dəyişməyə məcbur oldu. Əbdüllahın bu hücumdakı maraqlı işlərindən biri hücum edəndə "Ya ləsarati Osman" deyərək Osmanın intiqamını almaq barədə şüar verməsi idi. Məqsədi də öz qardaşı Osman idi ki, elə bu döyüşdə öldürülmüşdü. Lakin düşmənlər başqa cür başa düşür və heyrətdə donub qalmışdılar: Əbdüllahın camaatı xəlifə Osmanın intiqamını almağa çağırması necə mümkün ola bilərdi?!
    Nəhayət, Müaviyə öz canına ciddi şəkildə təhlükə hiss etdi və sağ cinahın sərkərdəsi Həbib İbn Məsləməyə bir neçə dəfə xəbər göndərdi ki, onun köməyinə çatsın. Lakin Həbibin səyləri heç bir nəticə vermədi: o, Əbdüllahı geri qaytara bilmədi. Onunla Müaviyənin xeyməsi arasında çox məsafə yox idi. Müaviyə çarəsiz qalıb keşikçilərə əmr verdi ki, daş atmaqla onunla döyüşə girişsinlər. Onlar Əbdüllahın azsaylı qoşununa daş atmaqla hücum etdilər. Əbdüllah yaralandı və torpağa düşdü.("Vəqətu-Siffeyn", səh.242-246 )
    Müaviyə qəti bir təhlükədən xilas olduğu üçün çox sevindi, onun cəsədinin üstünə gəldi. Müaviyənin yaxın adamlarından olan Əbdüllah İbn Amir öz əmmaməsini Əbdüllahın üzünə sərdi və ona rəhmət göndərdi. Müaviyə onun üzünü açmağa israr edirdi, lakin Əbdüllah İbn Amir bu işdən imtina edirdi, çünki aralarında qədimdən dostluq var idi. Müaviyə onun burun-qulağını kəsməyəcəyinə dair söz verdikdən sonra, İmam (ə)-ın şücaətli sərkərdəsinin üzünü görə bildi. Gözü Əbdüllaha sataşanda dedi:–Allaha and olsun ki, bu onların böyüyüdür! Ilahi, məni qalan iki qəhrəmana–Əştər Nəxəi və Əşəs Kindiyə–qalib et!"("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.153-154; "Vəqətu-Siffeyn", səh.246; "Tarixi-Təbəri", 3-cü cild, səh.13-16; "Murucuz-zəhəb", 2-ci cild, səh.398; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.197 )
    Sonra Əbdüllah kimi misilsiz qəhrəmanın şücaət və qəhrəmanlığı barəsində Ədi İbn Hatəmin şerini oxudu. O şerin ilk beyti belədir:
    "Cəngavər o kəsdir ki, əgər müharibə ona diş qıcırtsa, o da elə etsin, əgər qol çırmasa, o da qolunu çırmasın." (Yenə orada )
    MÜHARİBƏNİN "LEYLƏTUL-HƏRİR"Ə QƏDƏR DAVAM ETMƏSİ
    Iki qoşun arasında əsil döyüşlər 38-ci ilin səfər ayının birində başlandı və ayın on üçündə günortaya qədər davam etdi. Tarixçilər o ayın ortancıl gecəsini "Leylətül-hərir" adlandırırlar. "Hərir" ərəb dilində itin ulamasına deyilir, çünki o gecə Müaviyənin əsgərləri aldıqları ağır zərbələrə görə it kimi ulayırdılar. Müaviyənin və əməvilərin hökumətinin tamamilə məhv edilməsinə az qalırdı, amma bu zaman Əmr As hiylə işlədərək İmam (ə)-ın qoşununda ixtilaf yaratdı və beləliklə həlledici anlarda döyüşü dayandırdı. Nəhayət, ayın on yeddisində, cümə günü hadisə "həkəmiyyət"lə nəticələndi və müharibənin müvəqqəti olaraq dayandırılması elan olundu. Tarixçilər Siffeyn hadisələrini ayın onuna kimi tərtiblə, ardıcıl yazmışlar, lakin ondan sonrakı hadisələrin arasındakı bağlılığı itirmişlər.("Murucuz-zəhəb", 2-ci cild, səh.387-390 )
    Indi "Leylətül-Hərir" günü günortaya qədərki vaxt ərzində baş verən hadisələri qeyd edirik.
    AYIN ONUNDA BAŞ VERƏN HADİSƏLƏR
    Səfər ayının onu günəş üfüqü yarıb öz nurunu qan gölünə dönmüş Siffeyn çölünə saçdı. İmam (ə)-ın vurğunları və şəhadət aşiqləri–Rəbiə qəbiləsi o həzrəti göz bəbəyi kimi qoruyurdular. Onların sərkərdələrindən biri ayağa durub dedi:–"Kim ölümə beyət əli verib öz canını Allaha satar?!"
    Bu vaxt yeddi min nəfər ayağa qalxdı və öz sərkərdələri ilə yenidən beyət etdilər, üstəlik dedilər ki, Müaviyənin xeyməsinə daxil olana qədər irəliləyəcək, arxaya da baxmayacaqlar. Onların nə qədər iman aşiq olduqlarını bilmək üçün onlardan birinin dediyi sözü qeyd etmək kifayətdir: "Əgər sizdən axırıncı bir kişi sağ qala-qala Əliyə zərər yetişsə, ərəblər içində üzünüz olmayacaq!"
    Müaviyə onların rəşadət və şücaətini görəndə ixtiyarsız olaraq onları tərifləməyə başladı və belə bir şer oxudu:
    "Əgər desən ki, Rəbiə qəbiləsi meydana arxa çevirdi,
    Gözlənilmədən onların yığcam dəstələrini dağ kimi döyüşən halda görəcəksən." ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.4 )
    SAĞ CİNAHIN YENİDƏN BƏRPA EDİLMƏSİ
    Rəbiə qəbiləsinin göstərdiyi rəşadətlə müqayisədə Müzər qəbiləsi zəiflik göstərdi. İmam (ə)-ın ordusunun sol cinahı, onun sərkərdəsi Əbdüllah İbn Bədilin öldürüldüyünə və Müzər qəbiləsinin meydandan qaçmasına görə məğlubiyyətə uğradı, bundan sonra o cinahın döyüşçüləri İmam (ə)-ın sərkərdəlik etdiyi mərkəzi cinaha qoşuldular. İmam (ə) sağ cinahı yenidən bərpa etmək üçün Səhl İbn Hənifi ona sərkərdə təyin etdi, lakin şamlıların Həbib İbn Məsləmənin rəhbərliyi ilə olan sel kimi hücumları təzə təyin olunmuş sərkərdəyə mövcud vəziyyəti nizama salmaq üçün imkan vermədi. İmam (ə) Müzər qəbiləsinin sağ cinahda möhkəm dayanmamasından xəbərdar olduqda dərhal Maliki çağırıb ona fərman verdi ki, islami inzibatı itirən bu qəbiləyə belə desin: "Nə üçün qarşılaşmağı bacarmadığınız ölümdən müvəqqəti həyata qaçırsınız?!"
    Malik məğlubiyyətə uğramış sağ cinahın qarşısında dayanıb İmam (ə)-ın sözünü onlara çatdırdı və çox həyəcanlı bir çıxışda dedi:– "Cihad meydanından qaçmaq izzətin və başıucalığın əldən getməsinə, beytül-malın tələf olmasına, həyatda zillətə, dünya və axirətdə rüsvayçılığa, Allahın qəzəbinə və Onun dərdli əzabına səbəb olacaq. Dişlərinizi bir-birinə bərk-bərk sıxın və düşmənin qarşısına öz başlarınızla çıxın!"
    Bunu deyib sağ cinahı nizama saldı, hücumu özü başladı, Müaviyənin qoşununun (İmam (ə)-ın qoşununun sol cinahı ilə üzbəüz olan) sol cinahını geriyə oturtdu və Müaviyənin mərkəzi cinahına çatdı.("Tarixi-Təbəri", 3-cü cild, səh.14 )
    İmam (ə) sağ cinahın məğlubiyyətdən sonra yenidən nizama salınmasından xoşhal oldu, onlara buyurdu: "Indi səbirli olun ki, sizə Allah tərəfindən sabitlik və rahatlıq nazil oldu və Allah sizi yəqinlə möhkəmlətdi. Məğlub olanlar (döyüş meydanında möhkəm dayanmayanlar) bilsinlər ki, özlərini ilahi qəzəb və bəla qarşısında qoymuşlar. Cihaddan qaçmaq həmişə Allahın qəzəbi və zillətlə yanaşıdır." (Tarixi-Təbəri", 3-cü cild, səh.12 "Vəqətu-Siffeyn", səh.250; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.197-198 )
    ÖZÜN ÖLDÜRÜRSƏN, ÖZÜN DƏ MATƏM TUTURSAN!
    Sənanın şimal şərqində yerləşən Məarib şəhəri onda olan böyük bir səddə görə məşhurlaşmışdı (bu sədd 542-570-ci illər arasında dağıdılmışdır). Yəmən qəbilələri bu səddin bərəkətindən inkişaf etmiş və güclü əkinçilikdən bəhrələnmişlər. Bu sədd "Ərm" adı ilə məşhur olan sel nəticəsində dağılmış, şəhər əhalisi də Ərəbistanın digər məntəqələrinə səpələnmiş, əksəriyyəti Şam, Iordoniya, Fələstin və Iraqda məskunlaşmışdılar. Onlar dağınıq halda olmalarına baxmayaraq, öz əsil-nəsəblərini tamamilə qoruyub saxlamışdılar. Buna görə də Əzd, Müzər, Kində, Xüzaə və Rəbiə qəbilələrinin bəzi şaxələri Iraqda, bəziləri isə Şam, Iordoniya və Fələstində yaşayırdılar.("Tarixi-Təbəri", 3-cü cild, səh.14  )
    İmam (ə)-ın ordunu tərtib etməkdə seçdiyi yol bu idi ki, Iraqda yaşayan hər qəbilənin üzvləri həmin qəbilənin başqa yerlərdə yaşayan üzvləri ilə qarşı-qarşıya dursunlar. Çünki bu cür qarşıdurmalar insani duyğuların təhrik olunmasına səbəb olur, nəticədə şiddətli qan axıdılmasının qarşısı alınırdı.("Möcəmül-büldan", 5-ci cild, səh.34-35 )
    Bir gün Xəsəmi qəbiləsinin Şamda yaşayanlarının başçısı Əbdüllah həmin qəbilənin Iraqda yaşayanlarının başçısı ilə görüşmək istədi. Çox çəkmədən bu görüş baş tutdu. Şamlı qəbilə başçısı təklif etdi ki, hər ikisi müharibəni saxlayıb nəticəni gözləsinlər, hansı tərəf qələbə çalsa, onunla beyət etsinlər. Lakin onların müzakirəsi heç bir fayda vermədi. Çünki iraqlı qəbilə başçısı bu təklifi heç cür qəbul etmədi və İmam (ə)-dan ayrılmaq istəmədi. Sonra bu iki qəbilənin arasında təkbətək döyüş başlandı. İraqlı qəbilədən olan Vəhəb İbn Məsud Xəsəmi şamlılardan olan öz rəqibini yerə sərdi. Bu zaman şamlı qəbilədən bir nəfər hücum edərək iraqlı xəsəmilərin rəisini–Əbu Kəbi öldürdü, sonra onun cənazəsinə baxıb ağlaya-ağlaya dedi:–"Mən Müaviyəyə itaət etdiyim üçün səni öldürdüm, halbuki mənim yaxın qohumum idin və səni onlardan çox istəyirdim. Allaha and olsun, nə deyəcəyimi bilmirəm. Yalnız bunu deyə bilərəm ki, şeytan bizi azdırmışdır. Qüreyş bizi öz əllərində bir alətə döndərmişdir!"
    Qəbilələr arasındakı təkbətək döyüşlər hər iki tərfdən səksən nəfərin öldürülməsi ilə sona çatdı.("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.204-205; "Vəqətu-Siffeyn", səh.252-258 )
    TARİX TƏKRAR OLUNUR
    Siffeyn müharibəsində bu hadisənin oxşarı az-çox baş vermişdir ki, onların bəzilərini qeyd edirik:
    1-Iraqlılardan Nəim İbn Süheyb Bəcli öldürülmüşdü. Onun əmioğlusu Nəim İbn Haris Bəcli Şam ordusunda idi və Müaviyədən israrla tələb edirdi ki, öz əmioğlusunun cəsədini dəfn etsin. Müaviyə bu işə icazə vermir və bəhanə gətirərək deyirdi ki, Osman bunların qorxusundan gecə dəfn olundu. Lakin o dedi:–"Ya gərək bu işi görəsən, ya da gedib Əliyə qoşulacağam!" Nəhayət Müaviyə ona, öz əmioğlusunun cənazəsini dəfn etməyə icazə verdi.("Tarixi-Təbəri", 3-cü cild, səh.14; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.207; "Vəqətu-Siffeyn", səh.259; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.154 )
    2-Əzd qəbiləsinin iki şaxəsi qarşı-qarşıya dayandı. Onlardan birinin başçısı dedi:–"Böyük bəlalardan biri budur ki, bir qəbilədən olan iki şaxə bir-birinə qarşı dayansın. Allaha and olsun ki, biz bu müharibədə öz əlimizlə özümüzün əl-ayağımızı kəsib-doğramaqdan başqa bir iş görmürük. Əgər bu işi görməsək, öz qəbiləmizə və başçımıza kömək etməmiş olarıq, görsək də öz izzətimizi puça çıxarar, həyat işığımızı söndürmüş olarıq."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.209; "Tarixi-Təbəri", 3-cü cild, səh.15; "Vəqətu-Siffeyn", səh.262 )
    3-Şamlılardan bir nəfər meydana girib mübariz istədi. İraqlılardan biri onun qabağına çıxdı, aralarında şiddətli döyüş başlandı, nəhayət iraqlı şamlının boynundan tutub zərbə ilə yerə vurdu və sinəsinin üstündə oturdu. Onun dəbilqəsini çıxarıb niqabını üzündən götürdükdə öz doğma qardaşı olduğunu gördü. O, İmam (ə)-ın dostlarından istədi ki, İmam (ə) onun vəzifəsini aydınlaşdırsın. İmam (ə) buyurdu ki, onu azad etsinlər. Onu buraxdılar, o da yenidən Müaviyəyə qoşuldu.("Nəhcül-əblğənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.215; "Vəqətu-Siffeyn", səh.272 )
    4-Müaviyənin qoşunundan Süveyd adlı bir nəfər meydana gəlib mübariz çağırdı. İmam (ə)-ın qoşunundan Qeys onun qarşısına çıxdı. Yaxınlaşanda bir-birini tanıdılar, hər biri digərini öz rəhbərinə qoşulmağa dəvət etdi. Qeys Əli (ə)-a olan imanının mərtəbələrini öz əmioğlusuna aydınlaşdırıb dedi:–"Tək olan Allaha and olsun! Əgər bacara bilsəm, əlimdəki qılıncla bu ağ xeyməyə (Müaviyənin xeyməsinə işarə etdi) o qədər vuraram ki, onun sahibindən heç bir əsər-əlamət qalmasın."("Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.213; "Vəqətu-Siffeyn", səh.268 )
    ŞİMR İBN ZİL-CÖVŞƏN İMAM (Ə)-IN QOŞUNUNDADIR
    Dünyanın qəribəliklərindən biri də budur ki, Şimr Siffeyn müharibəsində İmam (ə)-a qarşı sədaqət və vəfadarlıq göstərirdi. O, Ədhəm adlı bir nəfərlə vuruşanda alnından ağır yaralandı və onun alın sümüyü sındı. O da əvəzini çıxmaq üçün şamlıya bir qılınc zərbəsi endirdi, lakin zərbə boşa çıxdı. Şimr dincəlmək üçün öz xeyməsinə qayıtdı, su içdikdən sonra bir nizə götürüb meydana getdi və gördü ki, onun şamlı rəqibi yerindəcə dayanıb. Ona möhlət vermədi, nizə ilə vurub atdan yerə saldı. Əgər şamlılar onun köməyinə gəlməsəydilər, Şimr onu öldürəcəkdi. Bu vaxt Şimr dedi:–"Bu nizə elə o qılınc zərbəsinin əvəzində!"("Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.213; "Tarixi Təbəri", 3-cü cild, səh.18 )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024