İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:40 AM
    ŞƏHADƏTLƏ İFTİXAR ETMƏK
    Şəhadət iftixarı və Allahla görüşə eşq müqəddəs hədəf uğrunda döyüşən imanlı və axirətə etiqadı olan insanlarda bir amaldır və bu, başqa xalqlar arasında mövcud deyildir. Şəhadətə olan eşq-məhəbbət cihadın ən böyük amilidir. Şəhid bu əqidə ilə müvəqqəti dünya həyatını əbədi həyatla dəyişir və bu yolda canından keçir.
    Siffeyn müharibəsində bir gün Bəni-Əsəd qəbiləsindən olan güclü bir pəhləvan Şam qoşunu tərəfdən meydana girib mübariz istədi. İraqlılar bu pəhləvanı görüb geri çəkildilər. Lakin gözlənilmədən Müqəttə Amiri adlı qoca bir kişi ayağa qalxıb döyüşə getmək istədi. İmam (ə) onu meydana getməyə qoymadı. O pəhləvanın "Bir kişi varmı qabağa çıxsın?!" - deyə çəkdiyi nərə qulaqları cingildədir, hər dəfə də şəhadət aşiqi olan o qoca kişi onunla döyüşmək üçün ayağa qalxırdı. İmam (ə) da onun getməsinə mane olurdu. Axırda qoca kişi dedi:–"Ey İmam, icazə verin, bu döyüşdə iştirak edim, ya şəhid olub cənnətə yola düşüm, ya da onu öldürüb şərini sizdən uzaq edim."
    Bu dəfə İmam (ə) icazə verdi və onun barəsində dua etdi. Bu qocanın aşiqanə və rəşadətli hücumları şamlı pəhləvanın canına elə vəlvələ saldı ki, qaçmağa başladı, meydandan uzaqlaşaraq Müaviyənin xeyməsinə çatdı. Qoca kişi də onu ora qədər qovdu, amma ələ keçirə bilmədiyi üçün əvvəlki yerinə qayıtdı.
    Əli (ə) şəhadətə çatandan sonra camaat Müaviyə ilə beyət etdi. Bu zaman Müaviyə Müqəttə Amirini çağırtdırdı. O, qocalıq dövrünü yaşadığı halda, Müaviyənin yanına gəldi. Müaviyə ona dedi:–Qardaş, əgər bu vəziyyətdə bura gəlməsəydin, əlimdən qurtarmazdın.
    Amiri:–Səni and verirəm Allaha, məni öldür və bu zillətli yaşayışdan qurtar!
    Müaviyə:–Səni heç vaxt öldürmərəm, çünki mənə lazımsan.
    Amiri:–Istəyin nədir?
    Müaviyə:–Səninlə qardaş olmaq istəyirəm.
    Amiri:–Mən keçmişdə Allah xatirinə səndən ayrılmışdım. Allah qiyamət günü bizi bir yerə yığıb səninlə mənim aramda qəzavət edənə qədər elə o fikirdə də qalacağam.
    Müaviyə:–Qızını mənə ver.
    Amiri:–Sənin bundan asan xahişini rədd etdimsə, bu xahişini sözsüz rədd edərəm.
    Müaviyə:–Məndən bir hədiyyə qəbul et.
    Amiri:–Sənin hədiyyənə ehtiyacım yoxdur.("Vəqətu-Siffeyn", səh.278; "Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.223-224 )
    HƏRBİ TAKTİKA
    Onuncu və ondan sonrakı günlərdə iraqlı süvarilərlə şamlı süvarilər arasında şiddətli çarpışmalar başlandı, bu zaman İmam (ə)-ın ordusundan min nəfər şamlıların mühasirəsinə düşdü və onların mərkəzi qərargahla olan rabitələri kəsildi. Bu vaxt İmam (ə) uca səslə buyurdu: "Bir kəs yoxdurmu ki, Allahın razılığını alsın və axirətin müqabilində öz dünyasını satsın?!"
    Əbül-Əziz adlı bir nəfər İmam (ə)-ın yanına gəlib dedi:–"Hər nə əmr etsən, yerinə yetirməyə hazıram." O, boz ata minmişdi, bədəni zirehli paltarda qərq olmuşdu, gözlərindən başqa bir yeri görünmürdü. İmam (ə) onun üçün dua edib buyurdu: "Şam qoşununa hücum edib özünü mühasirədəkilərə çatdır. Onlara yaxınlaşdıqda de ki, Əmirəl-möminin sizə salam göndərir və istəyir ki, siz o tərəfdən təkbir deyəsiniz, biz də bu tərəfdən; siz o tərəfdən hücum edin, biz isə bu tərəfdən. Sonra mühasirəni yarıb, sizi azad edək."
    İmam (ə)-ın göndərdiyi adam şücaətlə Şam qoşununa hücum edib özünü mühasirədəkilərə çatdırdı. Onlar İmam (ə)-ın göndərdiyi xəbəri eşidəndə sevindilər. Bu vaxt hər iki tərəfdən təkbir və "la ilahə illəllah" səsləri ucaldı, mühasirə yarıldı və mühasirədəkilər İmam (ə)-ın qoşununa qoşuldular. Şamlılar səkkiz yüz nəfər tələfat verməklə geri çəkildilər, bununla da müharibə müvəqqəti olaraq sakitləşdi.("Vəqətu-Siffeyn", səh.308; "Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.243 )
    MÜHARİBƏNİN QIZĞIN ÇAĞINDA SİYASİ HƏRƏKƏTLƏRİN ARTMASI
    Hərbi icmalçılar Əli (ə)-ın qoşununun hərtərəfli hücumunun əvvəllərində, qələbənin o həzrətin tərəfində olacağını qeyd edirlər. Çünki vəziyyətin günbəgün o həzrətin xeyrinə olaraq dəyişdiyini, Müaviyənin qoşununun isə ölüm və məhv olmaqla təhdid olunduğunu öz gözləri ilə görürdülər. Bu qələbənin bir neçə səbəbi var idi. Onların bəzilərini qeyd edirik:
    1-Həzrət Əli (ə)-ın layiqli və dahi rəhbərliyi. Məhz belə düzgün hərbi rəhbərlik nəticəsində Müaviyənin tərəfindən öldürülənlər İmam (ə)-ın ordusundan öldürülənlərdən təqribən iki qat çox idi. (Siffeyn müharibəsində hər iki tərəfdən öldürülənlərin sayını sonda qeyd edəcəyik).
    2-İmam (ə)-ın misilsiz şücaəti. Dünyada o həzrətin şücaətinin misli görünməmişdir. O həzrətin düşmənlərinin birinin dediyi kimi, Əli hansı pəhləvanla qarşılaşırdısa, torpağı onun qanı ilə suvarırdı. Bu şücaətlər sayəsində böyük pəhləvanların şəri Iraq ordusunun başı üstündən götürüldü, düşmənin canına qorxu düşdü və onların əksəriyyəti meydandan qaçdılar.
    3-İmam (ə)-ın əsgərlərinin o həzrətin haqq olan İmamət və xilafətinə, təqva və fəzilətinə olan sarsılmaz əqidə və inamları. İstər islam ümmətinin rəhbərliyinin Allah tərəfindən təyin olunmasını, istərsə də ənsar və mühacirin seçməsini əsas götürən haqq-ədalət tərəfdarları hamılıqla batilə qarşı vuruşmaq, zülmkarlara qarşı mübarizə etmək üçün İmam (ə)-ın bayrağı altına yığışmışdılar. Halbuki Müaviyənin əsgərlərinin vəziyyəti tamamilə başqa cür idi. Onların bəziləri "məzlum xəlifə"nin intiqamını almaq üçün, əksəriyyəti isə maddi qərəzlər və dünyəvi məqsədlər üçün Müaviyənin ətrafına yığışmışdılar, bəziləri isə Əli (ə)-a bəslədikləri qədim ədavətə görə Müaviyənin ardına düşmüşdülər.
    4-İmam (ə)-ın qoşununda islam ümmətinin ən sevimli və tanınmış şəxsiyyətlərinin olması. Bu kimi şəxsiyyətlər "Ühüd", "Bədr" və "Hüneyn" müharibələrində Peyğəmbər (s)-lə birlikdə cihad etmiş, həzrət də onların sədaqət və paklıqlarını təsdiqləmişdi. Onlardan Əmmar Yasir, Əbu Əyyub Ənsari, Qeys İbn Səd, Hücr İbn Ədi, Əbdüllah İbn Bədil və s. kimiləri göstərmək olar. Onların İmam (ə)-ın qoşununda iştirak etməsi Müaviyənin ordusunda olan çoxlu qərəzsiz, lakin sadə əsgərlərin qəlbinə şəkk-şübhə və tərəddüd salmışdı.
    Bu və bu kimi digər amillər nəticəsində Müaviyə və (onun ayrılmış əqli olan) Əmr As labüd olan məğlubiyyətin qarşısını almaq üçün gizli fəaliyyətlərə başlayaraq İmam (ə)-ın ordusunun qələbəsini məğlubiyyətlə nəticələndirmək istədilər. Məsələn, İmam (ə)-ın sərkərdələri ilə gizli məktublaşmaq, onların diqqətini cəlb etmək, o həzrətin ordusunda təfriqə və ikitirəlik yaratmaq və s. kimi işlərə əl atırdılar.
    Siffeyn müharibəsində İmam (ə)-a ən çox vəfadar qalan Rəbiə qəbiləsi idi. Müzər qəbiləsində müəyyən qədər zəiflik müşahidə olunurdu, amma Rəbiə qəbiləsi öz yerində dağ kimi dayanmışdı. İmam (ə)-ın gözü onların bayrağına sataşanda soruşdu: "Bu bayraqlar kimindir?" Dedilər ki, Rəbiə qəbiləsinindir. Buyurdu: "Bunlar Allah bayraqlarıdır. Allah onların sahiblərini qorusun, onları mətin və sabit qədəm etsin." ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.225-226; "Tarixi-Təbəri", 3-cü cild, səh.18-19 Yenə orada )
    İmam (ə)-a xəbər verdilər ki, bu qəbilənin başçılarından olan Xalid İbn Müəmmər Müaviyə ilə gizli əlaqə yaratmış və onların arasında məktublaşma başlanmışdır. İmam (ə) dərhal onu və Rəbiə qəbiləsinin sair başçılarını çağırıb dedi:–"E Rəbiə qəbiləsi! Siz mənim dəvətimə "ləbbeyk" deyənlər və mənim köməkçilərimsiniz. Mənə xəbər çatıb ki, sizin dostlarınızdan biri Müaviyə ilə məktublaşir. (Sonra üzünü Xalidə tutub dedi:) Sənin barəndə eşitdiyim söz düz olsa, səni bağışlayıb aman verirəm, bu şərtlə ki, Hicaza, Iraqa, yaxud Müaviyənin hakimiyyət dairəsində olmayan hər hansı bir yerə gedib orada yaşayasan. Əgər sənin barəndə deyilənlər yalan olsa, bizim yanar qəlblərimizi, arxayınlıq verən andlarınla sərinləşdir."
    O elə oradaca and içərək heç vaxt belə bir işin olmadığını dedi. Onun dostları dedilər ki, əgər bu xəbər düz olsa, səni öldürəcəyik. Onların içində Ziyad İbn Həfsə İmam (ə)-a dedi:–"Xalidin and içdiyinə görə onun etimadını ələ gətir ki, sənə xəyanət etməsin."("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.156; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.19 )
    Mövcud məlumatlar göstərir ki, o, Müaviyənin Əli (ə)-ın ordusundakı casuslarından idi. Qələbənin yaxın olduğu, hətta Müaviyənin özünün belə, ələ keçəcəyi anlarda Xalid geri çəkilmək əmri verir, sonra isə öz əməlinə bir bəhanə gətirirdi. Bu barədə aşağıdakı hadisəni qeyd edirik:
    İmam (ə)-ın qoşununun sol cinahını təşkil edən Rəbiə qəbiləsinin sərkərdəsi Əbdüllah Ibni Abbas idi. Bu cinah Şam ordusunun sağ cinahı ilə qarşı-qarşıya idi. (Şam ordusunun sağ cinahına Şamın ən nüfuzlu adamları olan Zulkəla Hümeyri və Übeydullah İbn Ömər rəhbərlik edirdi.) Zulkəla və Übeydullahın rəhbərlik etdiyi Hümeyr qəbiləsinin süvariləri və piyada qoşunu İmam (ə)-ın ordusunun sol cinahına hücuma keçdi, lakin irəliləyə bilmədilər. İkinci hücumdan əvvəl Übeydullah İbn Ömər qoşunun qarşısında dayanıb dedi:–"Osmanı bax bu iraqlılar öldürmüşdür! Əgər onları məğlub etsəniz, onun intiqamını alar, Əlini məhv edərsiniz!"
    Bu hücumda da Rəbiə qəbiləsi xas bir təmkinlə müdafiə olundular, bir-iki zəif adamdan başqa heç kəs geri çəkilmədi. İmam (ə)-ın ordusunda itibaxışlı adamlar dedilər ki, Xalid əsgərlərin bəzilərini geri çəkilməyə vadar etmək istəyirdi, lakin onların təmkin və müqavimətini gördükdə dərhal onlara tərəf qayıtdı və öz əməlinə bəhanə gətirməyə başlayıb dedi:–"Geri qayıtmaqda məqsədim bu idi ki, fərariləri sizə tərəf qaytaram."("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.228)
    Ibni Əbil-Hədid yazır: "Kəlbi və Vaqidi kimi tarixçilər inanırlar ki, o ikinci hücumda qəsdən geri çəkilməyə dair fərman vermişdi ki, İmamın sol cinahdakı qoşununu məğlubiyyətə düçar etsin. Çünki Müaviyə Xalidə söz vermişdi ki, əgər İmama qalib gəlsə, Xorasanın hakimiyyətini ona verəcəkdir."("Vəqətu-Siffeyn", səh.306 )
    Ibni Müzahim isə belə yazır: "Müaviyə Xalidə xəbər göndərmişdi ki, əgər o, bu döyüşdə qələbə çalarsa, Xorasanın hakimiyyəti onundur. Xalid Müaviyəyə aldandı, lakin öz arzusuna çatmadı. Çünki Müaviyə hakimiyyətə gələndə onu bir hakim kimi Xorasana göndərdi, lakin o, Xorasana çatmamış yarı yolda həlak oldu."("Vəqətü Siffeyn", səh.297; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.233 )
    Şam ordusunun əsgərləri Übeydullah İbn Ömərlə fəxr edib deyirdilər: "Pakizənin pakizə oğlu bizimlədir!" Iraqlılar isə Məhəmməd İbn Əbi Bəkrlə fəxr edib onu Təyyib (pakizə) İbn Təyyib adlandırırdılar.
    Hümeyr və Rəbirə arasında olan şiddətli döyüşlərdə hər iki tərəf çoxlu insan tələfatı verdi. Bu döyüşün ən az tələfatı bundan ibarət idi: İmam (ə)-ın qoşunundan beş yüz nəfər tam yaraqlı halda meydana daxil oldu və Şam ordusundan da elə həmin sayda olan qoşunla qarşılaşdı. Onların arasında baş verən şiddətli döyüşdən sonra bir nəfər belə sağ qayıtmadı və hamısı qətlə yetirildi, orada cəsədlərdən ibarət bir "təpə" yaranmışdı. Bu təpəyə "Təllül-cəmacim" (başlar təpəsi) adı vermişdilər. Bu döyüşdə Müaviyənin ən böyük arxası sayılan və Hümeyr qəbiləsini onun mühafizəsi üçün səfərbər edən Zulkəla Xəndəfin əli ilə öldürüldü. Bundan sonra Hümeyr qəbiləsinin arasına qəribə bir çaxnaşma düşdü.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.233; "Vəqətu-Siffeyn", səh.297 )
    2-Übeydullah İbn Ömər döyüşün ən qızğın çağlarında fitnə və ixtilaf yaratmaq üçün bir nəfəri həzrət Müctəba (ə)-ın yanına göndərib onunla görüşmək istədiyini bildirdi. Həzrət Müctəba (ə) atasının icazəsi ilə onunla görüşdü. Söhbət əsasında Übeydullah həzrət Müctəba (ə)-a dedi:–Sənin atan həm keçmişdə, həm də hal-hazırda Qüreyşin qanını axıdıb. Sən onun canişini olmağa hazırsanmı? Bu halda səni "müsəlmanların xəlifəsi" kimi təqdim edərik!
    Həzrət Müctəba (ə) qəzəblənib onun təklifini rədd etdi və İmamət elmi vasitəsi ilə onun müsibətli aqibətindən xəbər verib dedi:–Səni bu gün-sabah öldürülmüş halda görürəm. Agah ol ki, şeytan sənin çirkin işlərini nəzərində gözəl cilvələndirmişdir."
    Ravi yazır: "Übeydullah o gün, yaxud onun sabahı yaşıl geyimli dörd min nəfərlik bir qoşunla meydana çıxdı və elə həmin gün Həmdan qəbiləsindən olan Hani İbn Xəttabın əli ilə cəhənnəmə vasil edildi."(Vəqətu-Siffeyn", səh.408 )
    3-Müaviyə fəsahətli və gözəl danışığı olan qardaşı Ütbə İbn Əbi Süfyanı çağırıb dedi:–Əşəs İbn Qeyslə görüş və onu sazişə dəvət et." O, İmam (ə)-ın qoşununa yaxınlaşıb uca səslə Əşəsi çağırdı. Əşəsə xəbər verdilər ki, Müaviyənin qoşunundan bir nəfər onunla görüşmək istəyir. Əşəs dedi ki, adını soruşun. Ona "Əbu Süfyanın oğludur" - deyə xəbər verdilər, o dedi:–"O, əyyaş və əhli-kef bir cavandır. Onunla görüşmək lazımdır."
    Danışıqlarda Ütbə Əşəsə dedi:–Əgər Müaviyə Əlidən savayı, başqa bir adamla görüşmək istəsəydi səninlə görüşərdi. Çünki sən iraqlıların başçısı, yəmənlilərin böyüyüsən. Sən Osmanın kürəkəni və onun təyin etdiyi hakim idin, özünü Əlinin başqa sərkərdələri ilə müqayisə etmə! Əştər Osmanı öldürmüş, Ədi İbn Hatəm də onu qətlə yetirmək üçün camaatı təhrik etmişdir. Səid İbn Qeys həmin adamdır ki, Əli onun diyəsini boynuna almışdı. Şüreyh və Zəhr İbn Qeys həvayi-nəfsdən başqa bir şey tanımırlar. Sən duz-çörək haqqını tanıyan bir adam kimi iraqlıları müdafiə etdin, təəssüb üzündən şamlılarla mübarizəyə qalxdın. Allaha and olsun, işimizin hara gəlib çıxdığını özün yaxşı bilirsən. Demirəm Əlidən ayrılıb Müaviyəyə kömək et. Biz, hər ikimizin xeyrinə olacağı halda səni orada qalmağa dəvət edirik."
    Ravi iddia edir ki, Əşəs gizlində Müaviyə ilə əlaqə yaratmışdı və müharibənin müvazinətini Müaviyənin xeyrinə dəyişmək üçün fürsət gözləyirdi. O cavab verərkən əvvəldə Əli (ə)-ı təriflədi və Ütbənin sözlərini bircə-bircə rədd etdi, lakin axırda müharibəni dayandırmaq üçün öz razılığını işarə ilə bildirdi və dedi:–"Sizin sağ qalıb yaşamağa olan ehtiyacınız bizimkindən çox deyildir. Mən bu iş barəsində fikirləşirəm və inşallah, öz fikrimi bildirəcəyəm."
    Ütbə geri qayıdıb hadisəni Müaviyəyə xəbər verdi. Müaviyə sevinərək dedi:–"O, sülh üçün öz razılığını bildirmişdir!"("Vəqətu-Siffeyn", səh.410-414; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.98-99)
    4-Müaviyə Əmr Asa dedi:–Əlidən sonra adlı-sanlı adam Ibni Abbasdır. Əgər o bir söz desə, Əli onunla müxalifət etməz. Tez ol, bir çarə fikirləş. Müharibə bizim amanımızı kəsdi! Biz yalnız şamlılar tamamilə qırılıb qurtarandan sonra Iraqa çata bilərik!" Əmr As dedi:–"Ibni Abbas heç vaxt aldanmaz. Əgər onu aldatmaq mümkün olsaydı, Əlini də aldatmaq mümkün olardı."
    Müaviyənin israrından sonra o, Ibni Abbasa bir məktub yazdı, məktubun axırında onun barəsində bir şer də qoşdu. Əmr As məktubla yazdığı şeri Müaviyəyə göstərəndə o dedi:–"Sənin məktubun bu gözəl şerlə əsla uyğun deyil."
    Fırıldaqçı və hiyləgər qoca–Əmr As bu məktubda və şerdə Abbası və onun övladlarını tərifləmiş, Maliki məzəmmət etmiş, axırda da ona yağlı vədə verərək demişdi ki, əgər müharibə sona çatsa, Ibni Abbas şuranın üzvü olacaq, bu şura vasitəsilə də əmir təyin olunacaqdır.
    Məktub Ibni Abbasa çatanda onu İmam (ə)-a göstərdi, həzrət buyurdu: "Allah Əmr Ası öldürsün! Necə də aldadıcı bir məktubdur! Tez ol, bunun cavabını yaz, şerin də cavabını bacarıqlı şair olan qardaşın yazsın."
    Ibni Abbas cavabda belə yazdı: "Mən ərəblər arasında sənin kimi həyasız bir adam görməmişəm! Öz dinini çox ucuz bir qiymətə satdın. Sən günahkarlar kimi dünyanı böyük sayır, riyakarcasına zahidlik edirsən. Əgər Allahı razı etmək istəyirsənsə, onda əvvəlcə Misir sevdasını başından çıxart və öz evinə qayıt... Nə Əli Müaviyə ilə bərabərdir, nə də Iraq əhalisi də şamlılarla. Mən Allahı istəyirəm, sən isə Misrə hakim olmağı."
    Sonra isə öz qardaşı Fəzlin Əmr Asın yazdığı şer vəznində qoşduğu bir şeri məktubun axırında yazıb İmam (ə)-a göstərdi. İmam (ə) buyurdu: "Əgər ağıllı olsa, bir daha cavab yazmaz."
    Məktub Əmr Asa çatdıqda onu Müaviyəyə göstərib dedi:–"Sən məni məktub yazmağa dəvət etdin, amma bunun nə sənə xeyri oldu, nə də mənə." Müaviyə dedi:–"Əli ilə Ibni Abbasın qəlbi birdir, hər ikisi Əbdül-Müttəlibin övladlarıdır."("Əl-İmamətu vəs-siyasət",1-ci cild, səh.100; "Vəqətu-Siffeyn", səh.414-416 )
    5-Müaviyə İmam (ə)-ın əsgərləri arasında canlanmanın çoxaldığını, mühasirə dairəsinin getdikcə kiçildiyini və şamlıların qərargahının süqut etməsinə az qaldığını hiss edəndə, qərara aldı ki, birbaşa Ibni Abbasa məktub yazsın, bu müharibənin Bəni-Haşimlə Bəni-Üməyyə arasında olan bir ədavət odu olduğunu bildirsin və onu bu müharibənin pis aqibətindən çəkindirsin. O, bu məktubda Ibni Abbası tamahlandırmaq üçün yazmışdı: "Əgər camaat səninlə beyət etsə, biz də beyət etməyə hazırıq." Bu məktub Ibni Abbasa çatanda dəlil-sübut üzündən olan çox sərt bir cavab yazdı. Belə ki, hətta Müaviyə də bu məktubu yazdığına görə peşman oldu və dedi:–"Bu öz işimin nəticəsidir. Daha bir il müddətində ona məktub yazmayacağam."("Təfsiri Təbəri", 14-cü cild, səh.122; "Əsbabun-nuzul", səh.212 və başqa təfsirlər  )
    ƏMMAR VƏ İTAƏTSİZLİK EDƏNLƏR
    Yasirin ailəsi islamda əsil-nəsəbli ailələrdən biridir və islamın əvvəllərində hamılıqla Peyğəmbər (s)-ə iman gətirib bu yolda çox amansız zülmlərə, ağır işkəncələrə məruz qaldılar. Nəhayət Yasir və onun arvadı Süməyyə canlarını islam yolunda və Əbu Cəhl ilə onun həmfikirlərinin işkəncələri altında qurban verdilər. Onların cavan oğlu Əmmar Məkkə cavanlarının vasitəçiliyi və həmçinin zahirdə islamdan bezarlıq elan etməklə canını qurtara bildi. Allah-Taala Əmmarın bu işinin iradsız olduğunu aşağıdakı ayədə elan etmişdir: "(Küfr izhar etməyə) məcbur olan, qəlbi isə imanla aram olanlardan başqa..." ("Nəhl", 106) Əmmarın başına gələnlər və onun zahirdə küfr danışması xəbəri Peyğəmbər (s)-ə çatanda həzrət buyurdu: "Əsla! (O kafir olmayıb!) Əmmar başdan-ayağa imandır. Tövhid onun əti-qanı ilə qaynayıb qarışmışdır." Bu halda Əmmar ağlaya-ağlaya gəlib çatdı. Peyğəmbər (s) onun göz yaşını silib dedi ki, əgər yenə də belə bir çıxılmaz vəziyyətə düşsə, bezarlıq izhar etsin.("Əddürrül-mənsur" təfsiri, "Zümər" surəsinin 9-cu və "Ənam" surəsinin 52-ci ayəsinin təfsirinə bax. )
    Bu fədakar səhabə barəsində təkcə bu ayə nazil olmamış, təfsirçilər əlavə iki ayənin də onun barəsində nazil olduğunu qeyd etmişlər.("Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21 ) O, Peyğəmbər (s)-in Mədinəyə hicrətindən sonra daim onunla birgə idi və bütün qəzvələrdə və bəzi səriyyələrdə iştirak etmişdi. Peyğəmbər (s) vəfat edəndən sonra rəsmi xilafətə etiraz etməsinə baxmayaraq, xəlifə ilə həmkarlıq etmək hər yerdə islamın xeyrinə olsaydı, əlindən gələni əsirgəməzdi.
    Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra ilk işi məscid tikmək idi. O məscidin tikilişində Əmmar hamıdan çox çalışıb zəhmət çəkir, təklikdə bir neçə adamın işini görürdü. Onun islama vəfadar və sədaqətli olması başqalarının onu öz imkan və qüdrətindən artıq işə vadar etmələrinə səbəb olmuşdur. Bir gün Əmmar onlardan Peyğəmbər (s)-ə şikayət edib dedi:–"Bunlar məni öldürdülər!" Bu vaxt Peyğəmbər (s) özünün ürəkoxşayan tarixi kəlamını buyurdu:"Zülmkar və haqdan azmış bir tayfa səni öldürməyincə, sən ölməyəcəksən. Sənin dünyadan götürəcəyin axırıncı azuqən bir qurtum süddür." ("Tarixi-Təbəri", 5-ci cild, səh.21; "Vəqətu-Siffeyn", səh.319; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.157)
    Bu söz Peyğəmbər (s)-in səhabələri arasında yayılaraq dillərə düşdü. Əmmar o gündən xüsusi bir hörmətə layiq görüldü. Peyğəmbər (s) də onu müxtəlif məclislərdə tərifləyirdi.
    Siffeyn müharibəsində Əmmarın İmam (ə)-ın qoşununda olması xəbəri Müaviyənin qoşunundakı aldanan şəxslərin ürəyinə qorxu saldı, onların bəziləri bu barədə axtarış aparmağa başladılar.
    ƏMMARIN ÇIXIŞI
    Əmmar meydana getmək qərarına gəldikdə İmam (ə)-ın dostlarına dedi:–Ey Allah bəndələri, ayağa qalxın və özünə zülm edərək Allahın Kitabının əksinə hökm edən bir adamın (Osmanın) intiqamını almaq istəyənlərlə mübarizə edin! Halbuki onu saleh insanlar, yaxşı işə əmr, təcavüzü inkar edənlər öldürmüşlər. Lakin onun öldürülməsi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görənlər "o nə üçün öldürülmüşdür?!" deyə etiraz etdilər. Cavabda dedik ki, o, pis və yaramaz əməllərinə görə öldürülmüşdür. Dedilər ki, "axı o, pis bir iş görməmişdir!" Bəli, onların nəzərində Osman heç bir qanunsuz iş görməmişdir. Halbuki o, beytül-malın dinarlarını onlara peşkəş etdi, onlar da yeyib dağıtdılar. Onlar Osmanın intiqamını almaq istəmirlər, sadəcə dünya ləzzətlərini dadmışlar və dünyanı sevirlər, bunu da bilirlər ki, əgər bizim əlimizə düşsələr, o cür ləzzətli yeməklərdən məhrum olacaqlar. Üməyyə sülaləsi islamı hamıdan əvvəl qəbul etməmişlər ki, bu cəhətdən hakimiyyətə layiq olalar. Onlar camaatı aldadaraq "İmamımız (Osman) məzlumcasına öldürülmüşdür" bəhanəsini kətirərək camaata zülm ilə hakim olmaq istəyirlər. Bu bir hiylədir və gördüyünüz kimi, bu yolla istədiklərinə çatmışlar. Əgər belə bir hiyləyə əl atmasaydılar, onlarla iki nəfər belə, beyət etməz, onlara kömək etməzdilər."("Vəqətu-Siffeyn", səh.320; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.157; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21 )
    Əmmar bu sözləri deyib meydana yola düşdü. Köməkçiləri də onun arxasınca hərəkət etdilər. Onun gözü Əmr Asın xeyməsinə sataşdıqda uca səslə dedi:–"Öz dinini Misir hökumətinə satdın! Vay olsun sənə!" Sonra gözü Üübeydullah İbn Ömərin xeyməsinə sataşanda dedi:–Allah səni öldürsün! Öz dinini Allahın və islamın düşməninin dünyasına satdın.
    Übeydullah dedi:–Xeyr! Mən məzlum şəhidin qisasını almaq istəyirəm!
    Əmmar dedi:–Yalan deyirsən! Allaha and olsun, sən Allahın razılığını əsla istəmirsən. Sən əgər bu gün də öldürülməsən, sabah öləcəksən. Əgər Allah Öz bəndələrini onların niyyətləri əsasında mükafatlandırıb cəzalandırırsa, bax gör sənin niyyətin nədir!
    Sonra Əli (ə)-ın köməkçiləri onun ətrafını tutmuş halda dedi:–Ilahi! Sən bilirsən ki, əgər Sənin razılığın özümü bu dəryaya atmağımda olsa, onda özümü ora ataram. Əgər bilsəm ki, Sənin razılığın qılıncın ucunu qarnıma dayandırıb, onun üstündə iki qat olmağımda və kürəyimdən çıxmağındadır, onda elə belə də edəcəyəm. İlahi, mən bilirəm və Sən də məni agah etmisən ki, bu gün Səni hər şeydən artıq razı salan şey yalnız bu qoşuna qarşı cihad etməkdir. Əgər bundan başqa da bir iş Sənin razılığına səbəb olsaydı, elə onu da edərdim.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.16-22; "Vəqətu-Siffeyn", səh.332-336 )
    ƏMMARIN İMAM (Ə)-IN QOŞUNUNDA OLMASININ DÜŞMƏN TƏRƏFƏ QOYDUĞU TƏSİRİ
    Əmmarın şəxsiyyəti və inqilabi xidmətləri şamlılara gizli deyildi. Peyğəmbər (s)-in onun barəsində buyurduğu sözlər hər yerə yayılmışdı. Şamlılar üçün müəyyən qədər gizli qalan şey Əmmarın İmam (ə)-ın qoşununda olub-olmaması idi. Onun İmam (ə)-ın qoşununda iştirak etməsi xəbəri Şam ordusunun içərisində yayıldıqda Müaviyənin zəhərli təbliğatlarına aldananlar bu məsələni araşdırmağı qərara aldılar. Bu fikrə düşənlərdən biri Yəmənin tanınmış şəxsiyyəti Zulkəla idi ki, Hümeyr qəbilələrini Müaviyənin qoşununa səfərbər etməkdə böyük rol oynamışdı. Amma indi haqqın nuru onun qəlbinə saçılmışdı, həqiqəti tapmaq istəyirdi. O, bu məqsədlə Hümeyr qəbiləsinin başçılarından biri və Kufədə yaşayan Əbu Nuh ilə əlaqə yaratmağı qərara aldı (o, İmam (ə)-ın qoşununda idi). Zülkəla özünü cəbhənin ön sıralarına yetirdi və uca səslə dedi:–Hümeyr qəbiləsinin Kəla şaxəsindən olan Əbu Nuh ilə danışmaq istəyirəm!
    Əbu Nuh bu sözləri eşidib irəli çıxdı və dedi:–Sən kimsən? Özünü təqdim et!
    Zülkəla:–Mən Zulkəlayam. Xahiş edirəm ki, mənim yanıma gələsən.
    Əbu Nuh:–Sizə tərəf təklikdə gəlməkdən Allaha sığınıram, amma öz dəstəmlə gələ bilərəm.
    Zulkəla:–Sən Allahın və Onun Rəsulunun pənahındasan, Zulkəla da sənə aman vermişdir! Mən mühüm bir məsələ barəsində səninlə danışmaq istəyirəm. Gəl, iki qoşunun arasında danışaq.
    Onların hər biri öz qoşunundan ayrılıb ortada müzakirəyə başladılar.
    Zulkəla:–Mən keçmişdə (Ömər İbn Xəttabın hakimiyyəti dövründə) Əmr Asdan bir hədis eşitdiyimə görə səni çağırdım.
    Əbu Nuh:–Hansı hədisi?
    Zulkəla:–Əmr As o vaxt demişdi ki, Rəsulullahın belə buyurduğunu eşitdim: "Şam və Iraq əhli bir-biri ilə vuruşacaqdır, haqq rəhbərlik və hidayət bir tərəfdədir, Əmmar da elə onlarla birlikdə, həmin tərəfdədir."
    Əbu Nuh:–Allaha and olsun ki, Əmmar bizimlədir!
    Zulkəla:–Bizimlə vuruşmaqda tam ciddidirmi?
    Əbu Nuh:–Bəli! Kəbənin Rəbbinə and olsun ki, o, sizinlə müharibəyə məndən də ciddi və qətiyyətlidir. Mən arzu edirəm ki, kaş sizin hamınız bir nəfər olaydınız və hamınızın başını da birdəfəyə kəsəydim, əmioğlum olduğun halda hamıdan əvvəl səndən başlayaydım!
    Zulkəla:–Nə üçün belə arzu edirsən, halbuki mən qohumluq əlaqələrini kəsməmişəm! Səni öz yaxın qohumum hesab edir və səni öldürmək istəmirəm.
    Əbu Nuh:–Allah islam sayəsində bir sıra qohumluq əlaqələrini kəsmiş, pərakəndə olan bəzi adamları bir-birinə qohum etmişdir. Sən və sənin yoldaşların bizimlə olan mənəvi bağlılıqlarınızı qırmısınız. Biz haqq, siz isə batilsiniz, çünki küfr və azğınların başçısına kömək edirsiniz.
    Zulkəla:–Istəyirsənsə, birlikdə şamlıların içinə gedək. Mən sənə aman verir və əmin edirəm ki, nə öldürüləcəksən, nə səndən bir şey əskiləcək, nə də beyət etməli olacaqsan. Əmmarın Əli (ə)-ın qoşununda olmasını Əmr Asa de, bəlkə Allah bu iki qoşunun arasında sülh bərqərar edə.
    Əbu Nuh:–Mən sənin və dostlarının məkrli hiyləsindən qorxuram!
    Zulkəla:–Mən öz sözlərimə zəmanət verirəm.
    Əbu Nuh üzünü göyə tutub dedi:–Ilahi, Sən bilirsən ki, Zulkəla mənə necə aman verdi. Sən mənim qəlbimdə olanlardan xəbərdarsan. Məni hifz et!
    Bunu deyib Zulkəla ilə Müaviyənin qoşununa tərəf yola düşdü. Müaviyənin və Əmr Asın qərargahına yaxınlaşanda gördü ki, hər ikisi camaatı müharibəyə təhrik edirlər. Zülkəla Əmr Asa dedi:–Istəyirsənmi ki, Əmmar Yasirin barəsində ağıllı və doğruçu bir adamla müzakirə edəsən?
    Əmr As:–Dediyin o adam kimdir?
    Zulkəla Əbu Nuhu göstərib dedi:–O, mənim əmioğlumdur, özü də Kufə əhlidir.
    Əmr As üzünü Əbu Nuha tutub dedi:–Mən sənin üzündə Əbu Turabdan (Həzrət Əlinin ləqəbidir) bir nişanə görürəm!
    Əbu Nuh:–Mənim üzümdə Məhəmməd (s) və onun dostlarının, sənin üzündə isə Əbu Cəhlin və Fironun nişanəsi var.
    Bu vaxt Müaviyənin sərkərdələrindən biri–Əbül-Əvər qılıncını siyirib dedi:–Üzündə Əbu Turabın nişanəsi olan bu yalançını gərək öldürüm! O qədər cürətlənib ki, bizim içimizdə bizi söyür!
    Zulkəla dedi:–Allaha and olsun, əgər ona toxunmaq istəsən, burnunu qılıncla kəsərəm! Bu mənim əmioğlumdur və mənim zəmanətimlə buraya gəlmişdir. Onu gətirmişəm ki, sizə Əmmardan xəbər versin, çünki siz həmişə onun barəsində mübahisə edirsiniz.
    Əmr As:–Səni and verirəm Allaha, düzünü de görək Əmmar Yasir sizin içinizdədirmi?
    Əbu Nuh:–Bu sualı nə üçün verməyini bilməsəm, cavab vermərəm. Halbuki Peyğəmbər (s)-in səhabələrindən bir qrupu bizimlədir və hamısı da sizinlə vuruşmaq barədə qəti qərara gəlmişlər.
    Əmr As:–Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişəm: "Əmmarı zalımlar öldürəcək. Əmmarın haqdan ayrılması mümkün deyildir, cəhənnəm odu ona haramdır."
    Əbu Nuh:–Yeganə olan Allaha and olsun ki, o bizimlədir və sizə qarşı vuruşmağa hazırdır.
    Əmr As:–O bizimlə vuruşmağa hazırdır?!
    Əbu Nuh:–Bəli! Allaha and olsun, o, Cəməl müharibəsində mənə demişdi ki, biz Cəməl əshabına qələbə çalacağıq. Dünən də dedi ki, əgər şamlılar bizə hücum etsələr və bizi Hicrə qovsalar, yenə də döyüşdən əl çəkməyəcəyik. Çünki bizim haqq, onların isə batil yolda, bizim öldürülənlərimizin cənnətdə, onlarınkının isə cəhənnəmdə olduğunu bilirik.
    Əmr As:–Bir iş görə bilərsənmi ki, Əmmarla görüşüm?
    Əbu Nuh:–Bilmirəm, lakin çalışaram ki, görüş baş tutsun.
    Bu sözü deyib onlardan ayrıldı və İmam (ə)-ın qoşununa, Əmmarın olduğu yerə getdi, hadisəni əvvəldən-axıra kimi Əmmara söylədi. Sonra əlavə etdi ki, başda Əmr As olmaqla on iki nəfərlik bir dəstə onunla görüşmək istəyir. Əmmar görüş üçün hazırlığını bildirdi. Sonra hamısı süvaridən ibarət olan bir dəstə İmam (ə)-ın qoşununun axır tərəfinə hərəkət etdi. Ovf İbn Bişr Əmmarın dəstəsindən ayrıldı, şamlılara yaxınlaşıb "Əmr As haradadır?" - deyə ucadan səsləndi. Dedilər ki, buradadır. Ovf Əmmarın olduğu yeri göstərdi. Əmr As Əmmara dedi ki, Şam ordusuna tərəf hərəkət etsin. Ovf cavab verdi ki, o, sizin məkr və hiylələrinizdən amanda deyil! Axırda qərara aldılar ki, hər ikisi iki xəttin arasında müzakirəyə başlasınlar (hər ikisini də bir qrup döyüşçü müşayiət edirdi). Hər iki dəstə razılaşdıqları nöqtəyə çəkildilər, lakin ehtiyatı əldən vermədilər, atdan enən vaxt əllərini qılıncların dəstəyində saxladılar. Əmr As Əmmarı görəndə ucadan kəlmeyi-şəhadəti deməyə başladı. Bu yolla o, özünün islama məhəbbətini göstərmək istəyirdi. Lakin Əmmar onun bu işinə aldanmadı və nərə çəkib dedi:–Sus! Sən Peyğəmbər (s)-in sağlığında da, ondan sonra da onu tərk etdin, indi necə onun risalətinə şəhadət verirsən?!
    Əmr As həyasızcasına dedi:–Əmmar, biz bu məsələ üçün gəlməmişik. Mən səni bu qoşun içində ən sadiq adam hesab edirəm. Hamımızın Allahımız, qibləmiz, kitabımız bir olduğu halda nə üçün bizimlə vuruşduğunuzu bilmək istəyirəm!
    Əmmar qısa söhbətdən sonra dedi:–Peyğəmbər (s) mənə xəbər vermişdir ki, mən əhd-peyman pozanlarla və haqdan azanlarla döyüşəcəyəm. Əhd-peyman pozanlarla vuruşdum. Siz də haqdan azanlarsınız. Amma bilmirəm ki, dindən çıxanlarla görüşə biləcəyəm, ya yox. Ey qoca, sən Peyğəmbər (s)-in Əli barəsində belə buyurduğunu bilirsənmi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, onunla düşmən olana düşmən ol!"
    Bu müzakirələr Osmanın qətli ilə əlaqədar söhbətdən sonra yekunlaşdı. Sonra bir-birindən aralanıb öz yerlərinə qayıtdılar.(Kamil" (Ibni Əsir), 3-cü cild, səh.137 )
    Bu görüşdən aydın oldu ki, Əmr As Əmmarın İmam (ə)-ın qoşununda olub-olmamasını bilmək istəmirdi. Çünki o Əli (ə)-ın sərkərdələrini yaxşı tanıyırdı. Buna görə də Əmmarın məntiqi dəlilləri qarşısında təslim olmaq əvəzinə, yersiz mübahisələrə başlayıb hay-küy saldı, Osmanın qətli məsələsini ortaya atdı ki, bu işdə əli olduğunu onun da boynuna qoysun, beləliklə də xəbərsiz şamlıları qiyama vadar etsin. Əlbəttə, Müaviyə və Əmr Asın bəxti onda gətirdi ki, Zulkəla Əmmardan qabaq qətlə yetirildi. Çünki, əgər o Əmmardan sonra sağ qalsaydı, onda Əmr As puç və əsassız bəhanələrlə onu bir daha aldada bilməyəcək, bu da Müaviyə və Əmr As üçün böyük bir çətinlik törədəcəkdi. Buna görə də Zulkəlanın öldürülməsindən və Əmmarın şəhadətindən sonra Əmr As Müaviyəyə dedi:–Mən bilmirəm bunların hansının ölümünə sevinim: Zulkəlanın, yoxsa Əmmarın? Allaha and olsun, əgər Zulkəla qalsaydı, bütün Şam əhlini Əlinin tərəfinə qaytaracaqdı!("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.198-200; "Vəqətu-Siffeyn", səh.248-250; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151-152; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.10-11 )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 668 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024