İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:38 AM
    ON DOQQUZUNCU FƏSİL
    SİFFEYN MÜHARİBƏSİNİN GEDİŞİNİN DƏYİŞİLMƏSİ
    İmam (ə) 38-ci ilin Rəbiül-əvvəl ayının onunda, çərşənbə axşamı günü sübh çağı, hələ hava qaranlıq ikən sübh namazını öz köməkçiləri ilə qıldı. O həzrət Şam ordusunun bacarıqsızlığından və yorğunluğundan tamamilə agah idi və bilirdi ki, düşmən axırıncı səngərlərə tərəf geri çəkilmişdir və güclü bir hücum ilə Müaviyənin xeyməsini ələ keçirmək olar. Buna görə də Malik Əştərə göstəriş verdi ki, ordunu nizama salsın. Malik zirehli paltarda qoşunun içinə gəldi, öz nizəsinə söykənərək fəryad etdi: "Öz cərgələrinizi tərtibə salın!" Bir azdan hücum başlandı və döyüşün elə ilk anlarında düşmənin məğlubiyyət əlamətləri aşkar oldu və onlar meydandan qaçmağa başladılar. Bu vaxt Şam qoşunundan bir nəfər irəli çıxaraq İmam (ə)-la birbaşa müzakirə aparmaq istədi. İmam (ə) bu təklifi qəbul etdi, iki qoşunun arasında müzakirə başlandı. O kişi dedi ki, hər iki qoşun əvvəlki yerlərinə qayıtsın, İmam da Şamı Müaviyəyə versin. İmam (ə) onun bu təklifini eşidib təşəkkür etdi və dedi:–"Mən bu barədə uzun müddət fikirləşmişəm və özüm üçün iki çıxış yolu görmüşəm: ya itaətsizlik edənlərlə mübarizə, ya da Allaha və Onun Peyğəmbərinə nazil olanlara qarşı küfr etmək! Allah da Onun mülkündə üsyankarlıq və günah edilməsinə, başqalarının da bunların qarşısında sükut edərək əmr be mərufdan və nəhy əz münkərdən boyun qaçırmalarına heç vaxt razı olmaz. Buna görə də itaətsizlik edənlərlə mübarizə etməyi zəncirlə birgə olmaqdan yaxşı bildim."
    O kişi İmam (ə)-ı qane etməkdən məyus oldu və "Hamımız Allaha məxsusuq və hamımız Ona tərəf qayıdacağıq" ayəsini oxuya-oxuya öz qoşununa tərəf qayıtdı.(Kamil" (Ibni Əsir), 3-cü cild, səh.160; "Vəqətu-Siffeyn", səh.475; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.26 )
    Tərəflər arasında amansız döyüşlər başlandı. Bu döyüşdə mümkün olan hər bir vasitədən istifadə olunurdu: Ox, daş, qılınc və nizə döyüşçülərin başlarına endirilirdi. Döyüş çərşənbə günü sübhə kimi davam etdi. Müaviyənin qoşunu o günün gecəsi ölülərin və yaralıların çoxluğundan it kimi ulaşırdı. Buna görə də tarixdə həmin gecə "Leylətül-hərir" (ulaşma gecəsi) adlanır.
    Malik əsgərlərin içində gəzişərək deyirdi: "Qələbəyə bir ox uçuşundan çox qalmamışdır." (Və fəryad edirdi ki:) "Bir kəs varmı ki, öz canını Allaha satsın və bu yolda Əştər ilə birlikdə vuruşub ya qələbə çalsın, ya da Allaha qovuşsun?!"("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.108; "Əl-əxbarut-tival", səh.188; "Vəqətu-Siffeyn", səh.476)
    İmam (ə) bu həssas anlarda ordunun sərkərdə və nüfuzlu şəxsiyyətləri qarşısında çıxış edib buyurdu: "Ey camaat, görürsünüz ki, sizinlə düşmənin işi hara çatmışdır! Düşmən axır nəfəslərini çəkir. İşlərin başlanğıcı onun axırı ilə müqayisə olunar. Mən onları sübh çağı ilahi məhkəməyə çəkəcək, onların zillətli həyatlarına son qoyacağam."("Tarixi-Təbəri", 3-cü cild, səh.26; "Murucuz-zəhəb", 2-ci cild, səh.400; "Əl-əxbarut-tival", səh.188; "Vəqətu-Siffeyn", səh.481; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.160 )
    Müaviyə o həzrətin sözlərinin məzmunundan agah olduqa Əmr Asa dedi:–Sabah Əli müharibənin işini birdəfəlik xətm edəcəkdir. İndi nə etmək lazımdır?
    Əmr As dedi:–Sənin əsgərlərin nə onun əsgərləri kimidir, nə də özün onun kimisən. O, din, əqidə və məram uğrunda vuruşur, sən isə başqa şey uğrunda vuruşursan. Sən yaşamaq istəyirsən, o isə şəhid olmaq. İraq qoşunu sənin qələbəni özləri üçün qorxu bilirlər. Halbuki Şam ordusunun Əlinin qələbə çalmasında heç bir qorxuları yoxdur.
    Müaviyə:–Bəs nə etməliyik?
    Əmr As:–Elə bir təklif irəli sürək ki, qəbul etsələr də, etməsələr də ikitirəliyə və ixtilafa düçar olsunlar. Onları Allahın Kitabına dəvət et və de ki, səninlə onların arasında hökm etsin. Bu halda öz istəyinə nail olarsan. Bu fikir çoxdan mənim başımda dolanırdı, vaxtı gəlib çatmadığı üçün aşkar etmirdim.
    Müaviyə öz həmkarının gözəl tədbirini bəyənib təşəkkür etdi, onu həyata keçirmək qərarına gəldi. Cümə axşamı günü, Rəbiül-əvvəlin on üçündə (başqa bir rəvayətə görə Səfərin on üçündə) İmam (ə)-ın ordusu tarixdə misli görünməmiş bir hiylə ilə qarşılaşdı. Əmr Asın şamlı tüğyançılara etdiyi xidmət əməvilərə doğrudan da yenidən həyat verdi. Şam ordusunun əsgərləri Əmr Asın göstərişi ilə Quranları nizələrin başına keçirib öz sıralarını Quranla bəzədilər. Böyük Dəməşq Quranını on nəfər nizə ucunda götürmüşdü. Bu vaxt hamısı bir səslə deyirdilər: "Bizimlə sizin aranızda hakim Allahın Kitabıdır."
    Iraqlıların qulaqları bu səslərə doğru yönəldi, gözləri nizələrin başlarına dikildi. Şam ordusundan yalnız ürəkyandıran fəryad və şüarlar eşidilirdi. Hamılıqla deyirdilər: "Ey ərəblər, öz arvadlarınız və qızlarınız naminə Allaha baxın! Allahı, yalnız Allahı öz dininizdə nəzərdə tutun! Şamlılardan başqa kim onun sərhədlərinə keşik çəkəcək?! Iraq əhalisindən başqa kim Iraqın sərhədlərini qoruyacaq? Romalılarla, türklərlə və kafirlərlə cihad etmək üçün kim qalacaqdır?!"("Murucuz-zəhəb", 2-ci cild, səh.401; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.108; "Vəqətu-Siffeyn", səh.482 )
    Quranların ruhoxşayan mənzərəsi, ürəkyandıran nalələr İmam (ə)-ın əsgərlərinin çoxunun ağlını əlindən alaraq, onları heyrətə və dəhşətə saldı. Bir neçə dəqiqə bundan əvvəl iftixarlı qələbənin astanasında yerləşən cəngavərlər ovsunlanmış kimi, öz yerlərində mıxlanıb qaldılar. Lakin Malik Əştər, Ədi İbn Hatəm, Əmr İbn Həmiq kimi igidlər hiylənin mahiyyətindən agah idilər və bilirdilər ki, düşmənin müqavimət göstərməyə qüdrəti olmadığına və məhv olma ərəfəsində qaldıqlarına görə özlərini yalnız bu yolla xilas etmək istəyirlər. Halbuki onlar heç vaxt Qurana baş əyməmişdilər və əymək də istəmirdilər. Buna görə də Ədi İbn Hatəm İmam (ə)-a dedi:–Batil ordusunun heç vaxt haqq ilə qarşılaşmaq qüdrəti yoxdur. Hər iki tərəfdən çoxlu ölüb-yaralananlar olmuşdur. Bizdə qalanlar onlardan qüvvətlidirlər. Şamlıların nalələrinə qulaq asma. Biz sənə tabeyik.
    Malik Əştər dedi:–Müaviyənin canişini yoxdur, lakin sənin canişinin vardır. Onun əsgərləri varsa da, sənin əsgərlərində olan səbir onlarda yoxdur. Dəmiri dəmirlə döy və Allahdan kömək istə.
    Üçüncüsü dedi:–Ya Əli, biz təəssüb üzündən deyil, Allah xatirinə sənə kömək edirik... Hal-hazırda haqq özünün son nöqtəsinə çatmışdır. Sən olan yerdə bizim sözümüz yoxdur.(Murucuz-zəhəb", 2-ci cild, səh.401; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.109; "Vəqətu-Siffeyn", səh.482)
    Lakin özünü İmam (ə)-ın dostları cərgəsinə salan və elə ilk gündən etibarən müəmmalı şəkildə hərəkət edən və Müaviyə ilə olan əlaqəsi müəyyən qədər aşkar olan Əşəs İbn Qeys İmam (ə)-a dedi:–Onların sözünə cavab ver, çünki sən onlara cavab verməkdə hamıdan layiqlisən. Camaat yaşamaq istəyir, müharibə yox!
    İmam (ə) onun mənfur niyyətindən agah idi, buyurdu:–Bu barədə fikirləşmək lazımdır!("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Murucuz-zəhəb", 2-ci cild, səh.401; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.27; "Vəqətu-Siffeyn", səh.489  )
    Müaviyə İmam (ə)-ın əsgərlərinin dini hislərini təhrik etmək üçün Əmr Asın oğlu Əbdüllaha (o dövrdəki "müqəddəs"lərdən biri idi) fərman verdi ki, iki qoşunun arasında dayanıb onları Allahın Kitabının qəzavətinə dəvət etsin. O, iki qoşunun ortasında durub dedi:–"Camaat, bu müharibə din uğrundadırsa, onda hər iki tərəf öz müxalifinə höccəti tamam etmişdir; yox əgər dünya üçündürsə, onda yenə də hər iki tərəf həddi keçmişdir. Biz sizi Allahın Kitabının hökmünə dəvət edirik. Əgər siz dəvət etsəydiniz, biz hömkən qəbul edərdik. Fürsəti qənimət sayın!"
    Bu şüarlar pərakəndə şəkildə olan şamlıları və sadəlövh iraqlıları aldatdı. Böyük bir dəstə İmam (ə)-ın yanına gəlib dedi ki, onların dəvətlərini qəbul etsin. İmam (ə) bu həssas anlarda aldananlara haqqı başa salmaq üçün dedi:– "Ey Allahın bəndələri! Allahın Kitabına dəvəti qəbul etməkdə mən hər kəsdən layiqliyəm, lakin Müaviyə, Əmr As, İbn Əbu-Müeyt, Həbib İbn Məsləmə və İbn Əbu-Sərh din əhli, Quran əhli deyildirlər. Mən onları sizdən yaxşı tanıyıram. Mən uşaqlıqdan indiyə qədər daim onlarla rastlaşmışam. Onlar uşaqlıqda uşaqların, böyüyəndə də kişilərin ən pisi idilər. Allaha and olsun, onlar Quranları tanıdıqları və onlara əməl etmək üçün qaldırmamışlar, bu iş sadəcə olaraq bir hiylə və məkrdir. Ey Allah bəndələri, başlarınızı və qollarınızı mənim ixtiyarımda qoyun; haqq qəti nəticəyə çatmış, zalımların kökünün kəsilməsinə bir şey qalmamışdır."
    Sadiq köməkçilər İmam (ə)-ın tərəfini saxladıqları halda gözlənilmədən zirehli paltar geymiş, alınları səcdədən qabar bağlamış və əllərində qılınc tutmuş iyirmi min əsgər döyüş meydanını tərk edib sərkərdənin qərargahına gəldilər.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), səh.216-219; "Vəqətu-Siffeyn", səh.489 )Başda Müsər İbn Fədəki, Zeyd İbn Həsin və bəzi iraqlı qarilər rəhbərlik olmaqla (onlar sonralar xəvaricin başçıları oldular) gəlib İmam (ə)-ın qarşısında dayandılar və o həzrətə "Ya Əmirəl-möminin" deyil, "Ya Əli" deyə xitab edərək tam ədəbsizliklə dedilər: "Onların dəvətini qəbul et, əks halda Osman İbn Əffanı öldürdüyümüz kimi, səni də öldürəcəyik! Allaha and olsun, əgər onların dəvətini qəbul etməsən səni öldürərik!"
    Dünənə qədər qeydsiz-şərtsiz itaət olunan bir rəhbərin işi bu gün o yerə çatmışdı ki, ona təslim olmağa və zorla sülh qəbul etməsinə dair əmr verirdilər! İmam (ə) onlara belə cavab verdi: "Allahın Kitabına dəvət edən, o kitabın dəvətini qəbul edən ilk şəxs mənəm. Sizi Allahın Kitabından başqa bir şeyə dəvət etmək mənə caiz deyildir. Mən onlarla ona görə vuruşuram ki, onlar Quranın hökmünə qulaq asmırlar. Onlar Allaha qarşı itaətsizlik etmiş, Onun əhdini pozmuş və kitabını kənara qoymuşlar. Bilin ki, onlar sizi aldatmışlar! Onlar Qurana əməl etmək istəmirlər."
    İmam (ə)-ın məntiqi və dəlil əsasında olan sözləri onlara azacıq belə, təsir etmədi. Zamanın keçməsi də göstərdi ki, onlar tələsən, həqiqəti dərk etməyən və nadan adamlar idilər və şamlıların boş şüarlarına qapılmışdılar. İmam (ə) onlara nə qədər nəsihət verirdisə də, xeyri olmurdu; onlar öz inadkarlıqlardan əl çəkmir, israrla deyirdilər ki, gərək Malikin döyüşdən geri qayıtmasına əmr verəsən.
    Döyüş çağında bir ordu üçün ikitirəlik və ixtilafdan daha ziyanlı bir şey yoxdur. Bundan da zərərli şey sadəlövh və siyasi məsələləri dərk etməyən adamların öz dərrakəli və bacarıqlı sərkərdələrinə qarşı qiyam etmələridir. İmam (ə) özünü qələbə astanasında görür, düşmənin bu hiyləsinin nə olduğunu bilirdi. Lakin təəssüflər olsun ki, bu ixtilaf İmam (ə)-ın qoşununun vəhdətini pozurdu. İmam (ə) səcdədən qabar bağlamış, başdan-ayağa silahlanmış iyirmi min "müqəddəs"in qarşısında müqavimət göstərməyi məsləhət görmədi, öz yaxın səhabələrindən olan Yəzid İbn Hanini çağırıb dedi:–Özünü Malikə çatdır və de ki, döyüşü dayandırıb təcili olaraq mənim yanıma gəlsin.
    Yəzid İbn Hani özünü ön cəbhəyə çatdırdı, Malikə dedi:–İmam əmr edir ki, müharibəni dayandırıb mənim yanıma gəlsin.
    Malik dedi:–Mənim salamımı İmama çatdır və de ki, indi məni meydandan geri çağırmağın vaxtı deyil. İnşallah, tezliklə qələbə islam ordusuna nəsib olacaq.
    Hani geri qayıdıb dedi:–Malik geri qayıtmağı məsləhətə uyğun görmür və deyir ki, qələbənin bir addımlığındadır.
    Qiyamçılar İmam (ə)-a dedilər: Malik sənin əmrinlə bu işdən boyun qaçırır. Ona sən demisən ki, döyüş meydanında müqavimət göstərsin!
    Əli (ə) təmkinlə buyurdu: Mən heç vaxt öz məmurlarımla məxfi danışmamışam. Nə demişəmsə, hamısını eşitmisiniz. Nə cürətlə məni aşkarda dediyimin əksi ilə müttəhim edirsiniz?
    Qiyamçılar: Tez ol, Malikə xəbər göndər, meydandan geri dönsün! Əks halda səni ya Osman kimi öldürəcəyik, ya da tutub Müaviyəyə təhvil verəcəyik!
    İmam (ə) Haniyə dedi:–Gördüklərini Malikə çatdır.
    Malik İmam (ə)-ın sözündən agah olub dedi:–Bu fitnə Quranların nizəyə vurulmasından irəli gəlmişdir. Bunların hamısı Əmr Asın hoqqalarıdır. Qələbəni görmürsən?! Heç rəvadırmı ki, belə bir şəraitdə döyüşü saxlayım?!
    Hani: Heç rəvadırmı ki, sən burada olasan, Əmirəl-möminin də öldürülə, yaxud tutulub Müaviyəyə təhvil verilə?!
    Malik bu sözləri eşidəndə bədəni əsdi, dərhal döyüşü saxlayıb özünü İmam (ə)-a çatdırdı. Gözü qiyamçıların bədbəxt üzlərinə sataşanda dedi:–Düşmənə üstünlük qazanıb qələbənin bir addımlığında olan bir vaxtda onlara aldandınızmı?! Allaha and olsun ki, onlar Allahın əmr və fərmanlarından boyun qaçırmış, Peyğəmbərin sünnəsini tərk etmişlər. Onlarla razılaşmayın və mənə azacıq möhlət verin, işi xətm edim.
    Qiyamçılar:–Səninlə razılaşmaq, sənin törətdiyin xətada şərik olmaqdır.
    Malik:–Çox heyf olsun ki, sizin igidləriniz öldürülmüş, alçaq və yaramazlarınız isə sağ qalmışdır. Deyin görüm siz nə vaxt haqlı olmusunuz?! Döyüşən vaxtda haqq idiniz, döyüşdən əl çəkdiyiniz vaxt batil, yoxsa döyüşəndə batil, döyüşdən əl çəkdiyiniz vaxt haqq?! Əgər belə güman edirsinizsə, onda sizin ölüləriniz imanlarını, təqvalarını və ixlaslarını etiraf etdiyiniz halda, gərək cəhənnəmdə olsunlar!
    Qiyamçılar:–Allah yolunda vuruşduq, Allaha görə də döyüşdən əl çəkirik. Biz sənə qulaq asmırıq, bizdən uzaq ol!
    Malik:–Aldanmış və döyüşü saxlamağa dəvət olunmusunuz. Ey üzüqara, alınları qabar bağlayanlar! Mən sizin namazlarınızı zahidliyin və şəhadətə eşq bəslədiyinizin nişanəsi hesab edirdim. İndi məlum oldu ki, sizin məqsədiniz ölümdən qaçmaq, dünyaya bağlanmaqdır. Vay olsun sizə! Ey nəcis yeyən heyvanlara oxşayanlar! Heç vaxt izzət və şərafət üzü görməyəcəksiniz! Zalımlar rədd olduğu kimi, siz də rədd olun!
    Bundan sonra qiyamçılar bir tərəfdən, Malik isə digər tərəfdən bir-birinə nalayiq sözlər deməyə, atlarının başlarına qamçı vurmağa başladılar. İmam (ə)-ın gözü qarşısında baş verən bu xoşagəlməz mənzərə çox əzablı idi. Həzrət əmr etdi ki, bir-birindən aralansınlar. Elə bu zaman qiyamçılar İmam (ə)-ın gözləri önündə o həzrətin Quranın hakim olmasına razılıq verməsini tələb etməyə başladılar. İmam (ə) sükut edərək fikir dəryasına qərq olmuşdu.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.104 )
    İYİRMİNCİ FƏSİL
    HƏKƏMİYYƏT MƏSƏLƏSİ VƏ TƏZYİQ QRUPU
    Əmr Asın irəli sürdüyü təklif müsbət nəticə verdi, İmam (ə)-ın qoşununda qəribə bir ixtilaf və ikitirəlik yaratdı. İxtilaf yaradanların və bu fitnəyə uyanların əksəriyyəti sadəlövh adamlar idi. Onlar Müaviyənin hiyləgərliklərinə aldanaraq İmam (ə)-ın icazəsi olmadan onun tərəfindən şüar verib deyirdilər ki, Əli Quranın hökm etməsinə razıdır. Halbuki o həzrət mütləq şəkildə sükut edərək islamın gələcəyi barəsində fikirləşirdi.("Vəqətu-Siffeyn", səh.493; "Əl-əxbarut-tival", səh.191 )
    MÜAVİYƏNİN İMAMA (Ə) MƏKTUBU
    Belə bir böhranlı şəraitdə Müaviyə Əli (ə)-a belə bir məktub yazdı: "Bizim aramızdakı çəkişmələr çox uzandı, hər birimiz qarşı tərəfdən tələb etdiyi şeydə özünü haqlı bilir, amma tərəflərdən heç biri digərinə tabe olmaq istəmir. Hər iki tərəfdən çoxlu adam öldürülmüşdür. Mən qorxuram ki, gələcək keçmişdən daha pis olsun. Bu müharibənin məsuliyyəti ikimizin boynundadır və bizdən başqa heç kim onun məsuliyyətçisi deyildir. Mən elə bir təklif irəli sürürəm ki, ümmətin xeyri və həyatı ondadır, onların özlərinin salamat qalması, dini barışıq, kinlərin aradan qaldırılması da ona bağlıdır. O təklif budur ki, razı olduğumuz iki nəfər: biri mənim, biri isə sənin tərəfindən bizim aramızda Quran əsasında mühakimə yürütsün. Bu iş həm sənin üçün, həm də mənim üçün yaxşı olar, fitnəni aradan qaldırar. Bu barədə Allahdan qorx, əgər Quran əhlisənsə Quranın hökmünə razılıq ver!"("Vəqətu-Siffeyn", səh.493-494 )
    Quranı nizələrin ucuna sancıb qaldırmaq ixtilaf yaradan bir fitnədən başqa bir şey deyildi. Bu üsul Quranın qəzavət etməsi yolunu əsla öyrətmirdi. Lakin Müaviyə bu məktubda bu şübhəni dəf edərək hər iki tərəfdən bir nəfər seçilməsini ortaya atdı. O, məktubun axırında tam həyasızlıqla İmam (ə)-ı təqvaya, Qurana dəvət etdi!
    İMAM (Ə)-IN BU MƏKTUBA CAVABI
    "Zülm və yalançılıq insanın din və dünyasını puç edər, onun xəta işlərini və qanunsuz əməllərini eyb axtaranlara aşkar edər. Sən bilirsən ki, öz keçmişini bərpa etməyə qadir deyilsən. Bir dəstə insan əhd-peymanı pozaraq nahaq yerə müxalifətə başladılar, Allahın aşkar əmrini dəyişdirdilər, Allah da onların yalanlarını ifşa etdi. Elə bir gündən qorx ki, o gündə işinin aqibəti yaxşı olanlar sevinəcək, öz rəhbəri ilə müxalifət edənlər peşman olacaqlar: bunlar dünyaya aldanaraq ona ürək bağlamışdır. Bizi Quranın hökmünə dəvət edirsən, halbuki özün onun əhli deyilsən. Biz sənə cavab vermədik, lakin Quranın hakim olmasını qəbul etdik."("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Tarixi-Təbəri", 6-cı cild, səh.28 )
    Əşəs İbn Qeys elə ilk günlərdən Müaviyə ilə gizli əlaqə yaratmaqda müttəhim olunmuşdu, müharibənin gedişində də bu əlaqələr müəyyən qədər hiss olunurdu. O, bu dəfə israr etdi ki, Müaviyənin yanına gedib onun Quranları qaldırmaqda məqsədinin nə olduğunu öyrənsin.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.28 )
    Əşəs elə ilk gündən etibarən İmam (ə)-a sədaqətli deyildi və Müaviyənin qardaşı Ütbə ilə müzakirə apardıqdan sonra sülh fikrinə düşmüşdü. O, "Leylətül-hərir"də müharibənin davam etdirilməsini hər iki tərəfin məhv olması hesab etdi. Quranların nizəyə vurulması fitnəsində də Əli (ə)-ın şamlıların dəvətinə müsbət cavab verməsinə israr edir, həm də qoşunun yorğunluğundan söz açırdı. Bu dəfə Müaviyə ilə əlaqə yaratmaq və sülh barəsində son qərara gəlməsi üçün, vaxt verilməsini tələb edirdi. (Sonra qeyd edəcəyik ki, o, İmam (ə)-ın nümayəndə təyin etməsinə imkan vermədi və o həzrətin təyin etdiyi nümayəndəni bir bəhanə ilə kənarlaşdırdıqdan sonra öz seçdiyi nümayəndəni qəbul elətdirdi. Bu da iraqlıların tam zərərinə idi.)
    Əşəs Müaviyə ilə görüşdükdən sonra təzə bir söz gətirmədi, sadəcə olaraq Müaviyənin məktubunun sözlərini yenidən təkrar etdi. Silahlı qiyamçıların göstərdiyi təzyiq İmam (ə)-ı, Quranın hakim olmasını qəbul etməyə vadar etdi. Buna görə də hər iki tərəfin qariləri iki qoşunun ortasında toplaşıb Qurana baxdılar və onun hökmünü dirçəltmək qərarına gəldilər, sonra öz yerlərinə qayıtdılar. Hər iki tərəfdən "biz Quranın hökmünə razıyıq" - səsləri ucaldı.("Tarixi-Yəqubi", 2-ci cild, səh.189; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.113; "Əl-əxbarut-tival", səh.192; "Murucuz-zəhəb", 2-ci cild, səh.402; "Vəqətü Siffeyn", səh.499 )
    İKİ QAZİNİN (HƏKƏMEYNİN) SEÇİLMƏSİ
    Aydındır ki, Quranın özü danışmır və Quranı dərk edənlər onu nitqə gətirməli, ona baxıb Allahın hökmünü çıxarmalıdırlar ki, düşmənçiliyə son qoyulsun. Bu məqsədlə qərara alındı ki, bir neçə nəfər şamlılardan, bir neçə nəfər də iraqlılardan seçilsin. Şamlılar Müaviyəyə qeydsiz-şərtsiz tabe idilər. O hər kəsi seçsəydi, ona rəy verəcəkdilər. Hamı da bilirdi ki, o bu fitnənin əsasını qoyan Əmr Asdan başqa heç kimi seçməyəcək. Yaxşı deyiblər ki, şamlılar məxluqa itaət etməkdə hamıdan müti, Xaliqə asi olmaqda hamıdan irəli idilər.
    Amma sonralar "xəvaric" adlanan "təzyiq qrupu" İmam (ə)-a iki şeyi qəbul etdirdilər (onlar sonradan həkəmiyyəti kəbirə günah sayır və onu qəbul etdiklərinə görə tövbə edirdilər, üstəlik Əli (ə)-dan da "tövbə etməsini" tələb edirdilər):
    1-Həkəmiyyəti qəbul etmək (yəni münaqişəni, hər iki tərəfdən hakim seçməklə həll etmək);
    2-İmam (ə)-ın rəy verdiyi adamları yox, öz istədiklərini seçmək.
    Tarixin başdan-başa ibrət dərsi olan bu hissəsini aşağıda qeyd edirik:
    Təzyiq qrupu:–Biz həkəmiyyətə Əbu Musanı seçirik.
    İmam (ə):–Mən heç vaxt bu işə razı olmaram və ona belə bir haqq vermərəm!
    Təzyiq qrupu:–Biz də ondan qeyrisinə rəy vermirik. Çünki ilk gündən bizi müharibədən saxlayaraq onu böyük fitnə hesab edən yalnız o idi.
    İmam (ə):–Əbu Musa xilafətimin ilk çağlarında məndən ayrıldı və camaatın mənə kömək etməsinə mane oldu, cəzalandırılmaqdan qorxduğu üçün də qaçdı. Nəhayət ona aman verdim, o da mənə tərəf qayıtdı. Mən həkəmiyyətə Ibni Abbası seçirəm.
    Təzyiq qrupu:–Biz səninlə Ibni Abbasın arasında heç bir fərq görmürük. Elə bir adamı seç ki, sənə və Müaviyəyə qarşı eyni fikirdə olsun.
    İmam (ə):–Malik Əştəri bu işə seçirəm.
    Təzyiq qrupu:–Malik müharibə odunu qızışdırmışdır. Biz də məhz onun hökmünə ! görə məhkum olunmuşuq.
    İmam (ə):–Malikin hökmü nədir ki?
    Təzyiq qrupu:–O, camaatı bir-birinin canına salaraq səninlə özünün istədiyini yeritmək istəyir.
    İmam (ə):–Əgər Müaviyə özünə hakim seçməkdə tam azaddırsa, onda Qüreyşdən olan bir nəfər (Əmr As) qarşısında Qüreyşdən olan bir nəfərdən (Ibni Abbasdan) başqası münasib deyildir. Siz də onun müqabilində Əbdüllah Ibni Abbası seçin, çünki Əmr As işə nə qədər düyün vursa, Ibni Abbas onları açar və o nə qədər düyün açsa, Ibni Abbas onu bağlayar. İbni Abbas onun möhkəmlətdiyi işi süstləşdirər, süstləşdirdiyi işi möhkəmlədər.
    Əşəs:–Əmr Asla Əbdüllah Ibni Abbas hər ikisi Müzər qəbiləsindəndir. Müzərdən olan iki nəfər bir-biri ilə qəzavət etməməlidirlər. Əgər biri Müzərdən olsa, (Məsələn, Əmr As) ikincisi hökmən yəmənli olmalıdır (Əbu Musa Əşəri)!
    (Heç kəs Əşəsdən bu qanunu haradan çıxardığını soruşmur.)
    İmam (ə):–Qorxuram ki, sizin seçdiyiniz yəmənli aldansın, çünki Əmr As elə bir adamdır ki, öz məqsədinə çatmaqda heç nədən çəkinmir.
    Əşəs:–Allaha and olsun, əgər o iki həkəmdən biri yəmənli olsa, hətta bizim istəyimizin əksinə qəzavət etsə belə, bizim üçün daha yaxşıdır; əgər hər ikisi Müzər qəbiləsindən olsa, bizim istəyimiz kimi qəzavət etsə də belə, bizim üçün xoşagəlməzdir.
    İmam (ə):–Indi ki, Əbu Musa Əşəri üçün bu qədər israr edirsiniz, onda özünüz bilin. Nə istəyirsinizsə, onu da edin!("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 13-cü cild, səh.309 )
    Əbu Musa Əşəri Kufənin valisi olanda Cəməl müharibəsini yatırtmaq üçün camaatın İmam (ə)-a kömək etmələrinin qarşısını almışdı. O bəhanə gətirib deyirdi ki, Peyğəmbər (s) buyurmuşdur: "Hər vaxt mənim ümmətimin arasında fitnə yaransa, kənara çəkilin." Indi isə həkəmiyyətdə İmam (ə)-ın nümayəndəsi olmaq istəyir! Şübhəsiz, o, sadəlövh olmaqdan əlavə, İmam (ə)-la müxalif olduğuna görə onun xeyrinə rəy verməyəcəkdi.
    İmam (ə) təzyiq qrupunu öz yanlış və azğın fikirlərindən döndərmək üçün heç nəyi əsirgəmədi. Buna görə də bütün sərkərdələri bir yerə yığıb ümumi bir yığıncaqda məsələni belə aydınlaşdırdı: Agah olun! Şamlılar öz istədiklərini, ən yaxın adamları olanları seçdilər, siz isə xoşunuza gəlməyən adamlar arasında ən yaxın olanı (Əbu Musanı) həkəmiyyətə seçdiniz. Sizin işiniz Əbdüllah İbn Qeys (Əbu Musa Əşərinin adıdır) kimilərlədir. O dünən deyirdi: "Müharibə fitnədir; kamanlarınızın bəndlərini qırın və qılıncları qınına qoyun." Əgər o doğru danışandırsa, nə üçün öz xoşuna döyüşdə iştirak etdi?! Əgər yalançıdırsa, deməli müttəhim olunur. Əmr Asın sinəsini Əbdüllah Ibni Abbasın düyünlənmiş yumruğu ilə sındırın, möhlət verənlərdən istifadə edin və islam sərhədlərinin (nəzarətini) ixtiyarınıza alın. Məgər görmürsünüz ki, şəhərləriniz təcavüzə məruz qalmış, ölkələriniz düşmən oxlarına hədəf olmuşdur?!(Əl-İmamətu vəs-siyasət"; "Əxbarut-tival", səh.149; "Tarixi-Yəqubi", 2-ci cild, səh.189; "Nəhcül-bəlağə"nin şərhi , (Ibni əbil-Hədid), 2-ci cild, səh.232 )
    İmam (ə)-ın sözləri sərkərdələrə yalnız bu qədər təsir qoydu ki, onlar o həzrətlə təklikdə görüşdülər. Əhnəf İbn Qeys İmam (ə)-a dedi:–Mən Əbu Musanı yoxlamışam, idrak qüvvəsi çox da güclü deyil. Əvvəllər də islama qarşı vuruşmuşdur. Əgər istəyirsinizsə, həkəmiyyətə məni seçin. Əgər bunu məsləhət görmürsünüzsə məni ikinci, yaxud üçüncü hakim təyin edin, görün Əmr Asın vurduğu düyünləri necə açar, açdığı düyünləri necə bağlayaram.
    İmam (ə) Əhnəfin nümayəndəliyini irəli sürdü, lakin onlar o qədər inadkar və azğın idilər ki, Əbu Musadan başqasına rəy vermədilər. Onun seçilməsi o qədər xəsarətli idi ki, şamlı bir şair öz şerində bunu belə aşkara çıxarmışdı:
    Əgər Iraq camaatının yaxşı bir rəyi olsaydı onları azğınlıqdan qurtarar, Ibni Abbası seçərdilər.
    Lakin yəmənli bir qocanı seçdilər ki, o beşlə-altını seçə bilmir.
    Haqqı deməkdə qorxusu olmayan bir nəfərin sözlərini Əliyə çatdırın:
    Əbu Musa Əşəri etimadlı adam deyildir."
    Gələcəkdə qeyd edəcəyik ki, Müaviyə ilə sülh etməyi İmam (ə)-a qəbul etdirən, həkəmləri seçməkdə o həzrətə imkan verməyənlər elə həkəmiyyət məsələsini kəbirə günah sayan ilk şəxslər oldular və əhd-peyman bağladıqdan sonra İmam (ə)-ı onu pozmaqda müttəhim etdilər. Amma İmam (ə) heç vaxt peymanı pozmaz və bu "müqəddəs insanların" sözlərinə bir daha qulaq asmazdı. İndi həkəmiyyətdə müqavilə sənədinin mətninin necə yazıldığını və İmam (ə)-ın üçüncü dəfə olaraq təzyiq qrupunun rəylərinin təsiri altında qalıb-qalmadığını araşdırırıq.
    HƏKƏMİYYƏT MÜQAVİLƏSİNİN QƏBUL ETDİRİLMƏSİ
    Siffeyn müharibəsinin sonundakı həkəmiyyət hadisəsi islam tarixində misli görünməmiş bir məsələ hesab olunur. Əmirəl-möminin Əli (ə) qələbənin iki addımlığında idi, əgər onun nadan köməkçiləri müharibəni saxlamasaydılar, yaxud, heç olmazsa, ona maneçilik törətməsəydilər, o həzrət fitnənin kökünü kəsər, xəbis əməvi sülaləsinin sonradan səksən il davam edəcək hökumətinə son qoyar, nəticədə islam tarixini və müsəlmanların mədəniyyətini tamamilə dəyişdirərdi. Amma o, Əmr Asın hiyləgərliyi və özünün qoşunundakı nadan əsgərlərin çoxunun aldanması nəticəsində müharibəni qəti qələbəyə qədər davam etdirə bilmədi. Belə nadan "dostlar"ın vurduqları ziyan ağıllı düşmənin vurduğu xəsarətdən qat-qat artıq idi. Onlar İmam (ə)-a dörd məsələni qəbul etdirdilər ki, bunun zərəri əvvəlcə özlərinə, sonra isə digər müsəlmanlara dəydi:
    1-Müharibəni dayandırıb Quranın və Peyğəmbər (s) sünnəsinin hakimliyini qəbul etmək.
    2-Əbu Musanı (İmam (ə) tərəfindən) nümayəndə seçmək.
    3-Həkəmiyyət müqaviləsinin mətnindən "Əmirəl-möminin" ləqəbini çıxartmaq.
    4-Müqavilə imzalandıqdan sonra onu pozmağa dair israr etmək.
    Yuxarıda birinci və ikinci bəndin qəbul etdirilməsi aydınlaşdı. İndi isə üçüncü və dördüncü bəndin necə qəbul etdirilməsini bəyan edirik. Quranların nizəyə keçirilməsindən sonra döyüşün toz-torpağı yatdı, mübahisələr dayandı və qərara alındı ki, hər iki tərəfin başçıları həkəmiyyət müqaviləsini tənzim etsinlər. Bir tərəfdə İmam (ə) öz tərəfdarları ilə, o biri tərəfdə də Müaviyə və onun "ayrılmış əqli" Əmr As öz mühafizəçiləri ilə dayandı. Müqavilənin yazılması üçün iki sarı vərəq hazırlandı. Vərəqlərin həm baş tərəfində, həm də axırında İmam (ə)-ın "Muhəmmədun Rəsulullah" yazılmış möhrü vurulmuşdu. Müqavilənin mətnini Əli (ə) deyir, o həzrətin katibi Übeydullah İbn Rafe də onu yazırdı. İmam (ə) öz sözlərini belə başladı:
    "Bu, Əmirəl-möminin Əli və Əbu Süfyanın oğlu Müaviyə arasında olan bir müqavilədir, onların tabeçiləri onun əsasında Allah kitabının və onun Peyğəmbərinin qəzavət etməsini qəbul etmişlər."
    Bu vaxt Müaviyə yerindən atıldı, dedi:–Bir nəfəri "Əmirəl-möminin" kimi qəbul edən, sonra isə onunla mübarizə edən şəxs axmaqdır!
    Əmr As dərhal İmam (ə)-ın katibinə dedi:–Əlinin adını və atasının adını yaz. O, sizin əmirinizdir.
    İmam (ə)-ın şücaətli sərkərdəsi Əhnəf o həzrətə dedi:–Məbada "Əmirəl-möminin" ləqəbini öz adının yanından pozsan! Əgər pozasan, bir daha geri qayıtmayacağından qorxuram. Bu sözü, hətta ölüm-dirimə gətirib çıxarsa belə, qəbul etmə!
    Söz uzandı və günün bir hissəsi bu məsələnin müzakirəsi ilə keçdi. İmam (ə) öz adının yanından bu kəlmənin pozulmasına razı olmadı. Müaviyə ilə əvvəldən sirdaş olan və ilk günlərdən İmam (ə)-la dostluq pərdəsi altında onun əleyhinə işləyən Əşəs İbn Qeys israrla bu ləqəbin götürülməsinə çalışırdı. Bu çəkişmələrdə İmam (ə) "Hüdeybiyyə" sülhünün acı xatirələrini qeyd edib buyurdu: Hüdeybiyyədə Peyğəmbər (s)-in katibi mən idim. Bizim tərəfdə Rəsulullah, müşriklərin tərəfində isə Süheyl İbn Əmr dayanmışdı. Mən sülh müqavləsini bu şəkildə tənzim etdim: "Bu, Allahın Rəsulu Mühəmmədlə Süheyl İbn Əmr arasında olan sülh müqaviləsidir." Amma müşriklərin nümayəndəsi Peyğəmbərə dedi:–Mən "Rəsulullah" kəlməsi ola-ola onu heç vaxt imzalamaram. Mən sənin doğrudan da Allah Peyğəmbəri olduğunu bilsəydim, səninlə heç vaxt vuruşmazdım. Allahın peyğəmbəri olduğun halda səni təvafdan saxlasam, zülmkarlardan olaram. Yaz ki, "Mühəmməd İbn Əbdüllah", mən də qəbul edim." Bu vaxt Peyğəmbər (s) mənə buyurdu: "Əli, mən həm Allahın Peyğəmbəri, həm də Əbdüllahın oğluyam. "Rəsulullah" ləqəbini adımın yanından silməklə mənim risalətim aradan getməz." Bəli, o gün müşriklər Rəsulullah ləqəbini onun adının yanından pozmaq üçün mənə çox təzyiq göstərdilər. O gün Peyğəmbər müşriklər üçün sülhnamə yazmışdı, bu gün də mən onların (müşriklərin) övladları üçün yazıram. Mənim yolum elə Peyğəmbərin yoludur.
    Əmr As qəzəblənib Əli (ə)-a dedi:–Sübhanəllah! Biz mömin olduğumuz halda bizi kafirlərə və müsəlmanların düşmənlərinə oxşatdın!
    İmam (ə) buyurdu: Elə bir gün olmuşdurmu ki, sən kafirlərin himayəçisi və müsəlmanların düşməni olmayasan?! Sən elə səni doğan anana oxşayırsan!
    Bu sözləri eşidən Əmr As məclisdən durub dedi:–Allaha and olsun, bundan sonra heç vaxt səninlə bir məclisdə oturmaram!
    İmam (ə)-ın "dostlarının" Əmirəl-möminin ləqəbinin o həzrətin adının yanından silinməsi üçün təzyiq göstərmələri o həzrətin məzlumiyyətində yeni səhifələr açdı.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.112)
    Lakin bunun müqabilində İmam (ə)-ın sədaqətli dostlarından bir qrupu qılınclarını siyirmiş halda o həzrətin hüzuruna gəlib dedilər: Əmr ver, icra edək!
    Osman İbn Hənif onlara nəsihət verib dedi:–Hüdeybiyyə sülhündə mən də var idim. Biz də Peyğəmbər (s)-in yolu ilə gedirik.("Əl-əxbarüt-tival", səh.195; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə,səh.29; "Murucuz-zəhəb", 2-ci cild, səh.403)
    İmam (ə) buyurdu: Hüdeybiyyədə Peyğəmbər (s) bu hadisəni mənə xəbər verib buyurmuşdu: "Belə bir gün sənin üçün də vardır; sən də məcburiyyət qarşısında qalaraq belə bir iş görəcəksən."
    SÜLH MÜQAVİLƏSİNİN MƏTNİ
    Tərəflər arasındakı bu münaqişə İmam (ə)-ın öz sözünü geri götürərək Peyğəmbər (s)-in yolunu seçməsi ilə sona çatdı. Əli (ə) öz mübarək adının "Əmirəl-möminin" ləqəbi olmadan yazılmasına razılıq verdi. Beləliklə, müqavilənin yazılması davam etdi. Onun ən mühüm maddələri aşağıdakılar idi:
    1-Tərəflər razılaşdı ki, Quranın hökmünü qəbul etsinlər, onun göstərişlərindəki hüdudlardan kənara çıxmasınlar, Qurandan başqa heç nə onları birləşdirməsin və ixtilaflı məsələlərdə əvvəldən axıra kimi Quranı özlərinə hakim seçsinlər.
    2-Əli və onun tərəfdarları Əbdüllah İbn Qeysi (Əbu Musa Əşərini), Müaviyə və onun tərəfdarları isə Əmr Ası özlərinə hakim seçsinlər.
    3-Hər iki nəfərdən Allahın Öz bəndəsindən əhd-peyman aldığı ən yüksək səviyyədə əhd-peyman alındı ki, Allahın Kitabını özlərinə yolgöstərən seçsinlər, Onun hökmünü bildikləri vaxt ondan kənara çıxmasınlar, bilmədikləri vaxt Peyğəmbər (s)-in sirə və sünnəsini əsas götürsünlər, ixtilafa yol verməsinlər, həvayi-nəfsə tabe olmasınlar və şübhəli işlərə qarışmasınlar.
    4-Əbdüllah İbn Qeyslə Əmr Asın hər biri öz rəhbərindən ilahi bir peyman aldılar ki, onların Kitab və Peyğəmbər sünnəsi əsasında olacaq qəzavətlərinə razı olsunlar. Onların malı, canı və namusu hər iki tərəf haqdan çıxmayıncaya qədər toxunulmazdır.
    5-Əgər qazilərdən biri öz vəzifəsini yerinə yetirməzdən qabaq ölsə, həmin tərəfin rəhbəri qabaqkı şərtlərlə yenidən adil bir şəxsi onun yerinə seçə bilər. Əgər rəhbərlərdən biri qəzavət yerinə yetirilməzdən qabaq ölsə, tabeçiləri onun yerinə bir nəfər seçə bilərlər.
    6-Hər iki hakimdən əhd-peyman alındı ki, bu yolda ciddi səy etməkdə heç nəyi əsirgəməsinlər, nahaq hökm verməsinlər. Əgər öz əhd-peymanlarına əməl etməsələr, ümmət hər ikisinin qəzavətindən bezarlıq elan etsin, bu halda artıq onların qarşısında heç bir iltizam yoxdur.
    Bu müqaviləyə əməl etmək bütün əmirlərə, qazilərə və ümmətə vacibdir. Bundan sonra, o əhd-peymanın müddəti qurtarana kimi camaatın mal, can və namusları əmin-amanlıqdadır. Silahlar yerə qoyulmalı, yollarda təhlükəsizlik bərqərar edilməlidir. Bu barədə həmin məclisdə hazır olanlarla qaiblər arasında heç bir fərq yoxdur.
    7-Hər iki qazi Iraqla Şam arasında yerləşən bir məntəqədə düşərgə salmalı, onların istədiklərindən başqa heç kim orada olmamalıdır. Onlara mübarək Ramazan ayının axırına kimi möhlət verilir, bu müddətdə qəzavət işini sona çatdırmalıdırlar, istəsələr ondan tez də qəzavət edə, yaxud həcc mövsümünə qədər uzada bilərlər.
    8-Əgər hər iki qazi Allahın Kitabı və Peyğəmbərin sünnəsinə müvafiq şəkildə qəzavət etməsələr, müsəlmanlar müharibəni davam etdirəcəklər və bu halda artıq tərəflər arasındakı müqavilə ləğv olunacaq, heç bir əhdnamə mövcud olmayacaqdır. İslam ümmətinə vacibdir ki, bu əhdnamədə yazılanlara əməl etsinlər, hamılıqla zorakılıq etmək, yaxud əhdnaməni pozmaq istəyənlərin qarşısında vahid bir ümmət olsunlar.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.162; "Vəqətu-Siffeyn", səh.510; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.30 )
    Təbərinin nəql etdiyinə görə hər iki tərəfdən on nəfər şahid kimi həkəmiyyət əhdnaməsini (müqaviləsini) imzaladılar. İmam (ə)-ın tərəfindən: Əbdüllah Ibni Abbas, Əşəs İbn Qeys, Malik Əştər, Səid İbn Qeys Həmdani, Xəbbab İbn Ərrət, Səhl İbn Hənif, Əmr İbn Həmiq Xəzai, İmam (ə)-ın iki oğlu–Həsənlə (ə) Hüseyn (ə) gözə dəyirdi.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.163 ) Əhdnamə 37-ci ilin səfər ayının 17-də, çərşənbə günü, axşamçağı yazıldı və tərəflər onu imzaladılar.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.237; "Vəqətu-Siffeyn", səh.512 "Murucuz-zəhəb", 1-ci cild, səh.403; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.163; "Əl-əxbarüt-tival", səh.197 )

    Hər iki qazi qərara aldı ki, Şamla Hicazın sərhəddində yerləşən Əzrəh adlı yerə gedib orada qəzavətə başlasınlar; həmçinin hər iki tərəfdən dörd yüz nəfər də onlarla getdi ki, bir nəzarətçi kimi qəzavətə nəzarət etsinlər.
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 757 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024