İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:38 AM
    HƏKƏMİYYƏTİN İMAM (Ə)-IN QOŞUNUNDA BURAXDIĞI ƏKS-TƏSİR
    Əhdnamə tənzim olunduqdan sonra qərara alındı ki, Şam və Iraq camaatı müzakirənin nəticəsindən xəbərdar olsunlar. Əşəs həkəmiyyət müqaviləsini həm şamlılara, həm də iraqlılara təqdim etdi. Şamlılarda heç bir müxalifətçilik müşahidə olunmadı. Amma iraqlıların içindən Ənzət tayfası müxalifətə başladı və o tayfadan olan Midan və Cəd ilk dəfə olaraq "Allahdan başqası üçün heç bir hökm (etmə haqqı) yoxdur!" şüarını verdilər, sonra qılınclarını siyirib şamlılara hücum etdilər və Müaviyənin xeyməsinin yanında qətlə yetirildilər. Əhdnamə Murad qəbiləsinə təqdim olunanda onların rəisi Saleh İbn Şəfiq də yuxarıdakı şüarı verdi və dedi:
    "Allahdan başqası üçün heç bir hökm (etmə haqqı) yoxdur–müşriklərin xoşuna gəlməsə də belə!"
    Sonra bir şer oxudu, onun tərcüməsi belədir:
    "Nə oldu ki, Əli tökülən qanlar qarşısında həkəmiyyətə razı oldu?!
    Halbuki əgər əhzabla (Müaviyə və onun həmfikirləri ilə) vuruşsaydı, onun işində heç bir nöqsan olmazdı."
    Əşəs Bəni-Təmimin bayraqlarının yanında dayanıb əhdnaməni onlara təqdim edəndə onlardan həmin şüar eşidildi. Onların içindən Ürvə Təmimi dedi:–Kişiləri Allah dinindən qabağa salaraq onları qazi seçirsiniz?! Hökm və qəzavət yalnız Allaha məxsusdur. Ey Əşəs, bəs bizdən öldürülənlərin taleyi necə oldu? (Yəni onlar haqq yolda öldürülüblər, yoxsa batil yolda?")("Vəqətu-Siffeyn", səh.513; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.237 )
    Bunu deyib qılıncla Əşəsə hücum etdi, lakin onun vurduğu zərbə Əşəsin atına dəyib onu atdan yerə yıxdı. Əgər Əşəsin köməyinə gəlməsəydilər, o, Ürvənin əli ilə öldürüləcəkdi. Əşəs Iraq ordusunun arasında sonra gəzib İmam (ə)-ın hüzuruna gəldi, öz işini elə qələmə verdi ki, guya İmam (ə)-ın dostlarının əksəriyyəti həkəmiyyət əhdnaməsinə razıdır və bir-iki qrupdan başqa heç kim onunla müxalifət etmir. Amma çox keçmədən hər iki tərəfdən "Hökm yalnız Allaha məxsusdur", "Ya Əli, hökm Allahındır, sənin yox!" kimi şüarlar ucalmağa başladı. Onlar deyirdilər: "Biz kişilərin Allah dinində hakim olmasına (və Allahın hökmünü dəyişməsinə) heç vaxt icazə vermərik! Allah fərman vermişdir ki, Müaviyə və onun dostları ya öldürülsün, ya da tutulub bizə təhvil verilsinlər. Həkəmiyyət məsələsi bizim buraxdığımız bir xəta idi. Biz bundan qayıdıb tövbə etdik. Sən də tövbə et, əks təqdirdə səndən də bezarlıq elan edəcəyik.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid),2-ci cild, səh.238 )
    QƏBUL ETDİRİLƏN DÖRDÜNCÜ İŞ
    İmam (ə)-ın nadan "dostları" bu dəfə dördüncü bir işi o həzrətə qəbul etdirərək elə həmin gün həkəmiyyət müqaviləsini qüvvədən salmasını tələb edirdilər. Lakin bu dəfə İmam (ə) tam ciddi şəkildə müqavimət göstərdi, onların üstünə fəryad edib dedi:–Vay olsun sizə, indi də belə deyirsiniz?! Indi ki, razı olub əhdnaməni imzaladıq, yenidən müharibəyə başlayaq?! Məgər Allah-Taala "Ilahi əhd-peymanlara, onları bağladığınız vaxt vəfa edin və andları möhkəmlədəndən sonra sındırmayın, halbuki, Allahı öz işlərinizə zamin seçirsiniz. Allah gördüyünüz işlərdən agahdır." - deyə buyurmamışdırmı?!(Vəqətu-Siffeyn", səh.518 )
    Amma İmam (ə)-ın sözləri onlara təsir qoymadı, o həzrətə itaət etməkdən boyun qaçırdılar, həkəmiyyəti zəlalət və azğınlıq sayaraq İmam (ə)-dan bezarlıq elan etdilər və tarixdə islam tayfaları arasında ən təhlükəli firqə olan "xəvaric" adı ilə məşhurlaşdılar. Bunlar tarix boyu heç bir hökumətlə razılaşmamış, özlərinə məxsus olan bir yol seçmişlər. Biz "mariqin" fəslində onların ideoloji səhvlərini ətraflı şəkildə açıqlayıb qeyd edəcəyik ki, həkəmiyyət dedikdə məqsəd "kişilərin Allah dinində hakimiyyəti" deyil, tərəflərin ixtilaflı olduğu məsələdə Quranın və Peyğəmbər (s) sünnəsinin hökm etməsi idi. Bu hökm, o cür böhranlı bir şəraitdə Əmr As tərəfindən irəli sürülməsinə, hiylə və məkrlə yanaşı olmasına baxmayaraq, çox düzgün və məntiqi bir iş idi. İmam (ə) özü bu barədə buyururdu: "Biz Allah dinində adamları deyil, Quranı hakim etmişik. Bu Quran da iki cildin arasında yerləşən, dil açıb söz danışmayan bir xətdir. Onu bəyan edən bir nəfər hökmən lazımdır. Bəyan edənlər ondan söz açırlar. Şamlılar bizə "Gəlin Quranı hakim seçək" deyəndə, biz ondan üz çevirmədik. Çünki, Allah-Taala Quranda buyurur: "Əgər bir şeydə ixtilafınız olsa, Allaha və Onun Peyğəmbərinə müraciət edin." Allaha müraciət etmək Qurana, Peyğəmbərə müraciət etmək isə onun sünnəsinə qayıtmaq deməkdir."
    İmam (ə)-ın bu xütbədə diqqət yetiriləsi bir cümləsi vardır. O həzrət buyurmuşdu: "Əgər həqiqətdə Allahın Kitabı əsasında hökm olunsa, ümmət içində biz ona qarşı ən ləyaqətli adamlarıq; əgər Peyğəmbərin sünnəsi əsasında qəzavət olunsa, yenə də biz ona qarşı ən səlahiyyətli adamıq."
    Beləliklə Siffeyn döyüşü belə bir gündə, İmam (ə)-ın və onun dostlarının qiymətli vaxtını aylarla tutandan sonra sona çatdı. Bundan sonra qoşunlar bir-birindən aralanıb öz yerlərinə qayıtdılar. (İmam (ə)-ın ordusundan 20-21 min nəfər şəhid edilmişdi, şamlılardan isə 40-50 min, başqa rəvayətə görə 90 min nəfər öldürülmüşdü.)
    ƏSİRLƏRİN AZAD OLUNMASI
    Müqavilə sənədinin kağızları yazılıb imza edildikdən və hamıya paylandıqdan sonra Əmirəl-möminin Əli (ə) düşmən tərəfdən tutulan bütün əsirləri birtərəfli olaraq azad etdi. Halbuki şamlı əsirlər azad olunmazdan qabaq Əmr As, Müaviyənin İmam (ə) tərəfdən tutulan əsirləri edam etməsini israr edirdi. Müaviyə İmam (ə)-ın bu alicənablığını görəndə bədəni əsməyə başladı, Əmr Asa dedi:–Əgər biz əsirləri öldürsəydik, dost-düşmən içində rüsvay olardıq.
    Müharibə boyu İmam (ə)-ın əsirlərlə olan rəftarı belə idi: əgər bir nəfər heç kəsi öldürmədən əsir düşsəydi, onu azad edirdi, lakin əsir düşən şəxs adam öldürmüş olsaydı, ondan qisas alınır və öldürülürdü. Əgər azad olunmuş əsir yenidən əsir düşsəydi, sorğu-sualsız edam olunurdu. Çünki düşmən ordusuna qayıtması onun mənfur niyyətini göstərirdi.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.167; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.37; "Vəqətu-Siffeyn", səh.533 "Əl-əxbarüt-tival", səh.198 )
    İMAM (Ə) HƏKƏMİYYƏTİN VƏZİYYƏTİNƏ NƏZARƏT EDİR
    İmam (ə) Siffeyndən Kufəyə qayıtdıqdan sonra da həkəmiyyətdən qafil qalmır, müntəzəm surətdə Ibni Abbasa lazım olan tövsiyələri edirdi. (Ibni Abbas 400 nəfərə başçılıq edərək o məntəqəyə göndərilmişdi).
    Müaviyə də oraya 400 nəfər göndərmişdi.
    İmam (ə)-ın dostları ilə Müaviyənin adamları arasında olan fərq bu idi ki, şamlılar öz başçılarına kor-koranə və qeydsiz-şərtsiz itaət edirdilər, Müaviyədən bir məktub gələndə heç vaxt "Müaviyə nə yazıb?" - deyə soruşmazdılar. Halbuki İmam (ə)-dan Ibni Abbasa bir məktub gəldikdə, hamının nəzər-diqqəti ona yönəlirdi ki, görsünlər İmam (ə) ona nə göstərişlər verir. Buna görə də Ibni Abbas onları danlayıb dedi:–"Nə vaxt İmamdan bir xəbər çatsa, soruşursunuz ki, nə yazmışdır. Əgər gizlətsəm, deyəcəksiniz ki, nə üçün gizlətdin; açıb desəm də sirrimiz açılar, heç bir şey gizli qalmaz."("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.86 "Vəqətu-Siffeyn", səh.528)
    İYİRMİ BİRİNCİ FƏSİL
    İMAM (Ə)-IN SİFFEYNDƏN KUFƏYƏ QAYITMASI
    Bütün çıxış yolları bağlandıqdan sonra məcburiyyət qarşısında qalan İmam (ə) ikrah üzündən həkəmiyyəti qəbul etdi. Çünki əgər müqavimət göstərsəydi, daxili müxaliflər Müaviyənin ordusu ilə əlbir olub İmam (ə)-la müharibəyə qalxacaqdı. Bunun da nəticəsi o həzrətin özünün və onun sadiq dostlarının qətlə yetirilməsindən başqa bir şey olmayacaqdı. Buna görə də həkəmiyyət sona çatandan sonra İmam (ə) məsələnin həll olunması üçün Kufəyə qayıtdı ki, nümayəndələr və bir nəzarətçi heyət göndərsin. O, hərəkətə başlayanda Peyğəmbər (s)-dən də nəql olunan bu duanı oxuyurdu:
    "Ilahi, səfərin məşəqqətindən, qayıtmaq qəmindən, malın və əhl-əyalın düçar olacağı bəladan Sənə pənah aparıram!"
    İmam (ə) bu duanı oxuya-oxuya Kufəyə yola düşmək üçün Fəratın sahilinə çıxdı. Səndəvda şəhərinə çatanda Bəni-Səid qəbiləsi o həzrətin pişvazına çıxıb xahiş etdilər ki, onlara qonaq olsun, lakin İmam (ə) onların dəvətlərini qəbul etmədi.("Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.33; "Vəqətu-Siffeyn", səh.528 ) Kufə xurmalıqlarına yaxınlaşanda evinin kölgəsində oturan qoca bir kişi ilə qarşılaşdı. Üzündə xəstəliyin əsər-əlaməti görünürdü. İmam (ə)-la o qoca arasında belə bir söhbət oldu:
    İmam (ə):–Rəngin niyə qaçıb? Xəstəsənmi?
    Qoca kişi:–Bəli.
    İmam (ə):–Xəstəliyi xoşlamırdınmı?
    Qoca kişi:–Xeyr, xəstə olmaq istəmirəm.
    İmam (ə):–Belə xəstəliklər Allah yanında xeyir bir iş hesab olunmurmu?
    Qoca kişi: Bəli.
    İmam (ə):–Müjdə olsun ki, Haqqın rəhməti sənə şamil olmuş, günahların bağışlanmışdır! Adın nədir?
    Qoca kişi:–Adım Saleh, atamın adı Səlimdir. Səlman İbn Təyy qəbiləsindənəm. Biz Səlim İbn Mənsur qəbiləsi ilə həmpeymanıq.
    İmam (ə): – Həm sənin öz adın, həm atanın adı, həm də
    həmpeymanınızın adı necə də gözəldir! Bu müharibədə bizim tərəfdə iştirak edirdinmi?
    Qoca kişi:–Xeyr, iştirak etməmişəm, amma çox arzu edirdim. Gördüyün kimi, zəifliyim məni bu işdən saxlamışdır.
    İmam (ə):–Allahın kəlamını eşit: "Zəiflərə, xəstələrə, cihad yolunda xərcləməyə mal-dövləti olmayanlara Allah və Onun Peyğəmbərinə xatir xeyirxahlıq istəmələrinin maneçiliyi yoxdur. Allah bağışlayan və rəhimlidir."
    İmam (ə):–Camaat bizim şamlılarla olan bu işimiz barədə nə deyir?
    Qoca kişi:–Sənə qarşı bədxah olanlar sənin bu işindən sevinirlər, lakin sənin həqiqi dostların qəzəblənmiş və çox təsirlənmişlər.
    İmam (ə):–Düz deyirsən. Allah sənin xəstəliyini günahlarının bağışlanmasına bir səbəb etsin. Çünki xəstəlikdə heç bir mükafat yoxdur, lakin günahların bağışlanmasına səbəb olar. Mükafat əmələ, danışığa aiddir, lakin eyni halda gərək hüsnü-niyyətdən qafil olmayasan. Çünki, Allah çoxlarını xeyir niyyətlərinə görə behiştə aparacaq.("Vəqətu-Siffeyn", səh.529-530; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34)
    İmam (ə) bu sözləri deyib yoluna davam etdi. Bir qədər yol gedəndən sonra Əbdüllah İbn Vədiə Ənsari ilə rastlaşdı, Müaviyə ilə olan əhdnamə barəsində camaatın fikrini ondan öyənmək istədi. Onların arasında belə bir söhbət oldu:
    İmam (ə):–Camaat bizim işimiz barədə nə deyir?
    Ənsari:–Camaat arasında iki fikir var. Bəziləri onu bəyənmiş, bəziləri isə bəyənməmişdir. (Quranın ifadəsi ilə desək, "Onlar həmişə ixtilafdadırlar.")
    İmam (ə):–Təhlilçilər nə deyir?
    Ənsari:–Onlar deyirlər ki, Əlinin ətrafında bir dəstə adam var idi, amma Əli onları dağıtdı; onun möhkəm bir qalası var idi, lakin onu viran etdi. Əli itirdiyi adamları nə vaxt tapa bilər və dağıtdığı binanı nə vaxt düzəldə bilər?! Əgər o, döyüşü ona itaət edənlərlə birlikdə davam etdirsəydi, qələbə də çalsaydı, məğlub da olsaydı, onda ağıllı və siyasətlə uyğun olan bir iş görmüş olardı.
    İmam (ə):–Mən viran etdim, yoxsa onlar (xəvariclər)?! O cəmiyyəti mən dağıtdım, yoxsa onların özləri ixtilaf və ikitirəlik yaratdılar?! Bəzilərinin mənimlə müxalifətə başladığı vaxt mənə vəfadar qalanlarla döyüşü davam etdirməyim elə bir iş deyildi ki, mən ondan qafil olam. Mən öz canımdan keçib ölümü gülərüzlə qəbul etmək istəyirdim, lakin Həsənlə Hüseynə baxanda gördüm ki, onlar şəhadət üçün məndən qabağa keçirlər. Qorxdum ki, onların şəhid olması ilə Peyğəmbər (s)-in sülaləsi kəsilsin. Odur ki, bu işi məsləhət görmədim. Allaha and olsun, əgər şamlılarla yenidən qarşılaşsam, bu yolu seçərəm və bu vaxt Həsənlə Hüseyn də mənimlə olmaz.("Vəqətu-Siffeyn",səh.529-530; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34 )
    Ənsarinin İmam (ə)-la açıq söhbətindən iki məsələ aydınlaşır:
    1) İmam (ə)-ın bərqərar etdiyi mühitin tamamilə azad bir mühit olması. Belə ki, hökumət barəsində hamı özünün müxtəlif rəy və fikirlərini aşkar edə bilirdi. İmam (ə)-ın qarşısında həm müvafiqlər, həm də müxaliflər öz əqidələrini bildirməkdə bərabər idilər, müxaliflər silaha əl atmayınca, silahlı qiyam etməyincə tam azadlığa malik idilər.
    2) Peyğəmbər (s) sülaləsinin qorunub saxlanması. Quran o həzrətin sülaləsini "Kövsər" adlandırmışdır, onu qorumaq islamda ən mühüm vacib əməllərdəndir. İmam (ə) Müaviyə və sayı çox da az olmayan daxili müxalifətlə mübarizəni davam etdirsəydi, bu iş Həsənlə-Hüseynin (ə) şəhid olmalarına, Peyğəmbər (s)-in sülaləsinin kəsilməsinə, həmçinin İmamətin aradan getməsinə səbəb olacaqdı. İmam Zaman (ə)-ın zühuruna kimi məsumların nəslinin qalıb davam etməsinə dair Allahın iradəsi Əli (ə)-ın həkəmiyyəti qəbul etməsini gərəkli edirdi. Bu məsələ həkəmiyyətin qəbul edilməsinin yeganə dəlili deyildi, amma İmam (ə)-ı bu işə vadar edən səbəblərdən biri sayılırdı.
    İMAM (Ə) XUBBAB İBN ƏRRƏTİN QƏBRİ QARŞISINDA
    İmam (ə) öz seyrini davam etdirərək, Bəni-Ovf qəbiləsinin evlərinin qabağında dayandı. Yolun sağ tərəfində uca bir yerdə yeddi-səkkiz qəbir görünürdü. İmam (ə) orada kimlərin dəfn olunduğunu xəbər aldıqda Qüdatə İbn Əclan Əzdi cavab verib dedi:–Siz Siffeynə yola düşəndən sonra Xubbab İbn Ərrət vəfat etdi və ölməmişdən vəsiyyət etdi ki, onu uca bir yerdə dəfn etsinlər. O dəfn olunduqdan sonra başqaları da öz ölülərini gətirib burada dəfn etməyə başladılar.
    İmam (ə) Xubbaba rəhmət göndərəndən sonra onun barəsində belə buyurdu:–O, islamı səmimi qəlbdən qəbul etmiş, tam meyl və rəğbət üzündən hicrət etmişdi. O, bir ömür cihad etdi, axırda cismi zəiflədi. Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz. (Sonra orada dəfn edilənlərin ruhlarına xitabən buyurdu:) Salam olsun sizə, ey vəhşətli, susuz və ot-ələfsiz yerlərin müsəlman sakinləri! Siz bizdən qabağa keçdiniz, biz də sizin arxanızca gələcəyik, az bir müddətdən sonra sizə qoşulacağıq. İlahi, bizi də, onları da bağışla, bizim və onların günahlarından, xətalarından keç. (Sonra buyurdu:) Allaha şükür olsun ki, yeri ölülər və dirilər üçün yığışmaq yeri etdi. Allaha şükür olsun ki, hamını ondan (torpaqdan) yaratdı və bizi ona qaytaracaq, ondan da dirildəcək. Xoş o kəslərin halına ki, axirəti yada salar, hesab günü üçün iş görər və kafi miqdarla qənaətlənərlər.("Vəqətu-Siffeyn", səh.531; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.416 )
    İmam (ə) bunu deyib yoluna davam etdi. Həmdan qəbilələrinin evlərinin yanından keçəndə qadınların nalə və şivən səslərini eşitdi. Onlar Siffeyndə öldürülən adamlarına ağlayırdılar. İmam (ə) Şərhbili çağırıb dedi:–Arvadlarınıza tövsiyə edin, özlərini ələ alsınlar. Haray-həşir salmasınlar.
    O cavab verib dedi:–Əgər bu iş bir neçə evlə qurtarsaydı, bu sözə əməl etmək mümkün idi. Lakin elə bu şaxədən yüz səksən nəfər öldürülmüşdür. Elə bir ev yoxdur ki, orada ağlaşma, şivən səsi olmasın. Amma biz kişilər heç vaxt ağlamırıq, üstəlik onların şəhadətindən xoşhalıq da.
    İmam (ə) onların ölənlərinə rəhmət göndərdi. Şərhbil İmam (ə)-ı (ata mindiyi halda) yola salmaq istədikdə o həzrət buyurdu:–Qayıt, çünki bu cür müşayiət etmək valinin qürurlanmasına, möminlərin zillətinə səbəb olar.("Vəqətu-Siffeyn", səh.533; "Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.37 )
    O həzrət Kufəyə daxil olanda həkəmiyyətə nəzarət etmək məqsədilə dörd yüz nəfər seçdi, Şüreyhi hərbi sərkərdə, Ibni Abbası isə onların dini rəhbəri təyin etdi. Bundan sonra artıq zorla qəbul elətdirilən nümayəndəsini–Əbu Musa Əşərini göndərməyin vaxtı gəlib çatmışdı.("Əl-Mənaqib" (Ibni Şəhraşub), 2-ci cild, səh.261 )
    İmam (ə) öz xilafətinin əvvəllərindən Əşərinin o həzrətin rəhbərliyinə qarşı laqeyd olduğunu bilirdi. Camaat da onun sadəliyindən, əqlinin zəifliyindən xəbərdar idilər. Buna görə də o yola düşəndə İmam (ə) və bir dəstə adam onunla söhbət etdi. O söhbətin bir hissəsini nəql edirik.
    İMAM (Ə)-IN ƏBU-MUSA İLƏ SÖHBƏTİ
    Dost-düşmən Əbu Musanın sadə və dünyagörüşsüz bir adam olmasında yekdil fikirdə olaraq onu "küt və dəstəksiz bıçaq", "hövsələsiz adam" adlandırırdılar. Amma Əli (ə) nə edə bilərdi?! Çünki onun sadəlövh və nadan dostlarının əksəriyyəti elə Əbu Musa kimi idilər və o həzrətə iki məsələni: həm həkəmiyyəti, həm də həkəmi (qazini) qəbul etdirdilər. Əbu Musa Dumətul-cəndələ yola düşəndə İmam (ə) ona dedi:–Allahın Kitabı (Quran) əsasında qəzavət et və onun həddini keçmə.
    Sonra ətrafındakılara buyurdu:–Bilirəm ki, o bu işdə aldanacaq.
    Übeydullah:–Əgər aldanacaqsa, nə üçün onu göndərirsən?
    İmam (ə):–Əgər Allah-Taala bəndələri ilə Öz elmi əsasında rəftar etsəydi, daha onlar üçün peyğəmbərlər göndərməz və onların vasitəsi ilə bəndələrə dəlil gətirməzdi.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.245; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.115 )
    İMAM (Ə)-IN HƏRBİ SƏRKƏRDƏSİNİN ƏBU-MUSA İLƏ SÖHBƏTİ
    İmam (ə) öz sərkərdəsi Şüreyh İbn Hanini dörd yüz nəfərlə birlikdə Dümətül-Cəndələ göndərdi. O, Əbu Musanın əlindən tutub dedi:–Sən çox ağır bir məsuliyyətin altına girmisən. Bu elə bir işdir ki, xəsarət dəysə, heç vaxt bərpa olunmaz. Əgər Müaviyə Iraqa hakim olsa, artıq yer üzündə Iraq adlı bir yer mövcud olmayacaqdır. Amma əgər Əli Şama hakim olsa, şamlılar üçün heç bir çətinlik qarşıya çıxmaz. Sən İmam (ə)-ın xilafətinin əvvəllərindən ona qarşı laqeydlik göstərmisən. Əgər yenə də belə bir iş görsən, güman yəqinə, ümid məyusluğa dönəcək.
    Əbu Musa cavabda dedi:–Mənə töhmət vuranlara yaraşmaz ki, məni qəzavət işinə seçələr, mən də batili onlardan dəf edib haqqı bərqərar edəm.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.247; "Vəqətü Siffeyn", səh.534 )
    İmam (ə)-ın qoşunundakı tanınmış şair və Əbu Musanın qədim dostu Nəcaşi bir şer qoşaraq onu haqq-ədalət əsasında əməl etməyə çağırdı. O şeri Əbu Musaya oxuduqdan sonra Əbu Musa dedi:–Allahdan istəyirəm ki, üfüqlər aydınlaşsın və mən də öz vəzifəmi Allahın razılığı əsasında yerinə yetirəm.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.249; "Vəqətu-Siffeyn", səh.536; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.116 )
    ƏHNƏFİN ƏBU MUSA İLƏ SÖHBƏTİ
    Əbu Musa ilə vidalaşan axırıncı adam Əhnəf idi. O, Əbu Musanın əlindən tutub dedi:–Bu işin əhəmiyyətini dərk et və bil ki, iş davam edir. Əgər Iraqı zay etsən, daha ondan bir şey qalmayacaq. Allah ilə müxalifət etməkdən qorx. Əgər sabah Əmr Asla qarşılaşsan, əvvəl sən salam vermə. Salam verməkdə qabağa düşməyin yaxşı iş olmasına baxmayaraq, o buna layiq deyildir. Onunla əlbəəl görüşmə, çünki sənin əlin ümmətin əmanətidir. Olmaya səni məclisin baş tərəfində oturda; çünki bu iş hiylə və məkrdir. Səninlə bir otaqda təklikdə danışmasına imkan vermə, çünki bir neçə nəfəri şahid kimi gizlətməsi, onların da sənin əleyhinə şəhadət vermələri mümkündür.
    Sonra onun İmam (ə)-a sadiq olub-olmamasını yoxlamaq üçün ona belə təklif etdi:–Əgər İmam (ə)-ın barəsində Əmr Asla razılığa gələ bilməsəniz, ona de ki, iraqlılar Şamda yaşayan Qüreyşli bir nəfəri xəlifə seçə bilərlər. Əgər bunu da qəbul etməsə, başqa bir şey təklif et. Məsələn, de ki, şamlılar Iraqda yaşayan Qüreyş tayfasından bir nəfəri xəlifə seçə bilərlər.(Vəqətu-Siffeyn", səh.537 )
    (Bu sözlərin mənası İmam (ə)-ın işdən götürülməsi, başqa bir xəlifənin təyin edilməsi idi.) Əbu Musa bu sözləri eşitdi, lakin heç bir əksül-əməl göstərmədi. Əhnəf dərhal İmam (ə)-ın yanına qayıtdı və hadisəni o həzrətə dedi, sonra da qeyd etdi ki, biz öz haqqımızı almaq üçün elə bir adamı göndəririk ki, onun üçün sənin xilafətdən çıxarılıb-çıxarılmamağının heç bir fərqi yoxdur. İmam (ə) buyurdu:–Həqiqətən Allah Öz işində qalibdir.
    Əhnəf dedi ki, bu iş bizim narahatçılığımıza səbəb olacaq.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.249)
    SƏD VƏQQAS VƏ ONUN OĞLU ÖMƏR
    Səd Vəqqas İmam (ə)-la beyət etməyənlərdən biri idi, lakin özünü münaqişələrdən uzaqda saxlamışdı. Siffeyn müharibəsi sona çatdıqdan sonra Bəni-Səlim tayfasının olduğu yerə gələrək xəbərləri müntəzəm surətdə izləyirdi. Elə bu zaman uzaqdan bir atlının ona tərəf gəldiyini gördü. Yaxınlaşanda məlum oldu ki, öz oğlu Ömərdir. (O, Kərbəlada İmam Hüseyn (ə) və onun dostlarını qətlə yetirmişdi.) Atası vəziyyəti soruşduqda, o, qəbul etdirilən həkəmiyyəti və qazilərin Dumətül-cəndələ getməsini xəbər verdi. O, atasına dedi ki, özünü oraya çatdırsın, bəlkə islamdakı xidmətlərinə görə xilafəti ələ keçirə bildi. Atası dedi:–Oğlum, sakit ol. Mən Peyğəmbərdən eşitmişəm ki, ondan sonra bir fitnə qalxacaqdır. Ən yaxşı adam odur ki, o fitnədən uzaq olsun. Mən elə əvvəldən xilafət məsələsinə baş qoşmadım, bundan sonra da baş qoşmaram. Əgər o işə qarışmalı olsam, Əli ilə birlikdə qarışaram. Camaat məni iti qılınclarla hədələdi, lakin mən onu cəhənnəm odundan irəli bildim.("Vəqətu-Siffeyn", səh.539 )
    Səd Vəqqas hər iki tərəfə kömək etməyi fitnə qarışıq bir kömək, onun sonunu da cəhənnəm odu hesab edirdi. Amma eyni halda Əli (ə)-ın Müaviyəyə nisbətən mövqeyini tam üstün tuturdu. O elə həmin gecə oxuduğu (oğlunun da eşitdiyi) şerdə Əli (ə)-ı təriflədi, Müaviyəni isə pislədi. Onun məzmunu belə idi:
    "Əgər bir gün bu işə girişməli olsam,
    Əliyə tabe olar, o hara meyl etsə, ora gedərəm."
    Onun nə qədər cahil olmasında bunu bilmək kifayətdir ki, rəhbərliyi və İmaməti Qədir Xumda hamıya aydın olan, Osmanın qətlindən sonra mühacir və ənsarın beyət etdiyi bir İmama tabe olmağı "fitnəyə daxil olmaq" kimi təsəvvür edirdi. Halbuki belə bir İmamdan üz döndərmək cəhənnəmə daxil olmağa səbəb olur.("Kamil" (Ibni Əsir), 2-ci cild, səh.167; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.251; "Vəqətu-Siffeyn", səh.539 )
    MÜAVİYƏ VƏZİYYƏTDƏN NİGARANDIR
    Səhabələrdən və onların övladlarından bir qrupu Əli (ə)-a qoşulmadıqları halda, Müaviyə ilə də həmkarlıq etmədilər, müharibə dayandıqdan sonra da Müaviyənin dəvəti ilə Şama gəldilər. Onlardan Əbdüllah İbn Xübeyri, Əbdüllah İbn Öməri və Müğeyrə İbn Şöbəni göstərmək olar. Müaviyə Müğeyrəyə dedi:–Bu işdə mənə kömək et, həkəmlərin fikrini mənə xəbər ver.
    Müğeyrə bu işi qəbul edərək Dumətül-cəndələ yola düşdü, qazilərin fikirlərini öyrənmək üçün onların hər biri ilə ayrılıqda görüşdü. Əvvəlcə Əbu Musaya dedi:–Bu çəkişmələrdən və qan axıdılmasından uzaq olan bir adam barəsində fikrin nədir?
    Əbu Musa dedi:–Onlar ən yaxşı adamlardır! Onların çiyinləri qan yükündən azad, qarınları haram maldan təmizdir.
    Sonra Əmr Asla görüşdü və ondan da həmin sualı soruşdu. Əmr As belə cavab verdi:–Bu işdən kənara çəkilənlər ən pis adamlardır; onlar nə haqqı tanımış, nə də batili inkar etmişlər.
    Müğeyrə Şama qayıdıb Müaviyəyə dedi:–Mən hər ikisini eyni bir sözlə imtahan etdim. Əbu Musa Əlini xilafətdən çıxaracaq, bu hadisədə iştirak etməyən Əbdüllah İbn Öməri xilafətə seçəcək. Amma Əmr As sənin qədim dostundur. Camaat deyir ki, o, xilafəti özü üçün istəyir və səni özündən çox da ləyaqətli hesab etmir.("Əl-əxbarüt-tival", səh.193 )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 623 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024