İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:37 AM
    HƏKƏMİYYƏT HİYLƏSİNİN SONU
    Nümayəndələrin hərtərəfli şəkildə araşdıraraq hökmünü kitab və sünnədən çıxaracaqları, sonra nəticəni İmam (ə)-ın və Müaviyənin tərəfdarlarına xəbər verməli olduqları məsələlər aşağıdakılar idi:
    1-Osmanın qətlə yetirilməsi səbəblərinin araşdırılması;
    2-İmam (ə)-ın hökumətinin qanuni olması;
    3-Müaviyənin İmam (ə)-ın qanuni hökuməti ilə müxalifət etməsinin səbəbi və onun haqlı olub-olmaması;
    4-Hazırkı şəraitdə sülhə zəmanət verə biləcək səbəblər.
    Amma təəssüflər olsun ki, onların araşdırmadıqları məsələ elə qeyd olunan bu dörd məsələ idi. Çünki, onların hər biri xas bir təcrübə ilə həkəmiyyət meydanına girişərək öz şəxsi rəylərini həyata keçirmək istəyirdilər.
    Sanki, qeyd edilən bu dörd məsələ ümumiyyətlə onlara həvalə edilməmişdi. Qazilərin və nəzarətçi qrupların Dumətül-cəndəldə uzun müddət qalmaları islam cəmiyyətinə qorxu və təşvişin hakim olması ilə nəticələndi. Tələsənlər və səthi düşünənlər bir cür, dərinfikirlilər və dərrakəlilər isə başqa cür fikirləşirdilər. Birinci mövzu barəsindəki danışıqların mövzusu bu idi ki, üçüncü xəlifə və onun məmurlarının yaramaz işləri dəqiq sənədlərə istinadən araşdırılsın, sonra isə xəlifənin qətlində iştirak edən iraqlılar, misirlilər və səhabələr dəvət olunsun, məsələ diqqətlə araşdırılsın, qatillərin, yəni islam xilafət üsulunu ayaq altına salan, Peyğəmbər (s)-in, hətta şeyxeynin ənənəsindən çıxanların iddiaları bitərəf şəkildə araşdırılsın. Amma bu barədə heç bir ciddi iş görülmədi. Yalnız Əmr As öz məqsədinə çatmaq (yəni İmamı xilafətdən salmaq, Müaviyəni və ya öz oğlu Əbdüllahı xilafət kürsüsünə oturtmaq) üçün Əbu Musaya dedi:–Osmanın məzlum şəkildə öldürüldüyünü qəbul edirsənmi?("Əraf" surəsinin 176-cı ayəsinə işarədir )
    O da bunu bir növ təsdiq edərək dedi:–Xəlifənin qatilləri onu tövbələtdikdən sonra öldürmüşlər. Halbuki günahkar tövbə etdikdə onun günahları bağışlanır.
    Barəsində ümumiyyətlə heç bir söz açılmayan məsələ İmam (ə)-ın hakimiyyətinin qanuni olması idi. Halbuki bu hakimiyyət mühacir və ənsarın yekdil rəyi əsasında Əli (ə)-a qəbul etdirilmişdi. O həzrətin özü əvvəldə onu qəbul etməyə razılıq verməmiş, amma mühacir və ənsarın bir yerə yığışıb ondan qeyrisinə rəy verməyəcəklərinə israr etdiklərini görəndə məsuliyyət hiss edərək xilafəti qəbul etmişdi. Birinci xəlifə bir-iki nəfərin Səqifədə ona beyət etməsi ilə, ikinci xəlifə də Əbu Bəkrin təyin etməsi ilə "qanuni xəlifə" olmuşdu, amma İmam (ə)-ın xilafəti mühacir və ənsarın hamısının (beş nəfərdən başqa) beyət etməsi ilə tam rəsmi və qanuni idi, bu barədə şəkk-şübhəyə, tərəddüdə azacıq belə yer yox idi.
    Ikinci məsələdə olduğu kimi, üçüncü məsələ barəsində də əsaslı bir söz açılmadı, çünki hər iki həkəm Müaviyənin müxalifətinin səbəbinin İmam (ə)-ı, öz qanuni məqamından çıxarıb xilafəti ələ keçirmək fikrindən başqa bir şey olmadığını bilirdi. Müaviyənin yaşayış tərzi, danışığı və hərəkətləri–istər Osmanın qətlindən əvvəl, istərsə də ondan sonrakı dövrlərdə–göstərirdi ki, o, uzun müddət əməvi xilafəti təsis etmək, bununla da islam xilafəti adı ilə kəsra və qeysər üsul-idarəsini yenidən dirçəltmək fikrində idi. "Xəlifənin intiqamı", "qatillərdən qisas almaq" kimi məsələlər də onun qanun pozması və müxalifəti üçün sadəcə olaraq bir bəhanə idi. Əgər o, doğrudan da özünü "xəlifənin qəyyumu" hesab edirdisə, sair müsəlmanlar kimi İmam (ə)-ın qanuni hökumətinə tabe olaraq, dövrün xəlifəsindən Osmanın qatillərindən qisas almasını tələb etməli idi. Müaviyə müxalifətə başladığı ilk dövrlərdə İmam (ə) dəfələrlə xəlifənin müxaliflərinin əleyhinə şikayət etməyin qanuni yolunu ona göstərib xatırlatmışdı ki, onun ilk vəzifəsi ümmətin vəhdətini qoruyub hifz etmək, mühacir-ənsar şurasına hörmətlə yanaşmaq, sonra isə bu məsələni qaldırıb qisas alınmasını və s. kimi işləri tələb etməkdir, o, İmamın hökumətini rəsmiyyətlə qəbul etməyincə, bu məsələni qaldıra bilməz.
    Dördüncü məsələ barəsində də Əbu Musa Müaviyənin mühacir-ənsar şurasında təsdiq olunan qanuni bir hökumətə qarşı qiyamını məhkum etmək, yaxud İmam (ə)-ın xilafətinin əvvəllərində ona kömək etmədiyinə görə özünü təqsirləndirmək əvəzinə, tərəflərin hər ikisini xətakar hesab edərək, yalnız "ikinci xəlifənin oğlu" olmaq iftixarına nail olan və bu münaqişələrdən uzaqda qalan bir adamı–Ömərin oğlu Əbdüllahı xilafətə seçmək istəyirdi. Halbuki o, tədbir və işləri idarə etmək nöqteyi-nəzərindən o qədər zəif idi ki, hətta atası onun barəsində "oğlum o qədər huşsuzdur ki, hətta öz arvadına talaq verməkdən belə, acizdir" - deyirdi.
    Əslində qazilər qeyd olunan dörd məsələ ətrafında bitərəf şəkildə danışıq aparmalı idilər. Təkcə İmam (ə)-ın hökumətinin qanuni olması və Müaviyənin mərkəzi hökumətə qarşı qiyam etməsi kimi məsələlərə diqqət yetirmək başqa işlər barəsində də düzgün qərar çıxarılmasına kifayət idi.
    Əmr As Dumətül-cəndələ gəldiyi ilk gündən Əbu Musaya həm Peyğəmbər (s)-in səhabəsi, həm də özündən böyük bir adam kimi hörmət göstərir, danışmaq lazım gəldikdə onu irəli salırdı. Onlar Əlini və Müaviyəni xilafətdən götürmək barədə razılığa gələndə də Əmr As onu, öz rəyini bildirmək və öz rəhbərini işdən salmaq üçün irəli saldı. Buna görə də əvvəlcə Əbu Musa Əli (ə)-ı xilafətdən çıxartdı və işin əvvəlində dostlarının tövsiyələrinin heç birinə əhəmiyyət vermədi, lakin Əmr As dərhal Müaviyəni xilafətə seçdi. Əbu Musanın nadanlığı və sadəliyi bir daha bərpaolunmaz və böyük xəsarətlər vurdu.
    Burada onların danışıqlarını əks etdiririk ki, "Həkəmiyyət oyunu"nun nə ilə nəticələnməsi və İmam (ə)-ın sadəlövh dostlarının inadkarlıqlarının islama necə ziyanlar vurması bir daha aydın olsun:
    Əmr As:–Osmanın məzlumcasına öldürülməsini bilirsənmi?
    Əbu Musa:–Bəli!
    Əmr As:–Camaat! Siz şahid olun, Əlinin nümayəndəsi xəlifənin məzlumcasına öldürülməsini etiraf etdi. (Sonra üzünü Əbu Musaya tutub dedi:) Müaviyə Osmanın qəyyumu olduğu halda, nə üçün ondan üz döndərirsən?! Halbuki o, Qüreyşdəndir. Əgər camaatın "nə üçün islamda heç bir xidməti olmayan bir adamı xilafətə seçdin?!" - deyə etiraz edəcəklərindən qorxursansa, onlara belə cavab verə bilərsən ki, o, məzlum xəlifənin qəyyumudur və onun intiqamını almağa qadirdir, tədbir və siyasətdə də nümunə bir adamdır. Peyğəmbərlə qohumluğuna gəldikdə isə, o, Peyğəmbərin zövcəsinin (Ümmü Həbibənin) qardaşıdır. Bunlardan da əlavə, əgər o, xəlifə olsa, heç kim sənin qədər ehtirama layiq görülməyəcəkdir.
    Əbu Musa:–Allahdan qorx! Xilafət dindarlara və fəzilətlilərə məxsusdur. Əgər xilafət üçün ailə şərafəti əsas götürülsə, onda Qüreyşdə ən şərafətli adam Əlidir. Mən heç vaxt ilk mühacirləri buraxıb Müaviyəni xilafətə seçmərəm! Hətta əgər Müaviyə mənim xeyrimə olaraq xilafətdən geri çəkilsə, yenə də onun xilafətinə rəy vermərəm. Əgər Ömər İbn Xəttabın adını dirçəltmək istəyirsənsə, onda gəl, Əbdüllah İbn Öməri xilafətə seçək.
    Əmr As:–Əgər Əbdüllah İbn Ömərin xilafətini istəyirsənsə, onda nə üçün mənim oğlum Əbdüllaha rəy vermirsən? Halbuki mənim oğlumun heç nəyi ondan əskik deyildir və fəziləti, doğruçuluğu da gün kimi aydındır.
    Əbu Musa:–Öz atası kimi, onun da bu fitnədə əli olmuşdur, daha xilafətə layiq ola bilməz!
    Əmr As:–Xilafətdə elə bir qətiyyətli şəxs olmalıdır ki, o həm yesin, həm də yedizdirsin. Ömərin oğlunda belə bir bacarıq yoxdur. İndi ki, bu adamlar barəsində razılaşma hasil olmadı, gərək başqa bir nəzər verəsən, bəlkə o təklif ətrafında razılığa gələ bilək.
    Bu vaxt gizli şəkildə məsləhətləşərək razılığa gəldilər. O razılaşmanı qeyd edirik:
    Əbu Musa:–Mənim fikrim budur ki, həm Əlini, həm də Müaviyəni xilafətdən götürək, xilafət məsələsini müsəlmanların şurasına həvalə edək, onlar kimi istəsələr, onu da xəlifə seçsinlər.
    Əmr As:–Razıyam. Gərək öz rəyimizi rəsmi şəkildə bildirək.
    Nəzarətçilər və qazilərin rəyini gözləyənlər onların sözlərinə qulaq asmaq üçün bir yerə yığışmışdılar. Bu vaxt Əmr As Əbu Musanın sadəlövhlüyündən və nadanlığından istifadə edərək onu qabağa saldı ki, sözə başlayıb öz rəyini bildirsin. Əbu Musa da öz çıxışından sonra Əmr Asın məxfi şəkildə razılaşdıqları sözü təsdiq etməkdən boyun qaçıracağına ehtimal vermədən sözə başlayıb dedi:–Mən və Əmr As bir məsələ barəsində eyni fikrə gəlmişik, ümidvarıq ki, müsəlmanların məsləhəti onda olsun.
    Əmr As:–Düzdür, öz sözünü davam etdir.
    Bu vaxt Ibni Abbas özünü Əbu Musaya çatdırıb dedi:–Əgər bir məsələ barəsində razılığa gəlmisinizsə, qoy əvvəlcə Əmr As danışsın, sonra sən danış. Çünki, onun razılaşdığınızın əksinə danışması ehtimalı var.
    Amma Əbu Musa onun etdiyi xəbərdarlığa əhəmiyyət vermədən dedi:–Əmin ol, hər ikimiz xilafət məsələsində bir fikrə gəlmişik. (Sonra ayağa durub dedi:) Biz ümmətin vəziyyətini araşdırdıq. İxtilafları aradan qaldırmaq və vəhdəti bərpa etmək üçün Əlini və Müaviyəni xilafətdən çıxarıb xilafəti müsəlmanların şurasına həvalə etməkdən yaxşı bir yol görmədik. Qoy onlar hər kəsi istəsələr, xilafətə seçsinlər. Buna əsasən mən Əlini və Müaviyəni xilafətdən götürürəm!
    Bunu deyib arxaya getdi və orada oturdu. Sonra Əmr As Əbu Musanın əvvəlki yerinə gəldi, Allaha həmd-səna edib dedi:–Camaat, Əbu Musanın sözlərini eşitdiniz. O öz İmamını xilafətdən götürdü, mən də bu barədə onunla razıyam, mən də onu xilafətdən götürürəm, amma onun əksinə olaraq Müaviyəni xilafətdə saxlayıram. O, Osmanın qəyyumudur, onun intiqamını almaq istəyir. Xilafət üçün ən layiqli bir adamdır!
    Əbu Musa üzünü ona tutub qəzəblə dedi:–Səni görüm nicat tapmayasan (ağ gün görməyəsən)! Hiylə işlətdin və günah etdin. Sən bir itə oxşayırsan ki, "əgər ona hücum etsələr, ağzını açıb dilini çölə çıxarar, buraxsalar da belə edər."("Cümə" surəsinin 5-ci ayəsinə işarədir. Bax: "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.38; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.118; "Əl-əxbarüt-tival", səh.199; "Murucuz-zəhəb", 2-ci cild, səh.408; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.167 )
    Əmr As:–Sən də "kitab yükü daşıyan bir ulağa oxşayırsan!"("Vəqətu-Siffeyn", səh.546; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.168; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40 )
    Bu vaxt Əmr Asın məkrli hiyləsi aşkara çıxdı və məclis bir-birinə dəydi. Şüreyh İbn Hani ayağa qalxıb Əmr Asın kəlləsinə bir qamçı vurdu. Əmr Asın oğlu da atasının köməyinə gəlib Şüreyhə bir qamçı vurdu. Nəhayət camaat onları ayırdı. (Şüreyh İbn Hani sonralar deyirdi: "Çox peşmanam! Nə üçün qamçı yerinə onun başına qılınc endirmədim!)("Vəqətu-Siffeyn", səh.547 )
    Ibni Abbas:–Allah Əbu Musanın üzünü qara eləsin! Mən onu Əmr Asın hiyləsindən agah etmişdim, amma o buna məhəl qoymadı.
    Əbu Musa:–Düz deyir. İbni Abbas mənə bu fasiqin hiyləsi barədə xəbərdarlıq vermişdi, lakin mən ona (Əmr Asa) arxayın oldum. Heç vaxt fikrimə gəlməzdi ki, o mənə xeyirxahlıqdan başqa bir şey desin.
    Səid İbn Qeys hər iki qaziyə dedi:–Nəinki zəlalətdə fikir birliyinə çatmağınız, heç düzgün bir fikrə gəlməyiniz belə, bizim üçün fərq etməzdi! Sizin rəyinizi icra etmək bizim üçün vacib deyildir. Bu günkü vəziyyətimiz elə əvvəlki kimidir; qiyamçılarla müharibəni davam etdirəcəyik!("Əl-İmamətu vəs-siyasət, 1-ci cild, səh.118; "Təcaribus-sələf", səh.49; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.168; "Əl-əxbarüt-tival", səh.200 )
    Bu hadisələrdə hamıdan çox Əbu Musa və Əşəs İbn Qeys (həkəmiyyət səhnəsinin oyunçuları) məzəmmət olundu. Əbu Musa hey Əmr Ası söyürdü, lakin Əşəsin dili tutulmuşdu və heç nə demirdi. Axırda Əmr Asla Müaviyənin havadarları şələ-şülələrini yığışdırıb Şama yola düşdülər, hadisəni ətraflı şəkildə Müaviyəyə dedilər və ona, müsəlmanların xəlifəsi ünvanı ilə salam verdilər. İbni Abbas və Şüreyh İbn Hani də Kufəyə qayıdaraq hadisəni nəql etdilər. Əbu Musa da yol verdiyi xətaya görə qorxudan qaçıb Məkkəyə sığındı.("Murucuz-zəhəb", 2-ci cild, səh.404 )
    Nəhayət Siffeyn müharibəsi və həkəmiyyət hadisəsi 45 min nəfər (başqa bir rəvayətə görə 90 min) nəfər şamlının və 20-25 min iraqlının öldürülməsi ilə 38-ci ilin şəban ayında sona çatdı.("Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40 (Təbəri bunu Vaqididən nəql etmişdir); "Təcaribus-sələf", səh.50 ) Bu hadisə Əmirəl-möminin (ə)-ın hökuməti və islam xilafəti üçün çoxlu çətinliklər yaratdı ki, bunların çoxu hal-hazırda da davam etməkdədir.("Əlbidayətu vən-nihayə", 4-cü cild, səh.305 )
    İYİRMİ İKİNCİ FƏSİL
    NƏHRƏVAN MÜHARİBƏSİ, YAXUD QURANLARIN NİZƏYƏ VURULMASI SİYASƏTİNİN ÖZ ARDINCA GƏTİRDİYİ XOŞAGƏLMƏZ NƏTİCƏLƏR
    Müaviyə və onun "ayrılmış əqli" olan Əmr Asın namərdcəsinə və alçaq siyasətləri çox acı nəticələr verdi. Bu siyasəti tökən elə ilk gündən onun dəhşətli nəticəsini bilirdi və həkəmiyyətdə qələbə çalacağına tam əmin idi. Bu siyasəti qiymətləndirməkdə yalnız bunu bilmək kifayətdir ki, məhz onun sayəsində düşmən öz qədim arzularına çataraq bəzi nəticələr əldə etdi ki, onlardan bir neçəsini qeyd etmək olar:
    1-Müaviyənin Şama hakimliyi təsbit olundu və o əyalətin ətraf məntəqələrindəki bütün valilər ona itaət etməyi səmimi-qəlbdən qəbul etdilər, bəzi səbəblərə görə Əli (ə)-a azacıq meyilli olanlar da ondan tamamilə ayrılıb Müaviyəyə qoşuldular.
    2-İmam qələbənin bir addımlığında ola-ola qələbədən kilometrlərlə uzaqlaşdı və onu yenidən qazanmaq o qədər də asan deyildi. Çünki, o həzrətin ordusunda cihad ruhiyyəsi tamamilə sönmüşdü, onlarda əvvəlki kimi cihada qarşı şövq və şəhadət arzusundan heç bir əsər-əlamət yox idi.
    3-Müaviyənin süqut etməkdə olan ordusu yenidən təşəkkül taparaq, necə deyərlər, "ikinci nəfəs" əldə etdi və Iraq əhalisinin ruhiyyəsini zəiflətmək üçün kütləvi şəkildə qarətçiliyə, soyğunçuluğa başladı ki, bununla da məntəqənin təhlükəsizliyini aradan aparıb mərkəzi hökuməti ölkə təhlükəsizliyini təmin etməyə qadir olmamaqda müttəhim etsin.
    4-Hər şeydən də pisi Iraq ordusunda ikitirəliyin yaranması idi: bəziləri həkəmiyyəti qəbul etdi, bəziləri isə onu küfr və günah hesab edərək İmam (ə)-ın tövbə etməsinin vacib olduğunu, əks halda ona itaət etməkdən boyun qaçırıb onunla–Müaviyəyə qarşı olduğu kimi–mübarizəyə qalxacaqlarını dedilər.
    5-Məhz bu tərzi-təfəkkür sayəsində İmam (ə) Kufəyə gələndən sonra, həkəmiyyətlə müxalif olanlar (o dövrün hökumətinin müxalifləri kimi) bu şəhəri tərk edərək Kufədən iki mil məsafədə bir yerə yığışdılar. (Halbuki əvvəldə özləri həkəmiyyətin tərəfdarı idilər və İmam (ə) da onların təzyiqi altında, həmçinin öz batini əqidə və meylinin əksinə olaraq ona rəy vermişdi.)
    Hələ Siffeyn müharibəsinin ağır yaraları sağalmamış "Nəhrəvan" adlı digər bir fitnəli müharibə başladı. Bu qrupun zahirdə darmadağın edilməsinə baxmayaraq, onun tör-töküntüləri ara-sıra qiyamlara əl atırdılar. Bu təhriklərin nəticəsində 40-cı ilin Ramazan ayının 19-cu gecəsində Əli (ə) xəvaricin hiyləsinin qurbanı oldu və ibadət mehrabında şəhid edildi. Beləliklə, İmam (ə) öz xilafəti dövründə üç böyük və dəhşətli müharibə ilə qarşılaşdı.
    Birinci müharibədə əks-tərəf Təlhə və Zübeyr kimi əhd-peyman pozanlar idi. Onlar Ümmül-möminin Ayişənin heysiyyətini (və əslində Peyğəmbərin heysiyyətini) oyun-oyuncağa çevirərək qanlı bir müharibə törətdilər, axırda da darmadağın edildilər. İkinci müharibədə əks-tərəf Müaviyə idi. O da Osmanın intiqamını almağı bəhanə edərək İmam (ə)-ın itaətindən çıxdı və mühacirlə ənsarın seçdiyi mərkəzi hökumətə qarşı qiyam edərək haqq-ədalət yolundan azdı. Üçüncü müharibədə əks-tərəf İmam (ə)-ın qədim dostları idilər. Belə ki, onların alınları çoxlu ibadət etməkdən qabar bağlamışdı, Quran tilavəti səsləri hər yerə yayılırdı. Bu qrupla aparılan müharibə əvvəlki iki müharibədən qat-qat çətin idi. Lakin İmam (ə) aylarla səbir etdikdən, çıxış edib müzakirə üçün tanınmış şəxsiyyətləri göndərdikdən sonra onların islah olunmalarından ümidini tamamilə kəsdi və onlarla müharibəyə başladı, o həzrətin öz ifadəsi ilə desək, "Fitnənin gözünü hədəqədən çıxartdı."
    Müqəddəslik donu geyən bu insanlarla müharibə etmək qüdrəti İmam (ə)-dan başqa heç kimdə yox idi. Lakin Əli (ə)-ın islamdakı dəyərli xidmətləri, hicrəti, Peyğəmbər (s) dövründə döyüş meydanlarında canından keçməsi, həyatı boyu zöhd və paklığı, dərin elm və biliyi və güclü məntiqi ona, tam qətiyyətlə və tərəddüdə yol vermədən fəsadın kökünü kəsmək səlahiyyəti verirdi.
    Bu üç qrup islam tarixində "nakisin" (əhd-peyman pozanlar), "qasitin" (haqq yolundan çıxanlar, zülm edənlər), "mariqin" (haqdan azanlar və dindən çıxanlar) adı ilə tanınmışlar. Bunlara belə ad qoyulmasının səbəbi Peyğəmbər (s)-in dövrünə qayıdır. Məhz o həzrətin özü bu üç qrupu belə vəsf etmiş, Əli (ə)-a və başqalarına xatırlatmışdı ki, Əli (ə) bu üç qrupla vuruşacaqdır. Peyğəmbər (s)-in bu sözləri onun qeybi xəbərlərindən biridir. İslam mühəddisləri o həzrətin sözlərini müxtəlif kitablarda qeyd etmişlər. Biz də nümunə olaraq onlardan birini qeyd edirik: Əli (ə) buyurur: "Peyğəmbər (s) mənə əmr etmişdir ki, nakisinlər, qasitinlər və mariqinlərlə müharibə aparam."
    Ibni Kəsir (774-cü h.q ilində vəfat etmişdir) özünün "Tarixi-Bağdad" adlı kitabının 8-ci cildinin 340-cı səhifəsində bu rəvayətlərdən bir qismini toplamış, o cümlədən qeyd etmişdir ki, Peyğəmbər (s) Ümmü Sələmənin evinə daxil oldu. Sonradan Əli də gəldi. Peyğəmbər üzünü Ümmü Sələməyə tutub dedi:–"Ey Ümmü Sələmə, Allaha anda olsun ki, bu (yəni Əli) məndən sonra nakisinlər, qasitinlər və mariqinlərlə müharibə edəcəkdir."("Əs-siyrə" (Ibni Hişam), 2-ci cild, səh.497 )
    Hədis və tarix kitablarına müraciət etməklə yuxarıdakı hədisin düzgünlüyü tamamilə isbat olunur. Buna görə də bu barədə yalnız bunu qeyd edirik ki, böyük tədqiqatçı mərhum Əllamə Əmini "Əl-Qədir" kitabında (3-cü cild, səh.188-195) "Minhacus-sünnə" kitabından nəqlən bu hədisin mənbəyinin bir hissəsini cəm etmişdir.
    Mariqinlərin tarixi sübut edir ki, onlar həmişə dövrün hökumətlərinə qarşı müharibə aparmış, heç bir hökumətə tabe olmamış, nə bir hakimi, nə də bir hökuməti rəsmiyyətlə tanİmamışlar. Onların nəzərində Əli (ə) kimi adil hakimlə Müaviyə kimi fasiq və azğın bir hakimin heç bir fərqi yox idi. Həmçinin onlar Yəzid (lənətullah əleyh) və Mərvanla Ömər İbn Əbdül-əzizə eyni münasibət bəsləyirdilər.
    XƏVARİCİN KÖKLƏRİ
    Xəvaricin kökü müəyyən mənada Peyğəmbər (s) dövrünə gedib çıxır. Bunlar o həzrətin dövründə öz fikir və ideyalarını bildirir, itaətsizlik və təslim olmamaq ruhiyyələrini göstərən müəyyən sözlər deyirdilər. Onlardan bir neçə nümunə qeyd edirik: Peyğəmbəri Əkrəm (s) "Hüneyn" müharibəsinin qənimətlərini müəyyən məsləhət üzündən bölüşdürdü və uzun illər boyu islama qarşı müharibə etdikdən sonra təzəcə müsəlman olan müşriklərlə ülfət yaratmaq üçün onlara daha çox qənimət verdi. Bu vaxt Hərqus İbn Züheyr etiraz edib ədəbsizliklə Peyğəmbər (s)-ə dedi:–"Ədalətlə böl!" Onun bu sözü Peyğəmbər (s)-i narahat etdi, buyurdu: "Vay olsun sənə! Əgər mən ədalətli olmasam, bəs kim olacaq?!" Bu vaxt Ömər onun boynunu vurmağı təklif etdi, lakin Peyğəmbər (s) qəbul etmədi, onun təhlükəli gələcəyindən xəbər verərək buyurdu: "Onu boşlayın! Onun elə ardıcılları olacaqdır ki, onlar din işlərinə həddindən artıq baş soxacaq, oxun kamandan çıxması kimi dindən çıxacaqlar."("Əttənbihu və vərrədd", səh.50 )
    Buxari "Əl-müəllifətül-qülub" kitabında bu hadisəni ətraflı şəkildə bəyan edərək yazır: Peyğəmbər onun (Hərqusun) özü və onun dostlarının barəsində belə buyurdu: "Onlar dindən oxun kamandan çıxdığı kimi çıxacaqlar."
    Peyğəmbər (s) "oxdan atılmaq" mənasını verən "mərq" sözünü işlətmişdir. Yəni, bu qrup dini dolaşıq və əyri şəkildə dərk edərək elə bir yerə çatdılar ki, dinin həqiqətindən uzaq düşdülər və müsəlmanlar arasında onlara "mariqin" ləqəbi verildi.("Kamil", 2-ci cild, səh.545 )
    Hərqus özünün etirazçı və üsyankarlıq ruhiyyəsi ilə şeyxeynin xilafəti dövründə sükut möhrünü sındırıb onların seçki üsuluna və tutduqları yola etiraz etməli idi, lakin bu barədə tarixdə heç bir şey nəql edilməmişdir. Yalnız Ibni Əsir "Kamil"də bunu qeyd etmişdir ki, Əhvaz fəth olunanda Hərqus xəlifə tərəfindən islam ordusunun sərkərdəliyini öhdəsinə almışdı. O, Əhvaz və Dovrəq fəth olunandan sonra Ömərin ona yazdığı məktubu öz kitabında qeyd etmişdir.("Tarixi-Təbəri", 3-cü cild, səh.386 ) Təbəri yazır ki, 35-ci hicri ilində başda Hərqus olmaqla bəsrəli qiyamçılar Mədinəyə gəlmiş, misirli və kufəli qiyamçılarla birgə Osmanın hökumətinə etiraz etmişdir.(Məcməul-bəyan", 3-cü cild, səh.40 )
    Bundan sonra tarixdə onun adı və əlamətləri barədə daha başqa heç bir şey qeyd olunmamışdır. Amma İmam (ə) Əbu Musanı qazi ünvanı ilə göndərmək istəyəndə Hərqus gözlənilmədən Zərqət İbn Nuh Tai ilə birlikdə İmam (ə)-ın yanına gəldi və onların arasında kəskin mübahisələr baş verdi. Biz o mübahisələri qeyd edirik:
    Hərqus:–Etdiyin xətadan tövbə et və həkəmeyni qəbul etmək fikrindən qayıt! Bizi düşmənlə mübarizəyə göndər, onlarla döyüşüb Allahın görüşünə nail olaq.
    İmam (ə):–Həkəmiyyət məsələsi ortaya atılanda bunu sizə dedim, lakin siz mənimlə müxalifət etdiniz. İndi ki, əhdnamə bağlandı, bizdən qayıtmağımızı istəyirsiniz?! Halbuki Allah-Taala buyurur: "Ilahi əhd-peymanlara, əhd-peyman bağladığınız vaxt vəfalı qalın və öz andlarınızı möhkəmlədəndən sonra sındırmayın, halbuki Allahı bu andlarınıza zamin seçmisiniz. Allah etdiklərinizdən agahdır."
    Hərqus:–Bu bir günahdır, gərək ondan tövbə edəsən!
    İmam (ə):–Heç bir günah olmamışdır, yalnız fikirdə və əməldə bir növ süstlük baş vermişdir ki, bu da sizin tərəfinizdən mənə qəbul etdirildi. Mən elə o vaxt onu sizə dedim və qarşınızı aldım.
    Zərqət İbn Nuh:–Əgər həkəmiyyətdən əl çəkməsən, Allahın razılığını kəsb etmək üçün səninlə vuruşacağıq!
    Əli (ə):–Yazıq bədbəxt! Sənin ölü cəsədini döyüş meydanında görürəm ki, külək onun üstünə torpaq tökür.
    Zərqət:–Qoy belə olsun!
    Əli (ə):–Şeytan sizin ikinizi də yoldan azdırmışdır!
    Hərqusun həm Peyğəmbər (s)-lə, həm də Əli (ə)-la olan həyasızcasına mübahisələri onu adi bir müsəlman hesab etdiyimiz vaxt gözlənilməz olardı. Halbuki islam müfəssirlərinin fikrincə, o, münafiq idi və "Tövbə" surəsinin 58-ci ayəsi onun barəsində nazil olmuşdur: "Münafiqlərdən bəziləri qənimətin bölüşdürülməsində sənə irad tuturlar. Əgər onlara bir pay verilsə, razı olar, əgər məhrum olsalar, gözlənilmədən qəzəblənərlər."("Kamil" (Mübərrəd), 3-cü cild, səh.919 (Hələb çapı))
    XƏVARİCİN DİGƏR BAŞÇILARI
    Xəvaricin başçılarından biri də Zussədyədir. Rical kitablarında onun adı Nafe qeyd olunur. Hədisçilərin çoxu belə təsəvvür ediblər ki, Zul-Xüveysirə adı ilə məşhur olan Hərqus elə Zussədyədir. Amma Şəhristani özünün "Miləl və nihəl" kitabında (1-ci cild, səh.116) bunun əksini deyərək yazır: Onların hər ikisinin Peyğəmbər (s)-ə etirazı eyni şəkildə idi, hər ikisi Peyğəmbər (s)-ə "ədalətli ol" demiş, həzrət də hər ikisinə eyni cavab vermişdi.("Əssiyrə" (Ibni Hişam), 2-ci cild, səh.496 )
    Buna görə də çoxları bu iki adın bir adamın adı olduğunu təsəvvür etmişdir. Amma Zussədyənin tarixdə gələn və Peyğəmbər (s)-in dilindən olan vəsfi Zul-Xüvəysirədə olduğu kimi deyildir. İbni Kəsir mariqinlər barəsində olan rəvayətləri toplayaraq qeyd etmişdir ki, Peyğəmbər (s) buyurmuşdur: "Bir dəstə, kamandan atılan ox kimi dindən çıxacaq və bir daha ona qayıtmayacaqlar. Əlamətləri də budur ki, onların arasında qarayanız, əli naqis olan bir kişi vardır. Onun əlinin axırında arvad döşünə oxşar uzanıb-yığılan ət parçası vardır." ("Tarixi-Təbəri", 4-cü cild, səh.53 )
    Nəhrəvan müharibəsi qurtardıqdan sonra İmam (ə) əmr verdi ki, ölülərin içindən Zussədyənin cəsədini tapıb onun əlinin necə olduğunu yoxlasınlar. Onun cəsədini tapıb gətirdilər, əli eynilə Peyğəmbər (s)-in buyurduğu kimi idi.
    XƏVARİC ARASINDA ƏQİDƏ MƏKTƏBLƏRİ
    Xəvaric əvvəldə həkəmiyyət üstündə İmam (ə)-la müxalifətə qalxdılar və onu Quranın əksinə təsəvvür etdilər. Bu işin başqa bir səbəbi yox idi, lakin zamanın keçməsi ilə bu cərəyan əqidəvi bir məktəb şəklinə düşüb şaxələndi, "mühəkkimə"dən savayı yaranan başqa məktəblər, o cümlədən, Əzariqə, Nəcdat, Beyhəsiyyə, Ücaridə, Süalibə, Əbaziyyə, Səfriyyə aradan getdi, onlardan Əbaziyyə firqəsi (bunlar Əbdüllah İbn Əbazın ardıcılları idilər və Bəni-Mərvan dövlətinin axırlarında qiyam etmişdilər) mötədil olan xəvaric hesab olunurdu. Hal-hazırda yalnız bu firqə qalmaqdadır. Onlar Əmmanda, Fars körfəzində və Əlcəzairdə yayılmışlar. Xəvaricin tarixi Nəhrəvan hadisəsindən başqa yerlərdə də islam tarixçilərinin diqqət mərkəzində olmuşdur. Bu barədə Təbəri özünün "Tarix"ində, Mübərrəd "Kamil"də, Bilazəri "Əl-isabə"də və s. xəvaricə aid olan hadisələri toplamışlar. Son zamanın tarixçiləri arasında–istər islami olsun, istərsə də qeyri-islami–bu barədə çoxlu təhlil kitabları yazılmışdır, o cümlədən:
    1-"Müləxxəsu-tarixi xəvaric"; Müəllif: Məhəmməd Şərif Səlim (1342-ci ildə Qahirədə çap olunmuşdur).
    2-"Əl-Xəvaricu fil-islam"; Müəllif: Ömər Əbünnəsr (1949-cu ildə Beyrutda çap olunmuşdur.)
    3-"Vəqətü Nəhrəvan"; Müəllif: Xətib Haşimi (1372-ci ildə Tehranda çap olunmuşdur.)
    4-"Əl-Xəvaricu fi əsril-əməvi", Müəllif: Doktor Nəyyif Məhmud (Bu kitab Beyrutda iki dəfə çap olunmuşdur.)
    (Şərqşünaslardan da bəziləri bu mövzuya diqqət yetirmiş, bu barədə kitablar yazmışlar, o cümlədən:)
    5-Müəllif: Alman şərqşünası Füluzenin yazdığı "Əl-Xəvaric vəş-şiə" kitabı (1902-ci ildə alman dilində yazılmışdır, Əbdürrəhman Bədəvi onu ərəb dilinə tərcümə etmişdir.)
    6-Zəhir Qılmavinin 1930-1940-cı illərdə dissertasiya müdafiəsi məqsədilə yazdığı "Ədəbul-xəvaric" kitabı. (Bu kitab 1940-cı ildə nəşr olunmuşdur.) Müəllif bu kitabda xəvaric şairlərindən olan Imran İbn Hiytan barəsində söz açmış və xəvaricin tarixindəki hadisələri təhlil edərkən əsil islami mənbələrə müraciət etmişdir. Həmçinin, bu mövzunu islam tarixinin təhlilində olan xas bir üslub ilə izləmişdir.
    XƏVARİCİN RÜSVAYÇI NÜMAYİŞİ
    "Xəvaric" kəlməsi kəlam elmində və tarixdə çox işlənən sözlərdəndir. Ərəb dilində hökumətlərə qarşı qiyam edən, dövrün hökumətinə qarşı çıxıb onu qanuni bilməyənlərə xəvaric deyirlər. Amma kəlam və tarix alimlərinin terminologiyasında bu kəlmə Əli (ə) qoşununda azlıq təşkil edən, Əbu Musa və Əmr Asın həkəmiyyətini qəbul qəbul etdiyinə görə İmam (ə)-dan ayrılanlara deyilir. Bu şəxslər "la hukmə illa lillah" sözünü öz şüarları seçmişdilər. Məhz bu şüara görə miləl və nihəl (dinlərdən və məzhəblərdən bəhs edən) elmində onları "mühəkkimə" adlandırırlar.
    İmam (ə) qəbul etdirilən müqavilədən sonra döyüş meydanını tərk edib Kufəyə qayıtmaq və Əbu Musa ilə Əmr Asın qəzavətinin nəticəsini gözləməyi məsləhət gördü. O həzrət Kufəyə daxil olanda öz ordusunda parçalanma ilə qarşılaşdı. Sayı on iki min nəfərə çatan bir qoşun bölməsi Kufəyə daxil olmaqdan imtina etdilər və həkəmiyyətə etiraz əlaməti olaraq bəziləri Hərura adlı bir kəndə getdilər, bəziləri isə Nüxeylə düşərgəsində məskən saldılar.
    Xəvaric həkəmiyyəti bir növ "Osmanın qanlı köynəyi" kimi əldə əsas tutaraq onun İmam (ə)-ın üzünə çəkirdilər. Halbuki elə onların özləri "Quranlar nizə başına vurulan gün"də həkəmiyyəti qəbul etmək üçün İmam (ə)-ı təzyiqə məruz qoydular, hətta onu ölümlə belə, təhdid etdilər. Amma çox keçmədən bəhanə axtarmaq və iğtişaş salmaq niyyəti ilə öz fikirlərindən dönərək onu, hətta şirk və dindən çıxmaq qədər günah və qanunsuz bir iş hesab etdilər, özləri tövbə etdilər, İmam (ə)-dan da tələb etdilər ki, o da öz "günahını" boynuna alıb sonra tövbə etsin, həkəmiyyətin nəticəsi elan olunmazdan qabaq yenidən qoşun yeridib Müaviyə ilə müharibəni davam etdirsin.
    Amma Əli (ə) günaha yaxın düşən, qanunsuz bir işi qəbul edən və bağlanan əhdnaməni pozan bir adam deyildi. İmam (ə) onların parçalanmalarına əhəmiyyət vermədi, Kufəyə daxil olandan sonra adi qaydada yaşamağa başladı. Amma inadkar xəvariclər öz mənfur məqsədlərinə çatmaq üçün müxtəlif tədbirlərə əl atırdılar. O cümlədən:
    1-İmam (ə)-ı əhdnaməni pozmağa vadar etmək üçün onunla xüsusi görüşlər keçirmək;
    2-Camaat namazında iştirak etməmək;
    3-Məsciddə İmam (ə)-ın əleyhinə kəskin şüarlar vermək;
    4-Əli (ə)-ı və Siffeyn əhdnaməsini möhtərəm sayanların hamısını kafir hesab etmək;
    5-Ayrı-ayrı şəxsiyyətlərə sui-qəsd etmək, Iraqda təhlükəsizliyi aradan aparmaq;
    6-Silahlı qiyam edib İmam (ə)-ın hökuməti ilə qarşılaşmaq.
    Bunların müqabilində İmam (ə) da onların fitnəsini yatırtmaq üçün bəzi işlər görürdü. O işlər aşağıdakılarda xülasələnir:
    1-Siffeyndə həkəmiyyət barədə özünün seçdiyi mövqeyi aydınlaşdıraraq, onunla elə əvvəldən müxalif olduğunu, təzyiqdən başqa bir şeyin onu imzalamağa məcbur etmədiyini aşkar etmək.
    2-Özünün məntiqi və kəsərli sözləri ilə onların bütün iradlarına cavab vermək.
    3-Ibni Abbas kimi şəxsiyyətləri göndərərək onların fikirlərini aydınlaşdırıb düz yola hidayət etmək.
    4-Ümumi halda onların sükut edənlərinə, hərçənd rəy və fikirləri dəyişməsə belə, başqa müsəlmanlarla heç bir təfavütləri olmayacağını demək. Buna görə də onların payını beytül-maldan verirdi, maaşlarını da kəsməmişdi.
    5-Əbdüllah İbn Xubbabı və onun hamilə arvadını qətlə yetirən xəvaricləri təqib etmək.
    6-Onların silahlı qiyamlarına cavab verib fəsadın kökünü kəsmək.
    Bu bəndlərdə qeyd olunanlar bizim bəhsimizin əsas mövzusunu təşkil edir. Xoşbəxtlikdən tarixdə bu hadisələr dəqiq şəkildə yazılıb saxlanmışdır. Biz onların hamısını aşağıda qeyd edirik:
    1-Xüsusi görüşlər keçirmək
    Bir gün xəvaricin başçılarından ikisi–Zərqət Tai və Hərqus İmam (ə)-ın hüzuruna gəldilər, onların arasında çox kəskin danışıqlar oldu:
    Hərqus:–Öz xətandan tövbə et və həkəmiyyət məsələsindən geri qayıt. Sonra bizi Müaviyə ilə müharibəyə göndər. Onunla müharibə edib Allahla görüşə nail olaq!
    İmam (ə):–Mən bunu istəyirdim, amma siz Siffeyndə mənim üstümə qalxdınız, həkəmiyyəti mənə siz qəbul etdirdiniz. İndi biz onlarla müqavilə imzalamış, müəyyən şərtləri qəbul edərək onlarla əhd bağlamışıq. Allah-Taala buyurur: "Ilahi əhd-peymanlara, əhd-peyman bağladığınız vaxt vəfalı qalın və öz andlarınızı möhkəmlədəndən sonra sındırmayın, halbuki Allahı bu andlarınıza zamin seçmisiniz. Allah etdiklərinizdən agahdır."
    Hərqus:–Bu bir günah idi, gərək ondan tövbə edəsən!
    İmam (ə):–Bu, günah yox, rəydə bacarıqsızlıq və tədbirdə zəiflik idi (səbəbkarı da siz özünüz idiniz). Mən əvvəldə sizi bu işdən xəbərdar etdim, sizin qabağınızı almağa çalışdım.
    Zərqət:–Allaha and olsun, əgər kişilərin Allahın Kitabında həkəmiyyətinə son qoymasan, Allahın razılığı üçün səninlə vuruşacağıq!
    İmam (ə) qəzəbli halda:–Ay bədbəxt! Necə də pis adamsan! Səni görürəm ki, tezliklə öldürüləcəksən və külək torpağı üstünə tökəcək!
    Zərqət:–Elə bunu arzu edirəm!
    İmam (ə):–Şeytan ikinizin də əqlini əlinizdən almışdır. Allahın əzabından qorxun, uğrunda döyüşdüyünüz bu dünyada heç bir mənfəət yoxdur!
    Bunu eşidib hər ikisi "la hukmə illa lillah" şüarını verərək İmam (ə)-ın hüzurundan çıxıb getdilər.("Vəsailuş-şiə", 5-ci cild, səh.370 )
    2-Camaat namazından ayrılmaqla hökumətə etiraz.
    Namazı camaatla birlikdə qılmaq müstəhəbdir, təklikdə (fürada) qılmaq isə günah deyildir.("Zümər", ayə65 ) Amma islamın əvvəllərində vəziyyət tamamilə başqa cür idi, belə ki, camaat namazında ardıcıl olaraq iştirak etməmək hökumətə qarşı etiraz, nifaq və ikiüzlülük əlaməti idi. Buna görə də rəvayətlərdə namazın camaatla qılınmasına dair çoxlu təkidlər olunmuşdur.
    Xəvaric məscidə gəlir, amma camaat namazında iştirak etməməklə öz müxalifətlərini aşkar edir, namaz başlayanda çox kəskin şüarlar verməyə başlayırdılar. Bir gün İmam (ə) namaz qılanda, xəvaricin başçılarından biri olan Ibni Kəvva etiraz əlaməti olaraq bu ayəni oxudu: "Sənə və səndən qabaqkı peyğəmbərlərə vəhy olundu ki, əgər şirk əməli əncam versən, əməlin puç olacaq və ziyankarlardan olacaqsan." ("Əraf" surəsi, 204 )
    İmam (ə) tam mətanət və təmkinlə, həmçinin Quranın hökmü ilə "hər vaxt Quran tilavət olundusa, ona qulaq asın və aram olun, bəlkə ilahi rəhmətdə olasınız"("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.269; "Tarixi-Təbəri", 4-cü cild, səh.54 ) -ayəsinin hökmünə görə sükut etdi, İbn Kəvva ayəni qurtardıqdan sonra namazını davam etdirdi. Lakin o, ayəni yenidən oxudu, İmam (ə)-da sükut etdi. İbni Kəvva bu işi bir neçə dəfə təkrar etdi, İmam (ə) da təmkinlik göstərdi. Nəhayət İmam (ə) aşağıdakı ayəni oxumaqla ona elə cavab verdi ki, həm öz namazına xələl gəlmədi, həm də İbn Kəvvanı susdurdu: "Səbir et, həqiqətən Allahın vədəsi haqdır. Mömin olmayanların işləri səni qəzəbləndirməsin!"("Ənam" surəsi,, 57 )
    Ibni Kəvva da bu ayəni tilavət etməklə tam həyasızlıqla Peyğəmbər (s)-dən sonrakı ilk mömini müşrik hesab edərək deyirdi ki, o, Allahdan qeyrisini hökmdə şərik qərar vermişdir! Biz sonralar "ilahi hakimiyyət" barəsində ətraflı şəkildə söhbət edəcəyik.
    3-"La hukmə illa lillah" şüarının verilməsi.
    Xəvaric öz mövcudiyyətini elan etmək və İmam (ə)-ın hökuməti ilə müxalifətçiliyini bildirmək üçün dəfələrlə həm məsciddə, həm də kənarda bu şüarı verirdilər. Qurandan götürülən bu şüar bir neçə ayədə gəlmişdir:
    1) "Hökm yalnız Allaha məxsusdur. O, haqqa əmr edir və O, qəzavət edənlərin ən yaxşısıdır." ("Ənam" surəsi,, 64 )
    2) "Agah ol ki, hökm yalnız Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir."("Yusif" surəsi,, 40)
    3) "Hökm yalnız Allaha məxsusdur. Əmr etmişdir ki, Ondan qeyrisinə ibadət etməyəsiniz."("Qəsəs" surəsi,, 70 )
    4) "Hökm yalnız Allaha məxsusdur. Ona təvəkkül etmişəm, təvəkkül edənlər də yalnız Ona təvəkkül etməlidirlər."
    5) "Həmd və sitayiş dünya və axirətdə yalnız Ona məxsusdur, hökm Onunkudur və Ona tərəf qayıdacaqsınız."("Casiyə" surəsi,, 16)
    6) "Əgər Ona iman gətirsəniz, (bilin ki,) hökm böyük və əzəmətli olan Allaha məxsusdur."
    Bu ayələrdən "hökm"ün yalnız Allaha məxsus olduğu, Ondan qeyrisinə aid etməyin isə şirk hesab olunması düşünülür. Amma başqa bir ayədə qeyd edilir ki, "Biz Bəni-Israilə kitab, hökm və nübüvvət verdik." ("Yusif" surəsi,, 67) Digər bir ayədə Allah-Taala Peyğəmbərə əmr edir ki, haqq əsasında hökm etsin: "Onların arasında, Allahın nazil etdiyi hökm əsasında qəzavət et və onların həvayi-nəfslərinə tabe olma." Başqa bir yerdə Allah-Taala həzrət Davuda əmr etmişdir ki, camaatın arasında haqq ilə hökm (qəzavət) etsin.
    Çox acınacaqlı və kədərləndirici haldır ki, İmam (ə) bir ovuc cahil və nadanların arasına düşmüşdü. Onlar ayələrin zahiri mənalarına əsaslanaraq hay-küy qoparır, camaatı yoldan azdırırdılar. Xəvaric əsas etibarı ilə Quran qariləri və Quran hafizləri idi. Lakin Peyğəmbər (s)-in buyurduğu kimi "Quran onların sinə və boğazlarından uzağa getmir, onların ruhlarına hopmurdu." Onlar İmam (ə) kimi həqiqi Quran təfsirçilərinin, yaxud da o həzrətin tərbiyə etdiyi şagirdlərin yanına gedib ilahi ayələrin düzgün məna və məfhumlarını öyrənmək, hansı mənada olan hökmün yalnız Allaha məxsus olduğunu bilmək istəmirdilər.
    Qeyd etdiyimiz kimi, hökmün çoxlu mənaları var ki, onları qısa şəkildə qeyd edirik:
    1-Yaradılış aləmində tədbir, eləcə də ilahi istəyin, məşiyyətin nüfuzlu olması;("Ənam" surəsi,, 57 )
    2-Şəriət və qanun qoyma;("Yusif" surəsi,, 40 )
    3-Cəmiyyətə haqq olan bir üsul surətində hakimiyyət edib onlara istila tapmaq.("Maidə" surəsi,, 49 )
    4-Camaatın ixtilaflı məsələlərində ilahi qanun əsasında qəzavət etmək.("Casiyə" surəsi, 16 )
    5-Bir ilahi əmanətdar kimi cəmiyyətə rəhbərlik etmək.("Tarixi-Təbəri", 4-cü cild, səh.53 )
    Deməli, "hökm" sözünün müxtəlif mənaları, daha doğrusu, müxtəlif işlənmə yerləri vardır. Belə isə, bir ayənin sadəcə zahiri mənasına istinad edərək Siffeyndə həkəmeynə müraciət etməyi ayə ilə müxalif hesab etmək olarmı?! Əvvəlcə hansı hökmün yalnız Allaha məxsus olmasını, sonra isə İmam (ə)-ın əməlini araşdırıb onu Quranla müqayisə etmək lazımdır. İmam (ə) yerindəcə özünün məxsus səbir və hövsələsi ilə bəzi dəlillər gətirərək ayələrin həqiqi məna və məqsədlərini onlara başa salırdı. Lakin bütün ilahi peyğəmbərlər və dünya islahatçıları inadkarlıq və nadanlıq dərdini müalicə etməkdə aciz qalmışlar. Biz qeyd olunan ayələrin məfhumlarını təhlil etməzdən öncə, xəvaricin inadkarlıqları və öz başınaçılıqları yaxşıca aydınlaşsın deyə, onların bəzi kəskin rəftarlarını nəql edirik.
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 695 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024