İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:36 AM
    İMAM (Ə)-IN ALİCƏNABLIĞI
    Əli (ə)-ın yerinə hər bir qüdrət sahibi olsaydı, ölkə başçısını müşrik və kafir adlandıran bu ədəbsizləri tənbeh edərdi. Lakin İmam (ə) qüdrət sahiblərinin əksəriyyətinin əksinə olaraq onlara tam açıqürəklilik göstərir, onlarla alicənablıqla davranırdı. Bir gün İmam (ə) xitabə kürsüsündə oturub camaata nəsihət edirdi. Birdən xəvaricdən olan bir nəfər məscidin küncündən fəryad çəkib dedi:–"La hukmə illa lillah!" Onun sözü qurtaranda başqa birisi durub həmin şüarı təkrar elədi, sonra bir dəstə adam qalxıb xorla həmin şüarı təkrar etdilər. İmam (ə) onlara cavab verərək buyurdu:–Zahirdə haqq sözdür, amma onlar batili nəzərdə tuturlar (Sonra buyurdu:) Bizimlə olduğunuz vaxta qədər sizə üç hüquq verilir (nalayiq hərəkətləriniz bu hüquqları almağınıza mane olmayacaqdır):
    1-Sizin namaz qılmaq üçün məscidə gəlməyinizə maneçilik törətmirik.
    2-Bizimlə əlbir olduğunuz (və düşmənlərə qoşulmadığınız) vaxta qədər sizi beytül-maldan məhrum etmirik.
    3-Nə qədər ki, müharibəyə başlamamısınız, sizinlə vuruşmayacağıq.("Tarixi-Təbəri", 4-cü cild, səh.53 )
    Başqa bir gün İmam (ə) məsciddə nəsihət etməyə məşğul ikən, xəvaricdən bir nəfər şüar verdi və camaatın diqqətini özünə cəlb etdi. İmam (ə) buyurdu:–Haqq sözdür, lakin batil məqsədlə deyilir. (Sonra əlavə etdi:) Əgər sükut etsələr, onlarla başqaları kimi rəftar edəcəyik, yox əgər yenə danışsalar, cavablarını verəcəyik. Əgər qiyam etsələr, onlarla vuruşacağıq.
    Sonra xəvaricdən olan Yəzid İbn Asim Müharibi ayağa durub Allaha həmd-səna etdi, dedi:–Allahın dinində zilləti qəbul etməkdən Ona pənah aparıram! Belə bir iş Allahın işində bir hiylə və bir zillətdir ki, onun sahibini ilahi qəzəbə düçar edəcək. Əli, bizi ölümlə qorxudursanmı?!
    İmam (ə) onun cavabında sükut etdi.
    İMAM (Ə)-IN HİDAYƏTEDİCİ FƏALİYYƏTLƏRİ
    İmam (ə)-ın ordusunun "sağ qolu" sayılan bir dəstənin iki dəfə qiyam etməsi işləri daha da çətinləşdirdi. Birincisi Siffeyndə olmuşdu, (burada onlar İmam (ə)-dan tələb edirdilər ki, müharibəni dayandırıb həkəmeynin qəzavətini qəbul etsin, əks halda qətlə yetiriləcəkdi.) Ikincisi isə müqavilənin imzalanmasından və həkəmiyyətin qəbul olunmasından sonra. (Bu dəfəki istəkləri birincidəkinin tamamilə əksinə idi; onlar əhdnamənin pozulmasını istəyirdilər.)
    Birinci istəkləri hərçənd İmam (ə)-ı qələbədən məhrum etdi, lakin İmam (ə)-ın sadəlövh əsgərlərinin müharibəni davam etdirmək istəmədikləri, üstəlik o həzrəti qətl ilə təhdid etdikləri belə bir şəraitdə sülhə razılaşmaq qeyri-qanuni bir iş deyildi və əqlin xilafına sayılmırdı. İmam (ə)-ın öz sözü ilə desək (o həzrət xəvaricin başçılarına xitabən belə buyurmuşdu), "Həkəmeynin qəzavətinin "dostların" təzyiqi altında qəbul olunması tədbirdə bacarıqsızlıq, işdə zəiflik idi və onların öz tərəfindən mənə qəbul etdirilmişdi."("Məryəm", 97 )
    Halbuki ikinci istəkləri hamını əhd-peymanların qorunmasına dəvət edən Quran hökmünün tamamilə ziddinə idi. Bu halda İmam (ə) çıxış yolunu yalnız ictimai səbatın qorunmasında, təmkinli olmaqda, aldanmışları hidayət edib yol göstərməkdə, bəzi vaxtlar isə onların dəstələrini dağıtmaqda görürdü. Buna görə də əvvəlcə onları hidayət etmək üçün çalışırdı, lakin bu tədbir fayda vermədikdə şəraitə uyğun olaraq başqa yollardan istifadə edirdi. O cümlədən, onları hidayət etmək üçün müsəlmanlar arasında kitab və sünnəyə dərin bilikdə məşhur olan alim və fəzilətli dostlarını xəvaricin düşərgəsinə göndərirdi.
    İBN ABBASIN XƏVARİCLƏ MÜBAHİSƏSİ
    Ibni Abbas İmam (ə)-ın əmri ilə xəvaricin düşərgəsinə gedib onlarla söhbət etdi. Burada onların söhbətlərini qeyd edirik:
    Ibni Abbas:–Sizin sözünüz nədir? Əmirəl-mömininə qarşı nə iradınız var?
    Xəvaric:–O, möminlərin əmiri idi, amma həkəmiyyəti qəbul etdikdə kafir oldu. Gərək öz küfrünü etiraf edib, tövbə etsin. Bundan sonra biz ona tərəf qayıdarıq.
    Ibni Abbas:–Mömin gərək onun islami əqidə və üsullarına olan yəqini aludə olmamış öz küfrünü iqrar etməsin.
    Xəvaric:–Onun küfrünün səbəbi budur ki, həkəmiyyətə razı olmuşdur.
    Ibni Abbas:–Həkəmiyyəti qəbul etmək Allahın bir neçə yerdə qeyd etdiyi Quran məsələsidir. O cümlədən buyurulur: "Ey iman əhli, şikarı ehram halında öldürməyin. Sizdən hər kəs onu qəsdən öldürsə, gərək o heyvanın ağırlığı qədər kəffarə versin. Bu kəffarənin o heyvanın ağırlığında olmasını iki nəfər ədalətli şəxs təsdiq etsin." Əgər Allah-Taala ehram halında şikar etmək kimi nisbətən asan olan bir məsələdə hakim seçməyi əmr edirsə, onda nə üçün İmamət məsələsində müsəlmanların qarşısına çətinlik çıxanda hakim seçməyi rəva görməsin?!
    Xəvaric:–Qazilər onun fikrinə rəy verdilər, amma o, qəbul etmədi.
    Ibni Abbas:–Qazilərin məqamı İmamın öz məqamından heç bir vəch ilə yüksək deyildir. Nəinki qazilər, hətta müsəlmanların İmamı da yolunu azsa, ümmət onunla müxalifətə qalxmalıdırlar. Əgər qazilər haqqın ziddinə bir hökm etsə, sözsüz gərək ümmət onların əleyhinə qalxsın.
    Bu zaman onlar məhkum olunduqlarını hiss edib nadan kafirlər kimi inadkarlığa başladılar, Ibni Abbası tənqid atəşinə tutub dedilər:–Sən elə həmin Qüreyş qəbiləsindənsən ki, Allah onların barəsində "Qüreyş kinli bir qrupdur", həmçinin, "... Quranın vasitəsi ilə kinli adamları qorxudasan"("Kamil" (Mübərrəd), səh.582; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.273 ) deyə buyurmuşdur.("Nəhcül-bəlağə", 73-cü məktub )
    Əgər onlar doğrudan da haqqı istəsəydilər, başlarında özbaşınaçılıq və inadkarlıq fikirləri dolaşmasaydı, şübhəsiz, Ibni Abbasın məntiqi sözlərini qəbul edib silahı yerə qoyar və İmam (ə)-a qoşular, sonra isə əsil düşmənlərlə vuruşardılar. Lakin təəssüflər olsun ki, Ibni Abbas cavab verərkən onlar imanlılara yox, Qüreyş müşriklərinə aid olan ayələri tilavət etdilər.
    Quran həkəmə (qaziyə) müraciət etməyi kiçik dava-dalaşlarda belə (məsələn, ailə münasibətlərində) caiz bilmiş, tərəflər hüsnü-niyyətdə olduqları halda bunun nəticəsini də yaxşı hesab etmişdir. Allah-Taala buyurur: "Əgər ər-arvadın ixtilafından qorxursunuzsa, bir nəfəri kişinin ailəsindən, bir nəfəri də arvadın ailəsindən qəzavətə seçin; əgər islah olunmağı istəsələr Allah o ikisini hədəfə çatmaqda müvəffəq edər. Allah alim və agahdır."
    Ümmətin üç ay davam edən qanlı müharibədəki ixtilafının ər-arvadın arasındakı ixtilafdan az olduğunu, habelə, ümmətin tərəflərdən iki nəfərin kitab və sünnə əsasında olan qəzavətə seçilməsini istəməsinin qanunsuz bir iş və küfr olduğunu, nəticədə bu işi görənlərin tövbə etməli olduğunun vacibliyini heç vaxt iddia etmək olmaz.
    Bu ayələrə diqqət yetirməklə aydın olur ki, xəvaric tərəfindən həkəmiyyətin xəta hesab edilməsinin səbəbi inadkarlıqdan, özbaşınalıqdan başqa bir şey deyildi.
    Ibni Abbasın dəlil-sübut əsasında olan müzakirələri sona çatmadı, onları hidayət etmək üçün İmam (ə)-ın tərəfindən yenə də göndərildi. İmam (ə) ona əmr etmişdi ki, xəvariclə Peyğəmbər (s) sünnəsi əsasında mübahisə etsin, çünki Quran ayələrində müxtəlif ehtimallar, müxtəlif yozumlar vardır, xəvaric də özlərinə sərfəli olan ehtimalı seçə bilərdilər. Belə ki, o həzrət buyurdu: "Xəvariclə Quran ayələri əsasında müzakirə etmə; çünki Quranda çoxlu ehtimallar vardır, bu surətdə sən bir söz deyəcəksən, onlar da başqa söz deyəcəklər (və müsbət bir nəticə alınmayacaq). Amma sünnə əsasında onlara dəlil gətir, bu halda onu qəbul etməkdən başqa bir çarələri olmayacaq." ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.280 )
    İMAM (Ə) ŞƏXSƏN XƏVARİCİN DÜŞƏRGƏSİNƏ GEDİR
    İmam (ə) Səsəə İbn Suhan Əbdi, Zeyd İbn Nəzir, Ibni Abbas kimi şəxsləri göndərməklə onların hidayət olunmasından məyus olduqda şəxsən gedib onlarla görüşmək qərarına gəldi ki, bəlkə həkəmeyn məsələsini və onun müqəddiməsini şərh etməklə, həmçinin bu işə məhz onların özlərinin bais olduqlarını onlara anlatmaqla hamısını, yaxud bir qismini qiyamdan saxlaya bilsin. İmam (ə) hərəkət edəndə Səsəədən soruşdu ki, qiyamçılar xəvaricin başçılarından hansının tabeçiliyindədirlər. O, "Yəzid İbn Qeys Ərcinin" - deyə cavab verdi.
    İmam (ə) öz atına minib düşərgənin arasından keçdi, Yəzidin xeyməsinin qabağında atdan düşdü, iki rəkət namaz qılıb öz kamanına dayandı, sora üzünü xəvaricə tutub sözünü belə başladı:–Sizin hamınız Siffeyndə iştirak edirdinizmi?
    Dedilər:–Yox!
    İmam (ə) buyurdu:–Iki dəstəyə ayrılın, hər iki dəstə ilə söhbət edəcəyəm. (Sonra uca səslə buyurdu:) Sakit olun və pıçıldaşmayın, sözlərimə qulaq asın! Hər kəsdən şahidlik etməsini istəsəm, öz bildiklərinə uyğun olaraq şəhadət versin.
    İmam onlarla danışığa başlamazdan qabaq özü Allahın dərgahına üz tutdu, hamının nəzər-diqqətini Allah dərgahına yönəldərək dedi:–Ilahi, bu elə bir məqamdır ki, hər kəs onda qələbə çalsa, qiyamət günündə də qalib olacaq, hər kəs bu məqamda məhkum olunsa, o dünyada da kor və azmış olacaq. Ey camaat! Məgər siz Quranlar nizəyə vurulanda, hiyləgərlik məqsədilə demədinizmi ki, "onlar bizim qardaşlarımızdır, biz bir dindəyik, onlar öz keçmiş işlərini unutmuş, peşman olmuşlar, indi Allahın Kitabına pənah gətirmişlər, gərək onların rəylərini qəbul edib qəm-qüssələrini aradan qaldıraq!" (Və mən də sizə cavab vermədimmi ki,) sizin bu təklifinizin zahiri iman, batini isə ədavət və kin-küdurətdir; onun əvvəli mərhəmət və ürəyəyatan, axırı isə peşmançılıqdır. Öz yerinizdə qalın, tutduğunuz yolu buraxmayın, düşmənlə cihad etmək üçün dişlərinizi sıxın, heç kəsin nərəsinə əhəmiyyət verməyin; çünki əgər onunla razılaşılsa, yoldan azdırar və öz halına buraxılsa, xar və zəlil olar. Axırda bu iş (onların istəkləri qarşısında təslim olmaq) mənim təsdiq etdiyimin əksinə oldu və gördüm ki, siz düşmənə belə bir fürsət verdiniz.(Yenə orada)
    Ibni Əbil-Hədid 36-cı xütbənin şərhində yazır: "Xəvaric İmam (ə)-a dedilər ki, dediklərinin hamısı düzdür, amma nə etmək olar ki, biz böyük bir günaha mürtəkib olmuş və ondan tövbə etmişik. Sən də gərək tövbə edəsən!" İmam xas bir günaha işarə etmədən ümumi şəkildə buyurdu: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh." Bu vaxt xəvaricin düşərgəsindən altı min nəfər ayrılıb İmama qoşuldu."
    Ibni Əbil-Hədid bu istiğfarın izahında yazır: "İmamın bu tövbəsi "müharibə məkrdir" qəbilindən olan siyasət idi. O heç bir günahı iqrar etmədən bütün peyğəmbərlərin dediyi müəmmalı bir söz dedi və düşmən də onunla razılaşdı."("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.274-275; "Kamil" (Mübərrəd), səh.45 )
    DOST CİLDİNDƏ OLAN DÜŞMƏNLƏRİN TÖRƏTDİYİ FİTNƏ-FƏSADLAR
    İmam (ə) xəvaric düşərgələrindən Kufəyə qayıtdıqdan sonra, camaat arasında belə bir şayiə yayıldı ki, o, həkəmiyyəti ləğv etmiş, onu zəlalət saymışdır; o həm də camaatın Müaviyə ilə müharibə etməsi üçün döyüş sursatı hazırlamaq və həkəmlərin rəyi elan olunandan sonra hərəkət etmək istəyir. Bu vaxt Əşəs İbn Qeys (onun həm həyatı, həm də İmam (ə)-a hansı məqsədlə qoşulması tamamilə şübhəli idi) zahirdə dostluq göstərdi, batində isə Müaviyənin xeyrinə olaraq sözə başlayıb dedi:–Camaat deyir ki, Əmirəl-möminin öz əhdindən dönmüş, həkəmiyyəti küfr və zəlalət hesab etmişdir. O, müqavilə müddətinin axırına qədər gözləməyi qanunsuz hesab edir.
    Əşəsin sözləri İmam (ə)-ı həqiqəti açıb söyləməyə məcbur etdi. O həzrət dedi:–Hər kəs mənim həkəmiyyət müqaviləsini qüvvədən salmağımı fikirləşirsə, yalan deyir. Hər kəs onu zəlalət hesab edirsə, özü zəlalətdədir.
    Həqiqətin aşkar edilməsi xəvaricə elə ağır gəldi ki, "la hukmə illa lillah" şüarını verərək məscidi tərk etdilər və yenidən öz düşərgələrinə qayıtdılar. İbni Əbil-Hədid burada qeyd edir ki, İmam (ə)-ın hökumətində baş verə biləcək hər növ xələl və iğtişaş Əşəsin əlində idi, çünki o bu məsələni ortaya atmasaydı, İmam (ə) həqiqəti deməyə məcbur olmaz və elə həmin ümumi tövbə ilə qane olan xəvaric İmam (ə)-la birlikdə Müaviyəyə qarşı müharibəyə gedərdilər. Amma o, İmam (ə)-ın tövriyəni açıb həqiqəti bəyan etməsinə səbəb oldu.
    XƏVARİCİ HİDAYƏT ETMƏK ÜÇÜN YENİ SƏYLƏR
    Mübərrəd "Kamil" kitabında İmam (ə)-ın əvvəlki ilə tamamilə fərqlənən digər bir mübahisəsini qeyd edir ki, o həzrətin xəvariclə etdiyi ikinci mübahisəsi olmasına ehtimal verilir. Onun xülasəsi belədir:
    İmam (ə):–Yadınızdadırmı, onlar Quranları nizələrə vurub qaldıranda mən dedim ki, bu iş hiylə və məkrdir. Əgər onlar Quranın qəzavət etməsini istəsəydilər yanıma gəlib mənim qəzavət etməyimi tələb edərdilər. Bir nəfər tanıyırsınızmı ki, həkəmiyyəti mən hesab etdiyim dərəcədə pis bir iş saysın?
    Xəvaric:–Yox.
    İmam (ə):–Təsdiq edirsinizmi ki, siz məni tam ikrahlı olduğum halda bu işə vadar etdiniz, mən də məcbur qalıb sizin tələbinizi qəbul etdim, şərt qoydum ki, hakimlər yalnız Allahın hökmü əsasında qəzavət etdikdə onların hökmü qüvvədə olacaq. Hamınız da bilirsiniz ki, Allahın hökmü məndən o yana keçməz (və mən haqq İmam, mühacir və ənsarın seçdiyi xəlifəyəm.)
    Əbdüllah İbn Kəvva:–Düzdür, o iki nəfəri bizim israrımızla Allah dinində qazi seçdin, amma indi biz iqrar edirik ki, bu əməlimizlə kafir olmuşduq, indi də ondan tövbə edirik. Sən də bizim kimi öz küfrünü iqrar edib tövbə et, sonra isə hamımızı Müaviyə ilə döyüşə göndər.
    İmam (ə):–Bilirsinizmi ki, Allah ərlə-arvad arasında ixtilaf yarandıqda iki nəfər həkəmə (qaziyə), həmçinin ehram halında şikar öldürüldükdə kəffarə təyin etmək üçün iki nəfər ədalətli şəxsə müraciət olunmasını əmr etmişdir?!
    Ibni Kəvva:–Sən "Əmirəl-möminin" ləqəbini öz adından silməklə özünü hökumətdən saldın.
    İmam (ə):–Peyğəmbər (s) bizim üçün (hər bir şeydə) örnəkdir. "Hüdeybiyyə" qəzvəsində, Peyğəmbərlə Qüreyş arasında bağlanan sülhnamədə "Rəsulullah" yazılmışdı. Qüreyşdən olan nümayəndə buna etiraz edib "Əgər sənin Allahın Rəsulu olduğunu iqrar etsəydim, onda səninlə müxalifət etməzdim. Gərək "Rəsulullah" ləqəbini öz adının yanından götürəsən!" - deyəndə Peyğəmbər mənə buyurdu: "Ya Əli, "Rəsulullah" ləqəbini adımın yanından sil." Dedim: "Ya Rəsuləllah, qəlbim belə bir iş görməyə icazə vermir." Peyğəmbər öz əli ilə onu pozdu, təbəssüm edərək mənə buyurdu: "Bu iş sənin də başına gələcək."
    İmam (ə)-ın sözləri tamam olandan sonra Hərurada yığışanların içindən iki min nəfər ayrılıb o həzrətin tərəfinə gəldilər. Orada yığışdıqlarına görə onlara "həruriyyə" adı verildi.("Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.310-311 )
    BAŞQA BİR MÜBAHİSƏ
    Xəvaric barəsində İmam (ə)-ın siyasəti belə idi: Onlar nahaq qan axıtmayınca, qarətçilik və soyğunçuluq etməyincə Kufədə və onun ətrafında azad şəkildə yaşaya bilərlər–hətta gecə-gündüz onların inkar səsləri məscidi doldursaydı və onun əleyhinə şüar versəydilər də belə. Buna görə də İmam (ə) yenidən Ibni Abbası Hərura kəndinə göndərdi. İbni Abbas onlara dedi:–Nə istəyirsiniz?
    Dedilər:–Gərək Siffeyndə olanların və həkəmiyyətə razılıq verənlərin hamısı Kufədən çıxsınlar, hamılıqla Siffeynə gedib üç gecə orada qalaq və öz əməlimizdən tövbə edib sonra Müaviyə ilə müharibə etmək üçün Şama gedək!
    Bu sözlərdə inadkarlığın və nadanlığın əlamətləri tamamilə aşkardır, çünki əgər həkəmiyyət məsələsi günah və qanunsuz bir iş olsaydı belə, ona görə tövbənin mütləq günahın baş verdiyi yerdə, özü də orada üç gecə qalmaq şərti ilə, icra olunması lazım deyildi. Tövbə elə bir an qəlbdə peşman olmaqla və istiğfar etməklə gerçəkləşir. İmam (ə) onların cavabında dedi:–Bu sözü nə üçün indi, iki nəfər qazi təyin olunub göndəriləndən və tərəflər əhd-peyman bağladıqdan sonra deyirsiniz?
    Dedilər:–O vaxt təzyiq çoxalmışdı, yaralılar da həddindən artıq çox idi. Bizim çoxlu silahımız və atımız tələf olmuşdu. Buna görə də həkəmiyyəti qəbul etdik.
    İmam (ə) buyurdu:–Təzyiqin şiddətləndiyi bir gündə qəbul etdinizmi?! Peyğəmbər (s) müşriklərlə bağladığı müqaviləni möhtərəm sayır, amma siz isə mənə deyirsiniz ki, öz əhdimi pozum!
    Onlar daxilən xəcalət hissi keçirdilər, lakin öz əqidələrinə olan təəssübə görə bir-bir gəlib "la hukmə illa lillah" şüarını verdilər. Bir gün onlardan biri məscidə daxil oldu və elə həmin şüarı verdi, camaat onun ətrafına yığışdı. O, öz şüarını təkrar etdi. Bu dəfə dedi:–Allahdan başqa heç bir kəs üçün hökm yoxdur, Əbül-Həsən (Əli (ə)) üçün ikrahlı olsa da belə.
    İmam (ə) buyurdu:–Mən heç vaxt Allahın hökmünə ikrahla yanaşmıram, lakin sizin barənizdə Allahın hökmünü gözləyirəm.
    Camaat İmam (ə)-a dedi:–Nə üçün bunlara bu qədər möhlət və azadlıq verirsən?! Nə üçün onların kökünü kəsmirsən?!
    Buyurdu:–Onlar məhv olmayacaqlar; onlardan bir qrupu ataların sülbündə, anaların bətnində qalıb qiyamətə kimi elə bu halda olacaqlar.("Nəhcül-bəlağə", 58-ci xütbə )
    İYİRMİ ÜÇÜNCÜ FƏSİL
    XƏVARİCİN MÜXALİFƏT SƏBƏBLƏRİNİN TƏHLİLİ
    Xəvaricin İmam (ə)-la müxalifətçilik səbəbləri Müaviyənin o həzrətlə müxalifətçilik səbəblərindən tamamilə fərqli idi. Müaviyə Ömərin xilafəti dövründən etibarən Şamın muxtariyyətinin müqəddiməsini hazırlamışdı və özünü Şamın mütləq hakimi hesab edirdi. Osmanın qətlindən sonra İmam (ə)-ın onu Şamın hakimiyyətindən kənarlaşdırmaq istədiyini bildikdə, onunla müxalifətə başladı, əvvəlcə Təlhə və Zübeyri təhrik etməklə, sonra isə Siffeyn müharibəsini başlamaqla İmam (ə)-ın qabağında dayandı, son anlarda Quranları nizəyə vuraraq fitnə ilə İmam (ə)-ın ordusunda dərin ixtilaf və ikitirəlik yaratdı.
    Amma xəvaric zahirpərəst, başqa sözlə "quru müqəddəslər" idilər. Onlar islamın əsaslarından xəbərsiz olduqlarına, ona səthi baxdıqlarına görə İmam (ə)-la müxalifətə qalxdılar, puç bəhanələrə istinad edərək ilahi hidayət çırağı qarşısında cəbhələşmə yaratdılar, o hidayət çırağını söndürmək üçün, hətta özlərinin məhv olmaları qiymətinə belə, irəlilədilər.
    Xəvariclə Müaviyə arasında olan məhz bu bariz fərqə görə İmam (ə) onlara qələbə çaldıqdan sonra buyurdu: "Məndən sonra xəvariclə vuruşmayın, çünki haqqı axtararaq müəyyən səbəblərə görə xəta yolu gedənlərlə batili axtaran və onu əldə edənlər bərabər deyildirlər."("Nəhcül-bəlağə", 125-ci xütbə )
    Xəvaricin müxalifət səbəblərinin təhlil olunması göstərir ki, onlar şamlıların əksinə olaraq cah-cəlal, məqam istəmirdilər. Onlara düzgün olmayan təfəkkür və xas bir gerilik hökm sürürdü. İndi isə onların etirazlarının ən mühümlərini qeyd edirik;
    1-ŞƏXSLƏRİN DİNƏ HAKİMİYYƏTİ
    Onlar daim etiraz edib deyirdilər ki, bir-biri ilə müxalif olan qrupdan iki nəfərin öz şəxsi fikirləri əsasında müsəlmanların müqəddəratını əllərinə alması, öz şəxsi rəylərini müsəlmanların tanınmış rəhbərlərinin rəylərinə hakim etməsi necə mümkün ola bilər?! Onlar deyirdilər: Şəxslər özlərinin naqis əqlləri ilə müsəlmanların müqəddəratına, dininə hökm edə bilməzlər. Onların həmişəki sözləri bu idi: "Əli şəxsləri Allah dinində hakim etmişdir!"
    Bu sual göstərir ki, onlar qazilərin qəzavətə seçilmə şərtlərindən xəbərsiz olub belə təsəvvür edirdilər ki, İmam (ə) müsəlmanların taleyini həll etməkdə onları tam ixtiyar sahibi etmişdir ki, istədikləri kimi qərar qəbul etsinlər, hansısa qərəzli işlər görsünlər. İmam (ə) bu etiraza cavab verib buyurdu: "Biz Allahın dininə adamları deyil, Quranı hakim etmişik. Bu Quran iki cildin arasında yerləşən, dil açıb söz danışmayan bir xətdir. Onu bəyan edən bir adam lazımdır. Bəyan edənlər ondan söz açırlar: Şamlılar "Quranı hakim seçək" - deyəndə, biz ondan üz çevirmədik. Çünki Quranda buyurulur: "Əgər bir şeydə ixtilafınız olsa, onu Allaha və Onun Peyğəmbərinə qaytarın (onlara müraciət edin)." Allaha müraciət etmək Qurana, Peyğəmbərə müraciət etmək isə onun sünnəsinə qayıtmaq deməkdir. Əgər qazilər Allahın Kitabına uyğun qəzavət etsələr, onda biz onu hamıdan qabaq qəbul edərik; əgər Peyğəmbər sünnəsinə müvafiq şəkildə qəzavət etsələr, yenə də biz onu hamıdan əvvəl qəbul edərik."("Nəhcül-bəlağə", 17-ci və 123-cü xütbələr)
    İmam (ə) digər bir xütbədə həmin cavabı başqa ibarələrlə bəyan edərək buyurur: "Hər iki həkəm (qazi) buna görə seçilmişlər ki, Quranın dirçəltdiyi şeyləri dirçəltsinlər, onun öldürdüyü şeyləri də öldürsünlər (yəni haqqı dirçəldib, batili məhv etsinlər). Quranın dirçəltdiyi şeyləri dirçəltmək onun ətrafına yığışmaq, Quranın öldürdüyü şeyləri öldürmək də onlardan uzaqlaşmaqdır. Əgər Quran bizi şamlılara tərəf sövq etsə, gərək onlara tabe olaq; əgər onları bizə tərəf sövq etdirsə, gərək onlar bizə tabe olsunlar. Mən sizə heç bir şər gətirməmiş, sizi aldatmamış və heç nəyi sizdən gizlətməmişəm."("Nəhcül-bəlağə", 40-cı xütbə )
    2-MÜDDƏTİN TƏYİN OLUNMASI
    Onların ikinci etirazları bu idi ki, nə üçün qəzavət üçün müddət təyin olunmuş və qərara alınmışdır ki, hər iki qazi bitərəf yerdə (Dumətül-cəndəldə), Ramazan ayının axırına qədər müzakirə edib iki dəstənin ixtilafı barədəki rəylərini bildirməlidirlər? Həmçinin nə üçün bu iş elə oradaca–Siffeyn səhrasında, Quranlar nizə ucunda qaldırılan vaxt yerinə yetirilmədi?
    Doğrusu, görəsən belə yersiz iradlar tutmaq onların cəhalətinə dəlalət etmirmi?! Məgər hər iki tərəfin əlləri dirsəyə qədər qana batan bir halda belə bir böyük qəzavət işi o qədər də asan idimi ki, bir-iki gündə həll olunub qurtarsın və tərəflər də onu qəbul etsinlər? Bu işdə mümkün qədər səbirli olsaydılar, cahillər ayılar, ümmət arasında sülhün bərqərar olunmasına daha yaxşı şərait yaranardı.
    İmam (ə) bu etirazın cavabında buyurdu: "Siz deyirsiniz ki, nə üçün sizinlə onların arasında müəyyən bir vaxt təyin etdim və qəzavət işini sürətləndirmədim. Mən ona görə belə etdim ki, xəbərsizlər agah olsunlar, xəbəri olanlar da (öz əqidələrində) daha möhkəmlənsinlər ki, bəlkə Allah bu müddətdə ümmətin işini islah edə."
    3-İNSAN HAKİMİYYƏTİNİN - "HAKİMİYYƏTİN YALNIZ ALLAHA MƏXSUS OLMASI" İLƏ ZİDDİYYƏTİ
    Xəvaric İmam (ə)-la müxalifət etdikləri müddət ərzində "la hukmə illa lillah" ayəsinə istinad edərək o həzrətin işinin Qurana zidd olduğunu iddia edir, öz şüarlarında deyirdilər: "Ya Əli! Hakimiyyət sənə və sənin dostlarına yox, yalnız Allaha məxsusdur!"
    Yuxarıda da qeyd olunduğu kimi, bu şüar Qurani-Kərimin "Yusif" surəsinin 40 və 67-ci, həmçinin başqa ayələrdən əxz edilmişdir. Onun məfhumu hakimiyyətin əsil bir haqq kimi Allaha məxsus olduğunu, heç bir insanın başqası üzərində belə bir haqqa malik olmadığını göstərən tövhid prinsipidir. Amma hakimiyyət haqqının Allaha həsr edilməsi bir qrup insanın Allahın izninin gərəkli etdiyi müəyyən qanunlar əsasında hökumət etməsi və Allah hakimiyyətinin haqq təzahürünə çevrilməsi ilə zidd deyildir. Heç bir ağıllı insan iddia edib ictimai həyatın hökumət olmadan mümkün olduğunu deyə bilməz. Çünki, ictimai vəzifələrin yerinə yetirilməsi, ziddiyyətli və münaqişəli məsələlərin həll edilməsi yalnız bir hakimiyyət sayəsində mümkün olur.
    İmam (ə) onların şüarını eşidəndə buyurdu: "Bəli, hakimiyyət haqqı Allahındır. (Və heç bir bəndə Allahın izni olmadan hökumət edə bilməz), lakin xəvaric öz şüarlarında başqa məqsəd güdürlər; o da budur ki, cəmiyyətdə ümumiyyətlə heç bir hökumət olmasın. (Istər Allahın izni ilə olsun, istərsə də olmasın.) Halbuki camaat üçün bir hakimin olması–istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi–zəruridir ki, onun hökuməti sayəsində mömin öz yaxşı işlərinə məşğul olsun, kafir də öz maddi həyatından bəhrələnsin."("Tarixi-Təbəri", 6-cı cild, səh.55 )
    Hökumətin olmaması təhlükəsizliyin aradan getməsinə səbəb olar, bu halda nə mömin xeyir işlər görməyə müvəffəq olar, nə də kafir maddi həyatdan bəhrələnər. Əgər məqsəd doğrudan da hökumətin bərqərar olunmasını rədd etməkdirsə, bu halda Peyğəmbər (s)-in və şeyxeynin hökumətini necə izah etmək olar?
    Xəvaric əqidə və əməldə bir-biri ilə daim çəkişmədə idilər. Bir tərəfdən ictimai həyatın nüfuzlu bir rəhbər olmadan qeyri-mümkün olmasını bilir, digər tərəfdən isə düzgün olmayan çıxarışlar nəticəsində hər hansı bir hökumətin bərqərar edilməsini hakimiyyətin Allaha məxsus olması ilə müxalif hesab edirdilər. Maraqlıdır ki, xəvaric əvvəldə öz dəstələri üçün bir başçı da seçmişdilər. Təbəri yazır: "38-ci ilin şəvval ayında xəvaricdən bir dəstəsi Əbdüllah İbn Vəhəb Rasibinin evində yığışmışdı. Bu zaman Əbdüllah öz çıxışında dedi:–"Bir dəstə adamın Allaha iman gətirib Quranın hökmünü qəbul etməsi, amma dünya həyatının onların nəzərində əmr be məruf və nəhy əz münkərdən üstün olması heç də yaxşı deyildir."
    Ondan sonra Hərqus İbn Züheyr və Həmzə İbn Sənan da danışdı. Həmzə öz sözünün sonunda dedi:–"Işlərinizi bir nəfərə tapşırın. Həqiqətdə sizin üçün bir sərkərdə, etimad olunacaq bir şəxs mütləq lazımdır ki, ondan soruşub, ona müraciət edəsiniz."("Nəhcül-bəlağə", 64-cü xütbə )
    HƏKƏMİYYƏT–AXIRINCI ÜMİD
    Siffeyn müharibəsindən əvvəl də, sonra da müsəlmanlar arasında əsaslı məsələlər qarşıya qoyulmuşdu ki, onların həlli yollarından biri hakimlərin seçilməsi idi. Bu hakimlər çətin məsələləri həqiqətgörən nəzərlə araşdırmalı, onların barəsində dürgün rəy verməli idilər. Bu məsələlər aşağıdakılardan ibarət idi:
    1-Osmanın qətli;
    2-İmam (ə)-ın dostlarının xəlifənin qətli ilə müttəhim olunması.
    3-"Osmanın qəyyumu olmaq" barədə Müaviyənin iddiası.
    Siffeyn müharibəsində irəli çəkilən bu məsələlərin həlli üçün iki yol vardı: Birincisi bu idi ki, tərəflər öz ixtilaflarını mühacir və ənsarın seçdiyi İmama təqdim etsinlər, İmam da tam azad bir məhkəmədə onların barəsində ilahi hökmü icra etsin. İmam (ə) da Siffeyn müharibəsindən əvvəl məhz bu yola təkid edərək Müaviyəyə yazmışdı:"Osmanın qatilləri barəsində çox danışdın. Camaatın cərgələrinə daxil olub mənimlə beyət et, bundan sonra şikayət məsələsini ortaya at. Mən hamınızı Allahın Kitabına tərəf sövq edirəm!" ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.234)
    Bu yol, Müaviyənin inadkarlığı və onun Şama hakim olmaq üçün göstərdiyi hərisliyə görə tamamilə bağlandı və Siffeyn müharibəsi ilə nəticələndi.
    Ixtilafların həll edilməsinin ikinci düzgün yolu bu idi ki, işi səlahiyyətli bir məhkəməyə təqdim etsinlər, orada bitərəf və həqiqəti görən hakimlər ixtilafı həll etsinlər, qəzavət işində islamın və müsəlmanların həqiqi mənafeyini nəzərdən qaçırmasınlar, (Əmr Asda olduğu kimi) hər növ şəxsi mənafeyi və (Əbu Musada olduğu kimi) kin-küdurəti kənara qoysunlar. Belə bir məhkəmədə İmam (ə) öz məqsədlərinə çatıb çətinlikləri həll edə bilərdi.
    Xəlifənin qətli də müəmmalı bir məsələ deyildi. Onun səbəbləri uzun illər öncə yaranmışdı və günbəgün də kəskinləşməkdə idi. Nəhayət təzyiqlərin güclənməsi və irticaçı vəziyyətin şiddətlənməsi, layiqli və saleh şəxslərin döyülüb təhqir edilməsi, xeyirxah insanlara əzab-əziyyət və işkəncə verilməsi elə bir güclü partlayış yaratdı ki, hətta Əli (ə) da onun qarşısını ala, xəlifəni ölümdən qurtara bilmədi.
    Osmanın xilafət aparatına bağlı olanların və Müaviyənin iddiası səlahiyyətli bir məhkəmədə irəli çəkilməli, haqq batildən seçilməli idi. Dünyanın heç bir yerində qətlə yetirilən bir nəfərin intiqamını almaq üçün qoşun çəkməyi rəva görmürlər. Halbuki bu müharibədə bir nəfərin intiqamını almaq üçün böyük bir qoşun yeridildi, nəticədə təqribən 65 min nəfər həlak oldu.
    Əgər Dumətül-cəndəldə təşkil olunan məhkəmə düz işləsəydi, bu məsələləri həll edərək müsəlmanların baş verən hadisələr qarşısındakı vəzifələrini ayırd edə bilərdi. Amma təəssüflər olsun ki, orada müzakirə olunmayan yeganə şey–ixtilafın köklərini araşdırıb tapmaq idi. Əmr As öz rəqibinin əqlini oğurlamaqla onun imzası ilə İmam (ə)-ı xilafətdən salmaq və Müaviyənin xilafətini qanuniləşdirmək istəyirdi. Əbu Musa isə özü ilə həmfikir olan Əbdüllah İbn Öməri xilafətə keçirmək istəyirdi, çünki deyirdi ki, onun əli tərəflərdən heç birinin qanına batmamışdır.
    Məhkəmənin rəyi elan olunandan sonra Əli (ə) onu rəsmi şəkildə qəbul etmədi və buyurdu ki, qazilər iltizam verdikləri sözün əksinə əməl etmişlər. İmam (ə) ki, bir ordu təşkil edərək Şama yola düşməyi qərara almışdı, lakin xəvaric hadisəsi onun Müaviyəni təqib etməsinə mane oldu.
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 512 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024