İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:35 AM
    FƏSADIN KÖKÜNÜN KƏSİLMƏSİ
    İmam (ə) xəvariclə mülayim münasibətdə idi, onlara buyurduğu sözlərində dostluq yaradan və hidayətedici xəbərdarlıqlardan başqa bir şey eşidilmədi. Həzrət onlarla, özünün inadkar və sözəbaxmayan övladını yola gətirmək istəyən bir ata kimi rəftar edirdi; onların maaşlarını beytül-maldan verir, məsciddə və onun ətrafında yaratdıqları iğtişaşlara etina etmir və çalışırdı ki, onları ram etməklə vəhdəti bir daha cəmiyyətə qaytarsın, Şamdakı əsl xəvaricin kökünü kəssin. Siffeyndəki əhdnamə də İmam (ə)-a bu səlahiyyəti vermişdi. Çünki müqavilədə qeyd edilmişdi ki, əgər həkəmeyn Quran və Peyğəmbər (s)-in sünnəsinin əksinə olaraq qəzavət etsələr, İmam (ə) əvvəlki mövqeyində qalacaqdır.(Nəhcül-bəlağə", (Əbdühün şərhi), 172-ci xütbə )
    İmam (ə) Müaviyə ilə yenidən müharibəyə başlamağın Siffeyn əhdnaməsinə zidd olmadığını, elə ona müvafiq olaraq müharibəni başlayıb düşməni məhv etməyin zəruri olduğunu camaata başa salmaq üçün çoxlu çıxışlar etdi. Onların birində buyurdu: "Biz onlarla şərt bağlamışdıq ki, ədalət əsasında qəzavət edələr, haqqa əməl edələr. Hər iki qazi də öz zülmkar qəzavətlərindən qabaq, bizim qoyduğumuz şərti qəbul etmişdilər. İndi isə haqq ilə müxalifət etmiş, batil hökm çıxarmışlar. Haqq bizimlədir və fitnə odunu söndürmək üçün cihadı əvvəldən başlamalıyıq."("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.132 )
    İmam (ə) və onun dostları "xəbis şəcərənin" kökünü kəsməkdən, fəsadı aradan qaldırmaqdan başqa bir şey fikirləşmirdilər. Amma gözlənilmədən hadisələrin gedişi bu fikirlərin tam əksinə olaraq dəyişildi, Müaviyə ilə deyil, xəvariclə müharibə etmək qəti bir məsələyə çevrildi.
    İmam (ə)-ın bu barədə qəti qərara gəlməsinin səbəblərini aşağıdakılardan başa düşmək olar:
    1. İmam (ə)-a xəbər çatdı ki, xəvaric Əbdüllah İbn Vəhəb Rasibinin evində yığışaraq "əmr be məruf və nəhy əz münkər" adı ilə silahlı qiyam etməyi qərara almış, bu məqsədlə Bəsrədəki həmfikirlərinə məktub yazaraq onları da təcili olaraq xəvaricin düşərgəsinə–"Xeybər"in kənarındakı Nəhrəvana dəvət etmişlər, Bəsrə xəvaricləri də öz hazırlıqlarını bildirmişlər.("Əl-İmamətu vəs-siyasət", səh.136 )
    2. Dumətül-cəndəl məhkəməsində tam həyasızlıqla İmam (ə)-ı öz qanuni məqamından çıxarmış, Müaviyəni onun yerinə seçmişdilər. Bu da İmam (ə)-ı, bu barədə ümumxalq fikrini aydınlaşdırmağa məcbur etdi. Buna görə də İmam (ə) Kufədə minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra buyurdu: "Agah və xeyirxah bir insanla müxalifət etmək peşmançılığa, həsrətə səbəb olar. Mənim həm həkəmiyyət məsələsində, həm də bu iki nəfərin qəzavəti barəsində rəyim mənfi idi, lakin siz mənim rəyimi qəbul etmədiniz və o iki nəfərin hakim olmasını qəbul etdiniz. Onlar öz əhdlərini pozaraq Quranın öldürdüyü şeyi diriltdilər, diriltdiyi şeyi isə öldürdülər; öz nəfsani istəklərinə tabe oldular, dəllil və höccət olmadan rəy verdilər. Buna görə də Allah, Onun Peyğəmbəri və möminlər hər iki hakimdən bezardırlar. Cihada, Şama tərəf hərəkət etməyə hazırlaşın və bazar ertəsi günü Nüxeylə düşərgəsində bir yerə yığışın. Allaha and olsun, mən bunlarla (şamlılarla), hərçənd özümdən başqa heç kim olmasa belə, vuruşacağam."
    3. İmam (ə) dayanmadan Kufədən çıxıb Siffeynə getməyi qərar aldı. Onun dostlarından bəziləri dedilər ki, yaxşı olardı ki, bizdən ayrılan xəvaricləri də cihada dəvət edəsən. Buna görə də İmam (ə) xəvaricin başçılarına belə bir məktub yazdı: "Əmr As və Əbu Musa xətaya yol vermiş, Allahın Kitabı ilə müxalifət etmiş və həvayi-nəfsə tabe olmuşlar. Onlar nə sünnəyə əməl etmişlər, nə də Qurana. Allah, Onun Rəsulu və möminlər onların əməlindən bezardırlar. Mənim məktubum sizə çatan kimi gəlin, hər ikimizin düşmənlərinə tərəf gedək."
    4. İmam (ə)-ın məktubu onların ruhiyyələrində azacıq belə olsun, təsir buraxmadı və bu təklifi rədd etdilər. İmam (ə) onlardan məyus olduqda qərara aldı ki, onların cihadda iştirak edəcəklərini gözləməsin, öz ixtiyarında olan, yaxud toplaya biləcəyi qoşunla Siffeynə tərəf hərəkət etsin. Bəsrənin hakimi Ibni Abbasa bir məktub yazaraq ondan kömək istədi. Məktub ona çatanda onu camaata oxudu, lakin Əhnəfin başçılıq etdiyi min beş yüz nəfərdən başqa müsbət cavab verən olmadı. İbni Abbas könüllülərin azlığından təəssüfləndi, böyük bir yığıncaqda çıxış edib dedi:–"Əmirəl-möminindən mənə bir məktub gəlmişdir. O, məktubda mənə əmr etmişdir ki, qoşun yığıb cihadda iştirak etmək üçün onun yanına göndərim. Mən bu barədə fərman verdim, amma cihadda iştirak etmək üçün yalnız min beş yüz nəfər hazırlaşdı, halbuki dövlət divanında altmış min nəfərin adı vardır. Təcili olaraq hərəkətə başlayın və bəhanə gətirməyin. Hər kəs öz İmamının çağırışına etinasızlıq etsə, bərk peşman olacaq. Mən Əbül-Əsvədə əmr etmişəm ki, sizin hərəkət proqramınızı tərtib etsin."
    Əbül-Əsvəd və başqalarının göstərdiyi səylər nəticəsində yalnız min səkkiz yüz nəfər əvvəlkilərə qoşuldu və üç min iki yüz nəfərdən ibarət olan qoşun Kufəyə yola düşdü. İmam (ə) Bəsrə qoşununun sayının azlığından fikrə daldı, kufəlilərin arasında çıxış edib buyurdu: "Ey Kufə əhli! Siz haqq işində mənim qardaşlarım və köməkçilərimsiniz. Mən sizin köməyinizlə haqqa arxa çevirənləri məhv edərəm. Ümidvaram ki, siz haqq keşikçiləri, bu yolda möhkəm və sabitqədəm olasınız. Bilin ki, Bəsrə əhalisindən yalnız üç min iki yüz nəfər köməyə gəlmişlər. Sizə vacibdir ki, sədaqətlə kömək edəsiniz. Rəislər və qəbilələr öz qohum-əqrəbalarına yazsınlar, döyüş qüdrəti olanları bu müharibəyə dəvət etsinlər."
    Səd İbn Qeys Həmdani, Ədi İbn Hatəm, Hücr İbn Ədi kimilər və sair qəbilə ağsaqqalları bu fərmana itaət edib öz qəbilələrinə məktub yazdılar. Beləliklə qırx min nəfər döyüşçü on yeddi min cavan və səkkiz min qulamla birlikdə Kufəyə gəldilər, Bəsrə qoşunu da onlara qoşuldu. Böyük bir ordu İmam (ə)-ın bayrağı altında birləşdi. Bəziləri Müaviyə ilə vuruşmazdan öncə xəvaricin işinin xətm edilməsinə israr edirdilər. İmam (ə) buyurdu: "Onları boşlayın, və yer üzündə zülmkar şahlar olmaq, möminləri qul etmək istəyənlərin sorağına gedin!"
    Bu vaxt hər tərəfdən səslər ucaldı: "Bizi hara məsləhət görürsənsə, ora da apar! Hamımızın qəlbimiz bir nəfərin qəlbi kimidir və yalnız sənə kömək etmək üçün döyünür!"
    5. Belə həssas bir vəziyyətdə xəbər çatdı ki, xəvaric çayın sahilində Əbdüllah İbn Xubbabın başını kəsmiş, bununla da kifayətlənməyib onun arvadını da öldürmüş və bətnindəki uşağı çıxarıb onun da başını kəsmişlər. İbni Qüteybə "Əl-İmamətu vəs-siyasət" kitabında yazır:
    Xəvaric Əbdüllah ilə qarşılaşanda ondan soruşdular:–Kimsən?
    Əbdüllah: –Allahın mömin bəndəsi!
    Xəvaric:–Əli barəsində fikrin nədir?
    Əbdüllah:–O, möminlərin əmiri, Allaha və Onun Rəsuluna iman gətirən ilk şəxsdir.
    Xəvaric:–Adın nədir?
    Əbdüllah:–Əbdüllah İbn Xubbab İbn Ərrət.
    Xəvaric:–Sənin atan Peyğəmbərin səhabəsi idimi?
    Əbdüllah:–Bəli.
    Xəvaric:–Səni narahat etdikmi?
    Əbdüllah:–Bəli!
    Xəvaric:–Sənin atandan, atanın da Peyğəmbərdən nəql etdiyi hədisi bizim üçün söylə.
    Əbdüllah:–Atam Peyğəmbərin belə buyurduğunu nəql edib: "Məndən sonra bir fitnə baş verəcəkdir, o fitnədə möminin qəlbi öləcək. Gecə imanlı halda yatacaq, gündüz isə kafir olacaqdır."
    Xəvaric:–Məqsədimiz bu hədisi səndən eşitmək idi. Allaha and olsun, səni elə (faciəli şəkildə) öldürəcəyik ki, indiyə kimi heç kimi o cür öldürməmişik!
    Bunu deyib onun əl-ayağını bağladılar və hamilə arvadı ilə birlikdə xurma ağacının altına gətirdilər. Bu vaxt ağacdan bir xurma düşdü. Xəvaricdən biri onu götürüb ağzına qoydu, onun həmfikirləri etiraz səslərini ucaltdılar: "Nə üçün camaatın malını, razılığı olmadan, yaxud pulunu vermədən yeyirsən?!"
    O, dərhal xurmanı ağzından çıxarıb tulladı. Sonra xəvaricdən biri bir məsihinin oradan keçən donuzunu oxla vurub öldürdü. Bu vaxt başqaları etiraz edib dedilər ki, bu əməl yer üzündə fəsad salmaqdır! Buna görə də onun sahibini razı saldılar. Sonra Əbdüllahı əl-qolu bağlı halda çayın kənarına gətirib başını qoyun başı kimi kəsdilər, arvadını da öldürdülər, sonra onun qarnını yırtıb uşağını çıxartdılar və onun da başını kəsdilər. Yenə də kifayətlənməyib başqa üç nəfər arvadı da (onlardan biri səhabə idi) öldürdülər."("Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.282; "Əl-Kamil", 2-ci cild, səh.560 )
    Əbdüllahın atası Xubbab İbn Ərrət ilk müsəlmanlardan idi və ölənə kimi Qüreyşin ona verdiyi işkəncə izləri onun bədənində qalmışdı. O, İmam (ə) Siffeyndən qayıtmazdan əvvəl vəfat etdi. İmam (ə) qayıdandan sonra onun qəbri üstünə gedib rəhmət oxudu, onu təriflədi.
    Mübərrəd "Kamil" kitabında Əbdüllahın faciəli şəkildə qətlə yetirilməsini yazaraq qeyd etmişdir ki, onun qatilini tutandan sonra o (qatil) dedi: "Mən sizdən istəyirəm ki, Quranın diriltdiyi şeyi dirildin, öldürdüyünü öldürün."
    O, Əbdüllahın atasının Peyğəmbərdən nəql etdiyi hədisi qeyd edəndən sonra yazır: Xəvaric xurma ağacının meyvəsindən yemək üçün onun sahibinə təklif etdilər ki, onun pulunu alsın. O dedi ki, ağacımın meyvəsini sizə bağışladım, lakin onlar qəbul etməyib dedilər: "Onun pulunu hökmən almalısan!" Bu vaxt məsihi kişi fəryad edib dedi ki, "siz bir müsəlmanın qanını tökməkdən qorxmursunuz, amma xurma sahibi razı ola-ola onun meyvəsini yemək istəmirsiniz!"(Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.272 )
    6. Əmirəl-möminin Əli (ə) Əbdüllahın qətlə yetirilməsindən xəbər tutduqda Haris İbn Mürrəni xəvaricin düşərgəsinə göndərdi ki, bu barədə düzgün bir xəbər gətirsin. Haris onların içinə gedəndə bütün islam və insaniyyət qanunlarının əksinə olaraq onu da tutub öldürdülər. Göndərilən elçinin öldürülməsi İmam (ə)-ı daha da təəssüfləndirdi. Bu zaman İmam (ə)-ın köməkçilərindən bir dəstə onun hüzuruna gəlib dedilər: "Qulağımızın dibində belə bir təhlükə ola-ola Şama tərəf gedib, arvad-uşaqlarımızı da onların (xəvaricin) içində qoymağımız düz bir işdirmi?!"
    ƏBDÜLLAHIN QATİLLƏRİNDƏN QİSAS ALINMASINA DAİR QƏRAR
    Əbdüllahın qatillərinin camaat arasında yaratdıqları qorxu və vəhşət İmam (ə)-ı cəhalətin, şəqavətin kökünü kəsməyə məcbur etdi və qərara aldı ki, Həruraya (Nəhrəvana) tərəf hərəkət etsin. Hərəkət vaxtı o həzrətin nücum elmində məşhur olan bir dostu həmin saatda hərəkət etməyi məsləhət görməyib dedi:–Əgər günün bu saatında hərəkət etsən, sənə ağır xəsarət dəyəcək!
    İmam (ə) onun sözünə əhəmiyyət vermədi, nücum elminin belə işlərə tətbiq olunmasını tənqid edib buyurdu:–Nücum elmindən qaranlıq çöllərdə və dəryalarda yolu istiqamətləndirmək üçün istifadə etmək lazımdır.
    Təsadüfən bu səfərdə İmam (ə) böyük qələbələrə nail oldu. İmam (ə) Kufədən təzəcə aralanmışdı ki, dostlarından biri qaça-qaça gəlib dedi:–Ey Əmirəl-möminin, muştuluq ver! Xəvariclər sizin hərəkətinizdən xəbər tutub qaçmağa üz qoymuş və çaydan keçmişlər.
    İmam (ə) buyurdu:–Onların çaydan keçməsini öz gözlərinlə gördünmü?
    Dedi:–Bəli!
    İmam (ə) onu üç dəfə and içdirdi, o da üç dəfə and içib dedi ki, xəvaricin körpüdən keçməsini öz gözləri ilə görmüşdür. İmam (ə) buyurdu:–Allaha and olsun, onlar suyu keçməmişlər və heç vaxt da keçməyəcəklər. Onların qətlgahı suyun kənarındadır. Çərdəyi yaran və insanı xəlq edən Allaha and olsun, (onlar) "Əslas" və "Qəsri-bəvazin" məntəqəsinə də çatmayacaqlar.(36-cı xütbəyə müraciət edin. )
    Onun sözlərini başqa iki nəfər də təsdiq etdi, lakin İmam (ə) onların sözlərini qəbul etmədi. Necə qəbul edə bilərdi, halbuki məsum Peyğəmbər (s) o həzrətin üç dəstə ilə müharibə edəcəyini ona xəbər vermişdi. Onların ikisi ilə müharibə etmişdi, üçüncüsü isə Peyğəmbər (s)-in bəyan etdiyi əlamətlərə görə elə bunlar idi. Bu zaman bir nəfər şəkkə düşdü və fikirləşdi ki, görəsən gözləri ilə gördüyü şahidlərin sözünü qəbul etsin, yoxsa İmam (ə)-ın qeybi xəbərlərini?! Sonra qərara gəldi ki, əgər İmam (ə)-ın sözləri düz çıxmasa, onun düşmənlərinə qoşulacaq.
    İmam (ə) ata mindi, qoşun da onun ardınca hərəkətə başladı. Xəvaricin ordugahına çatanda məlum oldu ki, onlar hamılıqla qılıncların qınlarını sındırmış və müharibəyə hazırlaşmışlar. Bu vaxt həmin cavan İmam (ə)-ın hüzuruna gəlib özünün bəd niyyətinə görə ondan üzr istədi.
    Tarix göstərir ki, İmam (ə) Mədaindən keçib Nəhrəvanda düşərgə saldı. Sonra onlara xəbər göndərdi ki, Əbdüllahın, onun arvadının və oğlunun qatillərini, qisas alınması üçün təhvil verməlidirlər. Cavabda dedilər ki, bizim hamımız onların qatilləriyik və onların qanını halal bilmişik! İmam (ə) onların yaxınlığına gəlib dedi:–Ey (üsyankar) insanlar! Mən sizə xəbərdarlıq edirəm ki, məbada sabah islam ümmətinin lənətinə gələsiniz və suyun kənarında heç bir dəlil olmadan öldürüləsiniz! Mən sizi həkəmiyyəti qəbul etməkdən saxladım və dedim ki, Bəni-Üməyyənin nə dini var, nə də Quranı istəyirlər. Mən onları, uşaqlarından-böyüyünə kimi yaxşı tanıyıram. Onlar (uşaqlıq çağlarında) uşaqların, (böyüyəndə isə) camaatın ən pisləri idilər. Lakin siz mənim sözümə qulaq asmayıb müxalifətçilik etdiniz. Mən belə bir gün üçün hər iki qazidən iltizam aldım ki, Quranın diriltdiyini diriltsinlər, öldürdüyünü öldürsünlər. İndi ki, onların hər ikisi (Qurandakı) hökmün əksinə əməl etmişlər, biz də ilk sözümüzün üstündəyik.("Əl-əxbarüt-tival", səh.210 )
    Xəvaric İmam (ə)-ın güclü məntiqi qarşısında boş və əbəs sözləri təkrar etməkdən başqa yol görmədilər və israr edərək dedilər ki, "həkəmiyyəti qəbul edəndə hamımız kafir olduq. Biz tövbə etdik, sən də öz küfrünü iqrar etdikdən sonra tövbə et. Bu halda biz səninlə eyni fikirli adam olarıq. Əks halda, bizdən əl çək. Əgər döyüşmək istəyirsənsə, biz döyüşə hazırıq.
    İmam (ə) buyurdu:–Iman gətirib Rəsulullahın önündə cihad edəndən sonra öz küfrümə şəhadət verimmi?! Həkəmiyyəti qəbul etmək sizin qılınclarınızı siyirib camaatın başına endirməyinizə, camaatın qanını axıtmağınıza səbəb olacaqmı?! Bu, aşkar ziyankarlıqdır!
    HÖCCƏTİN AXIRINCI DƏFƏ OLARAQ TAMAMLANMASI
    İmam (ə) xəvariclə müzakirənin bir fayda verəcəyindən məyus olduqda ordunu nizama salmağa başladı. Sağ cinahın rəhbərliyini Hücr İbn Ədiyə, sol cinahın rəhbərliyini isə Şibs İbn Rəbiəyə tapşırdı. Əbu Əyyub Ənsarini süvarilərə, Əbu Qutadəni isə piyada qoşunlarına sərkərdə seçdi. Bu müharibədə İmam (ə)-ın qoşununda iştirak edən səkkiz yüz mədinəli səhabənin rəhbərliyini Qeys İbn Səd İbn Übadəyə tapşırdı, özü isə qoşunun mərkəzində yer seçdi. Sonra süvari qoşun tərəfində "aman" bayrağı qaldırdı, Əbu Əyyuba buyurdu ki, uca səslə desin: "Qayıtmaq üçün yol açıqdır. Hər kəs bu bayrağın altına gəlsə, tövbəsi qəbul olunacaq; həmçinin Kufəyə getsə, yaxud xəvaricdən ayrılsa, əmin-amanlıqda olacaqdır. Biz sizin qanınızı tökməyə israr etmirik."
    Bu vaxt bir dəstə adam ayrılıb bayrağın altına gəldi, İmam (ə) da onların tövbələrini qəbul etdi. Bəziləri demişlər ki, xəvaricdən min nəfər qayıdıb bayrağın altına yığışdı.("Məqalatul-islamiyyin", 1-ci cild, səh.210 ) İmam (ə)-a tərəf gələn xəvaric başçıları bunlar idi: Müsər İbn Fərdəki, Əbdüllah Tai, Əbu Məryəm Sədi, Əşrəs İbn Ovf və Salim İbn Rəbiə. Bundan sonra onların içində Əbdüllah İbn Vəhəb Rasibidən başqa daha tanınmış adam qalmamışdı.(Tarixi-Təbəri", 4-cü cild, səh.64; "Kamil" (Ibni Əsir), 4-cü cild, səh.64 )
    Təbəri yazır ki, bu dəstənin tövbə edib İmam (ə)-a tərəf qayıtmasından sonra xəvaricin ordusunda iki min səkkiz yüz nəfər qalmışdı, amma İbn Əsir onların sayını min səkkiz yüz nəfər qeyd etmişdir.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.272, 273 )
    İmam (ə) öz köməkçilərinə göstəriş verdi ki, düşmən döyüşü başlamayınca siz başlamayın. Bu vaxt xəvaricdən bir nəfər İmam (ə)-ın qoşununa hücum etdi, üç nəfəri yerə sərdi. Bu zaman İmam (ə) hücumu özü başladı və əvvəlcə onu öldürdü, sonra ümumi hücum fərmanı verdi və buyurdu:–Allaha and olsun, sizdən yalnız on nəfər öldürüləcək, onlardan isə on nəfərdən başqa heç kim sağ qalmayacaqdır!("Əl-İmamətu vəs-siyasət", səh.138 )
    Bu vaxt Əbdüllah İbn Vəhəb Rasibi meydana gəlib dedi:–Ey Əbu Talibin oğlu! Səndən əl çəkməyəcəyəm: ya səni öldürəcəyəm, ya da özüm öləcəyəm!
    İmam (ə) cavabda buyurdu:–Allah onu öldürsün! Nə qədər də həyasızdır! O bilir ki, mən nizə-qılıncla böyümüşəm. (Sonra əlavə etdi:) O, həyatdan ümidini üzmüş, yalançı və tamahkar gözünü mənə dikmişdir.
    Bunu deyib bir qılınc zərbəsi ilə onu cəhənnəmə vasil etdi.("Kəşful-ğümmə", 1-ci cild, səh.267 ) Bu döyüşdə qələbə qısa müddət ərzində İmam (ə)-a nəsib oldu. İmam (ə)-ın döyüşçüləri sağdan-soldan düşmənin mərkəzinə hücum etdilər. Çox keçmədən xəvaricin cansız cəsədləri torpağa sərildi. Onların hamısı bu döyüşdə öldürüldü, yalnız on nəfər canını qurtara bildi: ikisi Xorasana, ikisi Əmmana, ikisi Yəmənə, ikisi Iraq adasına, ikisi isə "Təlli Muzən"ə pənah apardılar və orada qalıb xəvaric nəslini davam etdirdilər.
    Döyüş qurtarandan sonra İmam (ə) onların cəsədləri qarşısında dayanıb təəssüflə buyurdu: "Vay halınıza! Sizi aldadanlar sizə böyük ziyan vurmuşlar!"
    İmam (ə)-dan soruşdular: "Onları kim aldatdı?" İmam (ə) buyurdu: "Yoldan çıxaran Şeytan və onların tüğyançı nəfsləri. Arzularla onları aldadaraq tüğyançılıq yollarını üzlərinə açdılar, onlara qələbə vədəsi verdilər və nəhayət yandırıcı oda saldılar!"("Nəhcül-bəlağə", 59-cu xütbə )
    İmam (ə)-ın dostları belə təsəvvür edirdilər ki, artıq xəvaricin nəsli kəsilmişdir, lakin İmam (ə) onlara cavab verib buyurdu: Yox, belə deyildir! Onlar nütfə surətində kişilərin sülbündə, qadınların bətnində yaşamaqdadırlar. Hər vaxt onlardan bir şaxə cücərsə, (hökumətlər tərəfindən) kəsiləcək (və onun yerində başqa bir şaxə cücərəcək), nəhayət qarətçi və mal-dövlət oğruları şəklinə düşəcəklər.("Tarixi-Təbəri", 3-cü cild, səh.98)
    Sonra buyurdu:–Məndən sonra xəvariclə vuruşmayın. Sizin əsil düşməniniz Müaviyədir. Mən xəvariclə, məhz təhlükəsizliyin təmin olunması naminə döyüşürdüm. Onlardan azlıq təşkil edən bir qrup sağ qalmışdır ki, döyüş üçün yararlı deyildirlər.
    İmam (ə) qənimət alınan silahları və atları öz köməkçiləri arasında bölüşdürdü, məişət vəsaitlərini, kənizlərini və qulamlarını isə onların vərəsələrinə qaytardı. Sonra ordunun içində dayanıb onlara təşəkkür etdi və əmr etdi ki, elə oradan birbaşa Siffeynə gedib əsl fəsadın kökünü kəssinlər. Amma onlar İmam (ə)-a belə cavab verdilər:–Qollarımız yorulmuş, qılınclarımız sınmış, oxlarımız qurtarmışdır. Yaxşı olar ki, Kufəyə qayıdıb öz qüvvələrimizi nizama salaq.
    Onların qayıtmağa dair israr etmələri İmam (ə)-ı təəssüfləndirdi və onlarla birlikdə Kufəyə, Nüxeylə düşərgəsinə qayıtmağa məcbur oldu. Onlar tədriclə Kufəyə gedir, arvad-uşaqları ilə görüşür və evlərində qalırdılar. Çox keçmədən o düşərgədə az sayda adam qaldı. Onların sayı o qədər az idi ki, hətta şamlılarla döyüşə getmək üçün belə, kifayət etməzdi.
    XƏVARİCİN FİTNƏLİ TARİXİNİN SONU
    İmam (ə)-ın əleyhinə qiyam etmək fikrinin əsası 38-ci ilin səfər ayında, Siffeyndə qoyuldu və sonralar, Quranı hakim seçəndə müxalifət dalğaları daha da şiddətləndi. Kufə xəvaricləri həmin ilin Şəvval ayının onunda Əbdüllah İbn Vəhəb Rasibinin evində yığışıb onunla beyət etdilər və qərara aldılar ki, Kufəni tərk etdib Həruraya, sonra isə Nəhrəvana getsinlər. İmam (ə) Şama gedəndə yol üstündə öz fikrini dəyişib xəvariclə döyüşməyə məcbur oldu. Tarixçilərin yazdığına əsasən 38-ci ilin Səfər ayının doqquzunda fəsad kökündən kəsildi.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.114-115 ( "Tarixi-Təbəri"dən nəqlən). )
    ALTINCI HİSSƏ
    NƏHRƏVANDAN SONRAKI HADİSƏLƏR VƏ İMAM ƏLİ (Ə)-IN ŞƏHADƏTİ
    BİRİNCİ FƏSİL
    QARƏTÇİLİK, İCTİMAİ TƏHLÜKƏSİZLİYİN POZULMASI, FACİƏLİ QIRĞINLAR
    Nəhrəvandakı fitnə İmam (ə)-ın qətiyyətli hərəkətləri, həmçinin o həzrətin vəfalı dostlarının ciddi səyləri ilə yatırıldı. Artıq mövcud şərait İmam (ə)-ın öz ordusunu qanunsuzluq törədənlərdən təmizləyib islam məntəqələrinin ictimai asayişini bərqərar etməyi, Müaviyənin və aldanmış şamlıların özbaşınaçılıqlarına son qoymağı tələb edirdi. Çünki, bütün fitnələr Müaviyə tərəfindən yaradılırdı. İraqda Müaviyənin çoxlu casusu var idi, onlar hadisələri müntəzəm şəkildə ona xəbər verirdilər. Bu casusların bəziləri–Vəlid İbn Əqəbənin qardaşı Əmmarə İbn Əqəbə kimi–qədimdən Əli (ə)-a kin bəsləyirdilər. Bu iki qardaş xəbis Bəni-Üməyyə şəcərəsindən olmaqla o həzrətin qatı düşmənlərindən idilər, çünki İmam (ə) bu xəbis sülaləyə ağır və öldürücü zərbələr vurmuşdu. Belə ki, Vəlidin atası Bədr döyüşündə Əli (ə)-ın qüdrətli əli ilə öldürülmüşdü. Vəlidin özü "Hücürat" surəsinin 6-cı ayəsində "fasiq" adlandırılmışdır.
    Osmanın xilafəti dövründə şərab içdiyinə görə Əli (ə) ona şallaq vurmuşdu. Buna görə onun qardaşı və Müaviyənin Kufədəki casusu Əmmarə ilə Vəlidin özünün Əli (ə)-a qarşı başladığı hərtərəfli müharibədə Müaviyəni təşviq edənlərdən olması çox da təəccüblü deyildi. Əmmarə bir məktub yazmaqla İmam (ə)-ın dostları arasında ikitirəlik və ixtilafı şiddətləndirdi, Nəhrəvan hadisəsini məktubda xəbər verdi və xatırlatdı ki, qarilərdən bir qrupu bu hadisədə Əli (ə)-ın əli ilə öldürülmüşdür. Bununla da onların arasında ixtilaf və narazıçılıq artmağa başlamışdır. O, məktubu bir nəfərin vasitəsi ilə Şama göndərdi. Müaviyə məktubu oxuduqdan sonra hər iki qardaşa (biri onun yanında idi) təşəkkür etdi.("Nəhcül-bəlağə", 97-ci xütbə )
    Müaviyə təhlükəsizliyi aradan aparmaq, qarətçilik tərətmək və İmam (ə)-ın şiələrini öldürmək üçün şəraiti münasib gördükdə Hicaza, Yəmənə və Iraqa müxtəlif dəstələr göndərməklə psixoloji müharibələrə başladı, eləcə də iğtişaş yaratmaq, günahsız adamları öldürmək, arvadların, yetim-yesirlərin var-dövlətini qarət etmək və s. kimi işlərlə nəinki İmam (ə)-ın Şamı yenidən ələ keçirmək fikrindən saxladı, üstəlik əməli olaraq mərkəzi hökumətin öz sərhədlərini qorumağa qadir olmadığını isbat etmək istədi.
    Şeytani siyasətdən başqa bir şey olmayan bu işlər öz təsirini göstərdi. Müaviyə vicdansız adamları İmam (ə)-ın hakimiyyəti dairəsində olan yerlərə göndərməklə minlərlə günahsız adamı qətlə yetirdi. Bu quldurlar hətta arvadlara, uşaqlara rəhm etmirdilər. Gələcəkdə qeyd edəcəyimiz kimi, onlar Übeydullah Ibni Abbasın iki oğlunun başını camaatın gözü qarşısında kəsdilər.
    İmam (ə)-ın xilafətinin bu dövründə baş verən hadisələr çox kədərləndiricidir. Əlbəttə bu, Əli (ə)-ın düşməni məhv etmək üçün kifayət qədər siyasi tədbirinin olmaması mənasına deyildi. Sadəcə, o həzrətin ixtiyarına olanlar yalnız sayı çox az olan bir dəstə adam idi, onlar da bəhanəçi, tənbəl və rahatlıq axtaran, hər şeydən də pisi onların uzaqgörən olmamaları idi. Buna görə də İmam (ə) özünün yüksək ilahi məqsədlərinə çata bilmədi. Tarixdə vəhşicəsinə olan bu hücumlar dəqiq şəkildə qeydə alınmışdır. Biz burada bu hücumların aydın təsvirlərini qeyd edirik ki, Müaviyənin islam və insaniyyət qanunlarını necə tapdalaması aydın olsun:
    1-ZƏHHAK İBN QEYSİN QARƏTÇİLİK HƏRƏKATI
    Əmirəl-möminin Əli (ə)-ın Şama doğru hərəkət edib, yenidən müharibəyə hazırlaşması xəbəri Müaviyəyə çatdıqda o bir məktub yazıb Şamın bütün məntəqələrində olan məmurlarına göndərdi ki, camaata oxusunlar. Şam əhalisindən bir qrupu Iraqa tərəf hərəkət etməyə hazırlaşdı. Həbib İbn Məsləmə adlı bir nəfər onlara dedi:–Siffeyndən o yana keçməyin, çünki, biz orada düşmənə qələbə çaldıq!
    Lakin Əmr As təklif etdi ki, Müaviyə öz ordusu ilə Iraqın içərilərinə doğru irəliləsin, çünki bu iş şamlı əsgərlərin ruhiyyələrinin yüksəlməsinə, iraqlıların isə zəlilliyinə səbəb olacaqdı.
    Ordunun necə yerləşdirilməsi barədə söhbətin davam etdiyi vaxt birdən xəbər çatdı ki, İmam (ə)-la xəvaric arasında şiddətli çarpışma baş vermiş, o həzrət xəvaricə qələbə çaldıqdan sonra camaatı Şama tərəf hərəkət etməyə çağırmış, onlar da möhlət istəmişlər. Əmmarə İbn Əqəbə İbn Əbi Müeytdən yenə bir məktub gəlib çatdı. Məktubda Əli (ə)-ın köməkçilərinin arasına təfriqə düşməsindən söz gedirdi. Həm də yazılmışdı ki, o həzrətin ordusundakı qarilər və abidlər qiyam etmişdir, qiyamın şiddətli çarpışmalardan sonra yatırılmasına baxmayaraq ixtilaf hələ də qalmaqdadır.
    Müaviyə belə bir vəziyyətdə Zəhhak İbn Qeysi 3-4 min nəfərlik qoşuna sərkərdə təyin etdi və əmr etdi ki, Kufəyə hərəkət edib İmamın tabeçiliyində olan qəbilələri çox sürətlə qarət etsin, bu işi o qədər sürətlə yerinə yetirsin ki, hətta əgər bir şəhərə sübh çağı daxil olsa, həmin günün axşam tərəfi başqa bir şəhərdə olsun, toqquşma baş verməsin deyə, heç vaxt bir yerdə dayanmasın və öz işini "qaçaq müharibə" şəklində yerinə yetirsin.
    Zəhhak yolu üstündə Sələbiyyə kəndinə çatdı. İraqlı hacıların Məkkə yolu buradan keçirdi. O, hacıların var-yoxunu qarət edib sonra öz yoluna davam etdi. Yolda Əbdüllah İbn Məsudun qardaşıoğlu Əmr İbn Ümeyslə rastlaşdı, onu bir dəstə adamla birlikdə öldürdü. Zəhhakın qarətçilik xəbəri Əli (ə)-a çatdıqda minbərə çıxıb dedi:–"Ey camaat, saleh bəndəyə–Əmr İbn Ümeysə tərəf tələsin. Öz dostlarınızdan bir dəstəsi düşmənin hücumundan ziyan çəkmişdir, onun köməyinə qalxın. Hərəkət edin və düşməninizlə vuruşun, öz sərhədlərinizi düşməndən qoruyun!"("Şərhi "Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.111-125; "Tarixi-Təbəri", 4-cü cild, səh.104 )
    Onlar İmam (ə)-ın sözlərini eşitdikdə, nəzərə çarpacaq bir əksül-əməl göstərmədilər. İmam (ə) onların süstlüklərini görəndə buyurdu: "Allaha and olsun! Mən sizin on nəfərinizi Müaviyənin adamlarının biri ilə dəyişməyə hazıram. Vay olsun sizə, mənimlə birlikdə çölə çıxıb sonra meydanın ortasında məni tək qoyun, qaçın. Allaha and olsun ki, mənim bəsirətli ölümdən əsla acığım gəlmir və onda mənim üçün böyük bir rahatlıq var, (bu halda) sizdən və sizin yaratdığınız çətinliklərdən xilas olaram!"
    Sonra minbərdən endi və Ğəribeyn məntəqəsinə getdi. Orada Hücr İbn Ədini dörd min nəfərə sərkərdə seçib onlara bir bayraq verdi. Hücr Zəhhakı təqib edə-edə gəlib Səmavəyə çatdı və Tudmər adlı yerdə onunla qarşılaşdı. İki qoşun arasında döyüş başlandı, düşməndən 19 nəfər, İmam (ə)-ın dostlarından isə 2 nəfər öldürüldü. Zəhhak gecə qaranlığından istifadə edərək qaçdı, Iraqdan keçəndə, su yüklədikləri dəvə itdiyi üçün susuzluqla qarşılaşdı. Nəhayət bir yol tapıb ətrafdakı qəbilələrdən su aldı.
    İmam (ə) bu qarətçilik barədə belə bir xütbə buyurmuşdu: "Ey bədənləri bir-birinə yaxın, rəyləri müxtəlif olanlar! Sizin sözləriniz bərk daşları yumşaldır, (yaramaz) işləriniz isə düşməni tamaha salır. Məclislərdə yığışıb boş və əbəs sözlər danışırsınız, amma düşmənlə döyüş vaxtı "ey müharibə, bizdən uzaq ol!" - deyirsiniz. Öz evinizdən sonra hansı bir evi düşmənin işğalından qoruyur və məndən sonra hansı bir İmamla vuruşursunuz?! Allaha and olsun, aldananları elə siz aldatmısınız! Allaha and olsun! Hər kəs sizin vasitənizlə bir işi nizama salsa, ümidsizlikdən başqa bir şey ona nəsib olmaz; hər kəs, sizin vasitənizlə bir ox atsa, hökmən ucu qırılmış bir oxla atmışdır."
    Xütbənin sonunda buyurdu: "Şamlılar da elə sizin kimi adamlardır. Etiqadsız danışmaq düzdürmü?! Təqvasızlıqla, Allahdan qafil olmaqla haqdan qeyrisinə tamah salırsınızmı?!"("Əl-ğarat", 2-ci cild, səh.431 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.8 )
    İmam (ə)-ın qardaşı Əqil Zəhhakın namərdcəsinə hücumundan xəbər tutdu, Məkkədən həmdərdlik əlaməti olaraq o həzrətə bir məktub yazdı. Məktubun axırında İmam (ə)-dan xahiş etdi ki, icazə verərsə oğlu ilə birlikdə Iraqa gəlsin, qardaşının sevincində-qəmində onunla şərik olsun, çünki o həzrətdən sonra yaşamaq arzusu etmir. İmam (ə) bu istəyə cavab olaraq özünün tarixi məktublarından birini yazıb Qüreyşin vəziyyətini bəyan etdi, onların o həzrətə qarşı zülmü rəva görməkdə peşəkar olduqlarını belə şərh etdi: "Ərəblər, əvvəllər Peyğəmbərlə vuruşmaq üçün əlbir olduqları kimi, bu gün də qardaşınla vuruşmaq üçün əlbir olmuş, qardaşının haqqını inkar etməyə başlamışlar; onun fəzilətlərinə əhəmiyyət verməmiş, onunla düşmənçiliyə başlamışlar; qardaşının risalət əsrinin ən çətin anlarında göstərdiyi səylərin heç birini nəzərə almamış, nəhayət əzab ordusunu ona tərəf hərəkət etdirmişlər." ("Tarixi-Təbəri", 3-cü cild, səh.106-108; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.3-18; "Əl-ğarat" 2-ci cild, səh.591-628; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.383-385; "Tarixi-Yəqubi", 1-ci cild, səh.186-189;  )
    Bu sözlər göstərir ki, İmam (ə) Müaviyə ilə apardığı müharibəni Peyğəmbər (s)-in Əbu Süfyanla apardığı müharibənin davamı kimi qiymətləndirir. Həqiqətdə "Əhzab" müharibəsi Siffeyndə "Osmanın intiqamını almaq" pərdəsi altında yenidən canlanmışdı.
    2-BUSRUN HİCAZA VƏ YƏMƏNƏ GÖNDƏRİLMƏSİ
    İmam (ə) Yəmənin bir hissəsinin idarə olunmasının Übeydullah Ibni Abbasa, Cənəd adlı digər bir hissəsini isə Səid İbn Həmrana tapşırmışdı. Yəmənin mərkəzi hissəsində Osmana tabe olan və osmançıların qayda-qanunu ilə gedən, Əli (ə)-ın dövlətinə rəğbət göstərməyən və həmişə iğtişaş salmaq və qiyam etmək fikrində olan bir dəstə var idi. Onlar xəvaric tərəfindən törədilən cinayətlərdən və İmam (ə)-ın ordusunda mövcud olan ixtilafdan agah olan kimi müxalifətə başlayıb Səid İbn Nəmranı oradan qovdular. Əqidə cəhətindən osmançı olmayan bəziləri də vergidən boyun qaçıraraq qiyamçılara qoşuldular. Səid İbn Nəmran və Übeydullah Ibni Abbas vəziyyəti İmam (ə)-a xəbər verdilər, o həzrət Kufədə yəmənli şəxsiyyətlərdən biri olan Yəzid İbn Qeyr Ərqəmlə məşvərət etdi, qərara alındı ki, qiyamçılara bir məktub yazıb onlara nəsihət etsin, hamını bir daha mərkəzi hökumətə tabe olmağa çağırsın. İmam (ə) məktubu yazıb Həmdan qəbiləsindən olan bir nəfərlə göndərdi. O, məktubu Yəmənə gətirib böyük bir yığıncaqda oxudu. Məktubun məzmunu çox təsirli idi, lakin müxaliflər mərkəzin tabeçiliyinə qayıtmağı Übeydullahla Səidin işdən çıxarılması ilə şərtləndirdilər.
    Digər tərəfdən də qiyamçılar o böhranlı şəraitdə fürsəti qənimət sayıb Müaviyəyə şer dolu bir məktub yazaraq xahiş etdilər ki, onunla beyət etmək üçün Sənaya və Cəndə nümayəndə göndərsin; həm də xatırlatdılar ki, əgər bu işi təxirə salarsa, Əli və onun nümayəndəsi Yəzidlə beyət edəcəklər.
    Məktub Müaviyəyə çatanda o, kütləvi qətl, qiyam və ictimai asayişi pozmaq siyasətini Hicaz və Yəmənə doğru genişləndirməyi qərara aldı, öz sərkərdələri içində ən daşürəkli adam olan Busr İbn Ərtatı çağırıb dedi:–"Üç min nəfərlik bir qoşunla Hicaza və Mədinəyə tərəf hərəkət et, yol üstündə çatdığın yerlərin əhalisi Əlinin hökumətinin tabeçiliyində olsalar onları söyüb rüsvay et, sonra hamısını mənimlə beyət etməyə dəvət et, beyət edənləri burax, imtina edənləri isə öldür. Əli şiələrini hər yerdə tutsan, dərhal öldür."
    Müaviyə bu siyasəti davam etdirir, özü Şamda olub Əli (ə) ilə üzbəüz vuruşmadığı halda, elə qarşı-qarşıya aparılan döyüşün nəticələrini alırdı. Vəlid İbn Əqəbə kimi İmam (ə)-la üzbəüz döyüşməyi təklif edənləri əbləh (axmaq) adlandırır və deyirdi ki, onların kifayət qədər siyasi təcrübələri yoxdur. İbni Əbil-Hədidin bu barədə gözəl bir təhlili vardır. O yazır: "Vəlid İmama çox qəzəbli idi, çünki onun atası Bədr döyüşündə o həzrətin əli ilə öldürülmüşdü, özü də Osmanın hakimiyyəti dövründə o həzrətin əli ilə şallaqlanmışdı. O, uzun müddət Kufəyə vali olduğu halda, öz miraslarını Əlinin əlində görürdü. Buna görə də təbii olaraq o həzrətlə qarşılaşmaqdan başqa bir şey fikirləşmirdi. Müaviyə Vəlidin əksinə olaraq uzaqgörən idi, çünki Siffeyndə İmamla qarşılaşanda əməli olaraq başa düşmüşdü ki, əgər müharibədə Quranları nizə başına vuraraq hiyləyə əl atmasaydı, heç vaxt onun əlindən canını qurtara bilməzdi; əgər ikinci dəfə onunla qarşılaşsa, müharibə odunda məhv ola bilər. Buna görə də Əlinin hakimiyyətində olan ərazilərdə qorxu, vəhşət, iğtişaş yaratmaqla onu zəiflətməyi məsləhət gördü ki, o həzrətin islam məntəqələrini idarə etməkdə bacarıqsız olduğunu sübut etsin.("Nəhcül-bəlağə", 25-ci xütbə  )

    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 667 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024