İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:18 AM
    BUSRUN HƏRƏKƏTİ
    Busr üç min nəfərlə birlikdə Şamdan hərəkətə başladı. Mərvan məbədinə çatdıqda onlardan dörd yüz nəfər xəstəliyə tutularaq öldü, qalan iki min altı yüz nəfərlə Hicaza tərəf hərəkət etdi. O, hər bir yaşayış məntəqəsinə çatdıqda əhalinin dəvələrini zorla alır, özü və əsgərləri onlara minirdi, növbəti məntəqəyə çatanda əvvəlki dəvələri buraxıb çatdıqları yerin dəvələrini zorla alıb minirdilər. Beləliklə bu uzun yolu keçib Mədinəyə çatdılar.
    Busr Mədinəyə daxil olanda əvvəlcə əhalini nalayiq sözlərlə, acı söyüşlərlə təhqir etməyə başladı, Osmanın qətlini ortaya atıb dedi:–"Osmanın qətlində sizin hamınızın əli var idi, yaxud da heç olmazsa bitərəf mövqe seçdiyinizə görə onu xar və zəlil etmişdiniz. Allaha and olsun, elə bir iş görəcəyəm ki, Osmanın ailəsinin rahatlığı və asayişi öz yerinə qayıtsın!"
    Sonra hədə-qorxunu davam etdirməyə başladı. Camaat canlarının qorxusundan Hüveytib İbn Əbdül-Üzzanın (Busrun anasının ikinci əri idi) evinə sığındılar, onun vasitəçiliyi ilə Busrun qəzəbi soyudu. Sonra hamını Müaviyə ilə beyətə dəvət etdi. Bəziləri beyət etdilər, lakin o, bunların beyəti ilə kifayətlənməyib Müaviyə ilə müxalif olan tanınmış adamların, həmçinin Iraqda Əli (ə) ilə yaxından həmkarlıq edənlərin, o cümlədən, Zürarə İbn Hərunun, Rəfaə İbn Rafenin və Əbu Əbyyub Ənsarinin evlərini yandırdı. Sonra Bəni-Məsləmə qəbiləsinin başçılarını çağırıb soruşdu: "Cabir İbn Əbdüllah hardadır? Ya onu tapın, ya da ölümə hazırlaşın!"
    Cabir bu vaxt Peyğəmbərin zövcəsi Ümmü-Sələmənin evinə sığınmışdı. Cabir ondan soruşdu: "Nə məsləhət görürsən? Əgər beyət etməsəm, məni öldürəcəklər, beyət də etsəm zəlalət və azğınlığa düşərəm."
    "Əl-ğarat" kitabının yazdığına görə Cabir axırda Ümmü-Sələmənin sözü ilə Busra beyət etdi. Busr Mədinədəki məmuriyyətini qurtardıqdan sonra Əbu Hüreyrəni orada özünə canişin seçib Məkkəyə yola düşdü. Mədinə-Məkkə yolunda qabağına çıxanları öldürdü, mal-dövlətlərini qarət etdi. Məkkəyə yaxınlaşanda İmam (ə)-ın Qusm Ibni Abbas adlı valisi şəhəri tərk etdi. Busr Məkkəyə daxil olanda camaatı söyüb rüsvay etdi və hamını Müaviyəyə beyət etməyə çağırdı, onları Müaviyə ilə müxalifət etməkdən qorxudub dedi:–"Əgər sizin Müaviyə ilə müxalifət etmək xəbəriniz mənə gəlib çatsa, kökünüzü kəsərəm! Var-yoxunuzu qarət edib, evlərinizi dağıdaram!"
    Sonra Məkkədən çıxıb Taifə yola düşdü. Öz adamlarından bir nəfəri seçib bir dəstə ilə Tübaləyə göndərdi, çünki, oranın əhalisinin şiə olduğunu bilirdi. Əmr etmişdi ki, hamını sorğu-sualsız qılıncdan keçirtsinlər. Busrun göndərdiyi adam Tübaləyə çatıb hamının əl-qolunu bağladı. Onların içində Müni adlı bir nəfər ondan xahiş etdi ki, ona icazə versin, Busrdan amannamə gətirsin. O, bu təklifi qəbul etdi və Müni Taifə yola düşdü, Busr ilə görüşüb amannamə aldı. Amma Busr amannaməni o qədər yubatdı ki, qasid onu Tübaləyə aparanda artıq camaatın hamısı qılıncdan keçirilmiş olsun.
    Müni amannamə ilə birlikdə gəlib çatdıqda hamının boynunu vurmaq üçün şəhərdən çölə çıxartmışdılar. Bir kişini qabağa çəkib boynunu vurmaq istəyirdilər, lakin cəlladın qılıncı sındı. Əsgərlər bir-birinə dedilər: "Qılınclarınızı qınından çıxarıb havada yellədin, günün istisindən yumşalsın." Qasid uzaqdan qılıncların parıltısını gördükdə paltarını yellədərək işarə etdi ki, əl saxlayın. Şamlılar dedilər: "Bu kişi xoş xəbər gətirmişdir. Əl saxlayın!" O, çatıb amannaməni onların başçısına verdi, beləliklə hamının canını ölümdən qurtardı. Maraqlıdır ki, edam olunmağa hazırlanan və qılıncın sınmasına görə qətli təxirə düşən kişi elə onun qardaşı idi.
    Busr Taifdəki məmuriyyətini yerinə yetirdi və ərəblərin adlı-sanlı siyasətçisi Müğeyrə İbn Şöbə onu yola saldı. O, yol üstündə Bəni-Kənanəyə çatıb xəbər tutdu ki, İmam (ə)-ın Sənadakı valisi Übeydullah Ibni Abbasın iki körpə oğlu anaları ilə birlikdə oradadır. Übeydullah oğlanlarını Bəni-Kənanədən olan bir kişiyə tapşırmışdı. O kişi qılıncını siyirib şamlıların yanına gəldi. Busr ona dedi:–Anan matəminə əyləşsin! Biz səni öldürmək istəmirik, səndən Übeydullahın oğlanlarını istəyirik.
    O kişi dedi:–Mən öz himayəmdə olanların yolunda ölümə hazıram!
    Bu sözü deyib şamlılara hücum etdi, axırda da öldürüldü. Übeydullahın uşaqlarını gətirib hər ikisini qansızcasına edam etdilər. Bəni-Kənanədən olan bir arvad fəryad çəkib dedi:–Siz kişiləri öldürürsünüz, uşaqların təqsiri nədir?! Allaha and olsun, nə cahiliyyət dövründə uşağı öldürürdülər, nə də islam dövründə. Allaha and olsun, bünövrəsi qocaları və uşaqları öldürməklə möhkəmlənən bir hökumət süst bir hökumətdir!
    Busr dedi:–Allaha and olsun, arvadları da öldürəcəyəm!
    O arvad dedi:–Allahdan istəyirəm ki, elə bu işi görəsən!
    Busr Kənanədən çıxıb yolüstü Nəcranda Übeydullah Ibni Abbasın kürəkəni Əbdüllah İbn Əbul-Mədanı öldürdü. Sonra dedi:–Allaha and olsun, əgər mənim xoşuma gəlməyən bir iş görsəniz, qayıdıb nəslinizi kəsərəm, əkinlərinizi məhv edib, evlərinizi dağıdaram!
    Sonra yoluna davam etdi, yol üstündə Əli (ə)-ın şiələrindən və Həmdanın böyük şəxsiyyətlərindən olan Əbu Kərbi öldürdü və nəhayət Sənaya çatdı. İmam (ə)-ın təyin etdiyi hakimlər–Übeydullah Ibni Abbas və Səid İbn Nəmran öz yerlərinə bir nəfər qoyub şəhərdən qaçmışdılar. O da Busrun qarşısında bir qədər müqavimət göstərdi, axırda Busr onu öldürdü. Busr şəhərə daxil oldu, əhalidən bir qədərini qılıncdan keçirtdi, hətta Məaribdən onun yanına gəlmiş olan heyətin hamısını, bir nəfər istisna olmaqla, qılıncdan keçirtdi. Canını qurtaran şəxs Məaribə qayıdıb dedi:–"Mən qocalara və cavanlara xəbərdarlıq edirəm: qızıl ölüm sizə pusqu qurmuşdur."
    Busr Sənadan çıxıb əhalisinin hamısı şiə olan Ceyşana çatdı. Onlarla Busrun arasında döyüş başlandı, çoxlu tələfat verəndən sonra əsir düşdülər, hamısı da faciəli şəkildə şəhid edildi. Busr yenidən Sənaya qayıtdı, onların arvadlarından birinin Übeydullah Ibni Abbasın uşaqlarına sığınacaq verdiyinə görə yüz nəfərini öldürdü.
    Qeyd edilənlər Busr İbn Ərtatın tarixdə yazılıb saxlanan cinayətlərindən kiçik bir səhifəsi idi. Onun törətdiyi cinayətlərin xəbəri Əli (ə)-a çatanda baş sərkərdə Cariyə İbn Qudaməni iki min nəfərlik bir qoşunla Hicaza göndərdi ki, Busru tutub cəzalandırsın. O, Bəsrə yolu ilə Hicaza yola düşdü. Yəmənə çatdıqda Busrun Bəni-Təmim məntəqəsində olmasından xəbər tutdu. Busr təqib olunmasından xəbər tutduqda Təmamiyə tərəf getdi. Camaat Cariyənin gəlişindən xəbər tutduqda Busrun yolu üstündə yığışıb onu mühasirəyə aldılar. Amma o, mühasirədən çıxıb özünü Şama çatdırdı və öz səfərini Müaviyəyə xəbər verdi. O dedi:–Gedəndə də, qayıdanda da sənin düşmənlərini öldürdüm.
    Müaviyə dedi:–Bu işi sən yox, Allah eləmişdir!
    Busr bu səfərdə otuz min nəfəri öldürdü, bir qədərini də diri-diri odda yandırdı. Əmirəl-möminin Əli (ə) həmişə onu qarğışlayıb deyərdi: "Ilahi, onun əqlini almamış onu öldürmə! Ibahi, Busra, Əmr Asa və Müaviyəyə lənət et, Öz qəzəbini onların halına şamil et!" İmam (ə)-ın qarğışı onları tutdu və çox keçmədən Busr dəli oldu. O həmişə deyirdi: "Mənə qılınc verin adam öldürüm!"
    Onun keşikçiləri çubuqdan bir qılınc düzəldib ona verdilər, o da həmin qılıncla qapı-pəncərəyə o qədər vurdu ki, axırda bağrı çatladı və cəhənnəmə vasil oldu.
    Busrun işləri Müslüm İbn Əqəbənin işlərinə oxşayırdı. Müslim Yəzidin tərəfindən Mədinədə, Hirrə adlı bir yerdə ona oxşar cinayətlər törətdi. Həqiqətdə təkcə bu ata-oğul (Müaviyə və Yəzid) ruhi cəhətdən bir-birinə oxşamırdılar, onların muzdurları da qəsavət və qansızlıqda bir-birinin tayı idilər.(Tarixi-Təbəri", 4-cü cild, səh.103; "Əl-ğarat", 2-ci cild, səh.464-474.)
    Bu hissənin axırında İmam (ə)-ın Busr barəsində buyurduğu xütbəni qeyd edirik: "Mənim ixtiyarımda Kufədən başqa bir yer yoxdur, yalnız onun ixtiyarı mənim əlimdədir. (Ey Kufə!) Əgər sən də şiddətli siyasət küləklərinin qurbanı olacaqsansa, onda Allah sənin üzünü qara etsin! Mənə xəbər çatmışdır ki, Busr Yəmənə daxil olub. Allaha and olsun, mən güman edirəm ki, onlar tezliklə sizə hakim olacaqlar, çünki onlar öz batil işlərində bir-biri ilə vəhdətdə, siz isə öz haqq yolunuzda bir-birinizlə ixtilafdasınız. Siz öz haqq rəhbərinizlə müxalifət edirsiniz, amma onlar öz batil rəhbərlərinə itaət edirlər. Onlar əmanəti öz rəhbərlərinə qaytarırlar, amma siz öz İmamınızın əmanətinə xəyanət edirsiniz. Əgər sizin birinizə taxta qədəhi əmanət olaraq versəm qorxuram ki, onun ipini oğurlasın. İlahi, mən Kufə camaatından bezmişəm, onlar da məndən bezmişlər. Mənə onlardan yaxşısını qismət et və mənim yerimə onlara bir şər (adam) ver! Ilahi, onların qəlblərini duz kimi suda ərit! Allaha and olsun, sizin hamınızın əvəzində Həras İbn Ğənəmin övladlarından min nəfər süvarinin mənim ixtiyarımda olmasını istərdim." ("Nəhcül-bəlağə", 27-ci xütbə)
    3-SÜFYAN İBN OVFUN QARƏTÇİLİYİ
    Süfyan İbn Ovf Ğamidi Müaviyənin tərəfindən məmuriyyət aldı ki, qorxmaz və silahlı bir ordu ilə Fərata tərəf hərəkət etsin, sonra Ənbarın yaxınlığında yerləşən Həytəyə tərəf irəliləsin, yolu üstündə müqavimət göstərənlərin mal-dövlətini qarət etsin. Amma əgər müqavimətlə qarşılaşmasa Ənbara, oradan da Mədainə getsin, sonra isə Şama qayıtsın, amma Kufəyə yaxın düşməsin. Sonra Müaviyə ona dedi:–Əgər Mədaini və Ənbarı qarət etsən, elə bil Kufəni qarət etmisən. Bu qarətçi yürüşlər Iraq əhalisini vəhşətə salacaq, bizim tərəfdarlarımızı sevindirəcək, bizimlə həmkarlıq etməkdən qorxanları bizə tərəf səsləyəcək. Yolun üstündə səninlə razılaşmayanların hamısını qılıncdan keçirt, kəndlərini dağıt, mal-dövlətlərini qənimət götür. Çünki, onlardan qənimət götürmək elə onları öldürmək kimidir. Belə bir iş ürəklərə od qoyacaqdır.
    Süfyan deyir:–Mən Şam ordugahında idim. Müaviyə çıxış edərək camaatı mənimlə birlikdə hərəkət etməyə çağırdı. Çox keçmədi ki, altı min nəfər hərəkət etməyə hazır oldu. Sonra Fərata tərəf yola düşüb Həytə çatdıq. Əhali mənim gəlişimdən xəbər tutduqda qaçıb Fəratdan keçdilər. Mən də Fəratdan keçdim, amma heç kimlə qarşılaşmadım. Sonra Səndəvdaya çatdım. Oranın da əhalisi mənim qabağımdan qaçdılar. Ənbara tərəf hərəkət etməyi qərara aldım. Oranın əhalisindən iki cavanı əsir tutub soruşdum ki, Əlinin silahlı qüvvələri neçə nəfərdir. Dedilər ki, beş yüz nəfər idi, amma onların bəziləri Kufəyə getdi, indi bilmirik ki, onlardan neçəsi qalıb. Qalanlar təqribən iki yüz nəfər olar. Mən öz əsgərlərimi dəstələrə böldüm, növbə ilə Ənbara göndərdim ki, şəhərdə təkbətək döyüşə başlasınlar. Amma bu işin faydasız olduğunu gördükdə iki yüz nəfər piyada göndərib onları da süvarilərlə qüvvətləndirdim. Belə bir şəraitdə İmamın bütün qüvvələri dağılışdı, sərkərdələri də otuz nəfərlə birlikdə öldürüldü. Sonra Ənbarda olan hər şeyi qarət edib Şama qayıtdım. Müaviyənin yanına gəlib hadisələri nəql etdim. O dedi:–"Mən sənin barəndə elə bu cür düşünürdüm." Çox keçmədən iraqlıların içində qəribə vəhşət yarandı və onlar dəstə-dəstə Şama köçdülər.("Əl-ğarat", 2-ci cild, səh.445)
    Süfyanın Ənbara gedərək oranın hakimi–Həssanı öldürməsi xəbəri Əli (ə)-a çatanda qəzəbli halda evdən çıxıb Nüxeylə ordugahına getdi, camaat da onun ardınca hərəkət etdilər. İmam (ə) uca bir yerdə dayandı, Allaha həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərdikdən sonra buyurdu: "Ey camaat, cihad cənnət qapılarından biridir, Allah onu Özünün xas dostlarının üzünə açmışdır; o, təqva libası, möhkəm zireh, güclü qalxandır. Hər kəs onu ixtiyarı üzündən tərk etsə, Allah ona zillət paltarı geydirər, axırda da xar olar; Allah Öz rəhmətini onun qəlbindən götürər, ağılsızlığa mübtəla olar... Mənə xəbər çatıb ki, Süfyan İbn Ovf Müaviyənin əmri ilə Ənbara yürüş etmiş, oranın hakimi Həssan İbn Həssan Bəkri öldürmüş, sərhədçiləri şəhərdən qovmuşdur; Süfyanın qoşunu müsəlmanların və zimmə əhlinin qadınlarına hücum etmiş, onların bilərziklərini, boyunbağılarını və sırğalarını qarət etmişdir. O arvadların da ağlamaqdan başqa bir silahları olmamışdır. Sonra onlar çoxlu qənimətlə Şama qayıtmışdır. Onlardan nə bir nəfər yaralanmış, nə də birindən qan tökülmüşdür. Əgər müsəlman bir şəxs bu hadisəni eşidəndə qəm-qüssədən ölsə, ona heç bir məzəmmət yoxdur, hətta elə ölümə də layiqdir. Çox qəribədir: onlar öz batil işlərində əlbirdirlər, siz isə özünüzün haqq və düz yolunuzda ixtilafdasınız. Sizin işiniz qəlbi öldürür, qəm-qüssə gətirir. Sifətləriniz eybəcər, qəlbləriniz qəmgin olsun! Yayda sizə cihad əmri verəndə deyirsiniz ki, hava istidir, havalar sərinləşənə qədər bizə möhlət ver; qışda da sizi cihada əmr edəndə deyirsiniz ki, hava soyuqdur, istilər düşənə qədər bizə möhlət ver. Soyuq və isti sadəcə bir bəhanədir, siz qılıncdan qorxursunuz! Ey kişilikdən bir əsər-əlamətləri olmayan kişilər! Sizin əqliniz uşaqların və təzə gəlin köçmüş qızların əqli qədərdir. Kaş mən sizi görməyəydim və tanımayaydım!..." ("Tarixi-Təbəri", 3-cü cild, səh.462 )
    Müaviyənin Iraq əhalisini vahiməyə salmaq üçün gördüyü işlər bu üç qaniçən qarətçini göndərməklə bitmirdi. O başqalarını da belə məmuriyyətlərə göndərirdi. Məsələn, o, Nöman İbn Bəşir Ənsarini vadar etmişdi ki, Fəratın qərb sahilində yerləşən Eynüt-təmr şəhərinə hücum etsin və oranı çapıb-talasın. Yəzid İbn Şəcərə Rəhavəriyə göstəriş vermişdi ki, Məkkəyə gedib camaatın var-yoxunu çapıb-talasın. Nəhayət bu hiylələr öz işini gördü: iraqlıların ürəyinə şiddətli qorxu və vəhşət düşdü.(Tühəful-uqul", səh.176-177)
    Əlbəttə, bu faciələr Nəhrəvan müharibəsindən sonra baş vermişdi. Xaricdən və daxildən göstərilən təzyiqlər Iraq əhalisini incidir, xüsusilə İmam (ə)-ın dostlarına ruhi əzab verirdi. Kaş belə qəmli-kədərli hadisələr bunlarla bitəydi, lakin başqa hadisələr də Əli (ə)-ın ruhunu incidir, qəlbini sıxırdı. İndi onları qeyd edirik.
    İKİNCİ FƏSİL
    MİSRİN FƏTH OLUNMASI VƏ MƏHƏMMƏD İBN ƏBU-BƏKRİN ŞƏHADƏTİ
    Osmanın qətlindən sonra Şamdan başqa bütün məntəqələr Əli (ə)-ın hakimiyyət dairəsinə keçmişdi. O həzrət 36-cı hicri ilində (öz hökumətinin birinci ilində) Qeys İbn Səd İbn Übadəni Misrə vali təyin edib ora göndərdi.("Əl-ğarat", 1-ci cild, səh.224)Amma çox keçmədən müəyyən səbəblərə görə onu həmin vəzifədən götürdü və elə həmin ildə (Cəməl müharibəsindən sonra) Məhəmməd İbn Əbu-Bəkri Misrə vali göndərdi. Bu barədə İmam (ə)-ın iki məktubu tarixdə qeyd olunmuşdur: birini o həzrət rəsmi hökm kimi yazıb Məhəmməd İbn Əbu-Bəkrin özünə vermiş, digərini isə onun Misirdə qərarlaşmasından sonra göndərmişdi. "Töhəfül-üqul" kitabının müəllifi hər iki məktubu qeyd etmişdir.("Əl-ğarat", 1-ci cild, səh.224-250 ) Əbu Ishaq da "Əl-Ğarat" kitabında hər iki məktubu nəql etmiş, birincinin 36-cı ilin Ramazan ayının əvvəlində yazıldığını qeyd etmişdir. İkinci məktub "Əl-Ğarat"da geniş şəkildə nəql olunmuşdur. İmam (ə) həmin məktubda islam hökmlərindən çoxunu bəyan etmişdir. Biz sonralar İmam (ə)-ın ikinci məktubu barədə təfsilatı ilə söhbət edəcək, onun Müaviyənin əlinə necə keçməsini, sonralar da onun sülaləsində əldən-ələ ötürülməsinin səbəblərini göstərəcəyik. İndi isə İmam (ə)-ın birinci məktubunun tərcüməsini veririk:
    "Rəhman və rəhim olan Allahın adı ilə. Bu məktub Allahın bəndəsi–Əmirəl-möminin Əli tərəfindən Məhəmməd İbn Əbu-Bəkrədir. O (Əli (ə)) aşkarda da, xəlvətdə də Allah qarşısında təqvalı olmağa, Ona itaət etməyə, həmçinin gizlində Ondan (Ona itaətsizlikdən) qorxmağa, müsəlmanlarla mülayim rəftar etməyə, bədəməl sahibləri ilə ciddi və amansız, zimmə əhli ilə ədalətlə davranmağa, məzlumların haqqını almağa, zülmkarlara qarşı ciddi olmağa, camaatı əfv edib güzəştə getməyə, imkan daxilində yaxşı iş görməyə fərman verir. Allah yaxşı əməl sahiblərini sevir, bədəməl sahiblərini isə cəzalandırır. O, fərman verir ki, Məhəmməd İbn Əbu-Bəkr camaatı mərkəzi hökumətə itaət etməyə, müsəlmanlarla müttəfiq olmağa dəvət etsin. Çünki bu işdə onlar üçün nicat və miqdarının təyin edilməsi, həqiqətinin dərk edilməsi mümkün olmayan böyük mükafat vardır. O, fərman verir ki, torpağın vergisini–əvvəllər alındığı kimi–camaatdan alsın, ondan heç nə əskiltməsin və artırmasın. Sonra onu əvvəllərdə olduğu kimi fəqir-füqəra arasında bölüşdürsün. O, valiyə fərman verir ki, camaat qarşısında təvazökarlıq etsin, onların məclisində hamıya bir gözlə baxsın, qohumlarla yadlar arasında haqq cəhətindən heç bir fərq qoymasın. Ona fərman verir ki, camaat arasında haqq əsasında qəzavət etsin, ədaləti yaysın. Həvayi-nəfsə tabe olmasın və Allah yolunda məzəmmət edənlərin məzəmmətindən qorxmasın, çünki, Allah təqvalı olan və Ona itaət etməyi başqa şeylərdən qabağa salanlarladır. Vəssəlam."
    36-cı ilin Ramazan ayının əvvəlində Rəsulullahın azad edilmiş qulu olan Übeydullah İbn Əbu-Rafenin xətti ilə yazılan bu məktub Qeys İbn Übadənin işdən götürüldüyü günlərə təsadüf edir və onun valilik müddətinin çox qısa olduğunu göstərir.(Əl-ğarat", -ci cild, səh.260; "Nəhcül-bəlağə", 38-ci məktub) Çünki, Əmirəl-möminin Əli (ə) 35-ci ilin axırlarında xilafətə seçildi, bu məktub isə o həzrətin xilafətə seçilməsindən səkkiz ay sonra yazılmışdı.
    Bu məktub Məhəmməd İbn Əbu-Bəkrə çatdıqda camaat arasında nitq söyləyib İmam (ə)-ın məktubunu onlara oxudu, sonra Misirdən İmam (ə)-a bir məktub yazaraq halal-haram və islam qanunları barədə soruşdu, o həzrətdən ona yol göstərməsini xahiş etdi. O, öz məktubunda İmam (ə)-a belə yazmışdı:
    "Məhəmməd İbn Əbi Bəkr tərəfindən, Allahın bəndəsi Əmirəl-mömininə! Salam olsun sənə! Tək olan Allaha şükür edirəm. Əgər Əmirəl-möminin məsləhət görsə, bizə bir məktub yazıb bizim vacibatımızı aydınlaşdırsın, mənim kimilərin qarşılaşdığı islamın qəzavət hökmlərini yazsın. Allah Əmirəl-mömininin əcrini artırsın!"
    İmam (ə) məktubun cavabında qəzavətə dair məsələləri, dəstəmazın hökmlərini, namazın vaxtlarını, əmr be məruf və nəhy əz münkər, oruc və etikaf barədə müəyyən məsələlərin hökmünü yazdı, daha sonra bir nəsihət olaraq ölüm, hesab-kitab, cənnət-cəhənnəmə dair bəzi məsələləri xatırlatdı. ("Əl-Ğarat" kitabında İmam (ə)-ın məktubu kamil şəkildə qeyd edilmişdir.)(Iskəndəriyyənin yaxınlığında bir şəhərdir.)
    Əbu Ishaq Səqəfi yazır: "İmam (ə)-ın məktubu Məhəmməd İbn Əbi Bəkrə çatdıqdan sonra müntəzəm olaraq ona baxır, ona müvafiq olaraq qəzavət edirdi. Əmr As Misrə hücum edib onu məğlub edəndən və qətlə yetirəndən sonra məktublar onun əlinə keçdi. O da bütün məktubları yığıb Müaviyəyə göndərdi. Məktubların biri Müaviyənin diqqətini cəlb etdi: o, həmin məktuba daha diqqətlə baxırdı. Vəlid İbn Əqəbə Müaviyənin təəccübləndiyini görəndə dedi:–Əmr et, bu məktubları yandırsınlar!
    Müaviyə dedi:–Sakit! Sənin bu barədə danışmağa haqqın yoxdur!
    Vəlid dedi:–Əgər camaat Əbu Turabın (Əlinin) hədislərinin səndə olduğunu, sənin də onlardan istifadə edib qəzavət etməyini bilsə, sənin üçün yaxşı olarmı? Əgər belədirsə, bəs nə üçün onunla mübarizə edirsən?!
    Müaviyə dedi:–Vay olsun sənə! Mənə deyirsən ki, belə bir elm xəzinəsini yandırım. Allaha and olsun, bundan dərin, hərtərəfli, aydın bir elm görməmişəm!
    Vəlid əvvəlki sözünü təkrarlayıb dedi:–Əgər Əlinin elmindən və qəzavətindən heyrətlənirsənsə, onda nə üçün onunla mübarizə edirsən?
    Müaviyə dedi:–Əgər Əli Osmanı ölürməsəydi və fətva verməklə məşğul olsaydı, biz ondan elm öyrənərdik. (Bir qədər sükut etdikdən sonra ətrafındakılara baxıb dedi:) Biz heç də bunların Əlinin məktubları olduğunu demirik. Biz deyirik ki, bunlar Əbu Bəkr Siddiqin məktubları imiş, oğlu Məhəmmədə irs çatmışdır, biz də ona müvafiq şəkildə qəzavət edib fətva veririk.
    İmam (ə)-ın məktubları həmişə Bəni-Üməyyənin incilər xəzinəsində qalırdı, nəhayət Ömər İbn Əbdül-Əziz xilafətə çatanda elan etdi ki, bu məktublar Əliyyİbn Əbu-Talibin hədisləridir.
    Əli (ə) Misrin fəth olunmasından və Məhəmmədin qətlə yetirilməsindən sonra bu məktubun Müaviyənin əlinə keçməsindən agah olanda, çox təəssüfləndi. Əbdüllah İbn Sələmə deyir: "İmam (ə) bizimlə namaz qıldı. Namazı qurtarmazdan əvvəl o həzrətin üzündə təəssüf izlərini gördük. Sonra bir şer oxudu ki, məzmunu onun təəssüfünü göstərirdi. İmam (ə)-dan "məqsədiniz nədir?" - deyə, soruşduqda, buyurdu: "Məhəmməd İbn Əbi Bəkri Misrin işlərini idarə etmək üçün seçmişdim. O, məktubda mənə yazmışdı ki, Peyğəmbər sünnəsindən geniş məlumatım yoxdur. Ona bir məktub yazıb, Peyğəmbərin sünnələrini şərh etdim, amma onu öldürdülər, məktub da düşmənin əlinə düşdü."
    ƏLİ (Ə)-IN VALİSİ (NÜMAYƏNDƏSİ) VƏ BİTƏRƏFLƏR
    Misrin əvvəlki valisi Məhəmməd İbn Qeysin dövründə bəziləri onun hökumətindən kənara çəkilərək özlərini bitərəflər adlandırmışdılar. Məhəmməd İbn Əbi Bəkr Misirdə işə başlayandan bir ay sonra həmin bitərəfləri iki işdən birini seçməkdə azad qoydu: ya hökumətə vəfadar olduqlarını və itaət edəcəklərini elan, ya da Misri tərk etsinlər. Onlar bu barədə fikirləşmək üçün möhlət istədilər. Məhəmməd onlara möhlət verilməsini qəbul etmədi, onlar da öz dediklərinin üstündə dayanaraq müdafiə olunmağa hazırlaşdılar. Siffeyn müharibəsində İmam (ə)-la Müaviyə arasındakı ixtilafın həll edilməsinin iki qaziyə həvalə edilməsi və tərəflərin müharibəni saxlamaları xəbəri onlara çatanda bu "bitərəflər" hakimə qarşı daha da cürətləndilər, bitərəflikdən çıxıb hökumətlə aşkar müxalifətə qalxdılar. Vali Haris İbn Cəmhan və Yəzid İbn Haris Kənanini göndərdi ki, onlara nəsihət etsin. Lakin onlar, həvalə edilən vəzifəni yerinə yetirdikləri vaxt müxaliflər tərəfindən öldürüldü. Üçüncü adamı göndərdi, o da bu yolda öldürüldü. Bu üç nəfərin öldürülməsi nəticəsində bəziləri daha da cürətlənib şamlılar kimi camaatı Osmanın intiqamını almağa təhrik etməyə başladılar. Müxalifət üçün əvvəllər də şərait mövcud olduğuna görə başqaları da onlara qoşuldu, nəhayət Misri iğtişaşlar bürüdü. Gənc vali Misirdə səbatı bərqərar edə bilmədi. Əmirəl-möminin Misrin vəziyyətindən agah olduqda buyurdu: "Yalnız iki nəfər Misirdə sabitliyi bərpa edə bilər: biri əvvəlcə orada rəhbərlik etmiş Qeys İbn Səd, digəri isə Malik Əştər."
    İmam (ə) bu sözü deyəndə artıq Maliki Cəzirəyə vali göndərmişdi. Qeys İbn Səd həmişə İmam (ə)-ın yanında idi, amma onun Iraqdakı orduda olması zəruri idi. Buna görə də Malik Iraq-Şam arasında yerləşən geniş bir məntəqədə–Nəsibeyndə olanda İmam (ə) ona bir məktub yazaraq özünün və Misrin vəziyyətini belə şərh etdi: "Sən o adamlardansan ki, mən onların köməyi ilə dini möhkəm saxlayır, itaətsizlik edənlərin təkəbbürlərini kökündən kəsir, qorxulu boşluqları doldururam. Mən Məhəmməd İbn Əbi Bəkri Misrə vali göndərmişdim, lakin bəziləri ona qarşı itaətsizlik etmişlər, o da cavan və təcrübəsiz olduğuna görə onlara qələbə çala bilməmişdir. Etimad etdiyin bir adamı özünə canişin seçib, təcili olaraq özünü bizə yetir, görəcəyin işləri araşdıraq."
    İmam (ə)-ın məktubu Malikə çatan kimi Şəbib İbn Amiri öz yerinə qoydu və İmam (ə)-ın yanına gəldi, Misrin iğtişaşlı vəziyyətindən agah oldu. İmam (ə) ona buyurdu: "Tez bir zamanda Misrə tərəf hərəkət et, bu iş üçün səndən başqa heç kimim yoxdur. Mən səndə olan əql və agahlığa görə daha heç nə tövsiyə etmirəm. Təchizat üçün Allahdan kömək istə, sərtliklə mülayimliyi bir-birinə qat. Mümkün qədər mülayim rəftar et və sərtlikdən başqa bir yol olmadıqda öz gücünü işə sal."
    İmam (ə)-ın tərəfindən Malikin Misrə göndərilməsi xəbəri Müaviyəyə çatanda dəhşətə gəldi. Çünki o, çoxdan bəri Misrə göz dikmişdi və bilirdi ki, əgər Malik Misrə hakim olsa, oranın vəziyyəti (Müaviyə üçün) Məhəmməd İbn Əbi Bəkrin zamanındakından qat-qat pis olacaq. Buna görə də çarə fikirləşdi, vergi verənlərin birinin əli ilə, həm də onu vergidən azad etmək qiymətinə Malikin qətlinin zəminəsini hazırladı. Misir əhalisi İmam (ə)-dan xahiş etdilər ki, tez bir zamanda başqa bir vali təyin etsin. İmam (ə) onlara belə cavab yazdı: "Allahın bəndəsi Əmirəl-möminin Əliyyİbn Əbi Talib tərəfindən Misir müsəlmanlarına. Salam olsun sizə. Tək olan Allaha həmd-səna edirəm. Sizin üçün elə bir adam göndərirəm ki, qorxulu günlərdə onun gözlərinə yuxu getməz, təhlükəli anlarda heç vaxt düşməndən qorxmaz və kafirlərə qarşı oddan da şiddətlidir. O, Məzhəc qəbiləsindən olan Harisin oğlu Malikdir. Onun sözlərinə qulaq asın, haqq ilə uyğun olduğu hər yerdə əmrlərinə itaət edin. O, Allahın (siyirilmiş) qılınclarından biridir, heç vaxt kütləşməz, vurduğu zərbə boşa çıxmaz. Əgər düşmənə tərəf hərəkət əmrini versə, hərəkət edin, dayanmağı əmr etsə, dayanın. Onun əmri mənim əmrimdir. Mən onu Misrə göndərməklə, sizə qarşı olan xeyirxahlığıma və düşmənlərinizə qarşı olan sərtliyimə görə sizi özümdən qabağa saldım." (Yəmən dənizinin sahilində (Misir tərəfində) bir şəhərdir, oradan Misirə qədər üç günlük yoldur)
    İmam (ə)-ın seçdiyi təzə vali lazım olan vəsaitləri tədarük görüb hərəkətə başladı, "Qistat"ın("Tarix" (Ibni Kəsir), 7-ci cild, səh.312) iki mənzilliyində yerləşən "Qulzum"("Kamil" (Ibni Əsir) 3-cü cild, səh.352; "Tarixi-Təbəri", 4-cü cild, səh.72; "Əl-ğarat", 1-ci cild, səh.264) adlı qəsəbəyə çatanda oranın əhalisindən olan bir kişinin evinə qonaq düşdü. O kişi göstərdiyi xoş xidmətlərə görə Malikin etimadını qazandı və nəhayət onu zəhər qatılmış bal şərbəti ilə zəhərlədi. Beləliklə də Allahın kəsici qılıncı əbədi olaraq öz qınına girdi: o, öz canını Allaha tapşırdı.
    O, 38-ci hicri ilində Qulzumda can verdi və elə orada da dəfn edildi. Aydındır ki, Malikin qonaq olduğu ev sahibi tanınmış adamlardan imiş və əvvəldən Malikin düşməni–Müaviyə tərəfindən alınmışdı.("Əl-ğarat", 1-ci cild, səh.268 ) Bəzi tarixçilər onun şəhadətini daha geniş, həmçinin başqa cür yazaraq qeyd etmişlər ki, Müaviyə İmam (ə)-ın Maliki Misrə vali təyin etmək barəsindəki qərarından agah olanda Qulzumdakı nüfuzlu adamlardan birinə dedi ki, nə yolla olursa olsun, Maliki aradan götürsün. Əgər belə edərsə, Misri ələ keçirəndən sonra onu vergidən azad edəcəkdir. Müaviyə bu işlə kifayətlənməyib camaatın ruhiyyəsini gücləndirmək və öz tabeçililərinin Allah yolunda hərəkət etmələrini (!) isbat etmək üçün Şam əhalisinə dedi ki, müntəzəm surətdə Maliki qarğışlayıb Allahdan onu məhv etməsini istəsinlər. Çünki Malikin öldürülməsi şamlıların sevincinə və öz rəhbərlərinə daha çox etimad etmələrinə səbəb olardı.
    Malik Qulzuma çatdıqda Müaviyənin məmuru onu öz evinə dəvət edib özünü Əli (ə)-ın dostu kimi göstərdi, onun etimadını qazanmaq üçün dedi ki, qonaqlıq xərclərini vergi pulundan hesab edəcəkdir. O, Malik üçün geniş bir süfrə açdı və süfrəyə çoxlu zəhər qatılmış bal şərbəti qoydu, çox keçmədən Maliki şəhid etdi.
    Malikin ölüm xəbəri Müaviyəyə çatanda minbərə çıxıb dedi:–"Ey camaat! Əbu Talibin oğlunun iki qüdrətli əli var idi, onlardan biri (Əmmar Yasir) Siffeyndə, biri isə (Malik Əştər) bu gün kəsildi."(Yenə orada, 1-ci cild,, səh.269)
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024