İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-09, 8:54 PM
    BƏZİLƏRİNİ AĞLADAN, BƏZİLƏRİNİ İSƏ SEVİNDİRƏN BİR ÖLÜM
    Malikin şəhid olması şamlıları sevindirmişdi, çünki onlar Siffeyn müharibəsindən etibarən ürəklərində ona qarşı kin bəsləyirdilər. Amma onun şəhadət xəbəri Əli (ə)-a çatanda uca səslə ağlayıb buyurdu: "Ey Malik, gərək sənin kimilərə növhə deyən arvadlar ağlasın! (Sonra buyurdu:) Malikin misli haradadır?!" Sonra minbərə çıxıb sözlərini belə başladı: "Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Həmd-səna dünyaların Pərvərdigarı olan Allaha layiqdir. Pərvərdigara, mən Əştərin müsibətini Sənin yolunda hesab edirəm, çünki, onun ölümü ruzigarın böyük müsibətlərindəndir. Allah Malikə rəhmət etsin! O, öz əhdinə vəfa edib ömrünü sona çatdırdı və Pərvərdigarının görüşünə getdi. Biz Peyğəmbərdən sonra özümüzü hər bir müsibətə qarşı səbir etməyə hazırlamışdıq, bununla belə deyirik ki, Malikin müsibəti ən böyük müsibətlərdəndir."
    Füzeyl deyir: "Malikin şəhadət xəbəri Əli (ə)-a çatanda onun hüzuruna getdim. Gördüm ki, ardıcıl olaraq təəssüflənib deyir: "Allah Malikə əcri-xeyir versin! Necə bir şəxsiyyət idi! Əgər Malik dağ olsaydı, misilsiz bir dağ idi və əgər daş olsaydı, möhkəm bir daş idi. Malik, Allaha and olsun, sənin ölümün bir dünyanı lərzəyə gətirdi, bir dünyanı isə sevindirdi. Malik kimilərə gərək novhəçi arvadlar ağlasın. Məgər Malikin tayı vardımı?" (O, sonra əlavə edib deyir:) Əli (ə) hey təəssüflənirdi, bir neçə gün qəm-qüssənin izi onun üzündə görünürdü."
    İMAM (Ə)-IN MƏHƏMMƏD İBN ƏBİ-BƏKRƏ YAZDIĞI MƏKTUB
    Məhəmməd İbn Əbi Bəkr İmam (ə) tərəfindən işdən götürüldüyünə və onun yerinə Malikin təyin edildiyinə görə çox narahat idi. Onun narahatçılıq xəbəri İmam (ə)-a çatanda bir məktub yazaraq Malikin şəhadət xəbərini bildirdi və ona başsağlığı verdi. O həzrət belə yazmışdı: "Mənə xəbər çatıb ki, Malikin Misrə göndərilməsindən incimisən, (bil ki,) mən bu işi sənin öz vəzifənə laqeyd yanaşdığına görə etməmişəm. Əgər mən səni Misrin hakimliyindən çıxarıramsa da, idarə olunması o qədər də çətin olmayan bir məntəqəyə vali təyin edərəm ki, ora vali olmaq sənin üçün daha maraqlı olar. Misrə vali təyin etdiyim şəxs bizə qarşı xeyirxah, düşmənlərə qarşı barışmaz idi. Allah ona rəhmət etsin! O öz həyatını sona çatdırdı və ölümlə elə bir halda əlbəyaxa oldu ki, biz ondan razı idik. Allah da ondan razı olsun və onun xeyir əcrini qat-qat artırsın! Indi sənə vacibdir ki, düşmənlə vuruşmaq üçün öz qoşununu şəhərdən kənara aparasan, orada düşərgə salaraq işi ehtiyatla davam etdirəsən, döyüş üçün tam ciddiyyətlə hazırlaşasan. Camaatı Allaha tərəf çağır və Ondan kömək istə. Allah sənin mühüm işlərində sənə kifayət edər, müsibətlərdə sənə köməkçi olar." ("Əl-ğarat", 1-ci cild, səh.282-292 )
    MƏHƏMMƏD İBN ƏBU-BƏKRİN İMAMA (Ə) YAZDIĞI MƏKTUB
    İmam (ə)-ın məktubu Məhəmməd İbn Əbi Bəkrə çatdıqda o belə bir cavab məktubu yazdı: "Əmirəl-mömininin məktubunu aldım, məzmunundan agah oldum. Heç kəs Əmirəl-mömininin düşmənlərinə qarşı məndən barışmaz, dostlarına qarşı isə məndən mehriban deyildir. Mən şəhərdən kənarda düşərgə salmışam. Bizimlə düşmənçilik edən və müharibə etmək istəyənlərdən başqa bütün camaata aman vermişəm. Hər bir halda mən Əmirəl-mömininə tabeyəm."("Nəhcül-bəlağə", 25-ci məktub )
    ƏMR ASIN MİSRƏ GÖNDƏRİLMƏSİ
    Siffeyn müharibəsi sona çatdıqdan və xəvaricin vasitəsi ilə Əmirəl-möminin Əli (ə)-ın ordusunda ikitirəlik yaranandan sonra Müaviyə fürsəti qənimət saydı və Misri İmam (ə)-ın hakimiyyət dairəsindən çıxartmaq üçün Əmr Asın rəhbərliyi ilə oraya qoşun göndərməyə çalışdı. Bu işi həyata keçirmək üçün ordu sərkərdələrindən bir qrupunu, o cümlədən Əmr As, Həbib İbn Məsləmə, Busr İbn Ərtat, Zəhhak İbn Qeys və Əbdürrəhman İbn Xalidi, həmçinin Qüreyşdən qeyrilərini də məşvərət üçün çağırdı. Sonra üzünü məclisdəkilərə tutub dedi:–Bilirsinizmi sizi nə üçün çağırmışam?
    Əmr As dərhal dedi:–Sən bizi Misri fəth etmək üçün dəvət etmisən, çünki, ora çox məhsuldar bir ölkədir, külli miqdarda vergisi vardır. Sənin və dostlarının izzəti oranın fəth edilməsindən asılıdır.
    Müaviyə onun sözünü təsdiq edib xatırlatdı ki, Əmr Asla həmkarlığa başlayanda ona vədə vermişdi ki, əgər Əliyə qələbə çalsa, Misri ona bağışlayacaq. O məclisdə çoxlu müzakirələr edildi, axırda qərara alındı ki, Misir əhlisinə–istər dost olsun, istərsə də düşmən–çoxlu məktublar yazılsın, dostlara öz mövqelərində möhkəm dayanıb müqavimət göstərmək əmri verilsin, düşmənlər isə ya sülhə dəvət edilsin, ya da müharibə ilə təhdid edilsin.
    Bu məqsədlə Müaviyə Əli (ə)-ın müxalifləri olan Məsləmə və Müaviyə Kindəyə bir məktub yazdı, sonra isə Əmr Ası böyük bir qoşunla Misrə göndərdi. Əmr As Misrin sərhədlərinə yaxınlaşanda Osmanın havadarları onun ətrafına yığışıb ona qoşuldular. Əmr As oradan Misrin valisinə belə bir məktub yazdı: "Mən səninlə vuruşmaq, qanını tökmək istəmirəm. Misir əhalisi hamılıqla sənin əleyhinədir, sənə itaət etdiklərinə görə peşmandırlar."
    Əmr As bu məktubu Müaviyənin də Məhəmmədə yazdığı məktubla birlikdə ona göndərdi. Vali hər iki məktubu oxuyandan sonra İmam (ə)-a göndərdi, həmçinin bir məktub yazıb Şam ordusunun Misir sərhədlərinə doğru irəliləməsini o həzrətə xəbər verdi və xatırlatdı ki, əgər Misrin öz ixtiyarınızda qalmasını istəyirsinizsə, gərək mənə maddi və hərbi cəhətdən kömək edəsiniz.
    İmam (ə) Məhəmmədə yazdığı cavabda onun müqavimət göstərməsini tövsiyə etdi. Məhəmməd İbn Əbi Bəkr sonra Əmr Asın və Müaviyənin məktublarına cavab yazdı və camaatı səfərbər edərək Əmr Asın qoşunu ilə qarşılaşmağa məcbur oldu. Kənanə İbn Bişrin sərkərdəlik etdiyi iki min nəfərlik qoşun ordunun ön cəbhəsini təşkil edirdi, özü isə iki min nəfərlə birlikdə onun arxasınca irəliləyirdi. Misir ordusunun ön cəbhəsi şamlılarla qarşılaşanda onların sıralarını darmadağın etdilər, lakin axırda hərbi qüvvələrin azlığına görə məğlub oldular. Kənanə öz dostları ilə birlikdə atdan düşüb təkbətək döyüşə başladı və bu ayəni oxuyan halda şəhadətə çatdı: "Heç bir insanın şənində deyildir ki, Allahın izni və müəyyən, sabit bir əcəl olmadan ölsün. Hər kəs dünya savabını istəsə, ondan həmin şəxsə əta edərik, hər kəs də axirət savabını istəsə, ondan həmin şəxsə əta edərik və şükür edənlərə əcr və savab verərik."
    MƏHƏMMƏD İBN ƏBİ-BƏKRİN ŞƏHADƏTİ
    Kənanə İbn Bişrin şəhadəti şamlıları daha da cürətləndirdi, hamılıqla irəliləməkdə davam edib, Məhəmməd İbn Əbi Bəkrin ordugahına tərəf getməyi qərara aldılar. Ordugaha çatanda onun köməkçilərinin pərakəndə vəziyyətdə olduğunu gördülər. Onun özü də sərgərdan halda bir xarabaya sığınmışdı. Müaviyə İbn Yəzid Hüdəyc onun yerini bildi, onu tutub çölə çıxartdı. Sonra onu susuzluqdan ölüm ərəfəsində olan bir halda Əmr Asın ordugahına–Fəstata apardı. Məhəmməd İbn Əbi Bəkrin qardaşı Əbdürrəhman İbn Əbi Bəkr Əmr Asın qoşununda idi. O fəryad edib dedi ki, mən icazə vermərəm ki, qardaşımı bu cür öldürəsiniz. Sonra Əmr Asdan xahiş etdi ki, qoşunun sərkərdəsi Müaviyə İbn Hüdəycə desin, onun qardaşını öldürməsinlər. Əmr As öz nümayəndəsini Ibni Hüdəycin yanına göndərdi ki, Məhəmmədi diri-diri təhvil versin, amma Ibni Hüdəyc dedi:–Mənim əmioğlum Kənanə İbn Bişr öldürüldü. Məhəmməd də gərək diri qalmasın!
    Öz taleyindən agah olan Məhəmməd su istədi, lakin Ibni Hüdəyc Osmanın susuz öldürülməsini bəhanə edərək ona su vermədi. Bu zaman Ibni Hüdəyc Məhəmmədi nalayiq sözlərlə təhqir etdi, axırda ona dedi:–Mən sənin cəsədini bu ölü ulağın qarnına qoyub yandıracağam!
    Məhəmməd dedi:–Siz Allah düşmənləri dəfələrlə ilahi övliyalarla belə yaramaz şəkildə rəftar etmisiniz. Mən ümidvaram ki, Allah bu odu mənim üçün Ibrahimə etdiyi kimi soyuq və sağlamlıq, sənə və dostlarına isə bir əzab qərar versin. Allah səni, sənin rəhbərin Müaviyə İbn Əbu-Süfyanı və Əmr Ası elə bir odda yandırsın ki, hər vaxt sönmək istəsə, daha da şölələnər.
    Axırda Müaviyə İbn Hüdəyc qəzəblənib onun boynunu vurdu, sonra cəsədini ölü bir ulağın qarnına qoyub yandırdı. Məhəmmədin şəhadət xəbəri iki nəfəri hamıdan çox təsirləndirdi: biri onun bacısı Ayişə idi; o, qardaşının halına hönkür-hönkür ağlayır, hər namazın axırında Müaviyə İbn Əbu-Süfyanı, Əmr Ası və Müaviyə İbn Hüdəyci lənətləyirdi. Bundan sonra Ayişə qardaşının əhl-əyalının və uşaqlarının qəyyumluğunu öz öhdəsinə aldı. Məhəmmədin Qasim adlı oğlu Ayişənin əlində böyüdü. Digəri isə Əsma Binti-Ümeys idi; o da uzun müddət Cəfər İbn Əbu-Talibin arvadı olmuş, ərinin şəhadətindən sonra Əbu Bəkrə ərə getmişdi, ondan da Məhəmməd dünyaya gəlmişdi. Əbu Bəkr vəfat edəndən sonra isə Əli (ə)-a ərə getmişdi, ondan da Yəhya adlı bir oğlu olmuşdu. Anası öz oğlunun başına gətirilən faciədən agah olanda dərindən təsirləndi, lakin öz qəzəbini boğub namazxanaya getdi və oğlunun qatillərini qarğışladı.
    Əmr As Müaviyəyə bir məktub yazaraq o iki nəfəri qətlə yetirdiyini ona xəbər verdi, bir-birinə fırıldaq gələn siyasətbazlar kimi özünü haqlı göstərib dedi:–Biz onları kitaba və sünnəyə dəvət etdik, lakin onlar haqqın qarşısında müxalifət edib öz azğınlıqlarında qaldılar. Nəhayət aramızda döyüş başlandı. Biz Allahdan kömək istədik, Allah da onların üzlərinə və kürəklərinə vurub əlləri bağlı halda bizə təslim etdi!
    ƏLİ (Ə) MƏHƏMMƏDİN ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLUR
    Əbdüllah İbn Qəid nalə-fəğan edərək Kufəyə daxil oldu və Məhəmmədin işkəncə ilə və faciəli şəkildə şəhid edildiyini Əli (ə)-a xəbər verdi. İmam (ə) göstəriş verdi ki, onun sözlərini eşitmək üçün hamı bir yerə yığışsın. Sonra onlara buyurdu: "Bu, Məhəmmədin və sizin misirli qardaşlarınızın nalələridir. Allahın və sizin düşməniniz olan Əmr As onlara doğru getmiş, onlara hakim olmuşdur. Heç də güman etmirəm ki, azğınların batilə olan bağlılıqları, öz tağutlarına olan etimadları sizin haqqa olan bağlılığınızdan möhkəm olsun! Onlar Misrə hücum etməklə sanki sizin başınız üstünə hücum etmişlər. Tez olun, onların köməyinə tələsin! Ey Allah bəndələri, Misir xeyir-bərəkətdə Şamdan, oranın əhalisi də şamlılardan yaxşıdır. Misri əldən verirsiniz. Əgər Misir sizin ixtiyarınızda olsa, bu, sizin üçün izzət, düşmən üçün xarlıq olacaq. Tez olun, Cürə ordugahına yola düşün, sabah bir-birimizə çataq."
    Günlər keçəndən və Iraq başçıları İmam (ə)-ın hüzuruna gedib-gələndən sonra, nəhayət, Malik İbn Kəb iki min nəfərlik bir qoşunla Misrə yola düşdü.(Tarixi-Yəqubi" 2-ci cild, səh.194)
    İmam (ə) Ibni Abbasa bir məktub yazıb hadisələri belə şərh etdi: "Misir düşmənin əli ilə fəth olunmuş, Məhəmməd İbn Əbi Bəkr şəhadətə çatmışdır. (Allah ona rəhmət etsin!) Bu müsibəti Allahın hesabına qoyur və əcrini də Ondan istəyirəm. Bu, mehriban və çalışqan bir övladın, kəsici bir qılıncın, müqavimətli bir qüdrətin müsibətidir. Mən camaatı ona qoşulmağa təşviq etdim və onlara fərman verdim ki, bir hadisə baş verməmiş onun köməyinə getsinlər. Mən aşkarda da, gizlində də hamını ona tərəf hərəkət etməyə çağırıram. Bir dəstə meylsiz halda hazırlıqlarını elan etdilər, bəziləri də özlərini xəstəliyə vurdular, üçüncü bir qrup isə ona kömək etməkdən boyun qaçırtdılar. Allahdan istəyirəm ki, məni tezliklə bu camaatın əlindən qurtarsın." ("Nəhcül-bəlağə", 65-ci məktub )
    Məhəmmədin şəhadəti Əli (ə)-a çox ağır gəldi, o həzrət göz yaşı axıdaraq buyurdu: "O, mənim üçün övlad, övladlarım üçün qardaş idi. (Sonra buyurdu:) Mən onu çox istəyirdim,("Nəhcül-bəlağə", 177-ci xütbə) onu öz ağuşumda bəsləmişdim."("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.137; "Məqatilut-talibiyyin", səh.29)
    Uzaqgörən adamlar Siffeyn müharibəsindən sonra tez-tez baş verən belə hadisələrdən Əli (ə)-ın hökumətinin nadan dostların əli ilə süqut edəcəyini irəlicədən görə bilərdilər. Bu zaman artıq Müaviyə Şama hakim olmuş, Əmr As Misri öz ixtiyarına keçirmişdi. Qarətçi dəstələr və qaniçənlər Müaviyənin göstərişi ilə mərkəzi hökuməti zəiflətmək, əmin-amanlığı tamamilə aradan aparmaq üçün müntəzəm surətdə ətraf yerlərə yürüş edirdilər. Amma görəsən Əli (ə) bu acınacaqlı şəraitdə nə kimi tədbirlər görür, fəsadın kökünü kəsmək üçün qəlbləri ölmüş iraqlılardan necə kömək almaq istəyirdi. Tarixdə qeyd olunur ki, İmam (ə) ömrünün axır günlərində atəşli bir nitq söyləyərək iraqlıların ölmüş qəlblərini yenidən diriltdi.
    İMAM (Ə)-IN SON XÜTBƏSİ
    Nofəl İbn Füzalə deyir: İmam (ə)-ın həyatının axır günlərində Cödə Məxzumi daşdan bir taxt düzəltdi, İmam (ə) yun köynək geymiş olan halda onun üstünə çıxdı, qılıncının bağı və başmaqlarının qaytanı xurma lifindən idi, alnı səcdənin çoxluğundan qabar bağlamışdı. O həzrət söhbətə başlayıb buyurdu: "Allaha şükürlər olsun ki, bəndələrin və dünya işlərinin aqibəti Ona tərəfdir. Böyük ehsanlarına, aydın dəlillərinə və (daim) artan kərəminə görə Ona həmd edirik. Ey camaat, mən peyğəmbərlərin öyüd-nəsihətlərini sizin aranızda yaydım, onların canişinlərinin gələcək nəsillərə çatdırdıqlarını da sizə çatdırdım. Sizi şallağımla ədəbləndirdim, amma ibrət almadınız. Sizi təşviqedici sözlərlə irəli sövq etdim, lakin bir-birinizə yaxınlaşmadınız. Sizi and verirəm Allaha, məndən qeyri bir İmamı gözləyirsinizmi ki, yolu sizin üçün düzəltsin, sizi haqq yola aparsın?! Qanları Siffeyndə tökülən qardaşlarımız ziyan etməmişlər, çünki belə günləri görmədilər ki, qəm-qüssə dolu camı başlarına çəksinlər və (insanı mənən əzən) bu cür həyatın çirkablı suyundan içsinlər. Allaha and olsun, onlar Allahla görüşə yol tapmışlar, Allah da onların əcr və savablarını kamil etmiş, Özünün əmin-amanlıq diyarında onlara yer vermişdir! Hara getdi mənim haqq yolunda qədəm götürüb elə o yolda da can verən qardaşlarım?! Hardadır Əmmar?! Haradadır İbn Qeyhan?! Haradadır Zuşşəhadəteyn?! Haradadır onlara və onların qardaşlarına oxşayan, öz əzm və niyyətlərində iradəli olanlar?!"
    Nofəl deyir: İmam (ə) bu zaman əlini saqqalına çəkib hönkür-hönkür ağladı, sonra buyurdu: "Əfsus, o qardaşlarıma ki, Quranı oxuyub onu möhkəmləndirdilər, onun fərizələrində fikirləşib, onları canlandırdılar, sünnələri dirildib bidətləri öldürdülər, düşmənlə cihad etməyə dəvət olunduqda müsbət cavab verdilər, öz rəhbərlərinə etimad və ona itaət etdilər!" Sonra uca səslə fəryad edib dedi:–"Ey Allah bəndələri, cihada gedin! Mən bu gün qoşun yığıram, hər kəs cihad meydanına getmək istəyirsə, hərəkət üçün hazır olsun."("Rovzətul-bəlağə", 1-ci cild, səh.161; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.195; "Tarixi-Təbəri", 6-cı cild, səh.83)
    İmam (ə)-ın bu həyəcanlı sözləri iraqlıların ölmüş qəlblərini elə diriltdi ki, az müddət ərzində Allah yolunda cihad etmək və düşmənlə vuruşmaq üçün qırx min nəfər Siffeynə yığışdı. İmam (ə) öz oğlu və Əbu Əyyub Ənsari üçün bayraq düzəltdi, hər biri on min nəfərlə hərəkət etmək üçün hazırlaşdı, başqa səhabələr üçün də bayraq düzəltdi və hər birini bir dəstənin başında hərəkətə hazırladı. Amma əfsuslar olsun ki, həmin həftə sona çatmamış Əbdürrəhman İbn Mülcəmin (Allah ona lənət etsin!) qılıncı ilə şəhadətə çatdı. İmam (ə)-ın şəhadət xəbəri Kufənin kənarında olan döyüşçülərə çatdıqda hamısı çobanlarını itirən və canavar tərəfindən təqib olunan qoyunlar kimi Kufəyə axışdılar. İndi isə İmam (ə)-ın həyatının son səhifəsini vərəqləyirik.
    ÜÇÜNCÜ FƏSİL
    İMAM (Ə)-IN HƏYATININ SON SƏHİFƏSİ–İBADƏT MEHRABINDA ŞƏHADƏT
    Nəhrəvan müharibəsindən sonra Əli (ə) Kufəyə qayıtdı. Amma Nəhrəvanda tövbə edən xəvaricdən bir neçəsi yenidən müxalifətə başlayıb fitnə-fəsad törətməyə başladılar. İmam (ə) xəbər göndərərək onları asayişə dəvət etdi, mərkəzi hökumətlə müxalifətdən qorxutdu, amma onların düz yola gələcəklərindən ümidsiz olduqda o tüğyançı və fitnə-fəsad törədənləri var-qüvvəsi ilə tar-mar etdi. Onların bəziləri ölüb-yaralandı, bəziləri isə qaçıb canlarını qurtardılar.
    Xəvaric fərarilərindən biri Murad qəbiləsindən olan Əbdürrəhman İbn Mülcəm idi. Xəvaric fərariləri Məkkəni özlərinə sığınacaq yeri seçmişdilər. Bir gecə onlardan üçü: Əbdürrəhman İbn Mülcəm Muradi, Bərk İbn Əbdüllah Təmimi və Əmr İbn Bəkr Təmimi bir yerə yığışaraq o zamanın mövcud vəziyyətini araşdırıb, qan axıdılmasının və daxili müharibələrin səbəblərini təhlil etdilər, Nəhrəvanda öz öldürülənlərini yad etdilər, nəhayət bu nəticəyə gəldilər ki, bu qan axıdılması və qardaş qırğınının səbəbkarı Əli, Müaviyə və Əmr Asdır, əgər bu üç nəfər aradan götürülsə, müsəlmanlar öz vəzifələrini dərk edib öz istəkləri ilə bir xəlifə seçəcəklər. Sonra bir-biri ilə əhd-peyman bağladılar ki, hər biri o üç nəfərdən birini öldürsün, sonra bərk-bərk and içməklə bu peymanı qüvvətləndirdilər. İbni Mülcəm Əli (ə)-ı, Əmr İbn Bəkr Əmr Ası, Bərk İbn Əbdüllah da Müaviyəni öldürməyi qərara aldı. Beləliklə, bu məkrli tədbir gizli şəkildə Məkkədə töküldü.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 6-cı cild, səh.114) Hər üçü öz işini eyni vaxtda həyata keçirsinlər deyə, bu iş üçün mübarək Ramazan ayının 19-cu gecəsini təyin etdilər. Hər biri öz məmuriyyətini yerinə yetirmək üçün nəzərdə tutduqları şəhərə yola düşdülər. Əmr İbn Bəkr Əmr Ası öldürmək üçün Misrə, Bərk İbn Əbdüllah Müaviyəni öldürmək üçün Şama, Ibni Mülcəm də Əli (ə)-ı öldürmək üçün Kufəyə yola düşdü.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 6-cı cild, səh.113; "Məqatilut-talibiyyin", səh.30)
    Bərk İbn Əbdüllah Şamda məscidə getdi və müəyyən olunmuş gecədə birinci cərgədə namaza durdu. Müaviyə səcdədə olanda ona hücum etdi. İztirablı olduğuna görə özünü itirdi, zərbəni yaxşı vura bilmədi. Zərbə Müaviyənin başına yox, buduna dəyib onu şiddətlə yaraladı. Onu dərhal evinə aparıb yatağa saldılar. Bərki Müaviyənin yanına gətirəndə ondan soruşdu:–Hansı cürətlə belə bir iş gördün?!
    Dedi:–Əmir məni bağışlasa, ona şad bir xəbəri müjdə verərəm!
    Müaviyə dedi:–Nə müjdəsi?
    Bərk dedi:–Mənim dostlarımdan biri bu gecə Əlini öldürmüşdür. Əgər inanmırsansa, bu xəbər sənə çatana kimi məni saxla və əgər öldürülməmiş olsa, mən söz verirəm ki, gedib onu öldürər, sonra yenidən bura qayıdaram.
    Müaviyə onu, Əli (ə)-ın qətlə yetirilməsi xəbəri çatana qədər saxladı, bu xəbər yəqin olduqda onu buraxdı. Bir rəvayətə görə də elə həmin vaxt onu öldürdü.("Tarixi-Təbəri", 2-ci cild, səh.212 ) Təbiblər Müaviyənin yarasını müayinə edəndən sonra dedilər: "Əgər əmir övlad istəməzsə, onu dava-dərmanla müalicə etmək olar, əks halda yara dağlanmalıdır." Müaviyə dağlanmaqdan qorxub nəslinin kəsilməsinə razı oldu, dedi:–"Yəzid və Əbdüllah mənim üçün kifayətdir."("Murucuz-zəhəb", 2-ci cild, səh.423)
    Əmr İbn Bəkr də Misrə gedib həmin gecə məsciddə birinci cərgədə namaza durdu. Təsadüfən həmin gecə Əmr Asın şiddətli qızdırması var idi, yorğunluqdan məscidə gələ bilməmişdi. O, camaat namazını qılmaq üçün Xaricə İbn Hənifəni məscidə göndərmişdi.("Murucuz-zəhəb", 2-ci cild, səh.423; "Əxbarut-tuval", səh.213) Əmr İbn Bəkr Əmr Asın yerinə onu öldürdü və onun Əmr As olmadığını başa düşəndə dedi:–"Mən Əmr Ası öldürmək istədim, Allah isə Xaricəni."
    Əbdürrəhman İbn Mülcəm Muradi 40-cı ilin Şəban ayının 20-də Kufəyə gəldi. Yazırlar ki, Əli (ə) onun gəlişindən agah olduqda buyurdu: "Çatdımı?! Həqiqətdə ondan başqa mənim öhdəmə bir şey qalmamışdır və indi də onun vaxtıdır!"
    Ibni Mülcəm bir ay Əşəs İbn Qeysin evində qaldı. Bu müddət ərzində hər gün qılıncını itiləyir, qətl üçün hazırlaşırdı. Orada xəvaricdən olan Qutam adlı bir qızla qarşılaşdı və ona aşiq oldu. Məsudinin nəql etdiyinə görə Qutam Ibni Mülcəmin əmiqızısı idi, onun atası və qardaşı Nəhrəvanda öldürülmüşdü. Qutam Kufənin ən gözəl qızlarından biri idi. İbni Mülcəm onu gördükdə hər şeyi unutdu və rəsmi şəkildə ona elçiliyə getdi.("Əl-əxbarut-tival", səh.214; "Kəşful-ğümmə", 1-ci cild, səh.582; "Murucuz-zəhəb", 2-ci cild, səh.424)
    Qutam dedi:–Mən tam məmnuniyyətlə sənə ərə getməyə razıyam, bu şərtlə ki, mənim mehriyyəmi öz istədiyim kimi verəsən.
    Əbdürrəhman dedi:–Məqsədin nədir?
    Qutam aşiqin təslim olduğunu gördükdə mehriyyənin miqdarını ağırlaşdırıb dedi:–Min dirhəm pul, bir qulam, bir kəniz və Əliyyİbn Əbi Talibin qətli.
    Ibni Mülcəm dedi:–Güman etmirəm ki, həm məni istəyəsən, həm də Əlini qətlə yetirməyi mənə təklif edəsən!
    Qutam dedi:–Çalış, onu qəfildən öldürəsən. Əgər onu öldürsən, hər ikimiz intiqamımızı almış olarıq, gözəl həyat sürərik. Əgər bu yolda öldürülsən, axirət əcri və Allahın sənin üçün zəxirə etdiyi şeylər bu dünya nemətlərindən daha yaxşıdır.
    Ibni Mülcəm dedi:–Bil ki, mən Kufəyə yalnız bu iş üçün gəlmişəm!("Kəşful-ğümmə", 1-ci cild, səh.271 )
    Şair Qutamın mehriyyəsi haqda bir şer qoşmuşdur, onun tərcüməsi belədir:
    "Mən Qutamın mehriyyəsi kimi bir mehriyə görmədim ki,
    Istər ərəbdən, istərsə də əcəmdən olan bir nəfər onu öz öhdəsinə alsın.
    Onun mehriyyəsi ibarət idi: min dirhəm pul, bir qulam, bir kəniz,
    Bir də iti qılıncla Əliyyİbn Əbu-Talibin qətlə yetirilməsi.
    Heç bir mehriyyə, hərçənd qiymətli olsa da, Əlidən qiymətli,
    Heç bir cinayət də Ibni Mülcəmin cinayətindən ağır deyil." (Etikaf şəriətdə çox təkid olunan müstəhəb əməllərdəndir. Möminlər Rəcəb ayının 13, 14 və 15-ci günlərində hər yerin came məscidində yığışıb oruc tutur, namazla, ibadətlə məşğul olurlar, zərurət halları istisna olmaqla məsciddən əsla çölə çıxmırlar)
    Qutam dedi:–Mən öz qəbiləmdən bir dəstə adamı səninlə göndərəcəyəm ki, sənə bu işdə kömək etsinlər.
    Bunu dedikdən sonra Kufə xaricilərindən biri olan Vərdan İbn Mücalidi (o da Təymür-Rübab qəbiləsindən idi) ona qoşdu. İbni Mülcəm Əli (ə)-ı öldürməyi qərara alıb Əşcə qəbiləsinin xəvaricindən olan Şəbib İbn Bəcrə ilə görüşdü və ona dedi:–Dünya və axirət şərafətini qazanmaq istəyirsənmi?
    Şəbib soruşdu:–Məqsədin nədir?
    Dedi:–Əliyyİbn Əbi Talibi öldürməkdə mənə kömək et.
    Şəbib dedi:–Anan matəminə otursun! Məgər Peyğəmbər zamanında onun xidmətlərindən, fədakarlıqlarından xəbərin yoxdurmu?
    Ibni Mülcəm dedi:–Vay olsun sənə! Məgər bilmirsən ki, o, Allahın kəlamında adamların həkəmiyyətinə razı oldu və bizim namaz qılan qardaşlarımızı qətlə yetirdi?! Öz din qardaşlarımızın intiqamını almaq üçün onu öldürməliyik!("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid) "Tarixi-Təbəri", 6-cı cild, səh.83; "Murucuz-zəhəb" 2-ci cild, səh.424; "Əlbidayətu vən-nihayə", 7-ci cild, səh. 23; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.195; "Rovzətul-vaizin", 1-ci cild, səh.161; "Əl-istiyab", 2-ci cild, səh.282;)
    Şəbib onunla razılaşdı, Ibni Mülcəm bir qılınc itiləyib ona zəhər yedirtdi, sonra Kufə məscidinə gəldi.
    Qutam Ramazan ayının 13-də, cümə günü məsciddə etikaf bağlamışdı.(Əl-irşad" (Şeyx Müfid), səh.151; "Rovzətul-vaizin", 1-ci cild, səh.163 ) Onlar Qutamın yanına gedib onunla görüşdülər. Qutam dedi ki, Məcaşe İbn Vərdan İbn Əlqəmə də könüllü olaraq sizinlə həmkarlıq edəcəkdir. Əməliyyat vaxtı gəlib çatanda Qutam onların başlarına ipək parça bağladı. Üçü də birlikdə qılınclarını götürüb məsciddə qalan adamlarla birlikdə orada qaldılar və məscidin qapılarından birinin–"Babüssəddə"nin qarşısında oturdular.("Kəşful-ğümmə", 1-ci cild, səh.581; "Rovzətul-vaizin", 1-ci cild, səh.164; "Əl-irşad", səh.151)
    İMAM (Ə) ŞƏHADƏT GECƏSİNDƏ
    İmam (ə) o ilin Ramazan ayında daim öz şəhadətindən xəbər verirdi. Hətta ayın orta günlərindən birində minbərdə əlini mübarək saqqalına çəkib buyurmuşdu: "Ən bədbəxt şəxs bu tükləri başımın qızıl qanı ilə boyayacaq. (Sonra buyurdu:) Ayların şahı olan Ramazan ayı gəlib çatmışdır. Bu ayda hökumətdə dəyişiklik əmələ gələcək. Agah olun, siz bu ildə bir səfərdə həcc əməlini (əmiriniz olmadan) yerinə yetirəcəksiniz. Əlaməti də budur ki, mən sizin içinizdə olmayacağam."("Rovzətul-vaizin", 1-ci cild, səh.164)
    Səhabələr deyirdilər:–Həzrət bu sözlə öz ölümündən xəbər verir, amma biz onu dərk etmirik.
    Həzrət ömrünün axır günlərində hər gecə övladlarının birinin evinə gedirdi. Bir gecə oğlu Həsən (ə)-ın, bir gecə oğlu Hüseyn (ə)-ın, bir gecə kürəkəni (Zeynəb (ə)-ın əri) Əbdüllah İbn Cəfərin yanında iftar edir və üç tikədən artıq yemirdi. Az yeməsinin səbəbi soruşulduqda buyurdu: "Allahın əmri gələcək və mən istəyirəm ki, qarnım boş olsun. Bir-iki gecədən çox qalmamışdır." Və elə həmin gecə zərbətləndi.("Uyunu əxbarir-Riza ™", 1-ci cild, səh.298 )
    Şəhadət gecəsi iftarda öz qızı Ümmü Külsümə qonaq idi. İftarı açıb üç tikə xörək yedi, sonra ibadətə məşğul oldu. O həzrət gecənin əvvəlindən sübhə kimi iztirabda idi. Gah göylərə baxır, ulduzların hərəkətinə göz qoyurdu. Sübh yaxınlaşdıqca onun iztirabı və narahatlığı artırdı. Sonra buyurdu: "Allaha and olsun, nə mən yalan deyirəm, nə də mənə xəbər verən şəxs; bu gecə elə mənə şəhadət vədəsi verilən gecədir."("Murucuz-zəhəb", 2-ci cild, səh.425; "Rovzətul-vaizin", 1-ci cild, səh.165; "Əl-irşad", səh.652; "Tarixi-Yəqubi", 2-ci cild, səh.212)
    Bu vədəni ona Peyğəmbəri-Əkrəm (s) vermişdi. Əli (ə)-ın özü nəql edirdi ki, Peyğəmbər (s) Ramazan ayının ehtiramı və fəziləti barədə bir xütbə söylədi, axırda ağladı. Ondan ağlamasının səbəbini soruşduqda, buyurdu: "Bu ayda sənin başına gələcək işə görə (ağlayıram). Elə bil bunu görürəm ki, sən namaza məşğulsan, dünyanın ən alçaq adamı–Səmud naqəsini öldürənin tayı ayağa qalxıb sənin başına bir zərbə endirir və saqqalını qanına qəltan edir." ("Kəşful-ğümmə", 1-ci cild, səh.284)
    Nəhayət o qorxulu gecə sona çatdı, Əli (ə) sübhün qaranlığında sübh namazını qılmaq üçün məscidə tərəf yola düşdü. Həyətdəki qazlar onun ardınca gedib paltarından tutdular. O qazları qovmaq istədilər, amma həzrət buyurdu:–Onlarla işiniz olmasın, bunlar fəryad çəkənlərdir, arxasınca novhə oxuyacaqlar.("Məqatilut-talibiyyin", səh.31; "Murucuz-zəhəb", 2-ci cild, səh.429)
    İmam Həsən (ə) dedi:–Niyə belə bəd xəbər verirsən?!
    Buyurdu:–Ey oğul, bəd xəbər vermirəm, qəlbim mənə şəhadət verir ki, öldürüləcəyəm.("Kəşful-ğümmə", 1-ci cild, səh.584)
    Ümmü Külsüm İmam (ə)-ın sözlərindən pərişan olub dedi:–Əmr verin, Cödə gedib pişnamazlıq etsin.
    Həzrət buyurdu:–Allahın qəza-qədərindən qaçmaq olmaz!
    Bunu deyib kəmərini möhkəm bağladı, dilində bu şeri zümzümə edərək məscidə yola düşdü: Şerin tərcüməsi:
    "Ölüm üçün kəmərini möhkəm bağla, çünki ölüm sənin görüşünə gələcək,
    Ölümdən, sənə doğru gəldiyi vaxt ah-fəryad etmə." ("Biharul-ənvar", 9-cu cild, səh.650 ( "Əmali"dən nəqlən))
    İmam (ə) məscidə daxil olub namaza başladı, təkbir deyib qiraətdən sonra səcdəyə getdi. Bu zaman İbn Mülcəm fəryad çəkib, "Hökm yalnız Allahındır, sənin üçün deyildir, ya Əli!" deyərək zəhərli qılıncla Əli (ə)-ın mübarək başına zərbə vurdu. Təsadüfən bu zərbə elə əvvəllər Əmr İbn Əbdüvüddün vurduğu yerə endi və o həzrətin başını alnına qədər yardı.("Ət-təfsir" (Əbul-Fütuh Razi), 4-cü cild, səh.425 )
    Mərhum Şeyx Tusi "Əmali" kitabında başqa bir hədisdə İmam Riza (ə)-dan, o da əziz ata-babalarından, onlar da İmam Səccad (ə)-dan nəql etmişlər ki, "Ibni Mülcəm Əli (ə)-ın mübarək başını səcdə halında zərbətləmişdir." ("Təzkirətul-xəvass" (Nəcəf çapı), səh.177 )
    Məşhur şiə təfsirçisi Əbul Fütuh Razi öz təfsirində yazır: "Ibni Mülcəm Əli (ə)-ı vuranda o həzrət namazın birinci rəkətində "Ənbiya" surəsindən on bir ayə tilavət etmişdi." ("Taha" surəsi, 55)
    Məşhur sünnü alimi Sibt İbn Covzi yazır: "İmam mehraba daxil olduqda, bir neçə nəfər ona hücum etdi, onların içindən Ibni Mülcəm (qılıncla) ona bir zərbə vurdu və dərhal öz yoldaşları ilə qaçdı."("Tarixi-Yəqubi", 2-ci cild, səh.212 )
    Mehrabda Əli (ə)-ın başından qan axıb mübarək saqqalını qızartdı. Bu halda o həzrət buyururdu: "Kəbənin Allahına and olsun ki, nicat tapdım! (Sonra bu ayəni tilavət etdi:) "Sizi torpaqdan yaratdıq, ona da qaytaracağıq və yenidən ondan (dirildib) çıxaracağıq."("Tarixi-Təbəri", 6-cı cild, səh.185; "Kəşful-ğümmə", 1-ci cild, səh.586 
    )
    Əli (ə)-a zərbə dəyəndə fəryad edib dedi:–"Tutun onu!" Hamı Ibni Mülcəmin ardınca qaçdı, hər kəs ona yaxınlaşırdısa, onu qılıncla vururdu. Axırda Qəsəm Ibni Abbas irəli atılıb onu qucağına aldı və yerə çırpdı. Onu Əli (ə)-ın yanına apardılar. Həzrət dedi:–Mülcəmin oğlu!
    Dedi:–Bəli!
    Həzrət onu tanıyandan sonra oğlu Həsənə buyurdu:–Düşməndən muğayat ol, onun qarnını doyuzdur, bəndini möhkəm bağla. Əgər ölsəm, onu mənim yanıma göndər, Allahımın yanında onunla höcətləşim. Yox, əgər sağ qalsam, ya onu bağışlayar, ya da qisas alaram.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.169; "Təbəqat" (Ibni Səd), 2-ci cild, səh.24; "Əl-əxbarut-tival", səh.214; "Məqatilut-talibiyyin", səh.36; "Kəşful-ğümmə", 1-ci cild, səh.63; "Iqdul-fərid", 4-cü cild, səh.359; "Tarixi-Təbəri", 6-cı cild, səh.85 )
    Həsənlə Hüseyn Bəni-Haşim cavanları ilə birlikdə Əli (ə)-ı kilimin arasına qoyub evə gətirdilər. Sonra Ibni Mülcəmi bir daha o həzrətin yanına apardılar. Əmirəl-möminin (ə) ona baxıb buyurdu:–Əgər mən ölsəm, məni öldürdüyü kimi, onu da öldürün, yox əgər sağ qalsam, onunla nə edəcəyimi özüm bilərəm.
    Ibni Mülcəm dedi:–Mən bu qılıncı min dirhəmə almışam, min dirhəm də verib ona zəhər yedirtmişəm. Əgər mənə xəyanət etsə, Allah onu həlak etsin!("Tarixi-Təbəri", 6-cı cild, səh.85; Əbu Hatəm Sistaninin "Əl-muəmmərunə vəs-sələf" kitabından, səh.149; "Murucuz-zəhəb", 2-ci cild, səh.425; "Kafi", 7-ci cild, səh.51; "Mən la yəhzuruhul-fəqih", 4-cü cild, səh.141; "Töhəful-üqul", səh.197; "Məqatilut-talibiyyin", səh.38)
    Ümmü Külsüm ona dedi:–Ey Allahın düşməni, Əmirəl-möminini öldürdünmü?!
    O məlun dedi:–Əmirəl-möminini yox, sənin atanı öldürmüşəm!
    Ümmü Külsüm dedi:–Inşallah, atam bu yaradan şəfa tapar!
    Ibni Mülcəm yenə də həyasızlıqla dedi:–Görərik, onun üçün ağlar qalacaqsan! Ona elə bir zərbə vurmuşam ki, əgər onu dünya əhalisi arasında bölüşdürsələr, hamısını həlak edər.("Nəhcül-bəlağə", 47-ci məktub )
    O həzrətə bir az süd gətirdilər, bir az içib buyurdu ki, o süddən məhbusa da aparsınlar və ona əziyyət verməsinlər. İmam (ə)-a zərbə dəyəndə Kufə təbibləri onun başı üstünə gəldilər. Onların içində ən mahir həkim Əsir İbn Əmr yaranı müalicə edirdi. O, yaranı görəndə dedi ki, bir qoyun kəsib döşünü isti-isti gətirsinlər. Sonra onun içindən bir damar çıxardıb yaranın içinə qoydu, sonra onu çıxarıb dedi:–Ya Əli, vəsiyyətini et. Çünki, bu zərbə beyinə çatmışdır, artıq müalicənin faydası yoxdur.
    Bu vaxt İmam (ə) kağız-qələm istədi, sonra Həsən və Hüseynə xitabən öz vəsiyyətini yazdı. Bu vəsiyyətin o həzrətin iki oğlu–Həsənlə-Hüseyn (ə) üçün edilməsinə baxmayaraq, həqiqətdə dünyanın sonuna qədər olan bütün insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum Seyyid Rəzidən əvvəl və sonra yaşamış bir çox tarixçilər və mühəddislər mötəbər sənədlə qeyd etmişlər.(Tarixi-Yəqubi", 2-ci cild, səh.213; "Təzkirətul-xəvass", səh.112; "Mənaqibi Ali Əbitalib", 3-cü cild, səh.313 ) Əlbəttə, vəsiyyətin əsli Seyyid Rəzinin "Nəhcül-Bəlağə"də qeyd etdiyindən çoxdur. İndi onun bir hissəsini burada qeyd edirik:
    "Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."("Tarixi-Yəqubi", 2-ci cild, səh.213)***
    "Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."
    ***
    "Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"
    ***
    "Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik."
    ***
    "Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçə! Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq."
    ***
    "Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın! Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Əmr be məruf və nəhy əz münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır."
    Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları! Məbada siz mənim şəhadətimdən sonra "Əmirəl-möminin öldürüldü", deyə bəhanə edərək qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiniz!("Tarixi-Yəqubi", 2-ci cild, səh.213) Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–bir zərbə müqabilində olsun. Məbada onun burun-qulağını kəsəsiniz! Mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişdim: "Hətta quduz iti belə, müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!"
    İmam (ə)-ın övladları pərişan, boğazları qəm-qüssədən qəhərlənmiş halda oturub o həzrətin nəvazişli sözlərinə qulaq asırdılar. İmam (ə) bu vəsiyyətin axırında huşdan getdi, huşa gəlib gözlərini yenidən açanda buyurdu: "Ey Həsən, sənə bir-iki sözüm var. Bu gecə mənim ömrümün axır gecəsidir. Öldükdən sonra öz əlinlə mənə qüsl ver, kəfənə bük. Mənim kəfən və dəfn işlərimi özün şəxsən gör, cənazəmə namaz qılıb gecə qaranlığında Kufədən uzaqda, məxfi şəkildə torpağa tapşır, qoy heç kim ondan xəbərdar olmasın."
    Əli (ə) iki gün sağ qaldıqdan sonra 40-cı ilin Ramazan ayının 21-ci gecəsində 63 yaşında dünyadan getdi. Onun əziz oğlu İmam Həsən (ə) öz əli ilə ona qüsl verdi, ona yeddi təkbirlə namaz qıldı, sonra buyurdu: "Bilin, Əli (ə)-dan sonra heç kimin cənazəsinə yeddi təkbir deyilməyəcəkdir."
    Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki Nəcəf-Əşrəfdə) dəfn edildi. Xilafət dövrü 4 il 2 ay çəkdi.("Kamil" Ibni Əsir), 3cü cild, səh.394; "Tarixi-Təbəri", 4-cü cild, səh.116; k824səh.2,cild "Mürucüz-zəhəb", 2-ci cild, səh.428)
    ƏLİ (Ə)-IN MATƏMİNDƏ
    Əli (ə) şəhid olandan sonra Həsən İbn Əli (ə) bir xütbə söylədi. Əvvəlcə Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərdikdən sonra buyurdu: "Bu gün elə bir insan ölmüşdür ki, əvvəlkilər onun həqiqətini dərk etməmişlər, gələcək nəsil də heç vaxt onun mislini görməyəcəkdir. O döyüşəndə Cəbrail onun sağ tərəfində, Mikail isə sol tərəfində dayanırdı. Allaha and olsun, o Musəbni Imranın vəfat etdiyi, Isəbni Məryəmin göylərə aparıldığı, Quranın nazil olduğu gecədə vəfat etmişdir. Bilin ki, o öz maaşından ehtiyat üçün yığdığı yeddi yüz dirhəmdən savayı heç bir şey qoymamışdır. Bu məbləği də yığmaqla öz ailəsi üçün xidmətçi tutmaq istəyirdi."(Imran İbn Hittanın yazdığı bu iki beyt şerin cavabı başqa şerlə də verilmişdir, Məsudi bunu öz kitabında qeyd etmişdir. "Mürucüz-zəhəb", 2-ci cild, səh.427)
    Sonra Qəqa İbn Zürarə ayağa durub dedi: "Allahın rizvanı sənə olsun, ey Əmirəl-möminin! Allaha and olsun, sənin həyatın bütün xeyirlərin açarı idi; əgər səni qəbul etsəydilər, onda hər tərəfdən nazil olan nemətlərdən bəhrələnərdilər, Allahın neməti onları əhatə edərdi. Lakin onlar nankorluq etdilər və dünyanı tutub axirəti atdılar." 
    Əbül-Əsvəd Düəli Əli (ə)-ın matəmində bir neçə beyt şer qoşmuşdu, onun bir hissəsinin tərcüməsi belədir:
    "Müaviyə İbn Hərbə deyin ki, dil yarası vuranların gözləri heç vaxt aydın olmasın!
    Ramazan ayında bizi bütün insanların ən yaxşısının matəmində oturdursunuzmu?
    Ən yaxşı bir insanı öldürdünüz ki, o, heyvanlara minib onları ram edirdi.
    Siz ayaqlarına bir cüt başmaq geyən ən yaxşı şəxsi,
    Məsani ayələrini və Kitabi-mübini oxuyan ən yaxşı bir insanı öldürdünüz!
    Əgər Həsənin atasının üzünə baxsanız, ondakı nuru görərsiniz, ki, o nur baxanların başlarının üstünə işıq saçmışdır.
    Ey Əli, Qüreyş hər yerdə, hər məqamda olsa, bilmişdir ki, sən əsil-nəsəbdə və dində onların ən yaxşısısan." 
    Əli (ə) barəsində mərsiyə şeri qoşanlardan biri də söz ustalığında məşhur olan Səsəə İbn Suhandır. O, Əmirəl-möminin (ə)-ın matəmində belə demişdir: "Atam-anam sənə fəda olsun, ey Əmirəl-möminin! Nuş olsun sənə (ilahi kəramətlər). Sən pak-pakizə bir mövlud, bəsirət sahibi və mücahid bir şəxs idin, öz arzuna çatdın və Allah ilə faydalı bir müamilə (al-ver) etdin, öz Pərvərdigarına tərəf tələsdin. O səni xoşluq və müjdə ilə qəbul etdi, mələklər sənin ətrafına yığışdılar və Mustəfanın qonşuluğunda sakin oldun. Allah sənə onun yanında yer verdi, sənə onun məqamı kimi bir məqam əta etdi və Öz camı ilə səni sirab etdi. Öz Allahımdan istəyirəm ki, bizi səninlə birlikdə məhşur etsin (diriltsin), çünki sən elə bir mərtəbəyə çatmısan ki, səndən qabaq heç kim ora çatmamışdır və elə bir məqama yetişmisən ki, səndən qabaq heç kim o məqamı əldə edə bilməmişdir. Sən Peyğəmbərlə birlikdə Allah yolunda gözəl şəkildə cihad etdin, Allah dinini və Peyğəmbərin sünnəsini möhkəmləndirdin, fitnə odunu söndürdün. İslam sənin vücudunla möhkimləndi, din sənin hesabına nizama düşdü. Səndə elə fəzilətlər cəm olmuşdu ki, o fəzilətlər səndən savayı heç kimdə yox idi. Hamıdan əvvəl Peyğəmbər (s)-in dəvətini qəbul etdin, ona itaət etməyi hər şeydən üstün tutdun, ona kömək etməkdə qabaqcıl oldun; öz canınla Allah yolunda fədakarlıq göstərdin; öz qılıncını Onun dininə kömək etmək üçün siyirdin. Hər bir inadkar zalım sənin əlinlə məğlub, hər kafir sənin əlinlə xar oldu. Küfrün, şirkin, zülmün kökü sənin əlinlə quruduldu, sən üsyankarları, zəlalətdə olanları həlak etdin. Ey Əmirəl-möminin, Allahın sənə verdiyi fəzilətlər sənə nuş olsun! Peyğəmbərə ən yaxın adam sən idin, hamıdan əvvəl iman gətirdin; elmdə, dərrakədə hamıdan üstün, yəqində hamıdan kamil, hamıdan şücaətli və qoçaq idin. Sənin islamdakı xidmətlərin hamıdan çox idi. Allah bizi sənin əcrindən məhrum etməsin, çünki sən xeyirləri üzümüzə açdın və pisliklərin qapısını üzümüzə bağladın. Amma sənin şəhadətə çatmağınla şər və pislik qapıları bizim üzümüzə açıldı, xeyir qapıları bağlandı. Əgər camaat sənin sözlərinə qulaq assaydı, bərəkət hər tərəfdən–yerdən və göydən–onlara nazil olardı, lakin çox əfsuslar olsun ki, onlar dünyanı axirətdən üstün tutdular."
    Xəvaric və digər islam düşmənləri Ibni Mülcəmin bu dəhşətli cinayətindən sevinərək bu işi tərifləyirdilər. Xəvaricdən biri–Imran İbn Həttan Vəqqaşi Ibni Qəsəm (Ibni Mülcəm) barəsində bir şer demişdir ki, onun tərcüməsi belədir: "(Bu zərbə) necə bir zərbədir ki, Allahın rizvanına (razılığına) çatmaqdan savayı başqa bir məqsədi olmayan bir pərhizkardan (!) baş vermişdir. Mən onu yadıma salanda Allah yanında əməl tərəzisinin hamınınkından ağır olduğunu təsəvvür edirəm."
    Qazi Əbu Təyyib Tahir İbn Əbdüllah Şafei də onun cavabında bir şer qoşmuşdur ki, onun tərcüməsi belədir:"Bu necə zərbədir ki, dinin əsaslarını viran etməkdən savayı bir məqsədi olmayan alçaq bir adamdan baş vermişdir! Mən onu yadıma salanda Imrana və Hittana bir dünya lənət göndərirəm. Həmişə–aşkarda və gizlində Allahın lənətləri ona olsun! Siz ikiniz (Imran və Hittan) cəhənnəm itlərindənsiniz ki, şəriətin aşkar dəlilləri ona şahid və sübutdur."  
    Beləliklə də Kəbə evində doğulan, məsciddə şəhadətə çatan böyük və dahi bir şəxsiyyətin həyat nurunun şölələri söndü. Rəsuli-Əkrəm (s)-dən sonra dünya onun tayını görməmiş və heç vaxt da görməyəcəkdir. Nə cihad və fədakarlıqda onun misli vardı, nə varlıq dünyasının sirləri barədə olan elm və bilikdə, nə də digər fəzilətlərdə.
    Müəllif elə buradaca üzr istəyərək sözü sona çatdırır, etiraf edir ki, Əmirəl-möminin Əli (ə)-ın gözəl və mənəvi simasının hətta kiçik bir hissəsini belə, lazımınca əks etdirə bilməmişdir. Lakin çox sevinir ki, öz vəzifəsinə əməl etmişdir. İnşallah, o həzrət bir gün (Qiyamətdə) onun şəfaətçisi olar!
    Cəfər Sübhani
    Qum, "İmam Sadiq (ə) müəssisəsi", 15 Şəvval, 1408 h.q
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 821 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024