İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Tarix » Vilayət günəşi (1-ci cild)

    Vilayət günəşi (1-ci cild)
    2012-02-18, 8:18 AM
    ON İKİNCİ FƏSİL
    İMAM (Ə)-IN İCTİMAİ XİDMƏTLƏRİ
    Əli (ə) xilafətdən uzaqlaşdırıldığı dövrdə islam cəmiyyətinin digər məsələlərindən kənara çəkilmədi. Bu dövrdə Imam (ə) misli görünməyən çoxlu elmi və ictimai xidmətlər etməyə müvəffəq oldu. Əli (ə) bəziləri kimi cəmiyyətə və onların ehtiyaclarına xilafət gözü ilə baxanlardan deyildi ki, əgər əlindən alsaydılar, hər cür məsuliyyətdən boyun qaçırmış olsun. O həzrət siyasi rəhbərlikdən uzaqlaşdırılmasına baxmayaraq, özü üçün müxtəlif məsuliyyətlər hiss edirdi, buna görə də digər xidmətləri yerinə yetirməkdən boyun qaçırmadı, həzrət Yəqubun öz övladlarına etdiyi tövsiyəni örnək götürərək müxtəlif yollarla xidmət səhnəsinə daxil oldu. Imam (ə)-ın üç xəlifə dövründə etdiyi xidmətlərin ən mühümləri aşağıdakılardır:
    a) Yəhudi və məsihi alimlərinin elmi hücumları qarşısında islamın prinsiplərini və əqidə hüdudlarını müdafiə etmək, onların suallarına düzgün cavab vermək, şübhələrini aradan qaldırmaq.
    b) Çətin məsələlərdə, xüsusilə qəzavət işlərində xilafət aparatını hidayət edib ona yol göstərmək.
    v) Ictimai xidmətlər (bunları aşağıda qeyd edəcəyik).
    1. YETİMLƏRƏ VƏ FƏQİRLƏRƏ YARDIM
    Bu barədə yalnız bunu qeyd etmək lazımdır ki ayəsi təfsirçilərin hamısının fikrincə "Bəqərə" surəsinin 274-cü ayəsi Əli (ə)-ın barəsində nazil olmuşdur. ("Öz mallarını gecə-gündüz, gizlində və aşkarda (Allah yolunda) fəqirlərə verənlər) Ayənin onun vəziyyətini Rəsuli-Əkrəm (s)-in dövründə bəyan etməsinə baxmayaraq bu vəziyyət Peyğəmbər (s)-in vəfatından sonra da davam etmişdi. O həzrət həmişə yetimlərə və fəqirlərə kömək edirdi. Onun böyük və mehriban ruhu ömrünün axırına kimi fəqirlərə yardım etməkdən bir an belə, yorulmadı. Bu barədə çoxlu şahidlər qeyd olunmuşdur və biz müxtəsər olsun deyə, onları qeyd etmirik.
    2. QULLARI AZAD ETMƏK.
    Qulları azad etmək islamda çox təkidlə qeyd olunan müstəhəb işlərdəndir. Rəsuli-Əkrəm (s)-dən nəql olunub ki, buyurur: "Hər kəs bir mömin qulu azad etsə, Əziz və Cəbbar olan Allah o bəndənin (qulun) hər bir üzvü əvəzində azad edənin bir üzvünü cəhənnəm odundan azad edəcək."
    Əli (ə) digər xidmətləri və fəzilətləri kimi bu sahədə də hamıdan öndə idi, beytül-mal ilə yox, öz qazancı ilə min nəfər qul alıb azad edə bilmişdi. Imam Sadiq (ə) bunu təsdiq edərək buyurdu: "Əli (ə) öz əlinin qazancı ilə min nəfər qul azad etmişdir."
    3. ƏKİNÇİLİK VƏ AĞAC ƏKMƏK.
    Peyğəmbər (s)-in sağlığında və ondan sonrakı dövrdə Əli (ə)-ın məşğuliyyətlərindən biri əkinçilik və ağac əkmək idi. O həzrət öz xidmətlərinin və qazanclarının çoxunu bu yolla təmin edirdi. Bundan əlavə, öz əli ilə abad etdiyi çoxlu mülkləri vəqf etmişdi. Imam Sadiq (ə) bu barədə buyurmuşdur: "Əmirəl-möminin külüng vurub yerin altında gizlənən nemətləri çıxarırdı." O həzrətdən nəql olunmuşdur ki, "Allah yanında əkinçilikdən gözəl bir iş yoxdur."
    Yazırlar ki, bir nəfər həzrət Əli (ə)-ın yanında bir "vəsəq" miqdarında xurma gördü.(Bir "vəsəq" altı "sa", hər "sa" da təqribən bir "mən"-dir ki, bir "mən" də təqribən 3 kilodur. Deməli, bir "vəsəq" 18 kilodur. ) Soruşdu: "Bu qədər xurma dənəsi yığmaqda məqsədiniz nədir?" Buyurdu: "Onların hamısı Allahın izni ilə xurma ağacı olacaq." Ravi deyir ki, Imam (ə) o dənələri əkib, xurma bağı saldı və sonra onu vəqf etdi.
    4. KƏHRİZ QAZMAQ
    Ərəbistan kimi isti və quraqlıq bir ölkədə kəhriz qazmaq çox əhəmiyyətə malikdir. Imam Sadiq (ə) buyurur: "Peyğəmbəri-Əkrəm (s) ənfaldan olan bir bölük torpağı Əli (ə)-ın ixtiyarında qoydu. O həzrət orada kəhriz qazdı, onun suyu dəvə boynu kimi fəvvarə vururdu. Imam (ə) oranın adını "Yənbu" qoydu. Bu kəhrizin bol suyu oranın əhalisinin şad olmasına və gözlərinin işıqlanmasına səbəb oldu. Onlardan biri bu xidmətə müvəffəq olmasına görə Əli (ə)-a müjdə verdi. Həzrət cavabında dedi:–"Bu kəhriz Allah evinin ziyarətçilərinə və buradan keçən yolçulara vəqf olunmuşdur. Heç kəsin onun suyunu satmağa haqqı yoxdur, övladlarım da heç vaxt onu irs apara bilməzlər."
    Indi də Məkkə-Mədinə yolu üstündə "Beri-Əli" ("Əli quyusu") adlı bir məntəqə vardır ki, o həzrət orada quyu qazmışdır. Imam Sadiq (ə)-ın sözlərindən aydın olur ki, Əmirəl-möminin Əli (ə) Məkkə-Kufə yolunda da çoxlu quyu qazmışdır.
    5. MƏSCİD TİKMƏK.
    Məscid tikmək və onları təmir etmək Allaha və qiyamətə olan iman nişanələrindəndir. Əmirəl-möminin Əli (ə) çoxlu məscid tikmişdir ki, onların bəzilərinin adı islam tarixində qeyd olunmuşdur. O cümlədən; Mədinədə "Məscidül-fəth", həzrət Həmzənin qəbrinin kənarındakı bir məscid, Miqatda bir məscid, Kufədə bir məscid, Bəsrədə bir məscid o həzrətin tikdiyi məscidlərdəndir.
    6. MƏKANLARIN VƏ MÜLKLƏRİN VƏQF EDİLMƏSİ.
    Həzrət Əli (ə)-ın etdiyi çoxlu vəqflərin və vəqfnamələrin adları tarix və hədis kitablarında qeyd olunmuşdur. Bunların əhəmiyyətində onların illik gəlirinin qırx min dinar olmasını qeyd etmək kifayətdir. Bu da bütünlüklə yoxsullara sərf olunurdu. Bu qədər gəlirin olmasına baxmayaraq, həzrət Əmirəl-möminin Əli (ə) öz məişət və yaşayış xərclərini təmin etmək üçün çarəsizlikdən qılıncını satmağa məcbur olurdu. Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs bu dünyadan getsə, ölümündən sonra əvvəllər özündən qoyduğu bu üç yoldan başqa ona bir şey yetişməz: Onun üçün istiğfar edən saleh övlad, camaatın içərisində qoyduğu gözəl ənənə, özündən sonra da qala biləcək yaxşı iş."
    Həzrət Əmirəl-möminin Əli (ə)-ın vəqfnamələri islamda vəqf hökmlərinin ilham mənbəyi olmaqla bərabər, həm də o həzrətin ictimai və humanist xidmətlərinə dair möhkəm və parlaq bir sənəd idi. Bu vəqfnamələrdən agah olmaq üçün dəyərli "Vəsailüş-şiə" kitabına (13-cü cild, "Əl-vüquf vəs-sədəqat" bölməsinə) müraciət edin.
    İKİNCİ BÖLMƏ
    BİRİNCİ FƏSİL
    ƏLİ (Ə)-IN XİLAFƏTİ DÖVRÜNDƏ BAŞ VERƏN HADİSƏLƏR
    Əli (ə) xilafət və rəhbərlik məqamına seçildikdən sonra çoxlu eniş-yoxuşlarla, şiddətli və xoşagəlməz hadisələrlə qarşılaşdı. Bu hadisələrin ən əsas və mühümlərini qeyd edirik. Ilk növbədə mühacir və ənsarın Əli (ə)-ın rəhbərliyinə meyl göstərmələrinin səbəblərini bəyan edəcəyik. Çünki bu kimi meyllər keçmiş xəlifələr barəsində olmamış, sonralar da görünməmişdi. Peyğəmbər (s)-in vəfatından sonra Əli (ə)-ın tərəfdarları həddindən artıq azlıq təşkil edirdi, mühacir və ənsardan olan saleh insanlardan başqa heç kim onun xilafətinə meyl göstərmədi. Lakin islam xilafətinin əvvəlindən 25 il keçdikdən sonra vəziyyət tam əksinə dəyişildi, ümumxalq kütləsinin diqqəti Əli (ə)-dan başqasına yönəlmədi. Osmanın qətlindən sonra hamı xas bir şadlıq və sevinclə Əli (ə)-ın evinə axışıb çox israr ilə onunla beyət etmək istədi. Bu meyllərin köklərini üçüncü xəlifənin dövründə baş verən acı hadisələrdə axtarmaq lazımdır. Belə ki, bu hadisələr onun qətlinə gətirib çıxartdı, misirli və iraqlı inqilabçılar xilafət işini birdəfəlik həll etməmiş öz vətənlərinə qayıtmamaq barədə qəti qərara gəldilər.
    OSMANIN ƏLEYHİNƏ OLAN QİYAMIN KÖKLƏRİ
    Qiyamın əsil kökü Osmanın əməvi sülaləsinə (Bəni-Üməyyəyə) qarşı olan məhəbbəti idi. Onun özü bu sülalədən idi və bu mənfur və iyrənc şəcərəni böyüdüb, Kitab və sünnəni ayaq altına salmaqda, əvvəlki iki xəlifə ilə müqayisədə, həddini aşmışdı. Ikinci xəlifə şura üzvlərini təyin edən vaxt Osmanı tənqid etdi və dedi: "Belə görürəm ki, Qüreyş səni rəhbərliyə seçmişdir, sən də Bəni-Üməyyəni və Bəni-Əbi Müeyti camaata hakim və beytül-malı onların malı etmisən. Bu vaxt qəzəblənmiş ərəblər sənə qarşı qiyam edib səni evində öldürürlər."("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 1-ci cild, səh.187 )
    Bəni-Üməyyə qəbiləsi Osmanın ruhiyyəsindən agah idi, o, şura yolu ilə xilafətə seçiləndən sonra hamılıqla onun ətrafını tutdular. Çox keçmədi ki, bütün islami mənsəblər və məqamlar onların arasında bölüşdürüldü. Iş o yerə çatdı ki, Əbu Süfyan Ühüd qəbiristanlığına getdi və Peyğəmbər (s)-in əmisi Həmzənin qəbrini təpikləyib dedi: "Əba Yəli, qalx! Üstündə döyüşdüyümüz şey (yəni xilafət) bizim əlimizə düşdü."
    Osmanın xilafətinin ilk çağlarında Bəni-Üməyyə ailəsinin üzvləri bir yerə yığışdı, Əbu Süfyan onlara dedi: "Indi ki, xilafət Təym və Ədi qəbilələrindən sonra sizin əlinizə düşdü, ayıq olun ki, sizin ailənizdən çıxmasın, onu dairəvari şəkildə bir-birinizin əlinizdə dolandırın. Çünki məqsəd hakimiyyət və xilafətdən başqa bir şey deyil; nə cənnət var, nə də cəhənnəm!"("Əl-istiyab", -ci cild, səh.690 )
    Oradakılar bu sözlərin xəlifənin heysiyyətinə bir ləkə vuracağından ehtiyat edərək onun yayılmasının qarşısını aldılar, lakin axırda həqiqət aydınlaşdı. Islam xəlifəsinin vəzifəsi Əbu Süfyanı tənbeh edib onun mürtəd olması barədə ilahi cəzanı tətbiq etmək idi, lakin təəssüflə o, nəinki bu işi görmədi, üstəlik dəfələrlə Əbu Süfyana çoxlu qənimətlər də bağışladı.
    QİYAMIN SƏBƏBLƏRİ
    Osman hicrətin 24-cü ilində Məhərrəm ayının üçündə şura yolu ilə xilafətə seçildi və on iki illik hakimiyyətdən sonra hicrətin 35-ci ilində zil-hiccə ayının on yeddisində Misir və Iraq inqilabçıları, eləcə də mühacir-ənsardan olan bir dəstə adam tərəfindən öldürüldü. Islam tarixçiləri öz əsərlərində Osmanın hakimiyyətinin süqutunun və müsəlmanların inqilab etməsinin səbəblərini qeyd etmişlər. Amma bəzi tarixçilər xilafət məqamına ehtiramsızlıq olmasın deyə, bu səbəbləri şərh etməkdən çəkinmişlər.
    Aşağıdakı amillər qəzəbli müsəlmanların qiyam və inqilabının əsası idi:
    1. Ilahi qanunların icrasının ləğv edilməsi;
    2. Beytül-malın Bəni-Üməyyə tayfası arasında bölüşdürülməsi;
    3. Əməvi hökumətinin təsis olunması və ləyaqətsiz adamların islami mənsəblərə qoyulması;
    4. Peyğəmbər (s) səhabələrindən bir çoxuna əziyyət verilib şəxsiyyətlərinin sındırılması (çünki onlar xəlifə və onun tərəfdarlarının ədalətsiz və nahaq işlərini tənqid edirdilər);
    5. Səhabənin bir çoxunun sürgün edilməsi (xəlifə onların varlıqlarını özünün fikir və proqramları üçün bir maneə hesab edirdi).
    İLK AMİL: İLAHİ QANUNLARIN İCRASININ LƏĞV OLUNMASI
    1. Xəlifə özünün anadan bir olan qardaşını–Vəlid ibni Əqəbəni Kufəyə vali seçdi. Qurani-Məcid onun iki yerdə "fisq" (yaramaz əməl və günah işlər) ilə məşğul olduğunu və islam hökmlərindən boyun qaçırdığını qeyd etmişdir.(Təfsirçilərin hamısının dediyi kimi, bu iki ayə – "Hücürat" surəsinin 6-cı və "Səcdə" surəsinin 18-ci ayəsi onun barəsində nazil olmuşdur. Sonuncu ayə nazil olandan sonra Həssan ibni Sabit onun barəsində bir şer də qoşmuşdu.)Amma xəlifə onun keçmişdəki rüsvayçı əməllərini nəzərə almayaraq onu, islam ölkəsinin böyük bir məntəqəsinə vali seçdi.("Nəhcül-bəlağə"nin şərhi" (Ibni Əbil-Hədid) 2-ci cild, səh. 103 (qədim çap).)
    Fasiq bir şəxs üçün əhəmiyyətsiz sayılan şey məhz ilahi qanunlardır. O zaman hakimlər siyasi işləri idarə etməkdən əlavə, cümə və camaat namazlarına pişnamazlıq etməyi də öhdələrinə alırdılar. Bu ləyaqətsiz rəhbər (Vəlid) məst halda sübh namazına pişnamazlıq edərək namazı dörd rəkət qıldı və qusaraq mehrabı batırdı. O qədər sərxoş idi ki, onun üzüyünü barmağından çıxartdıqları zaman xəbəri olmadı. Kufə əhalisi şikayət etmək üçün Mədinəyə yola düşdü və hadisəni xəlifəyə xəbər verdilər. Xəlifə onların sözlərinə azacıq belə etina etmədi, üstəlik onları təhdid edib dedi:–"Nə vaxt görmüsünüz ki, mənim qardaşım şərab içsin?!" Onlar dedilər:–"Biz onun şərab içməsini görmədik, lakin onu sərxoş halda gördük, onun üzüyünü barmağından çıxrtdıq, heç xəbəri də olmadı."
    Hadisənin şahidləri islamın qeyrətli kişilərindən idi. Onlar hadisəni Əli (ə)-a və Ayişəyə xəbər verdilər. Osmanın əlindən cana gələn Ayişə dedi:–"Osman ilahi qanunların icrasını qüvvədən salmış və şahidləri təhdid etmişdir!" Əli (ə) Osmanla görüşüb ikinci xəlifənin şura günündə onun barəsində dediyi sözü xatırladaraq dedi:–"Üməyyə övladlarını camaatın canına salma! Vəlidi gərək valilik məqamından azad edəsən və onun barəsində ilahi cəzanı tətbiq edəsən!"
    Təlhə və Zübeyr də Vəlidin bu vəzifəyə seçilməsinə etiraz etdilər və xəlifədən, ona şallaq vurmasını tələb etdilər. Xəlifə ümumxalq kütləsinin göstərdiyi təzyiqlər nəticəsində xəbis Bəni-Üməyyə şəcərəsindən olan Səid Ibni Ası Kufəyə vali təyin etdi. O, Kufəyə gəldikdən sonra mehrabı, mənbəri və darül-imaməti yudurtdu, Vəlidi də Mədinəyə göndərdi.
    Vəlidin vəzifədən götürülməsi xalq kütlələrini sakitləşdirmək üçün kafi deyildi: Xəlifə şərab içən adam barəsində təyin olunmuş ilahi cəzanı qardaşı üçün icra etməli idi. Osman qardaşına olan məhəbbətinə görə ona gözəl paltar geyindirdi və bir otaqda oturtdu ki, müsəlmanlardan biri ilahi cəzanı icra etsin. Vəlid onu cəzalandırmaq və tənbeh etmək istəyənləri hədələyirdi. Nəhayət, Əli (ə) şallağı əlinə alıb qorxmadan ona şallaq vurdu və onun hədə-qorxusuna, nalayiq sözlərinə etina etmədi.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.42; "Əl-Qədir", 8-ci cild, səh.172 (Bilazərinin "Əl-ənsab" kitabından nəqlən); "Müsnədi-Əhməd ibni Hənbəl", 1-ci cild, səh.142; "Sünəni Beyhəqi", 8-ci cild, səh.318; "Usdul-ğabə", 5-ci cild, səh.91 )
    2. Ictimai həyatın əsaslarından biri cəmiyyətdəki fərdlərin canlarını və əmlaklarını təcavüzkarlıqdan qoruyan ədalətli və qanuni bir hakimiyyətdir. Bundan da mühüm olan şey həmin qanunların icra olunmasıdır. Qanunu icra edən şəxs dost-düşmən, yaxın-uzaq tanımamalıdır ki, qanun kağız üzərində qalmasın və ictimai ədalət bərqərar olsun. Ilahi şəxsiyyətlər Allah qanunlarını heç bir qorxu olmadan icra edirlər və heç vaxt insani duyğular, qohumluq əlaqələri və fani maddi mənafelər onlara təsiri edə bilmir. Peyğəmbər (s)-in özü islam qanunlarını icra etməkdə ən qabaqcıl bir şəxs və hamıya nümunə idi.("Maidə" surəsi, ayə:54 ) O həzrətin oğurluq edən qadın Fatimeyi-Məxzumi barəsində buyurduğu qısa bir cümlə onun ictimai ədaləti bərərar etməkdə seçdiyi yolu aydınlaşdırır.
    Fatimeyi-Məxzumi tanınmış bir qadın idi. Oğurluq etməsi Peyğəmbərə isbat olunduqda məhkəmənin çıxardığı hökmü onun barəsində icra etməyi qərara aldı. Bir neçə nəfər vasitəçi olaraq hökmün icra olunmasının qarşısını almaq üçün canfəşanlıq etdilər. Axırda Üsamə ibni Zeydi Peyğəmbərin yanına göndərdilər ki, o həzrət bu tanınmış qadının əlini kəsmək fikrindən dönsün. Rəsuli-Əkrəm (s) bu vasitəçilikdən bərk narahat oldu və buyurdu: "Keçmiş ümmətlərin bədbəxtliklərinin səbəbi bu idi ki, onların arasında yüksək rütbəli bir adam oğurluq etsəydi, onu bağışlayar və görməməzliyə vurardılar, lakin adi bir adam oğurluq etsəydi, onun barəsində Allah hökmünü dərhal icra edərdilər. Allaha and olsun, əgər qızım Fatimə belə bir iş görərsə, onun da barəsində Allah hökmünü icra edərəm! Allah qanunu qarşısında Fatimeyi-Məxzumi ilə Fatimeyi-Məhəmmədi eyni bir səviyyədədir."("Əl-istiab", 4-cü cild, səh.374 )
    Əziz Peyğəmbər (s) islam ümmətini məhz bu fikir əsasında tərbiyə edirdi, lakin o həzrətin vəfatından sonra qanunların icra olunmasının tədricən zəifləməsi islam cəmiyyətinə ağır və öldürücü zərbələr vurdu. Xüsusilə də ikinci xəlifənin dövründə millətlər arasında ayrı-seçkilik, ərəblərin başqalarından üstün olması kimi məsələlər ortaya atıldı, amma bu məsələlər inqilab və üsyana səbəb olmadı. Osmanın xilafəti dövründə qanunların icra olunmasında ayrı-seçkilik özünün son həddinə çatmış və o qədər narazılıq yaratmışdı ki, bəzilərinin qəzəb hisslərini xəlifə və onun ətrafındakıların əleyhinə qaldırmışdı. Nümunə olaraq qeyd etmək olar ki, ikinci xəlifə Əbu Lölö adlı bir iranlının (Müğeyrə ibni Şöbənin qulamı) əli ilə öldürüldü. (Qətlin səbəblərini indi qeyd etmək istəmirik.)
    "Əli və şura" adlı bölmədə Ömərin qətlinin səbəblərindən bəzisini qeyd etdik. Şübhəsiz, xəlifənin qətlə yetirilməsi islam qəzavət (məhkəmə) sistemi tərəfindən araşdırılmalı, qatil və onu təhrik edənlər (əgər olsaydı) islam qayda-qanunları və hökmləri əsasında mühakimə edilməli idi. Lakin xəlifənin oğlu, yaxud onun yaxın adamlarından başqa birisinin qatili mühakimə etməsi, yaxud öldürməsi heç də düzgün iş deyildi. Qatilin yaxın adamlarının, yaxud dostlarının da, xəlifənin qətlində iştirak etmələri sübuta yetmədən öldürülməsi isə ümumiyyətlə qanuna ziddir.
    Lakin təəssüflər olsun ki, xəlifənin qətlə yetirilməsindən sonra (yaxud can üstündə olan vaxt) onun oğlu Übeydullah, Hürmüzan və Cüfeynə (Əbu Lölönün qızı) adlı iki günahsız adamı atası Ömərin qətlində əli olması ilə müttəhim etdi və öldürdü. Əgər səhabələrdən biri qılıncı onun əlindən almasaydı və onu tutub saxlamasaydı, Mədinədə olan bütün əsirləri qılıncdan keçirəcəkdi.
    Übeydullahın törətdiyi cinayət Mədinədə güclü əks-səda yaratdı. Mühacir və ənsar Übeydullahdan qisas alıb Hürmüzanın və Əbu Lölönün qızının intiqamını almasını tam israrla Osmandan tələb edirdilər.("Təbəqat" (Ibni Səd) -5ci cild, səh.71 (Beyrut çapı) )
    Əmirəl-möminin Əli (ə) Übeydullahdan qisas alınmasına hamıdan çox israr edirdi. O, xəlifəyə belə dedi: "Günahsız öldürülənlərin intiqamını Übeydullahdan al, çünki o, böyük bir günaha batmış, günahsız müsəlmanları öldürmüşdür." Lakin o həzrət Osmanın bu işi görməsindən məyus olduqda üzünü Übeydullaha tutub dedi: "Əgər bir gün əlimə keçsən, Hürmüzanın qisasını səndən alacağam!"("Ənsab" (Bilazəri), 5-ci cild, səh.24 )
    Osmanın Übeydullahdan qisas almağa laqeyd yanaşmasına narazılıq artdı. Hələ də Hürmüzanın və Əbu Lölönün qızının nahaq yerə tökülən qanı yerdə qalırdı. Xəlifə təhlükə hiss etdiyi üçün Übeydullaha Mədinədən çıxıb Kufəyə getməsini əmr etdi. Özü də geniş bir torpaq sahəsini onun ixtiyarında qoydu. Oranı "Ömərin oğlunun kiçik Kufəsi" adlandırırdılar.
    YERSİZ BƏHANƏLƏR
    Müsəlman tarixçiləri üçüncü xəlifə və onun həmfikirlərini müdafiə etmək üçün gülünc bəhanələr nəql edirlər. Biz onlardan bəzilərini qeyd edirik:
    a) Osman Übeydullahın barəsində məşvərət edəndə Əmr-As ona belə dedi: "Hürmüzanın qətli baş verəndə rəhbərlik sənin yox, başqasının əlində idi, buna görə də sənin bu barədə heç bir vəzifən yoxdur."
    Bu cür bəhanələrin cavabı aydındır. Əvvəla, hər bir islam rəhbərinə məzlumun haqqını zalımdan almaq vacibdir; istər zülm onun rəhbərliyi dövründə edilmiş olsun, istərsə də başqasının dövründə. Çünki haqq həmişə sabitdir və zamanın keçməsi, rəhbərin dəyişilməsi ilə aradan getmir. Ikincisi, bu hadisənin baş verdiyi zaman dövrün rəhbəri axtarış aparılmasını əmr etmişdi. Hətta, Übeydullahın Hürmüzanı öldürməsi xəbərini ikinci xəlifəyə verdikləri zaman o, bunun səbəbini soruşdu. Dedilər: "Şayiə yayılıb ki, Hürmüzan Əbu Lölöyə göstəriş verib ki, səni öldürsün." Xəlifə dedi:–"Oğlumdan soruşun, əgər bu mətləbə dair şahidi olsa, mənim qanım Hürmüzanın qanının əvəzində olsun, əks halda oğlumdan qisas alın."("Sünəni Beyhəqi", 8-ci cild, səh.61 (Ofset çapı) ) Görəsən əvvəlki xəlifənin hökmünü icra etmək sonrakı xəlifəyə vacib deyildimi?! Çünki nə Ömərin oğlunun şahidi var idi, nə Hürmüzanın onun atasının qətlində əli var idi, nə də ki, Hürmüzan Əbu Lölöyə belə bir göstəriş vermişdi.
    b) Hürmüzanın və Əbu Lölönün kiçik qızının qanı nahaq yerə töküldü, lakin öldürülən bir kəsin varisi olmazsa, onun qəyyumu müsəlmanların xəlifəsi və imamıdır. Buna görə də Osman öz mövqe və məqamından istifadə edərək qatili azad etdi və bağışladı.("Sünəni Beyhəqi", 8-ci cild, səh.61 (Ofset çapı) )
    Bu bəhanə də eynilə əvvəlki bəhanə kimi gülüncdür, çünki Hürmüzan bir gündə göyərən göbələk deyildi ki, onun heç bir varisi və yaxın adamı olmasın. Tarixçilər yazırlar ki, o uzun müddət Şüştərin valisi idi.("Qamusur-rical", 9-cu cild, səh.305 ) Belə bir şəxsin varisi olmaya bilməz, deməli, xəlifə onun varisini axtarıb tapmalı və işi ona tapşırmalı idi. Hətta əgər onun varissiz olması fərz olunsa belə, onun hüququ və mal-dövləti ümum müsəlmanlara aid idi. Əgər bütün müsəlmanlar onun qatilini bağışlasaydılar, onda xəlifə ondan qisas almaya bilərdi. Lakin hadisə tamamilə bunun əksinə oldu. "Təbəqat" kitabında nəql olunduğuna görə, bir-iki nəfər istisna olunmaqla bütün müsəlmanlar Übeydüllahdan qisas alınmasını tələb edirdilər.("Təbəqat" (Ibni Səd) 5-ci cild, səh.17 )Əmirəl-möminin çox israrla Osmana deyirdi: "Bu fasiqdən qisas al, çünki o böyük bir günah iş görmüş, günahsız bir müsəlmanı öldürmüşdür!"("Ənsab" (Bilazəri), 5-ci cild, səh.24)
    Xəlifə Übeydullahı azad etmək üçün şərait yaratmaq istəyəndə Imam Əli (ə) dərhal etiraz edib dedi:–Xəlifənin haqqı yoxdur ki, müsəlmanlara aid olan hüququ nəzərə almasın!("Qamusur-rical", 9-cu cild, səh.305; Şeyx Müfidin "Əl-cəməl" kitabından nəqlən)
    Bundan əlavə, sünnü fiqhinə uyğun olaraq imamın və həmçinin (ata-ana kimi) digər qəyyumların qatildən qisas almağa, yaxud diyə (qan pulu) almağa ixtiyarı vardır, lakin heç vaxt əfv etmək haqları yoxdur.("Əl-Qədir", 8-ci cild, səh.141 (Nəcəf çapı) Hənəfinin "Bədayius-sənaye Məlikül-üləma" kitabından nəqlən )
    v) Əgər Übeydüllah öldürülsəydi, islam düşmənləri deyəcəkdilər ki, dünən onların xəlifəsi öldürüldü, bu gün isə onun oğlunu öldürdülər.("Tarixi-Təbəri", 5-ci cild, səh.41 )
    Bu bəhanənin də kitab və sünnə nöqteyi-nəzərindən dəyəri yoxdur, çünki belə bir nüfuzlu şəxsdən qisas alınması müsəlmanların başının ucalığı olar və əməli olaraq isbat edərdi ki, onların ölkəsi qanun və ədalət ölkəsidir, müqəssirlər hansı məqam və mənsəbdə olursa-olsun, qanuna təslim olurlar, onların məqam və nüfuzları ədalətin icra olunmasına mane ola bilməz. Düşmənlər, yalnız rəhbər və icra hakimlərinin ilahi qanunlara etinasız yanaşıb nəfsani istəklərini ilahi hökmlərdən üstün saydıqlarını gördükləri vaxt tənə vura bilərlər.
    q) Xəlifənin qətlində Hürmüzanın əli olduğunu deyirlər, çünki Əbdürrəhman ibni Əbu-Bəkr şəhadət vermişdi ki, Əbu Lölönü, Hürmüzanı və Cüfeynəni bir-biri ilə pıçıldaşan zaman görmüşdü. Onlar bir-birindən ayrılanda iki başı olan bir xəncər yerə düşdü, xəlifə də o xəncərlə öldürülmüşdü.("Tarixi-Təbəri", 2-ci cild, səh.42 )
    Bu cür bəhanələrin islam məhkəməsində dəyəri yoxdur, çünki şəhadət verənin bir nəfər olmasından əlavə aralarında qədimdən dostluq olan və onlardan biri digərinin qızı olan halda, üç nəfərin bir yerə yığışması onların xəlifəyə sui-qəsd hazırlamalarına bir əsas ola bilməz. Ola bilsin ki, Hürmüzan həmin yerdə Əbu Lölönü xəlifəni öldürməkdən çəkindirirmiş. Məgər güman və ehtimal əsasında insanların qanını tökmək olarmı?! Görəsən, ehtimal üzündən olan belə bir sənədlər hər hansı bir məhkəmədə qəbul oluna bilərmi? Amma bu əsassız bəhanələr nəticəsində Hürmüzanın qatili uzun müddət azad yaşadı. (Imam Əli (ə) ona demişdi ki, əgər bir gün əlimə düşsən, Hürmüzanın qisasını səndən alacağam.) Əli (ə) xilafətə çatanda Übeydullah Kufədən Şama qaçdı. Imam (ə) buyurdu: "Bu gün qaçdısa da, bir gün tələyə düşəcəkdir."
    Nəhayət o, Siffeyn döyüşündə öldürüldü. (Müxtəlif tarixlərə görə ya Əli (ə)-ın, ya Malik Əştərin, ya da Əmmar Yasirin əli ilə öldürülmüşdür.)("Əl-ənsab", 5-ci cild, səh.24 )
    İKİNCİ AMİL: BEYTÜL-MALIN BƏNİ-ÜMƏYYƏ ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ
    Peyğəmbər (s)-in canişinliyi və xilafət məqamı çox yüksək və müqəddəs bir məqamdır, belə ki, müsəlmanlar onu nübüvvətdən sonra ən möhtərəm bir məqam hesab edirlər. Onların xilafət məsələsində və həmçinin xəlifənin Allah tərəfindən təyin olunması, yoxsa camaat tərəfindən seçilməsi məsələsində olan ixtilafları xilafət məqamına hörmət qoymalarına mane ola bilməzdi. Məhz xilafət məqamına edilən hörmətə görə Əmirəl-möminin Əli (ə) camaatın bir nümayəndəsi kimi üçüncü xəlifəyə dedi: "Səni and verirəm Allaha, məbada bu ümmətin öldürüləcək rəhbəri olasan! Çünki verilən xəbərlərə görə, bu ümmətdə elə bir rəhbər öldürüləcəkdir ki, onun qətli qiyamətə kimi davam edən bir qırğının başlanğıcı olacaqdır."("Nəhcül-bəlağə"nin şərhi (Əbdüh), 159-cu xütbə )
    Islam xəlifəsinin mühacir, ənsar və digər müsəlmanlar arasında olan yüksək məqam və mövqeyinə baxmayaraq islamın görkəmli şəxsiyyətlərindən bir qrupu müxtəlif yerlərdə yığışıb mühacir və ənsarın köməyi ilə üçüncü xəlifəni öldürdükdən sonra öz şəhərlərinə qayıtdılar.
    Osmanın əleyhinə olan qiyamın amilləri bir-iki deyildi. Bu amillərdən biri ilahi qanunların icrasının ləğv edilməsi idi, digər bir amil də xəlifənin öz qohum-əqrəbasına saysız-hesabsız bəxşiş etməsi idi. Tarix onların hamısını diqqətlə yazıb saxlaya bilməmişdir (hətta Təbəri dəfələrlə qed edir ki, "Mən camaatın əksəriyyətinin dözə bilməyəcəyindən müsəlmanlar tərəfindən xəlifəyə edilən etiraz və iradların bəzisini yazmaqdan çəkindim.")("Tarixi-Təbəri", 5-ci cild, səh.108-113, 232 ), lakin elə tarixdə yazılıb saxlananlar Osmanın müsəlmanların beytül-malı necə dağıtdığına və israf etdiyinə bir dəlil ola bilər. Onun Beytül-maldan öz ailə üzvlərinə bağışladığı mal-dövlətin və əmlakın miqdarı hesaba gəlməzdir. Onlardan bəzisini qeyd edirik:
    O uzun müddət Peyğəmbər (s)-in əziz qızı ilə birinci xəlifənin arasında münaqişəli məsələ olan Fədək kəndini Mərvan ibni Həkəmə bağışladı, bu mülk Mərvan övladları arasında əldən-ələ gəzdi, nəhayət Ömər ibni Əbdül-Əziz onu Fatimə (ə)-ın övladlarına qaytardı. Onun Osman tərəfindən Mərvana bağışlanmasının heç bir əsası yox idi. Tarixçilərin çoxu bunu xəlifəyə irad tutmuş və hamısı demişlər ki, "ona tutulan iradlardan biri budur ki, o, Rəsuli-Əkrəmin sədəqəsi olan Fədəki Mərvanın mülkünə keçirtdi."("Məarif", (Ibni Qüteybə) səh.84 )
    Kaş xəlifə bununla kifayətlənəydi və öz əmioğlusu və kürəkəninə bundan da artıq bəxşiş etməyəydi. Amma çox təəssüf ki, xəlifənin əməvilərə qarşı məhəbbətinin həddi-hüdudu yox idi. O, 27-ci hicri ilində, islam ordusu Afrikadan təxminən iki milyon dinar qənimətlə qayıdanda (bu, Quranda gələn altı yerdə istifadə olunmalıdır("Ənfal" surəsi, ayə:41 )) bunları heç bir əsas olmadan kürəkəni Mərvana bağışladı, beləliklə də ümumxalq fikrini özünə qarşı təhrik etdi. Bəziləri onu tənqid edərək belə bir şer yazdılar:
    "Allah bəndələrinə məxsus olan xümsü nahaq yerə Mərvana bağışladın və öz qohumlarını himayə etdin."("Sünəni-Beyhəqi", 6-cı cild, səh.324 )
    İSLAMIN BEYTÜL-MAL BARƏSİNDƏ NƏZƏRİ
    Hər əməl bir növ əqidə və nəzərdən xəbər verir. Xəlifənin əməli göstərirdi ki, o özünü şəxsən beytül-malın sahibi hesab edir və bu bəxşişləri bir növ sileyi-rəhim və qohumlarına xidmət etmək kimi qələmə verir.
    Indi isə beytül-malın barəsində–istər müharibə qənimətləri və zəkat olsun, istərsə də müsəlmanların digər ümumi sərvətləri–islamın nəzərinin nə olduğunu araşdırırıq. Burada Peyğəmbəri-Əkrəm (s)-in və Əmirəl-möminin Əli (ə)-ın nəzərini onların sözlərindən bir neçə nümunə gətirməklə əks etdiririk:
    1. Peyğəmbəri-Əkrəm (s) qənimətlər barəsində belə buyurmuşdur: "Onun beşdən biri Allahın, beşdə dörd hissəsi isə qoşunundur." Aydındır ki, Allahın heç nəyə ehtiyacı yoxdur. Özünə pay götürməkdə məqsəd budur ki, onun beşdə biri Allahın razılığı olan işlərə sərf olunmalıdır.(Yenə orada )
    2. Peyğəmbəri-Əkrəm (s) Məaz ibni Cəbəli Yəmənə göndərəndə ona göstəriş verdi ki, camaata belə desin: "Allah zəkatı sizə vacib etmişdir. (Bu,) Sizin varlılarınızdan alınıb, ehtiyaclı olanlarınıza (fəqirlərinizə) verilir."("Əl-əmval", səh.580 )
    3. Əmirəl-möminin Əli (ə) Məkkəyə təyin etdiyi valiyə yazdı: "Sənin yanında yığılan Allah malına nəzarət et, onu fəqir və və əhli-əyallı olanlara ver. Ehtiyatlı ol ki, mütləq fəqir və ehtiyaclı olan şəxslərə verəsən." Tarixdə yazmışlar ki, iki qadın (biri ərəb, digəri isə azad olunmuş kəniz) Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib ehtiyaclı olduğunu dedilər. Imam hər ikisinə 40 dirhəmdən əlavə, müəyyən qədər də ərzaq verdi. Ərəb olmayan qadın payını alıb getdi, lakin ərəb qadın özünün cahiliyyət dövrünə məxsus olan fikirləri əsasında Imam (ə)-a dedi:–Mən ərəb olduğum halda mənə də qeyri-ərəbə verdiyin qədər pay verirsən?!
    Imam (ə) cavabında buyurdu:–Mən Allahın Kitabında Ishaq övladlarına nisbətən islam övladları üçün heç bir imtiyaz görmürəm.("Nəhcül-bəlağə", 67-ci məktub )
    Bu kimi aşkar və ilahi hökmlərin olmasına, həmçinin birinci və ikinci xəlifənin seçdiyi üslubların üçüncü xəlifənin yolundan fərqli olmasına baxmayaraq, Osmanın az müddətli xilafəti dövründə bu kimi "ehsan" və "bəxşişlər" çox idi, bunları heç cür və heç nə ilə əsaslandırmaq olmaz. Hətta əgər xəlifə özünün "Hatəm ehsanları"nı islamda parlaq keçmişə malik olan saleh insan üçün etsəydi bu qədər etirazlara məruz qalmazdı, lakin çox təəssüflər olsun ki, onun "mərhəmət" və "kərəm" adı altında ehsan etdiyi şəxslərin islamda heç bir fəzilətləri yox idi. Mərvan ibni Həkəm Əmirəl-möminin Əli (ə)-ın ən qəddar düşmənlərindən biri idi. O özünün Əli (ə)-la beyətini pozanda və Cəməl müharibəsində əsir düşəndə Hüseyn (ə)-ın vasitəçiliyi ilə azad olundu. Imam (ə)-ın övladları ona "Mərvan səninlə bir daha beyət edəcək"–deyəndə, Imam (ə) buyurdu: "Onun beyətinə mənim ehtiyacım yoxdur. Məgər Osmanın qətlindən sonra mənimlə beyət etmədimi?! Onun beyəti məkr, hiylə və əhd pozmaqla məşhur olan bir yəhudinin beyəti kimidir. Əgər öz əli ilə beyət etsə, sabah onu məkr və hiylə ilə pozacaq... O, dörd oğlanın atasıdır, islam ümməti ondan və onun övladlarından qanlı günlər görəcək."("Sünəni-Beyhəqi", 6-cı cild, səh.348)
    ÜÇÜNCÜ AMİL:
    ƏMƏVİ HÖKUMƏTİNİN YARADILMASI
    Osmanın xilafətinin əleyhinə olan qiyamın üçüncü amili əməvilərin islamın həssas mərkəzlərinə zülm ilə hakim olmaları idi. Onlar bu hakimiyyətdə qoca-cavana rəhm etmir, yaşı da, qurunu da yandırırdılar. Üumiyyətlə, üçüncü xəlifənin Bəni-Üməyyəyə qarşı xas bir məhəbbəti var idi. Onun qohumluq təəssübü yüksək həddə çatmışdı. Qohumlarının əməvi dövlətin təşkil edilməsi barədəki istəklərini təmin etmək üçün əql, müsəlmanların xeyri, yaxud zərəri, islam qayda-qanunları və s. Osman üçün heç də əsas meyar deyildi. Buna görə də onun məhəbbətlərinin pərdəsi altında çoxlu qanunsuz əməllər baş verirdi. Qeyd etmək lazımdır ki, xəlifədə müsəlmanlara qarşı məhəbbət əsla yox idi. Onun hisləri və insani duyğuları sadəcə olaraq xas bir şəkildə qohumlarına xidmət edirdi və başqaları da onun qəzəbindən amanda deyildi. Yəni o, əməvi tayfasının şaxələrinə məhəbbət göstərməklə eyni zamanda əbuzərlərə, əmmarlara, əbdüllah ibni məsudlara və s. qarşı zülmkar və qəzəbli idi. O, Əbu Zəri ot-ələfsiz və susuz bir məntəqə olan Rəbəzəyə sürgün etdi. Bu qoca mücahid orada faciəli şəkildə can verdikdə xəlifənin insani duyğuları heç də cuşa gəlmədi. Əmmar xilafət işçilərinin təpikləri və yumruqları altına düşüb huşdan gedəndə xəlifə heç təsirlənmədi də.
    Xəlifənin Bəni-Əbi Müeyt sülaləsinə qarşı olan təəssübü gizlədiləsi deyildi, hətta ikinci xəlifə də bunu dərk etmişdi. Buna görə də Ibni Abbasa demişdi: "Əgər Osman xilafəti ələ keçirsə, Bəni-Əbi Müeyt övladlarını camaata hakim edəcək və əgər belə etsə, onu öldürəcəklər."
    Ömər şuranın təşkil olunmasına dair əmr verəndə və Osmanı da o siyahıya daxil edəndə üzünü ona tutub dedi: "Əgər xilafət sənin olsa, Allahdan qorx və Əbu-Müeyt övladlarını camaata hakim etmə."("Ənsab" (Bilazəri), 5-ci cild, səh.16 )
    Osman Vəlidi Kufəyə vali təyin edəndə Əli (ə), Təlhə və Zübeyr Ömərin dediyi sözlərə istinad edib Osmana dedilər: "Məgər Ömər sənə tövsiyə etmədi ki, Bəni-Müeyt və Bəni-Üməyyə övladlarını camaatın boynuna mindirməyəsən?!"(Yenə orada, 5-ci cild, səh.30 )
    Lakin qohumluq təəssübü və məhəbbəti bütün meyarlara, tövsiyələrə, xeyirxah düşüncələrə qalib gəldi. Islamın əsas mərkəzləri əməvilərin əlinə düşdü. Iş o yerə çatdı ki, bir qrup sərxoş hakimiyyəti ələ aldı, digər bir qrup isə mal-dövlət yığmaqla məşğul oldu.
    Həqiqətdə Osman Əbu Süfyanın dediklərinə itaət edirdi. Belə ki, o, Osmanın xilafətə seçildiyi gün onun evinə gəldi və ətrafdakıların hamısının Bəni-Üməyyədən olduğunu başa düşəndə dedi:–"Xilafəti öz aranızda əldən-ələ dolandırın..."("Istiab", 2-ci cild, səh.690 )
    Əbu Musa Əşəri Kufənin valisi idi. Əməvidən olmayan bir şəxsin belə bir vəzifədə olması xilafətdəkilər üçün dözülməz idi. Buna görə də Şibl ibni Xalid hamısı əməvilərdən ibarət olan bir məxfi yığıncaqda onlara dedi:–"Nə üçün bu böyüklükdə bir məntəqəni Əbu Musaya tapşırmısınız?" Xəlifə soruşdu: "Bəs kimi təklif edirsən?" Şibl hələ o vaxt yaşı on altıdan çox olmayan Əbdüllah ibni Amirə işarə etdi.("Kamil" (Ibni Əsir); "Ənsab" (Bilazəri); "Tarixi-Təbəri" )
    Məhz bu təfəkkür tərzinin nəticəsində Kufənin valisi Səid ibni As Əməvi minbərə çıxıb deyirdi: "Iraq Qüreyş cavanlarının örüşüdür." Əgər tarix səhifələrindən Osman hökumətinin işçilərinin siyahısını çıxarıb bir yerə yığsaq, üçüncü xəlifənin sözünün doğru olması aydınlaşar. O deyirdi: "Əgər cənnətin açarları mənim ixtiyarımda olsaydı, onu Bəni-Üməyyəyə verərdim ki, onların ən axırıncı şəxsi belə, cənnətə daxil olsun."("Müsnəd", (Əhməd ibni Hənbəl) 1-ci cild, səh.62 )
    Belə bir ifratçı və sonsuz məhəbbət nəticəsində camaat xəlifənin təyin etdiyi hakimlərin və onun siyasətçilərinin zülmündən cana gəldi, cəmiyyətdə xəlifənin əleyhinə qiyam fikri gücləndi, axırda Osmanın xilafətini və həyatını xətm etdilər.
    Osmanın xilafəti dövründə təkcə Misirdə və Kufədə valilərin dəyişdirilməsi və onun bütün işləri əməvilərə tapşırmaqda olan siyasi üslubunu göstərirdi. Xəlifə hakimiyyətə gələndə Müğeyrə ibni Şöbəni Kufənin valisi vəzifəsindən çıxardaraq Səd Vəqqası onun yerinə qoydu. Bu işdə xəlifənin zahirdə düzgün görünən fikri var idi, çünki Iraqın fatehi Səd Vəqqas pis işlə müttəhim olunan Müğeyrə ilə müqayisə olunası deyildi. Lakin bir ildən sonra onu işdən götürdü və öz ana tərəfdən qardaşı Vəlidi Kufəyə vali təyin etdi. 27-ci hicri ilində Əmr Ası Misirdə vergi yığma işindən götürdü və öz süd qardaşı Əbdüllah ibni Sədi onun yerinə təyin etdi. 30-cu hicri ilində ikinci xəlifənin dövründən Bəsrənin valisi olan Əbu Musa Əşərini vəzifədən götürdü və cavan bir oğlan olan öz dayıoğlusu Əbdüllah ibni Amiri vali seçdi.("Tarixi-Təbəri"; "Kamili-Ibni Əsir"; "Əl-ənsab" (Bilazəri) )Bütün bunlar göstərir ki, Osman həmişə bir Əməvi hökumətini təsis etmək əzmində idi.
    Category: Vilayət günəşi (1-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 671 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024