İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:40 AM
    BİRİNCİ BÖLMƏ
    VƏHHABİ FİRQƏSİNİN YARANMASI VƏ ONUN İDEOLOJİ RƏHBƏRLƏRİ
    ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏT
    Əhli-sünnə İslam ümmətinin təqribən dörddə üçünü təşkil edən böyük bir müsəlman qrupuna deyilir. Onlar dörd sünnü məzhəbinin imamları olan Əbu Hənifə, Malik ibn Ənəs, Əbdüllah ibn İdris Şafei və Əhməd ibn Hənbələ tabedirlər.(Ticani, Seyyid Məhəmməd, "Həqiqi Əhli-sünnə”, Abbas Əli Bəratinin tərcüməsi, "Məarifi İslami” təşkilatı, Qum, payız, 1373-ci il, birinci cild, səh.37 )Onlar özlərinin Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, sahabə və tabeinlərinin yolunda olduqlarını deyirlər.(Dörd məzhəbdə olan sünnülərin üsuli-dində və əqidə üsullarında bir-birilə ixtilaflı olmalarına baxmayaraq, hamısı aşağıda qeyd olunan dörd mənbədən əldə olunan əsas şəriət hökmləri və əqidələr barəsində fikir birliyindədirlər: 1.Quran, 2.Hədis, yaxud sünnə, 3.Ümmətin icması, 4.Qiyas. )
    İcma əhli barəsində bunu qeyd etmək lazımdır ki, imamın təyin olunmasında bəziləri inanırdılar ki, imam ittifaq və ixtiyar əsasında müəyyən olunur, başqa sözlə müsəlmanların əksəriyyəti fikir birliyi ilə bir kəsi imamətə seçsələr o, imam kimi tanınır. Buna görə də əhli-cəmaətə bəzən əhli-icma da deyilir.(Xosrov Şahi, Seyyid Rza, "İslam məzhəb və firqələrinin zahir olma səbəbləri”, Tehran nəşriyyatı, 1341-ci il, birinci çap, səh.16 )
    Tarixi araşdırmalardan aydın olur ki, hər kəs Raşidi xəlifələrin xilafətinə tabe olsa və Əbu Bəkr, Ömər, Osman və Əli (ə) kimi Raşidi xəlifələrini qəbul edib, onların imamətini qəbul etsə, istər onların dövründə olsun, istərsə də hal-hazırda yaşasın–sünnü, yaxud əhli-sünnə vəl-cəmaət adlandırılır.(Ticani, "Həqiqi Əhli-sünnə”, səh.37-38 ) Əhli-sünnə və cəmaət özlərini İslam əhlinin vasitəsi(Xosrov Şahi, "İslam məzhəb və firqələrinin zahir olma səbəbləri”, səh.17 ), yaxud orta ümmət adlandırır, yəni özlərini seçilmiş və nümunə bir ümmət hesab edirlər.
    ƏHLİ-SÜNNƏ VƏ ONUN TARİXİNDƏKİ DƏYİŞİKLİKLƏR
    Tarixin müxtəlif dövrlərində sünnü məzhəbi("Hədisi-ma” kitabının müəllifi Əhli-sünnə arasında hədis yazılması barəsində belə deyir: "Sonralar Əhli-sünnə adı ilə tanınan Bəni-Saidə səqifəsi tərəfdarları "Allahın kitabı bizə bəsdir!” sözünü əsas tutaraq əvvəllərdə hədis yazmırdılar.” Müdir Şanəçinin inancına görə: "Əhli-sünnənin hədisi 2-ci hicri əsrinin ortalarına qədər şifahi şəkildə nəql olunub. Onun istinadı da ravilərin hafizəsi idi. Çünki sünnülər ikinci xəlifə Ömər ibn Xəttabın etdiyi qadağan nəticəsində hədis yazıb kitab şəklinə salmadılar. Lakin Əhli-beyt (ə) bu əqidə ilə müxalif idi. Onlar hədislərin yazılmasına dair göstəriş verməkdən əlavə, hədisləri də bir yerə toplayıb saxlayırdılar. Şiələr arasında ilk dəfə Həzrət Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə) bu işi görmüş və hədisləri bir yerə toplamışdır.” "Hədisi-ma”, Əli Əkbər Musəvi, səh.26 və "Elmul-hədis”, Şanəçi, səh.47) bir neçə mühüm dəyişikliklərə məruz qaldı. Həmin dəyişikliklər bu məzhəbə hər zamanda xüsusi bir forma verib müxtəlif cərəyanlar yaratdı. Qeyd olunan cərəyanların müştərək və fərqli cəhətləri onların arasında müəyyən təzadlar və anlaşılmazlıqlar yaratdı. Bunlar da əsas etibarı ilə əqidə bölməsində özünü daha qabarıq şəkildə göstərir və müəyyən hallarda fiqh və şəriət hökmlərində də büruz edirdi.
    Qeyd olunan cərəyanların təkcə onların ideoloji məsələləri əsasında deyil, həm də onların tarixi seyri və hər bir dövrdə tutduqları mövqe əsasında araşdırılması bu məsələlərin düzgün şəkildə başa düşülməsinə lazımi kömək edir. Şiələrdən fərqli olaraq mötəzilə və xəvaricin sair müsəlmanlarla ixtilaflı və ya müttəfiq olmaları iki mühüm məsələ əsasında cərəyan edirdi: Onlardan biri hansı şəhərdə yaşamaları, digəri isə hakim rejimlə hansı münasibətdə olmaları, bəzi hallarda isə məntəqə daxilində baş verən qiyamlara münasibətləri idi. Onların Mədinə, Məkkə, Kufə, Bəsrə və Şamda yaşamaqları həmin yerlərdəki dini mərcəyə tabe olmaları ilə yanaşı idi. Bu şəhərlərdən hər biri səhabələrdən bəzilərinin orada olmasına, eləcə də siyasi məsələlərə diqqət yetirməklə özlərinin məxsus fiqhi və dini nəzəriyələrini təqdim edirdilər. Şəhərlərarası münasibətlərin genişlənməsi, elmi hövzələrin formalaşması ilə eyni zamanda bu təzadlar daha kəskinləşir, digər tərəfdən şəhərlərə hakim olan təfəkkürlər arasında bir növ ünsiyyət yaranırdı. Belə ki, həm Mədinədə olan bir şəxsin İraq əhli kimi düşünməsi, həm də bunun əksi mümkün idi. Bununla eyni zamanda III əsrə qədər yerli mərcəiyyət son dövrlərdə əhli-sünnə və cəmaət kimi tanınan şəxslərin arasında əksəriyyət təşkil edən məzhəb idi.”("Şenaxti-Ərəbistan”, Vəliyyi-fəqihin həcc və ziyarət işlərindəki nümayəndəliyi, Məşhəd nəşri, bi.ta, bi.ca, səh.107-108 ) Yerli mərcəiyyət əsas etibarı ilə iki müxalif cərəyanın əsasını qoydu:
    1.Hicaz əhli olan hədis səhabələri.(Əhli-hədisin mərkəzi əsas e`tibarı ilə Ərəbistan, xüsusilə Məkkə və Mədinə şəhərləri idi. Seyyid Davud Ağayinin yazdığı "Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabı, səh.31 Əbul-fəth Məhəmməd ibn Əbdülkərim Şəhristani, "Əl-miləlu vən-nihəl”, Seyyid Rza Naininin tərcüməsi, İqbal, bi.ca, deymah, 1350-ci il, birinci çap, səh.162)
    2.Rəy səhabələri. Onların çoxu İraqlı idilər, sonralar İranın da bəzi şəhərlərində özlərinə çoxlu tərəfdar toplaya bilmişdilər. Sanki, əhli-hədisin müqabilində geniş yayılmış termin "əhli-kəlam” idi.(Vəliyyi-fəqihin həcc və ziyarət işlərindəki nümayəndəliyi, Həmin mənbə, səh.108 )
    Bu məsələnin daha aydın olması üçün əhli-hədislə əhli-rəyin hər birini ayrı-ayrılıqda şərh edirik.
    ƏSHABİ-RƏY
    Doktor Xosrovşahi əshabi-rəyi belə izah edir:
    Əshabi-rəy İraq əhli olub İmam Əbu Hənifə Nöman ibn Sabit ibn Mərziban Kufi Farisinin ardıcıllarıdır (80-ci hicri ilində Kufədə dünyaya gəlmiş və 150-ci hicri ilində elə orada vəfat etmişdir). O, İmam Sadiqin (ə) şagirdlərindən idi və fiqhi məsələləri istinbat edirdi. Fiqh sahəsində çoxlu kitablar yazmışdı. Əbu Yusif Yəqub ibn Məhəmməd Qazi (182-ci ildə vəfat edib), Məhəmməd ibn Həsən Şeybani (189-cu ildə vəfat edib), Cəfər ibn Hüzeyr (158-ci ildə vəfat edib), Əbumut onun şagirdlərindən idi. Bu firqəyə ona görö "əshabi-rəy” adı vermişlər ki, hər hansı bir məsələni müəyyən qədər müqayisə etməklə əldə edir, bəzi hallarda da aşkar qiyası (müqayisəni) əhkamdan irəli keçirirdilər. Amma Əbu Hənifə əslən iranlı olmaqla İraqın mərcəyi idi və əksər hallarda deyirdi ki, "bu mənim rəyimdir və əldə etdiyim rəylərin ən yaxşısıdır. Hər kəs başqa bir rəy göstərsə mən yenə də öz rəyimdə sabit qalaram...” Bu öz məzhəbini "cəliyy” və "xəfiyy” qiyas (müqayisə), eləcə də əhkamların mənalarını istinbat etmək əsasında təşkil etdi. Buna görə də onun səhabələrinə əshabi-qiyas (müqayisə səhabələri) deyilir. Əbu Hənifə deyirdi: "Mənim elmim rəy ilədir və rəy qüdrət tələb edən işlərin ən yaxşısıdır(Xosrof Şahi, Həmin mənbə, səh.16 ).
    ƏSHABİ-HƏDİS
    Əshabi-hədis Hicaz əhli olub Malik ibn Ənəsin ardıcıllarıdır (179-cu ildə vəfat edib). Məhəmməd ibn İdris Şafei (204-cü ildə vəfat edib), Süfyan Suri və Əhməd ibn Hənbəl (241-ci ildə vəfat edib), Davud ibn Əli ibn Məhəmməd İsfəhani Malik ibn Ənəsin ardıcıllarındandır.(Şəhristani, "Əl-miləlu vən-nihəl”, səh.162 ) Onların əhli-hədis adlanmasının səbəbi hədis əldə edərək rəvayətləri tərtibə salmaları və nəss (aşkar, heç bir yerə yozula bilməyən) əsasında olan hökmlərə malik olmaları, əsər və xəbəri tapmağa qadir olduqları vaxta qədər "xəfiyy” və "cəliyy” qiyası (müqayisəni) inkar etmələridir.(Xosrof Şahi, Həmin mənbə, səh.17 ) Şafei deyir: "Mənim məzhəbim xəbəri əhatə edən məzhəbdir.” Məşhur alimlərdən olan Şatibi deyir: "Nəsslərin sözləri bütün əhkamları ifadə edir və qiyasa ehtiyac yoxdur.”(Həmin mənbə, səh.18 )
    Əshabi-hədis beş firqədən ibarətdir:
    1. Davudiyyə
    2. Şafeiyyə
    3. Malikiyyə
    4. Əşəriyyə
    5. Hənbəliyyə
    Davudiyyə. Bu firqə Davud ibn Əli İsfəhaninin ardıcıllarına deyilir. Onlar "əhli-zahir” də adlanırlar. Çünki, onlar rəvayətlərin və hədislərin zahiri mənalarına inanır və ona əməl edərək qiyası inkar edirdilər.
    Şafeiyyə. Əbdüllah ibn İdris Şafeinin ardıcıllarına deyilir. Şafei Suriyanın Qəzzə şəhərində Əbu Hənifənin vəfat etdiyi ildə (150-ci h.q ilində) dünyaya gəlmiş və 204-cü h.q ilində (819-cu miladi ilində) Məmunun xilafəti dövründə vəfat etmişdir. O, İmam Əli ibn Musa Rizanın (ə) müasiri idi.”(Əmir Əli, "Tarixi siyasi və ictimaiye İslam”, İrəc Rəzzaqi və Məhəmməd Məhdi Heydərpurun tərcümələri, Məşhəd, "Astani Qüds” nəşriyatı, 1371, səh.318 )
    O, sünnülərin dörd məzhəblərindən birinin imamı və Şafei məzhəbinin müftisi idi. Onun ardıcılları üsuli-dində və tövhiddə bu məzhəbdən istifadə edirlər. Onların əqidələrinə görə imanın düzlüyünün üç şərti vardır:
    a) Dildə iqrar etmək. b) Qəlbdə təsdiq etmək. v) Ərkanla (əzalarla) əməl etmək (əlbəttə, şiələr də bu üç şərti qəbul edirlər) . Qeyd etmək lazımdır ki, onların arasında əsaslı fərqlər də vardır. "Şafeilərin əqidələri ümumiyətlə Şimali Afrikada, müəyyən qədər Misirdə, Cənubi Ərəbistanda, Malaya və Seylon müsəlmanları arasında yayılıb.”(Həmin mənbə, səh.318 )
    Malikiyyə. Onlar Malik ibn Ənəs ibn Malikin, yəni İmam Əbu Əbdillah Malik ibn Ənəs ibn Əbi Amir ibn Ürvə Əl-haris ibn Nəmianın ardıcıllarıdır.[16] "Bəyanül-ədyan” kitabının müəllifinin yazdığına görə o, İraqın imamı və "Müvəttəə” kitabının sahibi idi. Onun məzhəbinin Yəməndə daha çox ardıcılları vardır. "Vəfəyatul-əyan” kitabının müəllifi yazır: «O, Mədinənin imamlarından idi. Onu dövrün alimlərindən biri hesab etmişlər. İmam Əbu Əbdillah qiraəti Nafe ibn Əbu Nəimdən, elmi isə Rəbiədən öyrənmişdi. Bu məzhəb ardıcılları ümumi halda Şeyxeynin (Əbu Bəkrlə Ömərin) vilayətinə inanır, Həzrət Əlini (ə) isə dördüncü xəlifə hesab edirlər(Şəhristani, "Əl-miləlu vən-nihəl”, səh.20 )
    Malik ibn Ənəs İslamın əvvəllərindəki müsəlmanların sözlərinə, əməl və rəftarlarına əhəmiyyət verirdi. Hətta əgər Mədinə əhalisinin ona uyğun əməl etmədiyi bir hədis tapsaydı o da bir söz deməzdi.(Əbdül-möhsün Mişkatül Dini "İslamda ideoloji istuplar fərqi”, "Məcəlleyi ədəbiyyat və ülumi insani”, Məşhəd, 2-ci nömrə, 1351-ci il yay, səh.509  ) O, 179-cu h.q ilində Harun Ər-Rəşidin xilafəti dövründə vəfat etmişdir.
    Əşəriyyə. Əbu Musa Əşərinin nəvələrindən olan Əli ibn İsmail Əşərinin ardıcıllarına deyilir. İbn Xülləkan özünün "Vəfəyat” kitabında bu tayfanın əqidəsi barəsində belə yazır: "Onların bəziləri inanırdılar ki, Qurandakı möcüzələr məqsədin həyata keçirilməsi üçündür. O həm də deyirdi ki, imamət nəsb və təyin edilmə yolu ilə deyil, ixttiyar və ittifaqla həyata keçir. Quranı da qədim hesab edirdi...”(Şəhristani, "Əl-miləlu vən-nihəl”, səh.129 )
    Hənbəlilər. Əhməd ibn Hənbəlin ardıcıllarına deyilir. Sonrakı bölmədə onun barəsində geniş şəkildə söhbət olunacaqdır.
    ƏHLİ-HƏDİSİN TARİXİNƏ BİR BAXİŞ
    Əvvəldə qeyd olunduğu kimi, Əshabi-hədis Hicaz əhli idi. Onların da müqabilində əhli-hədis ilə müxalif olan İranın və İraqın əhli-rəy səhabələri dayanırdı. Bununla belə əshabi-hədis Hicazda qalmamış, tədricən İran və İraqa nüfuz edərək digər qrupların müqabilində özlərini sünnülərin rəsmi nümayəndəsi kimi təqdim edə bilmişlər.
    Əhməd ibn Hənbəlin rəhbərliyindən qabaq sünnülər əqidə və üsul məsələləri baxımından eyni fikirdə deyildilər və müxtəlif qruplara bölünmüşdülər. Əhli-hədisin mühəddisləri müxtəlif üsullara tabe idilər, lakin onların arasında mürciə, nasibi, xarici, qədəri, cühəmi və şiə çox idi və hamılıqla əhli-hədis kimi tanınaraq bu ünvan altında müəyyən məqam və mövqeyə malik idilər.(Cə`fər Sübhani, "Fərhəngi əqaid və məzahibi İslami”, "Nəşri Tövhid”, Qum, azərmah, 1371, birinci çap, 1-ci cild, səh.273 )
    Həqiqətdə əhli-hədis öz daxilində məhdud cərəyanlara şamil olan sünnü məzhəbini vahid bir etiqada malik olan firqə şəklinə saldı.
    "Bu cərəyanı təşkil edənlər əsas etibarı ilə ikinci hicri əsrinin ortalarından üçüncü hicri əsrinə qədərki dövrdə Mədinədə və Bağdadda yaşayan bir sıra mühəddislərdən ibarət idi. Onların tanınmış şəxsiyyətlərindən ibn Mübarək (181-ci ildə vəfat edib), Nəim ibn Həmmad Mərvəzi (228-ci ildə vəfat edib), ibn Rahvəyh (238-ci ildə vəfat edib), Osman ibn Səid Darəmi (280-ci ildə vəfat edib) və onların hamısından da mühüm Əhməd ibn Hənbəldir (241-ci ildə vəfat edib) . Onların bu firqə barəsində yazdıqları kitablardan "Ərrəddu ələl-cuhəmiyyəti vəz-zənadiqə” və "Kitabus-sünnə”ni qeyd etmək olar.(Vəliyyi-fəqihin həcc və ziyarət işlərindəki nümayəndəliyi, Həmin mənbə, səh.108 )
    Bu firqə əqidə və fiqhdə hədisə meyl edir, nəql olunan rəvayətləri qəbul edir, əqlin rolunu hər bir halda inkar edir, rəy ilə zidd mövqedə dayanır və mövcud hədislərdə hər növ irad tutulması ilə müxalif idilər.(Həmin mənbə, səh.110) "Həqiqətdə əhli-hədisin ilkin nəsli fiqhi istinbatlardan da uzaq gəzir və əsas etibarı ilə özlərini "mühəddis” kimi qələmə verirdilər. Bu məsələ Əhməd ibn Hənbəlin barəsində tamamilə doğrudur. Zamanın keçməsi ilə əhli-hədis öz nəzəriyyələrində də Hənbəli oldular. Əlbəttə, əhli-hədis müstəqil bir qrup şəklində yalnız dördüncü əsrə qədər davam gətirə bildi. Beşinci əsrdən etibarən sair sünnü qurpları tərəfindən təzyiqlərə məruz qaldılar. Əşairə, mürciə, hətta mötəzilə də özünə məxsus olan əhli-hədis nəzəriyyələrindən müəyyən qədər ayrılaraq özünə yeni bir sima aldı. Sünnülərin arasındakı çəkişmələr v əsrə qədər əsasən kəlami məsələlərlə əlaqədar idi. Amma tədricən fiqhi yönə malik olan çəkişmələrə çevrildi. Sonralar da İbn Teymiyyə və İbn Qəyyimin şagirdlərindən bir neçəsinin tutduğu yoldan əlavə əhli-hədisin Ərəbistana hakim olduğu son dövrlərə qədər heç kəs onların ifratçı nəzərlərini qəbul etmədi.”(Həmin mənbə, səh.110)
    III hicri əsrində əhli-hədisin əqidəsində iki məsələ daha çox əhəmiyyət kəsb edirdi: Onların biri hədisləri qeydsiz-şərtsiz qəbul etmək, digəri isə hər növ ictihad olsa belə, əql və şəxsi rəydən uzaq olmaqdır.(Sünnülərin arasında əql və fəqahətin ziddinə hərəkatlar mövcud olduğu kimi, şiələrin arasında da bunun oxşarı olmuşdur. "Əxbarilik” nəzəriyyəsi ictihad və fəqahətin müqabilində olan bir məktəb kimi zühur etdi. Onlar Allahın kitabı və Peyğəmbər (s) sünnəsinin zahiri mə`nalarını inkar edir, əql və icmanı höccət bilmir və həm də ictihad və təqlidi haram hesab edirdilər. Əxbarilik Məhəmməd Əmin Əstərabadinin vasitəsilə 10-cu hicri əsrinin əvvəllərində tə`sis olunmuşdur. Əxbarilər də sünnülərin Hənbəli məzhəbi kimi yalnız sünnəni əsil və hökmlərin istixrac olunmasına qabil olan bir mənbə hesab edir və kitab, əql və icma kimi sair mənbələri qəbul etmirdilər. Seyyid Mirağa Möhsininin "Nəqdi bər əxbarigəri” kitabından, səh.13  )* Hədislər barəsində də yalnız özlərinin etimad etdikləri mühəddislərin nəql etdikləri rəvayətləri qəbul edirdilər. Şiəliyə, yaxud mötəziləçiliyə azacıq meyli olan rəvayətlərə əsla etimad etmirdilər. "Hənbəlilər bu işdə diqqətli olmaq üçün rical elmində geniş səviyyəli təhqiqata başladılar. Özləri ilə müxalif olanların hamısını "hədislərin zəifliyi”, "nəql etmədə zəiflik” və "qondarma olması” ilə müttəhim etdilər. Onlar kufəli ravilərə həmin meyllərə malik olmasına görə etinasız yanaşır və oranı "Darul-Hərbil-Hədis” adlandırırdılar. Əhli-hədisin digər bir əqidəsi də budur ki, Peyğəmbəri-Əkrəmin (s) səhabələrinin hamısı, heç bir istisna olmadan tam ədalətli hesab olunmalıdır. Onların hamısı adildir və onların heç birinə tənə vurmaq olmaz.”(Həmin mənbə, səh.112 )
    Sonrakı bölmədə Vəhhabiliyin ideoloji rəhbərləri (Əhməd ibn Hənbəl, Əhməd İbn Teymiyyə və sairə...) barəsində söhbət olunacaqdır.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 839 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024