İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:30 AM
    VƏHHAB İLƏRİN İDEOLOJİ RƏHBƏRLƏRİ
    ƏHMƏD İBN HƏNBƏL (164-241 HİCRİ QƏMƏRİ)
    (*Əhməd ibn Hənbəlin tərcümeyi-halına nəzər yetirdikdə, aydın olur ki o, öz təfəkkürünü elə bir vaxtda təqdim edirdi ki, artıq Abbasi xəlifələri əməvilərin yerinə keçərək qüdrəti əllərinə almışdılar. "Təhqiq dər tarixi fəlsəfə və məzahibi Əhli-sünnə” kitabının müəllifi bu dövrün ictimai və mədəni şəraiti ilə əlaqədar qələmə aldığı kitabının 184-185-ci səhifələrində belə yazır: "Abbasi xilafətinin başlanması ilə İslam mədəniyyətində böyük bir hərəkat və dərin dəyişiklik yarandı Müsəlmanların ideoloji və ictimai axarlarında böyük təkamül baş verdi. Müxtəlif İslam ölkələrində, xüsusilə İraqda, Misirdə, İranda hər bir əqidəvi, fiqhi, tarixi mövzularda mütəkəllimlər, fəqihlər, tarixçilər və müxtəlif məsələlərdə təhqiqat apardılar. Nəticədə İslam ölkələrində müxtəlif fiqhi məzhəblər və təriqətlər yarandı. )
    Tərcümeyi-halı:
    Hənbəli firqəsinin banisi Əbu Əbdillah Əhməd ibn Mhəmməd ibn Hənbəl ibn Hilal Şeybanidir. O, əshabi-hədisin ideoloji rəhbərlərindən sayılır. "O, nəinki əhli-hədisin tutduğu yolu əvvəlkilərdən irs aparmamışdı üstəlik onu bir daha dirçəltmiş, özünün təqdim etdiyi təlimləri ilə onların ideoloji bünövrələrini möhkəmlətməyə çalışmışdır. Buna görə də ondan sonra əshabi-hədis öz fikirlərini əsaslandırmaq üçün hamıdan artıq onun yazı və sözlərini dəlil olaraq gətirmişdir.”("Böyük İslam Enskilopediyası”, Kazim Musəvi Bocnurdinin nəzarəti altında, Tehran, 1373, 6-cı cild, səh.718 )
    Əhməd ibn Hənbəli onun öz şagirdi İbn Teymiyyənin vasitəçiliyi ilə Vəhhabi məzhəbinin rəhbəri və müəyyən qədər sələfilərin mühafizəkar məzhəb və hərəkatına ilham verən bir şəxs hesab etmək olar(Danişnameyi İran və İslam”, Ehsan Yarşatirin nəzarəti altında, "Bonqahi tərcümə və kitab” nəşriyyəsi, Tehran, 1357, 9-cu cild, səh.1240  ). Əliəkbər Dehxuda onun əsil-nəsəbi barəsində belə yazır: "Əhməd ibn Məhəmməd ibn Hənbəl ibn Hilal ibn Əsəd ibn İdris ibn Əbdüllah ibn Həyyan ibn Əbdüllah ibn Ənəs ibn Ovf ibn Qasit ibn Mazin ibn Şeyban ibn Zühəl ibn Sələbə ibn Əkabət ibn Səb ibn Əli ibn Bəkr ibn Vail ibn Qasit ibn Hənəb ibn Əqsa ibn Dəmi ibn Cüdeylə ibn Əsəd ibn Rəbiə ibn Nəzar ibn Məhəmməd ibn İrfan əş-Şeybani əl-Mərvəziyyul-əsl Əl-mükənna ibn Əbiəbdillah...”(Dehxuda Əli, "Lüğətnamə”, İntişarati daneşgahe Tehran, 1325 hicri-qəməri, 1-ci çap, səh.1291 )
    Milliyyətcə ərəb olan Əhməd ibn Hənbəl İraq və Xorasanın fəthində mühüm rol oynayan Bənu-Şeyban qəbiləsindən (Rəbieyi Ədnani) idi. Onun nəsli əvvəlcə Bəsrədə yaşamış və sonra onun əcdadı Hənbəl Hilal Mərvə getmişdi. Əhmədin cəddə-babası əməvilərin xilafətində Sərəxsin valisi təyin edilmişdi və bəni-Abbasın xilafət iddiaçılarından birincisi idi.
    Əhməd ibn Hənbəl 164-cü h.q ilinin rəbiül-əvvəl ayında (780-cı miladi ilində), atası Məhəmməd ibn Hənbəl (o Xorasan ordusunun tərkibində idi) Bağdada köçəndən sonra dünyaya gəlmiş(Danişnameyi İran və İslam”, 9-cu cild, səh.1240 ) və orada da qalmışdır. "O, 179-cu ilin axırlarında əvvəlcə Əbu Yusifin, sonra Həşimin (Həşim ibn Bəşir) yanında hədis dinləmiş və elə həmin ildə də Əli ibn Haşim ibn Bəriddən də hədis öyrənmişdir.”("Böyük İslam Enskilopediyası”, 3-ci cild, səh.719 )
    Əhməd ibn Hənbəl çox səfər edən bir fəqih idi. O, elm və hədis öyrənmək üçün Şama, Hicaza, Yəmənə, Kufəyə və Bəsrəyə səfərlər edərək çoxlu hədis toplamış, onları "Müsnədi-Əhməd ibn Hənbəl” adlı bir kitab şəklinə salmışdır.”(Məşkur, Məhəmməd Cavad, "Tarixi şiə və firqəhayi islami”, Tehran, 1362, səh.102  ) Əhmədin fiqhdə və hədisdə çoxlu ustadları olmuşdur. Belə ki, "İbn Xülləkan onu imam Şafeinin xüsusi tələbələrindən hesab edirdi.”(Fəzai, Yusif, "Münazirati imam Fəxr Razi”, səh.187 )
    O, özünün ilk elmi səfərində Kufəyə gedərək Vəki ibn Cərrahın yanında hədis öyrəndi. Sonra Bəsrədə Mötəmər ibn Süleymandan və Yəhya İbn Səud Qəttandan, Vasitdə isə Yəzid ibn Harundan hədis öyrəndi. 187-ci h.q ilində Məkkəyə səfər edib Süfyan ibn Üyəynədən, 199-cu ildə isə Əbdürrəzzaq ibn Həmmam Sənaninin yanında (Səna şəhərində) hədis öyrəndi. O, Şama və Cəzirəyə də səfərlər etmiş (209-cu h.q) və həmin ölkələrin məşhur hədis alimlərindən elm öyrənmişdi.("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.718-719 )Amma İbn Teymiyyənin "Minhacüs-sünnə” kitabında qeyd etdiyi kimi, onun fiqhi təlimlərinin əsası "hədis məktəbi və Hicazdan idi.”(Ehsan Yarşatir, Həmin mənbə, səh.124  )
    Əhməd ibn Hənbəl öz elmi səfərləri, fiqh və hədisin öyrənilməsində göstərdiyi səylər nəticəsində çox erkən fiqh və hədis tədrisində bir mərcə kimi tanındı. Xəbərlərdə qeyd olunduğu kimi o, hələ Süfyan ibn Üyeynənin sağlığında Məkkədə fiqh və hədis öyrənir və fətva verirdi. Bununla belə demişlər ki, o 40 yaşından əvvəl fətva verməmişdir.("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.719 )
    "Mühnə” hadisəsini Əhməd ibn Hənbəlin həyatında dönüş nöqtəsi saymaq olar. Belə ki, bəzən tərifləyənlər onun barəsində həddi aşmışlar. "Mühnə hadisələri barəsində verilən tarixi məlumatlara əsasən Məmun 218-ci h.q ilində Rüqqədən İshaq ibn İbrahimə bir məktub yazaraq ona əmr etdi ki, qazilərin və mühəddislərin Quranın məxluq olması ilə əlaqədar əqidələrini yoxlasın.”(Həmin mənbə, səh.719 ) İbn Hənbəl Quranın məxluq olmasına etiqadı qəbul etməkdən şiddətlə imtina edir və onu sünnə ilə müxalif sayırdı.(Ehsan Yarşatir, Həmin mənbə, səh.1240 ) O inanırdı ki, Qurandakı hərflər və səslər hazırkı formasında əzəldən sabit olmuş və Allahın zatı ilə qaim olmuşdur.(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.203 )Beləliklə də o, Quranın qədim olmasına və məxluq olmamasına inanırdı. Bu xəbər Tusda Məmuna çatdıqda göstəriş verdi ki, ibn Hənbəli bu əqidə ilə müxalif olan Məhəmməd ibn Nuh ilə birlikdə onun hüzuruna göndərsinlər. Əhməd ibn Hənbəli zəncirə bağlayıb qaytardılar, lakin bir az sonra Rüqqədə Məmunun ölüm xəbəri gəlib çatdı. Yenidən hər ikisini Bağdada qaytardılar. İbn Nuh yol əsnasında (Mərvdə), ibn Hənbəl isə Bağdada çatdıqdan sonra əvvəlcə Yasirəyyədə, sonra Darül-İmarədə, daha sonra isə ümumi zindanda həbs edildi.(Ehsan Yarşatir, Həmin mənbə, səh.1240)
    Sonrakı xəlifə Mötəsim qərara almışdı ki, əqaid təftişçiliyindən əl çəksin. Lakin deyilənlərə görə, mötəzili qazisi olan Əhməd ibn Davud ona xəbərdarlıq etmişdi ki, rəsmi şəkildə qəbul olunan vəziyyətdən dönməsi xilafətə yaraşan iş deyildir.(Həmin mənbə, səh.1241 )
    Əhməd, Mötəsimin dövründə də öz əqidəsini qoruyub saxlamaq üçün çox israr edirdi. Nəhayət 219-cu h.q ilində xəlifə onu üç gün müddətində camaatın hüzurunda öz əqidəsini tərk etməyə məcbur etdi. Bunun təsiri olmadığından ona şallaq vurulmasını əmr etdi. İki il həbs edildikdən sonra öz evinə qayıtmaq icazəsi verildi.” Həbsdən xilas olduqdan sonra xəlifənin göstərişi ilə aşkar şəkildə hədis söyləməsi və elm tədris etməsi qadağan olundu. Yalnız 227-ci ildə Mötəsimin vəfatından sonra aşkarda qısa müddətli hədis yığıncaqlarını bərqərar etdi. Bu da tez bir zamanda bağlandı.”("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 )
    Vasiqin dövründə Quranın məxluq olması əqidəsi barəsində bir kəs Əhmədə toxunmadı. Amma buna baxmayaraq xəlifənin işarəsi ilə ömrünün axırına qədər gizlin şəkildə yaşadı. Məşhur ərəb yazıçısı Əmir Əli ibn Hənbəlin Məmunun və Mötəsimin xilafəti dövründəki vəziyyətini belə qeyd edir:
    "...İbn Hənbəl Məmun və onun canişini Mötəsimin hökuməti dövründə... (hər ikisi mötəziləçi idi) məşhurlaşdı. İbn Hənbəlin ifratçı təəssübləri və bu barədə göstərdiyi səylər xalq kütlələrinin hakimlər əleyhinə təəssübünü şölələndirdi. Bu da onun hakimlərlə münasibətini gərginləşdirdi... İbn Hənbəl və onun təəssübçü və donuq ayini Məmunun mötəzilə firqəsinin islam imperiyasının hər yerində yaymaqda müvəffəqiyyət əldə etməməsinə, eləcə də əzab-əziyyətlə işgəncələrin yenidən təkrarlanmasına səbəb oldu ki, bu da İslam dünyasını müsəlmanların qanının rəngi ilə boyadı.”(Əmir Əli, Həmin mənbə, səh.318 )
    Mütəvəkkilin xilafəti ilə eyni zamanda 232-ci h.q ilində "Əshabi-hədisin vəziyyəti birdən-birə dəyişildi və xəlifənin onları himayə edib mötəziləçilərlə mübarizə aparması nəticəsində Əhməd də xilafət aparatında izzətə malik oldu.”("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 )
    Bağdadın intizam rəisi İshaq ibn İbrahimin ölümündən sonra yeni xəlifə ilə Əhməd ibn Hənbəlin yaxınlaşması üçün şərait yarandı. Əhməd ibn Əbudüvad işdən çıxarıldıqdan sonra əhli-hədisə meydan verilməsinə fürsət yarandı.
    Mütəvəkkil 238-ci hicri ilində ibn Hənbəli Samirraya dəvət etdi. Zahirən o nəzərə almışdı ki, ibn Hənbəli öz övladı Mötəzzə hədis ustadı seçsin. Amma bəziləri demişlər ki, Samirraya daxil olduqdan sonra yaşının çox və xəstə olduğuna görə öz istəyi ilə xidmətdən götürüldü. "İbn Hənbəlin Mütəvəkkil tərəfindən onun üçün hazırlanan güzəştlər qarşısında etinasızlığı nəticəsində xəlifə Bağdad yolunu onun üçün açmağa razı oldu.”(Həmin mənbə, səh.720 )
    Əslində isə Mütəvəkkil əvvəlki xəlifələrin əksinə olaraq hənbəliləri müdafiə etdi. Onları razı salmaq üçün lazım olan tədbirləri gördü. O, şiələri kütləvi şəkildə qətlə yetirməkdən əlavə, İmam Hüseynin (ə) qəbrinin ziyarətini onlara qadağan etdi və Kərbəlanın şumlanması və üzərinə su buraxılması əmrini verdi. Bu əqidə də məhz hal-hazırda Səudiyyə Ərəbistanında Vəhhabilərin icra etdikləri işdir. Onlar bu əqidənin ardıcılları və müdafiəçiləridir.
    Ustad Cəfər Sübhani Abbasi xəlifələrindən olan Mütəvəkkilin hənbəliləri himayə etməsini belə qeyd edir: "...Mütəvəkkilin əsrində Əhmədin etiqadiyyat barəsində imaməti (rəhbərliyi) əhli-hədisin sair firqələrinin aradan qalxması və onların yalnız adlarının və nişanələrinin qalmasına səbəb oldu. Xüsusilə Mütəvəkkildən sonrakı Abbasi xəlifələri Əhməd ibn Hənbəl və onun şagirdlərini himayə etməkdə heç nəyi əsirgəmir, Əhmədin əqidə və hökmlərdə dediklərini qeydsiz-şərtsiz qəbul edirdilər. Təbii olaraq həyat və məişətləri əksər hallarda hökumət tərəfindən təmin olunan mühəddislərin vəziyyətləri ağırlaşdı. Öz adətlərini tərk etmək məcburiyyətində qaldılar və əqidələrini gizlətdiklərinə görə tədricən məhv oldular.”(Cə`fər Sübhani, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.276 )
    Əhməd ibn Hənbəl 77 il ömür sürdükdən sonra 241-ci h.q ilinin rəbiül-əvvəl ayının 12-də doqquz günlük xəstəlikdən sonra Bağdadda öldü. Onun cəsədini "Babi-hərb” qəbiristanlığında torpağa tapşırdılar. "Böyük İslam Enskilopediyası” kitabında Əhmədin övladları barəsində belə qeyd olunur: "Əhmədin bir neçə övladı var idi. Onun özündən nəql olunanlara əsasən təqribən 40 yaşında evlənmişdi. Birinci həyat yoldaşı Fəzlin qızı Əbasə, Saleh adlı bir övlad dünyaya gətirdi. Onun vəfatından sonra Əhməd Reyhanə adlı bir qadınla evləndi ki, ondan da Əbdüllah dünyaya gəldi. Reyhanənin vəfatından sonra da Əhməd Hüsn adlı bir kənizdən Zeynəb, Həsən, Məhəmməd və Səid kimi övladlara sahib oldu. Əbülfəzl Saleh 203-cü ildə dünyaya gəldi və İsfəhanın qazisi oldu və 265-ci ildə elə həmin yerdə vəfat etdi. O, öz atasından çoxlu hədis eşitmişdi. Atasının çoxlu hədislərini rəvayət edən Əbu Əbdürəhman Əbdüllah da böyük və məşhur mühəddislərdən sayılırdı. O, 212-ci h.q ilində dünyaya gəlmiş və 290-cı ildə dünyadan getmişdi. Əhmədin ölümündən təqribən 50 gün qabaq dünyaya gələn Səid də 290-cı ildən qabaq vəfat etdi. O, bir müddət Kufənin qazisi olmuşdu.”("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.720 ) "Bu zaman atasının əqli həyatı ilə yaxından tanış olan Saleh və Əbdüllah Hənbəli məzhəbi adlı cəmiyyətin bünövrəsini qoyan ilk şəxslərdən hesab olunur.”(Ehsan Yarşatir, Həmin mənbə, səh.1242 )
    Əhməd ibn Hənbəlin həyat tarixi sübut edir ki, o bacarıqlı bir mühəddis idi və təqribən otuz mindən artıq hədisi əhatə edən "Müsnəd” kitabını öz əsrində yazmışdır. O öz əsrində əqlə daha artıq yer verən mötəziləçilərin müqabilində bir dağ kimi dayandı və öz əqidəsini, yəni Quranın məxluq olmamasını isbat etmək üçün çoxlu zülmlərə və işgəncələrə düçar oldu. Əhmədin öz əqidəsi yolunda göstərdiyi müqavimət camaatın duyğularını, emosiyalarını canlandırdı, tədricən sünnülərin arasında etiqadi məsələlərində imamət məqamına çatdı və onun öz nəzərində mötəbər sayılan rəvayətlər əsasında sünnülərin əqidələrini yaya bildi. Bünövrəsini qoyduğu məktəb onun öz adı ilə–”Hənbəli” məzhəbi kimi tanındı. Bu məktəb 5 əsas üzərində qurulmuşdu: "Quran, sünnə, səhabələrin fətvaları, Quran və sünnə ilə müvafiq olduğu halda bəzi səhabələrin sözləri. Eləcə də bütün mürsəl və zəif rəvayətlər.”(Mübəlliği Abadani, Əbdüllah. "Tarixi ədyan və məzahibi cahan”, "Məntiq” (Sina) İntişaratı, Qum, yay, 1373, 1-ci çap, 3-cü cild, səh.1193  ) Can Nas Hənbəli məktəbini yerdə qalan üç məktəbdən, yəni Hənəfi, Maliki və Şafei məktəbindən "daha zahir”, "daha quru” təqdim etmişdir.(Nas Can, "Tarixi camieyi ədyan”, Əliəsğər Hikmətin tərcüməsi, "İslam inqilabı İntişaratı”, Tehran, 1370, 4-cü çap, səh.754)
    Tədqiqatçı alimlərin bəyan etdiklərinə əsasən, Əhməd ibn Hənbəl yalnız bir mühəddis idi. O, fiqhi istinbatlardan uzaq gəzirdi. "Deməli, o, istinbat nəzərindən Əbu Hənifənin və Şafeinin səviyyəsində deyildi ki, ictihad nəticəsində üsuldan fürunu istixrac edə bilsin. Şübhəsiz ki, Əhməd fətva verib halal-haramı bəyan etməkdən çəkinirdi. Əgər zərurət tələb etsəydi, yalnız açıq-aşkar hökmün mövcud olduğu hallarda fətva verirdi.”(Sübhani, Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.277 )
    "Fərhəngi əqaid və məzahibi İslami” kitabının müəllifi bu barədə belə yazır: "Zəhəbinin "Siyərü əlamin-nübəla” kitabındakı geniş bəyanından məlum olur ki, Əhməd bir fiqh yazmamış dünyadan getmişdi. Onun şagirdlərindən biri olan Əbu Bəkr Xəllal Əhmədin nəzər və fətvalarını bir yerə toplamışdı. Əbu Bəkr onun fətvalarını ayırd etməkdə onun səhih rəvayətlər və onların sənədləri barəsindəki sözlərinə müraciət edərək, bu məsələ barəsindəki nəzəriyyəsini əldə etdi. O, bu məqsədlə müxtəlif məntəqələrə səfər edərək Əhmədin tanışlarından yüz nəfərlə görüşdü. Onun sahabə, köməçi və dostlarından müəyyən mətləbləri öyrəndi və hamısını tərtibə saldı. Sonra hər biri 3 cilddə tənzim olunan "Elm”, "İləl”, "Sünnə” kitablarını yazdı.”(Həmin mənbə, səh.277 )
    Etiraf etmək lazımdır ki, "Əhmədin vəfatından sonra onun məzhəbinin yayılmasının iki əsas amili olmuşdur: İbn Hənbəlin xilafət tərəfindən işgəncələrə məruz qalmasından əlavə, mötəzilə ilə müxalifətçiliyi və əshabi-hədisə tərafdar olması onun başqalarından daha artıq diqqət mərkəzində olmasına səbəb oldu. Buna görə də onun yaratdığı məktəb sünnü müsəlmanları içərisində avam kütlələr tərəfindən qəbul olundu. Sonradan Abbasi xəlifələri də bunu qəbul edərək İslam ölkələrində yaydılar. Əhmədin vəfatından sonra onun fiqhi məzhəbinin yayılmasının iki səbəbinin birincisi onun şagirdləri və tərəfdarları, digəri isə onun İslam fiqh rəvayətlərini və hədisləri ehtiva edən "Əl-Müsnəd” adlı mühüm kitabıdır.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.191  )

    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024