İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:29 AM
    ƏHMƏD İBN HƏNBƏLİN ELMİ VƏ İCTİMAİ MÖVQEYİ
    Əhməd ibn Hənbəl öz müasiri olan böyük alimlərin çoxundan bəhrələnmişdir. Əvvəldə onların bəzilərinin adını qeyd etdik. "Əhmədin, adları bundan əvvəl qeyd olunmayan ən qədim ustadlarından bəziləri: Məhəmməd ibn Həmid Yəşkuri, Ziyad ibn Əbdüllah Bəkkayi, İbadullah ibn Əvamm, Məhəmməd ibn Sübeyh ibn Səmmak və Yusif ibn Yəqub Macişun.”(Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.721 )
    Onun şagirdləri və raviləri də çoxdur. Onlardan Əhmədin fikir və əsərlərini sonrakı nəsillərə nəql edənlərdən ən mühümlərinin adlarını qeyd edirik: "Əbul Abbas Əhməd ibn Cəfər İstəxri, Əhməd ibn Əbixəsimə, Züheyr ibn Hərb, Əbuyəla Musili, Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn Həccac Məzudi, Əbu Bəkr Əsrəm, Əbul Abbas Sələb, İbrahim Hərbi, Əbu İshaq İbrahim ibn Hani Nişapuri və sair.”(Həmin mənbə)
    Əhməd ibn Hənbəl hədis elmində və bununla bağlı sair elmlərdə yüksək məqama malik idi. "Müsnəd” adlı kitabı və sair əsərlərinin araşdırılması onun bu barədəki mövqeyini göstərə bilər. Əbu Zərə Razinin yazdığına görə o, minlərlə hədis əzbərləmişdi. Əhmədin özündən də rəvayət olunur ki, o bu qədər hədisi əli ilə yazmışdı. Hələ bu, başqalarının onun üçün yazdığı hədislərdən tamamilə ayrı olan hədislərdir... Əhməd rical elminə, ravilərin tanınmasına, həmçinin hədisin səbəblərinə bələd idi. Xüsusilə onun rical elmindəki rəyləri həmişə ricalşünasların diqqət mərkəzində olmuşdur. O, qiraət elmində də dərin biliyə malik idi”(Həmin mənbə)
    Əhmədin şagirdləri və ardıcılları onun elmi məqamı və əxlaqi xüsusiyyətləri barəsində çoxlu mətləblər nəql etmişlər. Onun yaxın adamları və onunla eyni səviyyədə olan böyük dini şəxsiyyətlərdən də müxtəlif cür təriflər nəql olunmuşdur. Bu təriflərin hamısı əksər hallarda mübaliğə və şişirtmə ilə yanaşı olmuşdur. Belə ki, "Böyük İslam Enskilopediyası” kitabında bu barədə belə qeyd olunur: "Aydındır ki, bu cür hekayələrin yazılıb yayılmasında və nəql olunmasında dini məqsədlər və məzhəbi təəssüblər çox təsir qoymuşdur. Əhmədin "Möhnə” hadisəsində Quranın məxluq olmasını qəbul etmək qarşısında göstərdiyi imtina ilə əlaqədar məruz qaldığı əzab-əziyyətlər vasitəsi ilə yaranan sevimliliyi və hədis səhabələri arasında qazandığı məhəbbət təbii bir iş idi. Xüsusilə o, bəzilərinin yanında əsrlər boyu həmin ehtirama layiq görülməmişdi. Hənbəlilər onun məqam və qüdrətinə təzim etmək üçün bu cür rəvayətləri quraşdırırdılar.”(Həmin mənbə, səh.722 )
    ƏHMƏD İBN HƏNBƏLİN ETİQADLARİ
    Əhməd ibn Hənbəl barəsində müxtəlif kitablarda yaradılan təsəvvür adətən bu mehvər əsasında cərəyan edir: onu sünnəyə meyl edən, fəqahət və ictihadın əksinə olan bir mühəddis hesab etmişlər. O, rəyə istinad etməmiş, yalnız Allahın kitabına və hədislərə istinad etmişdir. Hədisə istinad edərkən çox şişirtməyə yol verdiyindən İslamın böyük şəxsiyyətlərindən bəziləri, o cümlədən, Məhəmməd ibn Cərir Təbəri, Məhəmməd ibn İshaq Ənnədim onu İslam müctehidlərindən deyil, hədis imamlarından hesab etmişlər. Amma bunu heç vaxt unutmaq olmaz ki, İbn Hənbəl heç olmazsa hədis məsələsi çərçivəsində müstəqil bir müctehid olmuş və İbn Teymiyyənin dediyinə görə böyük hədis toplumu, eləcə də ustadlarından öyrəndiyi çoxlu rəylərin arasından özü üçün xüsusi bir yol seçmişdir.(Ehsan Yarişatir, Həmin mənbə, səh.1242-1243  )
    İbn Hənbəl görkəmli bir mühəddis və əshabi-hədis təriqətinin ardıcılı kimi, Quran ayələri və Peyğəmbərə (s) mənsub edilən hədislər üçün hər hansı bir təvil (yozum) ilə müxalif idi. Rəy səhabələrinin böyükləri ilə müxalifətçilik edirdi.
    Məlum olur ki, Hənbəli məzhəbi sünnülərin sair məzhəbləri ilə, xüsusilə Maliki məzhəbi ilə müqayisədə hədis ilə əlaqədar daha ciddi təəssüblərə malik olmuşdur. Məşkur bu barədə belə yazır: "Hənbəli məzhəbi 5 prinsip üzərində möhkəmlənmişdir: 1.Allahın kitabı. 2.Sünnə. 3.Peyğəmbəri-Əkrəm (s) səhabələrinin fətvaları. 4.Allahın kitabı və sünnə ilə müvafiq olduğu təqdirdə bəzi sahabələrin sözləri. 5.Bütün mürsəl və zəif hədislər.”(Məşkur, Həmin mənbə, səh.104 )
    İbn Hənbəl Kufənin, Bağdadın, Şamın və sair İslam məntəqələrinin hədis sahabələrini münhərif və azğın adlandıranlarla düşmənçilik edir, cühəmiyyə, mötəzilə, qədəriyyə və şiələrlə daha artıq mübarizə aparırdı. Həqiqətdə Əhməd və onun etiqadiyyatı "əshabi-hədisin bu qruplarla müxalifətlərinin tarixində dönüş nöqtəsi hesab olunur.”(Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.722 )
    Əhməd Peyğəmbəri-Əkrəm (s) sünnəsinə daha artıq əhəmiyyət verirdi. Onun ideoloji əsaslarını Qurandan sonra Peyğəmbəri-Əkrəm (s) sünnəsi, səhabə və tabeinlərin sözləri hesab etmək olar. O, sünnə ilə müxalifəti bidət adlandırır. Həvayi-nəfs və bidət əhli ilə müxalifətçilik edir, kəlam elmindəki elmi mübahisələrə də qarşı çıxırdı.(Həmin mənbə )
    Əhməd ibn Hənbəlin bəzi əqidələrini "Böyük İslam Enskilopediyası” kitabından nəql edirik: "Məhəmməd ibn Himyər Əndərabinin nəql etdiyinə görə, Əhməd sünnə və cəmaət əhlindən olan möminin xüsusiyyətlərini belə dəyərləndirir ki, mömin şəxs gərək Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə iman gətirsin, ilahi peyğəmbərlərin dəvət etdikləri şeylərə inansın. Peyğəmbərin (s) bütün səhabələrinə ehtiram qoyub fəzilətlərinə inansın, onların arasında baş verən ixtilaf və münaqişələrlə əlaqədar heç bir söz deməsin, cümə və camaat namazını hər bir əmirlə – facir və günahkar olsa belə, qılsın. Mömin şəxs Quranı Allahın kəlamı və qeyri-məxluq hesab etməli və inanmalıdır ki, iman sözdən və əməldən ibarətdir, artıb azalmağa da qabildir. (Mömin) inanmalıdır ki, cənnət əhli qiyamətdə Pərvərdigarı görəcək.
    (Əhməd Müsəddəd ibn Müsərhədə yazdığı risaləsində mühüm məsələlərə işarə edir və, o cümlədən, inanırdı ki, ) rafizilər, yəni Əlini (ə) Əbubəkrdən fəzilətli hesab edənlər, eləcə də Əlinin (ə) İslamı Əbubəkrdən qabaq qəbul etdiyinə inananlar Allahın kitabı və Peyğəmbəri-Əkrəm (s) sünnəsi ilə müxalifət etmişdir... Səhabələrdən birinin digərindən üstün olmasında yalnız bunu demək olar ki, onların arasında Əbubəkr, Ömər və Osman biri digərindən sonra ən fəzilətlidirlər.” O, Həzrət Əlinin (ə) fəziləti barəsində isə sukut etmişdir. Çünki, Əbdüllah ibn Ömərdən rəvayət olunan hədisə əsasən Peyğəmbərin (s) dövründə ümmətin ən fəzilətlisi Əbubəkr, ondan sonra Ömər, ondan sonra isə Osman idi. Bu rəvayətdə Həzrət Əlinin (ə) adı çəkilməmişdir. Onun nəzərinə görə Peyğəmbəri-Əkrəm (s) sünnəsinə inanmaq müsəlmanların imamlarına itaət etməyi gərəkli edir və mömin şəxs hədis səhabələrinin tutduğu yola inanmalıdır. O, deyir: "Hər kəs xəlifə, yaxud möminlərin əmiri olsa, camaat da onun hakimiyyəti barədə yekdil fikirdə olsalar, yaxud zorla və qılınc gücünə xilafətə çatsa ümmət ona itaət etməlidir. Ona itaət etmək sünnətdir. Belə bir əmir əgər günahkar da olsa onunla çiyin-çiyinə döyüşmək və cümə namazı qılmaq lazımdır.” Əhməd təkid edirdi ki, hər kəs xəlifənin əleyhinə qiyam etsə müsəlmanların birliyini pozmuşdur və belə bir şəxs cahiliyyət ölümü ilə öləcəkdir... (Bundan əlavə) Əhməd Quranın və hədisin nəssinə xüsusi diqqət yetirir və bu xüsusda təvil və yozumu caiz hesab etmirdi...”("Böyük İslam Enskilopediyası”, səh.722-723 )
    Şübhəsiz, Əhməd dini işlərlə əlaqədar ciddi təəssübkeş və dünyəvi işlərdə isə nisbətən mülayim idi.
    İBN HƏNBƏLİN ƏSƏRLƏRİ
    Əbu Hənifənin və Şafeinin əksinə olaraq, Əhməd üsuli və fiqhi məsələlərin yazılmasını dini baxımdan caiz hesab etmir, yalnız hədis yazılmasını mübah bilirdi. Onun kitab yazılması barədə nəzəri bir o qədər də müsbət deyildi. Öz ardıcıllarını da onun fətvalarını və müxtəlif məsələlər barəsində suallara verdiyi cavabları yazmaqdan çəkindirirdi. Bununla belə hədis, əqaid, Quran və rical elmində müxtəlif əsərlər yazmışdır. Çoxları "Əhməd ibn Hənbəlin məsələləri” adı altında fiqh və əqaid məsələlərindəki fətva və rəylərini yazmışlar.(Həmin mənbə, 6-cı cild, səh.624 ) Əhmədin ən məşhur kitabı "Müsnəd” kitabıdır. İbn Cozinin dediyinə görə bu kitab otuz min hədisi əhatə edir. Əmədin özü də bu kitaba müstəsna əhəmiyyət verirdi. Əmədin çap olunan və əsas etibarı ilə öz oğlu Əbdüllahın rəvayəti əsasında yazılan əsərləri aşağıdakılardan ibarətdir:
    1.Əhkamun-nisa
    2.Əl-əsami vəl-kuna
    3.Əl-əşribə
    4.Ər-rədu ələl-cühəmiyyə
    5.Əz-zuhd
    6.Əs-səlat
    7.Əl-iləlu və mərifətür-rical
    8.Fəzailüs-səhabə
    9.Əlvərə(Həmin mənbə )
    ƏHMƏD İBN HƏNBƏLİN FİQHİ
    ƏHMƏD İBN HƏNBƏLİN ÜSULİ-FİQHİ
    Şafeinin əksinə olaraq Əhməd ibn Hənbəl üsuli-fiqh elmində heç bir kitab yazmamışdır. Ondan sonra başqa üslubda yazılan məktəbin, eləcə də başqa əsərlərinin də onun təfəkkür tərzinin dəqiq göstəricisi olmasını iddia etmək olmaz. Buna əsasən, "onun fiqhi nəzəriyyələri barədə ümumi bir görüş əldə etməyin yeganə yolu şagirdlərindən nəql olunan fikirləri təhlil etməkdir.”(Həmin mənbə, 6-cı cild, səh.728 )
    Aydındır ki, Əhmədin şagirdlərinin ondan nəql etdikləri məsələlər hənbəlilərin sonrakı nəsillərinin əsərlərində çap olunmuşdur. Əhməd ibn Hənbəldən müxtəlif məsələlər barəsində bir-biri ilə təzadlı olan rəylər nəql olunmuşdur və bu məsələ də Əhməd ibn Hənbəlin öz nəzəriyyələri ilə hənbəli fiqhi arasında gözə çarpan fərqləri göstərə bilər. Əhmədin fiqhi və Hənbəli fiqhi çərçivəsində Əbu Yəla ibn Fərra, Əbul-Xəttab Kəluzani, İbn Teymiyyə və İbn Qəyyim Coziyyə kimi alimlər təhqiqat aparmışlar. Buna baxmayaraq, Əbu Hənifə, Malik və Şafei fiqhinin əksinə olaraq Əhmədin fiqhinin əsas bünövrəsi barəsində bir neçə rəyin arasından qəbul olunası bir təhlil əldə etmək çox çətindir.(Həmin mənbə )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 671 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024