İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:26 AM

    ƏHMƏD İBN TEYMIYYƏ
    Əhməd İbn Teymiyyə hənbəli məzhəbinin fəqihi, mühəddisi və mütəkəllimi idi və hər növ azad düşüncəliklə və yenilikçiliklə mübarizəyə qalxmışdı. Onun gördüyü mürtəce fikir və tədbirlər hənbəli məzhəbinin tədrici olaraq geridə qalıb tənəzzülə uğramasına səbəb oldu. Belə ki, "Münazirati imam Fəxr Razi dər bareyi məzahibi əhli-sünnə” kitabında yazılır ki, İbn Teymiyyənin əsri "fəlsəfi təfəkkürün, məntiqi istidlalın süstlüyə və tənəzzülə uğraması, onun əsrində sünnü və ya şiə olmasından asılı olmayaraq, bütün müsəlmanların dinin zahiri mənalarına, quru maarif və məzhəbin səthi mənalarına üz gətirməsi” dövrüdür.(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.211 ) Həqiqətdə bu əsrdə "səthi təfəkkürə malik olan bəzi fəqih və mütəkəllimlər, hənbəli kimi "özlərinin xüsusi məzhəbi əqidələrini və dinlərini müdafiə etmək” adı ilə öz məzhəblərinə hərtərəfli bəraət qazandırmağa başladılar. Bu məqsədin həyata keçməsi üçün bəzi hallarda elm və fəlsəfənin əleyhinə qiyam etdilər. İbn Teymiyyə də hənbəli məzhəbində qiyam edənlərdən biri və onun müdafiəçisi kimi sair İslam məzhəbləri ilə mübarizə edirdi. O, "hənbəli əqidəsinin dirçəldilməsi” ünvanı ilə yazdığı çoxlu kitablarda öz əqidəsini bəyan etmişdir.”(Həmin mənbə, səh.148  )
    TƏRCÜMEYİ-HALI
    Təqiyuddin Əbul Abbas Əhməd ibn Şəhabuddin Əbdül Həlim ibn Məcduddin Əbdüs Salam ibn Əbdüllah ibn Əbil Qasim Məhəmməd ibn Xizr ibn Məhəmməd ibn Xizr Hərrani Dəməşqi Hənbəli 661-ci h.q il (1263-cü miladi il) rəbiyül-əvvəl ayının onunda Abbasi xillafətinin Bağdaddakı süqutundan beş il sonra Şamın Hərran məntəqəsində dünyaya gəldi.(Yaqutun dediyinə görə, Hərran şəhəri Misirin bir qəsəbəsidir və Şam-Musil-Roma yolu üzərində (kiçik Asiyada) Cülab adlı şəhərin kənarında yerləşir. Oradan Ruha (Urfe) şəhərinə qədər bir günlük, Rüqqə şəhərinə qədər isə iki günlük yoldur. Hərran hal-hazırda Türkiyənin xarabalığa dönmüş şəhərlərindəndir. Keçmiş dövrlərdə çox əzəmətli mədəniyyətə malik olan bir şəhər olmuşdur. ("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.171)  ) Bu şəhər İbn Teymiyyənin təvəllüdündən qabaqkı illərdə, eləcə də onun uşaqlıq dövrlərində həmişə monqol-tatarlar tərəfindən hücuma məruz qalırdı. Buna görə də şəhər əhalisi, o cümlədən, Əbdül Həlim (İbn Teymiyyənin atası) bu şəhəri tərk edib Dəməşqə getməyə məcbur oldu (667-ci h.q, 1269-cu miladi). Bu zaman İbn Teymiyyənin yaşı altıdan artıq deyildi.
    Onun nə üçün İbn Teymiyyə adlandırılması barəsində "Böyük İslam Enskilopediyasında” belə qeyd olunur: "VI-VII hicri (XII-XIII miladi) əsrlərində Hərran şəhərində İbn Teymiyyənin ailəsindən hənbəli məzhəbli görkəmli şəxsiyyətlər çıxmışdı. Bu sülalənin İbn Teymiyyə adı ilə məşhurlaşan ilk şəxsi Fəxrud-din Xətib Məhəmməd ibn Xizr idi (542-621-22 hicri, 1147-1225 miladi). Onun nə üçün belə adlandırılması barəsində deyilmişdir ki, onun atası, yaxud ana tərəfdən olan babası həcc səfərində Teyma adlı yerdən keçəndə gözəl bir qızı görür. O, həcc səfərindən qayıdanda öz körpə qızının Teymadakı qıza oxşadığını görüb onu Teymiyyə adlandırır. O qızın övladları da İbn Teymiyyə adı ilə məşhurlaşırlar. İbn Fəxruddin də Məcduddin İbn Teymiyyənin babasının əmisidir (590-622-ci h.q, 1194-1252-ci miladi). O, hənbəlilərin böyük fəqihlərindən olmuş və çoxlu kitab yazmışdır. Məcduddinin oğlu Şəhabuddin Əbdül Həlim (627-682-ci h.q, 1230-1283-cü miladi) Təqiyuddin İbn Teymiyyənin atasıdır ki, o da Hərranın məşhur fəqihlərindən biri – Şeyxül-bələd, o yerin xətibi və hakimi sayılırdı.”("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.171-172.  )
    İbn Teymiyyənin atası Əbdül Həlimin hənbəli əqidələri səbəb oldu ki, onun öz övladlarını Dəməşqin hənbəli mədrəsələrinə göndərsin və hənbəli fiqhini öyrənməsinə səbəb olsun. Buna əsasən, Təqiyuddin İbn Teymiyyə özünün elmi və dini məlumatlarını ilk əvvəldən Dəməşqin hənbəli alimlərinin yanında təkmilləşdirdi və tədricən o dövrdə keçirilən elmlərdən, o cümlədən, fiqh, hədis, üsul, kəlam, təfsir, fəlsəfə, riyaziyyat, coğrafiya, eləcə də sair dinlərin əqidələri, xüsusilə məsihiyyət və yəhudiyyət əqidələri barəsində məlumatlar kəsb etdi.
    "O, hənbəli fiqhində ictihad dərəcəsinə çatdı, sair fiqhi məzhəblər barəsində dərin tədqiqat və araşdırmalar apardıqdan sonra dördlük təşkil edən məzhəbin fətvaları ilə müxalif olan müəyyən fətvalar verdi və bununla da fiqhdə özünün rəy və nəzər azadlığını sübut etdi. Hələ 20 yaşına çatmamışdı ki, fətva vermək və tədris etmək məqamına çatdı və atasının 682-ci ildə vəfat etməsindən sonra 683-cü ilin əvvəllərində Səkriyyənin Darul-hədis mədrəsəsində tədrisə başladı... Onun ustadlarından İbn Əbdüd-daim Əli ibn Əhməd ibn Əbdüd-daim ibn Nemət Əl-müqəddəs əl-Hənbəlini (699-cu h.q, 1300-cü miladi), Məhəmməd ibn Əsakir (699 h.q, 1271-ci miladi), Yəhya ibn Seyrəfi (696-cı h.q), Qasim Ərbili (680-cı h.q), ibn Əbil Yüsür (672-ci h.q, 1273-cü miladi), Şəmsəddin Əbul Fərəc Əbdür-rəhman ibn Əbi Ömər Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Qüdamə Əl-Məqdisi Hənbəli (682-ci h.q)(Şəmsəddin Əbul Fərəc Əbdürrəhman ibn Məhəmməd Əhməd ibn Məhəmməd ibn Qüdamə Ali-Qüdamın ilk şəxsidir ki, 664-cü hicri-qəməri ilində (1266-cı miladi) Dəməşqdə hənbəlilərin qazül-qüzatlıq vəzifəsini öhdəsinə almışdı. O, hənbəli məzhəbinin rəyasətini və Əşrəfiyyənin "Darul-hədis” mədrəsəsinin şeyxliyini öhdəsinə almışdı. Təqiyüddin İbn Teymiyyə və Məcduddin İsmail ibn Məhəmməd Hərrani onun şagirdlərindən idi. "Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.90  ), Müslüm ibn Əllan Şəmsəddin Əbul Ğənaim Dəməşqi (680-cı h.q), İbrahim ibn Dürca (681-ci h.q), Zeynuddin ibn Münəcca Əbul Bərəkat Tənuxi Hənbəli (695-ci h.q) və başqalarının adını çəkmək olar.”(Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.172 )
    İbn Teymiyyə 682-ci ildə atasının vəfatından sonra "Səkəriyyə” mədrəsəsinin rəhbərliyini öz üzərinə götürdü və ilk dərsini 683-cü ilin məhərrəm ayının ikisində başladı. Bir il sonra, 684-cü ilin səfər ayının 10-u Əməvi məscidində Quran tədrisi və təfsirinə başladı.”(Himməti, Həmayun, "Vəhhabigəri”, səh 45-46  )
    691-ci h.q ilinin axırlarına yaxın həccə getdi və bu səfərdə "Mənasikul-həcc” kitabını yazmaq üçün lazım olan ləvazimatı özü ilə Dəməşqə gətirdi (güclü ehtimala əsasən bu kitabda həcc əməllərinin bəzi bidətlərini rədd etmişdir (692-ci h.q). "İbn Teymiyyənin siyasi həyata daxil olması ilk dəfə 693-cü ildə və Həzrət Peyğəmbəri-Əkrəmin (s) barəsində nalayiq sözlər danışmaqda müttəhim edilən isveçli Əssaf (Əssaq) adlı bir məsihi şəxsin barəsində olmuşdur ki, o, İbn Teymiyyənin göstərdiyi canfəşanlıqlar səbəbi ilə ilk dəfə olaraq Əzraviyyədə həbs edildi. Bununla əlaqədar İbn Teymiyyə özünün böyük "Əssarimul-məslulu əla şatimir-Rəsul” adlı kitabını yazdı.(Peyğəmbəri-Əkrəmi (s) müdafiə etmək məqsədi ilə qələmə alınan bu kitabın əvvəlində yazılır: "Hər kəs Peyğəmbərə (s) nalayiq söz desə öldürülməlidir, istər kafir olsun, istərsə də müsəlman.” Bu kitabda elə mətləblər vardır ki, həm özünün, həm də vəhhabilərin əqidələri ilə aşkar təzad təşkil edir və onlara heç cür bəraət qazandırıla bilməz. Nümunə olaraq, o kitabın 93-cü səhifəsində qeyd olunur ki, "Peyğəmbərə (s), vəfatından sonra, onun sağlığında olduğundan daha artıq ehtiram qoyulmalıdır.” Halbuki, İbn Teymiyyənin özü və onun ideoloji şagirdi Məhəmməd ibn Əbdül-Vəhhab Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün gedilən səfəri günah səfəri sayır və o Həzrətin (s) qəbrinin kənarında namaz qılmağı bütpərəstlik adlandırır! Məhəmməd ibn Əbdül-Vəhhab həyasızcasına, aşkar şəkildə deyir: "Mənim əlimdəki bu əsa Məhəmməddən (s) yaxşıdır! Çünki o, ölmüşdür və heç bir tə`siri yoxdur, lakin mənim bu əsam indi faydalıdır, indi ondan istifadə edə bilirəm!” Doğrusu, görəsən insan bu cür təzadları necə yoza bilər?! (Doktor Həmayün Himmətinin yazdığı "Vəhhabigəri” kitabından, 115-ci, səhifəsinin vərəqaltı haşiyəsi)”.  )
    İbn Teymiyyə Zeynuddin ibn Münəccanın vəfatından sonra onun yernə keçərək Dəməşqin "Əl-Hənbəliyyə” mədrəsəsində tədris kürsüsünə əyləşdi öz dərslərini İmad ibn Münəccanın həlqəsində Şəmsuddin Fəxr Bəəlbəkkiyə həvalə etdi (17 şəban 695-ci h.q). O, (Misirin hakimi) "Məlik Mənsur Lacinin hakimiyyəti dövründə Misir hakimi tərəfindən tapşırıq aldı ki, sultanın Kiçik Ermənistana qoşun yeritdiyi zaman müsəlmanları cihada təşviq etsin.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.46 ) Bu qoşun yeritmənin ardınca Kiçik Ermənistanın istehkamlarından bəziləri Misir ordusunun əlinə keçdi.
    Əhməd İbn Teymiyyə 698-ci ilə qədər Dəməşqdə qaldı və bir hənbəli ruhanisi kimi yaşadı. Onun haqq yoldan sapması ilk dəfə olaraq bu ildə baş verdi. Ayətullah Cəfər Sübhani bu barəda belə yazır:
    "...Amma bu ildə Humat əhalisi (Suriyanın şəhərlərindən biridir) ondan kəlam məsələləri barəsində soruşduğu sualların cavabını "Kitabul-əqidətil-həməviyyətil-kubra” adlı bir risalədə yazdı. O, bu risalədə Əşərinin kəlam məzhəbini tənqid etmiş və aşkar şəkildə Allah üçün istiqamət və cəhət olduğunu demiş, Onu cisim hesab etməsini işarə ilə başa salmışdır.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.20  ) Halbuki, Qurani-kərimdə Allah-təala hər növ cisim və cisim olmaqdan, eləcə də məxluqata hər növ oxşarlıqdan uzaq hesab edilərək buyurur: "Ləysə kəmislihi şəyun – Onun oxşarı və misli olacaq bir şey yoxdur.”
    Əşərinin kəlam məzhəbini tənqid etmə məqamında olan bu kitabın yazılmasının ardınca böyük bir iğtişaş yarandı.(Həqiqətdə bundan əvvəl Əbul Həsən Əş`ərinin şəxsi fikirlərə meyl üslubu Əhməd ibn Hənbəli özü üçün yaratdığı məqamdan aşağı salmışdı. Lakin 8-ci hicri əsrində Əhməd İbn Teymiyyə bir daha Əhməd ibn Hənbəlin əqidələrini və sələfəlik məktəbini onun dövründə mövcud olan məfhumla irəli çəkdi və diqət mərkəzində saxladı. )Müxalifləri onu Allahı (məxluqata) bənzətməkdə müttəhim edirdi. O da Dəməşqin hənəfi qazisi Cəllaləddin Əhməd ibn Həssan ibn Ənuşirəvan Razinin hüzurunda (745-ci h.q, 1344-cü miladi) qazinin sultan tərəfindən əqidəvi məsələləri araşdırmaq üçün təyin olunmamasını bəhanə edərək onun hüzuruna getməkdən imtina etdi. "O dövrdə Dəməşqin ən nüfuzlu hakimi olan Əmir Seyfuddin Cağan İbn Teymiyyənin tərəfini saxladı və şəhərdə onun iğtişaş yaradan müxaliflərini döyüb fitnəni yatırtdı.”("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.172) Nəhayət, onunla hənəfi qazisi və şafei qazisinin (İmamuddin Ömər ibn Əbdürrəhman Qəzvininin) arasında olan məclisdə Əmir Seyfuddin İbn Teymiyyəni müdafiə etdiyinə görə onun əleyhinə daha artıq maneələr yaradıldı.
    699-cu hicri ilində (1299-cu miladi) Qazan Xan (İranda Elxan Monqol) Şamı ələ keçirmək üçün qoşun yeritdi və (Misir padşahı) Məlik Nasir Qəlavunu məğlub etdikdən sonra) Dəməşqin əhalisi ciddi təhlükə hiss etilər. Bu zaman İbn Teymiyyə onları müqavimət göstərməyə təşviq edənlər sırasında idi. Lakin Dəməşq şəhəri monqollar tərəfindən kütləvi qırğına məruz qaldı.
    Bunlardan əlavə, İbn Teymiyyə 699-cu h.q ilinin şəvval ayının 20-də franklara və monqollara kömək etməkdə ihtiham olunan Kəsravan şiələrinin əleyhinə qoşun yeridilməsində iştirak etdi. 700-cü h.q ilində Şam bir daha monqollar tərəfindən təhdid olunmağa başladı. "İbn Teymiyyəyə tapşırıq verildi ki, camaatı cihada təşviq etsin. O, 700-cü h.q ilinin camadiyül-əvvəl ayında Qahirəyə getdi ki, sultan Məmluk Məhəmməd ibn Qəlavundan Şamın işlərinə müdaxilə etməsini istəsin. İbn Teymiyyə monqolların yenidən hücumu ərəfəsində, yəni 702-ci ilin Ramazan ayının 4-də Şəqhəbin fəthində iştirak etdi. Bu müharibədə İbn Teymiyyəyə əmr olunmuşdu ki, fətva verərək mücahidləri oruc tutmaqdan azad etsin.”(Himməti, Həmayun, "Vəhhabigəri”, səh.47 )
    Bundan sonrakı illər İbn Teymiyyə üçün ağır mübahisələr dövrü olmuşdu. Belə ki, 704-cü ilin rəcəb ayında İbrahim Qəttan adlı bir şəxslə (o həşişdən istifadə etməkdə mühtəhim olunurdu), eləcə də yuxu təbiri və başqa şeylərlə mühtəhim olunan Şeyx Məhəmməd Xəbbaz Bəlasi ilə (İbn Teymiyyənin nəzərinə əsasən yuxu yozumunun heç bir elmi əsası yoxdur) münaqişəsi başladı və onlara bu işləri qadağan etdilər.
    Bundan sonra 704-cü h.q ilində Dəməşqin müsəllasının yaxınlığında yerləşən "Narənc” (yaxud "Tarix”) məscidinə getdi və üstündə həzrət Peyğəmbərin (s) ayaq izləri olan və camaatın təbərrük etdiyi bir daşı sındırdı və dedi ki, ona təbərrük etmək və öpmək caiz deyildir!”[("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.173 )
    İbn Teymiyyənin bu düşüncə tərzində və fikirlərində dərindən diqqət yetirməklə məlum olur ki, onun fikrindəki təəssüb və donuşluq bütün əsər və fikirlərinə hakim kəsilmiş və bu da camaatın etiqadlarından çoxu, xüsusilə şiələrin etiqadı ilə müxalifətə qalxmasına səbəb olmuşdur. O, yaranan hər bir fürsətdən onlara zərbə vurmaq üçün istifadə edirdi. Belə aydın olur ki, İbn Teymiyyənin öz nəzər və təfəkkürlərini məhz Dəməşqdə irəli çəkməsinin dəlillərindən biri də budur ki, onun şiələrlə çoxdan bəri yaxşı münasibəti yox idi (Dəməşq əhalisinin dini keçmişlərinə diqqət yetirməklə məlum olur ki, onların İslam barəsində kifayət qədər məlumatları yox idi və həqiqi İslamın əsl varislərini tanımırdılar). Buna görə də "704-cü ilin axırlarında Kəsrəvan rafizilərinin əleyhinə yeridilən qoşunlarda(Qeyd olunmalıdır ki, hənbəlilər şiələri Rafizi, yə`ni dindən xaric olan, kafir və müşrük hesab edirlər. Buradan da İbn Teymiyyənin əqidəvi ardıcılları olan vəhhabilərin şiəçiliklə qəddar düşmən olmasının səbəbi aydın olur. Məhəmməd ibn Əbdül-Vəhhab da vəhhabiyyətin banisi kimi şiəliyi rədd etmək üçün "Ərrəddu ələl-Rafizəti” adlı bir kitab yazmışdır. ) iştirak etdi və Dəməşqə qayıdarkən rəisləri monqolları himayə etməklə mühttəhim olunan Əhmədiyyə Rəfaiyyə firqəsinə həmlə etdi.”(Əhmədiyyə firqəsinin qəribə nümayişləri vardır. Onlar odun içinə girir, ilan əti yeyirdilər. İbn Teymiyyə inanırdı ki, onların işləri Kitab və sünnə ilə müxalifdir. Nəhayət onları gördükləri işdən çəkindirdi. ("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.174) Amma yuxarıda qeyd olundu ki, İbn Teymiyyə (o zamanda münasib şəraitin olduğuna görə) öz müxaliflərini monqolları himayə edib və havadarlıq etməsi damğası ilə öz yolu üzərindən götürürdü. Bu ittihamla müttəhim olunan qruplardan biri də Şeyx Əhməd ibn Rəfainin ardıcılları olan Əhmədiyyə firqəsi idi. İbn Teymiyyə onları rədd etmək üçün "Münaziratu İbn Teymiyyə əl-ələniyyətid-dücacilətil-bətaihiyyətir-rəfaiyyə” adlı kitab yazaraq onları rəfahiyyə və bətahiyyə adlandırmışdı. (Həmin mənbə, səh.47-48)  )
    Qeyd olunmalıdır ki, bu dövrdə İbn Teymiyyə öz müxaliflərinə "monqollarla həmkarlıq” damğası vuraraq onları öz yolu üzərindən götürür, onlarla son dərəcə kobud rəftar edərək acı sözlər deyirdi. İbn Teymiyyənin əqidələrinə qarşı çıxmağa və onun həbs edilməsinə səbəb onun 703-cü ildə gördüyü tədbirlər olmuşdu. O, bu ildə Mühyiddin Ərəbini söyüb lənətləməyə başladı, onun yazdığı "Füsusül-hikəm” kitabını öz əqidələri ilə müxalif hesab etdi və ibn Ərəbinin ardıcılları olan firqələrlə mübarizəyə qalxdı. Misir sultanının canişini Əmir Bibris ona çox əqidə bağladığı Şeyx Əbul Fəth Nəsr ibn Süleyman Mənbəci Məqri və Qahirədə Şeyx Kərumiddin, Şeyx Xaniqah Səidus-Süəada Mühyiddin Ərəbinin ardıcıllarından və kəskin pərəstişkarlarından idi. İbn Teymiyyə onlara bir məktub yazaraq ibn Ərəbini çox məzəmmət etmişdi. "Nəsr Mənbəci bu məktubdan qəzəbləndi, Əmir Bibris Caşəngirin yanında malik olduğu ehtiram və hörmətə görə Qahirədə (malikilərin qazisi) qazi Zeynuddin Əli ibn Məxluf ibn Nahiz Malikini vadar etdi ki, Bibrisdən istəsin ki, İbn Teymiyyəni Misirə çağırıb onu mühakimə etsin, tövbə etdirib öz puç əqidəsindən dönməyə məcbur etsin.”("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.174 )
    Bundan əlavə, İbn Teymiyyənin 705-ci h.q ilində yazdığı "Əl-əqidətul-vasitiyyə” kitabı onun mühakimə edilib əqidəsinin qarşısının alınmasının digər bir səbəbi idi. "Bu məsələnin araşdırılması üçün Dəməşqin hakimi Əfrumun vasitəsilə 705-ci ilinin 8 və 12 rəcəb tarixində Misirdə bir məclis təşkil olundu. Fəxruddin Razinin şagirdlərindən olan Səfuyiddin Hindinin(Səfuyiddin Hindi (644-715) imam Əbul Həsən Əş`ərinin məzhəbi barəsində ən bilikli adam idi. O, 705-ci hicri ilində Darus-səadətdə İbn Teymiyyə ilə elmi mübahisəyə başlayan ilk şəxs idi. ("Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.36)  )də iştirak etdiyi ikinci məclis(İbn Teymiyyənin "Vasitiyyə” adlı kitabında aləmdə feyz vasitəsi olan fikirləri araşdırır. Vəhhabilərin də əqidələri belədir. Onlar da Allah ilə bəndələr arasında vasitə və ya vasitələrin olduğuna inancı küfr, şirk və bütpərəstlik hesab edirlər. (Himməti, "Vəhhabigəri” kitabının 116-117-ci səhifələrinin vərəqaltı haşiyəsi. )   ) belə nəzər verdi ki, vasitiyyə əqidəsində Quran və sünnəyə müxalif bir mətləb yoxdur. Zahirən bu iş sona çatdırılmışdı. Lakin Mahmud İsfəhaninin şagirdi, şafei qazisi İbn Sərsəri bu işə yenidən baxılmasını tələb etdi və İbn Teymiyyənin şagirdlərindən bir neçəsinə şallaq vurdurub Mühəddis Mizzini zindana saldırdı. Bu işə yenidən baxılmaq üçün təşkil olunan digər bir məclis də 705-ci ilin şəban ayının 7-də sultanın əmri ilə və hakimin qərargahında təşkil edildi. Bu məclisdə vasitiyyə əqidəsi məhkum olunmadı və ibn Sərsəri öz işindən istefa verdi.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.48 )Bu zaman Misirə belə bir xəbər çatdı ki, "Dəməşqin səltənət müşaviri elan etmişdir ki, hər kəs İbn Teymiyyənin əqidəsi barəsində bir söz desə, edam olunacaqdır. Sonra qazi Şəmsuddin ibn Ədlan Kənani Misri (şafeilərin mötəbər və tanınmış qazisi) qəzəbləndi və qazi Əli ibn Məxlufla birlikdə İbn Teymiyyənin əleyhinə qiyam etdi.”("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.174 ) Nəhayət, İbn Teymiyyəni və İbn Sərsərini Qahirəyə çağırdılar. 705-ci ilin Ramazan ayının 23-də (1305-ci miladi, aprel ayı) Qahirənin Cədəl adlı qalasında qazi başçılarının (Misrin dörd qazil-qüzatının), fəqihlərin və böyük dövlət işçilərinin iştirakı ilə məhkəmə təşkil olundu və İbn Teymiyyə özünün təşbih və təcəssüm əqidəsinə görə zindana məhkum edildi. Həmçinin, Dəməşqin Came məscidində qiraət olunmaq üçün bir məktub da yazıldı. Bu məktubda İbn Teymiyyə Allahı cisim bilmək, Allahın yuxarıda olmasına inanmaq, eləcə də Quranın səs və hərfdən ibarət olması, onun qədim olması əqidəsilə müttəhim edildi və belə hökm çıxarıldı ki, əgər hənbəlilər bu əqidədən əl çəkməsələr öz məqamlarından kənar edilməlidirlər.
    İbn Teymiyyə 707-ci h.q ilinin rəbiyül-əvvəl ayının 26-a qədər (təqribən bir il yarım) Qahirənin "Ərk” zindanında həbsdə qaldı. Sonra o, Bibrəs Caşəngirin rəqibi Əmir Səlların və bədəvi əmir Mühənna ibn İsanın vasitəçiliyi ilə azad edildi və məlum olmayan tarixdə "Əl-əqidətut-tədəmmuriyyə” adlı kitabını onların adına yazdı.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.48 )
    İbn Teymiyyənin həbsdən azad olunmasına baxmayaraq Dəməşqə qayıtmağa haqqı yox idi. O, öz gümanı əsasında hər bir bidəti məhkum edir, bidətçini zındıq və dinsiz sayırdı. Buna görə də Misirin ən nüfuzlu sufiləri olan ibn Ətaullah (o, Əbul Həsən Mursinin şagirdi idi) və Kərumiddin Amuli ("Darus-səidis-süəda”nın rəisi) çəkişməyə başladı. Bunun ardınca 707-ci ilin şəvval ayında camaatın ümumi iğtişaşının ardınca onu şafei qazisi Bədruddin ibn Cəmaətin hüzuruna çağırdılar. Qazi ondan istədi ki, özünün təvəssül və istiğasə (Peyğəmbəri (s) və yaxud hər hansı bir övliyanı köməyə çağırma) barəsindəki nəzərini desin. Daha sonra Şama qayıtmasına icazə almasına baxmayaraq İbn Teymiyyəni Qahirənin qazilər zindanında bir neçə ay həbsdə saxladılar.
    Cənab Himməti yuxarıdakı mətləbə işarə edərək yazır: "707-ci ildə Bibris Caşəngirin qüdrətə və hakimiyyətə çatması ilə eyni zamanda İbn Teymiyyənin əzab-əziyyətləri və işgəncələri yenidən başlandı. 709-cu ilin səfər ayının axır gecəsində onu ciddi nəzarət altında İsgəndəriyyəyə apardılar və orada da onu nəzarət altında saxladılar... Səltənət qəsrində həbsdə olduğu yeddi ay ərzində Misirdən keçən məğriblilərin çoxu onun görüşünə gəlirdilər. Bu müddət ərzində bir neçə mühüm kitab yazmışdı ki, onlardan "Ər-rəddu ələl-məntiqiyyin” kitabını qeyd etmək olar.
    709-cu h.q ilinin şəvval ayının əvvəlində yenidən Məhəmməd ibn Qəlavun hakimiyyətə gəldi. O, İbn Teymiyyəni həbsdən azad etdi və Qahirədə öz hüzuruna qəbul etdi. İbn Teymiyyə təqribən 3 il ərzində o şəhərdə qaldı. Məhəmməd ibn Qəlavun (Əl-məlikün-Nasir) Şamla əlaqədar məsələlərdə bəzən onunla məşvərət edirdi. Bu müddət ərzində İbn Teymiyyə xüsusi şəkildə dərs verir və ondan soruşulan müxtəlif suallara cavab verirdi. Həmin dövrdə özünün məhkəmə işləri ilə əlaqədar olan "Kitabus-siyasətiş-şəriyyə” kitabını təkmilləşdirməyə başladı... Qısa müddət ərzində aradan gedən monqolların yeni təhdidləri İbn Teymiyyəni Dəməşqə çəkdi (712-ci h.q). Əl-məlukun-Nasir 713-cü ilin məhərrəm ayının 11-də həcc səfərindən qayıdanda bu şəhərin maddi və idari qurumunu yeniləşdirmək üçün müəyyən tədbirlər gördü. Bundan əlavə, 712-ci ilin rəbiüs-sani ayında Əmir Tənkəz bu şəhərə hakim təyin edildi. İbn Teymiyyə mədrəsənin rəyasəti məqamına təyin olundu. Havadarları ona müstəqil bir müctəhid gözü ilə baxırdılar. Bu dövrdə onun ən fəal şagirdi olan İbn Qəyyim Covziyyə onun fikir və əqidələrinin yayılmasında çox ciddiyyət göstərdi və nəticədə öz ustadı kimi giriftarçılığa düçar oldu. Təqribən 716-cı h.q ilinin axırlarında İbn Teymiyyə "Minhacüs-sünnətin-Nəbəviyyə” kitabını yazaraq(İbn Teymiyyə "Minhacüs-sünnə” kitabını Əllamə Hillinin yazdığı "Minhacül-kəramə” kitabını rədd etmək üçün yazmışdır. Vəhhabilərin əndişə və tə`limlərinin əsil mənbəyi də məhz həmin kitabdır. Xüsusilə onda təvəssül, şəfaət, ziyarət, dua və sair kimi məsələlər barəsində söhbət gedir və bu da İbn Teymiyyənin fiqhindən əxz olunmuşdur. (Doktor Himmətinin "Vəhhabigəri” kitabının 119-cu səhifəsinin vərəqaltı haşiyəsindən)  ) "bu kitabda Əllamə Hilliyə həmlə etdi. Bununla belə, onun azadlıq dövrü gəlib çatdı, 718-ci h.q ilində sultandan bir fərman gəldi. Bu fərman İbn Teymiyyəni hənbəli məzhəbindəki etiqadlarla müxalif olan təlaq barəsində hər növ fətva verməkdən çəkindirirdi. İbn Teymiyyəyə irad tuturdular ki, o bir məclisdə üç təlaqın səhih olmağını inkar edir və onunla təlaq vermək qəsdi ilə yanaşı olmadığı halda təlağa dair and içməyi mötəbər saymırdı. Bu xüsusda Tənkəzin rəyasəti ilə 718-719-cu illərdə iki məhkəmə məclisi təşkil olundu. Üçüncü məclis 720-ci il rəcəb ayının 20-də təşkil olundu və İbn Teymiyyə sultanın əmr və fərmanlarına itaət etməməkdə müttəhim olunaraq həbsə məhkum edildi. Məmurlar dərhal İbn Teymiyyəni tutaraq Dəməşqin "Ərk” zindanına saldılar. Orada 5 aydan çox qaldı, məhərrəmin 10-da Məlik Nasirin fərmanı ilə azad edildi. 726-cı il şəban ayının 16-da heç bir məhkəmə hökmü olmadan İbn Teymiyyə bir daha tutuldu və sultanın "Əməvi” məscidində hamı üçün oxunan əmri əsasında fətva vermək səlahiyyətindən məhrum edildi. Onun yazdığı "Ziyarətül-qubur” kitabına irad tuturdular. Çünki, o bu kitabda ilahi övliyaları müqəddəs saymağı haram bir iş hesab etmişdi. Onunla yanaşı şagirdlərindən də bir neçəsini zindana saldılar. Lakin İbn Qəyyim Covziyyədən başqa onların hamısı az bir müddətdən sonra azad edildilər...”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.49 )
    Cənab Fəzai İbn Teymiyyənin Dəməşqin hakiminin əli ilə zindana salınmasının səbəbini belə bəyan edir: "İbn Teymiyyə müsəlmanların, eləcə də öz havadarlarının və şagirdlərinin arasında malik olduğu elmi şöhrətə görə özünə çoxlu tərəfdar toplaya bilmişdi. Həmçinin, mövcud siyasətə və məzhəbi əqidələrə qarşı etirazlı və tənqidçi fikirlərə malik olduğuna görə Dəməşqin hakimi onun özündən, həmçinin ardıcıllarının və etirazçı fikirlərinin çoxluğundan qorxurdu. Buna görə də ona əzab-əziyyət verib ağır təzyiqlərə məruz qoydu. Sonra da bir müddət onu həbs edib Dəməşqin zindanına saldı...”(Fəzai, "Təhqiq dər tarix və fəlsəfe məzhəbi əhli sünnə” )
    "Böyük İslam Enskilopediyası”nda qeyd olunanlara əsasən, "bu dövrdə İbn Teymiyyənin zindana salınmasının əsas səbəbi onun şagirdi İbn Qəyyim Covziyyə və onun öz ustadından öyrəndiyi fikir və düşüncələri idi. Məqrizinin yazdığına görə "sultanın fərman verməsinin səbəbi bu idi ki, İbn Teymiyyənin tanınmış şagirdi olan Şəmsəddin İbn Qəyyim Covziyyə Qüds şəhərində şəfaət və peyğəmbərlərə təvəssül məsələsi barəsində danışmışdı. Yəni ustadı İbn Teymiyyənin fətvasına əsasən onu caiz hesab etdi və o Həzrətin (s) məscidini nəzərə almadan sadəcə o Həzrətin (s) qəbrinə üz gətirməyi inkar etdi. Beytül-müqəddəsin əhalisi bu fətvadan narahat oldular və Dəməşqin qazil-qüzatı Cəlaləddin Məhəmməd Qəzviniyə məktub yazdılar. Bu xəbər sultan Məlik Nasir ibn Qəlavuna çatdı. O da məsələni hənəfilərin qazil-qüzatı Şəmsuddin Məhmməd ibn Osman Həriri Hənəfiyəyə göndərdi. Qazil-qüzat Hənəfi də İbn Teymiyyəni bərk məzəmmət etdi və Məlik Nasir də onun tutulub zindana salınmasına dair hökm verdi.
    İbn Rəcəb "Təqabatul–hənabilə” adlı kitabında qeyd edir ki, Misirdə həva-həvəs (nəfsani istəklər) əhlindən 18 nəfər İbn Teymiyyənin əleyhinə fətva verdilər. Onların da başında maliki qazil-qüzatı Təqiyuddin Məhəmməd ibn Əbubəkr ibn İsa ibn Bədran Əqnai (750-ci h.q, 1349-cu miladi) idi. Misirin dörd məzhəbinin hər birinin qazisi də onun həbs olunmasına dair fətva verdi.”(Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.176 )
    İbn Teymiyyə 728-ci ilə qədər Dəməşq zindanında qaldı və elə orada da kitab yazıb fətva verməsini davam etdirdi. O, üsuli-fiqh barəsindəki "Məaricül-vüsul”, eləcə də "Rəful-məlam” və "Ər-rəddü ələl-əfnai” kitablarını bu dövrdə yazmışdı. Onun bu dövrdəki ən qatı müxaliflərindən biri Qahirədə maliki qazil-qüzatı Təqiyüddin Əfnai və Dəməşqdə şafei qazil-qüzatı Əlauddin Qunəvi (İbn Ərəbinin şagirdlərindəndir) idi. "Əfnai sultana şikayət etdi. Sultanın fərmanı ilə İbn Teymiyyəni 728-ci hicri ili camadiyül-axır ayının 9-da kitab, kağız və qələmdən məhrum etdilər.” Beş aydan sonra, zil-qədə ayının 20-də İbn Teymiyyə "Ərk” zindanında öldü və böyük bir kütlə tərəfindən Dəməşqin "Sufiyyə” qəbristanlığında dəfn edildi”.(Himməti Həmayun, "Vəhhabigəri”, səh.52 )
    Cənab Fəqihi İbn Teymiyyənin ölümü barəsində belə yazır: "...İbn Teymiyyənin dəfn mərasimində iştirak edənlərin sayını iki yüz min nəfər qeyd etmişlər. Bəziləri onun meyyit qüslunun suyunu təbərrük olaraq içir, ona aid olan hər bir şeyə ehtiram göstərirdilər. Bununla da demək olar ki, İbn Teymiyyənin tərəfdarlarından bir qrupu Şamda qaldı. Məhəmməd ibn Əbdül-Vəhhabın dövrünə qədər də onun ardıcılları Şamda olmuşlar. Ehtimal üzrə Məhəmməd ibn Əbdül-Vəhhab öz əqidələrini ondan əxz etmişdir.”(Fəqihi, Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.28-29  )
    İbn Teymiyyənin tərcümeyi-halını şərh edərkən onun öz rəy və əqidəsində müəyyən ardıcıllıq görürük. Eyni halda, bunlar onun sözlərinin düzgün olmasına dəlalət etmir, əksinə, onun bütün İslam alimləri və dördlük təşkil edən sünnü məzhəbinin alimləri qarşısında inadkarlığını göstərir. Belə ki, o, danışıqda kobud, acıdilli olduğuna görə onun məktəbi çox da rəvac tapmamışdı. Onun ölümü ilə də məzhəbi süquta doğru sürüklənirdi. Baxmayaraq ki, onun məşhur şagirdləri, o cümlədən, İbn Qəyyim Covziyyə və ondan sonra İbn Kəsir bu məzhəbi yaymağa başladılar. Lakin bu barədə nəzərə çarpacaq dərəcədə müvəffəqiyyət qazana bilmədilər. Nəhayət, hicrətin XII əsrində Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin sərt və təəssübkeşlik əsasında olan düşüncələrini və rəylərini bir daha dirçəltdi.
    İBN TEYMIYYƏNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ
    İbn Teymiyyə kəlam, fiqh, irfan və s. kimi müxtəlif məsələlər barəsində özünün xüsusi əqidələrini izhar etdiyinə və İslam aləminin görkəmli şəxsiyyətləri qarşısında sərt mövqe tutduğuna görə həmin dövrlərdə özünə həm çoxlu müxalif, həm də mürid qazana bilmişdi. Onun müxaliflərindən aşağıdakıların adlarını qeyd etmək olar:
    Onunla müasir olan zahid və fəqihlərdən Nəsr ibn Salman ibn Ömər Münbəhini (719-cu h.q.; 1319 miladi), təəssübkeş və səthi görüşlü şəxslərdən Nuriddin Əli ibn Yəqub ibn Cəbrəil Bikri Şafei (724-cü h.q.; 1324 miladi), sufilərin böyüklərindən olan Tacuddin Əbül-fəzl Əhməd ibn Məhəmməd ibn Əbdül-kərim İskəndərani Şazli (709-cu h.q.; 1309-cu miladi), Əbdül-Kərim Kərimuddin Əbulqasim ibn Əbdüllah Amuli Təbəri (710-cu h.q), "İbn Cümlə” adı ilə məşhur olan Cəmaluddin Əbul Məhasin Yusif ibn İbrahim Şafei Hövrani (O, Dəməşqdə şafeilərin qazisi idi və camaatın qorxusundan İbn Teymiyyənin dəfn mərasimində iştirak etmədi və özünü gizlətdi) İbn Zəmləkani adı ilə məşhur olan Kəmaluddin Əbul-məali Məhəmməd ibn Əli ibn Əbdül Vahid Ənsari (727-ci h.q.; 1327 miladi).(Kəmaluddin Zəmləkani 705-ci hicri ilində İbn Teymiyyə ilə elmi mübahisəyə başlayan ikinci şəxsdir. O "Əddürrətül-müfsiyə fir-rəddi əla İbn Teymiyyə” adlı kitabının müəllifidir.  ) O, əvvəlcə İbn Teymiyyənin havadarlarından idi; Öz dövrünün böyük hədis, təfsir və nəhv alimlərindən olan Əbu Həyyan Məhəmməd ibn Yusif ibn Əli ibn Yusif Əndəlusi Nəhvi (745 h.q.; 1344 miladi). O da əvvəllər İbn Teymiyyəyə hörmət göstərirdi. Lakin sonralar İbn Teymiyyə, Sibəveyhə irad tutduğuna görə onların əlaqələri gərginləşdi. Təqiyuddin Əli ibn Əbdüllah Kafi Səbki (683-756 h.q.; 1284-1355 miladi). O "Təbəqatuş-Şafeiyyə” adlı kitabının müəllifi Tacuddin Səbkinin atasıdır. Belə ki, o, İbn Teymiyyənin nəzəriyyələrini rədd etmək üçün bir neçə kitab yazmışdır. O cümlədən: "Əd-dürrətül-muziqiyyiqətu fir-rəddi əla İbn Teymiyyə”, "Nəqdul-ictimai vəl-iftiraqi fi məsailil-imani vət-təlaqi vən-nəzərul-mühəqqəqi fil-həlfi bit-təlaqil-müəlləq” (İbn Teymiyyənin şagirdlərindən olan İbn Qudamə Məqdisi (744 h.q) Səbkinin sözlərini rədd etmək üçün kitab yazmışdı). Onun digər müxaliflərindən İbn Cüheyl adı ilə məşhur olan Şahabuddin Əhməd ibn Yəhya Kilabidir (733 h.q). O da İbn Teymiyyəni rədd etmək üçün bir risalə yazaraq orada Allah-təalanın hər hansı cəhətə malik olmasını inkar etmişdir.("Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.177 ) Onun müxaliflərindən biri də 705-ci ildə ilk dəfə İbn Teymiyyə ilə elmi mübahisəyə başlayan Səfiyuddin Hindidir (644-715). Əbu Bəkr Həsəni Dəməşqi (829 h.q) də İbn Teymiyyə barəsində yazır: "İbn Teymiyyənin sözlərinə nəzər saldıqda hiss etdik ki, o, batilə meyl edir. Mütəşabih ayələrə istinad edərək fitnə-fəsad törətmək istəyir. Onun kitablarında elə şeylərə rast gəldik ki, dil onları bəyan etməyə, barmaq onları yazmağa həya edir.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.42 )
    İbn Teymiyyənin müdafiəçilərindən aşağıdakı şəxslərin adını qeyd etmək olar:
    "Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir (744 h.q). O, öz kitabının hər yerində irəli gələn hər bir münasibətlə əlaqədar İbn Teymiyyəni müdafiə edərək tərifləmişdir... O, İbn Teymiyyənin müasiri olmaqla həmin əsrin böyük alimlərindən biri idi və onu müdafiə etdiyinə görə çoxlu əzab-əziyyətlərə qatlaşmışdır. Onun digər bir müridi "Təhzibul-kəlam” kitabının müəllifi (bu kitab sünnülərin rical kitablarının ən mötəbəridir), məşhur hafiz və mühəddis Əbul-Həccac Məzidir ki, 742-ci ildə vəfat etmişdir. Onun məşhur şagirdlərindən biri Əhməd ibn Məhəmməd Məzi Ləbli Hənbəlidir ki, İbn Həcərin dediyinə görə əvvəllər İbn Teymiyyənin müxaliflərindən idi. Lakin onunla görüşdükdən sonra onun yaxın dostlarından və şagirdlərindən biri oldu, onun kitablarını yazmağa başladı və onu müdafiə etmək üçün çoxlu israr etdi, sufilərin rədd edilməsində və ziyarət məsələsində onu şiddətlə müdafiə etdi. Nəhayət, sufilər qiyam edərək onu öldürmək qərarına gəldilər... Amma, şübhəsiz, İbn Teymiyyənin ən böyük şagirdi və müdafiəçisi İbn Qəyyim Covziyyə adı ilə məşhur olan Şəmsuddin Məhəmməd ibn Əbi Bəkr ibn Əyyubdur (691-751 h.q.; 1292-1350 miladi). Özünün bütün sözlərində və əqidəsində İbn Teymiyyənin mütləq şəkildə himayəçisi və ardıcılı idi. Belə ki, onun əqidələrinin həm onun həyatında, həm də ölümündən sonra nəşr olunub yayılmasını öz öhdəsinə almışdı. Buna görə ona şallaq vurulmuş, dəvəyə mindirilərək şəhərlərdə gəzdirilmişdir. O, İbn Teymiyyə ilə birlikdə Dəməşq qalasında həbs edilmişdi. O, 712-ci h.q ilindən (1312 miladi) İbn Teymiyyənin öldüyü vaxta qədər həmişə onunla yanaşı olmuş və onun müxalifləri ilə, o cümlədən, Təqiyuddin Səbki ilə mübarizə aparmışdır.(Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.177-178 )
    İbn Teymiyyənin müəyyən qədər müxalif və tərəfdarları olmasına baxmayaraq, müvafiqləri onu tərifləməkdə həddi aşmışlar. Nümunə üçün "Nəzəriyyatu şeyxül-İslam İbn Teymiyyə fis-siyasəti vəl-ictima” adlı kitabın müəllifi Hanri Laost onu "İslamın böyük mücahidlərindən biri” adlandıraraq, onun monqollar qarşısında İslamı müdafiə edib müqavimət göstərməsini tərifləmişdir.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.53 ) Bunun əvəzində də müxalifləri onun yaratdığı batil fikirləri, bidətləri və ideoloji azğınlıqları tənqid atəşinə tutaraq onu məzəmmət etmişlər. Amma şübhəsiz, Əhməd İbn Teymiyyə hənbəli mütəkəllimi, mühəddisi və fəqihi kimi tanınmış, "yenilikçiliyə və azad düşüncəyə qarşı qiyam etmiş, həm hənbəli firqəsi, həm sair məktəblər barəsində müxtəlif kitablar yazmışdır.”(Çahardəhi Nuriddin, "Vəhhabiyyət və rişehayi an”, sazimani çap və intişati fəthi, Tehran, payız 1363, 1-ci çap, səh.27 ) Dehxudanın dediyinə görə(Dehxuda Əli, "Lüğətnamə”, səh.297 ) o, sələfilikdən başqa bütün İslam firqələri ilə, əşairələrlə, filosoflarla, sufilərlə mübarizə aparmış və hamısını batil hesab etmiş, Allah övliyalarının qəbirlərini ziyarət etməyi bidət saymışdır. Onu bu məsələdə Vəhhabilərin rəhbəri hesab etmək olar.
    Aydındır ki, İbn Teymiyyə əqaiddə kəskin təəssübə, məntiqsizliyə və donuqluqa malik idi. Onun sair həmfikirləri də (İbn Qəyyim, İbn Fərəm, İbn Bəttə, Bərbəhari, İbn Numərət və İbn Covzi) zahirə meyl etməyin, donu nəzərlərin və səthi məlumatların əsiri idilər. Onun təfəkkürü çox səthi və ibtidai olub fəlsəfi meyarlardan uzaq idi. "İbn Teymiyyə bir növ incə dini materialist təfəkkürə meyl etmiş və zahirpərəstliyin, materializmə yönəlmənin dəşhətli uçurumuna düşmüşdü.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.54 )
    Doktor Himməti yuxarıdakı mətləbləri qeyd etdikdən sonra tam yəqinliklə deyir: "... Fəlsəfə elmi ilə tanış olmaq, İslam hikmətinin dərinliklərinə varmaq, əqli elmlərlə məşğul olmaq və İbn Teymiyyənin əsər və kitablarını araşdırmaqla aydın olur ki, o, fəlsəfi məsələləri dərk edə bilməmiş, ən ibtidai məntiqi məsələlərdə ilişib qalmış, tövhiddə və ilahiyyatda çox süst, möhkəm olmayan addımlarla irəliləmişdir. Həmçinin hiss üzvlərinə meyl edənlər və aya pərəstiş edənlər kimi Allahı cisim təsəvvür edərək Onun cism olduğuna inanırlar. O, İslam dünyasında məntiq, fəlsəfə və irfanla mübarizə aparan məşhur adamlardandır. Biz bu kimi şəxslər timsalında dərindən düşünə biləcək bir şəxs görməmişik. Əqli elmlərdə, hikmət və irfanda dərin məlumatı olmayan bəzi sadəlövhlər onun barəsində mübaliğəyə, şişirtməyə yol vermişlər. Amma bizim nəzərimizə görə bu cür mühakimə yürütmək ifratçı səviyyədədir. Əgər İbn Teymiyyənin rəy və düşüncələrinə İslam təfəkkürünün hərtərəfliliyi və külliyyatı baxımından, xüsusilə şiəliyin dərin nəzəriyyələri və ali İslam meyarları ilə nəzər salsaq, onun zahirə nəzər salan və səthi yönlü fikir sahibi olduğunu, donuq, təəssübkeş və puç xəyalların əsiri, söyüş söyən, yalnız özünü haq bilən, sofistliyin əsiri, müğalitəçi (hər şeydə və hər kəsdə səhv tutan) və ən ibtidai, elementar və zəruri məsələləri belə inkar edən adam olduğunu, eləcə də əql və düşüncənin dəyərini aşkar şəkildə nəzərə almadığını, əqli hörmətdən saldığını görürük.”(Həmin mənbə, səh.54-55 )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 826 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024