İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:23 AM
    İBN TEYMİYYƏNİN ƏSƏRLƏRİ
    İbn Teymiyyənin hənbəli məzhəbindən son dərəcə ciddiyyətlə tərəfdarlıq etdiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, əksər hallarda sair İslam məzhəblərini və onların fəlsəfi əqidələrini rədd etmək yolunda çalışmış, nəhayət onların hamısını batil kimi qələmə vermişdir. Belə ki, o özünün "Minnahüs-sünnə fir-rəddiş-şiə” adlı kitabını məhz şiə məzhəbinin batil olduğunu isbat etmək üçün yazmışdır.
    İbn Teymiyyənin İslam maarifində çoxlu risalə (traktat) və kitabları vardır (Quran təfsiri, fiqh, hədis, kəlam və sair). Onların sayı üç yüz cildə çatır və əksəriyyəti də təxribatçılıq yönünə və mənfi məqsədlərə malikdir.(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.214 )Bu kitablarda bütün İslam alimlərinin, xüsusilə şiələrin qarşısında çox səthi və təəssübkeşlik əsasında olan nəzəriyyələrini bəyan edib. Onun yazdığı kitablardan bəziləri aşğıda qeyd olunur:
    "Əs-siyasətuş-şəriyyə”, "Əl-fətava”, "Əl-iman”, "Əl-cəmu beynən-nəqli vəl-əql”, "Minnacüs-sünnə”, "Əl-fürqanu beynə övliyaillah və övliyayiş-şeytan”, "Əl-vasitətu beynəl-həqqi vəl-xəlq”, "Əs-sarimul-məslulu əla şatimir-Rəsul”, "Məcmu rəsail”, "Nəzəriyyətul-əqd”, "Ər-rəddu ələl-Bəkri”, "Ər-rəddu ələl-əfnayi”, "Rəful-məlal ənil-əimmətil-əlam”, "Şərhül-əqidətil-isfəhaniyyə”, "Əl-qəvaidun-nuraniyyə”, "Əl-fəqih”, "Məcmumətur-rəsaili vəl- məsail”, "Ət-təvəssəlu vəl-vəsilə”, "Nəqzul-məntiq” və bu barədə yazdığı çoxlu başqa risalələr və kitabların adını qeyd etmək olar.(Himməti Həmayun, "Vəhhabigəri”, səh.53 )
    "Vəhhabigəri” kitabının müəllifi İbn Teymiyyənin yazdığı əsərlərin adını qeyd etməklə yazır: "...Bu Şeyxul-islam yalnız çox yazmağı, uzunçuluq etməyi və çox danışmağı bacarırdı. O, özünün bu qədər əsərləri ilə heç bir çətinliyi həll etməmiş, heç bir müşkülü aradan qaldırmamışdır.”(Həmin mənbə, səh.56 ) Həqiqətdə Məhəmməd ibn Əbdül-Vəhhabın icad etdiyi "vəhhabi məzhəbi” məhz İbn Teymiyyə və onun şagirdi İbn Qəyyimin fikirlərinin törəməsi idi.
    İbn Teymiyyənin şəxsi əqidə və rəylərini araşdırmaqla onun zindanlarda bu qədər qalmasının və İslam alimləri tərəfindən kafir elan edilməsinin, eləcə də onun rəy və düşüncələrinin öz ardınca nə üçün bu qədər müxalifət dalğaları yaratması, həmçinin həm öz əsrinin alimləri, həm də sonrakı əsrlərdəki alimlər tərəfindən qəbul olunmadığının səbəbi aydın olur.
    İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ
    a) İbn Teymiyyənin nəzərində tövhid.
    İbn Teymiyyə Allahdan başqasına təvəssül etmək və ona sığınmağı, övliya və peyğəmbərlərdən hər hansı birini Allah dərgahında şəfaətçi qərar verməyi, böyük din şəxsiyyətlərinin – peyğəmbərlərin və salehlərin qəbrini ziyarət etməyi, onların qəbrinin kənarında namaz qılmağı, həmçinin nəzir və qurbanlığı tövhidlə müxalif olduğunu və bu işlərin şirkə səbəb olduğunu hesab edirdi.(Himməti Həmayun, "Vəhhabigəri”, Həmin mənbə, səh.57  )* Hətta böyük sünnü alimləri də cürbəcür xurafat və şirklə qarışan, tövhidə zidd olan bu kimi vəhhabi bidətləri ilə müxalifdilər. Onlar qəbirləri ziyarət etməyi, peyğəmbərlərə və salehlərə təvəssül etməyi, onlardan şəfaət diləməyi dini-şəri vəzifə hesab edirlər. Vəhhabilər isə nə sünnüdürlər, nə də şiə. Həqiqətdə heç bir İslam firqəsinin tərkibinə daxil deyillər. Onlar özlərini yalandan İslama mənsub etmişlər. Əslində isə qan axıdan, cinayətkar və İslamı təhrif edənlərdirlər ki, ilk əvvəldən indiyə qədər İslamın və müsəlmanların köksünə ağır zərbələr vurmaqdan başqa bir iş görməmişlər ("Vəhhabigəri” kitabının 214-cü səhifəsinin vərəqaltı haşiyəsi).
    Buna əsasən, İbn Teymiyyənin nəzərində müvəhhid (tövhidçi) adı o şəxsə deyilə bilər ki, istədiyi şeyləri birbaşa Allahdan istəsin və heç bir şəxsi vasitə və şəfaətçi qərar verməsin, Allahdan başqasına əsla diqqət yetirməsin.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.30 )
    b) Küfür və şirkin mənasının daha genişləndirilməsi.
    "Ümum müsəlmanların nəinki caiz, hətta müstəhəb hesab etdikləri əməllərin bir qismi İbn Teymiyyənin nəzərində şirkə və dindən çıxmağa səbəb olur. O cümlədən, o deyir: "Hər kəs təkcə Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün səfər etsə... Əgər Peyğəmbəri (s), yaxud başqasını ziyarət etsə, məqsədi də onu Allaha şərik qərar verməklə ondan bir şey istəmək olsa bu iş haram və şirkdir. Həmçinin, qəbirlərdən fayda almağı, qəbir sahbinin bəlanı onlardan dəf etməsini gözləyənlər bütpərəstlər kimidirlər ki, onlar kimi bütlərin fayda və ziyana malik olduğuna inanırdılar. Ziyarətə gedənlərin məqsədləri elə müşriklərin məqsədləridir ki, onlar da müvəhhid şəxsin Allahdan istədiyi şeyləri bütlərdən istəyirdilər...” O, hətta məscidin qonşuluğunda olan, lakin öz iş və peşəsinə uyğun olaraq camaat namazına gedə bilməyən şəxslərin barəsində fətva verərək demişdir ki, "onlar tövbə etdirilməlidirlər. Əgər tövbə etməsələr qətlə yetirilmələri vacibdir.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.58 *Ali-Səud əmirlərindən Türki adlı birisi hər məscid üçün iki imam tə`yin etmişdi. Birini camaatın ümumi imam camaatı, digərini isə ticarətlə məşğul olduqlarına və peşələrinə görə namazın əvvəl vaxtında məscidə gələ bilməyənlər üçün nəzərdə tutmuşdu. Bununla istəyirdi ki, heç kəs öz namazını fürada şəkildə qılmasın, hamı camaat namazında iştirak etsin. ("Vəhhabilər” kitabının 31-ci səhifəsinin vərəqaltı haşiyəsi)  ) İbn Teymiyyə "zöhr namazını gün batana qədər, məğrib namazını gecə yarısına qədər təxirə salanların hökmünü nəql edərək demişdir ki, "əgər belə bir şəxs bu işi küfür bilməsə onun boynu vurulmalıdır”. Beşlik təşkil edən namazların hər hansı birini qılmaqdan boyun qaçıran, yaxud namazın danılmaz vacibatını tərk edən həddi-büluğa çatmış şəxs barəsində hökm vermişdir ki, "belə bir şəxsi tövbə etdirmək lazımdır. Tövbə etməsə öldürülməlidir”. İbn Teymiyyə məxluqata and içməyi və Allahdan başqasına nəzir etməyi də şirk hesab edirdi.”(Həmin mənbə, səh.59 )
    v) Allahın zahiri hiss üzvləri ilə görünəcəyini və Allahın cəhətə malik olduğunu isbat etmək.
    İbn Teymiyyə özünün "Risalətül-həməviyyə” kitabını da məhz bu məsələni isbat etmək üçün yazmışdır. "O, Allahın məkanda və cəhətdə olmadığını nəql etdikdən sonra demişdir ki, sünnülüyə mənsub edilən bütün insanlar Allahın görünməsinin isbat olunmasında fikir birliyindədirlər. Sələf alimlərin də nəzəri budur ki, Allah-təalanı axirətdə zahiri gözlərlə görmək olar. Amma Onu dünyada görmək olmaz.(Qeyd etmək lazımdır ki, Allahın axirətdə görünəcəyinə e`tiqad İbn Teymiyyədən neçə əsrlər öncə mövcud olmuş və mürciədən bir qurupu da belə etiqada malik olmuşlar. Eləcə də bir qrup Allah üçün əzaların olmasına və Onun cism olmasına inanmışlar. (Fəqihi, Əliəsğər, "Vəhhabilər”, "İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.32)  ) Bununla belə, Onu məxluqların əzaları ilə müqayisə etmək olmaz.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.60 )
    Cənab Himməti kitabının bir hissəsində bu etiqadı tənqid edərək yazır:
    "İbn Teymiyyənin öz sözləri onun əqidəsində mövcud təzadı göstərdiyindən, bunu tənqid etməyə də ehtiyac yoxdur. Lakin işarə ilə deyirik ki, İbn Teymiyyənin sözündən belə çıxır ki, Allahın pak və müqəddəs Zatı cismdir, məkana malikdir və əzalardan təşkil olunmuşdur. Onun fikrinə görə Allahın zatında əzaların bir-biri ilə tərkibi vardır. Aydındır ki, hər bir tərkib özünün qalıb davam etməsində öz üzvlərinə ehtiyaclıdır. Deməli, hər mürəkkəb (tərkib tapmış şey) ehtiyaclıdır və ehtiyaclı şəxs Allah ola bilməz. Çünki, Allah Özündən başqalarından ehtiyacsızdır və Ondan başqa hər nə varsa ehtiyaclıdırlar: "Vəllahu ğəniyyun ənil-aləmin (Allah bütün aləmlərdən ehtiyacsızdır)”, "Ya əyyuhənnasu əntumul-fuqərau iləllahi vallahu huvəl-ğəniyul-həmid” ("Ey insanlar, siz hamılıqla Allaha ehtiyaclısınız və Allah ehtiyacsız və tərifə layiqdir”). Sonra qeyd edir: "Bu da elə dini materializmdir ki, bizim nəzərimizə görə İbn Teymiyyə, İbn Qəyyim və onun həmfikirləri, eləcə də bütün vəhhabilər bunun tələsinə düşmüşlər. Onların hamısı azğınçılıqdadırlar. Etiqadi məsələlərə dərindən yanaşmadıqlarına, əql qüvvəsinə hörmət qoymadıqlarına, həqiqi hikmət və imandan, əsl ilahi fəlsəfədən uzaq düşdüklərinə görə bu zəlalətə düçar olmuşlar. Həmçinin İbn Teymiyyənin əsassız sözləri sonralar Məhəmməd ibn Əbdül-Vəhhabın ideoloji bazasını təşkil edərək vəhhabi ayininin yaranmasına səbəb oldu.(Həmin mənbə, səh.63 )"
    q) Allahın dünya asimanına nazil olmasına etiqad.
    İbn Teymiyyə Allahın hiss üzvləri ilə görünməsinə etiqad bəsləməkdən, Allahın müəyyən bir cəhətdə olmasını isbat etməkdən əlavə, həm də inanırdı ki, Allah dünya asimanına nazil olur.
    d) Besətdən qabaq peyğəmbərlərin günahsız olmasının lazım olmadığına etiqad;
    İbn Teymiyyə inanırdı ki, peyğəmbərlərin isməti yalnız Allahın hökmlərinin təbliğ olunması ilə əlaqədardır. O, bu barədə bir risalə də yazmışdı.
    e) İbn Teymiyyənin Allahdan başqasına and içmək barəsindəki nəzəri;
    "İbn Teymiyyə deyir: Alimlərin fikir birliyinə əsasən Ərş, Kürsü, Kəbə, məlaikə və sair kimi əzəmətli məxluqlara and içmək caiz deyildir.”(Həmin mənbə, səh.70 ) Bu barədə onun şagirdi İbn Qəyyim belə deyir: "Allahdan başqasına and içmək böyük günahlardandır. Peyğəmbər (s) buyurmuşdur ki, "hər kəs Allahdan başqasına and içsə Allaha şərik qoşmuşdur.” Buna əsasən Allahdan başqasına and içmək kəbirə günahların başındadır."(Həmin mənbə, səh.71 )
    ə) Peyğəmbərə (s) təvəssül etməyin, onu şəfaətçi qərar verməyin və ondan bir şey istəməyin şirk olması.
    "İbn Teymiyyə yuxarıdakı işlər barəsində deyir ki, əgər bir şəxs Peyğəmbərin (s) qəbrini ziyarət etdikdə məqsədi dua və salam deyil, Peyğəmbərdən (s) bir hacət istəmək olarsa və bu məqsədlə qəbrin yanında durub səsini ucaldarsa, belə bir şəxs Rəsuli-Əkrəmə (s) əziyyət vermiş, Allaha şərik qoşmuş və özünə zülmü rəva görmüşdür.” Qəbir sahibinə təvəssül etmək barəsində isə deyir: "Qəbiri ziyarət edənlərin bəzilərinin məqsədi budur ki, hacətləri rəvac olsun. Onlar qəbir sahibini Allah dərgahına müqərrəb (yaxın) bildiklərinə görə onu Allah dərgahında vasitə qərar verir, onun üçün nəzir edir, qurbanlıq kəsir və qəbir sahibinə hədiyyə edirlər. Ziyarətçilərdən bəziləri öz mal-dövlətinin bir qismini qəbir sahibi üçün ayırır, bəziləri isə qəbir sahibinə məhəbbət göstərdiklərinə görə onun ziyarətinə gedir və qəbir sahibinin ziyarətinə getdikləri səfəri onun sağlığındakı ziyarətinə getdikləri səfər kimi hesab edirlər. Bunlar da bütü Allah hesab edən bütpərəstlər kimidirlər.”(Həmin mənbə, səh.73 )
    İbn Teymiyyə onun öz inanclarının və nəzərlərinin əksinə olan hədislərin zəif olduğunu iddia edir. Belə ki, ziyarətlə əlaqədar nəql olunan (səhih) hədisləri zəif və düzgün olmayan hesab edirdi. Ayətullah ustad Cəfər Sübhani bu barədə belə yazır: "İbn Teymiyyənin ilkin xəta və sapmalarını göstərən "təşbih” və "təcsim” əqidəsindən əlavə, o, müsəlmanların Peyğəmbəri-Əkrəmə (s) olan eşq və məhəbbət əqidəsini də oyun-oyuncağa çevirmiş, bir sıra batil və zahiri sözlərlə 700 illik sünnəni tənqid etmişdir.” (Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.218 )
    Şübhəsiz, "İbn Teymiyyə hənbəli məzhəbinin irticaçı əqidəsini müdafiə etməkdə çox təəssübkeş idi. O, İmam Əhməd ibn Hənbəl kimi və hətta ondan bir neçə qat artıq əqidə ilə İslam məzhəblərində sonradan yaranan və müsəlmanlar tərəfindən əməl olunan hər növ yenilikçilik və məzhəbi əqidələrlə mübarizə aparır, onları şiddətlə tənqid edir və onların əleyhinə kitablar yazırdı. Bu məsələdə hamıdan artıq şiə məzhəbinin əqidə və əməlləri ilə müxalifətçilik edirdi. O, bu barədə "Minhacüs-sünnə”, "Ziyarətül-qubur” və "Əqaid” adlı kitablarında şiələrin əqidələrinə və əməllərinə qərəzçilik mövqeyindən yanaşaraq şiddətlə etiraz etmiş, onları batil və bidət saymışdır.”(Fəzai Yusif, "Münazirati-imam Fəxr Razi”, səh.217 )
    Aydındır ki, İbn Teymiyyədən dörd əsr sonra zahir olan Məhəmməd ibn Əbdül-Vəhhabın tənqidçi əqidələri də məhz İbn Teymiyyənin etirazçı fikirləri və üzdəniraq islahatçı tədbirlərinin davamı idi. Seyyid Möhsün Amulinin dediyi kimi: "Məhəmməd ibn Əbdül-Vəhhab və onun ardıcılları İbn Teymiyyənin tənqidçi əqidələrinin ardınca getmiş və qəbirlərin ziyarəti barəsindəki tənqidi əqidələrini İbn Teymiyyənin əqidəsi əsasında qurmuşlar.”(Amuli Seyyid Möhsün, "Tarixçeyi-nəqd və bərrəsiye-vəhhabiha”, Seyyid İbrahim Ələvinin tərcüməsi, "Əmir kəbir” nəşriyyatı, Tehran 1365, səh.133 )
    İbn Teymiyyə ciddi məzhəbi təəssübə malik olduğundan(İbn Teymiyyənin şiələrə qarşı şiddətli təəssübə malik olduğu şeylərdən biri də Əhli-beytin (ə) fəzilətlərini inkar etmək idi. O, kitabının bir yerində belə yazır: "Hər kəs Əli ibn Əbitalib (rəziyəllahu ənh) kimi saleh şəxsiyyət, yaxud ölü və diri şəxslər barəsində həddini aşsa və onda bir növ müqəddəslik olduğuna inansa, yə`ni onu dünya işlərində tə`sirli bilib ondan kömək istəsə, belə şəxs tövbə etməlidir. Əks halda qətlə yetirilməsi vacibdir.” ("Münazirati imam Fəxr Razi” kitabının 219-cu səhifəsindən) ) çox səthi və irticaçı fikir və əqidələrə malik idi. Onun hənbəli məzhəbindəki şiddətli əməli və ciddiyyəti səbəb oldu ki, ondan sonra o məzhəb sair müsəlmanların nəzərində mənfur sayılsın və sair İslami məzhəb ardıcılları tərəfindən onun ardıcıllarına bədbinlik yaranıb həmlələr olunsun. O, bundan əlavə özünün elm, fəlsəfə və istidlalla olan müxalifətləri ilə İslam mədəniyyətinin azad fəlsəfə və elminin köksünə sarsıdıcı zərbələr vurdu, azad fikirləşən müsəlmanları, məntiq və istidlal əhlini fəlsəfi və istidlali təfəkkürdən çəkindirdi və bunun əvəzində də müsəlmanları istər-istəməz məzhəbi təəssübə və irticaçı təfəkkürə doğru sövq etdi.
    İmam Fəxr Razi yuxarıdakı mətləbə işarə edərək təkid edir: "İbn Teymiyyənin sünnəyə meyilli olan məzhəbi hərəkatı, xüsusilə hənbəli məzhəbində, ümumiyyətlə İslam dinində ondan sonra heç bir inkişafa nail olmadı və nəzərə çarpacaq nailiyyətlər əldə edilmədi. İbn Teymiyyənin və onun şagirdlərinin hədəf və nəzərlərinin əksinə olaraq onun tutduğu üsluba təqribən heç kəs tərəfindən diqqət yetirilmədi. Çünki, dövrü hakimiyyətinin siyasəti onun özünü və fikirlərini himayə etmədi. Əksinə, müəyyən yerlərdə onunla əməli mübarizəyə qalxdı. Lakin hicrətin XII əsrində vəhhabilər tərəfindən hənbəli məzhəbində başqa bir hərəkat başlandı. Onların əqidələrinin əsası İbn Teymiyyənin əqidə və üslubunun üzərində qurulmuşdu ki, Səudiyyə Ərəbistanı dövlətinin onu himayə etməsi, hətta bəzilərinin dediyinə görə İngiltərə və qərb siyasətçilərinin nüfuzunun güclənməsi sayəsində hənbəli məzhəbinin o əsrdə bir daha yenidən canlanıb əhəmiyyət kəsb etməsinə səbəb oldu.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.221-222 )
    İBN QƏYYİM COVZİYYƏ
    TƏRCÜMEYİ-HALİ
    "Məfatihül-cinan” kitabının məllifi mühəddis Qumi özünün "Əl-kuna vəl-əlqab” adlı dəyərli kitabında İbn Qəyyim barəsində yazır: "Onun adı Məhəmməd ibn Əbu Bəkr Hənbəli olmuşdur...”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.75 ) Dehxuda isə onu belə qeyd edir: "Şəmsəddin Əbu Əbdillah Məhəmməd ibn Əbu Bəkr ibn Əyyub Zəri 691-ci hicri ilinin səfər ayının 7-də (1292-ci il yanvarın 29-da) dünyaya gəlmişdir. Onun nə üçün "İbn Qəyyim Covziyyə” adlanmasına gəldikdə isə, bunun səbəbi onun atası, yaxud babasının Dəməşqdə "Covziyyə” mədrəsəsinin idarə olunmasını öhdəsinə alması idi.”(Dehxuda Əli, "Lüğətnamə”, ibn Qəyyim kəlməsində  )
    Şübhəsiz, İbn Qəyyimin atası "Covziyyə” mədrəsəsində işlədiynə görə hənbəlilərin rəy və əsərləri ilə tanış olmuşdur. Ehtimal verilir ki, bu məlumatlar uşaqlıq çağlarında onun övladına keçmişdir. Çünki, onu İbn Qəyyimin ustadlarından biri hesab etmişlər. İbn Qəyyimin həyatı, eləcə də ideoloji cəhətdən nə cür yetkinliyə çatması barədə heç bir məlumat yoxdur.
    Onun şagirdlərinin, o cümlədən, İbn Kəsir və İbn Rəcəbin onun həyatı barəsində müəyyən mətləbləri qeyd etmələrinə baxmayaraq, İbn Qəyyimin uşaqlıq və yetkinlik dövrləri barəsində dəqiq məlumatları yoxmuş və əksər hallarda onun fikri cəhətdən yetkinliyə çatıb püxtələşdiyi dövrdəki elmi və dini şəxsiyyətinə işarə etmişlər. Onun öz yazıları da, hətta həyatının külliyyatı da uşaqlıq və cavanlıq dövrlərindəki vəziyyətini aydınlaşdırmır. Sanki, onun mədəni həyatı Təqiyuddin İbn Teymiyyənin elmindən bəhrələndiyi dövrlərdən başlayır. Əlbəttə, bu o demək deyil ki, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatdığı vaxtlardan qabaq fikri və mədəni həyata qədəm qoymamışdır. Şübhəsiz, o VII əsrin axırlarında və VIII əsrin əvvəllərində dövrün bəzi elmlərinə yiyələnmiş və o zamanın ustadlarından çoxunun yanında elm öyrənmişdir. Belə ki, o, İbn Əbil Fəth Bəli (709 h.q ildə vəfat edib) və Məcduddin Tunisinin (818 h.q ildə vəfat edib) huzurunda ərəb ədəbiyatını, o cümlədən Əbul Bədanın "Əl-müləxxəs”ini, İbn Malikin "Əlfiyyə”sini, İbn Usfurun "Kafiyətuş-şafiyə” və "Əl-müqərrib” kitabının bəzi hissələrini Məcduddin Sərrafinin yanında (729 h.q ildə vəfat edib) oxumuş, fiqhi kitablardan Əbül Qasim Hərəqinin "Müxtəsər”, İbn Qüdamənin "Əl-muğni” kitablarını öyrənmiş, üsul və kəlamı Səfiyuddin Hindidən dərs almışdır. Eləcə də Fəxri Razinin "Əl-ərbəinu vəl-mühəssəl” kitabını onun yanında oxumuşdur... İbn Şirazidən, İbn Məktumdan, ibn Əbdid Daimdən, Təqiyuddin Süleyman Mütimdən, Şahabuddin Nablusidən və İbrahim ibn Məhəmməd ibn Cövhərin qızı Fatimədən hədis eşitmişdir. Əgər Mərağinin dedikləri düzgün olsa, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatmazdan əvvəl, yəni 712-ci hicri ilindən əvvəl sufiliklə də tanış idi və sufiliyə meyl göstərirdi. Bütün bunlarla belə, İbn Qəyyimin öz yazılarından və başqalarının onun barəsindəki uzun və ya qısa söhbətlərinin məcmusundan aydın olur ki, onun təhsili cavanlığının sonlarına yaxın dövrdə çiçəklənib təkmilləşmişdir. Yəni İbn Qəyyim 21 yaşında ikən İbn Teymiyyənin Qahirədən Dəməşqə qayıtdığı 712-ci ildə ona qoşulmuş və onunla 16 il bir yerdə olmuş və ondan çox faydalanmışdır..("Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.498-499 )
    Həqiqətdə İbn Qəyyim, İbn Teymiyyənin ən fəal və işgüzar şagirdlərindən sayılırdı. Hətta bəziləri onu İbn Teymiyyənin səhabələrinin başçısı hesab etmişlər(Həmin mənbə, səh.499 ). O, öz ustadının bütün fikir və əqidələrini qeydsiz-şərtsiz qəbul etmiş və onun xüsusi şəxsiyyətini qorumaqla yanaşı, həm də onun sözlərini nəql edərək yaymışdı. O da ustadı kimi dövrünün bütün elmlərində (təfsir, hədis, üsul və firui-fiqh) məharətli idi və "onun kimi, İbn Ərəbinin təlimlərindən qaynaqlanan ittihadiyyə yolu ilə qəti şəkildə müxalif idi. Lakin onun əksinə olaraq sufilikdən çox təsirlənmişdi və o dövrdə İslam ölkələrində çox şöhrətə malik olan Xacə Əbdüllah Ənsarinin "Mənazilüz-zairin” kitabına xüsusi maraq göstərirdi. İbn Qəyyim öz ustadına nisbətən çox az mübahisə edirdi. Lakin o əksər hallarda mövizə edərdi.”(Himməti, Həmayun, "Vəhhabigəri”, səh.76 )
    Şagirdin ustadından (İbn Qəyyimin İbn Teymiyyədən) təsirlənməsi barəsində "Əd-dürərul-Kaminətu” kitabında belə nəql olunur: İbn Teymiyyənin məhəbbəti İbn Qəyyimə o qədər təsir etmişdi ki, onun sözlərindən heç bir vəchlə kənara çıxmır, bütün işlərdə onun sözü ilə kifayətlənirdi. Məhz o, ustadının kitablarını təhzib edərək (müəyyən qədər xülasələndirərək) elmini yayırdı.” Bu barədə doktor Nəzar Rza, İbn Qəyyimin yazdığı "Əxbarun-nisa” kitabının müqəddiməsində belə yazır: "O İbn Teymiyyədən ən çox bəhrələnmiş, onun sözlərini və təfəkürünü qəbul etmiş və fikirlərini yaymağa başlamışdı. O, ustadı ilə əməl və rəydə şərik idi.”(Həmin mənbə, səfh9 )
    İbn Qəyyim İbn Teymiyyənin düşüncələri, rəyləri və təlimatı ilə tanış olduqdan sonra onun sözlərindən təsirləndiyinə görə Xəlilullahın (ə) məqbərəsinin ziyarətinə getmək səfərini inkar etdi və buna görə də həbs edildi. Bu hadisə 726-cı ildən qabaq baş verməliydi. Çünki, bu dövrdə bir daha olaraq ustadı İbn Teymiyyənin təəssübkeş fikir və rəyləri xatirinə Dəməşq qalasında həbs edilmişdi "və məhz həmin zindanda İbn Qəyyim Quran ayələrində dərindən fikirləşməyə başlamışdır.”(Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.494 )
    728-ci hicri ilində İbn Teymiyyə öldükdən sonra İbn Qəyyim də zindandan azad edildi. Onun zindandan azad olduğu dövrdən Şam karvanı ilə həcc səfərinə getdiyi 731-ci ilə qədər mövcud şərait barəsində dəqiq məlumat yoxdur.(Demişlər ki, Əmir İzzuddin Abikin rəhbərliyi ilə Şamın həcc karvanında bir çox fəqihlər və mühəddislər də onlarla yanaşı idi. ("Vəhhabigəri”, Himməti, səh.77)  )Amma aydındır ki, "ona maneçilik törədilirdi. Çünki, ölkənin dövlət adamları İbn Teymiyyənin yeni hənbəli məzhəbi müqabilində maneçilik törədirdilər.”(Himməti Həmayun, "Vəhhabigəri”, səh.77 ) Bu maneçiliklərə baxmayaraq hənbəlilər onu İbn Teymiyyənin ən vəfalı və doğruçu nümayəndəsi hesab edərək "Covziyyə” mədrəsəsində onun imaməti ilə namaz qılırdılar. Bundan əlavə, İbn Qəyyim bu illərdə özünün bəzi əsərlərini yazmağa səy göstərirdi. İbn Teymiyyənin ardıcılları olan bəzi hənbəlilər də onun fətvalarını aşkar etmək üçün ona müraciət edirdilər. Ehtimal verilir ki, həmin illərdə onun dərs məclisləri də bərqərar olurdu.”(Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.499 ) Belə ki, 736-cı il rəcəbin 2-də ilk dəfə olaraq Nəcmuddin ibn Xalixanın Dəməşqin Ğutə bağlarında "Tuma” və "Şərqi” qapısının darvazasının kənarında tikdiyi məsciddə xitabə söylədi.(Himməti Həmayun, "Vəhhabigəri”, səh.77 )
    Şübhəsiz, İbn Teymiyyənin dərsləri 743-cü qəməri ilində daha ümumi və rəsmi xarakter aldı. "Çünki, həmin ilin səfər ayından etibarən, onu hənbəlilərin Dəməşqdəki mədrəsələrindən digər bir mühümü sayılan "Sədriyyə” mədrəsəsində tədrislə məşğul olduğunu görürük.”("Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.499 ) O, bu mədrəsədə tədris etdiyi vaxt İbn Teymiyyənin fətvalarının bəzilərini xatırladırdı. Bu da onun Təqiyuddin Səbki kimi ən böyük müxaliflərindən olan bəzi şəxslərin müxalifətinə səbəb olmuşdur(O, fiqhi məsələlərdə Dəməşqin şafei qazil-qüzatı Təqiyuddin Səbki ilə ixtilafa düşdü. Lakin onların işləri heç vaxt ciddi mübarizəyə gətirib çıxarmadı. Bir dəfə müsabiqədə mühəllilin varlığı barəsində idi ki, (iki nəfərlik müsabiqədə iştirak edən üçüncü nəfər mühəllil adlandırılır. O, müsabiqədə iştirak edir, amma heç bir məbləğdə pul ödəmir.) İbn Qəyyim, İbn Teymiyyə kimi nəzər verdi və dedi ki, bu müsabiqədə mühəllilin varlığına ehtiyac yoxdur. Qazil-qüzat onu çağırdı və çarəsiz qalaraq əksəriyyətin rə`yinə tabe oldu. Bir qədər sonra bir daha təlaq barəsində İbn Teymiyyənin tə`limatlarına müvafiq olan bir neçə fətva verən Səbki ilə ixtilafa düşdü. Əmir Seyfuddin ibn Fəzl Bədri onunla rəqibini barışdırdı ("Vəhhabigəri” kitabından, 77-78-ci səhifələr). ). İbn Qəyyim təqribən səkkiz il "Sədriyyə” mədrəsəsində tədris edərək hənbəli fiqhində şagird yetişdirdi və nəhayət 751-ci il rəcəb aynın 23-də Dəməşqdə dünyadan getdi. O, "Babus-səğir” qəbristanlığında öz anasının yanında dəfn edildi. Oğlu (Şərəfuddin Əbdüllah) "Sədriyyə” mədrəsəsində atsının yerində oturdu.(Himməti Həmayun, "Vəhhabigəri”, səh.78 )
    İBN QƏYYİM COVZİYYƏNİ ŞAGİRDLƏRİ
    İbn Qəyyimin yanında çoxları şagirdlik etmişlər. Xüsusilə onun "Sədriyyə” mədrəsəsində tədrisi nəticəsində hənbəli fiqhində çoxlu şagirdlər yetişmişdi. Onlardan aşağıdakıları qeyd etmək olar:
    1. İbn Kəsir. onun öz dediynə əsasən o, İbn Qəyyimə hamıdan artıq yaxın idi.
    2. İbn Rəcəb. O, ustadından ömrünün axırına qədər bəhrələnmiş və özünü alim hesab etmişdir.
    3. Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Əbdül Hadi Müqəddəsi Cəmmaili (744 h.q) O, VIII hicri əsrinin məşhur mühəddislərindəndir.
    4. Şəmsuddin Məhəmməd ibn Əbdul Qadir Nablusi Hənbəli (797 h.q). O, İbn Teymiyyənin yazılarının çoxunu onun yanında oxumuş və fiqhi ondan öyrənmişdir. Bunlardan əlavə, İbn Qəyyimin məşhur sayılan tələbələrindən biri Burhanuddin İbrahimdir (767h. q). O, atasının yanında fiqh və nəhvi öyrənmiş, İbn Malikin "Əlfiyyə”sinə şərh yazmışdır. Digəri isə Şərəfuddin Əbdüllahdır ki, öz dövrünün fəzilətli adamlarından sayılırdı və atasının vəfatından sonra "Sədriyyə” mədrəsəsində tədris kürsüsündə oturmuşdu.("Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.500 )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 724 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024