İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:21 AM
    VƏHHABİ FİRQƏSİNİN YARANMASİ
    ÜMUMİ NƏZƏR
    Vəhhabilik zahirpərəst, təxribatçı və fitnə-fəsad törədən bir məzhəbdir ki, yarandığı vaxtdan etibarən həmişə İslam aləmində acınacaqlı vəziyyətlər yaratmışdır. Bunun da dünya müsəlmanları və zəif təbəqələri arasında təfriqə salmaqdan, tövhidçilərin cərgələrini pozmaqdan, küfr və dinsizliyi gücləndirməkdən başqa bir səmərəsi olmamışdır.
    Vəhhabilər iddia edirlər ki, onlar hər növ bütpərəstliyi və şirki aradan qaldırmaq fikrindədirlər. Buna görə də peyğəmbərlər və övliyalara təvəssül etməyi, ehtiyaclarını onlardan diləməyi, ilahi peyğəmbərlərin, salehlərin, pak insanların və zahidlərin qəbrini ziyarət etməyi qadağan və qeyri-qanuni bir iş hesab edirlər. Amma sözün əvvəlində aşkar şəkildə bəyan edirik ki, vəhhabilərin küfr və şirk ilə mübarizə aparmaq iddaları həqiqətdə günahsız müsəlmanları qətlə yetirmək, onlar arasında təxribat yaradıb fitnə-fəsad və virançılıq törətməklə nəticələnmişdir. İş o yerə çatmışdır ki, hətta demək olar ki, bu məslək özünün zahirpərəstlik, kobudluq, təxribatçılıq və təfriqə salmaq kimi təlimləri ilə əməli olaraq İslamın barışmaz və qatı düşmənləri olan istismarçıların əlində bir vasitəyə çevrilmişlər. İstismarçı qüvvələr öz məkrli siyasətlərində müsəlmanların vəhdətini pozmaq üçün onlardan istifadə edirlər.
    Müsəlmanlarla düşmənçilik etmək, öz din qardaşlarını müşrik və kafir adlandırmaq, onları döymək, lənətləmək, söyüşə, nalayiq sözlərə və əzab-əziyyətə məruz qoymaq və s. kimi yaramaz işlər vəhhabilikdən çox çirkin və qorxulu bir çöhrə yaratmış, onları təxribatçı bir firqə şəklinə salmışdır (onların əməli şüarları təxribatçılıq, dağıntı, təfriqə salmaq və qəsavətlilikdir). "Şirk və bütpərəstliklə mübarizə” adı altında Allaha pərəstiş edən və dinə inanan sadə camaatı kütləvi şəkildə qırmaq, "tövhid şüarlarını dirçəltmək və şirklə mübarizə aparmaq” adı ilə böyük dini şəxsiyyətlərin və pak insanların qəbirlərini dağıtmaq vəhhabilərin ən adi işlərindəndir.
    Həqiqətdə bu gün vəhhabilər düşmən dəyirmanına su tökür və istismarçıların mənfur niyyətlərinin icrası yolunda var-qüvvələri ilə çalışırlar. Onların İslam cəmiyyəti arasında nifaq yaradıb təfriqə salmaq, dünya istismarçı qüvvələrinə kömək etmək və küfrün müştərək cəhbəsini gücləndirməkdən başqa bir məqsədləri yoxdur. Bəli, Həzrət Əlinin (ə) təbiri ilə desək, onlar İslam paltarın tərsinə geymiş və əsl İslam məramlarından heç nə başa düşməmişlər. Əgər belə olmasaydı, onda necə mümkün ola bilər ki, bir insan kafirlərin və dinsizlərin qucağında olub tövhiddən dəm vursun və tövhidin məhv olunmasına çalışan zalımlarla, peşəkar cinayətkarlarla sülh və dostluq bərqərar etsin?! Necə mümkün ola bilər ki, bir kəs müsəlmanların əleyhinə fəaliyyət göstərsin və bununla belə, yenə də tövhid (ibadətdə tövhid) iddiaları etsin?!
    Burada vəhhabiliyin necə yaranmasını araşdırıb onu təhlil etməyə çalışacağıq.
    VƏHHABİLİYİN BANİSİ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB
    İslamın zühurundan keçən 1400 illik müddət ərzində insanlar bir çox şəxslər tərəfindən acınacaqlı hadisələrin şahidi olmuşlar. İslam tarixinin acı hadisələrinin əksəriyyətinin mənşəyi nəfsani istəklər, cah-cəlal axtarmaq, imanın süstlüyü və s. kimi şeylər olub İslam cəmiyyətinin öz içindən meydana gəlmişdir. Lakin istismarçıların və dünya hegemonluğuna can atanların gizli əlləri də orada müşahidə olunur. (Biz bu barədə sonrakı fəsildə ətraflı şəkildə araşdırma aparacağıq.) Müsəlman cəmiyyətləri tarixində ən təxtibatçı ünsürün bariz nümunəsi vəhhabi firqəsinin təsisçisi və banisi Məhəmməd ibn Əbdül-Vəhhabdır.
    Cənab Fəqihinin bəyan etdiyi kimi: "Vəhhabi məzhəbi hənbəli məzhəbindən yaranmışdır. Vəhhabilərin bütün rəhbərləri də ümumi şəkildə ilk əvvəldən Peyğəmbərin (s) qəbrini ziyarət, ona təvəssül etməyi və ondan kömək istəməyi qadağan edən hənbəli alimlərindən olmuşlar. Əbu Məhəmməd Bərbəhari, İbn Bəttə, İbn Teymiyyə və onun şagirdlərindən olan İbn Qəyyim, Məhəmməd ibn Əbdül-Vəhhab hamılıqla hənbəli alimlərindən hesab olunur. Buna görə də vəhhabilər ilk əvvəldən də, hal-hazırda da özlərini Əhməd ibn Hənbəlin ardıcılları hesab edirlər.”(Fəqihi, Həmin mənbə, səh.24 )
    Həqiqətdə İbn Teymiyyənin ölümündən sonra sələfiçilik dəvətinin və Əhməd ibn Hənbəlin əqidəvi məktəbinin unudulmasına baxmayaraq(Sələfi və sələfilik barəsində sonradan söhbət olunacaq.), onun düşüncələri Məhəmməd ibn Əbdül-Vəhhabın Nəcddə zahir olduğu günə qədər kitablarda və kitabxanaların guşələrində qalmışdı. Məhəmməd ibn Əbdül-Vəhhab "onun (İbn Teymiyyənin) unudulmuş və "dəfn olunmuş” əsərlərini bir daha üzə çıxarır, onun yazılarını və sözlərini camaat üçün aldadıcı bir səviyyədə irəli çəkirdi.”(Behişti Əhməd. "Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, kanuni nəşri əndişeyi islami, Qum, 1370, 1-ci çap, səh.52 )
    O, özünün etirazçı, təəssübkeş və "sünnətə meyl etmə” adlı əməlləri ilə müsəlmanların əməl və əqidələri, xüsusilə imamların və peyğəmbərlərin qəbirlərinin ziyarət olunması ilə şiddətlə müxalifətçilik edir, o əməlləri "şirk” və "bidət” adlandırırdı. Halbuki, "bidət dini təlim və göstərişlərin hissəsi olmayan bir şeyi dinə daxil etməyə deyilir” və həqiqətdə müsəlman alimlərinin və rəhbərlərinin hamısı bidəti haram hesab etmişdir. Belə ki, bir hədisdə belə qeyd olunur:
    "Kullu bidətin zəlalətun və kullu zəlalətin finnar” (Hər bidət azğınlıq və hər azğınlıq cəhənnəm odunda olacaqdır.”)
    Biz elə bu bölmədə (Məhəmməd ibn Əbdül-Vəhhabın fəaliyyət üslubu və seçdiyi yol bölməsində) vəhhabilərin bidət adlandırdığı və elə buna görə də onu yerinə yetirənlərin əməl və hərəkətlərini şirk və küfr, özlərini isə müşrik və kafir hesab etdikləri əməl və rəftarları bəyan edəcəyik. Amma hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, bidətin mənşəyi aydınlaşdırılmalıdır. Seyyid Möhsün Əminin təbiri ilə desək «Bidətin mənşəyi ya bu ola bilər ki, bir məsələnin necəliyində xəta üz vermiş olsun. Yəni hər hansı bir şəri məsələ filan mövzuya aid olub-olmaya bilər. Yaxud da bidət qoyan şəxsə təqlid olunur və camaat onun barəsində xoş gümanda olub onun işini sünnə hesab edir. Beləliklə də sünnə bidətlə qarışıq düşür. Sünnənin bidətə qarışmasının üçüncü bir amili də budur ki, bəziləri hər bir mövzu və məsələ barəsində şəriət tərəfindən aşkar və xüsusi bir bəyan verilməli olduğunu güman etmişlər. Bu sözü deyənlər bunu nəzərə almamışlar ki, barəsində xüsusi bəyan gəlib çatmayan həmin məsələ şəriət sahibinin ya mütləq, ya ümumi, yaxud da külli bəyanlarının içərisində mövcud ola bilər. Buna görə də biz hər hansı bir əməli o vaxt bidət hesab edirik ki, o əməl din təlimlərinin bir hissəsi olmadığı halda dini məqsədlə yerinə yetirilir. Vəhhabilər deyirlər ki, zikr demək və rəhmət göndərmək ona görə bidətdir ki, Peyğəmbərin (s) dövründə belə bir şey olmamışdır! (Bu da bir növ bidətdir.) Biz isə deyirik ki, bu əməlin şəri qanun olmasında təkcə bunu qeyd etmək kifayətdir ki, Allahı zikr etməyin, Peyğəmbərə (s) salavat göndərməyin, dua etməyin və sair kimi şeylərin şəriətdə üstün və bəyənilən bir əməl olmasını nəzərə alsaq, bu halda hər bir yerdə, hər bir zamanda şəri qayda olmadığını dedikdə bidət hesab olunmayacaqdır. Vəhhabilərin bidət saydıqları çox şeylər də buna misal ola bilər.”(Əl-əmin Möhsün. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, tərcümə Seyyid İbrahim Seyid Ələvi, İntişarati Əmir Kəbir, Tehran, 1365, səh.115-117 )Sair müsəlmanların (vəhhabilərdən başqa) arasında mövcud olan və vəhhabilərin nəzərində bidət sayılan əməllər sonradan bəyan olunacaqdır.
    Şübhəsiz, Məhəmməd ibn Əbdül-Vəhhab, İbn Hənbəlin, xüsusilə İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin rəy və fikirlərini araşdırıb mütaliə etməklə onlardan təsirlənmiş, İslama zidd olan vəhhabi firqəsinin əsasını Ərəbistanın Nəcd əyalətində qoymuşdur. (Adları qeyd olunanlar vəhhabiliyin ideoloji rəhbərləri hesab olunur). Sonralar bu əqidə tədricən bütün Ərəbistan yarımadasını əhatə etdi.
    Burada "vəhhabi” məzhəbinin nə üçün belə adlandırıldığı və Məhəmməd ibn Əbdül-Vəhhabın qondarma firqəsinə belə ad qoyulduğu bəyan edilməlidir. "Vəhhabilər” kitabının müəllifi bu barədə yazır: "Vəhhabi kəlməsi vəhhabi firqəsinin banisinin atasına, yəni Əbdül-Vəhhaba mənsub edilir, lakin vəhhabilərin özləri bu mənsubiyyəti düzgün hesab etmirlər. Seyyid Mahmud Şukri Alusi (o, vəhhabi məzhəbinin tərəfdarlarındandır) deyir ki, "vəhhabi mənsubiyyəti”ni vəhhabi düşmənləri onlara aid etmişlər! Bu mənsubiyyət düzgün deyil. Onun rəhbərinin adı olan Məhəmmədə mənsub edilməli və Məhəmmədiyyə adlandırılmalıdır... Misirin məşhur yazıçısı Əhməd Əmin bu barədə deyir: "Məhəmməd ibn Əbdül-Vəhhab və onun ardıcılları özlərini "müvəhhid” (tövhidçi) adlandırır və "vəhhabi” adını da düşmənləri onlara vermişlər. Sonralar bu ad dillərə düşmüşdür... Vəhhabilərin özləri vəhhabi məzhəbini təzə bir məzhəb hesab etmir, əksinə deyirlər ki, bu məzhəb saleh sələflərin məzhəbidir. Buna görə də özlərini sələfilər adlandırırlar... Bunun səbəbi də budur ki, özlərinin əməl, rəftar və etiqadlarında saleh sələflərin, yəni Peyğəmbəri-Əkrəmin (s), səhabələrin və tabeinin ardıcılları olduğunu deyirlər.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.19-24 )
    Cənab Ramazan Əl-Buti sələfiyyə və onun yaranması barəsində belə deyir: "Sələfilik təqribən son əsrlərdə yaranmış yeni bir cərəyandır ki, müsəlmançılıq iddiasını yalnız özlərinə aid olduğunu deyir və özlərindən başqa hamını kafir hesab edirlər. Onlar özləri özlərinə bu adı verərək saleh sələflərə mənsubiyyət paltarını geyir, məzhəbsizlik fəzasında vəhdət iddiası edirlər! Halbuki, vəhdətin əsasları ilə müxalifdirlər. Sələfiyyət, yəni vəhhabiyyətin zəminəsi olan şəxslər iddia edirlər ki, heç bir məzhəb mövcud deyildir və sələflərin, yəni səhabələrin, tabeinlərin və tabeinlərin tabeinlərinin dövrünə qayıtmaq lazımdır. Məzhəblərin əldə etdiyi bütün sərmayələri, yəni müxtəlif firqə alimlərinin uzun əsrlər boyu göstərdiyi yorulmaz səylərin nəticəsini, İslamın müxtəlif sahələrdə olan mədəniyyət xəzinələrini, İslami fiqh vasitəsilə yığıb topladıqları və hər bir əsrin ehtiyaclarına cavab verdikləri məsələləri kənara qoymaq lazımdır. Bununla da onlar məzhəbsiz bir İslamı seçmək istəyirlər. Sələfilər hamını dəvət edərək bir tərəfdən "Gəlin bütün məzhəbləri bir kənara qoyaq, vəhdətə doğru gedək” deyirlər. Digər tərəfdən isə, camaatı kafir adlandırmaqla qılınclarını siyirərək başqalarını İslam cəmiyyətindən çıxarmaq və onları kafirlər dəstəsinə qoşmaqla iddia edirlər ki, İslam cəmiyyətini vəhdət halına salırıq... Bu kimi "məzhəbsizliyə doğru dəvət” pərdəsi altında öz növbəsində bir məzhəb gizlənmişdir. Hətta bu dəvətin özü də bir növ məzhəbdir. Bu da donuşluğun əlində giriftar olan İslamı hərəkətsiz, ruhsuz, naqis, bacarıqsız, cazibəsiz təsvir edən dardüşüncəli bir nəzər olub, kobudluq və təəssüb ruhunu dirçəltməklə yanaşı camaatın bir-birinə yaxınlaşması üçün mövcud olan hər bir yolu bağlayır və onun əvəzində çarpışmalar və bədbinliklər fəzası yaradır, hamını qılıncla müharibə etməyə çağırır.”(Əlbuti, Həmin mənbə, səh.16 )
    Bir sözlə, vəhhabilik təxribatçı və dağıdıcı bir firqədir, onların şüarları təxribat, məhv etmə, qəsavət və vəhşilikdən ibarətdir. Onlar öz ixtiyarlarında olan hər bir şeyi Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə şahadət verən, namaz qılan, Allah evinin ziyarətinə gedən müsəlmanlarla müharibədə edirlər.
    MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN FƏRDİ, İCTİMAİ, ELMİ VƏ SİYASİ FƏALİYYƏTİ
    Məhəmməd ibn Əbdül-Vəhhab h.q tarixi ilə 1115-ci ildə Üyeynə şəhərində (Ərəbistanın Nəcd diyarının şəhərlərindən biridir) doğulmuşdur.(Nəcd Ərəbistan yarımadasının böyük bir ərazisini əhatə edir ki, hal-hazırda onun bir qismi Səuddiyyə Ərəbistanın əzarisindən hesab olunur. Nəcd «uca və yüksək bir yer» mə`nasındadır. Nəcd diyarı ətraf nahiyələrdən üstün olduğuna görə belə adlandırılmışdır. Nəcdin mərkəzi Səudiyyə ölkəsinin rəsmi paytaxtı olan Riyaz şəhəridir. Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.137 ) Onun atası bu şəhərin şəri məhkəmə və tədris işlərini öhdəsinə almışdı. Məhəmməd uşaqlıq vaxtlarında sünnülərin təfsir, hədis və əqaid kitablarını oxumağa maraq göstərirdi. Hənbəli fiqhini atasının yanında öyrənmişdi. (Atası hənbəli alimlərindən sayılırdı.)
    Məhəmməd yeniyetməlik və cavanlıq dövrlərindən etibarən öz əqidəsində azğınçılığını göstərən iradlı sözlər danışır, xüsusilə Müsəyləmeyi Kəzzab, Səcca, Əsvəd Ənəsi və Təlieyi Əsədi kimi peyğəmbərlik iddiası edənlərin həyatını oxumağa həddindən artıq maraq göstərirdi. Onun müəllimləri uşaqlığının ilk çağlarından onun əqli cəhətdən azğın və kütbeyin olmasını başa düşmüşdülər. Onun atası Əbdül-Vəhhab oğlunun azğınçılıqda olduğunu hiss edir və həmişə onu danlayır, camaatı və öz ailəsini ondan uzaq olmağa çağırırdı.(Əmini Məhəmməd Hadi. "Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), dəftəri fərhəngi İslami, Tehran, 1372, 1-ci çap, səh.165)
    Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynədə ibtidai təhslini başa vurduqdan sonra elmini artırmaqdan ötrü səfərlər etməyi qərara aldı. Elə əvvəldən şan-şöhrət və təkəbbürlük xasiyyətinə malik olan Məhəmməd ibn Əbdül-Vəhhab öz arzularını həyata keçirmək üçün ətraf məntəqələrə səfərə çıxdı. O, əvvəlcə Hicazın mədəni və siyasi mühiti barədə çoxlu məlumat almaq üçün Mədineyi Münəvvərə və Məkkeyi Mükərrəmə şəhərlərinə səfər etdi və beləliklə, özünü kiçik və çətin qəbilə həyatından xilas edə bildi. Qeyd olunmalıdır ki, Məhəmməd ibn Əbdül-Vəhhab atasının yanında İbn Teymiyyənin kitablarını da mütailə etdiyinə görə onun səthi və təəssübçü fikirlərinin təsiri altına düşdü.
    Şübhəsiz, o, Mədineyi-Münəvvərəyə etdiyi səfərlərində Məhəmməd ibn Süleyman Kürdinin və Şeyx Məhəmməd Həyat Sindinin dərslərindən istifadə etmişdir. Lakin hənbəli fiqhinə qarşı malik olduğu quru və donuq təfəkkürün təsirindən bir sıra azğın əqidələr bəyan etməyə başladı. Buna görə də "onun ustadı onu dinsiz və azğın əsərlərini görərək deyirdi: «Allah-təala onu yolundan azdıracaq və Allahın bədbəxt bəndələri də onun səbəbi ilə yollarını azacaqlar.”(Rəzəvi Seyyid Mürtəza, "Bərgi iz cinayati vahhabiha”, Əli Ziyaninin tərcüməsi, Sazimani təbliğati İslami, 1368, 1-ci çap, səh.17 )
    Mədinədə qısa müddət qaldıqdan sonra əvvəlcə Bəsrəyə, daha sonra Bağdada səfər etdi. Bu səfərdə İbn Teymiyyə və onun şagirdi İbn Qəyyim Covzinin, eləcə də İbn Əbdül-Hadinin rəy və fikirlərindən agahlıq əldə etdi. Daha sonra Kürdüstana, Həmədana və İsfahana səfərlər etdi. Bu barədə Cənab Müdərrisi Təbatəbai "Lüməüş-şübəhat fi siyrəti Məhəmməd ibn Əbdül-Vəhhab” kitabından nəql edərək belə yazır: "Şeyx öz vətənindən Bəsrəyə, oradan Bağdada, daha sonra İraq Kürdüstanına getdi. Oradan Həmədana gəldi və orada iki il qaldı. Daha sonra isə İsfahana getdi. İsfahanın "Abbasiyyə” mədrəsəsində 7 il qaldı. Bu müddətdə Mirzəcan İsfahaninin yanında "Təfsiru Quşçi”nin şərhini, Mir Seyid Şərifin "Şərhu Məvaqif” və Katibinin "Kəlimətu eyn” kitablarını oxudu. Sonra Reyə, oradan da Quma gəldi. Daha sonra Osmanlı ölkələrinə, Şama və Misrə getdi, Misirdən yenidən Ərəbistana qayıtdı.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.119-120 )
    Məhəmməd ibn Əbdül-Vəhhabın İrana səfər edib-etməməsi, onun səfərinin hansı tarixdə baş verməsinə gəldikdə isə, tarixi mənbələrdən bu məsələnin hicri tarixi ilə XII əsrin ortalarında olduğu məlum olur. Bu barədə cənab Fəqihi belə yazır: "Məhəmməd ibn Əbdül-Vəhhabdan, eləcə də vahhabilərin əqidələrindən söhbət açan ən qədim fars dilli kitab Əbdür-Rəzzaq Dunbəlinin "Zeylu töhfətil-alim” kitabıdır. Bu kitabda şeyxin İsfahanda uzun müddət qalıb, bu şəhərin mədrəsələrində fiqh, üsul, sərf və nəhv öyrənməsi qeyd edilmişdir. Məhəmməd ibn Əbdül-Vəhhabın müasiri olan Mirzə Əbu Talib İsfahani onun İsfahana gəlib o şəhərdə elm və hikmət öyrənməsini, daha sonra İraqın və Xorasanın bir çox yerlərinə – Qəzvin sərhədinə qədər getməsinə işarə etmişdir. Digər bir tarix isə qacarlar dövründə yazılan "Nasirux-Təvarix”dir ki, onda Məhəmməd ibn Əbdül-Vəhhabın İrana gəlişindən söhbət olunur.”(Həmin mənbə, səh.118-119 )
    Məhəmməd ibn Əbdül-Vəhhabın İrana etdiyi səfərində diqqət yetirilməli və maraqlı məsələ "Hafiz və hibə” kitabının 336-cı səhifəsində qeyd olunanlardır. Orada belə deyilir: "Şeyx Məhəmməd İrana səfər etdi və orada şərq hikmətini, tüfəng və bir sıra müharibə ləvazimatını düzəltməyi, döyüş taktikasını öyrəndi.”(Həmin mənbə, səh.119 ) Bu məsələ bəlkə də Məhəmməd ibn Əbdül-Vəhhabın şan-şöhrət arzusunda olduğuna gözəl bir sübut ola bilər. Çünki, onun ətraf məntəqələrə səfəri, çox güclü ehtimal üzrə, bu əsrin siyasi-mədəni mühitindən agah olmaq və münasib üslub seçməkdən ibarət idi ki, bu yolla da Ərəbistan yarımadasında dəyişiklik yarada bilsin. Bu nəzəriyyəni belə irəli sürmək olar ki, Məhəmməd ibn Əbdül-Vəhhabın Osmanlı imperiyasının nəzarəti altında olan məntəqələrə, eləcə də İrana etdiyi səfərlərdə əsas məqsədi bu imperatorluğun nə qədər qüdrətə malik olmasını, hakimiyyəti altında olan məntəqələri necə idarə etməsini və İrana hakim olan mövcud şərait araşdırmaq idi ki, bunlar barəsində müəyyən məlumat əldə etməklə gələcəkdə öz məqsədlərini çox asanlıqla həyata keçirə bilsin.
    Şübhəsiz, onun İrana səfəri elə bir zamana təsadüf edirdi ki, Nadir şah (sonradan Əfşarilər silsiləsinin əsasını qoymuşdu) Səfəvi şahzadəsinin himayəsinin əksinə olaraq qüdrətə çatmaq və Səfəviləri tamamilə İran siyasəti səhnəsindən çıxarmaq istəyirdi.(Qeyd olunmalıdır ki, əfqanlıların İrana hakim olmasından və Səfəvi silsiləsinin süquta uğramasından sonra Nadir şah əfqanlıları İrandan çıxarmaq və nəhayət özünün qüdrətə çatmaq arzusunu həyata keçirmək üçün canını əfqanlılarla müharibədən qurtaran bir Səfəvi şahzadəsindən istifadə etdi və onu yenidən təşkil etmək qərarına gəldi. Bu barədə əlavə mə`lumat almaq üçün İranın Səfəviyyə əsrinin axırları və Əfşariyyənin əvvəllərindəki tarixinə müraciət edə bilərsiniz.  ) Doktor Hairi Məhəmməd ibn Əbdül-Vəhhabın xüsusi zaman dövründə İsfahana səfərinə işarə edərək yazır: "Məhəmməd ibn Əbdül-Vəhhab Nadir şaha tac qoyulma mərasimi keçirilən ildə (1148-ci h.q. 1736-cı miladi) İsfahana getdi və dörd il müddətində o şəhərdə məşşa-işraq fəlsəfələrini və sufiliyi öyrəndi.”(Hairi Əbdül-Vəhhab, "İran və cahani islam” Astani Qüdsi Rəzəvi nəşriyyatı, Məşhəd, 1368, 1-ci çap, səh.74 )
    Bir sözlə, Məhəmməd ibn Əbdül-Vəhhab o dövrdə İrana hakim olan mədəni-siyasi fəzadan agah olmaq (bunun özü də ayrılıqda araşdırılmalı bir məsələdir), həmçinin o dövrdə istismarçı qüdrətlərin (Hollandiya, Potuqaliya və İngiltərə) Fars körfəzi hövzəsində yerləşən ölkələrə qarşı rəqabətini nəzərə almaqla əvvəlcə Nəcd, daha sonra ətraf nahiyələrdə müəyyən dəyişikliklər etmək qərarına gəldi.(Məhəmməd ibn Əbdül-Vəhhabın dövründə Fars körfəzi və orta şərq ölkələrində istismarçı qüdrətlərin hüzuru barəsində 2-ci fəsildə ətraflı söhbət olunacaq. )
    Amma burada belə bir sual yaranır ki, görəsən Məhəmməd ibn Əbdül-Vəhhabın Şama və İraqa etdiyi səfərdə məqsədi nə idi? O, bu səfərlərdə hansı məsələləri izləyir, hansı əqidə və cərəyanları axtarırdı? Şübhəsiz, o, Nəcdin qəbilə icması şəklində yaşayan mühitində böyüyüb boya-başa çatmışdı və atasının hənbəli əqidəsinə malik olduğuna, həmçinin onun məhkəmə və tədris sahələrində çalışdığına görə hənbəli fiqhini, eləcə də bu barədə müəyyən tədbirlər görənlərin, xüsusilə İbn Teymiyyə və onun şagirdi İbn Qəyyim və İbn Əbdil Hadinin fiqhini araşdırmağa çox maraq göstərirdi. Buna görə də yuxarıda adları qeyd edilənlərin əqidə və rəyləri barəsində daha artıq məlumat kəsb etmək, eləcə də Osmanlı imperatorluğunun hakimiyyəti altında olan Şam və İraqın siyasi, ictimai və mədəni mühiti barədə məlumat əldə etmək üçün həmin məntəqələrə səfər etmişdi. Cənab Fəqihi Məhəmməd ibn Əbdül-Vəhhabın təlimlərinin mənşəyinə işarə edərək yazır: "... Şübhəsiz, Məhəmməd ibn Əbdül-Vəhhabın sözləri İbn Teymiyyənin rəylərindən qaynaqlanır. Vəhhabi firqəsinin böyük şəxsiyyətləri və yazıçıları, eləcə də başqa yazıçılardan bir qrupu bu məsələni aşkar şəkildə qeyd etmişlər... Bundan əlavə "Böyük İslam Enskilopediyası”nın yazdığına əsasən Şeyx Məhəmməd Dəməşqdəki hənbəli alimləri ilə əlaqə qurmuşdu və təbidir ki, hənbəli alimlərinin əsərlərindən, xüsusilə İbn Teymiyyə və onun şagirdi İbn Qəyyim Covziyyənin təlimlərindən bəhrələnmişdir...”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.129-130 )
    Bu hadisələri və cərəyanları nəzərə almaqla aydın olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab xüsusi məsələləri izləyirdi ki, sonralar vəhhabiyyətin – İslama zidd olan məsləkinin əsasını qoysun. Bu zaman bəzi yazıçılar səhvən vəhhabi hərəkatının müsbət nəticələrindən biri kimi "İslam və Quranın əsas prinsiplərinə əsaslanan iqtidarlı dini hökumət icad etmək” kimi qeyd etmişdilər.(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.247 ) Halbuki, vəhhabiliyin donuqluq, təəssübkeşlik, irticaçılıq, geriçilik fikirləri və sair müsəlmanlar qarşısında dəlilsiz ciddiyyətləri və xudbinlikləri onların nəzərdə tutduqları dini hökumətin sarsılmasının və İslam cəmiyyətində təfriqənin, ikitirəliliyin yaranmasının səbəbi hesab olunurdu. Cənab Əmini bu barədə belə yazır: "Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin nəzərlərini necə icra etmək barəsində çox fikirləşdi. Nəhayət, bu qənaətə gəldi ki, zorakılıq və qılınc sayəsində "din və onun ilkin çiçəklənən intibah dövrünə qayıdış” adı ilə camaatın arasında iğtişaş, qorxu və vəhşət yaratsın ki, bununla da sadəlövh insanları aldada bilsin...”(Əmini Məhəmməd Hadi. "Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh 171-172 )Qeyd olunanları nəzərə almaqla xülasə şəkildə aşağdakıları qeyd etmək olar:
    Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynədə qəbilə icması şəklində olan bir mühitdə dünyaya gəlmişdi. İbtidai təhsilini öz şəhərində atasının və başqalarının yanında başa vurmuş və ilk əvvəldən onun azğın əqidələri aşkar olmuşdu. Çünki, o, peyğəmbərlik iddiasında olanların həyatını mütailə etməyə çox maraq göstərir və İslam cəmiyyətində iğtişaş yaratmaq üçün müasir tipli əqidə və rəy əldə etmək istəyirdi. Amma qəbilə mühiti çox kiçik və bağlı olduğuna görə onun məlumatı həmin mühitin sərhədlərini aşmırdı. Buna görə də icma quruluşunda olan həmin cəmiyyətdən çıxaraq əsaslı dəyişiklik yaratmaq və dini-ictimai islahatçı olmaq fikrinə düşdü.
    Aydındır ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz qərarını icra etmək üçün güclü bir dini-elmi arxaya ehtiyac duyurdu. İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin fikirləri (hənbəli fiqhi İbn Teymiyyənin donuqluq və təəssüb üzündən olan əqidələri və s.) onun öz elmi-mədəni məlumatlarının artıb güclənməsində təsirli oldu. O, Şama və İraqa səfər etməklə lazım olan xüsusi elmi-mədəni agahlıqları əldə etməkdən əlavə, dövrün siyasi və ictimai məsələlərini də araşdıraraq təhlil edirdi.
    Şübhəsiz, "Nəcdin qəbiləvi həyatında və qohumluq əsasında qurulan cəmiyyətində dəyişiklik aparmaq – bir tərəfdən Osmanlı hakimiyyətindəki sarsıntı əmələ gəldiyinə, digər tərəfdən isə şərq ölkələrində dini baxımdan qüdrətli bir hakimiyyətin olmadığına görə (çünki, şiə məzhəbli Səfəvilər əfqanlıların əli ilə məğlub edilmişdi və Nadirin qüdrəti kəsb etdiyi vaxta qədər ölkədə iğtişaş hökm sürürdü. Hətta Nadir qüdrəti əlinə aldığı vaxtda belə, özündən aydın bir dini siyasət göstərməmişdi) bütün bunlar ibn Əbdül-Vəhhabın zahirdə dini islahat aparmaq, batində isə özünün məqampərəstlik məqsədlərini və qüdrət hərisliyini həyata keçirmək üçün tədbir görməsinə səbəb oldu.” Amma Seyyid Əhməd Zeyni Dehlanın dediyi kimi, "onun rəylərinin əməli nəticəsi nəinki İslam cəmiyyətlərində dini islahat aparılmasına səbəb olmadı, əksinə bunun özü də saysız-hesabsız çətinliklər yaratdı.”(Zeyni Dehlan Seyyid Əhməd. "Fitneyi-vəhhabiyyət”, Hamayun Himmətinin tərcüməsi, Məş`ər nəşri, bi-ta, bi-ca, səh.12 )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 626 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024