İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:20 AM
    MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN İLK RƏSMİ VƏ AŞKAR DƏVƏTİ
    Məhəmməd ibn Əbdül-Vəhhab Şama, İraqa və İrana çoxlu səfərlər etdikdən, elmi, dini və siyasi agahlıq əldə etdikdən sonra 1152-ci hicri ilində Nəcdə qayıtdı. Atası Üyeynədən Nəcdin böyük şəhəri olan Hərimələyə köçdüyünə görə o da həmin şəhərə köçməli oldu.
    O, 1143-cü ildə (32 yaşında) Bəsrədə özünün ilk dəvətini başlaması,(İbn Teymiyyənin fikirlərinin Şamda və onun ətraf məntəqələrində müvəffəqiyyət qazana bilməməsinin səbəbi həmin məntəqələrin elmi mövqeyi idi. Məhəmməd ibni Əbdül-Vəhhab da bu nahiyyələrdə əslində İbn Teymiyyənin fikir və rə`yləri olan öz nəzəriyyələrini əməli olaraq həyata keçirə bilmədi (əslində onun xammalı İbn Teymiyyənin fikirlərindən ibarət idi). Onun öz də`vətini aşkar etməsi ilə əlaqədar Nəcddəki müvəffəqiyyətləri barəsində sonralar söhbət edəcəyik.  ) nəticədə həmin şəhərdən qovulmasına baxmayaraq,(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.225 ) atasının Hərimələdə vəfat etdiyi 1153-cü ilə qədər (onun İrana gəlişindən 8 ay sonra) öz əqidələrini rəsmi şəkildə aşkar etmədi. (Bundan əvvəl atası və ustadları onun etdiyi söhbətlərindən, əməl və rəftarlarından onun əqidə azğınçılığında olmasından xəbərdar olmuşdular). O, "həmin ildə (1153-ci h.q. 1740-cı miladi) öz təfəkkürünün məhsulu olan "Kitabut-Tövhid” adlı bir kitab yazdı.(Şeyx Məhəmməd və onun ardıcılları tövhid kəlməsinin və "la ilahə illəllah”ı elə mə`na edirlər ki, özlərindən başqa heç bir tövhidçi qalmır. Onlar deyirlər ki, Məhəmməd ibn Əbdül-Vəhhab tövhidə də`vət edirdi. Hər kəs onun dediyi tövhidi qəbul etsəydi özü və mal-dövləti amanda olardı. Əks halda malı başqalarına mübah saylırdı (Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.161-164) )Atasının vəfatı ilə eyni zamanda Hərimələ şəhərində öz əqidələrini aşkar etdi və camaatın əqidə və əməlini inkar etməyə başladı. "Kəşful-irtiyab” kitabının müəllifi bu barədə yazır: Bu zaman (atasının ölümündən sonra) o daha da cürətləndi. Heç bir qorxu olmadan öz əqidələrini aşkar etdi və müsəlmanların hamısının fikir birliyində olduğu əməllərə həmlə etdi, dələduz və quldurlardan bir qrupunu öz ətrafında birləşdirdi.”(Əl-əmin Seyyid Möhsün, "Kəşfül-irtiyab” Seyyid İbrahim Ələvinin tərcüməsi, İntişarati Sepeher, Tehran, 1367, 3-cü çap, səh.6) Onun ixtira etdiyi məktəb sonralar onun atası Əbdül-Vəhhabın adı ilə "vəhhabi” adlandırıldı (bu barədə əvvəllər qeyd olunmuşdur). Elə bir məslək ki, bəzilərinin inancına görə İslam ölkələrinin mərkəzində səhvən "məzhəbi islahat və yeni həyat hərəkatı” adlandırılır.(Çahardəhi, yenə orda, səh.231 )Vəhhabi ayini təəssübkeş, çox səthi və donuşluq əsasında olan, təfriqə yaradan və nifaq salan bir dindir ki, müsəlmanları kafir hesab etmək onların əsas və ümdə şüarlarıdır.
    Ümumiyyətlə, Hərimələdə vəhhabi dəvətini qəbul etmək o şəhərin qəbilə icması şəklində yaşayan cəmiyyəti üçün ağır idi. Amma, vəhhabi yazıçıları İbn Əbdül-Vəhhabın Hərimələdə müvəffəqiyyət qazanmamasının səbəbini Həmyan qəbiləsinin əmr be mərufa və nəhy əz münkərə dəvət etməsi hesab edirlər! (Bu qəbilə Hərimələdə yaşayan iki qəbilədən biridir ki, çox yaramaz və əxlaqsız işlərlə məşğuldurlar.) Buna görə də onu qətlə yetirməyi qərara aldılar və o, bu hadisədən xəbər tutaraq şəhərdən qaçdı.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.120-121 ) Amma "Hərimələ şəhərinin qəbilə rəisləri iki qəbilədən olub hər biri də rəyasət iddiası etdiyindən(Həmin mənbə, səh.120 ) "o, bu mərhələdə siyasi-dini baxımdan müvəffəqiyyət qazana bilmədi. Həqiqətdə qəbilə icması həyatında camaat öz rəislərinə tabe olaraq hər bir işi görür, rəis istəməzsə o işi yerinə yetirməzlər. Hər bir qəbilə rəhbəri öz qəbilələrinin qüdrətinin başında dayanır, o, hər nə əmr edərdisə icrası vacib olurdu.
    Digər mühüm məsələ budur ki, o, Hərimələdə sakin olan qəbilələrin heç birindən deyildi. Buna görə də oranın əhalisi onun özü, rəyləri və nəzərlərindən tam agah deyildilər.
    Buna görə də İbn Əbdül-Vəhhab yerini dəyişməyə məcbur oldu və öz məsləkini təbliğ etməkdə fəaliyyətini davam etdirmək üçün yeni bir şəhəri – Üyeynə şəhərini seçdi. Bu şəhərin seçilməsi onun üçün üç cəhətdən əhəmiyyət daşıyırdı. Biri bu idi ki, bura onun ilkin vətəni hesab olunurdu. Buna görə də camaat onun özü və ailəsi ilə müəyyən qədər tanış idilər. Həmçinin o, Üyeynədə sakin olan qəbilənin üzvü idi və oranın həyat, mühit, təfəkkür tərzi və siyasi məsələləri ilə yaxşı tanış idi. İkincisi, atasının Üyeynədə malik olduğu mənsəb – yəni hənbəli fiqhini tədris etməsinə və qəzavət kürsüsündə olmasına görə, camaat Əbdül-Vəhhab ailəsinə hörmət göstərirdi. Üçüncü məsələ budur ki, İbn Əbdül-Vəhhab Üyeynənin siyasi mövqeyi ilə tanış idi və Ehsa hakiminin nəzarəti altında idi, oranın əmiri Osman ibn Əhməd zahirdə camaata hökmranlıq etdiyinə görə Üyeynə şəhərini seçdi. O çalışırdı ki, mümkün olan hər bir vasitə ilə oranın əmirini özünün ixtira etdiyi məsləki qəbul etməyə vadar etsin. Bununla da çox güclü arxaya malik olsun və Ehsanın əmirinin nəzarətindən xaric olsun.
    Üyeynədə Məhəmməd İbn Əbdül-Vəhhabın dəvətinin davam etməsinə görə "o bu dövrdə müsəlmanların xüsusi və ümumi təbəqələrindən həvayi-nəfsə tabe olan çoxlarını özü ilə həmfikir və həməqidə edə bildi... Buna görə də onun şan-şöhrəti yayılmağa başladı: hər bir yerdə və dini məclislərdə, hətta siyasi məclislərdə belə ondan və onun işlərindən söhbət gedirdi.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.226 ) Onun şöhrətinin artmasına və işinin rövnəqlənməsinə səbəb olan ardıcıllarının və havadarlarının çoxluğu Ehsa hakiminin nigarançılığına səbəb oldu. Buna görə də o, Üyeynənin əmiri Osman ibn Əhməd ibn Müəmməri ibn Əbdül-Vəhhabı öz yolu üzərindən götürməyə vadar etdi. Məhəmməd ibn Əbdül-Vəhhab Nəcdə tam hakimiyyət vədəsini (onunla həmkarlıq edəcəyi təqdirdə) Osmana verməsinə baxmayaraq, o, hər an Üyeynəyə hücum etməsi gözlənən Ehsa əmirinin qorxusundan Məhəmmədi bu şəhəri (Üyeynəni) tərk etməyə məcbur etdi.
    Məhəmməd ibn Əbdül-Vəhhab daha sonra Diriyyə şəhərinə getdi (Nəcd şəhərlərindən biridir). Oraya Ali-Səud sülaləsi hakim idi və oranın həyatı qəbilə və tayfa qayda-qanunları və mədəniyyəti əsasında cərəyan edirdi. Qeyd etmək lazımdır ki, qəbilə icmasında qəbilə üzvləri öz hakim və rəislərinə itaət edir, müharibə fərmanı, sülh bağlanması, yer dəyişmə, mühakimə və qəbilənin ən çox siyasi və ictimai məsələləri rəisin öhdəsinədir və bundan əlavə, o hər hansı ayini və məsləki qəbul edərsə və qəbilə üzvlərini də onu qəbul etməyə təşviq edərsə qəbilə üzvləri də bunu alqışla qəbul edirdilər.
    Məhəmməd ibn Əbdül-Vəhhab da qəbilə icmasına hakim olan qayda-qanunları bildiyindən, qəbilə və onun rəisinin vəziyyətindən agah olduğuna görə öz hədəfini həyata keçirmək üçün Diriyyəyə yola düşdü. O, özünün şöhrətpərəstlik və rəyasət kimi hədəflərinə çatmaq üçün Diriyyəyə daxil olan kimi oranın hakimi Məhəmməd İbn Səudun yanına getdi və onu vəhhabiyyət dinini qəbul etməyə təşviq etdi. Bununla yanaşı onun Nəcdə və Ərəbistanın və sair məntəqələrinə hakim olacağını vəd etdi. Fəqihi bu barədə yazır: «Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə gəlib Məhəmməd İbn Səudla razılaşdığı zaman Diriyyə əhalisi son dərəcə yoxsulluq və ehtiyac içində yaşayır, güzəranlarını təmin etmək üçün qan-tər içində işləyirdilər..”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.151) O, Diriyyə camaatının vəziyyətindən agah olub Ali-Səudla razılaşmaya gəldiyinə görə özünün ixtira etdiyi dini təbliğ etmək üçün münasib şərait yarandığını gördü və Ali-Səudla razılaşıb öz dəvətini Diriyyədən başladı. O, həmin şəhəri vəhhabiliyi Nəcdin sair məntəqələrininə və Ərəbistan yarımadasının digər yerlərinə yaymaq üçün bir dayaq məntəqəsi kimi seçdi.
    MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN FƏALİYYƏT ÜSLUBU
    Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin rəy və fikirlərindən təsirlənərək vəhhabi məsləkini icad etdi. Şübhəsiz, "o da İbn Teymiyyə kimi, Hənbəli məzhəbində və həşv(Həşv – artıq sözləri, mövzuya dəxli olmayan sözlər, eyni fikri müxtəlif şəkillərdə təkrar etmə. ) əhli idi. İbn Teymiyyənin və onun şagirdi İbn Qəyyim və İbn Əbdül-Hadinin əqidələrini özü üçün örnək qərar verdi və bu yolda onlardan da artıq ciddiyyətlə fəaliyyət göstərdi. Nəhayət, bütün müsəlmanları kafir və müşrik hesab etdi. Bütün İslam ölkələrini hətta hələlik vəhhabilərin əlinə keçməyən Məkkeyi Mükərrəmə və Mədineyi-Münəvvərəni belə "darul-hərb” (müharibə evi) və "darul-küfr” (küfr evi) adlandırdı, müsəlmanlarla müharibə aparıb o müqəddəs məkanları işğal etməyi, bütün İslam şüarlarını, adət və mərasimlərini məhv edib dağıtmağı öz ardıcıllarına vacib etdi.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha” səh.21-22 )Həqiqətdə o, özünün və Ali-Səudun hədəflərinə çatmaq üçün elə bir məzhəb ixtira etmişdi ki, imam Fəxr Razinin təbiri ilə desək, "yeni Hənbəli məzhəbi” adlandırılırdı.(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.227 ) Elə bir məslək idi ki, onun banisi camaatı ona dəvət etməkdə həddindən artıq təəssübkeşlik və donuqluq göstərir, bütün İslam firqələrini kafir hesab edir, onları cahil, nadan, müşrik və bidətçi adlandırırdı.(Vəhhabi firqəsinin sair müsəlman tayfalarına, xüsusilə on iki imam şiələrinə tutduqları iradlar müqəddəs İslam şəriəti tərəfindən qadağan edilməmişdir və onu heç bir cəzası yoxdur. Vəhhabilər bu kimi işlər barədə hər hansı bir hökm versələr Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinin əksinədir və hətta bid`ətdir də! Yə`ni dində olmayan bir şeyi dinə daxil etmək və elm olmadan hökm verməkdir. Bu ehtimalla onların dedikləri şeylər dini yönə malik olsa da belə ona dini ənənə hesab etmək olmaz. Buna əsasən, vəhhabilərin əməli müqəddəs şəriətdə tə`kidlə qadağan edilən işlərdəndir və mö`min şəxs də, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və səhabələrin üslubuna uyğun olan haqdan başqa əsasda hökm etməz. Deməli, hər kəs Allahın fərmanına müvafiq və "ma ənzələllah” (hər nə ki, Allah nazil edib) əsasında hökm etsə onun Allahın fərmanı əsasında hökm verməkdən başqa bir çarəsi yoxdur. Əks halda Allahın hökm etdiyindən başqa əsasda hökm vermiş olur! (Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi-vəhhabi və pasoxe şübhəhaye anha”, səh.106 və 240)  ) Vəhhabilər bidət, şirk və bütpərəstlik kimi sözlərin mənalarını genişləndirərək onları əql və şəriət nəzərində nə şirk, nə də bütpərəstlik olmayan məfhumlara da aid etmiş, bununla da İbn Teymiyyənin işini davam etdirərək İslam dünyasına çox böyük xəsarətlər vurmuş və müsibətlər yaratmışlar.
    Mühəqqiqlərin əksəriyyəti bu əqidə barəsində müttəfiq fikirdədirlər ki, ibn Əbdül-Vəhhabın əqidə və rəylərinin "xammalı” İbn Teymiyyə, İbn Qəyyim və İbn Əbdül-Hadinin, xüsusilə əvvəldəkinin (İbn Teymiyyənin) əqidəsi təşkil edir. Bu nəzəriyyəyə diqqət yetirməklə "vəhhabi ayinini əhli sünnənin Əhməd ibn Hənbəlin təlimləri əsasında olan hənbəli fiqhinin məktəbi ilə qarışan sünnəçilik ideyalarının davamı hesab etmək olar. Hənbəli alimlərindən olan Əhməd ibn Teymiyyənin əsərləri vəhhabilərin əqidə və rəylərində ən çox təsir qoymuşdur.”(Əsədi Məhmud. "Keyhani fərhəngi” aylıq jurnalı, şirkəti çap və İntişarati Keyhan, 1372, 105-ci nömrə, səh.45 ) Ayətullah Cəfər Sübhani Məhəmməd ibn Əbdül-Vəhhabın İbn Teymiyyənin nəzəriyyə və fikirlərini dirçəltməyə xüsusi maraq göstərməsini qeyd etməklə yazır: "Onun (İbn Teymiyyənin) əqidəsinin yalnız xüsusi bir hissəsini öz dəvətinin mehvəri qərar verdi və orada tövhid və şirk məsələlərini irəli çəkdi. Peyğəmbərin (s) ziyarəti üçün səfərə getməyi, ona təvəssül edib əsərlərini təbərrük etməyi və qəbirlərin üzərində məqbərə tikməyi şirk hesab etdi.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.283 )
    Burada bəhsin daha aydın olması üçün vəhhabilərin təxribatçı, təfriqə yaradan və təəssübçü əqidələrinin bəzilərini bəyan edirik.
    "Şəxsiyyət və əndişehayi Kaşiful-ğita” kitabının müəllifi bu barədə yazır: "Bunların (vəhhabilərin) nəzərində qolbağı və yaxadan asılan dua, Allahdan başqasına and içmək, səbəb, illət və vasitələrə etiqad bəsləmək, qulam və kənizə "əbd” və "ümm” adı vermək şirkdir.”(Məhəmməd ibn Əbdül-Vəhhab "Kəşfuş-şübəhat” risaləsində müsəlmanları 24 dəfədən artıq müşrik hesab etmiş, 20 dəfə kafir, müşrik, mürtəd, münafiq, tövhidi inkar edən, tövhid və Allah düşmənləri, İslam iddiaçıları, batil əhli, nadan və şeytanlar adlandırmış və həm də demişdir ki, nadan kafirlər və bütpərəstlər bu müsəlmanlardan ağıllıdırlar. Şeytan onların rəhbəri və onların başındadır (Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.24-25)  ) "Bunların nəzərinə görə şəhadət kəlmələrini demək və zat, sifət, fel və ibadət baxımından Allahın vəhdaniyyətinə etiqad bəsləmək kafi deyildir. Əksinə hər kəs bu işlərə etiqad bəslədiyi halda qəbirləri ziyarət etsə müşrikdir. Vəhhabilər tövhid məsələsində malik olduqları ifratçı nəzəriyyələrlə yanaşı, özləri Quran ayələrinin zahirinə istinad edərək Allah üçün cəhət olduğunu deyirlər. Halbuki, Allahın hər hansı bir cəhətdə olması Onun cisim olmasını zəruri edir, hər kəs də Allahı cisim hesab etsə kafirdir. Bundan da pisi budur ki, vəhhabilər Allahın zahiri əzası olmasına inanır və deyirlər ki, Allah birinci asimana enir...”(Behişti Əhməd. "Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, Kanuni nəşri əndişeyi islami, Qum, 1370, 1-ci çap, səh.93-94. Yuxarıdakı mətləbin izahında bu kitabda qeyd olunur ki, onlar "Fəcr” surəsinin 22-ci ayəsinin-"və caə Rəbbukə vəl-mələku səffən səffa”, "Qaf” surəsinin 16-cı ayəsinin-"və nəhnu əqrəbu iləyhi min həblil-vərid”, "Maidə” surəsinin 64-cü ayəsinin-"bəl yədahu məbsutətani”, "Hud” surəsinin 39-cu ayəsinin-"isnəil-fulkə bi ə`yunina” və "Bəqərə” surəsinin 115-ci ayəsinin-"fəsəmmə vəchullah” ayəsinin zahiri mə`nasını götürərək Allahı üz, əl, göz, məkana malik olan bir varlıq və maddi varlıqlar kimi gedib-gələn bir şəxs hesab edirlər! ) Ümumiyyətlə, "(vəhhabilər) inanırlar ki, dinin əsası Quran ayələri, Peyğəmbərin (s) və səhabələrin səhih hədislərinin zahiri məfhumlarının əsasında qurulmalıdır. Onlar deyirlər ki, bu ayə və rəvayətlərə, heç bir dəyişiklik edilmədən istinad edilməli və onların zahiri məfhumlarına əməl olunmalıdır. Buna görə də müsəlmanların Quran ayələri və əsl hədislərlə müvafiq olmayan əməl və rəftarlarının Quran və İslam qanunlarından azğınlıq hesab edirlər.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.237 )Onlar qəbirləri ziyarət etməyi və peyğəmbərlərin, imamların və övliyaların pak ruhlarına təvəssül etməyi,(Məhəmməd ibn Əbdül-Vəhhab «qəbrə ibadət etməklə» «qəbri ziyarət etməyi» bir-birinə qarışdırmış və belə təsəvvür etmişdir ki, qəbri ziyarət etmək dedikdə qəbrə ibadət başa düşülür, halbuki qəbrin ziyarət olunması Allah evinin təvaf edilməsinə, Səfa və Mərva arasında sə`y əməlinə oxşayır. Belə ki, heç kəs "Allahın evini təvaf etmək elə evə ibadət etməkdir”, yaxud "Səfa və Mərva arasında sə`y etmək elə onlara ibadət etməkdir” - deyə iddia edə bilməz. Hətta bir şəxsin zehninə belə gəlməz ki, qəbrin ziyarət olunması dedikdə pərəstiş nəzərdə tutulsun. (Şəxsiyət və əndişeyi Kaşiful-ğita, səh.91-dən nəqlən)  ) qəbirləri üzərində məqbərə düzəltməyi, onlara təbərrük etməyi, eləcə də şəfaətə etiqad bəsləməyi şirk hesab etmişlər.(Tamamilə aydın məsələdir ki, qəbirlərə təvəssül, ziyarət, təbərrük və onları təmir etmək qətiyyən şirk və bütpərəstliklə müqayisə oluna bilməz. Qəbri ziyarət edən şəxs nə ona pərəstiş edir, nə də onun sahibinə. Qalan işlər də eynilə bu cürdür. Allahdan başqasına pərəstiş etməklə, Allah dərgahına yaxın olan bəndələrdən birini, çətinliklərin həll edilməsi üçün yaxınlaşmaq arasında böyük bir fərq vardır. Şəfaətə e`tiqad bəsləmək də şəfaətçi şəxsə pərəstiş, yaxud onun ilahiləşdirilməsi deyil, əksinə günahkarın günahlarının bağışlanması üçün Allah dərgahına yaxın olan bir bəndənin vasitəçi qərar verilməsidir ki, bu da Allahın razılığı olmadan qeyri-mümkündür. ("Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, səh.88) Bundan əlavə, Məhəmməd ibn Əbdül-Vəhhab, eləcə də onun ardıcılları olan vəhhabilər inanırlar ki, əgər Allahdan başqasına seyyid və mövla deyilsə bu iş şirkdir. Halbuki, Peyğəmbəri-Əkrəm (s) Həmzəni "Seyyidüş-şühəda” (şəhidlərin ağası), özünü isə "Seyyidu bəni Adəm” (bütün Adəm övladlarının ağası), Həsən və Hüseyni (ə) behişt cavanlarının seyyidi, ağası kimi təqdim etmişdir. Labüd olaraq deməliyik ki, vəhhabilərin rəhbəri özlərini hətta Peyğəmbəri-əkrəmdən (s) sair ilahi övliyalaran belə artıq tövhidçi hesab edirlər! (Həmin mənbə, səh.94) )
    "Ərəbistanla tanışlıq” kitabında qeyd olunur ki, "ümumiyyətlə onun (İbn Əbdül-Vəhhabın) öz nəzəri ilə ayırd etdiyi və Rəsuli-Əkrəmin (s) və saleh sələflərin dövründə olmayan qayda-qanunları bidət və ona əməl edənlərin qətlini vacib hesab etmiş və "bu adət və qaydaların məhv edilməsi üçün ələ qılınc alıb cihad etmək lazımdır!” - deyə fətva vermişdir.”(Hövzeyi-nəmayəndegiye vəliyyi fəqih dər ümumi həcc və ziyarət, səh.119 ) Aydındır ki, vəhhabilik ixtilaf yaradan və təfriqə salan bir ayindir və həqiqətdə (xəvaric kimi) özlərini müsəlmana oxşadan insanlar olub yersiz təəssübkeşliyə düçar olmuş və özlərinin cəhalət və təəssübünün dindarlıq və hidayət olduğunu təsəvvür etmişlər. Onlar bu təfəkkür tərzi ilə onların öz dinlərində olan sair müsəlmanları kafir və müşrik hesab edirlər.(Məhəmməd Əbu Zöhrə deyir: Vəhhabilər İbn Teymiyyənin dediyinə heç bir şey əlavə etməmiş, sadəcə ondan daha artıq kəskin rəftar etmişlər. Onların işləri aşağıdakılarda xülasələnir: a) Siqaret çəkmək kimi işləri şirk hesab etmişlər. Onlar xəvaric kimi, hər bir günahı küfr, böyük günah iş görəni isə kafir hesab edirlər. b) Onlar təkcə təbliğlə kifayətlənməyərək deyirlər ki, həm bid`ətlə, həm də onların öz nəzərində bid`ət sayılan şeylərlə müharibə etməliyik. v) Qəhvə və s. bu kimi şeyləri həm özlərinə, həm də camaata haram edirlər. Amma bu barədə sonralar, nisbətən mülayimlik göstərdilər. q) Hər şəhər və kəndi ələ keçirdilərsə qəbirlərin üzərində olan zərihləri dağıtdılar. d) Qəbirlərin üzərində olan əlamətləri də aradan götürdülər. Hicazda böyük din şəxsiyyətlərinin və Peyğəmbər (s) səhabələrinin qəbirlərini uçurtmaqdan belə əl çəkmədilər. e) Bütpərəstliklə heç bir rabitəsi olmayan foto şəkil çəkməyi də qadağan etdilər. Amma saraydakılar ona e`tina etmədilər. ə) Peyğəmbərin (s) mütəhhər qəbrinə pərdə çəkməyi bid`ət hesab etmiş və onun üzərindəki pərdəni dəyişməkdən imtina etmişlər ki, nəhayət örtülü qalıb aradan getsin ("Şəxsiyyət və əndişehayi Kaşifutul-ğita”, səh.92 93)  ) Onların əsl hədəfləri müsəlmanlarla düşmənçilik etməkdir. Çünki, özlərindən başqa müsəlmanlara nisbət verdikləri şeylər, onlara rəva gördükləri zülmlər nə Qurani-Məciddə, nə də şərif Peyğəmbər (s) sünnəsində vardır. Həqiqətdə onlar Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinin əleyhinədir. Ayətullah Qəzvini bu barədə yazır: "... Onların (yəni vəhhabilərin) təəssübü buradadır ki, özlərini əhli-sünnə – yəni Peyğəmbərin (s) sünnəsinə və rəftarına əməl edənlər hesab edirlər. Halbuki, Peyğəmbərin (s) sünnəsi və şəriəti bütün müsəlmanlar üçündür, müsəlmanların, İslam alimlərinin və din rəhbərlərinin üslubundan əlavə, onların təsəvvürlərinin əleyhinədir və onların əməllərini rədd olunmuş sayırlar.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.107 ) Həqiqətdə isə vəhhabilərin tədbirləri Allahın kitabı və Peyğəmbər (s) sünnəsinin əksinədir. Çünki, müsəlmanları bir-biri ilə sıx vəhdətə, səfa-səmimiyyətə dəvət edən Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq, onlar müsəlmanları nifaqa, təfriqəyə, düşmənçiliyə sövq edir, onların arasında kin-küdurətə rəvac verirlər.
    Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyədə qərarlaşdıqdan, öz mövqeyini möhkəmlətdikdən sonra Nəcdin rəislərinə və qazilərinə məktub yazaraq onların özünə itaət etmələrini istədi. Bir qrup qəbul etdi, digər bir dəstə isə onu istehzaya tutaraq rədd etdilər. O, yaranan bu fürsətdən özünün və Ali-Səud sülaləsinin şan-şöhrət və rəyasət arzularını həyata keçirmək üçün istifadə etdi və Diriyyə əhalisinə (onlar da düçar olduqları fəqirliyə və yoxsulluğa görə bu çətinliklərdən çıxmaq üçün bir yol axtarırdılar) Nəcdin itaətsizlik edən qəbilələrinin əleyhinə müharibə göstərişi verdi. "O, Nəcd əhalisi ilə təkrar döyüşdü, nəhayət onları şeyxin (Məhəmməd ibn Əbdül-Vəhhabın) itaətinə gətirdi və Ali-Səud Nəcdə və sair qəbilə sakinlərinə qələbə çaldı.”(Fəqihi, Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.154 )
    Sonrakı fəsillərdə vəhhabilərin müxtəlif dövrlərdə keçirdikləri tədbirlər barəsində söhbət olunacaqdır. "Vəhhabilərin sair İslami firqələrə, xüsusilə şiələrə göstərdikləri qürur və çoxlu bədbinliklər onların İslam cəmiyyətində geri qalmasının ən mühüm amili oldu.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.247  )
    VƏHHABİLİYİN MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB ÖVLADLARİNİN DÖVRÜNDƏKİ CİDDİ TƏDBİRLƏRİ
    Məhəmməd ibn Əbdül-Vəhhab, Məhəmməd İbn Səud ilə birləşdikdən sonra Diriyyə camatını sair Nəcd və Hicaz əhalilərinə hücum etməyə dəvət etdi. Vəhhabilərin malik olduqları əqidəni nəzərə almaqla (yalnız özlərini tövhid əhli bilib, sair müsəlmanları kafir hesab edərək qətlini vacib bilmələri) müsəlmanlara qarşı olan hücumlarına bəraət qazandırırdılar. Sonra Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud sülaləsi arasında «siyasi evlənmək» baş verdi. Bununla da o ikisi bir-birinə daha artıq yaxınlaşdılar və vəhhabiyyətin genişlənməsi üçün çox ciddi cəhdlə çalışmağa başladılar.
    Vəhhabilər Məhəmməd ibn Əbdül-Vəhhabın sağlığında Nəcdin sair məntəqələrinə tədriclə hakim kəsildi və Hicazın əmirlərini də tədhid edib qorxutdular. Onlar 1202-ci h.q ilində Hicaz məntəqəsinə təhdid və həmlələrini əməli olaraq həyata keçirdilər və siyasi mənafe əldə etmək, hakimiyyət dairəsini genişləndirmək və sair müsəlmanları səhnədən çıxarmaq üçün ciddi səy göstərməyə başladılar. Nəhayət, Məhəmməd ibn Əbdül-Vəhhab 1206-cı h.q ilində, 92 il zülm, İslama və müsəlmanlara xəyanət, irticaçılara və istismarçılara xidmət etdikdən sonra öldü və özündən elə bir məzhəb qoydu ki, o, müsəlmanlar arasında yalnız düşmənçilik, kin-küdurət və təfriqənin mənşəyi oldu, islam ölkələrinə çoxlu təcavüzlərin və kütləvi qırğınların əsasını qoydu. Məhəmməd ibn Əbdül-Vəhhabın ölümündən sonra onun dörd oğlu – Əbdüllah, Həsən, Hüseyn və Əli "Övladi-Şeyx” adı ilə məşhurlaşdı və atasından sonra, Ali-Səudun köməyi ilə vəhhabiliyin yayılıb təbliğ edilməsində, Ali-Səuda dini-siyasi qanunilik verməkdə və onun tədbirlərinə haqq qazandırmaqda təsirli rol ifa etdilər. Ayətullah Qəzvini bu barədə yazır: "Məhəmməd ibn Əbdül-Vəhhabın oğlanları və nəvələri öz əsərlərində atasının və cəddinin yenicə qurulmuş məzhəb və məslək fikirlərini yaymaq, onları izah, təfsir və şərh etməkdə çox ciddi səy göstərdilər. Yəmən əmirlərindən və Məhəmməd ibn Əbdül-Vəhhabın müasiri olan Məhəmməd ibn İsmail Sənai özünün "Təthirul-etiqad” risaləsində, Seyyid Məhmud Alusi "Nəcd tarixi” kitabında, Şokani və başqaları da öz kitablarında onun dəvətini yaymaqda ciddi çalışır və vəhhabi məsləkinin genişlənməsinə səbəb olurdular.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.30 )
    Məhəmməd ibn Əbdül Vəhhabın ölümündən sonra "böyük oğlu Əbdüllah onun proqramlarını davam etdirdi. Ondan sonra da Süleyman və Əbdürrəhman növbə ilə onun canişini oldular.(Şeyx Əbdür-rəhmanın dediyinə əsasən o, Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın canişinlərindən idi və onun sözünə görə Peyğəmbər (s) hədislərinə əsasən qəbirlərin yanında çıraq yandıran, yaxud qəbrin üzərinə bir şey yazan və ya məqbərə düzəldən şəxslərə lə`nət olur. Hərçənd ki, həmin fətvanın hansı mənbədən istixrac olunduğu mə`lum olmur. Eləcə də qəbir əhlinin ziyarətinə getməyi, böyük din şəxsiyyətlərinin tə`kid etdiyi halda, hansı əsasda qadağan etmələri də mə`lum deyildir.) Xüsusilə, Süleyman son dərəcə təəssübkeş adam idi.”(Əl-əmin Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.4 )
    Aydındır ki, bu dövrdə vəhhabilər öz məzhəblərinin yayılması və təbliğ olunması üçün çox təəssüblə səy göstərirdilər. Şeyxin övladları da bu barədə sair İslami məzhəblərə, xüsusilə şiələrə qarşı həddən artıq amansız idilər. Məhz onlar 1216-cı ildə vəhhabiləri İraqa hücum etməyə təşviq etdilər. Özlərinin təəssüb dolu fətvaları ilə (bu da onların zahirpərəstliyə və quru müqəddəsliyə əsaslanan əqidələrindən irəli gəlirdi) vəhhabilərin şiə rəhbərlərinin mübarək qəbirlərinə və şəhadət yerlərinə – Kərbəlada və Nəcəfdə həmlələrinə qanuniyyət verdilər və özləri də bu ordunun önündə hərəkət etdilər. Şiələrin üçüncü imamı İmam Hüseynin (ə) pak qəbrinə qarşı son dərəcə hörmətsizlik göstərib özlərindən insanlığa sığmayan yırtıcılıq və nadanlıq göstərdilər. Onların nəzərinə görə onlardan başqa bütün müsəlmanlar kafir və müşrikdirlər. Onların bütün əqidələri, adətləri, qayda-qanunları şirk və bütpərəstlik hesab olunur. Onlar İraqdan əlavə, Hicaza da hücum etdilər. Sair müsəlmanları həcc əməlindən məhrum etməkdən, "Bəqi”də Peyğəmbər (s) övladlarının və imamların qəbirlərini və salehlərin məqbərələrini dağıtmaqdan əlavə, Məkkeyi-Mükərrəmə-Mədineyi-Münəvvərədə kütləvi qırğınlar, vəhşiliklər törətdilər. Onların tarixdəki cinayətləri malik olduqları cahiliyyət və təəssüblərinin son həddini göstərir ki, bu hadisələr İslamiyyətdən neçə əsrlər öncə Ərəbistanda baş verən hadisələri xatırlatdırdı. Bu barədə unudulmaz mətləb – Şeyxin övladlarının vəhhabilərin yırtıcılıq və təəssübkeşlik əsasında olan tədbirlərində fəal iştirak etmələri idi.
    Vəhhabilərin hücumları və təhdidləri Osmanlı sultanını məcbur etdi ki, Məhəmməd Əli Paşadan onların qarşısına çıxmağı istəsin. Ayətullah Qəzvini öz kitabının bir hissəsində şeyxin övladlarının misirlilərin (Osmanlı sultanının əmri ilə) həmləsindən sonrakı taleyi barədə yazır: "...Tərəflər (İbrahim Paşa ilə vəhhabilər) arasında baş verən müharibələrdə, xüsusilə Diriyyə şəhərinin mühasirə olunub işğal olunmasında Ali-Səudun və Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın adamlarından bir qrupu öldürüldü, yaxud edam edildi. O cümlədən, Şeyx Süleyman ibn Əbdüllah ibn şeyx Məhəmməd ibn Əbdüllah, İbrahim Paşanın Diriyyə əhli ilə sazişindən sonra təhdidlə onu tələb etdi (ona görə ki, o təhqir olunmuşdu) və göstəriş verdi ki, bir neçə nəfər onun qarşısında musiqi çalsınlar. Sonra onu oxlatdırıb öldürdü. İbrahim Paşa təqribən doqquz ay Diriyyədə qaldı. Bu müddət ərzində Ali-Səudun və Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın nəslinin bütünlüklə Misirə sürgün edilməsinə dair hökm çıxardı. Onun fərmanı həyata keçirildi və bu iki sülalənin təqribən 400 nəfərdən ibarət olan üzvləri – qadın, kişi və uşaqları həbs olunaraq Misrə aparıldı. Onların çoxu da həmin yerdə edam olundular.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.48-49 )
    Nəhayət, misirli qüvvələrin (İbrahim Paşanın rəhbərliyi ilə) Diriyyədən çıxmasından sonra Məhəmməd ibn Əbdül-Vəhhabın, Əli ibn Hüseyn ibn Məhəmməd ibn Əbdül-Vəhhab adlı nəvəsi (o Qətərə və Əmmana qaçmışdı) Diriyyəyə qayıtdı və yenidən vəhhabi məsləkini dirçəldib yaymağa başladı. Bundan əlavə, Məhəmməd ibn Əbdül-Vəhhabın oğlu Həsəndən Əbdürrəhman adlı bir oğlan qalmışdı ki, vəhhabilər Məkkeyi-Mükərrəməni işğal etdikləri vaxt o, şəhərin qazisi vəzifəsində çalışırdı və çox uzun (təqribən 100 il) ömür sürmüşdü. Onun Əbdül-lətif adlı bir oğlu da qalmışdı.
    Sonralar da vəhhabilik Məhəmməd ibn Əbdül-Vəhhabın və Ali-Səud sülaləsinin əli ilə Ərəbistanda təbliğ olunub yayıldı və bu din həmin məntəqəyə hakim kəsildi ki, hal-hazırda da davam etməkdədir. Şeyxin övladları barəsində son sözü Robet Lisinin sözlərindən qeyd edirik:
    Məhəmməd ibn Əbdül-Vəhhabın övladları onun ölümündən sonra Ali-Şeyx (yəni şeyxin ailəsi) adı ilə tanındı və bu günkü günə qədər Ərəbistanın sultanlar yaşayan məntəqəsində öz əsil-nəsəbini qoruyub saxlamışdır. Onlar Ali-Səudun onlarla qohum olduğu dörd ailədən biridir və alimlərin arasında böyük nüfuza malikdirlər. Onlar Ali-Səuddan sonra vəzirlər şurasında hamıdan irəlidirlər. Bu şurada 1981-ci ilin iyun ayında Ali təhsil nazirliyi, prokurolluq və əkinçilik nazirliyi Ali şeyxdən ibarət idi. Bu ailə həmçinin ordu və polis qüvvələrində də mühüm postları əllərində saxlamışlar.(Lisi Robert, "Sərzəmini səlatin”, 3-cü çap, isfənd 1367, səh.91 )
    SÜNNÜ VƏ ŞİƏ ALİMLƏRİNİN VƏHHABİYYƏT ƏLEYHİNƏ TƏNQİDLƏRİ
    Məhəmməd ibn Əbdül-Vəhhab öz əqidələrini aşkar və camaatı ona dəvət etdikdən sonra alimlərdən böyük bir qrupu onunla müxalifətə qalxdılar. Əvvəldə qeyd etdik ki, Məhəmmədin azğınçılıqları aşkar olduqdan sonra əvvəlcə atası onunla müxalifətə başladı və ata-oğul arasında ixtilaf meydana gəldi. Amma o, vəhhabilik dəvətini aşkar etdikdən sonra onun qardaşı və hənbəli alimlərindən sayılan Süleyman ibn Əbdül-Vəhhab onun əqidələrini rədd etmək üçün "Əs-səvaqiqul-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə” adlı bir kitab yazdı. Bu, sünnü alimləri tərəfindən vəhhabi əqidəsini rədd etmək üçün yazılan ilk kitab idi. Süleyman bu kitabda yazırdı: "Vəhhabilərin şirk və küfrə səbəb olan şey hesab etdikləri Əhməd ibn Hənbəldən qabaq və İslam imamlarının dövründə yaranmışdı. Çoxları onu inkar etmişlər. Lakin İslam imamlarından eşidilməmiş və ya rəvayət edilməmişdir ki, bu əməllərə mürtəkib olanlar kafir, yaxud mürtəd hesab olunsun və onlara qarşı cihad hökmü verilsin.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.239 )
    Cənab Fəqihi, Məhəmməd ibn Əbdül-Vəhhab və onun əqidələrini rədd etmək üçün yazılan kitablar barəsində deyir: "Məhəmməd ibn Əbdül-Vəhhabın müasirləri və ondan sonrakı alimlər onun əqidələrini rədd etmək, yaxud ona nəsihət vermək üçün çoxlu kitablar yazmışlar.”(* Əbu Hamid ibn Mərzuq Məkkə alimlərindən idi. O, "Əttəvəssulu ilən-Nəbiyyi və cəhələtul-vəhhabiyyin” kitabında Məhəmməd ibn Əbdül-Vəhhab ilə müasir olan sünnü alimlərinin onun əqidə və kitablarını rədd etməklə əlaqədar yazdıqları 40 kitabın adını qeyd edir. Onlardan aşağdakıları qeyd edə bilərik: 1-«Əssəvaiqul-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə», Məhəmməd ibn Əbdül-Vəhhabın qardaşı Şeyx Süleyman İbn Əbdül-Vəhhabın yazdığı kitabdır. 2-Məhəmməd ibn Əbdül-Vəhhabın Mədinədəki ustadı Şeyx Məhəmməd ibn Süleyman Kürdinin yazdığı məqalə o İbn Əbdül-Vəhhabın qardaşı Şeyx Süleymanın kitabına təqriz yazmışdır. 3-«Təcridu seyfil-cihad limuddəil-ictihad» Bu, Məhəmməd ibn Əbdül-Vəhhabın ustadı Əbdüllah ibn Əbdül-Lətif Şafeinin kitabıdır. Kitabın adından da göründüyü kimi, Məhəmməd ibn Əbdül-Vəhhabın ustadı onu nəzər sahibi olan müctehid hesab etmir. 4-«Əssəvaiqu vər-rəud» Əfifuddin Əbdüllah ibn Davud Hənbəlinindir. 5-Əhməd ibn Əli Bəsri Şafeinin risaləsi. 6-Əbdül-Vəhhab ibn Əhməd Bərəkat Şafei Məkkinin risaləsi. 7-Şeyx Əta Məkkinin "Əssarimul-muhnədi fi unqin-nəcdi” adlı kitabı. 8-«Əs-suyufus-siqalu fi ə`naqi mən ənkərə minəl-övliya», Beytul-Müqəddəs alimlərindən birinin kitabıdır. 9-«Təhrizul-ətciya ələl-istiğasəti bil-ənbiya», Şeyx Əbdüllah ibn İbrahimin kitabıdır 10-«Əl intisaru lil-övliyail-əbrar», Şeyx Tahir Hənəfinindir. 11-Seyyid Ələvi ibn Əhməd Həddad demişdir ki, Məkkə, Mədinə, Ehsa, Bəsrə, Bağdad, Hələb, Yəmən və sair İslam şəhərlərində dördlük təşkil edən məzhəbin böyük alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhaba verdikləri cavabların – istər nəsr, istərsə də şe`r şəklində – sayı-hesabı yoxdur. Bəhreyn hənbəlilərindən və Ali Əbdür-Rəzzaqdan olan bir şəxs onların hamısını mənim üçün gətirmişdi ki, səfərdə olduğum üçün onun üzünü köçürmək mümkün olmadı. Amma onların hamısını mütailə etdim. 12-«Əl-əqvalu lil-övliyail-əbrar», Şeyx Tahir Hənəfi. 13-«Əl-əqvalul-mərziyyə fir-rəddi ələl-vəhhabiyyə», Şeyx Əta Dəməşqi. 14-«Ğovsul-ibad bəyanur-rəşad», Şeyx Müstafa Həmmami Misri. O, "Əl-əzhər”in alimlərindən idi rə 1368-ci hicri-qəməri ilində vəfat etmişdir. 15-«Səadətud-dareyn», Şeyx İbrahim ibn Osman Səmhudi. 16-«Ənnuquluş-şər`iyyə fir-rəddi ələl-vəhhabiyyə», Şeyx Həsən ibn Ömər Şətti Hənbəli Dəməşqi. 17-Peyğəmbərlərə və övliylara təvəssül etməyin hökmündə bir risalə, Şeyx Məhəmməd ibn Hüseyn Məxluf Maliki Misri, 1355-h.q ilində vəfat edib. 18-«Əl-məqalatul-vafiyə fir-rəddi ələl-vəhhabiyyə», Həsən Xəzbək. O, qadın və kişiliyindən asılı olmayaraq başı qırxmağı vacib, onu tərk edəni isə vacibul-qətl hesab edirdi. ("Firqeyi vəhhabi və pasox be şübehati an”, səh.27-28-29) Vəhhabilərin Hicazı işğal etdiklərindən sonra onların nəzəriyyəsinin rədd olunması üçün yazılan kitablar: 1-«Əl-usulul-ərbəə fi tərdidil-vəhhabiyyə», Xacə Məhəmməd Həsəncan Hindi. 2-«Əl münhətül-vəhbiyyə fir-rəddi ələl-vəhhabiyyə», Şeyx Davud Bəni Süleyman Nəqşbəndi Bağdadi, 1299-cu hicri ilində vəfat edib. 3-«Əl-fəcrus-sadiqu fir-rəddi əla münkirit-təvəssüli vəl-kəramati vəl-xəvariq», Cəmil Əfəndi Sidqi Vəhhabi. 4-«Şəvadihul-həqq fil-istisağəti liseyyidil-xəlq», Şeyx Yusif Pünhani Fələstini, 1350-ci h.q ilində vəfat etmişdir. O, həm İbn Teymiyyənin, həm də Məhəmməd İbn Əbdül-Vəhhabın nəzərini rədd etmişdir. 5-«Ət-təvəssülü bin-Nəbiyyi və cəhələtul-vəhhabiyyin», İbn Hamid ibn Mərzuq. 6-«Təthirul-fuad min ünsil-e`tiqad», Şeyx Məhəmməd Nəcib Mutii Hənəfi, "Əl-əzhər” universitetinin böyük alimlərindəndir. 7-«Kəşfun-nuri ən əshabil-qubur», Əbdül-Ğəni Əfəndi Nablosi. 8-«Seyful-əbraril-məsluli ələl-fuccar», Məhəmməd Əbdürrəhman Hənəfi. 9-«Seyful-Cəbbaril-məsuli ələl-ə`dail-əbrar», Şah Fəzl Rəsul Qadiri. 10-«Təhəkkümül-müqəllidin liməniddəa təcdidəd-din», Məhəmməd ibn Əbdül-Rəhman ibn Əfaliq. 11-«İzhaqül-batili fi rəddil-firqətil-vəhhabiyyət», İmamul-Hərəmeyn Məhəmməd ibn Davud Həmdani. 12-«Əl-məatul-fəridətu fil-məsailil-mufidə», Seyyid İbrahim Rəfai. 13-«Ziyaus-sudurul-münkirit-təvəssül bi əhlil-qubur», Zahirşah Miyan ibn Əbdül-Əzim (İstanbul çapı) 14-«Əl-ovraqul-Bağdadiyyətu fir-rəddi ələl-vəhhabiyyət», Şeyx İbrahim Ravi Samirrai (Firqeyi vəhhabi vəpasox be şübehati an kitabı, səh.60-61)  )*
    Bu kitabların sayı 42-yə çatır. Onlardan bəziləri aşağdakılardır:
    1.Əhməd ibn Əli Bəzri Şafeinin risaləsi.
    2.Əbdül-Vəhhab ibn Bərəkat Şafeinin risaləsi.
    3.Şeyx Əttarinin "Əssarimul-hindi fi unuqun-Nəcdi” adlı risaləsi.
    4."Əl-məqalatul-vafiyə fir-rəddi ələl-vəhhabiyyə”, Möhsün Xəzbək.
    5."Əl-əqvatul-məziyyətu fir-rəddi ələl vəhhabiyyə”, Şeyx Əta Əlkəsəm.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.239 )
    Vəhhabilərin İraqda (xüsusilə Kərbəlada) şiə rəhbərlərinin şərif qəbirlərinə və məqbərələrinə qarşı rəva gördükləri çirkin işlər və ağır cinayətlərə görə (gələn fəsillərdə onların barəsində söhbət olunacaq) şiələr vəhhabiyyətlə və onun banisi ilə müxalifətə qalxdılar, bu firqənin rədd olunması ilə əlaqədar çoxlu kitablar yazmağa başladılar.(Vəhhabilərin barəsində şiə kitabları aşağdakılardır: 1. «Mənhəcur-rəşad», məşhur fəqih Şeyx Cə`fər Nəcəfi Kaşiful-ğita (1228-ci h.q-də vəfat edib) 2. «Məsiri talibi», Mirzə Əbu Talib İsfahani 3. «Töhfətül-alim», Mir Əbdül-Lətif Şuştəri 4. «Mir`atul-əhval cəhannəma», Ağa Əhməd Behbahani Kermanşahi 5. «Ər-rəddu ələl-vəhhabiyyət», Şeyx Məhəmməd Cavad Bəlaği 6-”Ər-rəddu ələl-vəhhabiyyət”, Mirzə Məhəmməd Əli Ordubadi Qərəvi 7. «Kəşful-irtiyab ən ətbai Məhəmməd ibn Əbdül-Vəhhab», Seyyid Möhsün Əmin Amuli 8. «Əl-bərahinul-hələbiyyətu fi rəddi təşkikatil-vəhhabiyyət». 9. «Ər-rəddu ələl-vəhhabiyyət», Şeyx Hadi ibn Şeyx Abbas Kaşiful-ğita Nəcəfi 10. «Rəddi bər vəhhabiyyət», Şeyx Məhdi ibn Məhəmməd Əli Fiqihul-İslam İsfahani 11. «Əl-ayatul-bəyyinatu fi qəm`il-bidəi vəz-zəlalat», Şeyx Məhəmməd Hüseyn Kaşiful-ğita 12. «Əl-məşahidul-məşrufətu vəl-vəhhabiyyun», Şeyx Məhəmməd Əli ibn Məhəmməd Cə`fər 13. «Əl-hadi, rəddu kəşfiş-şübəhati Məhəmməd ibn Əbdül-Vəhhab», Şeyx Məhəmməd Hüseyn Fəlusi 14. «Kəşfun-niqab ən əqaidi Əbdül-Vəhhab», Seyyid Əli Nəqi Hindi 15. «Həzyun hiyəl-vəhhabiyyə», Şeyx Məhəmməd Cavad Muğinə 16. «Vəhhabilər», Əli Əsğər Fəqihi Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.61-62)  )"Şiə alimləri tərəfindən Məhəmməd ibn Əbdül-Vəhhabın batil əqidəsinin rədd olunması üçün yazılan ilk kitab Mərhum Şeyx Cəfər Kaşiful-ğitanın (1228-ci h.q ilində vəfat etmişdir) "Mənhəcur-rəşad” kitabıdır.(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.36 )Bundan əlavə, mərhum Şeyx Ağa Bozorg Tehrani "Əz-zəriətu ila təsanifuş-şiə” kitabında bu kitabların bəzilərinin adlarını qeyd etmişdir. O cümlədən:
    1."Əl-ovraqul-Bağdadiyyə”, Şeyx İbrahim Ravi Əraqi.
    2."Dəlili vaqei”.
    3."Sülhü ixvan”, Şeyx Davud Nəqşbəndi Bağdadi.
    4."Əl-mənqəhul-vəhbiyyə”.
    5."Əl-ayatul-bəyyinat”.
    6."Ər-rəddu ələl-vəhhabiyyə”, Şeyx Məhəmməd Cavad Bəlaği.(Vəliyyi fəqihin nümayəndəliyi, Həmin mənbə, səh.124-125 )
    Ümumiyyətlə, Məhəmməd ibn Əbdül-Vəhhabın həyatı və onun gördüyü işləri araşdırmaqla müsəlmanların və İslamın ziddinə olan vəhhabi məzhəbinin törətdiyi faciələrin nə qədər böyük olduğu aydın olur. Əmini bu barədə qeyd edir: "Tarixçilərin yazılarından belə aydın olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz həyatı boyu hər növ fitnə-fəsadın, qətl və cinayətin mənşəyi olmuş və müsəlmanlar arasında fitnə odunun şölələnməsində, düşmənçilik və çəkişmələrin qızışdırılmasında bir an olsun belə soyumamışdı. O, həqiqətdə bütün İslam dəyərlərinin və insani keyfiyyətlərin təxribatçısı idi, mömin, şərafətli və alicənab insanların hökumətini qəbul etməyən, dindən, bütün yaxşılıq və fəzilətlərdən ayrı düşən insanlar ona, öz hədəfində kömək etdilər.”(Əl-əmin Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.171 )
    Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab İslama laqeyd və xain olan bir ünsür idi. Onun yaratdığı məslək İslamın, Quranın və şəriətin ziddinə idi. Belə ki, "Vəhhabilərin batil sözləri və əqidələri səbəbilə İslam barəsində onların nəzərindən təhqiqat aparıb araşdıran şəxslərin bəziləri İslam dinini quru və donuq, bütün zamanlara cavab verə bilməyən bir din kimi tanıtdırdılar.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, səh.31 ) Bəli, bu kimi anlaşılmazlıq və sui-istifadələr bir sıra dinsiz, rəyasətpərəst, şan-şöhrət aşiqi, həvayi-nəfsə tabe olan və İslam dininə xəyanət edən bir neçə ünsürün qurduğu hiyləgərlik planları idi ki, onlar istismarçılara xidmət edib onların məramlarını irəli aparmaqda kömək etmişlər.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 1034 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024