İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:17 AM
    OSMANLİ İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD HAKİMİYYƏTİ
    Osmanlı silsiləsinin zahir olması və onun Avropa-Asiya ölkələrindən çoxuna hökmranlıq etməsi ən mühüm tarixi hadisələrdən biri idi. Monqolların İslam ölkələrinə hücumundan, daha sonra isə həmin ölkələrdə mövqelərinin zəifləməsindən sonra Osmanlı imperiyası yarandı. Bu barədə Corc Zeydan belə yazır: "...Onlar (monqollar) İslam ölkələrinə müsəlmanların franklar, gürcülər və ermənilərin hücumları nəticəsində son dərəcə zəiflədikləri zaman hücum etmişdilər. Monqollar belə bir siyasi şəraitdə müsəlmanlara həmlə edərək Bağdadda Abbasi xilafətini məğlub etdilər, İslam ölkələrini ölümcül vəziyyətə saldılar. Bir müddət müsəlmanların arasından heç kəs qalxıb onların pərakəndəliyini nizama salmadı. Nəhayət bir tərəfdən Osmanlı sultanları, digər tərəfdən isə Səfəvi sultanları zahir olaraq yeni sünnü-şiə İslam hökumətlərini təşkil etdilər.”(Corc Zeydan, "Tarixi təməddüni İslam”, Əli Cəvahir Kəlamın tərcüməsi, "Əmir Kəbir” nəşriyyatı, Tehran, 8-ci çap, 1373, 861-ci, səh. ) Osmanlıların qüdrətə çatmaları hicri tarixi ilə VIII əsrə (miladi XIII) təsadüf edir. Bu imperatorluq, Bizans (şərqi Roma) imperiyasının dağıldığı bir dövrdə Anadoluda və Balkan yarımadasında quruldu. "Onlar iki əsrlik hakimiyyətləri dövründə təkcə əvvəlki imperatorluğun ölkələrinə deyil – yəni Bizansda, Avropanın cənubunda və Anadoluda yerləşən ölkələrin cənubunda – üstəlik Macarıstan və Ərəb dünyasına da hakim oldu.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), İntişarati Astani Qüdsi Rəzəvi, 1-ci çap 1370, səh.19) Aydındır ki, Osmanlı imperatorluğu hökuməti bərqərar etdikdən və öz əsaslarını möhkəmləndirdikdən sonra (cənubi-şərqi Avropa və Anadoludan əlavə) şərq ərəb dövlətlərinə və əvvəlcə müsəlman olan şimali Afrikaya da hakim kəsildi.(Osmanlı imperatorluğu 1326-cı miladi ilində vəfat edən Birinci Osmanın adı ilə bağlıdır. Onun canişini olan osmanlılar ölkə sərhədlərini genişləndirdilər. Nəhayət XVI əsrdə öz qüdrətlərinin ən yüksək səviyyəsinə çatdılar. Bu xilafət Macarıstan, Krım, Qara dəniz sahilləri, Balkan, o cümlədən bu günkü Yuqoslaviyanın böyük bir hissəsi (Yuqoslaviyanın dağılmasından əvvəlki sərhədləri), Çexoslovakiya (Çex və Slovak), Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Kipir, Əlcəzair, Tunis, Tripoli, Misir və həmçinin 1900-cu ilə qədər əllərində saxladıqları orta şərqin böyük bir hissəsini əhatə edirdi. Hətta 1822-ci ildə Misrin İngilislər tərəfindən işğal edilməsindən sonra Türkiyə hələ də o dövrdə qalib bir ölkə sayılırdı. (Lisi Robert, "Sərzəmini səlatin”, 110-cu səhifəsinin vərəqaltı çıxarımından)  )
    Osmanlı dövləti qüdrətə çatdıqdan sonra öz sərhədlərini genişləndirməyə başladı. "Sultan Səlim 923-cü h.q (1517-ci miladi) ilində Misiri fəth etməyə müvəffəq oldu.”(Ordiz professor Çarşi Li. Ozon, İsmail Həqqi, "Tarixi Osmani”, İrəc Nobəxtin tərcüməsi, "Keyhan” nəşriyyatı, Tehran, payız, 1369, 1-ci çap, 2-ci cild, səh.459 ) Beləliklə Misirin ixtiyarında olan Hicaz və Nəcd də əməli olaraq Osmanlı imperiyasının nəzarəti altına keçdi. Lakin osmanlılar da əvvəlkilər kimi Ərəbistan yarımadasına (xüsusilə Hicazdan başqa məntəqələrə) çox diqqət yetirmirdilər. Bunun səbəbi bəlkə də Ərəbistanın daxili və xüsusi coğrafi vəziyyəti ola bilərdi. Ora kəskin kontinental (çox isti və yandırıcı) iqlimə malik idi. Əkinçilik üçün yararlı olmayan çoxlu səhraları, əraziləri vardı ki, orada hökumətin vəziyyətinin nə yerdə olması məlum deyildi. Çünki, oraya qəbilə icması hakim idi və hər bir nahiyədə yalnız qəbilənin rəisinin və ya hakiminin sözü qəbul olunurdu. Klevd Fuiyə böyük və kiçik dövlətlərin keçmiş dövrlərdən bəri Ərəbistan yarımadasına diqqət yetirməmələrinin səbəbi barəsində belə yazır: "... Peyğəmbərin (s) əsri istisna olmaqla, Ərəbistan yarımadası hazırkı əsrə qədər böyük hərəkatlardan kənarda qalır və Aşur, Misir, İran və Roma kimi böyük imperatorluqlar quraqlıq olan və əkinçilik üçün yararlı olmayan bu ölkəyə çox da diqqət yetirməmişlər. Ərəbistan yarımadasında yalnız Yəmənə diqqət yetirilmişdir. Hətta İslam xilafəti özünün ən yüksək qüdrətə çatdığı dövrdə xəlifələr öz paytaxtını Məkkeyi-Mükərrəmə və Mədinədə deyil, Dəməşqdə və Bağdadda yerləşdirirdilər ki, onlar iqtisadi və sterateji baxımdan nisbətən yaxşı mövqedə yerləşirdi. Axırıncı xilafət olan osmanlılar 896-cı hicri şəmsi (1517-ci miladi) ilində xilafət paytaxtını İstanbula köçürdülər. Ərəbistan Osmanlı dövlətinin idarə etdiyi bir hökumət şəklinə düşdü və bütün dünya müsəlmanlarının ziyarətgahı olan müqəddəs məkanlar istisna olunmaqla, Osmanlı imperatorluğu yalnız Ərəbistan yarımadasının sahildə yaşayan şeyxlərinin verdiyi müxtəsər vergi ilə kifayətlənirdi. Bunu da qeyd edək ki, daxili qəbilələrlə hökumət əleyhinə heç bir iş görməmək şərtilə işləri yox idi.”(Fuiyə Klevd, "Nizami Ali-Səud”, səh.18-19 )
    Həqiqətdə Osmanlı imperatorluğunun Ərəbistan yarımadasına hakimiyyəti o nahiyələrdə yerləşən qəbilələrin zəif və ya qüdrətli olmasına, eləcə də Osmanlı sultanlarının qürətinə bağlı idi. Yəni hər vaxt bir qəbilə güclənsəydi (bu iqtidar və güclənmə ya bir qəbilənin başqa qəbilələrlə müqavilə bağlamasından yaranırdı, ya da başqa qəbilələrə qəfil hücumdan irəli gəlirdi) sair qəbilələrə, hətta osmanlıların hakimiyyəti altında olan digər nahiyələrin əleyhinə həmlə edir və mövcud şəraitdə heç olmazsa bir müddət iğtişaş yaradırdılar. Bunun əksinə olaraq, yarımadaya hakim olan qəbilələrin zəifliyi də Osmanlı dövlətinin onlara daha artıq hökmranlıq etməsinə səbəb olurdu.
    Bu zaman Osmanlı imperatorluğunun Hicaza hökmranlığı başqa bir vəziyyətdə idi.("Hicaz” – mane olmaq deməkdir. Bu ad çox böyük qayalıqları və təhlükəli uçrumları olan, Qırmızı dənizin sahilindəki çöllər boyunca yerləşən dağın olduğuna görə deyilir ki, oranı ortadakı səhralardan ayırırdı. Bu təbii bir sərhəd idi və Hicazın qərb sahillərində hədd-hüdud sayılırdı. "Sərzəmini səlatin”, səh.142 )Seyyidi-Əzəmin, yaxud Məkkə əmirinin təyin edilməsi 1840-cı ildə Osmanlı türklərinin ixtiyarında idi. O zaman onlar Hicazı yeni bir vilayət kimi imperatorluğa əlavə etmişdilər.(Lisi Robert, "Sərzəmini səlatin”, səh.122 )
    Osmanlıların o nahiyəyə diqqətini artıran şey orada Məkkə və Mədinə kimi müqəddəs İslam məkanlarının varlığı idi. Robert Lisi Hicaz barəsində yazarkən belə qeyd edir: "Hicaz diyarı... ümumiyyətlə sərvətli deyildir... Zahirdə o qədər də cazibəli ola bilməzdi. Hicazın kifayət qədər heç bir dəyərli təbii ehtiyatı, yaxud xammalı yox idi. Şəhərin balıqçıları öz ehtiyaclarını çox əzab-əziyyətlə təmin edə bilirdilər. Oranın əkinçiləri ən sadə həyat şəraiti ilə qənaətlənirdilər. Şəhərdə heç bir yerli peşə və sənət yox idi, xüsusi mədəniyyətə malik deyildilər, heç bir xarici qrup orada daimi yaşamırdı... Hicaz hər bir meyardan məhrum olmuş və geridə qalmış bir ölkə idi. Lakin onun qarşıq vəziyyəti və fəqirliyi gözə görünməz ixracatı – yəni müqəddəsliyi müqabilində müqayisə olunurdu.”(Həmin mənbə, səh.124-125 )
    Robet Lisinin Hicaz barəsindəki sözləri daha artıq araşdırılmalıdır.(Belə nəzərə çarpır ki, "Sərzəmini səlatin” kitabının müəllifi Hicaz barəsində dəqiq mə`lumata malik deyilmiş. Xüsusilə Hicazın mədəniyyətindən söhbət açdığı zaman bu daha çox mə`lum olur. Halbuki, bu diyar (yə`ni, Mədinə şəhəri) İslam Peyğəmbərinin (s) vətəni idi. İslam da məhz həmin diyardan zahir olub dünyanın bütün yerinə yayılmışdır. )Lakin aydın məsələdir ki, Hicaz məntəqəsi dini baxımdan Osmanlı sultanları üçün xüsusi əhəmiyyət daşıyırdı. Onlar (sünnü məzhəbli müsəlmanlar) xilafət iddiasında idilər. Şərif Məkkə və Mədinə şəhərlərini özlərinə seçir, Hicazın təhlükəzliyini və onların qət etdikləri yolların təhlükəsizliyini öz öhdələrinə götürürdülər.
    Əyan-əşraf da Osmanlı sultanları tərəfindən seçilməsinə və həqiqətdə onların Hicazdakı nümayəndələri olmasına baxmayaraq, mövcud şərait yarandıqda onu öz xeyirlərinə istifadə edərək sultanların əmr və göstərişlərindən boyun qaçırırdılar. Belə ki, Şərif Hüseyn Haşimi birinci dünya müharibəsində yaranan şəraitdən istifadə edərək istiqlaliyyət və xilafət iddiası etdi.
    Sair məntəqələrdə, o cümlədən, Nəcd diyarında vəziyyət nəzərə çarpacaq dərəcədə fərqli idi. Əvvəldə də qeyd olunduğu kimi Nəcdə hakim olan idarə sistemi qəbilə icması və tayfa hakimiyyəti idi və onların qüdrət və iqtidarına əsaslanırdı. Nəcd diyarı xüsusi coğrafi mövqeyə malik olduğuna, əksər hissəsini səhralar və əkinçilik üçün münbit olmayan ərazilər təşkil etdiyinə, eləcə də onda çoxlu qəbilələrin yaşadığına görə müstəqil hakimiyyətə malik deyildi. Bu məsələ də oranın idarə olunmasını Osmanlı dövləti üçün çətinləşdirirdi. Buna əsasən, əvvəlcə də bəyan edildiyi kimi, Osmanlı sultanının Nəcdə hakim kəsilməsi onun və qəbilələrin qüdrət və ya zəifliyinə bağlı idi.
    Səudilər sülaləsi hətta vəhhabiliyin yaranmasından öncə belə, qəfildən hücum edərək başqa qəbilələri öz istilası altına alırdı. Qəbilələrin (xüsusilə Nəcdə hakim olan qəbilələrin) ən mühüm xüsusiyyətləri müharibə və qan axıtmaq idi. Onlar öz həyatını məhz bu yolla davam etdirirdilər. Amma vəhhabiliyin yaranmasından, Səudiyyə sülaləsinin onu qəbul etməsindən sonra Nəcdin vəziyyəti dəyişdi. Vəhhabi-Səudi dini-siyasi ittihadının yaranması da sair nahiyələrin işğal olunması və qəbilə həyatının aradan qaldırılması üçün münasib şərait yaratdı. Belə ki, xarici yazıçılardan biri bu məsələyə işarə edərək yazır: "...(Bu ittihadiyyə) pərakəndə vəziyyətdə olan qəbilə qruplarını müttəhid bir hərəkat formasına saldı və onlar Ərəbistanın böyük bir hissəsini (Ərəbistan yarımadasını) öz ixtiyarlarına keçirdilər...”(Lapirus İram, "Tarixi cəvamei İslami dər qüruni-nuzdəhom və bistom” (Möhsün Müdir Şanəçinin tərcüməsi), səh.28 )
    Osmanlı imperatorluğunda bir sıra dəyişikliklərin yaranmasına və islahatların aparılmasına səbəb olan bir dinin (vəhhabiliyin) bu imperatorluğun müəyyən nöqtələrində yaranması osmanlıların Ərəbistan yarımadasına hakim kəsildiyi vəziyyətindən xəbər verirdi. Bir tərəfdən Nəcdə hakim olan qəbilə quruluşu, digər tərəfdən də Nəcddəki bədəvi ərəblərin adət-ənənələri (sonralar buna işarə ediləcəkdir) Məhəmməd ibn Əbdül-Vəhhabın və İbn Səudun ondan öz xeyrinə istifadə edərək işə başlamalarına səbəb oldu. Onlar Nəcdin bir çox yerlərinə hakim kəsilməkdən əlavə Osmanlı imperatorluğunun sair məntəqələrinə hücum etdilər. Osmanlı imperatorluğunun, vahhabilərin meydana gəldiyi və Vəhhabi-Səudi ittihadiyyəsinin yarandığı dövrdəki vəziyyətini nəzərə almadan bu kimi amillərin araşdırılması qeyri-mümkündür.
    Şübhəsiz, ərazilərin genişliyi, cəmiyyətin günbəgün artması, iqtisadi iflaslar, Osmanlı nümayəndələrinin müxtəlif məntəqələrdəki ləyaqətsizlikləri və s. kimi amillər imperatorluğun bir çox yerlərində qiyam və iğtişaşların yaranmasına, Osmanlı sarayında münasib olamayan vəziyyət və s. kimi bütün amillər də Osmanlı imperatorluğunun zəifləməsinə səbəb oldu. Bu imperatorluğun XVII-XVIII əsrlərdəki münasib olmayan vəziyyəti ilə əlaqədar "Tarixi-cəvamei-İslami” kitabının müəllifi belə yazır: "XVII-XVIII miladi əsrində Osmanlı imperatorluğunda dərin dəyişikliklər yarandı, qüdrətin mərkəzdə təmərküzləşməsi yavaş-yavaş aradan qalxdı. Osmanlı imperatorluğunun genişlənməsinə son qoyulması ilə yanaşı, dövlət təşkilatları özünün idarə və hərbi imkanlarını əldən verdi. Xalq kütlələrinin qiyamı, iqtisadi tənəzzül və hərbi məğlubiyyətlər imperatorluğu aciz etmişdi. Yerli və tanınmış şəxsiyyətlər arasında vergi verən cəmiyyətlərin nəzarəti ilə əlaqədar keçmişdə baş verən örtülü mübarizələr artıq aşkar oldu və qüdrət mərkəzi hökumətdən yeniçərilərə, alimlərə və Osmanlı sülaləsinə keçdi ki, onlar da vilayətlərdə özlərinə yer tuta bildilər.”(Həmin mənbə, səh.442-443 )
    Aydındır ki, "Osmanlı hökumətinin mürəkkəb quruluşu Süleymanın səltənətinin ortalarından daha geniş səviyyədə dağılmağa başladı və təqribən XII hicri əsrinin axırlarına (XVIII miladi əsri) qədər davam etdi. Bu dövr ərzində imperatorluğun qüdrəti get-gedə zəifləməyə başladı və müəyyən ölkələr imperatorluğun nəzarəti altından xaric oldu, xarici imperializmin istilası artmağa başladı və nəhayət XIX miladi əsrinin başlanğıcına yaxın bir ərəfədə bu imperatorluq elə bir vəziyyətə düçar oldu ki, "Avropanın xəstə adamı” kimi məşhurlaşdı.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), səh.291)
    Həqiqətdə osmanlılar Ərəbistan yarımadasına qalib gəldikdən sonra məntəqədə baş verən bəlkə də ən mühüm hadisə Avropa, xüsusilə İngilis tacirlərinin Fars körfəzi ölkələrinə və Hind okeanına daxil olması idi ki, bu da öz növbəsində ingilislərin Fars körfəzi ölkələrinə hakim olub onları Fransa və Çar Rusiyasının nüfuzu dairəsindən çıxarması ilə nəticələndi; sonralar Ərəbistan yarımadasının müqəddəratının həll edilməsində ümdə rol oynadı. Haşimi əyan-əşrafları Osmanlı xəlifələrinin naib təyin etməsi ilə Hicaza hakim olmalarına baxmayaraq, Ərəbistan yarımadasının müəyyən məntəqələrində bəziləri Osmanlı xəlifəsinin əmrlərindən imtina etdilər və istiqlaliyyət fikrinə düşdülər. Bu barədə "Böyük İslam Enskilopediyası”nda belə qeyd olunur: "...İsmaili məzhəbində olan Məkrəmi sülaləsi Yəmənin şimal sərhədlərinin yaxınlığında yerləşən Nəhiran dərəsində, imam Zeydi Yəmən bu məntəqənin yüksəkliklərində, xəvaric Əmmanda və Bəni-xalid qəbiləsi Qətərin qərb nahiyələrində və Fars körfəzinin sahillərində istiqlaliyyət fikrinə düşmüşdülər. Bu zaman Ənzət ərəblərinin Məsalix qəbiləsindən olan Səud ibn Məhəmməd ibn Miqrin ibn Mərcan ibn İbrahim (1137-ci h.q. 1724-cü miladi) tədricən Diriyyədə və ətrafdakı kiçik məntəqələrdə hökumət təşkil etdi. O vəfat etdikdən sonra onun oğlu Məhəmməd də Məhəmməd ibn Əbdül-Vəhhab ilə (vəhhabilərin başçısı) müqvilə bağladı. Onun canişinləri də bu yolla tədricən qüdrətlənib Ərəbistan yarımadasının mühüm bölmələrinə hakim oldular.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.24-25 )
    Həqiqətdə Məhəmməd ibn Əbdül-Vəhhabın başladığı hərəkat Osmanlı xilafətinin ziddinə olan bir hərəkat da sayılırdı. Çünki, bu hərəkat osmanlıların hakimiyyət dairələrində qüdrət kəsb etmək və müxtəlif məntəqələri bu imperatorluğun əlindən çıxarmaq üçün baş verirdi. Bu barədə Həmid İnayət qəti şəkildə deyir: "Məhəmməd ibn Əbdül-Vəhhab bütün İslam məzhəbləri ilə (hənbəlilərdən başqa) mübarizə edirdi. Lakin onun dövründə osmanlılar ərəblərə hökmranlıq etdiklərindən onun hərəkatı osmanlıların ziddinə başlamışdı. Hənbəli məzhəbində olan Nəcdin Səudi əmirləri vəhhabi məzhəbini qəbul etdikdən sonra Ərəbistan yarımadasının böyük bir məntəqəsi və Şamın əraziləri onların hakimiyyəti altına keçdi. Bu zaman vəhhabilik Osmanlı qüdrəti üçün böyük bir təhlükəyə çevrildi...”(İnayət Həmid, "Seyridər əndişeyi siyasiye ərəb”, "Əmir kəbir” nəşriyyatı, Tehran, 1358, 2-ci çap, səh.7 )
    Vəhhabilər tərəfindən Osmanlı padşahları üçün törədilən təhlükələr onların müqəddəs məkanlara hücum etdiyi, o nahiyələrdəki əhalini kütləvi şəkildə qırıb var-dövlətlərini qarət etdikdən sonra daha aydın sezilirdi. Bu da sultanın iqtidar və etibarına qarşı şəkk yaradırdı. "Osmanlı imperatorluğunun tarixi və yeni Türkiyə” kitabının müəllifi bu barədə yazır: "...Onlar özlərinin dağıdıcı hücumları ilə İraqa, Məkkə və Mədineyi-Münəvvərə kimi müqəddəs şəhərlərə hücum edərək sultanın Ərəbistan yarımadasının sair nahiyələrindəki etibar və iqtidarını təhlükə ilə üzləşdirdilər.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), səh.439)
    Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, osmanlıların Hicaz və Nəcddə (xüsusilə Nəcd əyalətində) zəif hakimiyyəti (daha dəqiq desək, hakimiyyətin olmaması) vəhhabiliyin yaranıb sürətlə inkişaf etməsinin əsas amili oldu. Belə ki, Məhəmməd ibn Əbdül-Vəhhab Osmanlı imperatorluğunun daxilində olan müxtəlif şəhərlərə çoxlu səfərlər etməklə əldə etdiyi dini məlumatlardan əlavə, müxtəlif siyasi məsələlər barədə də agahlıq əldə etmiş və anlamışdı ki, Osmanlı imperatorluğunun özünün geniş səviyyəli ərazisinə hakimiyyəti çox çətin və zəif halda baş verir və buna görə də Nəcdin müxtəlif məntəqələrinə hakim olan qəbilə üsul-idarəsi, eləcə də bədəvi ərəblərin etiqad, adət-ənənə və həyat yaşayışı barəsindəki məlumatlarına istinad edərək bədəvilərin malik olduğu zəif və güclü cəhətlərdən istifadə etdi və mövcud vəziyyətin əleyhinə tədbir gördü. O, bədəvilərin ən mühüm xüsusiyyətlərindən (müharibə və qan axıdılması), eləcə də qəbilələrin ən ümdə xüsusiyyətlərindən (öz hakim və rəislərinə itaət etmək) istifadə edərək öz dinini aşkar etdi.
    Tədricən vəhhabilik Nəcdin uzaq və ucqar mühitlərində və bədəvilərin arasında özünə yer açdı, Səudilər sülaləsinin köməyi ilə genişləndi, nəticədə Osmanlı sultanları və onların əraziləri üçün ciddi təhlükəyə çevrildi. Vəhhabilər əvvəlcə İraqa, sonralar isə Hicaza və islamın müqəddəs məkanlarına hücum etməklə Osmanlı sultanlarının heysiyyət və etibarını təhlükə ilə qarşılaşdırdılar. Buna görə də sultan onlarla qarşılaşmaq üçün əlavə qüvvələrdən (misirlilərdən) istifadə etmək fikrinə düşdü.
    Belə bir sual yarana bilər ki, sultan nə üçün Məhəmməd Əli Paşanı öz məqsədi üçün seçmişdi? Cavabında demək lazımdır ki, həqiqətdə Məhəmməd Əli Paşanın qüdrəti sultanı qorxutmuşdu. Buna görə də vəhhabilərlə qarşılaşmaqda onu seçmişdi ki, "bir oxla iki dovşan vursun”. Yəni, bir tərəfdən Məhəmməd Əlini vəhhabilərlə qarşı-qarşıya qoysun (çünki, ona Şama hakimiyyət vədəsi vermişdir) və bununla da heç olmazsa müəyyən müddətə qədər Misir tərəfindən imperatorluğu sarsıda biləcək təhlükənin qarşısını alsın, digər tərəfdən də osmanlıların öz daxilində olan digər bir düşmən (vəhhabilik) daxildən onu asayişini pozanları məğlub etsin.
    Osmanlı sultanı bu tədbiri icra etməklə Səudilərlə müttəhid olaraq hərbi və siyasi qüdrət kəsb edən Məhəmməd Əli Paşanı yeni yaranmış vəhhabi ayinini məğlub etməyə məmur etdi. Sultan bir neçə dəfə Misirin Paşasına fərman verdi. Çox ayıq, siyasətçi və daha artıq mənfəət kəsb etmək əzmində olan Məhəmməd Əli də sultandan imperatorluğun müəyyən hissələrinin hökumətinin ona verilməsi ilə əlaqədar vədə almaqla vəhhabilərlə qarşılaşmaq üçün şəraiti münasib gördü. Məhəmməd Əli Paşanın vəhhabilər əleyhinə olan tədbirləri qısa müddətə qədər vəziyyəti osmanlıların xeyrinə dəyişdirdi. Unutmaq olmaz ki, misirlilər Nəcddə hakim olmalarına baxmayaraq, heç vaxt orada müstəqil bir hakimiyyət yarada bilmədilər. Bu özü də Nəcdin təbii, coğrafi və insani şəraitinə bağlı idi. Misirlilər Nəcdə qələbə çaldıqdan və oradan xaric olduqdan sonra vəhhabilər sürətlə onların yerinə keçdilər.
    Məhəmməd Əli Paşa da lazım olan şəraitdə vəhhabilərin kökünü kəsə bilmədi, misirlilərin Nəcddən çıxmasından sonra vəhhabilər yenidən canlandılar. Onlar məntəqədə və beynəlxalq səviyədə mövcud olan şərait və mövqedən istifadə edərək Nəcdə və Hicaza hakim oldular, müstəqil hökumət yaratdılar və osmanlıların bu məntəqədəki hakimiyyətlərinə əməli olaraq son qoydular.
    ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ
    Vəhhabilik dini Ərəbistan yarımadasında yaranıb genişləndi. Bu yarımada coğrafi mövqe baxımından "şimal yarım kürəsində, Asiyanın cənub qərbində yerləşir və yeddi dövlətdən – Səudiyyə Ərəbistanı, Yəmən respublikası, Əmman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveytdən təşkil olunmuşdur. Səudiyyə Ərəbistanının sahəsi 2149690 km2 olmaqla bu yarımadanın ən böyük ölkəsi sayılır. Bu ölkə ekvatordan şimalda, 16-32-ci coğrafi en dairəsində yerləşir. Şimaldan İordaniya və İraq, cənubdan isə Yəmən respuplikası və Əmmanla, şərqdən Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Fars körfəzi, qərb tərəfdən isə Qırmızı dənizlə hüdudlanır.”(Əzimi Ruqəyyətus-sadat, "Ərəbistani-Səudi”, Xarici işlər nazirliyinin çap və nəşriyat müəssisəsi, 1375, 2-ci çap, səh.1 )
    Ərəbistan yarımadasının ən mühüm coğrafi bölgülərindən biri onun bir-birindən ayrı olan üç əsas hissələrə bölünməsidir ki, aşağıdakılardan ibarətdir:
    1. Təhamə. Bu diyar Qırmızı dənizin sahillərindən Nəcrana qədər davam edir. Bu yerdə hava çox qızmar olduğuna görə orada həyat çox çətindir və buranın "Təhamə” adlanmasının səbəbi elə budur.
    2. Nəcd. Bu, Ərəbistan yarımadasının ən böyük hissəsini təşkil edir. Cənubdan Rübül-Xali, qərbdən Hicaz, şərqdən Ehsa və şimaldan İraq və İordaniya ilə sərhəddir. Bu ərazinin dəniz səviyəsindən hündürlüyü 150-1500 metrdir və buna görə də ora "Nəcd” deyilir (Nəcd – yüksək məntəqə deməkdir).
    3. Hicaz. Bu Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşir və onun əsas hissəsi dağlıq məntəqələrdən təşkil olunmuşdur. Şimal tərəfdən "Əqəbə” körfəzi, qərb tərəfdən Qırmızı dəniz, şərq tərəfdən Nəcd və cənub tərəfdən Əsir ilə hududlanır.”(Həmin mənbə, səh.2-3 )
    Ərəbistan yarımadası qızmar havaya, normal həyat üçün münasib olmayan quru iqlimə, əkinçilik üçün münasib olmayan torpağa malik olduğundan qədim dövrlərdən burada çoxlu iqtisadi çətinliklər yaranmış, buna görə də heç kəsin diqqət mərkəzində olmamışdır. Aşur, Misir, İran və Roma kimi imperatorluqlar da məhz bu səbəbə görə Yəməndən başqa bu nahiyələrin heç birinə diqqət yetirməmişlər. Bu məntəqə yalnız İslamın Ərəbistan yarımadasında zühur etməsindən sonra məşhurlaşdı.
    Sonralar Əməvi və Abbasi xəlifələri Dəməşqdə və Bağdadda (bunlar strateji və coğrafi baxımdan çox böyük əhəmiyyət kəsb edirdilər) yerləşir, hətta Osmanlı xəlifələri də öz xilafət mərkəzlərini İstanbulda yerləşdirib Hicaz və Nəcd məsələlərinə çox baş qoşmadığına baxmayaraq, XVIII-XIX əsrlərdə beynəlxalq şəraitlərlə əlaqədar bu məsələ tamamilə dəyişildi.
    Həqiqətdə Ərəbistanda zəngin neft yataqlarının kəşf olunub diqqət mərkəzində olmasından öncə bir tərəfdən İngiltərə, Fransa, Rusiya və s. kimi istismarçı və hegemon dövlətlərin rəqabətləri, digər tərəfdən isə Osmanlı imperatorluğuna zərbə vurmaq niyyəti həmin dövrlərdə Səudiyyə Ərəbistanının istismarçıların diqqət mərkəzində olmasına səbəb olmuşdu. Amma Nəcd ölkəsi vəhhabiliyin yaranıb inkişaf etməsilə əlaqədar xüsusi əhəmiyyət daşıdığına görə bu məntəqənin xüsusi coğrafi mövqeyi – istər təbii və iqlim baxımından, istərsə də tarixi, coğrafi və insani, eləcə də o diyarın əhalisinin (köçəri ərəblər) xüsusiyyəti baxımından araşdırılmalı məsələlərdəndir.
    Aydındır ki, vəhhabilik dini Nəcddə kök atmış, elə buradan da başqa nahiyələrə yayılıb inkişaf etmişdir. Buna görə də Nəcdin xüsusi coğrafi mövqeyini araşdırmalıyıq. Məşhur tarixçi Qustav Le Bon Nəcd ölkəsi barəsində belə yazır: "... Bu, Ərəbistanın mərkəzində yerləşən dağlıq bir ölkədir. Çoxlu dağlar və qumlu səhralar onu hər tərəfdən əhatə edir. Vəhhabi dövlətinin yarandığı bu hissədə camaat təzəlikdə onun vəziyyətindən agah olmuşlar... Nəcd əhalisinin ən mühüm məşğuliyyəti əkinçilikdən ibarətdir.” Pletrov deyir: "Nəcd əyalətində yüksək kefiyyətli qarğıdalı, buğda və xurma hasil olduğundan, belə məlum olur ki, orada çox istedadlı və məharətli əkinçilər yaşayırlar...”(Qustav Le Bon, "İslam və ərəb sivilizasiyası”, Xisarətül ərəb, Seyid Haşim Hüseyninin tərcüməsi. İntişarati İslami, Tehran, 1364, 1-ci çap 34-35 )
    Deməli, Nəcd Ərəbistan yarımadasının geniş əraziyə malik olan bir bölməsidir və hazırkı dövrdə Səudiyyə Ərəbistanının bir hissəsi hesab olunur. "Nəcd” kəlməsi yüksəklikdə yerləşən ərazi mənasınadır. O yer ətraf ərazidən hündür olduğuna görə belə adlandırılmışdır. Nəcdin mərkəzi olan Riyaz şəhəri hal-hazırda Ərəbistanın rəsmi dövlət paytaxtı hesab olunur. Nəcdin digər məşhur şəhərləri aşağıdakılardan ibarətdir:
    Qəsim nahiyəsində iki şəhər – Ənizə və Bəridə, Sədir nahiyyəsində olan Zülfa şəhəri, Vəşəm nahiyəsində olan Səqra şəhəri, Ariz nahiyəsində olan Diriyyə şəhəri, Dəvasir qəbilələri və digər nahiyələri qeyd etmək olar. Nəcd cənubdan Əsir, Yəmamə və Əhqaf, şərqdən İraq, Ehsa və Qətif, şimaldan Şam səhrası və qərbdən Hicaz ilə sərhəddir.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.137 )" Nəcd əyalətinin qızmar havası var, onda geniş səhralar və əkinçilik üçün yararlı olmayan ərazilər vardır. Oranın sakinləri köçəri həyat tərzi keçirir, hakimiyyət sistemi isə qəbilə və tayfa üsul-idarəsidir.
    Ərəbistan yarımadasının mərkəzi hissələrində yaşayan ərəblər "bədəvi ərəblər” adlandırılır ki, onları sair ərəblərdən ayıran xasiyyətlərə və xüsusi ruhiyyələrə malikdirlər. "İslam və qərb sivilizasiyası” kitabının müəllifi onların barəsində yazır: "...Bu bədəvi ərəblər... çox kobud xasiyyətli və mədəniyyətsiz bir irqdir ki, onlarda heç bir tarixi nişanələr mövcud deyildir. Din və məzhəb məsələlərindən başqa (bu da onların içində nüfuz etmişdir) min illərdən bəri indiyə qədər onlarda heç bir dəyişiklik baş verməmişdir... Bədəvi ərəblər kiçik qəbilələrdən təşkil olunurdular. Bu qəbilələrin hər biri də bir şeyxin, yaxud əmirin nəzarəti altında idi... Qəbilə rəisi müharibələrdə qəbilənin sərkərdəliyini öhdəsinə alır və müharibə qənimətlərini bölüşdürürdü... Yerli yığıncaqlarda məclisin başında otururdu. Bunlar həmişə iki işdən biri ilə məşğuldurlar: ya müharibə, yaxud da heyvan bəsləmək. Ərəb qəbilələri arasında ən kiçik bəhanələrlə şölənənən müharibə odunun axırı yox idi... Bədəvi ərəblər üç şey ilə iftixar edirdilər: qılınc, qonaqpərvərlik, danışıqda söz ustadı olmaq. Ərəbistan yarımadasında, Suriya və Afrikada yaşayan bədəvi ərəblərin xüsusiyyətləri budur ki, azadlıq və hürriyyətə həddindən artıq maraq göstərirlər... Əgər hansısa bir zamanda bir şəxs onlara hakim ola bilibsə bu, onların arasında təfriqə salmaqdan başqa bir iş görə bilməmişlər.”(Qustav Le Bon, "İslam və ərəb sivilizasiyası”, səh.61-62-64 )
    Həmin bədəvi ərəblərdən hesab olunan Nəcdin ərəb sakinləri "çox inadkar, arıq cüssəli adamlar idilər ki, şərab, yaxşı yeməklər, tütün, zərif paltarlar, hətta məscidləri üçün minarə və səcdə etmək üçün canamazları da inkar edirdilər.”(Lisi Robert, "Sərzəmini səlatin”, səh.80 ) Cənab Məscid Cameinin yazdığı kimi: "Onların (bədəvilərin) ən böyük ləzzətlərindən biri təxribatçılıqdır... Şübhəsiz, əgər bu göstərişlər vəhhabi təlimlərində mövcud olmasaydı, ardıcılları arasında onun cazibədarlığı nəzərə çarpacaq dərəcədə azalardı.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, "Əbrar” qəzeti, 19 fərvərdin, 1365, 160-cı nömrə, səh.4 )
    Nəcdin coğrafi vəziyyəti barəsində bir neçə məsələni qeyd etmək zəruridir. Birincisi budur ki, o, Ərəbistan yarımadasının mərkəzi məntəqələrindən biridir və özünün xüsusi coğrafi mövqeyinə görə keçmişdə başqa yerlərə nisbətən tərk olunmuş bir yer hesab olunurdu. Buna görə də xarici hücumlardan amanda qalmışdı. Amma o diyardakı daxili çarpışmalar və müharibələr həmişə iqtidarlı bir dövlətin yaranmasına mane olmuşdu. Bundan əlavə, Nəcdin xarici aləmdən ayrılması böyük ideoloji hadisələr və ticarətlərdən də kənarda qalmasını gərəkli edirdi; belə ki, Peyğəmbərin (s) dövründə İslamın qəbul edilməsi müqabilində ən çox müqavimət Nəcd əhalisindən müşahidə edilmişdir. O həzrətin (s) vəfatından sonra da Diriyyədə Müsəyləmi Kəzzab kimi məşhur peyğəmbərlik iddiaçıları da həmin ərazidən çıxmışdı. Həqiqətdə Nəcd əhalisi heç vaxt möhkəm əqidəyə malik olmamışlar. Onlar, İslam qoşunları başqa ölkələrdə müharibə aparmağa məşğul olduqları zaman bidətçiliyə, dinsiz məzhəbi etiqadlara meyl edirdilər. Bu hadisə Məhəmməd ibn Əbdül-Vəhhabın vəhhabit məsləkini icad etdiyi XII əsrə qədər davam etdi və bəlkə də onun vəhhabi kimi yalançı məsləki və yeni bir dini yaratmasında müvəffəq olmasının ən mühüm dəlili bu qeyd olunanlar idi. Belə ki, ustad Cəfər Sübhani İbn Teymiyyəni və Məhəmməd ibn Əbdül-Vəhhabı (mövqe və şəraiti tanımaq baxımından) müqayisə etdikdə belə yazır: "... İbn Teymiyyə öz əqidə toxumlarını elə bir mühitdə səpmişdi ki, orada çoxlu İslam alimləri var idi. Hər biri də təklikdə onun təbliğini zərərsizləşdirə bilərdi. Misir və Şamın mühiti ən böyük İslam mərkəzi olan zaman orada yaşayan böyük mühəddislər, mühəqqiqlər və mütəkəllimlər çox asanlıqla onun dəvətini zərərsizləşdirə və İbn Teymiyyəni rüsvay edərək onun azğınçılıqlarını beşikdə boğa bilərdilər. Lakin Məhəmməd ibn Əbdül-Vəhhab Nəcddə, hər növ elm və bilikdən uzaqda olan, şirk və tövhid barəsində azacıq məlumatları olmayan, mütləq şəkildə Ali-Səudun qüdrəti sayəsində və şeyxin ixtiyarında olan çöl ərəblərinin arasında yaşayırdı. Aydındır ki, azdırıcı ideologiyalar məlumatı olmayan şəxslər arasında dərhal inkişaf edib yayılır.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi-İslami”, 3-cü cild, səh.66 )
    Vəhhabiliyin Nəcd diyarında yaranıb inkişaf etməsi və yayılamasının coğrafi amillərini aşağıdakı çərçivələrdə araşdırmaq olar:
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 786 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024