İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:16 AM
    1-NƏCDİN DİNİ MÖVQEYİ
    Bu barədə cənab Məscid Camei bir məqalə yazaraq qeyd edir: "... Bədəvilər din ruhiyyəsindən məhrum idilər. Dinə olan ehtiyac, itaət hissi və din müqabilində ibadət bu diyarın insanlarının ən mühüm xüsusiyyətlərindəndir... Bədəvilərin də, başqaları kimi, dinə ehtiyacları vardır. Amma dini öz ehtiyac və təfəkkürləri, möhtac olduqları ədalətli ictimai-siyasi sistem əsasında qəbul edirlər. Məhz buna görə də onlar özlərinin ehtiyac və istəklərinə uyğun olan dini hərəkətlər müqabilində dərhal müsbət cavab verirdilər. Bunun əksinə olaraq, öz ruhiyyələri və ehtiyacları ilə uyğun olmayan hərəkətlər müqabilində etinasızlıq göstərirdilər.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, "Əbrar” qəzeti, 17 fərvərdin, 1365, 159-cu nömrə, səh.4 ) Buna əsasən, bədəvi ərəblər dini qəbul etməkdə yalnız öz mənfətlərini güdür və özlərinin ruhiyyə və xüsusiyyətləri ilə müvafiq olan bir dini qəbul edirdilər. Vəhhabilik elə bir diyarda yaranıb inkişaf etdi ki, "dini baxımdan Ərəbistan yarımadasının sair nahiyələri ilə müqayisədə xurafatların və yanlış əqidələrin mərkəzi idi və səhih dini pirinsiplərlə ziddiyyət təşkil edirdi.”(Fəqihi Əliəsğər. "Vəhhabiha”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.141 )
    2-NƏCDİN SOSİOLOJİ MÖVQEYİ
    Məhəmməd ibn Əbdül-Vəhhabın təlimlərinin Nəcddə öz qardaşı və atasının müxalifəti ilə qarşılaşmasına baxmayaraq, bu əyalətin əhalisinin mövcud vəziyyətinə diqqət yetirməklə bu kimi müxalifətlərin heç bir təsiri olmadı. "Nəcd əyalətinin sakinləri son dərəcə sadə və bəsit həyat sürüb dini münaqişələrdən uzaqda idilər. Onların çox qızğın təsirli bəyanlarla olan hər bir təzə sözü qəbul etməyə hazırlıqları var idi və bunun özü də Şeyx Məhəmmədin xüsusiyyətlərindən idi. Onun məzhəbinin inkişaf edib yayılması amillərindən digər biri də bu idi ki, o dövrdə Nəcddə mövcud olan alimlərin heç biri sözün nüfuzu və bəyan qüdrəti baxımından Şeyx Məhəmmədə çatmırdı.”(Həmin mənbə, səh.86-87 ) O dövrdə Nəcd ucqar bir yer idi ki, oraya çox az adam gedirdi, çox az adam Nəcddən kənara səfər edirdi.
    Nəcd sakinləri son dərəcə sadəlikdə yaşayırdılar. Onlar dünyada baş verən hadisələrdən xəbərsiz idilər, çox az hallarda kiminsə əqidə və fikirlərinin təsiri altına düşürdülər. Təbiidir ki, belə avam və sadə insanlar Şeyx Məhəmmədin təlimlərindən daha tez təsirlənər və təəssüblə onu müdafiə edər, hətta onun yolunda öz canlarından keçməyi belə, əsirgəməzdilər.
    3-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-İCMA QURULUŞU
    Vəhhabiliyin yaranıb sürətlə inkişaf etməsinin digər amillərindən biri də Nəcdə hakim olan qəbilə üsul-idarəsi idi. Qəbilə həyat tərzi ilə yaşayan Nəcddə qəbilə üzvləri hər bir işdə qəbilənin başçısına və ağsaqqalına itaət etdiklərindən, təbiidir ki, qəbilə başçısı hər hansı bir dəvəti qəbul etsəydi, onun fərmanı altında olan kəslər də həmin dəvəti qəbul edəcəkdilər. "Qəbilə başçılarından hər biri müəyyən adlarla Şeyx Məhəmmədlə razılaşıb ona qeydsiz-şərtsiz olaraq itaət edirdilər. Sonra Şeyx Məhəmmədin sözlərindən təsirlənərək ona qarşı təəssüb hissi keçirir, öz təsəvvürlərinə görə, dini göstərişlərin bir hissəsi sayılan hər bir işi çox alqışla qəbul edir, onun icra olunmasına ciddiyyətlə çalışırdılar.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, səh.87 )Həqiqətdə Nəcd əhalisi öz əmirlərinə tabe idilər. Əmirlərin də fikri yalnız öz mənafelərini qoruyub-saxlamaq, inkişaf etdirmək və başqalarına qələbə çalmaq idi. "Nəcddə heç bir qayda-qanun yox idi, əmirlər və onların məmurları istədikləri hər bir şeyi edirdilər. Hər bir vilayətin bir əmiri var idi, əmirlər arasında da heç bir əlaqə mövcud deyildir.”(Həmin mənbə, səh.121 ) Məhəmməd ibn Əbdül-Vəhhab məhz bu şəraitdən öz xeyrinə istifadə etdi. Səudilərlə ittihad müqaviləsi bağladıqdan sonra işi rövnəqləndi və özünə çoxlu ardıcıl toplaya bildi.
    4-MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN NƏCDDƏ XÜSUSİ TƏLİMLƏRİ
    Məhəmməd ibn Əbdül-Vəhhab Nəcddə yaşayan bədəvi ərəblərin arasında hakim olan qəbilə qayda-qanunlarına agah olduğuna görə öz dəvətini orada aşkar etdi və bununla da onları digər qəbilə və əyalətlərə qarşı təhrik edib qiyama hazırlaya bildi. Bu barədə cənab Fəqihi yazır: "Məhəmməd ibn Əbdül-Vəhhab "cihad” adı ilə müxaliflərlə mübarizə aparırdı. O, bu işi özünün əsas prinsipi seçmişdi ki, ona tabe olanlar digər qəbilə və nahiyələrə hücum etsinlər, düşmənlərinə qələbə çaldıqdan sonra onların mal-dövlətinə sahib çıxsınlar, ölkələrini işğal etsinlər. Bu işə adət edən bədəvi ərəblər ona üz gətirdilər. Xüsusilə, bunu nəzərə alaq ki, onların əksəriyyəti bir-biri ilə düşmən idilər, hər bir qəbilə digərinə hücum etmək üçün hazır idi. Digər məsələ də bu idi ki, Məhəmməd ibn Əbdül-Vəhhab avam xalq kütlələrini İslamın əvvəllərindəki dinə – saleh sələflərin adət-ənənələrinə dəvət edir və onları inandırmağa çalışırdı ki, ona tabe olacaqları surətdə elə Peyğəmbərin (s) səhabələri və tabeinləri kimi olacaqlar. O, öz sözləri ilə ərəblərdə belə bir hiss yaratmışdı ki, onlar yalnız özlərini tövhidçi, həqiqi müsəlman və Behişt əhli hesab edirdirlər. Belə güman edirdilər ki, əgər onun dəvəti yolunda öldürülsələr, yaxud kimisə öldürsələr əbədi səadətə nail olacaqlar!”(Fəqihi, Əliəsğər. "Vəhhabilər”, səh.146)
    Məhəmməd ibn Əbdül-Vəhhabın yeni dini təlimləri və göstərişləri bədəvi ərəbləri dünyaya tamahlandırdı və onların hərislik hislərini coşdurdu. Belə ki, onlar vəhhabiliyi öz dünyəvi mənafelərini təmin etməyə qadir olan bir yol hesab edirdilər. "Vəhhabiyyət dər cəzirətül Ərəb” məqaləsində bu barədə deyilir: "Möhtac bədəvi ərəb o kəsdir ki, ona nə başa düşməsini deyil, nə etməsini desinlər. Xüsusilə ona deyilənlərin öz zövq və ruhiyyəsinə, qəbiləsinin ictimai quruluşuna uyğun olanlara daha çox meyl göstərirdilər. Vəhhabilik dəqiq şəkildə belə bir məsləkdir: Məhəmməd ibn Əbdül-Vəhhabın bu sözü, yəni yalnız vəhhabilərin müsəlman olub qalanların kafir olması və qətlinin vacibliyi səhrada köçəri həyat tərzi ilə yaşayan sadəlövh, kobud xasiyyətli, qan axıdan, bədəvi və eyni zamanda ac-yalavac ərəblərin arasında birdən-birə partlayış yaratdı. Nəcdin köçəri ərəbləri Məhəmməd ibn Əbdül-Vəhhabın rəvac verdiyi şeylərə tam mənada möhtac idilər. Onlar uzun müddət idi ki, vəhdət yaradan bir qanuni ideologiyanın varlığına ehtiyac duyur və fəqirlik, aclıq, sonu görünməyən qəbilə arası müharibələrin odunda yanırdılar. Buna görə də onun çağırışını cani-dildən qəbul edərək çox böyük bir dəşhətli və qorxulu qüvvəyə çevrildilər ki, uzun müddət rahat yuxunu müsəlmanlara haram etmişdir.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, "Əbrar” qəzeti) Beləliklə, vəhhabiyyət Nəcd bədəvilərini onların ən mühüm zati xüsusiyyəti olan müharibə və qan axıtmağa təhrik etdi və Ali-Səud da vəhhabilərlə birləşərək xüsusi qüdrət kəsb edə bildilər.
    Ümumiyyətlə, vəhhabilər öz zatlarında hətta ilkin xalis ideologiyanın təşkil olunmasında belə, müsbət bir məcmuə deyildi. Həqiqətdə onların etiqad və əqidə prinsiplərinin təyin olunması və yaranmasının əsas amili "onların müsəlmanların islamdan əldə etdiyi şeylər içərisində, öz xoşlarına gəlməyən bir qismini inkar etmək” idi.(Həmin mənbə, səh.4 )Vəhhabilərin düşüncəsi İslamın əzəmətini, mürəkkəbliyini və Quranın həqiqətini dərk etməyə qadir deyildi. Çünki, onların inanclarına görə İslamı həqiqi mənada və öz formasında tanıyan yalnız vəhhabilərdir. Cənab Məscid Camei bu barədə yazır: "Hər halda bu xüsusiyyətlərin məcmusu onun mənəvi yönlərinin ya tamamilə nəzərə alınmamasına, yaxud da özlərinin xüsusi zövq və istəklərinə uyğun təhrif olunmasına səbəb oldu. Vəhhabilər digər müsəlmanlara, xüsusilə İslamın mənəvi yönlərini nəzərə alan müsəlmanlara qarşı çox kobud və amansız müharibə aparmağı özləri üçün böyük dini vəzifə hesab etdiklərindən, bu qəddarlıqları şiələrə, sünnülər arasında da sufi firqələrinə qarşı yönəltdilər. Bu da onların tarix boyu davam edən yanlış təfəkkürlərindən irəli gəlirdi. Onlar İslamın zahiri mənalarından başqa hər növ düşüncəni küfr və mürtədlik hesab edirlər.”(Həmin mənbə)
    Qeyd olunanların hamısına diqqət yetirməklə belə bir sual yaranır: Görəsən, vəhhabilik Nəcddən başqa bir mühitdə, eləcə də Nəcdin sosial və coğrafi şəraitindən başqa bir şəraitdə zahir olsaydı, yenə də Nəcddə onlara nəsib olan inkişafdan faydalanacaqdılarmı? Bu sualın cavabını "Vəhhabiyyət” kitabının müəllifi belə bəyan edir: "... Zahirən cavab mənfidir. Çünki... vəhhabi ideologiyası Nəcddən başqa bir neçə məntəqəyə də nüfuz etdi və çox tanınmış insanlar onu yaymağa səy göstərdilər. Hətta vəhhabi dəvətçiləri Hindistanın Pəncab diyarında Şeyx Məhəmmədin və onun tabelərinin Nəcddə seçdikləri üslubdan istifadə etdilər. Amma bu səylərdən heç biri kifayət qədər nəticə vermədi.”(Fəqihi Əliəsğər. "Vəhhabiha”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.147 )
    Deməli, Ərəbistanın, xüsusilə vəhhabiliyin kök saldığı məntəqələrin (Nəcd diyarının təqribən yarısının) xüsusi coğrafi mövqeyi və şəraiti yeni vəhhabi məsləkinin yaranıb inkişaf etməsinə və yayılmasına daha çox təsir göstərdi və tədricən digər məntəqələrə də yayıldı.
    HƏRİMƏLƏ, ÜYƏYNƏ VƏ DİRİYYƏ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN ƏQİDƏSİNİN YAYİLDİĞİ İLK YERLƏR
    Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynə şəhərində dünyaya gəlmiş, Hənbəli məzhəbli bir ailədə böyüyüb boya-başa çatmış və bu məzhəbin əqidələri ilə müəyyən qədər tanış olmuşdu. O, Müsəyləməyi Kəzzab və s. kimi peyğəmbərlik iddiası edənlərin nəzər və rəylərini mütaliə etmişdi. Elə cavanlığının ilk dövrlərindən etibarən dində dəyişiklik yaratmaq sövdası onun başında dolanırdı.
    Nəcd əyalətinin (əvvəllər oranın xüsusi coğrafi və ictimai mövqeyi barədə müəyyən qədər bəhs olundu) Hərimələ, Üyeynə, Diriyyə, Riyaz və sair kimi mühüm şəhərləri vardı. Bunlar (xüsusilə Diriyyə və Riyaz şəhərləri) vəhhabiliyin yaranıb genişlənməsində çox mühüm rol ifa etmişdi.
    Adı çəkilən şəhərlərin əhalisi qəbilə icması və tayfa şəklində yaşayırdılar. Qəbilə mədəniyyəti onların həyatının əsasını təşkil edirdi. Qəbilə icmasında qəbilə rəisi və tayfa başçısı qüdrətin başında dururdu. Onun əmr və göstərişlərini icra etmək vacib idi. Qəbilə üzvləri də aralarında mövcud olan adət-ənənələrə çox ciddi şəkildə riayət edirdilər. Qəbilələrin ən mühüm xüsusiyyətləri müharibə və qarətçilikdən ibarət idi. Onlar öz güzəranını təmin etmək üçün bu iki mühüm məsələni icra etməyə məcbur idilər.
    Nəcd şəhərlərinin əhalisi mədəniyyət baxımından çox da yüksək səviyyədə deyildi. Səbəbi də oranın xüsusi coğrafi mövqeyə malik olması idi. Geniş səhralar, kəskin iqlim, mədəniyyət mərkəzindən uzaq olmaq, qonşu ölkələrdəki mədəniyyətlərdən birbaşa, yaxud müəyyən yollarla bəhrələnməmək, münasib iqtisadi qüdrətə malik olmamaq, özlərinin xüsusi məişət çətinlikləri və s. qəbilələrin mədəniyyət səviyyəsinin çox aşağı olmasında xüsusi rol oynayırdı. Elə bu məsələ də, yəni Nəcd əyalətində sakin olan qəbilələrin ictimai inkişaf səviyyəsi və mədəniyyətinin aşağı olması onların öz adət-ənənələri və əqidələri ilə müvafiq olan hər növ təfəkkürü, məsləki və dini qəbul etməyə vadar edən əsas amil idi. Bu da onları, müharibə və qarətçilik xüsusiyyətlərinə bəraət qazandıra biləcək hər növ ideologiya və dinin qəbul olunmasına sövq edirdi. Buna əsasən vəhhabilik Ərəbistanın Nəcd diyarında belə bir şəraitdə yarandı və tədricən Ərəbistanın digər nahiyələrinə yayıldı.
    Məhəmməd ibn Əbdül-Vəhhab ibtidai təhsilini öz doğulduğu Üyeynə şəhərində aldıqdan sonra Hənbəli məzhəbinin təlimlərini daha artıq mənimsəmək, eləcə də qonşu ölkələrin ictimai və siyasi şəraitinə yaxından tanış olmaq üçün Nəcdin müxtəlif şəhərlərinə və oradan da xaricə (Şam, İraq, İran) səfər etdi. Onun azğınçı fikir və əqidələri elə ilk əvvəldən atasını və ustadlarını şübhələndirdi. Onun heç bir sığınacaq yeri olmadığından çoxlu səfərlərdən sonra Nəcdə qayıtmağa məcbur oldu.
    O, Nəcdə daxil olduğu ilk dövrdən Hərimələdə yaşayan atası və ailəsinə tabe olaraq oraya yollandı. Hərimələ Nəcdin mühüm şəhərlərindən biri hesab olunurdu və Üyeynənin yaxınlığında yerləşirdi. O həmin şəhəri özünün əqidələrini izhar etmək üçün münasib gördü. Amma atasının vəfatından sonra 1153-cü h.q. ilinə qədər öz dəvətini rəsmi şəkildə aşkar edə bilmədi. Bəlkə də bunun səbəblərindən biri, atasının ehtimal üzrə baş verəcək müxalifətləri ilə qarşılaşa bilməməsi idi.
    Hər bir halda, Məhəmməd ibn Əbdül-Vəhhab atasının vəfatından sonra "Tövhid” adlı kitabını yazmaqla öz əqidələrini aşkar etdi və camaatın təəssüb üzündən olan səthi əməl və əqidələrində şübhələr yaratdı. O, Hərimələdə çox da müvəffəqiyyət qazana bilmədi. Səbəbi də o diyara hakim olan qəbilə əhval ruhiyyəsi, eləcə də qəbilə başçılarının onunla anlaşma əldə edə bilməmələri idi. Cənab Fəqihi öz kitabının bir qismində belə yazır: "Vəhhabi yazıçıları Məhəmməd ibn Əbdül-Vəhhabın Hərimələdə müvəffəqiyyət qazanmamasının səbəbini Həmyan qəbiləsinin (Hərimələdə məskun olan iki qəbilədən biridir və günah və yaramaz əməllərlə məşhurdur) əmr be məruf nəhy əz münkərə dəvəti hesab edirlər.” Sonra o belə nəticə alır ki, onun səbəbi bu deyildi. Əksinə, Hərimələ şəhərinin rəisləri iki qəbilədən olduğuna və hər birinin digərinə rəis olmağı iddia etməsi(Fəqihi Əliəsğər. "Vəhhabiha”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.120-121 ) Məhəmməd ibn Əbdül-Vəhhabın öz əqidələrini yayıb təbliğ etməkdə müvəffəqiyyət qazanmasına mane olmuşdu. Bu məsələ çox əhəmiyyət kəsb edirdi. Yəni, iki rəisi olmaqla iki qəbilədən təşkil olunan və xüsusi şəraitdə yerləşən Hərimələyə hakim olan qəbilə sistemi vəhhabiyyəti – Məhəmməd ibn Əbdül-Vəhhabın tövsiyələrini qəbul etmək üçün münasib şəraitə malik deyildir. (Məhəmməd ibn Əbdül-Vəhhab bir qəbiləyə rəislik və qüdrət vermək əsasında fikirləşirdi). Buna əsasən yalnız bəzi vaxtlar məsləhət naminə yanaşı yaşayan o şəhərin iki qəbiləsinin arasındakı ixtilaflar vəhhabiliyin banisinin siyasi-dini baxımdan müvəffəqiyyət qazanmasına mane olurdu. Nəticədə, bir tərəfdən Hərimələdə məskunlaşan iki qəbilə arasındakı iqtidarın müvazinəti, digər tərəfdən isə Məhəmməd ibn Əbdül-Vəhhabın quru və təəssüb əsasında olan təlimləri (bu, əsas etibarı ilə camaatın əqidələrini hədəf tutmuşdu) onun Hərimələdə müvəffəqiyyət qazanmamasının amili oldu. Diqqət yetirmək lazımdır ki, onun müvəffəqiyyət qazanmamasının səbəbi daha çox bu ola bilərdi ki, o, mahiyyət etibarı ilə Hərimələdə sakin olan iki qəbilənin heç birinin üzvü deyildi və bəlkə də o yerin siyasi və ideoloji şəraiti ilə tam agah deyildir.
    Məhəmməd ibn Əbdül-Vəhhab həmin dövrdə müvəffəqiyyət qazanmamasının ardınca öz doğulduğu yerə – Üyeynəyə qayıtdı. Ayətullah Sübhani onun bu şəhərdəki fəaliyyətləri barədə belə qeyd edir: "... Öz vətəninə daxil olduqdan sonra oranın əmiri Osman ibn Əhməd ibn Müəmmər ilə əhd-peyman bağladı ki, qarşılıqlı olaraq bir-birinə kömək etsinlər, əmir də icazə versin ki, o öz əqidələrini aşkar şəkildə təbliğ edə bilsin. Nəticədə Üyeynə də daxil olmaqla, Nəcd məntəqəsinin əmir yaşayan bütün məntəqələrinə hakim olsun. Məhəmməd ibn Əbdül-Vəhhab daha sonra əmirlə olan əlaqələrini möhkəmləndirmək üçün əmirin bacısı ilə evləndi. Əqd bağlandıqdan və səmimi həmkarlıq vədəsi verildikdən sonra Şeyx əmirə dedi: "Ümidvaram ki, Allah Nəcdi və ərəbləri sənə bağışlasın!”(Sübhani Cə`fər, "Fərhəngi-əqaid və məzahibi İslami”, 3 cü cild, səh.56-57 )
    Məhəmmədin Üyeynədə gördüyü işlərdən biri də bu idi ki, camaatın etiqadlarını sarsıtmaq və inkar etmək üçün ciddi səylə çalışdı və "göstəriş verdi, camaatın ehtiram göstərdiyi ağacları kəsdilər, Zeyd ibn Xəttabın qəbri üzərində olan binanı və günbəzləri dağıtdılar.”(Fəqihi Əliəsğər. "Vəhhabiha”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.147 ) O, Üyeynədə dərs hövzəsi təşkil etdi və tədrisə başladı. Üyeynə və Nəcdin sair yerlərinin alimləri Şeyxin dəvətinin irəliləməsini gördükdə Ehsanın əmiri Süleyman ibn Məhəmmədə çoxlu məktublar yazaraq vəhhabiliyin günbəgün artmaqda olan təhlükələri barədə xəbərdarlıq edib onu dəf etməyə çağırdılar. "Ehsanın və Qətifin əmiri Süleyman Himyəri Üyeynənin əmirinə göstəriş verdi ki, bu fitnəni mümkün qədər tez bir zamanda yatırtsın, Şeyxi qətlə yetirsin. Üyeynənin əmiri Şeyxdən üzr istəyib Üyeynəni tərk etməsini tələb etmək məcburiyyətində qaldı.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.56-57)
    Məhəmməd ibn Əbdül-Vəhhabın öz dəvətini davam etdirmək üçün Üyeynə şəhərini seçməsinin aşağıdakı yönlərdə əhəmiyyəti var idi:
    1. Üyeynə Məhəmməd ibn Əbdül-Vəhhabın doğulduğu yer və onun ana vətəni idi. O həmin yerin mövcud ixtilafları, məişət qaydaları, dini-siyasi təfəkkürləri, bir sözlə, oranın ictimai mühitinə agah idi və oranın əhalisi də həm onu, həm də ailəsini yaxşı şəkildə tanıyırdılar. Xüsusilə, onun atası Əbdül-Vəhhab o şəhərdə camaat arasında qəzavət və mühakimə mənsəbini öhdəsinə almışdır.
    2. Üyeynənin əhalisi Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsinə qarşı xüsusi hörmət bəsləyirdilər. Çünki, onun atası uzun müddət hənbəli fiqhinin tədris edilməsini və qəzavət işini öhdəsinə almışdı. Buna görə də camaat onun övladları ilə tam başqa cür rəftar edirdilər.
    3. Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynənin siyasi şəraitini və orada məskunlaşan qəbilə rəislərini yaxşı tanıyırdı. Üyeynə Ehsa hakiminə tabe olduğuna görə qəbilə rəisinin Ehsanın hakiminin siyasətləri ilə əlaqədar seçdiyi üslubda rol oynayırdı. Məhəmməd ibn Əbdül-Vəhhab çalışırdı ki, mümkün olan qədər Üyeynənin əmirini vəhhabiliyi qəbul etməyə təşviq etsin ki, güclü dini arxaya malik olaraq Ehsa əmirinin hakimiyyətindən çıxıb müstəqil olsun.
    4. Məhəmməd ibn Əbdül-Vəhhabın Üyeynəni özünə mərkəz seçməsinin dördüncü dəlili Üyeynənin Ehsanın xüsusi iqtisadi mövqeyini ələ keçirməklə əlaqədar düşmənçiliyi idi. Məhəmməd ibn Əbdül-Vəhhab öz fəaliyyətlərini davam etdirmək üçün iqtisadi və siyasi arxaya ciddi ehtiyac duyurdu. Ehsa da bu məqsəd üçün münasib iqtisadi baza olduğundan vəhhabiliyin banisi öz siyasi bünövrəsini Ehsa məntəqəsinin iqtisadi qüdrəti ilə təkmilləşdirmək və Üyeynənin Ehsa əleyhinə olan düşmənçiliyindən bəhrələnmək istədi.(Bu günlərdə əmirliklərin şimal-qərb hissəsində çoxlu neft yataqları vardır. Bir əsr bundan öncə orada xurma və mirvari ticarəti yayılmış, bu da Ehsa məntəqəsini sərvətli bir yerə çevirmişdi. Türkiyənin fəthləri, 1870 və 1890-cı illərdə Ali-Səudun süqutunu sür`ətləndirdi. Çünki Riyaz Ərəbistanın mərkəzi qəbilələrinin itaətini cəlb etmək üçün Ehsanın gəlirinə ehtiyac duyurdu. 1865-ci ildə kapitan Poli vəhhabi imperatorluğunun sərvətini mühasibə etmək qərarına gəldi və bu nəticəyə çatdı ki, təqribən bu sərvətin yarısından çoxu Hüquq və Hisa nahiyəsindən əldə olunur. O dövrdə sözü gedən məntəqə əhalisinin təqribən dörddə biri Riyaz hökumətinin tərafdarları idi. Hisanın əldən verilməsi və məntəqənin 1871-ci ildə türklər tərəfindən işğal olması Ali-Səud üçün ağır zərbə hesab olunurdu. (1913-cü ildə Əbdül-Əziz yenidən Hisanı öz ixriyarına keçirmişdi.) Lisi Robert, "Sərzəmini səlatin”, səh.111, 156-157 )
    Məhəmməd ibn Əbdül-Vəhhabın dəvətinin Üyeynədə davam etməsi nəticəsində "ümumi və xüsusi müsəlmanlardan çoxunu özünə ardıcıl etdi və özü ilə eyni əqidəyə gətirdi... Buna görə də onun şan-şöhrəti yayılmağa başladı. Hər bir yedə - dini, hətta siyasi yığıncaqlarda belə, onun işlərindən söhbət açılırdı.”(Fəzai Yusif, "Münazirati imam Fəxr Razi”, səh.226 ) Onun işinin şöhrət və əhəmiyyətinin artmasına səbəb olan ardıcıllarının və havadarlarının hərəkəti Ehsanın hakimi Osman ibn Əhməd ibn Müəmmərin nigarançılığına səbəb oldu və o, Üyeynənin əmirini məcbur etdi ki, Məhəmməd ibn Əbdül-Vəhhabı aradan götürməyə dair ciddi tədbir görsün.
    Məhəmməd ibn Əbdül-Vəhhabın Osmana, Nəcd əyalətinə tam hakim kəsilmək vədəsi verməsinə baxmayaraq (onunla həmkarlıq etməsi şərtilə) hər an Üyeynəyə hücum etməsi ehtimalı verilən Ehsanın əmirinin qorxusundan Məhəmmədi o şəhəri tərk etməyə məcbur etdi. Məhəmməd ibn Əbdül-Vəhhab sonra Diriyyə şəhərinə gəldi. Vəhhabilik də məhz bu şəhərdə kök atıb yarımadanın digər məntəqələrinə yayıla bildi.
    Diriyyə şəhəri coğrafi və strateji baxımdan xüsusi əhəmiyyətə malik idi. "Ərəb coğrafiyaçıları Nəcdin qədim şəhərlərinin ən böyüyü kimi Zəryə şəhərini qeyd etmişlər. Caci xəlifə o yerin adını yeni tələffüzə uyğun olaraq Diriyyə adlandıran ilk şəxs idi.”(Ləstərnec "Coğrafiyayi sərzəminhayi xilafəti şərqi”, Mahmud İrfanın tərcüməsi, şirkəti İntişarati elmi və fərhəngi, Tehran, 1367, 3-cü çap, səh.91 ) "Miratul-əhval” kitabında qeyd olunur ki, "Diriyyə Səudiyyə Ərəbistanın bir bölməsi olub Riyazın şimal-qərbində, 20 km. məsafəsində yerləşir. Bu şəhər Ali-Səudun sabiq paytaxtı idi, Vadiyi-hənifə də oradan keçirdi. Onun abad diyarlarından biri Məhəmməd ibn Əbdül-Vəhhab və onun sülaləsindən çoxlu alimlərin yaşayış məskəni olan Bəhiradır. Onun qəbri də həmin yerdədir. Diriyyə ilk dəfə olaraq 850-ci h.q. ilində abad edilmişdi. Məhəmməd İbn Səud oranın hakimi olmuş, 1157-ci h.q. ilində öz vətənindən Üyeynəyə qovulan Məhəmməd ibn Əbdül-Vəhhab da Diriyyədə yaşamış, həmçinin, Məhəmməd İbn Səud vəhhabi məzhəbini yaymağa başlamışdı.”(Kermanşahi Ağa Əhməd ibn Məhəmmədəli, "Mir`atul-əhval cahannəma” "İntişarati ənsariyan”, Qum, 1-ci çap, tir ayı, 1373, 1-ci cild, 216-cı, səhifənin vərəqaltı haşiyası )
    Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, Diriyyəyə hakim olan qüdrət Ali-Səud idi və Diriyyənin cəmiyyətinə qəbilə və tayfa üsul-idarəsi hökm sürürdü. O şəhərin əhalisi Məhəmməd ibn Əbdül-Vəhhabın gəldiyi ilk dövrlərdə son dərəcə yoxsulluq və ehtiyac içində yaşayır, gündəlik məişətlərini təmin etmək üçün ciddi səylə işləyirdilər. Cəngavərlik və ətraf məntəqələrə təcavüz etmək ruhiyyəsi onların bütünlükdə varlığına hakim kəsilmişdi. Müharibə və hücum yolu ilə mənfəət axtarmaq, qənimət və sərvət əldə etmək onların nəzərində çox əhəmiyyətli bir məsələ idi. Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyənin qəbiləvi cəmiyyətinin xüsusi mövqeyi ilə tanış olduqdan sonra öz ayin və məsləkini o şəhərin hakiminə təqdim etmək qərarına gəldi. Çünki, vəhhabiliyin hakim tərəfindən (qəbilə üsul-idarəsi ilə) qəbul olunacağı təqdirdə sair şəxslər də onu qəbul etməli idilər. Deməli, Məhəmməd ibn Əbdül-Vəhhab özünün xüsusi məqsədlərinə nail olmaq üçün Diriyyə şəhərinə daxil olan kimi birbaşa oranın hakimi Məhəmməd İbn Səudun yanına getdi və onu öz ayinini qəbul etməyə təşviq etdi. Nəhayət, onların arasında baş verən razılaşmaya əsasən Diriyyədə bir növ siyasi-dini ittihadiyyə yaradıldı. Beləliklə, vəhhabilik ayini bir tərəfdən Ali-Səudun sonrakı hərəkət və tədbirlərinə qanunilik verdi və ona dini arxa oldu. Digər tərəfdən də Ali-Səudun siyasi qüdrəti vəhhabiliyin təbliğ olunub yayılması üçün böyük bir arxa sayıldı.
    Robert Lisi bu barədə yazır: "... Bu məsələ, yəni Diriyyə şəhərinin hakimi Məhəmməd İbn Səudun ibn Əbdül-Vəhhabın xəbərini Riyazın şimalında bir neçə kilometrliyində yerləşən Hənifə dərəsindəki xurma bağları arasında eşitməsi o ruhani şəxs üçün bir növ yaxşı şans sayılırdı. (Riyaz o dövrdə Ali-Səudun hökmranlığı altında deyildi.) Məhəmməd İbn Səud ona dedi: "Sizin diyarınızdan daha yaxşı olan bir şəhərə xoş gəlmisiniz!” Buna əsasən Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyənin şəriət hakimi oldu.”(Lisi Robert, "Sərzəmini səlatin”, 1-ci cild, səh.82 )
    Daha mühüm əhəmiyyət kəsb edən məsələ iki Məhəmmədin – Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında baş verən sövdələşmə idi. Məhəmməd ibn Əbdül-Vəhhab İbn Səuda vədə verib dedi ki, vəhhabiliyi qəbul etdiyi və onun təbliğ edib yaydığı surətdə onun qüdrət və hakimiyyətinə öz ixtiyarında olan camaata və ətraf məntəqələrə hücumlarına dini don geyindirməklə yanaşı, bunu qanuni bir iş kimi qələmə versin. İbn Səud da iltizam verdi ki, vəhhabiliyi özünün hərbi qüdrəti ilə qoruyub genişləndirəcəkdir.
    Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyədə vəhhabilik məsləkini yayıb genişləndirməyə və təbliğ etməyə başladı. "Siqaret çəkilməsi, rəqs və musiqi qadağan edildi... Ziyarətgahlar və bütün texniki vasitələr məhv edilib aradan aparıldı.”(Həmin mənbə ) Robert Lisi bu barədə belə yazır: "... Nəcd ordusu vəhhabilərin yol göstərmələrindən təsirlənib Səud sülaləsinin rəhbərliyi ilə yırtıcılığa, vəhşiliyə başladılar. Onlar ölüm qarşısında etinasız idilər. Yalnız Allahın istəyi ilə (əlbəttə, vəhhabilərin nəzərində!) atəş açırdılar...”(Həmin mənbə, səh.82 ) Müharibə və qarətçilik, qan axıdılması və qəbilələrin qarət edilməsi kimi vəhşiliklərə dini cəhətdən don geyindirilirdi. Qəbilə həyatı sürən Diriyyə əhalisində müharibə və qarətçilik ruhiyyəsi olduğuna görə də bir məsləkin onlara arxa durduğundan öz işlərini qanuni qələmə verir və çox xoşhal olurdular. Fəqihi ibn Bişr Nəcdin Diriyyənin vəhhabiliyi qəbul və ətraf məntəqələrə təcavüz etməsindən sonrakı vəziyyəti ilə əlaqədar belə deyir: "Mən (İbn Bişr) Diriyyə şəhərini bu tarixdən sonra səudilərin dövründə müşahidə etdim. Oranın əhalisi çox varlanmış, silahları qızıl-gümüşlə bəzədilmişdi; nəcib atlara minir, iftixarlı, bər-bəzəkli paltar geyir və bütün sərvət vəsaitlərindən istifadə edirdilər. Elə bir həddə çatmışdılar ki, dil onların firavanlığını bəyan etməkdə acizdir.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.151 ) Diriyyə əhalisindəki bu dərin dəyişikliklər yalnız ətraf məntəqələrə etdikləri təcavüzlər sayəsində baş vermişdir. Onlar vəhhabi məsləkinin köməyi ilə özlərinə bəraət qazandıraraq öz təcavüzkarlıqlarını qanuni iş hesab edirdilər.
    Beləliklə, Diriyyə Ərəbistanın Nəcd diyarında vəhhabi dininin təbliğ olunması üçün bir mərkəzə çevrildi və vəhhabilərin İslamın müqəddəs məkanlarına, o cümlədən, Məkkə, Mədinə, Kərbəla və Nəcəf şəhərinə hücumları oradan idarə olundu. İbrahim Paşa Misrinin Nəcdə hücum edib oraya qoşun yeritməsi zamanı Diriyyənin yerlə yeksan olunmasına və Ali-Səud hakimlərinin birinci hakimiyyət dövrünün sona çatmasına baxmayaraq, onların Nəcddən çıxmasından sonra Ali-Səuddan qalan vəhhabilər bir daha oranı təmir edib abadlaşdırdılar və tamamilə məhv olmasının qarşısını aldılar. Sonrakı fəsillərdə vəhhabilərin törətdiyi cinayətlər, eləcə də onların əleyhinə olan müxtəlif reaksiyalar araşdırılacaqdır.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 460 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024