İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:15 AM
    VƏHHABİ TƏFƏKKÜRÜNÜN YARANMASİNDA BEYNƏLXALQ ŞƏRAİTİN ROLU
    Bu bölmədə vəhhabiliyin yaranmasına təsadüf edən beynəlxalq şəraiti araşdıracaq, həmçinin bu şəraitin vəhhabi hərəkatının inkişaf edib yayılmasına necə təsir göstərdiyi barədə məlumat verəcəyik.
    Vəhhabilik o dövrdə Osmanlı imperatorluğunun sərhədlərində yerləşən Ərəbistan yarımadasında yarandığını, həmçinin siyasi və tarix cəhətdən bu imperatorluğun dünyanın böyük ərazilərində təsirli olduğunu nəzərə alaraq belə qeyd etmək olar ki, osmanlıların qüdrətinin zəifləməsi vəhhabilərin yaranıb yayılmasında təsirli amillərdən biri olmuşdur.
    Bu bölmədə həmin məsələnin müxtəlif yönlərini – istər daxili, istərsə də xarici amillərini nəzərə alaraq (həmin dövrdə) Osmanlı imperatorluğuna hakim olan daxili və xarici vəziyyəti araşdıracağıq. Əlbəttə, qeyd etməliyik ki, yuxarıda Osmanlı imperatorluğunun necə yaranması ilə əlaqədar müəyyən mətləblər bəyan olundu. İndi isə osmanlıların qüdrətinin ən yüksək həddə olduğu dövrü, sonra isə onda baş verən enişli-yoxuşlu hadisələri araşdıracağıq.
    Osmanlı imperatorluğu miladın XV-XVI əsrlərində özünün ən güclü dövrlərini yaşayırdı. Tarixin bu dövründə Avropa dövlətləri bu imperatorluğun qarşısını ala biləcək qədər qüdrətə malik deyildilər. Bu imperatorluğun geniş hüdudları Balkanda kiçik Asiyadan Ermənistana qədər, şimali Afrika və Misirə, şərqdə isə Suriya və Fələstin ərazilərinə qədər gedib çatırdı. Belə ki, Adriatik dənizi "Türk dəryası” adı ilə məşhurlaşmışdı. Osmanlı imperatorluğunun nisbətən uzun ömürlü olması o dövrdə dünyanın münasib siyasi şəraiti, sultanlardan bir neçəsinin ləyaqəti, bir neçə rəhbər işçilərinin camaata qarşı səmimi və iş bacaran olması, camaatın da onu himayə etməsi nəticəsində olmuşdu və onlar öz xoşbəxtliklərini Osmanlı hökumətinin davam etməsində görürdülər.
    Hər bir tərəqqinin ardınca tənəzzül gəldiyi, eləcə də hər bir təvəllüd axırda xəstəlik və ölümlə sona çatdığı, həmçinin, İbn Xəldun və Vil Dorant kimi məşhur tarixçilərin mədəniyyətlərin tərəqqi və tənəzzülləri barədə xüsusi olaraq qeyd etdiklərinə əsasən Osmanlı imperatorluğu da bu qanundan istisna olunmurdu. XVI miladi əsrinin ikinci yarısı geniş ərazilərə malik olan Osmanlı imperatorluğunun süquta uğramasının əvvəlləri idi. Coğrafi, idarəçilik və qanunçuluq baxımından pərakəndəlik, iqtisadi və ictimai dəyişikliklər, Osmanlı dövlətinin dini xüsusiyyətlərinin zəifləməsi, dini və milli cəmiyyətlərin əsl mədəniyyətdən uzaq düşməsi nəhayət böyük Osmanlı imperatorluğunu dağıtdı.
    Bu imperatorluğun dağılmasının ilkin əsər-əlamətləri onun padşahlarından biri olan Süleyman Başukuhun dövründə aşkar oldu və onun ölümündən sonra bu imperatorluq tənəzzülə doğru üz qoydu. Bacarıqsız sultanlar biri digərindən sonra rəyasət kürsüsünə oturdular və Osmanlı imperatorluğu bir neçə quru və dəniz döyüşlərində ağır məğlubiyyətə düçar oldu.
    Saray məmurlarının hiylələri, hərəmxanalardakı xacələrin və qadınların təhrik olunması, dövlət aparatında baş verən eybəcər hallar ölkədəki siyasi və iqtisadi durumu aradan aparmışdı. Həm müsəlmanların, həm də məsihilərin iştirak etdiyi qiyamlar da günbəgün artmağa başladığı zaman, onların idarə sistemi dağıldı və dövlət başçıları biri-birinin ayağının altını qazmağa başladılar.
    Ardıcıl iqtisadi böhranlar, çörək və sair kimi gündəlik tələbat mallarının bahalaşması, qərbdə hazırlanan ucuz qiymətli gümüş və sair məmulatların gətirilməsi, əmək haqqının azaldılması Osmanlı imperatorluğunun problemlərini daha da artırdı. Həmin dövrdə türk mallarının qiymətinin qalxması nəticəsində xarici mallar sel kimi axıb ölkəyə gəlməyə başladı, şəhərlərdə və kəndlərdə xarici mal ticarəti rövnəqləndi. Sənətkarlıq və ticarət işi çiçəkləndi, müxtəlif siniflərin istehsal qüvvələri artdı. Amma qərb dünyasının əksinə olaraq sənətkarlığın və ticarətin Osmanlı imperatorluğunda genişlənməsi iqtisadi və ictimai inqilab yaratmadı.
    Osmanlı imperatorluğunun tədrici olaraq tənəzzülə uğraması barəsində "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” kitabında belə qeyd olunur: "Osmanlı imperatorluğunun tənəzzülə uğraması tədricən baş verirdi, yəni onun süqutunun ilk mərhələsi bir neçə əsr öncə başlamışdı. Lakin quruluşun əsas qüdrəti və xüsusilə orta şərq cəmiyyətinin daxili qurluşunun bünövrəsi bu daxili inhirafın ciddi görünməsinin qarşısını alırdı. Avropa da uzun illər ərzində bu tənəzzülü dəqiq şəkildə ayırd edə, yaxud ondan öz xeyrinə istifadə edə bilməmişdi. Məhz buna görə də belə bir şəraitdə imperatorluq uzun illər davam gətirə bilmişdi. Hətta XVII miladi əsrinə qədər Osmanlı imperatorluğunun tənəzzülə uğraması hadisəsi avropalılar üçün çox da aşkar deyildi və bu da Osmanlı padşahlarına mövcud çatışmazlıqları bərpa etmək üçün münasib şərait və fürsət yaratmışdı. Amma onlar bunun qarşısında xudbinliyə düçar olub ölkə daxilində islahat işləri aparmaq fikrinə düşməmişdilər. Onlar bu fikrə artıq çox gec düşdülər.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), səh.293-294 )
    Ümumi şəkildə osmanlıların tənəzzülə uğraması iki cəhətdən araşdırıla bilər: biri xarici amillər, yəni istismarçı qüvvələrin və istilaçıların bu imperatorluqda törətdikləri işlər cəhətindən, digəri isə daxili amillər, yəni, bu imperatorluğun quruluşundakı inzibatsızlıqlar cəhətindən. Halbuki, həmin dövrdə qərb ölkələrində elmi-texniki inqilab özünün ilkin mərhələlərini keçirməkdə idi.
    İSTİSMARÇİ QÜVVƏLƏRİN OSMANLİ İMPERATORLUĞUNDA APARDİĞİ İŞLƏR
    Elmi-texniki inqilab və kapitalizmin inkişaf etməsinin ardınca avropalılar öz ölkələrinin xaricdə ticarət bazaları əldə etməsi üçün işgüzar fəaliyyətlərə başladılar. Onlar Osmanlı imperatorluğunun daxilinə nüfuz etmək üçün çox ciddi səylər göstərdilər və bu nüfuz da müxtəlif yollarla baş verirdi.
    1570-ci miladi ilində osmanlıların Kipri ələ keçirmək üçün göstərdiyi səylər Venisu 5-ci pap Pyusa doğru çəkdi. Pap da ona maddi kömək göstərdi və Avropanın məsihi sərkərdələrini və İran şahını türklərin qarşısında müqavimət göstərməyə təşviq etdi. İkinci Filipp, İspaniyanın padşahı, Kuzimude Mədiçi, Duk Tuskani və İtaliya dövlətlərindən bir qrupu "türklərin əleyhinə müqəddəs ittihadiyyə” təşkil etdilər. Bu ittihadiyyənin hərbi dəniz donanması 1575-ci ildə isveçrəli Don Juvanın rəhbərliyi ilə əməliyyata başlayıb Le Pantoda osmanlıların dəniz donanmasını məğlub etdilər. Məsihi qüvvələri bu qələbədən sonra öz ittihadiyyələrini pozmalarına baxmayaraq Le Pantodakı məğlubiyyət osmanlıların dəniz donanmasının gücünü aşkar etdi və türklərin məğlubedilməzlik əfsanəsinə son qoydu. 1606-cı ildə Stivatorok müqaviləsi əsasında müharibə sona yetdi və bu da osmanlıların zəifləməsinin digər bir nümunəsi sayılırdı. Bu müqavilə o günlərdə "Osmanlıların xərac qoyanı” adı ilə tanınan İsveçrəni türklər qarşısında hər növ öhdəçilikdən azad etdi.
    Vyana faciəsi (1672) və türklərin məsihi qüvvələri qarşısında məğlubiyyəti onların istilaçılıq siyasətlərinin qarşısını aldı və Osmanlı imperatorluğunun tənüzzülünün başlancığı oldu. Bu barədə C. Ş. Stanfort belə yazır: "Osmanlı ordusunun Vyananı ələ keçirmək üçün apardığı müharibədə məğlubiyyətə uğraması, Osmanlı-Avropa əlaqələrində yeni bir mərhələnin əsasını qoydu. Avropa dövlətləri Osmanlı qüvvələrində mövcud olan ciddi zəifliklərdən agah olduğu zaman hücum mövqeyində dayandılar. Bir əsr yarım ərzində osmanlılar özlərinin ardıcıl səylərinə baxmayaraq, ordunu yenidən qurmaq və islahat işlərini aparmaqda çox mühüm əraziləri əllərindən verdilər.”(Həmin mənbə, səh.375 )
    Həqiqətdə Vyanadakı müqəddəratı həll edən məğlubiyyət Osmanlıların Balkandakı siyasi fəaliyyətlərinin qarşısını aldı və türklər hər bir böyük müharibədə öz ərazilərindən birini əldən verdilər.
    "Vyanadakı qələbələr məsihi qüvvələri daha çox fəthlərə sövq etdi. Onlar "müqəddəs ittihadiyyə” təşkil etdilər və Osmanlı ordusunu daha artıq məğlubiyyətə düçar etdilər. Karlotis müqaviləsi (1699) osmanlıları məcbur etdi ki, bütün Macarıstana aid olan Sarlivitsi İsveçrəyə, Paduliyanı Polşaya, Muziyanı Venizə və Azovu Rusiyaya versin. Bununla belə, Türklər öz ordusunu yenidən qüvvətləndirərək Rusları məğlub etdilər və 1711-ci ildə bağlanan Prus müqaviləsi əsasında Azov dənizi yenidən türklərə qaytarıldı. 1715-1718-ci illərdəki müharibədə türklər Serbistanı orduya təslim etdilər. Lakin həmin dövrdə veniziləri Muriyadan və Egey dənizindəki adalardan qovub çıxartdılar.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), səh.88-89 )
    Xarici siyasət baxımından türklər üçün ən ümdə təhlükə Rusların güclənməsi idi. Osmanlılar ilk dəfə 1492-ci ildə ruslarla əlaqə qurmuşdular. "Bizans imperatorluğunun sonuncu hakiminin qardaşının qızı Sufiya ilə evlənmiş Üçüncü Eyvan özünü Bizans imperatorluğunun canişini hesab etdi və onların xüsusi əlaməti olan iki başlı qartalı özünə nişan seçdi. Lakin Eyvan Müxəvvəfin dövründən qabaq (1533-1584) osmanlılarla ruslar arasında Qara dənizin şimal məntəqələrinə və Qafqaza sahib olmaq barədə ixtilaf yarandı. XVI əsrin əvvəllərində və ondan sonrakı iki əsrdə osmanlılarla ruslar arasında çoxlu hərbi toqquşmalar və ixtilaflar baş vermiş və bu da qazaxlarla tatarlar arasında ardıcıl sərhəd toqquşmalarına gətirib çıxarmışdı. Böyük Pyotrun (1682-1722) dövründən XIX əsrə qədər Rusiya və İsveçrə çiyin-çiyinə olaraq türklərə qarşı vuruşdular və bundan sonra Rusiya təklikdə osmanlılarla mübarizəyə qalxdı. Yalnız 1711-ci və 1853-56-cı illərdəki müharibə (Krım müharibəsi) istisna olmaqla, türklər altı müharibədə Rusiyaya məğlub oldular.(Həmin mənbə, səh.89 )
    Osmanlılarla ruslar arasında bağlanan müqaviləyə əsasən Osmanlı imperatorluğunun böyük əraziləri – Krım yarımadasından Azov körfəzinə qədər Rusiyaya qatıldı. Amma ardıcıl müharibələrin ağır xərcləri Osmanlı dövlətini iqtisadi böhran və çətinliklərlə qarşılaşdırdı.
    XVIII əsrin ortalarından etibarən, yəni 1747-1768-ci illərə qədər Osmanlı imperatorluğunun tarixində ən uzun müddətli sülh başladı. Çünki, "bu dövrdə şərqdə Nadir şah Əfşarın ölməsinə və iğtişaşlı bir dövrün yaranmasına baxmayaraq osmanlılar əldən getmiş sərhəd torpaqlarını yenidən qaytarmaq uğrunda müqavimət göstərdilər. Onlar avropalılar sarıdan da xatircəm idilər. Çünki, bu dövrdə Avropa dövlətlərinin başı əvvəlcə İsveçrədə canişinlik müharibəsinə (1740-1748), daha sonra isə yeddi müharibəyə qarışmışdı (1756-1763). Halbuki, osmanlı padşahları və böyük vəzirlər bu zamanda imperatorluğun bu müharibələrə qarışmasının qarşısını almağa çalışırdılar.”(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), 1-ci cild, səh.425 )
    XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində mövcud olan beynəlxalq şəraitlər, eləcə də böyük Fransa inqilabının təsirləri barədə sonradan söhbət olunacaqdır.
    OSMANLİ İMPERATORLUĞUNUN DAXİLİNDƏKİ QARİŞİQLİQLAR VƏ İĞTİŞAŞLAR
    Osmanlı imperatorluğu ərazisinin genişliyinə və əhalisinin çoxluğuna görə öz daxilində bir çox çətinliklər və inzibatsızlıqlarla qarşılaşdı. Osmanlı dövləti hərbiçi qəbilə başçıları vasitəsi ilə idarə olunurdu və imperatorluğa çevrilən zaman bu quruluş yerli əşrafiyyət əsasında olan bürokratiyaya çevrildi. Kobud bürokratizim ticarətçi iqtisad yolunda bir vasitə, vətəndaşların təhlükəzlik və azadlığına isə maniə idi. Bu məsələ qərb kapitalizminin və əmtəələrin osmanlı ölkəsinə nüfuz etməsinin dəqiq şəkildə araşdırıldığı zaman daha da aydın olur. Kapitalizmin Osmanlı imperatorluğuna nüfuz etməsi nəticəsində əkinçilər mülkədarlar tərəfindən daha artıq istismar olunmağa başladı. Çünki, qərbin istehlak mallarının və bəzək əşyalarının məsrəf olunmasından daha çox pula ehtiyacı var idi və bu da kəndlilərə qoyulan vergilər, eləcə də əyalət və vilayətlərin vətəndaşlarına göstərilən təzyiqlərlə təmin olunurdu.
    Osmanlı imperatorluğunda baş verən inzibatsızlıqlardan biri də türklərlə qeyri-türklər arasında bərabərsizliyin, ayrı-sekçiliyin olması idi. Belə ki, məsihilər və türk olmayan müsəlmanlar ölkənin idarə olunmasında heç bir rola malik deyildilər.
    Sonralar bu dövlətin əleyhinə milli-azadlıq hərəkatlarının və çoxlu qiyamların yaranmasına şərait yaradan ümdə çətinliklərdən biri dil, irq və dini baxımdan vəhdətin olmaması, başqa sözlə, bu imperatorluğun bir neçə milliyyətdən təşkil olunması idi. Bəlkə də həmin bu amil Osmanlı imperatorluğunun uzun müddət davam gətirməməsinə səbəb olmuşdu.
    Bununla əlaqədar diqqət yetirilməli digər bir məsələ hadisənin hərbi yönü idi. Belə ki, Osmanlı ordusu özünün hərbi təchizat sistemində yeni üslublara malik olmaması, müasir dövrdəki müharibələrdə istifadəyə yararlı olmayan silahlardan istifadə etməsi və modern silahlardan (xüsusilə digər dövlətlərlə qarşılaşmada) məhrum olması səbəbilə müharibələrdə çox da üstün hesab olunmurdu.
    Bütün bu mənfi hallarla yanaşı, eləcə də osmanlı dövlətinin qərbin inkişafını hiss etdiyinə baxmayaraq mövcud vəziyyətin yaxşılaşdırılması üçün islahata münasib şərait yaranmadı. Bu barədə "Tarixi imperatori və Türkiyeyi-cədid” kitabının müəllifi yazır: "Bu dövrün bütün vaxtlarında (1747-1768) osmanlı padşahları müxtəlif cinahlar arasında baş verən siyasi rəqabətlərdən istifadə etməklə, hökumətin əsl məqamlarına çox sürətli dəyişiklik etməklə öz qüdrətini qoruyub-saxlaya bildilər. Amma xarici hücumların olmaması baş verən islahatların çoxunun (ondan əvvəlki üç on illik ərzində) get-gedə təsirsizləşib aradan getməsinə səbəb oldu. Əvvəlki sui-istifadələr yenidən başlandı. Dövlət məqamlarının satılması, rüşvətxorluq yayıldı və nəhayət, dərin köklərə malik olan infiliyasiya kimi çətinliklər, taun xəstəliyinin yayılması, yeyinti məsullarının çatışmazlığı, şəhərlərdə əhalinin çoxalması, işsizlik, qiyamçıların yaratdığı iğtişaşlar, ali rütbəli məqamların öz vəzifələrindən imtina etməsi və s. hallar imperatorluğun hər bir yerinə hakim idi. Bu şəraitdə Misir, Suriya, İraq və Afrikanın şimalındakı əyalətlərdə yerli hərbi dəstələr qiyam etdi və onların əksəriyyəti özləri üçün müstəqil hökumət təşkil etdilər. Hakim təbəqənin üzvləri yenə də bu şəraitdən öz xeyirlərinə istifadə etdiklərinə görə ehtimal üzrə onların nəzərdə tutduqları mənfəəti təhlükə ilə qarşılaşdıran hər növ dəyişiklik və islahatla müxalifət edirdilər. Bəzən qiymətlərin sabitləşdirilməsi, yeni mühacirlərin öz vətənlərinə qaytarılması kimi bəzi fəaliyyətlər də şəhərdəki mövcud çətinlikləri həll etmək məqsədilə baş verirdi. Bəzən də dövlət məsullarının, vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün gördükləri tədbirlər pərakəndə vəziyyətdə olduğuna görə çox da müvəffəqiyyət qazana bilmirdi.(Həmin mənbə, 1-ci cild, səh.425-426)
    Digər tərəfdən, osmanlı hakimlərinin əyalət və vilayətlərin hərbi köməyinə ehtiyac duyması da öz ardınca bir çox çətinliklər gətirirdi. Sultan Əbdül-Həmidin (1774-1789) dövründə ölkə daxili çətinliklərin əsası hökumətin əyalətlərin yüksək məqamlı əyan-əşrafları üzərindəki iqtidarının əldən getməsi idi. Onlar hökumətin əyalətlərdə hərbi köməyinə olan ehtiyacından istifadə edərək Rusiya ilə müharibədə özləri üçün xəzinə toplamış, ordu və müstəqil idarə təşkilatları yaratmışdılar. Onlar, həqiqətdə sultanın iqtidarın zahiri barəsinə məlumatlarının əksinə olaraq mərkəzi hökumətdən ayrıca, müstəqil şəkildə əməl edirdilər. Anadoluda vilayətin ən yüksək və iqtidarlı fərdi Qara Osmanoğlu idi. O, cənub və qərb məntəqələrində böyük bir əraziyə nəzarət edirdi. Digəri isə fəlat mərkəzdəki nahiyələrinin çoxuna nəzarət edən Çapanoğlu idi. Canikli Əli Paşa oğlu adlı bir şəxs də şimal-şərq nahiyələrinə hökmranlıq edirdi. Osmanlıların Misir, Suriya, İraq, Ərəbistan kimi məntəqələrdə iqtidarının olmamasından törənən siyasi boşluq əsas etibarı ilə camaatın köməyi ilə deyil, bəzən osmanlı məqamlarının özünün ölkələrdəki qullarının köməyi ilə, bəzən də mövcud şəraitdən istifadə edərək mərkəzi dövlətdən ayrılmaq və müstəqil bir qüdrət təşkil etmək fikrində olan bədəvi qəbilələrin vasitəsi ilə təmin olunurdu. Misir qulları 1681-ci ildən sonra qiyam edərək hərbi və idarə məqamlarının çoxunu ələ keçirdilər. Onlara hakim olan cinah rəhbərləri, yəni qeyri-qanuni məqam olan Şeyxül-Bələd (şəhərin rəisi) ölkənin həqiqi hökmranlığını öhdəsinə alırdı. Halbuki, osmanlı hakimləri mərkəzi dövlətin göstərişinə əsasən, bacardıqları qədər müxtəlif cinahlar arasında təfriqə salmağa və düşmənçilik yaratmağa çalışırdılar. Qullardan təşkil olunan hər hansı bir cinahın ölkəni tam ələ keçirməyə və öz düşmənini aradan qaldırmağa müvəffəq olduğu bir dövrdə Osmanlı hakimiyyəti tamamilə aradan gedirdi. Yalnız belə şəraitlərdə osmanlı hökuməti birbaşa müdaxilə edirdi... Bu dövrdə Suriyadakı qulların məşhur rəhbəri Əhməd Cəzar Paşa idi (1804-cü ildə vəfat edib). O, əslində Əlibəy Kəbirin qullarından biri idi ki, sonralar İstanbulda osmanlıların xidmətinə keçmişdi. Cəzar Paşa Dəməşq və Əkkanın hökmranlığını ələ keçirmiş və orada yerli qiyamçıları məğlub etdikdən sonra öz nüfuz dairəsini Suriyaya, Livana və Fələstinə doğru genişləndirmişdi. Bu şəraitdə yalnız Livan dağlarındakı muxtariyyətin rəhbərləri tam müvəffəqiyyətlə onun iqtidarının genişlənməsinin qarşısında dayana bildilər. İraqlılar da Ömər Paşanın (1764-70) və Süleyman paşa Kəbirin (1780-1802) rəhbərliyi altında öz istiqlaliyyətlərini davam etdirə bildilər. Onların hər ikisi bədəvi tayfalarını İraqdan qovub çıxardılar. Sonra heç bir daxili düşmənlə qarşılaşmadan öz hökmranlığını davam etdirdilər. Onlar öz əyalətlərinin azacıq gəliri kimi müəyyən məbləği İstanbula göndərir və sultanın onları məğlub etməsi ilə əlaqədar göstərdiyi bütün səylər qarşısında ciddi müqavimət göstərirdilər.(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi),, 1-ci cild, səh.436-438 )
    Bu şəraitlərin nəticəsində XVI əsrin sonunda Osmanlı imperatorluğu daxili qiyamlara və iğtişaşlara düçar oldu ki, hamısı da ölkənin daxili və xarici şəraitindən irəli gəlirdi. Həqiqətdə hərbi məğlubiyyətlər, Osmanlı imperatorluğunda yaşayan məsihilərin avropalılarla olan əlaqələrinin günbəgün artması və avropalıların da oraya hücum gətirməsi Osmanlı imperatorluğunun dövlət müxaliflərinin siyasi fəaliyyətlərini kəskinləşdirdi. Belə ki, bu dövlətin əleyhinə baş verən qiyamların əksəriyyəti ictimai və iqtisadi narazılıqlar idi ki, əksər hallarda milli və dini reaksiyalarla da qarışmışdı. Bunlardan biri də XVIII miladi əsrinin ortalarında mövcud şəraitin əleyhinə olan üsyankar vəhhabi hərəkatı idi və bu da Osmanlı imperatorluğunun qərb əyalətlərində bir sıra dəyişikliklərin mənşəyi olmuşdu.
    Qeyd olunanlara diqqət yetirməklə demək olar ki, XVII əsrin sona çatması ilə beynəlxalq aləmdə əsaslı və ciddi siyasi dəyişikliklər baş verdi. XVIII əsrin axırlarında Rusiya, İsveçrə və Fransa osmanlılarla müharibə aparırdı. İngiltərə və Prus osmanlı hakimlərinin əli ilə islahat işləri görülməsini istəyir və onların ərazi genişləndirmək məqsədləri müqabilində rəqib sayılırdı. Çünki, ingilislərin nəzərinə görə osmanlıların yalnız ərazi bütövlüyü rusların nüfuzu müqabilində böyük bir istehkam və İngilis əmtəələrinin satışı üçün də yaxşı bir ticarət bazarı sayılırdı. XVIII əsrin axırlarında dünyaya hakim olan şərait barəsində Stanford belə yazır:
    "...1789-1790-cı illərin qışında osmanlılarla müharibədə olan bütün Avropa ölkələri onlarla sülh müqaviləsi bağlamaq istəyirdilər. Katerina İsveçrənin Finlandiya ilə qarşılıqlı hücumuna girişmişdi. İsveçrənin padşahı ikinci Jozef Hollandiyanın və Macarıstanın milli-azadlıq hərəkatlarını boğmaq əmri vermişdi. Bundan əlavə, Fransa inqlabının başlanması səbəb oldu ki, üçlük təşkil edən ittihadiyyə şərqdə müharibənin dayandırılmasını tələb etsin ki, İsveçrə Avropadakı inqilabla mübarizə aparmaq üçün tədbir həyata keçirə bilsin və eyni zamanda Polşa Rusiyanın qərbə doğru irəliləməsi qarşısında bir sədd kimi özünün keçmiş mövqeyini qoruya bilsin. (Bütün bu hadisələr elə bir halda baş verirdi ki, osmanlıların paytaxtı olan İstanbulun işğal olunmasını daha tezləşdirirdi. Lakin imperatorluq hələ tam süqut etməmişdi)... 1787-1792-ci illərdə baş verən saysız-hesabsız müharibələr həqiqətdə hökuməti öz çatışmazlıqlarını təmin etmək üçün günbəgün anadolu və ərəb vilayətlərinin ordu məqamlarından asılı edir və bunun müqabilində rəsmi məqamları onlara tapşırırdı. Yaranan yeni şəraitlər onlara öz qüdrətlərini möhkəmləndirərək, ölkə sərhədlərini genişləndirmək imkanı vermirdi... "Yasi” sülh müqaviləsi bağlandıqdan sonra Avropa sülhnaməsi altı ilə qədər (1792-1798) davam etdi. Sultan Səlim yaranan bu şəraitdən – Polşanın ikinci və üçüncü dəfə olaraq bölüşdürülməsindən (əvvəlcə 1793-cü ildə, sonra isə 1795-ci ildə), həmçinin, Fransada baş verən inqilabdan öz xeyrinə istifadə etdi.(Həmin mənbə, 1-ci cild, səh.448-460-461)
    Fransa inqilabının (1789-cu ildə) qələbə çalmasına baxmayaraq Osmanlı imperatorluğu dünyada baş verən hadisələr qarşısında yenə də məlumatsız idi. O, yalnız özünün xüsusi mənafeyini nəzərə alırdı. Fransa inqilabı Sultan Səlim Osmanlının dövründə baş vermişdi. Lakin o, və onun həmfikirləri əsas etibarı ilə inqilab məfhumundan heç bir təsəvvürə malik olmadıqlarından XVIII əsrdə baş verən belə bir böyük bir hadisədən heç də qorxuya düşməmişdilər.
    Fransa inqilabından sonra Napoleon Bonapart burjuaziyanın mənafeyini qoruyan bir nümayəndə kimi Fransız qoşunlarının başında olaraq Avropanın ətraf məntəqələrinə, eləcə də Misirə qoşun yeritdi. İnqilabın başqa ölkələrə keçməsi ilə yanaşı olan bu hücumlar İngiltərə və Rusiyanı öz mənafeyinin fransızlar tərəfindən təhlükəyə düşməsindən qorxutmuşdu. Qərb dövlətlərinin Fransanın (böyük inqilabdan sonra) istilaçılıq siyasətləri ilə müxalifət etmələri Fransanın ziyanına tamam olmasına baxmayaraq, osmanlıların da xeyrinə deyildi və yalnız bu dövrdə Osmanlı imperatorluğunun parçalanmasının qarşısını müvvəqqəti olaraq aldı.
    Bizim bu mövzumuz ilə əlaqədar olan məsələ Napoleonun Misirə və Ərəbistanın Nəcd əyalətinə hücum etməsi idi. "Nizami Ali səud” kitabının müəllifi bu barədə yazır: "... Əgər Napoleon Misirə gedərək ingilislərin yolu üstündə bir maneə olmasaydı, eləcə də Misir ehramları və Əbuqir döyüşündə osmanlılarla döyüşməsəydi Nəcdin hakimləri özlərini büruzə verib ölkələrini genişləndirmək üçün fürsət tapmayacaqdılar... Fransızların osmanlılarla döyüş xəbəri Ərəbistanın hər bir mərkəz yerlərində nəinki inikas etmədi, üstəlik Aralıq dənizi sahillərində müharibəyə məşğul olan osmanlıların Ərəbistanın daxilinə kifayət qədər qoşun göndərməyə müvəffəq olmamalarına səbəb oldu...(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, s səh.22) Məhz bu səbəb də vəhhabilərin çox rahatlıqla öz sərhədlərini genişləndirməsinə şərait yaratdı.
    Cənab Həmid İnayət XVIII əsrin ikinci yarısında osmanlıların daxili və xarici şəraiti barədə ümumi bir nəzər verərək bu məsələni gözəl şəkildə təsdiqləyir ki, "...XVIII əsrin ikinci yarısında Osmanlı ölkəsinin tabeçiliyində olan millətlər və Avropa dövlətləri, həmçinin onun daxili şəraiti ilə əlaqədar böyük dəyişikliklər yarandı. Bu dəyişikliklər qısa şəkildə aşağıdakılardan ibarət idi:
    Osmanlıların başqa ölkələri istila etməsinin dayandırılması və bunun nəticəsində də qazanc və gəlir yollarının yüksək rütbəli sərkərdələrin üzünə bağlanması, Amerikadan qiymətli filizlərin gətirilməsi nəticəsində infliyasiyanın yaranması, Afrikanın ətrafında dəniz donanmasının işə düşməsi sayəsində Avropanın ticarət yollarının osmanlıların ixtiyarından çıxması, nəhayət 1769-cu ildə Osmanların Rusiya qarşısında məğlub edilərək (1774-cü ildə) "Xırda kənizçə” müqaviləsinin bağlanması ilə (bunun nəticəsində müsəlman əyaləti olan Krım Türkiyədən ayrıldı və Rusiya dövləti Osmanlı ölkəsində yaşayan ortodoks məsihilərinin rəsmi himayəçisi kimi tanındı) hakim quruluşun vəziyyəti də get-gedə pisləşirdi. Bir tərəfdən məhkəmə qüvvələri ardıcıl olaraq zülm və haqsızlıq əməllərinə qurşanır, digər tərəfdən isə osmanlıların hərbi qüvvəsinin mərkəzi olan "Yeni çəri” özünün keçmiş cəngavərlik və pəhləvanlıq hisslərini əldən verirdi. Buna görə də mərkəzi dövlət vilayətlərə olan hakimiyyətləri itirmiş və maliyyət alınması məsuliyyəti məcburi olaran yerli qolçomaqlara icarəyə vermişdi. Bu yerli qolçomaqlar da camaatla hökumətin arasında olan ziddiyyətlərin və fasilənin artmasına daha çox şərait yaradırdı.(İnayət, "Seyri dər əndişeyi siyasiye ərəb”, səh.10 )
    XIX əsrin başalanması ilə vəhhabilər Ərəbistandakı Osmanlı hakimlərinə hər növ itaət və vəfadarlıqdan imtina etdilər, üstəlik müqəddəs şəhərlərə, İraqın daxilinə hücum etməyə başladılar və beləliklə də sultanın mövqeyini, onun İslamın himayəçisi adlandırılması cəhətindən təhlükəyə saldılar.
    Vəhhabilərin bu hərəkətindən əlavə Anadoluda və Balkanda milli-azadlıq hərəkatı ilə əlaqədar Osmanlı imperatorluğunun əleyhinə bayram şənlikləri keçirilir və bu da qərb dövlətlərinin vasitəsi ilə himayə olunurdu. Sultan Səlimin Anadolu və ərəb vilayətlərindəki milli-azadlıq hərəkatları qarşısında qəti tədbir görə bilməməsi zahirdə Balkan kənarı ölkələrdə baş verən hadisələrə oxşar təhdidlər idi. Lakin həqiqətdə elə ciddi və təhlükəli idi ki, Səlimi özünə məşğul etmişdi. Osmanlı dövləti qərb ilə qarşılaşmaq üçün münasib imkanlara malik olmadığından Məhəmməd Əli Paşadan kömək istədi. Amma onun dəniz donanması qərb qüvvələrinin qarşısında heç bir iş görə bilmədi və buna görə də Naqarina və Adrinedə baş verən məğlubiyyətlərin (1828–1829) ardınca Balkan hövzəsində müəyyən ərazilər (Yunanıstan və Serbistan) Osmanlı imperiyasından ayrıldı.
    XVIII əsrin sonlarında "Avropanın xəstə kişisi” adlanan Osmanlı imperatorluğu çoxlu əraziləri bir-birinin ardınca əldən verdi. Bu hadisələr də öz növbəsində Avropanın Osmanlı mirasına sahib çıxmaq qüdrətini gücləndirdi və onların şərq məsələsində rəqabətə girişməyə vadar etdi. Piro do Nun birinci dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının vəziyyəti barəsində belə yazır: "... 1913-cü ildə təqribən bütün Avropa sərhədlərindəki ərazilərini əldən verən Osmanlı imperatorluğu Asiyada böyük ərazilərə malik olduğundan hələ də böyük bir qüdrət sayılırdı. Amma onun türk sakinləri yalnız sahil ərazilərinin yunanlar təşkil edən Anadoluda üstünlüyə malik idilər. İmperatorluğun sair yerlərində isə osmanlıların camaata olan hakimiyyəti müxtəlif idi. Yəni bu hakimiyyət kürdlərə, ermənilərə, xüsusilə ərəblərə qarşı yeridilirdi. Avropalıların nüfuz dairəsinin genişləndirilməsi üçün münasib şərait yaranmışdı və onlar Türkiyənin daxilində müqavimət dəstələrinin yaranmasını və ondan istifadə etməsini gözləyirdilər. Ümumiyyətlə, avropalılar istər böyük ticarət müəssisələrinin xərclərini təmin etmək, istərsə də Osmanlı imperatorluğuna maddi kömək etmək yolu ilə bu ölkəni nəzarət altında saxlayırdılar. Osmanlıların Balkan müharibəsində düçar olduqları məğlubiyyətlərdən sonra Avropa dövlətləri belə bir sualla qarşılaşırdırlar: Görəsən, Asiyada olan Türkiyə öz həyatını davam etdirə biləcəkmi? Çünki, Balkan əhalisinin əldə etdiyi müvəffəqiyyətlər, şübhəsiz, müəyyən mahiyyətə malik idi ki, ərəblərdə və ermənilərdə milli-azadlıq hərəkatlarını gücləndirirdi. Buna görə də onlar öz məqsədlərini həyata keçirmək üçün məyyən tədbirlər həyata keçirmək qərarına gəldilər.(Dunun Pyer, "Tarixi rəvabiti beynənmiləl dər qərni nuzdəhom”, Qasim Səfəvinin tərcüməsi, Müavinəti-fərhəngiye-Astani-Qüdsi-Rəzəvi, birinci cap, 1370, ikinci cild, səh.305 -308 )
    Bu bölmədə deyilənlərin məcmusunu nəzərə almaqla başa düşmək olar ki, 18-ci əsrin ortalarında Ərəbistanın Nəcd əyalətində yaranan vəhhabiliyin inkişaf və sair məntəqələrə sirayət etməsinin əsas amili Osmanlı imperatorluğunun daxili vəziyyəti və beynəlxalq səviyyədə baş verən hadisələr idi. Bu hadisələr də osmanlıların əleyhinə çoxlu iğtişaşların və qiyamların baş verməsinə səbəb olurdu. Vəhhabilər də yaranan bu şəraitdən istifadə edərək Ərəbistanda özləri üçün qüdrət təşkil edə bildilər.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 618 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024