İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:14 AM

    İNGİLİS MÜSTƏMLƏKƏÇİLİYİNİN VƏHHABİLİYİN İNKİŞAF EDİB GENİŞLƏNMƏSİNDƏ OYNADIĞI ROL
    İngilislərin istismarçılıq və müstəmləkəçilik siyasətləri islam aləmində təfriqə və bir-birini inkar etmək kimi fəzanın yaranmasında, digər islami firqələrə qarşı bədbinlik yaradılıb töhmət və yalan nisbəti verilməsində, bir-birini və islamın dəyərli şəxsiyyətlərini iftiraçılıqda müttəhim edilməsində, yeni-yeni firqə və məzhəblərin yaradılmasında ən ümdə və əsasalı səbəblərdən biri hesab olunur. Əgər istismarçıların müsəlman qüvvələri zəiflədib məhv etmək üçün istifadə etdikləri ən müvəffəq yolun onların arasında təfriqə və ixtilaf yaradıb, yeni-yeni saxta dinlər, məzhəblər və peyğəmbərlər icad edilməsi olduğunu desək, heç də mübaliğəyə yol verməmiş olarıq.
    İstismarçı qüdrətlər islam ölkələrinə hakim kəsilib öz qüdrət və nüfuz dairələrini genişləndirmək, zəif ölkələrə hakim kəsilərək onların maddi və mənəvi sərvətlərini qarət etmək üçün həmişə cürbəcür əsaslı maneələrlə qarşılaşırdılar, onlar heç bir ölkəyə asanlıqla daxil ola bilmirdilər. Heç olmazsa daxil olduqları ilk anlarda yerli əhalinin ciddi müqavimətləri və bir çox digər maneələrlə qarşılaşırdılar. Çoxlu səbəblər camaatın hərəkətə gəlməsinə və təcavüzkar-istismarçı qüvvələr qarşısında dayanmağa səbəb olurdu. O cümlədən, milliyyət, dil, mədəniyyət, din və məzhəb kimi amilləri qeyd etmək olar.
    Bu amillər içərisində istismarçıların hədəfi müqabilində çox möhkəm və mühüm bir sədd – camaat arasında dinin, özü də İslam kimi bir dinin qüdrəti və məzhəbin nüfuzu idi. Buna görə də istismarçıların özləri həmişə bu amilin qüdrətini etiraf etmişlər. İngilislərin qədim istismarçı nümayəndələri bu ölkənin ümumi məclislərində Quranı ələ alıb deyirdilər: "Avropa bilməlidir ki, nə qədər ki, bu kitab müsəlmanların yol göstərəni və onların əməl etdikləri bir kitabdır, bizim istismarçı siyasətlərimiz bu ölkələrdə heç vaxt möhkəmlənməyəcəkdir.” İslamın çiçəklənməsinə, intibahına yol açıldığı, onun hərəkətverici qüvvələrinin bir daha hərəkətə gəldiyi dövrdə, dünya ağalığına can atan bütün istismarçı qüvvələr İslamı öz yolları üstündə ən böyük maneə hesab edirdilər. Çünki islam dini, hər bir ünvanda olursa olsun, istismarçılığı, istilaçılığı və zorakılığı rədd edir və müsəlmanları zülm və zalımlar əleyhinə qiyama sövq edir. Əlbəttə, bu mübarizə təkcə müsəlmanlar üçün deyil, əksinə bütün məhrum və məzlum kütlələrin azadlığa çıxması üçün bir yoldur. Buna görə də bu din özünə vəzifə hesab edir ki, bütün azadlıqsevər hərəkatlara öz qüdrəti çatan qədər köməklik göstərsin.
    İstismaçılar belə bir böyük və əzəmətli sədd ilə mübarizə aparmaq üçün iki yoldan istifadə etmişlər:
    1-Birbaşa mübarizə.
    Bu növ mübarizənin özü də iki cür baş verirdi:
    a) Hərbi qarşılaşmalar yolu ilə; məsələn, islam ölkələrinə, o cümlədən, Liviya, İraq, Əfqanıstan və sair yerlərə səlib yürüşləri təşkil edib o yerlərin hərbi cəhətdən işğal olunması.
    b) İslam hökmlərini təhrif edib əksinə cilvələndirmək, islama və onun müqəddəslərinə ittihamlar vurmaqla İslamın dini təlimlərinə hücum etmək.
    2-Birbaşa olmayan yollarla mübarizə.
    İstismarçı qüvvələr İslamla bu cür mübarizə apararkən üç yoldan istifadə edirdilər:
    a) Müsəlmanların öz dinlərinə qarşı laqeyd münasibət bəsləməsi üçün onların arasında əxlaqsızlığın, fahişəliyin və fəsadın yayılması.
    b) İslam ölkələrində ayrı-ayrı şəxsləri və qrupları bir-birindən ayırıb parçalamaq üçün millətçilik hisslərinin təhrik edilməsi.
    v) Müsəlmanların arasında bədbinliyi artırıb ittihamların yayılması yolu ilə təfriqə və ixtilaf yaradılması.
    İstismarçıların müsəlmanların əzəmət, iqtidar və ittihadını sındırmaq, onların arasında təfriqə və bir-birinə qarşı çıxmaq ruhiyyəsi yaratmaq üçün gördüyü tədbirlərdən biri firqəçilik, yeni-yeni məzhəblər yaratmaq və saxta dinlər icad etməkdən ibarətdir ki, onlar bunun vasitəsi ilə İslamı və müsəlmanların dini əqidələrini məhv etməkdən əlavə, özlərinin müsəlmanlar arasında təfriqə salmaqdan ibarət olan əsl hədəflərini həyata keçirirlər. "Şəxsiyyət və əndişehayi-Kaşiful-ğita” kitabının müəllifi yazır: "... İstismarçılar son bir neçə əsrdə çalışmışlar ki, islam ölkələrində "məzhəbi-dini islahatlar” və "yeni həyat” ünvanı ilə gizli hərəkatlar icad edərək onlardan öz məqsədləri üçün istifadə etsinlər. Babiliyin, vəhhabiliyin, kəsrəviyyətin, şeyxçiliyin zahir olması, Məhəmməd ibn Əbdül-Vəhhab, Seyyid Əli Məhəmməd Bab, Mirzə Həsən Əli Bəha, Şeyx Əhməd Ehsai, Seyyid Kazim Rəşti, Əhməd Kəsrəvi kimiləri dini-siyasi səhnələrə daxil edib onların təbliğ edilməsi, eləcə də "23 il”, "Şeytan ayələri” və s. kitabların yayılması istismarçıların məkrli planlarından başqa bir şey deyildir. Bu da təbii olaraq qısa və yaxud uzun müddət ərzində onların istəklərinə uyğun olaraq yüksək nəticələr verirdi.(Behişti Əhməd. "Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, Kanuni nəşri əndişeyi islami, Qum, 1370, 1-ci çap, səh.100 )
    Vəhhabilik də istismarçılar tərəfindən icad edilib inkişaf etdirilən bir firqədir. Çünki istismarçılar özlərinin məkrli hədəflərinə çatmaq üçün müsəlman şiələri arasında şeyxçiliyi, sünnülərin arasında isə vəhhabiliyi yaymaq qərarına gəlmişdilər. Belə ki, vəhhabilik siyasəti islam firqələrinin kafir hesab edilməsi, müsəlmanların arasında təfriqə salıb, risalət və vəhy əsərlərinin məhv edilməsi, zülm və təcavüzkarlıq əsasında qurulmuşdur.
    İngilislər ilk dəfə olaraq XVII miladi əsrinin əvvəllərində ticarət məqsədləri ilə Fars körfəzində zahir olmuşdular. Məhz bu zaman İngilis istismarçıları əvvəlki müstəmləkələrə (Hindistana) daha artıq hakim kəsilmək və yeni müstəmləkləri ələ keçirmək fikrində idilər. Doktor Əmin İngilis istismarçılarının Fars körfəzinə daxil olduğu ilk dövrlərdən etibarən mövcud vəziyyət barəsində yazır: "... İngilislərin Fars körfəzindəki ölkələrlə əlaqəsi bərqərar olunan dövrdən sonrakı 150 il ərzində onlar Fars körfəzi ilə olan əlaqələri Portuqaliyanın və Hollandiyanın kəskin rəqabətinə baxmayaraq yerli qüvvələrlə, yəni yunanlar, osmanlılar və ərəblərin vasitəsi ilə öz mövqeyini qoruyub saxlaya bildilər.
    İngilislər əsas etibarı ilə portuqaliyalılar və holandiyalılarla müqayisədə malik olduqları zəifliklərə görə məntəqədəki sultanlar, padşahlar və hakimlərlə daha çox mülayim rəftar edir, mötədil mövqelərini qoruyub-saxlayırdılar. Əlbəttə, zamanın keçməsi ilə bu məsələ onların böyük imtiyazlar əldə etməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, ingilislərin məntəqədə əsas və ümdə məsuliyyətləri ticarət idi və elə ilk əvvəldən Şərqi Hind kompaniyalarının məmurları – istər Hindistanda, istər Fars körfəzində, istərsə də başqa yerlərdə – siyasi cərəyanlara daxil olmaqdan şiddətlə çəkinir və bütün səylərini ticarətə yönəltmişdilər. Lakin kompaniyalar ticarət işinin daha da asanlaşdırılması üçün siyasi hadisələrin bəzilərinə dəxalət etməyin lazım və zəruri olduğunu tədricən hiss etdilər. Buna görə də müharibələrə qarışmaq, sülh müqavilələri imzalamaq, siyasi müzakirələr aparmaq və müəyyən imtiyazlar almaq kompaniyaların əsas və ümdə fəaliyyətlərindən oldu.(Əl-əmin Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.30 -31 )
    XVIII əsrin ortalarında ingilislərin Hindistanda və Fars körfəzi ölkələrindəki siyasət və mənafeləri gücləndi. Onlar Fars körfəzində daha artıq nüfuz əldə edə bilmişdilər. Bundan uzun müddət əvvəl də bu məsələ Britaniya siyasətlərinin ən aşkar növlərindən birinə çevrilmişdi. "Britaniya hökumətinin Hindistandakı təhlükəsizliyi o zaman daha yaxşı şəkildə təmin oluna bilərdi ki, Fars körfəzi ölkələri əməli olaraq britaniyalıların dəryaçası surətinə düşsün”(Lisi Həmin mənbə, 1-ci cild səh.107 ) və "Ərəbistan tam mənada ingilislər üçün bir sipər olduğundan, bu ölkəni əldə saxlamaq onlar üçün həyati əhəmiyyət kəsb edirdi.(Halidi Fred, "Ərəbistani bisəlatin”, Bəhram Əfrasiyabinin tərcüməsi, İntişarati kitabsəra, 1358, mordad, 1-ci cild, səh.44 ) Buna əsasən, İngilis istismarçıları (Hindistanın təbii sərvətlərini qarət etməkdən ibarət olan məqsədləri barədə) tam xatircəm olmaq üçün arxadan da qafil olmamalı idilər.
    Buna görə də XIX əsrin əvvəllərində İngiltərə ilə Əbu-zəbi, Dubey və Küveytin şeyxləri arasında bir müqavilə imzalandı ki, onun əsasında "sahildə yaşayan şeyxlər Britaniyanın himayəsini cəlb etmək müqabilində bağladıqları müqaviləyə əsasən öz tarixi siyasətlərinə nəzarəti onlara həvalə etdilər və bu himayə əvvəlcə Məsqət və Bəhreyn, sonralar isə Küveytdə müstəmləkəçilərin xidmətçiləri tərəfindən həyata keçirilirdi və Britaniyanın mənafeyi təhlükəyə düşməyəcəyi zamana qədər davam etdi.(Lisi Robert, "Sərzəmini səlatin”, 1-ci cild səh.108 ) Robert Lisi öz kitabının bir hisəsində ingilislərin XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində Fars körfəzi əyalətində nüfuz etmələri barəsində belə yazır: "...Amerikalı missioner doktor Pol Hariyun öz xatirələrində qeyd edir ki, Fars körfəzində köçəri ərəblər, ərəb tacirləri, mirvari sükançıları, xurma əkinçiləri və İngilis dövlətinin qulluqçuları var idi.(Lisi Robert, "Sərzəmini səlatin”, səh.108 -109 )
    Buna əsasən ingilis istismarçı qüvvələri Fars körfəzinə nüfuz etdikdən sonra öz istismarçılıq siyasətlərini davam etdirmək üçün hətta yeni-yeni firqələr yaratmaq işindən belə çəkinmirdilər. Məhəmməd ibn Əbdül-Vəhhabın himayə olunma səbəblərindən biri də bu idi. Britaniya müxtəlif şəraitləri nəzərə almaqla vəhhabiləri bəzən güclü şəkildə, bəzi hallarda isə zəif şəkildə hamayə edirdi. Bunlar birinci dünya müharibəsindən əvvəl Osmanlı imperatorluğunda təfriqə salınmasına tərəfdar olmalarına baxmayaraq imperatorluğun xüsusi mövqeyini nəzərə almaqla bu imperatorluqda digər bir qüdrətin yaranmasını istəmirdilər. Çünki bu iş ingilislərin Hindistandakı mənafeyini təhlükəyə salırdı. (Belə bir şəraitdə Osmanlı imperatorluğunun dağılmaması Britaniyanın mənafeyini təmin edirdi.)
    İngilis istismarçılarının (XIX əsrin axırlarında) vəhhabiliyin yaranıb inkişaf etməsindəki rolu daha aydın şəkildə nəzərə çarpır. Bu dövrdə Ali-Rəşid sülaləsi vəhhabilərə hakim kəsildi və onları Riyazı tərk edib Küveytə qaçmağa məcbur etdi (1891). Əbdür-Rəhman ibn Hüseyn öz ailəsi ilə Küveytə sığındı. "Amma Küveyt Şeyxi Məhəmməd Əs-Sabah onun Küveytə gəlməsinə mane oldu. Əbdür-Rəhman məcburi olaraq Nəcd səhrasına – Rübül-xaliyə üz gətirdi. İlk əvvəldə Bəni Mürrənin yanında, sonra isə bir müddət Əcman qəbilələri arasında yaşadı. Bundan sonra Qətərə gedib iki ay orada qaldı və nəhayət Osmanlı dövləti Əbdür-Rəhman üçün (ona məskunlaşmaq haqqı verməklə) müəyyən bir yer təyin etdi ki, yenidən müharibəyə başlamasının qarşısını ala bilsin. Osmanlılar tərəfindən təyin olunan və elə onlar tərəfindən də himayə olunan Məhəmməd Əs-Sabah da Əbdür-Rəhmana Küveytdə yer verdi və beləliklə bir müddətə qədər heç olmazsa vəhhabilərin qiyam və iğtişaşları aradan qaldırıldı.(Fəqihi, Həmin mənbə, səh.304 )
    Amma 1901-ci ildə Küveytdə baş verən çevriliş vəziyyəti tamamilə dəyişdi. "Hindistana bir neçə dəfə səfər edən Mübarək əvvəllər öz çevrilişi barəsində ingilislərlə müzakirə etmiş və belə razılaşmışdı ki, onun Küveytdəki hökumətini rəsmi tanımaq müqabilində o bu məntəqəni osmanlıların himayəsindən çıxarsın və Britaniyanın himayəsinə keçirsin.”(Fuiye Fuiye Təlud. "Nizami Ali-Səud”, Nuriddin Şirazinin tərcüməsi, İntişarati fərəndiş, səh.28) Nəhayət Mübarək Səbah (Məhəmməd Əs-Səbahın qardaşı) onun əleyhinə qiyam etdi və onu öldürdükdən sonra özünü Küveytin əmiri adlandırdı. Bu o zaman baş vermişdi ki, artıq ingilislər Osmanlı dövlətinin Ərəb ölkələrindəki qüdrətinə zərbə vurmaq və öz adamlarını ora hakim etmək qərarına gəlmişdilər. "Nizami Ali-Səud” kitabının müəlifi bu barədə belə yazır: "Təbiidir ki, ingilislər fürsəti qənimət saydılar və bununla da Berlin-İstanbul-Bağdad-Küveyt dəmir yolunun çəkilişi ləğv edilirdi (Almaniya osmanlıların müttəhidi idi).”(Həmin mənbə )
    Osmanlı sultanı Küveyt əmirinin ingilislərə meyl etdiyini hiss etdikdə Ali-Rəşidə kömək etməyə başladı və onu Küveytin əmiri ilə müharibə aparmağa təşviq etdi. Tərəflər arasında başlanan müharibədə Ali-Rəşidin qələbə çalması labüd olduğu bir halda ingilis qüvvələri Küveyt əmirinin köməyinə gəldilər və Ali-Rəşid qoşunlarını geri oturtdular. Ali-Rəşid osmanlılardan gömək istədi, lakin onlarla ingilislərin arasında baş verən müzakirələrdə ingilislər artıq Osmanlı dövlətini Ali-Rəşidə kömək etməməsindən ötrü razı salmışdılar. Aydındır ki, bu məsələ britaniyalıların Fars körfəzindəki mənafeyi üçün çox əhəmiyyət daşıyırdı. Çünki, Küveyt əmirini süqut təlükəsindən xilas etməkdən əlavə, ingilislər də özü üçün Fars körfəzində möhkəm bir baza yarada bilmişdilər.
    Ali-Rəşidin zəifliyi nəticəsində Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl yaranan fürsətdən istifadə edərək vəhhabi dövlətini bir daha dirçəltdi. Buna əsasən Küveytin əmiri və ona göndərilən köməkçi qüvvələrin həmkarlığı, eləcə də ingilislərin verdiyi döyüş texnikası vasitəsi ilə Nəcdə və Ali-Rəşidə hücumunu gücləndirdi. Nəhayət, 1319-cu hicri qəməri il, şəvval ayının 4-ündə (14 yanvar, 1902) Riyaz şəhərini Ali-Rəşidin ixtiyarından çıxara bildi.
    Əbdül-Əzizin Ərəbistanda olan bir İngilis generalına yazdığı məktubdan ingilislərin vəhhabilərin yenidən qüdrətə çatmalarında və ingilislərin istismarçılıq proqramlarının icrasındakı kömək və rolları aydın şəkildə gözə çarpır. O həmin məktubda Ali-Rəşidin hakimiyyəti altında olan Qəsim nahiyəsinə etdiyi həmləni qeyd etməklə bəyan edir ki, "Pərvərdigarın köməyi və sizin yardımınızla sübh açılmamış dəvələrimizi Üteytiyyə dağının yüksəkliklərinə çatdıra bildik.”(Lisi Robert, "Sərzəmini səlatin”, 1-ci cild, səh.104) Bundan əlavə, ingilislərin istismarçılıq planlarını Hindistanda İngilis qüvvələrinin baş komandanı general Lord Kerzinin 1903-cü ilin noyabr ayında Fars körfəzinin sahillərində yaşayan şeyxlərə etdiyi xitabından da gözəl şəkildə anlamaq olar. General onlara xitabən yazmışdı: "... Biz bütün qüvvələrdən öncə burada idik... Britaniya dövləti ən yüksək məqama malik olmalıdır... Biz keşməkeşlərlə üzləşdik və inzibatı, nizam-intizamı bərqərar etdik. Biz sizi qonşularınızın vasitəsi ilə məhv olmaqdan xilas etdik...”(Həmin mənbə, səh.107.)
    Riyazın işğal edilməsindən bir neçə ay sonra Əbdül-əziz Britaniyanın Fars körfəzindəki nümayəndəsindən istəyir ki, onun yeni hökumətini Britaniya ilə yaxşı münasibətdə olan bir dövlət kimi nəzərə alsın və Britaniyanın qarşılıqlı müqaviləsindəki ölkələrdən biri, həmçinin Əbu-zəbi, Dubey və Küveyt kimi şeyx yaşayan əyalətlərin bir hissəsi hesab etsin. (Bu da yalnız ingilislərin osmanlılar qarşısındakı qüdrətindən istifadə etmək məqsədi daşıyırdı.) Lakin "Əbdül-Əziz Küveytin əmiri Mübarəkin Fars körfəzindəki təbii limanların ən yaxşısını ingilislərə təqdim etməsindən xəbəri yox idi. Halbuki Ali-Səud Ərəbistanın mərkəzi əyalətlərini iddia edən türklərlə çarpışma ehtimalından başqa britaniyalılara heç bir imtiyaz vermirdi.”(Həmin mənbə, səh. 112. )
    Bundan əlavə, osmanlıların şərqdə və Avropadakı mövqeyi ingilislər üçün müəyyən problemlər yarada bilərdi. Buna görə də İngiltərə müvəqqəti olaraq türklərlə, onların istədiyi kimi, Ərəbistanın daxili səhralarına hökmran olmasını qəbul etdi.
    Bu mərhələdə vəhhabilərin istəyi cavabsız qaldı. Çünki ingilislər heç vaxt qəbilə rəqabətlərinə qarışmaq, həmçinin o dövrdə Nəcd ölkələrinə hakimiyyət iddiası edən osmanlıları incitmək istəmirdi.
    Əbdül-Əzizin məğlub edilməsi üçün Osmanlıların 1904-cü ildə Ali-Rəşidlə apardıqları həmkarlıqlar onun rəqiblərinin məğlubiyyəti ilə nəticələndi. Çünki, "Türklər İbn Rəşidi, Nəcdlə əlaqədar iddialarında qaldığı vaxta qədər, azad qoymuş və Əbdül-Əziz ilə saziş imzalamışdılar (fevral, 1905). Bununla Səudilərin Nəcdə olan hakimiyyətlərini rəsmi şəkildə tanıyırdılar və Əbdül-Əziz də bunun müqabilində osmanlıların ağalığını qəbul edirdi.(Lisi, Robert, "Sərzəmini səlatin”, 1-ci cild, səh.115)
    Osmanlı qüvvələri 1906-cı ilə qədər məntəqədə qaldı ki, Ali-Rəşid ilə vəhhabilər arasındakı müvazinəti qorusunlar. Amma Ali-Rəşidin "Rovzətul-mühənna” müharibəsində məğlub olması onların on il müddətində Ərbistanın şimalındakı hakimiyyətini əldən vermələrinə səbəb oldu. Türklər də Ənizədə və Bəridədə uzun müddət qala bilmədilər. Çünki "Rovzətul-mühənna” müharibəsindən sonra artıq Əbdül-Əziz məntəqədə inzibatın tənzim olmasına səy göstərmirdi və bunun nəticəsində türklər 1906-cı ildən etibarən tədrici olaraq öz qüvvələrini məntəqədən çıxarmağa başladılar. Bu da onların Ərəbistanın mərkəzindəki hüzuruna son qoyurdu.”(Həmin mənbə, səh.119 -120 )
    Bu dövrdən başlayaraq, ingilislərin vəhhabilərlə olan münasibəti və onların qarşısındakı siyasətləri yeni mərhələyə daxil oldu. Baxmayaraq ki, türklər Nəcd ölkələrinə malikiyyəti iddia edirdilər. Lakin ingilislərin nəzərində Əbdül-Əziz barəsində xatircəm oluna biləcək bir şəxs sayılırdı. Belə ki, Britaniyanın Küveytdəki siyasi nümayəndəsi kapitan Şekspir 1910-cu ildə özündən yuxarıdakı məqamlara bir məktubda ingilislərin Fars körfəzindəki daimi nümayəndəsi olan Serpersi Kaksa belə yazmışdı: "Əbdül-Əziz yaxşı bir adamdır. Onun aydın fikirləri vardır ki, ehtimal üzrə ərəblər içərisində başqalarından daha çox ona etimad etmək olar.”(Həmin mənbə, 151. ) Robert Lisi osmanlıların XX əsrin əvvəllərindəki vəziyyətini belə bəyan edir: "...1911-ci ildə İtaliya Tripoli məntəqəsinə (bugünkü Liviya) hücum etdi. Halbuki, bu yer osmanlılara aid idi. Sonrakı ildə yunanlar Makedoniyanı və Kərətin böyük bir qismini ələ keçirmək üçün Türkiyəyə hücum etdilər. Bu dövrə qədər Bolqarıstan, Bosnya və Qvineya sərhədləri böyük Osmanlı imperatorluğunun əlindən çıxmışdı. Osmanlı dövləti artıq dağılma ərəfəsində idi və türklər çox məyus halda öz qüvvələrini yaxın şərqdə yerləşdirdikləri bazalardan çıxarmağa başlayırdılar. Belə nəzərə çarpırdı ki, ərəblər də osmanlıların himayəsində olan sair xalqlar kimi, mövcud şəraitdə azadlıqlarını əldə edə bilərdilər. 1913-cü ildə Əbdül-Əziz Nəcdin şimalındakı "Əl-məcmə”də yenidən kapitan Şekspirlə görüş keçirdi və ona xəbər verdi ki, artıq Nəcd diyarını osmanlıların mütləq hökumətinin şərindən qurtarmağın və onların qüvvələrinin Ehsadan çıxarmağın vaxtı gəlib çatmışdır.”
    Şekspir öz xatirələrində yazır: "Bir dost kimi Əbdül-Əzizə heç vaxt icazə verə bilməzdim ki, türklərin qüdrətini bu qədər az və əhəmiyyətsiz təsəvvür etsin... Digər tərəfdən də o, İngiltərə dövlətinin nümayəndəsi kimi öz vəzifəsinin tələbinə görə bu məsələni Əbdül-Əziz üçün aşkar edib bildirməli idi ki, əgər Ehsadakı türk qoşununa həmlə etməklə əlaqədar öz qərarında sabit qalsa Britaniya dövləti ona heç bir kömək edə bilməyəcəkdir.”(Lisi Robert, "Sərzəmini səlatin”, 1-ci cild, səh.153-154. )
    Bir tərəfdən Osmanlıların malik olduqları mövqeyi görməməzliyə vura bilməyən, digər tərəfdən də öz müstəmləkələrini qoruyub saxlamaq istəyən ingilislər müvəqqəti olaraq türklərin ərazi bütövlüyündən tərəfdarlıq edirdilər. Bu məqsədlə 1913-cü ilin iyun ayında onlarla bir saziş imzaladılar və bu saziş əsasında yaxın şərq ölkələrini bir-birinin arasında bölüşdürdülər. Bu sazişin ikinci bəndində səudilərin on illik imperatorluğu "osmanlıların Nəcd məntəqəsi” adı ilə qeyd olunmuş, amma Səud sülaləsinə heç bir işarə edilməmişdi.”(Həmin mənbə, səh. 159.  ) Amma ingilislər bu dövrə qədər vəhhabilərlə müqavilə bağlamaq üçün heç bir fəaliyyət göstərmədiklərindən "1914-cü ilin yazında Əbdül-Əziz şimalda və Küveytdə yenidən osmanlıların nümayəndələri ilə görüşdü və o, Nəcdin hakimi və rəhbəri kimi seçildi. Lakin o, öz qərarlarında və hakimiyyətində müəyyən qədər müstəqil idi və bundan əlavə, xaricilərlə müəyyən müqavilələr imzalamağa haqqı yox idi.”(Həmin mənbə. )
    Birinci dünya müharibəsi başlandıqdan sonra (1914) osmanlılar Almaniyanın xeyrinə olaraq müttəhidlərin cərgəsinə qoşuldular. İngilislər isə Ərəbistan yarımadasının daxilində müttəhidlər sırasında nifaq və təfriqə salmaq üçün səy göstərdilər ki, bunun vasitəsi ilə Osmanlı dövlətini daxildən ağır çətinliklərə düçar etsinlər. Buna əsasən, Əbdül-Əzizlə İngiltərənin nümayəndəsi Kaks arasında ilk dəfə olaraq 1915-ci ildə saziş imzalandı və "Əbdül-Əziz ölkəsinin xarici ticarətə rəhbərlik etməkdə və ticarət işlərində İngiltərəyə müəyyən imtiyazlar verdi. Onun müqabilində daxili və xarici düşmənləri qarşısında onu himayə və kömək etmələrini istədi. Britaniyanın hərbi himayələrə dair zəmanət verməsi türklərin mərkəzi Ərəbistan ölkələri üzərindəki hər növ iddiasına son qoydu.”(Həmin mənbə, səh.177-181 )Britaniya dövləti bilirdi ki, İbn Səudun qüdrəti çöl ərəblərinin və qəbilələrinin nəzarət altına alınıb onları itaətə vadar edilməsi üçün yaxşı bir amildir. Buna görə də ona etdiyi köməklər nəticəsində Əbdül-Əziz Ehsa məntəqəsini yenidən ələ keçirə bildi. Xüsusilə bunu nəzərə almaq lazımdır ki, Ali-Rəşid osmanlıların himayəsi və köməyi ilə Bəsrədə ingilislərin əleyhinə qiyam etmişdi və ingilislər Əbdül-Əzizin yenidən Ali-Rəşidlə mübarizəyə girişməsini istəyirdilər.
    Amma ərəblərin arasında millətçilik hərəkatları genişlənirdi. Britaniya bu amildən istifadə edərək Hicazda Şərif Hüseyn Haşiminin varlığından öz xeyrinə istifadə etmək qərarına gəldi. İngiltərənin ərəb ölkələrindəki casusu Lorens öz xatirələrində belə qeyd edir: "Biz görürdük ki, şərqdə yeni bir amilə ehtiyac duyulur... Elə bir qüdrətə, yaxud irqə ehtiyac duyulurdu ki, say baxımından türklərlə qarşılaşa bilsin və ideoloji fəaliyyətlər baxımından da onlardan qabaqda olsun.”(Lorens, T.İ. "Həft rükni hikmət” (Lorensin Ərəbistandakı xatirələri), Məs`ud Keşavərzinin tərcüməsi, mətbuati Ətai müəssiəsi, Tehran, 1369, ikinci çap, 1-ci cild səh.111 ) Bu mərhələdə Britaniyanın siyasəti Hicaza doğru istiqamətləndi və baş verən müzakirələrin ardınca Şərif Hüseyn osmanlıların əleyhinə qiyama başladı. Bununla yanaşı Britaniya dövləti Ali-Səudu yenə də Nəcddə saxladı ki, lazım olan vaxtlarda onlardan öz mənafeyinə istifadə etsin. Bundan əlavə, Britaniyanın siyasəti Ali-Rəşidin qorunmasını da tələb edirdi ki, Ali-Səud ilə Haşimilərin qüdrəti arasında müvazinət bərqərar edə bilsin. İzzətullah Dehqan öz kitabının bir bölməsində ingilislərin istismarçı və müstəmləkəçi məqsədlərinə işarə edərək yazır: "Böyük Osmanlı dövlətinin kiçik və zəif ölkələrə parçalanması, irq, dil, millət və s. kimi ixtilafların, milli ədavətlərin qızışdırılması, eləcə də İslam ölkələrinin ən mühüm mərkəzlərində xəbis İsrail şəcərəsinin və millətçilik duyğularının əkilib təhrik olunması və sair kimi hallar İslam paltarında olan casusların göndərilməsi və özlərini zahirdə müsəlman adlandıran şəxslərin hiylələri ələ çox da əlaqəsiz ola bilməzdi.”(Dehqan İzzətullah. "Peydayişi vəhhabiyyət və əqaidi an”, Darul-kutubul-İslamiyyə, Tehran 1367 birinci çap, səh.18.)
    Nəhayət, "birinci dünya müharibəsinin gedişində Osmanlı dövlətinin qüdrət və vəhdətini məhv edib aradan aparmaq əzmində olan, eləcə də Şərif Hüseyn və onun övladlarının zəiflədilməsi (onlara xilafət vədəsi vermişdir) məqsədini güdən İngiltərə gözlənilmədən vəhhabilərin rəisi olan Əbdül-Əziz İbn Səuddan istifadə etdi. Beləliklə də həm Osmanlı xəlifəsinin Hicaz məntəqəsindəki nüfuzunu Şərif Hüseynin əli ilə aradan apardı, həm də İbn Səuddan Şərif Hüseyn və sair kimilərin ehtimal üzrə gözlənən (xalq arasında) sevilmək və qüdrətə çatmaq təhlükəsini aradan apardı. Onun ərəb aləmindəki vəhdət və xilafətindən istifadə etdi... Beləliklə, ingilislərin silahları və sair köməkləri birbaşa və yaxud müxtəlif yollarla sel kimi axaraq Nəcdin çöllərinə gəlib çıxırdı. Əbdül-Əziz nəhayət 1924-cü ildə Şərifin tərəfdarlarını qəti şəkildə məğlub edərək qüdrəti ələ ala bildi.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, "Əbrar” qəzeti, səh.4  )
    Belə nəticə alınır ki, İngilis müstəmləkəçiləri əvvəlcədən təyin olunmuş hiyləgərlik planları və məkrli tədbirləri ilə vəhhabiləri elə bir tərzdə himayə edə bildilər ki, Ərəb dövlətlərində öz mənafelərinin qorunması üçün münasib bir baza olsun. Vəhhabilər İngilis istismarçılarının siyasətlərinin davamında Ərəbistanın səltənət kürsüsünə oturdular və islama zidd olan vəhhabiyyət dinini çox şiddətlə təbliğ etməyə başladılar.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 619 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024