İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:12 AM
    ÜÇÜNCÜ HİSSƏ
    ALİ-SƏUD HÖKUMƏTİNİN YARANİB FORMALAŞMASİNDA VƏHHABİLƏRİN ROLU
    Yuxarıda qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz ayinini aşkar etdikdən, Hərimələdə və Üyeynədə heç bir işdə müvəffəq olmadıqdan sonra Ali-Səudun mərkəzi olan Diriyyəyə getdi. O şəhərdə Diriyyənin əmiri Məhəmməd İbn Səudla müqavilə bağladı. Bununla da vəhhabi məsləkini siyasi və hərbi cəhətdən qüvvətləndirdi, Ali-Səudun siyasi qüdrəti də bu ittihad sayəsində möhkəmləndi.
    Bu fəsildə Məhəmməd ibn Əbdül-Vəhhabın İbn Səudla ideoloji və siyasi cəhətdən bağlılığı və bu bağlılığın qarşılıqlı olaraq bir-birinə göstərdiyi təsirlər açıqlanmaqla vəhhabilərin müxtəlif dövrlərdə – Ali-Səudun hökmranlığından İranda İslam inqilabının qələbə çaldığı bir dövrə qədər gördükləri tədbirlər qeyd olunacaqdır.
    Bu bölmədə səy olunmuşdur ki, "Böyük İslam Enskilopediyası” kitabından, Ali-Səud hökumətinin keçdiyi yolun müxtəlif dövrlərə bölünməsi ilə yanaşı, (əlbəttə, əsl mövzu azaldılmadan) vəhhabilərin müxtəlif zamanlardakı tədbirlərini qələmə alaq.
    "Böyük İslam Enskilopediyası” kitabının "Tarixi Ali-Səud” blməsində Ali-Səudun tarixi aşağıdakı üç qismə bölünür:
    a) Misirlilərin qələbə çaldığı dövrə qədər Diriyyədə kiçik bir dövlətin yaradılması.
    b) İbn Rəşidin Nəcdi işğal edib oranı öz istilası altına aldığı vaxta qədər qüdrətə qayıtması.
    v) İbn Səudun Riyaza hakim olması, yaxud Ali-Səud hökmranlığının yeni dövrünün başlanması.
    (Həmin kitabda sonra belə xatırladılır:) İlk iki dövrün hakimləri və onların hakimiyyət illəri barəsində tarixi mənbələrdə çoxlu ziddiyyətlər və ixtilaflar gözə dəyir. Bu da həmin məntəqədə dövrin ərəblər arasında tarixçilərin mövcud olmasından əlavə, Ali-Səudun daxili rəqibləri, eləcə də Misir və Osmanlı qüvvələri ilə apardığı uzun müddətli müharibələrdən irəli gəlirdi.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh-25)
    Bu bölmədə diqqətə çarpan əsas məsələlər vəhhabilərin mübarək qəbirlərə, həmçinin Məkkə, Mədineyi-Münəvvərə, Kərbəla və Nəcəf kimi müqəddəs məkanlara hücum etmələridir. Burada söz uzanmasın deyə, onları olduğu kimi bəyan etmirik. (Bu məsələlər dördüncü fəsildə araşdırılacıqdır).
    MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABİN ALİ-SƏUDLA İDEOLOJİ VƏ SİYASİ BAĞLİLİĞİ
    Keçən fəsildə vəhhabi məzhəbinin necə yaranıb inkişaf etməsinə işarə olundu və aydınlaşdırıldı ki, Məhəmməd ibn Əbdül-Vəhhab bu firqənin banisi kimi Əhməd ibn Hənbəl, İbn Teymiyyə, İbn Qəyyim Cövzi, İbn Əbdül-Hadi kimi şəxslərin düşüncə və təfəkkürlərindən təsirlənərək tədriclə bütün Ərəbistana şamil olan bir məsləki yaratdı. O, Nəcdin münasib mühitindən və əlverişli beynəlxalq şəraitdən də istifadə etdi və bu da vəhhabiliyin (xüsusilə Ali-Səudun köməkləri ilə) inkişaf edib yayılmasında təsirli oldu.
    Məhəmməd ibn Əbdül-Vəhhab ixtira etdiyi məsləkin bünövrəsini Hərimələdə və Üyeynədə qoyduqdan sonra çox da nəzərə çarpacaq fəaliyyətlər göstərə bilmədi. Buna əsasən, Nəcdin digər şəhərinə – Diriəyyəyə köçdü. Ali-Səud sülaləsi qədim dövrlərdən o şəhərdə hakim olduğuna görə Şeyxin varlığını qənimət saydılar və öz arzularını həyata keçirmək üçün dini bir arxaya ehtiyac duyduqlarından onu gülərüzlə qarşıladılar.
    Özü üçün güclü siyasi bir baza axtarmaq fikrində olan Məhəmməd ibn Əbdül-Vəhhab da Diriyyəni və Ali-Səudu öz etiqad və fikirlərini bəyan etmək üçün münasib olduğunu gördü. O, öz ayinini Ali-Səuda təqdim etdi və onları əmin etdi ki, bu məsləki qəbul etmələri siyasi səhnələrdə qələbə çalıb müvəffəqiyyətlərin əldə edilməsinə, ərazilərin artırılmasına çox kömək edəcəkdir. O dövrdə Diriyyə şəhərinin hakimi olan Məhəmməd İbn Səud da fürsəti qənimət sayaraq vəhhabiliyi (onun xeyrinə olan xüsusi əqidə və rəylərə görə) qəbul etdi.
    Diriyyəyə hakim olan qəbiləvi cəmiyyət də öz hakimlərinə tabe olaraq vəhhabiliyi qəbul etdilər. Onlar iqtisadi cəhətdən münasib şəraitə malik olmadıqlarından vəhhabiliyin işğalçılıq fikirləri ilə yanaşı olan iddialarını öz arzuları ilə uyğun gördülər.
    Buna görə də Diriyyə vəhhabiliyin yayılıb inkişaf etməsi üçün Ərəbistan yarımadasının sair məntəqələrindən daha münasib idi. Tarixçilərin qeyd etdiyi kimi, Ali-Səudun ərazi idiaları məhz adı qeyd olunan şəhərdən, özü də vəhhabiliyin bayrağı altında həyata keçdi. Çünki qəbilələrin müharibə və qarətçilik əsasında qurulan təbiəti Ali-Səudun və Diriyyədə sakin olan qəbilələrin vücudundan aşkar şəkildə sezilirdi.
    Nəticədə Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında ideoloji və siyasi cəhətdən bir növ bağlılıq yarandı və hər biri özünü digərinin vasitəsi ilə gücləndirdi. Bundan əlavə, bu siyasi ittihadı qüvvətləndirmək üçün iki sülalənin arasında məsləhət üzündən olan siyasi qohumluqlar da baş verdi ki, bu da onların arasındakı əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardı. Belə ki, bundan sonra vəhhabiləri Ali-Səuddan və Ali-Səudu vəhhabilərdən çox az hallarda ayırmaq mümkün olurdu.
    Bu bağlılıq elə şiddətli idi ki, əgər Ali-Səud vəhhabiliyi himayə etməsəydi bu məsləkin hər an aradan getməsi ehtimalı var idi. Eləcə də Ali-Səud öz hədəf və xüsusi mənafelərinə nail olmaq üçün belə bir dini arxaya malik olmasaydı, bəlkə də Diriyyənin hüdudlarından kənara çıxıb Nəcdlə Hicazı işğal edə bilməzdi. Ali-Səud tarixinin heç bir yerində vəhhabilərin Ali-Səudla ziddiyyətdə olması gözə çarpmır. Buna görə də hər vaxt vəhhabilikdən söz gedirsə Ali-Səudla vəhhabiləri əsla bir-birindən ayırmaq mümkün olmur.
    Sonrakı bölmələrdə Ali-Səud dövlətinin yaranmasında və onların müxtəlif dövrlərdəki hökmranlığı ilə əlaqədar vəhhabilərin gördüyü tədbirləri araşdıracağıq ki, onların Ali-Səudla bağlılıqları daha yaxşı şəkildə aşkar olsun.
    MİSİRLİLƏRİN DİRİYYƏYƏ HAKİM KƏSİLDİYİ VAXTA QƏDƏR ALİ-SƏUD DÖVLƏTİNİN TƏSİS OLUNMASİ
    Bu dövr Səudilər sülaləsinin qüdrət və hakimiyyətə çatdığı ilk dövrlər idi və bunun əsasında Səudi əmirlərindən: Məhəmməd İbn Səud, Əbdül-Əziz ibn Məhəmməd İbn Səud, Əbdüllah İbn Səud, Müşari İbn Səud hakimiyyətdə olmuşlar ki, onların hakimiyyəti h.q 1148-ci ildən 1235-ci ilə qədər (təqribən 87 il) davam etmişdir. Vəhhabilər məhz bu dövrdə Diriyyədə yaranmış və Ali-Səudla saziş bağlamaqla özləri üçün siyasi bir baza yarada bilmişdilər. İndi isə onların Nəcdin daxilində və xaricdə törətdikləri cinayətləri qeyd edirik.
    VƏHHABİLƏRİN MƏHMMƏD İBN SƏUDUN (1735–1766) HAKİMİYYƏTİ DÖVRÜNDƏ TÖRƏTDİYİ CİNAYƏTLƏR
    1148-ci hicri qəməri ilindən etibarən Ərəbistan yarımadasının bir hisəsinə (Nəcdin bir hisəsinə) hökmranlıq edən Səud ibn Məhəmməd ibn Müqrin dünyadan getdikdən sonra onun dörd oğlu - Məhəmməd, Sünəyan, Fərhan, Müşari atalarından irs qalan kiçik əraziləri müştərək şəkildə idarə edirdilər. Sünəyanın ölümü ilə sair qardaşlar Məhəmmədə tabe oldular və beləliklə, Məhəmməd İbn Səud Nəcddə Ali-Səud dövlətinin həqiqi banisi oldu.
    Məhəmmədin dövründəki ən mühüm hadisələrdən biri kimi Məhəmməd ibn Əbdül-Vəhhabın fəaliyyətlərinin güclənməsini qeyd etmək olar (belə ki, Səudilər sülaləsinin müqəddəratı məhz onun vasitəsi ilə dəyişdi və Ərəbistan yarımadasının böyük bir hissəsini də dəyişdirdi). O, Nəcd daxilindəki münasib və əlverişli şəraitdən, eləcə də beynəlxalq şəraitdən istifadə edərək Nəcddə saxta vəhhabi məsləkinin Səudi hökumətini yaratdı.
    Məhəmməd ibn Əbdül-Vəhhab öz məqsədlərini həyata keçirmək üçün Diriyyəyə daxil oldu və oranın hakimi Məhəmməd İbn Səudla 1157-ci (yaxud 1158-ci) ildə saziş bağladı ki, bu da hər ikisinin bir-birinə bağlılığını göstərirdi. Beləliklə, vəhhabilər yeni bir yolda qərar tutdular. Onlar Ali-Səudun hərbi və siyasi köməklərindən istifadə edərək özlərinin istismarçı və işğalçı hərəkətlərini başladılar. "İnəst ayini vəhhabiyyət” kitabının müəllifi Məhəmməd ibn Əbdül-Vəhhabın vəhhabiliyin genişləndirilməsi üçün nəzərdə tutduğu təffəkür tərzini belə bəyan edir: "... Vəhhabilərin əməli prinsiplərinin ümdəsi və onların yeganə şüarları bu qısa cümlədə xülasələnir: "Ya vəhhabiyyət, ya da qılınc!” Buna görə də hər kəs vəhhabi məzhəbini qəbul etsə sağ-salamat qalır, hər kəs ondan imtina edərsə qanı hədər olur, övladları öldürülür və mal-dövləti qarət edilir.”(Müğniyə Məhəmməd Cavad. "İnəst ayini Vəhhabiyyət”, Seyyid İbrahim Ələvinin tərcüməsi, Tehran, 1351 -ci il, səh.117.)
    Bu təffəkür əsasında vəhhabiliyin yayılması və onların ərazilərinin kenişləndirilməsi üçün qanlı müharibələr baş vermişdi. Məhəmməd ibn Əbdül-Vəhhabın ilk proqramı Üyeynənin əmiri Osman ibn Müəmmərdən intiqam almaq idi. Ayətullah Cəfər Sübhani bu barədə belə qeyd edir: "... Şeyx onun (Osman ibn Müəmmərin) Ehsanın əmiri ilə gizli şəkildə yazışdığından agah olduğu və şeyxə xəyanət etmək məqsədində olduğunu bildiyi vaxt intiqamçılıq hissləri daha da şiddətləndi. Şeyx, Əhməd ibn Raşid və İbrahim ibn Zeyd adlı iki nəfəri göndərdi ki, Üyeynənin əmirinə sui-qəsd etsinlər. Buna görə də 1163-cü ilin Rəcəb ayında o, cümə namazını qılıb qurtardıqdan sonra müsəlladan (cümə namazı qılınan came məscid) çıxmamış qətlə yetirildi. Onun qətlindən üç gün sonra Şeyxin özü Üyeynəyə varid oldu və Məşari ibn Müəmmər adlı bir nəfəri oraya hakim təyin etdi.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild səh.58 -59 )
    Vəhhabilik rəisinin Üyeynədə icad etdiyi vəziyyət camaatın razılığını təmin edə bilmədi. Camaat bu şəhər əmirinin əleyhinə qiyam etdilər. "Bu xəbər Şeyxə və Məhəmməd İbn Səuda çatdıqda onların göstərişi ilə dərhal bir qrup Üyeynəyə həmlə edib şəhərin əhalisini qanlarına qəltan etdilər. Ağacları yandırıb quyuları doldurdular, kişiləri öldürüb qadınları əsir götürdülər və camaatın namusuna təcavüz etdilər.”(Həmin mənbə, səh-60. )
    Bu hadisədən sonra hər iki Məhəmməd öz hakimiyyət dairələrini genişləndirmək üçün qəti qərara gəldilər. Məhəmməd ibn Əbdül-Vəhhab Nəcd əhalisinə məktub yazaraq onları öz ayinini qəbul etməyə çağırdı. Onun etiqadına əsasən yalnız o və Diriyyə əhalisi yeganəpərəst idilər. Bütün sair müsəlmanlar kafir hesab olunur, onların qətlə yetirilmələri vacibdir. Halbuki, bu fikir və rəy sadəcə bir bəhanə idi ki, bu yolla həm müsəlmanlara (onların azdırıcı əqidələrini qəbul etməyən müsəlmanlara) etdiyi həmlələrə bəraət qazandırsın, həm də Ali-Səud hakimləri müharibələrdə əldə olunan qənimətlərdən lazımi qədər istifadə etsinlər, öz qüdrət dairələrini genişləndirməkdən əlavə kifayət qədər qüvvəyə də malik olsunlar. Buna əsasən hər kəs vəhhabiliyi qəbul edirdisə, onların tərəfindən gələn xətərlərdən amanda idi. Amma vəhhabiliyin qondarma məzhəbini qəbul etməyənlər həmişə vəhhabilərin təəssübcəsinə və məğrurcasına hücumlarına məruz qalırdılar.
    Vəhhabilər üçün (strateji və siyasi baxımdan) xüsusi əhəmiyyətə malik olan məntəqələrdən biri Riyaza hakim olmaq idi (Diriyyənin 20 km-də yerləşir).
    O, şəhərə hakim olduqdan sonra ərazilərini genişləndirməkdən əlavə onları Ehsaya daha da yaxınlaşdırırdı. Vəhhabilərin Riyaz şəhərini necə ələ keçirmələri barəsində "Böyük İslam Enskilopediyası” kitabında belə deyilir: "... Məhəmməd ibn Əbdül-Vəhhab xüsusi əhəmiyyətə malik olan Riyaz şəhərini ələ keçirmək üçün oranın əmiri Dəhham ibn Dəvvası ona itaət etməyə çağırdı. Lakin Dəhham bunu nəinki qəbul etmədi, üstəlik Ali-Zəfir köçərilərindən bəzilərinin köməyi ilə vəhhabiliyi qəbul etmiş Mənfuhə əhalisinə hücum etdi... Bundan sonra Məhəmməd İbn Səud ilə Dəhham arasında ardıcıl surətdə uzunmüddətli müharibələr baş verirdi. "Şəyyab”, "Əl-əbid” adları ilə məşğul olan müharibələr onlardan heç birinin xeyrinə tamam olmadı. Nəhayət 1735-ci ildə müharibədən yorulub cana gələn Dəhham, Məhəmməd İbn Səuda sülh təklifi irəli sürdü və Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabiliyin təbliğ olunması üçün oraya bir nümayəndə göndərdi. Bütün bunlarla belə, Dəhham sonrakı il sazişi pozdu və Məhəmməd İbn Səudun müxalifləri cərgəsinə qoşuldu. O, tədricən yeni məzhəbin yayılması ilə qarşılaşmaq və Məhəmməd İbn Səudun istilaçılıq tədbirləri ilə mübarizə aparmaq üçün öz qüvvələrini səfərbər etmişdi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.25. )
    Nəcdə hakim olan qəbiləvi üsul-idarə qəbilələrdən hansısa birinin digərinə hakim olmasını qətiyyən qəbul edə bilməzdi. Başqa sözlə desək, qəbilə tipli həyat – "tayfalar hökmranlığı” tipli bir cəmiyyətdir ki, orada hər bir əyalətin yalnız bir hakimi və əmiri vardır. Onlar da başqa əmirlərin onların öz ixtiyarlarında olan məntəqəyə nüfuz etməsi ilə müxalifdir.
    Buna əsasən, Nəcddə sakin olan qəbilələrin vəhhabilərin işğalçılıqlarına qarşı müxalifətləri müəyyən qədər izah oluna bilər. Qəbiləvi cəmiyyətin mühüm xüsusiyyətlərindən əlavə, ani və ötəri bir ittihadları onları düşmən müqabilində müştərək cəbhəyə vadar edirdi. Yəni müxtəlif qəbilələr xüsusi bir dövrdə və tamamilə ayrı formada bir-biri ilə müttəhid olurdular ki, özlərinin müştərək düşmənlərinin ehtimal verilən təhdidlərini dəf etsinlər. Əlbəttə, bu kimi ittihadlar çox da davam gətirə bilmirdi. Çünki onlar yalnız öz mənfəətlərini ələ gətirmək məqsədi güdürdülər və bu zaman düşmən onların mənafelərini təmin etsəydi, bağladıqları sazişi çox asanlıqla pozur və öz qədim müttəhidlərinin əleyhinə iş görməyə başlayırdılar. Bu məsələ barəsində «Böyük İslam Enskilopediyası» kitabında belə deyilir: "(Vəhhabilərin 1168-ci hicri qəməri ilində Riyazı işğal etmələrindən bir il sonra onların müxalifləri müttəhid oldular...) Ehsadan Bəni-Xalid və Nəcrandan Ali-Mükrəmi kimi güclü qəbilə başçılarının və əmirlərinin bağlılığından təşkil olan vəhhabilərin müxalifət cəbhəsi əvvəllər vəhhabilərin itaəti dairəsinə keçmiş olan şəhər və qəsəbələrin bir qrupunu qiyama vadar etdi. Hərimələdə Süleyman ibn Əbdül-Vəhhabın camaatın yeni məzhəbin ziddinə və İbn Səudun işğalçılıqlarına qarşı qiyama təhrik etməsi də özünəməxsus rol oynadı. Həmçinin Nəcranın əmiri Həsən ibn Hibətullah da vəhhabilərin ordu sərkərdəsi Əbdül-Əziz ibn Məhəmmədin hücumunda öldürülmüş Yəmən qəbilələrindən bir qrupuna başçılıq edərək Nəcdə hücum etdi və vəhhabiləri çox ağır məğlubiyyətə düçar etdi. Vəhhabilərin fərmanından imtina edən Dəhham ibn Dəvvas da Ehsanın əmiri Ürəyəri nəcdlilərlə müharibə edib Nəcran əmirini ittihada dəvət etdi, amma Nəcran əmiri əsirləri mübadilə etdikdən sonra qayıtdı və Məhəmməd İbn Səudun oğlu Əbdül-Əziz, Üreyərin və Dəhham ibn Dəvvasın ordusunu məğlub etdi. Bundan sonra qiyam etmiş qəbilələrə və qəsəbələrə hücum edərək onları yenidən öz itaətinə vadar etdi.”(Həmin mənbə, səh.25 )
    Yuxarıda qeyd olunan mətləblərdən qəbilə ittihadiyyələrinin nə üçün tez bir zamanda məğlubiyyətə uğraması aydın olur. Belə ki, o zaman Nəcdin, Riyazın, Ehsanın və başqa qəbilələrdən olan əmirlərin vəhhabilər əleyhinə təşkil olunan ittihadiyyələri nəticə etibarı ilə Nəcran əmirinin geri çəkilməsi ilə zəiflədi və o ittihadiyyəyə ağır zərbə vurdu. Vəhhabilər də bundan istifadə edərək onlara qələbə çala bildilər.
    Bundan sonra vəhhabi qüvvələri günbəgün güclənməyə başladı. Onlar Nəcd və Ərəbistan yarımadasının sair məntəqələrini işğal etmək üçün güclü hücumlara başladılar. Vəhhabilərin hərəkəti Məkkə şəriflərini özlərinə məşğul etmişdi. (Onlar Osmanlılar tərəfindən Məkkə və Mədineyi-Münəvvərəyə hakim idilər).
    Osmanlı hakimi vəhhabi hərəkətindən ilk dəfə 1748-ci ildə xəbər tutdu. Nəcd və Hicaz Osmanlı dövlətinin bir hissəsi hesab olunduğundan tədricən onlar Nəcd problemini həll etmək və ümumiyyətlə vəhhabilər tərəfindən Ərəbistan yarımadasında törənən təhdidlərin qarşısını almaq üçün çarə fikrinə düşdülər. Əlbəttə, Osmanlı dövlətinin vəhhabilər əleyhinə tədbir tökməsi çox uzun çəkdi.
    Məhəmməd İbn Səudun hakimiyyəti dövründə diqqət yetirilməli məsələlərdən biri onun Nəcdin daxili mühitinə hakim və öz qonşularından xatircəm olması idi. Yəni bünövrəsi yenicə qoyulmuş hökumətin öz mövqeyini möhkəmləndirmək üçün gördüyü tədbirlər də həmin məntəqədə baş verirdi. Məhəmməd İbn Səud da vəhhabiliyi qəbul etdikdən sonra çalışırdı ki, qəbiləvi hərbi qüdrətdən istifadə edərək vəhhabilərin bünövrəsini hərtərəfli şəkildə bərkitmək üçün Nəcdin sair qəbilələrinə hakim olsun və bu yolda müxtəlif məntəqələrə hakim kəsilmək üçün heç bir vasitədən əsirgəməsin. O, ələ keçirdiyi hər bir yerdə camaatı kütləvi şəkildə qırır, onların mal-dövlətlərini qarət edir və camaat arasında qorxu hissi yaradaraq hər növ müxalifəti susdururdu. Məhəmməd İbn Səudun Nəcran, Riyaz, Ehsa, Yəmən və sair yerlərin əmirlərinə qalib gəlmək üçün çox səy göstərməsinə baxmayaraq, fəaliyyətləri nəticə vermədi və onun işinin davamı oğlu Əbdül-Əzizə həvalə edildi. Hər bir halda, Məhəmməd İbn Səudun ətraf məntəqələrə hücumları və gördüyü tədbirlər vəhhabiləri yeni bir qüvvə ünvanı ilə təqdim etdi. Bundan sonra sair Səudi əmirləri özlərini vəhhabilərin canfəşanlıq göstərən müdafiəçiləri kimi qələmə verir və bu barədə özlərindən xüsusi və şiddətli təəssüb göstərirdilər.
    Nəhayət, Məhəmməd İbn Səud təqribən 30 il hakimiyyətdən və Nəcdi ələ keçirdikdən sonra 1765-ci ildə Diriyyədə vəfat etdi və elə orada da torpağa tapşırıldı.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 547 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024