İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:11 AM
    VƏHHABİLƏRİN ƏBDÜL-ƏZİZ İBN MƏHƏMMƏD İBN SƏUDUN HAKİMİYYƏTİ DÖVRÜNDƏ (1766–1803) GÖRDÜKLƏRİ TƏDBİRLƏR
    Məhəmməd İbn Səuddan sonra onun böyük oğlu Əbdül-Əziz vəhhabi hökumətinin idarə olunmasını qırx il müddətində öhdəsinə aldı. O, vəhhabiliyin genişləndirilməsində xüsusi təəssübə malik idi və məhz onun dövründə Kərbəlaya və Nəcəfə hücum etdilər və Kərbəlada çoxlu insani faciələr törətdilər.
    Bundan əlavə, vəhhabilər Əbdül-Əzizin dövründə Məkkə, Mədineyi-Münəvvərə və Taif şəhərlərini işğal etdilər. Müqəddəs zərihləri və məkanları dağıdıb yerlə yeksan edərək, insanlığa zidd olan çoxlu faciələr törətdilər.
    Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında bağlanan sazişdən sonra Əbdül-Əziz də həmişə atası ilə yanaşı bu müqavilədə iştirak etmiş və vəhhabi ordusunun böyük bir hissəsinin sərkərdəliyini öhdəsinə almışdı. Sonra atası onu Məhəmməd ibn Əbdül-Vəhhabın razılaşması ilə canişinlik məqamına seçdi və Məhəmməd ibn Əbdül-Vəhhabın qızı ilə evləndi. O, "imam” ləqəbi alan Ali-Səudun ilk şəxsidir.(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.26 )
    Əbdül-Əziz ibn Məhəmməd vəhhabiliyin yayılması və öz ərazisinin genişləndirilməsi üçün çox çalışdı, Nəcd məntəqəsində ətraf qəbilələrlə (Bəni-Xalid, Ali-Mükrəmi, Müntəfiq və sair kimi qəbilələrlə) döyüşdü və "əvəlcə Büreydəni və Tənuməni tutdu. Sonra Riyazı ələ keçirmək üçün həmlə tədarükü gördü, lakin müvəffəqiyyət əldə etmədikdə, üzücü bir müharibəyə əl atdı. Riyaza həmlə etmək üçün Əl-ğəzvanəni qərargah seçdi və həmin vaxtda Qəsimə hücum edərək, Hilaliyyə şəhərini ələ keçirdi və qayıdan zaman Bəni-Xalid qəbiləsindən bir qrupunu ağır məğlubiyyətə uğratdı”(Həmin mənbə, səh.26 ); amma vəhhabilərin tədbirləri cavabsız qalmadı. Ehsanın əmiri (Üreyər ibn Rəcin) Bəni Xalid və Üneyzə qəbilələri ilə əlbir olaraq Qəsimdə Büreydəni Ali-Səudun işğalından xaric etdi. Nəcdin əmiri də bir il sonra vəhhabilərin sərhəd məntəqələrinə və Zürmaya hücum etdi. Əlbəttə, çox da böyük müvəffəqiyyətlər əldə edə bilmədi.
    Bu illərdə vəhhabiliyin Ərəbistan yarımadasındakı nüfuzları müqabilində müəyyən qədər müxalifətlərin baş verməsinə baxmayaraq, "müxalif əmirlərin arasında sıx həmkarlığın olmamasına və vəhhabiyyətin hərbi cinahının Əbdül-Əziz ibn Məhəmmədin sərkərdəliyi ilə möhkəm şəkildə təşkil olunmasına görə heç bir əsaslı iş görə bilmədilər. Əksinə Qəsim, Münəyx, Əz-zilfa, Yəmanə məntəqələrinin əhalisinin məğlubiyyətinə, eləcə də Dəlmin əmiri Zeyd ibn Zamilin vəhhabiyyətə təslim olmasına görə Əbdül-Əziz Şəmmərə dağından Fars körfəzinə qədər bir məntəqəni öz istilası altına keçirdi.”(Həmin mənbə, səh.26 )O cümlədən, o, Üreyərin Ehsadakı daxili ixtilaflarından istifadə edərək o məntəqənin cənub bölməsinə hakim oldu və EHsanın şimal məntəqələrini də ələ geçirmək üçün münasib şərait yaratdı.
    Əbdül-Əziz ibn Məhəmməd Nəcddə əldə etdiyi müvəffəqiyyətlərdən sonra Hicaza hücum etdi. Məkkəni ələ keçirib Şərif Qalibi işdən götürmək üçün müəyyən tədbirlər gördü. Əvvəllər qeyd olunduğu kimi, Məkkə şərifləri vəhhabilərin Nəcddəki işlərindən çox nigaran idilər və çarə düşünürdülər.
    Əvvəlcə Şərif Məsudun (1165-ci h.q), sonra isə Şərif Əhmədin (1195-ci h.q) Məkkə alimləri və vəhhabilər arasında təşkil etdikləri elmi mübahisələrdən sonra vəhhabilərin əqidələrinin batil olması isbat edildi. Buna uyğun olaraq "Vəhhabilər Şərif Məsudun öldüyü vaxta qədər Həcc əməllərindən məhrum olundular. Şərif Məsuddan sonra onun qardaşı Şərif Müsaid ibn Səid Məkkənin hakimi oldu. Vəhhabilər həcc icazəsi almaq üçün bir nəfəri onun yanına göndərdilər. Lakin o da icazə verməkdən imtina etdi.”(Fəqihi, Həmin mənbə, səh.298 ) 1769-cu ildə vəhhabilərdən bir qrupu Şərif Mənsuru (Məkkə Şərifinin yaxın adamlarından idi) əsir tutdular, amma Əbdül-Əziz onları buraxdırdı. 1186-cı hicri ilinə qədər vəhhabilər əvvəldə olduğu kimi, yenə də həcc əməllərindən məhrum idilər. "Şərif, Allah evini ziyarət etmək barədə vəhhabilərə icazə verməsinə baxmayaraq bu şərti irəli sürmüşdü ki, onlar cizyə versinlər. Lakin onlar cizyə verməkdən imtina etdilər.”(Həmin mənbə, səh.299 ) Bu məsələ də onların yenidən həcc əməllərindən məhrum olmasına səbəb oldu.
    Vəhhabilər Nəcddə əldə etdikləri müvəffəqiyyətlər və qələbələrdən sonra Hicaza üz tutdular. Əbdül-Əziz Səud ilə Məkkə-Mədinənin hakimi Şərif Qalib arasındakı çarpışmalar vəhhabilərin 1202-ci hicri qəməri ilində həcc əməllərindən məhrum olunduqdan sonra onları kafir adlandırdığı zaman başlandı. Həmin məsələ də vəhhabilərin əlinə bir bəhanə verdi ki, Hicaza doğru hərəkət etsinlər. Lakin onlarla Şərif Qalib arasında baş verən ilk çarpışmada vəhhabilər məğlub oldular və müvəqqəti olaraq geri çəkilmək məcburiyyətində qaldılar. Vəhhabilərin ilk məğlubiyyəti ilə əlaqədar "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "...Şərif Qalib öz nüfuzu altında olan məntəqələrdən vəhhabilər əleyhinə kömək istədi. Çoxlu adam kömək üçün onun ətrafına yığışdı və Şərif Qalibin qardaşı Şərif Əbdül-Əziz ibn Müsaidin rəhbərliyi ilə Nəcdə doğru hərəkət etdilər. Əbdül-Əziz Səudi də öz əli altında olan qəbilə və şəhərlərdən cəngavərlər topladı. Əvvəlcə Həsən ibn Müşariyə, Şərifin tərəfdarı olan köçərilərə həmlə etmək əmrini verdi. O da öz qoşunlarından bir qrupunu Vadid-Dəvasir əhalisi ilə müharibəyə göndərdi. Özü isə Müteyr ərəblərinə və Həsən Düveyşin ardıcıllarına hücum etdi və onları çox ağır məğlubiyyətə düçar etdi. Bu işdən çox qorxuya düşən Əbdül-Əziz, Şərif Qalibdən kömək istədi və o da böyük bir ordu ilə qardaşına qoşuldu. Amma özünün Şəra qəsəbəsinə etdiyi ilk hücumunda məğlub oldu və dərhal Məkkəyə qayıtdı. Vəhhabilər Hicaz əmirinin tərəfdarlarını məğlub etməyin davamında Müteyr və Şəmmərə qəbilələrinə hücum etdilər və əvvəlcə onları geri oturtdular. Lakin axırda özləri məğlub oldular.(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.26 )
    Əbdül-Əziz ibn Məhəmmədin hakimiyyəti dövründə baş verən mühüm hadisələrdən biri vəhhabiliyin rəisi olan Məhəmməd ibn Əbdül-Vəhhabın 1792-ci ildə ölməsi idi. O, 92 il ömür sürdükdən, İslama və müsəlmanlara böyük xəyanətlər etdikdən, istismarçılara və mürtəce qüvvələrə layiqli xidmət etdikdən sonra müsəlmanların arasında nifaq və təfriqənin bariz nümunəsi olan bir ayin yaratdı. O, özündən sonra quru, təəssübkeş və ruhsuz bir din yadigar qoyub getdi.
    Vəhhabilərin Hicazdakı müharibələr əsnasında gördüyü işlərdən biri Ehsaya hakim olmaq üçün çalışmaq idi (əvvəllər bu nahiyənin iqtisadi və strateji əhəmiyyəti bəyan olundu). Əbdül-Əziz 1792-ci ildə Ehsanın bir qismini öz ixtiyarına keçirməsinə baxmayaraq, oranın tam istilası dörd il çəkdi. Bu hadisələrlə eyni zamanda İraq tərəfindən vəhhabilər əleyhinə müəyyən tədbirlər görülürdü. Vəhhabilərin gördüyü işlərdən və istilaçılıq fikirlərindən agah olan Bağdad valisi Süleyman Paşa onların müəyyən bir vaxtda İraqa da hücum edəcəklərini ehtimal verərək 1212-ci hicri qəməri ilində Əli Paşanı bir ordu ilə Nəcdə göndərdi. Eyni zamanda bir neçə məntəqədə döyüşməyə qüdrəti olan vəhhabilər də əvvəllər işğal etdikləri yerləri qoruyub saxlamaq və yeni-yeni məntəqələri işğal etmək fikrində idilər. Buna əsasən Əli Paşa ilə saziş bağlayıb söz verdilər ki, İraqın Hicaz bölgələrinə toxunmasınlar və İraqın da özünə hücum etməkdən çəkinsinlər.
    Vəhhabilərin Bağdad valisi ilə bağladıqları sazişi çox da davam etmədi. Çünki "müxaliflər hərəkətə gəldilər və Bağdadın valisi Süleyman Paşanı (o, lap əvvəllərdən vəhhabilərin əleyhinə müştərək cəhbənin yaradılması fikrində idi) məcbur etdilər ki, Bəni Müntəfəq əmiri olan Süveyni ibn Əbdüllahı Əbdül-Əzizin müxalif qüvvələrinə hakim seçsin. Süveyni də Süleyman Paşanın himayələri və eləcə də Ali-Zəfir kimi qəbilələrin ittihadı ilə bir qoşun topladı, əvvəlcə Bəsrəyə, oradan da Ehsaya getdi. Digər tərəfdən, Şərif Qalib də Osman Müzayifinin sərkərdəliyi ilə bir qoşunu Ali-Səudla müharibəyə göndərdi. Bu qoşun Əbdül-Əzizin müttəhidlərindən sayılan və Qəhtandan olan Ali-Rəvaqa hücum etdi. Lakin onlara qələbə çala bilmədi. Süveyni də Şubakda düşərgə saldı və vəhhabilərin ərazilərinə hücum etmək üçün oranı qərargah seçdi (1797), amma çox keçməmiş vəhhabilərin tərəfdarı olan Bəni-Xalid qəbiləsindən olan bir nəfərin vasitəsi ilə qətlə yetirildi və onun topladığı ordu pərakəndə vəziyyətə düşdü...
    Həmin dövrlərdə əksəriyyəti Əl-ətban qəbiləsindən olan Hicaz ərəblərinin bir qurpu vəhhabiliyi qəbul etdilər. Bu da Şərif Qalibə çox ağır oturdu və o, böyük bir qüvvə ilə vəhhabilərin itaətinə keçən qəhtanlıları məğlub etmək üçün Məkkədən çıxdı. Lakin onların arasında baş verən müharibədə Şərif Qalib tab gətirə bilmədi və müharibəni dayandırdı. Artıq özünün yalqız qaldığını görən Şərif Qalib Hicaz qəbilələrinin çoxunun Əbdül-Əzizə qoşulduğunu, yaxud onun tərəfindən məğlub edildiyini görürdü. Xüsusilə, öz qardaşı da vəhhabiliyə iman gətirmiş və Əbdül-Əzizin hakimiyyətini qəbul etmişdi.”(Həmin mənbə, səh.26 27 ) Şərif Qalib və Əbdül-Əziz sülh müqaviləsi bağladılar və həcc yolu vəhhabilərin üzünə açıldı. Bu məsələ barəsində Cənab Fəqihi belə yazır:
    "... Bu münasibətlə əlaqədar olaraq Nəcdin əmiri 1214-ci ildə və ondan sonrakı ildə həccə getdi. Bu da vəhhabi əmirlərinin yerinə yetirdiyi ilk həcc sayılırdı... 1215-ci hicri qəməri ilində Əbdül-Əziz öz oğlu Səud, eləcə də Nəcd köçəriləri və camaatından təşkil olunan bir qrupla Məkkəni ziyarət etmək və həcc əməllərini yerinə yetirmək məqsədilə Məkkəyə yola düşdü. Yol əsnasında Əbdül-Əziz çox yorğun olduğuna görə qayıtdı. Oğlu Səud həcc əməllərini yerinə yetirdi və Məkkədə Şərif Qalib ilə görüşüb müəyyən danışıqlar apardı.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.300 -301 )
    Əbdül-Əziz Səudi ilə Bağdad valisinin arasında baş verən razılaşmalar, digər tərəfdən də Şərif Qaliblə bağlanan saziş nəticəsində Əbdül-Əziz öz ərazilərini Bəhreyn, Əmman və Fars körfəzi əyalətlərinə doğru genişləndirməyə fürsət tapdı.
    Vəhhabilər qarşıya çıxan şəraitdən bəhrələnərək Salim Əl-həriq adlı bir nəfərin sərkərdəliyi ilə Əmmana qoşun göndərdilər. Ali-Xəlifənin köməyi ilə Bəhreynin Zübarə məntəqəsini Sultan Məsqitdən geri aldılar (1800-ci il). Sonra oranın hökmdarı Səqər Qasimi də vəhhabilərə tabe oldu (1801-ci il). Beləliklə, Vəhhabilər Fars körfəzi məntəqəsində böyük bir ərazidə öz nüfuzlarını genişləndirdilər və bir neçə il ərzində Bəhreyni, Əmman qəbilələrini, xüsusilə Casimi qəbiləsini öz itaətlərinə vadar edə bildilər.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.27 )
    Vəhhabilərin Əbdül-Əziz Səudinin hakimiyyəti dövründə gördükləri işlərdən biri onların Kərbəla və Nəcəfə etdikləri hücumlardır. 1802-ci ilin aprel ayında Əbdül-Əzizin oğlu Səudun etdiyi hücumun səbəbi vəhhabi etiqadının islamın gövhəri ilə uyğun gəlmədiyini deyən şiələrdən intiqam almaq və onlarla daha artıq müharibə aparmaq idi. Onlar Kərbəlaya hücum etdilər və müqəddəs məkanları dağıtdıqdan sonra oranın əhalisinin çoxunu qılıncdan keçirdilər.”(Həmin mənbə, səh.27 ) Vəhhabilərin üçüncü imam Həzrət İmam Hüseynin (ə) mütəhhər hərəmində törətdikləri cinayətlər və faciəli hərəkətlər dördüncü fəsildə qeyd olunacaqdır.
    Vəhhabilər 1803-cü miladi ilində Nəcəfi-Əşrəfə hücum edib şəhəri mühasirəyə aldılar. Lakin camaatın kəskin müqavimət göstərdiyinə və möhkəm qalaların mövcud olduğuna görə oranı işğal edə bilmədilər.
    Onlar 1216-cı hicri qəməri (1803) ilində Taif şəhərini, sonrakı ildə isə Məkkə və Mədinə şəhərlərini işğal etdilər. Taifdə kütləvi qırğınlar törətdilər. Məkkə və Mədinədə isə müqəddəs zərihləri dağıtdılar.(Vəhhabilərin Kərbəla, Nəcəf, Taif, Məkkə və Mədinədə törətdikləri cinayətlər dördüncü fəsildə müfəssəl şəkildə qeyd olunacaqdır. ) Vəhhabilər Hicaza hakim olduqdan sonra Şərif Qalibin qardaşı Şərif Əbdül-Muini Hicazda onun canişini təyin etdilər. Sonra Nəcdə qayıtdılar və öz ərazilərini Ehsada, Bəhreyndə və Küveytdə genişləndirməyə başladılar. Vəhhabi olmuş Ali-Səudun əraziləri bu dövrdə "Fəratın sahillərindən və Sirhan vadisindən başlayaraq Rəsul-Xeyməyə, Əmmana qədər, Fars körfəzi məntəqələrindən başlayaraq Hicazın bütün sərhədlərinə və Əsir məntəqəsinə qədər davam edirdi.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.27 )
    Nəhayət vəhhabilərin ikinci əmiri Əbdül-Əziz ibn Məhəmməd İbn Səud 40 il işğalçılıq, qarətçilik, kütləvi qırğınlar və viranlıqlar törətdikdən sonra və vəhhabilərin Taifi işğal etdiklərindən sonra 1803-cü ildə qətlə yetirildi. Belə xəbər yayılmışdır ki, onu Hacı Hüseyn Səbzvari adlı bir şiə müsəlman qətlə yetirmişdir ki, bu da onun Kərbəlada törətdiyi cinayətlərin cəzası hesab olunurdu.”(Fuiyə Klevd, "Nizamo Ali-Səud”, səh.23 )
    Şiələr vəhhabiliyə qarşı böyük bir maneə olduğundan, onların vəhhabilərin təssübkeş və qarətçilik hərəkəti qarşısındakı qüdrət və əhəmiyyətini aşkar şəkildə görmək olar. Çünki zülm ilə mübarizə, hər növ ruhsuz, kor-koranə təəssüb və donuqluqla mübarizə aparmaq şiəliyin zatında gizlənmişdir.
    Tarix boyu şiələr öz məsum imamlarından (ə) nümunə götürməklə (həm fərdi həyatda, həm də daxili və xarici siyasətdə) İslam və müsəlmanların əleyhinə tamam olan hər bir hərəkət qarşısında müqavimət göstərərək şəhadət həddinə qədər irəliləmiş, müsəlmanların və İslamın izzətini müdafiə etmişlər. Aydındır ki, onlar bu yolda Ələvi şiələrinin əzəmətini xətərə salan hər hansı bir hərəkətlə şiddətlə qarşılaşacaqdılar. Buna görə də şiələrin vəhhabilərin quru və ruhsuz hərəkətləri qarşısında müqavimətini nümunə olaraq göstərmək olar.
    VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN RƏHBƏRLİYİ DÖVRÜNDƏKİ CİNAYƏTLƏRİ (1803–1814)
    Səud ibn Əbdül-Əziz 1887-ci miladi ilində Məhəmməd ibn Əbdül-Vəhhabın təklifi ilə vəliəhdlik məqamına seçildi və atasının qətlindən sonra vəhhabiliyin rəisliyini öhdəsinə aldı. O, həm öz hökmranlığı həm də atasının dövründə müntəzəm olaraq ətraf məntəqələrə yürüşlər edir, vəhhabi ərazilərini genişləndirirdi. Buna görə də Səudi yazıçıları ona "Kəbir” ləqəbi vermişdilər.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.176)
    Səud ibn Əbdül-Əziz hakimiyyətə keçdikdən sonra böyük bir ordu yaradaraq öz ərazilərini genişləndirməyə, ətraf məntəqələrə hücum etməyə başladı. O, Bəsrəyə hücum edib o şəhəri mühasirəyə almaqdan əlavə, "Hicazda itaətsizlik edən bəzi qəbilələri məhv etməyə başladı, Təyma və Xeybəri işğal etdi, sonra da Əmman sərhədlərinə hücuma keçdi. Məsqitin əmiri Sultan ibn Həmid ibn Səid onunla qarşılaşmaq üçün Osmanlı dövləti ilə Ali-Səudun əleyhinə mütəffiq oldu. Lakin qətlə yetirildi. Bununla belə, Səudun Əmmanı və Fars körfəzinin cənub sahillərinin hər bir yerini ələ keçirmək üçün göstərdiyi səylər şərqi Hind kompaniyasının dəxaləti ilə məğlubiyyətə uğradı.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.27 )
    "Müasir islam hərəkatları” kitabının müəllifi bu barədə belə yazır: "Vəhhabilər əmir Səudun rəhbərliyi dövründə Fars körfəzinin bütün məntəqələrindəki nüfuzlarını genişləndirməyə başladılar, Bəhreyni və Küveyti işğal etdilər (1803), sonra isə sahil şəhərlərini ələ keçirdilər. Əmman məntəqələrinin əhalisi də vəhhabiliyi qəbul etdi. Şərqi Hind kompaniyasının himayəsi altında olan Məsqitin hakimi ilə də çarpışma baş verdi. Lakin onun qarşısında məğlubiyyətə uğradıqdan sonra (1806) qərara aldılar ki, İngilisin şərqi Hind kompaniyasının əmlakına və bayrağına ehtiram qoysunlar.”(Müvəssəqi Seyyid Əhməd. "Conbeşhayi İslamiye müasir”, 1364-cü il, səh.146 )
    Burada diqqət yetirilməli məsələ Britaniya müstəmləkəçilərin məntəqədə yerləşməsi idi. İngilislər vəhhabiləri himayə etmələrinə baxmayaraq, hər yerdə onların həmlələri Britaniyanın mənafeyini xətərə salsaydı dərhal onlara xəbərdarlıq edir və onların mənafeyinə riayət edilməsinin zərurətini xatırladırdı.
    Səudun rəhbərliyi dövründə baş verən mühüm hadisələrdən biri vəhhabilərin onun başçılığı ilə müqəddəs Kərbəla şəhərinə hücum etməsidir. 1806-cı ildə baş verən bu dəhşətli hücum şəhər camaatının kəskin müqaviməti ilə qarşılaşdı və qalalardakı istehkamlara görə vəhhabilər məğlubiyyətə uğradı. Səudun hakimiyyəti dövründə digər mühüm məsələ vəhhabilərin Hicazda ərazi iddiaları idi. Onlar Hicaza hücumlarının davamında Məkkeyi-Mükərrəmə və Mədineyi-Münəvvərə şəhərlərini işğal etdilər (1805–1806), Şərif Qalib naçar qalıb onlara itaət etməyi qəbul etdi. Buna görə də öz yerində qaldı. Onlar daha sonra Yənbu limanını ələ keçirdilər. Lakin Nəcran, Cəddə və Şamı ələ keçirməkdə müvəffəq olmadılar. Cənab Fəqihi Səudun dövründə vəhhabiliyin Hicazda necə genişləndirməsi ilə əlaqədar belə yazır: "... Səudun dövründə vəhhabi məzhəbi Hicaz nahiyəsində də yayılırdı. Çünki Şərif Qalib özünün Hicazda qalan nüfuzunu qoruyub saxlamaq istədiyinə görə vəhhabilərin qarşısında tam mənada təslim oldu və bu da vəhhabi məzhəbinin Hicazda yayılmasına gətirib çıxardı...”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.347 )
    Səudun Hicazda ərazi idialarındakı əsas məqsədi "Məkkənin şərafətli adamlarının nüfuzunu azaldıb onları aradan götürmək, eləcə də məntəqədə Osmanlı hakimlərinin nüfuzunu xətərə salmaq idi.” Buna əsasən, o, Hicazı ələ keçirdikdən sonra ilk növbədə Məkkə şəriflərinin nüfuzunu azaltmaq üçün onları özünə tabe etdirdi, sonra Osmanlı Sultanı ilə müxalifət etmək üçün onun adını xütbələrdən çıxartdırdı. Məkkə və Mədinənin qazisini şəhərdən çıxardı (o, Osmanlı Sultanı tərəfindən bu iki şəhərdə qəzavət məqamını öhdəsinə almışdı).
    Hakimiyyətinin dairəsi Qırmızı dənizdən Fars körfəzinə qədər genişlənən Səud Şamın (Hələb, Dəməşq və sair yerlərin) görkəmli şəxsiyyətlərinə məktub yazmaqla onlardan vəhhabi ayinini qəbul etmələrini istədi və bac-xərac vermələrini tələb etdi.
    Bundan əlavə, o, Hələb şəhərinin ətraf kəndlərinə hücum etdi, Fələstin diyarının sərhədlərinə qədər irəlilədi və Xəzrə-movtu mühasirəyə aldı. Səudun Şamı, İraqı və Fələstini vəhhabiləşdirmək üçün göstərdiyi səylər məğlubiyyətə uğradı.
    Səudun Hicazın, Şamın, İraqın, Fələstinin müxtəlif ərazilərinə hakim kəsilmək üçün göstərdiyi səylər, müxtəlif qəbilələrdə kütləvi qırğınlar törədib camatın mal-dövlətini qarət etməsi, öz şəxsi nəzərinə görə onların bütpərəstlik təzahürləri olan adət-ənənələrini məhv etməsi, qədim etiqadlarda qalmağı təkid edən ruhaniləri edam etməsi və sair işləri müxtəlif məntəqələrdə vəhhabilərin əleyhinə qiyamlara səbəb oldu.
    Vəhhabilərin Ərəbistan yarımadasındakı irəliləyişləri və onların Məkkə və Mədinəyə hakim kəsilmələri özünü şərif hərəmlərin (Məkkə-Mədinənin) mühafizəçisi hesab edən Osmanlı Sultanı üçün ağır başa gəldi. Çünki Sultanın etibar və heysiyyətinə xələl gəlirdi. Buna görə də Babi-Aliye-Osmani bu çətinlikdən çıxmaq üçün çarə düşünməyə balşladı. Bu məqsədlə 1806-cı ildə Misirin hakimi Məhəmməd Əli Paşanı vəhhabiləri məğlub edib Məkkə və Mədinədən çıxarmaq üçün şərif Hərəmlərə göndərdi.
    Osmanlı Sultanın vəhhabilərlə qarşılaşmaq üçün Misirin Paşasına verdiyi fərmandan Məhəmməd Əli Paşanın onların əleyhinə əməli tədbirlər gördüyü vaxta qədər altı il keçməsinə baxmayaraq bu tədbiri sürətləndirən şey vəhhabilərin Hicazın, Şamın, İraqın ətraf məntəqələrində törətdiyi hücumları, qətl və qarətləri idi. Bu barədə "Böyük İslam Enskilopediyası” kitabında belə deyilir: "...Özünün müntəzəm olmayan müharibələrindən, ərəb əmirlərinin Ali-Səudun nüfuzu ilə qarşılaşmaq üçün təhriklərindən və vəhhabiyyətdən şiddətli təhlükə hiss edən Babi-Ali, Məhəmməd Əli Paşadan onlarla müharibəyə qalxmasını istədi. 1811-ci ilin oktyabrın axırlarında və ya noyabrın əvvəllərində Misir qüvvələri Tosun paşanın sərkərdəliyi ilə (o, Məhəmməd Əlinin oğlu idi) ilk hücumlarını başladılar.("Böyük İslam Enskilopediyası”, 2-ci cild səh.27 )
    Misirlilərin vəhhabilərə hücumları ilk mərhələdə məğlubiyyətlə qarşılaşdı. Amma onlar öz qüvvələrini tez bir zamanda nizama salıb yardımçı qüvvələrin gəlişindən sonra vəhhabilərə hücum edib onları ağır tələfatlara düçar etdilər. Özünü Misir qoşunlarının qəfil hücumları qarşısında görən Səud heç bir iş görə bilmədi. Onlarla sülh bağlamağa çalışdı, amma onun səyləri heç bir nəticə vermədi. Nəhayət Səud ibn Əbdül-Əziz 28 aprel 1814-cü ildə 68 il nikbətli ömür sürdükdən, İslam və müsəlmanlar üçün çoxlu çətinliklər yaratdıqdan sonra prostat vəzində iltihaba mübtəla olaraq Diriyyədə öldü.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.253 )
    Səudun barəsində bunu qeyd etmək kifayətdir ki, o Məhəmməd ibn Əbdül-Vəhhab məktəbinin yetirməsi idi və onun yanında iki il dərs oxumuşdu, üstəlik, "vəhhabilikdə öz atasından da təəssübkeş idi. O, müsəlmanların Allah evini ziyarət etməsinə mane olur, öz müxaliflərini kafir hesab etməkdə həddini aşırdı.”(Əmini Məhəmməd Hadi. "Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh.171 ) Nəhayət, İslam və müsəlmanlara, xüsusilə şiə aləminə bir ömür xəyanət və zülm etdikdən, günahsız insanları qətlə yetirib mal-dövlətlərini qarət etdikdən sonra sağalmaz bir xəstəliyə tutularaq öldü.
    VƏHHABİLƏRİN ƏBDÜLLAH İBN SƏUDUN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ CİNAYƏTLƏRİ (1814-1818)
    Əbdüllah İbn Səud atasının ölmündən sonra hakimiyyətə keçdi. Əxlaqi xüsusiyyətlərinə görə vəhhabiliyi müdafiə etməkdə ən inadkar adam idi.(Əl-əmin, Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.57 )Bu yolda çox çalışdı, amma onun Misir və Osmanlı qüvvələri ilə qarşılaşması özünün ərazi iddalarını davam etdirərək başqa məntəqələrə hakim kəsilməsinə fürsət vermədi.
    Əbdüllah hakimiyyətə çatdıqdan sonra misirlilərin (vəhhabilərin əleyhinə olan) hücumları ilə qarşılaşdı. Həqiqətdə vəhhabilər özlərinin təxribatçı hücumları ilə İraqın daxilinə, eləcə də Məkkə və Mədinə kimi müqəddəs məkanlara hücum etməklə Ərəbistanın sair yerlərində Sultanın iqtidar və etibarını xətərə saldılar.(Stanford, "Tarixi imperatoriye Osmani və Türkiyeyi cədid” (Mahmud Ramazanzadənin tərcüməsi), səh.438 ) Buna görə də Məhəmməd Əli Paşa Osmanlı sultanının fərmanı ilə vəhhabilərin əleyhinə (Səudun dövründə) tədbir gördü.
    Əbdüllah qüdrətə çatdığı zaman misirlilərin ardıcıl həmlələri qarşısında çox çətinlik çəkirdi. Bu zaman Məhəmməd Əli Paşa və onun oğlu Tosun Paşa vəhhabilər əleyhinə olan hücumlarını genişləndirdilər. Əbdüllahın hakimiyyətinin ilk ilində onun qardaşı Feysəl Misir ordusu qarşısında ağır məğlubiyyətə uğradı, Məhəmməd Əli Türbəti işğal etdikdən sonra Əsirə hücum etdi.("Böyük İslam Enskilopediyası”, 2-ci cild səh.27 ) Amma bir qədər sonra Məhəmməd Əli ona çatan xəbərlərdən qorxduğuna görə, Misirdə əmin-amanlığın olmaması və qiyam ehtimalı verildiyinə görə Misirə qayıtdı və vəhhabilərlə müharibənin davam etdirilməsini Tusun Paşaya tapşırdı (1815). Tusun Paşa öz hücumlarını davam etdirdi və həmin ildə Nəcdə gedərək Rəsul-Meynəni tutdu.
    Sonra Əbdüllah onun qarşısında bir iş görə bilmədiyi üçün onunla saziş bağladı. "Saziş bu əsasda bağlandı ki, Əbdüllah Osmanlı Sultanının Ali rəhbərliyini rəsmi olaraq tanısın və Misirin hakimiyyətinə itaət etsin.”(Həmin mənbə, səh.27 ) Sonra Tosun Qahirədə qiyam xəbərinin yayılmasının ardınca oraya qayıtdı və "1231-ci hicri qəməri ilində taun xəstəliyindən vəfat etdi.(Əl-əmin, Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.59 ) Vəhhabilərlə sülh bağlamaqdan narazı olan Məhəmməd Əli Paşa digər bir oğlu – İbrahim Paşanı vəhhabilərlə müharibəyə göndərdi ki, onların işini qurtarsın.” İbrahim öz hücumlarını 1816-cı ildə başladı və Qəsimin cənub şəhərlərini və Nəcdi biri digərindən sonra öz ixtiyarına keçirdi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.28 ) Bundan sonra Nəcd məntəqəsində misirlilərlə vəhhabilərin arasında baş verən ən mühüm və müqəddərati müharibədə Diriyyənin şəhər darvazasına çata bildi. İbrahim Paşa oranı "1818-ci ilin aprel ayından etibarən mühasirəyə aldı və bu mühasirə beş ay davam etdi. Nəhayət oranı öz əlinə keçirdi.”(Həmin mənbə, səh.28 ) Klevd Fuiye Diriyyənin işğal edilməsindən sonrakı hadislərlə əlaqədar yazır: "Diriyyə yerlə yeksan edildi, xurma bağları tamamilə dağıdıldı, Ali-Səudun böyük iddiaları bu mərhələdə sona çatdı.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.23 )
    Sonra İbrahim Paşa Əbdüllahı ailəsi ilə birlikdə Qahirəyə göndərdi. Məhəmməd Əli Paşa da onu 1434-cü ilin məhərrəm ayının 19-da yoldaşları ilə birlikdə İstanbula, Osmanlı xəlifəsinin yanına göndərdi. Osmanlı dövləti onları şəhərdə gəzdirdi və Əbdüllahı "Humayun” babında, qalanlarını isə başqa yerlərdə dağıtdılar (1818-ci ilin dekabr ayı).”(Əl-əmin Möhsin. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.61 ) Əlbəttə, sürgün olunanlardan bəziləri Misirə göndərildi və orada həbs edildilər. Sonra İbrahim Paşa Müşari ibn Əbdüllahı Nəcdə hakim və misirli bir Paşanı da Hicazın hakimiyyətinə təyin etdi. Özü isə 1819-ci ilin ortalarında Misirə qayıtdı.
    İbrahim Paşanın Nəcddən çıxmasından sonra Müşari vəhhabilərin rəhbərliyini öhdəsinə aldı və özünün Diriyyədəki mövqeyini möhkəmlədə bildi. Amma onun sonradan gördüyü tədbirlər, yəni Üyeynənin əmiri Müəmmərlə qarşılaşmaq və misirlilərin əleyhinə olan digər fəaliyyətləri Məhəmməd Əli Paşanın Misirdən Hüseynbəyi, Müşarini məğlub etmək üçün göndərməsinə səbəb oldu və o da Müşarini tutub Misirə göndərdi. Lakin Müşari yol əsnasında öldü.(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.28 ) Daha sonra misirlilər tərəfindən təyin olunan hakim Diriyyəyə hökmranlıq etdi.
    Bu barədə diqqət yetirməli məsələ İngilis nümayəndələrinin, İbrahim Paşa ilə vəhhabilərə qələbə çaldıqdan sonra görüşləri idi. "Gahşomare ruyidadhayi tarixi müasiri Xavərmiyane” məcmuəsində 1819-cu illərin hadisələri bəyan olunan zaman qeyd olunur ki, bu ildə kapitan Sadlir İngiltərənin Bombeydəki nümayəndəsi ünvanı ilə İbrahim Paşa ilə görüşdü və misirlilərin fəthləri münasibətilə onu təbrik etdi. Rəsul-Xeyməni ələ keçirmək üçün həmkarlıq etməyi təklif irəli sürdü. Bu da göstərir ki, Britaniya müstəmləkəçiləri öz nüfuzlarına qanunilik bağışlamaq üçün misirlilərlə həmkarlıq təklifini irəli sürmüşdülər. Həqiqətdə öz məqsədlərinə çatmaq istəyən Britaniya müstəmləkəçiləri hər yerdə bu mənafe daha artıq təmin olunurdusa ora doğru meyl göstərirdilər. Buna əsasən, bu dövrdə misirlilər Hicaza və Nəcdə hakim kəsildiklərindən, Fars körfəzi sahillərini və Əmman dəryasını qərargah seçən ingilislər təhlükə hiss edərək qərara aldılar ki, müəyyən yollarla İbrahim Paşanın bundan artıq yerlərə göz dikməsinin qarşısını alsınlar (o yerlərə ki, Britaniyanın mənafeyini təhlükəyə salırdı).
    Misirlilərin Mutan döyüşü nəticəsində Diriyyəyə hakim kəsilməsi ilə vəhhabi hökmranlığının ilk dövrü sona çatdı və vəhhabilərin arasında və ümumiyyətlə, Nəcd məntəqəsindəki qiyamlara, iğtişaşlara, ixtilaf və təfriqələrə şamil olan bir dövran başlandı ki, bu da vəhhabilərin ikinci dəfəki hakimiyyət dövrlərinə qədər davam etdi.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 727 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024