İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:03 AM
    VƏHHABİLƏRİN İBN SƏUD ADİ İLƏ MƏŞHUR OLAN ƏBDÜL-ƏZİZ İBN ƏBDÜR-RƏHMAN İBN FEYSƏLİN DÖVRÜNDƏ GÖRDÜYÜ İŞLƏR (1902-1953)
    Əbdül-Əziz ibn Əbdür-Rəhman vəhhabi rəhbərlərinin ən böyüyü və ən qüdrətlisi olaraq Səudiyyə Ərəbistanının banisi, eləcə də həmin ölkənin ilk padşahı sayılır. O, Ali-Rəşidi məğlub etdikdən və Riyaza hakim kəsildikdən sonra vəhhabilərin əldən getmiş hakimiyyətlərini dirçəldə bildi. Onun Riyazı necə ələ keçirməsini araşdırmazdan qabaq vəhhabilərin üçüncü dövrdə yenidən qüdrətə çatmalarının münasib şəraitini araşdırırıq.
    Tarixçilərin yazdığına görə, Feysəldən sonra Ali-Səudun vəziyyəti, öz aralarında yaranan müxalifət və mübarizələr səbəbi ilə çox böhranlı bir vəziyyətə düşüb zəifləməyə, süqut etməyə doğru sürükləndi və nəticədə Ali-Rəşid onlara qələbə çaldı.
    Ali-Rəşidin vəhhabilərə hakim olmasının ardınca (Əbdül-Əzizin atası) Əbdür-Rəhman ibn Feysəl öz ailəsi ilə birlikdə Riyazdan qaçaraq Küveytə sığınmaq istədi, "amma Küveytin şeyxi Məhəmməd Əs-Səbah onun bu ölkəyə daxil olmasına mane oldu. Əbdür-Rəhman məcbur qalaraq Nəcd səhralarına (Rubül-Xaliyə) üz gətirdi. İlk əvvəl Bəni-Mürrə tayfasının yanında, daha sonra isə Əcman qəbiləsində qaldı. Bundan sonra Qətərə gedərək iki ay orada yaşadı.”(Həmin mənbə, səh.304 
    )
    Sonra Osmanlı dövləti Əbdür-Rəhmanın qiyam və iğtişaşlarının qarşısını almaq üçün hər ay onun üçün altmış qızıl lirə pul təyin etdi. Bu işin nəticəsində də Küveytin əmiri Əbdür-Rəhmanı bu ölkəyə buraxdı. Çünki Məhəmməd Əs-səbah bu dövrdə osmanlılar tərəfindən təyin olunmuşdu və onların tərəfindən də himayə edilirdi.
    Həqiqətdə osmanlılar Əbdür-Rəhman üçün maaş təyin etməklə "kiçik iğtişaşların qarşısını almaq istəyirdilər və bu məbləğ də onun yenidən müharibəyə girişməsinin qarşısını alırdı.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.27)Beləliklə, türklər heç olmazsa müəyyən müddətə qədər vəhhabi iğtişaşlarının qarşısını ala bilmişdilər.
    1901-ci ildə Küveytdə mühüm bir hadisə baş verdi ki, bu da vəziyyəti tamamilə dəyişdirdi. Bu hadisə Mübarək Əs-səbahın öz qardaşı Məhəmmədin əleyhinə dövlət çevrilişi etməsi idi. Bu qiyam onun qətlə yetirilməsi ilə bitdi. Bu hadisə düz ingilislərin Osmanlı sultanlarının ərəb ölkələrindəki nüfuzuna zərbə vurub öz əlaltılarını hakimiyyətə gətirmək qərarına gəldikləri vaxt baş vermişdi. Klevd Fuiye bu çevriliş barəsində belə yazır: "... Hindistana bir neçə dəfə səfər edən Mübarək öz çevrilişi barəsində əvvəlcə ingilislərlə müzakirə etmiş və belə razılaşmışdılar ki, onun Küveytdəki hökmranlığını rəsmi tanıtdırmaq müqabilində o da Küveyti osmanlıların himayəsi altından çıxartsın və Britaniyanın himayəsi dairəsinə daxil etsin... İngilislər bu fürsəti qənimət saydılar. Xüsusilə, bunun vasitəsilə Berlin-İstanbul-Bağdad-Küveyt dəmir yolunun çəkiliş layihəsi məhv olurdu. (Çünki, Almaniya osmanlıların müttəhidi idi) və ingilislərin Hindistan-Britaniya arasındakı rabitəsinə təminat verən və ingilislərin himayəsində olan zəncirvari hökumətlər Fars körfəzinin axırına qədər yayılırdı...”(Həmin mənbə, səh.28 )
    Osmanlı hökuməti Küveytin ingilislərə meyl etdiyini gördüyü zaman Küveyt əmirinin düşməni olan Əbdül-Əziz Rəşidin (Şəmmərin əmiri) köməyinə tələsdi və onu Küveyt əmirinin əleyhinə müharibəyə təşviq etdi.
    Qeyd olunur ki, "...1318-ci hicri qəməri ilində tərəflər arasında baş verən müharibədə Küveyt şeyxi məğlub oldu və İbn Rəşid Küveytin darvazalarının arxasına qədər hücum etdi. Amma gözlənilmədən geri çəkilmək məcburiyyətində qaldı. Çünki o, dəniz yolu ilə gəlib onun yolu üzərində dayanan İngilis qoşunları ilə qarşılaşmışdı. İngilislər nəsihət yolu ilə ona dedilər ki, məsləhət qayıtmaqdadır. Əgər bundan başqa bir iş görərsə, ağır toplarla və güclü qoşunlarla onu tar-mar edəcəklər... İbn Rəşid Ali Osmanidən kömək istəmək qərarına gəldi. Lakin İstanbul-London arasında baş verən müzakirələrdə ingilislər Osmanlı dövlətini İbn Rəşidə kömək etməmək barədə qane etmişdilər.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.305)
    Həqiqətdə bu hadisənin faydası hamıdan artıq Britaniyaya çatırdı, çünki həm Fars körfəzində özü üçün mövqe yarada bilmiş, həm də Küveyt əmirini hücum təhlükəsindən amanda saxlamışdı. Bundan əlavə, Əbdül-Əziz ibn Əbdür-Rəhman İbn Rəşidin ordusuna baş verən məğlubiyyət və zəiflikdən də lazımi qədər istifadə etdi və vəhhabilərin əldən getmiş hökumətini yenidən dirçəltdi. Buna əsasən, Əbdül-Əziz Küveytin əmiri onun üçün tədarük görülən qüvvələrdən istifadə etməklə, eləcə də ingilislərin müvafiq nəzər və həmkarlığına görə (ingilislər nəzərdə tutmuşdular ki, Nəcddə öz əlaltılarını hakim etsinlər) Nəcdə və Ali-Rəşidə hücumlarını başladı. Bu barədə "Böyük İslam Enskilopediyası” kitabında belə deyilir: "... İngilislər Ali-Rəşidin müxalifləri olan ərəblərdən birlik (koalisiya) yarada bildilər. Bu da Şeyx Mübarək Əbdül-Əzizin başçılığı ilə vəhhabi məzhəbli qəbilələr və İraqın cənubundakı qəbilələrin birindən təşkil olunmuşdu. Əbdül-Əziz Riyaza hücum etdi. Özünün ilk hücumunda müvəffəqiyyət qazanmamasına baxmayaraq, 1902-ci ilin yanvarın 14-də oranı fəth edə bildi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 ) Daha sonra 1320-ci h.q ilində Nəcdin cənub qisminə, 1321-ci ildə isə Sədirə, Şəm və Qəsimə hakim kəsildi. Ali-Rəşidin vəhhabilərlə çarpışmaları və mübarizələrində Osmanlı dövləti Ali-Rəşidin xeyrinə əməl edirdi. Buna baxmayaraq 1324-cü h.q ilində Osmanlı türklərinin Nəcddən çıxması onları çətinliklə qarşılaşdırdı. Belə ki, həmin ildə Ali-Rəşid əmiri olan İbn Münəb qətlə yetirildi, Əbdül-Əzizin fikri onun tərəfindən müəyyən qədər asudə oldu və bu yolla vəhhabilər Əbdül-Əzizin rəhbərliyi ilə əldən getmiş hökmranlığını bir daha geri qaytara bildilər. Riyazı ələ keçirməklə Nəcdin sair məntəqələrini, daha çox Hicazı ələ keçirmək üçün tədarük gördülər.
    Əbdül-Əziz Riyazda hökumətinin bərqərar olmasından sonra "tacirlərdən borc aldı və onu çoxlu döyüş təchizatı almaq, eləcə də Küveytdən məharətli atıcılar almaq üçün xərclədi.”(Lisi Robert, "Sərzəmini səlatin”, səh.96 ) Bundan sonra "öz qüvvələrini genişləndirmək və sabitləşdirmək üçün müxtəlif vəhhabi mərkəzləri və yaşayış yerləri yaratmağa başladı. Onların sakinlərini "ixvani tovhid”, yaxud "yeganəpərəstlik qardaşları” adlandırdı ki, bu da həqiqətdə vəhhabilərin dini-hərbi təşkilatından ibarət idi... Bu təşkilat həm qəbilələr arasında qan axıdılmasının qarşısını almaq, kin-küdürəti məhv etmək, həm də səhradakı köçəri həyat sürənləri daimi olaraq məskunlaşdırmaq üçün bir vasitə idi.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 )
    Cənab Fəqihi "İxvan” təşkilatının yaranması barəsində belə yazır: "... İbn Səud öz nəzəriyyəsini icra etmək üçün Nəcdin alimi Şeyx Əbdüllah ibn Məhəmməd ibn Əbdül-Lətifdən istədi ki, bütün camaatın və köçəri ərəblərin başa düşə biləcəyi sadə dildə və hənbəli məzhəbi əsasında kitablar yazıb bütün qəbilələrin arasında yaysın. İbn Səud həmçinin Şeyx Əbdüllahın şagirdlərindən bir qrupunu xətib və yol göstərən adı altında qəbilələrin arasına göndərdi. Beləliklə, çöl ərəbləri arasında dini bir atifə yarandı və bu tədbirlərin məcmusundan "İxvan” firqəsi əmələ gəldi.”(İxvan firqəsi islam firqələrindən heç birini tövhidçi hesab etmir və onları öz məramlarına də`vət edirdilər. Onlar Ərəbistanın şərq nahiyələrində yaşayan şiələr barəsində deyirlər: "Biz şiələr barəsində belə fətva veririk ki, Əbdül-Əziz onları İslama tabe olmağa vadar etməli, onların öz məsləklərindəki şüarlarını aşkar etməyin qarşısını almalıdır ki, onlar məcbur olub Allahın və Peyğəmbərin (s) dininə tabe olsunlar, Əhli-beytdən (ə) və başqalarından olan salehləri öz hacətlərinin rəva olunması üçün çağırmasınlar.” ("Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabından, səh.34 Seyyid Davud Ağayi) )
    Həqiqətdə ixvançıların hərbi qüvvələri vəhhabilərin hərbi cəhətdən müvəffəqiyyət əldə etmələrində ən önəmli amil sayılırdı. İbn Səud da "İxvan cəngavərlərinin köməyi ilə istəyirdi ki, Müteyr, Üyeynə, Hərb və Əcman qəbilələrindən istifadə edərək səhrada yaşayan qəbilələrin ayrılıq və müstəqillik iddialarını məğlub etsin, Ərəbistan yarımadasında təmərküzləşmiş bir dövlətin əsasını qoysun. Bundan əlavə, o, Ali-Səud ilə vəhhabilər arasında ittihad yaratmaq üçün verdiyi tarixi iltizamına təkid etmək üçün əxlaqi göstərişlər və qanunun icrasının tam qüdrətini alimlərə həvalə etdi. O, Qaziyi-Əzəm Şeyx Əbdüllah ibn Əbdül-Lətifi hər gün öz hüzuruna qəbul edirdi. O, qazinin qızı ilə də evləndi.(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.446)
    Vəhhabiliyi araşdırarkən bu dəvətin Səudi dövləti ilə eyni səviyyədə tanınması bu həqiqəti göstərir ki, dövlət siyasətləri vəhhabi risalətinin tanıtdırıcısıdır və buna görə də onların siyasətdəki təəssübkeşlik və inadkarlıq xüsusiyyətləri XX əsrdə vəhhabilərə məxsus üslublardan hesab olunur.(Lisi Robert, "Sərzəmini səlatin”, 1-ci cild səh.97 )
    Hər bir halda, Əbdül-Əziz vəhhabilərə qarşı seçdiyi siyasətlə ixvan firqəsinin hərbi qüvvələrindən istifadə edərək çoxlu məntəqələri öz ixtiyarına keçirə bildi. Onun ərazi iddiaları birinci dünya müharibəsindən əvvəl Nəcd və onun ətraf məntəqələri ilə xülasələnirdi. Amma birinci dünya müharibəsinin başlanmasından sonra vəziyyət tamamilə dəyişildi.
    1914-cü ildə birinci dünya müharibəsinin başlanması ilə eyni zamanda Ərəbistan yarımadasında üç böyük və qüdrətli cinah hakim idi: Hicazda Şərif Hüseyn, Nəcddə İbn Səud və Nəcdin şimalında Şəmmər qəbilələri arasında Rəşid sülaləsi hökmranlıq edirdi. Bundan əlavə, Ərəbistan yarımadasının zahiri hakimiyyəti Osmanlı dövlətinin öhdəsinə idi və Britaniya müstəmləkəçiləri də osmanlıların qəlbinə nüfuz etmək və onun daxilində təfriqə yaratmaq üçün müntəzəm surətdə çalışırdılar. Osmanlı dövləti müharibədə Almanlara tərəfdar cinaha keçən zaman Britaniya müstəmləkəçiləri bu dövlətə zərbə vurmaq, onu zəiflətmək və dağıtmaq üçün Ərəb ölkələrində öz nüfuz dairələrini genişləndirməyə başladılar. Britaniya müstəmləkəçilərinin siyasətlərinin inkişaf etməsi ilə "öz casuslarından iki zabiti nəzərdə tutulan siyasəti icra etmək üçün Şərif Hüseyn və İbn Səuda doğru göndərdilər.”(Lisi Robert, "Sərzəmini səlatin”, səh.97 
    ) Belə ki, Tomas Eduard Lorensi (1888-1905) Şərif Hüseynin düşərgəsinə, Vilyam Şekspiri isə (1876-1915) Səudilərin yanına göndərdi. Şekspirin İbn Səudla İbn Rəşidin arasında baş verən müharibədə öldürülməsindən sonra özünü islamçı kimi göstərən və adını Əbdüllah qoyan Hari Sinnət Can Yericer Filini (1885-1960) göndərdi ki, İbn Səudu Osmançı müttəhidlərinin əleyhinə qiyama hazırlasın.”("Tarixi dövləthayi islami və xanədanhayi hökumətgər”, Sadiq Səccadinin tərcüməsi, birinci çap səh.190) İngilislər müharibənin davam etdiyi müddətdə çalışırdılar ki, öz mənafeylərini qorumaqla yanaşı Şərif Hüseynlə İbn Səud cinahını gücləndirsinlər. Buna görə də cənab Dərvişpurun inandığı kimi, "ingilislər Osmanlı dövlətini dağıtmaq və bu böyük İslam imperatorluğunu parçalamaq üçün ərəblərin etirazlarından, onların millətçilik hisslərindən və istiqlaliyyət ruhlarından istifadə etdi, yarımadanın hakimləri arasına nüfuz edərək qüvvələr tarazılığını öz xeyrinə dəyişdirə bildi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 )Cənab Cəfər Sübhani kitabının bir hissəsində İngilis müstəmləkəçilərinin ərəb ölkələrini həm bir-birindən, həm də Osmanlı imperatorluğundan ayırmalarını, həmçinin Ali-Səuda diqqət yetirmələri barəsində yazır: "Ali-Səud birinci dünya müharibəsindən və Osmanlı imperatorluğunun dağılmasından əvvəl çox zəif idi və Nəcddən kənara çıxa bilmirdi. Lakin böyük müstəmləkəçi dövlət olan Britaniyanın Osmanlı imperatorluğunu dağıtmaq qərarına gəldiyi gündən etibarən hər bir məntəqədə millətçilik ruhiyyəsini və milli məsələləri dirçəltməyə başladı. Ərəb dövlətlərində də qövm-qəbilə məsələsi ingilislərin əlaltılarının və qərb fikirli ziyalıların vasitəsi ilə yayılmağa başladı. Sonra çox əlverişli bir şəraitdə və istismarçı dövlətlərin həmkarlığı ilə Osmanlı imperatorluğu dağıdıldı. Ərəb ölkələri kiçik dövlətlər şəklinə salındı və onlardan öz məqsədləri üçün istifadə etmək tamamilə asan oldu. Belə ki, hər bir məntəqədə öz əlaltılarını hakimiyyətə təyin etdilər və bu hadisələrin gedişatında Ali-Səuda vədə verdilər ki, Osmanlı türklərini qovduqdan sonra Nəcd və Hicaz məntəqəsi onların ixtiyarında olacaqdır.”(Dərvişpur Höcətullah. "Bərrəsiye pədiyeyi nasionalizm dər cahani ərəb”, 1-ci çap, səh.13)
    Əbdül-Əziz ingilislərlə bərqərar etdiyi rabitələr əsnasında daxili siyasət yönündə öz ərazi iddialarına başladı. O, 1921-ci ildə oğlu Feysəlin köməyi ilə Şəmmərin əmirlər yaşayan yerlərinin hamısını (bu zaman Ali-Rəşidin hakimiyyəti altında idi) öz torpağına qatdı və beləliklə də Hicazı ələ keçirmək və Şərif Hüseyni hakimiyyətdən salmaq üçün şərait yarandı. Həqiqətdə bu tədbir (Hicazı ələ keçirib Şərif Hüseynin işdən götürülməsi) artıq Osmanlı xilafətinə son qoyulduğu zaman (1924) hazırlanmışdı.
    Osmanlı xilafəti dağılıb məhv olduqdan sonra Şərif Hüseyn darhal özünü müsəlmanların xəlifəsi adlandırdı. Bu iş də ingilislərin xoşuna gəlmirdi. Çünki onlar məntəqədə böyük bir islam imperatorluğunun yenidən qüdrətlənməsinə heç vaxt dözə bilməzdilər.
    Buna əsasən, ingilislər Şərif Hüseynin rəqibini, yəni İbn Səudu onun əleyhinə qiyama təhrik etmək fikrinə düşdülər və bu barədə çox hiyləgər və məkrli planları icra etdilər. Onlar vəhhabilər üçün maddi çətinliklər yaratmaq istədilər ki, daha çox gəlirli olan əraziləri işğal edib öz ixtiyarlarına keçirməyə vadar etsinlər. "Böyük İslam Enskilopediyası” kitabında bu barədə belə deyilir: "... Belə məlum olur ki, ingilislər İbn Səuda öz maddi köməklərini kəsməklə həqiqətdə onun əlini Şərif Hüseynə hücum etmək üçün açıq qoymuşdular. İbn Səudun Hicaza getməyə daha da əzmli edən məsələ Nəcd hacılarının Şərif Hüseyn tərəfindən Məkkəyə daxil olmasının qadağan olunması barəsində elan idi.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild səh.283 -284 )
    Bu və bu kimi bir çox amillər nəticəsində vəhhabi məsləkli İbn Səud 1924-cü ilin sentyabr ayında Hicaza hücum etdi. Belə ki, "Hicaza hücum zamanı Məkkənin əmiri Şərif Hüseynin düşmənlərindən və bədxahlarından olan və Məlik Əbdül-Əziz İbn Səud tərəfindən təyin olunan Şərif Xalid İbn Luiyy vəhhabilərlə yanaşı idi.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 ) Vəhhabilərin Hacaza hücumu Taif şəhərinin işğal olunması ilə başlandı. Onlar bu şəhəri işğal etdikdən sonra camaatı kütləvi şəkildə qıraraq çoxlu yaramaz işlərə əl atdılar. Daha sonra Məkkə və Mədinə şəhərlərini işğal etdilər. Belə ki, deyilənlərə görə vəhhabilər Məkkə və Mədinəyə hakim kəsildikdən sonra "Bəqi” qəbristanlığındakı şərif məqbərələri dağıtmağa başladılar. Bunun nəticəsində İran, İraq və digər müsəlman ölkələrindən İbn Səuda etirazlı teleqraflar göndərilməyə başladı.(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.54)
    Şərif Hüseynin öz oğlu Əlinin xeyrinə olaraq kənara çəkilməsinə baxmayaraq şərif sülaləsini hakimiyyətdən salmaq və özləri Hicaza hakim olmaq məqsədində olan vəhhabilər bu dəyişikliyi qəbul etmədilər. Onlar 1344-cü ildə Cəddə ilə Mədinəni işğal etdikdən sonra Hicaza istilaçılıqlarını təkmilləşdirdilər. Əbdül-Əzizdən sonra 7-si yanvar 1926-cı ildə "Nəcd və ətraf məntəqələrin sultanı” ünvanı ilə taxtda oturdu.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.231 -232)
    Burada diqqət yetirilməli əsas məsələ 1343-cü h.q ilində təəssübçü vəhhabilər tərəfindən Məkkədə islam abidələrinin və qəbirlərin dağıdılması, Mədinədə isə "Bəqi” qəbristanlığındakı imamların (ə) mübarək qəbirlərinin yerlə yeksan edilməsi idi. Bu ildə vəhhabilər Əbdül-Əzizin fərmanı və vəhhabi müftisinin fətvası ilə bir daha İbn Abbas büqəsini, eləcə də Taifdəki sair qəbirləri, Əbdül-Müttəlibin, Əbu Talibin, Həzrət Xədicənin qəbirlərini, Həzrət Zəhranın doğulduğu yeri və Cəddədə Həzrət Həvvaya mənsub edilən qəbri dağıtdılar. Cənab Cəzairi bu barədə belə yazır: "...(Vəhhabilər Mədinəni ələ keçirdikdən sonra) Osmanlı işçilərini oradan çıxardıb "Bəqi” qəbristanlığındakı İmamların (ə) qəbirlərini, eləcə də sair qəbirləri, o cümlədən, Peyğəmbərin (s) oğlu İbrahimin qəbrini, o Həzrətin (s) zövcələrinin və Həzrət Əbülfəzin (ə) anası Ümmül-Bəninin, Peyğəmbərin (s) atası Əbdüllahın, İmam Sadiqin (ə) oğlu İsmailin qəbrini (bu qəbir İsmailiyyə firqəsinin nəzərində çox möhtərəm sayılır), Osman ibn Əffanın, Malik ibn Ənəsin və digər səhabə və tabeinlərin qəbirlərini dağıdıb tamamilə yerlə yeksan etdilər... "Bəqi” qəbristanlığındakı qəbirlərin İsfahanda düzəldilərək Mədinəyə gətirilən zərihlərini – İimam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) qəbirləri üzərindən götürdülər. Peyğəmbərin (s) əmisi Abbasın, Əsədin qızı (Əli ələyhissəlamın anası) Fatimənin "Bəqi” qəbiristanlığında dörd imamın qəbri ilə bir yerdə məhv etdilər.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.31)Həqiqətdə vəhhabilər tərəfindən "Bəqi”dəki imamların qəbrinin dağıdılması, Məkkə və Mədinədəki təxribatçılıq işləri islam ölkələrinin əhalisini və xüsusilə alimlərini, o cümlədən, İran və İraq alimlərini dəhşətə gətirdi. Onlar ehtimal verirdilər ki, vəhhabilər Həzrət Peyğəmbərin (s) müqəddəs qəbrini də dağıda bilərlər. Bu barədə "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "Camaat namazı və elmiyyə hövzələrində dərslər tətil edildi. Ümumi matəm elan olundu. Müsəlmanlar matəmə batdılar və əzadarlıq dəstələri təşkil etdilər. Alimlərin təklifi ilə İranın o zamankı dövləti tədqiqat aparmaq üçün Hicaza bir heyət göndərdi. Amma bunun heç bir nəticəsi olmadı. Çünki artıq iş-işdən keçmişdi. Mərhum Seyyid Həsən Müdərris 10 səfər 1344-cü h.q ilində bu barədə ali məclisdə nitq söylədi.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.55-56 )Aydındır ki, vəhhabilərin səthi və təəssübkeşlik üzündən olan tədbirləri İran və İraq ölkələrinin əhalisini və alimlərini çarə qılmaq fikrinə salmışdı. Amma vəhhabilər əleyhinə birbaşa hərbi tədbirlər keçirilməsi üçün siyasi şərait münasib deyildi.
    Bir sözlə, İbn Səud Hicazı ələ keçirdikdən sonra Britaniyanın köməklərindən son dərəcə istifadə etdi. Həqiqətdə onun Hicazdakı qələbələri siyasi-hərbi bir qələbə idi. O, vəhhabilərin başçısı olduğuna görə vəhhabilər də qələbəyə nail oldular. Cənab Məscid Camei bu mətləbi qeyd edərək yazır: "Həqiqət bundan ibarətdir ki, İbn Səudun Hicaza qələbə çalması əslində hərbi-siyasi bir qələbə idi və vəhhabiyyətlə heç bir əlaqəsi yox idi. İbn Səud ingilislərin birbaşa və ya müəyyən yollarla etdiyi köməklər nəticəsində qüdrəti ələ keçirdi və vəhhabilərin başında olduğundan, vəhhabilər də onun vasitəsi ilə qələbəyə çatdılar... (XIX əsrin əvvəllərində) onları mütəşəkkil səviyyəyə çatdıran və islam ölkələrinə doğru axıdan da məhz vəhhabilər idi. Amma burada (Əbdül-Əzizin hicaza qələbəsində) vəhhabilik elə qüvvələrin qələbəsinə vasitə olmuşdular ki, o bu hərəkatın başlanıb qələbəyə çatmasının əsl amili deyildi. Bunu da inkar etmək olmaz ki, İbn Səud öz məktəbinin təlim və prinsplərindən öz qüvvələrini nizamlamaq və təmərküzləşdirmək, onları təhrik etmək, onların fədakarlıq və müqavimət hisslərini təhrik etmək üçün mümkün qədər istifadə etdi. Belə ki, onun qələbələri tədrici idi və şübhəsiz, bu ardıcıl qələbələrin özü də elə bir təyinedici və qüvvəli amil idi ki, onların vəhhabiliyə imanının güclənməsində təsirli idi və bunun özü də onların çoxunun təhrik olunması ilə nəticələndi. Nəhayət əvvəlcə Məkkənin, sonra isə Mədinənin fəth olunması vəhhabiləri öz məktəblərinin "haqq” olmasına inamlarını qat-qat artırdı. Çünki onların nəzərindən İbn Səud öz qüvvələri ilə öz ordusunda olanların ideoloji imanlarını təhrik etdi və onu mümkün olan ən yüksək həddə çatdırdı.”(Böyük İslam Enskilopediyası”, səh.57)
    Buna əsasən, İbn Səud özü üçün qüdrət və mənafe kəsb etmək yolunda vəhhabilərdən sadəcə bir vasitə kimi istifadə etdi. Eləcə də, o, ayinin təəssübkeşlik üzündən olan nəzərləri də onun "İxvan” cəmiyyətinin təşkil olunması və ərazi iddialarının genişləndirilməsində çox təsirli oldu.
    Ustad Cəfər Sübhani vəhhabi ayini və ondan sonrakı (yəni Əbdül-Əzizin Hicaza hakim olmasından sonrakı) ayinlərin genişlənməsi ilə əlaqədar belə yazır: "... Ali-Səudun bu iki məntəqəyə (Nəcd və Hicaza), xüsusilə şərif hərəmlərə hakim kəsilməsi nəticəsində vəhhabi təbliğatı genişləndi. Sələfilik əqidəsində böyük bir canlanma yarandı, Nəcd və Hicazın hakimi – Əbdül-əziz İbn Səud vəhhabilik fikirlərinin yayılması nəticəsində müəyyən qrupları son dərəcə amansızlıqla qorxutmaqla, qılınc və süngü gücünə diz çökdürtdü və qələm sahiblərinə, yazıçılara maddi köməklər edərək onları ələ aldı və nəhayət, Nəcddə və Hicazda, hətta bəzi xarici ölkələrdə belə, qəzet və jurnallar Nəcd sultanını rəsmi olaraq tərifləməyə başladılar. Sələfiçilik üslubunu İslamda nicat səbəbi hesab etdilər. Lakin bu hərəkat, özü üçün müəyyən bir dalğa yaratmasına baxmayaraq, çox da sürətli deyildi ki, bütün maneələri aşıb keçə bilsin.
    Ərəbistanın Zəhran məntəqəsində zəngin neft yataqlarının kəşf olunması nəticəsində Ali-Səudun keçmiş sövdaları əməli olaraq həyata keçdi və neftin külli miqdarda gəlirindən bu ayinin müxtəlif surətlərdə yayılmasına səy göstərildi. Bütün məntəqələrdəki yazıçı və müəllifləri bacardıqları qədər ram edirdilər ki, onların əleyhinə heç bir şey yazmasınlar. Onlar müəyyən bir qrupu da rəsmi olaraq özlərinə xidmətçi seçmişdilər.
    Şərif hərəmlərdəki mürtəce sələfilik hərəkatı çox ziyanlı nəticələr verdi və onların zəhərli təbliğatları qədim İslam tarixi əsər və abidələrinə doğru yönəlmişdi. Belə ki, "tövhidə çağırış və şirk əsərlərinin məhv edilməsi” adı ilə müsəlmanların qədim həyata malik olmasının nişanələri olan islami əsərlərin çoxunu məhv etdlər. Lakin bunun əvəzində bəzi müşriklərin adları dirçəldildi. Bazarların, küçələrin adı onların adı ilə "zinətləndirildi”, hətta "tarixi əsər və abidələrin qorunması” adı ilə yəhudilərin Xeybər və Kəb ibn Əşrəf qalaları yenidən təmir edildi.(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, "Əbrar” qəzeti, 160 səh.4)
    Qeyd olunanlara diqqət yetirməklə anlamaq olar ki, vəhhabilər Hicazı ələ keçirdikdən sonra malik olduqları təəssübçülük və donuq fikirliliklə əksər İslam əsər və abidələrini dağıtmağa və öz məsləklərini yaymaq üçün hər bir yoldan istifadə etməyə başladılar.
    Əbdül-Əziz 1927-ci ilin yanvar ayında Nəcd və Hicaza rəsmi şəkildə padşah olduğunu elan etdiyi zaman onun ilk və əsas fikri öz qüdrətinin əsaslarını möhkəmlətmək idi. Ərəbistanın dövlət büdcəsinin və abadlıq işlərinin əsası həcc mərasimindən təmin olunduğundan İslam dünyası tərəfindən öz hökumətinin rəsmi şəkildə tanınmasına səy göstərirdi.("Fərhəngi əqaid və məzahibi islami”, 1-ci cild səh.283-284 ) Amma həmin məqsədlə təşkil olunan konfransda yalnız Hindistan müsəlmanları onun dəvətinə müsbət cavab verdilər.(Linça Fiski Corc "Tarixi xavərimiyanə”, doktor Hadi Cəzairinin tərcüməsi, səh.493 
    )
    Bundan sonra İbn Səud daxili siyasətlə əlaqədar vəhhabi məsləkində müəyyən islahatlar aparmağa başladı. Çünki artıq o başa düşürdü ki, ölkəni vəhhabiliyin təəssübkeş, quru və bədəvilərə məxsus olan təlimləri əsasında idarə etmək olmaz. Buna əsasən, "O, vəhhabi məsləkinin özündə müəyyən islahatlar apardı. Teleqraf, radio, telefon, işıq, avtomobil və sair kimi müasir məişət vasitələrindən istifadə etməyin zəruri olduğunu vəhhabi alimlərinə qəbul etdirdi. Eləcə də vəhhabiliyin quru və əməli olmayan prinsiplərindən çoxunu mötədil vəziyyətə gətirdi və hətta onların bəzilərini ümumiyyətlə nəzərə almadı. Qəribədir ki, bu işləri görmək üçün bəzən zorakılıq yolundan da istifadə edildi.(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.57)
    Aydındır ki, vəhhabi səudilər yaranan hər bir münasib şəraitdə İslam barəsində öz meylləri və mənafeyi əsasında nəzər verirlər. Belə ki, ona əməl edilməsi əvvəla onların "İslama əməl etmək və onun hökmləri ilə uyğunlaşmaq” barəsindəki iddialarını təsdiq edir. İkincisi istilaçıların məntəqədə hazır olub öz niyyətlərini davam etdirmələrinə şərait yaradır. Cənab Məscid Camei bu barədə yazır: "... Əbdül-Əzizin bu barədə apardığı bəzi islahatlar və hətta zorakılıqlarla yanaşı... əməldə İslamın zahiri göstərişinə riayət edir, xüsusilə, İslam hüdudlarına çox ciddi şəkildə əməl edirdi. Bu da onun dövrünün tələbi idi... Çünki əvvəla, oğurluq, qətl, təcavüz və qarətdən başqa bir şey anlamayan rəhimsiz və qan axıdan çöl ərəblərini bu yoldan başqa bir yolla sakitləşdirməklə əmin-amanlıq bərqərar edib öz hakimiyyətini möhkəmlədə bilməzdi. İkincisi, o, İslama əməl etməsini iddia edirdi və heç olmazsa islam hökmlərinin bir qisminə, xüsusilə adi camaat üçün hiss olunan qədərinə əməl etməyi bu iddiasında həyata keçirirdi...”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, səh.4 )
    İbn Səudun daxili işlərlə əlaqədar apardığı islahatlardan biri kimi onun qəzavət və məhkəmə orqanlarında apardığı islahat işlərini qeyd etmək olar. Belə ki, 1927-ci ilin avqust ayında məhkəmə işlərinin islah edilməsi üçün bir fərman verdi və bunun əsasında klassik bədəvi qanunu ləğv edildi. Onun yerinə şəri qəzavət (özü də məhz vəhhabilərin qəbul etdiyi şəri qəzavət) üslubunda olan qəbilə adəti keçirildi və onun tərəfindən bu işlərə müəyyən qazilər təyin olundu. Həqiqətdə "məhkəmə sistemində islahat işləri aparılması qəbilə sistemini yerindən tərpətdi və mərkəzi dövlətin qüdrətini çox artırdı.”(Məscid Camei "Məhəmməd, Vəhhabiyyət dər cəzirətul-ərəb”, səh.4 )
    Bundan sonra Əbdül-Əziz 1932-ci ilin sentyabr ayında "Nəcd və Hicazda iki dövlət şəklində olan sultan ittihadiyyəsinin rəsmi şəkildə vahid Səudiyyə Ərəbistanı (Əl-məmləkətul-ərəbiyyətus-Səudiyyə) dövləti şəklinə salınmasını elan etdilər.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.33)
    Vəhhabilərin idarəçilik sistemindəki nəzərə çarpacaq məsələ "bütün dövlət məqamlarının yalnız Ali-Səuddan olan şəxslərin əlində təmərküzləşməsi idi.”(Həmin mənbə, səh.35 ) Bu da Əbdül-Əziz ibn Əbdür-Rəhmanın hakimiyyətinin əvvəllərində icra olunmuşdu. O, öz nəslindən olan şəxsləri təşkilat və ya idarələrin başçısı təyin edirdi. Bunun nəticəsində də vəhhabi hökmranlığı daha da möhkəmlənirdi. Vəhhabilərin Ərəbistana hakimiyyətindən bir neçə on il keçməsinə baxmayaraq, hal-hazırda da bütün həssas vəzifələr, eləcə də idarə, dövlət və sair kimi yerlərdəki əsaslı işlər vəhhabi səudilərin əlindədir və bunlardan başqa heç bir rəis və ya müdir tapmaq olmaz.
    İbn Səudun daxili siyasətdəki ən əsas və ümdə çətinliklərindən biri "İxvan” təşkilatı və onların gördüyü tədbirlər idi. Onun ən böyük daxili düşməni Müteyir qəbiləsinin böyük şeyxi və "İxvan” təşkilatının rəhbəri Feysəl Düveyş idi. Bu təşkilat "Dövlət vergilərinin azaldılmasını, yeni ixtira olunan avtomobil, teleqraf və sair kimi vasitələrdən istifadə edilməməsi və İraq qarşısında cihad edilməsini istəyirdi.” Onlar malik olduqları şiddətli təəssüblərlə yanaşı həmişə sərhədləri iğtişaşlı edirdilər. Bu da İraqda böyük neft yataqlarından bəhrələnmək imtiyazına malik olan ingilislər üçün çox təhlükəli idi. Buna görə də İbn Səudu "İxvan” təşkilatı ilə qarşılaşmağa məcbur etdilər. Nəhayət o ingilislərin köməyi ilə daxili qiyamçılara və "İxvan” təşkilatına qalib gələ bildi.
    İbn Səud daxili problemləri həll etdikdən sonra məntəqənin siyasi səhnəsində zahir olmaq üçün qərb, ərəb və qeyri-ərəb dövlətləri ilə siyasi əlaqələrini möhkəmləndirməyə başladı. O qonşu ərəb dövlətləri ilə dostluq və qardaşlıq əhd-peymanı bağlamaqla həm qəbilələrin ehtimal verilən qiyamları sarıdan yaranan nigarançılığını aradan qaldırdı, həm də qonşularla gözəl əlaqələr bərqərar etməklə Ərəbistanı özlərinin ata-baba yurdu olmasını iddia edənlərin təhlükəsini aradan qaldırdı.
    Nümunə üçün, İbn Səud 1930-cu ildə Küveytlə qarşılıqlı ticarət və sərhəd ixtilaflarının aradan qaldırılması ilə əlaqədar müqavilə bağladı, üç ildən sonra İordaniya ilə dostluq və qarşılıqlı anlaşma müqaviləsi imzalandı və 1936-cı ildə İraqda haşimi sülaləsi ilə əlaqələrini yaxşılaşdırdı.
    İbn Səudun silahlandırılmasını və iqtisadi cəhətdən himayə olunmasını öhdəsinə alan Britaniya artıq özü ilə həmpeyman olan ölkələri məntəqədə də bu siyasətin davamına saldı. Britaniya İbn Səudla bağladığı 1927-ci il müqaviləsinə əsasən onu himayə etməkdən əlavə Ərəbistanın kamil və mütləq istiqlaliyyətini də rəsmi olaraq qəbul etdi. Həmçinin İbn Səud 1929-cu ildə Almaniya ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. O, qonşu ölkələrlə sərhəd ixtilaflarını aradan qaldırmaq üçün 1353-cü h.q ilində yəmənlilərlə, Əsir, Nəcran, Cizan məntəqələri ilə əlaqədar müharibənin sona çatmasından və Təhamənin işğal olunmasından sonra imam Yəhya Bədr ilə dostluq müqaviləsi imzaladı.
    1929-1933-cü illərdə dünyaya iqtisadi böhran hakim idi və bu zaman həcc ziyarətçilərinin sayının azalmasına, 1931-32-ci illərdə quraqlıq baş verdiyinə və eləcə də xurmalarının yaxşı satılmadığına görə Ərəbistanın iqtisadi vəziyyəti çox qeyri-münasib bir şəraitdə idi.
    Bu çətinliklər İbn Səudu vadar etmişdi ki, oğlu Feysəli kredit almaq üçün Avropaya göndərsin. Feysəl 1932-ci ildə Avropaya səfər etdi. Onun kredit istəyinə diqqət yetirilmədiyinə görə Moskvaya getdi və orada Stalin tərəfindən alqışla qarşılandı. Çoxdan bəri məntəqəyə və Fars körfəzinin sularına nüfuz etmək üçün münasib şərait yaranmasını gözləyən ruslar Feysəlin oraya gəlişini qənimət saydılar və onun istəyinə müsbət cavab verdilər. Amma Britaniyanın göstərdiyi fəaliyyətlər rusların öz məqsədlərinə çatmasına mane oldu (ingilislər rusların Feysələ verdiyi təkliflərdən agah olmuşdular).
    Artıq yeni bir imtiyaz verilməsinin vaxtı çatmışdı; vəhhabi səudilər öz iqtisadi problemlərini aradan qaldırmaq üçün (bunun əsas hissəsi daxili istehlakdan irəli gəlirdi) qərblilərə neft barəsində imtiyaz vermək məcburiyyətində qaldılar. Qərblilərin bu imtiyazları almaq üçün göstərdiyi səylər günbəgün şiddətləndi. Avropa və Amerika neft şirkətləri bu ilahi nemətdən istifadə etmək üçün ciddi şəkildə çalışdılar. Nəhayət "Standart Ovil Kaliforniya” neft şirkəti vəhhabi Səudilərə kredit vermək müqabilində Ərəbistanın şərqində neft ixracını 1932-ci ildən etibarən 66 il ərzində qəsb etdilər.
    Ərəbistanda neftin kəşf edilməsi və çıxarılması əsaslı dəyişikliklərə səbəb oldu və vəhhabilərin iqtisadi vəziyyətində çevriliş yaratdı. Belə ki, Məscid Camei bu barədə yazır: "...Bu yeni və qüdrətli amil (neftin kəşf olunması) həm Ərəbistana, həm də vəhhabiliyə çox sıçrayışlı bir təsir qoydu. Neftin gəliri Səudi əmirlərinin gözünü işıqlandırdı və onlara göstərdi ki, yaşadıqları dünya daha böyük, daha gözəldir. Bu da onların ixtiyarını əlindən aldı.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.32 )
    1939-cu ildə ikinci dünya müharibəsinin başlanması ilə eyni zamanda, beynəlxalq vəziyyət dəyişdi, Ərəbistan da bu dəyişiklikdən kənarda qalmamışdı. İbn Səud müharibənin əvvəlində döyüşən tərəflər qarşısında müəyyən və sabit mövqe tutmamışdı. Amma buna baxmayaraq (o, müharibə başlamazdan əvvəl Almaniya və İtaliya ilə hərbi müqavilə, Yaponiya ilə dostluq və ticarət əlaqələri imzalamışdı). Amma Almaniya və İtaliya İbn Səudu özlərinin mehvər qüvvələrinə meylli etmək üçün onu çox təzyiqlərə məruz qoydular. Amma bunlara baxmayaraq İbn Səud müharibənin axırlarına qədər konkret bir mövqeyə malik olmadı. Yalnız müharibənin axırlarında qələbə çalanlara meyl göstərməyə başladı.
    "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "Əbdül-Əziz dünya müharibəsinin başlanması, neft istehsalının aşağı səviyyədə olması və hacıların azalmasına görə iqtisadi çətinlikdə olduğundan, Amerika və İngiltərə dövlətlərindən kredit istədi və xatırlatdı ki, onun istəyinə diqqət yetirilməzsə neft ixracının qarşısı alınacaqdır.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətül-Ərəb”, səh.4 )
    Amerika İngiltərəyə verdiyi kredetin bir hisəsini İbn Səuda verdi. Amerikanın siyasətində daxili neftin yerinə xarici neftdən istifadə etmək zərurəti qarşıya çıxdığından (1940-cı ilə qədər İbn Səudun sarayında onların heç bir nümayəndəsi yox idi və Ərəbistan neftinin kəşf edilib çıxarılmasını yalnız amerikanların xüsusi şirkətləri öhdələrinə almışdı) 1943-cü ilin may ayında Ərəbistanla siyasi əlaqələr yaratdılar və "Aramku” neft şirkətinin işə düşməsi ilə Amerika müharibəni dünyanın bu tərəfindən idarə edilməsi üçün Zəhran hava limanında gizli bir qərargah təsis etdi. Bununla da Britaniyanın müstəmləkəçiliyi sona çatdı və ikinci dünya müharibəsi Amerikanın Ərəbistana nüfuz etməsi üçün dönüş nöqtəsi oldu. 1945-ci ildə Ruzvelt ilə Əbdül-Əziz arasında Amerikanın "Kuinsi” adlı hərbi gəmisində baş verən danışıqlar zamanı Amerikanın məntəqədəki müstəmləkəçilik siyasətləri genişləndi. Bu görüşün ardınca İbn Səud almanların əleyhinə çıxdı və bununla da müharibənin qalibləri sırasına keçdi.
    Amerikanın prezidenti Ruzveltin İbn Səudla görüşündə diqqət yetirilən məsələ Fələstin məsələsi və yəhudilərin orada məskunlaşdırılması idi. Aydın olduğu kimi, amerikalılar sionistlərin orta şərqdə məskunlaşmasına şərait yaratmışdılar və əlbəttə, bu kimi səylər tamamilə diplomatik və hiyləgərlik yolları ilə həyata keçirilirdi.
    Həqiqətdə amerikalılar vəhhabilərin firavanlıq, eyş-işrətçilik, həddindən artıq israfçılıq və pulpərəstlik kimi xüsusiyyətlərini yaxşı şəkildə dərk etmiş və onların şan-şöhrət istəklərini təmin etməklə Ərəbistanın neft hasilatı rayonlarına daha geniş nüfuz etmək üçün lazımi şəraiti yaratmışdılar.
    Müntəzəm və dəqiq bir idarə sisteminin olmaması, eləcə də həddindən artıq iqtisadi çətinliklər, ikinci dünya müharibəsindən irəli gələn qeyri-münasib şəraitlər və bir sıra digər amillər səbəbi ilə 1945-ci ildə Əbdüllah Məndili adlı bir təyyarə sürücüsü tərəfindən İbn Səudun əleyhinə çevriliş yaradıldı ki, bu da nəticəsiz qaldı.
    İqtisadi çətinliklər, iqtisadiyyata hakim olan infliyasiyalar, çıxarılan neftin (müharibə, təhlükəsizliyin olmaması və s.-yə görə) satılmaması "Aramko” fəhlələrinin üsyanına səbəb oldu. Bu üsyanın sürətlə yatırılmasına baxmayaraq gələcəkdə vəhhabilərin əleyhinə daha bir qiyam və ya tətil üçün şərait yaratdı.
    İbn Səudun gördüyü tədbirlərdən biri 1945-ci ildə "ərəb ittihadiyyəsi protokolu”nu imzalaması idi. "Ərəb birliyinin yaradılması istiqamətində atılan ilk addımlar bu ittihadiyyənin təşkil edilməsi ilə əlaqədar təşkil edilən (1944-cü il, oktyabr) ilk konfransda İbn Səudu və Misirdəki Məlik Faruğu bir-birinə yaxınlaşdırmaları idi.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.33 34)
    Vəhhabi səudilərin etibar və heysiyyətinə ciddi zərbələr vuran məsələ 1947-ci ildə Fələstin ərazilərində təşkil olunan yəhudi dövlətinin qarşısında onların ciddi reaksiya göstərməmələri idi. Bu dövlətin Fələstində yaradılması ilə əlaqədar Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı müsbət rəyinin ardınca İbn Səudun bu acı həqiqəti qəbul etməsinə baxmayaraq (əlbəttə, onların mənafeyi amerikalılar tərəfindən təmin olunan vaxta qədər bu işlə çox da müxalifət etmirdilər). İslam və ərəb dünyasında o zaman qəbul ediləcək bir rəhbər olmadığından, vəhhabi səudiləri zəif reaksiya göstərdiyinə görə etibardan saldı. Vəhhabilər bu baxımdan ciddi zərbəyə məruz qaldılar. Xüsusuilə, onların etibarı əsasən, birinci Ərəb-israil müharibəsində (1948) ərəblərin cəbhəsinə yalnız bir qrup əsgər göndərdikləri zaman aradan getdi.
    İbn Səud 1949-cu ildə çalışırdı ki, Suriyaya kredit verməklə o ölkəni, Haşimi sülaləsinin nüfuzu dairəsindən çıxarsın və neft kəmərlərini tam xatircəmliklə Suriyadan keçirə bilsin. İbn Səudun bu səyləri Haşimi xanədanının İordaniyada və İraqdakı tədbirlərinin ardınca baş vermişdi: onlar "böyük bir Suriya yaradılması fikrini irəli sürmüşdülər.” Səudiyyə Ərəbistanı da bu tədbirlə kəskin şəkildə müxalifət edirdi. Əgər Aramko şirkətinin Suriyaya verdiyi maddi köməklər olmasaydı, İordaniya və İraq hakimlərinin fikirlərinin gerçəkləşəcəyinə hər vaxt ehtimal verilirdi.
    Həqiqətdə Ərəbistandakı Amerika neft şirkətləri öz mənafeyini kəsb etmək üçün hər növ siyasi müdaxiləyə hazır idilər. Onlar casus təşkilatlarının köməkləri ilə bir çox gizli məsələlərdən agah oldular və onu öz xeyirlərinə dəyişdirmək üçün tədbir gördülər. Nümunə üçün, vəhhabilərin problemlərindən biri onların sair ölkələrlə olan sərhəd ixtilafları idi. Bir tərəfdən vəhhabilərin ərazi iddiaları, digər tərəfdən isə bu ruhiyyənin yenidən canlanması vəhhabi İbn Səudu həmin yerləri işğal etməyə daha da sövq edirdi. Vahe Bərimi həmişə Ərəbistanla Əmmanın və Əbu-zəbinin Britaniya tərəfindən himayə olunan əmirlikləri və krallıqları arasında ixtilaflı məsələ idi.
    Vəhhabilərin o məntəqəni ələ keçirmək üçün göstərdikləri səylər ingilislərin müdaxiləsi ilə məğlub edildi. Bu hadisələrdən vəhhabilərin imperialist ruhiyyələrini daha yaxşı şəkildə dərk etmək olar.
    Qeyd olunmalıdır ki, vəhhabilərin Bərimidəki ərazi iddiaları Əbdül-Əzizin oğlu Məlik Səudun dövrünə qayıdır. Vəhhabilərin neft yolu ilə əldə etdikləri qazancların Amerika neft şirkətlərindən aldıqları kreditlərin hamısı İbn Səudun "Suriyaya kredit vermək, abadlıq işləri görmək, ölkə büdcəsini tənzim və icra etmək, təlim-tərbiyə, kənd təsərrüfatı, ticarət və nazirliklərinin təsis olunması, xəstəxana və mədrəsələrin tikilməsi kimi işlərinə sərf olunurdu.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.88 )
    Nəhayət, İbn Səud 51 illik qətl və qarətlə yanaşı olan hökmranlıqdan, günbəgün ərazi iddiaları etməkdən, müsəlmanların dininə və izzətinə (xüsusilə Fələstin məsələsində) xəyanət və zülm etdikdən sonra 73 yaşında dünyadan getdi.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024