İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-19, 6:32 PM
    VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ CİNAYƏTLƏRİ (1953-1964)
    Məlik Səud atasının ölümündən sonra 1953-cü ildə hakimiyyətə gəldi. O "ümumiyyətlə beynəlxalq aləmdə baş verən hadisələrə etina etmir, yalnız ailə və tayfalar arasında baş verən dostluq və düşmənçilikləri nəzərə alırdı. Lakin İbn Səudun böyük oğulları başa düşmüşdülər ki, zəmanə artıq dəyişilmişdir və üslublarında müəyyən dəyişikliklər edilməlidir. Buna əsasən, şah Səudun dövründə ilk islahatlar aparıldı. Bu islahatlar əsas etibarı ilə nisbi xarakter daşıyırdı və xarici işlər, iqtisadiyyat, müdafiə, daxili işlər və beynəlxalq əlaqələr adlı nazirliklər əvvəlcədən yaradılmışdı... Səudun dövründə də, atasının dövründə olduğu kimi, iqtisadiyyatda hərc-mərclik hökm sürürdü və padşah dünyada baş verən hadisələrə qarşı laqeyd idi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.34 ) Məlik Səud hakimiyyətə keçdiyi ilk dövrdən qardaşı Feysəllə ixtilafa başladı. Feysəl özünü qardaşından daha artıq hakimiyyətə layiq bilirdi. Bu məsələ də onun Məlik Səudun dövründəki fəaliyyətlərindən sezilirdi. O cümlədən, ölkənin məsul vəzifələrini ələ keçirmək, yad dövlətlərlə siyasi və iqtisadi müzakirələrə rəhbərlik, Məlik Səudun qarşısında ciddi mövqe tutmaq və s. kimi işlərlə çalışırdı ki, islahatları təkcə xalq arasında sevilmək üçün deyil, həm də qüdrəti ələ keçirmək üçün aparsın və hakimiyyətə çatmaq üçün şərait yaratsın.
    Feysəl 1953-cü ildə Məlik Səudun rəisliyi ilə təşkil olunan kabinədə solçuların himayəsi ilə "azad şahzadələr” adlandırılan saray sülaləsini xarici işlər nazirliyinə və baş nazirliyinin müavinliyinə keçirə bildi. Azad şahzadələr qrupu "liberal əqidələrə malik idilər və ictimai-siyasi səhnələrdə ifrat dərəcədə islahatlar aparılmasını istəyirdilər. Onlar əmir olmalarına baxmayaraq, Səud hakimiyyətində yalnız öz məqsədlərini irəli aparmaq üçün bir növ açıq siyasi fəza görürdülər. Bu cavan şahzadələr Əsas Qanun yazılmasını, Milli Məclis yaradılmasını və Ali Məhkəmənin təşkil edilməsini istəyir və bu məqsədlərinə hansı yolla çatmalarını fikirləşirdilər.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.100-101)
    Azad şahzadələr qrupunun rəhbərliyini qardaşlardan Tüllal ibn Əbdül-Əziz adlı birisi öhdəsinə almışdı. O, bir müddət Ərəbistanın Avropadakı nümayəndəliyini öhdəsinə aldıqdan sonra qərbin dövlət quruluşundan ilham aldığı fikirlərlə ölkəsinə qayıtdı. Həqiqətdə azad şahzadələr qrupunun vəhhabilərin siyasi səhnəsində təsirləri və rolları bu dövrdə daha çox əhəmiyyət kəsb edirdi. Feysəl öz qardaşı Səudun hakimiyyəti dövründə onunla aşkar ziddiyyətdə idi.
    Məlik Səudun ölkə daxilindəki gördüyü tədbirlərdən biri onun hərbi sistemdə apardığı islahatlar idi. O, "İxvan cəmiyyətinin qədim şəbəkəsində olan çöl ərəblərindən bir qrupunu ağ ordu adı ilə yeni qüvvələrin tərkibinə daxil etdi. Bugünkü Səudiyyə dövranında ağ ordu, Milli Qvardiya adı ilə tanınır.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.121 )
    Məlik Səudun padşahlıq dövründə irəli çəkilən məsələlərdən digər biri onun Misir və Nasiri ideologiyası barəsindəki siyasətləri idi. Həqiqətdə Nasirin 1954-cü ildə hakimiyyətə çatmasından sonra onun fikir və düşüncələri ərəblərə çox dərin bir təsir qoydu. Nasirin imperializimin ziddinə olan təbliğatları ilə yanaşı olan pan-ərəbizim nəzəriyyəsi ərəblərin millətçilik duyğularını həyəcanlandırdı. Eləcə də Nasirin qeyri-ərəb qüvvələri ilə hər növ ittihadın inkar edilməsi və yalnız ərəblərin bir-biri ilə ittihad bağlamasına dair təkid əsasında olan müsbət bitərəflik nəzəriyyəsi ərəblərin həyəcanlandırılmasında daha çox rol oynadı.
    Nasirin yeni fikirləri məntəqədə çox sürətlə yayıldı və Ərəbistanın modernləşməsinə kömək məqsədilə göndərilən misirli müəllimlər, mütəxəssislər, hüquqşünas və həkimlərin köməyi ilə o ölkədə yayılmağa başladı. Həqiqətdə Nasirin inqilabçı fikirləri Misirdən sair Ərəb ölkələrinə yayıldı və öz təsirini günbəgün göstərməyə başladı.
    Məlik Səud Nasirin düşüncələrindən təsirlənərək "bir tərəfdən siyasi blokadadan qurtarmaq, digər tərəfdən isə İngilislər tərəfindən İordaniya və İraqdakı himayə olunan haşimilər müqabilində dayanmaq üçün Misirlə dostluq siyasətlərini irəliyə çəkdi. O, Bağdad müqaviləsinə daxil olmaqdan imtina etdikdən sonra 1955-ci ildə Misir və Suriya ilə ayrı-ayrılıqda iki müdafiə müqaviləsi imzaladı, eləcə də Misir və Yəmənlə də belə bir müqavilə bağladı.”(Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.114 )Məlik Səud ingilislərin Süveyş kanalından, Qırmızı dənizdən və Fars körfəzindən çıxırılması, eləcə də son zamanlar Bağdadda ingilislərlə həmkarlıq müqaviləsi bağlayan İordaniya və İraq hökumətləri ilə müxalifət etmək üçün Nasirlə müştərək mövqeyə malik idi. Vəhhabilər öz ərazi iddiaları barəsindəki tamahlarını icra etmək üçün İngiltərəni tərk etmək istəyirdilər.
    Buna əsasən, vəhhabilər Bərim Vahəsinə sahib olmaq üçün "neft dollarları diplomatiyası”ndan istifadə edərək çalışırdılar ki, Aramko mütəxəssislərinin nəzərinə görə çox zəngin neft ehtiyatlarına malik olan həmin məntəqəni işğal etsinlər. Hətta vəhhabilərin "dollar diplomatiyası” da beynəlxalq hüquqşünasların təhrik edilməsini və onların xeyrinə olaraq tədbir görülməsini fəallaşdırdı. Amma onların həmin yeri ələ keçirmək üçün göstərdiyi səylər ingilislərin müdaxiləsi ilə təsirsizləşdi. Nəticədə səudilər ingilislərlə müzakirə etməyə məcbur oldular və bu barədə bir müqavilə də imzaladılar. Nəhayət, Vahə Bərimi barəsindəki iddialarından əl çəkdilər. Misir-Səudiyyə mehvəri Suriyanın onlara qoşulması ilə üçbucaq şəklində bir ittihadiyyəyə çevrildi ki, (Suriyanın özünün iki Haşimi qonşusu olan İraq və İordaniya ilə münaqişəli məsələləri var idi) İngiltərənin tərəfdarı və Bağdad müqaviləsinin üzvləri olan ölkələrin əleyhinə müştərək müdafiə siyasətlərini həyata keçirsinlər. İngilislərin və fransızların maddi mənafelərini təhlükəyə salan Nasirin inqilabçı fikirləri nəticəsində onlar Misirə daha artıq təzyiq göstərərək onu təhdid etdilər. Lakin bu təhdidlər nə qədər artırdısa Nasirin ərəblər arasındakı sevimliliyi də bir o qədər artırdı. Onun sevilməsi elə bir mərhələyə çatdı ki, Nasir ərəblərin arasında son dərəcə böyük nüfuz qazandı. Hətta, İraq və İordanya padşahları da Misirin prezidenti qarşısında əks mövqe tutmağa cürət etmədilər. O, 1955-ci ildə Məkkəyə etdiyi ziyarət səfərində Ərəbistan əhalisi tərəfindən çox alqışla qarşılandı. Bu da vəhhabi məsləkində olan Məlik Səud üçün gələcəkdə ciddi bir təhlükə yarada bilərdi. Nasir Ərəbistanda Səudi rəhbərlərindən istədi ki, neft kimi böyük bir (iqtisadi) silahdan ərəblərin hədəfə çatmasında istifadə etsinlər və öz düşüncələrini onlara nəql etdirsinlər. Həqiqətdə Misirlə Ərəbistan arasında bağlanan birliyin əksinə olaraq bu ittihadın mehvəri təəccüblü və münasib olmayan bir ideya idi. Çünki Nasirin inqalabçı rejimi ilə Səudun irticaçı rejimi arasındakı aşkar ziddiyyətlər görünürdü.
    Bu müddəanı isbat etmək üçün Süveyş kanalının milliləşdirilməsindən sonrakı hadisələrə diqqət yetirmək lazımdır. Nasir Ərəbistandan qayıtdıqdan sonra İsgəndəriyyədə Süveyş kanalını milliləşdirdi (1956-ci il, 26 iyun). Bu da həmin nahiyənin İngiltərə, Faransız və İsrail tərəfindən işğal olunması ilə nəticələndi. Bu tədbir nəticəsində "Səudiyyə padşahlığı özünün ingilislərlə və fransızlarla olan diplomatik əlaqələrini kəsdi və zahirdə də neftin bu iki ölkəyə ixrac edilməsini dayandırdı. Halbuki, Belçika, Hollandiya, Almaniya və İtaliya yolu ilə bu iki ölkənin neft sifarişləri təmin olunurdu. Bundan da mühümü budur ki, səudilər onlarla Misir arasında 1955-ci il 17 oktyabrda imzalanan dostluq və müdafiə müqaviləsinə əməl etmədilər. Bu müqavilənin ikinci maddəsində qeyd olunurdu ki, tərəflər təcavüzə məruz qaldıqda bir-birinə kömək etməli, özlərində mövcud olan bütün imkanlardan, o cümlədən, hərbi qüvvələrdən təcavüzün dəf edilməsi, sülh və əmin-amanlığın bərqərar edilməsi üçün istifadə etməlidirlər. Amma səudilər buna əməl etmədilər.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.4)
    1957-ci ilin yanvar ayında vəhhabilərin ərəblərin Misir və Suriya ilə həmrəyliyini bildirməklərini baxmayaraq bu ittihad da əvvəldə olduğu kimi çox zəif idi. Vəhhabi siyasətində nəzərə çarpacaq məsələ onların öz hədəflərinə çatmaq yolunda qüdrətli cinahlara meyl etmələrini, eləcə də həmişə qüdrətdə olmaq istəklərini qeyd etmək olar. Çünki ingilislər məntəqənin qüdrətli cinahı olduğu vaxta qədər vəhhabilər o ölkəyə sıx bağlı idilər. Amerika beynəlxalq meydana gəldikdən və məntəqə siyasətində aşkar olduqdan sonra onların yeni ərbablarına asılılıqları daha da artdı. Nasir ərəblərin arasında artıq nüfuza malik olduğu zaman vəhhabilər Nasirə doğru meyl etdilər ki, əməldə qüdrət karvanından geridə qalmasınlar.
    Tarixin bu dövründə də Məlik Səudun siyasətlərindən biri Amerikanın istilaçılıq və imperialist siyasətləri cərgəsinə qoşulmaq idi. Belə ki, o "Ayzen Haver” tezini qəbul etdi və amerikalıların mənafeyini təmin etmək üçün çalışdı.
    Nasirin sovetlər ölkəsinə meyl etməsi nəticəsində Amerikada dövri prezident tərəfindən irəli sürülən "Ayzen Haver” tezi bu əsasda idi ki, şərqdə mövcud olan boşluq rusların hər növ tədbirindən öncə, Amerika vasitəsi ilə doldurulmalı və bu zaman qərb düşərgəsi halqasında yerləşən ölkələrə iqtisadi və hərbi köməklər göstərilməlidir. Nəhayət, ərəblərin arasında çox təsirli rol ifa etmək üçün Səud Amerikaya səfər etdi və orada "iki ölkə arasında yeni müqavilə imzalandı ki, bu da 1951-ci ildə imzalanan müqavilənin bir növ təkmilləşdiricisi idi. Bu müqavilədə Amerika Birləşmiş Ştatları öhdəsinə alırdı kı, səudilərin hərbi qüvvələrini yenidən təşkil etsin, onlara yeni müharibə texnikası versin, öz iqtisadi köməklərini də davam etdirsin. Xüsusilə, Dəmmam limanının genişləndirilməsi barəsində münasib kömək vədəsi verdi... Bunun müqabilində Səud Amerikaya Zəhran limanından beş il müddətində pulsuz istifadə etmək üçün razılıq verdi və onun məntəqədə nəzərdə tutduğu planı həyata keçirməyi öhdəsinə aldı ki, nəticədə Amerikanın qeydsiz-şərtsiz himayələrindən bəhrələnsin. Bu müqavilə Ərəb ölkələrinə və Nasirə qarşı bir növ müharibə hesab olunurdu.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.109-110 )
    Məlik Səud bu müqaviləni Amerika ilə bağladıqdan sonra Ərəbistana qayıtdı və yeni müttəfiqlər axtarmağa başladı. Bu zaman İordaniya və İraqın Haşimi padşahlarına üz gətirdi və hətta 1957-ci ildə şah Hüseynin əleyhinə İordaniyada hazırlanmış çevrilişi yatırtmaq üçün oraya hərbi qüvvə də göndərdi.
    Bu zamandan etibarən Ərəb ölkələri iki hissəyə bölündü. Onlardan biri Nasirin tərəfdarları olan ölkələr idi ki, mütərəqqi hesab olunurdular. Digəri isə Səudiyyə Ərəbistanının düşərgəsi olan mühafizəkarlar idi. Sonuncu düşərgə Ərəbistan, İraq və İordaniyanı əhatə edirdi ki, öz aralarında ittihadiyyə yaratmış və inqilabi hərəkatlara qarşı mübarizə aparmağı qərara almışdılar. Bundan əlavə Məlik Səud özünün Misir və Suriya ilə əlaqələrini kəsdi və çalışdı ki, Livanda Kamil Şəmun ilə olan əlaqələrini möhkəmləndirsin, Bəhreyn əmirlikləri ilə olan ixtilaflarını həll etməklə özünü ərəblərin mötədil rəhbəri kimi göstərsin. Eləcə də Ərəbistan, Küveyt və Bəhreyn ölkələrindən təşkil olunmuş federasiyanın yaradılması planı, Ərəbistanın onun rəhbərliyini öhdəsinə almaq fikrində olması nəticəsində icra olunmadı. Səudun Məsqit və Əmman krallıqları ilə, eləcə də Əmarat və Əbu-zəbi sultanları ilə rabitə qurması barəsindəki səyləri nəticə vermədi. Onun "Ayzen haver” tezində qərarlaşması Nasirlə olan əlaqələrini gərginləşdirdi, səudilərin hakimiyyətində də dərin böhranlar yarandı. Bu dövr hadisələri ilə əlaqədar "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur:
    "...Səudun qardaşları, xüsusilə həmişə öz nüfuzunun genişlənməsi fikrində olan qardaşı Feysəl, Məlik Səuddan istədi ki, ya şah qardaşlarını oğlanları ilə bərabər hüquqdan bəhrələndirsin, ya da icra işlərində Feysəlin xeyrinə iş görməkdən əl çəksin. Məlik Səud axırıncı təklifi qəbul etmədi. Lakin 1958-ci ilin martın 10-da bəzi qanunlar çıxartdı ki, onun əsasında icra işləri baş nazirlik məqamına çatan Feysələ həvalə edildi. Lakin siyasi qüvvələr Səudun öz əlində qaldı. Baş nazirə ixtiyar verilmişdi ki, ölkə işlərini sahmana salmaq üçün müəyyən tədbirlər görsün. Bu iki qanun padşahın qüdrətini məhdudlaşdırdı, vəzirlərin qüdrətini isə artırdı. Öz yanında Feysəl kimi bir rəqibi görməyə tab gətirməyən Məlik Səud 1960-cı il dekabırın 21-də onu işdən çıxartdı və özü Səudi sülaləsindən olmayan altı nəfərin iştirakı ilə bir dövlət kabinəsi təşkil etdi, daxili islahatlar aparmaq, «Əsas Qanun»u tənzim etmək üçün yeni proqramlar irəli sürdü. Azad şahzadələrin yazdığı təzə «Əsas Qanun» qəbul olundu və bu da göstərdi ki, Səudiyyə Ərəbistanı mütləq padşahlıqdan məşrut padşahlığa keçmişdir. Bu zaman iki ümumi idarə - biri iş, biri isə ictimai məsələlər üçün yaradıldı, iqtisadiyyat naziri olan əmir Təllalın başçılığı ilə bir komitə də yaradıldı və proqram hazırlamaq onun öhdəsinə qoyuldu. Dövlət təşkilatlarında qanunsuzluqlarla mübarizə aparmaq üçün məhkəmə yaradıldı və nazirlər kabineti qərara aldı ki, Zəhrandakı hərbi hava qüvvələri üçün icarəyə verilən hərbi təlim düşərgələrinin icarə müddəti uzadılmasın. Səudi sarayındakı müftidən də istənildi ki, dövlətin qanun və qərarları onun rəyi və nəzəri olmadan icra olunmasın. Əmir Təllal müxalifətə başladı. Lakin şah müftinin rəyinə tərəf çıxdı. Təllalın ölkənin iqtisadi vəziyyətinin sahmana salınması bərəsində göstərdiyi səylər də Səudun müxalifəti ilə qarşılaşdı. Onun enerji şirkətlərinin milliləşdirilməsi ilə əlaqədar verdiyi təklif rədd olundu. «Əsas Qanun»un icra olunması gündən-günə təxirə salındı, nəhayət bəzi iğtişaşların yaranmasına səbəb oldu. Şah bu iğtişaşların cavabında 1961-ci ilin sentyabr ayında azad şahzadələri və Təllalı dövlət kabinetindən çıxartdı və öz oğlanlarını onun yerinə qoydu.”(Həmin mənbə, səh.111 )
    1336-cı hicri şəmsi ilində Feysəl cərrahiyyə əməliyyatı üçün Amerikaya getdi və qayıdan zaman Riyaz ilə Qahirənin arasında yaranan gərginliyi aradan qaldırmaq üçün özünün Bağdad müqaviləsi ilə müxalifətini təkidlə yenidən bəyan etdi və müsbət bitərəflik siyasətinin tərəfdarı olduğunu bildirdi. (Qeyd olunmalıdır ki, bundan əvvəl Səud ilə Nasirin arasında müəyyən ixtilaflar yaranmışdı.)
    Feysəl Amerikadan qayıtdıqdan sonra yenidən baş nazirlik vəzifəsinə çatıb tam səlahiyyət sahibi oldu və Ali-Səudun Amerikaya hərtərəfli xidmət əsasında qurulan yeni siyasətlərini icra etməyə başladı. O, daxili vəziyyətdə müəyyən dəyişikliklər yaratmaq üçün bəzi islahat işləri apardı ki, onlardan biri də saray xərclərinin azaldılmasıdır. O, bu yolla Aramkodan kredit almaq istəyirdi. Onun bu məsələ barəsindəki fəaliyyətləri vəhhabilərin Misir və Nasirin müxalifləri olan şəxsiyyətlər və qruplara olan köməklərinin kəsilməsinə səbəb oldu. Nasirin Zəhran məntəqəsini Amerikaya icarəyə verilməsi əsasında olan istəyində qeyd olunmuşdu ki, Amerikanın orada heç bir silah anbarı yoxdur. Beləliklə də Nasirin özünə qarşı münasib rəyini cəlb edə bildi.
    Feysəlin əsas etibarı ilə dövlət qulluqçuları, tacirlər və hərbçilərə aid olan islahat işləri onu ümumxalq nəzərində xəsis bir adam kimi canlandırdı və camaatın, hətta Nasirin fikirlərinin təsiri altında olan hərbiçilərin belə narazıçılığına səbəb oldu. Feysəlin apardığı islahatlar nəticəsində bəzi nəzər sahibləri onun yenilikçi, yeni növ Ərəbistan dövləti yaratmaq istəyən bir şəxs kimi təqdim etdilər. "Amma məşrutə səltənətindən söhbət açılanda qəzəbləndi, millət kəlməsini eşitmək istəmədi... O, nümayəndələr seçilməsi barəsində danışmaq belə istəmədi. Çünki qorxurdu ki, onlar təbii rəhbərlərin yerini tutsunlar və Səudiyyə ölkəsini məhvə sürükləsinlər. Həqiqətdə, onun nəzərində hökumətdəki məqam silsilələri rəy verənlərin rəyi əsasında ola bilməzdi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.35)Deməli, Feysəlin baş nazir vəzifəsində çalışarkən məqamında apardığı islahatlara baxmayaraq Səudi padşahlarının qüdrətini azaltmaq fikrində deyildi.
    Feysəlin apardığı islahatlardan bəziləri onunla Səud arasındakı ixtilafları artırdı və bununla da bir daha istefa vermək məcburiyyətində qaldı. Seyyid Davud Ağayi yazır ki, "1960-cı ilin başlanğıcındakı on illiklərdə Səud və Feysəlin ardıcıl dəyişməsi ilə neft kontraktları əleyhinə olan əks-imperialist mövqelər, Təllal ilə öz qardaşları arasında yaranan ixtilaflar, Sənada dövlət çevrilişi və respublikaçıların qələbəsi, Misir qoşunlarının Ərəbistanın cənubuna və Yəmənə göndərilib bu məntəqələrdə qərarlaşdırılması və s. kimi işlərin hamısı rəy sahiblərinin və mütəxəssislərin nəzərində Ərəbistanı təhlükəsizliyin pozulduğu bir məntəqə kimi qələmə verirdi.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.129 130 )
    Yəmən barəsinə gəldikdə isə, o, ölkədə respublikaçıların hakimiyyətə gəlməsinə səbəb olan hadisələr nəticəsində Feysəl bir daha ölkə işlərini idarə etmək üçün Məlik Səud tərəfindən seçildi və bu dövrdə o daha fəal rol oynaya bildi. Nəhayət, iqtidara gəldi.
    Yəməndə imam Əhmədin vəfatından sonra İmam Məhəmməd Bədr onun canişini oldu. Bitərəf bir siyasət seçdiyinə və Misir əmtəələrini o ölkəyə qaytardığına görə səudilərin etimadını qazandı, lakin hakimiyyətə gəlməsindən bir həftə sonra çevriliş baş verdi və hakimiyyət general Əbdüllah Səllalın əlinə keçdi. O, Qahirə ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə çalışırdı. Buna görə də dərhal Misirdən hərbi kömək istədi. Beləliklə, Nasir strateji və siyasi bir mövqe əldə edə bildi. Çünki, Ərəbistanın şimalında respublika tipli İraq dairəsinə, qərbdə Misir və cənubda Yəmən olmaqla Ərəbistan kamil mühasirədə qaldı.
    Nasir həmçinin Yəmən çevrilişi ilə ingilislərin Ədəndən çıxacağına ümid bəsləyirdi. Suriyada Nasirin tərəfdarlarının qüdrətli olmamalarına baxmayaraq Bəs partiyası əsla səltənət tərəfdarı deyildi və buna görə də ingilislərə və amerikalılara sığınırdı. Süveyş məğlubiyyətindən sonra hələ də baş qaldırmayan ingilislər birbaşa çarpışmağa hazır deyildilər. Amerika da sovetlər ölkəsinin Kubada raket bazası yaratması və 1962-ci ilin oktyabr ayında Sovet hökuməti ilə müharibə ərəfəsinə gəlib çıxdığından Amerikanın yeni prezidenti Can Biydu adlı bir nəfəri Qahirəyə səfir göndərdi ki, Misir ölkəsi sovetlərə qoşulmasın.
    O, öz raportunda Yəmən çevrilişinin formalaşmasında Nasirin əqidə və fikirlərinin rolunu təsirli hesab etmişdi. Səud Yəmən krallığını silahlı müdafiə etməyə qərara aldı. Əlbəttə, Ali-Səudun sair üzvləri onu daha artıq ehtiyatlı davranmağa tövsiyyə edirdilər. Səudun Yəməndəki krallıqları himayə etməsi ilk əvvəl çox gərkin vəziyyət yaratdı. Ərəbistanın BMT-dəki nümayəndə heyətinin başçılığını öhdəsinə alan Feysəl Kenedinin Amerikanın Səudiyyə Ərəbistanın ərazi bütövlüyü və təhlükəsizliyi bərəsindəki himayəsini cəlb edə bildi. Halbuki, Kenedi Feysəlin istədiyinin əksinə olaraq Yəmən respublika quruluşunu rəsmi olaraq tanımışdı. Bu dəfə vəzirlər şurasında iştirak edən Səudun qardaşları və şahzadələr onun Sənaya hərbi hücumunun qarşısını aldığından Məlik Səud bir daha özünü yalqız gördü və çarəsiz qalaraq Feysəli ölkə işlərini idarə etmək üçün həmkarlığa dəvət etdi. Feysəl ölkəyə daxil oldu və dövlət kabinetini təşkil edib baş nazirliyi və xarici işlər nazirliyini öz əlinə aldı. "Amerikalıların nəzərinə görə Məlik Səud mürtəcelərin və geridə qalmışların nümayəndəsi, həmçinin qəbiləvi meyarların tərəfdarı idi. Halbuki, əmir Feysəl xüsusi nəzər və məharətə malik idi. O, islahatçıların himayəsini cəlb edib Ərəbistanı yenidən tərəqqiyə malik olmağa vadar edə bilərdi. O, az bir maneələrlə özünü zaman və məkanla mümkün qədər uyğunlaşdıra bilərdi.
    Səudi rejimi daxildə müxalifsiz olmağına baxmayaraq əsas və ümdə təhlükə xaricdən, o cümlədən, Nasirin millətçilik fikirləri, inqilabçılıq düşüncələri, xüsusilə şimali və cənubi Yəməndən gələn fikirlər idi. Misirin rəhbəri Nasir pan-ərəbizim fikirlərinin nüfuz etməsində bayraqdar hesab olunduğundan, Amerika çalışırdı ki, Səudiyyə rejimini belə bir coşğun selin qabağında bir maneəyə çevirsin, özü də bu təhlükədən amanda qalsın. Buna əsasən, yaranan bütün fürsətlərdən gözəl şəkildə istifadə edərək Feysəli hər tərəfli himayə etdi və öz məqsədinə nail oldu.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.121 )
    Amerika Ərəbistanı himayə etməklə öz qüvvələrini Zəhran hərbi hissəsinə qaytardı və bu ölkənin Yəmənlə sərhəddində hava hücumundan müdafiə xətti icad etdi. Bu dövrdə Misirin hava qoşunları Nəcran və Cizanın sərhədlərinə hücum edərək müəyyən xəsarətlər vurdu ki, bu da Feysəlin Nasirdən rəsmi şəkildə ayrılmasına səbəb oldu. Feysəl ingilislərin himayəsini qazanmaq üçün Ərəbistanın Britaniyanın himayəsi altında olan Vahi Bərimi barəsindəki iddialarından əl çəkdi. İngilislər Yəməndəki yeni hakimiyyəti rəsmi olaraq qəbul etmədiklərindən 1963-cü ilin yanvar ayında onların arasında yenidən diplomatik əlaqələr yaradıldı. İngilislər ümidvar idilər ki, Amerikanın Ərəbistandakı istismarçı mövqeyini sındıracaq və heç olmazsa casus şəbəkələri vasitəsi ilə hadisələrin gedişatına daxil olacaqlar. Amma ümumiyyətlə ingilislər artıq əvvəlki qüdrətlərini əllərindən verdilər və onların görə biləcəyi ən böyük iş dolayı yolla himayədarlıq etmək idi. Buna görə də bir qrup muzduru, bir qədər də (İsraildə hazırlanan) yüngül silah - avtomat və pleymotları Ərəbistana təhvil verdilər.(Həmin mənbə, səh.123 124 )
    Nəhayət, Nasir 1963-cü ildə Yəmən respublikaçılarını himayə etmək məqsədi ilə "Ramazan” adlı böyük bir əməliyyat keçirdi. Feysəl yenidən onların arasında vasitəçilik etməkdən ötrü Amerikaya sığındı. Amerika Ərəbistana hərbi qüvvə göndərməklə ehtimal verilən hücumların qarşısını almaqdan ötrü Feysələ tövsiyə etdi ki, ölkə daxilində əsaslı islahatlar aparsın. Bu islahatların aparılması da qonşularla sülh şəraitində olmağı tələb edirdi ki, onun da başında vəhhabi hökuməti dayanır.
    Həqiqətdə qərbliləri, xüsusilə amerikalıları səudilərin yerinə başqa bir münasib adamı seçməyə vadar edən şey onun xarici siyasətindəki zəifliklərdən əlavə, daxili siyasətdə də uğursuzluğu idi. Çünki Məlik Səud daxili siyasətdə əxlaqi pozğunluğa düçar olan bir diktator idi. Firavanlıq və eyş-işrət düşkünü ruhiyyəsinə malik olduğuna görə ölkəni müflisləşdirib iqtisadi tənəzzülə doğru çəkmişdi.
    Tərdicən Səudiyyə padşahlığının dəyişdirilməsi zərurəti yaranmışdı. Belə ki, Feysəlin yenidən baş nazir vəzifəsinə keçməsi ilə Səud müalicə məqsədi ilə Amerikaya səfər etdi. Feysəl də bundan istifadə edərək saray xərclərində qənaətlə davrandı. Milli qvardiyanın böyük bir hissəsini Yəmən sərhədlərinə göndərdi (bunların daxildə qalması Feysəlin öz hədəflərini icra etməsinə təhlükə törədirdi). O, çalışırdı ki, Səudi ilə qədimdən düşmənçilik aparan Şəmmər qəbiləsini, eləcə də ifratçı və azad şahzadələri öz ətrafına toplasın. Xarici siyasətdə də Yəmən ilə sərəhdlərin təyin olunması bərəsində müqavilə bağlamışdı. Məlik Səud Amerikadan qayıtdıqdan sonra Feysəlin gördüyü tədbirlərdən nigaran oldu. Lakin şahzadələrin, o cümlədən, liberalların onunla həmrəy olmasına, ölkənin əsas idarə işlərinin Feysəlin etimad etdiyi şəxslərin ixtiyarında olduğuna görə heç bir iş görə bilmədi. Buna əsasən, Feysəl 1964-cü ildə təşkil olunan ərəb ölkələri başçılarının yığıncağında Səudu Ərəbistanın nümayəndəsi adı altında Qahirəyə göndərdi. Qahirədə Nasir tərəfindən alqışla qarşılanan Səud həm onunla, həm də Yəmənin prezidenti Əbdüllah Səllal ilə görüşdü, Yəmən respublikasının rəsmi olaraq tanınmasında öz himayəsini bildirdi. Bu məsələ Feysəli bir təhlükə ilə qarşılaşdırdı və öz məqsədlərini həyata keçirmək qərarına gəldi.
    "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "... Məlik Səud Riyaza qayıtdıqdan sonra bir daha özünün tam səlahiyyət və ixtiyarlarını tələb etdi. Lakin Feysəl və ondan da artıq saray xanədanları onun istəyinə əhəmiyyət vermədilər. Yüksək rütbəli məsulların və şeyxlərin yığıncağında qərara alındı ki, Məlik Səud dövlətin sadəcə olaraq prezidenti adı ilə qalsın və icra işləri Feysələ həvalə edilsin. Lakin Məlik Səud bunu qəbul etmədi. Şeyxlərin və ruhani alimlərin 1964-cü ilin mart ayında təşkil etdikləri yığıncaqda əvvəlki yığıncağın qərarları qəbul olundu və 1964-cü ilin noyabr ayında Məlik Səud rəsmi bir bəyannamə ilə öz vəzifəsindən azad edildi və Feysəl kral taxtına əyləşdi. Səud 1965-ci ilin yanvar ayında Feysələ bir məktub yazaraq onu ölkənin qanuni padşahı hesab edərək ona vəfadar qalacağı barədə and içdi. Amma çox keçmədən Feysəllə mübarizə aparmaq üçün Əbdün-Nasirə üz gətirdi və xüsusi bir ordu yaratmağa çalışdı. 1967-ci ilə qədər öz vaxtının çoxunu Afinada keçirən Məlik Səud Əbdün-Nasirin köməyi ilə Yəmənə getdi. O, ölkə inqilabçıları ilə görüşdü və Nasiri özünün ən yaxın dostu hesab etdi. Sonra Afinaya qayıtdı və 1969-cu ildə orada dünyadan getdi.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.136 137 )
    Beləliklə, Feysəl ilə Səudun arasında ixtilaflar Feysəlin xeyrinə tamam oldu və o, öz qardaşını hakimiyyətdən uzaqlaşdıraraq onu öz əlinə ala bildi.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024