İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-19, 6:31 PM
    VƏHHABİLƏRİN FEYSƏL İBN ƏDBÜL-ƏZİZİN RƏHBƏRLİYİ DÖVRÜNDƏKİ TƏDBİRLƏRİ (1964-1975)
    Feysəl Ali-Səudun ən məşhur rəhbərlərindən idi. O, atası Əbdül-Əzizin Ali-Rəşid və Məkkənin şərifləri ilə apardığı müharibələrdə də iştirak etmişdi; atasının ölümündən və qardaşı Səudun hakimiyyətə gəlməsindən sonra onunla ixtilafa başladı və onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. O dövrdə Məlik Səudun ölkənin bütün işlərində bacarıqsızlığından istifadə etməklə və islahat tədbirlərini irəli sürməklə əvvəlcə xarici işlər naziri daha sonra isə baş nazir vəzifəsinə çata bildi və bununla da onun üçün hakimiyyətə gəlməkdən ötrü zəmin yarandı.
    Feysəl iqtidara çatdıqdan sonra öz ixtiyar və səlahiyyətlərini artırdı. Baş nazir, xarici işlər naziri və ordunun ali komandanlığı vəzifələrini şəxsən öz öhdəsinə götürdü. Qardaşı Xalidi özünün müavini, daha sonra canişini seçdi.
    Seyyid Davud Ağayi bu barədə belə yazır: "Səudiyyə Ərəbistanının hökuməti Feysəlin dövründə çox fəal xarici siyasətə malik idi. Feysəlin diplomatiyasının mehvəri 1960-cı illərdə Nasirin milli-azadlıq hərəkatları ilə ziddiyyət təşkil edirdi. Feysəlin dövründə ərəblərlə İsrail arasında iki böyük müharibə (1967 və 1973-cü illərdə) baş verdi. İki Yəmən məsələsi, İraqın vəziyyəti, Suriya, Əmmanda Zəhar hərəkatı, 1973-cü ildə neft blokadası və sair kimi hadisələr Feysəlin hakimiyyət illərinə təsadüf edirdi.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.36 )
    Feysəl 1962-ci ildə Məkkədə bir konfrans təşkil etdi. Onun əsas məqsədi iştirak edənlərin əsası Səudiyyə ölkəsi tərəfindən qoyulan və beynəlxalq meyarlarla da uyğun olan prinsiplərə dəvət edilməsi idi. Buna əsasən artıq sair islam rəhbərləri də bu fikirlərdən istifadə edərək Səudiyyə islamını özlərinə örnək götürə bilərdilər. Bu da Nasirin millətçilik hərəkatının qarşısını alırdı. Çünki o, iddia edirdi ki, vəhhabi məzhəbi yolu ilə Camal Əbdün-Nasirin Ərəbistanda irəli çəkilən ifratçı millətçilik nəzəriyyələrini rədd etmək olar.
    Feysəl pan-islamizm nəzəriyyəsini irəli çəkməklə Nasirin millətçiliyi ilə mübarizəyə başladı və bu zaman vəhhabi islamının İslam ölkələrində irəliləyişi üçün istifadə etdi. O, öz fikirlərini yaymaq və nüfzunu artırmaq üçün 1965-1966-cı illərdə doqquz Afrika və Asiya ölkəsinə: İordaniya, Sudan, Tunis, Kenya, Mali, Mərakeş, İran, Türkiyə və Pakistana) səfər etdi və onları Nasirin cəbhəsi ilə mübarizəyə çağırdı. Həmçinin, pan-islamizm nəzəriyyəsini gücləndirmək üçün bir-birinə kömək olmalarına çalışdı. Bu işdə İordaniya və Liviya sultanları onu himayə etdi. Amma Suriya və İraq rəhbərləri onun pan-islamizm nəzəriyyəsini mütləq monarxiyanın qorunub saxlanması üçün müştərək bir sığorta olaraq təqdim etdilər.
    1965-ci ildə Feysəl ilə Nasir arasında Yəmən hadisələri barəsində bir müqavilə imzalandı və "belə qərara alındı ki, Feysəl Yəmənin inqilabi dövlətinin hərbi işlərinə müdaxilə etməkdən, İmam Əl-Bədrə kömək etməkdən əl çəksin. Misir dövləti də söz verdi ki, öz qüvvələrini Yəməndən geri çağırsın. Səudilərin Misirdə dondurulmuş olan bəzi sərmayələrini azad etsin.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.125 ) Həqiqətdə Feysəl və Nasirin bu müqavilədəki əsas hədəfi hər birinin öz məqsədini yerinə yetirmək üçün ödəməli olduğu ağır gəlirlərin aradan qaldırılması idi. Bundan əlavə, Feysəl nəzərdə tutmuşdu ki, onun Nasirlə düşmənçiliyinin aradınca ehtimal verilən təhlükələrdən qorunsun. Buna əsasən, Nasir Ərəbistana etdiyi səfərdə Feysələ təklif edib bildirdi ki, İngilis qüvvələrinin Yəmənin cənubundan çıxarmaqla eyni zamanda Misir dövləti öz qüvvələrini oradan çıxarmağa razıdır. Feysəl də Yəməndə hakimiyyət uğrunda mübarizə aparanları himayə etməməsin söz verdi.
    Bu müzakirələrdə Feysəlin əsas məqsədi qüvvələrin yeniləşdirilməsi, ordunun sahmana salınması və gücləndirilməsi, həmçinin məntəqənin siyasi səhnəsində fəal olması idi. Buna görə də Nasir ingilislərin təyin olunmuş vaxtda Yəməni boşaltmayacaqlarından və Feysəlin İran şahı ilə müzakirə aparmasından agah olduğu zaman lazım olan hər vaxta qədər misirli qüvvələr Yəməndə qalacaqlarını bildirdi. Bundan əlavə, səudilərin daxili müharibələrdə məhv edilməsi ilə əlaqədar uzun müddətli strateji planlar irəli sürmüşdü. Bu barədə cənab Şirazi belə yazır: "...Belə nəzərə çarpır ki, o zaman şərqdə biri Ərəbistan yarımadasının xalq birliyinin (onlar Ərəbistan respublikası yaratmaq fikrində idilər), digəri isə əmir Təllalın və şahzadələrin havadarlarının vasitəsi ilə bir-birindən ayrı ən azı iki məkrli plan cızılmışdı.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37.)
    Beləliklə, Feysəl ölkədaxili çətinliklər və təhlükələrlə qarşılaşdı. Bu dövrdə Britaniya dövləti Ərəbistan yarımadasının Fars körfəzinin Şeyx yaşayan məntəqələrində ödəməli olduğu ağır büdcəyə görə öz hərbi qüvvələrini məntəqədən çıxartdı. İngilis qoşunlarının məntəqədə olmamasından yaranan boşluğu İran şahı doldurdu. Ərəbistan da Amerika düşərgəsində qərar tutdu (İran şahı da həmin cərgədə idi) və məntəqənin müdafiə məsuliyyəti Feysələ həvalə edildi.
    Ərəbistanın hərbi büdcəsi kəskin şəkildə artmağa başladı. Çünki, ingilislər vəhhabilərin ağ ordusuna təlim vermələrindən əlavə qərb silahlarını sel kimi Ərəbistana axıtmağa başladılar. Feysəl qərb düşərgəsinə daxil olmaqla çalışırdı ki, Nasirin millətçilik və sosialist təmayülləri qarşısında "müqəddəs İslam məkanlarının qoruqçusu” ünvanı ilə öz mövqeyini möhkəmlədə bilsin.
    Feysəl öz hədəflərinə çatmaq üçün müsəlman dövlətləri arasında "islam müqaviləsi” yaratmaq təklifini irəli sürdü. Yalnız Pakistan, Türkiyə, keçmiş İran, Mərakeş, Sudan və İordaniya kimi mühafizəkar və mürtəce rejimlər Feysəlin təklifini təsdiq etdilər (onlar öz mövqelərindən qorxurdular). Amma onun Nasirə və onun düşüncələrinə zərbə vurmaq üçün göstərdikləri səyləri Nasirin onun əleyhinə apardığı ifşaçılıq təbliğatları ilə qarşılaşıb aradan getdi. 1967-ci ildə Ərəb-İsrail müharibəsinin başlanması Feysəli, Nasirin onun əleyhinə görə biləcəyi tədbirlərdən amanda saxladı.
    Amerikanın Feysəllə Nasir arasında yaratdığı ixtilaflarda əsas hədəfi vəhhabilərin mümkün qədər sürətlə silahlandırılması və özlərinin yararsız hala düşmüş və istifadəsiz sayılan silahlarını onlara satmaqdan əlavə, mütərəqqi İslam-Ərəb fikirləri müqabilində vəhhabi rejimini himayə etmək idi. Feysəl də baş verən müxtəlif hadislərdə özünün Amerikaya bağlılığını göstərirdi.
    1967-ci ildə Ərəb-İsrail müharibəsinin başlanması ilə eyni zamanda Feysəl yalnız İordaniyaya kiçik bir ordu göndərməklə kifayətləndi və onu da İsrail özünün bütün hədəflərinə nail olduqdan sonra müharibə meydanına daxil etdi. Feysəlin bu tədbiri bir növ nümayiş idi, siyasi xarakter daşıyırdı və ümumxalq fikirlərinin təzyiqindən törənmişdi. O, müharibənin müqəddəratından nigaran olmaqdan daha çox ölkə daxilində amerikalı ərbablarının əleyhinə baş verəcək hərəkatlardan nigarançılıq hissi keçirirdi. Belə ki, müharibənin başlanmasından sonra "Ərəbistan əhalisi Amerikanın Zəhrandakı konsulluğuna hücum etdilər. Rəsut-Tənvirədə iş o yerə çatdı ki, silahlı atışmalar başlandı və həm amerikalılardan, həm də ərəblərdən bir neçəsi yaralandı. Feysəl ordu başçılarından bir neçəsini tutdu və hərbi hökumət qanunlarına keçdi.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.144 
    )
    Feysəlin amerikalılara və onun qərbdəki müttəhidlərinə zərbə vurulmasının qarşısını almaq üçün gördüyü tədbirlərə baxmayaraq, (ərəblər tərəfindən göstərilən) daxili və xarici təzyiqlər nəticəsində zahirdə Amerikaya və İngiltərəyə olan neft ixracı kəsildi. Hətta Ərəb ölkələri başçılarının konfransında (Xartum, 1967) "Ərəb mütəhhid respublikası”na meyl göstərdi. Amma altı günlük müharibənin İsrailin xeyrinə tamam olması və Nasirin məhv edilməsi nəticəsində Amerikaya neft embarqosunu qısa zaman nəzər ərzində ləğv etdi və onun müttəhid ərəb respublikasına olan meylləri sona çatdı.
    Ərəblərlə İsrail arasında baş verən ikinci müharibə Feysəl üçün xarici siyasət səhnəsində böyük bir mövqe hesab olunurdu. Çünki onun ən böyük düşməni olan Nasir siyasi və iqtisadi cəhətdən məğlubiyyətə uğramışdı. Bu da Nasirin Məlik Səudun himayəsindən (o zaman Qahirədə yaşayırdı) məhrum edilməsinə səbəb oldu, nəticədə onu ölkədən ixrac etdi və öz qüvvələrini də Yəməndən geri çağırdı. Feysəl də Misirə və xəsarət görmüş sair Ərəb ölkələrinə ildə 135 milyon dollar məbləğində pul verməyi qəbul etməklə Nasirə cavab verdi. Beləliklə, ərəblər arasında qərar qəbul etmə məsələsi Qahirədən Riyaza köçrüldü.
    "Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabının müəllifi Ərəbistanın bu dövrdəki tarixi barəsində belə yazır: "... Ərəbistanın xarici siyasəti hər bir halda şərqdən uzaqlaşmış və qərb ölkələrinə yaxınlaşmışdı. Bu siyasət Feysəlin dövründə son dərəcə sürətlə güclənməyə başladı. Feysəl öz siyasətlərini izah etmək və özünə bəraət qazandırmaq üçün qərbin və Amerikanın başçılığı ilə olan zorakı rejimləri ilə eyni vaxtda iddia edirdi ki, kommunizm və sionizm bir sikkənin iki üzüdür və beynəlxalq səviyyədə olan məkrli planları da məhz bu ikisi təşkil edir. Bəlkə də o, kommunizmi sionizmə oxşatmaqla onunla olan gərgin münasibətləri izah etmək istəyirdi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.34) Eləcə də o, özünün qərb imperalizminə qarşı olan meyllərinə də bəraət qazandırırdı.
    Altı günlük müharibə sona çatdıqdan sonra Feysəl "qərbin, xüsusilə Amerikanın neft şirkətləri ilə olan həmkarlıq dairəsini daha da kiçiltdi. 1967-ci ildə Küveytlə Səudiyyə Ərəbistanı belə razılığa gəldilər ki, neytral zonadakı neft ixracını Amerika və Yapon şirkətlərinə versinlər. 1968-ci ildə neft istehsal və ixrac edən Ərəb dövlətləri təşkilatı (OPEK) Səudiyyə Ərəbistanı, Küveyt və Liviyanın iştirakı ilə bağlandı və Ərəbistanın neft naziri onun idarəsini öz öhdəsinə aldı.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.131 )
    Qəzzafinin Liviyada İdris şaha qələbə çalması Feysəlin fikirlərini tamamilə dəyişdirdi (İdris şah Feysəllə birlikdə opekin təsisçilərindən idi.)
    O, "daxili siyasətdə hər növ yeni islahatlarla müxalifətə qalxdı və siyasət səhnəsində də özünü get-gedə qərbə bağladı. Bununla eyni zamanda yenidən bir islam cəbhəsi qurmaq fikrinə düşdü.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 ) Feysəlin islam cəbhəsi yaratmaqla əlaqədar səyləri Qəzzafinin Ribatda İslam ölkələri konfransında onunla kəskin rəftar etdiyinə görə 1968-ci ildə boşa çıxdı. Bu konfrans mühafizəkar ərəblərlə ifratçı ərəblər arasında parçalanma yaratdı ki, onların mübarizə təbliğatlarının əsas mehvəri Fələstin məsələsi idi. Son hadisələrdə Feysəl və onun mühafizəkar, mürtəce cinahı yalnız öz xeyirlərinə hərəkət etdilər. Belə ki, Feysəl qanlı sentyabr hadisəsində heç bir reaksiya göstərmədi(Fuiyə Klevd "Nizami-Ali-Səud”, səh.57 ) və on iki ildən sonra israillilər fələstinliləri Livandan çıxarmaq və onlara qarşı daha artıq vəhşiliklər törətmək istədikləri vaxtda Feysəl hətta cinayətkarcasına olan bu əməliyyatları televiziyada göstərməkdən belə boyun qaçırtdı.
    Feysəl daxili siyasətlər zəminində ağ ordunun (Səudiyyə polisinin) köməyi ilə öz daxili problemlərini müəyyən qədər həll edə bildi. Bundan əlavə, o, bir tərəfdən millətçilik təhlükəsinin aradan getməsi, digər tərəfdən də neftdən gələn külli miqdarda gəlir nəticəsində Ərəbistan cəmiyyətində müəyyən dəyişikliklər edə bildi. İbn Səudun İslamın zahiri göstərişlərinə əməl etməkdə çox ciddi olması Feysəlin dövründə də davam etdi.
    "Bü cür rəftar və əməl son əlli ildə, yəni Əbdül-Əzizin 1925-ci ildə hakimiyyətə çatmasından Feysələ sui-qəsd edildiyi vaxta qədər nə bir çətinlik yaratdı, nə də Ali-Səudun qüdrətinin möhkəmlənib davam etməsindən başqa bir şeylə nəticələndi. Xüsusilə, beşinci onilliyin ortalarından altmışıncı illərin əvvəllərinə qədər bu rəftarlar səudilərə kömək etdi ki, özlərinin sevimli və qüdrətli rəqiblərinin qarşısında (daim onları mübarizəyə çağırırdı) zəifliklərinə və sevimli olmamalarına baxmayaraq, davam edə bilsin.”(1349-cu ildə dörd səudiyyə təyyarəsi "Fəth”in (Fələstinin azadlığı üçün xalq cəbhəsi) şaxələrindən biri tərəfindən oğurlanıb qaçırıldı. Onun üçü İordaniyanın Davson təyyarə limanında patrladıldı. Bu hadisədən bir neçə gün sonra Məlik Hüseyn İordaniyada Fələstin qüvvələrini şiddətlə məhv etdi. Onları kütləvi şəkildə qırdı və qanlı sentyabr hadisələrini törətdi (Nizami-Ali-Səud, səh.158). 
    )
    Cənab Məscid Camei vəhhabilərlə əlaqədar məqalələrinin bir qismində Ali-Səud qüdrətinin möhkəmlənib davam etmə dəlillərini belə yazır: "...İbn Səudun əlli il müddətində qazandığı müvəffəqiyyətlərdə əsas məqsədi bu idi ki, ictimai, iqtisadi, əxlaqi və mədəni şəraitlərin məcmusu geniş xalq kütlələri ilə əlaqədar olduğundan onlarda çox da dəyişiklik etməsin. Düzdür, qırxıncı illərin axırlarında Səudiyyə cəmiyyətinə külli miqdarda sərvət sel kimi axıb gəlirdi. Amma əsas məsələ bu idi ki, bu sərvət əməli olaraq məhdud adamlar arasında bölüşdürülüb sərf edilirdi. Camaat, xüsusilə böyük şəhərlərdə yaşamayanlar bu dəyişikliklərdən tamamilə təcrid olunmuşdular, yaxud da ona şahid olduqları halda qəbilə adət-ənənələrinin möhkəmləndirilməsi, ölkənin genişliyi, əhalinin az və pərakəndə vəziyyətdə olması, cəmiyyət mərkəzləri arasında fəal və geniş əlaqələrin olmaması, səhrada yaşamaq təbiəti, şəhər həyatına nifrət və onun ardınca gələn xüsusiyyətlər, islam adı ilə hökmranlıq edən mütləq monarxiya, müxalifləri islama zidd adı qoyularaq edam edilməsi, xarici dünya ilə ideoloji, mədəni əlaqələrin, mətbuat fəaliyyətlərinin olmaması, savadsızlığın yüksək dərəcədə olması, özlərini hər bir şeydən ehtiyacsız hesab edən bədəviliyə məxsus xüsusi qüruru və bundan əlavə çoxlu amillər nəticəsində camaatın böyük bir qismi xarici aləmdə baş verən hadisələrdən ümumiyyətlə xəbərsiz qaldılar. Özbaşınaçılıq edən hakimlər camaatdan xəbərsiz olaraq onların bütün sərvətlərini mənimsəyib, hətta kiçik qisminin belə onlara verilməsinin qarşısını alırdılar.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb”, səh.4)
    Aydındır ki, altmışıncı illərin əvvəllərindən etibarən neftdən əldə olunan külli miqdarda sərvətin, eləcə də xarici sənaye mallarının sel kimi axaraq Ərəbistana gəlməsi bu ölkəni tamamilə dəyişdirdi. Amma bu dəyişikliklər sair ictimai və siyasi yönlərə təsir edə bilmədi. "Təhlilçilər Feysəlin islahatçı proqramlarını icra etməkdə müvəffəqiyyət qazanmamasının səbəbini orada mövcud olan ictimai quruluş, keriçilik, fəqirlik və köhnə adət-ənənələr hesab edirlər.”(Həmin mənbə )
    Amma Feysəlin özü "atasından irsən yetişmiş qüdrət və mövcud olan quruluşu qoruyub saxlayırdı. Başqa sözlə desək, səhranın siyasi-ictimai quruluşu və ailə tipli rəhbərliyi hakimiyyətdə idi və özündə iqtisadi dəyişikliklərə qeyri-təbii şəkildə yer verirdi. Yeni həyatın tələblərindən, o cümlədən, demokratiya, mətbuat azadlığı, ictimai və siyasi hüquqlar, azad düşüncə və s. kimi şeylər Ərəbistan cəmiyyətinə yeni məhsullardan istifadə etsələr də lüks mallardan başqa bir şey gətirməmişdi.(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.155 )
    Həqiqətdə Feysəlin siyasəti Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən ilham alırdı və Amerikanın göstərdiyi köməklər vəhhabilərin aradan getməsinə mane olurdu. Belə ki, "o, nəşriyyatı müsadirə etdi və həm ərəb, həm də qeyri-ərəb dillərində olan qəzetlərin ölkəyə gətirilməsində çoxlu məhdudiyyətlər qoydu.”(v) Feysəlin işə ciddi yanaşması nəticəsində onun əleyhinə müəyyən müqavimətlər başlandı. Bu barədə Seyyid Davud Ağayi belə yazır: "... 1969-cu il Səudiyyə rejimi üçün çox təhlükəli bir dövr idi. Müxaliflərin əsas etibarı ilə Yəməndən idarə olunan təxribatçı əməliyyatının genişlənməsinə baxmayaraq, iki çevriliş planı zərərsizləşdirildi. Onlardan biri Yusif Təvilin rəhbərliyi ilə olmuşdur. O, 1925-ci ildə səudilərin əleyhinə təşkil olunmuş millətçilik hərəkatının rəhbərinin oğlu idi. Onun qrupu dövlət binalarını partlatmaq, iğtişaş və hərc-mərclik yaratmaqla rəhbərliyə çatıb respublika təyin etmək istəyirdi. Bununla eyni zamanda Zəhranın hava qüvvələri akademiyasının rəisi polkovnik Davud Ruməq özünün qırıcı təyyarələrini hazırlamışdı ki, Feysəli sonrakı uçuşunda Ərəbistanın bir guşəsində qətlə yetirsin (qeyd olunan bu iki sui-qəsd Amerikanın təhlükəsizlik qüvvələri tərəfindən kəşf edilərək zərərsizləşdirildi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37)
    Feysəl xarici siyasətdə Əbdün-Nasirin sovetlər ölkəsinə yaxınlaşmasına, səudilərin isə qərbə meylli olduğuna görə heç vaxt həqiqi və uzunmüddətli bir razılaşma əldə edilə bilmədi. Hətta son zamanlarda çalışırdı ki, Afrikanın qərbindəki ərəb dövlətlərindən (Tunis və Mərakeş) Ərəb müttəhid respublikası müqabilində Suriya, Sudan və Liviyanın iştirakı ilə mötədil bir bağlılıq yaratsın.
    Nasirin ölümündən sonra Feysəl Ənvər Sadatla müəyyən qədər razılaşma əldə edə bildi. Ənvər Sadat Nasirin Ərəb sosializimi və Ərəb dövlətlərinin sovet ölkəsinə bağlılığı ilə əlaqədar siyasətlərinin məğlubiyyətə uğrayacağına inanırdı. "Feysəl inanırdı ki, Amerikanın İsraili himayə etməsi sovet hökumətinin Misirlə olan sıx əlaqəsinə görə idi və əgər Misir Moskva ilə əlaqələrini kəsərsə, artıq Amerikanın İsraili himayə etməsinə heç bir əsas olmayacaqdır. Çünki Amerika İsraili "Azad dünya” səngəri kimi qələmə vermişdi, Nikson da Ayzen Haver kimi, Süveyş kanalı hadisələrində mövqe seçərkən israilliləri Sina səhrasından geri çəkilməyə və işğal olmuş əraziləri boşaltmağa məcbur edəcəkdi. Ənvər Sadat razı olmuşdu ki, amerikalılar Sina səhrasından geri çəkilməyə zəmanət versələr ruslar da oradan çıxsınlar(Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.128 129 ) və bu da sonralar icraya qoyulan Kemp-Devid sülh müqaviləsi üçün bir zəminə yaratmışdı ki, Sadatla Feysəl arasındakı razılaşmanın və yaxın əlaqələrin bərqərar olunması ilə nəticələndi.
    1970-ci illərdə orta şərq ölkələrində baş verən siyasi hadisələrin hamısı bir növ neft məsələsi ilə əlaqədar idi və neft istehsal edən ölkələrin istəklərinin həyata keçməsində təsirli oldu. Ramazan müharibəsi (1973-cü ildə İsraillə ərəblər arasında baş verən dördüncü müharibə) bu hadisələrdə xüsusi əhəmiyyət daşıyırdı.
    Ramazan müharibəsinin başlanması ilə eyni zamanda Feysəl Ənvər Sadatı bu əməliyyatdan çəkindirdi (Feysəl heç vaxt təsəvvür etməzdi ki, Misir ordusu İsrail əleyhinə müvəffəqiyyətli bir əməliyyat keçirməyə qadir olsun) və əvəzində buna razı oldu ki, Amerikanı təhdid edib desin ki, əgər İsrailin müzakirəyə məcbur edilməsi üçün bir tədbir görməzsə öz neft istehsalını gündə yeddi milyon barel qədər azaldacaqdır. İsrailin ərəblər üzərində hərbi qüdrətinə əmin olan Amerika neft istehsal edən ölkələrin qərb əleyhinə təhdidlərindən nigaran deyildi. Digər tərəfdən, 1352-ci hicri şəmsi ilində Səudiyyənin Ali neft şurasının rəyasətini öhdəsinə alan Fəhd elan etdi ki, Ərəbistan Amerikaya bir qədər fürsət verməlidir ki, öz siyasətlərini dəyişdirsin. Həmçinin bitərəf ölkələrin Əlcəzairdəki konfransında (1352-ci il şəhrivərin 11-də) ümumiyyətlə neft silahından istifadə edilməsi məsələsi irəli sürülmədi. Ərəblərlə İsrail arasında dördüncü müharibənin başlanmasından sonra "Səudiyyə rəhbərləri Amerikaya bağlılığımı, yoxsa Ərəb və müsəlmanlarla həmrəyliyin bidirmək arasında sərgərdan qalmışdı.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.159 ) Şübhəsiz, bu müharibə nəticəsində ərəbləri və inkişaf etmiş ölkələri gizlin neft böhranı ilə agah etdi.
    Neft istehsalının azaldılması o qədər davam etmədi ki, qərb ölkələrinə iqtisadi cəhətdən bərpa olunmaz bir xəsarət vura bilsin. Amma bu, neft məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxartdı. Bu vəziyyət qərbdə "Neft Şoku” adı ilə tanındı. Qərb ölkələri və dövlətləri özlərinin bir neçə illik iqtisadi böhranını dəf edə bilməkdə bacarıqsız olduqlarını onların üzərinə atdılar.
    "Nizami-Ali Səud” kitabının müəllifi vəhhabilərin Amerika ilə sıx bağlılıqları və ondan tərəfdarlıq etmələri barəsində belə yazır: "...Öz taleyini qərbə bağlılıqda görən Feysəl və Fəhd istəyirdilər ki, qərb səbatlı və qüdrətli olsun, siyasi hərc-mərclikdən irəli gələn mühüm iqtisadi böhranlardan uzaqda olsun. Buna görə də dünya bazarlarında neftin qiymətini azaltmaq üçün öz neft istehsalını birdən-birə kəskin şəkildə artırdı. Belə ki, hətta gündə bazara on milyon barel neft çıxartdı və neft istehsal edən sair ölkələri də bir qədər mülayimləşməyə məcbur etdi.”(Həmin mənbə, səh.162 )
    Feysəlin Amerikaya kəskin şəkildə tərəfdarlıq etməsi və onun havadarı olması ərəblərin nəzərində məhkum olunur və İsrailə havadarlıq kimi hesab olunurdu. Buna əsasən, ümumxalq kütlələrin nəzərini cəlb etmək üçün o, 1352-ci hicri şəmsi ilində Fələstin Azadlıq Hərəkatına Riyaz şəhərində ofis açmağa icazə verdi. Səudiyyə sultanı inanırdı ki, İsrailin keçmiş hərbi müvəffəqiyyətlərinin əsası onun xarici silahlara malik olmasındadır. Buna görə də neft blokadası ilə onların hərəkətini nisbətən ləngitmək olar. Feysəl "çox sadəlövhcəsinə ümidvar idi ki, Amerikanı bu çarpışmalardan uzaq saxlayacaq. Lakin o dövrdə Amerika prezidenti Niksonun cavabı bu idi: "Biz xarici siyasətlərimizi milli mənafeyimizi nəzərə almaqla tənzim edəcəyik və heç vaxt icazə verməyəcəyik ki, İsrail quyunun dibinə düşsün!”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.167)
    Feysəl hələ təzə-təzə başa düşürdü ki, Amerika zahiri taktikalarına və camaatı aldatmasına baxmayaraq ərəbləri, neftə sahib olsalar da belə, heç vaxt İsraildən üstün hesab etməz. Buna görə də Beytül-Müqəddəsi işğal edən sionistlərin zatı və mahiyyəti Amerikada sionist tərəfdarları və ölkə başçıları ilə eynidir, onların arasında heç bir fərq yoxdur.
    Feysəl 1963-cü ilin oktyabrın 19-da müharibənin başlanması ilə bütün neft məhsullarının Amerikaya göndərilməsini dayandırdı. O bu yolla öz rəhbərliyini gücləndirmək istəyirdi. Amma onun neft embarqosu Amerikanın xeyrinə idi. Çünki gələcəkdə ərəblərin arasında vəhhabi rəhbərliyindən öz xeyrinə istifadə edə bilərdi.
    Neft oktyabr müharibəsində siyasi bir təzyiq adı altında işlədildi və onun ardınca da qiymətlərin artması ilə sanki dünyanın siyasi-iqtisadi durumu dəyişildi. Orta şərqin əhəmiyyətli və həssas məntəqələrinin mərkəzləri, xüsusilə Ərəbistan yüksək neft hasilatından əlverişli istifadə etdi... Amerika da yaranan bu şəraitdən bəhrələndi və "Kisincerin Riyaza və Tehrana diplomatik səfərləri ilə fəallaşdı. Kisincerin öz səfəri ilə məntəqənin hərbi vəziyyətələrinə nəzarəti İranda şahın öhdəsinə, iqtisadi vəziyyəti isə (Ərəbistanda) vəhhabilərin öhdəsinə qoydu. Beləliklə, hər iki ölkə Amerikanın siyasətləri istiqamətində hərəkət etməyə başladı.
    Cənab Məscid Camei 70-ci illərin əvvəllərində vəhhabilər və onların vəziyyətləri barəsində belə yazır: "Səudiyyə cəmiyyəti 70-ci illərin əvvəllərində bütün zahiri dəyişikliklərə və istilahatlara baxmayaraq, elə Əbdül-Əzizin dövründə olan bir cəmiyyət idi və onda heç bir mühüm və əsaslı dəyişiklik baş verməmişdi ki, islamın və vəhhabiliyin təfsirində bir yenilik olsun. Amma bu dövrdən sonra cəmiyyət istər-istəməz müəyyən dəyişikliklərə məruz qaldı; əlbbəttə, bu da Səudiyyə hakimlərinin xoşuna gəlmirdi. Amma bu dəyişikliklərə səbəb olan təzyiqlər elə güclü və dərin köklərə malik idi ki, onların meyyili olmaması və hətta rəhbərlərin kütləvi təzyiqlər emal etməsi ilə zərərsizləşdirilə bilməzdi. Təzyiqlər günbəgün artmaqda idi. Onun inkişaf edib yayılması üçün də münasib şərait var idi. Xüsusilə, səudilər öz siyasi mövqelərini qoruyub saxlamaq üçün (bu, 1973-cü il neft enbarqosundan yaranmışdı) öz batini meyyillərinin əksinə olaraq bəzi ictimai, iqtisadi və mədəni dəyişikliklər aparmağa, islahatlar etməyə razı oldular. Bu islahatların baş verməsi yolunda ən mühüm maneə Feysəlin özü idi ki, 1975-ci ildə müəmmalı şəkildə qətlə yetirildi.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.139 )
    Feysələ qarşı edilən sui-qəsd ilə əlaqədar "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "...1975-ci ilin mart ayının 25-də Məlik Feysəlin qardaşı oğlu Feysəl ibn Müsaid Peyğəmbəri-Əkrəmin (s) təvvəlüdünü təbrik etmək bəhanəsi ilə onun əlini öpmək mərasimində şahı güllə ilə qətlə yetirdi. Qatili də sonralar xalq içərisində edam etdilər.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb” )
    Həqiqətdə bir neçə müddət öncə Səudiyyə sülaləsinin öz arasında baş verən ixtilaf və çəkişmələr nəhayət Feysəlin qətli ilə nəticələndi və "bəzi vaxtlar ona sui-qəsd edilməsi iki təffəkkürün - islahatçı və islahata zidd olan təfəkkür arasında gizlin müharibə kimi qiymətləndirilən terror aktı naşı bir hakimiyyət idarəsində baş verməmişdi. Hər halda Feysəl və onun fikirləri aradan qaldırıldı və onun həmrəyləri də hakim iqtidardan götrüldü... Və bu da Əbdül-Əzizin, eləcə də onun təfsir etdiyi islamın və onun vəhhabiliyin tənəzzülə uğramasının əvvəlləri idi.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 )
    Feysəlin qətlə yetirildiyi dövrlər Ərəbistanın ən böyük neft ölkəsi kimi tanındığı bir dövrə təsadüf edirdi. 1973-cü ildəki neft embarqosundan sonra neftin qiyməti birdən-birə artmağa başladı və həqiqətdə Feysələ sui-qəsd edilməsi yeni həyatda başqa meyarların qəbul edilməsinə doğru bir yol açılması idi. Belə bir vaxtda Ərəbistanın sonrakı rəhbərlərinin dediyinə görə, bu ölkə sərhədlərin qorunması və təhlükəsizliyin bərqərar edilməsi üçün ona ehtiyaclı idi. "Belə bir şəraitdə Feysəlin siyasətlərini irəli aparmaq mümkün deyildi. O, ölkənin idarə olunmasında qəbilə yönlü rəhbərlikdən istifadə edir və islahatlar müqabilində ciddiyyət göstərirdi... Eləcə də səudilərin təhsil almış yeni nəslinə əhəmiyyət vermirdi. Əlbəttə, onun inanıb əməl etdiyi şey 70-ci illərin əvvəllərinə qədər nəinki ona faydalı deyildi, əksinə, ümumiyyətlə zəruri də sayılırdı və güclü ehtimala əsasən ona riayət etmədən çox-çox əvvəllər hökumət səudilərin əlindən çıxmışdı. Xüsusilə, o dövrdə Nasir və millətçilik təfəkkürləri geniş yayılmışdı və Nasir Ərəbistanın cənub sərhədlərində qoşun yerləşdirmişdi, azacıq sarsıntı və tərəddüdün bərpa olunmaz nəticələr verəcəyi ehtimalı verilirdi.(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb” )
    Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, Feysələ qarşı sui-qəsd edilməsi vəhhabilərin daxili və xarici siyasətlərində ümdə dəyişikliklərin baş verməsinə səbəb oldu. Bu da Xalidin, Fəhdin və onların canişinlərinin dövründə yaranmışdı.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 625 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024