İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-19, 3:35 PM
    VƏHHABİLƏRİN FEYSƏLDƏN SONRA İRAN İSLAM İNQİLABİNA QƏDƏR GÖRDÜYÜ İŞLƏR
    Feysəldən sonra onun qardaşı Xalid səltənət kürsüsünə oturdu. O, əyyaş şahzadələrin kamil nümunəsi və dünyanın hər bir yerindən qafil idi. Gözlənilmədən hərəmxanalardan çıxaraq taxtda oturmuşdu. O, "siyasi işlərə çox da maraq göstərmirdi. Bu zəmində göstərdiyi fəaliyyətlərdən ən ümdəsi taxta çıxmasından ibarət idi. Bundan əlavə onun gördüyü işlərdən biri də (1939-cı ildə) Fələstin məsələsi ilə əlaqədar Ceymz London konfransını keçirmək idi. Xalid bundan sonra siyasəti bütünlüklə tərk etdi və bədəvi qəbilələr arasında yaşamağa başladı. Bununla belə, Feysəl onu vəliəhdliyə və 1965-ci ildə isə baş nazirin müavini vəzifəsinə təyin etmişdi.”(Həmin mənbə )
    Xalid əyyaş və sadəlövh bir adam idi. Güclü ehtimala görə Feysələ qarşı terror aktından yaranan gözlənilməz şok vəziyyəti və vəhhabi quruluşunun dağılmasından yaranan qorxu nəticəsində cürətlə, heç bir şey fikirləşmədən Feysəlin canişini təyin olundu. O əvvəldə öz sələflərinin siyasətini davam etdirəcəyini bildirməsinə baxmayaraq, bu dövrdə də siyasi məsələlərə çox da maraq göstərmədi, icra və qanunçuluq işlərini əməli olaraq öz qardaşına – vəliəhdi olan Fəhd ibn Əbdül-Əzizə həvalə etdi.
    O dövrdə ərəb dünyasına hakim olan siyasi şərait elə bir vəziyyətdə idi ki, Ərəbistan neftdən hasil olan dollarlarla və daha güclü bir cazibənin olmamasına görə, qərb blokunun və Amerikanın himayələrindən istifadə edərək ərəb dövlətlərinin mərkəzinə çevrildi. Artıq Qahirə özünün qədimki ideyalarından əl çəkmiş və sair ərəb ölkələri də hər biri xüsusi bir çətinliyə düçar olmuşdu. Fars körfəzinin sahil məntəqələrində yaşayan sərvətli şeyxlər də o qədər kiçilib əhəmiyyətsiz olmuşdular ki, heç vaxt böyük iddialar edə bilmirdilər. Xüsusilə onlar və vəhhabi səudilər əməldə bir vahidi təşkil edirdilər. Buna əsasən, ərəblərin gözləri Riyaza və onun siyasətlərinə dikilmişdi. Belə bir şəraitdə Səudiyyə rəhbərləri Əbdül-Əziz və Feysəl kimi bir şey deyib əməl etməyi nə bacara bilir və nə də istəyirdilər. Onlar başa düşmüşdülər ki, öz mövqelərini qoruyub-saxlamaq, qüdrət və nüfuzlarını möhkəmləndirmək üçün bütün siyasət sahələrində yeni fikirlər və islahatlar aparmağa məcburdurlar. Xüsusilə, 70-ci illərin əvvəllərində məntəqədə yeni bir qüdrət yarandı və o da İmam Xomeyninin rəhbərliyi ilə İran İslam inqilabının əzəmətli qələbəsi idi ki, bu da səltənət rejiminin strukturunu tamamilə lərzəyə gətirib sarsıtmış, dünyada bir sıra ümdə dəyişikliklərin yaranmasına səbəb olmuşdu.
    Cənab Məscid Camei Ərəbistanın 1973-1979-cu illərdəki vəziyyəti barəsində belə yazır: "...Həqiqət bundan ibarətdir ki, Feysələ sui-qəsd edilməsi ilə İran şahının süqutu arasındakı zamanda (1973-1979), xüsusilə 1973-cü ildə Səudiyyə Ərəbistanın və vəhhabilərin daxilində baş verən iğtişaş və çəkişmələr oraya hakim olan sərgərdançılıq və pərakəndəlik dövrüdür. Pul sel kimi axmağa başlamışdı. Özü də ağır zülmə, sinfi ziddiyyətlərə düçar olan, azad rəqabətin olmadığı, ictimai və iqtisadi quruluşun köhnəldiyi bir dövlətdə. Səudilər əvvəlcədən hazırlıqları olmadığı halda, gözlənilmədən özlərini ərəb dünyasının mərkəzində və strateji cəhətdən dünyanın ən həssas və mühüm ölkələri sırasında gördülər. Lakin uzun müddət belə bir mövqeyin yaranacağına inana bilmirdilər. Onlar hər bir şeydən qafil olaraq külli miqdarda olan milli sərvətləri israf etməyə başlayaraq cəmiyyəti öz halına buraxdılar. Bu müddət ərzində nə təsirli bir qüdrət var idi, nə də güclü bir proqram. Yüksək vəzifəli şəxslərdən hər biri yalnız özünə məşğul idi və ətrafında baş verən hadisələrdən tamamilə qafil idi. Xüsusilə, bunu nəzərə alaq ki, hər şeydən xəbərsiz, xəstə və huşu az olan bir fərd qüdrət başında idi...”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 )
    Qeyd olunanlara diqqət yetirməklə o dövrdə Ərəbistana hakim olan vəziyyəti gözəl şəkildə anlamaq olar. O dövrdə vəhhabilər neftdən əldə olunan külli miqdarda pullardan faydalanırdılar. Amma bu sərvətlər yalnız vəhhabi xanədanına nəsib olmuşdu və onlardan başqaları bundan qətiyyən bəhrələnmirdilər. Kəskin sinfi ixtilaflar, ictimai ziddiyyətlər və iqtisadi ədalətsizliklər, zülm və zorakılıq ölkəyə hakim idi. Ümumxalq kütlələri fəqirlikdə, miskinlikdə və səfalətdə yaşayırdılar, camaata vicdan və mətbuat azadlığı verilməmişdi. Cəmiyyətə siyasi bir irticanın hakim olduğu belə bir şəraitdə bir sıra dəyişikliklərin və islahatların aparılması zəruri idi. "Vəhhabilik Ərəbistan yarımadasında” məqaləsinin müəllifi bu barədə belə yazır: "...Artıq qüdrət şeyxlərin və onların köhnə fikirli nüfuzlu varislərinin əlində deyildi. Əməli olaraq yeni təhsil almış təbəqələr aparıcı rola malik idilər. Sel kimi axmaqda olan bu sərvətlərin xərclənməsi xarici mütəxəssislərin, texnoloqların və fəhlələrin ölkə daxilinə gəlməsini zəruri edirdi. Onların kənarında da müxtəlif tikinti şirkətləri, müəssisələr, ticarət mərkəzləri var idi və onların ardınca da iqtisadi köməklər almaq məqsədi ilə gələn diplomatik heyətlər görünürdü.... Artıq Ərəbistanı 50-60-cı miladi illərindəki siyasət əsasında qurmaq olmazdı.(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb” 
    )
    Buna əsasən, vəhhabilikdə bir daha dəyişiklik edilməsi lazım və zəruri idi. Birinci dəfə İbn Səudun (Əbdül-Əzizin) dövründə islahatlar aparılmış və dini nəzəriyyələr baxımından vəhhabiləri Ərəbistan cəmiyyətinə hakim etmişdilər. Bu dəfə bir fərd deyil, əksinə yeni zərurətlər və təzyiqlər aparıcı rola malik idi.
    Cənab Məscid Camei bu barədə belə yazır: "Fars körfəzi məntəqələrində yaşayan Şeyx əyalətlərini, xüsusilə Səudiyyə Ərəbistanını, sair ərəb və müsəlman rəhbərlərindən çoxunu şok vəziyyətinə salan şey onların heç vaxt gözləmədikləri halda İran İslam inqilabının qələbə çalması idi. Şahın müxtəlif siyasi, tarixi, mədəni və bəzi hallarda dini səbəblərdən ərəb rəhbərləri tərəfindən nifrətlə qarşılanmasına baxmayaraq, bu, ehtiram qoyulacaq bir qüdrətə malik idi. Belə ki, məntəqənin və eləcə də onun ictimai əmin-amanlığın və asayişin qorunmasındakı siyasi rolu qərblilərin və ona uyan hakimlərin xeyrinə idi və bu barədə əsaslı rol oynayırdı. Xüsusilə, 60-cı illərin axırlarında tədricən məntəqənin hərbi və iqtisadi qütbünə çevrilmişdi və kommunizmə və sovet hökumətinə qarşı zidd mövqe tutduğundan Fars körfəzində yaşayan şeyxlər onun barəsində xatircəm idilər və onun qüdrət və qərarına inanırdılar... Şahın qərb siyasətləri kommunizmə və ruslara zidd olan siyasətlərinin şüası altında idi. Amma onun bütün qüdrət, şövkət və əzəmətinin bir neçə ay ərzində dini hərəkat müqabilində böyük bir qar yığınının günəş qarşısında əriyib aradan getdiyi kimi məhv olub aradan getdiyini gördükdə, onun gözlənilməz süqutundan və məntəqədə olmamasından yaranan boşluqdan vəhşət hissi keçirməkdən əlavə, öz vəziyyətləri, qüdrətləri və sabitlikləri, həmçinin qərb və Amerika tərəfindən himayə olunma dərəcələri barəsində nigarançılıq hissi keçirdilər. Xüsusilə, İranda inqilabın qələbəsi ilə bütün müsəlman əyalətlərini bir sıra həyəcan və iğtişaşlar bürümüşdü.(Həmin mənbə )
    Sonrakı bölmədə İran İslam inqilabı ilə qarşılaşmada vəhhabiliyin daxilində, eləcə də Səudiyyə cəmiyyətində baş verən dəyişiklikləri araşdıracağıq.
    İRAN İSLAM İNQİLABİNİN ƏZƏMƏTLİ QƏLƏBƏSİNDƏN SONRA VƏHHABİLƏRİN GÖRDÜYÜ İŞLƏR
    Həqiqətdə 70-ci illərin əvvəllərində vəhhabilərin daxili və xarici siyasətlərində, eləcə də onların Səudiyyə cəmiyyətinə hakim olan din prinsiplərində dəyişikliklər baş verirdi. Amma İranda İslam inqilabının əzəmətli qələbəsi ilə bu dəyişikliklər bir daha şiddətləndi. 1979-cu ildə baş verən bu inqilab Səudi siyasətlərindən daha artıq vəhhabiləri öz təsiri altına aldı.
    Şübhəsiz, XX əsrin bu böyük hadisəsi – həm dünya, həm də məntəqə səviyyəsində əzəmətli islami hadisə olan bu inqilab vəhhabi səudiləri və onların himayədarlarını qəflət yuxusundan oyatdı. Onlar başa düşdülər ki, öz keçmiş siyasətlərini davam etdirəcəkləri təqdirdə gözlənilmədən qüdrətləri sarsılacaq və cəmiyyət həll olunmaz böhranlı vəziyyətə düçar olacaqdır. Bəlkə də bunun ən yaxşı nümunəsi "İxvanul-müslimin”ə meyl edən və vəhhabi Səudi xanədanının səltənəti ilə müxalifət edən bir qrupun hərəkatı idi ki, Cəhiman əl-Ətibi və Məhəmməd ibn Əbdüllah Qəhtaninin başçılığı ilə, 1979-cu miladi ilində baş vermişdi.(Həmin mənbə ) "Vəhhabiyyət Ərəbistan yarımadasında” məqaləsinin müəllifi bu barədə yazır: "Bu qiyamın tarixi, əqidəvi və kəlam baxımından malik olduğu əhəmiyyət və dəyərinə nəzər yetirməklə, qeyd etmək lazımdır ki, belə hərəkatların baş verməsinin özü də 70-ci on illikdə Ərəbistana hakim olan riyakarlıq, dinsizlik, fəsad və zülmə ən yaxşı dəlildir. Bu şəraitdən yaranan təzyiqlər o qədər üzücü və təhrikedici idi ki, Ətibi və onun havadarlarını məcbur etmişdi ki, bütün dini və qeyri-dini sərhədləri sındırsın, öz hərəkatının qanuni olmasını izah etmək üçün Məhdəviyyət pirinsipinə üz gətirsinlər.”(Hərəkatın rəhbərliyini Cəhiman əl-Ətibi və Məhəmməd ibn Əbdüllah Qəhtani öhdələrinə almışdılar. 1979-cu ilin noyabrın 20-də 200-300 nəfərlik silahlı bir dəstə (onların əksəriyyətini yəmənli, misirli və küveytli dini tələbələr təşkil edirdi) Qəhtaninin rəhbərliyi ilə Məscidül-həramı ələ keçirtdilər və 22 gün müqavimət göstərdikdən sonra məğlub oldular. E`lan etdilmişdi ki,bu hadisələrdə dövlət qüvvələrindən 127 nəfər ölmüş, 461 nəfər yaralanmış, qiyamçılardan isə 117 nəfər öldürülmüş və qalanları da əsir tutulmuşdu. 1980-cı ilin yanvar ayında tutulanlardan başda Əl-Ətibi olmaqla 63 nəfər gizli şəkildə aparılan sür`ətli mühakimədən sonra dəstələrə bölündü. Hər dəstəni bir şəhərə göndərdilər və 1980-cı il yanvarın 9-da şəhərlərin meydanlarında hamısının boynu vuruldu. ("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.38 )
    Həqiqətdə Ətibinin qiyamı səudilərə göstərdi ki, onların sonsuz fəsadları, rüsvayçılıqları və dinsizlikləri cəmiyyəti onların əleyhinə qiyama səsləyir. Buna görə də İran təcrübələri və onun ardınca baş verən hadisələr Ərəbistanda da baş verib onlara öyrətdi ki, "Cəmiyyətin mümkün olan ən az razılığını cəlb etmədən, eləcə də inkişaf amilləri və inqilabi fikirlərin nüfuzu zəminələrini aradan qaldırmadan sabit qala bilməzlər. Buna görə də ictimai, iqtiqsadi və mədəni zəminlərdə münasib şərait yaratmaq və bununla da öz siyasi həyatlarını davam etdirmək üçün çalışdılar.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb”)
    Bir müddət anlaşılmaz vəziyyətdə qaldıqdan, onların istəklərinin əksinə olaraq baş verən və sonralar da baş verməkdə olan hadisələrlə əlaqədar nigarançılıq hissi keçirdikdən sonra nəhayət bu nəticəyə çatdılar ki, öz dini siyasətlərində yenidən nəzər verməlidirlər; bununla da cəmiyyətdə baş verə biləcək böyük dəyişiklikləri və ondan qaynaqlanan qüvvələri nəzarət altına alsınlar (bu qüvvələr onların qüdrət və hakimiyyətlərini təhdid edirdi). Əlbəttə, bu mühasibələr vəhhabi səudilərin qüdrət və bacarıqlarından çox-çox üstün idi. Buna görə də Səudi məqamlarının öz xarici himayəçiləri olan müşavirlərinin (amerikalılar və qərblilər) tövsiyələrindən kömək almadan bu nəticəyə çatmaları çox zəif bir ehtimaldır. Diqqət yetirmək lazımdır ki, bu tövsiyələr məhz İranda şahın süqutundan sonra irəli çəkildi və bu da göstərirdi ki, şahın süqutundan sonra qarşılaşdığı məğlubiyyətdən sonra (başqa sözlə, bu hadisə qəfildən baş vermişdi) öz mənafelərini Səudiyyə rejiminin qalıb davam etməsində görənlər belə tövsiyələr etmişdilər.
    Bir daha vəhhabilərin hakim ideologiyasında dəyişiklik və islahat edilməsi lazım idi ki, bununla da yeni şəraitlə uyğunlaşa bilsinlər. Məscid Camei bu barədə belə yazır: "Təqribən demək olar ki, səudiləri yenidən nəzər verməyə məcbur edən amillərin ən mühümü təhsil almış yeni nəslin yayılıb inkişaf etməsi və orta səviyyəli bir təbəqənin yaranması idi. Onlar aşkarda nə öz hakimlərini bəyənirdilər, nə də onların bədəvi ərəblərə məxsus olan adətlərinə təqlid edirdilər. Eləcə də onların dini əqidələrini də qəbul etmir, üstəlik mövcud dini əqidələri məsxərəyə qoyurdular.
    Deməli, vəhhabilər öz daxili siyasətlərində və zəif əqidə ideologiyasında yeni nəzərlər verməli, islahatlar aparmalı idilər. Bunun səbəbi də ictimai və siyasi zərurətlərdən əlavə, yeni həyatın tələbinə görə ruhi, psixoloji və əxlaqi hazırlıqlar idi ki, onun üçün də 20-30 il əvvəl baş verən iqtisadi və siyasi dəyişikliklər zəmin yaratmışdı. Vəhhabiləri bu dəyişikliyə vadar edən mühüm amillər yeni ziyalı nəslin artması və orta səviyyəli bir təbəqənin yaranması idi ki, bu çox sürətlə inkişaf etmişdi. Buna görə də onlar hər növ tarixi, mədəni, hətta sinfi şəxsiyyətə belə, malik deyildilər. "Onların İslamdan uzaq olmaqla yerli mədəniyyət arasında olan müştərək cəhətləri, qərbə qarşı gülünc surətdə vurğunluqları, qərb məhsullarına, əxlaq və qanunlarına həddindən artıq aşiq olmaları idi.” Əlbəttə, vəhhabilərin klassik rəhbərlərinin əsas müşküllərindən biri bu idi ki, yeni nəslin, təhsil almış qruplarından bir dəstəsi islama, əsl dinə və dəyərlərə qayıtmaqdan başqa bir şey düşünmürdülər. Bunlar həmin şəxslərdirlər ki, hal-hazırda da islam ölkələrinin və Səudiyyə Ərəbistanının çox yerlərində də böyük bir inqilabi kütlə hesab olunurlar.
    Özünü vəhhabiyyətin himayəçisi və qoruqçusu hesab edən klassik vəhhabi rəhbərləri cəmiyyəti yeni nəslin, təhsil almış təbəqənin istəkləri əsasında idarə etməyə məcbur olurdular və vəhhabi hakimiyyətində də müəyyən mötədillik baş verirdi.
    Vəhhabi səudiləri daim hiyləgərlik siyasətləri ilə Ərəbistana hakim olmaq istəmişdilər ki, bu vasitə ilə öz hakimiyyətlərini, istilaçılıqlarını davam etdirsinlər və milli sərvəti yaxşı qarət edə bilsinlər. Məscid Camei vəhhabilərin hiyləgərlik siyasətləri barəsində belə yazır: "Səudilər bir tərəfdən qərbə meyl edən ziyalı təbəqəsini özünə cəzb etmək (onlar əməldə qüdrəti ələ almış və qərblilərin birbaşa, yaxud müəyyən yollarla olan himayələrindən bəhrələnirdilər), digər tərəfdən də dinə şiddətlə rəğbət bəsləyən inqilabçı ziyalılar müqabilində qərar tutmuşdular. Bu da səudilərin qarşılaşdıqları çıxılmaz vəziyyətdən biri idi və onların riyakarlıq siyasətlərinin ən mühüm amillərindən sayılırdı. Səudilər İslam barəsində riyakar bir siyasət davam etdirdilər. Əməldə fəsad, əxlaqsızlıq və qeyrətsizlik kimi işləri yayır, digər tərəfdən də İslamın zahirinə riayət edirdilər ki, dinsizlik ilə mütəhhim olunmasınlar. Bu gün vəhhabilərin yerini digər ünsürlər tutmasa da, heç olmazsa onlarla eyni səviyyədə olan şeylər - ərəb millətçiliyindən tutmuş, kitablar, jurnallar və qəzetlər vasitəsi ilə gətirilən yeni fikirlər tutur.
    Aydındır ki, bu dəyişiklik və islahatlar vəhhabilərin tarix boyu üzləşdiyi şeylərdir ki, müasir dövrdə islam firqələrindən heç biri onunla qarşılaşmamışlar. Bunun səbəbi bir tərəfdən odur ki, vəhhabiyyət Hicazın hakim sistemində qüvvədə olan ideologiyadır. Digər tərəfdən də onların zat və batinində olan zəiflikləri ilə əlaqədardır. Buna görə də vəhhabiyyət öz əsalətlərinin əldən verilməsi və onun əqidə prinsipləri ilə ziddiyyət təşkil edən islahatları qəbul etmək məcburiyyətində qalmışdılar. Buna əsasən, bu sahədə ciddi səylər göstərilmişdir ki, vəhhabiyyət yeni həyat və mədəniyyətlə uyğunlaşdırılsın. Bu mədəniyyət və həyat da əməldə Səudiyyə ölkəsində yeni yaranmış və qərblilərə təqlidçilikdən başqa bir şey bilməyən təbəqənin mədəniyyət və səpgisindən ibarət idi. Onlar, zahirdə bunu etməyə müvəffəq olsalar da tələm-tələsik halda gördükləri tədbirləri səthi və məzmunsuzdur.
    "Ərəbistan yarımadasında vəhhabiyyət” məqaləsinin müəllifi səudilərin və onların xarici müşavirlərinin öz problemlərini həll etmək üçün vəhhabiyyətə üz gətirmələrinin səbəbi barəsində belə yazır: "Ən mühüm dəlil budur ki, onlar bu vasitə ilə əvvəla, əsl islam mədəniyyətini, insani təşkilatları məhv etmək, eləcə də öz əsl köklərinə qayıtmaq istəyən narazı xalq kütlələrinin nüfuz qazanıb formalaşmasının qarşısını almaq istəyirdilər ki, onlar ayağa qalxmasınlar. Onlar İslamın qüdrətli mədəniyyətindən ilham almaqla vəhhabiyyət tərəfindən təhrif edilib məhv olmasına baxmayaraq, hər an və hər bir halda çox təhlükəli idi. İkincisi, onlar elə bir ideologiyaya ehtiyac duyurdular ki, onun vasitəsi ilə keçid mərhələsini ötə bilsinlər. Bu ideologiya da iqtisadi, ictimai və mədəni sahələrdə müxtəlif və uzun müddətli proqramların həyata keçirilməsinə zəmin yaratsın. Başqa sözlə desək, onun köməyi və əhəmiyyəti qərbin hakim iqtisadi və mədəniyyəti içərisində həzm edilməkdən ibarətdir...
    Hər bir halda fəqirliyin və zülmün hakim olması və digər çoxlu səbəblər nəticəsində bu məhrum kütlələr əməldə qapalı bir cəmiyyət formasında qalmışdılar. Bunun nəticəsində də onların fikri, ruhi, əxlaqi dəyərləri və nəhayət bütün mədəniyyətləri də çox təhlükəli və qəbul ediləsi mümkün olmayan vəziyyətdə qaldı. Siyasi, iqtisadi və mədəni yolları istismarçıların əlində olan geridə qalmış bütün ölkələrdə vəziyyət belədir. Onlar həmişə təhlükə törədəcək bir qruplarla qarşılaşır. İstismarçı qüvvələr həmişə belə hərəkatlardan qorxmuşlar. Çünki, qərbə bağlı olan mövcud fasid və yaramaz hakimiyyəti təhdid edən şey cəmiyyətin daxilində, özü də məxfi olan bu halətlərdir ki, onların ruhuna və canına hopmuşdur, həm də çox müqavimətli və güclüdür. Daha maraqlısı budur ki, təkcə daxili zalımların, yaxud onların himayəçisi olan istismarçıların müqabilində, adətən, qərb mədəniyyətinin zatən üstün və haqq olması ilə çıxış edən mübariz qruplar da olur. (Ətibinin qiyamı da bu mübarizələrdən bir nümunə idi.) Mövcud olan bu xətərli qrupları məhv edərək onların inkişaf etməsinin qarşısını ala bilən yeganə amil əvvəla, onların həyat şəraitinin dəyişilməsi, yalnız istehlakıçı qüvvələrə çevrilməsi, cəmiyyətin onlara bağlı olan mədəni və ictimai hasarının nisbətən zəiflədilməsi, digəri isə onların etimad etdiyi ünsürlərdən ibarət olan ideologiyanın qəbul edilməsi və həmçinin rəhbərlik sistemi tərəfindən təlqin olunan siyasətlərlə müvafiq olub razılaşmadır.
    Qeyd olunanlara diqqət yetirməklə demək olar ki, vəhhabi səudilər də İslam İnqilabından sonra və eləcə də Məkkədə Ətibinin uğur qazanmayan qiyamından sonra bu nəticəyə gəldilər ki, Ərəbistana öz hakimiyyətlərini davam etdirmək və İslama zərbə vurmaq üçün müəyyən tədbilər görməlidirlər. Buna görə də var-qüvvələri ilə çalışırdılar ki, ucqar yerlərdə və məntəqələrdə mövcud olan mübarizə ocaqlarına nüfuz etsinlər, onların iqtisadi, ictimai və mədəni quruluşunu tamamilə dəyişsinlər və bu yolda ixtiyarlarında olan bütün imkanlardan istifadə etsinlər. Köçəri qəbilələri ev tikilənə qədər çadırlarda yerləşdirilməsi, onlar üçün iş yeri düzəldilməsi, onların yaşadığı yerlərə yol çəkilməsi, işıq və elektrik enerjisinin istifadəyə verilməsi, soyuducu və kondisonerlərdən tutmuş zinət əşyalarına qədər, xüsusilə video kimi avadanlıqların gətirilib yayılması və s. kimi işlərdən istifadə etdilər ki, bu kimi şeylər neft çıxarılan əyalətlərdə əksər hallarda pulsuz paylanırdı. Belə yerlərdə yerli əhali əsas etibarı ilə şiə idilər və İslam İnqilabının qələbəsindən sonra həmin məntəqələrdə müəyyən qədər iğtişaşlar gözə dəyirdi.
    Belə bir sual yaranır ki, görəsən, vəhhabi səudilər daxili siyasətlərdə vəziyyəti öz xeyrinə dəyişməkdə gördükləri tədbirlərdə müvəffəq oldularmı? Cavabında demək lazımdır ki, onlar bu barədə müəyyən qədər müvəffəqiyyət qazandılar və bunun dəlillərindən birini ərəblərin, xüsusilə Ərəbistan ərəblərinin ruhiyyələrində, digərini isə onların özünə məxsus olan ictimai və mədəni rabitələrində, yeni dəyişikliklərlə mübarizə aparmaqda bu rabitələrin qadir olmamasında axtarmaq lazımdır. Ruhiyyə baxımından ərəblər, xüsusilə onların çöl ərəbləri bəzək əşyalarına çox meyl göstərirdilər. Buna görə də onların istehlakçı ehtiyaclarını təmin etmək onları müti etmək üçün bir amil idi.
    Şübhəsiz, qəbilə və tayfa rəbitələri ərəblər arasında xüsusi əhəmiyyətə malikdir. Buna görə də Ərəbistanda və ümumiyyətlə, Ərəb yaşayan orta şərqdə ictimai qurumlar qəbilə rabitələri əsasındadır. Bu rabitələrin də güclü olması mümkündür. Lakin qan-qəbilə təəssüblərinə kəskin vəfadar olduqlarına görə baş verən yeni dəyişikliklər müqabilində məğlub olmaqdan əlavə, əsilliklərini və cəmiyyətin dəyərlərini qorumağa da kömək etməyə qadir olmayacaqdı. Ərəbistan cəmiyyətində də mədəniyyət özünün geniş mənasında islamdan deyil, qəbilə-icma quruluşundan təsirlənən bir mədəniyyət mənasınadır. Belə bir cəmiyyətdə əhəmiyyət kəsb edən şey qəbilə mədəniyyətləri və əlaqələridir; bu ikisi də öz növbəsində artıq deyil, yalnız qəbilə aralarında mövcud olan əlaqələrin qorunub saxlanmasına və güclənməsinə kömək edir. Buna görə də qəbiləvi iftixarları və heysiyyətləri ilə əlaqədar olan yeni dəyişikliklərlə qarşılaşarkən ciddi müqavimət göstərirlər. Bu, əsl qayda olduğundan bu çərçivədən xaricdə olan hər bir dəyişiklik müqabilində geriyə çəkilirlər. Daha aydın desək, bir səudiyyə ərəbi üçün mühüm məsələ budur ki, qəbilə əlaqələrini qoruyub saxlasın. Onun üçün öz qəbiləsindən olanların hansı şəraitdə yaşayıb inkişaf etmələri, necə təlim alıb tərbiyələnmələri çox da əhəmiyyət kəsb etmir. İstər onların tərbiyəsi islami olsun, istərsə də qeyri-islami, istər dindar bir şəxs, vətənə, istiqlaliyyətə və öz cəmiyyətinə bağlı adam olsun, istərsə də olmasın. Səudiyyələrin müvəffəqiyyət qazanması da həmin məsələ ilə bağlıdır. Onlar öz milli həyat quruluşlarını qısa müddət ərzində dəyişdirdilər. Halbuki, nəzərə çarpacaq ciddi bir müqavimətlə qarşılaşmadılar və çox hallarda da camaat onların gördüyü tədbirləri alqışla qarşıladılar.
    Cənab Məscid Camei ərəb ölkələrinə hakim olan qəbiləvi həyat tərzi, ictimai əlaqələr və onların bu cərəyanlardan təsirlənməsi barədə belə yazır: "...Ərəb ölkələrində qorxulu diktaturanın, xüsusilə qəbiləvi əlaqələrin inkişaf etməsi, daha uzaq keçmişə malik idi. Qəbilə əlaqələrinin hər şeydən üstün tutulması, bütün sair dəyərlərin onun şüası altında qalması, eləcə də bir qəbilənin bütün ölkəyə hakim kəsilməsi bu əlaqələrin daha güclənməsinə səbəb olmuşdur. Qəbilə həyatı əsasında qurulan bu ölkələr qüdrəti ələ aldıqları üçün həqiqətdə ölüm-dirim mübarizəsinə qalxırdılar; ya qüdrəti tam şəkildə ələ keçirməli, ya da süstləşib qüdrətdən əl çəkməli idirlər ki, bu hal da qəbilənin bütün fərdlərini intiqamçılıq və qanlı mübarizə ərəfəsinə gətirib çıxarırdı.
    Bu hadisənin ardınca iki nəticə gəlir: Birincisi, bu işlər qəbiləyə mənsub olan kin-küdurətə və zorakılığa gətirib çıxarır. İkincisi, qəbilə daxilindəki bağlılıqları daha da möhkəmləndirir... Bu cərəyan da kor-korana şəkildə artmağa başlayır. Təbiidir ki, belə şəraitdə hakim quruluş hər gün daha sərt mübarizə aparır. Ərəb ölkələrinin çoxunda azadlıq və demokratiya üçün şəraitin günbəgün gərginləşib daha da qeyri-münasib olması, həmçinin diktatorların daha artıq zorakılıqla hakim kəsilməsinin səbəbi də əsas etibarı ilə bundan ibarətdir. İraq, İordaniya, Bəhreyn, Suriya və Ərəbistan bunun ən yaxşı nümunələridir.
    Həqiqətdə İranda İslam inqilabının qələbəsindən sonra səudilər vəhhabiyyətin bir qədər dəyişdirilməsi və öz daxili siyasətlərində yenidən baxış fikrinə düşdülər ki, bunun vasitəsi ilə vəhhabiyyət onların həm qısa müddətli, həm də uzun müddətli hədəf və proqramlarını təmin etməyə bir vasitə olsun, qüdrət və hökumətlərini sabit saxlaya bilsinlər. Buna əsasən, yenicə zühur etmiş vəhhabiyyət – Feysəlin vəhhabiyyəti istehlakçı mədəniyyət və səudilərin orta səviyyəli təbəqələrinin təqlidçiliyindən ibarətdir. Bundan da təhlükəlisi budur ki, saray müftiləri, başqa sözlə desək, vəhhabi mədəniyyətinin keşikçiləri birbaşa camaatın klassik əxlaqi və etiqadi əsaslarını dağıdan yeni mədəniyyətin genişlənib nüfuz etməsinə kömək edir, fəsad ünsürləri müqabilində sükut yolunu seçir, bu işlərə laqeyd yanaşırdılar. Səudilərin böyük riyakarlığı bununladır ki, özləri proqram irəli sürməklə əməli olaraq camaatın dini və əxlaqi əsaslarının dağılmasına kömək edir, digər tərəfdən isə iddia edib deyirlər ki, islami dəyərlərin qoruqçusudurlar...
    Səudiyyə hakimləri İslamın modernləşdirilməsi cərəyanında qərb ölkələrində təhsil almış ziyalıların himayəsindən lazımınca bəhrələnirdilər. Onların inancına görə İslam dini hakim tağut dəyərlərində həll olunmalı, zəmanənin rəginə boyanmalı, mövcud hadisələrdən təsirlənməlidir.”(Həmin mənbə)
    "Ərəbistan yarımadasında vəhhabiyyət” məqaləsinin müəllifi vəhhabiyyətin 80-cı illərdəki xüsusiyyətlərini belə qeyd edir: "80-cı illərin vəhhabiyyəti Feysəlin və Əbdül-Əzizin vəhhabiyyətinin modernləşdirilmiş formasıdır. Ərəbistan heç bir çətinlik olmadan qərbin iqtisad çarxında həzm olunmuş, qərb dövlətləri onun iqtisadi həyatının ayrılmaz bir hisəsinə çevrilmişdi; bu ölkəyə hakim olan rejimin həyatının davam etdirilməsi üçün böyük bir dayaq sayılırdı. Buna görə də 80-cı illərdə Feysəlin vəhhabiyyəti Səudi ölkəsində istehlakçı mədəniyyətin orta təbəqədəki təqlidçilərin hasilindən əmələ gəlmişdi. Əlbəttə, bu qarşılıqda əsas orta təbəqədən olanların mədəniyyətidir. Bu ikisi də bir-birin ilə müxalif olduğundan məhz vəhhabiyyət rəqibin xeyrinə olaraq geri çəkilmişdir. Səudiyyə Ərəbistanında daxili vəziyyət, radio, televiziya, eləcə də mətbuat (istər daxildə çap olub yayılsın, istərsə də xaricdəki səudilərin idarəçiliyi və sərmayəsi ilə çap olub gətirilərək Hicaz məntəqəsində yayılsın) yeni yaranmış bu vəhhabiyyətin xüsusiyyətlərini bəyan edə bilər. Xüsusilə, əvvəllər şiddətli reaksiya göstərdikləri şeylərə qarşı indi süstlük və səhlənkarlıq göstərirlər. Daha təhlükəlisi budur ki, bu vəhhabiyyət ya birbaşa cəmiyyətə nüfuz edir, camaatın klassik əxlaq və etiqadlarını xarab etmək üçün onlara kömək edir, ya da belə bir hədəfi izləyən və əsas etibarı ilə fitnə-fəsadı yayan amillər müqabilində laqeyd mövqe seçir.”(Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.42 -48  )
    Qeyd olunmalıdır ki, vəhhabiliklə əlaqədar qeyd olunan və bu dövrdən sonra da bəyan olunacaq məsələlər Feysəlin ölümündən sonrakı dövrə, yəni Xalidin və xüsusilə Fəhdin hakimiyyəti dövrünə aiddir. Fəhd 1982-ci ilin iyul ayının 13-də onun ölümündən sonra Ərəbistanda hakimiyyətə gəlmişdir və hal-hazırda da oraya padşahlıq üsul-idarəsi ilə hakimiyyət edir.
    Bu bölmədə vəhhabilərin şiəlik barədə, xüsusilə İran İslam inqilabından sonra şiə aləmi barədəki nəzəriyyələri bəyan olunacaqdır ki, onların şiələrlə çox qədimdən olan düşmənçilikləri aydın olsun. Şübhəsiz, İran İslam inqilabının qələbəsindən sonra vəhhabi ideoloqları və onu idarə edənlər (səudilər) şiəlik və İslam inqilabı ilə əlaqədar nəzərlərində dəyişiklik yaratdılar. Vəhhabiyyət ilk əvvəllərdən şiələrə münasib nəzər yetirmirdilər, xüsusilə İslam inqilabından sonra onların şiələrə qarşı tutduğu mövqe daha da kəskinləşdi. Çünki, onlar daim bundan qorxurdular ki, inqilab dalğaları onların ölkəsinə gəlib çatsın, zəif xalq kütlələri onların əleyhinə qiyam etsin və səltənət sütunlarını sarsıtsınlar. Buna görə də şiələrin əleyhinə hər ayda, yaxud hər həftədə bir məcmuə, jurnal, yaxud kitab yazılırdı.(Həmin mənbə) Həqiqətdə bu günkü dövrdə siyasi səhnədə olan vəhhabiyyət də (özü də əslində yaranmış vəhhabiyyətdən tamamilə fərqli bir vəhhabiyyət) özlərini təbliğ etmək, həmçinin şiəliklə və İslam inqilabı ilə mübarizə aparmaq fikrindədir. Çünki, vəhhabiyyət özünün əsl formalaşmasında çox quru təəssüb, kobud təlimlər və məntiqsiz əqidə prinsiplərindən ibarət olan bir məcmuə idi ki, hətta hazırkı Ərəbistanın geridə qalan nahiyələrində də onlar qəbul olunmur və heç kəs ona əməl etmir.
    Buna əsasən, vəhhabiyyətin şiəliklə olan düşmənçilikləri dərin köklərə malikdir. "İslam inqilabı əleyhinə mədəni müharibə” kitabının müəllifi yazır: "Vəhhabiyyətin bütün fəaliyyətləri İslamın təbliğ olunması və müsəlmanların müdafiə olunması adı ilə yerinə yetirilirdi. Onlar şiəni şirkin ən mühüm başçılarından hesab edir, onların əleyhinə mübarizə aparmağı ən mühüm dini vəzifə hesab edirdilər.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.65)O, öz kitabının bir hissəsində vəhhabiyyətin həm şiələrlə, həm də sünnülərlə düşmənçilik aparmasına və onların keçmiş tarixlərinə işarə edərək yazır: "Vəhhabilər İslam inqilabının qələbəsindən sonra şiələrin əleyhinə kəskin mübarizə aparmaqdan əlavə, sünnülərlə də münaqişədə, düşmənçilikdə idilər. Əlbəttə, vəhhabilər müxtəlif siyasətlərlə sünnüləri öz cəbhələrində birləşdirmək istəyirdilər, öz yazılarında belə bildirirdilər ki, vəhhabilər sünnülərin müxtəlif firqələri ilə kəskin ideoloji təzadda deyillər. Onlar bu üslubu da marksistlərdən öyrənmişdilər. İslam inqilabının qələbəsindən sonra vəhhabilər çalışırdılar ki, sünnülərin himayələrini cəlb etməklə şiələr əleyhinə olan fəaliyyətlərini təmmərküzləşdirsinlər sünnülərə qarşı mövqelərindən geri çəkilmək və onlara ürək yanğısı göstərməklə, onlara maddi köməklər etsinlər, şiələri müşrik və kafir kimi tanıtdırmağa çalışsınlar və qeyri-şiə qüvvələrinin hamısını şiələr əleyhinə səfərbər etsinlər. Vəhhabi üslublarının dəyişilməsi xüsusilə öz siyasətləri baxımından idi. Çünki İran İslam inqilabı yeni bir hadisə idi və məntəqənin padşah üsul-idarəsi əsasında qurulmuş hökumətləri üçün çoxlu təhlükələr törədə bilərdi. Belə ki, bu hərəkat İranda 37 illik şah hakimiyyətinə son qoymuşdu. İkincisi, həqiqətdə Amerika tərəfindən təyin olunan hökumətlər, o cümlədən, Ərəbistan hökumətinin əlaltısı sayılan şah rejiminin süqutu nəticəsində Ərəbistan bu məsələni öz öhdəsinə götürmək istəyirdi. Üçüncüsü, İran İslam respublikasının OPEK təşkilatında tutduğu yeni üslublar Ərəbistan üçün müəyyən çətinliklər törədə bilərdi. Vəhhabilərin malik olduqları bütün imkanlara və göstərdikləri bütün fəaliyyətlərə baxmayaraq hələ də bir iş görə bilməmişdilər. Üstəlik müxtəlif İslam firqələrinin onlara qarşı nifrətləri günbəgün artmaqda idi.”(Mənsuri Cavad, "İslam inqilabı əleyhinə mədəni müharibə”, səh.70)
    Vəhhabilər külli miqdarda neft satışından əldə olunan imkanlardan istifadə edərək istər islam ölkələrində, istərsə də qeyri-islam ölkələrində aclıqda yaşayan müsəlmanlar arasına nüfuz edə bildi. Həmçinin imperialist qüvvələrin və onlara bağlı olan ölkələrin hərtərəfli köməkləri sayəsində hal-hazırda da özlərinin şiə və İslam inqilabı ilə qarşılaşmasındakı vəzifələrini davam etdirirlər. Cənab Məscid Camei vəhhabilərin şiəlik və İran İslam inqilabı ilə düşmənçiliyinin dəlilləri barəsində belə yazır: "Vəhhabilərin şiəlik və İslam inqilabı ilə düşmənçiliklərinin dəlilləri kimi onların hədəfinin İslamı təqdim etmək, onun xalisliyini və əsalətliyini müdafiə etmək, bidətləri və əyri düşüncələri ondan ayırmaq məqsədi güdməsidir... Onların həqiqi məqsədi isə şiəliyi və İslam inqilabını qeyri-islami bir formada tanıtdırmaqdır. Onlar bu işdən heç də çəkinmirdilər və öz iddialarına görə şiəlik qədər heç bir amil İslamı və müsəlmanları təhdid etmir, hər bir müsəlmanın vəzifəsi onların əleyhinə amansız müharibə aparmaqdır... Vəhhabilərin hal-hazırda İslam inqilabının müsbət nəticələrini zərərsizləşdirmək, onunla qarşılaşmaq, onun dünyanın hər bir yeri ilə əlaqəsini kəsmək və qeyri-islami formada təqdim etməkdən başqa bir fikirləri yoxdur. Amma onların bütün bu tədbirləri şiəliyin İslam inqilabının ideologiyası ünvanı ilə məhv edilməsi olduğundan, onların təbiri ilə saxta bir firqə adlandırılır və onların İslamla mübarizə aparmaqdan, İslam libasında İslama zidd olan təxribatçılıq siyasətlərini irəli aparmaqdan başqa heç bir məqsədləri yoxdur. Buna görə də onların fəaliyyətlərindən qaynaqlanan nəticələr İslamın gələcək tarixində də öz təsirini göstərəcəkdir.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb” )
    Vəhhabilər bu iddialarla yanaşı, özlərinin azğın bir firqə olduğundan qafildirlər. Onların hədəfi camaatı günbəgün daha şiddətlə istismar etmək, onlardan bəhrələnmək, İslamda doqmatizmi yaymaq, islami ideallarında yüngülvari və səthi nəzər vermək, Ərəbistan ərəblərinin əqidəvi və mədəni cəhətdən yüksəlməsinin qarşısını almaqdır ki, bunun vasitəsi ilə ölkədəki sonsuz sərvətləri mənimsəyə bilsinlər. Bu yolda Amerika və qərb istismarçıları da onlarla çiyin-çiyinə qədəm götürür və bu hədəfə çatmaq üçün heç bir şeyi əsirgəmirlər.
    Vəhhabilərin İslam inqilabı və onun ideologiyası olan şiəliklə mübarizə aparmaqda xüsusi vasitələri vardır və bu vasitələrdən öz hədəflərinə çatmaq üçün istifadə edirlər. Cənab Mənsuri vəhhabilərin şiəliklə və İslam inqilabı ilə zidiyyətdə olmaları vasitələrini sayır ki, biz onların xülasəsini aşağıda qeyd edirik:
    a) Vəhhabilərin xüsusi coğrafi mövqedə yerləşməsi. Onlar iki şərif hərəmin Məkkə və Mədinənin kənarında yerləşir və bu firqənin ixtiyarında məhz bu baxımdan xüsusi imtiyazlar vardır.
    b) Neft satışından əldə olunan külli miqdarda maddi imkanlar.
    v) Dünya istismarçılarının siyasi və təbliğat baxımından heç bir şeyi vəhhabilərə əsirgəməmələri. Başqa sözlə desək, Ali-Səudun əsl yol göstərənləri Avropa müstəmləkəçiləridir. Onlar üçün Amerika və İsrail tərəfindən poroqram hazırlanır.
    q) Orta şərqdə, xüsusilə dünyanın başqa ölkələrində şiəliyin əksinə təbliğat aparmaq üçün münasib şəraitin mövcud olması.
    ğ) Şərq və qərbin Ərəbistanda vəhhabi rejiminin təbliğatlarını himayə etməsi.
    Buna əsasən, İran İslam inqilabının qələbəsindən sonra vəhhabilər yuxarıda qeyd olunan vasitələrdən istifadə edərək şiəliyi əleyhinə olan böyük düşmən hesab edib, Amerika, qərb ölkələri və İsrailin siyasətlərini İslam inqilabının əleyhinə tənzim etdilər. Çünki "Səudiyyə hakimləri Amerikanın təhlükəsizliyini və iqtisadi mənafeyini təmin etmək üçün xüsusi rol ifa etməyi öz öhdələrinə almışlar. Neftdən gələn gəlirin böyük bir qismini Amerika banklarına, silahqayırma kompaniyalarına verməklə, OPEK təşkilatına gündə bir maneə yaratmaqla, İraq-İran müharibəsində Amerikanın xeyrinə olaraq məlumat toplaması üçün "Avaks” təyyarələrinin alınmasına, Fars körfəzi ölkələri şurasının təşkil edilməsi və s. bunların hamısı İran İslam inqilabının müqabilində hərbi bir məcmuə təşkil edirdi; gündəlik üç yüz min barel neftin İraqın hesabına və Küveytin razılığı ilə satılması ilə Amerikaya və qərbə gözəl xidmət etdiyini göstərirdi. Buna görə də təhqiqatçılardan biri "İran-İraq müharibəsində Ərəbistanı İranın əleyhinə işləyən bir ölkə hesab etmiş və bu müddəanı (yəni vəhhabilərin İraqı müharibəyə təhrik etmələrini) isbat etmək üçün aşağıdakı dəlilləri (biz onu xülasə şəkildə qeyd edəcəyik) irəli çəkir:
    a) İraq bu yürüşdə Ərəbistanın köməklərindən faydalanır.
    b) İrandakı hərbi hissələr barəsində məlumatlar, eləcə də ordu bölmələrinin yerləşdiyi yerlər və onların məkanlarının dəyişməsi kimi işlər Ərəbistandakı amerikanın "Avaks” təyyarələri vasitəsi ilə əldə olunub İraqa verilirdi.
    v) Neftin qiymətinin birdən-birə enərək 28 dollardan 10 dollara düşməsində Ərəbistanın keçmiş neft naziri Zəki Yəmanin hiylələri daha aşkar şəkildə görünməkdədir.
    Hər bir halda vəhhabilər İran İslam inqilabının qələbəsindən sonra inqilabçı fikirlərin öz sərhədlərindən içəri daxil olmasından qorxu hissi keçirərək mümkün olan hər bir vasitə ilə bu kimi fikirlərin məntəqədə və xüsusilə öz ölkələrində yayılmasına mane olurdular. Sözümüzün sonunda onların İranda İslam quruluşu bərqərar edildikdən sonra gördüyü tədbirlərdən bəzilərinə (onlar bu tədbirləri inqilabçı fikirlərin sərhədlərdən içəri nüfuz etməsinə mane olmaq, eləcə də inqilab və şiəliklə zidd olduqlarına görə görürdülər) işarə edirik:
    1) İranda İslam inqilabı qələbə çaldığı vaxta qədər Ərəbistan dövləti hacılar üçün heç vaxt istirahət və asayiş vasitələri yaratmaq fikrində olmamışdı. Amma bundan sonra təhlükə hiss etdiyinə görə bu kimi yerlər yaratmağa başladı. Özünü İslamın himayəçisi və şərif hərəmlərin xidmətçisi kimi təqdim etdi.
    2) Ölkə daxilində gördüyü tədbirlərdən ikincisi ölkənin idarə olunması üçün şəxslərin seçilməsində çox məhdud şəkildə azadlıq verməsi idi. Həmin məqsədlə ziyalı sinifləri üçün müəyyən məhdud ixtiyarlar vermiş, fəqir ailələrə köməkliyi artırmışdı. Bu yolla da çalışırdı ki, daxildəki narazılıqları müəyyən qədər azaldaraq aradan aparsın; siyasi baxımdan da Milli Məclisin təşkil olunmasına və Əsas Qanunun yazılmasına başladı.
    3) Mədəni-maarif baxımından ali və orta məktəb, kitabxana və sairə təlim ocaqlarını gücləndirməyə başladı. Bu zəminlərdə müəyyən sərmayələr ayırdı ki, ölkənin gələcəyi üçün kadrlar hazırlaya bilsin. Onlar Mədineyi-Münəvvərədə, eləcə də bir neçə başqa şəhərdə "İslam” adlı universitetlər yaratdılar ki, cavanların ölkə daxilində təhsil almasına şərait yaransın.
    Onların mədəni-maarif tədbirlərindən digəri qərb mədəniyyətinin töhfəsi olan əxlaqsızlıq və fəsadın yayılmasıdır. Dünya ağalığına can atanlar bunu təcrübə etmişdilər ki, camaatın gələcəyə olan ümidini əllərindən almaq üçün ilk növbədə onlara yaxşı və firavan şərait yaratmaq, daha sonra onların arasında fəsadı yaymaq lazımdır. Bu mərhələlər Ərəbistanda da eynilə icra olunmaq vəziyyətindədir.
    4) Daxildəki tədbirlərlə yanaşı, Ərəbistandan xaricdə də müəyyən fəaliyyətlər göstərildi. Dünyanın müxtəlif yerlərində mədrəsələr, məscidlər, dini binalar təsis olundu. Məsələn, Malaziyada beynəlxalq İslam universiteti təsis olundu ki, dünyanın cənub və qərbindəki tələbələrin təhsil almasına şərait yaratsın.
    Xarici fəaliyyətlərdən ən ümdəsi kimi müxtəlif kitab və jurnalların çap edilərək dünya səviyyəsində yayılması idi. İslam inqilabının qələbəsindən öncə Ərəbistan xaricdə ən çoxu iki jurnal çap edirdi. Halbuki, inqilabdan sonra bu jurnalların sayı ona çatdı və onların hər birinin tirajı da milyondan artıq idi. Maddi imkanlardan istifadə edərək digər ölkələrdə müxtəlif jurnalların imtiyazlarını alır, yaxud yeni jurnallar buraxmağa başlayırdılar. Nümunə olaraq, Londanda yüz min tirajla çap olunan "Əl-Məcəllə” jurnalının təqribən iyirmi min cildi Misirə göndərilirdi. Vəhhabilərin çap etdiyi kitabların müştərək fəsilləri şiəliyin və İranın əleyhinə təbliğat aparmaq idi.
    Radio kütləvi informasiya və təbliğat vasitələrində ən mühümüdür. Ərəbistan çox yüksək səviyyəli bir radio qurşağından istifadə edərək dünyanın böyük bir hissəsində təbliğat apara bilərdi.
    5) Ərəbistanın siyasi, hərbi və mədəni məsələlərlə əlaqədar ölkədən xaricdə gördüyü tədbirlərdən biri də Fars körfəzi ölkələri həmkarlıq şurasını təşkil etməsi idi. Bu şura siyasi və hərbi yönlərə malik olmaqdan əlavə, mədəni təsirə də malik idi. Məntəqədən çatan xəbərlər göstərir ki, vəhhabilər Fars körfəzinin cənub haşiyəsində yerləşən ölkələrə çox nüfuz etmişlər. Məsələn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri dövlətlərində ziyalı sinfindən yüzlərlə nümayəndə Ərəbistan institutlarında təhsil alaraq imam-camaat və mübəlliğ adı altında şəhərlərə və kəndlərə göndərilir, mədəni faliyyətlərini davam etdirirlər. Fars körfəzi ölkələri şurasına daxil olan ölkələrdə şiələrlə mübarizə siyasəti qəbul olunaraq icraya qoyulmuşdur. Bu siyasət Ərəbistanın daxilində də çox şiddətlə davam etdirilir. Ərəbistan dövləti şiələri İran İslam respublikasının ilkin mədəni ocağı hesab edir. Bir neçə il bundan öncə iranlı və qeyri-iranlı şiələri ölkədən ixrac etmişdir. Küveytdə, Bəhreyndə və Fars körfəzinin digər ölkələrində şiələrlə mübarizə siyasəti icra olunmuşdur. Həqiqətdə bu tədbirlər İslam inqilabı təffəkürünün genişlənib onların öz ölkələrində və camaat arasında yayılmasından qorxan bütün dövlətlərdə icra olunur.
    Vəhhabilərin 1366-cı hicri şəmsi ilində (31 iyul, 1987) iranlı şiə hacıların əleyhinə törətdiyi vəhşiliklər, insaniyyətə zidd cinayətlər və yaramaz əməlləri onların Məkkədəki şiələr və İran İslam inqilabında yaşayan şiələr əleyhinə aşkar düşmənçiliyini göstərirdi. Bundan əlavə vəhhabilərin müharibədən təzə çıxmış bir ölkədə – İranın sərhəd məntəqələrinə çox incə məkrliklə nüfuz etmələri, hələ də müharibə vəziyyətində olan Əfqanıstana müdaxilə edərək Taliban hərəkatına maddi kömək adı ilə etdiyi müdaxilələr əsla qəbul oluna bilməz.
    VƏHHABİLƏRİN SİYASİ VƏ HƏRBİ TƏDBİRLƏRİNİN ARAŞDİRİLMASİ
    Keçən fəsillərdə qeyd olundu ki, vəhhabilər təəssübkeş bir firqə kimi hənbəli firqəsindən ayrılmışdılar. XII hicri əsrinin əvvəllərindən etibarən tədricən Ərəbistanda özünün əsl inkişafına Nəcd ərəblərinin arasında başladı və Nəcddən başqa Hicaza da hakim kəsilə bildi.
    Həmçinin deyildi ki, vəhhabi ayini özünün fikir və əqidələrini Əhməd ibn Hənbəlin (IV hicri əsrində yaşamışdır) təlimlərindən almışdır. O, öz əqidə və fikirlərini yaymaq üçün İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin səylərindən lazımi qədər istifadə etdi. Xüsusilə, Əhməd ibn Hənbəlin təlimlərindən qaynaqlanan təəssübkeş nəzərləri nəzərə almamaq olmaz.
    Məhəmməd ibn Əbdül-Vəhhabın Ərəbistanın siyasi səhnəsinə gəlişi ilə bütün islami firqələrə, xüsusilə şiələrə qarşı olan kəskin mövqeləri artmağa başladı və Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabiliyin banisi sayıldı.
    Həmçinin deyildi ki, vəhhabilər İngilis kimi istismarçı dövlətlərin əlində bir vasitə olmaqdan əlavə, onlar geniş Osmanlı imperiyasını məhz bunun vasitəsi ilə parçalamağa başlamışdılar. Bu da müsəlmanlar arasındakı vəhdəti zəiflətmək və onların arasına təfriqə salmaqdan başqa bir məqsəd güdmürdü və istismarçıların mənafeyi istiqamətində idi.
    Azğın vəhhabi firqəsinin ilkin yaranış yeri olan Ərəbistanın Nəcd nahiyəsi siyasi və sitarateji cəhətdən, eləcə də bədəvi ərəblərin ictimai və siyasi görüşlərinin inkişaf etmədiyinə görə o firqənin Nəcd diyarında yaranıb inkişaf etməsinə şərait yaratdı və tədricən Ərəbistanın bütün məntəqələrinə doğru genişləndi.
    Vəhhabilər öz bünövrələrini Nəcddə möhkəmlətdikdən sonra İraqa, Kərbəlaya, Nəcəfə hücum etdilər ki, onların törətdikləri cinayət və qətl-qarət hadisələri tarix mənbələrində gözəl şəkildə nəzərə çarpır. Bu fəsildə vəhhabilərin Nəcddən xaricdə hərəkat və faliyyətlərini açıqlamaqdan əlavə, XIII hicri əsrinin əvvəllərində Məkkə əmirinin apardığı mübarizələrə, onun müqəddəs Məkkə-Mədinə kimi yerlərə necə hakim kəsilməsi və orada törətdiyi cinayətlərə də işarə edəcəyik. Həmçinin onların İraqda, xüsusilə İmam Hüseynin (ə) mübarək hərəmində – Kərbəlayi-Müəllada törətdikləri cinayətləri və bu işlərin şiələrə göstərdiyi təsirləri açıqlayacağıq.
    Buna əsasən, bu fəsildə əsl bəhsdən heç bir şey azaltmadan mövzuları iki hissədə araşdıracağıq. Birinci hissədə Şərif Qalibin vəhhabilərlə apardığı mübarizələr, onların Hacaza neçə hakim olmaları və Məkkəni, Mədinəni, Taifi işğal etdikdən sonra törətdikləri cinayətləri araşdıracağıq. Həmin tədbirlər və fəaliyyətlər sayəsində Məkkənin əmiri Şərif Qalibin vəhhabilərlə qarşılaşmaqda nə kimi işlər gördüyünü bəyan edəcəyik.
    İkinci hissədə isə vəhhabilərin İraqda hərbi-siyasi nüfuzunun genişlənməsi, onların şiələrin müqəddəs şəhərlərinə – Kərbəla və Nəcəfə necə hakim olmaları, onların həmin yerlərdə törətdikləri cinayətləri, o yerlərə hücumlarının nəticələri və xarici aləmdə inikasını araşdıracağıq.
    VƏHHABİLƏRİN HÜCUMLARİ VƏ SƏUDİLƏRİN BUNA QARŞI GÖSTƏRDİKLƏRİ REAKSİYALAR
    Osmanlı xilafəti malik olduğu geniş ərazilərə görə onun davam gətirməsi şübhəli, süquta uğaraması isə çox da uzaq nəzərə gəlmirdi. X h.q əsrinin axırlarında və bütövlükdə XI əsrdə daxildə baş verən müxtəlif qiyam və hərəkatlar Osmanlı imperatorluğunu təhdid edirdi. Belə ki, bu təhdid XII h.q əsrinin əvvəllərində (XVII miladi əsri) Ərəbistan yarımadasını da əhatə etmişdir. Çünki bu nahiyə böyük imperatorluğun sərhədlərində dini-siyasi birliyin və müstəqil dövlətin olmamasına görə daha çox ixtilafa düçar olmuşdu. Məkkənin şərifləri Osmanlı Sultanı tərəfindən təyin olunurdu və onların qüdrət dairələri yalnız Hicaz idi. Sair nahiyələrdəki müxtəlif qəbilələr özlərini müstəqil şəkildə idarə edirdilər. Belə ki, Nəcran dərəsində və Yəmənin şimal sərhədlərində hökumət İsmaili məzhəblilərin və Mükrəmi xanədanın əlində idi, Zeydi məzhəblilər Yəmənin yüksəkliklərində, xəvaric Əmmanda, Bəni Xalid qəbiləsi Qətərin qərb nahiyələrində və Fars körfəzinin haşiyələrində hər biri müstəqil şəkildə hökmranlıq edirdi. Nəcddə Məsalex qəbiləsindən Səud xənədanı və Diriyyədə Ənzə ərəbləri mərkəzi hökumətin haşiyələrində özləri üçün bir hökumət yaratmışdılar.
    Bir tərəfdən vahid hakimiyyət və müstəqil məzhəbin, başqa sözlə, siyasi-dini ittihadın olmaması, digər tərəfdən isə bağlılıq və eyni zamanda kəskin təəssüb əsasında qurulmuş qəbilə həyatı, mövcud şəraiti elə vəziyyətə salmışdı ki, sui-istifadəçilər ictimai və siyasi boşluqdan öz xeyirlərinə istifadə edərək özlərinin xüsusi hədəflərinə çatmaq üçün hər növ tədbir görməkdən çəkinmirdilər.
    Əsas və diqqət yetirilməli məsələ İngilis istismarçılarının Fars körfəzi məntəqəsində yerləşməsi idi. Bu zaman ərzində onlar mühüm xarici bir amil kimi yalançı məzhəb ididaçılarını təşviq etməkdə daha təsirli idi.
    Həqiqətdə elmi, ədəbi və iqtisadi dəyişikliklər renesans adı altında Avropada baş verdi. Sonralar texniki inqilab qalibində Avropada, xüsusilə İngiltərədə baş verən hadisələr istismarçı Britaniya dövlətini məcbur etdi ki, bir tərəfdən özünün istehsal etdiyi əmtəələrin satışı üçün münasib bazar yaratmaq, digər tərəfdən də yeni qurulmuş texniki zavodların xammalını əldə etmək üçün şərqə diqqət yetirsin. Buna görə də istismarçı hədəflər çərçivəsində Misir və Hindistanı diqqət mərkəzində saxlayaraq bu iki ölkəni sair şərq ölkələri ilə yanaşı istismar edirdilər.
    Qoca istismarçı dövlət olan Britaniya Hindistan yarımadasında özü üçün böyük bir mənafe yaratmışdı və onun qorunması üçün özünün siyasi və ticarət rəqiblərinə, o cümlədən, Fransa, Rusiya və Osmanlı dövlətlərinə zərbə vurmaq, Fars körfəzində nüfuzunu genişləndirmək, qacarlar dövründə İranı zəiflətmək, digər tərəfdən də böyük Osmanlı imperatorluğunun daxilində iğtişaşlar törətməklə Osmanlı Sultanın əleyhinə müəyyən hərəkatlar yaratmaq kimi işlər onun daxildəki qüdrətini tənəzzülə uğradırdı.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024