İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1867
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild)
    2012-03-16, 6:49 AM
    ALLAHIN ADI İLƏ
    Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dоnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar örnəyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: "İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır” . Qəzali deyir: "Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra о hәzrәtin məzarını ziyаrәt edərək təbərrük etməlidir” . Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: "O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır” . Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, "Həcərül-əsvəd”i öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: "Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda «Peyğəmbərin (s) məzarını öpmək haram, "Həcərül-əsvəd”i öpmək isə icazəlidir» - deyə iddia etmək yanlışdır. Onların bu yаnlış fətvalarını tətbiq etdikdə "Həcərül-əsvəd”i öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng хәstәliyinә qаrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.
    Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.
    Məhəmməd Cavad Fazil Lənkərani
    QADINLARIN QƏBİRLƏRİ ZİYARƏT ETMƏSİ
    1. Həzrət Fatimə Zəhra (s) Həmzənin (r) qəbrini ziyarət edərdi.
    2. Ayişə qardaşının qəbrini ziyarət edərdi.
    3. Qəbirləri ziyarət edən qadınları lənətləyən hədisin tənqidi.
    4. Əhli-sünnə alimlərinin qadınların qəbirləri ziyarət etməsinin caiz olması haqqında fətvası
    5. Ənəsin rəvayəti haqqında Əsqəlaninin nəzəri
    6. Hədisin sənədi haqqında müzakirə
    QADINLARIN QƏBİRLƏRİ ZİYARƏT ETMƏSİ CAİZDİRMİ?
    Həzrət Fatimə (s) haqqında nəql edilmişdir: "O, həmişə şəhidlər аğаsı Həmzə və digər Ühüd şəhidlərinin qəbrini hər cümə və ya həftədə iki dəfə ziyarət edirdi. Bu əməl Həzrət Peyğəmbərin (s) mübarək həyatı zamanı baş verirdi.
    Хаnım Fаtimеyi-Zәhrа (s.ә) möhtərəm atasından sonra da bu işi ömrünün sonuna qədər davam etdirdi. Lakin, nə Peyğəmbər (s), nə imam Əli (ə) və nə də digər səhabələr tərəfindən bu işə heç bir irad göstərilmədi. Bir haldaki o, atasının tərbiyəsi altında böyümüş, elmi də digər şəxslərin elmindən daha çox idi. Belə ki, bu işdə irad olsaydı Həzrət Zəhra onu icra etməz, Peyğəmbər (s) və imam Əlinin (ə) хәbәrdаrlığınа da ehtiyac olmazdı.
    RƏVAYƏTLƏRƏ DİQQƏT YETİRƏK:
    1- Həzrət Fatimə (s) hər cümə günü əmisi Həmzənin (r) qəbrini ziyarət edər və orаda namaz qılıb, ağlayardı. 
    2- Həzrət Fatimə (ə) Ühüd şəhidlərinin məzarlarını hər gün və ya hər üç gündən bir ziyarət edər, orаda namaz qılar, ağlayar və dua edərdi. 
    Ayişə haqqında nəql edilir: "O, Məkkədə qardaşı Əbdürrəhmanın qəbrini ziyarət edərdi”. 
    QƏBİRLƏRİN ZİYARƏT EDİLMƏSİNDƏN NÜMUNƏLƏR
    1-İbn Əli Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhman ibn Əbu Bəkrin qəbrini –Hubşidə vəfat, Məkkədə dəfn edilib- ziyarət edərkən gördüm. O deyir: "Bir gün, Ayişə qəbirləri ziyarət etməyə getdikdə ona dedim:
    -Məgər Peyğəmbər (s) qəbirlərin ziyarətini qadağan etmədimi?
    Cavabında dedi:
    -Qadağan etdi. Lakin sonradan qəbirləri ziyarət etməyə icazə verdi. 
    BİR HƏDİSİN АRАŞDIRILMАSI
    Birinci: Hәzrәt Peyğəmbərdən (s) nəql edilən rəvayətdə oxuyuruq: "Allah qəbirlərin ziyarətinə gedən qadınlara lənət etsin”.
      لعن الله زائرات القبور
    Bu rəvayət Boridənin nəql, Hakim və Zəhəbinin təsdiq etdiyi hədislə nəsx (batil) olur. Həmçinin, Ayişənin Peyğəmbərdən (s) nəql etdiyi hədislə (Peyğəmbər (s) qəbirlərin ziyarətini nəhy etdi. Lakin sonradan buna icazə verdi)  ziddiyyət təşkil edir. Belə ki, Zəhəbi "Mustədrək” kitabına yazdığı haşiyədə Ayişədən nəql edilən hədisi səhih bilmişdir. 
    İkinci: Yuxarıda qeyd edilən rəvayət Ayişənin icra etdiyi işlə ziddiyyət təşkil edir. Çünki, о, qardaşı Əbdurrəhman ibn Əbubəkrin qəbrini ziyarət edərdi. Məgər Ayişə Peyğəmbərlə (s) müxalifət qəsdində olub, özünə lənət qazanmaq istəyirdi?
    Üçüncü: Bu rəvayət, Həzrət Fatimənin (s) hər cümə günü və ya həftədə iki dəfə Peyğəmbərin (s), Həmzənin (ə) və digər şəhidlərin qəbrini ziyarət etməsi ilə ziddiyyət təşkil edir.
    Məgər, Həzrət Fatimə (s) Peyğəmbərin (s) sünnəsi ilə müxalifət etmək əzmində idi? Bəlkə -Allaha pənah aparıram- о xanım əziz atasının sünnəsindən xəbərsiz idi? Bir halda ki, o, digərlərinə nisbətdə, Peyğəmbərin sünnəsini dаhа yaxşı bilirdi. Necə ki, ailə üzvləri evdə baş verən hadisələrə agahdırlar.
    Həmçinin, Həzrət Fatimə Peyğəmbərin (s) həyatı zamanı, yeddi il müddətində Ühüd şəhidlərinin qəbrini ziyarət edərdi. Bəs niyə Peyğəmbər (s) bu müddət ərzində bu işə etiraz etmədi? Hətta, Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra da о xanım hәzrәtin öz qəbrini dә ziyarət edərdi. Bu haqda imam Əlidən (ə) belə nəql edilib: "Peyğəmbər torpağa tapşırıldıqda Fatimеyi-Zəhra (s) onun qəbri kənarında durdu və bir ovuc torpaq götürüb gözü üstə qoyub, ağladı və bu şeri oxudu...” 
    Əgər qadınlara qəbirləri ziyarət etmək haram idisə, niyə imam Əli (ə) və digər səhabələr Həzrət Fatiməni (s) bu işdən çəkindirmədilər?
    ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN FƏTVASI
    Dördüncü: Əhli sünnə alimləri qadınların qəbirləri ziyarət etməsinin caiz olmasına fətva vermişlər. Hədisdə gələn lənət, qadınların səbirsizliyi üçündür. Lakin qadınlar səbirli olduqda onlara qəbirlərin ziyarəti caiz sayılır. Necə ki, "Ət-tacul-Cameul-Usul” kitabının müəllifi bunu təsdiq edərək deyir: "Hədisdə işlənən "lənət” kəlməsi qadınların qəbirlərin ziyarət etməsinin haram olmasını ifadə edir. Çünki, adətən, onlar çox səbirsizlik edirlər”.
    Hədisdə qadınların dəfn mərasimində iştirakı və qəbirləri ziyarət etməsinin qаdаğаn edilməsi bu mənadadır. Lakin, qadınlar səbirli olub təmkinlərini pozmasalar və gözəlliklərini yad kişilərə göstərməsələr qəbirləri ziyarət etmələrində heç bir maneə yoxdur. Bunu təsdiq edən amillər aşağıdakılardan ibarətdir:
    1- Birinci hədisin ümumi mənası ;
    2- Ayişənin etirafı; (Peyğəmbərə dedi: "Necə ziyarət edim?” O həzrət buyurdu: "Mənim kimi de: "Əssəlamu əla əhliddiyari minəl mumininə vəl musliminə...”) 
    3- Ayişənin rəftarı;
    O, qardaşının qəbrini ziyarət edərdi. Abdullah ibn Əbi Məlikə ona etiraz etdikdə, dedi: "Peyğəmbər (s) qəbirlərin ziyarətini nəhy etdi, lakin sonradan qəbirləri ziyarət etməsinə icazə verdi”. 
    4- Molla Əli Qari deyir: Hədisin zahiri mənası (Sizi qəbirləri ziyarət etməkdən çәkindirmişdim. Lakin bundan sonra qəbirləri ziyarət edin)
    «نهیتکم عن زیارة القبور فزورها» Ümumi anlamdadır, çünki «نهیتکم» (nәhәytukum) kəlməsində olan xitab kişilərə olduğu kimi qadınlara da aid olur. Hədisdə bitişik yаzılаn şәхs әvәzliyinin kişi cinsi üçün gətirilməsində məqsəd, onun ümumi məna daşıması və ya xitabın ilk növbədə kişilərə aid olması ilə əlaqədardır. Buna baxmayaraq, hədis, qadınlara da aid olur. Elə buna görə də qəbirləri ziyarət etməkdə qadınlarla kişilər bərabər huquqa malikdirlər. Bu anlaşma Peyğəmbərdən (s) nəql edilən hədislə müvafiqdir: O həzrət bir qadının qəbir kənarında ağlamasını gördükdə ona səbirli olmağı tövsiyə etdi. Lakin, onа qəbiri ziyarət etməyi qаdаğаn еtmәdi. 
    5- İbn Əbdul Birr deyir: "Qadınlar üçün qəbirlərin ziyarətini cаiz bilən şəxslərin dəlilləri Abdullah ibn Məhəmməddən nəql etdiyim hədisdir”.
    O, deyir: "Əbdulhəmid mənə bir hədis danışdı...İbn Məlikə çatdıqda, deyir: "Bir gün Ayişə qəbirlərin ziyarətinə getdikdə ona dedim:
    - Məgər Allahın Peyğəmbəri (s) qəbirlərin ziyarətini qadağan etməmişdimi? Dedi:
    -Bəli, qаdаğаn еtmişdi. Lakin, sonradan qəbirlərin ziyarətinә icazə verdi. 
    Həmçinin, İbn Әbi Məlikədən də nəql edilmişdir:
    "Ayişə qardaşının qəbrini Hоdəcin içindən ziyarət etmişdir.
    Əbu Bəkr deyir: "Musərrəd mənə Nuh ibn Dərracdan, o da Əban ibn Təğləbdən, o da Cəfər ibn Məhəmməddən nəql ilә bir hədis danışdı. Hədis belədir: "Peyğəmbərin (s) qızı Fatimə (ə) həmişə cümə günləri Həmzə ibn Əbdülmütəllibin (ə) qəbrini ziyarət edər və əlamət üçün üzərinə daş qoyardı”. 
    Ənəsin rəvayəti haqqında Qəstəlaninin sözü
    Ənəs deyir: "Peyğəmbər (s) qəbrin yanında ağlayan qadının yanından keçdikdə ona buyurdu: "Təmkinli ol, doğmalarınin ayrılığına səbr et”.
    Peyğəmbəri tanımayan o qadın dedi:
    -Məndən əl çək, sən mənə üz vermiş müsibətdən xəbərsizsən...
    Bu hədisin iddiamızla (qadınların qəbirləri ziyarət etməsinin caiz olması) necə müvafiq olmasına irad edənlərin cavabında deyirik: Peyğəmbər (s) o qadını qəbri ziyarət etməkdən çəkindirmədi. Məlum olur ki, qəbrin ziyarət edilməsinin – ziyarət edən istər qadın olsun, istər kişi, istər müsəlman olsun, istər kafir–heç bir iradı yoxdur. Çünki, Peyğəmbər (s) kəlamında heç bir şərh verərək açıqlamamışdır.
    Nuri deyir: Bütün alimlər qadınların qəbirləri ziyarət etməsini caiz bilmişlər.
    O deyir: Konkeret olaraq, müsəlman şəxslərin qəbirlərini ziyarət etmək kişilər üçün müstəhəbdir. Çünki, Müslimdən rəvayət olan hədisdə Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: "Sizi qəbirləri ziyarət etməkdən çəkindirdim. Lakin, bundan sonra qəbirləri ziyarət edin. Çünki bu iş sizə axirəti xatırladır.”
    Lakin qadınların qəbirləri ziyarət etməsi onların taqətsizliklərinə görə məkruh edilmişdir. Əbi Hüreyrənin hədisini rəvayət edən Tirmizi deyir: Hədis (Allah qəbirləri ziyarət edənlərə lənət etsin) həsən və səhihdir. Bu rəvayət qadınların ziyarət zamanı növhə deyib, ağlayıb, ah-nalə etməsinə, bir-bir ölən şəxslərin adlarını çəkmələrinə və ya onların yaxşı əxlaqlarını xatırlamaqlarına aiddir. (Necə ki, bu, qadınların adəti sayılır).
    Qurtəbi deyir: Bu hədis, əksər vaxtını qəbristanda keçirən qadınlara aiddir. Necə ki, hədisdə ifadə olunan "zavvarat” kəlməsi (mübaliğə forması) buna sübut hesab edilə bilər.
    Bəhsin xülasəsi: Qəstəlaninin nəzərinə görə qadınların qəbirləri ziyarət etməsi caiz, lakin məkruhdur. Qadınların ziyarətini lənətləyən hədisə gəldikdə isə o da qadınların ziyarət zamanı ağlayıb, növhə demələrinə, ah-nalə etmələrinə... əsaslanmışdır.
    Əbdulbirr – bu hədisləri nəql etdikdən sonra – deyir: Əbu Bəkr demişdir: Bir nəfərin Əbu Abdullahdan (Əhməd ibn Hənbəl) qadınların qəbirləri ziyarət etməsi haqqında soruşmasını eşitdim.. O, cavabında demişdir: "Ümid edirəm bu əməldə irad olmasın.”
    Yenə ona, "Ayişə qardaşının qəbrini ziyarət edərdi” sualı verildikdə demişdir: Lanki, İbn Abbasdan nəql edilən bir hədisdə Peyğəmbər (s) qəbirləri ziyarət edən qadınları lənətləmişdir.
    Sonra özü sual edərək soruşub: İbn Abbasdan nəql edilən hədisin  sənədində аdı çәkilәn Əbu Saleh necə şəxsdir? Nəzərə çarpır ki bu sözü ilə Əbu Salehin zəif olmasını xatırlamaq istəmişdir. Sonra sözünə əlavə edərәk deyir: "İnanıram ki, Aişə qardaşının qəbrini ziyarət etmişdir”.  
    Hafiz Albani "Allah qəbirləri ziyarət edən qadınlara lənət edir” hədisini nəql edərək, deyir: Hədislər arasında bu hədisi təsdiq edən ayrı bir hədis görmədim. Bu hədis الرج» «لعن الله المتخذین علیها hədisinin bir hissəsidir. Hər ikisinin sənədi zəifdir. Doğrudur, bəzi şəxslər bu hədisə istinad еdәrәk qаdınlаr üçün qәbir ziyаrәtinin hаrаm оlmаsını sübut etmək istəmişlər. Amma mən onlara bu hədisi Peyğəmbərə aid etməməyi tövsiyə etdim. Çünki, bu hədis səhih deyil. 
    İbn Abidin yazır: Peyğəmbərin (s) qəbrini ziyarət etmək qadınlar üçün müstəhəbdirmi? Səhih hədislərə əsasən, Peyğəmbərin (s) qəbrini ziyarət etmək müstəhəbdir və heç bir kərahəti yoxdur. Əlbəttə, kərahətin olmaması alimlərin tövsiyələrinə əməl etmək şərtilədir. Amma (məzhəbimizdə) ən səhih kəlam Kərxi və qeyri kərxilərin sözləridir. Kərxinin sözünə əsasən qəbirlərin ziyarəti –həm qadınlar, həm də kişilər üçün– heç bir iradı olmadan caizdir. Qeyri kərxilərin sözlərinə əsasən, qəbirlərin ziyarəti qadınlar üçün müstəhəbdir. Çünki, səhabələr ümumi mənada demişlər: Qəbirlərin ziyarəti müstəhəbdir. (Bu qadınlara da aid olur). Hətta, "Nəsrul-libab” kitabının müəllifi qəbirlərin ziyarətini vacib bilmişdir. 
    Tirmizi yazır: Bu hədis "لعن رسول الله زائرات القبور” həsən və səhihdir və bəzi elm sahiblərinin nəzərinə görə, Peyğəmbər (s) qəbirlərin ziyarətini icazə verdiyi hökm qadın və kişilərin hamısına aid olur.
    O, yazır: "Bəzi alimlərin qadınların qəbir ziyarətinә getməsini məkruh hesab etməsi onların ziyarət zamanı ağlayıb, halsızlıq etməsi ilə bağlı olub 
    Qəstəlani yazır: Qadınların Peyğəmbərin (s) qəbrini ziyarət etməsi məkruh sayılmır, hәttа müstəhəbdir. Necə ki, İbn Rüfət və Əl-Qumuli demişdir: Yaxşı olardı ki, digər qəbirlərin ziyarəti, Peyğəmbər (s) və övliyaların ziyarəti kimi qadınlar üçün müstəhəb hesab edilsin. 
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) | Added by: Islam_Kitabxanasi
    Views: 572 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020