İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild)
    2012-03-16, 6:47 AM
    HƏDİSİN SƏNƏDİ HAQQINDA MÜZAKİRƏ:
    Qeyd etdiyimiz "لعن رسول الله زائرات القبور” hədisi üç vasitə  ilə rəvayət edilmişdir: 1-Hәssan ibn Sabit; 2- İbn Abbas; 3- Əbu Hüreyrə.
    a) İbn Macə bu hədisi hər üç vasitə ilə nəql etmişdir. 
    b) Əhməd bu hədisi iki vasitə ilə Həssan ibn Sabit və Əbu Hüreyrədən nəql etmişdir.
    c) Tirmizi bu hədisi yalnız Əbu Hüreyrədən,  Əbu Davud yalnız İbn Abbasdan nəql etmişdir. Lakin Buxari və Müslim bu hədisi qeyd etdiyimiz üç vasitənin heç birindən nəql etməmişdir. Həmçinin, Sünən sаhibləri hədisin nəqlində eyni fikirdə deyillər. Əlbəttə, İbn Macə, Əhməd və Tirmizi Hüreyrənin hədisində həmfikirdirlər. Amma, birinci vasitədə (Hәssan ibn Sabitdən nəql edilən hədis) İbn Macə və Əhməd , ikinci vasitədə (İbn Əbbasdan nəql edilən hədis) Əbu Davud və İbn Macə eyni fikrə malikdirlər.
    Hədis vasitələrində yaranan anlaşılmazlıq:
    Birinci hədisin (İbn Macə və Əhmədin Həssan ibn Sabitdən nəql etdiyi) sənədində Abdullah ibn Osman ibn Xəsimin adı var. Onun nəql etdiyi hədislər etibarlı sayılmır. Necə ki, İbn Durəqi bu sözü İbn Muindən nəql etmişdir.
    İbn Hatəm, Abdullah ibn Osman ibn Xəsim haqqında fikrini açıqlayaraq deyir: İbn Osmanın nəql etdiyi hədislərə etibar edilmir.
    Nəsai, Abdullah ibn Osman haqqında yazır: "Onun hədislərinə etinasız yanaşılır.” 
    Habelə bu hədisin sənədində Əbdurrəhman ibn Bəhmənin adı var. İbn Xəsimdən başqa heç kəs onun hədisini nəql etməmişdir.
    İbn Mədini deyir: " Mən onu tanımıram.” 
    Hədisin sənədində Əbu Salehin adı hallanır. Əbu Hatəm onun haqqında deyir: "Onun nəql etdiyi hədislərə etina edilmir.”
    Nəsai isə yazır: "O, ravilər sırasında etibarlı (siqə) sayılmır”.
    İbn Ədi deyir: "Keçmiş alimlər içərisində ondan razı olan bir şəxs tanımıram”. 
    Üçüncü hədisin sənədində (Əbu hüreyrədən nəql olunan hədis) Ömər ibn Əbu Sələmənin adı var. Nəsai yazır: "O hədis elmində güclü sayılmır”.
    İbn Xuzeymə deyir: "Onun hədislərinə etina edilmir”.
    İbn Muin demişdir: "O, zəifdir”.
    Həmçinin, İbni Hatəm onun haqqında yazır: "Onun nəql etdiyi hədislər etibarlı sayılmır”.
    Göründüyü kimi bu hədisin hər üç sənədində əsaslı iradlar vardır. Bəlkə, bu səbəbdən də Buxari və Müslim o hədisi öz səhihlərində gətirməmişlər. Bu ziddiyyət və iradlardan əlavə, fəqihlər bu hədisin şərhində qəbirlərin ziyarətini qadın və kişilər üçün caiz, hәttа müstəhəb hesab etmişlər.
    QƏBİRLƏRİN KƏNARINDA NAMAZ QILIB DUA OXUMAQ
    1-Vəhhabilərin nəzəri
    2-Vəhhabilərin nəzərinə cavab
    3-Həzrət Fatimənin (s) davranışı
    4-Müsəlmanların davranışı
    5-Vəhhabilərin inancı ilə müxalifət edən alimlərin nəzərləri
    6-Üzü qibləyə və ya şərəfli qəbirlərlə üz-üzə dayanmaq
    7-Peyğəmbərin (s), qəbirləri məscid etməkdən çəkindirən hədisinin izahı
    8-Fəqihlərin məqbərələrdə namaz qılmağa icazə verdiyi hökmlər.
    QƏBİRLƏRİN KƏNARINDA NAMAZ QILIB DUA OXUMAQ
    1. Peyğəmbərin (s) və s. şəxslərin qəbirlərinin kənarında namaz qılıb dua oxumaq
    Vəhhabilər Peyğəmbərin (s) və s. şəxslərin qəbirlərinin kənarında namaz qılıb dua oxumağı qadağan edir və bu işi şirk, küfr hesab edirlər. İbn Teymiyyə yazır: "Səhabələr Peyğəmbərin qəbrinin ziyarətinə gəldikləri zaman ona salam verər, dua etmək istədikdə isə üzlərini şərəfli məzardan çevirərək qibləyə tərəf dayanıb Allaha dua edərdilər. Həmçinin digər qəbirləri ziyarət etdikdə də bu işi yerinə yetirirdilər. Bunа görә dә keçmiş alimlərin heç biri qəbirlərin kənarında namaz qılmağı müstəhəb bilməmiş və hətta orаda qılınan namazı digər yerlərdə qılınan namazdan fəzilətli hesab etməmişlər. Оnların hamısı məsciddə və evdə qılınan namazları üstün hesab etmişlər. 
    Cavablar:
    Birinci: Hər yerdə və məkanda namaz qılıb dua oxumağı caiz bilən çoxlu rəvayətlər buna dəlalət edir ki, Peyğəmbərin (s) və digər övliyaların qəbirlərinin kənarında da namaz qılıb dua oxumaq caizdir. Çünki, hədislərdə gələn ümumi məna dediyimizi təsdiq edir.
    İkinci: Dinin təlimlərinə görə şərəfli, ehtiramlı olan yerdə namaz qılıb dua oxumağın fəziləti vardır. Digər tərəfdən, hər bir məkanın şərəfli olmasına səbəb orаda dәfn оlunаn şəxsilə əlaqədardır. Məgər din baxımından Peyğəmbərin (s) qəbri şərəfli hesab edilmirmi?
    Üçüncü: Həmçinin " و لو انّهم اذ ظلموا انفسهم جائوك فاستغفروالله ” ayəsi Peyğəmbərin (s) qəbrinin yanında dua etməyin üstünlüyünə dəlalət edir. Çünki "جائوك ” kəlməsi həm Peyğəmbərin (s) həyatda olmasını, həm də ölümdən sonrakı həyatını əhatə edir. Bu üzdən də dünyasını dəyişmiş Peyğəmbərə (s) göstərilən ehtiram ona sağlığında edilən ehtirama bərabərdir. İmam Malik, Mənsurla müzakirələrində bu məsələyə toxunmuşdur. 
    Dördüncü: Həzrət Fatimənin (s) həyat tərzi vəhhabilərin etiqadının əksidir. O, əmisi Həmzənin (r) qəbrini hər cümə günü ziyarət edər, namaz qılar və ağlayardı. 
    Hakim bu rəvayət haqqında deyir: "Bu hədisin raviləri axıra kimi sadiq (siqə) şəxslərdir. Mən qəbirlərin ziyarət edilməsini təkid edən hədislər haqqında əsaslı tədqiqat apardım. Xalqı qəbirlәrin ziyarətinə təşviq еtməklə savab qаzаnmаq istəyirdim. Bəzi nаdаn şəxslər qəbir ziyarətinin dаnılmаz sünnələrdən biri olduğunu bilməlidirlər. Diqqət edilməlidir ki, Həmzə 3-cü hicri ilində şəhid edildi. İslam peyğəmbəri (s) 11-ci hicri ilində dünyasını dəyişdi. Fatimə bu müddət ərzində (7 il) hər cümə günü Mədinəni tərk edib, Həmzənin qəbrini ziyarət etməyə gedirdi. Bu hadisə Peyğəmbərin (s) gözü önündə baş verirdi. O, Fatiməni bu işdən çәkindirib uzaqlaşdırmadı. Fatimə (s) atasından sonra da –Əhli-sünnənin dediyinə əsasən – altı ay ömür sürdü və bu qısa müddət ərzində də Həmzənin qəbrinin ziyarətinə gedirdi. Bu iş də səhabələrin və Əli ibn Əbitalibin gözü önündə baş verirdi və onlar da Fatiməni bu işdən çәkindirmir. Bir rəvayətdə qeyd edilmişdir: "Həzrət Siddiqеyi-Tahirə (s) Ühüd şəhidlərinin qəbirlərini hər 2-3 gündə ziyarət edir, namaz qılır, dua oxuyur və ağlayırdı”. 
    Məgər həqiqətdə də peyğəmbərin sünnəsi Fatimədən - (s) necə ki, Allah onun sevinci ilə sevinir, qəzəbi ilə qəzəblənir - gizli qalmışdı?
    Məgər onun qəbirləri ziyarət etməsi Peyğəmbərin (s) sünnəsi ilə müxalif idimi?
    Doğurdan da bu məsələ İbn Teymiyyə üçün gizli qalmışdı ki, cürətlənib "keçmiş alimlərdən heç biri qəbirlərin yanında namaz qılmağı müstəhəb bilməmişdir” dеyə, iddia etmişdir?! 
    Beşinci: Peyğəmbərin (s) zamanından indiyə kimi müsəlmanların sünnəsi mömin və saleh şəxslərin qəbirlərinin kənarında dua oxumaq, namaz qılmaqdır.  Aşağıda qeyd edilənlər buna nümunə ola bilər:
    1- Ömər ibn Xəttabın rəftarı:
    Təbəri yazır: "Ömər bir dəstə ilə həcc səfərinə getdikdə bir qoca kişi ona yaxınlaşıb kömək istədi. Ömər Həccdən qayıdanda "Əbva” adlı istirahət məkanında o kişi haqqında ətrafdakılardan soruşdu. Kömək istəyən kişinin ölüm xəbərini eşitdikdə yerindən qalxıb iti addımlarla onun qəbri yerləşən məkana üz tutdu. Qəbrin kənarında namaz qıldı və qəbri qucaqlayıb ağladı. 
    2- İmam Şafeinin fətvası:
    O, deyir: "Hər istəyim olanda Əbu Hənifəyə təvəssül edirəm. Namaz qılıb, qəbrinin ziyarətinə gəlir və qəbrinin kənarında öz istəyimi Allahdan diləyirəm”. 
    3- Məruf Kərxinin qəbri:
    Zəhri nəql edərək yazır: "Məruf Kərxinin qəbri yanında hacətlərin müstəcab olması təcrübə edilmişdir. Həmçinin, qeyd edilir ki, hər kəs onun qəbri kənarında yüz dəfə "Qul huvəllahu əhəd” ayəsini oxusa bütün istəkləri həyata keçəcəkdir”. 
    İbrahim Hərbi yazır: "Məruf Kərxinin qəbri dərdlərin dərmanıdır. Bu dəfələrlə təcrübə edilmişdir”.
    Zəhəbi yazır: "Giriftar insanların duası onun (Kərxinin) qəbri yanında həyata keçir. Çünki, dua ehtiramlı qəbir sahiblərinin yanında müstəcab olur”.
    Kərxinin qəbri haqqında Əhməd ibn Fəth yazır: "Bəşərdən (uca məqamlı tabeinlərdən biri) Kərxinin qəbri haqqında soruşduqda cavabımda buyurdu: "Hər kəs dualarının qəbul olmasını istəyirsə onun qəbrinin ziyarətinə gəlib, dua etsin. İnşallah duası qəbul olunar”. 
    İbni Səddən belə nəql edilir: "Kərxinin qəbri yanında yağış yağması üçün Allaha dua edilir. Xalq gecə gündüz onun qəbrinin ziyarətinə gəlirlər”. 
    Sebt ibn Cuzi Bağdadda olan ustadlarının birindən Ovnuddinin belə dediyini eşidib: "Mənim xəzinədarlıq vəzifəsini qəbul etməyimə səbəb nəql etdiyim hadisə olmuşdur. Yaşayışımız ağır vəziyyətdə idi. Hətta bir neçə gün yeməyə çörək də tapa bilmirdim. Ailə üzvlərindən bəziləri mənə Kərxinin qəbrini ziyarət etməyi təklif etdilər və dedilər ki, onun qəbrinin yanında Allaha dua edim. Çünki, onun qəbri yanında dualar qəbul edilir. 
    Mən Mərufun qəbrinin ziyarətinə gedib orаda namaz qılıb, dua oxudum. Sonra orаdan uzaqlaşıb Bağdada, orаdan da "Qətfəta”  getmək fikrindəydim. Yolda köhnə bir məscid gördüm. İçərisinə daxil olub iki rәkət namaz qılmaq istədim. Məsciddə həsir üzərində uzanmış bir xəstə gördüm. Yanında oturub , nə istədiyini soruşdum. Armud istədi. Baqqal (meyvə dükanı) dükanına gedib önlüyümü əmanət qoyub iki armud və bir alma alıb xəstənin yanına qayıtdım. O, armudu yedi. Sonra məndən qapını bağlamağı istədi. Qapını bağladım. Uzandığı yerdən qalxıb üzünü mənə tutub dedi:
    -Buranı qaz.
    Mən tapşırığını yerinə yetirməyə başladım. Qazdığım yerdə bir kuzə tapıldı. Mənə dedi:
    Bu kuzəni götür. Sən buna layiqsən.
    Ondan soruşdum:
    -Sənin varisin yoxdurmu?
    Dedi:
    -Xeyr, mənim yalnız bir qardaşım vardı. Bir neçə il idi onu görmürdüm. Mənə onun ölüm xəbərini çatdırıblar. Biz "Rüsaqə” adlı məhəllədənik...
    Onunla bir qədər söhbət etdik. Söhbət əsnasında da canını Allaha tapşırdı. Ona qüsl verib, kəfən etdikdən sonra dəfn etdim... Darul-xilafəyə gedib bir məktub yazdım. O məktubun vasitəsi ilə xəzinədarlıq vəzifəsi mənə tapşırıldı. Sonralar vəzirlik məqamına kimi vəzifələrə ucaldım. 
    4-Şafeinin qəbri:
    Cövzi deyir: Onun qəbri yanında dua qəbul olunur. 
    5-Bəkar Bəkravi Hənəfinin qəbri (Vəfatı: 280 hic.):
    O, Qəvafədə dəfn edilmişdir. Qəbri tanınmış ziyarətgahlardan biri sayılır. Deyilənlərə görə qəbrin yanında dua qəbul olunur. 
    6-Hafiz Amirinin qəbri:
    Camaat gecələr onun qəbrinin ziyarətinə gəlir, ona quran oxuyur və dua edirlər. 
    7-Əbu Bəkr İsfəhaninin qəbri (Hicri 406 vəfatı):
    O, "Hirədə” (Nişapur ətrafında olan yer) dəfn edilmişdir. Məqbərəsi ziyarətgahdır. Qəbrindən yağışın yağması tələb edilir. Bu məkanda dua müstəcab olur. 
    8-Seyyidə Nəfisənin qəbri:
    O, Əbu Məhəmməd, Həsən ibn Zeydin qızıdır.
    İbn Xəlkan deyir: "Xanım Nəfisə Misirdə - "Dərhüs-səba”da dəfn edilmişdir. Qəbrinin kənarında duaların müstəcab olması təcrübə edilmişdir. Allah ondan razı olsun. 
    9- Nəsr ibn İbrahim Müqəddəsinin qəbri (hicri: 490 vəfatı):
    O, Şafeiyyə şeyxlərindəndir. Nuri deyir: "Böyüklərdən eşitdiyimizə görə, onun qəbri kənarında dualar şənbə günləri müstəcab olur. 
    10-Əbil-Həsən əl-Misrinin qəbri:
    Əl-Misri Şafeiyyə fəqihlərindən olub. O, 492-ci ildə vəfat etmişdir.
    İbn-Ənmati deyir: "Onun qəbri Qərafədədir. Duaların qəbri kənarında qəbul olması şübhəsizdir”. 
    11-Qasim ibn Firə Şatibinin qəbri (hicri:590):
    Qәrafədə dəfn edilmişdir. Qəbri şöhrət tapmışdır.
    "Təbəqatul-Qurra” kitabının müəllifi yazır: "Mən o qəbri dəfələrlə ziyarət etmişəm. Dostlarımdan bəziləri onun qəbrinin ziyarətinə getməyimi məsləhət bilmişlər. Qəbrin kənarında duaların müstəcab olmasının şahidi olmuşam”. 
    12-İbn Cuzinin qəbri (Hicri: 397):
    Zəhəbi yazır: "Camaat Ramazan gecələrini onun qəbrinin yanında keçirirlər. Orаda şam işığında Quran xətm edirlər”. 
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) | Added by: Islam_Kitabxanasi
    Views: 653 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024