İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild)
    2012-03-16, 7:15 AM
    ŞƏDDUR-RİHAL” HƏDİSİNƏ İSTİNAD
    İbn Teymiyyə şiələrin əleyhinə yağdırdığı böhtana davam edərək deyir: «Onlar (şiələr) Allahın evini ziyarət edən hacılar kimi, imamlar (ə) və övliyaların qəbrini də eynilə ziyarət edirlər.» Bu sözə görə guya ilahi şəxsləri ziyarət etmək, təkcə imamiyyə şiələrinə məxsusdur. Digər firqələr isə bu işi görmürlər.
    Məhəmməd İbn Əbdül-Vəhhab belə düşünmüşdür ki, imamların, övliyaların və əziz islam peyğəmbərinin (s) məzarını ziyarət etmək üçün səfərə çıxmaq haramdır. O, öz müddəasını isbat etmək üçün deyir: Peyğəmbəri ziyarət etmək müstəhəbdir; lakin Məscidül-həram, mənim məscidim (Məscidün-nəbi) və Məscidül-əqsanın ziyarətindən başqa səfərə çıxmaq düzgün deyil.
    (ərəbcə) (Tarixdə göstərildiyinə görə, Bilal peyğəmbərdən sonra üç dəfə azan vermişdir ki, onun iki dəfəsi Mədinədə, bir dəfəsi isə Şamda olmuşdur: Qamus-ərrical, c. 2, səh. 398.  )
    Elə bu səbəbdən о, bu hədisə əsaslanaraq qəbirləri ziyarət etmək üçün səfərə çıxmağı haram bilmişdir.
    VƏHHABİLƏRİN NƏZƏRİNİN TƏNQİDİ TƏHLİLİ
    Qeyd edildiyi kimi, vəhhabilər Peyğəmbərin (s) və digər şəxsiyyətlərin məzarlarını ziyarət edilməsinin haram olmasına dair "Şəddur-rihal” hədisinə istinad etmişlər. Hədisin məzmununa görə göstərilmiş üç məsciddən başqa, səfərə çıxmaq düzgün hеsab edilmir.
    Hədisi daha aydın düşünmək üçün aşağıdakı məqamları diqqətdən qaçırmamalıyıq.
    Hədisə görə bu üç məscid qoyulmuş qadağadan kənarda qalır – istisna edilir. Amma bu məscidlər nədən istisna olunur? Burada mövzu və istisna mərkəzinin (müstəsna minh) nədən ibarət olması, cümlədə açıq şəkildə öz yerini tapmır.(Tarixul-islam (xəlifələr dövrü), c. 3, səh. 205; Vəfaul-vəfa, c. 4, səh. 1357.  ) Belə hallarda ərəb dilinin qrаmmatik qaydаlаrınа müvafiq olaraq, cümlənin bitmiş bir fikri ifadə etməsi və mənasının dolğun şəkildə tamamlanması üçün, məna ilə uzlaşan bir kəlmə nəzərdə tutulmalıdır. Bu kəlmənin isə iki sözdən birinin olması ehtimalı var.
    Birinci еhtimal: "Məscid” sözü.
    İkinci еhtimal: "Yer” yaxud "Məkan” sözü.
    Birinci еhtimalın izahı: Mövzu (müstəsna minh) "məscid” sözü olarsa, hədisin mənası bu şəkildə düzəlir: Namaz qılmaq üçün bu üç məsciddən əlavə, digər məscidlərə getmək qadağandır. Yəni, namaz qılmaq, yalnız, bu üç məsciddə məhdudlaşmalıdır. Bu surətdə ərəbcə işlənmiş variantda (hədisin orijinalı) "İlla” ədatı vasitəsi ilə bildirilən bu inhisarçılıq, nisbi məhdudiyyət olacaqdır (həsri-nisbi). Belə ki, Peyğəmbərin (s) göstərişi sübuti və inkarı formada məscid oxu ətrafında fırlanır. Allahın rəsulunun (s) məzarının ziyarət edilməsi isə, ümumiyyətlə mövzudan xaricdir. Bu şəkildə hədisin məzmunundan bunu anlamaq olar ki, bir şəhərdə came məscidi (şəhərin böyük və mərkəzi məscidi) olarsa, oranın əhalisin o məscidi boşlayıb, digər şəhərə müsafirət edərək oranın came məscidində namaz qılması yersizdir. Çünki, bu iki məscidin Allah yanında dəyəri və qılınan namaz qarşılığında verilən savab bərabərdir; lakin sözügedən üç məscid, müstəsna hal təşkil edir. Belə ki, orada namaz qılmaqla insan daha artıq savab və ilahi mükafata yiyələnmiş olur.
    Bu hədis yalnız "məscidlər” haqda söhbət açdığından, sair ərazilərə səfər etməyə dair açıqlama vermir.
    İkinci еhtimalın izahı: Əgər "məkan” yaxud "yer” sözünü, zehnimizdə mövzu və istisna mərkəzi (müstəsna minh) kimi yerləşdirsək, yalnız o zaman, İbn Teymiyyə və ardıcılları öz müddəalarının isbatı yönümündə bu hədisə əsaslana bilərlər; çünki, belə olan təqdirdə hədisin mənası aşağıdakı kimi olacaqdır:
    "Bu üç məsciddən başqa heç bir yerə səfər etmək olmaz.” Bu zaman "İlla” ədatı vasitəsilə ifadə olunan məhdudiyyət, həqiqi inhisarçılıq olacaqdır. (Həsri-həqiqi).
    Ancaq ikinci ehtimala bir çox tutarlı və qaçılmaz iradlar olunur. Sözümüzü bu iradları açıqlamaqla davam etdiririk.
    Birinci fərziyyəni qəbul etməyə məcburuq. Çünki, "məscid” sözünün mövzu (müstəsna minh) kimi nəzərdə tutulması, həm hədisin zahiri mənası (ibtidai) ilə, həm də ümumi kütlənin zehnindən keçən ilkin məna ilə üst-üstə düşür. (Təbadüri-ürfi). Təkcə belə olan halda hökm və mövzu arasında uyğunluq və qrаmmatik bаğlılıq yaranacaqdır.
    Amma "məkan” sözü istisna mərkəzi (müstəsna minh) kimi nəzərdə tutularsa, bu surətdə Allah dostlarının (imamlar və əməli salehlər) məzarlarının ziyarət edilməsi ilə hədis arasında heç bir bağlantı mövcud olmayacaqdır.
    İRADLAR:
    Birinci irad: Bu barədə Qəstəlani belə qənaətdədir ki, "məkan” sözünün nəzərdə tutulması məlum üç məkandan (üç məsciddən) başqa özgə yerlərə (o cümlədən: gözəl bir şəxsi, dostu ziyarət etmək, elm, ticarət və yaxud səfərə çıxmaq) səfər etməyin yasaq olması ilə nəticələnir. Bu "məkan” və ya "yer” sözünün nəzərdə tutulacağı təqdirdədir. Bu təqdir, öz ümumiliyinə görə dünyada olan bütün məkanları əhatə edir. Lakin, təqdirdə olan istisna mərkəzindən (müstəsna minh) məqsəd, "məscid” kəlməsidir. Bu kəlmə isə "məkan” sözü kimi geniş ümumiliyə malik olmayıb, yalniz ümumiliyə dəvət edir. Başqa sözlə, bütün əraziləri deyil, bütün məscidləri əhatə edir.
    İkinci irad: Bütün İslam məzhəbləri yekdilliklə bu qənaətdədirlər ki, ticarət, elm, cihad, alimlərlə görüşmək və ya ümumiyyətlə turizm qəsdi ilə hər hansı bir yerə səyahətə çıxmağın, şəriәt baxımından heç bir eybi yoxdur. Elə bu cəhətdən məlum hədisdə, nəzərdə tutulacaq təqdir "məkan” və ya "yer” sözü olarsa, sadalanan yerlərə səfər etmək düzgün sayılmamalıdır. Halbuki, məzhəblər arası vahid fikir bunun əksinədir. Demək, hədisdə nəzərdə tutulacaq söz "məscid”dir. Yəni, "bu üç məsciddən başqa, digər məscidlərə səfər etmə”. Bu təhlilə görə isə, ümumiyyətlə övliyaların məqbərələrini, xüsusilə Peyğəmbərin (s) məzarını ziyarət etməyin haram olub-olmaması hədisdə göstərilməmişdir.
    Üçüncü irad: Nəzərdə tutulacaq mövzunun "məscid” sözü olacağı təqdirdə belə, onun məzmununa əməl etmək olmaz; çünki, birinci ehtimala görə hədisin mənası yalnız o üç məscidə səfər etməyin düzgünlüyündən ibarətdir. Namaz qılmaq məqsədi ilə digər məscidlərə səfər etmək düzgün hesab edilmir. Halbuki, hədislərdə bunun tam əksi- yəni, Peyğəmbərin (s) və səhabələrin şənbə günləri Quba məscidinə getmələri açıq-aydın göstərilir. Quba məscidi isə Mədinә şəhərinin 12 kilometrliyində yerləşir və sözü gedən üç məsciddən biri deyil. Bu hədisə əsasən Quba məscidinə səfər etmək haram olmalıdır; lakin, heç bir müsəlman şəxs belə bir sözü dilinə gətirməmişdir.
    İbn Ömərdən nəql olunmuş aşağıdakı sitat versiyamızın əyani sübutudur. O yazır: «Hәzrәt Peyğəmbər (s) hər şənbə günü piyada və yaxud miniklə "Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi.»(Vəfaul-vəfa, c. 4, səh. 1358 )
    Dördüncü irad: Bir rəvayətdə deyilir ki, Bilal səfər yükünü bağlayaraq, Peyğəmbəri (s) ziyarət etmək qəsdilə yola düşdü. İbn Əsakir belə nəql edir: Beytül-müqəddəsdən qayıdarkən, "Cabiyyə” adlanan məntəqəyə yetişdikdə, Bilal Ömərdən Şamda (indiki Dəməşq şəhəri) qalmağı istədi. Ömər bu təklifi qəbul etdi. Bələliklə Bilal Şamda qalmalı oldu.
    İbn Əsakir sözünün ardında yazır: Daha sonra Bilal röya aləmində hәzrәt Peyğəmbəri (s) gördü. Allahın rəsulu (s) buyurdu: Ey Bilal, bu nə zülmdür? Məgər məni ziyarət etməyin vaxtı çatmayıbmı? Bilal yuxudan ayıldıqda, narahatlıq, qorxu vә həyəcan bütün vücudunu bürümüşdü. Öz atına minərək oranı Mədinə qəsdi ilə tərk etdi. Mədinəyə yetişcək, Peyğəmbərin (s) məzarı üzərinə gələrək ağlamağa başladı. Elə bu an gözlənilmədən Həsən və Hüseyn (ə) ona tərəf gəldilər. Bilal hər ikisini öpərək, bağrına basdı. İmam Həsən və Hüseyn (ə) Bilaldan azan verməsini istədilər. Bilal "Allahu Əkbər” dedikdə, Mədinə şəhəri lərzəyə gəldi. "Əşhədu əlla ilahə illəllah” (şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur) dedikdə, həyəcan Mədinədə daha da şiddətləndi. "Əşhədu ənnə Mәhəmmədən rəsulullah” cümləsinə yetişdikdə, pərdə arxasında olan qadınlar evlərindən çıxaraq "Peyğəmbər məzardan baş qaldırmışdır” deyə səsləndilər. Demək olar ki, Allahın rəsulundan (s) sonra, ruzigar belə müsibəti və hüzünlü günü Mədinə şəhərinə göstərməmişdi.(Təhzibul-mətalib, c. 21, səh. 408.  )
    Hafiz Əbdül-Qəni və başqaları Bilalın Peyğəmbərdən (s) sonra yalnız bir dəfə (Peyğəmbərin ziyarəti üçün Mədinəyə gəldiyi gün) azan verdiyini söyləmişlər.(İrşadus-sari, c. 2, səh. 329. )
    Sübki yazır: Biz Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin şəriәt baxımından qanuni olmasını sübuta yetirməklə, Bilalın yuxusuna əsaslanmırıq; әslində, biz Bilalın əməlinə və gördüyü işə əsaslanırıq. Ömərin xəlifəliyi dövründə görülən bu əməl, o dövrün heç bir səhabəsindən gizli qalmamış, bununla yanaşı Bilala heç bir etiraz olunmamışdır. Bilalın yuxusu isə, öz növbəsində müddəamızın təsdiqləyicisidir.(Əl-həzrətul-unsiyyə fir-rihlətil-qübsiyyə, səh. 129.)
    "Futuh-əşşam”(şam zəfərləri) kitabında belə bir yazıya rast gəlmək olar: Ömər Beytül-müqəddəs camaatı ilə razılıq əldə etdikdən sonra Kəbul-əhbar оna yaxınlaşaraq İslam dinini qəbul etdi. Ömər onun müsəlman olmasından çox sevindi. Sonra isə ona "mənimlə Mədinəyə gəlib, Peyğəmbərin (s) məzarını ziyarət etmək və bu ziyarətdən faydalanmaq istəyirsənmi?” deyə söylədikdə, Kəbul-əhbar bu təklifi qəbul etdi. Ömər Mədinəyə daxil olduqda ilk gördüyü iş, məscidə gələrək Peyğəmbərə (s) salam vermək oldu.(İhyaul-ülum, c. 2, səh. 247. Qəzzali (v.t. 505 h.) eləcə də əlavə edir: Peyğəmbəri (s) ziyarət etmək istəyən şəxs, yol boyu ona salam göndərməli, Mədinənin divar və ağaclarını müşahidə etdikdə isə, deməlidir: İlahi! Öz rəsulunun (s) məqbərəsini, mənim üçün cəhənnəm odu qarşısında sipər və nöqsanlı əməllərimin bəraətçisi qərar ver... Peyğəmbərin (s) məzarının ziyarətçisi daha sonra Bəqi qəbristanlığına gedərək, Həsən bin Əlini (ə) ziyarət etməli və Fatimə məscidində namaz qılmalıdır: İhyaul-ülum, c. 1, səh. 305, 306.  )
    Beşinci irad: Ömər ibn Əbdül-Əziz barəsində bir neçə yerdə belə nəql edilmişdir: O, öz tərəfindən bir şəxsi, Peyğəmbərə (s) salam göndərmək üçün Şamdan Mədinəyə yolladı.(Furqanul-quran, səh. 133; Əl-qədir, c. 5, səh. 154. Əl-fiqhu ələl-məzahibul-ərbəə (bu kitabda dörd sünni məzhəbinin alimlərinin fikir və əqidələri qələmə alınmışdır) kitabın müəllifi Əbdür-Rəhman Cəziri yazır: Peyğəmbərin (s) məzarını ziyarət edilməsi ən fəzilətli və haqqında saysız hədis rəvayət olunmuş əməllərdəndir. Sonra isə ziyarətin ədəb və qaydaları haqda söhbət açır: Vəhhabiyyət, Məbani-fikir və karnameyi əməli, səh. 122.  )

    İBN TEYMİYYƏNİN YANLIŞ TƏSƏVVÜRLƏRİ QARŞISINDA ALİMLƏRİN MÖVQEYİ
    1) Bu haqda Qəstәlani yazır: Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin qadağan olmasına dair İbn Teymiyyənin söylədikləri ondan nəql olmuş ən çirkin məsələlərdəndir.(Əl-ğədir, c. 5, səh. 116; Kəşful-irtiyab, səh. 372; Əl-cəvahirul-munəzzəm fi ziyarəti qəbril-mukərrəm, səh. 12. Qeyd: Kəşful-irtiyab kitabının yazdığına görə, Mәhəmməd Əl-bursi emossional tərzdə İbn Teymiyyənin fikirlərini tənqid atəşinə tutmuşdur. Məlum əsərin müəllifi tərəfindən nəql edilmiş bu mətləbin orijinal mənbәyi belədir: Kəşful-irtiyab, səh. 371, 372.)
    2) Nablоsi isə yazır: Bu, İbn Teymiyyə və ardıcıllarının üzləşdiyi ilk problem deyil; çünki, o, Beytül-müqəddəsi ziyarət etmək üçün səfərə çıxmağı günah hesab etmişdir... və insanın peyğəmbər, ya övliyalar vasitəsilə Allaha təvəssül etməsinə izn verməmişdir.("Hədis” elmi terminologiyasında "mütəvatir” o tipli hədisə deyilir ki, rəvayətçilərinin sayı, hədisin saxtalaşdırılması haqqında razılaşa bilməyəcəkləri qədər çox olsun (mütərcim).  )
    3) Hər kim Peyğəmbərin (s) öz sağlığında o həzrəti yaxından müşahidə etməklə təbərrük axtarırdısa, vəfatından sonra da o həzrəti ziyarət etməklə təbərrük əldə etmiş olur. Peyğəmbərin (s) ziyarəti üçün səfər yükünü bağlamaq düzgündür. Bu hədis (Şəddur-rihal hədisi) isə, bu əməlin yerinə yetirilməsi üçün heç bir maneə törətmir.(Ət-tacul-came lil-üsul, c. 2, səh. 382. )
    4) Əzami Şafei deyir: Bu kişi (İbn Teymiyyə) hətta cənab Peyğəmbərə (s) belə cəsarət edərək demişdir: O həzrəti ziyarət məqsədi ilə səfər yükü bağlamaq günahdır(Əl-məvahibul-ləduniyyə, c. 3, səh. 403 və 404. )....
    5) Heysəmi Şafei: O, tutarlı dəlillərlə Peyğəmbərin (s) məzarını ziyarət etməyin düzgün olduğunu sübuta yetirdikdən sonra demişdir: Belə bir iradla qarşılaşa bilərik ki, siz, İbn Teymiyyənin (hənbəlilərin sonuncularından) ziyarət və ziyarət qəsdi ilə səfər etməyin şəriәt bахımından qanuni olmasını imkan etdiyi bir halda, necə ziyarət və onun üçün səfər etməyin düzgünlüyünə həmfikir olmusunuz?! Bu sözü Sübki, İbn Teymiyyənin əlyazmasında görərək nəql etmişdir. İbn Teymiyyə (eşidənin ona qarşı nifrətini oyadan) uzun-uzadı sübutlarla, hәzrәt Peyğəmbərin (s) ziyarətini rədd etmiş, hətta ziyarət qəsdi ilə səfərə çıxmağın haramlığına, bununla da yolda namazın tam qılınmasına dair, alimlər arasında yekdil rəyin mövcudluğunu güman etmişdir. Eləcə də onun fikrincə, ziyarət barəsində olan bütün hədislər qondarmadı. Sonrakı dövrlərdə İbn Teymiyyənin fikirlərindən təsirlənmiş bir sıra şəxslər onun yolunu davam etdirmişlər?!
    Yuxarıda qeyd olunan sualı aşağıdakı kimi cavablandırmaq olar: Məgər İbn Teymiyyə kimdir ki, ona əhəmiyyət verilsin və yaxud islam və dini məsələlərdə müraciət mərkəzi (mərcə) kimi tanındıqdan sonra, onun nəzəri yekdil rəyə xələl gətirsin. Bir çox alimlər onun qeyri-məntiqi sözlərini və heç də möhkəm istinаdgаhı olmayan dəlillərini izləmiş, onun düşüncəsiz büdrəmələrini və xam xəyallarını üzə çıxarmışdır...(Qeyd etmək lazımdır ki, bu təlim, hazırda Vəhhabilərin start götürdüyü metodla olmalıdır; çünki, onlar mübarək məzara və otağa, Peyğəmbərin (s) zərihinə (qəbrin ətrafına çəkilmiş dəmir hasar) əl sürtən yaxud yaxınlaşan hər kəsi, əxlaqsızcasına, söyüş və döyməklə uzaqlaşdırırlar. (Qeyd etmək lazımdır ki, bu təlim, hazırda Vəhhabilərin start götürdüyü metodla olmalıdır; çünki, onlar mübarək məzara və otağa, Peyğəmbərin (s) zərihinə (qəbrin ətrafına çəkilmiş dəmir hasar) əl sürtən yaxud yaxınlaşan hər kəsi, əxlaqsızcasına, söyüş və döyməklə uzaqlaşdırırlar. )
    Fikrimizi ümumiləşdirib yekun vursaq, deyə bilərik ki, sünnə əhlinin hafiz və hədis bilicilərindən bu zəmində nəql olunan hədislər, təvatur(Seyru Əlamun-Nəbla, c. 4, səh. 484. )dərəcəsində yetişmişdir. Bundan əlavə səhabələrin əməli, həmçinin Bilalın Peyğəmbərin (s) məzarını ziyarət etmək üçün səfərə çıxması və o həzrəti ziyarət etməsi bütün səhabələrin gözü önündə idi. Özləri görməsəydi də xəbərini eşitmişdilər. Bununla belə heç bir etiraz etmədilər. Habelə Ömər Kəbul-əhbarı Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün dəvət etdikdə, bu iş səhabələrdən heç birinin etirazına səbəb olmadı. Bütün bunlar, şəxsən cənab Peyğəmbərin (s) qəbrinin ziyarətinin düzgünlüyündən əlavə, bu işin üstünlüyünə və müstəhəb olmasına aydın sübutdur. Çünki, rəvayətlərin bir hissəsində ziyarətə göstəriş verilmişdir. Bütün alimlər isə yekdilliklə bu göstərişləri müstəhəb anlamına yozmuşlar. Hətta İbn Həzm bu məsələdən vacibliyi anlamış və hər bir müsəlmanın ən azı ömründə bir dəfə hәzrәt Peyğəmbərin (s) məzarı üzərinə getməyi vurğulamışdır.(Nisa, 64.)
    6) Şeyx Əhməd Qəstəlani deyir: Bil ki, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək, insanı Allaha yaxınlaşdıran ən gözəl əməllərdəndir. Eləcə də ən uca itaətlərdən sayılan bu əməl, ali dərəcələrə nail olmaqda ən gözəl vasitədir. Hər kəsin inancı bununla fərqlənsə, islam çərçivəsindən xaric olaraq, Allah, onun rəsulu (s) və bir çox görkəmli alimlərlə müxalifətə qalxmışdır. Habelə İbn Teymiyyədən ziyarət məqsədi ilə səfərə çıxmağa dair çirkin və heyrətamiz söz nəql olunmuşdur...(Mәhəmməd, 19. )
    7) Zəhəbinin Həsən ibn Həsənə cavabı: Həsən, Peyğəmbərin (s) dəfn olunduğu evin qarşısında dayanıb, o həzrət üçün dua edən və salam göndərən şəxsi gördükdə, o şəxsi tutduğu əməldən çəkindirmək üçün Peyğəmbərə (s) mənsub hədisə istinad etdi: "Mənim evimi bayram və şənlik üçün seçməyin və qəbirləri öz evlərinizdə basdırmayın. Olduğunuz hər yerdən mənə salam göndərsəniz, salamınız mənə yetişər.”
    Zəhəbi onun cavabında deyir: Bu rəvayət sənəd baxımından mürsəldir (ravilərinin məlum olmadığı hədis). Həsən bin Həsənin istinadgahı isə, dəlalət baxımından yetərsizdir. Xoş o adamın halına ki, təvazökarçasına müqəddəs evin kənarında (Peyğəmbərin (s) qəbri olduğu yer) dayanaraq, o həzrətə salam versin; çünki, belə bir şəxs gözəl bir ziyarət yerinə yetirməklə yanaşı, ən gözəl ülvi sevgiləri büruzə vermişdir; Peyğəmbərə (s) göndərdiyi salam, yaxud qıldığı namazdan əlavə, bir ibadət də yerinə yetirmişdir. Çunki, ziyarətçiyə iki savab verilir. Biri ziyarətə görə, digəri isə Peyğəmbərə (s) göndərdiyi salam və qıldığı namaza görə. Uzaqdan Peyğəmbərə (s) salam göndərən şəxs, yalnız bir savaba (salam göndərdiyi üçün) yiyələnir və hər kim bir dəfə Peyğəmbərə (s) salam göndərərsə, uca Allah o şəxsə on dəfə salam göndərir. Ziyarətin etik qatdalarına riayət etmədən peyğəmbəri (s) ziyarət etmək, yaxud o həzrəti ziyarət edərkən qəbrin üzərinə səcdə etmək düzgün deyil. Belə bir şəxs bir tərəfdən pis iş görməyi ilə yanaşı, başqa bir tərəfdən yaxşı əməl yerinə yetirmişdir. Bu şəxsə dostcasına – səmimi şəkildə təlim(Əl-məvahibul-ləduniyyə bil-mənnil-Mәhəmmədiyyə,c. 3, səh. 405. Qeyd: Əziz İslam Peyğəmbəri (s) (bəzi səbəblərə görə) müvəqqəti olaraq müsəlmanları qəbirləri ziyarət etməkdən çəkindirmiş, sonradan icazə vermişdir: Ola bilsin, keçmişdə (İslamdan öncə) ölənlərin çoxu müşrik və bütpərəst olduğuna görə İslam dini bütpərəstlərlə, müşriklərlə əlaqəni kəsmək üçün, məzarları ziyarət etməyi qadağan etmişdir. Daha başqa bir səbəb bu ola bilər ki, İslamı yeni qəbul etmiş müsəlmanlar qəbir üstündə əxlaq və ədəbdən uzaq sözlər danışırdılar. İslam inkişaf etdikcə, iman nuru insanların qəlbində işıqlandıqca bu "nəhy və qadağan” aradan götürüldü: Ayine-vəhhabiyyət, səh. 107. Tərcüməsi "Vəhhabi məzhəbi” səh. 73. Müəllif: Cəfər Sübhani.  )vermək və yol göstərmək lazımdır. Allah isə bağışlayan və mehribandır. Müsəlman şəxsin əziyyətə qatlaşaraq peyğəmbərin (s) ziyarətinə gəlməsi, orada Quran və dua səsləndirməsi və ağlaması buna görədir ki, bu şəxsdə Allah və onun rəsulunun (s) sevgisi vardır. Allah və onun rəsulu ilə dostluq, od əhlini cənət əhlindən ayıran başlıca amildir. Demək, İslam peyğəmbərinin (s) məzarının ziyarəti, insanı Allaha yaxınlaşdıran ən üstün və fəzilətli əməllərdəndir.
    "Şəddur-rihal” hədisinə istinadən səfər yükü bağlayaraq, Peyğəmbərin (s) və övliyaların məzarlarını ziyarət etməyin оlmаmаsını düzgün rədd etmək üçün, təkcə bunu demək kifayətdir ki, əgər ziyarət məqsədi ilə səfər etmək yasaqdırsa, sözsüz ki, məscidə getmək üçün səfər etmək, şəriәt baxımından qanuni çəkişməsiz məsələlərdəndir. Çünki, Peyğəmbərin (s) evinə ( o həzrətin mübarək cəsədi də orada dəfn edilmişdir) yetişmək, məscidə daxil olmadan müyəssər olmur. Ora gedənlər məscidə daxil olduqda, onun üçün təhiyyət namazı qılır, sonra isə məscidin sahibinə salam göndərirlər.
    8. "Seyru-əlamun-Nəbla” kitabının şərhçisi yazır: Bu məsələni açıqlamaqda müəllifin (Zəhəbinin) məqsədi, İbn Teymiyyəyə rədd cavabı yazmaqdır. Belə ki, о (İbn Teymiyyə), ziyarət məqsədi ilə səfərə çıxmağı (Şəddur-rihalı) düzgün hesab etməmişdir.(Ət-tacul-Cameu lil-üsul, c. 1, səh. 381; Cameul-üsul, c. 11, səh. 438. )
    9. Zeynəddin Məraği bu haqda yazır: Hər bir müsəlman inanmalıdır ki, Peyğəmbərin (s) özünü və məzarını ziyarət etmək insanı Allaha yaxınlaşdırır; çünki, bu barədə əlimizdə yetərincə hədislər mövcuddur. Allah-təala buyurur:
    "Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi...” (Həmin qaynaq. )
    Peyğəmbərə (s) ehtiram etmək onun vəfatı ilə sarsılmadığından, demək olmaz ki, Peyğəmbərin (s) xalq üçün Allahdan əfv istəməsi, habelə o həzrəti ziyarət etmək onun həyatı dövrünə məxsusdur. Bu barədə tədqiqatçı alimlərin cavabını dinləmək yerinə düşər: Ayənin ardında buyurulur:
    "Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər”.
    Tövbələri qəbul etmək üç şərtlə həyata keçir:
    1. Xalqın gəlməsi; 2. Onların tövbə etmələri; 3. Peyğəmbərin (s) (onlar üçün ) Allahdan əfv istəməsi. Əvvəlki iki şərtin doğrulması problemsizdir; çünki, gəlmək və tövbə etmək şəxsin öz əlindədir; üçüncü şərtə gəlincə isə, demək olar ki, bu, Peyğəmbərdən (s) asılıdır. O həzrət (s) isə bütün möminlərin bağışlanmasını uca Allahdan diləyir. Çünki, uca Allah Qurani-Kərimdə öz Peyğəmbərinə (s) belə buyurur:
    "Öz (əməllərinin) aqibəti və imanlı kişi və qadınlar üçün (Allahdan ) əfv dilə.” (Musnədi-Əhməd, c. 2, səh. 337. Еlәcә dә bах: Mоsuәtu Әtrаful-hәdis, c.10, sәh. 181.)
    Yuxarıdakı üç şərt tamamlandıqda, yəni, günahkar şəxs gələrək tövbə etdikdə, Peyğəmbər (s) də öz növbəsində onun üçün Allahdan əfv istədikdə, o zaman, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.(Əxbaru Məkkə, c. 2, səh. 52. Vəfaul-vəfa, c. 3, səh. 932; )

    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) | Added by: Islam_Kitabxanasi
    Views: 717 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024