İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild)
    2012-03-16, 6:58 AM

    QƏBİRLƏRİN VƏ ÖVLİYALARIN MƏQBƏRƏLƏRİNİN ZİYARƏT EDİLMƏSİ
    Buraya qədər, əziz İslam peyğəmbərinin (s) məzarının ziyarət edilməsi haqda söhbət etdik; digər qəbirlərin ziyarətinə gəlincə isə, demək olar ki, bu işin şəriәt baxımından qanuni olmasına dair yekdil rəy mövcuddur. Hәzrәt Peyğəmbərin (s) özü də qəbirlərin ziyarətinə gedər və müsəlmanları bu işin icrasına sövq edərdi. O həzrət (s) anası, Vəhəbin qızı Aminənin məzarını ziyarət edərdi. Müsəlmanların keçdiyi tarixi həyat yolu da onu göstərir ki, onlar daim qəbirləri ziyarət edərdilər.
    ZİYARƏT HAQQINDA HƏDİSLƏR
    1. Süleyman bin Büreydə, öz atasından Peyğəmbərə (s) mənsub nəql etdiyi hədisdə deyir: "Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim, bilin ki, bundan sonra qəbirləri ziyarət edin.”(Həmin qaynaq, səh. 883; Müslüm, c. 3, səh. 63-dən nəql edərək; Nisai və Sünənil-Kübra, c. 4, səh. 132. Bu rəvayətdə belə buyurulmuşdur: "İlahi! Bəqinin Qürqəd əhlini əfv et.” Qürqəd Bəqidə ağac adıdır. Mədinə şəhərinin səhra və çöllüklərində bitən bu ağac, Bəqinin "Bəqiul-Qürqəd” adlandırılmasına səbəb olmuşdur. Səmhudi "Vəfaul-vafa” kitabında yazır: Osman ibn Məzun orada dəfn olunan zaman o ağacı kəsdilər. İbn Məzun Bəqidə dəfn olunan ilk şəxsdir. Peyğəmbərin (s) oğlu İbrahim vəfat etdikdən sonra O, oğlu İbrahimin Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın adamlarının cənazəsini Bəqidə dəfn etməyə başladı; Vəfaul-vəfa, c. 2, səh. 84;  )
    Mənsur deyir: Alimlərin hamısı Peyğəmbərin (s) "qəbirləri ziyarət edin” (fəzəruha) deyə buyurduğu göstərişdən, bu əməlin müstəhəb olduğunu anlamışlar. İbn Həzmin fikrincə isə: Hədisdə vurğulanan göstəriş vacibliyi çatdırır. Belə ki, hər bir insan ömründə bir dəfə də olsa, hәzrәt Peyğəmbərin (s) ziyarətinə getməlidir.(Sünəni İbn Macə, c. 1, səh. 501; Müstədrəki Hakim, c. 1, səh. 531; Əxbaru Məkkə, c. 4, səh. 53.)
    2. Peyğəmbər (s) buyurdu: "Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Sonra Mәhəmmədə anasının qəbrini ziyarət etmək icazəsi verildi. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək, aхirəti sizin yadınıza salar.” Buxarini çıxmaq şərtilə, səhih kitabları müəlliflərinin hamısı bu rəvayəti nəql etmişlər. Tirmizi məlum hədisi bu şəkildə çatdırır: "Ölü ziyarətçidən təsirlənir. Ziyarətçinin onun üçün etdiyi dua, oxuduğu Quran, habelə bağışladığı sədəqədən faydalanır. Qəbirləri ziyarət etməyin fəlsəfәsi də elə budur.”(Müstədrəki Hakim, c. 1, səh. 531; 1388-ci hədis )
    3. Peyğəmbər (s) buyurur: "Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim; lakin sonra mənim üçün başqa bir şey aşkarlandı.”(Həmin qaynaq, səh. 533, 1394-cü hədis və eləcə də bax: Məcməul-zəraid, c. 2, səh. 58 )
    4. Peyğəmbər (s) buyurdu: "Öz ölülərinizin yanına gedib onlara salam verin; çünki onlar sizin örnəklərinizdir.”(Sünəni Əbi Davud, c. 3, səh. 216; Əs-sünən əl-kubra, c. 4, səh. 127. Ətaf vasitəsi ilə nəql olunmuşdur. Peyğəmbər (s) Ühüd dağında şəhidlərin məzarlarını ziyarət edərdilər: Vəfaul-vəfa, c. 2, səh. 932; )
    5. Peyğəmbər (s) "Rəsul-həul” adlı məkanda dəfn olunmuş şəhidlərin məzarı üzərinə gələr və buyurardı: "Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.” Elə bu vaxt Əbubəkr, Ömər və Osman bir-birinin ardınca həmin yerə gəldilər. Müaviyə onlara çatdıqda artıq camaat toplaşmışdı. Peyğəmbər (s) geniş həcmli xalq kütləsinin qarşısında buyurdu: "Səbr etdiyinizə görə sizə salam olsun.”(Əs-sunən Əl-kubra, c. 4, səh. 132. )
    6. Ayişə deyir: Peyğəmbər (s) gecənin axır çağı ziyarət üçün Bəqi qəbristanlığına yola düşdü. Oraya çatdıqda buyurdu: "Salam olsun sizə, ey imanlı şəxslərin evinin sakinləri! Gələcəkdə sizə verilmiş vədə (ölüm) sorağınıza gəldi. Siz ölümlə qiyamət günü arasında yaşayırsınız (Bərzəx həyatı). Biz də (Allah istəsə) sizə birləşəcəyik. İlahi! Bəqinin Qürqəd əhlini əfv et.”(Səhabə və tabein sozünün mənası haqda geniş məlumat üçün bax: Vəhhabi əqidəsinə əqli bir baxış, c. 1, səh. 50 (mütərcim). )
    7. İbn Məsud Peyğəmbərdən (s) nəql edir: "...Bundan sonra qəbirləri ziyarət edin; çünki bu iş dünyanı gözünüzdə kiçildәr və sizə axirəti xatırladar.”(Müsənnəf: Əbdur-Rəzzaq, c. 3, səh. 572; Sünəni-kübra, c. 4, səh. 131; Müstədrəki Hakim, c. 1, səh 533; Vəfail-vəfa, c. 2, səh. 932. Eləcə də bax: Əl-qədir, c. 5, səh. 167.)
    8. Ənəsin İslam peyğəmbərindən nəql etdiyi hədisdə isə belə buyurulur: "Sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim; Bundan sonra isә qəbirləri ziyarət edir. Çünki, məzarların ziyarəti ölümü sizin yadınıza salar.”(Həmin qaynaq. Nəhcül-bəlağənin şərhi 15: səh. 40, )
    9. Peyğəmbər (s) buyurdu: "Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirirdim. İndə isə hər hansı bir qəbri ziyarət etmək istəyən şəxs onu ziyarət etsin; çünki, qəbirlərin ziyarəti ürəyi yumşaq, gözü ağlar еdәr və axirəti yada salar.”(Həmin qaynaq. )
    10. Fəlhə bin Əbdullah deyir: Allahın Rəsulu (s) ilə şəhidlərin məzarlarını ziyarət etmək məqsədi ilə yola düşdük. Onların məzarlarına yaxınlaşdıqda Peyğəmbər (s) buyurdu: "Bu bizim qardaşlarımızın məzarıdır.”(Həmin qaynaq. )
    11. Ayişə Peyğəmbərdən (s) nəql edir: "Cəbrail mənim yanıma gələrək... buyurdu: Rəbbim sənə göstəriş verir ki, Bəqi əhlinin yanına gedərək, onların bağışlanmasını Allahdan diləyəsən.”(Müsnədi Əbdür-Rəzzaq, c. 3, səh. 570. )
    QƏBİRLƏRİN ZİYARƏTİ MƏSƏLƏSİNDƏ SƏHABƏ VƏ TABEİNİN(Sünəni-Kubra, c. 4, səh. 220. )RƏFTARI
    1. Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu.(Farixi-Dəməşq, c. 57, səh. 220. )
    2. Rüzәyn Əbu Cəfərdən (ə) nəql edir: Həzrət Fatimə (ə) müntəzəm olaraq iki, yaxud da üç gün fasiləsində (məzarları) ziyarət edərdi.”(Vəfaul-vəfa, c. 3, səh. 933. )
    3. Həzrət Fatimənin məzarları ziyarət etməsi başqa bir formada idi. Əbu Cəfər (ə), İmam Baqir (ə) və Əli ibn Hüseyndən (ə) nəql olunmuşdur ki, əlavə olaraq deyilir: Həzrət Fatimə orada namaz qılar və ağlayardı. Bu əməli, həyatının sonuna kimi vaxtaşırı olaraq yerinə yetirərdi.(Həmin qaynaq, səh. 932.  )
    4. İmam Əli (ə) buyurur: "Hәzrәt Peyğəmbərin (s) qızı Fatimə, hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər, orada namaz qılar və ağlayardı.”(Seyru Hamun-Nəbla, c. 9, səh. 464. Eləcə də rəhmətlik Əhmədi Miyanəci "Ət-təbərrük” kitabında onun bütövlükdə mətnini, məxəzləri ilə birlikdə qeyd etmişdir.  )
    5. İbn Əbi Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhmanı ziyarət edərkən gördüm (Ayişənin qardaşı Əbdürrəhman, Həbəşi adlı məkanda vəfat etmiş, elə oradaca basdırılmışdır).(Rehlətu İbn Cübeyr, səh. 229, eləcə də bax: Əl-qədir, c. 5, səh. 184. )
    6. Eləcə də deyir: Bir gün Ayişəyə ziyarət üçün qəbirlərə tərəf gedərkən, "Allahın Rəsulu qəbirləri ziyarət etməkdən çəkindirmədimi?” söylədikdə, belə dedi: Doğrudur; lakin sonra ziyarət etməyə göstəriş verdi.(Farixi Bəğdad, c. 12, səh. 241 )
    7. İmam Baqir (ə) sevimli atası İmam Səccadın (ə) məzarını ziyarət etməyə gedərdi.(Əl-müntəzəm, c. 12, səh. 241 )
    8. Beyhəqi, Haşim bin Mәhəmməd Əl-әmridən (Ömər ibn Əlinin övladlarından) nəql edir: Mədinədə qaldığımız zaman cümə günü dan yeri sökülməzdən öncə, atam məni özü ilə şəhidlərin məzarını ziyarət etməyə apardı. Mən atamın arxasınca gedirdim. Qəbirlərə çatdıqda atam uca səslə dedi: "Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.”
    O sözünə davam edərək deyir: Atam salam verdikdə, belə bir cavab eşitdim "Sənə də salam olsun, ya Əba Əbdillah”, (və ələykumus-səlam ya Əba Əbdillah) Atam mənə baxaraq dedi: Sənmi salamın cavabını aldın? Dedim: Xeyr. Sonra isə atam məni sağ tərəfinə keçirdərək yenidən salam verdikdə, bu dəfə də salam cavabını eşitdi. Bu işi üç təfə təkrarladı və hər dəfə salam qarşılıqlı cavabla nəticələndi; Elə buna görə yerə əyilərək (Allaha) şükr səcdəsi yerinə yetirdi.(Müstədrəki Hakim, c. 3, səh. 518; Səffətus-səffə, c. 1, səh. 470;Rehlətu İbn Bətutə, c. 1, səh. 184. )
    9. Yəhya Ətaf təqvalı qadınlardan sayılan öz xalasından belə nəql edir: Öz Qulamımla birlikdə atıma minərək Həzrət Həmzənin qəbrini ziyarət etməyə getdik. Bacardığım qədər namaz qıldım. Allaha and olsun ki, eşikdə səslənəcək və ya bir sözün cavabını verəcək bir kimsə yox idi. Qulamım atımın cilovunu tutaraq, yanımda dayanmışdı. Namazı bitirdikdən sonra, qalxıb dedim "Əs-səlamu ələykum”. Əlimlə isə Həmzənin qəbrinə işarə edirdim. Elə bu zaman yerin altından salamın cavabını eşitdim. Salamın cavabını, Allahın məni yaratmasının şübhəsiz olduğu kimi, aydın eşitdim. Bədənimin tükləri qаlхmışdı. Daha sonra qulamımdan atımı gətirməyi istədim və atıma mindim.(Təbərrük: Bərəkət istəmə, uğur diləmə. )
    10. Zəhəbi bir şəxsdən nəql edir: Harun Ər-Rəşid həcc ziyarətindən sonra Mədinə şəhərinə gələrək Yəhya bin Xalidə dedi:
    Mənim üçün Mədinəni və orada olan övliyaların məzarlarını tanıyan elə bir şəxs tap ki, Cəbrailin Peyğəmbərə (s) necə nazil olmasını və onun şəhidlərin məzarı üzərinə gəlməsini bizə anlatsın. Yəhya kimin yanına gedirdisə ona məni göstərirdilər. Nəhayət arxamca bir şəxs göndərərək məni yanına çağırdı. Bаşqа bir gecədә görüşməyi qərarа аldıq. Mən təyin olunmuş vaxt əlimdə şamlarla evdən çıxdım. Sovuşduğumuz hər bir məkan və məzarın kənarında dua edirdim. O ikisi də (Harun və Yəhya) sübh azanına kimi, namaz qılmaq və dua etməklə məşğul oldular.(İbn Cübeyrin səfərnaməsi, səh. 19, Məhəmməd bin Əhməd bin Cübeyr Əndəlusi (İspanyalı)Vİ yüzilliyin (h.t. ilə) tanınmış turistlərindəndir. O, üç dəfə turizm səfərinə cıxmış və şərq olkələrini üç dəfə ayaq altında qoymuşdur. Onun səfərlərindən biri hicrətin 573-ci ilində başlayaraq 581-ci ilində sona çatmışdır: Vəhhabiyyət Məbani fikri və Karnameyi-əməli, Əl-əlamdan nəql edərək, c. 5, səh. 319 )
    ZİYARƏT EDİLMİŞ QƏBİRLƏR
    Səhabələrin, əməlisaleh və imanlı şəxslərin qəbirlərini ziyarət etmək, keçmişlərdən bu günə qədər müsəlmanlar arasında ənənəvi hala çevrilmişdir. Aşağıda qeyd olunanlar , müsəlmanların səhabə və möminlərin məzarlarından bərəkət istəmələri və onları vasitəçi kimi seçmələrindən bir neçə nümunədir.
    1. Bilal ibn Həmmamə Həbəşinin məzarı: O, Allahın elçisinin (s) azançısı idi. Hicrətin 20-ci ilində Dəməşq şəhərində fani dünyaya göz yummuşdur. Qəbri üzərində və vəfat tarixi qeyd edilmişdir. Allah bu bərəkətli məkanda olunan duaları qəbul edir. Bunu Bilalın qəbrini ziyarət edən və ondan bərəkət istəyən bir çox övliyalar və gözəl insanlar təcrübə etmişlər.(Bu diyar Dəməşq şəhərinin ətrafında yerləşir. Möcəm Əl-buldan, c. 2, səh. 586. )
    2. Səlman Farsinin məzarı (vәfat tarixi hicri 36): Xətib Bağdadi deyir: Səlmanın qəbrinin harada yerləşməsi məlumdur. Onun məzarı Kəsra eyvanının yaxınlığında yerləşir. Qəbrin üzərində tikili inşa edilmiş və daimi olaraq xidmətçisi vardır. Mən dəfələrlə o qəbri ziyarət etmişəm.(Tarixul-İslam (İslam tarixi) səh. 26; Təzkirətul-Huffaz, c. 1, səh. 121. ) İbn Couzi Qəlansi və Səmnundan nəql edir: Biz Səlmanın qəbrini ziyarət etmişik.(Tarixi-Bəğdad, c. 1, səh. 120; Əl-bidayəti vən-nihayə, c. 5, səh. 88 )
    3. Əbu Əyyub Ənsarinin məzarı (v.t.52 h.): Romada vəfat etmişdir: Hakim deyir: Хalq onun qəbrini qoruyub saxlayaraq ziyarət edirlər. Onlar qıtlıq və aclığa düçar olduqları zaman, onun vasitəsi ilə Allahdan yağış yağmasını diləyirlər.(Şəzarətuz-Zəhəb, c. 3, səh. 97 )
    4. Misirdə "Rəsul-Hüseyn” (Hüseynin başı) ziyarətgahı: İbn Cübeyr (v.t. 614 h.) deyir: İmam Hüseynin (ə) mübarək başı gümüş bir tabutda dəfn olunmuş, üzərində isə vəsfəgəlməz və əzəmətli bir bina ucaldılmışdır. Bu müqəddəs məkana daxil olduqda heyrətamiz səhnə ilə qarşılaşdıq. Məscidin içəri hissəsində divarın bir tərəfində qara və parlaq bir daş qoyulmuşdu. Bu daş qarşısında durmuş əşyaların təsvirini hind güzgüsü kimi əks etdirirdi. Mən Hüseynin başını ziyarət edənləri öz gözümlə gördüm. Onlar heyrətamiz izdihamla qəbrə tərəf üz gətirərək gözlərini ona tərəf dikir və müntəzəm qəbrin üzərindəki parçadan təbərrük(Vəfatül-əyan, c. 4, səh. 165; Təhzibuz-Zəhəb, c. 7, səh. 339 )götürürdülər. Onların göz yaşları insanın ürəyini qanla doldurur və daşları parçalayırdı. Allah bizə o müqəddəs ocağı ziyarət etməyi nəsib etdi.(Həmin qaynaq. Zəhəbi yazır: Malikin Bəqidə dəfn olunmasına heç bir şübhə yoxdur. Onun qəbri ziyarət ocağıdır. Seyan Əlamun-Nəbla, c. 8, səh. 132. )
    5. Ömər bin Əbdül-Əziz Əməvinin (v.t. 101 h.) qəbri: Onun qəbri Suriyada Səman diyarı (Mizanul-Etidal, c. 1, səh. 114. Xətib deyir: Əbil-Tərəcdən belə nəql edilmişdir: Mən Əbhəm ibn Hənbəlin qəbrini ziyarət edirdim. Bir müddət bu işi tərk etdim. Yuxuda mənə xitabən belə bir nida eşitdim: Niyə onun qəbrini ziyarət etməyi tərk etdin? Farixi-Bəğdad, c. 4, səh. 423. ) adlı məntəqədə yerləşir. Bu məkan hazırda ziyarətgaha çevrilmişdir.(Vəfatul-Əyan, c. 1, səh. 318. )
    6. İmam Musa bin Cəfərin (ə) məzarı: O həzrət h.q. tarixi ilə 183 ildə şəhadətə yetirilmiş və Kazimeyn şəhərində dəfn edilmişdir. Xətib yazır: ...Həsən ibn İbrahimdən (öz əsrində hənbəlilərin ən böyük alimi) eşitdim ki, deyir: Hər hansı bir çətinliklə üzləşdikdə, Musa bin Cəfərin (ə) məzarını səsləyər və onu vasitə seçərdim. Allah da öz növbəsində istədiyim bütün şeyləri mənim üçün asan edərdi.(Biz bu hədislərin çoxunu qəbul etmirik. Çünki bu hədislərdə dəlalət və məzmuni baxımdan yetərsizlik olduqca çoxdur. Lakin qarşı tərəf bu hədisləri qəbul etdiyindən, həqiqəti öz qaynaqlarından sitat gətirməklə sübut edirik.)
    7. İmam Cavadın (ə) məzarı: İbn Əmmad deyir: Əbu Cəfər Mәhəmməd Cavad Bağdadda dünyadan köçdü və babası Musa bin Cəfərin (ə) yanında torpağa tapşırıldı. Xalq ardıcıl olaraq bu iki qəbrin ziyarətinə gedirdilər. ("Məskən, "Ona” yaxınlığında, Casliq diyarında Dəclə çayı üzərində yerləşir. Hicrətin 72-ci ilində, Əbdül-Məlik bin Mərvanla Məsəb bin Əz-Zübeyr arasında baş verən toqquşma, Məsəbin ölümünə səbəb olmuş, elə oradaca dəfn edilmişdir. Möcəm Əl-buldan, c. 5, səh. 129.  )
    8. İmam Rzanın (ə) məzarı: Mәhəmməd bin Mutəmməl deyir: Hədis əhlinin imamı Əbubəkr bin Xəzimə, Əbu Əli Səqəfi və bir çox böyük şəxsiyyətlərlə birlikdə Əli bin Musa Ər-Rizanın (ə) məzarını ziyarət etmək üçün Tusa (indiki Məşhəd şəhəri) yollandıq. Mәhəmməd bin Muəmməl deyir: Mən İbn Xəzimənin, İmam Rzanın (ə) məzarına ehtiram və təvazökarlıqla münasibət göstərməsində təəccübə gəldim.(Əl-müntəzəm, c. 15, səh. 14; Müəllif: Yer və göy hara? İraq dövlətinin arzu etdiyi qan tökülməsi hara? Və Cənnət cavanlarının ağası Hüseyn hara?! )
    9. Mәhəmməd bin İdris Şafei: O, Şafei məzhəbinin başçısıdır. Hicrətin 204-cü ilində Misirdə kiçik Qərafə adlanan yerdə dəfn olunmuş və qəbri (Məqtəm adlı məkanın yaxınlığında) ziyarət ocağıdır. (Əl-cəvahirul-muziə, c. 2, səh. 720, 1132-ci hədis. Dünya şöhrətli səyahətçi İbn Cübeyr, Misirdə Qərafə adlı məntəqədən söz açır və oranı dünyanın möcüzələrindən sayır. Onun dediyinə görə bir çox peyğəmbərlər və onların yaxınları və səhabələri ... orada torpağa tapşırılmışdır. Onların bir qismi aşağıdakı şəxslərdən ibarətdir: 1- Robil, Yəqub bin İshaqın oğlu 2- Asiya, Tironun həyat yoldaşı 3- İmam Sadiqin (ə) iki övladı 4- Qasim bin Mәhəmməd bin Cəfər Əs-Sadiqin (ə) qəbri 5- Əddullah, Qasimin oğlu 6- Yəhya bin Qasim 7- Əli bin Əbdillah Qasim 8- İsa bin Əbdillah. O, həzrət Əlinin (ə) orada dəfn edilmiş bir çox övladlarının adını çəkir. )
    10. Hənbəlilərin imamı Əhməd bin Hənbəlin qəbri (v.t.241h.): Zəhəbi yazır: Onun zərihi (qəbir ətrafına çəkilmiş hasar) Bağdadda ziyarət məkanıdır.(Təzkirətul-Huffaz, c. 3, səh. 780, 772-ci hədis.  )
    11. Zunnun Misrinin Məzarı (v.t.246 h.): O, Qərafədə dəfn olunmuş və qəbrinin üzərində məqbərə ucaldılmışdır.(Vəfatül-Əyan, c. 6, səh. 394, eləcə də bax: Ənsabu Səmani, c. 3, səh. 484. O deyir: Əbu Əvanənin qəbrini ziyarət etdim. Seyru Əlamun-Nəbla, c. 14, səh. 419. )
    12. Hənəfilərin imamı Əbu Hənifənin qəbri (v.t.150 h.): Оnun qəbri Bağdadın Əzimiyyə adlı yerindədir. Tanınmış ziyarət məkanıdır.(Həmin qaynaq)Şafeilərin imamı deyir: Hər şənbə günü Əbu Hənifənin məzarını ziyarət edərdim.
    13.İsmail bin Yusif Deyləmi: Bu şəxsin məzarı Məruf Kərəxinin qəbrinin arxasında yerləşir. Məafi deyir: Xalq onun qəbrini ziyarət edir. Bu iki qəbrin arasında bir neçə qəbir fasilə salmışdır. Mən dəfələrlə onu ziyarət etmişəm.
    14. Məsəb bin Zübeyrin məzarı (v.t.157 h.): İbn Couzi deyir. Xalq İmam Hüseynin (ə) məzarını ziyarət etdikləri kimi Məsəbin də qəbrini "Məskən”(Əl-bidayəti vən-nihayə, c. 11, səh. 375. Atasından sonra İspaniyanın hakimiyyəti onun əlinə keçdi. Avropa hökmranı ilə müharibəyə qalxaraq, onların çox hissəsini qətlə yetirir. Lakin İspaniyada yaranmış qalmaqal, onun yaxalanması və sonra da ölümü ilə nəticələnir: Seyru Əlamun-Nəbla, c. 19, səh. 63. )adlı yerdə ziyarət edirlər.(Əl-məvahib əl-ləduniyyə, c. 3, səh. 396; Şəzəratuz-zəhəb, c. 2, səh. 397; Əl-ibər, c. 2, səh. 363)
    15. Leys bin Səd Hənəfinin məzarı (misirlilərin öndəri, v.t.175 h.): O, Kiçik Qərafədə basdırılmışdır. Hazırda qəbri ziyarət məkanıdır.(Əl-məvahib əl-ləduniyyə, c. 3, səh. 396; Şəzəratuz-zəhəb, c. 2, səh. 397; Əl-ibər, c. 2, səh. 363.)
    16. Əbu Əvanənin məzarı: Onun məzarı İsfirayn şəhərinin daxilində yerləşir. Qəbrin üzərində tikili ucaldılmışdır.(Təbəqatul-Qurra, c. 2, səh.22. )
    17. İbn Əsakir deyir: Əbu Əvanənin qəbri İsfiraynda bir alimin dəfn edildiyi məkanda yerləşir. Camaat oranı ziyarət etməklə təbərrük götürürlәr.("Neylul- ibtihac”, səh. 62. )
    18. İbn Səffar deyir: Babam (ziyarət üçün) Əbu İshaqın məzarına yetişdikdə, daha artıq ehtiram üçün birbaşa ora daxil olmadı; о, məzarın girəcəyini öpərək (əlində qiymətli bir əmanəti olan şəxs kimi) təzim qəsdilə ayağa qalxdı. Daha sonra о, giriş qapısından içəri daxil oldu. Əbu Əvanənin məzarına çatdıqda ona ehtiram edərək uzun bir müddət qəbrin kənarında dayandı.(Seyru-Əlamun-Nəbla, c. 16, səh. 92 və c.17, səh. 193. Zəhəbi yazır: Hənbəlilərin başçısı, Ət-təmimi, hər cümə günü Baqlaninin qəbrini ziyarət edənlərdəndir. )
    19. Hafiz Əbil-Həsən Əl-Amirinin məzarı (v.t.403 h.): Xalq gecələr onun qəbrinin kənarında Quran və dua oxumaqla məşğul idilər. Müxtəlif yerlərdən gəlmiş şairlərsə onun mədhində mərsiyələr oxuyur və yas məclisi keçirərdilər.(v)
    20. Əl-Mötəmid Ələllahın qəbri: O, Əbul Qasim Mәhəmməd bin Əl-Mötəzid Əlləxmi Əl-Əndəlusidir (indiki İspaniya). Vəfat tarixi 488-ci ilinə təsadüf edir. Şairlərdən bir qrupu Əl-Mötəmidin qəbrinin kənarında toplaşaraq onun mədhində şerlər və uzun qəsidələr oxuyur və ağlayırdılar. Bu şairlərdən biri də Əbu Bəhsdir. O öz qəsidəsində deyir: Mən sənin məzarının torpağını öpür və sənə baş əyirəm. Mən sәnin məzarını qəsidə oxumaq üçün seçmişəm. Əbu Bəhr qəsidəni tamamladıqdan sonra, onun türbəsini (qəbrin üzərindəki torpaq) öpərək, bədəni və üzünə sürtdü. O, məclisdə iştrak edənlərin hamısını ağlatdı.(İrşadus-sari, c. 3, səh. 400. )Ancaq bir kimsə bunu şirk adlandırmadı.
    21. Nəsr bin İbrahim Müqəddəsinin məzarı: O, Şafei məzhəbinin öndərlərindən olub, 490-ci hicri ilində Dəməşq şəhərində dünya ilə vidalaşmış, Babis-səğir adlı məkanda torpağa tapşırılmışdır. Hazırda da onun qəbri məşhur ziyarət ocağıdır.(İrşadus-sari, c. 3, səh. 400. )
    22. Qasim ibn Firә Şatibinin qəbri: O, 590-cı hicri ilində dünyasını dəyişmiş və Qərafədə dəfn edilmişdir. Hamıya bəlli olan məzarı çoxları tərəfindən ziyarət edilir. Mən dəfələrlə onu ziyarət etmişəm.(Vəfaul-vəfa, c. 4, səh. 1362. )
    23. Əhməd bin Cəfər Xəzrəci Bəstinin (v.t.601h.) məzarı: "Neylul- ibtihac” kitabının müəllifi deyir: Bu günə kimi xalq onun qəbri kənarında izdiham yaradır və öz arzularının həyata keçməsini diləyirlər. Mən 500 dəfədən artıq onun qəbrini ziyarət etmiş və otuz dəfədən artıq orada gecələmişəm.(Əbu Hüreyrə, İslam aləmində yalançı bir şəxs kimi tanınmışdır. 550-ə yaxın Peyğəmbərin adından qondarma hədislər nəql edib (mütərcim). )
    24. Sufyan Surinin qəbri: İbn Həbban deyir: Onun qəbri Bəsrədə Bəni Kəlib məqbərəsində yerləşir. Mən onu ziyarət etmişəm.
    25. Malik Müzəffərin məzarı: Qutbuddin deyir: Onun qəbri daim bir çoxları tərəfindən ziyarət edilir. Ramazan ayında (h.t. 659-cu ildə) orada qalmalı oldum. Qəbrini ziyarət etdikdən sonra onun barəsində öz müşahidələrimi qələmə aldım.(Səhihi-Müslim, c. 3, səh. 65; Sünəni-Nəsai, c. 4, səh. 90; Munsif Əbdur-Rəzzaq, c. 3, səh. 572; Sünən Əl-Kubra, c. 4, səh. 128. )
    Bütün bunlar tərcümə, tarix və hədis kitablarında qeyd edilmiş mətləblərin kiçik bir hissəsini təşkil edir. Buna əsaslanaraq tam qətiyyətlə deyə bilərik ki, Səhabələr və Tabein qəbirləri ziyarət edirdilər. Onlar xüsusilə əziz İslam Peyğəmbərinin (s) məzarını vaxtaşırı ziyarət edir və ona hörmətlə yanaşırdılar. Habelə səfər yükünü bağlayaraq pak imamların (ə), əməlisaleh şəxslərin və övliyaların məzarlarını ziyarət etmələrinə baxmayaraq, heç kəs onların əməllərini inkar etməmişdir.
    Məzarları ziyarətin dini baxımdan gözəl əməl olmasına yetərincə aydın sübutlar olduğu halda, İbn Teymiyyə və ardıcılları ziyarəti, eləcə də ziyarət qəsdi ilə səfərə çıxmağı haram hesab etməkdə hansı dəlilə əsaslanırlar? Görəsən imamiyyə şiələri Peyğəmbərin (s) sünnəsinə və müsəlmanların tarixi ənənəsinə uyğun şəkildə ziyarət etdiklərinə görə suçludurlarmı? Məgər ziyarət edilən bütün qəbirlər şiələrinmi qəbirləridir? Onların ziyarətçiləri hamılıqla 12 imam şiələridirmi? Musa bin Cəfəri (ə) ziyarət edən hənbəli məzhəbinin rəisi şiədirmi? Yoxsa İmam Rzanın (ə) məzarını ziyarət etmiş, İbn Həbbanmı? Əbu Hənifənin qəbrini ziyarət edən Mәhəmməd bin Şafei şiədirmi? Qardaşı Əbdurrəhmanı ziyarət edən Ayişə, həzrət Əlinin (ə) şiəsi və tərəfdarlarından idimi?
    ƏHLİ-SÜNNƏ FƏQİHLƏRİNİN NƏZƏRLƏRİ
    1. Əsqəlani Ənəsdən nəql edir: Peyğəmbər əzizinin qəbri üstündə ağlayan qadının yanından keçərkən ona belə buyurdu: "Özünü ələ al və səbrli ol.”(Əddurrul- Məhsur, c. 5, səh. 98 ) Əsqəlani deyir: Qəbirlərin ziyarət etməyin şəriətə görə düzgün olmasına dair, fətva verilmişdir; ziyarətçi istərsə kişi, istərsə də qadın olsun; çünki, hədis bu barədə təfsilata varmadan(Həmin qaynaq.)ümumi şəkildə məsələni bəyan etmişdir.
    2. Nəuzi deyir: Yekdilliklə bütün bilik sahibləri, qəbirləri ziyarət etməyin şəriətə görə düzgün olmasına tam yəqinliklə inanırlar. Əlhavi Əl-Kəbir əsərinin müəllifi Mavərdi isə bu barədə yazır: Kafir şəxsin qəbrini ziyarət etmək düzgün deyil; halbuki bu səhv sözdür. Mavərdənin istinadgahı Qurani-Kərimin bu ayəsidir:
    "Onun qəbri üzərində dayanma”
    Mavərdənin öz müdəasını isbat etmək üçün ayəyə əsaslanma metodunda, oxucuya bəlli olduğu kimi, nöqsanlı cəhətlər mövcuddur. Nәvәvi deyir: Müslim Peyğəmbərdən (s) belə nəql etmişdir: Mən sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim. Lakin bundan sonra qəbirləri ziyarət edin. Çünki bu iş sizə axirəti xatırladır. Bu rəvayətə əsasən müsəlmanların qəbirlərini ziyarət edilməsinə şəriət icazə vermişdir. (Elə bununla da Mavərdənin sözünün yetərsizliyi aydın olur.)
    3. Malik qəbirləri ziyarət etmək barəsində ondan soruşulan sualın cavabında dedi: Peyğəmbər öncə onu yasaq etdi. Sonra isə ona izn verdi. Əgər bir şəxs qəbirləri ziyarət edə və yalnız xeyir söyləyə, burada heç bir qəbahət görmürəm.(Həmin qaynaq.)
    4. Səmhudi deyir: Elm əhli yekdilliklə kişilərin qəbirləri ziyarət etməsinin müstəhəb olmasına iqrar etmişlər; Necə ki, Nәvәvi də həmin mətləbə toxundu. Hətta Zahirilərdən bir qismi kişilərin məzarları ziyarət etməsini vacib hesab etmişlər.(Əbu Hüreyrə deyir: Peyğəmbərin (s) anasının qəbrini ziyarət edərkən ağlaması, digərlərini ağlamağa vadar etdi. Əbu Hüreyrə haqqında təkcə bunu demək kifayətdir ki, o, Xeybər hadisəsindən sonra müsəlman olmuşdur. Onun zahiri müsəlmanlığından bir il sonra (təqribən) Peyğəmbər (s) dünyasını dəyişir. O, Peyğəmbərlə hamıdan az görüşməsinə baxmayaraq, o həzrətdən başqalarından daha çox hədis nəql etmişdir. Hətta onun nəql etdikləri hədislər, bütövlükdə Həzrət Əli (ə) və digər üç xəlifənin rəvayət etdiklərini üstələyir. Zəhəbi (c.2, səh. 632)yazır: Əbu Hüreyrə vasitəsilə söylənmiş hədislər 5374 ədədə bərabərdir. Buxarinin öz səhihində gətirdiyi hədislər 7000 ədədi aşmır. Təkrar hədisləri ixtisara salsaq, bu ədəd 3000 yaxud 4000 ədədə enəcəkdir. Belə ki, Buxari hədislərinin 1/10 hissəsini Əbu Hüreyrədən nəql etmişlər. Ayişə də daxil olmaqla bir çoxları Əbu Hüreyrə barəsində mənfi fikirlər söyləyərək, onu əsasən hədis saxtalaşdırıcısı kimi ittiham etmişlər. Zəhəbi (c.2, səh. 615) yazır: Müaviyə Əbu Hüreyrəyə bir şey versəydi danışar, verməsəydi sükut ixtiyar edərdi. İbn Kəsir Bidayə kitabında (c.8, səh. 114) yazır: Bir gün Əbu Hüreyrə Ayişə ilə görüşdükdə, Ayişə ona dedi: Peyğəmbərdən (s) xeyli hədis nəql edirsən? Əbu Hüreyrə dedi: Mən güzgü, sürmə və yağla məşğul olmuram (kinayə ilə Ayişəyə toxunaraq). Həmçinin Zəhəbi Seyru Əlamun-Nəbla əsərində (c.2) yazır: İmam Həsəni (ə) Əziz Peyğəmbərin (s) evində dəfn etmək istədikdə, bununla razılaşmayanlar arasında fikir ayrılığı yarandı. Deyilənlərə görə İbn Ribah Mərvana dedi: Sənki ravi deyilsən sənə nə? Qoy dəfn olunsun. İmam Həsəni (ə) Peyğəmbərin (s) kənarında dəfn etmək istədikdə, Əbu Hüreyrə Mərvana dedi: Sən hər şeyə qarışırsan, icazə ver dəfn etsinlər. Sən bu işinlə, Müaviyənin razılığını əldə etmək istəyirsən. Mərvan bu sözdən əsəbləşərək dedi: Ey Əbu Hüreyrə! Xalq, Əbu Hüreyrənin Peyğəmbərdən (s) xeyli hədis nəql etdiyini söyləyir. Bir halda ki, Əbu Hüreyrə Peyğəmbərin (s) vəfatından əvvəl qısa bir müddət onunla olmuşdur. "Əqdul-Fərid” (c.1, səh.46) və "Seyru Əlamun-Nəbla” (c.2, səh. 612) kitablarında yazıldığına görə, Ömər Əbu Hüreyrəni Bəhreyndən uzaqlaşdırdıqdan sonra ona dedi: Ey Allahın və onun kitabının düşməni. Sən Allahın malını oğurlamısan. Sonra əlinə ağac alaraq onu döyməyə başladı.)
    PEYĞƏMBƏRİN (S) ANASININ QƏBRİNİ ZİYARƏT ETMƏSİ
    Müslim və Nisai qəbirlərin ziyarət еdilmәsi haqda Əbu Hüreyrədən (Əttacül-Cameu lil-üsul, c. 1. səh. 382; "Fətrət”, Sabiq dinin etibarını itirdiyi, Allahınsa yeni peyğəmbər göndərmədiyi dövrə deyilir...Elə bu səbəbdən bu fasilə dövründə yaşayanların nicat əhli olduqları söylənmişdir.  )belə nəql etmişlər ki: Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağlayır, ətrafındakılar da ağlayırdı. Sonra onunla həmsəda olanlara buyurdu: Anamın bağışlanmasını diləmək üçün Rəbbimdən izn istədim. Lakin Allah-təala mənə icazə vermədi. Anamın qəbrini ziyarət etmək üçün ondan icazə istədikdə, Allah mənə izn verdi. Siz də qəbirləri ziyarət edin. Çünki, ölümü sizin yadınıza salar.(Zəməxşəri yazır: Şüәrа surәsinin 219-cu ayəsi, Peyğəmbərin (s) əziz ata-babalarının imanlı və tövhid əhli olduğunu bir daha təsdiqləyir. O həzrətin bütün ata-anaları pak bədənlərdən, təmiz və imanlı ata bətnlərinə ötürülmüşdür. Bax: "Əbu Talib və övladları " (Seyyid Əlixan) səh. 216 və Münyətur-Rağib, səh. 56 Müəllif: Ayətullah Təbəsi.)
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) | Added by: Islam_Kitabxanasi
    Views: 763 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024