İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild)
    2012-03-16, 9:19 PM
    ALLAHIN ADI İLƏ
    Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dоnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar örnəyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: "İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır”("İrşadüs-sari”, c. 2, səh. 324. ). Qəzali deyir: "Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra о hәzrәtin məzarını ziyаrәt edərək təbərrük etməlidir”("Ehyaul-ülum”, c. 2, 247. ). Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: "O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır”("Furqanul-Quran”, səh. 133.). Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, "Həcərül-əsvəd”i öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: "Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda «Peyğəmbərin (s) məzarını öpmək haram, "Həcərül-əsvəd”i öpmək isə icazəlidir» - deyə iddia etmək yanlışdır. Onların bu yаnlış fətvalarını tətbiq etdikdə "Həcərül-əsvəd”i öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng хәstәliyinә qаrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.
    Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.
    Məhəmməd Cavad Fazil Lənkərani
    QƏBİRLƏRƏ TƏBƏRRÜK ETMƏK
    1. Vəhhabilərin görüşləri
    2. Vəhhabi görüşlərinin inkari tədqiqi
    3. Səhabələrin qəbirlərə təbərrük etməsi
    4. Əhli-sünnə fəqihlərinin təbərrük haqqında görüşləri
    5. Qəbri öpmək haqqında hədis
    6. Dini-tarixi abidələrə təbərrük etmək
    7. Fəqihlərin məzara təbərrük etmək haqqında fikirləri
    8. Mədinə torpağından şəfa diləmək
    9. Peyğəmbərdən (s) yadigar qalan әşyаlаrа təbərrük etmək
    10. Təbərrük olunan məzar və cənazələr
    QƏBİRLƏRƏ TƏBƏRRÜK ETMƏK
    (Təbərrük sözü hərfi məna etibarı ilə ərəb dilinə məxsus "بركة” kökündən törəmişdir. "بركة” sözünün ilkin mənası çoxluq, firavanlıqdır. Su yığıntısına da bu baxımdan "بركة” deyilir. Məsələn, çöldə, səhrada suyun bu şəkildə bir yerə toplanması oradan ötən karvanlar üçün bərəkətdir. "Təbərrük” sözü bir termin kimi isə müsəlman və monoteistlərin peyğəmbərlərdən, əməlisaleh insanlardan və yaxud onlardan yadigar qalan abidələrdən xeyir, firavanlıq diləməklərinə deyilir. Təbərrük ilk baxışda şəri (dini) və əqli baxımdan böyük əhəmiyyətə malikdir və ilahi nişanələrdən hesab olunur. Quranda bu haqda oxuyuruq: ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ "(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hِrmət etsə, bu (hِrmət), ؛übhəsiz ki, qəlblərin təqvasındandır (Allahdan qorxmasındandır)”(Həcc, 32). Bu nِv əməlin haram olmasına heç bir sübut yoxdur. Əql bu kimi əməllərin yax؛ı olması fikrinə üstünlük verir. اünki belə əməllər insanı Allaha yaxınla؛dırır. Bu əməlin icazəli olduğunu isbatlayan ayələrdən biri də Yusif surəsinin 93-cü ayəsidir: اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا "Bu kِynəyimi gِtürüb aparın, atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar”. Həzrət Yəqub (ə) uzun illər oğlu Yusifin ayrılığına dözməyərək göz yaşı tökür və bu, onun gözlərinin tutulmasına gətirib çıxarır. O, Yusifin köynəyini gözlərinə sürtdükdə gözləri açılır. Digər ayədə isə deyilir: قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا "Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mِminlər) isə: "Onların (məzarı) üstündə bir məscid tikəcəyik!” - dedilər” (Kəhf, 21). Burada məqsəd yalnız təbərrük idi. Bəqərə surəsinin 125-ci ayəsində isə deyilir: مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن "(Ya Peyğəmbər!) Yadına sal ki, Biz evi (Kə’bəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey mِ’minlər! Sizə də: ) "İbrahimin durduğu yeri (ِzünüzə) namazgah edin!” - (dedik)”. "Məqami-İbrahim”də (vaxtilə həzrət İbrahimin (ə) durduğu yer) namaz qılmaq hansı məqsədi da؛ıya bilər? Bu, yalnız vaxtilə həzrət İbrahimin həmin yerdə namaz qıldığı üçün təbərrük məqsədi da؛ıyır.)
    İbn Teymiyyə və ardıcılları qəbirlərə təbərrük etməyi, qəbrə sürtünməyi, onu öpməyi haram hesab edir və müsəlmanları Allaha şərik qoşmaqda, kafirlikdə ittiham edirlər. Onlar, müsəlmanları "qəbrə ibadət edənlər” adlandırır və onların bu kimi əməllərini cahiliyyət dövründə yaşayan insanların bütə sitayişi ilə müqayisə edirlər. Onların ittihamlarını rədd edərək bildiririk:
    Birincisi, qəbirlərə təbərrük etmək, onları öpmək haqqında açıq-aşkar dəlil (ayə və rəvayət) olmasa belə bu əməl şəri (dini) baxımdan böyük əhəmiyyətə malikdir. Çünki bu, bir növ ilahi nişanələri, əlamət və abidələri yaşatmaq, onlara hörmət bəsləməkdir. Peyğəmbərlər böyük hörmət və yüksək məqama malikdirlər. Təbii ki, bu hörmət və məqam onların vəfatı ilə öz əhəmiyyətini itirmir. İmam Malik("Müvəttə” kitabının müəllifi Malik ibn Ənəs Hümeyri Əsbəhi Mədəni hicri 90-cı ildə (digər versiyalara gِrə isə 93, yaxud 95-ci il) dünyaya gِz açmı؛dır. Deyilənə gِrə, anası ona hamilə olduğu hamiləlik dِvrü üç il çəkmi؛dir ("əl-Fehrest”, İbn Nədim). O, fiqh elmini İmam Sadiq (ə) və Mədinə fəqihi Rəbiətur-rəydən ِyrənmi؛dir. Belə ki, İmam ھafei ondan təhsil almı؛dır. Onun haqqında danı؛ılan bِhtanlardan biri Mənsur Dəvaniqinin əmisi oğlu Cəfər ibn Süleyman ibn Əli ibn Abdullah ibn Abbasa (həmin dِvrdə xəlifə Mənsur tərəfindən Mədinə hakimi təyin edilmi؛dir) çatdırılır. Bu iftiraya gِrə, Malik onlara beyət etməyin qanunsuz olduğunu, heç bir dini əhəmiyyət kəsb etmədiyini hesab edirmi؛. O, Malikin soyundurularaq ؛allaqlanması və yerlə süründürülməsi əmrini verir. Bu cəza nəticəsində onun əli çiynindən qoparılır və nəhayət, hicri 179-cu ildə dünyasını dəyi؛ir. Ondan yadigar qalan ən mə؛hur əsər "əl-Müvəttə” kitabıdır. ), Mənsura deyir: "Peyğəmbərlər (s) dünyadan köçdükdən sonra onlara göstərilən hörmət, hələ dünyada ikən göstərilən hörmət kimidir”("Kə؛fül-irtiyab”, səh. 343. ). Deməli, Peyğəmbərin (s) və əməlisalehlərin hörməti, onların dünyadan köçməsi ilə öz əhəmiyyətini itirmir və daim vacibdir.
    İkincisi, əgər dini nişanələrə, abidələrə hörmətlə yanaşmaq və ya qəbirləri öpmək ibadət və ya şirk hesab olunursa, o zaman Kəbəyə hörmət göstərmək, onun ətrafında təvaf etmək də şirk hesab edilməlidir. Bundan başqa, "Həcərül-əsvəd”ə hörmətlə yanaşmaq, onu öpmək, (həzrət İsmayıl və anası Hacərin) evinə(Burada ev dedikdə məqsəd həzrət İsmayıl (ə) və anası Hacərin evidir. Hansı ki, hər ikisi o evdə dəfn olunmu؛lar. Həzrət İbrahim (ə) onları Məkkəyə gətirdikdə, (Allahın əmri ilə) sonradan ev tikdikləri həmin yerdə qoyub getdi və gedərkən Hacərə orada ِzləri üçün günlük düzəltmələrini tap؛ırdı. Hacər vəfat etdikdən sonra İsmayıl (ə) onu həmin evdə dəfn etdi. İsmayıl (ə) ِzü də 130-il ِmür sürdükdən sonra vəfat edərkən orada dəfn edildi ("Kə؛fül-irtiyab”, səh. 343). ), Peyğəmbər (s) məscidinə, "Səfa” və "Mərvəy”ə sayğı duymaq, valideynlərə hörmət bəsləmək, mələklərin həzrət Adəmə (ə) səcdəsi, qardaşlarının və atasının həzrət Yusifin (ə) qarşısında səcdə etmələri, əsgərlərin öz komandirlərinə, səhabələrə, xəlifələrin peyğəmbərlərə, hətta vəhhabilərin öz məsul işçilərinə göstərdikləri hörmət belə bütünlüklə şirk hesab edilməlidir. Halbuki, heç bir vəhhabi yuxarıda qeyd olunanları şirk hesab etmir.
    Üçüncüsü, səhabə və əməlisaleh insanların əməlləri, həyat şəraiti və yaşama tərzi vəhhabilərin irəli sürdükləri iddiaların tam əksini göstərir. Onlar (səhabə və əməlisaleh insanlar), qəbirləri ləms etmiş, öpmüş, özlərini ona sürtmüş və torpağına təbərrük etmişlər. Bir neçə nümunəyə diqqət yetirək:
    1. Həzrət Fatimənin (ə), atası Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: Peyğəmbər (s) dəfn olunduqdan sonra Fatimə onun qəbrinin yanında dayandı. Qəbrin torpağından azca götürüb üzünə sürtdü və göz yaşı tökərək aşağıdakı məzmunda iki beyt şer oxudu:
    "Əhməd qəbrinin torpağını iyləyərək diri olduğu müddətcə bahalı müşkləri iyləməyə ehtiyacı olmayan şəxsə nə ola bilər?
    Başıma gələn müsibətlər işıqlı günün başına gəlsəydi, qaranlıq gecəyə dönərdi”(ما ذا على شم تربة احمد ان لا يشم مدى الزمان غواليا صبت على مصائب لو أتها بت على الايام صرن ليا ليا "İr؛adus-sari”, c. 3, səh. 352; "əl-İthaf”, ھəbravi, səh. 90; "Vəfaul-vəfa”, c. 4, səh. 104; "Mə؛ariqül-ənvar”, səh. 63; "əl-Fətava əl-fiqhiyyə”, İbn Həcər, c. 2, səh. 18; "əs-Sirətun-nəbəviyyə”, c. 2, səh. 340; "Kə؛fül-irtiyab”, səh. 347; "əl-Məvahibül-lədunniyyə”, c. 3 səh, 400. Məlum hədisi bundan ba؛qa İbn Cəuzi "əl-Vəfa”, İbn Əsakir "ət-Tِvhid”, Xalidi "Sülhül-ixvan”, ضmər Rza "Ə`lamun-nisa” əsərlərində və Xətib ھərbini ِz təfsirində qeyd etmi؛lər. ).
    2. İbn Əyyub Ənsarinin Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Davud ibn Əbu Saleh deyir: "Bir gün Mərvan ibn Həkəm məscidə daxil olub bir nəfərin üzünü Peyğəmbərin (s) qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan onun boynundan yapışaraq: "Nə etdiyini bilirsənmi?” - deyə səsləndi. Məlum şəxs üzünü Mərvana çevirib dedi (yalnız bu zaman onun Əbu Əyyub Ənsari olduğu məlum oldu): "Bəli, mən daşın yanına yox, Peyğəmbərin (s) yanına gəlmişəm. Peyğəmbərdən (s) eşitmişəm ki: "Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın”("Müstədrəki-Hakim”, c. 4, səh. 506, hədis 857; "Vəfaül-vəfa”, c. 4, səh. 1404; "Müsnədi-Əhməd”, c. 5; "Əl-Qədir”, c. 5; "ھifaus-siqam” və s. Peyğəmbərin (s) bِyük səhabəsinin bu əməlinə qar؛ı yalnız Mərvan çıxa bilər. Bunu ondan gِzləmək olar. Uzun illər boyu Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) kin bəsləyən bir ؛əxsin bu ؛əkildə davranması təəccüb doğurmur. Onun və atasının Peyğəmbərə (s) kin bəsləməsi səbəbsiz deyildi. Peyğəmbər (s) onları ِzündən uzaqla؛dırmı؛ və rəftarı ilə onları xar etmi؛di. Mərhum Ayətullah əl-üzma Əhmədi Miyanəcinin təbirincə, bu rəvayətdə iki sünnə ِzünü gِstərməkdədir; biri Peyğəmbərin (s) bِyük səhabələrinin sünnəsi, digəri isə (səhabələr arasında yeri olmayan) Əməvi Mərvanın sünnəsi. Ağıl və ؛əriətin hِkmünə gِrə, Peyğəmbərin (s) qovaraq ِzündən uzaqla؛dırdığı Mərvanın deyil, Peyğəmbərin (s) sünnəsinə əməl olunmalıdır ("ət-Təbərrük”, səh. 147). ).
    Bu hədisi Hakim ("Müstədrək”(Hakim kimi ؛ِhrət qazanmı؛ Məhəmməd ibn Abdullah (vəfat-405) hədis rəvayətçilərindəndir. O, Samanilər tərəfindən Ni؛apurun qazısı təyin edilmi؛di. Müxtəlif hədisçilərdən hədis nəql etməkdə bənzərsizdir. Deyilənə gِrə, iki min hədisçidən hədis ِyrənmi؛dir. Onun, Müstədrək əsərində ِzünə yer alan hədisləri "Səhihi-Buxari” və "Səhihi-Müslim”in meyarlarına uyan hədislərdir. "Müstədrək”, digər bir kitabı təkmil etmək məqsədi da؛ıyan və həmin kitabın meyarlarına müvafiq, lakin orada nəzərdən yayınmı؛ hədislər toplusudur. ) əsərində) və Zəhəbi "səhih" hesab etmişlər. Sübki deyir: "Bu məzmunlu hədis düzgün olarsa, artıq qəbri ləms etmək məkruh olmaz”("Əl-Vəfaul-vəfa”, c. 4, səh. 1404; "Kə؛fül-irtiyab”, səh. 347. ).
    Əllamə Əmini yazır: "Bu hədisdən aydın olur ki, əməlisalehlərin qəbirlərinə təvəssül edilməsinə qadağa qoyulması əməvilərin bidətlərindəndir”("Əl-Qədir”, c. 5, səh. 149. Maraqlı burasıdır ki, hətta Bəni-ـməyyə belə daxilən kafir, Əhli-beyt (ə) dü؛mənləri olmalarına baxmayaraq, Peyğəmbərin (s) qəbrinin müqəddəsliyinə etiqad bəsləyirdilər. İmam Həsən (ə) ؛əhid olduqda onu ِz vəsiyyətinə gِrə, Peyğəmbərlə (s) olan əhdini yeniləmək məqsədi ilə Peyğəmbərin (s) qəbri üzərinə aparmaq istəyirdilər. Bu zaman İmamın orada dəfn olunacağını güman edən Bəni-ـməyyə silahlanaraq kobudcasına maneçilik tِrətdilər. Onlar bu hərəkətlərini belə əsaslandırdılar. Osman Bəqi qəbristanlığının ucqar bir nِqtəsində, İmam Həsən (ə) isə babasının yanındamı dəfn olunmalıdır? Əgər qəbrin heç bir hِrməti, müqəddəsliyi olmasaydı, nə üçün Bəni-Ha؛im İmam Həsənin (ə) cənazəsini o həzrətin vəsiyyəti ilə, Peyğəmbərlə (s) olan əhdini yeniləmək məqsədi ilə onun qəbrinin yanına aparmaq istəyirdilər. Bu, Peyğəmbərə (s) təvəssül və təbərrük etməkdən ba؛qa nə məqsəd da؛ıyır? Maraqlı burasıdır ki, Bəni-ـməyyə nə üçün Osmanı Bəqi qəbristanlığının ucqar nِqtəsində dəfn olunduğuna təssüf edir və İmam Həsənin (ə) Peyğəmbərin (s) yanında dəfn olunmasına mane olurdular? Buna səbəb Peyğəmbərin (s) qəbrinin müqəddəsliyindən ba؛qa nə ola bilər? Bu haqda dü؛ünmürsünüzmü? ("Kə؛fül-irtiyab”, səh. 344). ).
    3. Bilalın Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Həzrət (s) buyurdu: "Ey Bilal! Bu nə cəfadır? Məni ziyarət etməyin vaxtı çatmayıbmı?” Bilal narahat vəziyyətdə yuxudan durdu və Mədinəyə yollandı. Peyğəmbərin (s) məzarı üstünə gəlib ağladı və özünü qəbrə sürtdü("Siyəru əlamin-nübəla”, c. 1, səh. 358; "Əsədül-ğabə”, c. 1, səh. 208; "ھifaus-siqam”, səh. 39. ).
    4. İbn Ömərin təbərrük etməsi faktı;
    İbn Həmlə deyir: "Abdullah ibn Ömər sağ əlini Peyğəmbərin (s) qəbri üzərinə qoyur, Bilal isə qəbrə sürtürdü?("Kə؛fül-irtiyab”, səh. 436; "ھifaus-siqam”, c. 2, səh. 199; "Vəfaul-vəfa”, c. 4, səh. 1405. )
    5. Ətanın təbərrük etməsi faktı;
    Müsəb Zübeyri deyir: "Əbu Zübeyrin oğlunun belə dediyini eşitdim: "Malik mənə dedi: "Əta ibn Riyahın məscidə daxil olduğunu gördüm. O, minbərdən tutub qibləyə tərəf döndü”("Siyəru əlamin-nübəla”, c. 8, səh. 54. ).
    ƏTA KİMDİR?
    Zəhəbi deyir: "Əta dini rəhbər, şeyxül-islam və hərəmin müftisi idi. O, səhabələrdən hədis nəql edirdi. Belə ki, "Səhih” müəllifləri ondan hədis nəql etmişlər”("Siyəru əlamin-nübəla”, c. 5, səh. 78; Buxari, Müslim, İbn Macə, İbn Davud, Tirmizi və Nisai. ).
    6. İbn əl-Münkədir(Zəhəbi, İbn əl-Münkədir haqqında deyir: "O, dini rəhbər, hafiz və ؛eyxül-islam idi. Hansı ki, 30-cu illərdə dünyaya gəlmi؛, Peyğəmbərdən (s), Süleyman, Əbu Rafe və ba؛qalarından hədis nəql etmi؛dir. Mə؛hur altı səhih kitabda da ondan hədislər nəql edilmi؛dir. İbn Muin, Əbu Hatəm və ba؛qaları onun siqə (etimad olunası, etibarlı) hədisçi olduğunu bildirmi؛lər (Siyəru əlamin-nübəla, c. 5, səh. 353). (Qaynaqlara gِrə) İbn əl-Mükəddər danı؛arkən dili tutularmı؛. ) Tabeinin təbərrük etməsi faktı
    O, öz dost-tanışları ilə birgə əyləşmişdi, lakin (keçirdiyi xəstəlik nəticəsində) dili tutulmuşdu və danışmağa çətinlik çəkirdi. Həmin vəziyyətdə ayağa qalxdı. Üzünü Peyğəmbərin (s) məzarına qoydu (sürtdü) və geri qayıtdı. Gözlənilmədən dostlarından ayrılması onların etirazına səbəb olmuşdu. O, onların etirazına cavab olaraq dedi: "Bir problemlə qarşılaşdıqda Peyğəmbərin (s) məzarından şəfaət diləyirəm("Vəfaul-vəfa”, c. 2, səh. 444; "əl-Qədir”, c. 5, səh. 151. ) (artıq dilində yaranan problem aradan qalxmışdı)”.
    Zəhəbi (onun sözünü şərh edərək) deyir: "Yəni Peyğəmbərin (s) qəbrindən kömək istəyirəm”("Siyəru əlamin-nübəla”, c. 3. səh. 213. Maraqlı burasıdır ki, məlum kitabı ؛ərh və təshih edərkən vəhhabi əqidәsinin təsiri altına dü؛ərək bu kimi rəvayətləri diqqətsizcəsinə ittiham etməyə ba؛lamı؛ və sənədinin zəifliyi və ya İslam əqidәsinə qar؛ı olması bəhanəsi ilə qəbul etməmi؛lər. Sanki, İslam əqidәsi eynilə vəhhabi əqaididir. ).
    ƏHLİ-SÜNNƏ FƏQİHLƏRİNİN NƏZƏR NÖQTƏLƏRİ
    1. İbn Hənbəlin fətvası:
    İbn Cəmaət Şafei deyir: "Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: "Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: "Bunun heç bir eybi yoxdur” - deyə bildirdi”("Vəfaul-vəfa”, c. 4, səh. 1414).
    "Əl-Camiu fil-iləl və mərifətir-rical” kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur:
    Atama dedim: "Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi?” Atam: "Bunun heç bir eybi yoxdur” – deyə qəti fikrini bildirdi”(Əl-Camiu fil-iləl və mərifətur-rical”, c. 3, səh. 32.).
    2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: "Bunun heç bir eybi yoxdur” – deyə fikrini bildirmişdir.
    İbn əl-Ula deyir: "Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: "Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!”("Vəfaul-vəfa”, c.4, səh. 1414. )
    Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dоğurur.
    3. Rəmli Şafeinin fətvası:
    "Əgər, təbərrük məqsədi ilə Peyğəmbərin (s), övliya və ya hər hansı bir alimin məzarına əl çəkilərsə, öpülərsə, bunun heç bir eybi yoxdur”(Bu fətva "Ha؛iyətu Məvahibul-lədunniyyə” əsərində Əbu Ziyadan (vəfat-1087) nəql edilmi؛dir. Bundan ba؛qa, Həmzavinin "Kənzül-mətalib” əsərində də (c. 33, səh. 219) qeyd edilmi؛dir. ).
    4. O, deyir: "Qəbrin üzərindəki sinə daşını öpmək və ləms etmək məkruh deyil. Övliya qəbirlərinin giriş qapılarını öpmək məkruhdur. Lakin təbərrük məqsədi ilə olarsa, heç bir eybi yoxdur və məkruh deyil. Atamın fətvası belədir... Fəqihlərin fikrincə, "Həcərül-əsvəd”i ləms edə bilməyən şəxs əsa ilə oraya işarə edib əsanın daşa tuşlanan tərəfini öpə bilər”.
    5. Şəhabəddin Hənəfinin fətvası:
    O, "Şəfa” əsərinə yazdığı şərhdə "Qəbri öpmək, ləms etmək və bədəni ona sürtmək məkruhdur!” sözlərini izah edərkən yazır: "Bu fikir yekdil rəydir. Elə buna görə də Əhməd və Təbəri qəbri öpməyi, ona toxunmağı düzgün hesab edirlər”("ھərhu؛-؛ifa”, c. 1, səh. 1; "Vəfaul-vəfa”, c. 4, səh. 1404; "əl-Qədir”, c. 5, səh. 134  ).
    6. Muhibbüddin Təbəri Şafeinin fətvası:
    Qəbri öpmək və ona toxunmaq düzgündür. Bu alimlərin və əməlisalehlərin getdiyi yoldur("Əsnəl-mətalib”, c. 1, səh. 331; "Vəfaul-vəfa”. c. 1, səh, 1407.).
    7. İbn Əbu Seyf (Məkkənin şafei alimlərindən biri) deyir: "Quranı, hədis kitablarını və əməlisalehlərin qəbrini öpmək düzgündür (icazəlidir)”("Əl-Qədir”, c. 5, səh. 153. ).
    8. Zərqani Malikinin fətvası:
    Qəbri öpmək məkruhdur. Əgər təbərrük məqsədi ilə olarsa, məkruh deyil.
    9. İzami Şafei, İbn Teymiyyənin "Əməlisalehlərin qəbrini təvaf edən, ona toxunan şəxs ən böyük günah еtmişdir” fikri haqqında deyir: "O, naməlum sözlər danışır. Bir yerdə bu işi görənin ən böyük günah işlədiyini, digər yerdə şirk etdiyini söyləyir. Bir halda ki, hələ o dünyaya gəlməzdən əsrlər öncə bir çox görkəmli alimlər bu məsələlərə toxunmuş və hökmünü açıqlamışlar. Onun sözləri alimlərin sözlərinə tam ziddir. O, bir çox hallarda müəyyən məsələlərdə yekdil rəyin mövcudluğunu iddia etmişdir. Halbuki, yekdil rəy tamamilə onun qoyduğu məsələyə qarşıdır. Diqqətli tədqiqatçılar ondan öncə və sonra yaşayıb yaratmış insaflı elm adamlarının əsərlərinə diqqət yetirərlərsə, bizim sözümüzün doğruluğunu görərlər. Misal üçün, adi müsəlmanlar qəbri təvaf edir (ətrafına fırlanır) və ona toxunurlar. Amma elm adamları bu məsələyə nisbətdə üç mövqedə dururlar. Bəziləri qəti şəkildə icazəli hesab etmirlər. Bəziləri qəti şəkildə buna qarşı olsalar da haram hesab etmirlər. Bəziləri isə buna daha geniş şəkildə baxırlar. Belə ki, ziyarət etmək eşqi hədsiz olan birinin bu işləri görməsini təbii qarşılayırlar. Əks təqdirdə isə qəbir ətrafına fırlanmağı, ona toxunmağı əxlaqi baxımdan müsbət hal hesab etmirlər”.
    Vəhhabilərin müsəlmanları kafirlikdə ittiham etdikləri məsələlərə nəzər salsaq, görərik ki, onların müddəaları iki müqəddimədən (hökmdən) ibarətdir. Hansı ki, kiçik müqəddiməsi (fərdi hökmü) yanlış, böyük müqəddiməsi (ümumi hökmü) isə doğrudur. Böyük (birinci) müqəddimə belədir: Allahdan qeyrisinə edilən hər bir ibadət şirkdir (doğrudur). Kiçik (ikinci) müqəddimə isə belədir: Ölünü və ya (hər hansı səbəbdən) yanımızda olmayan şəxsi səsləmək, qəbrin ətrafına fırlanmaq (təvaf etmək), ona əl sürtmək, ölü üçün qurban kəsmək, ona nəzr etmək Allahdan qeyrisinə ibadət etməkdir. (Bu müqəddimə (hökm) tamamilə yanlışdır)("Fürqanul-Quran”, səh. 133. ).
    10. İbn Həcər deyir: "Bir çox fəqihlər "Həcərül-əsvəd”i öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər”("Vəfaul-vəfa”, c. 4, səh. 1405. ).
    11. Şeyx İbrahim Şafei deyir: "Qəbri öpmək onun üzərinə əl vurmaq məkruhdur. Lakin bu əməllər təbərrük məqsədi ilə olarsa, tamamilə düzgündür (məkruh deyil)”(("ھərhu fiqh ə؛-ھafei”, c. 1, səh. 276; "əl-Qədir”, c. 5, səh. 154.).
    12. Şeyx Həmzavi Maliki deyir: "Şübhəsiz ki, Peyğəmbərin (s) qəbrini öpmək yalnız təbərrük məqsədi daşıyır. Bu əməl düzgünlük baxımından övliyaların qəbrini təbərrük məqsədi ilə öpməkdən daha çox əhəmiyyətə malikdir”("Kənzül-mətalib”, səh. 20; "əl-Qədir”, c. 5, səh. 154; "Mə؛ariqül-ənvar”, c. 1, səh. 140. )
    13. "Kəşfül-irtiyab”, "Fətava əl-qəraib”, "Mətalibül-möminin” və "Xəzanətur-rəvayət” kitablarında deyilir: "Valideynin qəbrini öpmək icazəlidir. Buna sübut Peyğəmbərlə (s) bağlı nəql olunan bir rəvayətdir. Rəvayətə görə, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın rəsulu! Mən and içmişəm ki, Behiştin astanasını və hurinin alnını öpüm”. Peyğəmbər (s) isə ona anasının ayağını, atasının isə alnını öpməsini tapşırıdı.
    - Ey Allahın rəsulu, valideynlərim diri deyillərsə necə?
    - Qəbirlərini öp!
    - Qəbirlərini tanımıramsa necə?
    - İki xətt çək. Onlardan birini atanın, digərini isə ananın qəbri hesab et. Onları öp, andını pozma!”("Kə؛fül-irtiyab”, səh. 350. )
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 638 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024