İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Tarixi və dini bəhslər (şübhələrə cavab)

    Tarixi və dini bəhslər (şübhələrə cavab)
    2011-09-10, 3:39 PM
    VƏHHABİLİK FİRQƏSİNİN ƏSASINI QOYAN KİMDİR?
    İlk dəfə vəhhabilik firqəsini vücuda gətirən və onun yayılmasına çalışan şəxs Mühəmməd ibn Əbdülvəhhab olub. Bu şəxs təxminən 1720-ci ildə Ərəbistanın Nəcd vilayətinin alimlərindən biri olub.
    Bu firqənin adının "vəhhabi” adı ilə tanınmasını vəhhabilərin özləri heç də qəbul etmirlər. Onlar firqənin adını bu şəxsin adı sayılan "Mühəmməd” ilə əlaqələndirib "Mühəmmədiyyə” adlandırmağı münasib bilirlər.
    Bununla belə, daha münasib olar ki, əvvəlcə bu firqənin meydana gəlməsinin banisinin yaşadığı ölkə və şəhər barəsində qısaca məlumat verək. Sonradan isə Əbdülvəhhab oğlu Mühəmmədin həyatına nəzər salaq.
    İBNİ TEYMİYYƏ KİMDİR?
    Qeyd etmək lazımdır ki, əgər daha dərinliyə getsək vəhhabiyyət firqəsinin əsl kökü təxminən 1280-cı ildə anadan olmuş Hənbəli firqəsinin böyük alimlərindən biri Əbül-Əbbas Əhməd ibn Əbdül Həlim Hərrani (İbni Teymiyyə adı ilə məşhur olan) ilə bağlıdır.
    Bu şəxs ilk dəfə olaraq bütün İslam firqələrinin əqidəsinə zidd olaraq və İslamın əslində olmayan bir sıra yanlış etiqadlar meydana gətirir. Həmin dövrdə bütün İslam firqələrinin başçıları İbni Teymiyyəni şiddətlə məzəmmət edirlər. Ona görə də şəriət hökmünə əsasən, onu həbs edib bir müddət zindanda saxlayırlar. O vaxtdan İslamın əleyhinə iş görmək istəyənlər həmin yolla müsəlmanlar arasında ixtilaf salmaq üçün bəhanə ələ gətirirlər. Qeyd etdiyimiz kimi İbni Teymiyyənin təzə əqidəsi İslamın 600 illik meydana gəldiyi dövrdə heç vaxt görünməmişdi. Ona görə də müxtəlif məzhəblər onu şiddətlə təqib edirlər.
    Qısa şəkildə bu şəxsin həyatını belə qələmə vermək olar: Müxtəlif tarixi mənbələrə əsasən, İbni Teymiyyə təxminən 1280-cı ildə (hicri ili ilə 661-ci il, rəbiül-əvvəl ayı) Ərəbistanın İraq nahiyəsində yerləşən Müzər məntəqəsinin Hirran adlı yerdə anadan olub. Bu şəxsin atası Hənbəli firqəsinin böyük alimlərindən biri idi. Monqolların hücumlarından sonra Şama qaçmışdı. İbni Teymiyyə iyirmi yaşında ikən atasını əldən verir və özü atasının yerində oturub tədrislə məşğul olur. Təxminən 31 yaşında Məkkəyə həcc səfərinə gedir.
    Bir neçə il sonra Misirin Qahirə şəhərinə gedir və tədrislə məşğul olmağa başlayır. Elə bu vaxtlar Allahın sifəti barəsində görünməmiş və İslam əqidəsinə zidd fətva verir. Buna görə də, bütün İslam məzhəblərinin müxalifəti ilə qarşılaşır. Onu tədris etməkdən məhrum edirlər. Sonralar yenə də sakit durmayıb o zaman Misirdə ehtiram olunan və qəbri orada olan Seyyid qadın Nəfisə (İmam Hüseyn əleyhissəlamın övladlarındandır) barəsində bəzi sözlər deyir. Bu zaman adi əhali də ondan üz çevirir(Sədəfi, 7-ci cild, səh. 19 (Əli Əsgər Fəqihinin "Vəhhabiyan” kitabının nəqlinə əsasən).).
    Bir müddət sonra monqollar Ərəbistana hücum edirlər. İbni Teymiyyə onlara qarşı çıxır. 1310-cu ildə monqol Qazan Xanın müqabilində müharibədə iştirak edir.
    Sonralar yenə də öz nəzəriyyələrini davam etdirir. Bu dəfə təzədən onu həbs edib zindana salırlar. Axırıncı dəfə zindana düşməsinin səbəbi Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin ziyarət edilməsinin haram olması haqqında hökm verdiyinə görə idi. Nəhayət, təxminən hicri qəmərinin 728-ci ilində zindanda dünyadan köçür.
    Tarixçi Şəvkani yazır ki, Dəməşqin qazisi Malikin fətvası ilə İbni Teymiyyə həbs olunur və onun kafir olması barəsində də hökm verir. Bundan sonra şəhərdə elan edirlər ki, hər kəs İbni Teymiyyənin əqidəsini qəbul etsə, onun qanı halaldır("Fəvatül-vəfayat”, 1-ci cild, səh. 77, "Əl-Vafi bil-vəfayat”, 7-ci cild, səh. 18, "Bədrit-tale”, 1-ci cild, səh. 67.).
    Sonralar həmin əqidə əsasında yəni İbni Teymiyyənin əqidəsini diriltməkdən ötrü təxminən 400 il sonra "Vəhhabiyyət” firqəsi əmələ gəlir. Bu işin banisi Şeyx Mühəmməd İbni Əbdülvəhhab idi. Nəcd şəhərində doğulmuş Şeyx Mühəmməd bu əqidəni diriltməyi qərara alır (İbni Teymiyyə barəsində hazırda mövcud olan kitablardan aşağıdakıları qeyd etmək olar: 1. İbni Kəsir "Kitabul-bidayə vən-nihayə”; 2. Səlahəddin Səfədi "Əl-Vafi bil-vəfayat”; 3. İbni Şakir Kətəbi "Vəyatül-vafiyan”; 4. Zəhəbi "Təzkirətül-Hüffaz”; 5. İbni Bətutə "Səfərnamə”, Töhfətul-Huzzar”; 6. Əbdüllah ibni Əsəd Yafi "Miratul-Cənan”; 7. Təqiəddin Səbəki "Şifais-siqam fi ziyarəti xəyril-ənam və dürrətül-müfidə fi rəddi əla İbni Teymiyyə; 8. İbni Həcər Məkki "Cöhərul-mənzəm fi ziyarəti qəbrin-nəbiyyil-mükərrəm vəd-dürrül-kaminə fi əyanil-mati saminə”; 9. Kəmaləddin Zəmləkani (727-ci hicri ilində vəfat edib) "Əd-dürrətül-müziəti fi rəddi əla İbni Teymiyyə”. Həmçinin, onlarca məşhur İslam alimləri bu yanlış əqidənii cəmiyyətdə yayılmasının qarşısını almaqdan ötrü kitablar yazmışlar.).
    VƏHHABİLİYİN İLK YAYILMA MƏRKƏZİ
    Necə ki, əvvəlcə qeyd etdik İbni Teymiyyədən təxminən 400 il sonra onun rədd olunmuş əqidəsi Şeyx Mühəmməd ibni Əbdülvəhhab adlı şəxs tərəfindən canlandırılmağa başlanır. Şeyx Mühəmməd ibni Əbdülvəhhabın özünün həyatı barəsində danışmazdan əvvəl onun yaşadığı ölkə barəsində qısa məlumat vermək istərdik.
    Qeyd etdiyimiz kimi Şeyx Mühəmməd ibni Əbdül-Vəhhab Səudiyə Ərəbistanının Nəcd vilayətində dünyaya gəlmişdir. Nəcd vilayətinin elə bir cəmiyyəti var idi ki, Şeyx Mühəmmədin əqidəsi və təlimlərini qəbul etməyə razı olurlar. Elə ona görə də vəhhabiliyin əsl yayımı həmin məntəqədən başlayır. Bu iddianı belə bir hadisə sübuta yetirir ki, vəhhabilik əqidəsi bu məntəqədə yayıldıqdan sonra başqa ölkələr bu əqidəni heç də qəbul etmirlər. Ona görə də vəhhabilik ilk dəfə Hicazdan kənara təcavüz etmir. Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismətini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer” mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar.
    Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır.
    Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur.
    Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə - şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir. Çünki onların ən dadalı yeməyi çəyirtkədən hazırlanırdı.
    Xülasə, (qədimdə) Nəcd əhalisi nə tezliklə öz diyarlarını tərk edər və nə də başqalarının onların torpağına gəlməsinə mail idilər(Tarixi Nəcd”, səh. 28).
    Tarixçi Hafiz Vəhbə öz kitabında yazır: "Vəhhabilərin ilk dəvəti zamanı Nəcd əhalisi qarət, oğurluq və adam soymaqdan başqa fikirləri yox idi. Bunları özləri üçün iftixar hesab edirdilər("Cəzirətül-Ərəb fil-qərnil-işrinə”, səh. 313.)”.
    O vaxt onların məntəqəsindən yalnız bac verən ticarət karvanı salamat keçib gedə bilərdi. Bu ölkədə heç bir qayda-qanun yox idi. Padşahlar və əmirlər istədiklərini edirdilər. Şəhərlilər adətən("Vəhhabiyan”, səh. 230.) köçərilərlə müharibə edərdilər.
    ŞEYX MÜHƏMMƏD İBNİ ƏBDÜLVƏHHAB BARƏSİNDƏ BİR NEÇƏ SUAL-CAVAB
    Sual: Şeyx Mühəmməd ibni Əbdülvəhhabın İslam dinində şübhə yaradan batil əqidəyə meyl etməsinə və həmçinin, onun bu əqidəni yaymağa çalışmasına nə səbəb olur?
    Cavab: Əgər bütün şəxsi qondarma əqidələri araşdırsaq görəcəyik ki, birinci dəfə bu əqidənin sahibi özünün şəxsi fikrini bildirir. Lakin sonralar əhali arasında şöhrət tapır və öz-özünə yayılmağa başlayır. Ola bilsin ki, etiqad sahibi bunun cəmiyyətdə yayılması fikrində olmasın.
    Elə ki, Mühəmməd ibni Əbdülvəhhab yalançı Peyğəmbərlərin tarixinə baxır və araşdırma aparır, avam və adi camaatın fikrini və meylini başa düşür. Bununla da cəmiyyətdə ad və şan-şöhrət qazanmaqdan ötrü xəyali və özünə peyğəmbərlik adı verilməsini istəyənlər kimi olmaq istəyir.
    Mühəmməd ibni Əbdülvəhhab həyatında çoxlu müşkülatlarla üzləşdi. Ümumiyyətlə, insanın cəmiyyətdə mövqeyi olmadıqda romantik fikirlər xəyalına düşür. Bununla da, əldən getmiş şəxsiyyətini uca məqama qaldırmaq istəyir. Mühəmmədin alim və ali ruhani olan atası heç onun fikrini qəbul etməmiş və hətta onu divanə adlandırmışdır. Bundan əlavə ustadı da onun əleyhinə çıxmış və ağlını əldən verdiyini bildirmişdir. Beləliklə, Mühəmməd ibni Əbdülvəhhabın şəxsiyyəti ən aşağı dərəcəyə enmişdi. O çalışırdı ki, özünə cəmiyyətdə yüksək mövqe tutsun, təzə aldadıcı məzhəb yaratmaqla və bütün müsəlmanları kafir adlandırmaqla əhalinin diqqətini cəlb etsin və ad çıxarsın. Bunun bir yolu da "özünü peyğəmbərlik” məqamına vurur. Şayiə yayır ki, mən Peyğəmbər olmasam da, ilham alıram. Allah mənə göstəriş verir. Şeyx Mühəmməd özünün xütbələrinin birində belə deyir:
    "Peyğəmbərlər var ki, Allahdan vəhy yox, ilham alırlar. Necə ki, mən özüm beləyəm”.
    Başqa bir yerdə belə deyir:
    "Mən yuxu gördüm və yuxuda Allah mənə xəbər verdi ki, Kəbə evinin ətrafında dövr edib və həcərül-əsvədə əllərini sürtənlər müşriklərdir”.
    Beləliklə, yuxu əsasında müsəlmanlara qarşı fətva verir. Bütün bunlardan əlavə Şeyx Mühəmməd çoxlu ölkələrə səfər edir, o cümlədən Türkiyə, İran, İraqa səfərləri ona daha çox cəsarət verir.
    Sual: Şeyx Mühəmməd ibni Əbdülvəhhabın neçə övladı olub?
    Cavab: Şeyx Mühəmməd ibni Əbdülvəhhabın dörd övladı olub. Böyük oğlu atasının yolunu davam etdirib. Həsən və Hüseyn adlı oğlanları isə onun əqidəsinə qarşı çıxmış və onunla mübarizə aparmışlar. Bu yolda hər ikisi şəhid olub. Hüseyn adlı oğlunun başını vəhhabilər mişarla kəsirlər. Amma Əli adlı başqa oğlunu yolkəsən quldurların əli ilə öldürülür. Bütün bunlar Şeyx Mühəmməd ibni Əbdülvəhhabın ümumi həyatına qısa bir baxış idi. İndi də onun həyatı ilə daha yaxından tanış olaq.
    ŞEYX MÜHƏMMƏD İBNİ ƏBDÜLVƏHHABIN HƏYATI
    Şeyx Mühəmməd ibni ƏbdülVəhhab təxminən 1706-cı ildə (1115-ci il hicri) yəni İbni Teymiyyədən 400 il sonra Nəcd vilayətinin Üyeynə məntəqələrindən birində anadan olur. Atası Əbdülvəhhab bu şəhərin qazisi idi. Şeyx uşaqlıqdan təfsir, hədis və əqaid kitablarını oxumağa çox meyl göstərir. Hənbəli fiqhini öz atasının və Hənbəli məzhəbinin böyük alimlərindən ələ gətirir. O, cavan vaxtlarından Nəcdin dini alimlərini pis qələmə verməyə başlayır. Həcc ziyarətinə getdikdən sonra Mədinəyə gəlir. Bu şəhərdə müsəlmanların Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşmasını və ondan şəfaət istəməsini inkar edir. Sonra Nəcdə qayıdır. Oradan da Şama getməkdən ötrü Bəsrəyə gedir. Bir müddət Bəsrədə qalıb əhalinin etiqadları ilə müxalifətçilik edir. Lakin Bəsrə camaatı onu öz şəhərlərindən qovurlar. Vəhhabiliyin banisi Bəsrə ilə Zübeyr şəhəri arasında az qalır aclıqdan, istidən və piyada yol getməkdən həlak olsun. Sonradan bir nəfər ona kömək edib Zübeyr şəhərinə aparır. Oradan da Hüreymələyə gəlir. Bu vaxtlarda 1726-cı ildə (1139-cu hicri qəməri ilində) atası Əbdülvəhhab Nəcdin Üyeynə şəhərindən Hüreymələ şəhərinə gəlir. Şeyx Mühəmməd atasının yanına gəlir və onun yanında müxtəlif kitablar oxuyur. Elə buradaca Nəcd əhalisinin əqidəsini inkar etməyə başlayır. Buna görə də onunla atası arasında böyük ixtilaf düşür. Həmçinin, Nəcd əhalisi onunla müxalifətçiliyə başlayır. Bu iş bir müddət davam edir. Nəhayət, 1742-ci ildə (1153-cü hicri ilində) atası Şeyx Əbdülvəhhab dünyadan köçür.
    Şeyx Mühəmməd atası öldükdən sonra öz əqidəsini daha çox izhar edərək yaymağa başlayır. Bir dəstə camaat onun sözünə aldanıb ondan tərəfdarlıq edirlər.
    Şeyx Mühəmmədin təbliğatının ən pis cəhətlərindən biri də bu idi ki, onun yalançı əqidəsi ilə müvafiqətçilik etməyən müsəlmanları "hərbi kafir” adlandırır və onların canını, malını və namusunu halal elan edirdi. Bununla da, onun əqidəsi dilə-dişə düşərək yayılmağa başlayır. O, Hüreymələ şəhərindən Üyəynə şəhərinə gəlir. Şəhərin başçısının onun əqidəsini qəbul etməsinə görə camaat da onu qəbul edir.
    Hər kəs onun əqidəsini qəbul etsəydi, onunla beyət edirdi. Hər kəs onun müqabilində dursaydı, qanını halal edirdi və mal-dövlətini tərəfdarları arasında bölüşdürürdü("Tarixul-məmləkəti ərəbiyyətis-Səudiyyə”, 1-ci cild, səh. 51.). Əgər insan bir azca özünün Allah tərəfindən verilən dərrakəsini işə salsa, onda bu əqidənin və ona etiqad bəsləyən şəxslərin batil yolda olmasını aşkar şəkildə başa düşər. İndi də nahaq qan tökmək, ölkələrdə ixtilaf salmaq və müsəlmanlar arasında qan tökməklə məşhur olan bu firqənin banisi nə Peyğəmbər olub, nə ona Allah tərəfindən vəhy gəlib və nə də İmamət və xilafət məqamında olub. Bununla belə, hansı qanlı cinayətlərə fətva verib və hansı işlər görüb Allah bilir. Onlardan bəzilərini gələcək bəhslərimizdə tarixi sənədlərə əsasən, bəhs edəcəyik. Həmin vaxtlarda Şeyx Mühəmmədin əqidəsini qəbul etməyən Ehsa şəhərinin Fusul məntəqəsinin əhalisindən üç yüz nəfəri qətlə yetirirlər və müsəlman ola-ola, Allahı onun göndərdiyi Peyğəmbəri və Quranı qəbul etdikləri halda onlara müşrik adı qoyub bu bəhanə ilə mal-dövlətlərini öz aralarında bölüşdürürlər.
    Beləliklə, Ali Səud nəsli ilə tanınmış hökmranlar Mühəmmədə köməklik göstərir və öz mənafelərinə görə ona tərəfdarlıq edirlər. Nəhayət, Şeyx Mühəmmədin tərəfdarları Nəcd ölkəsinin mərkəzi sayılan indiki Riyaz şəhərini fəth edir, bütün etiraz edənləri boyun əyməyə məcbur edirlər. Şeyx bu vaxt əhalidən yığılan bütün mal-dövləti hakimin öhdəsinə qoyub özü tədrislə məşğul olmağa başlayır. Nəhayət, 1790-cı ildə (1204-cü hicri ilində) 89 yaşında dünyadan köçür("Dirasatül-İslamiyyə”, səh. 391.). Lakin onun ardıcılları heç də onun fikrindən əl çəkmirlər. Tarixdə törətdikləri dəhşətli cinayətlərdən bəzilərini bundan sonrakı bəhslərdə gətirəcəyik.
    NƏYƏ GÖRƏ ƏRƏBİSTANA SƏUDİYYƏ ƏRƏBİSTANI ADI VERİLİB?
    Ali Səud hökuməti Ərəbistanın yeni tarixi dövrünə təsadüf edir. Lap qədim zamanlardan yəni İslam dini Ərəbistanda meydana gəldikdən sonra tayfa müharibələri aradan götürülür, bütün müsəlmanlar İslam bayrağı altında birləşirlər. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra onun haqq canişinlərindən (yəni, on iki məsum İmamlardan) hökumət qəsb olunsa da, İslam ölkələri öz ərazilərini qoruyub saxlamış və istismarçı qərb dövlətlərinin bu ölkələrə təcavüzünün qarşısını almışlar.
    Vəhhabiliyin ilk dəfədən yayılmasını təşkil edən və onların arxasında duran qüvvə təxminən həmin dövrlərdə, yəni 1700-ci ildən kiçik məntəqələrdən birində hakimiyyətdə olan Mühəmməd ibni Səud adlı şəxsin köməyi ilə yayılmağa başlayır. Sonradan bu şəxsin nəsli hakimiyyətdə olduğuna görə onun nəslindən olan Əbdüləziz ibni Səud babasının adını yaddaşlarda saxlamaqdan ötrü Ərəbistana "Səudiyyə” adını verir. O gündən bu nəslin övladları bir-birinin ardınca hakimiyyətə gəlir və Ali Səud adı ilə tanınır. Bu hökumətin əvvəlindən təxminən 1820-ci ilə qədər yəni Misirin ora hücum etdiyi vaxta qədər mərkəzi hökuməti Nəcdin şəhərlərindən biri olan Dirə olub.
    1820-ci ildən bu hökumət Dirədə dağılır və paytaxt Riyaz şəhərinə köçürülür. 1902-ci ildə İbni Səud hökuməti ələ alır və Riyaz şəhərini Ərəbistanın paytaxtı elan edir. Bundan sonra bu hökumət geniş şəkildə inkişaf etməyə başlayır(Dairətül-Məarifil-İslami”, 1-ci cild, səh. 191 (Ərəbcədən tərcümə).).
    Demək olar ki, vəhhabilik bu nəslin hökumətinin köməyi ilə yayılıb. Şeyx Mühəmməd ibni Əbdülvəhhab dünyadan köçəndən sonra, onun iddialarını həyata keçirməyi öhdəsinə alan Ali Səud hökumətinin müxtəlif İslam şəhərlərinə qanlı və dəhşətli hücumları başlayır. Cahil ərəb sanki cahiliyyətə qayıtmaqdan ötrü bəhanə axtarırmış. Onların törətdikləri cinayətlər və nahaq qanlar barəsində ayrıca kitab lazımdır.
    Biz tanışlıq üçün vəhhabilərin ilk vaxtlarda müsəlmanları məxsusən şiə müsəlmanlarını necə amansızcasına qanlarını tökmələrinə işarə edəcəyik.
    VƏHHABİLƏRİN MÜHARİBƏLƏRİ
    MƏKKƏYƏ YÜRÜŞ
    Məkkə alimləri vəhhabiləri qəbul etmədiklərinə görə və onları müsəlmanların düşməni hesab etdiklərinə görə bir müddət onları Məkkəni ziyarət etməyə icazə vermirdilər. Bir müddət sonra vəhhabilərin nümayəndəsi Məkkəyə gəlir və həcc ziyarətinə icazə istəyir. Məkkə alimləri yalnız cizyə verməklə (xüsusi vergidir ki, kafirlərdən alınır) həccə gəlməyə icazə verirlər. Vəhhabilər bu işə razı olmur.
    Nəhayət, vəhhabilərin o vaxtkı hakimi Əbdüləziz bunu bəhanə edərək Məkkəyə qoşun çəkir. Bununla da məkkəlilərlə vəhhabilər arasında müharibə başlayır. Təxminən doqquz ilə yaxın çəkən bu müharibədə çoxlu qanlar tökülür. Nəhayət, vəhhabilər qalib gəlir və sülh müqaviləsi bağlamaqla həccə gedirlər.
    Sonralar yenə də məkkəlilərlə vəhhabilər arasında müharibə baş verir. Ərəb tarixçisi Cəmil Sədiqi Zəhavi bu müharibənin gedişi haqqında yazır: "Bu müharibədə vəhhabilərin ən çirkin işi müsəlman əhalini kütləvi surətdə qətlə yetirmələri idi. Kiçiyə, böyüyə rəhm etmirdilər. Balaca südəmər uşağın başını anasının qucağındaca kəsirdilər. Quran hifz edən bir dəstə müsəlmanı hamılıqla öldürdülər. Evlərdə bir kəs qalmadığına görə dükanlara və məscidlərə üz gətirirdilər. Qarşılarına çıxan hər kəsi amansızcasına öldürürdülər. Hətta rüku və səcdə halında olanları qılıncdan keçirirdilər(Seyyid İbrahim Rüfai ("Risalətül-ovraqül-Bəğdadiyyə”, səh. 3.) nəqlinə əsasən vəhhabilər Məkkə ətrafında yüzlərlə müsəlmanı öldürür. Onların içində alimlər, o cümlədən: Məkkədə Şafei məzhəbinin müftisi Seyyid Əbdüllah Zəvavi, Şeyx Əbdüllah Əbülxeyr, Məkkənin qazisi Şeyx Süleyman Murad və s. öldürürlər.). Bu şəhərdə olan kitabları o cümlədən, Quran səhifələrini, "Səhihi Buxari” kitabının nüsxələrini, "Səhihi Müslim”i və sair fiqh kitablarını küçə-bazara səpib onları dağıdırlar("Əl-fəcrüs-Sadiq”, səh. 22.).
    Daha sonra onlar Məkkə əhalisini özlərinə tabe etdilər. Həmin müharibə dövründə dörd məzhəb alimləri (Maliki, Şafei, Hənəfi və Hənbəli) alimləri vəhhabilərin kafir olmaları hökmünü verirlər("Seyful-Cəbbar”, səh. 2-dən sonra.).
    VƏHHABİLƏRİN MƏDİNƏYƏ YÜRÜŞÜ
    Yenə həmin ildə yəni təxminən 1800-cü ildə (1220-ci hicri ili) vəhhabilər Ali Səud hökuməti vasitəsi ilə Mədinəyə hücuma keçib oranı işğal edirlər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəmində olan bütün qiymətli əşyaları ələ keçirirlər. Osmanlı hökuməti tərəfindən Mədinə və Məkkədə olan qazıları şəhərdən çıxarırlar(«Tarixül-məmləkətil-ərəbiyyətis-Səudiyyə”, 1-ci cild, səh. 91.).
    Mədinə əhalisi Əmir Səuda beyət edirlər. Bundan sonra vəhhabilər günbəzləri söküb qəbirlərin üstünü dağıtmağa başlayırlar(Tarixül-məmləkətil-ərəbiyyətis-Səudiyyə”, 1-ci cild, səh. 92.).
    Beləliklə, vəhhabilər böyük bir hökumət təşkil edirlər. O da Nəcd və Hicazdan ibarət idi. Bütün şəhərlərdən Osmanlı hökumətinin nümayəndələrini qovurlar. Vəhhabilər buna qane olmayıb öz hücumlarına davam edirlər. Müqəddəs Kərbəla və Nəcəf şəhərlərinə hücuma başlayırlar.
    VƏHHABİLƏRİN NƏCƏFÜL-ƏŞRƏFƏ HÜCUMU
    Vəhhabilərin ilk mübarizə apardıqları firqələrdən biri şiələr olub. Vəhhabi qoşunlarının Nəcəfə və Kərbəlaya hücumları təxminən 1792-ci ildən (1216-cı hicri ili) başlayır. Bu hücum Əbdüləzizin dövründən ta Səud ibni Əbdüləzizin dövrünə qədər (1800-cü ilə qədər) davam edir.
    Əlbəttə, vəhhabilər Nəcəfə və Bağdada etdikləri hücumların əksəriyyətində müsəlmanların şiddətli əksül-əməli ilə qarşılaşmış və çoxlu tələfat verdikləri üçün geri çəkilmişlər. Bununla belə, şəhərlər dağıdılmış çoxlu müsəlmanın qanı nahaqdan axıdılmışdır. Onlar Nəcəfdə İmam Əli əleyhissəlamın hərəmində olan çoxlu qızıl-gümüşə meyl salmış, lakin vəhhabilərin hücum ehtimalını bilən şiələr bu zinətli əşyaları başqa yerdə gizlətdiklərinə görə onları ələ keçirə bilməmişdilər("Dühətül-vüzəra”, səh. 213-217.).
    VƏHHABİLƏRİN KƏRBƏLAYA YÜRÜŞÜ
    Kərbəla, müsəlmanların ən çox cəm olduğu və müqəddəs saydığı məkanlardan biridir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladının dəfn olunduğu bu məkan məzhəbindən və əqidəsindən asılı olmayaraq bütün müsəlmanların yanında xüsusi hörmətə malikdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) hələ dünyada ikən iki cavan gül nəvələrini (İmam Həsən və Hüseyn əleyhimassəlamları) minbərin üstündən müsəlmanlara tövsiyə etmiş və camaatın gözü önündə dəfələrlə onların üzündən, gözündən öpmüşdür. Bu da onun əlamətidir ki, bu övladlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) ən yaxın və sevimli övladlarındandır. Dəfələrlə onların necə şəhid olmalarından xəbərlər vermişdir. Quran Peyğəmbərə xitab edərək buyurur:
    De ki: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm("Şura” surəsi, 23-cü ayə.)!
    Görəsən, özgələrin mal-dövlətini çapıb-talayan vəhhabilərin öz alimləri Quranda bu ayəni görməyiblər və bilmirlər ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) Əhli-beytini dost tutmaq əmrini Allah özü əmr etmişdir? Xeyr! Belə ayələri Quranda oxumazlar! Çünki onların mənafeyi ilə uyğun gəlmir.
    Kərbəla hadisəsi hamıya yaxşı məlumdur. Qeyd etməyə ehtiyac yoxdur. O da şərabxorluq edib özünü müsəlmanların başçısı adlandıran Müaviyə və Yezid kimi şəxslərin əli ilə baş verib.
    Vəhhabilərin Kərbəlaya hücumu demək olar ki, Nəcəfə hücumları ilə eyni vaxtda olub. Yəni bu hadisə də, təxminən 1792-ci ilə təsadüf edir. Lakin Kərbəlada daha çox qanlar töküblər. Bu yürüş barəsində tarixdə müxtəlif cür yazılar var. Biz onlardan bir-iki nümunə zikr edəcəyik. Vəhhabi yazıçısı Səlahəddin Muxtar bu hadisə barəsində yazır: "Təxminən 1792-ci ildə (1216-cı il hicri ili) Əmir Səud (Əbdüləzizin oğlu) güclü bir qoşunla İraqa tərəf hərəkətə gəlir. Ziqədə ayında Kərbəla şəhərinə çatıb onu mühasirə edirlər. Qoşun şəhərin darvazasını sındırıb zorla şəhərə daxil olur. Küçə, bazar və evlərdə olan əhalinin çoxusunu sorğu-sualsız qətlə yetirirlər. Günortaya yaxın çoxlu qarətlə şəhərdən xaric olurlar("Tarixül-məmləkətil-ərəbiyyətis-Səudiyyə”, 1-ci cild, səh. 73.)”.
    Amma bu yürüşün əsl görünüşünü o şəhərdə kiliddar olan və bu şəhərin əhalisindən olan Əbdül Cavad belə nəql edir: "1792-ci ildə (1216-cı hicri tarixi) Vəhhab Əmir Səud 20 min nəfərdən ibarət güclü silahlarla silahlanmış bir qoşunla Kərbəlaya həmlə edir. Kərbəla bu vaxtlarda ən böyük şöhrətə malik olan şəhərlərdən biri idi. İran, türk və ərəb zəvvarları hər yerdən buraya üz gətirirdilər. Səud, şəhəri mühasirəyə aldıqdan sonra şəhərə daxil olur. Şəhəri müdafiə edənləri və sakinləri şiddətlə qırmağa başlayır.
    Vəhhabi qoşunları şəhərdə elə rüsvayçılıqlar törədirlər ki, onu vəsf etmək mümkün deyildir. Hətta nəql edirlər ki, bir gecədə 20 min nəfəri qətlə yetirirlər("Nüzğətül-ğərra”, səh. 72.).
    Əmir Səud döyüş qurtardıqdan sonra hərəmlərin xəzinələrinə əl atır. Əlinə keçən qiymətli əşyaları və qızılları qarət edir.
    Hacı Zeynəlabidin Şirvani(Azərbaycanın məşhur alimlərindən biridir. "Hədaiqus-səyahət”, səh. 427.) təxminən Mühəmməd ibni Əbdülvəhhab ilə eyni bir zamanda yaşamışdır. Bu alim illərlə Kərbəlada sakin olmuş(Bu sətirlərin müəllifi bu alimin həyatını "Azərbaycan İslam alimləri” kitabında geniş yazmışdır.) və bu hadisələrin canlı şahidi kimi belə yazır: "Günün günorta çağı əllərinə keçən bütün qızıl-gümüş, cəvahir, qızıl qablar və sair əşyalar bu zalimlərin əlinə keçdi. Lakin bəzi xəzinələri onlar gəlməmişdən qabaq gizlətdiklərinə görə apara bilmədilər”.
    Bundan əlavə o vaxt Kərbəlanın böyük İslam alimlərindən olan Mərhum Bəhrul-ulum özünün "Miftahul-kəramət” kitabının axırında bu dəhşətli hücumu vəsf edərək belə yazır: "Bu tarixdə (1216) vəhhabilərin şərur qoşunları müqəddəs yerlərə həmlə edib şiələri qətl-qarət ediblər!”
    OSMANLI HÖKUMƏTİNİN ALİ SƏUDLA (VƏHHABİLƏRLƏ) MÜBARİZƏSİ
    Təxminən 1811-ci ildə Osmanlı imperiyası vəhhabilərin irəliləməsi və böyük dövlət təşkil etmək niyyətlərindən narahat olur.
    Osmanlı sultanı təxminən 1811-ci ildə vəhhabilərin hökumətini dağıdıb onları əsir almaqdan ötrü yaxşı təchizatlanmış güclü bir qoşunu öz nümayəndəsi olan Misir valisi Mühəmməd Əli Paşaya köməyə göndərir. Mühəmməd Əli Paşa özü də böyük bir qoşun yığaraq türk qoşunu ilə birlikdə Hicaza tərəf hərəkət edir.
    Əmir Səud bu işdən xəbər tutur. Qısa bir müddətdə qoşun cəm olmasına əmr edir. Tez bir zamanda 18 minə yaxın qoşun hazırlayır. İki qoşun tezliklə üzləşir. Lakin bu döyüşdə türk qoşunu məğlub olub geri çəkilir. Rəvayətə görə bu döyüşdə 4 mindən çox türk əsgəri və 600-ə yaxın vəhhabi öldürülür("Ünvanül-Məcd”, 1-ci cild, səh. 158.).
    İki ildən sonra Mühəmməd Əli Paşa daha böyük bir qoşunla Məkkəyə daxil olub vəhhabiləri məğlub edir. Sonralar da hər iki tərəf arasında çoxlu döyüşlər olur.
    Nəhayət, vəhhabilər təzədən hökumət başına gəlir və indi də bu hökumət davam edir.
    VƏHHABİLƏRİN BƏZİ ETİQADLARINA QISA BİR BAXIŞ
    1. Vəhhabilər əksər müsəlmanları kafir sayır.
    Bəri başdan qeyd etməliyik ki, vəhhabilər müsəlmanların əksəriyyətini müşrik və kafir sayırlar. Şiələr barəsində isə bunu daha çox təkid edirlər. Əsli qarət, vurub-dağıtmaq və çapğınlıqla başlayan bu firqə elə hesab edir ki, Peyğəmbərdən (səlləllahu əleyhi və alih) 6-7 əsr sonra vücuda gələn bu firqə yeganə düz yolda olan firqədir. Əlbəttə, bizim məqsədimiz yalnız tarixi çatdırmaq olduğuna görə çox şeyləri yazmaq istəmirik.
    Vəhhabilərin hücumlarına ən çox şiələr məruz qalsalar da, lakin bütün müsəlman alimləri bu firqə yaranan gündən onları inkar etmiş hətta qeyd etdiyimiz kimi bu firqənin əsasını qoyan İbni Teymiyyə əksər müsəlmanlarla müxalifət etdiyinə görə zindanda ölmüşdür.
    Hər şeydən əvvəl qeyd etməliyik ki, bunlar zahirdə özlərini düzgün qələmə verməkdən ötrü müxtəlif əsassız dəlillərə əl atırlar. Məxsusən, hər hansı bir etiqadı dərin araşdırıb təhqiq etmədən inkar edir və bu etiqad sahiblərini kafir adlandırırlar. Onlardan bəzi etiqadları qeyd edib mümkün olan həddə cavablarını yazmaq istərdik.
    Birinci: Əbdülvəhhabın əqidəsinə görə müsəlmanlar müşrikdirlər("Qəvaid” kitabı, səh. 4.). Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alih) pənah aparır və ondan hacət istəyirlər. Halbuki, yalnız Allaha pənah aparmaq lazımdır. Hər kəs Allahdan başqa birisinə sığınsa, müşrik sayılır.
    Cavab: Əvvəla heç bir müsəlman Allaha pənah aparmağı inkar etmir və bütün müsəlmanlar qəbul edir ki, insanların pənah yeri yalnız Allahdır. Lakin bu o demək deyildir ki, günahkar şəxs Allah yanında bağışlanmaq və nemətlərə nail olmaqdan ötrü Allahın icazəsi ilə Onun nəzərində pak və təmiz olan məsumlara təvəssül etsin. Bununla da, məsumlar vasitəsilə Allahdan bağışlanmaq istənilsin. Bu heç də o demək deyildir ki, Peyğəmbərə (səlləllahu əleyhi və alih) və məsum İmamlara müstəqil şəkildə pənah aparılır. Əksinə, bu o deməkdir ki, əsl pənah yeri olan Allahın pənahgahına düşməkdən ötrü Allah yanında uca məqamı və pak məqamlı məsum Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmama təvəssül olunsun və Allah onlara xatir günahkarların günahından keçsin. Bu eyni şəfaət məsələsidir ki, Allah bəzi pak və məsum (hər bir günahdan pak) şəxslərə Qiyamətdə şəfaət etməyə icazə verəcək ki, insanların günahını onlara xatir bağışlasın. Tarixdə və Quranın özündə dəfələrlə oxuyuruq ki, günahkar şəxs Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlir və o Həzrət onun barəsində Allaha dua edir və Allah da onun duasını qəbul edib həmin şəxsi bağışlayır. Bu məsələdə heç bir şirk və müşrik olmaq şübhəsi yoxdur və ola bilməz! Ona görə ki, bu işə Allah özü icazə verib. Necə ki, Quran buyurur:
    Biz hər bir Peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik. Onlar (münafiqlər, günahkarlar) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər. ("Nisa” surəsi, 64-cü ayə)
    Şübhə yaranmamaqdan ötrü onu da qeyd edək ki, Mühəmməd ibni Əbdülvəhhab cahil müşriklərlə müsəlmanları qatışıq salıb. Cahil ərəblər və ya başqa millətlər heç bir əsas olmadan və düşünmədən özlərindən düzəltdikləri daş-kəsəklərə və bütlərə sitayiş edir və onlar vasitəsilə Allahdan bağışlanmaq istəyirdilər. Hər bir düşüncəli şəxs ilk vaxtdan anlayar ki, belə bir qabiliyyəti və icazəsi olmayan bütlər və daş-kəsəklər və yaxud ot, su, günəş, ulduz və hər hansı təbii qüvvə vasitəsi ilə Allah yanında şəfaət almaq olmaz. Yalnız o şəxsləri Allah yanında vasitə aparmaq olar ki, əvvəla Allah özü icazə versin ki, bu şəxs mənim yanımda sizə şəfaət verə bilər və ikincisi bu şəxsin Allah yanında böyük hörməti olmuş olsun. Belə olmayan surətdə heç bir kəsin haqqı yoxdur ki, əsassız olaraq qabiliyyəti olmayanı Allah dərgahında vasitə qərar verək. Bu bəhsi daha çox zaman etdirmək olar.
    Lakin bəhsdən uzaqlaşmamaqdan ötrü bununla kifayətlənirik.
    Bəhsimizə şahid gətirməkdən ötrü daha bir neçə ayəni qeyd etmək istəyirik. Allah taala "Ali-İmran” surəsində Peyğəmbərə (səlləllahu əleyhi və alih) xitab edərək buyurur:
    Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə...
    "Nur” surəsinin 62-ci ayəsinin bir qismətində Allah taala buyurur:
    Əgər onlar bəzi işləri üçün səndən izn istəsələr, onlardan özün istədiyinə izn ver və onlar üçün Allahdan bağışlanmaq dilə...
    Belə ayələr Qurani-Məciddə çoxdur. Bütün bunlardan məlum olur ki, əgər Allah taala layiq bildiyi adamı bağışlanmaq vəsiləsi qərar verərək bu məqamı ona verirsə, o şəxs vasitəsi ilə Allahdan bağışlanmaq tələb etməyin heç bir eybi yoxdur. Əksinə, bu insanın dini ruhiyyəsini bir az da qüvvətləndirir. Sözsüz ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) və Məsum İmamlar belə məqamın əsl sahibləridir.
    Category: Tarixi və dini bəhslər (şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 819 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024