İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Tarixi və dini bəhslər (şübhələrə cavab)

    Tarixi və dini bəhslər (şübhələrə cavab)
    2011-09-10, 3:38 PM
    VƏHHABİLƏRİN ƏQİDƏSİNƏ GÖRƏ TÖVHİD VƏ ŞİRK
    Qeyd etdiyimiz kimi vəhhabilər əksər müsəlmanları müşrik hesab edirlər. Onların əqidəsinə görə Allahdan başqa hər hansı bir şəxs və ya hər hansı bir şey müqabilində təvazö (itaətkarlıq) etmək və onun məqamını uca tutmaqla ondan hacət istəmək şirk hesab olunur. Onların əqidəsincə Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanında olmayan hər bir təzə mətləb bidət (Bidət İslamda haramdır. Dində olmayan bir şeyi din ünvanı ilə dinə daxil etmək bidət adlanır.) adlanır və İslam şəriətinə ziddir. Bir az da dəqiq desək onların əqidəsincə "Sələf”in (keçmiş din xadimlərinin) görmədiyi təzə bir işi görmək bidət sayılır. Həmçinin, onların əqidəsincə hər hansı təzim və hacət nidası ibadət sayılır. Vəhhabilər həyatı "tövhid” nişanəsi, ölümü isə "şirk” ilə müqayisə edirlər. Yəni bu məsələyə mötəqiddirlər ki, əgər İslam Peyğəmbərindən sağlığında bir şey tələb etsələr (məsələn, bağışlanmaq) şirk hesab olunmaz, amma ölümündən sonra ondan bir şey istənilsə, şirk hesab olunur.
    Vəhhabiyyətdə tövhid iki növdür:
    1. Tövhidi rububi, yəni, Xaliq birdir!
    2. Tövhidi uluvi, yəni, ibadətə layiq yalnız Allahdır!
    Əslində onlar "Tövhidi xaliqiyyəti” Tövhidi rububi hesab etmişlər və səhvən "Tövhidi ibadət”i "Tövhidi uluvi” adlandırmışlar. Onların əqidəsincə cahiliyyət əsrində olanlar Xaliqi bir bilirdilər, amma çoxlu əşyalara ibadət edirdilər.
    Qısaca olaraq bu mətləbi belə araşdırmaq olar:
    Qurani-Məciddən belə ələ gəlir ki, "Tövhid”i doqquz qismə bölmək olar.
    1. Tövhidi zati, Allah birdir ("Həcc” surəsi, 34-cu ayə)
    2. Tövhidi sifati, Mənaca fərq etməsinə baxmayaraq, Allahın bütün sifətlərinin yalnız bir misdaqı var. O da Allahdır. ("İxlas” surəsi)
    3-4. Tövhidi hakimiyyət və Tövhidi təşriyi.
    Bütün varlığa Allah hakimdir ("Yusif” surəsi, 40-cı ayə)
    5. Tövhidi Xaliqi
    Yaradan fəqət Allahdır. ("Rum” surəsi, 20-ci ayə)
    6. Tövhidi rububi və ya tədbiri.
    Bütün varlığın tədbir tökəni və idarə edəni yalnız Allahdır!
    ("Əraf” surəsi, 54-cü ayə)
    7. Tövhidi itaət
    Yalnız Allahdan və Onun hökmündən itaət etmək!
    ("Maidə” surəsi, 92-ci ayə)
    8. Tövhidi ibadi
    Yalnız Allaha ibadət etmək lazımdır!
    ("Nisa surəsi, 36-cı ayə)
    9. Tövhidi şəfaət və məğfirət
    Yalnız Allah şəfaət edən və Onun icazəsi ilə şəfaət və bağışlanmaq vardır.
    ("Zumər” surəsi, 44-cü ayə və "Ali-İmran” surəsi, 135-ci ayə)
    1) Beləliklə, aydın olur ki, tövhidi iki qismə bölmək yanlış bir işdir. Vəhhabilər Tövhidi Xaliqi ilə Tövhidi rububini qatışığ salıblar.
    2) İbadət yalnız təvazö halına deyilməz. Əksinə, o təvazö halı ibadət hesab olunur ki, etiqadın ola ki, qarşındakına ibadət edirsən, yoxsa hər kəsə ehtiram etmək ibadət sayılmır.
    Bu mətləbin dəlili Qurandır. Quranda mələklər hörmət əlaməti olaraq (ibadət yox) Adəmə səcdə edirlər.
    ("Bəqərə” surəsi, 34-cü ayə)
    Həzrət Yəqub və zövcəsi Yusifin qarşısında hörmət əlaməti olaraq səcdə edirlər. ("Yusif” surəsi, 100-cü ayə)
    Ata-ana qarşısında insanın zəlil kimi durması əmri ("İsra” surəsi, 24-cü ayə, "Şüəra” surəsi, 215-ci ayə, "Maidə” surəsi, 54-cü ayə)
    Əgər qərar olsa ki, hər bir təvazö halı (itaətkarlıq) və ehtiram ibadət hesab olunsun, onda bütün bunlar şirk sayılmalıdır. Halbuki, Allah Quranda bu işləri pisləməmiş, hətta bəzi yerlərdə ehtiramı (məsələn, ata-anaya) vacib bilmişdir.
    Bütün bu ehtiram və təvazö halının axırı Allah taalanın əmrinə və göstərişinə əməl etməyə qayıdır. O ki, qaldı Peyğəmbərin (səlləllahu əleyhi və alih) həyatı ilə ölümü arasında heçlik kimi fərq qoymağa, hər bir müsəlman olan şəxs bilir və bu əqidədədir ki, insanın ölümü heçlik olmaq deyil. Yəni insanın cismi aradan getsə də, ruhu həmişə sağdır, hər şeyi görür və bilir. Məxsusən, Allaha yaxın olan məsum Peyğəmbər (səlləllahu əleyhi və alih), İmamlar və şəhidlər bu sahədə daha çox imtiyaza malikdirlər. Necə ki, Qurani-Kərim buyurur:
    Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbi yanında diri olub ruzi (Cənnət ruzisi) yeyirlər. ("Ali-İmran” surəsi, 169-cu ayə)
    Allah əgər şəhidlərə belə məqam verirsə, məsum Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlara sözsüz ki, bundan daha uca məqam verər.
    VƏHHABİLƏRİN ETİQADINA GöRƏ MƏSUM İMAMLARIN, BöYÜK ŞƏXSİYYƏTLƏRİN VƏ PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) QƏBRİNİN ZİYARƏTİNƏ GETMƏK HARAMDIR!
    Vəhhabilərin bu etiqadı çox da qədim zamanlara getmir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə və ondan 8 əsr sonra da bütün müsəlmanlar qəbristanlığa gedir, qəbirləri ziyarət edirdilər və heç kəs bu məsələni inkar etmirdi.
    Mühəmməd ibni Əbdülvəhhabın etiqadına əlavə olunmuş bəzi əqidələrdən biri də İbni Teymiyyənin ondan dörd yüz il əvvəl qərara aldığı Peyğəmbərin qəbrinin ziyarətinin haram olması hökmüdür. Başqa məsələlər kimi bu hökm də İslam alimləri tərəfindən şiddətlə inkar olunur və hər kəs öz etirazını bildirir.
    Qeyd etdiyimiz kimi tarixi mənbələri araşdıranda, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və onun əshablarının qəbirləri ziyarət etdiklərini aşkar görürük.
    Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin ziyarətinin heç bir günah olmaması barəsində aşağıdakı dəlilləri qeyd etmək olar:
    1. Uzaq ölkədən ilk dəfə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə ziyarətə gələn o Həzrətin azan verəni Bilal Həbəşi olmuşdur.
    2. ömər ibni Əbdüləziz Şam şəhərinə dəstə yolladıqda onlara sifariş edir ki, mənim salamımı Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə çatdırın və onu ziyarət edin!
    3. ömər Beytulmüqəddəsi fəth etdikdən sonra Kəbül Əhbara belə deyir: "Mənimlə Mədinəyə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin ziyarətinə gedirsənmi?”
    4. "Kamili İbni Əsir” və "Tarixi Təbəri” kitabları yazır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) həmişə buyurardı ki, şəhidlərin qəbrinin ziyarətinə gedin və bununla Qiyaməti yada salın!
    5. "Səhihi Müslim” kitabı (3-cü cild, səhifə 634-də) yazır: "Peyğəmbər (səlləllahu əleyhi və alih) bəzən Aişə ilə "Bəqi” qəbristanlığına gedər və orada buyurardı:
    "Müsəlmanların və möminlərin qəbrinə salam olsun! Allah bizdən əvvəlkilərə və bizdən sonrakılara və bizə rəhmət eləsin!”
    6. Başqa bir rəvayətdə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql olunur:(Əbu Bəşir Mühəmməd Razi "Əl-künyə vəl-əsma”)
    "Hər kəs mənim qəbrimi ziyarət etsə, mənim şəfaətim ona vacib olar”.
    7. Qəzzali "Əxbarul-uyun” kitabında (1-ci cild, 246-cı səhifədə) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir hədis nəql edir:
    "Hər kəs məndən ötrü (qəbrimə) ziyarətə gəlsə, mənim haqqımdır ki, Qiyamət günündə ona şəfaətçi olum”.
    8. Seyyid Murtəza Zübeydi Hənəfi "Tacul-Ərus” kitabında (1-ci cild, 74-cü səhifədə) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) aşağıdakı hədisi nəql edir:
    "Hər kəs həccə gələ və mənim qəbrimi ziyarət etməyə əlbəttə ki, mənə cəfa etmiş olur!”
    9. "Müsnədi Əbu Davud” (1-ci cild, 12-ci səhifədə) Peyğəmbərin (səlləllahu əleyhi və alih) belə buyurduğunu rəvayət edir:
    "Hər kəs mənim vəfatımdan sonra məni ziyarət etsə, sanki məni dirilikdə ziyarət etmişdir....”
    Bütün bunlar əhli sünnət mənbələrindən nəql olunub. Amma şiə alimləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) və məsum İmamların (əleyhimussəlam) qəbrinin ziyarətinin fəzilətləri barəsində ayrıca kitablar yazmışlar. Bu qısa bəhsdə onlara işarə etməyə macal yoxdur.
    Beləliklə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və məsum İmamların (əleyhimussəlam) o cümlədən hər kəsin öz dünyadan gedəninin qəbrini ziyarət etməsində heç bir qəbahət yoxdur. Əksinə, bu iş insanın Qiyamətə olan imanını daha da artırır və həmçinin, çoxlu ictimai faydaları vardır.
    QƏBİR YANINDA NAMAZ QILMAQ BARƏSİNDƏ VƏHHABİLƏRİN NƏZƏRİ
    İbni Teymiyyənin fətvasına əsasən, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin kənarında namaz qılmaq haramdır!
    Cavab:
    1. Bu iddia tamamilə əsassızdır və heç bir əsaslı dəlili yoxdur!
    2. Qurani-Məcid buyurur:(Bəqərə” surəsi, 125-ci ayə.)
    (Ya Mühəmməd) Yadına sal ki, biz Kəbəni insanlar üçün savab və əmin-amanlıq yeri qərar etdik. (Ey möminlər) Sizə də: İbrahimin durduğu yeri özünüzə namaz qılınan yer edin! — dedik...
    3. "Səhihi Buxari”də (1-ci cild, səh. 91-də) Peyğəmbərin (səlləllahu əleyhi və alih) dilindən belə bir rəvayət nəql olunur:
    "Yer mənim üçün məscid və pakizə qərar verildi”.
    3. Əgər Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin yanında namaz qılmaq haram və məkruh olsaydı, onda on dörd əsr ərzində o Həzrətin qəbrinin kənarında heç kim namaz qılmazdı. Halbuki, bu belə deyildir. Yəni on dörd əsrdir ki, o Həzrətin qəbri kənarında namaz qılırlar və vəhhabilərdən başqa heç kəs bunun haram olması barəsində hökm verməmişdir.
    4. Həzrəti Zəhra (səlamullahi əleyha) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona göz yaşı tökürdü(«Sünəni Beyhəqi”, 4-cü cild, səh. 78.).
    5. On dörd əsrdir ki, həcc ziyarəti zamanı Hacərin və İsmayıl Peyğəmbərin qəbrinin yanında olan "Hicri İsmayıl”ın yanında müsəlmanlar namaz qılırlar və heç bir sünni-şiə alimi bu əməlin qəbahət olması barəsində hökm verməmişdir.
    VƏHHABİLƏR PEYĞƏMBƏRDƏN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) YADİGAR QALAN ŞEYLƏRƏ VƏ YA O HƏZRƏTİN QƏBRİNƏ ƏL SÜRTMƏYİ HARAM BİLİRLƏR!
    Cavab:
    1. Qurani-Məcid bəzi müqəddəs şeylərin təbərrük vasitəsilə feyzə yetməsini qəbul edir. Məsələn, "Yusif” surəsinin 93-cü ayəsində oxuyuruq:
    Bu köynəyimi götürüb aparın atamın üzünə sürtün, o yenidən görməyə başlayar.
    2. Tarixçi Əsqəlani yazır:
    Mədinədə nə vaxt təzə uşaq dünyaya gəlsə, tez Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına aparırdılar. Həzrət onun ağzına xurma sürtür, sonra onun üçün dua edirdi.
    3. Tarix yazır ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəstəmaz suyunu yerə tökülməyə qoymazlarmış. Hərə bir tərəfdən təbərrük etmək üçün o sudan üz-gözünə sürtərdi.
    4. "Kənzül-ümmal” kitabının (16-cı cild, səh. 249) müəllifi yazır: "Təbərrük etmək üçün uşaqları Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına gətirirdilər.
    5. Əbdüllah ibni Əbbas doğulanda, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beyt (əleyhimussəlam) ilə birlikdə Əbu Talib şeybində idilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun ağzını öz ağzının suyu ilə qarışdırır.
    Bütün bunlardan belə nəticə alarıq ki, təbərrükdən iki məqsəd var.
    1) Qeyri-təbii yolla İlahi feyzə nail olmaq;
    2) Bununla Peyğəmbərin (səlləllahu əleyhi və alih) və onun Əhli-beytinin (əleyhimussəlam) məhəbbətini qəlblərdə çoxaltmaq. Çünki, Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) Allahın hökmlərini yayandırlar.
    DÖRD ƏHLİ SÜNNƏT MƏZHƏBİ RƏHBƏRLƏRİNİN PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) QƏBRİNİN ZİYARƏTİ BARƏSİNDƏ
    1. Hüseyn ibni Həsən Həlimi Cürcani Şafei (403-cü hicri ilində vəfat edib) yazır: "Bu gün Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz tutlmasına bağlı olan işlərdən biri də o Həzrətin qəbrinin ziyarətidir("Əl-minhac fi şöəbil-iman”.)”.
    2. Əhməd ibni Mühəmməd Mühaşim Şafei (420-ci hicri ildə vəfat edib) buyurur: "Müstəhəbdir ki, hacı Məkkədə həcc əməllərini qurtardıqdan sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etsin(Kitabi "Ət-Təcrid”.)”.
    3. Qazi Əyaz Maliki (543-cü hicri qəməri ilində vəfat edib) yazır:
    "Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin ziyarəti ictimai bir adətdir və təşviq olunmuş fəzilətlərdən biridir("Ziyarati Cavad Mühəddisi”.)”.
    4. İbn Əbi Səkinə Mühəmməd ibni Əbdüllah Saməri Hənbəli (616-cı hicri qəməri ilində vəfat edib) yazır: "Mədinəyə gələn hər şəxsə qüsl etmək, daha sonra Peyğəmbərin (səlləlahu əleyhi və alih) qəbrini ziyarət etmək və ona salam göndərib dua oxumağın ədəblərini əta etmək müstəhəbdir(Əl-Müstovəb”.) ”
    Bütün bunlar dəlalət edir ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və sair övliyaların qəbrinin "qürbətən iləllah” niyyəti ilə ziyarət edilib təbərrük edilməsində heç bir müşkül yoxdur.
    ƏHLİ SÜNNƏT KİTABLARINDA PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) ZİYARƏTİNDƏ OLAN MÜSTƏHƏBB ƏMƏLLƏR
    Qeyd etdiyimiz kimi, şiə alimlərinin sözsüz fəzilətli əməl kimi qəbul etdikləri ziyarət məsələsi həddən artıq mənbələrdə vardır. Biz münsiflik üçün yalnız sünni alimlərinin bu barədə nəzərlərini qeyd etmək istərdik. Onlardan:
    1. Hər müsəlmanın Peyğəmbəri (səlləllahu əleyhi və alih) həmişə ziyarət etməyə məhəbbəti olmalıdır(Bütün bu hökmlər Fakihi Məkkinin "Hüsnüt-təvəssül fi adabi ziyarəti əfzəlür-rəsul” kitabından götürülmüşdür.);
    2. Evdən çıxıb ziyarətə gedərkən dua oxumaq;
    3. Yolu gedərkən Peyğəmbərə (səlləllahu əleyhi və alih) çoxlu salavat göndərmək;
    4. Mədinəyə çatanda dua oxumaq;
    5. Hərrə çayında qüsl edib Mədinəyə daxil olmaq;
    6. Cəbrail qapısından daxil olmaq;
    7. Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidini gördükdə təvazö etmək və onu böyük tutmaq;
    8. Ziyarət vaxtı ayaq üstə durmaq və ya diz üstə oturmaq;
    9. Ziyarətnamə oxumaq;
    10. Əllərini, bədənini şərif qəbrə sürtmək və qəbri öpmək kimi işlər müstəhəbdir.
    Bütün bunlar dörd məzhəb alimləri arasında inkaredilməz hökmlərdir.
    Category: Tarixi və dini bəhslər (şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 898 | Downloads: 0 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024