İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Tarixi və dini bəhslər (şübhələrə cavab)

    Tarixi və dini bəhslər (şübhələrə cavab)
    2011-09-10, 1:58 PM
    ŞİƏLƏRƏ VURULAN DAHA BİR BÖHTAN!
    Axır vaxtlarda bir çox qərəzli şəxslər (o cümlədən vəhhabilər) tərəfindən şiə məzhəbi barəsində düzgün olmayan söz yayılmışdır. O da budur ki, onların nəzərincə şiələr əldə olan bu günkü Qurana əsl Quran kimi baxmırlar. Belə iddia edirlər ki, şiələrin fikrincə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimeyi Zəhranın (səlamullahi əleyha) bir "Müshəf”i (kitabı) var və əsl Quran odur. Onlar bu Quranı "Müshəfi Fatimə” adlandırırlar!!!
    İndi də əsl məsələ ilə yaxından tanış olaq. Əvvəlcə qeyd etdiyimiz kimi insanın inhiraf yola düşməsinin əsl səbəblərindən biri də onun həqiqətdən xəbərdar olmamasıdır. "Müshəf” kəlməsi ərəb dilində hansı mənadadır?
    "Müshəf” ərəb dilində kitab, vərəqə və ya kitabın üzünün birinci vərəqinə deyilir("Lisanul-ərəb”, "Müfrədati Quran”, Möcəmul-vəsit”.). Beləliklə, "Müshəfi Fatimə” Quran mənasında yox, Fatimənin kitabı mənasındadır.
    Amma əsl məsələ budur ki, şiə məzhəbində Fatimənin kitabı adlı kitab var, lakin bu kitab heç də Qurani-Məcid deyildir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) vəfat etdikdən sonra Həzrəti Fatimə (səlamullahi əleyha) çox qəm-qüssə çəkir. Hətta gecə-gündüz atasını yad edib ağlayır. O, atasını hədsiz dərəcədə sevirdi. Həzrəti Fatimənin Allah yanında uca məqamı olduğuna görə Allah taala bu qəm-qüssəni ondan uzaqlaşdırmaqdan ötrü ona məlaikə göndərir. Bu məlaikə Fatiməyi Zəhra (səlamullahi əleyha) ilə söhbət edir və ona təsəlli verir. Bununla da onun qəm-qüssəsi azalır. Bu mətləb barəsində şiələrin "Üsuli Kafi” kitabında 10-a yaxın hədis vardır. Belə olan halda Fatimə (səlamullahi əleyha) məsələni Əli əleyhissəlama xəbər verir. İmam ona tapşırır ki, hər vaxt məlaikə gəlsə, ona da xəbər versin və onun dediklərini yazsın. Əli (əleyhissəlam) bu minvalla məlaikənin qeybi xəbərlərini bir kitab şəklində cəm edir. Tarixdə Həzrəti Fatiməyə (səlamullahi əleyha) məlaikə ilə həmsöhbət olduğuna görə "Mühəddisə” ləqəbi verilib.
    Maraqlı burasıdır ki, görəsən, bu kitabın mətni nədən ibarətdir?
    Bu kitabın mətni hədislərə əsasən, aşağıdakı mövzulardan ibarətdir:
    1. Keçmiş hökumətlər barəsində xəbərlər;
    2. Göylər və mələklər barəsində xəbərlər;
    3. Peyğəmbərlər və onların tərəfdarları haqqında;
    4. ölkələr və onların əhalisi;
    5. Zülmkarlar və onların aqibəti;
    6. Məsum İmamlar və onların vəziyyəti haqqında;
    7. Behişt və Cəhənnəm əhli barəsində;
    8. Quran, Tövrat və İncil haqqında;
    9. Yer kürəsi barəsində.
    Yenə də qeyd edirik ki, şiələrin əqidəsinə görə bu kitab heç də Qurani-Kərim deyildir. Bizim bir Quranımız var, o da yalnız İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) nazil olub. Vəhhabilər əsl həqiqətdən xəbərləri olmadan şiələrə böhtan atırlar.
    Sual: Bəs o kitab indi haradadır?
    Cavab:
    "Müshəfi Fatimə” hədislərə əsasən, İmam Əli əleyhissəlamdan sonra İmam Həsən əleyhissəlama, daha sonra İmam Hüseyn əleyhissəlama nəhayət, məsum İmamlardan keçməklə on ikinci İmamımız İmam Zaman əleyhissəlamın yanındadır və o Həzrətin zühurundan sonra üzə çıxacaqdır.
    Həmçinin, şiələr bu əqidədədirlər ki, hazırkı Qurani-Məcid içində heç bir dəyişiklik olmadan İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) bizə çatan Qurandır. Şiə alimləri Qurani-Məcid barəsində iki mindən artıq təfsir yazmışlar. Bu təfsirçilər barəsində məlumat almaq üçün doktor Əqiqi Bəxşayeşinin 5 cildlik yazdığı "Təbəqati müfəssirani şiə” kitabına müraciət edə bilərsiniz.
    ƏHLİ-BEYT ƏLEYHİSSƏLAMA ƏZADARLIQ
    Son vaxtlarda şiələrə qarşı geniş təbliğat sistemi işə düşmüşdür. Müsəlmanların əqidələrində şübhələr icad etmək və onları öz dinlərində zəiflətmək istəyirlər. Əlbəttə, bu işin arxasında böyük qüvvələr vardır. Bizim məqsədimiz bu məsələdən kənarda olduğuna görə yalnız şübhəni araşdırıb aradan aparmaq niyyətindəyik. Əvvəlcədən qeyd etdiyimiz kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından bir əsr keçməmiş özlərini müsəlman cildinə salmış Müaviyə və Yəzid kimi şəxslərin hiyləsi ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ağuşunda böyümüş övladını yəni, İmam Hüseyn əleyhissəlamı faciəli şəkildə şəhadətə yetirir və ailə-uşaqlarını "xarici”lər adı ilə küçə-bazarlarda əli bağlı gəzdirirlər. Əlbəttə, məlun Yəzid sonradan öz səhvinə (hiylə üzündən) etiraf etsə də, artıq bəşəriyyətdə görünməmiş bir faciə baş vermişdi. Faciə haqqında danışmağın yeri deyil. Çünki İslam tarixi ilə azca da olsa tanış olanlar özləri bu faciədən xəbərdardırlar.
    O gündən sonra müsəlmanlar tutduqları işdən peşiman olub bu pak və ismətli Əhli-beyt əleyhimussəlama matəm mərasiminin ildönümünü qeyd etməyə başlayırlar. Onu da qeyd edək ki, faciədən bir az sonra bu faciənin intiqamını qatillərdən almaqdan ötrü çoxlu qiyamlar olmuşdur. Bu faciə eyni halda İmam Hüseyn əleyhissəlamın qanı bahasına qələbəsi hesab olunduğu kimi müsəlmanların, xüsusilə şiələrin bu haqq yolu davam etdirməsinə yəni əmr be məruf və nəhy əz münkər şüarının cəmiyyətdə layiqincə icra edilməsinə ən gözəl nümunə idi. İmam Hüseyn (əleyhissəlam) özündən sonra zülmə, təcavüzə və zalimlərə qarşı mübarizə aparmaq məktəbinin özəlini qoymuşdur. Əməli şəkildə isbat etmişdir ki, qan bahasına da olsa, zalimə qalib gəlmək olar və haqqı bəyan etmək mümkündür. Bu hadisə barəsində tarixdə yüzlərlə kitablar yazılmış və yazılmaqdadır.
    Son vaxtlarda bəzi qərəzli şəxslər belə bir şübhə yaradırlar ki, nəyə görə şiələr İmam Hüseyn əleyhissəlama göz yaşı tökürlər. Bu göz yaşlarının İslama faydası yoxdur!!!
    Bu şübhəni aradan aparmaq ötrü bir neçə məsələyə diqqət yetirməliyik.
    PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) DÖVRÜNDƏ ƏZADARLIĞA MÜNASİBƏT
    Əvvəla heç bir tarixi və İslam mənbələrində mərsiyə demək və ölülərə ağlamaq qadağan olunmayıb, lakin bunun əksi olub. Bundan əlavə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) dövründə müsəlmanlar öz ölülərinə həmişə ağlamış və mərsiyələr qoşmuşlar. Amma heç vaxt eşidilməyib ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu işin qarşısını alsın. Hər kəs öz əzizləriin əzalarında azad şəkildə ağlamışdır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü dünyadan köçdükdə Həzrətin ən yaxın əshabları ona mərsiyə deyib ağlayırdılar. O cümlədən, Fatimeyi Zəhra (səlamullahi əleyha) atasının vəfatından sonra çox qəm-qüssə çəkib ağlayırmış. Həzrəti Əli (əleyhissəlam) vəfat etdikdən sonra İmam Həsən (əleyhissəlam) ağlamış və xütbə oxuyaraq atasını tərifləmişdir. İmam Zeynəlabidin (əleyhissəlam) də atasının qəbri üstündə çox vaxtlar oxşama deyib ağlayırmış.
    İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) ÖZÜ AĞLAYIR
    Tarix səhifələrində dəfələrlə nişan verilib ki, bəşəriyyəti səadətə dəvət edən Allahın elçisi Mühəmməd (səlləllahu əleyhi və alih) dəfələrlə əza məclislərində və xüsusi hallarda ağlamış, həmçinin, ağlamağa icazə vermişdir. İndi də qısa şəkildə tarixə nəzər salaq.
    1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın şəhadətindən xəbər vermiş, ona ağlamış və bu faciəyə görə çox narahat olmuşdur.
    2. Əhməd Hənbəli öz "Müsnəd”ində (1-ci cilddə, səhifə 58-də) Əli əleyhissəlamın dilindən Peyğəmbərin (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın faciəli şəhadətinin Cəbrail vasitəsilə xəbərindən sonra o Həzrətin şiddətlə ağlamasını nəql edir.
    3. Hədisdə gələn xəbərlərə görə Həzrəti Adəm, Nuh, İbrahim, İsmayıl, Musa, İsa, Zəkəriyya, Yəhya, Xızr və Süleyman (əleyhimussəlam) İmam Hüseyn əleyhissəlamın müsibətinə qabaqcadan ağlamışlar. ("Biharül-ənvar”)
    4. Peyğəmbər (səlləllahu əleyhi və alih) zövcəsi Xədicə və əmisi Əbu Talibin dünyadan köçən ilini "qəm ili” adlandırmış və onların əzasına ağlamışdır. Ənəs ibni Malik nəql edir ki, döyüşlərin birində Quran qariləri şəhadətə yetirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu hadisədə ağlamış və bir aya yaxın qəmli şəkildə gəzmişdir("Səhihi Buxari”, babe müsibət.).
    Günlərin birində Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqabilinə cənazə qoyurlar. Onun qohumları ağlamağa başlayır. ömər şallaq götürüb onları vurmaq istəyir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Ömər nə edirsən?! Qoy ağlasınlar. Onlar müsibət görüblər, gözləri yaşlıdır”.
    5. Qurani-Məciddə Həzrəti Yəqubun ağlamaqdan gözlərinin tutulmasına işarə olunur("Yusif” surəsi, 84-cü ayə.).
    İMAM HÜSEYN ƏLEYHİSSƏLAMA ƏZADARLIĞIN FƏLSƏFƏSİ
    1. Əhli-beyt əleyhimussəlama o cümlədən İmam Hüseyn əleyhissəlama təşkil olunan məclislər İslam konfransı kimi bir şeydir. Bu məclislərdə yalnız İslam prinsiplərindən, Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti (əleyhimussəlam) barəsində söhbətlər olunur və İslamın qanunları bəyan olunur.
    2. Əhli-beyt əleyhimussəlama ağlaşma məclislərinin keçirilməsi İslam dininə dəvət etməyin ən yaxşı yoludur və qəflətdə olan müsəlmanları oyatmaqdın ötrü ən güclü vasitədir. Bu məclislər qəlblərə dərin təsir qoyur və insanı haqqa səsləyir.
    3. Belə məclislər vasitəsilə İslam maarifi yayılır və qəlblər şəfa tapır. Bu məclislərdə Əhli-beyt əleyhimussəlama Allah tərəfindən verilən xüsusi elmləri müsəlmanlara tanıtdırılır. Heç bir təbliğat vasitəsi müsəlmanları bu məclislərdə olan kimi bir yerə yığa bilməz. Uşaqdan tutmuş ağsaqqallara qədər diqqətlə belə məclislərdə iştirak edirlər. Bu da İslam dininin təbliğ olunmasına şərait yaradır.
    4. Belə məclislərdə haqq yolunda necə şəhadətə yetmək təlim olunur və zülmkarlığa qarşı mübarizəyə qüvvət verilir.
    5. Müsəlmanlar Əhli-beyt əleyhimussəlamın çəkdiyi müsibətləri gördükdə və eşitdikdə öz müşküllərini və müsibətlərini unudur, bir növ təskinlik tapırlar.
    6. Nəhayət, bu yolda sərf olunan xərclər müsəlman fəqir-füqəralarına, o cümlədən məscidlərin tikilməsinə və başqa xeyriyyə işlərinə sərf olunur. Bütün bunların hamısının qayıdışı İslam dininə xidmət, onu yaymaq və Allahın razılığını ələ gətirməkdir.
    Bəhsin sonunda onu da qeyd edək ki, İslam alimləri, o cümlədən bütün şiə mərceyi-təqlidçiləri istər keçmişdə, istərsə də hazırdakıların ittifaq nəzərləri vardır ki, Əhli-beyt əleyhimussəlama aid olan məclislərin keçirilməsinin İslam dininə çox böyük faydaları vardır. Xüsusilə, İmam Hüseyn əleyhissəlama əzadarlıq məclisini keçirmək, həm o faciənin yaddan çıxmamasına, həm də Allah yolunda şəhid olmaq məktəbinin ənənələrinin təzələnməsinə səbəb olur. Bu barədə yalnız böyük İslam inqilabının rəhbəri İmam Xomeyni Həzrətlərinin buyurduğu kəlamların bir hissəsini qeyd etmək istərdik. İmam buyurur: "Pərvərdigari aləm elə ki, görür oyunbazlar öz yollarını azıb dinin əsaslarını aradan aparırlar və başqa tərəfdən də bir neçə nəfərdən savayı mömin qalmayıb, bu vaxt İmam Hüseyn ibni Əli əleyhissəlamı seçir və onun fədakarlıqları ilə müsəlmanları oyadır.
    Onun əzadarlığının çoxlu savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, əsası zülmkarlıq və ədalətsizliyi aradan aparmaq üzərində olan Kərbəla faciəsi yaddan çıxmamalıdır(Əzadaran əz didqahe mərceiyyəte şiə”, səh. 14.)”.

    TORPAĞA SƏCDƏ ALLAH DƏRGAHINDA TƏVAZÖ HALININ ƏN NƏHAYƏTİDİR
    Bəziləri, o cümlədən vəhhabilər şiələrə torpağa səcdə etmələrinə görə irad tutur və bunun şirk olduğunu iddia edirlər.
    Cavab: Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, vəhhabilərin təbliğatlarının mənfi cəhətlərindən biri də budur ki, məsələ üzərində dərindən düşünmədən əsassız olaraq müsəlmanları kafir və ya müşrik kimi qələmə verirlər. Bu da müqəddəs İslam qayda-qanunları ilə heç də uyğun deyildir. İndi də əsl məsələyə qayıdaq. Əvvəlcə Allaha səcdənin tərifini düzgün vermək lazımdır sonra isə şübhəyə cavab verilməlidir.
    İslam dinində "Allaha səcdə” - yəni, insanın aşkar şəkildə özünü Allah dərgahında təvazö halına gətirməsi və bədəninin ən şərəfli qismətini yəni, alnını Allah qarşısında yerə qoymasıdır. Bu da insanın Allah dərgahında bəndəliyinin ən son dərəcəsi sayılır. Ona görə də Qurani-Məcid təkcə insanın yox, hətta bütün mövcudatın Allaha səcdə etdiyini bildirir.
    Göylərdə və yerdə nə varsa hamısı Allaha səcdə edir(Rəd” surəsi, 15-ci ayə.).
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) adəti və rəftarı bütün müsəlmanlar üçün hüccətdir. Qurani-Kərim buyurur:
    Həqiqətən, Allahın rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir("Əhzab” surəsi, 21-ci ayə.).
    Əhli-beyt (əleyhimussəlam) məktəbinin tərəfdar-ları İslam Peyğəmbəriinin (səlləllahu əleyhi və alih) adətinə və rəftarına əsasən, yalnız torpağa və torpaqda bitənlərə (yeyilən və geyilən şeylərə yox) səcdə etməyi rəva bilirlər. Torpağa səcdə etmək Allah dərgahında insanın bəndəliyinin ən aşkar nümunəsidir. Bəziləri nədənsə torpağa səcdəni Allaha şirk bilirlər. Onların cavabında deyilməlidir ki, "Allahdan ötrü səcdə etmək” ifadəsi ilə "torpağa səcdə etmək” ifadəsi arasında aşkarcasına fərq vardır. Belə nəzərə gəlir ki, torpağa səcdəni şirk hesab edənlər bu iki mənanın fərqinə baxmırlar.
    Beləliklə, şiələr alınlarını torpağa qoymaqla yalnız Allahdan ötrü səcdə edirlər. Onlar torpağı böyük tutmaqdan ötrü səcdə etmirlər, çünki səcdə yalnız Allahdan ötrü olmalıdır.
    O da məlumdur ki, bütün müsəlmanlar namaz vaxtı hər hansı bir şeyə səcdə edirlər. Yəni alınlarını nəyinsə üstünə qoyurlar. Lakin əsas məqsəd şiələrin niyyətində olduğu kimi yalnız Allahdan ötrü səcdə etməkdir. Kəbədə və Mədinədə bütün zəvvarlar alınlarını Məscidülhəramın daşlarının üstünə qoyurlar. Lakin onların hədəfi yalnız Allahdan ötrü səcdə etməkdir və bu işdə heç bir şirk yoxdur. Bəs belə nəticə alırıq ki, torpağa, bitkiyə və başqa şeylərə səcdə etmək heç də həmin şeyə ibadət etmək sayılmır. İndi də qısa olaraq torpağa və yerdən bitib insanların yeməyi və geyimi olmayan şeylərə səcdə etməyin dəlillərinə nəzər salaq(Qurani-Məciddə aydın və dəqiq şəkildə hansı şeyə səcdə etmək, yəni səcdə vaxtı alnı nəyin üstünə qoymaq dəqiq bəyan olunmayıb. Ona görə də bu məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) və Əhli-beyt əleyhimussəlamın göstərişi əsasında olmalıdır.).
    1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) öz adəti ilə və namaz qılması ilə nişan vermişdir ki, torpağa səcdə etmək lazımdır. Əhli-sünnət kitablarında Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir hədis nəql olunur:
    Torpaq mənim üçün səcdə yeri və pakizə qərar verilmişdir("Kənzül-ümmal”, c. 7, səh. 465; "Əl-Müsənnif”, c. 1, səh. 392 və "İrşadus-Sari”, c. 1, səh. 405.).
    2. Peyğəmbər (səlləllahu əleyhi və alih) torpağa səcdə etməyi (sünni mənbələrində) əmr buyurmuşdur. Ümmü Sələmə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql edir: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyururdu:
    "Allahdan ötrü alnını torpağa qoy("Səhihi Buxari”, c. 1, səh. 91; "Sünəni Beyhəqi”, c. 1, səh. 212; "Səhihi Müslim”, c. 1, səh. 371; "Sünəni Nəsai”, c. 1, səh. 210 və "Sünəni Tirmizi”, c. 2, səh. 131.)”.
    3. Yenə də əhli təsənnün mənbələrində oxuyuruq: Əhməd ibni Şüeyb Nəsai Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi olan Əbu Səid Xidridən belə nəql edir: "İki gözlərimlə torpağın izini (əsərini) Peyğəmbərin (səlləllahu əleyhi və alih) alnında və burnunda (namazdan sonra) müşahidə etdim("Sünəni Nəsai”, c. 2, səh. 208; "Səhihi Buxari”, "Sünəni Beyhəqi” və "Sünəni Əbi Davud”.)”.
    4. Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri alınlarını səcdə zamanı torpağa (türbət) qoyurdular("Əs-Sünənül-Kübra”, c. 2, səh. 105; "Müstədrəki Hakim”, c. 1, səh. 270; "Sünəni Beyhəqi”, c. 2, səh. 103.).
    Bütün bu dediklərimiz əhli sünnət mənbələrində aşkar şəkildə qeyd olunmuşdur. Bizim əsas dəlilimiz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və məsum İmamların (əleyhimussəlam) torpağa səcdə etmələridir. Onu da qeyd edək ki, İmam Hüseyn əleyhissəlamın türbətinə səcdə etməyin daha çox savabı vardır. Bu da ona görədir ki, Allahın sevimli bəndəsi və Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz övladıdır. Onlara hörmət göstərmək əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi Allahın nişanələrinə hörmət əlamətidir.
    Bəhsimizin sonunda Allahdan diləyirik ki, bizi Qurani-Məcidin göstəriş verdiyi yolda müvəffəq olmağa tofiq versin ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və Əhli-beyt əleyhimussəlamın yolunu davam etdirə bilək. İlahi, Quranda buyurduğun kimi Əhli-beyt əleyhimussəlamın məhəbbətini bizlərin qəlbində daha da çoxalt!
    Ey Peyğəmbər! De ki: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm("Şura” surəsi, 23-cü ayə.).
    Əlhəmdülillahi rəbbil-aləmin!
    Category: Tarixi və dini bəhslər (şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 691 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024