 SEYYİDÜŞ-ŞÜHƏDA
HƏMZƏ İLƏ VİDA
Həzrət
Peyğəmbərin (s) Həmzənin qanlı cəsədi ilə görüş səhnəsi olduqca üzücü idi.
Peyğəmbər (s) əbasını cənazənin üstünə çəkdi. Amma əba Həmzənin qamətinə
gödəklik etdi və onun ayaqları göründü. Həzrət (s) açıq qalmış hissəsini
səhranın otları ilə örtdü.(«Biharul-ənvar», 20-ci cild, səh. 63. )
Həmin
vaxt uzaqdan Həmzənin bacısı Səfiyyə göründü. Peyğəmbər (s) Səfiyyənin oğlu
Zübeyrə buyurdu: «Tələs və qoyma anan Həmzəni bu vəziyyətdə görsün». Zübeyr
anasını yarıyolda saxlamağa çalışdı və ona dedi ki, Peyğəmbər (s) sənin meydana
gəlməyini istəmir. Səfiyyə dedi: «Oğul, eşitdim ki, qardaşım Həmzəni öldürmüş,
onun burun-qulağını kəsmiş, sinəsini yarmışlar. Düşünürəm ki, Allah yolunda belə
bir müsibətə dözmək çətin olmaz. Ümid edirəm ki, Allah mənə səbr verə». Nəhayət,
Peyğəmbər (s) Səfiyyəyə icazə verdi ki, qardaşının cənazəsinə yaxınlaşsın.
Səfiyyə cənazəni görüb, gözlərindən qanlı yaşlar axıtdı. Həzrət (s) də
dərdli-dərdli ağladı. Sonra Həmzə üçün bağışlanmaq diləyi buyurdu: «Ey Həmzə!
Heç vaxt bundan ağır müsibətim olmayacaq. Kimsənin müsibət ağrısı sənin
müsibətin kimi deyil».(«Əyanuş-şiə», 6-cı cild, səh. 246) Sonra həzrət (s) üzünü Səfiyyəyə
tutub buyurdu: «Şad ol! Cəbrayıl mənə xəbər verdi ki, Həmzənin yeddi göydə
«Əsədullah və Əsədul-rəsulihi» deyə çağırdılar».(Məğazi 1-ci cild, səh. 290. )
Seyyidüş-şühəda
Həmzənin cənazəsi ilə son vidalaşma oldu. Qərara gəldilər ki, şəhidləri döyüş
yerində, Ühüd dağının ətəyində torpağa tapşırsınlar. Həzrət Peyğəmbər (s)
İslamın rəşadətli sərkərdəsinin zəhmət və fədakarlıqlarına təşəkkür olaraq,
əvvəlcə onun cənazəsi üçün namaz qıldı. Digər şəhidlərə namaz qılması üçün
onların cənazəsini bir-bir Həmzənin cənazəsi yanına gətirdilər.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.)Beləcə, Həmzənin cənazəsi üçün şəhidlərin sayı qədər namaz qılınmış oldu. Bu,
İslam döyüşçüsü üçün böyük bir iftixar idi.
Növbə
şəhidlərin dəfninə çatdı. Peyğəmbər (s) Həmzənin para-para olmuş sinəsini həmin
qanlı libaslarda torpağa tapşırdı. Dəfndən qabaq cənazəni öz ridası ilə bükdü.(«Biharul-ənvar», 22-ci cild, səh. 281.) Peyğəmbərin (s) tövsiyəsi ilə aralarında dostluq olan şəhidləri bir qəbirdə dəfn
etdilər. Həzrət Həmzə öz bacısı oğlu Abdullah ibn Cəhş ilə bir qəbirdə torpağa
tapşırıldı.(Məğazi 1-ci cild, səh. 291. ) MƏDİNƏ YAS
İÇİNDƏ
Ühüd
döyüşü başa çatdıqdan, iman yolunda yetmiş şəhid qurban verdikdən sonra
Peyğəmbər (s) və mücahid müsəlmanlar Mədinəyə qayıtdılar. Mədinə yas içində idi.
Peyğəmbər (s) Mədinənin küçələrindən keçərkən evlərdən ağlaşma səsi gəlirdi.
Kimi oğlunun, kimi ərinin, kimi də ata-qardaşının şəhid olduğu üçün ağlayırdı. O
vaxtlar əldən getmiş əziz insana görə növhə deyib ağlamaq adət idi. Ağlaşma səsi
həzrətin (s) qəlbini yandırıb-yaxırdı. Ühüd şəhidlərinin dağı çox ağır oldu.
Amma həzrəti (s) başqa bir məsələ də qəmləndirirdi. Belə ki, Həmzə üçün
ağlayacaq bir kəs yox idi. Həmzənin bu qəribliyi Peyğəmbəri daha da kövrəldirdi.
Ona ağlayan olmadığından Peyğəmbər üzülürdü.(Üsdül-ğabə», 2-ci cild, səh. 48. )Peyğəmbərin (s) üzüntüsü ənsarı da
qəmləndirdi. Onlar öz ailələrini Həmzənin evinə göndərdilər ki, bu əzəmətli
insan üçün əzadarlıq keçirilsin.(«Tarixe-Təbəri», 2-ci cild, səh. 210.) Bu iş ərəblər arasında bir qaydaya
çevrildi. Kimə müsibət üz verdisə, əvvəlcə Həmzəyə sonra öz itkisinə
ağlayırdı.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.) ŞƏHİDİN MƏZARI
ÜSTƏ
Ühüd
döyüşündə Həmzə və digər mücahidlərin şəhadətindən sonra cənazələr Ühüd dağının
ətəyində, qanlı libaslarında dəfn olundular. Bəziləri öz adamlarının
cənazələrini Mədinəyə aparmaq istəsələr də, həzrət (s) buna icazə verməyib
buyurdu: «Harada şəhid olublarsa, orada da dəfn edin».(«Üsdul-ğabə», 2-ci cild, səh. 49.)
Ühüd
şəhidlərinin dəfn olunduğu yer möminlərin ziyarətgahı və ilham mənbəyi oldu.
Həzrətin (s) göstərişi ilə xalq öz şəhidlərinin, xüsusi ilə Həmzənin ziyarətinə
gedirdi. Həzrət (s) özü də Ühüd şəhidlərini ziyarət edir, onlara belə salam
verirdi: «Salam olsun sizə, göstərdiyiniz səbr və müqavimətə görə! Axirət evi
necə də yaxşı yerdir!»
İslamın
əzəmətli xanımı Fatimeyi-Zəhra (s) da iki-üç gündən bir Həmzənin qəbrini ziyarət
edərdi.(Məğazi 1-ci cild, səh. 313.) Xanım Zəhra (s) onun qəbrini təmir edər, səliqəyə salardı.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246. ) O,
Həmzənin məzarı üstə ağlayardı.(«Səfinətul-bihar», 1-ci cild, səh. 337. )
Şəhidlərin
qanı ilə peyman bağlamaq istəyənlər üçün Həmzənin məzarı bir ocaq, and yeri idi.
Onlar bu məzarı ziyarət etməklə şəhadət yoluna bağlılıqlarını izhar edərdilər.
Belə bir yanaşma Peyğəmbər (s) tərəfindən də tövsiyyə olunmuşdu. Həzrət (s)
buyurmuşdu: «Məni ziyarət edib əmim Həmzəni ziyarət etməyən şəxs mənə cəfa
qılmışdır».
Mədinə
kənarında Həmzə və sair şəhidlərin ziyarəti Allah yolunda xalisanə
fədakarlıqların, böyük qəhrəmanlıq dastanlarının xatırlanmasıdır. Bu məzarların
ziyarət olunması ilə həqiqətə eşq, Allah yolunda cihad həvəsi ziyarətçilərin
qəlbində yer tapır. Şəhid türbətində, onun qanlı qoxusunda belə bir misilsiz
təsir vardır.
Həzrət
Zəhra (s) Həmzənin qəbrinin türbətindən təsbeh düzəltmişdi. O, bu təsbehlə zikr
oxuyardı. Xalq da xanımın bu işinə maraq göstərərdi. Amma Hüseyn ibn Əli (ə)
şəhadətə yetişdikdən sonra onun türbətinin daha fəzilətli olmasını əsas
götürərək, məhz bu türbətdən təsbehlər hazırlanmağa başlandı.(«Biharul-ənvar», 98-ci cild, səh. 133. ) Həzrət Fatimənin (s) bu işi ibrətamiz idi. Xanım hələ türbətdən təsbeh
düzəltməzdən qabaq yun sapa çoxsaylı düyünlər vuraraq, düyünləri saya-saya
Allahı zikr edərdi. Həmzə Ühüd döyüşündə şəhid olduqdan sonra isə Fatimə (s)
onun türbətindən təsbeh düzəltmək qərarına gəldi.(Həmin mənbə, 82-ci cild, səh. 333. )
Bəli,
şəhadət torpağa da müqəddəslik verir, iman və şücaət türbətdən güc alır.
Torpaq
şəhadətdən aldı ətrini,
Qara
daş dodaqda tapdı yerini.
|
İmam
Rahil (r) buyurur: «Şəhidlərin həmin pak türbətidir ki, qiyamətədək aşiqlərin və
ariflərin ziyarətgahı, azadələrin şəfa ocağı olacaq».(Səhifeye-nur», 20-ci cild, səh. 239.)
Əgər
Ühüd şəhidlərinin ziyarəti nəsibimiz olsa, Seyyidüş-şühəda Həmzə və digər
şəhidlərin məzarı başında dayanaq, onlara salam verək; necə ki, həzrət Peyğəmbər
(s), həzrət Zəhra (s) və onların pak ailəsi bu müqəddəs türbətə hörmət
göstərmişlər.
Bizə
öyrətmişlər ki, Həmzə və digər Ühüd şəhidlərinin ziyarəti zamanı belə deyək:(«Məfatihul-cinan» )
«Salam
olsun sənə, ey Peyğəmbərin (s) əmisi! Ey şəhidlərin üstünü!
Salam
olsun sənə, ey Allahın şiri, Allah rəsulunun şiri!
Şəhadət
verirəm ki, Allah yolunda cihad etdin və öz canından keçdin. Səni ziyarət
etməklə Allaha və Onun rəsuluna yaxınlaşıram. Sənin şəfaətinə qəlb bağlamışam.
Öz xilasımı, qurtuluşumu axtarıram.
Uzaq
yoldan gəlmişəm. Bu ümidlə ki, cəhənnəm odundan qurtulum, günahlarım bağışlanmış
olsun.
Ey
Peyğəmbərin (s) vəfalı dostu! Mən dərdimi dərk etmək üçün sizdən üstün mərhəmət
və səxavətə malik ailə tapa bilmədim.
Ey
zəiflərin yardımçısı! Fəqir və ehtiyaclı olduğum gündə mənim şəfaətçim ol. Sənin
ziyarətinə qəmgin, üzüntülü bir qəlblə gəlmişəm. Məzarının kənarında göz yaşları
axıdıram. Sən həmin şəxslərdənsən ki, Allah-təala onlarla bağlılığı təşviq
etmiş, onlarla dostluğa yönəltmişdir.
Siz
elə bir ailəsiniz ki, sizi sevənlər bədbəxt olmaz. Sizin dərgahınıza üz tutanlar
məhrum qalmaz. Könlündə sizin eşqinizə yer verənlər ziyan görməz.
Düşmənlərinizsə heç vaxt xoşbəxt olmayacaq».
Sonra
iki rəkət namaz qılıb Allahdan ehtiyaclarımızı istəyək və digər Ühüd şəhidlərinə
xitabən deyək:
«Salam
olsun Allahın rəsulu Məhəmməd ibn Abdullaha, salam olsun onun pak ailəsinə,
salam olsun sizə, ey mömin şəhidlər, ey iman və tövhid ailəsi, ey Allah dininin
və Allah rəsulunun dostları! Calam olsun sizə, Allah yolunda göstərdiyiniz
yardımlara görə! Necə gözəl aqibətə çatdınız!
Şəhadət
verirəm ki, Allah sizi öz dini və peyğəmbəri üçün seçdi. Allah yolunda ən gözəl
şəkildə cihad etdiniz, Allahın dinini, Peyğəmbərin (s) canını qorudunuz və onun
yolunda aşiqcəsinə can verdiniz.
Şəhadət
verirəm ki, siz həzrət Peyğəmbərin (s) yolu və ayinləri üstündə öldürüldünüz.
Allah öz Peyğəmbəri, İslam və müsəlmanlar tərəfindən sizə ən üstün mükafat
versin. Siz Allahın razılıq və kəramətinə nail olduğunuz, peyğəmbərlər,
siddiqlər, şəhidlər və salehlərlə yoldaş olduğunuz üçün Allah behiştdə sizin
çöhrənizi bizə tanıtdırsın!
Şəhadət
verirəm ki, siz Allahın firqəsindənsiniz. Sizinlə döyüşənlər Allahla
döyüşmüşlər. Siz Allah dərgahına yaxın olanlardan, doğru yolu tapıb, əbədi diri
qalanlardansınız. Allah yanında ruziyə çatmısınız.
Sizi
öldürənlərə Allahın, mələklərin, bütün insanların lənəti olsun. Ey tövhid əhli!
Mən sizin yanınıza bir ziyarətçi kimi gəlmişəm, sizin haqqınızla tanışam, sizi
ziyarət etməklə Allaha yaxınlıq axtarıram.
Allahın
salamı, rəhməti və bərəkəti olsun sizə! Sizi öldürənlər isə Allahın lənətinə və
qəzəbinə gəlsinlər!
Pərvərdigara!
Məni bu şəhidlərin ziyarətindən faydalandır. Onların yolunda mənim də
qədəmlərimi möhkəmləndir. Məni o əqidə ilə dünyadan apar ki, bu şəhidləri həmin
əqidə ilə aparmısan. Məni behiştinin uca mənzillərindən olanlarla yoldaş
et.
Şəhadət
verirəm ki, siz bizdən qabağa düşmüsünüz, yeyin olmusunuz və biz də sizə
qatılasıyıq».
Bəli,
Allahın dini və İslam Peyğəmbərinin (s) müdafiəsi yolunda həyatlarının son anına
və son damla qanlarına qədər xalislik və fədakarlıqla döyüşən insanlarla
peymanımız belədir. Onlar bizim üçün idealdır - iman, əməl, əqidə və cihad
idealı!
Onların
məzarları eşq məhəlli, adları ilham mənbəyi, xatirələri hərəkətvericidir.
Ziyarətləri fədakarlıq, haqşünaslıq, şəhid qanı önündə vəzifənin icrası
əlamətidir!
Bütün
yer üzü Ühüd meydanıdır! Haqq və batil qoşunlarının savaş səhnəsi!
Kim
bu yolda canından keçsə, Seyyidüş-şühəda Həmzənin aydın xəttini izləyir. Bu yol
isə Allah yoludur! |