İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Salman Farsinin həyatı

    Salman Farsinin həyatı
    2012-05-06, 2:33 AM
    SƏLMAN KİMDİR?
    Bu yazıda Səlman Farsinin işıqlı çöhrəsi və müstəsna şəxsiyyəti ilə tanış olacağıq. Xülasə şəkildə deyə bilərik ki, Səlman Farsi həqiqət sorağında, yəqinlik məqamı arzusunda olan bir iranlı idi. Bu insan öz haqtələb həyatının müxtəlif eniş-yoxuşlarından və macəra dolu səfərlərindən sonra, nəhayət, həqiqətə nail olur, Allahı tanıya bilir. Doğru yol və ilahi məktəb uğrunda səylərin bəhrəsi İslam və müsəlmanlıq olur.
    Həqiqət yolunda yorulmayan kəs
    Kama çatıb, qəmdən olar mürəxxəs.
    Həqiqətə qovuşmaq naminə hətta acı qul taleyini yaşamış Səlman nəhayətdə məqsədinə çataraq, İslamda qədərincə uca bir məqam qazanır. O, həzrət Peyğəmbərdən (s) "Səlman biz Əhli-beytdəndir” kimi misilsiz bir təltif alır.
    Səlman Farsi İslam hərəkatının çiçəkləndiyi bir dövrdə böyük xidmətlər göstərərək Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və həzrətin (ə) vəfatından sonra da bu yolda mətinliklə dayana bildi.
    Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi.
    Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
    Fəzilət və kamal çeşməsi olan Səlman hicri 35-ci ildə uzun bir ömür yaşadıqdan sonra Allahın bəyəndiyi bir aqibətlə dünyaya vida dedi. (Bəzi mənbələr Səlmanın 250, bəzi mənbələr isə 350 il yaşadığını bildirirlər.)
    Yuxarıda dediklərimiz böyük səhabə və İslam aləminin görkəmli siması Səlman Farsi haqqında xülasə bir söhbət idi.
    Əlinizdəki kitabçada Səlmanın, bu həqiqi müsəlmanın ilhamverici siması ilə tanış olacaq, bu nümunədən faydalanmaq, onun davamçısı olmaq imkanı əldə edəcəksiniz.
    SƏLMANIN ÖZÜ HAQQINDA DEDİKLƏRİ
    Səlmanı bilavasitə öz sözləri ilə tanıyaq. Geniş bir hədisdə Səlman öz həyatını, ömür tarixçəsini belə bəyan edir:
    İsfəhanın Cəy kəndində bir kəndli ailəsində anadan oldum. Atam öz səhəsini əkib-becərər, dolanışığımızı alın təri ilə qazanardı. O məni çox sevirdi.("Biharül-ənvar”da Səlmanın Şirazdan olması bildirilir.)
    Atəşpərəstlik (məcus) dinində xeyli zəhmət çəkdim. Daim atəş yandırar, onu qoruyub, sönməyə qoymazdım.
    Atamın bir bağı vardı. Bir gün məni həmin bağa göndərdi. Yolda bir məsihi kilsəsi gördüm. Onların ibadət və dua səsləri məni cəzb etdi. Daha artıq məlumat toplamaq üçün binaya daxil oldum. Onların dua mərasimini müşahidə edib öz-özümə dedim ki, bu din bizim dinimizdən yaxşıdır. Hava qaralanadək orada qaldım və atamın bağına getmədim. Nəhayət, ardımca adam gəldi. Qəlbimdə xoş hisslər yaratmış dinin mərkəzinin harada olduğunu soruşdum. Dedilər ki, Şamdadır. Atamın yanına qayıtdıqdan sonra öz müşahidələrim, qəlbimdə yaranan hisslər haqqında ona danışdım. Atamla söhbətimiz mübahisəyə çevrildi. Nəhayət, ayaqlarımı zəncirləyib, həbs etdilər.
    Məsihilərə xəbər göndərdim ki, mən onların dinini qəbul etmişəm. Onlardan xahiş etdim ki, Şamdan karvan gələndə mənə xəbər versinlər. Həmin karvanla Şama getmək qərarına gəlmişdim. Qərarımı həyata keçirdim. Atamın həbsindən qaçıb, Şama üz tutdum. Kilsələrin rəisi və böyük alim, "Usquf” adlanan şəxsin yanına getdim. Başıma gələnləri ona danışdım. Usqufun yanında qalıb, ibadət və təhsilə məşğul oldum.
    Bir qədər dünyagir Usquf dünyasını dəyişdikdən sonra axirətə rəğbətli bir xadim onun canişini oldu. Mən bu şəxsə daha çox bağlandım. Amma xoş münasibətlərimiz uzun sürmədi. Çünki o da tezliklə vəfat etdi. Ölümündən qabaq soruşdum ki, ondan sonra kimə müraciət edim, kimdən tövsiyyə alım? O məsləhət gördü ki, Mosulda yaşayan bir məsihiyə müraciət edim. Deyilən şəxsi tapsam da, o da bir müddət sonra dünyasını dəyişdi. Dini işlərimdə yardım almaq üçün növbəti abid sorağı ilə Nəsibinə, sonra isə Rum şəhəri Umuriyyəyə yola düşdüm. Oradakı abidlərdən istifadə etməklə yanaşı, maddi ehtiyaclarımı ödəmək üçün bir neçə inək və qoyun aldım.
    Sonuncu abiddən soruşdum ki, özündən sonra kimə üz tutmağımı məsləhət görürsən. Dedi: "Elə bir şəxs tanımıram, amma indi İbrahim dinindən olan növbəti Peyğəmbərin zühuru gözlənilir. Həmin peyğəmbər iki daş-kəsəklik arasında xurma bağları olan ibr məntəqəyə hicrət edəsidir. Əgər imkan tapsan, özünü ona çatdır. O Peyğəmbərin əlamətlərindən biri budur ki, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan.”
    Bir gün ərəb diyarından gəlmiş karvana qoşulub yola düşdüm. Amma onlar məni yolda zorla bir yəhudiyə satdılar. Orada qaldığım müddətdə elə bilirdim ki, axtardığım yer elə oradır. Əslində isə ora tamam başqa bir məntəqə idi. Bir müddət sonra başqa bir yəhudi məni əvvələki sahibimdən alıb, özü ilə Mədinə şəhərinə apardı.
    Mədinədə sahibimin xurma bağında işləyirdim. Bir müddət sonra Allah öz Peyğəmbərini seçdi. Onun besətindən, peyğəmbərliyə çatmasından bir qədər sonra Mədinəyə hicrət etdiyini eşitdim. Qobada Bəni-Əmr ibn Of tayfasının yanında qaldı. Sahibimin öz əmisi oğlu ilə söhbətlərindən anladım ki, axtardığım peyğəmbər elə odur. Gecə məxfi şəkildə evdən çıxıb, özümü Qobaya çatdırdım. Peyğəmbərin xidmətinə yetişdim. Hüzurunda bir neçə nəfər vardı. Dedim ki, siz bu yerdə qəribsiniz, mənimsə bir miqdar sədəqə azuqəm var, hansınıza verməyim daha yaxşıdır? Peyğəmbər səhabələrinə "Allahın adı ilə başlayın” buyurub, özü süfrəyə əl uzatmadı. Öz-özümə dedim ki, sədəqəyə toxunmaması onun peyğəmbərliyinin nişanəsidir.
    Səhəri gün yenə bir qədər azuqə götürüb, onun xidmətinə getdim. Hədiyyə adı ilə bu yeməyi ona təqdim etdim. Səhabələrinə buyurdu ki, Allahın adı ilə başlayın, özü də yeməyə başladı. Öz-özümə dedim ki, hədiyyəni qəbul etməsi də onun peyğəmbərlik nişanəsidir. Onda üçüncü nişanəni axtarırdım. Bir neçə gün sonra onu səhabələri ilə birlikdə Bəqi qəbristanında gördüm. Bir əbanı geyinmiş, o birini çiyninə salmışdı. Onun arxa-sında durdum ki, peyğəmbərlik möhürünü görüm. O mənim məqsədimi anlayıb, çiynindən əbanı götürdü və mən həmin peyğəmbərlik nişanını gördüm. Peyğəmbərlik möhürü eynən deyildiyi şəkildə idi. Ayaqlarına düşüb öpdüm və ağladım.
    Həzrət məndən başıma gələnləri soruşdu, mən də olub-keçənləri nəql etdim. Sonra İslamı qəbul etdim. Amma qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim.
    Peyğəmbərin məsləhəti ilə azad olmağım üçün sahibimlə müqavilə bağladım. Müsəlmanların köməyi ilə müəyyən olunmuş məbləği ödəyib azad oldum. Azad müsəlman kimi yaşayıb, Xəndək və sair döyüşlərdə iştirak etdim.("Biharül-ənvar”, c. 22, s. 355-362.)
    Haralara çəkdi gör bu yol məni
    Uçurumlar keçib, zirvəyə çatdım.
    Şahid oldu könül aman nələrə−
    Haqqın qırılmayan ipini tutdum.
    SƏLMANIN FƏZİLƏTLƏRİ
    Kamil və pak müsəlman nümunəsi olan Səlman bir çox ilahi keyfiyyətlərə sahib olmuşdur. O səy və təlaş göstərərək, müxtəlif fəzilətlər qazanmışdır. Onun diqqəti daha çox cəlb edən bəzi fəzilətlərinə nəzər salaq.
    ELM
    İslam Peyğəmbəri (s) buyurmuşdur: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.”(İbn Əbül-Hədid, "Nəhcül-bəlağə”nin şərhi”, c. 18, s. 36.)Bəli, ciddi çalışmalar nəticəsində insan haqq yolu tapa bilir. Peyğəmbərin səhabələri arasında kimsə elm və bilikdə Səlmana çatmadı. Səlman öz uzun ömrü boyu ardıcıl şəkildə elm və mərifətini artırardı. O, məsihi böyüklərinin yanında da bu məqsədlə uzun illər qalmışdı. Bir vaxt həzrət İsanın vəsilərindən sayılardı.
    Müsəlmanlıqdan sonra isə Səlman İslam Peyğəmbərinin (s) yaxınlarından oldu. Xüsusi vaxtlarda Peyğəmbərlə (s) görüşər, ondan elm öyrənərdi. Səlman Farsi rəvayətlərdə əbəs yerə Loğmana oxşadılmamışdır.
    Hər insan Səlmanın elm və agahlığının dərinliyini anlamaq gücündə deyil. İnsanlar yalnız öz tutumları həddində elmə yiyələnə bilirlər. Səlman öz elmi məqamı haqqında belə deyir: "Ey insanlar, əgər bildiklərimdən sizi xəbərdar etsəydim, "Səlman divanədir”, ya da "Onu öldürənə alqış” deyərdiniz.”("Ricale-kəşşi”, s. 20.)Səlman gələcək hadisələrdən xəbərdar olar, insanları qiyafəsindən tanıyar, qeybdən xəbər verərdi. Səlmanın uca elmi məqamı haqqında İmam Sadiq (ə) buyurmuşdur: "İslamda Səlmandan elmli, fəqih insan xəlq olunmamışdır.”("Tənqihul-məqal”, c. 2, s. 47.) Həzrət Əli (ə) və digər məsum imamlar Səlmanı keçmiş və gələcəkdən xəbərdar bir insan kimi yad edirlər. Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) yaxınları haqqında danışarkən Səlmanın adına çatdıqda buyurur: "Bəh-bəh, Səlman biz Əhli-beytdəndir. Siz Səlman kimisini haradan tapa bilərsiniz?! O, həkim Loğman kimidir, əvvəlin və sonranın elmini bilir, Səlman nəhayətsiz bir dəryadır...”(İbn Əbül-Hədid, "Nəhcül-bəlağə”nin şəhri, c. 18, s. 36.)
    Səlman "Məhəmmədi elmlər” xəzinəsi idi. Bir dəfə o, həzrət Peyğəmbərin (s) xidmətində olarkən Peyğəmbər onun haqqında xoş sözlər deyib, yanında oturdur. Cabir ibn Əbdüllah Ənsari Peyğəmbərdən (s) Səlman haqqında soruşduqda həzrət (s) buyurur: "Səlman nəhayətsiz elm dəryasıdır, Səlman əvvəlin və sonranın elmlərinə vaqifdir. Səlmanı düşmən biləni Allah düşmən bilər, onu dost biləni Allah dost bilər.”("Biharül-ənvar”, c. 22, s. 347.)Digər bir rəvayətdə Səlman dərin dəryaya, sonsuz xəzinəyə, şirin və hikmət dolu çeşməyə bənzədilir.(Həmin mənbə.)
    Səlmanın biliyi yalnız əqli maariflə məhdudlaşmır. Onun peşəkar bilikləri də çox əhatəlidir. Xəndək döyüşündə xəndəklərin qazılması təklifini Səlman verdi və bu təklif qəbul olundu. Eləcə də Taif döyüşündə düşmən qalalarının mancanaqlar vasitəsi ilə fəth edilməsi Səlmanın fikri idi. Mancanağın ixtirası çox vaxt Səlmana aid edilir. Söhbətimizin davamında bu iki nümunəyə bir daha qayıdacağıq.
    VİLAYƏT
    Vilayət dedikdə insanı həqiqi imama müti edən mərifət və sevgi nəzərdə tutulur. Vilayət Əmirəl-möminin Əli (ə) və digər məsum imamların rəhbərliyinin qəbul olunmasıdır. Vilayət mövzusunda müsəlmanlar üçün böyük siyasi, etiqadi və ictimai bir fəlsəfə mövcuddur.
    Səlman Həzrət Əli (ə) haqqında xüsusi bir əqidə və mərifətə malik olmuşdur. O, Həzrət Əlinin (ə) məqamını düzgün tanıya bilmiş və onu Peyğəmbərin varisi, canişini kimi qəbul etmişdir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Səlman bu yolda sabitqədəm olmuşdur. Peyğəmbərin vəfatından sonra məsciddə hamının gözü qarşısında Həzrət Əlinin (ə) hüquqlarını xatırladan və bu hüquqları müdafiə edənlərdən biri də Səlman olmuşdur. Səlman həmin dövrün xəlifəsi qarşısında ayağa durub etiraz edən ikinci şəxs olmuşdur: "Nə etdiyinizi bilmədiniz... Ey Əbu-Bəkr əgər sənin qarşına cavabını bilmədiyin bir məsələ çıxsa, nəyə istinad edəcəksən? Səndən cavabını bilmədiyin bir söz soruşulsa, kimə pənah aparacaqsan? Özünü Peyğəmbərə ən yaxın, Allah kitabını ən gözəl bilən və Peyğəmbər yolunda qabaqcıl olan şəxsdən üstün tutmağa əsasın nədir? Peyğəmbər (s) həyatı boyu onu üstün tutdu və ölümü zamanı da onun haqqını sizə vəsiyyət etdi. Siz Peyğəmbərin buyuruqlarını unutmuş, onun vəsiyyətlərini yaddan çıxarmış, vədinə xilaf çıxmış şəxslərsiniz...”("Tərcümeye-ehtecace-Təbərsi”, c. 1, s. 208.)
    Səlmanın bu çıxışı xeyli əhatəlidir və bu çıxışın məğzini Peyğəmbərdən sonra görməzliyə vurulan haqqın müdafiəsi təşkil edir. Müsəlmanlar arasında parçalanma da məhz həmin gündən və həmin hadisə ilə əlaqədar başladı.
    Hadisələr və çətinliklərlə qarşılaşan zaman ən əsas məsələ yolu itirməmək, fitnə-fəsad üzərində qurulmuş cazibələrə məftun olmamaqdır. Vilayətə bağlılıq eynən imamların (ə) rəhbərliyi altında hərəkət etmək və imam haqqında ilahi göstərişlərə müti olmaqdır. Görkəmli şəxsiyyəltərdən olan Səlman vilayət inancına bağlı olmuşdur.
    Səlman vilayət haqqındakı bir xütbədə demişdir:
    "Agah olun! Əgər əvvəlcədən vilayət əmrini Əlinin ixtiyarına versəniz səmadan və torpaqdan, başınız üstən və ayağınız altdan ruzi yeyəcəksiniz... Belə olmazsa, bəla gözləyin. Mən sizinlə əlaqəni qırıram. Agah olun, əgər mənim vəzifəm zülmün dəfi, işimi yerinə yetirmək, dinə yardım göstərmək olarsa, qılıncımı çiynimə qoyub, qədəm-qədəm şəmşir çalası, yara-yara irəli gedəsiyəm.
    Ey insanlar, əgər fitnələr qaranlıq gecədə zülmət parçaları tək üstünüzə gəlib, sizi məhv etmək istəyərsə, həətta iti süvariləriniz, natiqləriniz, öndə gedənləriniz də bundan amanda qalası deyil. Ona görə də ali-Məhəmmədin (Məhəmməd ailəsini) qoruyun. Onlar behişt karvanının başçılarıdırlar. Hər zaman Əlini (ə) qoruyun. And olsun Allaha, biz Peyğəmbər (s) dövründə onu vilayət sayaraq salam verərdik.
    Agah olun! Mən öz qərarımı aşkar bəyan etdim. Allaha iman gətirmiş və Peyğəmbərə (s) təslim olmuşam. Hər bir müsəlmanın mövlası olan mövlamla fəxr edirəm.("Ricale-kəşşi”, s. 20.)
    Bir gün Əmirəl-möminin (ə) süvari halda, bir dəstə müsəlmanla əyləşmiş Səlmanın yanındakılara müraciətlə deyir ki, nə üçün ayağa qalxıb onun ətəyindən tutmur, suallarınızı vermirsiniz; and olsun Allaha, sizi Peyğəmbər (s) yoluna ondan başqası hidayət edən, istiqamətləndirən deyil; o, yer üzünün rəbbani alimi və xalqın yeganə söykənəcəyidir; onu itirməklə elminizi itirəcəksiniz. Elə o gündən də aranızda fitnə-fəsad tüğyan edəcək.(Biharül-ənvar”, c. 22, s. 321.)
    İbn Abbas Səlmanı yuxuda görüb ondan soruşur ki, behiştdə Allaha və Onun rəsuluna imandan sonra nə üstün sayılır? Səlman belə cavab verir: "Allaha və Onun Peyğəmbərinə imandan sonra Əli ibn Əbi-Taliblə dostluq, onun vilayətinə tabeçilikdən üstün bir şey yoxdur.”(Həmin mənbə, s. 341.)
    Səlmanın nəzərində layiqli rəhbər və ən düzgün xətt Əli (ə) və onun imaməti olsa da, Əlinin (ə) fəzilətləri onun dilindən düşməsə də, müsəlmanların birliyini qorumaq xatirinə o da haqsız saydığı xəlifəyə beyət edir, düşmənlərin faydalanacağı ixtilafın qarşısını alır.
    ZÖHD
    Dünyaya qul olmamaq, onun əsarətindən azad qalmaq, ötəri cazibələrə uymamaq, axirətlə müqayisədə dünyanı heç saymaq "zöhd” adlandırılan ilahi xüsusiyyətlərdəndir.
    Səlman zöhd və təqvada da elə bir məqama çatmışdı ki, ideal və nümunə kimi tanınmışdı. O daim misilsiz zöhdü ilə yad edilmişdir. Hazırkı dövrdə bir möminin üstün təqvasını nəzərə çatdırmaq üçün onu "dövrünün Səlmanı” adlandırırlar.
    Cəhd eylə ki, layiqli müsəlman olasan
    Dövrünün şərri önündə eyni Səlman olasan.
    Səlmanın zöhd və təqvası onun dərin imanından qaynaqlanırdı. Böyük iman sahibləri heç vaxt dünya istəklərinə əsir olmurlar. İmam Sadiq (ə) buyurmuşdur: "İman on dərəcədir. Miqdad səkkizinci, Əbuzər doqquzuncu, Səlman isə imanın onuncu dərəcəsindədir.”(Həmin mənbə, s. 341.)
    Səlmanın təmtəraqlı evi yox idi və heç zaman da ev arzusuna düşməmişdi. Hələ tamamilə evsiz olduğu vaxt müsəlmanlardan biri onun üçün ev tikmək istəsə də, Səlman razılaşmırdı. Nəhayət, belə bir razılığa gəldilər ki, ayağa qalxanda baş tavanına, uzananda ayaq divarına dəyəcək bir sığınacaq tikilsin("Şərhe-"Nəhcül-bəlağə”, s. 336.)
    Bir gün iki müsəlman Səlmana qonaq olur. Səlman süfrəyə bir parça çörək və duz qoyur. "Peyğəmbər (s) qadağan etmiş olmasaydı, daha yaxşı süfrə açardım”, deyir. Qonaqlardan biri "bir qədər göyərti olsaydı, yaxşı olardı”, deyə Səlmana müraciət edir. Səlman küçəyə çıxır və aftafasını bir dükanda girov qoyub, göyərti alır. Süfrə yığışıldıqda qonaqlardan biri belə dua edir: "Allaha həmd oxuyuram ki, bizi verdiyi nemətlərdən qane etdi.” Səlman isə belə deyir: "Əgər qane olsaydın, mənim aftafam girov qoyulmazdı.”(Həmin mənbə, c. 3, s. 155.)
    Səlman beytülmaldan aldığı cüzi maaşının da böyük hissəsini fəqir-füqəraya paylayardı. Bir dəfə əlindəki bir dirhəmə baxıb deyir: "Xurma yarpağı alıb, ondan səbət toxuyar və üç dirhəmə sataram. Qazanacağım iki dirhəmdən bir dirhəmini ailə-uşağıma xərcləyərəm, o birini isə sədəqə verərəm.”("Həyatus-səhabə”, c. 2, s. 166.)
    İBADƏT
    Səlman zahid və müttəqi olduğu qədər də abid idi. Səlmanın ibadətini onun elm və agahlığı uca mərtəbəyə qaldırırdı. Çünki agah ibadət, dərin düşüncə ilə müşayiət olunan pərəstiş səthi və zahiri ibadətlə müqayisəyə gəlməz. Hər kəsin ibadəti onun şüur və dərrakəsi həddində qiymətlidir.
    İmam Sadiq (ə) nəql edir ki, bir gün həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur: "Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?” Səlman cavab verir ki, ya rəsuləllah, mən! Peyğəmbər (s) soruşur: "Sizlərdən hansınız bütün gecələri ardıcıl ibadətə məşğul olur?” Yenə Səlman cavab verir ki, mən!” Həzrət (s) növbəti sualını verir: "Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?” Səlman cavab verir ki, ya rəsuləllah, mən!
    Səlmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir: "Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Quranı oxuyub başa vursun?”
    Peyğəmbər (s) buyurdu: "Sakit ol, sənin Loğman kimisi ilə nə işin! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.” Səlman öz dediklərini belə izah etdi: "Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki, hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq. Demək, mənim orucum otuz gün olur. Şəbanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli (ə) haqqında buyurmuşdur ki, sən "qul huvəllah”ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar.”("Biharül-ənvar”, c. 22, s. 318)
    Category: Salman Farsinin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 730 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019