İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Salman Farsinin həyatı

    Salman Farsinin həyatı
    2012-05-06, 2:31 AM
    KƏRAMƏTLƏR
    Bəzi insanlarda müşahidə olunan qeyri-adi əlamətlər, xariqüladə istedadlar, xüsusi agahlıqlar həmin insanların Allahla möhkəm bağlılıqlarından danışır. Bu sayaq qeyri-adiliklər "kəramət” adlandırılır. Səlman dərin imanı, təqvası və ibadəti ilə yanaşı böyük kəramətlərdən də bəhrələnmişdir. Səlmanda müşahidə olunmuş kəramətlər, onun gələcəkdə baş verəsi hadisələrdən xəbərdarlığı, dualarının qəbul olması, fövqəladə əlamətləri onun ruhunun ilahiliyi nişanəsidir. Bu qəbildən kəramətlərin əta olunması onun üstün qabiliyyətlərindən söz açır. Səlmanın bu xüsusiyyəti həzrət Peyğəmbərdən (s) və Əlidən (ə) yüksək səviyyədə qidalanmasının göstəricisidir. Bu kəramətlərdən bəzilərini xatırlayaq:
    1. Səlman Mədainə getdiyi vaxt bir dəstə müsəlman da onunla olmuşdur. Səlmanla olanlardan biri belə nəql edir: Kərbəla adlanan yerə çatdığımız vaxt Səlman həmin yerin adını soruşdu; bildirdik ki, bu yer Kərbəla adlanır. O dedi: "Bəli, bu yer mənim qardaşlarımın qətlə yetiriləcəyi məkandır. Bax, bura xeymələrin qurulacağı, bura isə dəvələrin duracağı yerdir. Bax, burada isə onların qanı axıdılacaq − deyə ayrı-ayrı məhəlləri göstərdi və sözünə davam etdi − keçmişin görkəmli insanları bu yerdə qətlə yetirilmişdir, gələcəkdə də bir çox görkəmli insanlar bu yerdə qətlə yetiriləcək.” Kufəyə çatdığımız vaxt soruşdu ki, bəs bu yeri necə adlandırırlar? Cavab verdik ki, Hərura. Buyurdu ki, keçmiş ümmətlərin ən pisləri bu yerdən çıxıb, indiki ümmətin də ən pisləri bu yerdən çıxasıdır. (O, nəhrəvan şeyxlərini, xəvarici nəzərdə tuturdu) Kufəyə çatdığımız vaxt soruşdu ki, Kufə buradırmı? Buyurduq ki, bəli. Bildirdi ki, burada İslamın nişanəsi vardır. Sonralar Kufə və Nəcəf İslamın iki mərkəzinə çevrildi.("Ricale-kəşşi”, s. 19; "Biharül-ənvar”, c. 22, s. 386.)
    2. Kərbəlada imam Hüseynin (ə) karvanına qoşulmuş Züheyr ibn Qeys deyir: "Biz imamla eyni vaxtda Kufəyə doğru hərəkət edirdik. Dayanacaqlarda imamla birgə dayanmaq istəmirdik. O, hərəkət edəndə biz dayanar, o dayandıqda hərəkət edərdik. Hicaz və İraq arasındakı dayanacaqlardan birində süfrə açdığımız vaxt imamın (ə) göndərdiyi şəxs yaxınlaşıb salam verdi və dedi: "İmam səni çağırır.” Bir qədər fikrə getdim. Xanımım da dedi: "Ey Züheyr, Peyğəmbər (s) balasının dəvəti qarşısında nə götür-qoy edirsən?!” Mən qalxıb, yola düşdüm. Bir qədər sonra şad halda qayıdıb bildirdim ki, Hüseynin (ə) dostları cərgəsinə qatıldım.” Züheyr tutduğu yeni mövqeni belə açıqlamışdır: Rumlularla müharibədə böyük qənimət əldə etmişdik. Səlman məndən soruşdu ki, bu qənimətlər səni sevindirirmi? Cavab verdim ki, bəli. Sualının səbəbini soruşdum. Dedi: "Ali-Məhəmməd cavanlarının ağası imam Hüseyni (ə) görəndə necə sevinəcəksən? Onun tərəfindən cihad edəndə şadlanacaqsanmı? Bilirsənmi, onunla çiyin-çiyinə döyüşmək dünya və axirət səadətidir?!”
    Bəli, Səlmanın sözlərini xatırlayan Züheyr imam Hüseynə (ə) doğru tələsdi ki, onunla bir cərgədə döyüşə bilsin.(Tərcümeye-tarixe-kamil”, c. 5, s. 142.)
    Salman öz bəsirət və agahlığı ilə gələcəyi görürdü. O, Züheyrə nəsib olacaq böyük səadət haqqında xəbər vermişdi. Bəli, Züheyr uca məqamlı Kərbəla şəhidləri cərgəsində yer tutdu.
    3. Bir dəstə yəhudi yoldan keçən Səlmanı tutub, şallaqlamağa başlayırlar. Onlar Səlmana işkəncə verir və deyirdilər ki, Allahını çağır, qoy, sənə kömək etsin. Səlman isə yalnız belə dua edirdi: "Pərvərdigara, məni bəla qarşısında səbrli et.” Yəhudilər deyir: "Dua et ki, Allahın bizə əzab göndərsin.” Səlman isə nifrindən çəkinərək deyir: "Olsun ki, sizlərdən biri gələcəkdə müsəlman olsun.” Onda, aramızda müsəlman olmayacaq kəslərə əzab istə, dedilər. Səlman əzab istədi. Yəhudilərin əllərindəki qamçılar ilan tək onların əlini çaldı... Bu macəra baş verən zaman Peyğəmbər (s) bir məclisdə olur. O qəfildən üzünü məclis əhlinə tutub buyurur: "Ey müsəlmanlar, Allah-təala elə indicə qardaşınız Səlmanı iyirmi yəhudiyə qalib etdi. Çıxın, onu qarşılayın!” Səlmanla görüşdən və onun düşmənlərinin həlak olmasını eşitdikdən sonra Peyğəmbər (s) buyurdu: "And olsun Allaha ki, mənim ümmətimin arasında duası eynən Nuhun duası kimi olan bir şəxs qərar verilmişdir.” Sonra Səlmana müraciətlə buyurdu: "Sən bizim xüsusi qardaşlarımızdansan, sən müqərrəb mələklərin məhbubusan, sənin fəzilətin ərşdə günəş işığından daha parlaqdır. Sən Quranın "əlləzinə yominunə bil-ğəyb” kimi yad etdiyi fəzilətli insanlardansan.”("Biharül-ənvar”, c. 22, s. 372.)
    SƏLMAN MƏHƏMMƏDİ (MƏHƏMMƏDİ SƏLMAN)
    "Allah Səlmanı dost tutur və onun qəzəblənməsi ilə qəzəblənir.”("Qamuslur-rəcal”, c. 6, s. 427.)Səlman İslamın yetirməsi, Məhəmmədi Salmandır. O hansısa şöhrətli qəbilədən deyil.
    Əhzab döyüşündə Xəndək qazılarkən ənsar deyir: "Səlman bizdəndir, çünki o da Məkkədən gəlmə deyil.” Mühacirlər isə onu özlərinə aid edərək deyirlər: "Səlman bizdəndir, çünki o da Mədinə əhli deyil.” Bu söhbətləri eşidən həzrət Peyğəmbər (s) buyurur: "Səlman biz Əhli-beytdəndir (ə).("Şərhe-"Nəhcül-bəlağə”, c. 14, s. 35.) Səlman ərəb və əcəmlikdən daha çox müsəlmandır. Bu səbəbdən də onu "Məhəmmədi Səlman” adlandırmışlar. Səlman həzrət Peyğəmbərlə (s) behişt müqaviləsi bağlamış şəxsdir.("Əl-ixtisas”, s. 3.) Onun İslam və İslam Peyğəmbəri (s) ilə bağlılığı o qədər güclüdür ki, Əhli-beytə (ə) bir çoxlarından yaxın sayılmışdır. Onun Əhli-beytə (ə) bağlılığı yüksək qiymətləndirilməsinin əsas səbəblərindəndir. Səlmanın istəyi ilə həzrət Peyğəmbərin (s) yazdığı əhdnamə ona olan ehtiramın əyani sübutudur. Bu namədə həzrət Peyğəmbər (s) İmam Hüseyn (ə) şəriətinin bəzi incəliklərini, ilahi dünyagörüşünün müəyyən məsələlərini bəyan etməklə yanaşı buyurmuşdur: "Bu namə Səlmanın ailəsi üçün yazılmışdır. Harada olur-olsun, onun canı və malı Allah və Allah rəsulunun amanındadır. Kimsə onlara zülm etməsin, çətinlik yaratmasın. Onları himayə edin. Onları bütün vergilərdən azad etdim. Onların istədiyini verin, əl tutun. Onlar pislik etsələr, bağışlayın. Onlara pislik edilərsə, müdafiəyə qalxın. Beytül-maldan onlara ildə 200 came verin.
    Səlman bizim tərəfimizdən ona görə belə bir diqqətə layiq görülmüşdür ki, bir çox möminlərdən üstündür. Səlman behişt şövqündə deyilkən, behişt onun qədəmləri şövqündədir. O, mənim etibarımı qazanmışdır və müsəlmanların xeyirxahıdır. Səlman bizim Əhli-beytdəndir. Kimsə bu göstərişlə müxalif olmamalıdır. Nə qədər ki, ailəsi müsəlmandır, onlara yaxşılıqdan çəkinməyin. Allah lənət etsin bu əhdnaməyə qarşı çıxanlara. Səlmana ehtiram mənə ehtiramdır, ona əziyyət edilməsi mənə əziyyət edilməsidir. Səlmanı incitmiş kəsə qiyamət günü düşmənəm və həmin şəxsin yeri cəhənnəmdir. Vəssalam.”("Biharül-ənvar”, c. 22, s. 368.)
    Həzrət Əlidən (ə) Səlman haqqında soruşdular, buyurdu: "Səlman bizim ruhumuzdan, xislətimizdən yaradılmış kəsdir. Allah onu əvvəl və sonralardan, aşkar və gizlinlərdən xəbərdar etmişdir.” Sonra həzrət (s) belə bir vaqeə danışır: "Səlmanla birlikdə Peyğəmbərin (s) hüzurunda idik. Məclisə daxil olan bədəvi ərəb Səlmanı qaldırıb onun yerində oturdu. Peyğəmbər (s) ərəbin bu hərəkətindən çox narahat olub buyurdu: "Ey kişi, Allahın göydə, Allah rəsulunun yerdə sevdiyi bir şəxsimi ayağa qaldırırsan?! Bilirsənmi, Allah Cəbrəil vasitəsi ilə mənə əmr etmişdir ki, Səlmana salam verim. Səlman məndəndir, ona cəfa edən mənə cəfa edir, onu rədd edən məni rədd edir, onu yaxın tutan məni yaxın tutur. Ey ərəb, Səlmana qarşı xəta etmə. Allah-təala mənə əmr etmişdir ki, keçmişin və gələcəyin elmlərini, yuxu təbirini, nəsil tanımağı ona öyrədim.”
    Ərəb ərz etdi: "Ya Rəsuləllah, Səlmanın belə bir məqamda olduğunu bilmirdim. Məgər o İslamı sonradan qəbul etmiş bir atəşpərəst deyilmi?” Həzrət (s) buyurdu: "Mən Allahın buyuruqlarını çatdırıram. Mənimlə mübahisəmi edirsən? Səlman heç vaxt qəlbən məcus olmamışdır...” Sonra həzrət (s), peyğəmbər qarşısında təslim olmağın zəruriliyini bildirən ayələrdən oxudu və əlavə etdi: "Ey ərəb, dediklərimi qəbul et, şükr edənlərdən ol və inkar etmə. Yoxsa əzaba düşənlərdən olarsan. Peyğəmbərin dediklərini qəbul et ki, imanını itirməyəsən.”("Biharül-ənvar”, c.22, s. 347.)
    Səlmanın uca məqamının sübutu üçün qeyd etmək kifayətdir ki, həzrət Peyğəmbər (s) gecələr Səlmana xüsusi dərs keçərdi.("Əl-istiab”, c. 2, s. 59.)Peyğəmbər (s) buyurur: "Allahım mənə bildirdi ki, səhabələrdən dördünü sevir və məni də həmin şəxsləri sevməyə çağırdı.” Bu dörd nəfərin kimliyini soruşdular və məlum oldu ki, hamı həmin dörd nəfərdən biri arzusundadır. Həzrət (s) buyurdu: "Əli onlardandır.” − sonra isə susdu. Bir qədər fasilədən sonra sözünə davam etdi: "Qalan üç nəfər isə Miqdad, Əbuzər və Səlmandır.”("Biharül-ənvar”, c. 22, s. 324.)
    Səlmanın qəlb agahlığı və düşüncə istedadı onun bir çox fəzilətlər qazanmasına səbəb olmuşdur. O öz keyfiyyətləri ilə Peyğəmbərin (s) və Əlinin (ə) diqqətini cəlb etmişdir. Həzrət Əlinin (ə) Səlmana müraciətlə yazdığı məktub onun dini maarifə yiyələnmə hazırlığının sübutudur. Bu namədə həzrət (ə) Allaha həmd oxuduqdan, Peyğəmbərə salam göndərdikdən sonra buyurur: "Dünya yumyumşaq ilan kimidir. Zəhəri isə öldürücüdür. Dünyanın yalanlarından qorun. Onun dostluğu etibarlı deyil. Dünya qəmini boşla, bir gün onunla vidalaşacaqsan və o puç olub gedəcək. Dünyadan o zaman qorx ki, ona çox bağlısan. Çünki dünyaya bağlı olan kəs gözlədiyi şadlıqlar həddində çətinliklə üzləşər. Dünya ilə ünsiyyət dərinləşdikcə təhlükə də artır. Vəssəlam!("Feyzül-İslam, "Şərhe-"Nəhcül-bəlağə”, namə 68.)
    Başqa bir vaxt Həzrət Əli (ə) Səlmanın haqqında Əbuzərə buyurur: "Ey Əbuzər, əgər Səlman bildiklərini sənə desə, onu öldürənə rəhmət oxuyarsan. Ey Əbuzər, Səlman yer üzündə "babüllah” yəni Allahın qapısıdır. Mömin onu tanıyan şəxsdir. Onu tanımayıb, inkar edən şəxs kafirdir. Səlman biz Əhli-beytdəndir (ə).”(Ricale-kəşşi”, s. 15; "Biharül-ənvar”, c.22, s. 374.)
    Həzrət Əli (ə) də Səlmanı həkim Loğmana oxşatmış və buyurmuşdur ki, Səlman biz Əhli-beytdəndir və həkim Loğman kimi olan Səlmanın tayını haradan tapacaqsınız?!("Biharül-ənvar”, c. 22, s. 330)
    Səlman Mədaində olsa da, Mədinə müsəlmanlarının qəlbində idi və heç vaxt Əmirəl-mömininin (ə) diqqətindən kənarda qalmazdı. Səlman vəfat etdikdə Həzrət Əli (ə) onun dəfni üçün özünü Mədainə çatdırdı.
    Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Əmirəl-möminin (ə) sübh namazını bizimlə qıldı, sonra bizə müraciətlə buyurdu: "Ey camaat! Qardaşım Səlmanın vəfatına əzadarlığınızla Allah tərəfindən mükafatınız artırılmış oldu.” Sonra Peyğəmbərin (s) əmmaməsini qoyub, libasını geyindi, onun qılıncını və qamçısını götürüb, dəvəsinə süvar oldu. Qəmbərlə birlikdə Mədainə doğru hərəkət etdi. Bir müddət sonra Mədaində Səlmanın evinin qarşısında dayandılar.(Həmin mənbə, s. 372.)
    Deyildiyi kimi, Səlman Peyğəmbər ailəsinin üzvlərindən və vəhy evinin yetirmələrindən sayılmışdır. O daim həzrət Peyğəmbər (s), Əli (ə), hətta həzrət Fatimədən (s) mənən qidalanmışdır. Səlmanın həzrət Fatimədən (s) əxz etdiyi biliklərdən biri də "Nur” duasıdır. Xanım Fatimədən (s) atasından öyrəndiyi bu duanı hər sübh və axşam oxuyardı. O bu duanı Səlmana da öyrətdi. Səlman deyir: "And olsun Allaha, mən bu duanı Məkkə və Mədinənin mindən çox qızdırmaya tutulmuş xəstəsi üçün oxudum və onların hamısı şəfa tapdı.”
    Bu yerdə "Nur” duasını xatırlamağımız yaxşı olar:
    Duanın tərcüməsi:
    "Rəhman və Rəhim Allahın adı ilə” Nur Allahın adı ilə; Nur nuru, nur üzərindən nur Allahının adı ilə; bir Allah ki, işləri yoluna qoyandır; Nuru nurdan yaradan Allahın adı ilə; Nuru nurdan yaradan Allaha həmd olsun; Nuru bir kitabda yazmış, bir səhifə açmış, müəyyən ölçüdə, Tur dağında öz uca Peyğəmbərinə göndərmişdir. Həmd olsun o Allaha ki, izzəti ilə yad edilər, əzəməti ilə məşhurdur, xoşluqda və çətinlikdə təşəkkür olunar. Allahın salamı olsun ağamız Məhəmməd və onun pak ailəsinə.” ("Məfatihul-cinan”, s. 208.)
    MÜQƏDDƏS MÜHARİBƏLƏRDƏ SƏLMANIN ROLU
    Səlmanın üstünlükləri hətta müharibə meydanlarında da özünü büruzə verirdi. Bu fəzilətlər insanları ilhamlandırır və bir sıra çətinliklərin həllində yardımçı olurdu.
    Səlmanın, sadəcə, döyüş meydanında olması döyüşçülərə ruh verir, onları hərəkətə gətirirdi. Səlmanın hikmətli sözləri və dəvətləri bəzən düşmənləri də haqq yola gətirirdi. Səlmanın hazırladığı döyüş planlarının, hərbi ixtiralarının həlledici əhəmiyyəti vardı.
    Düşmənin silaha əl atmadan, yalnız Səlmanın sözləri ilə təslim olduğu döyüşlərdən biri Mədainin fəthi zamanı baş vermişdi. Onun təsirli rəftarı sayəsində Mədainin yeddi şəhərindən ikisi heç bir döyüş əməliyyatı aparılmadan təslim oldu. Rüstəm Fər-rüxzadın komandanlığı altında olan dörd min döyüşçü Səlmanın təbliğatı sayəsində ordunu tərk edib, İslamı qəbul etdilər. Bu dörd min döyüşçü İran ordusunun xüsusi təyinatlı dəstəsini təşkil edirdi.("Tarixe-Kufə”, s. 89.)
    Mədainin fəthi zamanı Səlmanın düşmənləri İslama dəvət etməsi belə baş verdi: Səlman dedi: "Mənim əsil-nəsəbim siz iranlılardandır və mən üç işdə sizin xeyirxahınızam. Sizin faydanız bu üç məsələdədir: 1. Əgər İslamı qəbul etsəniz, bizim qardaşlarımızsınız, malımıza şəriksiniz, bizimlə eyni vəzifələrə məsulsunuz; 2. Təslim olun və müsəlmanlara cizyə − vergi ödəyin; 3. Əks-təqdirdə sizinlə vuruşacağıq. Həqiqətən də, Allah xainləri dost tutmur.
    Səlman düşmən əsgərlərini İslama dəvət etməklə yanaşı, daxili cəbhəyə də yetərincə diqqət ayırırdı. Mədain şəhəri fəth olunduqdan sonra əsgərləri başına toplayıb onlara "Yusif” surəsinin təfsirindən danışar, onları sədaqətli və əmanətdar olmağa həvəsləndirərdi. Çünki Mədainin aldadıcı sərvətlərini görən yoxsul ərəblər arasında xəyanət baş qaldıra bilərdi.("Helyətül-övliya”, s. 203.)
    Səlmanın müharibə meydanındakı digər bir fəaliyyəti döyüşçülərin ruhiyyəsini yüksəltmək, onlara dua və ibadət proqramları təlim etmək idi. Əsgərlərin döyüş meydanında ibadətə təşviq olunması həzrət Peyğəmbərin (s) təlimlərindən idi. Bu yolla döyüşçü Allahın qeybi yardımlarına daha çox ümidvar olur. Çünki ilahi yardımlar daim İslam müdafiəçilərinin sorağındadır.
    DÖYÜŞ MEYDANINDA SƏLMANIN ŞÜCAƏTİ
    Səlman elm və bilikdə, ibadət və duada öncül olduğu kimi, döyüş meydanında da şücaət göstərər və əsgərlərin döyüş əhval-ruhiyyəsini qaldırırdı. Müsəlman qoşunun Dəclə çayından keçməli olduğu döyüşlərdən birində altmış nəfərdən ibarət atlı dəstə özünü suya vurub Allahın yardımı ilə çayı adlayır. Qoşun başçısının yanında olan Səlman ona deyir: "Müsəlmanlığı yenicə qəbul etmiş bu insanlar hələ ki günaha batmadıqlarından su onlara ram olmuşdur. And olsun o Allaha ki, Səlmanın canı onun əlindədir, bütün qoşun dəstə-dəstə bu çaydan keçəsidir.” Səlman atlı dəstələrin önündə gedir, əsgərləri ruhlandırır, onlarda arxayınlıq yaradırdı.
    SƏLMANIN HƏRBİ İXTİRALARI
    Səlmanın hərb meydanındakı məharəti, Taif və Xəndək döyüşlərindəki ixtiraları çox məşhurdur. Taif döyüşündə düşmən qalalarını mühasirəyə almış müsəlman qoşunu heç bir nəticə əldə edə bilmir. Nəhayət, Səlmanın təklifi ilə mancanaqlar düzəldilir və yalnız bu yolla qəti qələbə əldə olunur. Mancanaqlar vasitəsi ilə qalanın içinə daşlar, yanar kütlələr atılır. Mancanaq müasir topların işini görürdü.
    Əhzab döyüşündə müşriklərin birləşmiş qoşununun hücumu təhlükəsi ilə üzləşmiş müsəlmanlar müdafiə sistemi qurmalı idilər. Bu mözuda müsəlmanlarla məsləhətləşən Peyğəmbər (s) Səlmanın təklifini qəbul edir. Tarixçilər yazırlar: "Peyğəmbərin (s) çox sevdiyi uca qamətli, sıx saçları olan kişi ayağa qalxdı, hündür bir təpəyə çıxıb, Mədinənin ətrafını diqqətlə nəzərdən keçirməyə başladı. O, müşahidə etdi ki, uca dağların əhatəsində yerləşmiş, böyük qaya parçalarının əhatə etdiyi Mədinəyə bir keçid mövcuddur. Səlman hələ İranda olarkən bir çox döyüş vasitələri ilə tanış olmuşdu. Onun həzrət Peyğəmbərə (s) açıqladığı təklif ərəblər üçün təzə bir şey idi. Onlar bu günədək Səlmanın məsləhət gördüyü taktikadan istifadə etməmişdilər. Səlman təklif edirdi ki, düşmənin qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazılsın. Əgər xəndək qazılmasaydı, müsəlmanlar məğlubiyyətə düçar ola bilərdilər.("Şərhe-"Nəhcül-bəlağə”, c. 18, s. 35.)Xəndək qazıldığı vaxt Səlman işə nəzarət edir, xəndəyi dərin qazdırırdı ki, qüreyş atlıları onu adlaya bilməsinlər.("Məqazi”, c. 2, s. 465.)
    Category: Salman Farsinin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 830 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024