İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Salman Farsinin həyatı

    Salman Farsinin həyatı
    2012-05-06, 2:26 AM
    SƏLMAN VƏ MƏDAİN HÖKUMƏTİ
    Mədain İranda Sasanilərin paytaxtı olmuş gözəl və əfsanəvi şəhər idi. Bu şəhər müsəlmanlar tərəfindən fəth olundu.
    Həzrət Əlinin (ə) məsləhəti ilə ikinci xəlifə Səlmanı Hüzeyfə ibn Yəmandan sonra Mədain şəhərinə hakim təyin edir. Mümkündür ki, bu təyinatda Səlmanın yerli əhali ilə eyni dilə malik olması əsas götürülmüşdü. Şəhər əhli farsdilli hakimlə daha asan ünsiyyət qura bilərdi.
    İranlılar Səlman haqqında müəyyən məlumata malik idilər. Onlar Səlmanın Mədainə hakim təyin edildiyini eşidib, onu qarşılamaq üçün şəhərdən bayıra çıxdılar. Onlar elə düşünürdülər ki, Səlman da əvvəlki hakimlər kimi ətrafında naib-nökər, xüsusi bir cah-cəlalla Mədainə daxil olacaqdır. Şəhər əhlinin nəzəri Səlmanın görüşü intizarı ilə üfüqlərə dikilmişdi. Bu vaxt uzaqdan bir süvari görünür. O, saç-saqqalı ağarmış bir qoca idi. Arıq bir at minmiş bu kişinin yükü süfrə və su kuzəsindən ibarət idi. Şəhər əhli süvaridən Səlmanı görüb-görməməsi haqqında soruşurlar. Qoca bildirir ki, Səlman o özüdür. Mədain əhli yerində donub qalır. Təəccüb edirlər ki, bu haldan düşmüş bu qoca Mədain kimi əzəmətli, böyük tarixə malik, qüdrətli hakimlər görmüş bir şəhərə necə başçılıq edəcək?
    Əhalinin arasındakı azğınlar sevindilər ki, bu qocanın hakimiyyəti altında çalıb-çapmaq asan olacaq. Amma onlar yanılırdılar!
    Səlman xüsusi minik və saraydan imtina etdi. Birbaş məscidin qonşuluğundakı sadə evə üz tutdu. Bu evi iqamətgah edib, işə başladı. Səlman öz hakimiyyəti dövründə beytül-malı xalqın ehtiyaclarına sərf edər, hətta maaşını da ümumi işlər yolunda xərcləyərdi.
    Səlmanın sadə həyatı ona məhəbbəti gücləndirir və şöhrətpərəst hakimlərə nifrəti artırır. Onun bərbəzəksiz həyat tərzi ikinci xəlifəni narahat etdi və o, Səlmana məktub yazaraq, uyğun qeydlərdən əlavə tapşırdı ki, Peyğəmbərin vəfalı səhabələrindən olmuş hüzeyfə ibn Yəban haqqında məlumat toplasın. Səlman xəlifənin məzəmmət və tapşırıqlarına belə bir məktubla cavab verir.
    "Allahın adı ilə! Peyğəmbər (s) tərəfindən azad edilmiş Səlmandan Ömər ibn Xəttaba.
    Sənin məzəmmət dolu məktubunu aldım. Yazmışdın ki, məni Mədain əhlinə hakim təyin etmisən və göstəriş vermisən ki, Hüzeyfənin yaxşı-pis işləri haqqında sənə məlumat verim. Hansı ki, Allah-təala öz kitabında casusluq və qeybəti qadağan etməklə yanaşı, bir çox günahlardan da çəkinməyi tapşırır. Bu səbəbdən də əmrini yerinə yetirə bilmirəm. Hüzeyfə haqqında tapşırığını icra edərək Allaha qarşı itaətsizlik göstərən deyiləm.
    İndi isə mənim həsir toxumağım və arpa çörəyi yeməyim haqqında: − mənə arpa çörəyi yeməyimi irad edirsən. Mömin belə işlərdən ötrü məzəmmət olunmamalıdır. And olsun Allaha, həsir toxumaq, arpa çörəyi yeyib başqalarına möhtac olmamaq, kimsənin süfrəsinə göz dikməmək Allah yolunda sevimli və təqvaya ən yaxın bir işdir. Peyğəmbərin (s) arpa çörəyi tapdığı vaxt narahat olmadan onunla qane olduğunu görmüşəm.
    Sonra isə mənim maaşım haqqında yazırsan. Mən onu qiyamət günündəki ehtiyaclarım üçün xərcləyirəm.
    And olsun Allaha, boğazımdan ötürmək üçün dişlərimin üyüdə biləcəyi şey mənim nəzərimdə buğda çörəyi və qoyun ətindən fərqlənmir.
    Sonra deyirsən ki, mən öz rəftarımla hökuməti zəif və xar etmiş, özümü gücsüz göstərmişəm; bu səbəbdən də Mədain əhli mənim hakimiyyətimdən xəbərsizdir və məni keçib getmək üçün bir körpü, yüklərini daşıtdırmaq üçün hambal qərar vermişlər; bu məsələ ilahi hökumətin zəifliyinə səbəb olmuşdur. Bil ki, Allaha itaət yolunda xarlıq Onu itaətsizlik yolunda izzətdən sevimlidir. Yaxşı bilirsən ki, Allahın rəsulu (s) da xalqla yaxın olmuş, onlarla ünsiyyət saxlamışdır. O, Peyğəmbər (s) və hakim olmasına baxmayaraq, insanlarla isti münasibətdə olmuşdur. Məgər Peyğəmbər (s) sadə xörək yeməmişdirmi, cod paltar geyməmişdirmi, bütün təbəqələrə bir gözlə baxmamışdırmı?!
    Ey Ömər, məgər Peyğəmbər (s) buyurmamışdırmı ki, hər kəs yeddi nəfərə rəhbər təyin edilsə və ədaləti gözləməsə, Allahın qəzəbinə gələcək?! Kaş mən sənin dediyin xarlıq və zəifliklə Mədain hakimliyindən salamat ötüb-keçəydim. Mən bir şəhərə rəhbərlikdən bu qədər qorxuramsa, Peyğəmbərdən (s) sonra bütün ümmətə rəhbərlik edən şəxs nə qədər qorxmalıdır?! Allah-təala buyurmuşdur: "Axirət evi o insanlarındır ki, yer üzündə fitnə-fəsad törətmirlər...”("Qəsəs”, 83.)Bil ki, mənim hakimiyyətim xalq arasında Allahın hədlərini yerinə yetirməkdən ibarətdir. Bu iş alim və agah bir insanın göstərişləri əsasında həyata keçir. Mən həmin şəxsin üsulu əsasında hərəkət edirəm. (Səlman Həzrət Əlini (ə) nəzərdə tuturdu)”("Biharül-ənvar”, c. 22, s. 360.)
    Bu məktubu nəzərinizə çatdırmaqda məqsədimiz Səlmanın öz hakimiyyəti dövründəki ruhiyyəsini və iş üsulunu bəyan etmək idi. Qüdrət və rəyasət onu təvazökarlıqdan uzaqlaşdırmadı, qürrələndirmədi. Səlman hakim olduğu vaxt bir an da unutmadı ki, o quldur. Amma başqasının yox, Allahın qulu!
    Səlman ilahi hakimiyyəti yerinə yetirdiyindən öz dünyası üçün mal toplamadı. Nəql edirlər ki, Dəclə çayının daşıb, öz ətrafındakı evləri qərq etdiyi vaxt su Səlmanın da evinə yaxınlaşır. Səlman kürkünü, qılıncını və qələmini götürüb hündür bir təpəyə çıxır. O öz hərəkəti ilə xalqa böyük bir dərs verir. O, xalqa anlatmaq istəyir ki, yüngül dünya yükü qiyamət səhnəsində faydalı olasıdır.
    Səlman, Peyğəmbərin (s) iş üslubundan ilham alaraq, məscidi təlim-tərbiyə, ictimai fəaliyyətlər mərkəzi qərar verir. O, Mədain hakimi olduğu vaxt məsciddə əyləşər, xalq üçün Quran təfsir edərdi. Səlman "Yusif” surəsindən danışar, xalqa iffət, sədaqət aşılayardı.
    Bir dəfə xalq Səlmandan xahiş edir ki, onlar üçün Quran qiraəti dərsi keçsin. Səlman buyurur: "Mən farsam, gedin bir ərəb tapın.” Adamlar bir ərəb tapıb, ondan qiraət öyrənməyə başlayırlar. Səlman bu dərslərdə bir nəzarətçi kimi iştirak edir.("Tarixe-İbn-Əsaker”, c. 6, s. 5.)
    Səlman o qədər sadə rəftar edər, özünü təvazökar aparardı ki, kənardan Mədainə gələnlər onun hakim olduğunu hiss etməzdilər. Bir dəfə yoldan ötən Səlman ağır xurma və əncir yükü olan, Şamdan gəlmə kişi ilə rastlaşır. Yükün ağırlığından yorulmuş kişi Səlmanın yükdaşıyan olduğunu düşünüb, onu yanına çağırır. O, yükün daşınmasında Səlmandan kömək istəyir və onun haqqını ödəyəcəyini bildirir.
    Səlman ağır yükü çiyninə alıb yola düşür. Yolda onunla rastlaşan şəhər əhli salam verib, öz köməyini təklif edir. Şamlı kişi yükdaşıyan hesab etdiyi Mədain hakiminin Səlman Farsi olduğunu bilib, xəcalət çəkir və üzr istəyir. Səlman isə tövrünü pozmadan ünvana doğru hərəkət edir!..
    Dərvişə baxmaqla kiçilməz insan,
    Qarışqanı saydı böyük Süleyman.
    Bir gün Səlman xidmətçisini iş dalınca göndərib, özü ev işlərinə məşğul olur. Belə bir rəftarın səbəbi soruşulduqda "bir nəfərə iki iş tapşırmağı sevmirəm.”("Muhəccətul-bəyza”, c. 4, s. 447.)Bəli, bu sayaq rəftarları və əxlaqı Səlmanı sevimli etmişdir. Ölümlə nəticələnən xəstəliyə yoluxduğu zaman xalq çox narahat olub, dəstə-dəstə onu yoxlamağa gəlir, səmimi qəlbdən Səlmana dua edirlər.
    Səlman isə başqa bir dildara könül vermişdir. Onun qəlbində başqa bir eşq çağlayır. Elə bu eşq səbəbindən də dünyaya biganədir və həqiqət yolundan sapmır.
    Səlmandan soruşulanda ki, rəyasətə nifrətinin səbəbi nə oldu, belə cavab verir: "Südəmərlik dövrünün şirinliyi, bu dövrdən ayrılmağın acılığı!” Yəni rəyasət və qüdrət bir gün fəna olub gedəsidir. Ötəri bir şeyə isə könül verməyə dəyməz. Rəyasət və hakimiyyətə aşiq olanlar süddən ayrılmaq istəməyən uşaq kimidirlər. Süddən ayrılmaq körpəyə necə çətindirsə, hakimiyyətdən ayrılmaq da rəyasətpərəst insana bir o qədər çətindir. Elə bir şeyə könül vermək lazımdır ki, əbədilik olsun!
    SƏLMANIN VƏFATI
    Hər bir insanın həyatı onun ölümü ilə sonuclanır. Yalnız haqq insan üçün belə deyil. Onun ölümü naməsinin başlanğıcıdır.
    Kamil və Allah dərgahına yaxın övliyaların xüsusiyyətlərindən biri onların qeybdən xəbər tutması, əcəlin yaxınlaşmasından, hətta ölüm saatından xəbər tutmalarıdır.
    Səlman həmin bu xüsusiyyətlərə malik insanlardandır. Mədaində xəstələndiyi vaxt vəziyyəti günbəgün ağırlaşır. Əmin olur ki, həyatının son anlarını yaşayır. O, mövlası Peyğəmbərdən eşitmişdi ki, əcəli yaxınlaşan vaxt ölülər onunla danışasıdır. Ona görə də bir tabut hazırladı. Onu tabuta qoyub, qəbristanlığa apardılar. Səlman ölümünün yaxınlaşdığını yəqinləşdirmək istəyirdi.
    Səlmanın istəyini yerinə yetirdilər. Onu üzüqibləyə yerləşdirdilər. Səlman ölülərlə danışmağa başladı: "Salam olsun sizə ki, torpaqla qol-boyun olmusunuz və dünyaya gözünüzü qapamısınız... Salam olsun sizə ki, qidanız ölüm, libasınız torpaq olmuşdur. Sizi Allaha və Onun rəsuluna and verirəm ki, mənimlə söhbət edəsiniz. Mən həzrət Peyğəmbərin (s) azad etdiyi Səlman Farsiyəm...”
    Mərhum Əllamə Məclisi Səlmanın halını bəyan edərkən onun bir ölü ilə uzun-uzadı söhbətini nəql etmişdir. Səlmanın çağırışına cavab olaraq, qəbirlərdən birindən səs gəlmişdi. Həmin ruh necə can verməsini, Allahın mərhəmət səbəblərini, dünyadakı əməllərini, ruhu çıxarıldıqdan sonra ona ünvanlanan sualları, ilk gecə qəbirdəki halını, bərzəx aləminin xüsusiyyətlərini və bir çox başqa məsələləri Səlmana danışmışdı...("Biharül-ənvar”, c. 22, s. 374.)
    Səlmanın ölülərlə danışa bilməsi onun əcəlinin çatması əlaməti idi. Səlman buna əmin olub evə qayıdır. O, Allaha doğru böyük hicrətə hazırdır. Hazırdır ki, can əmanətini onu yaratmış Allaha qaytarsın.
    Səlman ölüm yatağındadır. Ruhu bədənindən ayrılmaqda ikən bir şəxs ona yaxınlaşır. Səlman ağlayır. Həmin şəxs deyir: "Nə üçün ağlayırsan? Axı Peyğəmbər (s) səndən razı halda dünyasını dəyişdi.” Səlman cavab verir: "And olsun Allaha, ölüm qorxusundan və ya dünyadan ayrıldığım üçün ağlamıram. Məni ağladan həzrət Peyğəmbərin "sizin dünyadan nəsibiniz bir müsafirin azuqəsi qədər olmalıdır” sözləridir. Mən isə dünyadan bir bu qədər dünya malına sahib olan halda gedirəm.” (Hansı ki, Səlmanın olanı bir aftafa və bir kasa idi.)
    Həmin şəxs Səlmandan nəsihət istəyir. Səlman deyir: "Bir hökm verərkən, bir qərara gələrkən, bir şeyə əl uzadarkən Allahı yad et.”("Təbəqate-ibn-Səid”, c. 4, s. 91.)
    Erkən sübhdür! Onun ruhunun bədən qəfəsindən pərvaz etməsinə çox qalmamışdır. Həyat yoldaşını çağırıb deyir: "Sənə verdiyim əmanəti gətir.” Əmanət gətirilir. Bu bağlamada bir müşk torbası var. Səlman əbədiyyət səfəri üçün saxladığı müşkü kasadakı suya qatır. Xanımından xahiş edir ki, bu müşkü onun yatağının ətrafına səpsin. Sonra deyir: "Mənim yanıma gələn məxluqlar yemək yeməsələr də xoş ətiri sevirlər.”
    Yoldaşı onun istəklərini yerinə yetirir. Səlman əlavə edir: "Qapını bağla, bir kənarda otur.” Xanımı onun göstərişinə əməl edir. Səlmanın xidmətində olan Zadan soruşur ki, sizə kim qüsl versin? Səlman cavab verir ki, Peyğəmbərə (s) qüsl verən şəxs. Zadan deyir: "Axı o Mədinədədir, siz isə Mədaində?”
    Səlman deyir: "Elə ki çənəmi bağladın, onun ayaq səslərini eşidərsən. Mənə bu barədə Allahın rəsulu xəbər vermişdir.” Zadan deyir: "Elə ki Səlmanın ruhu bədənindən ayrıldı və çənəsi bağlandı, Əmirəl-möminin Əlinin (ə) Qəmbərlə birlikdə gəlib çatdığını gördüm. Həzrət (ə) soruşdu ki, Səlman vəfat etdimi?” Dedim ki, bəli.
    Həzrət Əli (ə) Səlmanın üzündən örtüyü qaldırdı. Səlmanın çöhrəsindən bir təbəssüm ötüşdü. İmam (ə) buyurdu: "Xoş halına, ey Əba-Əbdillah” ("Əba-Əbdillah” Səlmanın künyəsi idi) Peyğəmbərin (s) hüzuruna çatanda mənimlə necə rəftar olunduğunu danış.”
    Əmirəl-möminin (ə) Səlmanı dəfn üçün hazırladı, onu kəfənə bürüyəndən sonra uca bir təkbir deyib, namaz qıldı. Onunla iki nəfər də namazda dayanmışdı: biri qardaşı Cəfər ibn Əbu-Talib, o biri isə həzrət Xızır. Bu iki nəfərdən hər biri ilə yetmiş cərgə mələk dayanmışdı və hər cərgədə minlərlə mələk sıralanmışdı.("Biharül-ənvar”, c. 22, s. 373.)
    Əli (ə) Səlmanla vidalaşdığı son anlarda öz böyük hədiyyəsini iki beyt şer şəklində Səlmana təqdim edərək, onun kəfəninə yazdı:
    Heç bir azuqəsiz və ehtiyatsız
    Qatıldım Allahın dərgahına mən.
    Azuqə götürmək qəbahət olar
    Böyüklər önünə səfər edərkən.
    Məhəmmədi Səlmanın barlı-bəhrəli həyatı beləcə başa çatdı və o öz Allahına sarı qayıtdı.
    SƏLMAN HAQQINDA SÖHBƏTLƏR
    Bir kişi gecə namazına dura bilməməsindən Səlmana şikayətləndi. Səlman dedi: "Gündüzlər günah etmə.”("Tovhide-Səduq.”)
    Səlman nəfs ilə cihad və özünütərbiyə məqamında özünə müraciətlə deyərdi: "Səlman, öl!”("Təbəqate-ibn-Sə`d, s. 90.)
    Səlman, Əbdüllah ibn Səlamdan əvvəl vəfat etdi. Əbdüllah bir gecə Səlmanı yuxuda görüb soruşur: "Halın necədir.” Səlman deyir: "Yaxşıdır”, Əbdüllah soruşur: "Hansı əməldən daha çox xeyir gördün?” Səlman deyir: "Təvəkkülü çox heyranedici gördüm!”(Həmin mənbə.)
    Gizlində günaha batdınsa, yaxşı işi də gizlində gör. Aşkara büdrədikdə isə aşkara xeyir iş görməklə həmin günahı yu.("Səfvətul-səfvə”, c. 1, s. 224. )
    SALMANIN ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ
    Salam olsun Allahın rəsulu, peyğəmbərlərin sonuncusu (həzrət) Məhəmməd ibn Əbdüllaha, salam olsun peyğəmbər vəsilərinin ağası həzrət Əli Əmirəl-mömininə, salam olsun pak məqam sahibi və xalqın hidayət rəhbəri olan imamlara, salam olsun haqqın yaxın mələklərinə, salam olsun sənə, ey Peyğəmbərin həmsöhbəti və sirdaşı, ilahi vəhy əmini, salam olsun sənə ey Əmirəl-möminin (ə) (həqiqi) dostu, salam olsun sənə, ey xeyir əhli böyüklərinin sirr xəzinəsi, salam olsun sənə, ey ötən dövrlərin yaxşılarından qalma, salam olsun sənə, ey Əbdüllah, Allahın salamı, rəhmət və bərəkəti sənin olsun; şahid dururuq ki, sənə əmr olunduğu kimi Allaha itaət etdin, Allah rəsulunun (s) buyurduğu kimi ardıcıl oldun, onun xəlifəsinə (Əliyə (ə)) sənə vacib olduğu kimi kömək etdin, ümməti bildiyin kimi və Peyğəmbər (s) övladlarına ehtirama doğru yola dəvət etdin: həqiqət yolunu Allahın əmr etdiyi kimi qəti bildin və bu yolda möhkəm oldun.
    Şəhadət verirəm ki, sən Peyğəmbərin (s) elm dərgahı, Allahın və Əlinin dəlil yolusan; xasların səndəki elm və sirr əmanətini, Allahın əmanət haqqını qorudun; şəhadət verirəm ki, sən Peyğəmbərin seçilmiş şərafətli, ona yardıma hazır ailəsindən oldun”; yenə şəhadət verirəm ki, sən imanın ali mərtəbəsinə, dəlillərə, aşkar sübutlara maliksən; namazı bərpa etdin, zəkat verdin, əmr be məruf və nəhy əz münkər (yaxşıya dəvət, pisə qadağa) etdin; ilahi əmanəti əda etdin, Allah və rəsulu xatirinə (ümmətə) xeyirxah oldun; Allah dininə tərəfdarlıqda düşmənin əziyyətinə ömür boyu, ölənədək səbr etdin.
    Allah o kəsə lənət etsin ki, bilərəkdən sənin haqqını tapdaladı və sənin məqamını əskiltdi; Allah o kəsə lənət etsin ki, səni dostlarına və rəhbərlərinə görə incitdi; Allah o kəsə lənət etsin ki, səni Əhli-beytə (ə) görə məşəqqətə saldı; Allah o kəsə lənət etsin ki, səni rəhbərlərinə görə məzəmmət etdi; Allah cin və insandan, keçmiş və gələcəkdən olan Ali-Məhəmməd düşmənlərinə lənət etsin və onların əzabını ikiqat artırsın; Allahın salamı olsun sənə ey Əba-Əbdillah; Allahın salamı olsun sənə, ey peyğəmbər köməkçisi; Allahın salamı olsun sənə, ey Əmirəl-mömininin (ə) dostu; Allahın salamı olsun pak cisminə və ruhuna; Allah bizi öz lütfü ilə ölüm zamanı sənə, xeyir və səadət əhli böyüklərinin məkanına qovuşdursun və nemət dolu behiştdə onlara yaxın etsin.
    Allahın salam və rəhməti olsun sənə, ey Əba-Əbdillah, Allahın salam və rəhməti olsun sənin saleh şiələrdən olan qardaşlarına; Allah iman əhlindən olanlara qurtuluş, sevinc-şadlıq əta etsin, bizi və onları rəhbərimiz olan pak peyğəmbər ailəsinə qovuşdursun.
    Allahın salam və rəhməti və bərəkəti olsun sənə və onların hamısına!
    Category: Salman Farsinin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024