İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Qədir-Xum

    Qədir-Xum
    2012-07-18, 9:25 AM
    BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
    Bəzilərinin fikrincə, hazırda "Qədir" məsələsi və hәzrәt Əlinin (ə) imamlığı haqqında danışmaq (o dövrlə uzun müddət fasilə düşməsini nəzərə alaraq) faydasız və ziyanlıdır. Çünki haqqında söhbət etmək istədiyimiz tarixi hadisənin baş verdiyi zamandan əsrlər keçir. İndi Peyğəmbərdən (s) sonra onun canişininin kim olduğunu və hazırda bu məsuliyyətin kimin üzərinə düşdüyünü bilməyimiz nəyə lazımdır? Əli (ə), yoxsa Əbu Bəkr? Bu və ya digər suallar bizim əsrimizdə səmərəsiz olmaqla yanaşı, bir çox hallarda fitnə və kin-küdurətlərin yaranmasında başlıca amil rolunu ifa edir. Başqa sözlə desək, hazırkı dövrdə məzhəblərin vəhdətinə son dərəcə ehtiyac duyulduğu bir halda, bu növ ayrıseçkiliyə səbəb olan məsələlər hansı əsasla müzakirə olunur?

    Bu bəhslərimizdə Allahın yardımı ilə, "İmamət" məsələsinin əsrimizdə nə kimi əhəmiyyət kəsb etdiyi haqqında söhbət açmaq istəyirik.


    1- VƏHDƏT NƏDİR?
    İrad tutanın "vəhdət” sözünə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, öncə bu sözün həqiqi anlamını aydınlaşdırmağı zəruri hesab edirik.
    Burada iki mühüm termin bir-biri ilə yanaşı nəzərə alınmalı və heç biri digərinə qurban verilməməlidir; biri müsəlmanların vəhdəti, birliyi, digəri isə İslam dininin bir din olaraq qorunması.
    Şübhəsiz ki, bu əsl dini qoruyub saxlamaq və onu təbliğ etmək hər bir müsəlmanın vəzifəsidir. Elə buna görə də bu məsələdə hamı məsuliyyət daşıyır. Müsəlmanlar, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlər qarşısında birləşərək İslam və müsəlmanların varlığını qorumalıdırlar.
    Lakin bu heç də məsələnin digər tərəfini unudaraq, İslamın danılmaz həqiqətlərini bəyan etməkdən boyun qaçırmalı olduqları demək deyil. Biz heç bir zaman vəhdət məsələsini başlıca məqsəd kimi önə çəkərək, şəriət həqiqətlərini əsassız şəkildə ona qurban verməməliyik. Əksinə, İslamın müsəlmanlar arasında birliyə diqqət yetirməsi dinin toxunulmazlığı və təhlükəsizliyi istiqamətindədir. Belə olan halda necə ola bilər ki, "vəhdət” məsələsi bir çoxları üçün daha əhəmiyyətli mövzuya çevrilir. Belə ki, din və məzhəbin bir sıra danılmaz reallıqlarına göz yumaraq məsələni yersiz və məntiqsiz şəkildə izah etməyə çalışırlar.
    Tarix və Peyğəmbərin keçdiyi həyat yolu bu məsələnin ən gözəl şahidi və təsdiqləyicisidir. İslam Peyğəmbəri (s) bilirdi ki, Bəni-Üməyyə Əli (ə) və Bəni- Haşimlə bir araya gəlməyəcək və bir çoxları İmam Əlinin (ə) vilayətinə boyun əyməyəcək və onun imamlığını qəbul etməyəcəklər. Bununla yanaşı bu məsələ Peyğəmbərin (s) həqiqəti çatdırmaq fikrindən dönməsinə və hәzrәt Əlinin (ə) imamət və vilayətini bəyan etməməsinə səbəb olmadı. O, özünün 23 il peyğəmbərlik dövrü boyunca, hər yerdə mümkün olduğu qədər hәzrәt Əlinin (ə) vilayət və imamətini xalqa çatdırdı. Halbuki, Peyğəmbər (s) öz vəfatından sonra bu məsələ ilə bağlı ixtilaf düşəcəyini və bu ixtilafın İmam Zamanın (ə) zühuruna qədər davam edəcəyini bilirdi. Ancaq bütün bunlara baxmayaraq, həqiqəti deməkdən boyun qaçırmadı.
    Bəli, Peyğəmbər (s) İmam Əlinin (ə) imamlığı barəsində qiyamət gününə qədər fikir ayrılığının davam edəşəyini tam yəqinliklə bilir, lakin yenə də hәzrәt Əlinin (ə) vilayətini bu cür təkidlə vurğulayır. Belə ki, hətta "Qədir" günü ürəklərdən hər növ şübhəni silmək məqsədi ilə o həzrətin әlini yuxarı qaldırır və bununla onun vilayətinə hədsiz önəm verdiyini xalqa çatdırmaq istəyir.
    Yuxarıda qeyd olunanlardan aydın olur ki, həqiqəti xalqa çatdırmaq başlıca prinsip kimi götürülür və heç bir şəraitdə, hətta onu bəyan etmək müsəlmanlar arasında ixtilafa səbəb olacaqsa belə, ona göz yummaq olmaz. Ancaq bu heç də o demək deyil ki, müsəlmanlar bir-birinin canına düşərək özlərini məhv etsinlər. Əksinə, müştərək düşmənlərini unutmamaq şərtilə, öz müddəalarını bəyan etməklə qarşılıqlı anlaşma yolu ila bir-birlərini doğru və haqq sözü qəbul etməyə dəvət etsinlər. İmam Hüseynin (ə) qiyamı da müddəamızın düzgünlüyünü bir daha təsdiqləyir. Çünki, o həzrət (ə) onun bu hərəkatının müsəlmanların arasında çaxnaşmaya səbəb olmasını bilməsi ilə yanaşı, eyni zamanda heç vaxt müsəlmanların birliyinə xatir, "əl-əmru bil-məruf vən-nəhy ənil-munkər” (fəzilətə dəvət edib qəbahətlərdən çəkindirmək) kimi əhəmiyyətli prinsipdən əl çəkmədi. İmam Əlinin (ə) rəftarı və həyat tərzi də öz növbəsində bu məsələyə misal göstərilə bilər. Çünki, bəzilərinin fikrincə, İmam (ə) Təlhə, Zübeyr və Müaviyəyə yersiz üstünlük verməklə, Cəməl və Siffeyn döyüşünün qarşısını ala və bununla da minlərlə müsəlmanın ölümünə səbəb olan qalmaqala son qoya bilərdi.
    Lakin o həzrət (ə) İslam Peyğəmbərinin (s) haqq-ədalət və İslam şəriətinin qorunması məqsədi ilə həqiqətlərə göz yuma bilərdi.
    Deməli, "vəhdət” – və ya birlik - anlayışının düzgün mənası öz əsas əqidələrini qorumaq şərtilə ortaq düşmən qarşısında eyni mövqedən çıxış etmək deməkdir. Bu isə bizi sırf elmi və təssübkeşlikdən uzaq diskussiyalara sövq edir. Çünki əslində bütün bunlar İslam şəriətinin qorunması məqsədini daşıyır.
    Məhz bu səbəbdən İmam Əli (ə) Siffeyn döyüşünün qızğın yerində namazın vaxtını soruşur. O həzrətdən (ə) təəccüblə: "İndi müharibənin qızğın anında namazın yeridirmi?” – deyə soruşduqda buyurur: "Biz namazı (xalq arasında) bərpa etmək üçün savaşmırıqmı? Buna görə də heç bir zaman məqsəd vasitələrə qurban verilməməlidir.
    Misirin əl-Əzhər universitetinin rektor müavini və "Məzhəblərarası danışıq komitəsi"nin sədri, Şeyx Məhəmməd Aşur tam məntiqi bir fikir irəli sürərək deyir:
    "İslam məzhəblərinin yaxınlaşması, ortaq mövqeyə gəlməsi, bir məzhəbdən üz çevirib digər məzhəbə tapınmaq və bütün məzhəbləri vahid məzhəb altında birləşdirmək demək deyil. Bu məzhəblərarası barışıq ideyasını yanlış səmtə istiqamətləndirməkdir. Məzhəblərin ümumi razılığa gəlməsi elmi müzakirələr əsasında olmalıdır. Xurafatla mübarizəyə yalnız bu yolla - elm silahı ilə qalxmaq olar. Eləcə də hər bir məzhəbin elm adamları elmi diskussiyalar zamanı öz biliklərini qarşıya qoymalı, bununla da tam sağlam, şəffaf bir ortamda bilik və düzgün seçimə əsaslanaraq nəticə çıxarmalıdırlar"[Bazxaniye-əndişeye-məğrib, İskəndəri, səh. 32. ].
    Hər bir məzhəbin müştərək cəhətlərə diqqət yetirməsi, daha çox həmkarlığa zəmin yaradacaq, müştərək olmayan cəhətlərə diqqət yetirməsi isə haqqı üzə çıxarmaq və digərlərinin görüşlərini bəyan etmək üçün elmi tədqiqat işlərində daha çox səy göstərmələrinə səbəb olacaqdır. "Əhli-beyt (ə) vilayətinə tapınmaq” şüarına qapılaraq, Allah və Peyğəmbərə (s) şəhadət verməyin fiqhi nəticələrini inkar etməyin düzgün olmadığı kimi, "İslamda məzhəblərarası vəhdət” şüarı və təəssübdən uzaq olmaq adı ilə imanın şərtlərində müştərək olmayan cəhətlərə və onların nəticələrinə göz yummaq da düzgün deyildir.

    Təəssübdən qaçmaq həqiqətlərə göz yummaq demək deyil. Onun mə`nası tədqiqat və elmi müzakirələrdə, elmə müvafiq ideoloji əsasların əsasını qoymaqdır. Bu nəzəri sistemin nəticəsində isə müxtəlif məzhəblərin bir-biri ilə rəftarı sağlam və normal səmtə doğru yönələcəkdir.


    2- HAQQ İMAM ƏTRAFINDA BİRLƏŞMƏ

    İslam dini müsəlmanlar arasında birliyə olduqca əhəmiyyət verir. Qurani-kərim buyurur:


    وَاذْكُرُواْ نِعْمَة اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا

    "Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz".[Ali-İmran, 103. ]


    وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمْ الْبَيِّنَاتُ وَ أُوْلَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ‏

    "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar".[Ali-İmran, 105. ]


    إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ

    "Həqiqətən, mö’minlər (dində) qardaşdırlar".[Hucurat, 10. ]


    إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ

    "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!"[Ənam, 159. ]


    وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعاً وَلَا تَفَرَّقُوا

    [

    6]"Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!"[Ali-İmran, 103. ]


    وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ

    "Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz"[Ənfal, 46. ].


    ِانَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ

    "(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!"[Quranda səmavi kitablar haqqında buyurulur:


    وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً

    "Ondan da əvvəl Musanın (ِz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabını (Tِvratı)"(Hud,17).

     
    صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى

    "İbrahimin və Musanın kitablarında!"(əl-Ə`la, 19). ]

    Doğrudur, Qurani-kərim çoxsaylı ayələrdə ümumdini vəhdət məsələsini dönə-dönə vurğulayır. Lakin unutmamalıyıq ki, birlik üçün hər hansı bir meyar lazımdır. Başqa sözlə desək, birlik və vəhdətə çatmaq üçün ümumi bir yol lazımdır. Heç bir meyar olmadan vəhdətdən danışmaq səmərəsizdir. Vəhdət yalnız "Qurani-samit” oxu ətrafında fırlana bilməz. Çünki, Əli (ə) demişkən: Quran (ayələri) müxtəlif batini və zahiri mənalara malikdir. Belə ki, onun sözlərini müxtəlif mənalara yozmaq olar. Elə buna görə də Qur`ani-kərim, səmavi kitab barəsində "İmam”[Bəqərə, 124.] (rəhbər) ifadəsini işlətməklə yanaşı həzrət İbrahimi (ə) nitq qabiliyyətli imam kimi təqdim edir:


    وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا

    (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm", - dedi.[Ali-İmran,103. ]

    Buradan məlum olur ki, nitq qabiliyyətinə malik olmayan (samit) səmavi kitablar yetərli deyillər. Deməli, natiq və danışan imama ehtiyac duyulur. Hansı ki, mübahisəli anlarda haqq-ədalət carçısı, başqa sözlə, dini birliyin mərkəzi oxu rolunu oynayır.
    Bu, yuxarıda qeyd olunan "İ`tisam” ayəsindən[Biharul-ənvar c 44, səh. 329. ] də asanlıqla aydınlaşır. Çünki, ayədə müsəlmanların ilahi ipdən yapışmaları əmr olunur. Bu isə o deməkdir ki, sizi qəti surətdə Allaha çatdıran şəxs, mə`sum və haqq imamdan başqa bir kəs deyildir. Dini vəhdətdə ən mühüm meyar və ölçü budur ki, müsəlmanların ətrafında toplaşdıqları həqiqət, səlahiyyətli bilik sahiblərinin elmi araşdırma və müzakirələri yolu ilə aydınlaşmalıdır.
    Vəhdətin son məqsədi həqiqətlərdən uzaqlaşmaq deyil, əslində vəhdət özü həqiqətə doğru gedən yoldur. "İ`tisam” ayəsi İslam məzhəbləri arasında birliyin meyarını təyin etməklə, son dərəcə əhəmiyyətli bir sirrin üstünü açır. Belə ki, müxtəlif məzhəblər arasında mövcud olacaq bu birlik, Allah ipindən yapışmadan müyəssər olmur. İlahi ipdən yapışmaqla islam ümməti pərakəndəlikdən və bədbəxtlik bataqlığına düşməkdən, eləcə də məhvedici fitnələrdən yaxa qurtarır.
    Ayədə "vəhdət” mərkəzini bildirən "həbl” (ip, kəndir) sözünün olması, diqqəti özünə cəlb edir. Sözsüz ki, bu kəndirin iki tərəfi vardır: biri ümmət, o biri isə uca yaradandır. Bu ip yerlə göy, insanla qeyb aləmi arasında vasitədir. Deməli, vəhdət və birlik çərçivəsinin bu qütbü qeyb və "mələkut” aləminə birləşik olmalı, bununla da müşahidə dünyası ilə qeyb aləmi (dünya və axirət) arasında əlaqə zəncirinə çevrilməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, vəhdət gəmisi, heyvani istəklər körpüsündə yan almamalı, həqiqət və reallıq limanında lövbər salmalıdır. Bir sözlə, heyvani istəklər dairəsində toplaşmaq deyil, haqq və həqiqət ətrafında müttəfiq olmaq nəzərdə tutulur.

    Buna əsasən demək olar ki, "həqiqət” xalqın istəyinə heç bir bağlantısı olmayan, müstəqil reallıqdır. Həqiqəti taparaq kütləvi surətdə ondan yapışmaq xalqın öz öhdəsinədir. Yəni xalq həqiqəti qavradıqdan sonra, özlərini ona uyğunlaşdıraraq bir araya gəlməlidir. Demək, "həqiqət” xalq ittifaqının məhsulu deyil. Belə ki, ümmətin hər hansı bir məsələdə yekdil olmasından haqq, onların bir məsələdən üz çevirmələrindən isə batil doğulmur. Necə ki, İmam Hüseyn (ə) müsəlmanların birliyini yararaq Yəzidin əleyhinə qiyam etdi. O həzrət özü bu barədə belə buyurur:[Əs-səvaiqul- muhriqə, səh. 90. ]


    انما خرجت لطلب الاصلاح فی امة جدی ارید ان آمر بالمعروف و انهی عن المنکر

    "Mən babamın ümmətinin islahı yolunda qiyam etdim. Mənim məqsədim insanları doğru səmtə çəkərək, pis yoldan uzaqlaşdırmaqdır". Əgər həqiqət, ümmətin müttəfiqliyi ilə ölçülürsə, burada artıq islaha ehtiyac duyulmur. İslah və doğru yola yönəldərək pisliklərdən çəkindirmək həqiqətin öz mahiyyətinin xalq toplusundan kəsb olunmaması müddəasını sübut etmək üçün ən güclü dəlildir. Əslində xalq özünü həqiqətə təqdim etməli və onunla müvafiq şəkildə uzlaşmalıdır. "İ’tisam” ayəsinin şərhində gələn hədisələrə müraciət etməklə görürük ki, Allahın ipi, insanı tam arxayınlıqla uca tanrıya çatdıran məsum imamlardır.

    İbn Həcər Heytəmi bu ayəni, Əhli-beyt (ə) haqqında nazil olmuş ayələr sırasında gətirmişdir.[Camiul- bəyan, c 4, səh. 21. ] Habelə "Səqəleyn” hədisini bu ayənin ("İ’tisam” ayəsi) izahedicisi adlandırmaq olar. Çünki, o hədisdə Allahın rəsulu (s) möminləri Quran və Əhli- beyt adlı iki qiymətli gövhər ətrafında toplaşmağa çağırır. Bununla isə, onların həqiqət səmtinə yönəlib, azğınlıqdan yaxa qurtarmasını bəyan edir.
    Əbu Cəfər Təbəri "İ’tisam” ayəsini təfsir edərkən belə deyir: "İ’tisam” dedikdə bir şeydən yapışaraq əl götürməmək nəzərdə tutulur, çünki ip elə bir şeydir ki, insanı məqsədə çatdırır.[Əl-müsənnif İbn əbu ؛eybə.  ]

    Başqa bir tərəfdən bu hədisin bir sıra yazılarında "İ’tisam” sözü işlənmişdir. Nümunə olaraq İbn Əbu Şeybənin Peyğəmbərdən "Səqəleyn” hədisini nəql etməsini göstərmək olar. Burada göstərilir ki, Peyğəmbər (s) belə buyurdu:[ھəvahidut- tənzil, c.1, səh. 168. ]


    انی ترکت فیکم ما لن تضلو ان اعتصمتم به کتاب الله و عترتی...

    Elə bu səbəbdən təfsir və hədis alimləri "Səqəleyn” hədisini "İtisam” ayəsinin izahında gətirirlər.

    Hakim Həskani birbaş İslam Peyğəmbərindən (s) belə nəql edir:


    من احب ان یرکب سفینه النجات و یتمسک بالعروه الوثقی و یعتصم بحبل الله المتین فلیوال علیا ولیاتم بالهدات من ولده.

    "Nicat tapmış gəmiyə minmək, sarsılmaz kəndirdən yapışmaq və Allahın ipindən əl götürməməyi istəyən şəxs, Əlinin (ə) vilayətini qəbul edib, onun hidayətçi övladlarının ardıcılı olmalıdır.”[Yenə orada, səh. 151]

    Yekun olaraq deyə bilərik ki, ayə və onun izahında gəlmiş hədislər şəffaf şəkildə göstərir ki, Əhli-beyt, İslam xalqlarını öz ətrafına toplayan mərkəzi nöqtə, imamət və vilayətə dair müzakirə isə, əslində Quran və hədislərin təkidlə vurğuladığı vəhdətin mərkəzi oxu və meyarından söhbət etməkdir.
    Hakim Neyşaburi, İbn Abbas vasitəsi ilə Peyğəmbərdən (s) belə nəql edir:[Əl-miləl vən-nihəl c.1, səh.24. ]
    "Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimi ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir.
    Əgər ərəb qəbilələrindən bir qrup onlarla qarşı-qarşıya durarsa, öz aralarında fikir ayrılığı düşər və şeytan dəstəsinin bir üzvünə çevrilərlər”. Həmçinin Əbuzərin barəsində belə nəql edir ki, o, Kəbənin kənarında dayanaraq əlləri ilə Kəbənin qapısından tutub belə dedi: "Ey camaat məni tanıyanlar tanıyır, kimsə məni tanımırsa, mən Əbuzərəm. Allah Rəsulundan (s) eşitdim ki, buyurdu:

    "Mənim Әhli- beytim, Nuhun gəmisi kimidir, ona minən nicat tapar və hər kəs ondan üz döndərsə, (dənizdə) qərq olar”.["İslamuna” rafi`i, səh. 59; "Risalətul- islam” jurnalı, 13 rəbi`ul- əvvəl 1378 h.q., Qahirə. ] Sonra isə hər iki hədisi səhih hesablayır.


    Category: Qədir-Xum | Added by: Islam_Kitabxanasi
    Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024