İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Qədir-Xum

    Qədir-Xum
    2012-07-18, 9:21 AM
    3- ELMİ MÜBAHİSƏLƏR VƏHDƏTƏ ZƏMİN YARADIR

     İmamət və rəhbərlik məsələsi, İslam ümməti arasında fikir ayrılığına səbəb olan ən mühüm problemdir. Bu barədə Şəhristani yazır: İslam xalqları arasında meydana gələn ən böyük parçalanma, imamət məsələsi ətrafında yaranmış ixtilafdır.["Fi səbilil- vəhdətil- islamiyyə”. S. 64. ] Çünki, əvvəldə qeyd edildiyi kimi, müsəlmanların birliyi istiqamətində çalışmaq hər bir müsəlmanın vəzifəsidir. Lakin bu o demək deyil ki, hər növ təəssübkeşlikdən uzaq olan sırf elmi müzakirələrdən əl çəkək. Çünki belə müzakirələr müsəlman qruplarının birləşməsində həlledici rol oynayır. Müsəlman firqələrindən hər biri, digər firqənin düzgün əqidəsini bildikdə, eləcə də aydın olduqda ki, onun da əqidəsi əql, Quran və sünnəyə söykənir, bir-birinə qarşı qarşılıqlı kin-küdurət və düşmənçiliklərdən çəkinərlər. Çünki, onların böyük bir hissəsi buna görədir ki, müsəlmanlar bir-birlərinin əqidələrini ya bilmir, yaxud da məntiqsiz hesab edirlər. Əgər şiə "bəda”ya etiqadına görə kafirlikdə, ya "təqiyyə”yə görə münafiqlikdə suçlu sayılırsa, buna görədir ki, bu etiqad və əməlin həqiqətindən xəbərdar deyillər. Bunun da bir hissəsi bizim öz əqidəmizi düzgün şəkildə başqalarına çatdırmaqda səhlənkarlığımıza görədir. İmamət məsələsi də bu konsepsiyadan kənarda deyildir. Əhli- sünnənin, şiələrin imamət və onun şərtləri haqqında əqidəsini (Ğuluv) (dində küfrlə nəticələnən ifrata varmaq) sayması, məhz elmi və düzgün formada onu tanıtdırmamağımıza görədir. Düzgün addım ataraq yaxşı əməl etməyimiz isə, müəyyən dərəcədə uğurla nəticələnmiş və islam vəhdətinə zəmin yaratmışdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirək:


    A) HAQQA MEYL
    1- Öz dövründə Misirin əl-Əzhər univeristetinin rektoru olmuş Şeyx Mahmud Şəltut, Şiə fiqhi və Əhli-beytin (ə) dini rəhbərliyinə dair uzun sürən mütaliədən sonra, Cəfəri şiəsinin mötəbər olmasına inanaraq, bu məzhəbin doğruluğuna dair məşhur fətvasında deyir: "Digər məzhəblər kimi 12 imam şiəsi adı altında tanınmış Cəfəri məzhəbinin ardıcılı olmaq, şəriət baxımından düzgün hesab olunur. Elə bu cəhətdən, yaxşı olar ki, müsəlmanlar onu yaxından tanıyaraq müəyyən məzhəbə qarşı yersiz təəssübkеşlikdən uzaq olsunlar.[Yenə orada. ]
    2- Әl-Əzhərin şeyxi, elmlər doktoru Muhəmməd Qəhham da Şəltutun fətvasına yazdığı rəydə onun nəzərini təsdiqləyərək deyir: "Şeyx Mahmud Şəltutun əxlaqı, elmi, məlumatının genişliyi, ərəb dili, Quran və Üsul elmindən faydalanması məni heyrətə gətirir. O, şiə məzhəbinə mənsub olmağın düzgünlüyünə fətva vermişdir. Bu fətvanın elmi əsasa söykənməsinə heç bir şübhə etmirəm. Mən özüm də bu fikirdəyəm".[Difa ənil- əqidə və؛- ؛əriə səh. 257. ] 
    Habelə deyir: "Allah Şeyx Şəltuta rəhmət eləsin! O bu zərif mənaya diqqət yetirərək, öz aydın və şücaətli fətvasını verməklə əbədiyyətə qovuşdu. O, şiə məzhəbinə əməl etməyin doğruluğuna fətva verdi, belə ki, bu məzhəb fiqhi və islami məzhəb olub tam varlığı ilə kitab, sünnə və dəlilə söykənmişdir..."["Fi səbilil- vəhdətil- islamiyyə” səh.66. ] 
    3- Şeyx Muhəmməd Qəzali deyir: "Mən hesab edirəm ki, böyük ustad Şeyx Mahmud Şəltutun fətvası müsəlmanlar arasında yaxınlıq yaratmasında uzun bir yolu qət etmişdir... Onun bu işi əslində, şərqşünasların zehinlərində gəzdirdiyi boş xülyalarına rədd cavabı idi. Onlar belə düşünürdülər ki, müsəlmanlar arasında mövcud küdurət və fikir ayrılıqları sonda İslam xalqlarını vahid qüvvə altında birləşməzdən əvvəl, kökündən silkələyərək, süquta uğradacaqdır. Ancaq mənim fikrimcə, bu fətva yolun başlanğıcı və işin əvvəlidir”.[Tarixul- tə؛riil- islami. ]
    4- Qahirə məscidlərinin müdiri, Əbdurrəhman Həccar belə deyir: ”Biz də öz növbəmizdə Şeyx Şəltutun fətvasına hörmətlə yanaşaraq, ona uyğun tərzdə fətva veririk. Biz xalqın, yalnız dörd məzhəblə məhdudlaşdıran monopolist əqidədən uzaqlaşmasını istəyirik. Şeyx Şəltut ictihad səviyyəsinə çatmış imamdır. Onun rəyi düzgün və həqiqətlə eynidir. Sair məzhəb başçılarının da müctəhid olduqları halda, niyə öz düşüncə və fətvalarımızda müəyyən məzhəblərlə kifayətlənirik.[Tarixul- məzahibul- islami səh. 39. ]
    5- Şeyx Şəltutun və Əbu Zöhrənin müəllimi, Ustad Əhməd bəy deyir: ”İmamiyyə şiələri hamılıqla müsəlmandırlar, onlar Allaha, onun elçisinə, Qurana və Peyğəmbərin gətirdiklərinə iman bəsləyirlər. Onların arasında qədim və müasir dövrə mənsub müxtəlif elm və fənlərdə böyük fəqihlər və alimlər gözə çarpır. Onlar, dərin təfəkkür və geniş məlumat sahibidirlər. Müxtəlif sahələrdə yüz minlərlə kitab yazmışlar. Mən onların böyük hissəsindən xəbərdaram.”[Risalıtüs- səqəleyn jurnalı, 2-ci say, 1413 h. q., səh. 252. ]
    6- Şeyx Muhəmməd Əbu Zöhrə isə yazır: "Şiələrin İslam firqəsi hesab olunmasında şübhə yoxdur... Dedikləri sözdə Quran və ya Peyğəmbərə (s) mənsub hədislərə istinad edirlər. Onlar sünni qonşuları (qardaşları) ilə dost olub, hər növ qarşılıqlı nifrətdən uzaqdırlar.”[Fi səbilil- vəhdətil- islamiyyə. ]
    7- İordanıyanın müftilərindən biri, Ustad Mahmud Sərtavi də belə deyir: "Mən öz əməlisaleh sələflərimin dediyi sözü təkrar edərək deyirəm: "İmamiyyə şiələri bizim dini qardaşlarımızdır. Bizim onların, onların isə bizim boynumuzda qardaşlıq haqqı vardır”.[Nəzərat fil- kutubul- xalidəh, səh. 33. ]
    8- Ustad Əbdül-fəttah Əbdül-məqsud isə deyir: "Mənim fikrimcə, şiə İslam dinini tam mənada özündə əks etdirən yeganə məzhəbdir. İslam haqqında məlumat əldə etmək istəyən hər bir şəxs şiənin əqidə və əməllərinə diqqət yetirməlidir. Tarix göstərir ki, şiə, İslam əqidəsinin müdafiəsi yolunda çoxlu zəhmətlərə qatlaşmışdır.”[Əbdullah ibn Səba c. 1, səh. 13. ]
    9- Qahirə Filologiya İnstitutunun ərəb qrammatikası müəllimi, elmlər doktoru Hanid Hənəfi Davud deyir: ”Buradan düşüncəli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, şiəlik azğın və süfyanilərin dediklərinin tam əksinə olaraq, sırf nəqli məzhəb, ya xurafat və cəfəngiyyatla dolu, yaxud da Əbdullah ibn Səbaya, habelə tarixdə ona oxşar digər qeyri-real şəxsiyyətlərə mənsub deyildir. Əslində şiəlik bizim yeni elmi metodumuzda onların zənn etdiklərinin əksinədir. Şiəlik, əqli və nəqli məsələlərə lazımi diqqəti yetirməkdə birinci yeri tutur. Bu məzhəb İslam məzhəbləri arasında xüsusi tərzlə fərqlənərək öz bacarığı sayəsində əlçatmaz üfüqləri özündə göstərən bir yol seçmişdir. Əgər şiənin əqli və nəqli məsələləri bir yerə toplamaq məziyyəti olmasaydı, heç vaxt ictihadda yenilik özülünə çatmaz, eləcə də İslam şəriətinin əsaslarına müvafiq və ona zidd olmayan şəkildə, özünü zaman və məkanla uyğunlaşdırmağı bacarmazdı.”[Əl-qədir c.4, səh. 4-5. ]
    O həmçinin, Əbdullah ibn Səba kitabına yazdığı rəydə deyir: "İslam tarixindən 13 əsr keçməsinə baxmayaraq, biz hələ də alimlər tərəfindən şiə əleyhinə yağdırılan, daxili duyğular və nəfsi istəklərdən qaynaqlanan fətvaların şahidiyik. Bu yanlış üsul İslam firqələri arasında irimiqyaslı parçalanmaya səbəb olmuşdur. Bu keçiddən elm və İslam alimləri şiələrin nümunəvi nəzər, onların zövq nəticəsindən məhrum qaldıqları kimi, bu firqənin böyük şəxsiyyətlərinin əsərlərindən də kənarda qalmışlar. Demək olar ki, bu keçiddən elm və bilik sahiblərinə dəymiş zərər, cəfəngiyyat vasitəsi ilə şiəliyə vurulmuş ziyandan daha artıqdır. Bu xurafatlar, əslində şiəliyin hüdudlarından çox-çox uzaqdır. Təkcə bunu demək kifayətdir ki, şiə fiqhinin banisi olan İmam Sadiq (ə) (təvəllüdü: 148 h.) eyni zamanda Əbu Hənifə Nöman ibn Sabit (t.150 h.) və Əbu Əbdullah Malik ibn Ənəs (t.179 h.) kimi iki sünni imamın ustadıdır. Elə bu səbəbdəndir ki, Əbu Hənifə deyir: "Əgər o iki il olmasaydı, Nöman həlak olmuşdu". Onun iki ildə məqsədi Cəfər ibn Muhəmmədin dəryаlаrcа оlаn elmindən faydalandığı dövrdür. Malik ibn Ənəs deyir: "Mən Cəfər ibn Muhəmməddən üstün bir fəqih görmədim”.[Məə ricalul- fikri fil-Qahirə, səh. 40. Limaza ixtərtu məzhəbə Əhlil-beyt, səh.16-17. ]
    10- Hələbin nüfuzlu alimlərindən biri Doktor Əbdurrəhman Kiyali Əllamə Əminiyə yazdığı məktubda deyir: "İslam dünyasında daima buna bənzər tədqiqat işlərinə ehtiyac duyulur... Niyə Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların arasında fikir ayrılığı yarandı? Nəticədə Bəni-Haşim öz hüquqlarından məhrum oldular. Habelə müsəlmanların tənəzzül və parçalanma səbəblərini araşdırmaq lazımdır. Görəsən nə səbəbə hazırkı vəziyyətə düçar oldular? Görəsən müsəlmanların əldən verdiklərini qədim tarixə baxıb ona etimad etməklə, qaytarmaq olarmı?[Saleh əl-Virdani, "əl-Xudə"; "Əqlül-müslim bəynə əğlamis-sələf və əvhamul-xələf". ]

    11- Әl-Əzhər univeristetinin İslam fəlsəfəsi müəllimi olan Ustad Əbülvəfa Günəyni Təftazani deyir: "Keçmişdə və hazırda dünyanın dörd bir tərəfində şiə əleyhinə nəqli dəlillərlə uzlaşmayan müzakirələr olunur. Xalq isə onun nə dərəcədə doğru olub-olmamasını sormadan əl-ələ verərək şiəni ittiham edirlər. Onların şiə qaynaqlarından xəbərsiz olmaları, şiə barəsində insafsız mövqe tutmalarının əsas səbəblərindən biridir. Onlar bu barədə yalnız şiə düşmənlərinin kitablarına istinad etmişlər.["Əl-Mütəhəvvilun”, c. 1, səh. 123.]


    B) HAQQI E`TIRAF ETMƏK

    Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər Əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir neçəsi barədə söhbət açmaq istəyirik:


    1.ƏLLAMƏ ŞEYX MƏHƏMMƏD MƏR`İ ƏMİR ƏNTAKİ
    O, hicri 1314-cü ildə Əntaki şəhərinin Ənsu kəndində anadan olmuşdur. Öncə Şafei məzhəbinə mənsub idi. Qardaşı ilə birlikdə təhsil almaq məqsədi ilə Misirə yola düşmüş və orada ilkin mərhələləri bitirdikdən sonra əl-Əzhər universitetinin Şeyx Müstəfa Məğazi, Mahmud Əbu Taha, Şeyx Rəhim və digər görkəmli şəxsiyyətlərindən bəhrələnərək yüksək elmi dərəcə qazanmışdır. Vətənə qayıdarkən əl-Əzhər universitetinin elm adamları bu iki qardaşa Misirdə qalıb tədrislə məşğul olmaq təklif edirlərsə də, onlar bunu qəbul etməyib öz doğma el-obalarına dönürlər. Çox da uzun sürməyən araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq məzhəb olduğunu anlayır və hər iki qardaş bu məzhəbi seçirlər.
    Şeyx Məhəmməd "Limaza ixtərtu məzhəbə Əhlil-beyt (ə)” adlı kitabında yazır: "Tam əminəm ki, Allah məni hidayət edərək mənim taleyimə haqq məzhəbin ardıcılı olmağı yazdı. Bu isə Əhli-beyt (ə) məzhəbi, Allah rəsulunun (s) nəvəsinin, İmam Cəfər ibn Məhəmməd Sadiqin məzhəbidir”.
    O, Əhli-beyt (ə) məzhəbini qəbul etməsində mühüm rol oynayan səbəbləri qeyd edərək deyir:
    1. Hər şeydən əvvəl, Şiə məzhəbinin ehkamlarına əməl etməyin yetərli olduğunu və mükəlləflərin buna əməl etməklə öz vəzifələrini həyata keçirdiklərini gördüm. Keçmişdə və hal-hazırda bir çox əhli-sünnə alimi də bunun doğruluğuna fətva vermişlər.
    2. Güclü dəlillər, inandırıcı sübutlar və gündüz, parlaq günəşin saçdığı kimi açıq-aşkar sübutlar vasitəsi ilə Əhli-beyt (ə) məzhəbinin haqq olduğu isbat edildi. Bu, elə bir məzhəbdir ki, şiələr onu Əhli-beytdən (ə), onlar da Allahın rəsulundan (s), o isə Cəbrayıldan və nəhayət, o da Allahdan əxz etmişdir.
    3. Vəhy onların öz evində nazil oldu və onlar evdə nə baş verdiyini başqalarından daha yaxşı bilirlər. Elə buna görə də normal düşünən hər bir şəxs, Əhli- beytin (ə) sözünü qoyub, digərlərinin fikirlərinin arxasınca getməz.
    4. Qurani-kərimdə bir çox ayələr bizi onların vilayət və dini rəhbərliklərini qəbul etməyə çağırır.
    5. İslam peyğəmbərindən (s) nəql olunmuş bir çox hədislər də bizi Əhli-beyt (s) məzhəbinə mənsub olmağa dəvət edir. Mən bunların əksəriyyətini "əş-Şiə və hucəcuhum fit-təşəyyo” kitabında qeyd etmişəm.["Əl- Mütəhəvvilun”, c. 3, səh. 126. ]
    Category: Qədir-Xum | Added by: Islam_Kitabxanasi
    Views: 735 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024