İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Qədir-Xum

    Qədir-Xum
    2012-07-18, 9:17 AM
    10. FƏLƏSTİNLİ MÜBARİZ LİDER MƏHƏMMƏD ŞƏHADƏ
    O, İsrail dustaqxanalarında dustaq həyatı keçirdiyi zaman qaranlıq zindan guşələrində Livan şiələri ilə davamlı mübahisələr nəticəsində Şiə məzhəbinin haqq olduğunu anladı. Şiə məzhəbini, Əhli-beyt (ə) məktəbini qəbul etdikdən sonra fələstinlilər arasında onun aşkar və mübariz təbliğatçılarından birinə çevrildi.
    İndi isə onun müsahibələrinin bəzi hissələrinə nəzər salaq:
    "Fələstinin qayıdışı Məhəmməd (s) və Əliyədir (ə)".
    "Mən dünyanın azadlığı uğrunda mübarizə aparan inqilabçıları dünya azadlıqsevərlərinin öndəri İmam Hüseynə (ə) iqtida etməyə dəvət edirəm".
    "Mənim Peyğəmbərin (s) Əhli-beytinin (ə) məzlumluğuna ürəyim yanır. Mənim fikrimcə, Əli (ə) həqiqətən, məzlum idi. Fələstində işğalçılıq, təcavüz artdıqca o həzrətin məzlumluğu haqqında olan fikir daha da ənginləşir".
    "Mənim şiə məzhəbi haqqında məlumatsızlığım əhli-sünnə məzhəbinə sədaqətimə səbəb olmuşdur. Ümid edirəm ki, mən, "Necə hidayət oldum" kitabını oxuyuram deyən son şəxs olmayım. Mənim Şiə məzhəbini qəbul etməyimin bizi əhatə edən siyasi proseslərə heç bir aidiyyatı yoxdur. Mən digər müsəlmanlarla yanaşı Livanın cənubunda aparılan mübarizələrin qələbə ilə nəticələnən uğurlarından dolayı iftixar hissi keçirirəm. Bütün bu nailiyyətlərin başında "Hizbullah" təşkilatının dayanmasına baxmayaraq, mənim Şiə məzhəbinə dönüşümdə əsaslı amil siyasi gedişat olmamışdır. Mənim Əhli-beyt (ə) əqidəsini qavramam daha çox qəlbimin daxili dönüşü nəticəsində olmuşdur. Əhli-beyt (ə) yolu haqq yoludur. Hansı ki, mən indi ona tapınmışam".
    "Mənim Şiə məzhəbinə dönüşüm siyasi deyil, əqidə ilə bağlıdır".
    Tezliklə Fələstində Şiə məzhəbinin təbliği ilə məşğul olacağam. Allahdan bu müqəddəs işimdə mənə yar olmasını diləyirəm".
    "Əhli-beytdən (ə) olan sonuncu imam həzrət Qaimin (əc.) gözlə görünməyən yardımları Fələstin əhalisinin hərəkətə gəlməsinə, daimi mübarizəsinə səbəb olmuşdur. Biz onun yardımları nəticəsində qazanılan qələbələri gözümüz önündə müşahidə edir və o həzrətin (əc.) zühur etməsinə ümid edirik. Mən onunla batini əlaqə yaradır, problemlərimi onunla bölüşürəm və ondan bu çətin məqamda bizə diqqət yetirməsini istəyirəm".
    "Mən dünya azadələrini, xüsusilə fərqli məzhəblərə mənsub olanlara tövsiyə edirəm ki, İmam Hüseyni (ə) və onun zülm əleyhinə qiyamını örnək olaraq qəbul etsin və heç bir zaman böyük şeytan Amerikanın və İslam dünyasında inkişaf etməkdə olan xərçəng şişinin törətdikləri zülm və cinayətlərə biganə qalmasınlar".
    "Mən çıxış üçün dəvət olunduğum, Fələstində (minlərlə insanın iştirakı ilə) təşkil olunan konfrans və iclaslarda bütün sözlərimi Peyğəmbərin (s) Əhli-beytinin (ə) həyat tərzi üzərində qururam. Bu çıxışlar Fələstin cəmiyyətinin Əhli-beytlə (ə) bağlı fikirlərində böyük dönüş yaratmışdır. Mən bu metodumu davam etdirəcəyəm ki, Fələstin xalqı onların qədrini bilsin və onların yolu ilə gedərək Allahın izni ilə qələbə çalsın...".
    "Allahın iradəsi və bir çox mömin qardaşlarımın həmkarlığı ilə tez bir zamanda Fələstində Əhli-beyt (ə) məzhəbini təbliğ edərək önə çəkəcəyəm. Ümidvaram ki, bu, İmam Mehdinin (əc.) zühuruna bir növ zəmin yaradacaqdır".

    Misirin "əl-Əzhər" universitetinin elmi heyətinin sədri Şiə məzhəbini təbliğ və müdafiə etdiyinə görə acıqca ona hücum etdikdə belə cavab verdi: "Mən yalnız bunu deyirəm: "İlahi! Mənim xalqımı hidayət et! Onlar başa düşmürlər...!” Sonra deyir: O, mənim Şiə məzhəbi haqqındakı məlumatsızlığımın Şiə olmağıma səbəb olduğunu dedikdə dedim: "Əslində bu məlumatsızlığım hələ də Əhli-sünnə məzhəbində qalmağıma səbəb olmuşdu. Lakin indi Şiə məzhəbinin haqq olduğunu etiraf edirəm”[Maidə, 104. ].


    11. FƏLƏSTİNLİ HƏKİM ƏSƏD VƏHİD QASİM
    O da Şiəlik haqqında davamlı araşdırmalar nəticəsində Şiə məzhəbini qəbul etdi və müxtəlif vasitələrlə Şiəliyin haqq olduğunu sübut etməyə, Şiəliyi təbliğ etməyə başladı. O, bu yolda olmazın əziyyətlərə qatlaşdı. Ondan alınan bir müsahibədə deyir: "Mənim fikrimcə Şiəlik eynilə İslam, İslam da eynilə Şiəlikdir".[Zuxruf, 23. ] Onun da Şiə məzhəbini müdafiə məqsədi ilə yazdığı əsərləri mövcuddur. Belə əsərlərindən "Əzmiətul-xilafət vəl-imamət və asaruhal-müasir" kitabının adını çəkmək olar.

    Qeyd etmək lazımdır ki, Şiə məzhəbinin haqq olması bir çox Əhli-sünnə və başqa dinlərin ardıcıllarının Şiəliyi qəbul etməsinə səbəb olmuşdur.

    Burada qeyd olunanlar yalnız bir neçə nümunə idi.


    4. DİNİ İDEALIN (MƏRCƏ`NİN) MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
    İmamət məsələsindən danışdıqda iki cəhətə diqqət yetirmək lazımdır; tarixi və dini cəhətlər. İmamət məsələsinin tarixi baxımdan vaxtı keçsə də dini baxımdan öz əhəmiyyətini itrməmiş və itirməyəcəkdir. İmamətdən söhbət olunduqda, təbii ki, "dini mərcəimiz kimidir"! və ya "Dinimizi kimdən öyrənməli, əxz etməliyik?" sualları haqqında düşünməyə bilmərik. Biz Peyğəmbərin (s) həqiqi sünnəsini kimlər daha yaxşı bilir? Dinimizi, İslam maarifini Əbül-Həsən Əşəridənmi, İbn Teymiyyədənmi öyrənməliyik? Fiqhimizi, dini-hüquqi məsələlərimizi Əhli-sünnət və vəhhabilərin dediyi kimi dörd məşhur məzhəbin öndərlərindənmi, yoxsa Peyğəmbərin (s) əhli-beyti olan məsum kimsələrdənmi öyrənməliyik?
    Ayə və rəvayətlərdən məlum olduğuna və Şiə etiqadına görə hər bir müsəlmanın, İslamın erkən çağlarından günümüzə qədər uzun zaman keçdiyini, müxtəlif fikir ayrılığının yarandığını nəzərə alaraq Peyğəmbərin (s) sünnəsini, din maarifini daha etibarlı yollarla əldə etməsi zəruridir. Elə buna görə də Əlini (ə) Peyğəmbərdən (s) sonra xəlifəlik məqamına təyin olunması siyasi-ictimai rəhbərliyin formalaşması ilə yanaşı həm də dini idealın, müsəlmanların dini-hüquqi problemlərini aradan qaldıracaq bir qüvvənin mövcudluğu zərurəti idi. Təbii ki, bu kimi problemlər Peyğəmbərin (s) vəfatından sonra nəinki azalmır, əksinə şiddətlənirdi. Əli (ə) bunu nəzərə alaraq xalqa müraciətləri zamanı Peyğəmbərin (s) Əhli-beytini (ə) belə vəsf edirdi:
    1."Ey camaat! Hara gedirsiniz? Nə üçün haqdan yayınırsınız? Haqq bayraqları dalğalanmaqdadır, onun nişanələri tam aydınlığı ilə görünməkdədir. Hidayət çıraqları yolunuza işıq saldığı bir vaxtda yolunu azmışlar kimi hara gedirsiniz? Peyğəmbərin (s) Əhli-beyti (ə) aranızda olduğu bir zaman nə üçün haqqı batildən seçə bilmirsiniz? Onlar haqq bələdçiləri, din öndərləri və dоğru danışanlardırlar".
    2. "Camaat! Peyğəmbərinizin (s) Əhli-beytinə (ə) nəzər salın. Qədəmlərinizi onların ayaq basdığı yerə qoyun. Onlar sizi hidayət yolundan sapındırmaz, fəlakətə doğru sürükləməzlər. Onlar sükut etdikdə sükut edin, qiyam etdikdə qiyam edin. Onlardan önə keçməyin ki, yolunuzu azarsınız, onlardan geri qalmayın ki, məhv olarsınız".
    3. "Camat! Biz Əhli-beyt (ə) Peyğəmbərin (s) əynindəki köynəyinə bənzəyirik. Biz onun (s) əsl tərafdarları, vəhy maarifinin xəzinədarları və bu maarifə yiyələnmək üçün giriş qapılarıyıq. Qapı olmasa heç bir kimsə evə daxil ola bilməyəcək. Evə qapıdan daxil olmayan kimsə isə oğru adlanır".
    4. Quranın dərin biliyinə yiyələnənlərin biz deyil, onlar olduğunu güman edənlər haradadırlar? Onlar bu iddialarını, yalan və zülm olaraq bizə rəva qıldılar. Allah-tәala biz Əhli-beyti (ə) ucaltdı və onları xar etdi, bizə əta etdi, onları isə məhrum etdi. Bizə öz nemətlərini bəxş etdi, onları isə bu nemətdən məhrum etdi. (Hidayət olmaq istəyənlər) hidayət yolunu bizim vasitəmizlə keçdilər. Kor qəlblər bizim vasitəmizlə işıqlığa çıxdılar".
    5. "Həqiqətən, mən sizin aranızda qaranlıq gecədə işıq saçan çırağa bənzəyirəm. Belə ki, ona doğru gələn, işığından bəhrələnir".

    6. "Onlar - Əhli-beyt elmin canlanması, savadsızlığın, nadanlığın isə aradan qaldırılması rəmzidirlər. Onların helmi elmlərindən, zahirləri batinlərindən, sükut etmələri məntiqlərindən xəbər verir. Onlar əsla Allahın dininə qarşı çıxmazlar. Onların dində fikir ayrılıqları yoxdur.


    5. "QƏDİR" MƏSƏLƏSİNİN İNSAN HƏYATINDA ROLU
    Mövcud dinlərin imtiyazlarından biri budur ki, insanlara yüksək, ülvi hədəfləri və bu hədəflərə çatmağın yollarını göstərməklə yanaşı müəyyən örnək və ülgülər də tanıtdırırlar. Həmin dinə sitayiş edən insanlar dinin göstərdiyi örnəkləri, onların keçdiyi həyat yolunu nəzərə alıb ülvi məqsədlərə daha tez çatırlar. Çünki psixoloqların fikrincə kamil bir örnəklə həqiqətə doğru gedən yolu daha tez qət etmək olar.
    Allah-tәala həzrət Peyğəmbərin (s) müsəlmanlar üçün ən yaxşı ülgü olduğunu buyurur:
    "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"[Əhzab, 66-68.  ]
    Qeyd etmək lazımdır ki, Peyğəmbərdən (s) sonra qarşıya elə problemlər çıxdı ki, Peyğəmbər (s) dövründə müsəlmanlar elə problemlərlə qarşılaşmamışdılar. Elə buna görə də Peyğəmbəri (s) örnək olaraq önə çəkmək mümkün deyildi. Belə məsələlərdən biri İmam Hüseynin (ə) dövründə qarşıya çıxdı. Belə ki, İslama zidd olan lakin İslam adından çıxış edən Yezid adlı bir şəxs İslam ümmətinin rəhbərliyini ələ keçirdi. Həmin dövrdən qiyamətə qədər, insanlara ən gözəl ülgü nümayiş etdirən İmam Hüseyn (ə) oldu. Bu örnək yalnız Şiə məzhəbinə mənsub olanlara, Əhli-beyt (ə) ardıcıllarına məxsusdur. Əhli sünnə isə bu növ örnəkdən məhrumdur.
    Peyğəmbərdən (s) sonrakı imamət və xilafət mövzusu bir cəhətdən tarixi olmasına baxmayaraq, İslamın erkən çağlarının tarixi olması etibarı ilə böyük əhəmiyyətə malikdir. Peyğəmbərdən (s) sonra imamət məsələsi əslində imamın imamət üçün layiqli olmasının və Allah tərəfindən təyin olunmasının zərurəti məsələsidir. Daha dəqiq desək, burada söhbət Peyğəmbərdən (s) sonra bəşəriyyət üçün kimin örnək olmasından gedir. Örnək Əli (ə) kimi bir şəxsiyyət olmalıdırmı ki, bütün insani keyfiyyətləri özündə əks etdirmişdir? Hansı ki, şücaət, ədalət, səxavət, ibadət, zahidlik, təqva, fəzilət və digər əxlaqi sərvətlərə yiyələnmək baxımından bənzəri yox idi. Yoxsa döyüşlərdə heç bir rolu olmayanlarmı örnək olmalıydı? İslam ümmətinin İslamın erkən çağlarında yaşamış qabaqcılları arasında elə bir ideal örnəyə ehtiyacı var ki, onlar üçün qiyamət gününə qədər təhrikedici bir qüvvə olsun. Belә ki, bu ümmətin hər bir nümayəndəsi məlum örnəyin ictimai mövqeyini, fəzilətlərini, əxlaqi keyfiyyətlərini oxumaqla haqqa daha yaxın olsunlar.
    "Mahatma Qandi" Hindistanda istemar əleyhinə mübarizə örnəyi kimi məşhur deyilmi? "Fədakar kəndli" hələ uşaq yaşlarından fədakar ruhda tərbiyə olunmaları üçün uşaq kitablarında fədakarlıq simvolu kimi verilməmişdirmi? İslam düşmənlərinin müsəlman örnəklərini müstəmləkəyə çevirərək maddi və mənəvi dəyərlərini qarət etdikləri bir dönəmdə nə üçün müsəlmanlar qəflət yuxusundan oyanmadılar. Allah-tәala Qurani-kərimdə: "Allah heç vaxt kafirlər üçün mö’minlərin əleyhinə olan bir yol qərar verməz!" – deyə buyurmamışdırmı? İslam Peyğəmbəri (s) "İslam bütün dinlərdən üstündür və ondan üstün din yoxdur" - deyə buyurmamışdırmı? Nə üçün müsəlmanlar müstəmləkəçilərə xidmət göstərməkdə, hətta digər müsəlman ölkələrinin əleyhinə olsa belə bir-biri ilə yarışırlar? Nə üçün hər hansı bir İslam dövləti müstəmləkəçilərə gözəl xidmət, yaxud digər müsəlman dövlətini işğal etdiyinə görə işğalçıya fəxri nişan verməlidir? Biz nə üçün qəflət yuxusuna getmişik? Nə üçün Tacikistan milləti iki yüz min şəhid, iki milyon köçgün verməsinə baxmayaraq zəfər qazana bilmədi? Halbuki, İran xalqı daha az şəhid verərək 2500 illik monarx şah hakimiyyətini devirdi. Buna səbəb yalnız Əli (ə) və İmam Hüseyn (ə) kimi örnək və idealların mövcudluğudur. Hansı millət və ya ölkə inqilabının ilk anlarında müstəmləkəçilər tərəfindən zоrlа qәbul etdirilmiş müharibəni səkkiz il müddətində qələbə ilə sona vura bilər? Buna səbəb İmam Hüseyn (ə) və Əhli-beyt (ə) kimi idealların mövcudluğu deyilmi? Buna səbəb Əbül-Fəzl əl-Abbas kimi örnəyin mövcudluğu deyilmi? Bi iddia mənim kimi şiə olan bir şəxsə aid deyil. Bu, bir çox İslam dövlətlərinin xalqının süstlüyündən, durğun fəaliyyətindən narahat olan siyasi, inqilabi simaların iddialarıdır. Çox təəssüflər olsun ki, Fələstin faciəsi ilə bağlı bir çox müsəlman dövlətlərinin susduğunun şahidiyik. Hətta kiçik bir yürüş, etiraz aksiyası şəklində belə öz etiraz səslərini qaldırmırlar. Hansı ki , bu onların öz mənafelərini də təmin edir. Çünki İsrailin tamahından bütün müsəlman dövlətləri keçir. Onlar, sanki dinləri bir olan Fələstin xalqının başına heç bir iş gəlməyibmiş kimi etinasızcasına məsələnin üstündən keçirlər. Onlar başını qar altına salıb ovçunu görməyərək düşmən yoxdur, deyən quşa bənzəyirlər. Hansı ki, başları öz eyş-işrətlərinə qarışmışdır. Lakin bir gün başlarını qaldıraraq düşmənin onlara hakim kəsildiyinin şahidi olacaqlar. Lakin on iki imamçı Şiə müsəlmanlar isə özləri müstəmləkəçilərə, İslam düşmənlərinə qələbə çalaraq Fələstin, Əfqanıstan, Çeçenistan, İraq, Azərbaycan (Qarabağ), Bosniya və s. müsəlmanların qələbəsinə bütün mümkün yollarla yardım göstərirlər. İslam ümmətinin qayğısını çəkir və qlobal, ümumdini bir qələbə üçün əllərindən gələni edirlər. Bu yolda böyük məhrumiyyətlərə məruz qalmalarına baxmayaraq, mübarizələrini iftixarla davam etdirirlər. Bütün bunlara səbəb Şiə məzhəbinin onlara örnək olacaq, tarix boyu böyük həyati dərslər, ibrətlər qoyub getmiş idealların mövcudluğudur. Şiə məzhəbinin Əli (ə) kimi ideal bir örnəyi var. Hansı ki, buyurur: "Əgər insan yəhudu qadının ayağından xalxal (zinət üçün ayağa taxılan dəmir halqa) oğurlandığına görə ölərsə, haqlıdır". Bu məzhəbin Hüseyn ibn Əli (ə) kimi ideal örnəyi var. Hansı ki, buyurur: "Nə zülm et, nə də zülmə tabe ol!" və ya buyurur: "Zillət bizdən uzaqdır!" Hansı ki, buyurur: "Şanlı ölüm köləcəsinə yaşamaqdan yaxşıdır" Hansı ki, yeri gəldikdə "Əmr be məruf" və "Nəhy əz münkər" uğrunda candan belə keçmək lazım olduğu qənaətindədir.
    Dövrümüzdə "İmamət" mövzusu haqqında danışmaq həmin ideallardan, örnəklərdən danışmaq deməkdir. Burada örnək deyildikdə bütün sahələrə aid edilməlidir; İbadət, ailə, ictimai və fərdi öhdəliklər və s. İnsanların gələcəyini formalaşdıran həmin örnəklərdir. Uşaq yaşlarından başlayaraq "Zillət bizdən uzaqdır" şüarı yazılmış parçaları alnına bağlayan, İmam Hüseynin (ə) əza mərasimində iştirak edən, onu öz idealı sanan kimsə heç bir zaman, ömrünün ixtiyar çağlarında belə zülmə tabe olmaz. Necə ki, idealı, örnəyi olan İmam Hüseyn (ə) zülmə boyun əymədi. İnsan hər an ülgünü, idealı gözü önündə canlandıraraq ona hər cəhətcə yaxınlaşmaq, onun kimi olmaq istəyir. Ona yaxınlaşmaq Allaha yaxınlaşmağa yol açır. Elə buna görə də örnəklərin seçimində olduqca dəqiq olmaq lazımdır. Onlar ömür boyu xətaya yol verməyən, qəbahətdən kənar olan kimsələr olmalıdırlar. İnsan üçün yaxşını pisdən, haqqı batildən, fəziləti qəbahətdən ayıran imamdır. İmamət xəttinə qoşulmaqla insan iki yoldan birindən ayrılır. Əgər mən Hüseyn ibn Əlinin (ə) ardıcılı olaramsa, heç bir zaman fasiq, zalım bir hakimə beyət əli uzatmaram. Lakin Abdullah ibn Ömər kimi birinin ardıcılı olaramsa, tarixin ən məşhur qan içəni olan Həccac ibn Yusif Səqəfinin ayağı ilə belə beyət edərəm. Necə ki, Əhməd ibn Hənbəl Abdullah ibn Öməri nümunə götürərək Mütəvəkkilə beyət etdi. Deməli, meyar və şüarları araşdıran "İmamət" müddəasıdır. "İmaət" və "Qədir" məsələləri tarixi və faydasız, əhəmiyyətsiz məsələlər deyil. Bu, İslam ümməti, habelə bəşəriyyət üçün həyati məsələlərdəndir. "İmamət" insan ruhu ilə sıx əlaqəli bir mövzudur. "İmamət" insanın dünya və axirəti ilə sıx bağlı olan, bir sözlə insan həyatının bütün sahələrində təsirli olan məsələdir.
    Category: Qədir-Xum | Added by: Islam_Kitabxanasi
    Views: 545 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019