İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Peyğəmbərlərin həyatı

    Peyğəmbərlərin həyatı
    2012-03-23, 8:34 AM
    İLK İNSAN - ADƏM (Ə)
    Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl asqırdı və dedi: «Əlhəmdu lillah».
    Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına düşmüşdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və bədbəxtliyi ayıra bilirdi.
    Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr edirdilər, həmişə Allahın qarşısında təslim idilər.
    Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz canişini və nümayəndəsi kimi seçmişdi. Çünki, Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun məqamı mələklərdən üstün idi. Amma, başqa bir yaranmış ona səcdə etmədi. O, Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin anlamadığı digər səma ulduzları illərindən.
    Allah-təala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.
    Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. Şeytan cin tayfasındandır. O, Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu:
    -Ey Şeytan, niyə Adəmə səcdə etmədin?
    Şeytan dedi:
    -Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan yaranmışdır. Od palçıqdan üstündür.
    Allah təkəbbürlü Şeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaşdırdı və həmin vaxtdan da Şeytan Adəmə (ə) kin bəsləyərək düşmən kəsildi.
    Şeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmış idi. Həmişə bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb, yolundan azdırsın.
    Allah Şeytanı öz rəhmətindən uzaqlaşdırdı. Ona buyurdu:
    -Rədd ol get! Sən qovulmuşsan və qiyamətə qədər mənim lənətim olsun sənə.
    Şeytan dedi:
    -Ey Allah, mənə qiyamətə qədər fürsət ver.
    Allah-təala buyurdu:
    -Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.
    Şeytan dedi:
    -Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin yolunun üstündə oturub, onların hamısını doğru yoldan azdıracağam.
    Şeytan nə qədər lənətlik, nə qədər bədbəxt və yalançıdır! O azğınlığa düşməsində Allahı ittiham edir. O etdiyi günahla belə özünü cəzaya layiq bilmir. Şeytan demir ki, Adəmə (ə) paxıllıq edib, kin bəsləmiş, təkəbbür və lovğalıq etmiş, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmışdır.
    Beləliklə Şeytan kafir oldu. Öncə qürurlandı və sonra küfr yolunu tutdu. O güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki, o, oddan, Adəm (ə) isə torpaq və palçıqdan yaranmışdır. Şeytan özünübəyənən idi. Unutdu ki, bu əmri ona, onu yaradan Allah vermişdir və Allahın əmrinə itaət etmək lazımdır.
    HƏVVA
    Allah Adəmi (ə) yalqız yaratdı. Sonra onun üçün Həvvanı xəlq etdi. Adəm (ə) yoldaşını görərək sevindi. Həvva da bu görüşə şad oldu. Bütün eyib və nöqsanlardan uzaq olan Allah bizim ata və anamız olan Adəm (ə) və Həvvaya cənnətdə yer verdi.
    Cənnət çox gözəl yerdir, fövqəladə gözəlliyə malikdir. Çoxlu çaylar, həmişəyaşıl ağaclar, həmişə bahar... Cənnətdə istilik və soyuqluq yoxdur. Gəzəl ətirlər... İnsan onların qoxusu ilə sinəsini dolduranda şadlıq və xoşbəxtlik hiss edir.
    Allah-təala Adəmə (ə) buyurdu:
    -Sən və yoldaşın cənnətdə sakin olun və istədiyiniz nemətlərdən meyl edin. Cənnətin harasında istəsəniz sakin olun və nə istəsəniz yeyin.
    Orada xoşbəxt olacaqsan. Cənnətdə yorğunluq, aclıq və çılpaqlıq yoxdur. Amma, olmaya bu ağaca yaxınlaşasan! Olmaya Şeytanın sözünə qulaq asasan. Çünki, o səni aldadar. Həqiqətən Şeytan sənin və yoldaşının düşmənidir. Ey Adəm! Şeytan sənə həsəd aparır və əslində səni azğınlığa düçar etmək istəyir.
    Adəm (ə) və həyat yoldaşı Həvva cənnətdə yola düşüb, gözəl ağacların kölgəsində oturdular, onların meyvələrindən yedilər. Adəm (ə) və Həvva çox şad və məmnun idilər. Həqiqətən Allah onların hər ikisini Öz qüdrət əli ilə yaratmış və hər növ ruzi və xörəyi onlara ehsan etmişdi.
    Mələklər də onları sevirdilər. Çünki, onları Allah yaratmış və Allah onları sevmişdi.
    Adəm (ə) və Həvva cənnətdə yola düşüb, o tərəf bu tərəfə gedir, onun ağaclarından meyvə dərir, çaylarının kənarında otururdular. Yaqut və əqiqdən ürəkaçan və gözəl sahillər, şəffaf və dadlı sular... Onlar öz ayaqlarını yuyurdular. Ətirli və ləzzətli baldan arxlar, süddən çaylar, quşlar, güllər... Adəm (ə) və Həvva hədsiz dərəcədə sevinirdilər. Cənnətdə onlar üçün hər şey hazırlanmışdı. Ağaclar, meyvələr... Onlar bütün meyvələrdən yedilər. Müxtəlif cür, müxtəlif rəngli, müxtəlif ətirli meyvələr... Hamısı gözəl və dadlı idi.
    Lakin Adəm (ə) və Həvva cənnətin ortasında yerləşən bir ağacı görürdülər... Əla görünüşlü və açıq meyvəli bir ağac... Onlar ona yalnız tamaşa edirdilər. Çünki, Allah-təala bu ağaca yaxınlaşmağı və meyvələrini yeməyi onlara qadağan etmişdi.
    ŞEYTAN – İNSANIN DÜŞMƏNİ
    Şeytan mələklərin yanından qovuldu. Onun kimliyi ilk imtahanda aydın oldu. Onun özünü bəyənməsi və təkəbbürü göründü. O, lənətlənmiş və qovulmuş bir mövcuda çevrildi. Odur ki, daha mələklərin arasında ona yer yox idi.
    Şeytan bütün vücudu ilə Adəm (ə) və Həvvaya kin bəsləyir və paxıllıq edirdi. O hər an Adəm (ə) və Həvvanı aldadıb, cənnətdən qovdurmaq barədə fikirləşirdi. Öz-özünə dedi: "Onları necə aldatmağı yaxşı bilirəm. Bilirəm ki, onlar mənim vəsvəsələrimə qulaq asacaqlar. Onları bu ağacdan yeməyə təhrik edəcəyəm. Onda Adəm yazıq və özüm kimi bədbəxt olacaqdır. Allah onu cənnətdən qovacaq və Həvva da Adəmin gününə düşəcəkdir".
    AĞAC
    Şeytan Adəm (ə) və Həvvanın yanına gəldi. Onlara vəsvəsə edib, aldatmaq məqsədilə dedi:
    -Siz cənnətin bütün ağaclarını görmüsünüzmü?
    Adəm (ə) dedi:
    -Hə, görmüşük və onların meyvələrindən də yemişik.
    Şeytan dedi:
    -Nə faydası?! Siz əbədiyyət ağacının meyvəsindən yeməmisiniz. O ağac, əbədi həyat və mülk ağacıdır. Əgər o ağacın meyvələrindən yesəniz, hər ikiniz cənnətdə iki mələk formasına düşəcəksiniz.
    Həvva Adəmə (ə) dedi:
    -Gəl əbədiyyət ağacının meyvəsindən yeyək.
    Adəm (ə) dedi:
    -Allahımız bu ağaca yaxınlaşmağı bizə qadağan etmişdir.
    Şeytan onları aldadaraq dedi:
    -Əgər bu əbədiyyət ağacı olmasaydı, Allah sizə qadağan etməzdi. Əgər iki mələyə çevrilməyəcəkdinizsə, onda Allah buyurmazdı ki, bu ağaca yaxınlaşmayın. Mən sizi nəsihət edirəm ki, bu ağacdan yeyin. Əgər belə etsəniz, iki mələyə çevriləcəksiniz və heç vaxt ölməyəcəksiniz. Siz əbədi qalacaq və həmişəlik olaraq bu cənnətin nemətlərindən bəhrələnəcəksiniz.
    Adəm (ə) yoldaşına dedi:
    -Mən necə öz Allahımın sözündən çıxım?! Yox! Yox!
    Şeytan dedi:
    -Tələsin! Gəlin o ağacı sizə göstərim. O ağac cənnətin ortasında yerləşir.
    Şeytan yola düşdü. Adəm (ə) və Həvva da onun ardınca getdilər. Şeytan təkəbbür və qürurla addımlayırdı. O həmin ağacı göstərib dedi:
    -Həmin ağac budur. Görün nə qədər gözəldir! Meyvələrinə baxın. Necə də ürəkaçandır.
    Həvva baxdı. Adəm (ə) də baxdı. Həqiqətən çox görməli və cəlbedici idi. Qəşəng meyvələri vardı. Buğdaya oxşar bir ağac idi, amma, cürbəcür meyvələri, alma və üzümü də var idi. Şeytan dedi:
    -Niyə ondan yemirsiniz? Mən and içirəm ki, sizin xeyrinizi istəyirəm. Sizə məsləhət görürəm ki, bu ağacın meyvələrindən yeyin.
    Şeytan Adəm (ə) və Həvvaya and içdi ki, onların xeyrini və əbədiliyini istəyir. Bu dəhşətli anda Adəm (ə) öz Allahını unutdu. O, Allahla bağladığı əhd-peymanını yaddan çıxartdı. Öz-özünə fikirləşdi ki, həmişə Allahı yad edər və eyni zamanda əbədi olaraq ömür də sürə bilər. O həyəcanlı anlarda Həvva əlini uzadıb, ağacın meyvəsindən dərərək yedi. Həqiqətən ləzzətli və gözəl idi. O, meyvələrdən Adəmə (ə) də verdi. Adəm (ə) öz əhd-peymanını unudaraq onları yedi.
    İş bu yerə çatdıqda Şeytan qaçdı və öz hiyləgərsəsinə səsi ilə qəhqəhə çəkərək güldü. Həqiqətən o, Adəm (ə) və Həvvanı aldadaraq qələbə çalmışdı.
    YERƏ ENMƏK
    Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə baş verdi. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisi çılpaq qaldılar. Bədənlərinin eyibi göründü.
    Orada enli yarpaqlı əncir və banan ağacları da var idi. Adəm (ə) və Həvva onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından özlərini örtmək üçün paltar düzəltmək istədilər. Peşimanlıq, qorxu və xəcalət hissi keçirirdilər. Çünki, günah etmişdilər. Allahın sözünü eşitməyib, Şeytanın sözünə qulaq asmışdılar. Şeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə qaçmışdı.
    Adəm (ə) və Həvva onları çağıran bir səs eşitdilər. O səs Allah-təalanın səsi idi. O buyururdu:
    -Mən sizi bu ağaca yaxınlaşmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi ki, Şeytan sizin düşməninizdir, ona aldanmayın?
    Adəm (ə) günah etdiyi üçün ağladı. Həvva da ağladı. Kaş onlar Şeytanın sözünə qulaq asmayaydılar!
    Onlar peşiman olaraq Allahın qarşısında başlarını aşağı salıb, dedilər:
    -İlahi! Biz tövbə edib, sənə doğru qayıdırıq. Bizim tövbəmizi qəbul et və günahlarımızı bağışla!
    İlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlayıb, rəhm etməsən özün zülm edənlərin dəstəsindən olacağıq.
    Adəm (ə) öncədən bilirdi ki, tövbə və peşimanlıq günahları yuyur. Ona görə də tövbə etdi və Allahın dərgahına münacat elədi. Allah öz bəndələrinə qarşı mehribandır. Buna görə də onun tövbəsini qəbul etdi. Amma, bu ağacın meyvəsindən yeyən və Allaha günah edən şəxs cənnətdən çıxmalı və günahından paklanmalı idi.
    Allah-təala buyurdu:
    -Yerə enin! Sizinlə Şeytan arasında düşmənlik davam edəcəkdir. O, həmişə sizi aldatmağa çalışacaq. Amma, mənim əmrimə qulaq asan və sözlərimə əməl edən şəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə Şeytanın taleyi kimi olacaqdır.
    Allah-təala buyurdu:
    -Enin! Sizin bəziniz bəzilərinizə düşmən olacaqdır. Yer, ölənə kimi sizin məskəniniz olacaqdır. Onda yaşayın, onda ölün və qiyamətə ordan qalxın. Hamınız cənnətdən çıxın! Yerdə mənim tərəfimdən sizə yol göstərənlər gələcəkdir. Mənim dediklərimə tabe olan nə yolundan sapar və nə də bədbəxt olar! Kim məndən üz çevirsə, onun həyat və yaşayışı çətinləşər, qiyamətə isə kor halda gələr.
    Beləliklə, Adəm (ə) və Həvva yerdə yaşamağa layiq görüldülər. Adəmin (ə) bədəninin eyibləri göründü... O, yer üzərində Allahın canişini olmağa, onu abad etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaşmağa hazır oldu. Buna görə də mələklər ona səcdə etdilər. Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad və zülmkarlıqla məşğul olub, qan tökəcəkdir. Amma, Adəm (ə) mələklərin xəbərsiz olduqları bəzi məsələləri bilirdi. O, bütün adları bilirdi.
    Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxşı bacarır. Ona görə də Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun canişini olsun.
    Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. Şeytan da endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düşdülər. Adəm (ə) Şri-Lanka adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına düşdü. Şeytan isə ən alçaq quru bir nöqtəyə endi: Bəsrədə körfəz sularının yaxınlığında şoranlıq bir çölə.
    Beləliklə yerdə insan həyatı başlandı. Qarşıdurma və keşməkeşlər yarandı. Şeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu.
    Bizim ata və anamız olan Adəm (ə) və Həvva yerə endikdə orada çoxlu heyvanlar yaşayırdılar. Lakin, onlar min illər ərzində yığılmış buz qatlarına dözə bilməyib, tələf olmuşdular. Mamut adlı filə oxşayan bir heyvan var idi, lakin, dərisi yunla örtülmüşdü. Bu heyvan Sibirdə kəşf olunmuşdur. Kərgədana oxşar başqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüşdü. O heyvan da buz və soyuğa dözə bilməyib, həlak olmuşdu.
    Orada qəribə quşlar olmuşdur. Güclü pəncələrə malik olan o quşlar aradan getmişdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və yerin şiddətli soyuğu sona çatdı. Get-gedə istilər başlandı.
    Allahın istəyi bu idi ki, Adəm (ə) və Həvva yerə ensinlər və insan orada Allahın nümayəndəsi olsun. Əkinçilik etsin, ev tiksin və bu gözəl diyarı abadlaşdırsın.
    GÖRÜŞ
    Mələklər Adəmi (ə) çox sevirdilər. Ona görə ki, Allah-təala onu Öz qüdrət əlləri ilə yaratmışdı. Onu çox istəyirdilər, çünki, onu Allah yaratmış və məqamını mələklərdən üstün etmişdi.
    Mələklər Adəmə (ə) səcdə etdilər, çünki, bunu onlara Allah əmr etmişdi.
    Adəm (ə) Allahın əmrindən çıxıb, o ağacdan yeyəndə peşiman oldu, tövbə etdi və ağlayıb, Allahın dərgahına yalvardı. Bizim mehriban Allahımız onun tövbəsini qəbul etdi və onu nümayəndə kimi yerə göndərdi.
    Yer insan üçün imtahan dünyasıdır. Görəsən o, Allaha ibadət edəcək, yoxsa Şeytanın sözünə baxacaqdır?!
    Mələklər Adəmi (ə) sevirdilər. Onun xeyir və səadətini istəyirdilər. Onlar istəyirdilər ki, Adəm (ə) yenidən cənnətə qayıtsın. Amma, Şeytan Adəmi (ə) xoşlamırdı. O, insan məxluqunu sevmirdi. Ona kin bəsləyirdi. Ona görə də Adəmə (ə) paxıllıq edərək səcdə etmədi və Allahın qarşısında lovğalandı; o, Adəmi (ə) aldatdı. Onu səhvə vadar etdi və Adəm (ə) həmin ağacın meyvəsindən yedi.
    Şeytan insanı xoşlamır. Bütün varlığı ilə ona düşməndir və onun bədbəxtçiliyi üçün çalışır. O, insanı cəhənnəm oduna çəkmək istəyir.
    Adəm (ə) yerə endi. Həmişə Allaha səcdə edir və günah etdiyi üçün dərin peşimançılıq hissi keçirirdi. Allah onun tövbəsini qəbul etdi. Onu bağışladı və beləliklə Adəm (ə) günahdan paklandı.
    Adəm (ə) yoldaşı Həvvanı yadına saldı. Onu çox sevirdi. Onunla olanda şad və xoşbəxt idi. Amma, indi onun harada olduğunu bilmirdi. O Həvvanı tapmaq üçün axtarışa başlamalıydı.
    Adəm (ə) yerdə təkbaşına yoldaşı Həvvanı axtarmağa başladı. Bir mələk ona xəbər verdi ki, Həvva bu yerdən çox uzaq bir məkanda yerləşir. O səni gözləyir və qorxu içində yaşayıb, səni axtarır. Əgər bu istiqamətdə hərəkət etsən mütləq onu görəcəksən.
    Adəm (ə) ümidvar olub, Həvvanı axtarmaq üçün yola düşdü. Uzaq məsafələri qət etdi. O ayaqyalın yol gedirdi. Acanda çöl bitkilərindən yeyir, axşam düşəndə isə qorxaraq münasib bir yerdə yatırdı. O uzaqdan gələn heyvan səslərini eşidirdi.
    Adəm (ə) gecə-gündüz yol gedərək Məkkəyə çatdı. Ürəyində Həvvanı tapacağını hiss etdi. Çoxlu dağları bir-birinin ardınca arxada qoyurdu.
    Həvva da gözləyirdi. Dağların başına çıxıb, üfüqlərə baxır, Amma, heç bir şey görmürdü.
    Bir gün Həvva ətrafa baxarkən uzaqdan gələn bir qaraltı gördü. Bildi ki, Adəmdir (ə). Çünki, Həvvanın özünə bənzəyirdi. Həvva dağdan endi. Qaça-qaça Adəmə (ə) tərəf getdi. Çox şad və ümidvar idi. Adəm (ə) də uzaqdan Həvvanı gördü. Qaça-qaça Həvvaya tərəf getdi. Həvva da Adəmə (ə) doğru qaçırdı.
    Görüş Ərəfat adlı bir dağın yanında baş verdi. Adəm (ə) və Həvva hər ikisi şövqdən ağlayırdılar. Aydın səmaya baxır və onları bir daha qovuşdurduğu üçün böyük Allaha şükr edirdilər.
    İŞ VƏ YAŞAYIŞ
    Yerdə yaşamaq asan deyildi. Çünki, yer cənnət deyil. Yer kosmosda fırlanan bir planetdir. Orada fəsillər dəyişir. Onun, dağ və dərələri qarla örtən soyuq qışı, isti və yandırıcı yayı vardır. Onun yarpaqları tökən və ağacları quru budaqlara bənzədən payızı vardır. Sonra bahar gəlir. Yer yaşıl və səfalı olur.
    Adəm (ə) cənnətin gözəl yaşayışı barədə fikirləşirdi. Adəm (ə) ağlayırdı. O, yenə də cənnətə və oradakı xoş həyata qayıtmaq istəyirdi.
    Onlar yaşamaq üçün yerin gözəl bir nöqtəsini seçdilər. Orada quruda bitən bəzi bitkilər və müxtəlif meyvəli ağaclar vardı.
    Cənnətin gözəl və şad günləri sona çatdı. Orada nə isti və nə soyuq vardı. Orada aclıq və yorğunluq da yox idi. İndi Adəm (ə) və Həvva çalışmalı və işləməlidirlər. İndi onlar özlərini qarşıdan gələn qışa və onun soyuq küləklərinə hazır etməlidirlər. Onlar ağac budaqlarından düzəltdikləri evi tikib qurtarana qədər mağarada yaşamalı idilər.
    Adəm (ə) həmişə çalışıb, zəhmət çəkirdi. Gündüzlər işləməkdən tərləyirdi. Onlar acından ölməmək üçün əkinçilik etməli, öz məhsullarını biçməli, un üyütməli, xəmir yoğurmalı və sonra özləri üçün iki tikə çörək bişirməli idilər. Onlar arxada qalan xoş günlərini yada salır və yenidən cənnətə, onları yaradan Allahın yaxınlığına qayıtmaq istəyirdilər.
    Onlar öz günahlarını yada salıb, ağlayır və Allahdan bağışlanmaq diləyirdilər. Beləliklə onların yaşayışı iş, ibadət və övladlarının gələcəyi barədə fikirlə keçirdi.
    Günlər ötdü. Həvvadan bir qız və bir oğlan doğuldu. Sonralar o, yenidən bir oğlan və bir qıza sahib oldu. Beləliklə yer üzərində sakin olan insanların sayı altı nəfərə çatdı. Adəm (ə) və Həvva övladları olduğu üçün çox sevinirdilər. Onların övladları günbəgün böyüyürdülər.
    Onlar böyüyüb, cavanlıq yaşına çatdılar. Qabil və qardaşı Habil həmişə ataları ilə çölə gedər və ondan işləmək öyrənərdilər: yer şumlamaq, qoyun otarmaq. Eqlima və Luza isə ev işlərində, aşpazlıqda, ev süpürməkdə və dərzilikdə analarına kömək edirdilər. Yaşamaq iş və zəhmət tələb edirdi.
    Günlər və illər beləcə ötürdü.
    QABİL VƏ HABİL
    Qabil daş ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox sakit, mülayim və mehriban idi.
    Qabil həmişə qardaşına əziyyət verirdi. Onun özünə qul olmasını və gecə-gündüz ona xidmət göstərməsini istəyirdi. İstəyirdi ki, Habil qoyun otarmaqdan əlavə, həm də onun üçün yer şumlasın. Özü isə tənbəllik və vaxtını boş yerlərə sərf etsin.
    Qabil qardaşı Habilə nə qədər kötək vurmuşdur! Amma, Habil dözərək səbir edirdi, çünki, Qabil onun qardaşı idi. Habil Allahdan qardaşı Qabili hidayət etməsini, onu pis işlərdən çəkindirməsini istəyirdi. Onun yaxşı insan olmasını arzulayırdı.
    Adəm (ə) də narahat idi. O dəfələrlə oğlu Qabilə nəsihət etmişdi ki, pis işlərindən əl çəksin. Bir dəfə ona dedi:
    -Ey Qabil, sən də qardaşın kimi saleh və yaxşı insan ol!
    Başqa bir vaxt ona xatırlatdı:
    -Ey Qabil, pisliklərindən əl çək! Allah-təala pis işlər görən vəfasız insanları sevməz.
    Qabil atasının nəsihətlərini eşitmirdi. O, Habildən üstün olduğunu güman edirdi. Çünki, o, qardaşından dəfələrlə güclü idi. Onun güclü qolları vardı. Başı Habilin başından böyük, boyu isə uca idi. Adəm (ə) oğluna deyirdi:
    -Kim daha imanlıdırsa, daha da üstündür. Ey Qabil, Allah ürəklərə baxır. Üstün və hörmətli insan ən imanlı və ən təqvalı olandır.
    Qabil özbaşına bir adam idi. O qışqırırdı:
    -Mən Habildən böyüyəm. Mən ondan güclüyəm.
    Bir gün Qabil qardaşı Habilə çox möhkəm bir şillə vurdu. Habil onun bu işinin qarşısında heç nə etmədi və qardaşının bu hərəkətinə səbir etdi. Habilin ürəyi çox mehriban idi. O öz qardaşını çox istəyirdi. Bilirdi ki, o anlamır, nadandır. Özü isə Allahdan qorxur və qardaşı kimi fasiq olmaq istəmirdi.
    Atası Qabilin pisliklərinə son qoymaq istədi. Allahın yaxşı insanları sevdiyini və pis iş görənləri xoşlamadığını ona başa salmaq istəyirdi. Bu məqsədlə onlara dedi:
    -Sizin hər biriniz Allahın dərgahına bir qurban təqdim edin. Allah kimin qurbanını qəbul etsə, üstün şəxs odur. Çünki, Allah-təala yalnız imanlı şəxslərin qurbanını qəbul edir.
    Qabil buğda tarlasına sarı yollanıb, təzə və dəyməmiş sünbüllərdən bir dəstə düzəltdi. Habil isə qoyun sürüsünə tərəf gedib, onların içindən eyib və nöqsansız bir qoyun seçdi: çox yaxşı və gözəl bir qoç. Çünki, tezliklə onu Allah dərgahına qurban və hədiyyə edəcəkdi.
    Adəm (ə) övladlarına dedi:
    -Bu təpələrə doğru gedin!
    Qabil buğda dəstəsini qucağına alıb, təpənin başına getdi. Habil də öz gözəl qoçunu ona tərəf sürdü. Habil qoçunu təpənin başında buraxdı. Qabil də buğda dəstəsini onun yaxınlığında yerə atdı. Habil Allaha səcdə etdi.Onun qorxusundan ağladı. O, təmiz səmaya baxır və Allahdan qurbanını qəbul etməsini istəyirdi. Amma, Qabil çox həyəcanlı idi. O tərəf bu tərəfə baxır, elə bil nə isə axtarırdı. O, Allahı görmək istəyirdi. Onun hansı formada və necə olmasını bilmək istəyirdi.
    Bir saat keçdi. Hələ heç bir hadisə baş verməmişdi. Habil oturub, sakitcə göyə baxırdı. Göydə bir qədər bulud topası göründü. Get-gedə səma buludla doldu. Hava sakitləşdi.
    Habil Allahı çağırırdı. Qabil isə bir daş parçasını götürüb, qəzəblə atırdı və daş qayalara dəyərək parça-parça olurdu. O, əsəbiləşmişdi və nigaran idi. Bilmirdi nə etsin. Birdən göydə bir ildırım çaxdı. Göy guruldamağa başladı. Qabil qorxdu. Amma, Habil həmişə Allahı çağırırdı. Yağış yağmağa başlayıb, Habilin üzünü yudu, göz yaşlarını sildi. Qabil isə bir qayanın altına sığındı. Bir neçə dəfə ildırım çaxdı. Qəflətən çox güclü bir ildırım çaxıb, qoça dəydi və onu çox uzaq bir yerə apardı. Habil ürəkdən sevindi. Sevincindən ağladı. Onun qurbanı qəbul olunmuşdu. Həqiqətən Allah Habili sevirdi, çünki, Habil Allahı sevirdi.
    Amma, Qabilin ürəyi kin və həsədlə dolu idi. Küləyin ətrafa səpələdiyi buğda dəstəsini görmək, onun üçün dözülməz idi. Bir daş parçasını götürüb, qardaşının üstünə qışqırdı:
    -Səni öldürərəm.
    Habil sakitcə dedi:
    -Ey Qabil! Ey qardaş! Allah yalnız imanlı insanların qurbanını qəbul edir.
    Qabil yenidən öz yumruğunu tərpədərək qışqırdı:
    -Səni öldürəcəyəm. Mən sənə nifrət edirəm.
    Habil qəmgin oldu. Axı niyə qardaşı onu sevmir? Məgər nə edib ki, qardaşı ona kin bəsləyir? Ona görə də dərdli-dərdli dedi:
    -Əgər məni öldürmək istəsən də mən səni öldürməyə çalışmaram. Mən aləmlərin Rəbbindən qorxuram. Ey Qabil! Sən mənə zülm edirsən. Əgər məni öldürsən, aqibətin cəhənnəm odudur.
    Qabil vəhşi kimi öz-özünə fikirləşirdi. Fikirləşirdi ki, güclü olduğu üçün haqq da onunladır. O, qardaşına hakim olub, onu özünə əsir etməlidir. Ayrı heyvanlar kimi öz xidməti üçün ondan da istifadə etməlidir.
    Habil öz işinin ardınca getdi. Qoyunlarını otlağa apardı. Qardaşının hədələrinə qulaq asmırdı. O, qoyunlarını hündür təpələrdə və yaşıl dərələrdə otarır və ətrafındakı təbiət haqqında aşiqanə və diqqətlə düşünürdü. İmanı səfa və səmimiyyətlə dolu idi. Çəmənliklərdə otardığı qoyunlara baxırdı. Hər şey sakit idi. Günəşin qürub vaxtı olduğu üçün çox gözəl mənzərə görünürdü: Mavi və saf üfüq... Geniş dərələr boyunca axan çayın şır-şır səsi... Ağ quşlar mavi səmada qanad çalıb, uçurdular. Hər şey gözəl idi.
    Qabil təpələrin o tərəfində tələsik öz əkin yerinə gedirdi. Lakin, əsəbi idi və ac olması onun qəzəbini daha da artırırdı. Uzaqdan bir dovşan gördü. Qaça-qaça onu qovdu. Ona bir daş atdı. Daş dovşana dəyib, ayağını sındırdı. Dağa qaçıb, Qabilin əlindən qurtulmağa imkanı yox idi. Qabil onu tutub, öldürdü. Ətini yedi və qalanını yerin üzərinə tökdü. Leş yeyən quşlar enib, ondan yedilər. Qabil öz-özünə fikirləşdi: «Əgər o da zəif olsaydı, leş yeyənlər onu da özlərinə yem edərdilər». Öz-özünə deyirdi: «Niyə vəhşi quşlar məni yemirlər? Çünki, mən güclüyəm və hər bir güclü yaşamağa haqlıdır. Zəiflər ölməlidirlər!»
    O vəhşicəsinə fikirləşirdi. O haqq ilə batili ayıra bilmirdi və saleh insanın pis iş görənlərdən üstün olmasını anlamırdı. Onun qardaşına qarşı olan kin və paxıllığı yenə də hərəkətə gəldi. Əkin sahələrini buraxıb, təpələrə tərəf yola düşdü.
    O, yaşıl ətəklərdə olan qardaşı Habilə baxırdı. Qoyunlar sakitcə otlayırdılar. «Habil otların üstündə arxası üstə yatmışdır. Bəlkə də yuxuludur». Bu, qardaşı Qabilin ürəyindən keçən fikir idi.
    Qabilin içindəki kin və qəzəb alovu yenidən şölələndi. Ürəyindəki xəyanət şölələri zəbanə çəkdi. Əyilib, yerdən iti bir daş götürdü. Bəlkə də Habili öldürmək üçün bir fürsət yarandığını düşünürdü. Bəlkə də həmişəlik onun əlindən xilas olacağını fikirləşirdi.
    Qabil təpədən endi. Qardaşına yaxınlaşdı. Çox ehtiyatlı idi: yırtıcı canavar kimi. Gözlərində xəyanət qığılcımı parlayırdı.
    Habil isə yatmışdı. Otlaqlarda çox gəzdiyindən yorulmuşdu. Ona görə də başını çəmənlikdəki yastı bir daşın üzərinə qoyub, yatdı.
    Onun çöhrəsində təbəssüm və ümid işığı görünürdü. O, arxayın yatdı. Çünki, bu yerlərdə canavar və donuzların olmadığına əmin idi. Ona görə də qoyunlarını otlaqda qoyub, yuxuya getdi.
    O heç zaman fikirləşməzdi ki, canavarlardan qat-qat yırtıcı olan bir yaranmış da vardır. Bu yaranmış, böyük kainatda onun yeganə qardaşı olan Qabil idi.
    Qabil Habilin yaxınlığına çatmışdı. Kölgəsi uzanmış qardaşının üzünə düşürdü. Habil gözlərini açdı və qardaşının üzünə təbəssüm etdi. Amma, Qabil həqiqi bir vəhşiyə çevrilmişdi: canavar kimi, bəlkə ondan da daşürəkli.
    O, daşla qardaşına hücum edib, onun alnını parçaladı. Habilin gözlərindən qan axdı. O özündən getdi. Qabil isə dayanmadan onu daşla vururdu. Nəhayət Habil tamamilə hərəkətdən düşdü. O tərpənə bilmir və iri gözlərini açmağı bacarmırdı. Danışmaq və tənəffüs qabiliyyəti yox idi, evinə qayıda bilmirdi. Onun qoyunları çobansız qalmışdı. Tezliklə dərə-təpələrdə sərgərdan olacaqdılar və canavarlar onları parça-parça edəcəkdi.
    Qabil qardaşına baxırdı. Qan hələ də Habilin alnından axırdı. Qan dayandı. Leş yeyənlər yenə də səmada görünüb, o tərəflərdə uçmağa başladılar. Qabil heyrət və sərgərdanlıq içində idi. Qardaşının cəsədini götürüb, yola düşdü. Onu hara aparmağın və necə bu ac leş yeyənlərdən uzaq saxlamağın yolunu bilmirdi.
    O yoruldu. Günəş qüruba yaxınlaşırdı. Qabil qardaşının cəsədini yerə qoyub, istirahət məqsədilə oturdu. Birdən onun yaxınlığında bir qarğa yerə qondu və uca səslə qar-qar etməyə başladı. Bəlkə də Qabilə belə deyirdi:
    -Qardaşına nə etdin? Niyə qardaşını öldürdün?
    Qabil qarğanın hərəkətlərini izləyirdi. Qarğa yeri qazır və torpaqları kənara tullayırdı. Orada kiçik bir çala düzəldib, dimdiyi ilə öz yemini çalaya atdı və sonra isə üstünü torpaqla örtdü. Qabil çox mühüm bir işi kəşf etdiyini anladı. Qardaşının bədənini leş yeyənlərdən və canavarlardan qorumaq üçün yol tapdı. Sınıq bir sümüyü götürüb, yeri qazmağa başladı. Bəlkə də ölmüş bir ulağın, atın və ya başqa bir heyvanın çənə sümüyü idi.
    O yorulub, tərləsə də münasib bir çala qazdı. Leş yeyənlər və heyvanlar daha onu aça bilməzdilər. O, qardaşının cəsədini götürüb, həmin çalaya atdı və onu torpaqla basdırdı.
    Qabil çox ağladı. Qardaşını öldürdüyü və öldükdən sonra bir iş görə bilmədiyi üçün ağladı.
    Qardaşının cəsədinin necə basdırmağı ona qarğa öyrətdi. O, cahil və nadan bir yaranmış idi. Heç bir şey bilmirdi. Nə etmək lazım olduğunu qarğadan öyrəndi. Qabil onlardan torpaq tökülən ovuclarına baxıb, dedi:
    -Ey Qabil! Özünə nə etdin? Qardaşını öldürmək üçün nəfsin səni necə aldatdı? Nə qazandın? Sənin işin peşimanlıq, əzab və əziyyətdən başqa bir nəticə verəcəkmi?
    Günəş gözlərdən itdi. Axşam oldu. Qaranlıq hər yeri bürüdü və Qabil evinə qayıtdı. Qabil hələ evinə çatmamış uzaqdan bir alov gördü. Od yanmışdı. Qorxdu. O, oddan qorxurdu. Od, qardaşının qurbanını qəbul etmiş, onun qurbanını isə rədd etmişdi. Qaçmaq istəyirdi. Amma, hara?
    Atası Adəm (ə) yol gözləyirdi: oğlanlarının yolunu. Qabil tənha qayıtdı. Adəm (ə) qəm-qüssə və nigaranlıq içində ondan soruşdu:
    -Qabil, bəs qardaşın haradadır?
    Qabil qəzəblə dedi:
    -Məni göndərmişdin ki, qardaşımı qoruyum?
    Adəm (ə) bir hadisə baş verdiyini duydu. Odur ki, Qabilə dedi:
    -Onu harada buraxdın?
    Qabil dedi:
    -Orada, o təpələrdə.
    Atası dedi:
    -Məni ora apar!
    Qabil həmin yeri göstərdi. Yola düşdü və atası da onun arxasınca getdi. Uzaqdan qoyun və quzuların səsini eşitdilər. Adəm (ə) gördü ki, qoyunlar ətrafa səpələniblər. Qışqırdı:
    -Habil, hardasan? Habil!
    Amma, heç kəs cavab vermirdi. Adəm (ə) ay işığında gördü ki, daşların üzərində nə isə parlayır. O, yerdə qəribə bir ətir duydu. Adəm (ə) hər şeyi anladı. Bildi ki, Qabil qardaşını öldürmüşdür. Qəzəblə qışqırdı:
    -Lənət olsun sənə ey Qabil! Niyə qardaşını öldürdün? Allah səni yerdə qan töküb, pis işlərlə məşğul olmaq üçünmü yaratmışdır? Lənət olsun sənə!
    Qabil qaçdı. Yerdə sərgərdan oldu. O, dəlilər kimi o tərəf bu tərəfə qaçırdı. Mağaralarda yatır, od və alovun qarşısında təzim edir və onlara səcdə edirdi. Amma, daha alovdan qorxmurdu. Onun həyatı bütünlüklə əzab-əziyyətə və peşimançılığı çevrildi.
    Adəm (ə) qəmgin halda öz evinə qayıtdı və övladı Habilin ayrılığından ağlamağa başladı. Saleh və təqvalı Habil... Məzlum Habil... Adəm (ə) qırx gün ağladı. Həvva da övladına görə ağladı. Allah Adəmə (ə) vəhy etdi ki, ona başqa bir övlad lütf edəcəkdir: Habil kimi saleh bir övlad.
    Doqquz aydan sonra Həvva gözəl bir uşağa sahib oldu. Uşağın çöhrəsi ay kimi parlayırdı. Adəm (ə) sevindi və ürəyi sevinclə doldu. Çünki, Allah-təala Habilin əvəzinə onun üçün bir övlad mərhəmət etmişdi.
    Yeddi gün keçdi və Adəm (ə) övladı üçün ad seçmək fikrinə düşdü. Yeddinci gün həyat yoldaşına dedi:
    -Onun adını Şis qoyuram: Allahın hədiyyəsi. Çünki, Allah onu bizə hədiyyə vermişdir.
    İllər ötdü. Şis böyüdü və Adəm (ə) qocalıb, yaşlaşdı. Həvva da yaşlı bir qadın olmuşdu. Adəm (ə) şad idi. Övladları böyümüş, nəvə və nəticəyə sahib olmuşdu. Onlar işləyib, çalışırdılar. Ev tikir, əkinçilik edir və Allaha ibadət edirdilər. Qabil də başqa bir yerdə yaşayırdı. O da övlad və nəvə sahibi olmuşdu.
    Bir gün Adəm (ə) övladı Şisə (ə) dedi:
    -Oğlum! Üzüm yemək istəyirəm.
    Şis (ə) ayağa qalxıb, geniş üzüm bağlarına tərəf getdi. Bir neçə üzüm salxımı dərdi və atasının yanına qayıtdı. Amma, Adəm (ə) dünyadan köçmüş və həyatla vidalaşmışdı. Min il yerdə yaşadıqdan sonra o, yenidən cənnətə qayıtdı.
    Bismillahir-Rəhmanir-Rəhim.
    «Yadına sal o zamanı ki, Allahın mələklərə dedi:
    -Mən yer üzündə nümayəndəmi yaradıram.
    Mələklər dedilər:
    -İlahi! Sən yerdə bir kəs yaradırsan ki, fəsad edib, qan tökəcəkdir. (Çünki, yerin Adəmdən (ə) qabaqkı mövcudları fəsad edib, qan tökməyə aludə olmuşlar. Əgər bu Adəmi (ə) yaratmaqda məqsədin ibadətdirsə,) Biz sənə təsbih, həmd və şükr edirik və səni əzəmətlə yad edirik.
    Allah buyurdu:
    -Mən sizin bilmədiyiniz bəzi həqiqətləri bilirəm.
    Sonra yaranışın sirlərini və bütün mövcudatın adlarını Adəmə (ə) öyrətdi və sonra onları mələklərə təqdim edib, buyurdu:
    -Əgər doğru deyirsinizsə bunların adlarını mənə deyin.
    Mələklər dedilər:
    -İlahi! Sən bütün eyiblərdən uzaqsan. Biz sənin öyrətdiklərindən başqa heç nə bilmirik. Sən elmli və hikmətlisən.
    Buyurdu:
    -Ey Adəm (ə)! Onları mövcudların adları və sirləri ilə tanış et!
    Onlarla tanış etdikdə Allah-təala buyurdu:
    -Sizə demədimmi ki, mən yerlərin və göylərin qeybi sirlərini bilirəm?! Sizin aşkar etdiyiniz və gizlətdiyiniz hər bir şeydən xəbərdaram.
    Həmçinin yadına sal o zamanı ki, mələklərə dedik:
    -Adəmə (ə) səcdə edin.
    İblisdən başqa hamısı səcdə etdilər. İblis boyun qaçırıb, təkəbbür etdi. O, itaətsizliyi və təkəbbürlüyünə görə kafirlərdən oldu. Dedik:
    -Ey Adəm (ə)! Sən və yoldaşın cənnətdə sakin olun və onun nemətlərindən istifadə edin. Amma, bu ağaca yaxınlaşmayın. Çünki, o zaman zalımlardan olarsınız.
    Şeytan onların cənnətdən çıxmasına səbəb oldu və onları olduqları yerdən çıxartdı. O vaxt onlara dedik:
    -Hamınız yerə enin, bir halda ki, bəziniz bəzinizlə düşmən olacaqsınız və sizin üçün yerdə müəyyən zamana qədər məskən və faydalanmaq vasitələri olacaqdır.
    Sonra Adəm (ə) Rəbbindən bəzi kəlmələri qəbul və onlarla tövbə etdi. Allah onun tövbəsini qəbul etdi. Çünki, Allah tövbə qəbul edən və mehribandır. Dedik:
    «Hamınız cənnətdən enin! Mənim tərəfimdən sizin üçün hidayət gəldikdə (itaət edin), ona itaət edənlər qorxmaz və qəmgin olmazlar». 
    «Adəmin (ə) iki övladının əhvalatını düzgün olaraq onlara oxu! O zaman ki, onlar Allaha yaxınlaşmaq üçün qurbanlıq verdilər. Amma, birindən qəbul olundu, o birisindən isə qəbul olunmadı. Qurbanı qəbul olmayan qardaş o birisinə dedi:
    -And olsun Allaha, səni öldürəcəyəm.
    O biri qardaş dedi:
    -Mənim günahım nədir? Allah-təala yalnız imanlı şəxslərdən qəbul edir. Əgər sən məni öldürmək istəsən də, mən heç vaxt sənin qətlinə əl uzatmaram. Çünki, aləmlərin Rəbbindən qorxuram. İstəyirəm mənim və özünün günahınla bu əməldən əl çəkəsən ki, cəhənnəm əhlindən olarsan. Zalımların aqibəti budur.
    Tüğyan edən nəfsi get-gedə onu, qardaşını öldürməyə təhrik etdi və nəhayət onu öldürüb, ziyankarlardan oldu. Sonra Allah bir qarğa göndərdi ki, yeri qazsın və ona göstərsin ki, öz qardaşının cəsədini necə dəfn etməlidir. O dedi: «Vay olsun mənə! Mən bu qarğa kimi də olub qardaşımın cəsədini dəfn edə bilmədim». Nəhayət peşiman oldu».
    Category: Peyğəmbərlərin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1098 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024