İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Peyğəmbərlərin həyatı

    Peyğəmbərlərin həyatı
    2012-03-23, 7:08 AM
    AZADLIQ
    Təkəbbürlü Firon Musanın qətl planını çəkirdi. O öz dövlət işçilərinin və qibtlilərin Musanın peyğəmbərlik dəvəti və onun etdiyi möcüzələr barəsində fikirləşdiyini gördükdə bir plan hazırladı. O, bunun vasitəsi ilə Misir camaatının himayəsini əldə edə biləcəkdi.
    Firon fərman verdi ki, Nil çayının sahilində, altından su axan böyük bir yer düzəltsinlər. Sonra elan etdi ki, tezliklə orada əhəmiyyətli bir çıxış olacaqdır.
    Təyin olunmuş vaxtda ordu və məmurlar həmin yerə bitişən yolun iki tərəfində sıra ilə düzüldülər. Yuxarı tərəfdə zərli taxt düzəltmişdilər. Keşikçilər onun yuxarı tərəfində durmuşdular. Camaat həmin yerin qarşısında toplaşlıb, təəccüblə Fironun zərli taxtına baxırdılar.
    Bir neçə andan sonra Firon və onunla birgə olanlar daxil oldular. Bu dəfə Firon güclü əsgərlərin gətirdikləri faytonunun üstündə durmuşdu. Qiymətli daşlarla bəzədilmiş ləl-cəvahiratlı kətan paltar geyinmişdi. Başına iki yanlı tacını qoymuşdu. Bu tac o demək idi ki, o, bütün ölkənin hakimidir. Firon və onunla birgə olanlar yavaş-yavaş və təkəbbürcəsinə, səs-küysüz hərəkət edirdilər. Çünki, Firon və başqa faytona minənlər belə istəmişdilər. Firon ən hündür yerə aparıldı və zərli taxtın üstündə əyləşdi.
    İnsanlar Fironun yerinin mənzərəsinə cəzb olunmuşdular. Firon öz əhəmiyyətli söhbətini belə başladı.
    -Mən Misrin böyük Allahıyam. Misir torpaqları mənimdir. Mənim yerimin altından çaylar axır. Mən bu torpağa və onun millətinə izzət və başucalıq yolunda rəhbərlik edirəm. Biz düşmənləri qovub, camaatın rahat və təhlükəsiz yaşaması üçün şərq tərəfdə bir neçə sədd yaratdıq. Tezliklə, Misrin daxili düşmənlərini də məhv edəcəyəm. İsrail millətini məhv edəcəyəm. Onların sayı azdır, amma buna baxmayaraq sizi Misir torpaqlarından çıxarmaq istəyirlər. Mənə icazə verin Musanı öldürüm. Görək o, öz Allahından necə kömək alır?!
    Bütün camaat cuşa gələrək səs-küy saldılar. Onlar firona Misrin böyük Allahı kimi hörmət göstərdilər. Sonrakı gün paytaxtın əsgərləri Bəni-İsraili məhv etmək üçün fironun çəkdiyi planı icra etməyə hazırlaşdılar.
    Nizə ilə silahlanmış məmurlar körpələri analarının qucağından ayırıb, Nil çayına atırdılar. Timsahlar özlərinin üçbucaq başları ilə günahsız körpələri udurdular. Analar nalə edib, ağlayır və Musadan kömək istəyirdilər. Kişi və cavanlar yeni şəhərlər tikmək üçün ən çətin işlərə məcbur edilirdilər. İşgəncə və çətinlik son həddinə çatdıqda Bəni-İsrail üzünü göyə tutaraq, Allahdan qələbə istədi və Allah öz elçisi Musaya vəhy etdi ki, Bəni-İsrailə rəhbərlik edib, gecə ilə onları Misirdən qaçırsın.
    Gecə yarısı Bəni-İsrail Misirdən qaçmaq üçün hazır oldu. Musa ən çətin insan xilası əməliyyatında bütöv bir millətə rəhbərlik etməli idi. O, inanırdı ki, Allah imanlı insanları xilas edəcəkdir. Ona görə də öz ümmətini şərqə doğru apardı.
    İnsanlar Nil çayını keçib, öz mühüm səfərlərini Süveyş körfəzinə doğru başladılar. Musa onları, özü otuz yaşlı cavan olarkən Mədainə qaçdığı yolla apardı. O zaman, yəni onlar şimal-şərqə doğru hərəkət edən vaxt paytaxt sakinləri bu qəfil hadisədən xəbərdar oldular. Bəni-İsrail Misirdən qaçmışdı.
    Hərbi hücum fərmanı vermiş fironun gözlərindən qəzəb qığılcımı saçırdı. Onun planı belə idi: O, Bəni-İsraili səhrada mühasirəyə alıb, Musa və Harunu qətlə yetirmək istəyirdi. O, insanları yenidən əsir olaraq şəhərə qaytarmaq və öz ölkələrində qul kimi işlətmək istəyirdi.
    Beləliklə, fironun atlar vasitəsi ilə çəkilən onlarla arabası Allaha və onun peyğəmbərinə iman gətirmiş milləti ən təhlükəli vəziyyətdə təqib etmək üçün hərəkətə gəldilər. Yer atların dırnağı və əsgərlərin addımları altında lərzəyə gəlmişdi. Firon Minfitah şəxsən öz arabasını sürür və minlərlə güclü əsgərdən təşkil olunmuş ordusunun önündə hərəkət edirdi.
    Atların çəkdiyi arabalar uzaqdan göründü. Onlar sürətlə hərəkətdə idilər. Bəni-İsrail camaatı qışqırdı: «Vay, məhv olduq. Tezliklə, bu torpaqda həlak olacağıq. Xilas olmaq üçün heç bir ümid yoxdur».
    Uşaqlar ağlamağa başladılar. Qadınların nalə və fəryadları ucaldı. Qorxu hər yeri bürüdü.
    Döyüş arabaları yaxınlaşırdı. Bəni-İsraildən bir nəfər qışqırdı:
    -Fironun adamları bizi tutacaqlar.
    Musa mavi səmaya baxaraq dedi:
    -Yox, heç vaxt! Rəbbim mənimlədir və tezliklə mənə yol göstərəcəkdir.
    O həlledici anlarda Cəbrayıl enib, Alahın əmrini Musaya çatdırdı:
    -Əsanı dənizə vur!
    Musa dənizə doğru getdi. O, suya batmış bir daş parçasının üstündə durub, əsasını mavi sulara vurdu. Gözlənilmədən çox qəribə bir hadisə baş verdi: Dəniz iki yerə bölündü. Onun hər tərəfi bir hündür dağ kimi ucaldı. Onların arasında uzun bir dərə yarandı və ilk dəfə olaraq günəş həmin dərinliklərdə olan qumlara saçdı. Həqiqətən də baş verən hadisə böyük bir möcüzə idi. İnsan belə bir iş görə bilərmi? Bu, Allahın tükənməz qüdrətinin nümunəsi idi: heç bir hədd və hüdudu olmayan qüdrətin.
    Sular dağ ətəkləri kimi dayanıb, durmuşdular. Musa, dənizi iki yerə bölən uzun dərəylə yola düşdü. Bəni-İsrail də onun ardınca gəldilər. Musa və onun yanında olan qardaşı Harun iki su dağının arasından keçdilər. Bəni-İsrail zalım fironun əlindən xilas olmalarına ümidvar oldular. Onlar anladılar ki, Allah, Musaya vəd verdiyi kimi onları xilas edəcəkdir.
    İŞİN SONU
    Firon əsgərləri ilə sahilə çatdı. O, böyük möcüzəni öz gözləri ilə müşahidə etdi. Əsgərlər də onu gördülər. Amma, onların heç biri azca da olsa özlərinə gəlməyib, Allahın risaləti barədə fikirləşmədilər. Onlardan heç kim Musaya Allahın elçisi olaraq iman gətirmək fikrinə düşmədi.
    Firon Bəni-İsraili o qəribə yolun ortasında hərəkətdə gördükdə gözlərində kin qığılcımı parladı. Öz miniyinə bir qamçı vurub, həmin yolla hərəkətə başladı. Əsgərlər də belə etdilər. Onlar Firona ibadətdən və onun istəklərini yerinə yetirməkdən başqa bir şey bilməyən minlərlə güclü əsgər idilər.
    Bəni-İsrail Süveyş körfəzinin şərq tərəfində sahilə çatıb, dayandılar. Onlar nigaran halda yolun yarısına qədər irəliləmiş Fironun ordusuna baxırdılar. O anlarda isə başqa bir möcüzə baş verdi. O zaman su dağları töküldü. Onlar tökülərkən çox dəhşətli görünürdülər. Sağ və soldan hərəkətə gələn dalğalar yerdə təkəbbür edib, Allahın risalətinə iman gətirməyən on minlərlə zalımı hücuma məruz qoydu. Firon özünü dənizin qəzəbli dalğaları arasında görərək xar olduğunu duydu. Onun içiboş qüruru və təkəbbürü sona çatmışdı. Ona görə də qışqırdı:
    -İman gətirdim. Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir məbud yoxdur. Mən də dindarlardanam.
    Firon dənizin şor sularını udduğu halda ona cavab verən bir səs eşitdi:
    -İndimi? Halbuki, əvvəlcə tüğyan və itaətsizlik göstərdin, fasiqlərdən oldun. Sən bütün o illərdə haqq və ədalətlə mübarizə apardın. İnsanları qula çevirdin. Onları qətlə yetirdin. Allahın möcüzə və nişanələrinə kafir oldun.
    Firon öz mənfur həyatının sona çatdığını bildi. Ona müraciət edən həmin səsi yenə də eşitdi.
    -Bu gün sənin bədənini sudan xilas edəcəyik. Lakin, yalnız buna görə ki, gələcək üçün ibrət dərsi olsun. İnsanların çoxu bizim ayə nişanələrimizdən qafildirlər.
    Fironun qarnı dənizin şor suları ilə doldu. Qəzəbli dalğalar onu udub, sahilə atdı. Zalım fironun bütün güclü əsgərləri suda qərq oldular. Musa və Harun Allaha səcdə etdilər.
    Amma, sonra hansı hadisələr baş verdi və fironun cəsədinin aqibəti necə oldu? Bu sirr keçən əsrlər ərzində tamamilə gizli qalmışdı.
    Yüz illər keçdi və yalnız bundan sonra tarixi əsərlərin də təsdiq etdiyi Quran həqiqətləri aşkar oldu.
    MUMYA
    Dəniz dalğaları fironun cansız cəsədini sahilə atdı. Beləliklə, çətin və ağır zülm dövranı sona yetdi. Misirlilər firon Minfitahın cəsədini Misirin cənubunda yerləşən və padşahlara məxsus olan xüsusi yerə aparıb, daş məqbərədə dəfn etmək üçün ona mumya düzəltdilər. Bu minvalla o sirr bütün bu əsrlər ərzində gizli qaldı.
    Yüz il bundan öncə, Miladi tarixi ilə 1898-ci ildə arxeoloqların biri padşahların xüsusi məntəqəsində qazıntı zamanı ikinci Ramsisin oğlu Minfitahın mumyasına rast gəldi. Onu Qahirəyə aparıb, 1907-ci il İyul ayının 8-də üz və boynunun düyünlərini açdılar. Fironun cəsədi indi də Qahirə muzeyində mövcuddur. Muzeyə tamaşa edənlər hər gün şüşə divarın arxasından onu görürlər.
    1975-ci il İyun ayında Misir dövləti o mumyanın üzərində yeni araşdırmalar aparmağa icazə verdi. Həmin araşdırmalardan ələ gələn qəribə nəticələr qətiyyətlə təsdiq edirdi ki, firon suda boğulmaqla ölmüşdür. Su onu udmazdan qabaq bədəninə möhkəm zərbələr dəymişdir.
    Bu mumya Quranın əbədilik həqiqətinə ən böyük maddi şahid kimi qalacaqdır. O zaman Allah-təala zalım fironu dağ kimi dalğalar arasında çağıraraq dedi:
    -İndimi? Bir halda ki, qabaqca tüğyan və itatəsizlik göstərdin və fasiqlərdən oldun. Amma, bu gün bədənini sudan xilas edəcəyik ki, gələcək nəsillər üçün ibərət dərsi olsun. İnsanların çoxu bizim ayə və nişanələrimizdən xəbərsizdirlər.
    Görəsən Musa və qardaşı Harunun əzab-əziyyətləri sona çatdımı?Yox. Zalım firon qərq oldu. Bəni-İsrail tayfası salamat halda sahilə çatdı. Amma, Musanın çətinlik və əziyyətləri qurtarmadı. Əslində onun batil ilə mübarizəsindən, Bəni-İsrailin düşmənçilik və inadkarlığından, onların cəhalət və nadanlığından, zülm və azğınlıqlarından ibarət yeni bir dövr başlandı.
    Sinay yarımadasında Bəni-İsrailin yaşadığı yerdə çoxlu hadisələr baş verdi.
    Bu əhvalatlar silsiləsinin növbəti bölməsində Musa və qardaşı Harunun sərgüzəştləri ilə tanış olacağıq.
    SİNAY YARIMADASINDA
    Bəni-İsrail tayfası dənizi keçdi. O möcüzə bütün qadın, uşaq və qocaların qəlbini Allahın qüdrəti ilə doldurmuşdu. Həyatda elə bir möcüzə görməmişdilər. Sular hündür dağ kimi dayanır, dənizin qaranlıq dibi uzun bir dərəyə çevrilir və günəş işığı altında parlayır. Əgər fironun azca ağıl və düşüncəsi olsaydı həmin qorxulu dərəyə girməzdi. Qürur onu kor etmişdi. Allahın nişanələri, onun elçisi Musanın möcüzələri barədə fikirləşmirdi. Ölkəsinin və millətinin gələcəyini düşünmürdü. İnsanları yalançı və qondarma şeylərlə aldadırdı. On minlərlə əsgər firona ibadət etmək və onun əmrlərini yerinə yetirməkdən başqa heç bir şey bilmirdilər.
    Qardaşı Harun və Bəni-İsrail Musanın yanında dayanmışdılar. Onlar firona baxmaq üçün dayanmışdılar. Firon öz döyüş arabasına minib, atlarına qamçı vururdu. Atlar kişnəyərək hərəkətə gəlir və onların ardınca isə yüzlərlə döyüş arabası tərpənirdi. Bu zaman gözlənilmədən su dağları töküldü və dəhşətli səslər ucaldı; nəhəng dəniz dalğalarının səsi.
    Dalğalar zalım fironu və onun qoşununu həlak etmək üçün hər iki tərəfdən töküldü. Nəhayət, firon dəniz dalğaları altında qalıb həlak oldu. Dalğalar onu dənizin qaranlıq dərinliklərinə apardılar. Həqiqətən, Bəni-İsrail tayfası bəşəriyyət tarixinin ən böyük möcüzəsinin müşahidə edib, Allahın tükənməz qüdrətini öz gözləri ilə görmüşdü.
    Möminlər səhər vaxtı böyük sürətlə hərəkət edən ağ bulud topalarına bənzər atlar gördülər. Bəni-İsraildən bir kişi ağ atların dırnağı altında olan torpağın hərəkətə gəlib, dalğalandığını gördü. Dəsmalını çıxardı. Həmin torpaqdan bir ovuc götürüb, dəsmalına tökdü və təbərrük etmək məqsədilə özüylə götürdü.
    Dəniz zalım qoşunları udduqdan sonra sakitləşdi. Onun dalğaları dayandı. Qəzəb və tufandan sonra sakitləşdi. Dəniz zülmü udduqdan sonra rahatlıq tapdı.
    Bəni-İsrail sevindi. Zülm və düşmənçilikdən xilas olduqları üçün sevindilər. Onlar aydın sabah və rahat yaşayış fikrində idilər. Beləliklə Musa və onun ardınca Bəni-İsrail Sinay yarımadasındakı bir yerə doğru yola düşdülər.
    Görəsən Musanın dərd və müsibətləri sona çatdımı? Musa Bəni-İsraili zülm və sitəmdən, çətinlik və işgəncələrdən, qətl və həbslərdən xilas etmək işində qələbə çalmışdı.
    Bəni-İsrail tayfası on illərlə Misirdə yaşamışdı. Onlar bütpərəstliyə adət etmiş, büt və fironlara pərəstiş etməyə alışmışdılar. Ona görə də Musa onlara yeganə Allaha pərəstiş yolunu öyrətməli idi; hər şeyi yaradan Allaha. Həqiqətən ondan başqa heç bir tanrı və məbud yoxdur.
    SUSUZLAR
    Bəni-İsrail səhranın qumları arasında yol gedirdi. Onlar Qırmızı dənizin sahilində Əqəbə (Akaba) və Süveyş körfəzləri arasında dağlıq bir yerə yaxınlaşdılar.
    Onlar kiçik bir çay və ya bir su bulağı axtarırdılar. Susuzluq hiss edirdilər. Uşaqlar susuzluqdan ağlayırdı. Hava çox isti idi. İmanlı insanlar Musanın peyğəmbərliyinə iman gətirdikləri üçün Allaha arxayın idilər. Bilirdilər ki, o, bəndələrini unutmur. Ona görə də Musaya baxırdılar. Camaatın bəzisi isə susuzluqdan məhv olub öləcəklərindən qorxurdu.
    Ora quru və susuz bir yer idi. Bəni-İsrail on iki qəbilə idi. Hər qəbilə ayrıca hərəkət edirdi. Onların hamısı Musanın ardınca gedirdilər. Musa əsasının köməyi ilə irəliləyirdi. O, Allahın lütf və mərhəmətinə arxayın idi.
    Dağ yamaclarının birində uşaq, qadın və qocalar susuzluqdan əziyyət çəkdikləri zaman vəhy mələyi enib, Musaya dedi:
    -Əsanı daşa vur!
    Musa dağın ətəyində olan daş parçasına tərəf irəlilədi. Əsasını ona vurdu. Bu zaman qəribə hadisə baş verdi: Daş yarıldı. Ondan sərin və dadlı su axmağa başladı. Həmin böyük daşdan on iki bulaq qaynadı. Bəni-İsrailin hər bir qəbiləsi özlərinə aid olan bulağa tərəf getdilər. Göydə ağ buludlar peyda oldu. Onlar günəşin yandırıcı şüalarının qarşısını aldılar.
    BÜTPƏRƏSTLİK RUHU
    Bəni-İsrail tayfası yaşamaq üçün geniş bir yer axtarırdı. Onlar yolda daş heykəllər ətrafında fırlanan bütpərəstlərə rast gəldilər. Bütpərəstlər anlaşılmaz sözləri zümzümə edib, bütpərəstliyin bəzi adət-ənənələrini dillərinə gətirirdilər. Bəni-İsrailin bir qrupu Musaya dedilər:
    -Bizə də onların tanrısı kimi bir tanrı düzəlt!
    Musa Allahın qüdrətini görə-görə, amma, yenə də onun yerinə ibadət etmək üçün daş axtaran bu insanların sözünü eşitdikdə qəzəbləndi. O, cəddi İbrahimin (ə) dinini onlara öyrətməyə çalışaraq dedi:
    -Siz cahil insanlarsınız. Bütpərəstlərin etdikləri bu işlər batil və bihudədir. Necə məndən istəyirsiniz ki, sizi Allahdan qeyri bir məbuda tərəf yönəldəm?! Bir halda ki, o Allah sizi başqa insanlardan üstün etmişdir.
    Bəni-İsrail qövmü on illərlə Misirdə yaşamışdılar. Onlar həyata göz açandan qibtlilərin firona, yırtıcı heyvanlara və heykəllərə ibadət etdiklərini görmüşdülər. Ona görə də bütpərəstliyin təsiri altına düşmüşdülər. Amma, həmişə iddia edirdilər ki, İbrahim (ə) Xəlilin dinindədirlər. Ona görə də Musaya dedilər:
    -Görmədiyimiz Allaha necə ibadət edək?
    Musa onlara dedi:
    -Siz Allahın nişanələrini gördünüz. O sizi fironun və Hamanın əlindən xilas etdi. Siz müşahidə etdiniz ki, möhkəm daşların arasından sizin üçün sərin və dadlı su axdı.
    Bəni-İsrailin kişiləri sakit oldular. Eşitdikləri sözlər böyük bir həqiqət idi. Amma, ürəkləri sakitləşmirdi.
    MƏNN VƏ SƏLVA
    Allah Bəni-İsrailə Mənn göndərdi. Mən şehə oxşar bir şeydir. O, göydən yağır və kiçik tikanlı ağacların üzərinə oturur. Səhərlər Bəni-İsrail onları tikan kollarının üstündə aydın və parlaq halda müşahidə edirdilər. Onları toplayıb, yeyirdilər. Şirin və gözəl dadı vardı. Amma, Səlva bir quş növüdür. O çox hündürdə uçur. Amma, Allah-təala Bəni-İsraili öz lütf və mərhəmətinə şamil etmək üçün Səlva quşları aşağıdan uçur və onların qarşısında yerə düşürdülər. Beləliklə, Allah Bəni-İsrailə təhlükəsizlik, su və yemək əta etdi. Bunların hamısı ona görə idi ki, Allaha imanın şirinlik və ləzzətini dərk etsinlər.
    VƏDƏ YERİ
    Bəni-İsrail tez-tez Musadan Allahı onlara göstərməsini istəyirdilər. Bəni-İsrail bütpərəstliyə adət etmişdilər. Onlar yalnız gördükləri şeyə iman gətirirdilər.
    Musa onların ürəyində imanı gücləndirmək istədi. Ona görə də qövmündən yetmiş nəfəri seçdi ki, Tur dağında ona qovuşsunlar. Musa qardaşı Haruna dedi:
    -Ey qardaş! Sən Bəni-İsrail arasında mənim nümayəndəmsən. Onların işlərini islah etməyə çalış. Fasiqlərin yolu ilə getmə!
    Allah-təala öz elçisi Musaya bütün bir ayı vədə yerində qalmalarını istəmişdi. Musa vədə yerinə gəldi və Allah-təala onunla danışdı. Musa təvazökar qəlblə dedi:
    -İlahi! Özünü mənə göstər. İlahi! Səni görmək qüdrətini mənə əta et!
    Allah-təala öz peyğəmbərinə buyurdu:
    -Heç vaxt məni görməyəcəksən. Yaranmışların heç biri məni görməyəcəkdir. Amma, sən dağa bax. Əgər o öz yerində sabit qala bilsə, deməli, sən məni görə bilərsən.
    Musa uca dağa baxdı. İntizar anlarını yaşadı. Birdən çox qəribə bir hadisə baş verdi. Dağa çox güclü nur saçdı. Oradan dağıdıcı ildırımlar parladı. Dəhşətli gurultu səsləri edşidildi. Dağ parça-parça oldu. Allahın qüdrəti o böyük dağı məhv etdi. İri daş parçaları sürətlə yerə töküldülər. Yer ayaqlar altında lərzəyə gəldi. Musa yerə yıxılıb, huşunu itirdi.
    Bir müddət keçdi. O, möhkəm zərbənin təsirindən ayıldı.
    O, öz gözü ilə Allahın qüdrətini müşahidə etdi və anladı ki, Allah-təala gözlə görünməz. O yalnız imanlı insanın ürəyi ilə görünər. Musa Allahdan istədi ki, ona insanların yaşayış işlərini tənzim edəcək, onları dünya və axirətdə xoşbəxt edəcək bir şəriət əta etsin. Ona görə də Allah ona müqəddəs sözləri öyrətməyi vədə verdi.
    Musa həmin yerdə bir aydan artıq qaldı. İndi isə görək Musa öz qövmü ilə xudahafizləşəndən sonra hansı hadisələr baş verdi.
    AZĞINLIQ
    Allah-təala peyğəmbəri Musaya buyurdu:
    -Niyə qövmündən qabaq bura gəlmisən?
    Musa cavab verdi:
    -Onlar mənim ardımca gəlirlər. Mən sənin razılığın üçün daha tez sənin tərəfinə gəldim.
    Allah-təala buyurdu:
    -Sənin qövmün bir buzov vasitəsi ilə azğınlığa çəkilmişlər. Samiri onları yoldan çıxartmışdır.
    Bəni-İsrailin arasında bir şayiə yayıldı ki, Musa Allahın görüşünə getmişdir. Musa Allahı axtarmağa getmişdir.
    Orada, Bəni-İsrailin arasında Samiri adlı bir kişi vardı. O kişi keçid günündə dırnaqları ilə yerləri eşən səma atlarını görmüşdü. Atların dırnağı dəyən torpaqlar hərəkətə gəlmişdilər. Ondan bir ovuc götürüb, öz dəsmalına tökmüşdü. Musa Allahı görmək və onun sözlərini eşitmək üçün Tur dağına tərəf gedən zaman Samiri fürsəti qənimət bilib, qızıldan bir buzov düzəltdi. O, Bəni-İsrail camaatı arasında get-gəl etməklə onlardan zinət əşyalarını - qızıl, gümüş, bir qədər ləl-cəvahirat, qiymətli daşlar və Abnus ağacından düzəldilmiş digər bəzək əşyalarını topladı. Samiri öz-özünə dedi: «Tezliklə onlara ibadət etmək üçün bir allah düzəldəcəyəm; başqa tayfaların etdiyi kimi».
    Bəni-İsrail bütpərəstliklə yaşamış və onların inamlarının təsiri altına düşmüşdülər. Ona görə də Samirinin təklifinə müsbət cavab verdilər.
    Samiri qızıl bir buzov düzəltdi və sonra keçid günü saxladığı torpaqları onun içinə tökdü. Birdən buzovun içindən inək nərəsinə oxşar bir səs eşidildi. O, buzovu daş parçasının üzərinə qoydu. Bəni-İsrail camaatı toplaşdı. Hamısı ona təzimlə baxırdılar. Samiri qışqırdı:
    -Bu sizin və Musanın məbududur.
    Harun bu hiyləni gördükdə onların yanına gəldi. Onları bu işlərindən çəkindirərək dedi:
    -Ey qövm! Siz bu buzovun vasitəsilə yoldan çıxmısınız. Sizin rəbbiniz mehriban olan Allahdır. Mənə qulaq asın və sözlərimə əməl edin.
    Ey camaat, bu buzov fayda və ziyan yetirməyə qadir olmayan cansız bir cismdir. Görürsünüz ki, o, nə sizinlə bir kəlmə söz danışır və nə də sizin bir çətinliyinizi həll edir.
    Onlar Harunun nəsihətlərinə qulaq asmayıb dedilər:
    -Biz Musa qayıdana qədər bu buzova ibadət edəcəyik.
    Category: Peyğəmbərlərin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024